Məhkəmə qərarları › İş №2-2(3-6)-114/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(3-6)-114/2026

12.08.2026 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2-2(3-6)-114/2026 12.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI (Açar sözlər: iddiadan imtina, iş üzrə icraata xitam) məhkəmə iclas katibi Məhərrəmova Günel Elman qızının katibliyi ilə Iddiaçı İddiaçı X4 cavabdeh Cavabdeh MTK-ya qarşı “zəbt olunmuş torpaq sahəsinin boşaldılaraq qanuni sahibinə təhvil verilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi: Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı

1. Iddiaçı Bakı şəhəri Nərimanov rayonu, Həsənoğlu küçəsi, giriş 66A, ***-*** saylı məhəllədə ona ayrılmış 90 kv.m torpaq sahəsinin cavabdehin qanunsuz sahibliyindən azad edilməsi, həmin sahəni əhatə edən hasarın sökülməsi və torpaq sahəsinin boşaldılaraq redaksiyaya təhvil verilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. Iddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhər Icra Hakimiyyəti Başçısının ## #### 2000-ci il tarixli *** saylı Sərancamı ilə İddiaçı qəzeti redaksiyasına inzibati binanın tikintisi üçün ünvan 1, ***-*** saylı məhəllədə 90 kv.m torpaq sahəsi ayrılmış, torpaq sahəsinin ayrıc aktı, tikiləcək inzibati binanın eskiz lahiyəsi, inşaat pasportu və digər sənədlər hazırlanaraq təqdim edilmişdir. Həmçinin, qeyd edilən sənədlər əsasında ## #### 2002-ci il tarixli ** saylı torpaq icarə müqaviləsi də bağlanmışdır. Həmin müqavilənin müddəti ## #### 2017-ci il tarixdə bitdikdən sonra onun müddətinin uzadılması məqsədi ilə yenidən Bakı şəhər Icra Hakimiyyətinə müraciət edilsə də, verilmiş *-**/*-***/**** saylı ##.##.2023 tarixli cavab məktubunda Bakı şəhər Icra Hakimiyyəti başçısının ##.##.2000-ci il tarixli *** nömrəli Sərəncamı ilə ayrılmış torpaq sahəsinə dair hüquqların dövlət qeydiyyatının müvafiq dövlət orqanı tərəfindən həyata keçirildiyi bildirilmiş və bununla bağlı Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə müraciət edilməsi izah edilmişdir. Torpaq sahəsi üzərində hüquqların təkrar dövlət qeydiyyatının aparılması və həmin torpaq sahəsinə çıxarışın verilməsi ilə bağlı aidiyyəti quruma müraciət edilmiş, lakin həmin qurum bundan imtina etmişdir. Ona görə də, Bakı Inzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edilmiş və Bakı Inzibati Məhkəməsinin *-*(***)-*****/**** nömrəli, ##.##.2023-cü il tarixli qətnaməsi ilə iddiaları təmin edilərək redaksiyaya ayrılmış torpaq sahəsi üzərində hüquqların qeydə alınması və çıxarışın verilməsi barədə qərar qəbul edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Inzibati Kollegiyasının *-*(***)-****/**** nömrəli, ##.##.2024-cü il tarixli və Azərbaycan Respublikası Ali Məhkəməsi Inzibati Kollegiyasının *-*(***)-****/**** nömrəli, ##.##.2024-cü il tarixli qərarları ilə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Bundan sonra Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin * saylı Bakı Ərazi Idarəsi tərəfindən məhkəmə qərarının icrası məqsədi ilə torpaq sahəsinin redaksiyaya məxsus olması ilə bağlı müvafiq çıxarış verilmiş və həmin qurumun nümayəndəsinin iştirakı ilə torpaq sahəsinin sərhədlərinin nişanlanması aparılaraq torpaq sahəsinin yerləşməsinə dair koordinantların naturada (yerində) müəyyənləşdirilərək onlara göstərilməsinə dair ##.##.2025 tarixli məktub verilmişdir. Həmin qurumun nümayəndəsi ilə ərazidə olarkən redaksiyaya verilmiş torpaq sahəsinin cavabdeh tərəfindən hasara alınması və onlar tərəfindən istifadə olunması müəyyən edilmişdir. Ona görə də müvafiq sənədləri rəsmi qaydada cavabdehə təqdim edərək torpaq sahəsinin boşaldılaraq qanuni sahibinə təhvil verilməsini xahiş etsələr də, torpaq sahəsi könüllü olaraq boşaldılmamışdır. Torpaq sahəsi cavabdeh tərəfindən hasara alınaraq mühafizə altında saxlanıldığı üçün həmin əraziyə daxil ola bilmirlər və bununla bağlı müxtəlif çətinliklərlə üzləşirlər. Cavabdeh tərəfin bu hərəkətləri onların hüquqlarını pozmaqla yanaşı, onların torpaq sahəsində tikinti aparılması ilə bağlı işlərinə də maneə yaradırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.2-ci maddəsinə görə daşınar əmlaka hüquqlar yalnız qanunvericilikdə nəzərdə tutulan hallarda dövlət qeydiyyatına alınmalıdır. Həmçinin həmin Məcəllənin 139.3-cü maddəsində qeyd edilmişdir ki, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Göründüyü kimi qanunun tələblərinə uyğun olaraq redaksiyanın hüquqları müvafiq qaydada dövlət qeydiyyatına alınmış və müvafiq sənəd verilmişdir. Mülki Məcəllənin 157 və 158-ci maddələrinin tələblərinə əsasən mülkiyyətçilər və mülkiyyətçi olmayan şəxslərin əmlak hüquqları qanunla qorunduğundan onların mülkiyyətlərində və istifadələrində olan əmlakları kənar qəsdlərdən qorumaq hüquqları vardır.

