Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(3-6)-146/2026 03.03.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 MMC-yə, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı iddia tələblərinə dair iş üzrə (Açar sözlər: kredit borcunun tutulması, ekspert rəyinin mötəbərliliyi, müqavilənin standart şərtləri, əsas və cərimə borcunun düzgün hesablanmaması, müqavilə müddətinin bitmə tarixinə yaranan borc, cərimə borcunun azaldılması) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), X5 və Cəfərov Səməd Fəxrəddin oğlundan ibarət tərkibdə, Musayeva Aytac Elşən qızının katibliyi, İddiaçı ASC-nin nümayəndələri Nümayəndə2 və Nümayəndə1 iştirakı ilə İddiaçı ASC-nin Cavabdeh1 MMC-yə, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi, əmlakın təhvil verilməsi” tələblərinə dair kommersiya işi üzrə Bakı Kommersiya Məhkəməsinin 23 oktyabr 2025-ci il tarixli qətnaməsindən iddiaçının nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları
1. İddiaçı ASC (bank) ilə Cavabdeh1 MMC (borc alan) arasında xx.xx.2014-cü il tarixdə PB/GTC-124/2014 saylı saylı “Bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusu” bağlanmış, həmin sənədin “Müqavilənin predmeti” adlı hissəsində nəzərdə tutulmuşdur ki, “Bu müqavilədə müştərinin müraciəti əsasında ona bank hesabının açılması, depozitin yerləşdirilməsi, maliyyələşdirilməsi (kredit, kredit xətti və ya limitin ayrılması), ticarətin maliyyələşdirilməsi (akkreditiv, qarantiya, stand-by akkreditiv, inkasso), ödəniş kartlarının verilməsi, inkassasiya xidməti, depozit qutularının icarəsi və bu xidmətlərin göstərilməsindən irəli gələn şərtlər öz əksini tapmışdır. Müqavilədə qeyd edilən xidmətlərdən hər birinin bank tərəfindən müştəriyə təqdim olunması üçün bu müqavilədən başqa müvafiq ərizə formalarında müştərinin özü və ya səlahiyyətli nümayəndəsi tərəfindən doldurularaq banka təqdim olunması tələb olunur. Müştəriyə yalnız müvafiq ərizə formasında qeyd etdiyi xidmət təqdim olunacaq. Hər bir bank xidməti üzrə həmin xidmətin başlama və bitmə tarixləri, faiz, xidmət haqqı, xidmətin göstərilmə yeri və sair şərtlər qeyd olunan ərizə formalarında öz əksini tapacaq. Müqavilə çərçivəsində tərəflərin imzaladığı bütün ərizə formaları müqavilənin ayrılmaz hissəsini təşkil edir”.
2. X10 “Bank hesabı” adlı hissəsinin 1.1-ci bəndinə əsasən bank, müştərinin müraciəti əsasında ona “Bank hesabının açılması üçün ərizə” formasında göstərilən valyuta(lar)da cari hesab açmağı, onun tapşırığı ilə Azərbaycan Respublikası qanunvericiliyi, Mərkəzi Bankın normativ sənədləri ilə nəzərdə tutulmuş bütün hesablaşma və kassa əməliyyatlarını həyata keçirməyi, yəni açılmış hesaba daxil olan pul vəsaitini qəbul etməyi və hesaba salmağı, hesabdan müvafiq məbləğlərin köçürülməsi və verilməsi, hesab üzrə digər əməliyyatların aparılmasına dair müştərinin sərəncamlarını yerinə yetirməyi öhdəsinə götürür. Müştəri isə bunun müqabilində bankın qüvvədə olan tariflərinə uyğun olaraq müvafiq xidmət haqqını ona ödəməyi öhdəsinə götürür. Müqavilənin qüvvədə olduğu müddət ərzində açılan yeni hesablar üzrə münasibətlərə də eyni qaydalar tətbiq ediləcək. Tərəflərin qarşılıqlı razılığı əsasında hesabın kreditləşməsi nəzərdə tutula bilər. Bu halda bank kreditləşmənin həyata keçirildiyi gündən müştəriyə müvafiq məbləğdə kredit vermiş sayılır. Hesabın kreditləşməsi üzrə şərtlər bu müqavilənin müvafiq bəndinin müddəaları və bankın qüvvədə olan tariflərinə uyğun müəyyən olunacaq.
3. X10 “Bank hesabı” adlı hissəsinin 5.1-ci bəndinə əsasən, müştərinin hesabından vəsait bankın təqsirindən gec, yaxud düzgün silinməməsi, eləcə də hesabın sahibinə veriləcək məbləğin gec, ya da düzgün göstərilməməsi hallarında bank müştəriyə hər ötən gün üçün cərimə ödəyir; 5.2ci bəndinə əsasən, bankın xidmətlərinin ödənilməsindən imtina etdikdə, yaxud bankın xidmətlərini vaxtında ödəmədikdə müştəri banka hər ötən gün üçün cərimə ödəyir.
4. X10 4-cü hissəsinin 3.1-ci bəndinə əsasən, kredit, bank tərəfindən kredit məbləğinin müştəriyə bankda onun üçün açılan kredit hesabından cari hesabına köçürülməsi yolu ilə verilir; 3.2-ci bəndinə əsasən, müştəri kreditdən istifadəyə görə banka “Maliyyələşdirmə üçün ərizə” formasında göstərilən qaydada faizləri ödəyir; 3.4-cü bəndinə əsasən, faizlər kreditin verildiyi günün ertəsi günündən kredit qaytarılan günədək hesablanır; 3.5-ci bəndinə əsasən, kreditin əsas məbləği və ona hesablanmış faizlər müştəri tərəfindən banka nağd və ya köçürmə yolu ilə ödənilir. Faizlərin son ödənişi kreditin son ödənişi ilə birlikdə həyata keçirilir; 3.6-cı bəndinə əsasən, kreditin əsas məbləğinin və ona hesablanmış faizlərin ödəmə qrafiki müvafiq kredit müqaviləsinin ayrılmaz hissəsi olan qoşmada göstərilir və əgər belə qoşma mövcud deyilsə, bu məbləğlər “Maliyyələşdirmə üçün ərizə” forması ilə müəyyən olunan tarixdə ödənilir; 3.8-ci bəndinə əsasən, müştərinin bank qarşısında mövcud pul öhdəlikləri ilə bağlı banka edilən hər hansı bir ödəniş ilkin olaraq cərimə (peniya) faizlərinin, sonra kredit faizlərinin və son olaraq əsas borc öhdəliyinin silinməsinə yönəldilir; 3.11-ci bəndinə əsasən, müştəri tərəfindən banka ediləcək bütün ödənişlər heç bir qarşılıqlı hesablama aparılmadan, qarşılıqlı tələb təqdim edilmədən, mənbədə tutma tətbiq edilmədən həyata keçiriləcək, bu bir şərtlə ki, müştəri qanun ilə belə bir mənbədən tutmanı aparmağa dair öhdəlik daşımasın. Belə olan təqdirdə isə müştəri tərəfindən ödənilən məbləğ elə bir şəkildə aparılmalıdır ki, ona görə bankın faktiki alacağı məbləğ hər hansı mənbədə tutmanın mövcud olmadığı halda alacağı məbləğə bərabər olsun. Hər hansı bir anlaşılmazlığın aradan qaldırılması üçün kredit müqaviləsində göstərilmiş bütün faiz, komissiya haqları, yaxud digər ödəniş məbləğlərinə heç bir mənbədə tutulan vergi, rüsum və yaxud haqq daxil deyildir; 5.2-ci bəndinə əsasən, kreditin və faizlərin ödənilməsi müştəri tərəfindən 3 (üç) aydan artıq müddətə gecikdirildikdə, kreditdən “Maliyyələşdirmə üçün ərizə” forması ilə müəyyən olunan məqsədlər üçün istifadə edilmədikdə, kreditin ümidsiz kreditə çevrilməsi riski ilə bağlı bankın əsaslı ehtimalları yarandıqda, müqavilənin İV.2.4. yarımbəndində göstərilən şərtlər, habelə maliyyələşdirmə üçün ərizə əsasında müştəri üçün müəyyən olunan öhdəliklər müştəri tərəfindən pozulduqda, qanunvericiliklə və bu müqavilə ilə nəzərdə tutulan digər hallarda bank müştəriyə verilən krediti vaxtından əvvəl ləğv edə və/və ya kredit məbləğini vaxtından əvvəl müştəridən tələb edə bilər.
5. xx.xx.2014-cü il tarixli PB/GTC-124/2024 saylı “Bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusu”na xx.xx.2014-cü il tarixli 1 nömrəli əlavəyə əsasən, müqaviləyə bu dəyişikliklərin edilməsi barədə razılıq əldə edilmişdir: İİ.2.2.7. Bank müştəri tərəfindən təhvil verilən nağd pullların yenidən sayılması və ya çeşidlənməsi nəticəsində kənarlaşma (artıq və ya əksik gəlmə, ödəmə qabiliyyəti olmayan, saxta pul və s.) aşkar edərsə, bankın bu zaman fərq məbləğinin bankın əməliyyat departamentinin tərtib etdiyi aktlarına əsasən mübahisəsiz qaydada silmək və əksinə onun hesabına mədaxil etmək hüququ vardır; İİ.2.3.6. Müştəri bu müqavilənin İİ.2.2.7 bəndində göstərilən hallarda bankın tərtib etdiyi müvafiq aktları mübahisəsiz qəbul edəcəyini öhdəsinə götürür. Əlavə tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.
6. xx.xx.2015-ci il tarixli K1704 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən, bank tərəfindən müştəriyə xx.xx.2016-cı il tarixədək 3 000 000 (üç milyon) manat məbləğində birdəfəlik kredit verilməsi razılaşdırılmışdır.
7. xx.xx.2016-cı il tarixli maliyyələşdirmə üçün ərizənin şərtlərinin dəyişdirilməsi barədə 01 saylı ərizə əsasında xx.xx.2015-ci il tarixli K1704 saylı maliyyələşdirmə üçün ərizənin müvafiq bəndinə dəyişiklik edilmiş, kreditin müddəti xx.xx.2019-cu il tarixinədək uzadılmışdır. Ərizə tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.
8. xx.xx.2019-cu il tarixli maliyyələşdirmə üçün ərizənin şərtlərinin dəyişdirilməsi barədə 02 saylı ərizə əsasında xx.xx.2015-ci il tarixli K1704 saylı maliyyələşdirmə üçün ərizənin müvafiq bəndinə dəyişiklik edilmiş, maksimal borcalma limitinin məbləği 3 500 000 manat müəyyənləşdirilmiş, kreditin müddəti xx.xx.2021-ci il tarixinədək uzadılmışdır. Ərizə tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.
9. xx.xx.2019-cu il tarixli maliyyələşdirmə üçün ərizənin şərtlərinin dəyişdirilməsi barədə 03 saylı ərizəyə əsasən, xx.xx.2015-ci il tarixli K1704 saylı maliyyələşdirmə üçün ərizənin müvafiq bəndinə dəyişiklik edilmiş, maksimal borcalma limitinin məbləği 4 000 000 manat müəyyənləşdirilmişdir. Ərizə tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir .
10. xx.xx.2021-ci il tarixli maliyyələşdirmə üçün ərizənin şərtlərinin dəyişdirilməsi barədə 04 saylı ərizə əsasında xx.xx.2015-ci il tarixli K1704 saylı maliyyələşdirmə üçün ərizənin müvafiq bəndinə dəyişiklik edilmiş, kreditin müddəti xx.xx.2021-ci il tarixinədək uzadılmışdır. Ərizə tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.
11. Kredit verən qismində İddiaçı ASC ilə kredit alan Cavabdeh1 MMC arasında xx.xx.2021-ci il tarixdə GL4454 nömrəli kredit limiti müqaviləsi imzalanmış, müqavilənin 1-ci bəndinə əsasən kredit verən tərəfindən kredit alana xx.xx.2031-ci il tarixinədək illik faiz dərəcəsi 25%-dək, kredit üzrə gecikdirilmiş əsas məbləğə tətbiq olunan illik/gündəlik cərimə faiz dərəcəsi 34%-dək (gündəlik 0,0944%) olmaqla 60 000 000 (altmış milyon) manat kredit limiti açılmışdır.
12. xx.xx.2021-ci il tarixli GL4454 saylı kredit limit müqaviləsi çərçivəsində bağlanmış xx.xx.2021-ci il tarixli K1704/06 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən, bank tərəfindən müştəriyə xx.xx.2021-ci il tarixədək illik faiz dərəcəsi 8%, kreditin gecikdirilmiş əsas məbləğinə tətbiq olunan nominal illik faiz dərəcəsi 8%, illik/gündəlik cərimə faiz dərəcəsi 9% olmaqla, 1 600 000 (bir milyon altı yüz) manat məbləğində birdəfəlik kredit verilməsi razılaşdırılmışdır.
13. İpoteka saxlayan İddiaçı ASC, ipoteka qoyan X8 və borc alan Cavabdeh1 MMC arasında xx.xx.2021-ci il tarixdə İS3757 saylı sonrakı ipoteka müqaviləsi imzalanmış, müqavilənin 1.1-ci bəndində nəzərdə tutulmuşdur ki, “müqavilə kredit alanın ipoteka saxlayan qarşısında olan pul öhdəliyinin icrasının təmin edilməsi məqsədilə ipoteka qoyanın müqavilənin 2-ci bəndində göstərilən əmlakının sonradan ipoteka ilə yüklü edilməsinin və ipoteka ilə təmin olunmuş pul öhdəliyi kredit alan tərəfindən müqavilənin 2.8-ci bəndində müəyyən olunan şərtlərlə və qaydada icra edilmədikdə və ya lazımınca icra edilmədikdə, habelə 5.1-ci bəndilə müəyyənləşdirilən hallarda ipoteka saxlayanın kredit alana qarşı olan tələbinin ipoteka ilə yüklü edilmiş əşya hesabına ödənilməsinin hüquqi əsasını, tərəflərin hüquq və vəzifələrini müəyyən edir. İpoteka predmeti ünvan 1 ünvanında yerləşən qeyriyaşayış sahəsidir. "xxxx" MMC-nin xx.xx.2018-ci il tarixli qiymətləndirici rəyi ilə ipoteka predmetinin dəyəri 1 004 000 manat müəyyən edilmişdir”.
14. İpoteka saxlayan İddiaçı ASC, ipoteka qoyan X8 və borc alan Cavabdeh1 MMC arasında xx.xx.2021-ci il tarixdə İS3758 saylı sonrakı ipoteka müqaviləsi bağlanmış, müqavilənin 1.1-ci bəndində nəzərdə tutulmuşdur ki, “müqavilə kredit alanın ipoteka saxlayan qarşısında olan pul öhdəliyinin icrasının təmin edilməsi məqsədilə ipoteka qoyanın müqavilənin 2-ci bəndində göstərilən əmlakının sonradan ipoteka ilə yüklü edilməsinin və ipoteka ilə təmin olunmuş pul öhdəliyi kredit alan tərəfindən müqavilənin 2.8-ci bəndində müəyyən olunan şərtlərlə və qaydada icra edilmədikdə və ya lazımınca icra edilmədikdə, habelə 5.1-ci bəndilə müəyyənləşdirilən hallarda ipoteka saxlayanın kredit alana qarşı olan tələbinin ipoteka ilə yüklü edilmiş əşya hesabına ödənilməsinin hüquqi əsasını, tərəflərin hüquq və vəzifələrini müəyyən edir. İpoteka predmeti ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evidir. "xxxx" MMC-nin xx.xx.2019-cu il tarixli qiymətləndirici rəyi ilə ipoteka predmetinin dəyəri 488 000 manat müəyyən edilmişdir”.
15. İddiaçı ASC tərəfindən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə ünvanlanmış xx.xx.2021-ci il tarixli PB/PBL-OUT-01319-2021 saylı ərizədə ipoteka predmeti olan ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması xahiş edilmiş, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli məktubu ilə bildirişin qeydə alındığı göstərilmişdir. Bildirişin qeydə alınması üçün İddiaçı ASC tərəfindən 10 manat dövlət rüsumu, 30 manat xidmət haqqı ödənilmişdir.
16. İddiaçı ASC tərəfindən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə ünvanlanmış xx.xx.2021-ci il tarixli PB/PBL-OUT-01320-2021 saylı ərizədə ipoteka predmeti olan ünvan 1 ünvanında yerləşən qeyriyaşayış evinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması xahiş edilmiş, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli məktubu ilə bildirişin qeydə alındığı göstərilmişdir. Bildirişin qeydə alınması üçün İddiaçı ASC tərəfindən 10 manat dövlət rüsumu, 120 manat xidmət haqqı ödənilmişdir.
17. İddiaçı ASC ilə Cavabdeh4 arasında xx.xx.2021-ci il tarixdə Z4415 nömrəli zaminlik müqaviləsi bağlanmış, müqavilənin 1-ci bəndində təsbit olunmuşdur ki, “bankla Cavabdeh1 MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli GL4454 saylı kredit limit müqaviləsi üzrə borcalana veriləcək və illik faiz dərəcəsi 25%-dək olan, cərimə faiz dərəcəsi illik 34%-dək xx.xx.2031-ci il tarixinədək ayrılmış 60 000 000 manat məbləğində kredit limiti ilə əlaqədar olaraq borcalan bank qarşısında öz öhədliklərini tam yerinə yetirənədək zamin borcalan ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşımağı öz öhdəsinə götürür; 4.4-cü bəndinə əsasən zamin borcalanın müqavilə üzrə üzərinə götürdüyü öhdəliklərinə görə bütün əmlakı ilə bank qarşısında öhdəlik daşıyır”. Müqavilə tərəflərin imzası və İddiaçı ASC-nin möhürü ilə təsdiq edilmişdir.
18. İddiaçı ASC ilə Cavabdeh2 arasında xx.xx.2021-ci il tarixdə Z4416 nömrəli zaminlik müqaviləsi bağlanmış, müqavilənin 1-ci bəndində təsbit olunmuşdur ki, “bankla Cavabdeh1 MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli, GL4454 saylı kredit limit müqaviləsi üzrə borcalana veriləcək və illik faiz dərəcəsi 25%-dək olan, cərimə faiz dərəcəsi illik 34%-dək xx.xx.2031-ci il tarixinədək ayrılmış 60 000 000 manat məbləğində kredit limiti ilə əlaqədar olaraq borcalan bank qarşısında öz öhdəliklərini tam yerinə yetirinədək zamin borcalan ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşımağı öz öhdəsinə götürür; 4.4-cü bəndinə əsasən zamin borcalanın müqavilə üzrə üzərinə götürdüyü öhdəliklərinə görə bütün əmlakı ilə bank qarşısında öhdəlik daşıyır”. Müqavilə tərəflərin imzası və İddiaçı ASC-nin möhürü ilə təsdiq edilmişdir.
19. İddiaçı ASC ilə Cavabdeh3 arasında xx.xx.2021-ci il tarixdə Z4417 nömrəli zaminlik müqaviləsi bağlanmış, müqavilənin 1-ci bəndində təsbit olunmuşdur ki, “bankla Cavabdeh1 MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli GL4454 saylı kredit limit müqaviləsi üzrə borcalana veriləcək və illik faiz dərəcəsi 25%-dək olan, cərimə faiz dərəcəsi illik 34%-dək xx.xx.2031-ci il tarixinədək ayrılmış 60 000 000 manat məbləğində kredit limiti ilə əlaqədar olaraq borcalan bank qarşısında öz öhədliklərini tam yerinə yetirinədək zamin borcalan ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşımağı öz öhdəsinə götürür; 4.4-cü bəndinə əsasən zamin borcalanın müqavilə üzrə üzərinə götürdüyü öhdəliklərinə görə bütün əmlakı ilə bank qarşısında öhdəlik daşıyır”. Müqavilə tərəflərin imzası və İddiaçı ASC-nin möhürü ilə təsdiq edilmişdir.
20. Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışa əsasən, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsi xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh2 mülkiyyətindədir. Qeydiyyat tarixi: xx.xx.2013-cü il, qeydiyyat nömrəsi: **********.
21. Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən, Cavabdeh2 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsi İddiaçı ASC-nin xeyrinə xx.xx.2031-ci ilədək yüklü edilmişdir.
22. Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş çıxarışa əsasən ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh2 mülkiyyətindədir.
23. Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən Cavabdeh2 mülkiyyətində olan ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evi İddiaçı ASC-nin xeyrinə xx.xx.2031-ci ilədək yüklü edilmişdir.
24. İddiaçı ASC tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli ödəniş qəbzinə əsasən, Cavabdeh1 MMC tərəfindən İddiaçı ASC-nin bank hesabında 140 000 manat vəsait köçürülmüşdür.
