Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(3-6)-144/2026 19.02.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh3, Bekar Uğur və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə (açar sözlər: kredit müqaviləsi, yalan əqd, sübutların mötəbərliyi və aidiyyəti, sübutetmə yükü) X5 Əliyevanın sədrliyi və məruzəsi ilə, X3 və Ziya Allahverdi oğlu Şirinovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, İddiaçının nümayəndəsi X4 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh3, Bekar Uğur və Cavabdeh2 (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti) qarşı “kredit müqaviləsi üzrə pulun tutulması” tələbinə dair Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)- 1632/2025 saylı qətnaməsindən cavabdehlər Cavabdeh3 MMC və Cavabdeh2 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İşin halları:
1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh3 MMC arasında xx.xx.2021-ci il tarixli **********09092021 saylı bank xidmətlərinin göstərilməsi haqqında ümumi müqavilə çərçivəsində kreditləşmənin xüsusi şərtlərinə dair xx.xx.2022-ci il tarixli 01 saylı əlavə bağlanmış, həmin əlavəyə əsasən İddiaçı ASC Dövlət Gömrük Komitəsi ilə bağlanmış müqavilə üzrə xərclərin qarşılanması məqsədilə 2 800 000 manat məbləğində pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən şərtlərlə Cavabdeh3 MMC-yə verməyi, cavabdeh "xxxx" MMC isə aldığı pul vəsaitini 12 ay müddətə illik 14 faiz dərəcəsi ilə iddiaçıya qaytarmağı öhdəsinə götürmüşdür. Həmin əlavəyə xx.xx.2023-cü il tarixli 01 nömrəli razılaşma ilə kreditin müddəti xx.xx.2023-cü il tarixdən etibarən 12 ay müəyyən edilmişdir.
2. Ümumi müqaviləyə 15551/103 saylı 13 may 2024-cü il tarixli əlavə ilə qalıq 1 558 864,63 manat kredit məbləğinin 12 ay müddətinə illik 14 faiz dərəcəsi ilə restrukturizasiyası həyata keçirilmişdir. 15551/103 saylı 13 may 2024-cü il tarixli əlavə üzrə öhdəliklərin icrasının təminatı olaraq cavabdeh Uğur Bekar xx.xx.2024-cü il tarixli 17972/103 nömrəli, Cavabdeh2 xx.xx.2024-cü il tarixli 17973/103 nömrəli zaminlik müqaviləsinə imza etməklə borcalanın öz öhdəliyini tamamilə icra etməsi üçün birgə məsuliyyət daşımağı öz üzərinə götürmüşlər.
3. Dövlət Gömrük Komitəsi ilə bağlanmış 05 oktyabr 2021-ci il tarixli DGKYİB/09/21U nömrəli malların satınalma müqaviləsinə əsasən Dövlət Gömrük Komitəsinin yeni inzibati binasının interyer işlərinin həyata keçirilməsi ilə əlaqədar mal, iş və xidmətlərin satın alınması üçün Cavabdeh3 MMC-nin 18 248 454,98 manat məbləğində təklifini Dövlət Gömrük Komitəsi qəbul etmiş, Cavabdeh3 MMC müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında görüləcək işlərin son təyinat nöqtəsində təhvil verilməsini öhdəsinə götürmüşdür. Daha sonra Cavabdeh3 MMC ilə "xxxx" MMC arasında 10 noyabr 2022-ci il tarixli 113/P-2 nömrəli satınalma müqaviləsi imzalanmış, həmin müqaviləyə əsasən "xxxx" MMC Dövlət Gömrük Komitəsinin yeni inzibati binasının interyer işlərinin həyata keçirilməsi ilə əlaqədar Cavabdeh3 MMC-nin 12 739 851,06 manat məbləğində təklifini qəbul etmiş, sonuncu müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında görüləcək işlərin son təyinat nöqtəsində təhvil verilməsini öhdəsinə götürmüşdür.
4. Dövlət Gömrük Komitəsi, "xxxx" MMC və Cavabdeh3 MMC arasında hüquq və öhdəliklərin ötürülməsi barədə 29 dekabr 2022-ci il tarixli DGKUF01 nömrəli müqavilə bağlanmış, həmin müqavilə ilə 05 oktyabr 2021-ci il tarixli DGKYİB/09/21U nömrəli müqavilə üzrə 12 739 851,06 manat məbləğində tamamlanmalı olan iş həcmləri və ödəmələr üzrə qalan 3 821 955,32 manat məbləğində avans vəsaiti üzrə hüquq və öhdəliklər "xxxx" MMC-yə ötürülmüş, "xxxx" MMC Cavabdeh3 MMC-dən qəbul etdiyi qalıq işlərin son təyinat nöqtəsində Dövlət Gömrük Komitəsinə təhvil verilməsini öhdəsinə götürmüşdür.
5. İş materiallarında olan audio yazıdan onun Cavabdeh3 MMC, Cavabdeh3 MMCnin direktoru Bekar Uğur ilə "xxxx" MMC-nin nümayəndəsi kimi təqdim edilən şəxslə aparıldığı görünür.
6. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh3 MMC və "xxxx" MMC-yə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubda xx.xx.2023-cü il tarixdə eyni məzmunlu razılaşmanın xx.xx.2022-ci il tarixli 01 saylı əlavə üzrə də bağlandığı qeyd edilmiş, həmin razılaşmaya əsasən "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixdən Cavabdeh3 MMC-yə olan bütün ödənişlərini yalnız sonuncunun iddiaçıda olan hesabına icra edəcəyi göstərilmişdir.
7. İş materiallarından görünür ki, iddiaçı xx.xx.2024-cü il tarixdə xəbərdarlıq məktubu ilə Cavabdeh3 MMC-yə müraciət edərək, bütün borc məbləğinin tam olaraq ödənilməsini tələb etmiş, həmin məktub xx.xx.2024-cü il tarixdə sonuncuya X1 Sistemi vasitəsilə çatdırılmışdır.
8. Təqdim edilən Dövlət Gömrük Komitəsinin xx.xx.2022-ci il tarixli İddiaçı ASC-yə ünvanlanan məktubunda qeyd edilmişdir: “Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi və Cavabdeh3 MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli DGKYİB/09/21U nömrəli müqaviləyə əsasən (Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin yeni inzibati binasının interyer işlərinin həyata keçirilməsi ilə əlaqədar mal iş və xidmətlərin satın alınması) Cavabdeh3 MMC qeyd olunan müqavilə üzrə üzərinə düşən öhdəlikləri sifarişçinin istək və tələblərinə uyğun olaraq peşəkar işçi heyəti ilə, yüksək keyfiyyətlə və vaxtında icra edir. Müqavilə üzrə öhdəliklərin icrası zamanı hər hansı mənfi hala rast gəlinməmişdir. X9 Komitəsinin yeni inzibati binasının tikintisi ilə əlaqədar hazırlanmış layihə-smeta sənədlərinin dəyişdirilməsi zərurəti yarandığından bağlanmış müqavilə üzrə ödənişlər müvafiq ekspertiza rəyi hazır olduqdan sonra təqdim edilən “Forma-2”lər əsasında ödəniləcəkdir”.
9. Elektron iddia ərizəsinin “dövlət rüsumunun ödənilməsi haqqında məlumat” qrafasından görünür ki, iddiaçı tərəfindən ********** nömrəli qəbzə əsasən 1123,65 manat, ********** nömrəli qəbzə əsasən 17,27 manat məbləğində pul dövlət büdcəsinə ödənmişdir.
10. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişindən görünür ki, 29 iyul 2025-ci il tarixli 9/2106 nömrəli ekspert rəyi üzrə aparılmış tədqiqatın dəyərini 200 manat təşkil edir.
11. 29 iyul 2025-ci il tarixli 9/2106 nömrəli ekspert rəyindən görünür ki, xx.xx.2024-cü il tarixli 15551/103 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixə əsas borc 807 583,81 manat, faiz borcu 43340,33 manat təşkil edir.
Birinci instansiya məhkəməsindəki icraat:
12. İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh3, Bekar Uğur və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə Cavabdeh3 MMC arasında bağlanmış bank xidmətlərinin göstərilməsi haqqında ümumi müqaviləyə kreditləşmənin xüsusi şərtlərinə dair 15551/103 saylı 13 may 2024-cü il tarixli əlavə üzrə 807.583,81 manat əsas, 43.340,33 manat faiz borcu olmaqla cəmi 850.924,14 manat məbləğində pulun və ödənilmiş 1140,92 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
13. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh3 MMC ilə iddiaçı arasında bağlanmış 19 aprel 2024-cü il tarixli bank xidmətlərinin göstərilməsi haqqında ümumi müqaviləyə kreditləşmənin xüsusi şərtlərinə dair 15551/103 saylı 13 may 2024-cü il tarixli əlavəyə əsasən cavabdeh "xxxx"-MMC-yə 12 ay müddətinə illik 14 % olmaqla 1 558 864,63 manat kredit verilmişdir. Əlavə olaraq iddiaçı ilə Uğur Bekar arasında 13 may 2024-cü il tarixli 17971/103 saylı zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsində 15551/103 saylı 13 may 2024-cü il tarixli əlavəyə əsasən bank qarşısında öhdəliklərin vaxtında yerinə yetirilməsində Uğur Bekarın borcalanla eyni dərəcədə məsuliyyətinin olması əks olunmuşdur. Əlavə olaraq, iddiaçı ilə Cavabdeh2 arasında 13 may 2024-cü il tarixli 17973/103 saylı zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsində bağlanmış 15551/103 saylı 13 may 2024-cü il tarixli əlavəyə əsasən bank qarşısında öhdəliklərin vaxtında yerinə yetirilməsində Cavabdeh2 borcalanla eyni dərəcədə məsuliyyətinin olması əks olunmuşdur. Kredit müqaviləsinin tərkib hissəsi olan ödəniş qrafikinə əsasən Cavabdeh3 MMC hər ay ödəniş etməli olduğu halda, sonuncu bu öhdəliyi lazımi qaydada yerinə yetirməmişdir. Hazırda kredit müqaviləsinə əsasən cavabdehlər müəyyən olunmuş müddətdə krediti, ona hesablanacaq faizi ödəməli olduğu halda, bu öhdəliyi lazımi qaydada yerinə yetirməməklə ödəniş cədvəlinə uyğun ödənişlər etməmişdir və 15551/103 saylı 13 may 2024-cü il tarixli əlavə üzrə 03 dekabr 2024-cü il tarixə 807.583,81 manat əsas, 43.340,33 manat faiz borcu olmaqla cəmi 850.924,14 manat borazılaşmarc mövcuddur. Cavabdehlərə borcun qaytarılması haqqında dəfələrlə xəbərdarlıq olunmuş, lakin buna baxmayaraq, bu günə kimi borcun və hesablanmış faizlərin ödənilməsi üçün tədbirlər görülməmişdir.