3. Iddiaçının nümayəndəsi məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, onun təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. Cavabdehin nümayəndəsi əvvəlki məhkəmə iclaslarında iddia tələbini qəbul etmədiklərini bildirmiş, sonuncu məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə AR MPMin 185-ci maddəsinə əsasən sonuncu məhkəmə iclasının cavabdehin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir.

5. Birinci instansiya məhkəməsinin ##.##.2025-ci il tarixli qətnaməsi ilə iddia tələbinin təmin olunması qət edilmişdir.

6. Məhkəmə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, AR IN yanında ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Hüquqi şəxsin * saylı Bakı Ərazi Iradəsinin Bakı Inzibati Məhkəməsinin hakimi Fərid Ismayılzadəyə ünvanladığı ##.##.2025-ci il tarixli məktubundan da göründüyü kimi, iddiaçının adına istifadə hüquqları dövlət qeydiyyatına alınmış 0.009 ha torpaq sahəsi cavabdehə yaşayış binalarının tikintisi məqsədi ilə ayrılmış 2.7790 ha torpaq sahəsinə dair tərtib edilmiş yerqurluşu planında göstərilən ərazinin daxilində yerləşir. Cavabdeh tərəfindən iddiaçının istifadə hüququna malik olduğu torpaq sahəsini hasara alınmaqla orada tikinti işlərinin yerinə yetirilməsi sonuncunun əşya hüququnun pozulması kimi qiymətləndirilməlidir. Odur ki, məhkəmə hesab edir ki, iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır.

7. Cavabdehin Bakı şəhəri, Nərimanov rayonu, Təbriz və Həsənoğlu küçələrinin kəsişməsində yerləşən 2,7520 hektar torpaq sahəsinə dair icarə hüququna gəldikdə isə, məhkəmə qeyd edir ki, Bakı şəhər Icra Hakimiyyəti Başçısının ** saylı, ## #### 2020-ci il tarixli sərəncamından da görünür ki, cavabdehin üzərinə həmin torpaq sahəsində yerləşən tikililərin istifadəçiləri (mülkiyyətçiləri) ilə mülki münasibətlərin müvafiq qanunvericiliyin tələblərinə uyğun qarşılıqlı razılıq əsasında tənzimlənməsi şərti ilə tikinti işlərinin həyata keçirilməsinə icazə verilmişdir. Lakin iddiaçıya hələ ##.##.2002-ci il tarixdən dövlət qeydiyyatına alınmaqla isitfadə hüququ əsasında verilmiş torpaq sahəsinin cavabdehin icarəsində olan 2,7520 hektar torpaq sahəsinin daxilində yerləşməsinə baxmayaraq sonuncu tərəfindən iddiaçı ilə hər hansı qarşılıqlı razılıq əldə olunmamışdır.

8. Gəldiyi qənaətin hüquqi əsası kimi məhkəmə, Mülki Məcəllənin 139.1, 139.3, 140, 152.2, 152.3, 152.5, 158.1.2, 159, 164.1, 165.1-ci maddələrinə istinad etmişdir.

9. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək onun ləğv olunmasını və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini, məhkəmənin maddi-prosessual hüquq normalarının tələblərini pozduğu, üst-üstə düşən torpaq sahəsinin cavabdeh Cavabdeh MTK tərəfindən zəbt edilmədiyini (özbaşına tutulmamış) – torpaq sahəsinin Bakı şəhər Icra Hakimiyyəti Başçısının ** saylı ##.##.2020-ci il tarixli Sərəncamı ilə cavabdeh Cavabdeh MTK-nın istifadəsinə qanunvericiliklə müəyyən edilmiş qaydada ayrıldığını, sərəncam əsasında cavabdeh Cavabdeh MTK tərəfindən müvəqqəti hasara alındığını nəzərə almamışdır. Şikayətdə göstərilmişdir ki, Bakı şəhər Icra Hakimiyyəti Başçısının *** saylı ##.##.2000-ci il tarixli Sərəncamına və Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş ************ reyestr nömrəli ********** qeydiyyat nömrəli çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən 0,009 hektar torpaq sahəsi dövlətin mülkiyyətində olmaqla iddiaçı İddiaçı Qazeti Redaksiyasının istifadəsinə verilmişdir. Bakı şəhər Icra Hakimiyyətinin sözügedən sərəncamına əsasən Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsi, ***-*** saylı məhəllədə yerləşən 0,009 ha torpaq sahəsinin 15 il müddətinə İddiaçı qəzeti redaksiyasının istifadəsinə verilməsi haqqında Nərimanov Rayon Bələdiyyəsi ilə İddiaçı qəzeti redaksiyası arasında ** saylı ##.##.2002-ci il tarixli, sonra isə 10 il müddətinə ** saylı ##.##.2017-ci il tarixli “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” müqavilələr bağlanmışdır. Hüquqmüəyyənedici sənədlərə əsasən iddiaçı İddiaçı Qazeti Redaksiyasının torpaq sahəsinə yalnız istifadə hüququ mövcuddur. Bakı şəhər Icra Hakimiyyəti Başçısının ##.##.2000-ci il tarixli *** saylı Sərəncamı inşaat pasportu ilə birlikdə yalnız layihələşdirilmə üçün əsasdır və sərəncamla ərizəçinin üzərinə qoyulmuş vəzifələr yerinə yetirildikdən sonra tikinti işlərinə başlanıla bilər. Sərəncamın tələbləri lazımınca yerinə yetirilərək torpağa dair icarə müqaviləsi bağlanmış, köhnə tipli tikililərin mülkiyyətçiləri ilə razılıq əldə edilərək həmin ərazidə 8 qəzalı bina sökülmüş və yerində layihələndirilən 9 binadan 8-i artıq inşa edilərək sakinlərə təhvil verilmiş, bir bina isə, tikintisi davam etdirilməkdədir. Sökülən binalardakı mənzillərin ümumi sahəsi, 22.500 kv.m. təşkil etmişdir. Həmin mənzillərin mülkiyyətçilərinə öz sahələrindən 25 faiz və daha çox əlavə sahə verilmişdir; ümumilikdə, sözügedən binaların sakinlərinə 33.200 kv.m. sahədə yeni və təmirli mənzillər təhvil verilmişdir. Bundan əlavə, aprel 2021-dekabr 2024-cü illər ərzində sökülən binaların mülkiyyətçilərinə, ümumilikdə, 3.128.000 manat məbləğində kirayə haqqı məbləği ödənilmişdir. Bir sözlə, Bakı şəhər icra hakimiyyətinin əhalinin rifahının yüksəldilməsi və mənzil şəraitinin yaxşılaşdırılması istiqamətində qəbul etdiyi ** saylı Sərəncamın icrası lazımınca təmin edilmişdir. Ictimai mənafelərə qarşı bu dərəcədə zidd olan iddia tələbini birinci instansiya məhkəməsi təmin etməkdən çəkinməmişdir.