25. İddiaçı ASC tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli maliyyə arayışında göstərilmişdir ki, borcalanın xx.xx.2023-cü il tarixinə İddiaçı ASC qarşısında öhdəliyi K1704/06 saylı kredit müqaviləsinə əsasən 1 086 863,36 manat (bir milyon səksən altı min səkkiz yüz altmış üç manat, otuz altı qəpik) əsas borc, 76 382,34 manat (yetmiş altı min üç yüz səksən iki manat, otuz dörd qəpik) faiz borcu, 62 494,65 manat (altmış iki min dörd yüz doxsan dörd manat altmış beş qəpik) cərimə borcu olmaqla, cəmi 1 225 740,35 manat (bir milyon iki yüz iyirmi beş min yeddi yüz qırx manat otuz beş qəpik), gecikmə gününün sayı 501 gün təşkil edir.
26. İddiaçı ASC tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli maliyyə arayışında göstərilmişdir ki, xx.xx.2023-cü il tarixinə borcalanın İddiaçı ASC qarşısında öhdəliyi K1704/06 saylı kredit müqaviləsinə əsasən 1 086 863,36 manat əsas borc, 166 652,39 manat cərimə borcu olmaqla, cəmi 1 253 515,75 manat təşkil edir.
27. İddiaçı ASC tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli maliyyə arayışında göstərilmişdir ki, Cavabdeh1 MMC-nin K1704/06 saylı maliyyələşdirmə ərizəsi üzrə xx.xx.2025-ci il tarixə İddiaçı ASC-yə olan borcu 921 863,36 manat əsas, 546 608,64 manat cərimə borcu olmaqla, ümumilikdə 1 468 472 manat təşkil edir (gecikmə günü: 1211 gün).
28. İddiaçı ASC tərəfindən Cavabdeh1 MMC-nə, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 ünvanlanmış xx.xx.2021-ci il tarixli PB-OUT04331-2021 nömrəli məktubda borcun 7 iş günü müddətində ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi ilə bağlı xəbərdarlıq edilmişdir.
29. "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2018-ci il tarixli qiymətləndirici rəyinə əsasən, ünvan 6 ünvanında yerləşən və Cavabdeh2 məxsus 370,1 kv.m qeyri-yaşayış sahəsinin xx.xx.2018-ci il tarixinə olan bazar dəyəri 1 004 000 manat müəyyən edilmişdir.
30. "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2019-cu il tarixli 027/PBQH/05-19 nömrəli əmlakın qiymətləndirilməsinə dair rəyə görə, ünvan 7 ünvanında yerləşən fərdi yaşayış evinin xx.xx.2019-cu il tarixinə olan bazar dəyəri 488 000 manat həcmində müəyyən edilmişdir.
Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı
31. İddiaçı ASC (iddiaçı) Cavabdeh1 MMC-yə, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 (cavabdeh və ya cavabdehlər) qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, cavabdehlərdən birgə qaydada: K1704/06 saylı kredit müqaviləsinə əsasən 1 086 863,36 manat (bir milyon səksən altı min səkkiz yüz altmış üç manat otuz altı qəpik) əsas borc, 76 382,34 manat (yetmiş altı min üç yüz səksən iki manat otuz dörd qəpik) faiz borcu, 62 494,65 manat (altmış iki min dörd yüz doxsan dörd manat altmış beş qəpik) cərimə borcu olmaqla, cəmi 1 225 740,35 manat (bir milyon iki yüz iyirmi beş min yeddi yüz qırx manat otuz beş qəpik) məbləğində borcun xeyrinə tutulması; tutmanın Cavabdeh2 mülkiyyətində olan ünvan 8 ünvanda yerləşən qeyri yaşayış sahəsinə və ünvan 7 ünvanda yerləşən fərdi yaşayış evinə yönəldilməsi; ünvan 6 ünvanda yerləşən qeyri yaşayış sahəsinin hərracdan ilkin satış qiymətinin 753 000 (yeddi yüz əlli üç min) manat məbləğində, ünvan 7 ünvanda yerləşən fərdi yaşayış evininin hərracdan ilkin satış qiymətinin 390 400 (üç yüz doxsan min dörd yüz) manat məbləğində müəyyən edilərək açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin cavabdehlərin İddiaçı ASC-yə olan kredit borclarının ödənilməsinə yönəldilməsi; daşınmaz əmlaklar satıldıqdan sonra 1 ay ərzində boşaldılaraq mülkiyyətçilərə təhvil verilməsi; ipoteka predmetlərinin satışından əldə olunan pul vəsaiti cavabdehlərin iddiaçıya olan kredit öhdəliklərinin icrasına kifayət etmədiyi halda, qalıq borcun Cavabdeh1 MMC, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 birgə qaydada tutularaq onun hesabına ödənilməsi; ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumunun və 150 (yüz əlli) manat məbləğində xidmət haqqının, mediasiya prosesi üzrə ödənilmiş 200 (iki yüz) manat məbləğində xidmət haqqının, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 1203 manat dövlət rüsumunun cavabdehlərdən birgə qaydada tutulub onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
32. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, onunla “VÖES" MMC (“borcalan”) arasında xx.xx.2014-cü il tarixdə PB/GTC-124/2014 nömrəli ümumi şərtlər toplusu və ona edilmiş xx.xx.2014-cü il tarixli 1 nömrəli əlavə imzalanmış, ümumi şərtlər toplusu çərçivəsində tərəflər arasında xx.xx.2015-ci il tarixli K1704 saylı kredit xətti (maksimal borclanma limiti) müqaviləsi, ona edilmiş xx.xx.2016-cı il tarixli 01 saylı əlavə, xx.xx.2019-cu il tarixli 02 saylı əlavə, xx.xx.2019-cu il tarixli 03 saylı əlavə, xx.xx.2021-ci il tarixli 04 saylı əlavə, eyni zamanda xx.xx.2021-ci il tarixli GL4454 saylı kredit limiti müqaviləsi imzalanmışdır. Daha sonra K1704 saylı və GL4454 saylı kredit xətti (maksimal borclanma limiti) müqavilələri çərçivəsində bank tərəfindən Cavabdeh1 MMC-yə xx.xx.2021-ci il tarixli K1704/06 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən illik 8 faiz dərəcəsi ilə xx.xx.2021-ci il tarixədək 1 600 000 manat məbləğində kredit xətti açılmışdır. İddiaçı ASC ilə Cavabdeh1 MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli, GL4454 saylı kredit limiti müqaviləsindən irəli gələn öhdəliklərin icrasını təmin etmək məqsədilə Cavabdeh2 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən qeyri yaşayış sahəsi "Paşa Bank” ASC-nin xeyrinə 09 iyun 2021ci il tarixli İS3757 saylı sonrakı ipoteka müqaviləsinə əsasən yüklü edilmişdir. Cavabdeh2 mülkiyyətində olan ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evi "Paşa Bank” ASC-nin xeyrinə 09 iyun 2021-ci il tarixli İS3758 saylı sonrakı ipoteka müqaviləsi ilə yüklü edilmişdir. Bununla yanaşı, xx.xx.2021-ci il tarixli GL4454 saylı kredit limiti müqaviləsi üzrə borcalanın bank qarşısında olan öhdəliyinin icrasını təmin etmək məqsədilə bankla Cavabdeh4 oğlu arasında xx.xx.2021-ci il tarixli Z4415 saylı, Cavabdeh2 arasında xx.xx.2021-ci il tarixli Z4416 saylı, Cavabdeh3 arasında xx.xx.2021-ci il tarixli Z4417 saylı zaminlik müqavilələri bağlanmışdır. Tərəflər arasında imzalanmış xx.xx.2014-cü il tarixli PB/GTC-124/2014 nömrəli X10 İV bölməsinin 5-ci bəndinə əsasən kreditin ümidsiz kreditə çevrilmə riski ilə bağlı bankın əsaslı ehtimalları yarandıqda bank kredit müddətini vaxtından əvvəl geri tələb edə bilər. Buna görə də bank tərəfindən məhkəməyə qədər pretenziya qaydasına əməl edilərək borcalan və zaminlərə xəbərdarlıq məktubları göndərilmiş və bank qarşısında olan öhdəliklərinin yerinə yetirilməsi xahiş olunmuş, əks halda qanunvericiliklə müəyyən olunmuş və müqavilə şərtində nəzərdə tutulmuş tədbirlərin görüləcəyi bildirilmişdir. Borcalan "VÖES” MMC-nin xx.xx.2023-cü il tarixinə "Paşa Bank” ASC qarşısında öhdəliyi K1704/06 saylı kredit müqaviləsinə əsasən 1 086 863,36 manat (bir milyon səksən altı min səkkiz yüz altmış üç manat, otuz altı qəpik) əsas borc, 76 382,34 manat (yetmiş altı min üç yüz səksən iki manat, otuz dörd qəpik) faiz borcu, 62 494,65 manat (altmış iki min dörd yüz doxsan dörd manat altmış beş qəpik) cərimə borcu olmaqla, cəmi 1 225 740,35 manat (bir milyon iki yüz iyirmi beş min yeddi yüz qırx manat otuz beş qəpik), gecikmə gününün sayı 501 gün təşkil edir.
33. Sonradan iddiaçı iddia tələbini dəqiqləşdirmiş, Cavabdeh1 MMC-dən, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 birgə qaydada K1704/06 saylı kredit müqaviləsinə əsasən 1 086 863,36 manat əsas borc, 166 652,39 manat cərimə borcu olmaqla, cəmi 1 253 515,75 manat məbləğində borcun xeyrinə tutulması, tutmanın Cavabdeh2 mülkiyyətində olan ünvan 6 ünvanda yerləşən qeyri yaşayış sahəsinə və ünvan 7 ünvanda yerləşən fərdi yaşayış evinə yönəldilməsi, ünvan 6 ünvanda yerləşən qeyri yaşayış sahəsinin hərracdan ilkin satış qiyməti 753 000 manat, ünvan 7 ünvanda yerləşən fərdi yaşayış evininin hərracdan ilkin satış qiymətinin 390 400 manat məbləğində müəyyən edilərək açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin cavabdehlərin kredit borclarının ödənilməsinə yönəldilməsi, daşınmaz əmlaklar satıldıqdan sonra 1 ay ərzində boşaldılaraq mülkiyyətçilərə təhvil verilməsi, ipoteka predmetlərinin satışından əldə olunan pul vəsaiti cavabdehlərin kredit öhdəliklərinin icrasına kifayət etmədiyi halda, qalıq borcun Cavabdeh1 MMC-dən, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 birgə qaydada tutulub onun hesabına ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 20 manat dövlət rüsumunun və 150 manat məbləğində xidmət haqqının, mediasiya prosesi üzrə ödənilmiş 200 manat məbləğində xidmət haqqının və iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 1217 manat dövlət rüsumunun cavabdehlərdən birgə qaydada tutularaq xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
34. Cavabdeh2 sifarişi əsasında “X9” MMC tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli qiymətləndirici rəyində göstərilmişdir ki, ünvan 8 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin həmin dövrə olan orta bazar qiyməti 2 533 000 manat, likvid dəyəri 2 279 700 manat təşkil edir.
35. Cavabdeh2 sifarişi əsasında “X9” MMC tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli qiymətləndirici rəyində göstərilmişdir ki, ünvan 7 ünvanında yerləşən fərdi yaşayış evinin həmin dövrə olan orta bazar qiyməti 992 800 manat, likvid dəyəri 893 500 manat təşkil edir.
36. 20 saylı Vəkil Bürosunun sifarişi əsasında “X2” tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli mütəxəssis rəyində göstərilmişdir ki, “...xx.xx.2014-cü il tarixli PB/GTC-124/2014 saylı ümumi şərtlər toplusu çərçivəsində bağlanmış xx.xx.2021-ci il tarixli, K1704/06 saylı maliyyələşdirmə üçün ərizə üzrə borcalan Cavabdeh1 MMC tərəfindən İddiaçı ASC-dən alınmış kredit vəsaitinə görə banka ödənilməli olan borcu xx.xx.2021-ci il tarixə (müqavilə müddəti qüvvədə olduğu tarixədək) faiz borcu üzrə 35200 manat, xx.xx.2024-cü il tarixə (rəy verilən tarixədək) əsas borc üzrə 846091,99 manat təşkil edir. Qeyd edilir ki, xx.xx.2015-ci il tarixli, 2015-094LG saylı maliyyələşdirmə üçün ərizə üzrə (bank qarantiyası) cərimə borcuna silinmiş 389760,13 manat məbləğində pul vəsaitini xx.xx.2021-ci il tarixli, K1704/06 saylı maliyyələşdirmə üçün ərizə üzrə borca yönəltdikdə, ödənilməli olan borc məbləği 456331,86 manat məbləğində müəyyən edilir. Təqdim edilmiş hesabdan çıxarış məlumatlarından göründüyü kimi, xx.xx.2021-ci il tarixli, K1704/06 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən Cavabdeh1 MMC tərəfindən və Cavabdeh4 məxsus bank hesablarından ümumilikdə 789108,01 manat məbləğində pul vəsaiti köçürülmüşdür. O cümlədən Cavabdeh1 MMC tərəfindən xx.xx.2022-ci il tarixdə 411596,89 manat, Cavabdeh4 məxsus bank hesabından xx.xx.2021-ci il tarixdə 72751,44 manat, xx.xx.2021-ci il tarixdə 24888,88 manat, xx.xx.2021-ci il tarixdə 2759,69 manat, xx.xx.2021-ci il tarixdə 7111,11 manat, xx.xx.2022-ci il tarixdə 50000 manat, xx.xx.2022- ci il tarixdə 170000 manat, xx.xx.2022-ci il tarixdə 50000 manat ödəniş edilmişdir. Hesabdan çıxarış məlumatlarından göründüyü kimi, xx.xx.2021-ci il tarixli, K1704/06 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövrdə Cavabdeh1 MMC tərəfindən, həmçinin Cavabdeh4 və Cavabdeh3 məxsus bank hesablarından hər hansı ödəniş aparılmamışdır. Tədqiqat nəticəsində xx.xx.2014-cü il tarixli, PB/GTC-124/2014 saylı ümumi şərtlər toplusu çərçivəsində bağlanmış xx.xx.2021-ci il tarixli, K1704/06 saylı maliyyələşdirmə üçün ərizə üzrə borcalan Cavabdeh1 MMC tərəfindən İddiaçı ASC-dən alınmış kredit vəsaitinə görə banka ödənilməli olan borcu xx.xx.2021-ci il tarixə (müqavilə müddəti qüvvədə olduğu tarixədək) əsas borc üzrə ******* manat, faiz borcu üzrə 35200 manat, cərimə borcu üzrə 9%-lə hesablanmış 27600 manat təşkil edir. Təqdim edilmiş hesabdan çıxarış məlumatlarından göründüyü kimi, xx.xx.2021-ci il tarixli, K1704/06 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən xx.xx.2021-ci il tarixdən sonrakı dövrdə cavabdehlər tərəfindən cəmi 789108,01 manat məbləğində pul vəsaiti ödənilmişdir ki, həmin ödənişin 507581,09 manatı əsas borcdan, 47066,68 manatı faiz borcundan, 234460,24 manat məbləği isə cərimə borcundan silinmişdir. Qeyd edilir ki, Mülki Məcəllənin 432.4-cü maddəsinə əsasən əgər borclu əsas öhdəliyinin icrasından başqa, faizləri və xərcləri də ödəməlidirsə, bütün borcun ödənilməsi üçün yetərli olmayan öhdəliyin icrası əvvəlcə xərclərin hesabına sonra faizlərin hesabına və nəhayət, əsas öhdəliyin hesabına daxil edilir. Borclunun müəyyənləşdirdiyi başqa qayda etibarsızdır. Mülki iş materiallarında olan hesabdan çıxarış məlumatlarından göründüyü kimi, cavabdehlər tərəfindən digər bank qarantiyası və kredit müqavilələri üzrə ümumilikdə 4223281,84 manat məbləğində ödəniş həyata keçirilmişdir. Qeyd edilir ki, bank qarantiyası və kredit müqavilələri üzrə cavabdehlər tərəfindən ödənilən 4223281,84 manat məbləğində pul vəsaitinin təyinatı göstərilmədiyindən, xx.xx.2021-ci il tarixli, K1704/06 saylı maliyyələşdirmə üçün ərizəyə aid ödəniş olub-olmamasını müəyyən etmək mümkün deyildir. Lakin təqdim edilmiş hesabdan çıxarış məlumatlarından görünür ki, cavabdehlərin bank hesablarına mədaxil edilmiş pul vəsaitləri K1704/06 saylı maliyyələşdirmə üçün ərizə üzrə əsas borcdan 507581,09 manat, faiz borcundan 47066,68 manat, cərimə borcundan 234460,24 manat, K1704/05 saylı maliyyələşdirmə üçün ərizə üzrə əsas borcdan 1592200,5 manat, faiz borcundan 0 manat, cərimə borcundan 8321,21 manat, xx.xx.2015-ci il tarixli, 2015/094LG saylı maliyyələşdirmə üçün ərizə üzrə əsas borcdan 2 200 000 manat, faiz borcundan 33 000 manat, cərimə borcundan 389 760,13 manat silinmişdir”.
37. Məhkəmənin 04 may 2023-cü il tarixli qərardadları ilə məhkəmə-mühasibatlıq və məhkəmə-əmtəəşünaslıq ekspertizaları təyin edilmiş, ekspertizaların keçirilməsi Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinə (Məhkəmə Ekspertizası Mərkəzi) həvalə olunmuşdur.
38. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli ekspert rəyində göstərilmişdir ki, ünvan 8 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin orta bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 1 603 000 manat, 10% azalma əmsalı tətbiq edilməklə həmin mənzilin likvid dəyəri təqribən 1 450 000 manat məbləğində, ünvan 7 ünvanında 0.12 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən 483.4 kv.m fərdi yaşayış evinin orta bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 858 000 manat, 10% azalma əmsalı tətbiq edilməklə həmin mənzilin likvid dəyəri təqribən 773 000 manat məbləğində müəyyən edilir (Cild İ, səhifə 26-33).
39. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli ekspert rəyində göstərilmişdir ki, iş materiallarında olan çıxarış məlumatları, xx.xx.2021-ci il tarixli K1704/06 saylı maliyyəşdirmə üçün ərizəyə əsasən Cavabdeh1 MMC-nin İddiaçı ASC-yə olan borcu xx.xx.2021-ci il tarixə (müqavilə müddətinin bitdiyi tarix) əsas borc üzrə 1 600 000 manat, faiz borcu üzrə 35 200 manat, xx.xx.2023-cü il tarixə əsas borc üzrə 1 086 863,36 manat təşkil edir. Qeyd edilir ki, iş materiallarında iddiaçı bank tərəfindən cərimə borcunun hesablanmasını əks etdirən hesabdan çıxarış məlumatları təqdim edilmədiyindən ekspertiza zamanı borcalana cərimə hesalanmadı. (Cild İ, səhifə 116-119).
40. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli ekspert rəyində göstərilmişdir ki, ekspertiza tədqiqatına təqdim edilmiş Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, 22-ci küçədə yerləşən 71 nömrəli fərdi yaşayış evinin torpaq sahəsi ilə birlikdə hazırkı orta bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 942630 manat, 10% azalma əmsalı tətbiq edilməklə həmin evin likvid dəyəri təqribən 848367 manat məbləğində müəyyən edilir. Qeyd olunan xüsusatlara müvafiq müqayisə metodu ilə tədqiqat apararkən, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi, 85 ünvanında yerləşən ümumi sahəsi 370.1 kv.metr olan qeyri-yaşayış sahəsinə uyğun yuxarıda qeyd edilən analoji xüsusiyyətlərə malik qeyri-yaşayış sahəsinin qiymətinə dair məlumat əldə etmək mümkün olmadığından qiymətləndirmə aparmaq mümkün olmadı.
41. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli 9/1655 saylı ekspert rəyində göstərilmişdir ki, “...İş materiallarından göründüyü kimi, Cavabdeh1 MMC tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları və xx.xx.2021-ci il tarixli K/1704/06 saylı maliyyələşdirmə üçün ərizənin şərtlərinə əsasən Cavabdeh1 MMC-nin xx.xx.2021-ci il tarixə olan borcu 1 600 000 manat əsas, 44 400 manat faiz olmaqla, ümumilikdə 1 644 400 manat təşkil edir. İş materiallarında olan hesabdan çıxarış məlumatlarından göründüyü kimi, bank tərəfindən xx.xx.2021-ci il tarixdən xx.xx.2025-ci il tarixədək ümumilikdə 960 476 manat məbləğində silinmə edilmişdir. Həmin silinmə nəzərə alındığı təqdirdə 683 924 manat məbləğində əsas borc qalacaqdır. İş materiallarında olan hesabdan çıxarış məlumatlarından göründüyü kimi, xx.xx.2021ci il tarixli K1704/06 saylı maliyyələşdirmə üçün ərizə üzrə bank tərəfindən 960 924 manat məbləğində silinmə aparılmışdır. 960 476 manat məbləğində puldan hesabdan çıxarışda kredit hesabları əvəzinə göstərilən cərimə, faiz, əsas sözlər üzrə 235 272,68 manat cərimə, 47 066,68 manat faiz borcuna, 678 136,64 manat isə əsas borca silinmişdir. İddiaçı ASC ilə Cavabdeh1 MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli K1704/06 saylı maliyyələşdirmə üçün ərizə üzrə Cavabdeh1 MMC-nin İddiaçı ASC-də olan hesabdan çıxarış məlumatlarının müxbirləşmə hissəsində Mərkəzi Bankın “Azərbaycan Respublikasının bank sistemi üçün Hesablar Planı və onun tətəbiqinə dair Metodiki Göstərişləri”nə uyğun olaraq hesablar (ssuda, faiz, cərimə, kassa və s.) öz əksini tapmır. Beləliklə, bank tərəfindən xx.xx.2021-ci il tarixli K1701/06 saylı maliyyələşdirmə üçün ərizə üzrə 235 272,68 manat cəriməyə, 47 066,68 manat faiz borcuna, 678 136,64 manat isə əsas borca silinmiş pul vəsaitinin Cavabdeh1 MMC-nin hesabdan çıxarış məlumatlarının müxbirləşmə hissəsində hesablar göstərilmədiyindən doğruluğunu müəyyən etmək mümkün olmadı. Bildirilir ki, iş materiallarında olan xx.xx.2021-ci il tarixli K1704/06 saylı maliyyələşdirmə üçün ərizənin 5-ci bəndində yuxarıda (yəni kreditin faiz dərəcəsi, cərimə faiz dərəcəsi və s.) qeyd edilən şərtlərdən hər hansi biri icra edilmədiyi təqdirdə ayrılmış vəsaitin kreditin illik faiz dərəcəsi 3% həcmində artırılacaqdır və ya qeyd olunan həddə cərimə tətbiq ediləcəyi göstərilmişdir. Lakin iş materiallarında olan hesabdan çıxarış məkumatlarından göründüyü kimi, hesablamalar və silinmələr xx.xx.2021-ci il tarixli K1704/06 saylı maliyyələşdirmə üçün ərizənin 5-ci bəndinə nəzərdə tutulan şərtlərə uyğun olmamışdır. Belə ki, həmin hesabdan çxıarışlardan göründüyü kimi, ayrılmış kredit vəsaitinin illik faiz dərəcəsi və cərimə 3% həcmdə artırılaraq hesablama və silinmələr aparılmışdır. Halbuki, həmin bənddən də göründüyü kimi, hesablamalar və silinmələr zamanı artırılmış faiz dərəcəsi yalnız birinə, yəni ayrılmış kredit vəsaitinin illik faiz dərəcəsinə və ya cəriməyə tətbiq edilə bilərdi. Bundan başqa, qeyd edilir ki, təqdim edilmiş iş materiallarında olan hesabdan çıxarışlardan göründüyü kimi, faiz və əsas borcla yanaşı hesablanmış cərimə məbləğləri üzrə silinmələr də aparılmışdır. Bununla bağlı qeyd edilir ki, qanunvericilikdə silinmə ardıcılllığı əvvəlcə xərclərin hesabında, sonra faizlərin hesabında və nəhayət əsas öhdəliyin hesabından daxil edilməsi göstərilmişdir (yəni cəriməyə silinmə nəzərdə tutulmamışdır). Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, cavabdehlər tərəfindən Cavabdeh1 MMC-nin cari bank hesabında mədaxil edilmiş pul vəsaitlərindən xx.xx.2021-ci il tarixli K1704/06 saylı maliyyələşdirmə üçün ərizə üzrə bank tərəfindən əsas, faiz və cəriməyə silinmiş 935 476 manat məbləğində pulun cavabdehlərin paylarında düşən hissələri qeyd edilmişdir. Qeyd edilir ki, iş materiallarında olan hesabdan çıxarış məlumatları tam dövrü əhatə etmədiyindən xx.xx.2025-ci il tarixli 25 000 manat məbləğində ödənişin kim tərəfindən ödənildiyini müəyyən etmək mümkün olmadı. xx.xx.2021-ci il tarixli K1704/06 saylı maliyyələşdirmə üçün ərizə üzrə aparılmış bütün silinmələr xx.xx.2021-ci il tarixdən sonrakı dövrü əhatə edir. Yəni xx.xx.2021-ci il tarixədək (müqavilə müddətinin sonunadək) heç bir silinmə aparılmamışdır. xx.xx.2021-ci il tarixli K/1704/06 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən Cavabdeh1 MMC-yə ayrılmış 1 600 000 manat məbləğində kredit vəsaitinin 1 584 018,82 manatı K1704/05 nömrəli kredit müqaviləsi üzrə əsas borca, 7981,18 manatı isə həmin kredit müqaviləsi üzrə cəriməyə silinmişdir. İş materiallarında olan hesabdan çıxarış məlumatlarından göründüyü kimi, Cavabdeh4 tərəfindən xx.xx.2021-ci il tarixdə 150 000 manat məbləğində vəsaiti bank hesabında mədaxil edilmişdir. Lakin həmin hesabın balansında həmin tarixə pul qalığının (78 911,12 manat) olduğu və həmin məbləğlər qarışdığı (228 911,12=150 000+78911,12) üçün Cavabdeh4 tərəfindən xx.xx.2021-ci il tarixdə bank hesabında mədaxil edilən 150 000 manat məbləğində pul vəsaitinin hansı təyinat üzrə silinməsini müəyyən etmək mümkün olmadı. Müqavilə üzrə əsas borc qalığı 683 924 manat təşkil edir”.
42. Məhkəmənin 23 oktyabr 2025-ci il tarixli qərardadı ilə “Cavabdeh2 mülkiyyətində olan ünvan 9 ünvanında yerləşən qeyri yaşayış sahəsi və ünvan 7 ünvanda yerləşən fərdi yaşayış evinin satıldıqdan sonra 1 ay ərzində boşaldılaraq mülkiyyətçilərə təhvil verilməsi” tələbləri üzrə icraata xitam verilmiş, eyni tarixli qətnamə ilə iddia tələbinin qismən təmin olunması, Cavabdeh1, Cavabdeh2, Mir-X7 və Cavabdeh4 birgə qaydada K1704/06 saylı kredit müqaviləsi üzrə 683 924 (altı yüz səksən üç min doqquz yüz iyirmi dörd) manat kredit borcu, 35 000 (otuz beş min) manat cərimə olmaqla, cəmi 718 924 (yeddi yüz on səkkiz min doqquz yüz iyirmi dörd) manat, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumu, 150 (yüz əlli) manat xidmət haqqı, mediasiya prosesi üzrə ödənilmiş 200 (iki yüz) manat və ödənilmiş dövlət rüsumuna görə 698 (altı yüz doxsan yeddi manat doxsan dörd qəpik) manat məbləğində pul vəsaitinin İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, tutmanın Cavabdeh2 məxsus ünvan 9 ünvanında yerləşən qeyri-yaşayış sahəsi və ünvan 7 ünvanında yerləşən fərdi yaşayış evinə yönəldilməsi, həmin əmlakların açıq hərracda satılması, satışdan əldə olunmuş vəsait hesabına iddiaçıya olan borcun ödənilməsi, satışdan artıq məbləğ qalarsa, qalan məbləğin Cavabdeh2 qaytarılması, ipoteka predmeti olan, ünvan 9 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin ilkin satış qiymətinin 1 450 000 (bir milyon dörd yüz əlli min) manat, ünvan 7 ünvanında yerləşən fərdi yaşayış evinin ilkin satış qiymətinin 848 367 (səkkiz yüz qırx səkkiz min üç yüz altmış yeddi) manat müəyyən edilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 350 (üç yüz əlli) manat pulun 200,70 manat (iki yüz manat yetmiş qəpik) hissəsinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 birgə qaydada, 149,30 manat (yüz qırx doqquz manat iyirmi səkkiz) hissəsinin İddiaçı Açıq Səhmdar Cəmiyyətindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (kod: 210005, VÖES: **********, müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖES: **********, hesab: AZ34CTRE********************) köçürülməsi qət edilmişdir.
43. Məhkəmə gəldiyi nəticəni aşağıda göstərildiyi kimi əsaslandırmışdır:
43.1. İddiaçı ASC ilə Cavabdeh1 MMC arasında xx.xx.2014-cü il tarixli, PB/GTC-124/2014 saylı bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusu imzalanmış, xx.xx.2015-ci il tarixli, K1704 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən bank tərəfindən müştəriyə xx.xx.2016-cı il tarixədək 3 000 000 (üç milyon) manat məbləğində birdəfəlik kredit verilmişdir. Tərəflər arasında imzalanmış maliyyələşdirmə üçün ərizənin müvafiq bəndinə dəyişiklik edilməsi barədə ərizələrə əsasən kreditin müddəti uzadılmış, maksimal borcalma limitinin məbləği 4 000 000 manat müəyyənləşdirilmişdir. Kredit verən qismində İddiaçı ASC ilə kredit alan Cavabdeh1 MMC arasında imzalanmış xx.xx.2021-ci il tarixli, GL4454 nömrəli kredit limiti müqaviləsinə əsasən kredit verən tərəfindən kredit alana xx.xx.2031-ci il tarixinədək illik faiz dərəcəsi 25%-dək, kredit üzrə gecikdirilmiş əsas məbləğə tətbiq olunan illik/gündəlik cərimə faiz dərəcəsi 34%-dək (gündəlik 0,0944%) olmaqla 60000000 (altmış milyon) manat kredit limiti açılmışdır. xx.xx.2021-ci il tarixli, K1704/06 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən bank tərəfindən müştəriyə xx.xx.2021-ci il tarixədək illik faiz dərəcəsi 8%, kreditin gecikdirilmiş əsas məbləğinə tətbiq olunan nominal illik faiz dərəcəsi 8%, illik/gündəlik cərimə faiz dərəcəsi 9% olan 1 600 000 (bir milyon altı yüz) manat məbləğində birdəfəlik kredit verilmişdir. İpoteka saxlayan İddiaçı ASC, ipoteka qoyan X8 və borc alan Cavabdeh1 MMC arasında imzalanmış xx.xx.2021-ci il tarixli, İS3757 və İS3758 saylı sonrakı ipoteka müqavilələrinə əsasən X4 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsi və ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi Cavabdeh1 MMC-nin İddiaçı ASC qarşısında olan pul öhdəliyinin icrasının təmin edilməsi məqsədilə İddiaçı ASC-nin xeyrinə yüklü edilmişdir. İddiaçı ASC ilə Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 arasında ayrı-ayrılıqda imzalanmış xx.xx.2021ci il tarixli zaminlik müqavilələri ilə zaminlər Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 bank ilə Cavabdeh1 MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli, GL4454 saylı kredit limit müqaviləsi üzrə borcalana veriləcək və illik faiz dərəcəsi 25%-dək olan, cərimə faiz dərəcəsi illik 34%-dək xx.xx.2031-ci il tarixinədək ayrılmış 60 000 000 manat məbləğində kredit limiti ilə əlaqədar olaraq borcalan bank qarşısında öz öhədliklərini tam yerinə yetirinədək Cavabdeh1 MMC ilə birlikdə bank qarşısında məsuliyytət daşımağı öz öhdələrinə götürmüşlər. Kreditor kredit razılaşmaları üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirsə də, borcalan və zaminlər müqavilələr üzrə öhdəliklərini lazımınca icra etməmiş, bununla da müqavilənin şərtlərini və mülki qanunvericiliyin normalarını pozmuşlar. 43.2. İddia tələbinin bir hissəsini cavabdehlər Cavabdeh1 MMC-dən, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 birgə qaydada K1704/06 saylı kredit müqaviləsinə əsasən 1 086 863,36 manat əsas borcun tutulması təşkil edir. 43.3. Məhkəmə qanunvericilik normalarını, müqavilə şərtlərini, cavabdehlərin (borcalan və zamin) müqavilə öhdəliklərini lazımınca icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını, cavabdehlərin yaranmış borcu iddiaçıya ödəmək vəzifəsi daşımasını, işdə olan sübutları, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli 9/1655 saylı ekspert rəyini nəzərə alaraq hesab edir ki, iddia tələbi əsas borcun tutulması hissəsində qismən təmin olunmalı, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Mir- X7 və Cavabdeh4 birgə qaydada K1704/06 saylı kredit müqaviləsi üzrə 683 924 (altı yüz səksən üç min doqquz yüz iyirmi dörd) manat kredit borcu tutularaq iddiaçıya ödənilməli, əsas borcun tutulmasına dair iddia qalan hissədə təmin olunmamalıdır. Əsas borcla bağlı hazırkı nəticəyə gələrkən mötəbər sübut qismində xx.xx.2025-ci il tarixli 9/1655 saylı ekspert rəyi nəzərə alınmışdır. Belə ki, ekspert qarşısında İddiaçı ASC ilə Cavabdeh1 MMC arasında bağlanmış müqavilə üzrə Cavabdeh1 MMC tərəfindən edilmiş bütün ödənişlər, borcalan və zaminlərin hesablarından aparılmış silinmələr nəzərə alınmaqla, borcun nə qədər təşkil etməsi barədə sual qoyulmuş və xx.xx.2021-ci il tarixli K/1704/06 saylı maliyyələşdirmə üçün ərizəsinin şərtlərinə əsasən Cavabdeh1 MMC-nin xx.xx.2021-ci il tarixə olan borcunun 1 600 000 manat əsas, 44 400 manat faiz olmaqla, ümumilikdə 1 644 400 manat, xx.xx.2021-ci il tarixdən xx.xx.2025-ci il tarixədək bank tərəfindən edilmiş 960 476 manat məbləğində silinmələr nəzərə alındığı təqdirdə əsas borc məbləğinin 683 924 manat təşkil etdiyi müəyyən edilmişdir. 43.4. İddia tələbinin digər hissəsini cavabdеhlər Cavabdeh1 MMC-dən, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 birgə qaydada K1704/06 saylı kredit müqaviləsinə əsasən 166 652,39 manat cərimə borcunun tutulması təşkil edir. 43.5. Göstərilən tələbə münasibətdə məhkəmə hesab edir ki, cavabdehlər tərəfindən borc iddiaçıya müəyyən edilmiş müddət ərzində ödənilmədiyindən iddiaçı müqavilə şərtlərinə əsasən cavabdehlərdən cərimə məbləğinin ödənilməsini tələb etməkdə haqlıdır. 43.6. Məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğlərinə nisbətini, eləcə də tərəflərin əsaslı mənafelərini nəzərə alaraq hesab edir ki, cərimə məbləği azaldılaraq 35 000 (otuz beş min) manat məbləğində müəyyən edilməli, cərimənin tutulması barədə iddia tələbi qalan hissədə təmin edilməməlidir. 43.7. Borc üzrə tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə münasibətdə məhkəmə qeyd edir ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı olaraq ipoteka müqaviləsinə əsasən Cavabdeh2 məxsus yuxarıda qeyd edilən daşınmaz əmlaklar iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. İpotekaya tutma yönəldilməsi ilə bağlı “İpoteka haqqında” Qanunda nəzərdə tutulmuş prosedura əməl edilmişdir. 43.8. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, “İpoteka haqqında” Qanunun 34-cü maddəsində nəzərdə tutulmuş əsaslar olduğundan və ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququ yarandığından iddia tələbi tutmanın ipoteka predmetinə yönəldilməsi hissəsində təmin edilməli, tutma Cavabdeh2 məxsus ünvan 9 ünvanında yerləşən qeyriyaşayış sahəsi və ünvan 7 ünvanında yerləşən fərdi yaşayış evinə yönəldilməli, həmin əmlak açıq hərracda satılmalı, əmlakın satışından əldə olunmuş vəsait hesabına banka olan borc ödənilməli, satışdan artıq məbləğ qalarsa, qalan məbləğ Cavabdeh2 qaytarılmalıdır. 43.9. İddia tələbinin hərracdan əldə olunmuş vəsait borcların tam ödənilməsinə kifayət etmədikdə, qalan məbləğin ümumi müştərək qaydada tutulması hissəsinə münasibətdə qeyd edir ki, bütünlükdə borc məbləğinin həmin cavabdehlərdən müştərək qaydada tutulması elə hərracdan əldə olunmuş vəsait borcların tam ödənilməsinə kifayət etmədikdə, qalan məbləğin cavabdehlərdən müştərək qaydada tutulmasını da özündə ehtiva edir. Ona görə də həmin hissənin ayrıca göstərilməsinə zərurət yoxdur. 43.10. Əmlakların dəyəri ilə bağlı iddiaçı və cavabdeh tərəfdən müxtəlif rəylər təqdim edilmişdir. Əmlakların dəyəri ilə bağlı mötəbər sübut qismində məhkəmə tərəfindən təyin olunan ekspertiza nəticəsində Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 10/3636- 9/3799 saylı (ünvan 9 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə münasibətdə) və xx.xx.2025-ci il tarixli, 9/1610 saylı ekspert rəyləri (Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, 22-ci küçədə yerləşən 71 nömrəli fərdi yaşayış evinə münasibətdə) əsas götürülmüşdür. 43.11. Məhkəmə ekspert rəylərini əsas götürərək hesab edir ki, ipoteka predmeti olan, ünvan 9 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin ilkin satış qiyməti 1 450 000 (bir milyon dörd yüz əlli min) manat, ünvan 7 ünvanında yerləşən fərdi yaşayış evinin ilkin satış qiyməti 848 367 (səkkiz yüz qırx səkkiz min üç yüz altmış yeddi) manat müəyyən edilməlidir. 43.12. Məhkəmə həmçinin hesab edir ki, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumu, 150 (yüz əlli) manat xidmət haqqı, mediasiya prosesi üzrə ödənilmiş 200 (iki yüz) manat və iddia tələbinin təmin edilmiş hissəsinə uyğun olaraq 698 (altı yüz doxsan yeddi manat doxsan dörd qəpik) manat dövlət rüsumu cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir.
44. Gəldiyi nəticənin hüquqi əsaslandırması zamanı məhkəmə, Mülki Məcəllənin 269-cı, 270.1-ci, 385.1-ci, 386-cı, 442-ci, 443.1-ci, 448.1-ci, 462.1-ci, 467-ci, 470-ci, 472-ci, 739-cu, 741-ci, 743-cü, “İpoteka haqqında Qanun”un 1.0.6-cı, 3.1-ci, 10.4-cü, 11.1-ci, 11.2-ci, 34.1-ci, 41.1-ci, 47.5-ci maddələrinə istinad etmişdir.
45. Qətnamədən iddiaçı bankın nümayəndəsi apellyasiya şikayəti verərək onun, iddia tələbinin dəqiqləşdirilməsinə dair xx.xx.2023-cü il tarixli ərizə üzrə əsas və cərimə borcunun tutulması tələbinin təmin edilməyən hissəsində ləğv olunmasını və iddia tələbinin həmin hissədə tam təmin edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini aşağıda göstərildiyi kimi əsaslandırmışdır: “Mülki Məcəllənin 467-ci maddəsinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Maddənin mənasından belə başa düşmək olar ki, burada cərimə məbləğinin azaldılması imperativ norma kimi qeyd edilməmişdir və qanunu tətbiq edən orqanın öhdəliyinə buraxılmışdır. Eyni zamanda maddədə “tənasübsüz” (uyğunluğu olmayan; əndazəsiz, uyğunsuz) deyilərkən bu anlayışın hansı meyarlar əsasında müəyyən edilməsi qeyd edilməsə də, hüquqi düşüncəsinə və mülki qanunvericilkdə ağlabatanlıq anlayışına əsasən bu norma tətbiq edilərkən əsas borcun cəriməyə olan nisbətinin ağlabatanlığının nəzərə alınması maddənin ruhundan duyulur. Məhkəmənin qeyd etdiyi əsaslandırıcı məqam üzrə bildirmək istəyirik ki, burada məhkəmə hesablanan cərimə pulunun tənasübsüz surətdə yüksək olduğunu qeyd etsə də bunu qanuni əsasla izah etməmiş, heç bir sübuta əsaslanmamışdır və bununla da qətnamənin məzmununda qeyri-müəyyənlik yaratmışdır. Həmçinin Borc alan müqaviləni imzalayarkən müqavilə azadlığı prinsipinə əməl olunmuş və cərimə faizlərinin hesablanmasına razılığını bildirmişdir. Qeyd etmək istəyirik ki, qanunvericilik öhdəliyin icrasının təmin edilməsi üsullarında biri kimi dəbbə pulunu (cərimə, penya) müəyyən etməklə kreditorlara dəyə biləcək zərərlərin qarşısını almaq, məqsədi güdmüşdür. Mülki Məcəllənin 432.4-cü maddəsinə əsasən, əgər borclu əsas öhdəliyin icrasından başqa, faizləri və xərcləri də ödəməlidirsə, bütün borcun ödənilməsi üçün yetərli olmayan öhdəliyin icrası əvvəlcə xərclərin hesabına, sonra faizlərin hesabına və nəhayət, əsas öhdəliyin hesabına daxil edilir. Borclunun müəyyənləşdirdiyi başqa qayda etibarsızdır. Məcəllənin 448.1-ci maddəsinə əsasən, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə, öz qətnaməsində bu normaya istinad etməmiş, ümumiyyətlə cavabdehin risk dairəsinə aid olan öhdəlikləri düzgün müəyyən etməmişdir. X12 Toplusunda qeyd edilir ki, kreditin əsas məbləği və ona hesablanmış faizlər ödəniş qrafikində və “Fərdi müştərilərin Maliyyələşdirməsi üçün ərizə” formasında göstərilən qaydada ödənilmədikdə gecikdirilmiş əsas məbləğə “Fərdi müştərilərin Maliyyələşdirməsi üçün ərizə” forması ilə müəyyən olunan qaydada və həcmdə cərimə faizi hesablanır. Cərimə faizi 2 qaydada müəyyən olunur: 1) kreditin müddəti bitənədək və 2) kreditin müddəti bitdikdən sonra. Kreditin müddəti bitənədək cərimə tətbiq olunduğu zaman kredit faizləri də öz növbəsində hesablanmağa davam edir. Müqavilənin şərtinə uyğun olaraq K1704/06 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 1,086,863.36 (bir milyon səksən altı min səkkiz yüz altmış üç manat otuz altı qəpik) manat əsas borc, 166,652.39 (bir yüz altmış altı min altı yüz əlli iki manat otuz doqquz qəpik) manat cərimə borcu olmaqla, cəmi 1,253,515.75 (bir milyon iki yüz əlli üç min beş yüz on beş manat yetmiş beş qəpik) manat təmin edilməli idi. Belə ki, İddiaçı ASC-nin nümayəndəsi ekspert rəyi ilə razılaşmamış iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə üzrə iddia tələbini müdafiə etmişdir. Cavabdehin K1704/06 saylı maliyyələşdirmə üçün ərizə üzrə yaranmış əsas və cərimə borcu məbləğinin müəyyən edilməsi zamanı işin halları ətraflı araşdırılmamışdır. Belə ki, ekspert rəyində qeyd edilən əsas və faiz borclarına silinmələrin bank tərəfindən təqdim edilmiş hesabdan çıxarışda cərimə, faiz və əsas borcuna silinmələr üzrə uyğun olmamış, bu səbəbdən əsas borc məbləğində fərq yaranmışdır. Məhkəmə tərəfindən işin faktiki halları (müqavilənin şərtləri) araşdırılmadan əsas və cərimə məbləği əsassız surətdə azaldılmışdır. Belə ki, xx.xx.2024-cü il tarixli və xx.xx.2025-ci il tarixli ekspert rəylərində xx.xx.2021-ci il tarixinə, yəni müqavilə müddətinin sonuna 1 600 000 manat əsas, 44 400 manat faiz borcu olduğunu müəyyən etdiyi halda, xx.xx.2024-cü il tarixli rəydə ekspert xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixə kimi olan 794 476 manat ödənişləri nəzərə almaqla 8 499 254 manat əsas borcun olduğunu müəyyən etmiş, xx.xx.2025-ci il tarixli rəydə isə xx.xx.2021-ci il tarixdən xx.xx.2025-ci il tarixədək 960 476 manat ödənişləri nəzərə almaqla 968 924 manat əsas borcun olduğu müəyyən edilmişdir. Halbuki bu absurddur. Belə ki, ekspert rəylərində cavabdeh tərəfindən krediti götürdüyü vaxtdan müddətin sonuna kimi heç bir ödəniş edilmədiyini təsdiq edərək buna uyğun rəy vermişdir. Deməli ödəniş edilməyən kredit üzrə aramızda bağlanan kredit müqaviləsinin şərtlərinə əsasən cərimə hesablanmalı idi və bunu ekspert nəzərə almalı idi. Lakin ekspert rəy verərkən edilən ödənişləri kredit müddəti ərzində qanuni olaraq hesablanmış cəriməyə silinmə etməmiş, ümumiyyətlə cərimə hesablamamış, bütün ödənişləri yalnız faiz və əsas borca yönəltmişdir ki, nəticədə əsas borc kəskin surətdə azaldılmışdır”.
Apellyasiya şikayətinə qarşı etiraz
46. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.
Apellyasiya baxışı, izahatlar
47. Məhkəmə iclasında iştirak edən iddiaçı bankın nümayəndələri apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək müvafiq qətnamə çıxarılmasını xahiş etmiş, cavabdehlər isə məhkəməyə gəlməmişlər.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
48. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.
49. Maddə 14.2.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.
50. Maddə 385. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
51. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
52. Maddə 390.5. Müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir.
53. Maddə 404. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.
54. Maddə 417.1. Müqavilənin standart şərtləri əvvəlcədən ifadə edilmiş, dəfələrlə istifadə üçün nəzərdə tutulan elə şərtlərdir ki, bunları bir tərəf (təklif edən) digər tərəfə təqdim edir və əvvəlcədən müəyyənləşdirilmiş normalardan fərqlənən və bu normaları tamamlayan qaydalar onların vasitəsilə müəyyənləşdirilir.
55. Maddə 420.2. Müqavilənin standart şərti müqaviləyə daxil edilmiş olsa da, etimad və vicdanlılıq prinsiplərinə zidd olaraq müqavilənin digər tərəfi üçün zərərlidirsə, etibarsızdır. Bu zaman həmin şərtlərin müqaviləyə daxil edildiyi şərait, tərəflərin qarşılıqlı maraqları və sair nəzərə alınmalıdır.
56. Maddə 425. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
57. Maddə 432.4. Əgər borclu əsas öhdəliyin icrasından başqa, faizləri və xərcləri də ödəməlidirsə, bütün borcun ödənilməsi üçün yetərli olmayan öhdəliyin icrası əvvəlcə xərclərin hesabına, sonra faizlərin hesabına və nəhayət, əsas öhdəliyin hesabına daxil edilir. Borclunun müəyyənləşdirdiyi başqa qayda etibarsızdır.
58. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir.
59. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
60. Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.
61. Maddə 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.
62. Maddə 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
63. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
64. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
65. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.
66. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
67. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
68. Maddə 97.1. İşə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər.
69. Maddə 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir.
70. Maddə 102.1. Ekspertin rəyi kifayət qədər aydın və ya tam olmadıqda, məhkəmə əlavə ekspertiza təyin edə bilər və onun keçirilməsini həmin və ya başqa ekspertə tapşıra bilər.
71. Maddə 102.2. Məhkəmə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda, ekspertiza aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bilər.
72. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.
73. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
74. Maddə 385. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
“Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında” Qanun
75. Maddə 17. İlkin məhkəmə ekspertizasının rəyi kifayət qədər aydın olmadıqda, ekspert qoyulmuş sualları tam həll etmədikdə və ya tədqiqat aparılmış obyektlərə dair əlavə suallar yarandıqda, aparılmış tədqiqatın və ya rəydəki boşluğun aradan qaldırılması üçün əlavə məhkəmə ekspertizası təyin edilir və onun aparılması həmin ekspertə və ya başqa ekspertə həvalə edilir.
76. Maddə 18. Ekspertin rəyi kifayət qədər əsaslı olmadıqda və ya şübhə doğurduqda, yaxud onun əsaslandığı sübutlar etibarsız (qeyri-mötəbər) hesab edildikdə və ya ekspertiza aparılmasının prosessual qaydaları pozulduqda təkrar ekspertiza aparılır.
Apellyasiya baxışının həddi
77. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
78. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
79. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının həddini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının iddiaçı bankın Cavabdeh1 MMC-dən, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 birgə qaydada K1704/06 saylı kredit müqaviləsinə əsasən 1 086 863,36 manat əsas borc, 166 652,39 manat cərimə borcu olmaqla cəmi 1 253 515,75 manat məbləğində borcun xeyrinə tutulması” tələbinin qismən təmin edilməyən hissəsi üzrə yoxlanılması təşkil edir. Belə ki, cavabdehlər qətnamədən şikayət verməmiş, iddiaçı bank isə qətnaməni yalnız əsas və cərimə borcunun tutulması tələbinin təmin edilməyən hissəsində mübahisələndirmişdir.
80. Başqa sözlə, “Cavabdeh2 mülkiyyətində olan ünvan 10 ünvanında yerləşən qeyri yaşayış sahəsinin və ünvan 7 ünvanda yerləşən fərdi yaşayış evinin satıldıqdan sonra 1 ay ərzində boşaldılaraq mülkiyyətçilərə təhvil verilməsi” tələbləri üzrə icraata xitam verilməsi ilə bağlı gəlinən nəticə, habelə qətnamənin Cavabdeh1, Cavabdeh2, Mir-X7 və Cavabdeh4 birgə qaydada ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumu, 150 (yüz əlli) manat xidmət haqqı, mediasiya prosesi üzrə ödənilmiş 200 (iki yüz) manat və ödənilmiş dövlət rüsumuna görə 698 (altı yüz doxsan yeddi manat doxsan dörd qəpik) manat məbləğində pul vəsaitinin İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, tutmanın Cavabdeh2 məxsus ünvan 9 ünvanında yerləşən qeyri-yaşayış sahəsi və ünvan 7 ünvanında yerləşən fərdi yaşayış evinə yönəldilməsi, həmin əmlakların açıq hərracda satılması, satışdan əldə olunmuş vəsait hesabına iddiaçıya olan borcun ödənilməsi, satışdan artıq məbləğ qalarsa, qalan məbləğin Cavabdeh2 qaytarılması, ipoteka predmeti olan, ünvan 9 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin ilkin satış qiymətinin 1 450 000 (bir milyon dörd yüz əlli min) manat, ünvan 7 ünvanında yerləşən fərdi yaşayış evinin ilkin satış qiymətinin 848 367 (səkkiz yüz qırx səkkiz min üç yüz altmış yeddi) manat müəyyən edilməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 350 (üç yüz əlli) manat pulun 200,70 manat (iki yüz manat yetmiş qəpik) hissəsinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 birgə qaydada, 149,30 manat (yüz qırx doqquz manat iyirmi səkkiz) hissəsinin İddiaçı Açıq Səhmdar Cəmiyyətindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsi” hissələri hazırkı apellyasiya baxışının predmeti deyildir.
Məhkəmə kollegiyasının mövqeyi
81. Yuxarıda qeyd olunduğu kimi, xx.xx.2021-ci il tarixli GL4454 saylı kredit limit müqaviləsi çərçivəsində bağlanmış xx.xx.2021-ci il tarixli K1704/06 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən, bank tərəfindən borcalana xx.xx.2021-ci il tarixədək illik faiz dərəcəsi 8%, kreditin gecikdirilmiş əsas məbləğinə tətbiq olunan nominal illik faiz dərəcəsi 8%, illik/gündəlik cərimə faiz dərəcəsi 9% olmaqla, 1 600 000 (bir milyon altı yüz) manat məbləğində kredit verilmiş, iddiaçı bank isə həmin ərizə (müqavilə) üzrə borc məbləğlərini (1 086 863,36 manat əsas borc, 166 652,39 manat cərimə borcu) xx.xx.2023-cü il tarixinə qədər hesablayıb tələb etmişdir.
82. Bununla yanaşı, İddiaçı ASC tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli maliyyə arayışında göstərilmişdir ki, Cavabdeh1 MMC-nin K1704/06 saylı maliyyələşdirmə ərizəsi üzrə xx.xx.2025-ci il tarixinə borcu 921 863,36 manat əsas, 546 608,64 manat cərimə borcu olmaqla, ümumilikdə 1 468 472 manat təşkil edir (gecikmə günü: 1211 gün).
83. Birinci instansiya məhkəməsi tərəfindən müqavilə üzrə əsas və faiz borcunun düzgün müəyyən edilməsi məqsədilə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, ekspertiza tədqiqatı zamanı müqavilə müddətinin bitdiyi tarixə (xx.xx.2021-ci il tarixinə) borcalanın 1 600 000 manat əsas, 44 000 manat faiz borcunun olduğu, cavabdehlər tərəfindən bankın hesabına müqavilə müddəti bitdikdən sonra (xx.xx.2021-ci il tarixindən sonra) xx.xx.2023-cü il tarixinədək 794 476 manat məbləğində ödəniş edildiyi, beləliklə də borcalanın yalnız 849 924 manat əsas borcunun qaldığı müəyyən olunmuşdur.
84. İddiaçı bank həmin rəyi əsaslı hesab etmədiyindən təkrar mühasibatlıq ekspertizası təyin olunmuş, həmin təyinat əsasında verilmiş ekspert rəyində əsas borc qalığının 683 924 manat təşkil etdiyi göstərilərək qeyd edilmişdir ki, bank tərəfindən xx.xx.2021-ci il tarixdən xx.xx.2025-ci il tarixədək ümumilikdə 960 476 manat məbləğində (235 272,68 manat cəriməyə, 47 066,68 manat faiz borcuna, 678 136,64 manat isə əsas borca) silinmə edilmişdir və silinmiş pul vəsaitinin Cavabdeh1 MMC-nin hesabdan çıxarış məlumatlarının müxbirləşmə hissəsində hesablar göstərilmədiyindən doğruluğunu müəyyən etmək mümkün deyildir. Ekspert vurğulamışdır ki, hesablamalar və silinmələr xx.xx.2021-ci il tarixli K1704/06 saylı maliyyələşdirmə üçün ərizənin 5-ci bəndinə nəzərdə tutulan şərtlərə uyğun olmamışdır, çünkü ayrılmış kredit vəsaitinin illik faiz dərəcəsi və cərimə 3% həcmdə artırılaraq hesablama və silinmələr aparılmışdır - halbuki, həmin bənddən də göründüyü kimi, hesablamalar və silinmələr zamanı artırılmış faiz dərəcəsi yalnız birinə, yəni ayrılmış kredit vəsaitinin illik faiz dərəcəsinə və ya cəriməyə tətbiq edilə bilərdi. Ekspert həmçinin vurğulamışdır ki, faiz və əsas borcla yanaşı hesablanmış cərimə məbləğləri üzrə silinmələr də aparılmışdır, halbuki, qanunvericilikdə silinmə ardıcılllığı əvvəlcə xərclərin hesabında, sonra faizlərin hesabında və nəhayət əsas öhdəliyin hesabından daxil edilməsi göstərilmişdir (yəni cəriməyə silinmə nəzərdə tutulmamışdır).
85. İddiaçı apellyasiya şikayətində qeyd etmişdir ki, məhkəmə ekspert tərəfindən ödənişlərin müqavilədə nəzərdə tutulmuş silinmə ardıcıllığına uyğun hesablanmadığını nəzərə almadan ekspert rəyini əsas sübut kimi qəbul etmiş, bu isə əsas və faiz borcunun az hesablanmasına və iddia tələbinin tam təmin edilməməsinə səbəb olmuşdur.
86. İddiaçının irəli sürdüyü əsas arqument ondan ibarətdir ki, onun öz hesablaması ilə cavabdeh tərəfindən edilmiş ödənişlər ilk növbədə dəbbə pulunun, daha sonra faizlərin və ən sonda əsas borcun ödənilməsinə yönəldilmişdir.
87. İş materialları ilə müəyyən olunur ki, ödənişlərin silinmə ardıcıllığı iddiaçı tərəfindən əvvəlcədən hazırlanmış, dəfələrlə istifadə üçün nəzərdə tutulmuş və fərdi qaydada müzakirə edilməmiş X10 (§ 1, 2, 3, 4) İV bölməsinin (Kredit) 3.8-ci bəndində (§ 4) təsbit edilmişdir.
88. Bu şərtlər müqavilə bağlanarkən cavabdehlə ayrıca razılaşdırılmamış, ona yalnız bütövlükdə qəbul etmək imkanı verilmişdir; buna görə həmin müddəalar MM-in 417.1-ci maddəsinin (§ 54) mənasında müqavilənin standart şərtləri hesab edilir.
89. X10 sözügedən müddəasına əsasən, ödənişlər ilkin olaraq dəbbəyə, sonra faizlərə və yalnız bundan sonra əsas borca silinir. Bu mexanizm əsas borcun azalmasını sistemli şəkildə ləngidir və gecikmə müddəti uzandıqca dəbbənin artımını sürətləndirir. Nəticədə borclunun faktiki ödənişləri onun əsas borc yükünü azaltmaq funksiyasını dərhal yerinə yetirmir və dəbbə struktur olaraq böyüməyə davam edir.
90. Kollegiya qeyd edir ki, kreditin əsas şərtləri (faiz dərəcəsi, müddət, dəbbə və s.) maliyyələşdirmə ərizəsində ayrıca razılaşdırılmış, lakin kredit öhdəliyinin hissə-hissə icrası zamanı borcun strukturuna birbaşa təsir edən ödənişlərin silinmə ardıcıllığı həmin sənəddə göstərilməmiş və bankın qeyri-müəyyən şəxslər dairəsinə ünvanlanmış standart şərtlərində nəzərdə tutulmuşdur.
91. Qanunvericilik etimad və vicdanlılıq prinsiplərinə zidd olmaqla digər tərəf üçün zərərli olan standart müqavilə şərtinin etibarsız olduğunu nəzərdə tutur (§ 55).
92. Kollegiya hesab edir ki, əsas borcun amortizasiyasını ləngidən və dəbbənin artımını stimullaşdıran belə mexanizm tərəflər arasında hüquqi və iqtisadi tarazlığı pozur və kompensasiya xarakterini aşaraq kreditor üçün struktur üstünlük yaradır, borclu üçün isə zərərli iqtisadi nəticəyə səbəb olur. Bu mexanizm borclunun faktiki icra etdiyi ödənişlərin onun əsas borc yükünü real olaraq azaltmasına imkan vermədiyindən, müqavilə tərəfləri arasında bərabər iqtisadi risk bölgüsünü pozur, buna görə də ödənişlərin ilk növbədə dəbbəyə yönəldilməsini nəzərdə tutan standart müddəa etibarsızdır.
93. Standart şərtin etibarsızlığı nəticəsində ödənişlərin silinmə ardıcıllığı MM-in 432.4-cü maddəsinə uyğun müəyyən edilməli və məhz bu metodologiya üzrə aparılmış ekspert hesablaması əsaslı hesab olunmalıdır. İddiaçının əks arqumenti hüquqi əsasdan məhrumdur.
94. Kollegiya, birinci instansiya məhkəməsinin cərimə borcunun məbləği ilə bağlı gəldiyi nəticə ilə də razılaşır.
95. Belə ki, dəbbə pulunun məqsədi borclunu öhdəliyin icrasına sövq etmək və gecikmənin hüquqi nəticəsini təmin etməkdir, lakin gecikmə müddətinin uzunluğu və yüksək faiz dərəcələrinin tətbiqi nəticəsində formalaşmış dəbbə məbləği artıq təminedici xarakteri aşaraq borclu üçün açıqaşkar dözülməz maliyyə yükü yaradır. Belə halda dəbbə institutu öz təminedici mahiyyətindən çıxaraq faktiki olaraq cəzalandırıcı mexanizmə çevrilir ki, bu da onun kompensasiyaedici təbiəti ilə uzlaşmır.
96. MM-in 467-ci maddəsində nəzərdə tutulan "tənasüb” meyarı yalnız formal müqavilə razılaşmasına deyil, işin real iqtisadi nəticələrinə qiymət verilməsini tələb edir. Bu işdə dəbbənin tələb olunan məbləğdə saxlanılması tərəflərin hüquqi və iqtisadi mənafeləri arasında balansı pozur və kreditorun mənafelərinin qorunması üçün zəruri həddi aşır.
97. Kollegiya nəzərə alır ki, dəbbənin tamamilə aradan qaldırılması onun stimullaşdırıcı funksiyasını zəiflədə bilər. Buna görə də dəbbə məbləği elə həddə azaldılmalıdır ki, bir tərəfdən öhdəliyin pozulmasına hüquqi reaksiya təmin edilsin, digər tərəfdən isə borclu üçün tənasübsüz maliyyə nəticəsi yaranmasın.
98. Bu baxımdan, müəyyənləşdirdiyi cərimə məbləğinin əsas borca mütənasib olmasına dair birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslı hesab olunmalıdır.
99. Beləliklə, apellyasiya şikayətində irəli sürülənlər formal mülahizələrdir; birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
100. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə xərclərinə dair məsələyə də qiymət verməyin zəruriliyini vurğulayaraq kollegiya qeyd edir ki, apellyasiya şikayəti vermək üçün apellyatorun ödədiyi dövlət rüsumunun məbləği onun özünə aid olunmalıdır. Nəzərə alınmalıdır ki, məhkəmə xərclərinin bölüşdürülməsi məsələsi prosessual qanunvericiliklə tənzimləndiyindən, bununla bağlı qərar qəbul edərkən məhkəmə, müvafiq tələbin olub-olmamasına bağlı deyildir.
101. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-20/2025 saylı iş üzrə 23 oktyabr 2025-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatorun özünə aid edilsin. Qətnamədən İddiaçı ASC tərəfindən, qətnamə ona rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən hakim Elnur Həsənov
Hakimlər Tural Qocayev
Səməd Cəfərov