14. İddia ərizəsində iddianın maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 442, 472, 739-cu və s. maddələri göstərilmişdir
15. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-1632/2025 saylı qətnaməsi ilə iddia təmin edilmiş, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh3 arasında bağlanmış bank xidmətlərinin göstərilməsi haqqında ümumi müqaviləyə kreditləşmənin xüsusi şərtlərinə dair 15551/103 saylı 13 may 2024-cü il tarixli əlavə üzrə 807 583,81 manat əsas borc, 43 340,33 manat faiz borcu olmaqla ümumilikdə 850 924,14 manat məbləğində pulun, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 1140,92 manat məbləğində pulun cavabdehlər Cavabdeh3, Bekar Uğur və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, ekspertiza xərci olaraq 200 manat məbləğində pulun cavabdehlər Cavabdeh3, Bekar Uğur və Cavabdeh2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, X2, 210005, VÖEN – **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN – **********, hesab AZ34CTRE********************) ödənilməsi qət edilmişdir.
16. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı adıçəkilən kredit müqaviləsi üzrə 807 583,81 manat əsas, 43 340,33 manat faiz borcunun tutulmasını xahiş edir. Cavabdeh3 MMC kredit müqaviləsinin yalan əqd kimi etibarsız olduğunu, borcalan qismində Dövlət Gömrük Komitəsi və "xxxx" MMC-nin çıxış etdiyini bildirərək iddianın rədd edilməsini xahiş edir. Cavabdeh2 ekspertiza rəyinin düzgün tərtib edilmədiyini, "xxxx" MMC tərəfindən öhdəliyin icra edildiyini bildirərək iddianın rədd edilməsini xahiş edir. İş materiallarında olan yazılı sübutlardan görünüb ki, Dövlət Gömrük Komitəsi ilə bağlanmış 05 oktyabr 2021-ci il tarixli DGKYİB/09/21U nömrəli malların satınalma müqaviləsinə əsasən Dövlət Gömrük Komitəsinin yeni inzibati binasının interyer işlərinin həyata keçirilməsi ilə əlaqədar mal, iş və xidmətlərin satın alınması üçün Cavabdeh3 MMC-nin 18 248 454,98 manat məbləğində təklifini Dövlət Gömrük Komitəsi qəbul etmiş, Cavabdeh3 MMC müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında görüləcək işlərin son təyinat nöqtəsində təhvil verilməsini öhdəsinə götürmüşdür. Daha sonra Cavabdeh3 MMC ilə "xxxx" MMC arasında 10 noyabr 2022-ci il tarixli 113/P-2 nömrəli satınalma müqaviləsi imzalanmış, həmin müqaviləyə əsasən "xxxx" MMC Dövlət Gömrük Komitəsinin yeni inzibati binasının interyer işlərinin həyata keçirilməsi ilə əlaqədar Cavabdeh3 MMC-nin 12 739 851,06 manat məbləğində təklifini qəbul etmiş, sonuncu müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında görüləcək işlərin son təyinat nöqtəsində təhvil verilməsini öhdəsinə götürmüşdür. Daha sonra Dövlət Gömrük Komitəsi, "xxxx" MMC və Cavabdeh3 MMC arasında hüquq və öhdəliklərin ötürülməsi barədə 29 dekabr 2022-ci il tarixli DGKUF01 nömrəli müqavilə bağlanmış, həmin müqavilə ilə 05 oktyabr 2021-ci il tarixli DGKYİB/09/21U nömrəli müqavilə üzrə 12 739 851,06 manat məbləğində tamamlanmalı olan iş həcmləri və ödəmələr üzrə qalan 3 821 955,32 manat məbləğində avans vəsaiti üzrə hüquq və öhdəliklər "xxxx" MMC-yə ötürülmüş, "xxxx" MMC Cavabdeh3 MMC-dən qəbul etdiyi qalıq işlərin son təyinat nöqtəsində Dövlət Gömrük Komitəsinə təhvil verilməsini öhdəsinə götürmüşdür. Başqa sözlə, Dövlət Gömrük Komitəsi (sifarişçi) ilə Cavabdeh3 MMC (podratçı) arasında sonuncunun 18 248 454,98 manat məbləğində mal, iş və xidmətləri icra etməsi ilə bağlı müqavilə imzalanmış, həmin müqavilə üzrə 12.739.851,06 manat məbləğində mal, iş və xidmətlərin icra edilməsi və 3.821.955,32 manat məbləğində avans vəsaiti üzrə hüquq və vəzifələri "xxxx" MMC-yə ötürülmüş, "xxxx" MMC baş podratçı qismində çıxış etməklə 12.739.851,06 manat məbləğində mal, iş və xidmətlərin icra edilməsi ilə bağlı Cavabdeh3 MMC-ni (subpodratçı) cəlb etmişdir. Cavabdeh3 MMC-nin təsvirinə görə, Dövlət Gömrük Komitəsi 05 oktyabr 2021-ci il tarixli DGKYİB/09/21U nömrəli malların satınalma müqaviləsi üzrə ödənişləri icra edə bilmədiyindən və dövlət orqanı olduğu üçün kredit götürə bilmədiyindən Cavabdeh3 MMC vasitəsilə İddiaçı ASC-dən kredit götürmüş, daha sonra Dövlət Gömrük Komitəsinin hüquq və vəzifələri "xxxx" MMC-yə ötürülmüşdür. Bu mənada kredit müqaviləsinin tərəfləri əslində Dövlət Gömrük Komitəsi, "xxxx" MMC və Cavabdeh3 MMC-dir. Yəni hazırkı kredit müqaviləsi görüntüdə bağlanan əqd kimi iddiaçı ilə Dövlət Gömrük Komitəsi, "xxxx" MMC arasındakı kredit münasibətlərini pərdələyir. Konstitusiya Məhkəməsi Plenumunun bir sıra qərarlarında ifadə olunmuş hüquqi mövqelərə əsasən, mülki dövriyyə iştirakçılarının sərbəst seçimi olaraq əqd tərəflərin azad və qarşılıqlı iradə ifadəsi nəticəsində əmələ gəlir. Odur ki, əqdin etibarsızlığı ilə bağlı işlərə baxılarkən, yalnız yazılı və formal hallara qiymət verməklə kifayətlənilməməli, tərəflərin iradə ifadəsinin həqiqi məzmunu və hüquqi niyyətləri də müəyyən edilməlidir. Bu növ iddia tələbləri üzrə müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla təsdiq edilə bilər (B.Qasımovun şikayəti üzrə 2019- cu il 9 dekabr və N.Əsədovanın şikayəti üzrə 2021-ci il 12 aprel tarixli Qərarlar). Nəzərə alınmalıdır ki, yalan əqdin etibarsızlığının əsas səbəbi tərəflərin həqiqi iradələri ilə bu iradənin bəyanı arasında qəsdən yaradılan uyğunsuzluqda, üçüncü şəxslərdə müqavilənin etibarlılığına dair yanlış təsəvvür yaratmaqda ifadə olunur. Odur ki subyekt tərkibindən asılı olmayaraq müqavilə tərəflərinin üçüncü şəxslərdə yanlış təsəvvür yaratmaq niyyətilə bağladığı istənilən əqd yalan əqd olmaqla əhəmiyyətsizdir. Məhkəmə hazırkı işin hallarından çıxış edərək 2 situasiyanın fərqləndirilməsini zəruri hesab edib: 2 şəxs arasında olan hər hansı ikitərəfli öhdəlik münasibəti üzrə borclunun öz öhdəliyini vaxtında icra edə bilməməsi, lakin kreditoru olduğu icrada maraqlı olması, bu səbəbdən icranın davam etməsi üçün kreditora pul vəsaitinin digər mənbələr əsasında əldə edilməsini təklif etməsi, həmin vəsaitin əldə edilməsinə kömək etməsi, nəticədə kreditorun buna razılıq verərək üçüncü şəxsdən maliyyə vəsaiti əldə etməsi, həmin vəsait hesabına borclu qarşısında öz öhdəliyinin icra edilməsinə davam etməsi, lakin borclunun hər hansı borcdan azad edilməməsi halı (birinci situasiya); 2 şəxs arasında olan ikitərəfli öhdəlik münasibəti üzrə borclunun hər hansı üçüncü şəxslər və ya kreditor qarşısında olan öhdəliyini icra edə bilməməsi, qeyd edilən öhdəliklərin icra edilə bilməsi məqsədilə kreditor vasitəsilə bankla müqavilə bağlaması, pul vəsaitini kreditor vasitəsilə əldə edərək üçüncü şəxslər və ya kreditor qarşısında olan öhdəliklərini icra etməsi, hər hansı şəxslər qarşısında yanlış təsəvvür yaratmaq niyyəti (ikinci situasiya). Göstərilməlidir ki, mülki qanunvericilik normaları baxımından ikinci situasiyada yalan əqdin nəzərdən keçirilməsi mümkün olsa da, birinci situasiyada yalan əqddən söhbət gedə bilməz. Belə ki, yalan əqd zamanı görüntüdə bağlanan əqd üzrə reallıqda mal, əmtəə dövriyyəsi baş vermir, əqd nəticəsizliklə xarakterizə olunur, bütün faktiki münasibətlər gizli bağlanan əqdin icrasına yönəldilir. Həmçinin qeyd edilənlər üçüncü şəxslərdə yanlış təsəvvür yaratmaq niyyəti ilə edilir. Hazırkı işin hallarından isə Cavabdeh3 MMC-nin kredit vəsaitini əldə edərək Dövlət Gömrük Komitəsi və ya "xxxx" MMC-nin üçüncü şəxslər və ya Cavabdeh3 MMC qarşısında olan öhdəliklərinin icrasına yönəltdiyi iş materialları ilə öz təsdiqini tapmır. Başqa sözlə, Dövlət Gömrük Komitəsinin və ya "xxxx" MMC-nin Cavabdeh3 MMC-yə kredit götürməsini təklif etməsi, kreditin götürülməsinə yardım etməsi, Cavabdeh3 MMC-nin həmin krediti əldə edərək Dövlət Gömrük Komitəsi və ya "xxxx" MMC qarşısında olan öhdəliklərinin icrasına davam etməsi, krediti yeni inzibati binanın tikilməsi ilə bağlı öz öhdəliklərinin icra edilməsi üçün üçüncü şəxslərdən mal alınması, işlər görülməsi, xidmətlər göstərilməsi ilə əlaqədar xərclərə sərf etməsi kredit müqaviləsinin yalan əqd olması anlamına gələ bilməz. Yalan əqd yalnız Dövlət Gömrük Komitəsi və ya "xxxx" MMC-nin kredit vəsaitini görüntüdə bağlanan əqd vasitəsilə əldə edərək özlərinin Cavabdeh3 MMC və ya üçüncü şəxslər qarşısında olan öhdəliklərinin icrasına yönəltdiyi halda mövcud ola bilərdi. Halbuki həmin kredit vəsaitləri hesabına (onları əldə edərək) Dövlət Gömrük Komitəsi və ya "xxxx" MMC nəinki hər hansı üçüncü şəxs qarşısında, hətta Cavabdeh3 MMC qarşısında olan öhdəliklərinin icrasından azad edilməmişdir. Bu isə kredit münasibətlərinin əslində Dövlət Gömrük Komitəsi və ya "xxxx" MMC və bank arasında yaranmasını istisna edir. Digər tərəfdən, Cavabdeh3 MMC də həmin vəsaitləri əldə edib Dövlət Gömrük Komitəsi və ya "xxxx" MMC-yə verməsi və ya sonuncuların tapşırığı ilə onların hər hansı şəxs qarşısında olan öhdəliklərinin icrasına yönəltməsi və ya həmin kredit vəsaiti əsasında Dövlət Gömrük Komitəsi və ya "xxxx" MMC-ni öhdəliyin icrasından azad etməsi barədə hər hansı sübut təqdim etməmişdir. İş materiallarında olan audio yazıda qarşı tərəfin "xxxx" MMCnin nümayəndəsi olduğu təsdiq edilməmişdir. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə görə, qanunu pozmaqla əldə edilmiş sübut anlayışı mülki hüquq subyektlərinin şəxsi toxunulmazlıq hüququnun pozulması nəticəsində əldə edilmiş sübut mənasını daşıyır. İnsanın səs, görüntü və s. kimi şəxsiyyəti ilə bağlı olan dəyərlərinin onun iradəsi xaricində istifadə olunmasının yolverilməzliyi prinsipi insan şəxsiyyətinin toxunulmazlığını və ona olan hörməti təmin etmək məqsədi daşıyır. Şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması öz-özlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı bir-birlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz (N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 12 aprel 2021-ci il tarixli Qərar). Belə olan halda, həmin sübutun üçüncü şəxslə bağlı hissəsi qanunu pozmaqla əldə edilmiş sübut olduğundan həmin hissədə sübutların siyahısından kənarlaşdırılır. X10 bağlı olan hissədə sonuncu tərəfindən Dövlət Gömrük Komitəsinin ödənişləri vaxtında icra edə bilmədiyi, Cavabdeh3 MMC-nin kredit əldə edərək işləri icra etdiyi bildirilir, Dövlət Gömrək Komitəsi borcunu ödəmədiyi halda, Cavabdeh3 MMC-nin nə üçün kredit götürməli olduğuna etiraz edilir. İş materiallarında olan İddiaçı ASC, "xxxx" MMC və "xxxx" MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli razılaşmanın hazırkı işə aidiyyəti də öz təsdiqini tapmır. Belə ki, bank xidmətlərinin göstərilməsi haqqında ümumi müqavilə çərçivəsində bağlanmış kreditləşmənin xüsusi şərtlərinə dair xx.xx.2022-ci il tarixli 01 saylı əlavə üzrə deyil, xx.xx.2022-ci il tarixli 02 saylı əlavə üzrə bağlanmışdır. Lakin iddiaçının Cavabdeh3 MMC və "xxxx" MMC-yə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubda xx.xx.2023-cü il tarixdə eyni məzmunlu razılaşmanın xx.xx.2022-ci il tarixli 01 saylı əlavə üzrə də bağlandığı qeyd edilmiş, həmin razılaşmaya əsasən "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixdən Cavabdeh3 MMC-yə olan bütün ödənişlərini yalnız sonuncunun iddiaçıda olan hesabına icra edəcəyi göstərilmişdir. Məhkəmə hər üç sübuta (xx.xx.2022-ci il tarixli məktub, audioyazı, xx.xx.2023- cü il tarixli digər razılaşma) münasibətdə göstərib ki, qeyd edilən sübutlar Cavabdeh3 MMC-nin bildirdiklərinin ziddinə, yuxarıda göstərildiyi kimi, Dövlət Gömrük Komitəsi və "xxxx" MMC tərəfindən ödənişlərin edilməməsi ilə bağlı "xxxx" MMC-nin işlərin davam etdirilməsi naminə kredit götürdüyü, həmin vəsaitlər hesabına öhdəliklərinin icrasına davam etdiyini göstərir. Beləliklə, məhkəmə hesab edib ki, hazırkı işin halları ilə yalan əqdin elementləri görüntüdə bağlanan əqd və ya pərdələyən əqd, gizli bağlanan əqd və ya pərdələnən əqd, yanlış təsəvvür yaratmaq niyyətinin mövcudluğu öz təsdiqini tapmadığından mübahisələndirilən kredit müqaviləsi və ya zaminlik müqavilələrinin etibarsızlığından söhbət gedə bilməz. Bununla yanaşı, məhkəmə göstərməyi zəruri hesab edib ki, müvafiq hallar sübut olunduğu təqdirdə Cavabdeh3 MMC Dövlət Gömrük Komitəsi və "xxxx" MMC tərəfindən öhdəliyin icrasının gecikdirilməsi nəticəsinə sonunculardan dəymiş zərərin ödənilməsini tələb hüququnu özündə saxlayır. Məhkəmə kredit müqaviləsi üzrə borcun tutulması tələbinə hüquqi qiymət verilməsi üçün tərəflər arasında bağlanmış kredit müqaviləsinin hüquqi qüvvəsi məsələsinin şərh edilməsini zəruri sayır. Hazırkı mübahisə üzrə borc verən pula mülkiyyət hüququnu borc alana keçirmək öhdəliyini icra etsə də, borc alan müqavilə üzrə öhdəliyini icra etməyərək aldıqlarını borc verənə qaytarmaq öhdəliyini icra etməmişdir. İş materiallarından görünüb ki, iddiaçı xx.xx.2024-cü il tarixdə xəbərdarlıq məktubu ilə Cavabdeh3 MMC-yə müraciət edərək, bütün borc məbləğinin tam olaraq ödənilməsini tələb etmiş, həmin məktub xx.xx.2024-cü il tarixdə sonuncuya X1 Sistemi vasitəsilə çatdırılmışdır. Məhkəmə qeyd edib ki, təqdim edilən hesabdan çıxarış məlumatlarından xx.xx.2024-cü il tarixdən sonra hər hansı ödənişin olmadığı görünür. Belə olan halda, iddiaçının xx.xx.2024-cü il tarixdə cavabdehə xəbərdarlıq məktubu yollayaraq bütün əsas borcu tələb etməsi ilə bağlı iradə ifadəsinin həqiqi məzmunu müqavilənin ləğvinə yönəlmişdir və həmin məktubun çatdırıldığı xx.xx.2024-cü il tarixdən müqavilə xitam edilmiş hesab edilməlidir. Bu səbəbdən iddiaçı xx.xx.2024-cü il tarixədək gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərini tələb edə bilər. Hazırda isə iddiaçı xx.xx.2024-cü il tarixə olan əsas və faiz borcunu tələb edir. Məhkəmə iddiaçının tələbini təşkil edən borcun məbləği ilə bağlı qeyd edib ki, borc məbləğinin həcmi müəyyənləşdirilərkən iddia tələbindən kənara çıxmamaq şərtilə məhkəmə-mühasibatlıq ekspertizasının rəyi əsas götürülməlidir. Belə ki, maliyyə arayışında qeyd edilən məbləğlər hər bir halda iddiaçının mövqeyini əks etdirməklə birtərəflidir, lakin məhkəmə ekspertizası təhqiqat, ibtidai istintaq orqanının və ya məhkəmənin (hakimin) icraatında olan işin halları barədə informasiya daşıyan maddi obyektlər, hadisələr və proseslər haqqında xüsusi elmi biliklər əsasında aparılan tədqiqatdır və həmin tədqiqatın nəticəsində əldə olunan məlumatlar (nə qədər ki mötəbərdir) kredit müqaviləsi üzrə əsas və faiz borcunun məbləğlərinin müəyyənləşdirilməsində həlledicidir. Məhkəmə bu nəticəyə gələrkən həmçinin nəzərə alır ki, cavabdehlər ekspert rəyinin mötəbərliyini əsaslı olaraq şübhə altına ala bilməmişdir. Belə ki, ekspert rəyinə əsasən xx.xx.2024, xx.xx.2024 və xx.xx.2024-cü il tarixdə kredit üzrə ödəniş olmuşdur. Cavabdehlər isə həmin rəydə göstəriləndən artıq ödənişin edildiyi və ya edilmiş ödənişlərin müqavilə şərtlərinə uyğun silinmədiyinə dair hər hansı dəlil irəli sürməmişlər. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(113)-1632/2025 nömrəli qərardadı əsasında aparılmış 29 iyul 2025-ci il tarixli 9/2106 nömrəli ekspert rəyindən görünür ki, xx.xx.2024-cü il tarixli 15551/103 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixə əsas borc 807 583,81 manat, faiz borcu 43340,33 manat təşkil edir. Bu səbəbdən xx.xx.2024-cü il tarixli 15551/103 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2024cü il tarixə borc məbləği 807 583,81 manat əsas borc, 43340,33 manat faiz borcu təşkil edir.
17. Gəldiyi nəticəni məhkəmə Mülki Məcəllənin 324.1, 324.2, 324.4, 337.1, 337.3, 337.4, 739.1, 739.2, 743.1, 743.2, 447.1, 447.2, 742.5.2, 470.1, 471, 472.1, 472.2-ci maddələrinə istinadla əsaslandırmışdır.
18. Cavabdeh3 həmin qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
19. Cavabdeh2 həmin qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətlərinin dəlilləri
20. Cavabdeh3 və Cavabdeh2 verdikləri eyniməzmunlu apellyasiya şikayətlərini onunla əsaslandırılmışlar ki, cavabdeh tərəfindən əldə edilən kredit vəsaitləri Dövlət Gömrük komitəsi və ya "xxxx" MMC-nin Cavabdeh3 MMC və ya üçüncü şəxslər qarşısında olan öhdəliklərinin icrasına yönəlmişdir və həmin təşkilatlar bu əməliyyatdan birbaşa faydalanmışdırlar. Bu da əqdin yalan əqd olmasını birbaşa təsdiq edir. Əvvəla onu qeyd edir ki, birinci instansiya məhkəməsi qanunsuz və əsassız olaraq tərəflər arasında imzalanmış kredit sazişlərinin yalan əqd olmasını yalnız bir faktiki hala - Dövlət Gömrük Komitəsi və ya "xxxx" MMC-nin kredit vəsaitini görüntüdə bağlanan əqd vasitəsilə əldə edərək özlərinin Cavabdeh3 MMC və ya üçüncü şəxslər qarşısında olan öhdəliklərinin icrasına yönəltməsi halına bağlamışdır. Birinci instansiya məhkəməsi yalan əqdin qanunvericilikdə, xüsusilə də, AR Konstitutiya Məhkəməsi Plenumunun xx.xx.2022-ci il tarixli Qərarında formalaşdırımış elementlərini qanunsuz və əsassız olaraq təhrif etmiş və özbaşına olaraq kredit sazişlərinin yalan əqd olması üçün çox dar bir ön şərt müəyyənləşdirmişdir. Həmin ön şərt budur: Dövlət Gömrük Komitəsi və ya "xxxx" MMC-nin kredit vəsaitini görüntüdə bağlanan əqd vasitəsilə əldə edərək özlərinin Cavabdeh3 MMC və ya üçüncü şəxslər qarşısında olan öhdəliklərinin icrasına yönəltməsi şərti. Halbuki hər hansı bir əqdin yalan əqd olması üçün əsas müəyyənedici faktor birinci instansiya məhkəməsinin qeyd etdiyi kimi hansısa öhdəliklərin icrasına yönəltmə və bu öhdəliklərdən azad olma yox, pərdələyən əqd vasitəsilə pərdələnən əqdi pərdələyib bunun nəticəsində yanlış təsəvvür yaratmaq niyyəti, yəni tərəflərin həqiqi iradələrini gizli tutaraq hər hansı bir mənfəət əldə etmək üçün üçüncü şəxslərdə buna dair fikir formalaşdırmaq və görüntü yaratmaq hesab olunur. Qısacası, birinci instansiya məhkəməsinin hazırki əqdlərin yalan əqd olub-olmamasını müəyyənləşdirərkən araşdırmalı olduğu ən önəmli və həlledici faktor Dövlət Gömrük Komitəsi və / və ya "xxxx" MMC-nin yanlış təsəvvür yaradaraq bu kredit sazişlərindən hər hansı mənfəət və fayda əldə edib-etməməsidir. Xüsusilə Məhkəmə Kollegiyasınnı diqqətinə çatdırmaq istərdi ki, nə qanunvericilik, nə də AR Konstitusiya Məhkəməsi bu mənfəət və fayda üçün xüsusi kriteriyalar və ön şərtlər müəyyənləşdirməmişdir. Lakin birinci instansiya məhkəməsi bu istiqamətdə - yəni cavabdeh URBEK-AZ MMC-nin iddiaçı KAPİTAL BANK ASC-dən külli miqdarda kredit götürməsi nəticəsində Dövlət Gömrük Komitəsi və FF Construction MMC-nin hər hansı bir şəkildə mənfəət əldə edib faydalandığını araşdırmamış, bununla bağlı ən azından Dövlət Gömrük Komitəsi və FF Construction MMC-yə məhkəmə sorğusu göndərməmiş, cavabdeh URBEK-AZ MMC tərəfindən təqdim edilmiş sübutlara düzgün qiymət verilməmişdir. Əvvəla Məhkəmə Kollegiyasının diqqətinə çatdırıb ki, birinci instansiya məhkəməsi qətnaməsində də qeyd edərək dolayısıyla qəbul etmişdir ki, Dövlət Gömrük Komitəsinin və ya "xxxx" MMC Cavabdeh3 MMC-yə kredit götürməsini təklif etmiş və hətta təklif etdiyi kreditin götürülməsinə yardım da etmişdir. Lakin birinci instansiya məhkəməsi bu faktları hələ əqdin yalan əqd olması üçün yetərli hesab etməmiş, bunu Dövlət Gömrük Komitəsi və ya "xxxx" MMC-nin kredit vəsaitini görüntüdə bağlanan əqd vasitəsilə əldə edərək özlərinin Cavabdeh3 MMC və ya üçüncü şəxslər qarşısında olan öhdəliklərinin icrasına yönəltməsi faktı ilə əlaqələndirmişdir. Qısacası, Dövlət Gömrük Komitəsinin və ya "xxxx" MMC-nin Cavabdeh3 MMC-yə kredit götürməsini təklif etməsi və hətta təklif etdiyi kreditin götürülməsinə müxtəlif yollarla yardım etməsi birinci instansiya məhkəməsi tərəfindən qətnaməsində təsdiq edilmişdir. Lakin məhkəmə qətnaməsində Dövlət Gömrük Komitəsinin və ya "xxxx" MMC-nin bu kreditdən heç cür mənfəət və fayda əldə etmək niyyəti olmadığı halda nə üçün kredit götürməyi cavabdeh URBEK-AZ MMC-yə təklif etmiş və bu krediti götürmək üçün nə üçün cavabdeh URBEK-AZ MMC-yə yardım etmişdir, naməlumdur və birinci instansiya məhkəməsi tərəfindən bu istiqamətdə heç bir araşdırma aparılmamışdır. Daha sonra Məhkəmə Kollegiyasının diqqətinə çatdırır ki, cavabdeh URBEK-AZ MMC tərəfindən əldə edilən kredit vəsaitləri Dövlət Gömrük Komitəsi və ya "xxxx" MMC-nin Cavabdeh3 MMC və ya üçüncü şəxslər qarşısında olan öhdəliklərinin icrasına yönəlmişdir və qeyd olunan təşkilatlar cavabdeh URBEK-AZ MMC-nin bu krediti əldə etməsindən faydalanmışdırlar. Bu da əqdin yalan əqd olmasını birbaşa təsdiq edir, lakin birinci instansiya məhkəməsi bu faktı qanunsuz və əsassız olaraq görməzdən gəlmişdir. Aşağıdakı hazırki yalan əqd olan kredit sazişlərindən Dövlət Gömrük Komitəsi və FF Construction MMC-nin necə faydalandığı izah edilir: Belə ki, məhkəmə kollegiyasının diqqətinə çatdırmaq istərdi ki, Cavabdeh3 MMC AR Dövlət Gömrük Komitəsinin inzibati binasının təmiri ilə bağlı Dövlət Gömrük Komitəsi ilə podrat müqaviləsi imzalayıb işlərin icrasına başlasa da, binanın layihəsinin Dövlət Gömrük Komitəsində ekspertizadan keçməməsinə və layihə smeta sənədlərinin dəyişdirilməsinə istinad edilərək cavabdeh tərəfindən görülmüş və təsdiq edilmiş işlərin(Forma 2-lərin) pulları ödənilməmişdir. Aydın məsələdir ki, Forma 2-lər ödənilmədiyi zaman Cavabdeh3 MMC işlərin növbəti mərhələsini icra etməkdən məhrum olur. Bura nə daxildir? 1. Binanın tikintisi və təchizatı üçün ölkə daxilində və ya xaricdən sifariş edilməli yeni mallar sifariş edilə bilmir. 2. Sub-podratçıların ödənişləri verilə bilmədiyi üçün sub-podratçılar icra etməli olduqları işləri icra etmirlər. Yəni Forma 2-lər ödənilmədikdə layihənin icrası dayandırılır, yubanır, gecikir, layihənin icrası dayandırıldıqda isə Dövlət Gömrük Komitəsi zərər görməli olur. Bu zərərə nə daxildir? Bu zərər iki cür başa düşülməlidir: 1. Binanın təhvil-təslim tarixi gecikir: Məsələn, aydın məsələdir ki, binanın təhvil-təslimi 2 il ərzində həyata keçirilməlidirsə, layihənin icrası ilə bağlı işlər dayandırıldıqda təhvil-təslim müddəti də həmin müddət qədər uzadılmalı olur. 2. Binanın tikintisi üçün xərclər artmalı olur. Məsələn, aydın məsələdir ki, sifarişçinin təqsir üzündən layihənin icrası dayanırsa sifarişçi işlərin bu cür dayanması ilə bağlı podratçıların üzləşəcəyi maddi zərərləri kompensasiya etməli olur ki, bu da binanın tikintisi üçün xərcləri artırmalı olur. Yuxarıda qeyd olunanlardan da göründüyü kimi, Dövlət Gömrük Komitəsi bu cür zərərlərə məruz qalmaması üçün hesab etmişdir ki, layihənin icrasının dayandırıldığı(layihə-smeta sənədlərinin dəyişdirildiyi) və müvafiq olaraq Cavabdeh3 MMC tərəfindən görülmüş işlərin (Forma 2-lərin) dəyərinin ödənilmədiyi müddət ərzində Cavabdeh3 MMC tərəfindən işlər davam etdirilsin. Lakin bunun üçün pul vəsaiti lazımdır və əgər bu cür vəsait heç kimdə yoxdursa, kredit götürülməlidir. Dövlət Gömrük Komitəsi dövlət orqanı olduğu üçün kredit götürə bilməzdi, buna görə də Dövlət Gömrük Komitəsi onun əldə etməli olduğu krediti Cavabdeh3 MMC adından əldə etmiş və həyata keçirməli olduğu maliyyələşməni Cavabdeh3 MMC-nin əldə etdiyi kredit vasitəsilə həyata keçirmişdir. Belə olduğu təqdirdə birinci instansiya məhkəməsinin “Yalan əqd yalnız Dövlət Gömrük Komitəsi və ya "xxxx" MMC-nin kredit vəsaitini görüntüdə bağlanan əqd vasitəsilə əldə edərək özlərinin Cavabdeh3 MMC və ya üçüncü şəxslər qarşısında olan öhdəliklərinin icrasına yönəltdiyi halda mövcud ola bilərdi. Halbuki həmin kredit vəsaitləri hesabına (onları əldə edərək) Dövlət Gömrük Komitəsi və ya "xxxx" MMC nəinki hər hansı üçüncü şəxs qarşısında, hətta Cavabdeh3 MMC qarşında olan öhdəliklərinin icrasından azad edilməmişdir” deməsi işin faktiki hallarına uyğun deyildir, çünki Dövlət Gömrük Komitəsi Cavabdeh3 MMC vasitəsilə bu kredit maliyyələşməsini həyata keçirərək Cavabdeh3 MMC və onun sub-podratçıları qarşısında Forma-2`lər üzrə ödənişləri ödəmək öhdəliyindən azad edilmiş və bu hissədə risksiz maliyyələşmə əldə edərək layihənin icrasının davam etdirilməsi baxımından faydalanmışdırlar. Bu faktı Dövlət Gömrük Komitəsinin İddiaçı ASC-yə ünvanladığı xx.xx.2022-ci il tarixli, 230/0xx-xx/015339 nömrəli məktubu və işin bütün digər halları tam təsdiq edir. Bu əqd iddiaçı "xxxx" ilə cavabeh Urbek-AZ MMC arasında bağlanmış bütün kredit sənədləşmələri olmuşdur. - gizli bağlanan əqd və ya pərdələnən əqd - tərəflərin görüntüdə bağladıqları əqdin arxasında gizlətdikləri və həqiqi iradələrini ifadə edən bir müqavilədir. Bu, yalan əqdi uydurma əqddən fərqləndirən əsas əlamətdir. Əqdin arxasında gizlədilən və həqiqi iradəni ifadə edən əqd isə DGK, daha sonra hüquqi varisi kimi FF Construction MMC-nin DGK binasının tikintisi layihəsində Kapital Bank ASC-dən maliyyə (kredit) alaraq layihə üzrə işləri davam etdirmək məqsədilə onların bağlamaq istədikləri, amma bağlamadıqları kredit müqaviləri olmuşdur. - yanlış təsəvvür yaratmaq niyyəti tərəflərin həqiqi iradələrini gizli tutaraq hər hansı bir mənfəət əldə etmək üçün üçüncü şəxslərdə buna dair fikir formalaşdırmaqda və görüntü yaratmaqda ifadə olunur. Yanlış təsəvvür yaratmaq niyyəti hazırki işdə odur ki, Dövlət Gömrük Komitəsi Forma 2-lər üzrə ödəyə bilmədiyi ödənişləri Cavabdeh3 MMC-nin götürdüyü kredit vəsaitləri hesabına sanki ödəyirmiş kimi bir yanlış təsəvvür yaratmışdır. Lakin birinci instansiya məhkəməsi Dövlət Gömrük Komitəsinin və FF Construction MMC-nin bu yalan əqd mexanizmindən necə mənfəət əldə edib faydalandığına düzgün hüquqi qiymət verə bilməmiş, nəticədə qanunsuz və əsassız məhkəmə qətnaməsi qəbul etmişdir. Birinci instansiya məhkəməsiCavabdeh3 MMC-nin təqdim etdiyi yazılı sənəd və maddi sübutlara düzgün hüquqi qiymət verməmiş, bəzi sübutlara isə qətnamədə ümumiyyətlə qiymət verməmişdir. Sübut 1: Dövlət Gömrük Komitəsinin məktubu Dövlət Gömrük Komitəsi kreditin ayrılması üçün İddiaçı ASC-yə müvafiq məktubla müraciət etmiş, məktubda inzibati binanın tikintisi ilə əlaqədar hazırlanmış layihə-smeta sənədlərinin dəyişdirilməsi zəruriyyəti yarandığından bağlanmış müqavilə üzrə ödənişlərin müvafiq ekspertiza rəyi hazır olduqdan sonra təqdim edilən Forma-2`lər əsasında ödəniləcəyini bildirmişdir. Birinci instansiya məhkəməsi ümumiyyətlə bu sübuta heç bir qiymət verməmişdir. Halbuki bu sübut yalan əqd dəlili ilə bağlı bütün mühüm halları(məsələn, layihə smeta sənədlərinin dəyişdirilməsi faktı, işlərin dayandırılması faktı, forma 2-lər üzrə ödənişlərin ödənilməməsi faktı və s.) tam sübut edir. Sübut 2: İddiaçı tərəfindən kredit riski qiymətləndirməsinin aparılmaması İddiaçı ASC tərəfindən cavabdeh Urbek-AZ MMC-yə 5 000 000.00 AZN məbləğinə yaxın kredit ayrılmışdır, lakin bu adi qaydada sahibkarlıq məqsədilə verilmiş kredit olmamışdır, belə ki, iddiaçı tərəfindən kredit ayrılarkən heç bir kredit riski qiymətləndirməsi həyata keçirilməmişdir. Belə ki, məhkəmənin diqqətinə çatdırmaq istərdi ki, Urbek-AZ MMC-nin nizamnamə kapitalı 10 manat olmuş və onun Azərbaycan Respublikasında heç bir daşınar və daşınmaz əmlakı mövcud olmamış, bank hesablarında pul vəsaiti mövcud olmamış, Azərbaycan Respublikasında DGK-nın inzibati binasının tikintisi layihəsindən başqa heç bir layihə icra etməmişdir. Belə olduğu təqdirdə İddiaçı ASC ilə cavabdeh Urbek-AZ MMC arasında olan kredit müqavilələrinin real sahibkarlıq fəaliyyətindən irəli gələn əqd olması mümkün deyildir. Birinci instansiya məhkəməsi ümumiyyətlə bu sübuta heç bir qiymət verməmişdir. Sübut 3: Üç tərəfli əlavə razılaşma iddiaçı Kapital Bank ASC ilə cavabdeh Urbek-AZ MMC arasında olan kredit müqavilələrinin başqa əqdi pərdələmək məqsədilə bağlandığının ən real sübutlarından biri xx.xx.2023-cü il tarixdə iddiaçı Kapital Bank ASC, cavabdeh Urbek-AZ MMC və üçüncü şəxs FF Construction MMC arasında imzalanmış 02 saylı Əlavə Razılaşmanı göstərmək olar. Belə ki, həmin razılaşmaya əsasən "xxxx" MMC öhdəlik götürmüşdür ki, o, layihə üzrə ödənilməli məbləğləri İddiaçı ASC-nin müəyyənləşdirdiyi bank hesabına köçürəcəkdir. Bu da onu təsdiq edir ki, həqiqətən də, kredit müqavilələri üzrə real tərəf – kredit götürən şəxs Dövlət Gömrük Komitəsi və FF Construction MMC olmuşdur. Birinci instansiya məhkəməsi isə bu sübutla bağlı aşağıdakıları bildirmişdir: İş materiallarında olan İddiaçı ASC, "xxxx" MMC və Cavabdeh3 MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli razılaşmanın hazırkı işə aidiyyəti də öz təsdiqini tapmır. Belə ki, bank xidmətlərinin göstərilməsi haqqında ümumi müqavilə çərçivəsində bağlanmış kreditləşmənin xüsusi şərtlərinə dair xx.xx.2022-ci il tarixli 01 saylı əlavə üzrə deyil, xx.xx.2022-ci il tarixli 02 saylı əlavə üzrə bağlanmışdır. Lakin iddiaçının Cavabdeh3 MMC və "xxxx" MMC-yə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubda xx.xx.2023-cü il tarixdə eyni məzmunlu razılaşmanın xx.xx.2022-ci il tarixli 01 saylı əlavə üzrə də bağlandığı qeyd edilmiş, həmin razılaşmaya əsasən "xxxx" MMC-nin xx.xx.2023cü il tarixdən Cavabdeh3 MMC-yə olan bütün ödənişlərini yalnız sonuncunun iddiaçıda olan hesabına icra edəcəyi göstərilmişdir. Birinci instansiya məhkəməsi ümumiyyətlə hazırki vəziyyətdə çox qəribə bir mövqe sərgiləmiş və iddiaçının, cavabdehin və üçüncü şəxsin qəbul etdiyi üç tərəfli əlavə razılaşmanı hazırki işə aid olmadığını bildirmişdir. Halbuki həmin sənəd birbaşa hazırki işə aid bir sübutdur. Bu hal birinci instansiya məhkəməsi tərəfindən birtərəfli və qeyri-obyektiv araşdırmanın ən real sübutlarından biridir. Sübut 4: Səs yazısı Cavabdeh Urbek-AZ MMC-nin direktoru Uğur Bekar ilə FF Construction MMC-nin direktoru Qanuni nümayəndə1 arasında keçən telefon danışığında tərəflərin bu krediti hansı məqsədlərlə və hansı real niyyətlərlə götürdüyü öz əksini tapmışdır. Səs yazısında FF Construction MMC-nin direktoru Qanuni nümayəndə1 dəfələrlə cavabdeh Urbek-AZ MMC-nin direktoru Uğur Bekardan yeni maliyyələşmə üçün kredit götürməyi bildirir və sonuncu da buna etiraz edir. Birinci instansiya məhkəməsi isə bu sübutla bağlı aşağıdakıları bildirmişdir: İş materiallarında olan audio yazıdan onun cavabdeh, Cavabdeh3 MMC-nin direktoru Bekar Uğur ilə "xxxx" MMC-nin nümayəndəsi kimi təqdim edilən şəxslə aparıldığı görünür. Lakin audio yazıda qarşı tərəfin "xxxx" MMCnin nümayəndəsi olduğu təsdiq edilməmişdir. Belə olan halda, həmin sübutun üçüncü şəxslə bağlı hissəsi qanunu pozmaqla əldə edilmiş sübut olduğundan həmin hissədə sübutların siyahısından kənarlaşdırılır. X10 bağlı olan hissədə sonuncu tərəfindən Dövlət Gömrük Komitəsinin ödənişləri vaxtında icra edə bilmədiyi, Cavabdeh3 MMC-nin kredit əldə edərək işləri icra etdiyi bildirilir, Dövlət Gömrək Komitəsi borcunu ödəmədiyi halda, Cavabdeh3 MMC-nin nə üçün kredit götürməli olduğuna etiraz edilir. Birinci instansiya məhkəməsinin apardığı qeyri-obyektiv araşdırmanın digər bir sübutu ondan ibarətdir ki, məhkəmə baxış iclasında səs yazısının qanuniliyi ilə bağlı heç bir tədqiqat aparmamış, məhkəmə baxışında səs yazısını tam dinləyib tədqiq etsə də, qətnamədə səs yazısının sübut kimi qiymətləndirilə bilinməyəcəyini qeyd etmişdir. Görünən odur ki, birinci instansiya məhkəməsi səs yazısını dinləyib tədqiq etdikdən və həmin səs yazısında cavabdehin yalan əqdlə bağlı dəlillərini təsdiq edən halları müşahidə etdikdən sonra müşavirə otağında həmin sübutun sübut siyahısından çıxarılması qənaətinə gəlmişdir. Sübut 5: İddiaçının üçüncü şəxsə dair pretenziya məktubu və iddia ərizəsi İddiaçı ASC ilə cavabdeh Urbek-AZ MMC arasında olan kredit müqavilələrinin başqa əqdi pərdələmək məqsədilə bağlandığının ən real sübutlarından biri də İddiaçı ASC-nin Urbek-AZ MMC-yə qarşı müraciət etməmişdən əvvəl FF Construction MMC-yə pretenziya məktubu və iddia ərizəsi ilə məhkəməyə müraciət etməsi olmuşdur. Bu da bir daha onu təsdiq edir ki, həqiqətən də, Kapital Bank ASC qarşısında real borclu DGK-nin hüquq və vəzifələrini ötürdüyü "xxxx" MMC olmuşdur. Birinci instansiya məhkəməsi ümumiyyətlə bu sübuta heç bir qiymət verməmişdir. Birinci instansiya məhkəməsi həqiqətə nail olmaq üçün yox, iddianı təmin edib cavabdehləri maddi məsuliyyətə cəlb etmək üçün yalnız bu istiqamətdə birtərəfli, natamam və qeyri-obyektiv məhkəmə tədqiqatı aparmışdır. Birinci instansiya məhkəməsi cavabdehlərə qarşı qeyri-obyektiv münasibət bəsləyərək birtərəfli və natamam məhkəmə araşdırması və tədqiqatı aparmışdır. Bu faktı aşağdakılar təsdiq edir. 1. Birinci instansiya məhkəməsi məhkəmə araşdırması zamanı bütün suallarını cavabdehin nümayəndəsinə ünvanlamış, iddiaçıya yalan əqd dəlilləri ilə bağlı heç bir sual ünvanlamamışdır. Xüsusilə də, məhkəmənin verdiyi suallar iddianın təmini üçün hüquqi zəmin formalaşdırmağa cəhd olunan suallar idi. Cavabdeh bu barədə vəsatət verməsinə baxmayaraq, yalan əqd dəlili ilə bağlı məhkəmə araşdırması üçün olduqca mühüm əhəmiyyət kəsb edən AR Dövlət Gömrük Komitəsi üçüncü şəxs qismində işə cəlb edilməmişdir. 3. Birinci instansiya məhkəməsi yalan əqd dəlili ilə bağlı hərtərəfli, tam və obyektiv araşdırma apara bilmək üçün FF Construction MMC-ni işə cəlb etsə də, nə ona, nə də Dövlət Gömrük Komitəsinə bu barədə heç bir yazılı sorğu göndərməmiş, ümumiyyətlə, FF Construction MMC-nin iş üzrə məhkəmə iclaslarında iştirakının təmin edilməsi və ya onun yazılı mövqeyinin alınması üçün heç bir prosessual tədbir həyata keçirməmişdir. Cavabdeh Urbek-AZ MMCnin təqdim etdiyi bəzi yazılı və maddi sübutlara ümumiyyətlə, heç bir qiymət verməmiş, bəzi yazılı sübutlara isə ümumiyyətlə heç bir münasibət bildirməmişdir. Dövlət Gömrük Komitəsi və FF Construction MMC-nin nə üçün cavabdeh Urbek-AZ MMC-yə kredit götürməyi təklif etməsi və bu krediti götürməyə yardım etməsini və səbəblərini araşdırmamışdır. Bütün bunlar onu deməyə əsas verir ki, birinci instansiya məhkəməsinin məqsədi həqiqətə nail olmaq və cavabdehin yalan əqdlə bağlı dəlilini araşdırmaq olmamışdır. Birinci instansiya məhkəməsi cavabdehlərə qarşı qeyri-obyektiv münasibət bəsləyərək birtərəfli və natamam məhkəmə araşdırması və tədqiqatı aparmış, nəticədə qanunsuz, əsassız və ədalətsiz məhkəmə qətnaməsi qəbul etmişdir. Birinci instansiya məhkəməsiüçüncü şəxs FF Construction MMC-nin məhkəmə araşdırmasına heç bir üzrlü səbəb olmadan gəlməməsini – dolayısıyla onda olan mühüm əhəmiyyətli sübut və dəlilləri məhkəməyə təqdim etməməsinə AR MPM-nin 106.2-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verməmişdir. Birinci instansiya məhkəməsi ümumiyyətlə nəzərə almamışdır ki, iş üzrə üçüncü şəxs FF CONSTRUCTİON MMC-nin səlahiyyətli nümayəndəsi dəfələrlə keçirilmiş məhkəmə iclaslarında qəsdən və heç bir üzrlü səbəb olmadan iştirak etməmiş, iddia ərizəsinə və cavabdehin yalan əqd ilə bağlı dəlillərinə, o cümlədən, iş üzrə sübutlara (yazılı sənədlərə, səs yazılarına və s.) heç bir münasibət bildirməmiş, onda olan sübut və məlumatlarıməhkəməyə qəsdən təqdim etməmişdir. Belə olduğu təqdirdə birinci instansiya məhkəməsi AR MPM-nin 106.2- ci maddəsinə əsasən cavabdehin bildirdiyi məlumatlar əsasında iş üçün əhəmiyyətli olan halları müəyyən olunmuş hesab etməli olduğu halda bunu etməmiş, etməməsinin səbəbləri barədə də heç bir əsaslandırma həyata keçirməmişdir. Bu da qanunsuz və əsassız məhkəmə qətnaməsi ilə nəticələnmişdir.
Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri:
21. Apellyasiya şikayətlərinə qarşı etiraz təqdim edilməmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları:
22. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətlərinə etiraz etmiş, şikayətlərin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
23. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Cavabdeh "xxxx" MMC-nin nümayəndəsi və vəkili Şirvan şəhərində ezamiyyətdə olduğunu əsas göstərərək məhkəmə iclasının təxirə salınması barədə ərizə vermiş, lakin ərizəsinə ezamiyyətdə olmasını təsdiq edən sübut əlavə etməmişdir. Digər cavabdehlər isə məhkəmə iclasında iştirak etməmələrinin səbəbləri barədə məlumat verməmişdirlər. Məhkəmə kollegiyası MPM-in 376.2-ci maddəsinə əsasən şikayətə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq:
24. Mülki Məcəllənin: - 340.2-ci maddəsinə görə yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. -385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -386-cı maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. -442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. -462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. -467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. -470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. -472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. -472.2-ci maddəsinə görə əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. - 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. -739.2-ci maddəsinə görə borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. -743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. -742.1. Borcalan borcu (həmçinin faizləri və (və ya) haqları) borc müqaviləsində nəzərdə tutulan müddətdə və qaydada (bu Məcəllənin 740-cı maddəsi nəzərə alınmaqla) borcverənə qaytarmalıdır. -742.5-ci maddəsinə əsasən qanunda və ya borc müqaviləsi ilə borcalanın xeyrinə ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən aşağıdakı hallarda müəyyən müddətə verilmiş borcun (o cümlədən borcun vaxtından əvvəl tələb edildiyi günədək borcla bağlı borcverənə ödənilməli olan faiz və (və ya) digər ödənişlərin) vaxtından əvvəl qaytarılmasını tələb edə bilər: -742.5.2. borcun hissə-hissə qaytarılmasını və (və ya) faizlərin və (və ya) haqların hissə-hissə ödənilməsini nəzərdə tutan borc müqaviləsi üzrə vaxtı çatmış borcun (faizlər və (və ya) haqlar daxil olmaqla) 90 (doxsan) gün və ya daha çox müddətə gecikdirilməsi, yaxud borcun (faizlər və (və ya) haqlar daxil olmaqla) ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması (90 (doxsan) gündən az olmamaqla);
25. AR Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair 18 mart 2022-ci il tarixli qərarına görə məhkəmələr tərəfindən müqavilənin etibarlı olub-olmaması ilə bağlı işlərə baxılarkən münasibətlərin həqiqi xarakteri nəzərə alınmaqla, müxtəlif müqavilələrin (məsələn, bağışlama, üçüncü şəxslərin xeyrinə müqavilə və s.) bağlanması qaydalarını tənzimləyən normalara da diqqət yetirilməlidir. Həmin normalar çərçivəsində bağlanılmış əqdin subyekt tərkibinə görə yalan əqd hesab edilməsi yolverilməzdir və Mülki Məcəllənin 340.2-ci maddəsinin məqsədinə uyğun gəlmir. Ona görə də məhkəmələr tərəfindən belə mübahisələr üzrə işlərə baxılarkən bağlanan müqavilələrdə əsl niyyətin nədən ibarət olması, gizli sövdələşmənin olub-olmaması müəyyən edilməlidir.
26. Mülki Prosessual Məcəllənin: - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. -119.5-ci maddəsinə görə apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür. Apellyasiya baxışının hədləri:
27. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
28. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
29. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia tam təmin edildiyindən, cavabdehlər Cavabdeh3 MMC və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətlərində qətnamənin tam şəkildə ləğv edilməsi xahiş edildiyindən, Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, qətnamənin əsaslılığı bütövlükdə yoxlanılmalıdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
30. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
31. Belə ki, iş məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı ASC ilə Cavabdeh3 MMC arasında xx.xx.2021-ci il tarixli ümumi müqavilə çərçivəsində xx.xx.2022-ci il tarixli 01 saylı əlavə bağlanmış və bank tərəfindən cavabdehə illik 14 faizlə 12 ay müddətinə 2.800.000 manat kredit verilmişdir. xx.xx.2023-cü il tarixli razılaşma ilə həmin əlavə üzrə kredit müddəti daha 12 ay uzadılmış, xx.xx.2024-cü il tarixli 15551/103 saylı əlavə ilə isə xx.xx.2022-ci il tarixli 01 saylı əlavə üzrə qalıq 1 558 864,63 manat borc 12 ay müddətinə restrukturizasiya edilmişdir. Borcun restrukturizasiyası barədə xx.xx.2024-cü il tarixli əlavə üzrə əsas borclunun öhdəliklərin təminatı olaraq iddiaçı ilə digər cavabdehlər Uğur Bekar və Cavabdeh2 ilə zaminlik müqavilələri bağlanmışdır.
32. Digər tərəfdən məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Cavabdeh3 MMC ilə Dövlət Gömrük Komitəsi arasında bağlanmış xx.xx.2021-ci il tarixli satınalma müqaviləsinə əsasən Cavabdeh3 MMC Komitənin yeni inzibati binası üçün 18 248.454,98 manat dəyərində interyer işlərinin görülməsini öhdəsinə götürmüşdür. Bundan sonra Dövlət Gömrük Komitəsi, "xxxx" MMC və Cavabdeh3 MMC arasında baağlanmış hüquq və öhdəliklərin ötürülməsi barədə 29 dekabr 2022-ci il tarixli DGKUF01 nömrəli müqaviləyə əsasən xx.xx.2021-ci il tarixli satınalma müqaviləsi üzrə 12.739.851,06 manat məbləğində mal, iş və xidmətlərin icra edilməsi və 3.821.955,32 manat məbləğində avans vəsaiti üzrə hüquq və vəzifələr "xxxx" MMC-yə ötürülmüş və Cavabdeh3 MMC ilə "xxxx" MMC arasında bağlanmış 10 noyabr 2022-ci il tarixli 113/P-2 nömrəli satınalma müqaviləsinə əsasən podratçı qismində "xxxx" MMC tərəfindən həmin işlərin görülməsi subpodratçı qismində Cavabdeh3 MMC-yə həvalə edilmişdir.
33. Hazırda İddiaçı ASC ümumi kredit müqaviləsi çərçivəsində bağlanmış xx.xx.2024-cü il tarixli əlavə üzrə yaranmış əsas və faiz borcun cavabdehlərdən müştərək qaydada tutulmasını tələb edir. Cavabdehlər isə Dövlət Gömrük Komitəsi və "xxxx" MMC kreditin götürülməsinə təşviq edib kreditdən faktiki faydalandıqlarını, belə olan halda mübahisəli kredit müqaviləsinin bankla "xxxx" MMC və Dövlət Gömrük Komitəsi arasında kredit münasibətlərini pərdələmək üçün bağlanmış yalan əqd olduğunu əsas göstərərək iddianın rədd edilməsini tələb edir.
34. Apellyasiya şikayətlərinin dəlilləri kontekstində məhkəmə tərkibi əvvəla iddia tələbinin əsasını təşkil edən kredit müqaviləsinin etibarlılığı məsələsinə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 340.2-ci maddəsinin tələbləri baxımından hüquqi qiymət verilməsini zəruri hesab edir.
35. Bununla bağlı Cavabdeh3 MMC bildirir ki, 05 oktyabr 2021-ci il tarixli DGKYİB/09/21U nömrəli satınalma müqaviləsi üzrə Dövlət Gömrük Komitəsi (DGK) üzərinə düşən muzd ödəmək öhdəliklərini vaxtında yerinə yetirə bilməmişdir və dövlət qurumu olduğu üçün birbaşa kredit götürmək imkanına malik olmamışdır. Bu səbəbdən maliyyələşmə mexanizmi Cavabdeh3 MMC üzərindən qurulmaqla kredit Cavabdeh3 MMC-nin adına götürülmüşdür. X6 Komitəsi ilə bağladığı podrat müqaviləsi üzrə hüquq və öhdəliklər üçüncü şəxs "xxxx" MMC-yə ötürülmüşdür. Yəni cavabdehin mövqeyinə görə, mübahisəli kredit müqaviləsi görüntüdə bağlanmış əqd olmaqla, real tərəflər (İddiaçı ASC, DGK və "xxxx" MMC) arasında mövcud olan kredit münasibətlərini pərdələmişdir.
36. Qeyd edilməlidir ki, Mülki Məcəllənin 340.2-ci maddəsinin tələbləri baxımından əqd o zaman yalan əqd hesab olunur ki, həmin əqd bağlanarkən hər iki tərəf əqdin yalnız digər əqdi pərdələmək məqsədilə (hazırkı halda Cavabdeh3 MMC ilə Dövlət Gömrük Komitəsi arasında xx.xx.2021-ci il tarixli müqaviləni) bağlandığını və Cavabdeh3 MMC üçün heç bir hüquqi nəticələr yaratmayacağını anlamış olsun.
37. Məhkəmələr tərəfindən belə mübahisələr üzrə işlərə baxılarkən bağlanan müqavilələrdə əsl niyyətin nədən ibarət olması, gizli sövdələşmənin olub-olmaması müəyyən edilməlidir. Həmçinin qeyd olunmalıdır ki, əqdin yalan olub-olmaması məsələsi araşdırılarkən yalnız müqavilənin söz və ifadələrinin hərfi mənası deyil, tərəflərin bağlanmış müqavilə üzrə hüquqi nəticə əldə etmək niyyətlərinin olub-olmaması, habelə əsl iradələrinin aşkar edilməsi üçün işin faktiki halları da hərtərəfli araşdırılmalıdır. Bu zaman məhkəmələr əqd tərəflərinin davranışını, tərəflər arasında formalaşan münasibətləri, onların yazışmalarını, fərqli subyekt tərkibi olan oxşar münasibətlərdə tərəflərin davranışını, əqdin bağlandığı fəaliyyət sahəsində formalaşmış davranış təcrübəsini, hərəkətlərin baş vermə vaxtını və s. nəzərə almalıdır.
38. Hazırkı halda isə cavabdehin dəlillərinin əsaslılığını sübuta yetirmək üçün istinad etdiyi sübutlar (xx.xx.2023-cü il tarixli razılaşma, xx.xx.2021-ci il tarixli müqavilə və alt sənədləri, xx.xx.2022-ci il tarixli müqavilə, səs-yazısı və s.) mübahisəli kreditin Dövlət Gömrük Komitəsi və ya "xxxx" MMC tərəfindən alınması barədə nəticəyə gəlməyə əsas vermir. Belə ki, Cavabdeh3 MMC-nin kredit müqaviləsi üzrə aldığı kredit vəsaitini Dövlət Gömrük Komitəsi və ya "xxxx" MMC-nin sərəncamına verməsi və ya həmin vəsait hesabına Dövlət Gömrük Komitəsi və "xxxx" MMC-nin öhdəliklərini icra etməsi, sonuncuların isə Cavabdeh3 MMC və ya üçüncü şəxslər qarşısında öhdəliklərdən azad edilməsi və ya öhdəliklərinin azalması iş materiallarına əsasən müəyyən edilmir. Əksinə görünən odur ki, kredit Cavabdeh3 MMC tərəfindən öz təsərrüfat fəaliyyətində istifadə edilmişdir. Cavabdeh3 MMC-yə kreditin ayrılması üçün Dövlət Gömrük Komitəsinin İddiaçı ASC-yə ünvanladığı məktuba gəldikdə isə kollegiya birinci instansiya məhkəməsinin qənaəti ilə razılaşır ki, DGK-nin müqavilə münasibətlərində olduğu cavabdehə kredit götürməsi üçün kömək etməsi və hətta öhdəliklərinin vaxtında icrasının təmin edilməsi üçün kredit götürülməsini təklif etməsi kreditin əslində DGK tərəfindən götürülməsi anlamına gəlmir. Səs-yazısına münasibətdə kollegiya qeyd edir ki, həmin səs-yazısında cavabdeh Uğur Bekarla danışan şəxsin həqiqətən də üçüncü şəxs "xxxx" MMC-nin nümayəndəsi olması, yazının nə zaman qeydə alınması, belə olan halda danışığın mübahisəli kreditin götürülməsi ilə bağlı olması müəyyən edilmir. Belə olan halda həmin səs-yazının məhkəmə tərəfindən mübahisəyə aidiyyəti olan mötəbər sübut kimi qəbul edilməsi istisna edilir. Bundan əlavə o da qeyd edilməlidir ki, həmin səs-yazında X11 Gömrük Komitəsinin ödənişlərini vaxtında icra edə bilmədiyini bildirmiş, Dövlət Gömrük Komitəsinin ona borcu olduğu halda nə səbəbdən kredit götürməli olması barədə narazılığını ifadə etmiş, digər tərəfə baş podratçı kimi kredit götürməyə təklif etmiş, "xxxx" MMC-nin nümayəndəsi olduğu iddia olunan digər şəxs isə çıxış yolu axtaracağını vəd etmişdir. Yəni həmin səs-yazısında əks edilmiş danışıq məzmun baxımından da kreditin "xxxx" MMC və ya Dövlət Gömrük Komitəsi tərəfindən götürülməsi barədə gizli sövdələşmənin mövcudluğunu təsdiq etmir.
39. İş materiallarında olan İddiaçı ASC, "xxxx" MMC və Cavabdeh3 MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli razılaşmaya münasibətdə də kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır ki, həmin razılaşmanın hazırkı işə aidiyyəti öz təsdiqini tapmır. Belə ki, bank xidmətlərinin göstərilməsi haqqında ümumi müqavilə çərçivəsində bağlanmış kreditləşmənin xüsusi şərtlərinə dair xx.xx.2022-ci il tarixli 01 saylı əlavə üzrə deyil, xx.xx.2022-ci il tarixli 02 saylı əlavə üzrə bağlanmışdır. Digər tərəfdən mübahisəli razılaşmanın mübahisəli 1 saylı əlavəyə də şamil edilməli olması fərz edilsə belə həmin razılaşma məzmununa görə "xxxx" MMC tərəfindən Cavabdeh3 MMC ilə bağladığı subpodrat müqaviləsi üzrə ödənişlərin sonuncunun məhz İddiaçı ASC-də olan bank hesabına köçürüləcəyini nəzərdə tutur, bununla da gəmin razılaşma "xxxx" MMC tərəfindən Cavabdeh3 MMC-yə ödənilən məbləğlərin bank tərəfindən Cavabdeh3 MMCnin bank hesabından akseptsiz silinməsi üçün imkanının yaradılmasına, son nəticədə kredit müqaviləsi üzrə öhdəliklərin Cavabdeh3 MMC tərəfindən icra edilməsinin təmin edilməsinə istiqamətlənmişdir. Belə olan halda həmin razılaşmanın mübahisə predmeti olan kredit müqaviləsinin əslində DGK və "xxxx" MMC ilə bağlanmasını təsdiq edən sübut kimi nəzərə alınması üçün əsas yoxdur.
40. Beləliklə, kollegiya hesab edir ki, Kapital Bank ASC ilə Cavabdeh3 MMC arasında bağlanmış kredit müqaviləsi (və onun əlavələri) real icra olunmuş, vəsaitlər birbaşa borcalanın hesabına köçürülmüş və sonuncu həmin vəsaitlərə sərəncam vermişdir. Kredit müqaviləsi çərçivəsində pul vəsaitinin verilməsi və sonradan borcla bağlı restrukturizasiya aparılması onun formal deyil, real hüquqi münasibət yaratmış əqd olmasını göstərir.
41. Nəticə etibarilə, tərəflər arasında mübahisəli kredit münasibətləri real, hüquqi nəticə doğuran və icra olunmuş münasibətlərdir. DGK və ya "xxxx" MMC-nin kredit müqaviləsinin gizli tərəfi olması faktı sübuta yetirilmədiyindən, yalan əqd barədə iddialar əsassızdır.
42. Kredit müqaviləsinə 15551/103 saylı 13 may 2024-cü il tarixli əlavə üzrə əsas və faiz borcunun tutulmasına diar iddia tələbinin əsaslılıığına münasibətdə məhkəmə tərkibi qeyd edir ki, əsas və faiz borclarının tutulması hissəsində iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 739, 742 və 743-cü maddələri təşkil edir.
43. Həmin hissədə kollegiya hesabdan çıxarış məlumatlarına əsasən mübahisəli əlavə üzrə xx.xx.2024-cü il tarixdən sonra hər hansı ödənişin olmadığını nəzərə alaraq birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır ki, iddiaçı Mülki Məcəllənin 742.5.2-ci maddəsinin tələblərinə əsaslanaraq xx.xx.2024-cü il tarixdə cavabdehlərə xəbərdarlıq məktubu göndərməklə həmin əlavə üzrə əsas borcun vaxtından əvvəl qaytarılmasını tələb etməkdə haqlı olmuşdur.
44. Birinci instansiya məhkəməsi əlavə üzrə əsas və faiz borcunun məbləğini müəyyənləşdirmək məqsədilə məhkəmə mühasibatlıq-ekspertizasını təyin etmiş və ekspert rəyi ilə pretenziyanın göndərildiyi tarixə, yəni xx.xx.2024-cü il tarixə 15551/103 saylı 13 may 2024-cü il tarixli əlavə üzrə banka olan əsas borcunun 807583,81 manat, faiz borcunun isə 43340,33 manat olması müəyyən edilmişdir.
45. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmənin ekspert rəyi ilə razılaşmaması üçün əsaslar mövcud olmadığından birinci instansiya məhkəməsi həmin rəyi sübut kimi nəzərə alınması və cavabdehlərdən 15551/103 saylı 13 may 2024-cü il tarixli əlavə üzrə müştərək qaydada tutulmalı olan əsas və faiz borcunun həmin ekspert rəyinə əsasən müəyyən edilməsi barədə düzgün nəticəyə gəlmişdir.
46. Məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq edilmiş, prosessual hüquq pozuntulara yol verilməmiş, qətnamədə göstərilən nəticələr işin hallarına uyğundur. Apellyasiya şikayətlərində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Odur ki, şikayətlər təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
47. Məhkəmə xərclərinə münasibətdə qeyd edilir ki, apellyasiya şikayətləri təmin edilmədiyindən həmin şikayətlər verilərkən ödənilmiş dövlət rüsumu apellyatorlara aid edilməlidir.
48. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i:
Cavabdehlər Cavabdeh3 MMC və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-1632/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətlərinə görə ödənilmiş dövlət rüsumu cavabdehlər Cavabdeh3 MMC və Cavabdeh2 özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Leyla Əliyeva
Hakimlər: Ziya Şirinov
Təranə Mahmudova