Apellyasiya instansiya məhkəməsindəki icraat

Məhkəmə icraatı iştirakçılarının izahatları

10. Bakı Apellyasiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(*-*)-***/**** nömrəli qərardadı ilə apellyasiya şikayəti mümkün hesab edilərək baxılması üçün ##.##.2026-cı il tarixə, saat 10:45-ə təyin edilmişdir.

11. Bakı Apellyasiya Məhkəməsinin # #### 2026-cı il tarixli, *-*(*-*)-***/**** nömrəli qərardadı ilə iş üzrə icraat Azərbaycan Respublikası Ali Məhkəməsinin icraatında olan Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının *-*(***)-****/**** nömrəli, ##.##.2026- cı il tarixli qərardadından Cavabdeh MTK tərəfindən kassasiya şikayətinə əsasən 2-1(1-8)- ***/**** nömrəli iş üzrə yekun məhkəmə aktı qəbul edilənə qədər dayandırılmış, Azərbaycan Respublikası Ali Məhkəməsinin *-*(*-*)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarı ilə Cavabdeh MTK tərəfindən verilmiş şikayətin təmin edilməməsi qərara alındıqdan sonra iş üzrə icraat təzələnərək baxılması üçün ##.##.2026-cı il tarixə, saat 12:15-ə təyin edilmişdir.

12. ##.##.2026 və ##.##.2026-cı il tarixlərdə iddiaçı tərəf AZEMIS elektron məhkəmə informasiya sistemi vasitəsilə məhkəməyə ərizə ünvanlayaraq tərəflər arasında barışıq əldə edildiyini və bununla bağlı ##.##.2026-cı il tarixdə tərəflər arasında barışıq sazişi imzalandığını bildirmiş və saziş bağlandığı üçün iddia tələbindən imtinanın qəbul edilərək icraata xitam verilməsini xahiş etmişdir.

13. ##.##.2026-cı il tarixdə cavabdeh tərəf AZEMIS elektron məhkəmə informasiya sistemi vasitəsilə məhkəməyə ərizə ünvanlayaraq ##.##.2026-cı il tarixdə tərəflər arasında barışıq sazişi imzalandığını, bununla tərəflər arasında heç bir mübahisə qalmadığını bildirmiş, eyni zamanda İddiaçı Qazeti Redaksiyasının iddiadan imtinası və Cavabdeh MTK-nın apellyasiya şikayətindən imtinası barədə ərizəsinin qəbul edilərək iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir.

14. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmişlər.

Tətbiq edilən hüquq

15. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

16. Maddə 52.1. Iddiaçı iddiadan imtina edə bilər. Iddiadan imtina etmə yazılı formada ifadə edilməlidir.

17. Maddə 191.1. Iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. Iddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər.

18. Maddə 191.2. Hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. Iddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir.

19. Maddə 261.0.4 Iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir.

20. Maddə 370.1 Apellyasiya şikayəti qəbul olunduqdan sonra iddiaçının iddiadan imtina etməsi və tərəflərin barışıq sazişi bağlaması apellyasiya instansiyası məhkəməsinə ünvanlanmış yazılı ərizələrdə ifadə olunmalıdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

21. Məhkəmə kollegiyası ərizəyə iş materialları ilə birlikdə baxaraq hesab edir ki, iddiaçı İddiaçı Qazeti Redaksiyasının öz iddiasından imtina etməsi yazılı formada ifadə edildiyindən, qanuna zidd olmadığından və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından qəbul olunmalı və ona münasibətdə iş üzrə icraata xitam verilməlidir.

22. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 263-264, 369.4, 400, 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDI:

Iddiaçı İddiaçı X4 cavabdeh Cavabdeh MTK-ya qarşı “zəbt olunmuş torpaq sahəsinin boşaldılaraq qanuni sahibinə təhvil verilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə iddiaçı İddiaçı X4 öz iddiasından imtinası qəbul edilsin. Bakı Kommersiya Məhkəməsinin *-*(***)-****/**** nömrəli kommersiya mübahisəsi üzrə qəbul etdiyi ##.##.2025-ci il tarixli qətnaməsi ləğv edilsin. Kommersiya mübahisəsi üzrə icraata xitam verilsin. Tərəflərə izah olunsun ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar