Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(3-6)-127/2026 11.02.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Şirinovun sədrliyi və məruzəsi ilə, X5 və X1 ibarət tərkibdə, İddiaçı LPO İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 MTK-ya, Cavabdeh3, Cavabdeh2 qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-339/2025 saylı, xx.xx.2026-cı il tarixli qərardadından Cavabdeh1 MTK tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı “LPO İddiaçı ASC (bundan sonra – iddiaçı) cavabdehlər Cavabdeh1 MTK-ya, Cavabdeh3, Cavabdeh2 (bundan sonra cavabdehlər) qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdеhlər Cavabdeh1 MTK-dan xx.xx.2018-ci il tarixli 317/M nömrəli kredit müqaviləsi üzrə cəmi 1.351.663,84 avro, bundan 1.323.251,41 avro əsas, 24.369,16 avro faiz, 4.043,27 avro Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən gecikdirilmiş vaxt üçün hesablanan illik (5%) faiz borcunun tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş, Cavabdeh1 MTK-ya məxsus ünvan 1 ünvanında yerləşən 50.9 kv.m ümumi sahəsi olan mənzilə yönəlməsi, xx.xx.2018-ci il tarixli 321/M nömrəli kredit müqaviləsi üzrə cəmi 3.656.120,21 manat, bundan 3.570.000 manat əsas, 86.120,21 manat faiz borcunun tutulması, -tutmanın ipoteka ilə yüklü edilmiş, Cavabdeh1 MTK-ya məxsus ünvan 2 ünvanında yerləşən 64.3 kv.m ümumi sahəsi olan mənzilə yönəlməsi, xx.xx.2018-ci il tarixli 331/M nömrəli kredit müqaviləsi üzrə cəmi 3.776.148,11 manat, bundan 3.706.648,64 manat əsas, 69.499,47 manat faiz borcunun tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş, Cavabdeh1 MTK-yaməxsus ünvan 3 ünvanında yerləşən 195.7 kv.m ümumi sahəsi olan mənzilə və Cavabdeh2 məxsus ünvan 4 ünvanında yerləşən 57.43 kv.mümumi sahəsi olan mənzilə yönəlməsi, xx.xx.2018-ci il tarixli 334/M nömrəli kredit müqaviləsi üzrə cəmi 2.867.200,97 manat, bundan 2.799.999,99 manat əsas, 67.200,98 manat faiz borcunun tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş, Cavabdeh1 MTK-ya məxsus ünvan 5 ünvanında yerləşən 100.2 kv.m ümumi sahəsi olan mənzilə yönəlməsi, 20 fevral 2019-cu il tarixli 453/M nömrəli Kredit müqaviləsi üzrə cəmi 1.417.994,32 manat, bundan 1.388.000 manat əsas, 29.994,32 manat faiz borcunun tutulması; xx.xx.2019- cu il tarixli 471/M nömrəli Kredit müqaviləsi üzrə cəmi 1.021.778,88 manat, bundan 999.999,99 manat əsas, 21.778,89 manat faiz borcunun tutulması; xx.xx.2019-cu il tarixli 501/M nömrəli Kredit müqaviləsi üzrə cəmi 528.985,29 manat, bundan 500.000 manat əsas, 11.971,40 manat, 40 manat faiz, 17.013,89 manat Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən gecikdirilmiş vaxt üçün hesablanan illik (5%) faiz borcunun tutulması; - iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 8676,32 manat dövlət rüsumunun və ipoteka predmetlərinə tutmanın yönəldilməsi haqqında bildirişlərin qeydə alınması üçün ödənilmiş 588 manat rüsumun Cavabdeh1 MTK-dan tutulması, əmlakların ilkin satış qiymətinin müəyyən edilməsi və həmin əmlakların açıq hərracda satılması, ipoteka predmetlərinin satışından əldə olunmuş vəsaitin kredit borclarına yönəlməsi, satışdan əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh1 MTKdan tutulması, ipoteka predmetləri olan mənzillərə tutma yönəldikdə və mənzillər satıldıqdan sonra həmin mənzillər boşaldılaraq, alıcılara təhvil verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı xx.xx.2025-ci il tarixdə iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 MTK-dan xx.xx.2018-ci il tarixli 317/M nömrəli kredit müqaviləsi üzrə cəmi 1.351.663,84 (bir milyon üç yüz əlli bir min altı yüz altmış üç avro, 84 sent) avro, bundan 1.323.251,41 (bir milyon üç yüz iyirmi üç min iki yüz əlli bir avro, 41 sent) avro əsas, 24.369,16 (iyirmi dörd min üç yüz altmış doqquz avro, 16 sent) avro faiz, 4.043,27 (dörd min qırx üç avro, 27 sent) avro Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən gecikdirilmiş vaxt üçün hesablanan illik (5%) faiz borcunun Mərkəzi Bankın ödəniş gününə olan manata məzənnəsinə uyğun olaraq tutulması; - tutmanın ipoteka ilə yüklü edilmiş, Cavabdeh1 MTK-ya məxsus ünvan 1 ünvanında yerləşən 50.9 kv.m ümumi sahəsi olan mənzilə yönəlməsi, xx.xx.2018-ci il tarixli 321/M nömrəli kredit müqaviləsi üzrə cəmi 3.656.120,21 (üç milyon altı yüz əlli altı min bir yüz iyirmi manat 21 qəpik) manat, bundan 3.570.000 (üç milyon beş yüz yetmiş min) manat əsas, 86.120,21 (səksən altı min bir yüz iyirmi manat 21 qəpik) manat faiz borcunun tutulması; - tutmanın ipoteka ilə yüklü edilmiş, Cavabdeh1 MTK-ya məxsus ünvan 2 ünvanında yerləşən 64.3 kv.m ümumi sahəsi olan mənzilə yönəlməsi, xx.xx.2018ci il tarixli 331/M nömrəli kredit müqaviləsi üzrə cəmi 3.776.148,11 (üç milyon yeddi yüz yetmiş altı min bir yüz qırx səkkiz manat 11 qəpik) manat, bundan 3.706.648,64 (üç milyon yeddi yüz altı min altı yüz qırx səkkiz manat, 64 qəpik) manat əsas, 69.499,47 (altmış doqquz min dörd yüz doxsan doqquz manat, 47 qəpik) manat faiz borcunun tutulması; tutmanın ipoteka ilə yüklü edilmiş, Cavabdeh1 MTK-ya məxsus ünvan 3 ünvanında yerləşən 195.7 kv.m ümumi sahəsi olan mənzilə, Cavabdeh2 məxsus ünvan 4 ünvanında yerləşən 57.43 kv.m ümumi sahəsi olan mənzilə və Cavabdeh3 məxsus İsmayıllı rayonu, Tircan kəndi ərazisində yerləşən0.959 ha torpaq sahəsinə Qəbələ rayonu, Vəndam kəndi ərazisində yerləşən 0.991899 ha torpaq sahəsinə yönəlməsi, xx.xx.2018-ci il tarixli 334/M nömrəli kredit müqaviləsi üzrə cəmi 2.867.200,97 (iki milyon səkkiz yüz altmış yeddi min iki yüz manat, 97 qəpik) manat, bundan 2.799.999,99 (iki milyon yeddi yüz doxsan doqquz min doqquz yüz doxsan doqquz manat, 99 qəpik) manat əsas, 67.200,98 (altmış yeddi min iki yüz manat, 98 qəpik) manat faiz borcunun tutulması; - tutmanın ipoteka ilə yüklü edilmiş, Cavabdeh1 MTK-ya məxsus ünvan 5 ünvanında yerləşən 100.2 kv.m ümumi sahəsi olan mənzilə yönəlməsi, 20 fevral 2019-cu il tarixli 453/M nömrəli Kredit müqaviləsi üzrə cəmi 1.417.994,32 (bir milyon dörd yüz on yeddi min doqquz yüz doxsan dörd manat, 32 qəpik) manat, bundan 1.388.000 (bir milyon üç yüz səksən səkkiz min) manat əsas, 29.994,32 (iyirmi doqquz min doqquz yüz doxsan dörd manat, 32 qəpik) manat faiz borcunun tutulması; - tutmanın ipoteka ilə yüklü edilmiş Cavabdeh3 məxsus İsmayıllı rayonu, Tircan kəndi ərazisində yerləşən 0.959 ha torpaq sahəsinə və Qəbələ rayonu, Vəndam kəndi ərazisində yerləşən 0.991899 ha torpaq sahəsinə yönəlməsi, xx.xx.2019-cu il tarixli 471/M nömrəli Kredit müqaviləsi üzrə cəmi 1.021.778,88 (bir milyon iyirmi bir min yeddi yüz yetmiş səkkiz manat, 88 qəpik) manat, bundan 999.999,99 (doqquz yüz doxsan doqquz min doqquz yüz doxsan doqquz manat, 99 qəpik) manat əsas, 21.778,89 (iyirmi bir min yeddi yüz yetmiş səkkiz manat, 89 qəpik) manat faiz borcunun tutulması; tutmanın ipoteka ilə yüklü edilmiş Cavabdeh3 məxsus İsmayıllı rayonu, Tircan kəndi ərazisində yerləşən 0.959 ha torpaq sahəsinə və Qəbələ rayonu, Vəndam kəndi ərazisində yerləşən 0.991899 ha torpaq sahəsinə yönəlməsi, xx.xx.2019-cu il tarixli 501/M nömrəli Kredit müqaviləsi üzrə cəmi 528.985,29 (beş yüz iyirmi səkkiz min doqquz yüz səksən beş manat, 29 qəpik) manat, bundan 500.000 (beş yüz min) manat əsas, 11.971,40 (on bir min doqquz yüz yetmiş bir manat, 40 qəpik) manat faiz, 17.013,89 (on yeddi min on üç manat, 89 qəpik) manat Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən gecikdirilmiş vaxt üçün hesablanan illik (5%) faiz borcunun tutulması; - iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 8676,32 (səkkiz min altı yüz yetmiş altı manat, 32 qəpik) manat dövlət rüsumunun və ipoteka predmetlərinə tutmanın yönəldilməsi haqqında bildirişlərin qeydə alınması üçün ödənilmiş 588 (beş yüz səksən səkkiz) manat rüsumun Cavabdeh1 MTK-dan tutulması, - yuxarıdakı əmlakların ilkin satış qiymətinin müəyyən edilməsi və həmin əmlakların açıq hərracda satılması, ipoteka predmetlərinin satışından əldə olunmuş vəsaitin kredit borclarına yönəlməsi, satışdan əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh1 MTK-dan tutulması, - ipoteka predmetləri olan mənzillərə tutma yönəldikdə və mənzillər satıldıqdan sonra həmin mənzillər boşaldılaraq, alıcılara təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-339/2025 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Cavabdeh1 MTKdan xx.xx.2018-ci il tarixli 317/M nömrəli kredit müqaviləsi üzrə 1.323.251,41 AVRO əsas, 24.369,16 AVRO faiz borcu, 4.043,27 AVRO Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən gecikdirilmiş vaxt üçün hesablanan illik (5%) faiz borcu, ümumilikdə 1.351.663,84 AVRO (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş avronun manata nisbətən məzənnəsi nəzərə alınmaqla Azərbaycan manatı ekvivalenti ilə) tutularaq iddiaçı LPO İddiaçı ASC-yə ödənilməsi, tələbin ipoteka predmeti olan Cavabdeh1 MTK-ya məxsus ünvan 1 ünvanında yerləşən 50.9 kv.m ümumi sahəsi olan mənzilə - ilkin satış qiyməti109.000 manat olmaqla yönəldilməsi, göstərilən əmlakın açıq hərracda satılması, satışdan əldə olunan vəsait hesabına ümumilikdə 1.351.663,84 AVRO (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş avronun manata nisbətən məzənnəsi nəzərə alınmaqla Azərbaycan manatı ekvivalenti ilə) məbləğində borcun tutularaq iddiaçı LPO İddiaçı ASC-yə ödənilməsi, satışdan artıq qalan vəsaitin Cavabdeh1 MTK-ya qaytarılması, Cavabdeh1 MTK-dan xx.xx.2018-ci il tarixli 321/M nömrəli kredit müqaviləsi üzrə 3.570.000 manat əsas borc, 86.120,21 manat faiz borcu, ümumilikdə 3.656.120,21 manat məbləğində pulun tutularaq iddiaçı LPO İddiaçı ASC-yə ödənilməsi, tələbin ipoteka predmeti olan Cavabdeh1 MTK-ya məxsus ünvan 2 ünvanında yerləşən 64.3 kv.m ümumi sahəsi olan mənzilə - ilkin satış qiyməti 150000 manat olmaqla yönəldilməsi, göstərilən əmlakın açıq hərracda satılması, satışdan əldə olunan vəsait hesabına ümumilikdə 3.656.120,21 manat məbləğində borcun tutularaq iddiaçı LPO İddiaçı ASC-yə ödənilməsi, satışdan artıq qalan vəsaitin Cavabdeh1 MTK-ya qaytarılması, Cavabdeh1 MTK-dan xx.xx.2018-ci il tarixli 331/M nömrəli kredit müqaviləsi üzrə 3.706.648,64 manat əsas borc, 69.499,47 manat faiz borcu, ümumilikdə 3.776.148,11 manat məbləğində pulun tutularaq iddiaçı LPO İddiaçı ASC-yə ödənilməsi, tələbin ipoteka predmeti olan Cavabdeh1 MTK-ya məxsus ünvan 3 ünvanında yerləşən 195.7 kv.m ümumi sahəsi olan mənzilə - ilkin satış qiyməti 457000 manat olmaqla, Cavabdeh2 məxsus ünvan 4 ünvanında yerləşən 57.43 kv.m ümumi sahəsi olan mənzilə ilkin satış qiyməti 134000 manat olmaqla, Cavabdeh3 məxsus İsmayıllı rayonu, Tircan kəndi ərazisində yerləşən 0.959 ha torpaq sahəsinə - ilkin satış qiyməti 18700 manat olmaqla, Cavabdeh3 məxsus Qəbələ rayonu, Vəndam kəndi ərazisində yerləşən 0.991899 ha torpaq sahəsinə - ilkin satış qiyməti 21300 manat olmaqla yönəldilməsi, göstərilən əmlakların açıq hərracda satılması, satışdan əldə olunan vəsait hesabına ümumilikdə 3.776.148,11 manat məbləğində borcun tutularaq iddiaçı LPO İddiaçı ASC-yə ödənilməsi, satışdan artıq qalan vəsaitin ipoteka qoyanlara qaytarılması, Cavabdeh1 MTK-dan xx.xx.2018-ci il tarixli 334/M nömrəli kredit müqaviləsi üzrə 2.783.505,25 manat əsas borc, 67.200,98 manat faiz borcu, ümumilikdə 2.850.706,23 manat məbləğində pulun tutularaq iddiaçı LPO İddiaçı ASC-yə ödənilməsi, tələbin ipoteka predmeti olan Cavabdeh1 MTK-ya məxsus ünvan 5 ünvanında yerləşən 100.2 kv.m ümumi sahəsi olan mənzilə - ilkin satış qiyməti 216000 manat olmaqla yönəldilməsi, göstərilən əmlakın açıq hərracda satılması, satışdan əldə olunan vəsait hesabına ümumilikdə 2.850.706,23 manat məbləğində borcun tutularaq iddiaçı LPO İddiaçı ASC-yə ödənilməsi, satışdan artıq qalan vəsaitin Cavabdeh1 MTK-ya qaytarılması, Cavabdeh1 MTK-dan 20 fevral 2019-cu il tarixli 453/M nömrəli Kredit müqaviləsi üzrə 1.388.000 manat əsas borc, 26002,73 manat faiz borcu, ümumilikdə 1.414.002,73 manat məbləğində pulun tutularaq iddiaçı LPO İddiaçı ASC-yə ödənilməsi, tələbin ipoteka predmeti olan Cavabdeh3 məxsus İsmayıllı rayonu, Tircan kəndi ərazisində yerləşən 0.959 ha torpaq sahəsinə - ilkin satış qiyməti 18700 manat olmaqla və Cavabdeh3 məxsus Qəbələ rayonu, Vəndam kəndi ərazisində yerləşən 0.991899 ha torpaq sahəsinə - ilkin satış qiyməti 21300 manat olmaqla yönəldilməsi, göstərilən əmlakların açıq hərracdan satılması, satışdan əldə olunan vəsait hesabına ümumilikdə1.414.002,73 manat məbləğində borcun tutularaq iddiaçı LPO İddiaçı ASC-yə ödənilməsi, satışdan artıq qalan vəsaitin Cavabdeh3 qaytarılması, Cavabdeh1 MTK-dan xx.xx.2019-cu il tarixli 471/M nömrəli Kredit müqaviləsi üzrə 999.999,99 manat əsas borc, 18079,66 manat faiz borcu, ümumilikdə 1.018.079,65 manat məbləğində pulun tutularaq iddiaçı LPO İddiaçı ASC-yə ödənilməsi, tələbin ipoteka predmeti olan Cavabdeh3 məxsus İsmayıllı rayonu, Tircan kəndi ərazisində yerləşən 0.959 ha torpaq sahəsinə - ilkin satış qiyməti 18700 manat olmaqla və Cavabdeh3 məxsus Qəbələ rayonu, Vəndam kəndi ərazisində yerləşən 0.991899 ha torpaq sahəsinə - ilkin satış qiyməti 21300 manat olmaqla yönəldilməsi, göstərilən əmlakların açıq hərracda satılması, satışdan əldə olunan vəsait hesabına ümumilikdə 1.018.079,65 manat məbləğində borcun tutularaq iddiaçı LPO İddiaçı ASC-yə ödənilməsi, satışdan artıq qalan vəsaitin Cavabdeh3 qaytarılması, Cavabdeh1 MTK-dan xx.xx.2019-cu il tarixli 501/M nömrəli Kredit müqaviləsi üzrə 498075,60 manat əsas borc, 11.971,40 manat faiz borcu, 17.013,89 manat Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən gecikdirilmiş vaxt üçün hesablanan illik (5%) faiz borcu, ümumilikdə 527.060,89 manat məbləğində pulun tutularaq iddiaçı LPO İddiaçı ASC-yə ödənilməsi, Cavabdeh1 MTK-dan 8676,32 manat dövlət rüsumu və ipoteka predmetlərinə tutmanın yönəldilməsi haqqında bildirişlərin qeydə alınması üçün ödənilmiş 588 manat rüsumunun tutularaq iddiaçı LPO İddiaçı ASC-yə ödənilməsi, İpoteka predmetləri olan mənzillərə tutma yönəldikdə və mənzillər satıldıqdan sonra həmin mənzillər boşaldılması, iddia tələbinin qalan hissədə təmin edilməməsi, Cavabdeh1 MTK-dan 1500 manat ekspertiza xərcinin tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********, X2 KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ********************4 SWİFT BİK CTREAZ22), 300 manat ekspertiza xərcinin tutularaq "xxxx" MMC-yə, 1500 manat ekspertiza xərcinin tutularaq "xxxx" MMC-yə ödənilməsi qət edilmişdir. Cavabdeh1 MTK xx.xx.2025-ci il tarixdə apellyasiya şikayəti və şikayət verilməsi üçün buraxılmış prosessual müddətin bərpa olunması barədə vəsatət vermişdir. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-339/2025 saylı, xx.xx.2026-cı il tarixli qərardadı ilə iddiaçı LPO İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 MTK-ya, Cavabdeh3, Cavabdeh2 qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddiası üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)- 339/2025 saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə Cavabdeh1 MTK tərəfindən verilmiş ərizə (vəsatət) təmin edilməmiş, Cavabdeh1 MTK tərəfindən verilmiş apellyasiya şikayəti və apellyasiya şikayəti verilərkən ödənilmiş 4344,10 (dörd min üç yüz qırx dörd manat on qəpik) manat dövlət rüsumunun Cavabdeh1 MTK-ya geri qaytarılması qərara alınmışdır. Hazırda Cavabdeh1 MTK Bakı Kommersiya Məhkəməsinin sözügedən qərardadından şikayət verərək Bakı Kommersiya Məhkəməsinin e-2- 2(113)-339/2025 saylı, xx.xx.2026-cı il tarixli qərardadının ləğv edilməsini xahiş edir Şikayət onunla əsaslandırılmışdır ki, iddiaçı “LPO İddiaçı ASC cavabdehlər Cavabdeh1 MTK-ya, Cavabdeh3 və Cavabdeh2 qarşı “Borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı Kommersiya Məhkəməsinin qətnaməsi ilə iddia ərizəsi təmin edilmişdir. Cavabdeh1 MTK xx.xx.2025-ci il tarixdə apellyasiya şikayəti və şikayət verilməsi üçün buraxılmış prosessual müddətin bərpa olunması barədə vəsatət vermişdir. Vəsatəti onunla əsaslandırmışdır ki, Bakı Kommersiya Məhkəməsinin e-2 2(113)-339/2025 №-li xx.xx.2025-ci il tarixli qətnaməsi Elektron Məhkəmə İnformasiya Sisteminə xx.xx.2025-ci il tarixində yerləşdirildiyi görünsə də, qeyd olunan tarix qeyri-iş gününə təsadüf etdiyindən qətnamə ilə faktiki tanış olmaq və onu əldə etmək yalnız növbəti ilk iş günü — xx.xx.2025ci il tarixində mümkün olmuşdur. Bu baxımdan hesab edilmişdir ki, qətnamədən apellyasiya şikayətinin verilməsi üçün nəzərdə tutulmuş prosessual müddətin axımı məhz qətnamənin real əldə edildiyi və onun məzmunu ilə tanış olmağın mümkün olduğu xx.xx.2025-ci il tarixindən hesablanmalıdır. Məhkəmə, prossesual müddətin buraxılmasını üzürlü saymayaraq vəsatəti təmin etməmişdir. Aşağıda göstərilənlərə əsasən qərardadı qanunsuz və əsassız hesab edirik. Belə ki, iş materiallarından görünür ki, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e2 2(113)-339/2025 saylı qətnaməsi Cavabdeh1 MTK-nin nümayəndəsi və vəkilinin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə xx.xx.2025-ci il tarixdə, saat 21:08-də yerləşdirilmişdir. Bundan başqa həmin qətnamə Cavabdeh1 MTK-nin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə xx.xx.2025-ci il tarixdə, saat 21:08də yerləşdirilmişdir. Qətnamə xx.xx.2025-ci il saat 21:08-da iş vaxtının bitdiyi gün olduğuna görə onun təqdim edilməsi növbəti iş günündən hesablanmalıdır. Göründüyü kimi xx.xx.2025-ci il həftənin şənbə günüdür və həmin gün iş günü deyildir. Həftənin sonuncu iş günü xx.xx.2025-ci il saat 18:00-da “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə daxil olarkən qətnamənin yerləşdirilmədiyi məlum olandan sonra, şənbə və bazar günlərində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə daxil olmağa zərurət yaranmamışdır. Növbəti iş günü “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə daxil olanda qətnamə barədə məlumatımız olmuşdur. Göründüyü kimi “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə xx.xx.2025-ci il tarixdə, saat 21:08-də yerləşdirilmiş qətnamənin qanuni qüvvəsini xx.xx.2025-ci il tarixdə saat 21:08-də alındığı bildirilsə də, onun icraya yönəldilməsi növbəti iş günü yəni xx.xx.2025- ci il tarixdə baş verməliydi. Qətnamənin icraya yönəldilməsi nəzərdə tutulduğu gün isə ondan apellyasiya şikayəti verilmişdir. Lakin, Məhkəmə AR Konstitusiyanın 26, 60-cı və AR MPM-nin 4-cü maddələrinin tələblərini pozmuşdur. Belə ki, Konstitusiyanın 26-cı maddəsinə müvafiq olaraq, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinə görə, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə müdafiəsi ən mühüm müdafiə mexanizmi olmaqla, hər kəsin hüquq və azadlıqları ilə bağlı yaranmış istənilən mübahisənin məhkəmədə həll olunmasını əhatə edir. Bu baxımdan, məhkəmələrin birbaşa təyinatını da ədalət mühakiməsini həyata keçirməklə pozulmuş hüquq və azadlıqları bərpa etmək təşkil edir. Ədalət mühakiməsi isə qanunla müəyyən edilmiş qaydada işə baxılması əsasında qanuni və əsaslı məhkəmə qərarının çıxarılması ilə həyata keçirilir. Azərbaycan Respublikası Prezidentinin “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” 2019-cu il 3 aprel tarixli Fərmanı da ədalət mühakiməsinin səmərəliliyinin artırılmasına, məhkəməyə müraciət imkanlarının daha da genişləndirilməsinə, məhkəməyə əlçatanlığın və ictimai etimadın, ədalət və s. prinsiplərə dönmədən riayət edilməsinin təmin edilməsinə yönəlmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi bir sıra qərarlarında da məhkəmə əlçatanlığı prinsipi ilə bağlı mövqeyini bildirmişdir. Avropa Məhkəməsi qeyd etmişdir ki, prosessual normaların tətbiqi zamanı məhkəmələr tərəfindən icraatın ədalətliliyinə mənfi təsir edə biləcək ifrat formallıqdan qaçılmalıdır. Prosessual normaların ciddi tətbiqi bəzən məhkəməyə əlçatanlıq hüququnun əsl mahiyyətinə xələl gətirə bilər.Göründüyü kimi, Məhkəmənin qətnaməsi qanuni qüvvəyə mindiyi gün iş günü olmadığından onun icraya yönəldildiyi gün apellyasiya şikayəti verilmiş olsa da, məhkəmə qanunsuz və əsassız olaraq buraxılmış prosessual müddətin bərpası barədə ərizəni təmin etməyərək apellyasiya şikayətinin qəbulundan imtina etmişdir. Bununla da, məhkəmə apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə ərizəsinin təmin etməməklə, cavabdeh MMC-nin məhkəmə müdafiəsi və ədalətli məhkəmə araşdırması hüquqlarını pozmuşdur. Hesab edirik ki, məhkəmə qanunsuz və əassız qərardadını ləğv edərək, buraxılmış prossesual müddət bərpa edib apellyasiya şikayətinin baxılmasını təmin etməlidir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2026-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 135.1. Bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər 135.2. Məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər. 135.3. Məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir. 135.4. Məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər bunu məhkəmə sənədlərini aldıqları tarixdən sonra gələn gündən gec olmayaraq yerinə yetirməli və məhkəmə sənədlərinin çatdırılması barədə bir gün müddətində məhkəməyə xəbər verməlidirlər. 135.5. Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir.. 128.3-cü maddəsinə görə illərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin axını müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır. 129.1-ci maddəsinə görə aylarla hesablanan müddət, müddətin müvafiq son ayında və günündə qurtarır. Aylarla hesablanan müddətin sonu müvafiq günü olmayan aya düşərsə, müddət həmin ayın son günündə qurtarır. 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. 357.1 və 357.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. İş materiallarından görünür ki, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-339/2025 saylı qətnaməsi Cavabdeh1 MTK-nin nümayəndəsi və vəkilinin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə xx.xx.2025-ci il tarixdə, saat 21:08-də yerləşdirilmiş, bu barədə sistem vasitəsilə cavabdeh "xxxx" MTK-nin nümayəndəsi və vəkili Vəkil “Elektron ünvan 1” elektron poçtu vasitəsilə sonuncuya məlumat verilmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-339/2025 saylı qətnaməsi Cavabdeh1 MTK-nin qanuni nümayəndəsinin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə xx.xx.2025-ci il tarixdə, saat 21:08-də yerləşdirilmiş, bu barədə sistem vasitəsilə cavabdeh "xxxx" MTK-nin qanuni nümayəndəsi Qanuni nümayəndə “Elektron ünvan 2” elektron poçtu vasitəsilə sonuncuya məlumat verilmişdir. Beləliklə, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)- 339/2025 nömrəli qətnaməsi cavabdehə xx.xx.2025-ci il tarixdə rəsmi qaydada təqdim edilmişdir. Göründüyü kimi qətnamə cavabdehə xx.xx.2025-ci il tarixdə rəsmi qaydada təqdim edilmiş, cavabdehin qətnaməni əldə etdiyi vaxtdan sonra prosessual qanunvericiliyin tələblərinə uyğun apellyasiya şikayəti vermək üçün kifayət qədər vaxtı olmuş, lakin həmin müddət ərzində müvafiq hərəkətlər edilməmişdir. Şikayət cavabdehin nümayəndəsi və vəkili Vəkil tərəfindən elektron məhkəmə informasiya sistemi vasitəsi ilə xx.xx.2025-ci il tarixdə verilmişdir. Məhkəmə buraxılmış müddəti yalnız buraxılmanın səbəblərini üzrlü hesab etdikdə bərpa edə bilər. Ona görə də buraxılmış müddətin bərpası haqqında ərizədə onun buraxılmasının səbəbləri izah edilməli və ərizəçinin bu səbəbləri üzrlü hesab etməsinin əsasları göstərilməlidir. Üzrlü səbəblər dedikdə, müvafiq prosessual hərəkətin vaxtında edilməsini qeyri-mümkün edən və ya bunu çətinləşdirən səbəblər başa düşülməlidir. Məhkəmə kollegiyası qeyd edilənləri əsaslı sayaraq hesab edir ki, prosessual müddətin bərpa edilməsi barədə vəsatət haqlı olaraq birinci instansiya məhkəməsi tərəfindən təmin edilməmişdir. Beləliklə, kollegiya hesab edir ki, şikayət əsassızdır və onun dəlilləri birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də, şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh "xxxx" MTK tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-339/2025 saylı, xx.xx.2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2-2(3-6)-127/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(3-6)-127/2026
11.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver