Məhkəmə qərarları › İş №2-2(3-6)-160/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(3-6)-160/2026

14.07.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2-2(3-6)-160/2026 14.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI iddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Vəkilov Anar Müşfiq oğluna, cavabdeh2 İsa oğluna, cavabdeh1, cavabdeh3 Məhdud Məsuliyyətli Cəmiyyətinə və “X4 İnşaat” Anonim Şirkətinə qarşı iddia tələbinə dair iş üzrə (Açar sözlər: məhkəmənin beynəlxalq səlahiyyəti və tətbiq edilən hüquq, kredit müqaviləsi, kredit borcunun tutulması, ipoteka predmetinə tutma yönəldilməsi, ipoteka predmetinin qiyməti, zaminin məsuliyyəti, zaminliyə xitam verilməsi, dəbbə pulu, apellyasiya şikayətinin həddi) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), X1 və Cəfərov Səməd Fəxrəddin oğlundan ibarət tərkibdə, Musayeva Aytac Elşən qızının katibliyi, iddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə, cavabdeh cavabdeh2 İsa oğlunun iştirakı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh4, cavabdeh2 İsa oğluna, cavabdeh1, cavabdeh3 və “X4 İnşaat” Anonim Şirkətinə qarşı “kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin ## ###### 2025-ci il tarixli qətnaməsindən cavabdeh2 İsa oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları

1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bank) ilə cavabdeh3 MMC (borcalan) arasında ##.##.2019-cu il tarixdə ***CRLN******** nömrəli baş kredit müqaviləsi bağlanmış, müqavilədə onun predmetinin, bankın borcalana 800 000 USD (AZN və EUR ekvivalenti) məbəğində, illik faiz dərəcəsi 30 %-dən, kreditin qaytarılması gecikdirildiyi halda ödəniləcək illik faiz dərəcəsi 60 %dən, cərimə faizi gündəlik 1 %-dən çox olmamaq şərti ilə ## ###### 2018-ci il tarixindən 48 ay müddətinə kredit, kredit xətti, akkreditiv və qarantiya limitini ayırması, borcalanın isə müqavilədə və müqaviləyə əsasən bağlanacaq müqavilələrdə nəzərdə tutulmuş şərtlərlə və qaydada kreditdən istifadə etməsi, habelə krediti və kreditə hesablanmış faizləri banka ödəməsinə dair pul öhdəliyi olduğu göstərilmiş, borcalanın ayrılmış kreditdən ## ###### 2018-ci il tarixindən 12 ay müddətində istifadə edə biləcəyi, həmin müddət bitdikdə, istifadə müddətinin uzadılması barədə bank tərəfindən qərar veriləcəyi nəzərdə tutulmuşdur.

2. Baş kredit müqaviləsinə bankla borcalan arasında bağlanmış ## ### 2019-cu il tarixli ** nömrəli əlavə razılaşma ilə edilmiş dəyişikliyə əsasən, müqavilənin 1.1-ci bəndi yeni redaksiyada verilmiş, müqavilənin predmetinin bankın borcalana 900 000 USD (AZN və EUR ekvivalenti) məbəğində, illik faiz dərəcəsi 30,90 %-dən, kreditin qaytarılması gecikdirüdiyi halda ödəniləcək illik faiz dərəcəsi 60 %-dən, cərimə faizi gündəlik 1 %-dən çox olmamaq şərti ilə ## ###### 2018-ci il tarixilidən 48 ay müddətinə kredit, kredit xətti, akkreditiv və qarantiya limitini ayırması, borcalanın isə müqavilədə və müqaviləyə əsasən bağlanacaq müqavilələrdə nəzərdə tutulmuş şərtlərlə və qaydada kreditdən istifadə etməsi, habelə krediti və kreditə hesablanmış faizləri banka ödəməsinə dair pul öhdəliyi olduğu razılaşdırılmışdır.

3. Baş kredit müqaviləsinə bankla borcalan arasında bağlanmış ## ###### 2019-cu il tarixli ** nömrəli əlavə razılaşma ilə edilmiş dəyişikliyə əsasən, müqavilənin 1.1-ci bəndi yeni redaksiyada verilmiş, müqavilənin predmetinin bankın borcalana 900 000 USD (AZN və EUR ekvivalenti) məbəğində, illik faiz dərəcəsi 30 %-dən, kreditin qaytarılması gecikdirildiyi halda ödəniləcək illik faiz dərəcəsi 60 %-dən, cərimə faizi gündəlik 1 %-dən çox olmamaq şərti ilə ## ###### 2019-cu il tarixindən 84 ay müddətinə kredit, kredit xətti, akkreditiv və qarantiya limitini ayırması, borcalanın isə müqavilədə və müqaviləyə əsasən bağlanacaq müqavilələrdə nəzərdə tutulmuş şərtlərlə və qaydada kreditdən istifadə etməsi, habelə krediti və kreditə hesablanmış faizləri kreditora ödəməsinə dair pul öhdəliyi olduğu razılaşdırılmışdır.

4. Baş kredit müqaviləsinə bankla borcalan arasında bağlanmış ## ###### 2020-ci il tarixli ** nömrəli əlavə razılaşma ilə edilmiş dəyişikliyə əsasən, müqavilənin 1.1-ci bəndi yeni redaksiyada verilmiş, müqavilənin predmetinin bankın borcalana USD 1 000 000 (AZN və ya EUR ekvivalenti) məbəğində, illik faiz dərəcəsi 30 %-dən, kreditin qaytarılınası gecikdirildiyi halda ödəniləcək illik faiz dərəcəsi 60 %-dən, cərimə faizi gündəlik 1 %-dən çox olmamaq şərti ilə 120 ay müddətinə kredit, kredit xətti, akkreditiv və qarantiya limitini ayırması, borcalanın isə müqavilədə və müqaviləyə əsasən bağlanacaq müqavilələrdə nəzərdə tutulmuş şərtlərlə və qaydada kreditdən istifadə etməsi, habelə krediti və kreditə hesablanmış faizləri banka ödəməsinə dair pul öhdəliyi olduğu razılaşdırılmışdır.

5. Baş kredit müqaviləsinə ## #### 2021-ci il tarixli əlavə razılaşmaya əsasən, müqavilənin predmeti bankın borcalana 4 000 000 manat (USD və ya EUR ekvivalenti) məbləğində, illik faiz dərəcəsi 30 %-dən, qaytarılması gecikdirildiyi halda ödəniləcək illik faiz dərəcəsi 60 %-dən, cərimə faizi gündəlik 1 %-dən, komissiya haqları müqaviləyə əsasən bağlanacaq əlavə razılaşmalarda nəzərdə tutulmuş qaydada hər təqvim ayının sonuna kreditin istifadə edilməmiş orta günlük qalıq məbləğinin illik 10 %-dən, müddətdən əvvəl borc məbləği tam və ya qismən geri qaytarıldıqda, vaxtından əvvəl geri qaytarılmış məbləğin 10 %-dən, qarantiyanın və ya kontrqarantiyanın istifadəsinə görə qarantiyanın və ya kontrqarantiyanın ümumi məbləğinin illik 15 %-dən, akkreditiv üzrə benefisiara hər bir ödənişin aparıldığı tarixədək akkreditivin qalıq məbləğinə illik 15 %-dən, həmçinin bloklaşdırma cədvəlinə əsasən akkreditiv hesabına bloklaşdırılmış vəsaitin köçürülməsi gecikdirildikdə, gecikdirilmiş məbləğlərə görə illik 15 %-dən çox olmamaq şərti ilə 120 ay müddətinə kredit, kredit xətti, akkreditiv, qarantiya və kontrqarantiya limitinin ayrılması, borcalanın isə bu müqavilədə və bu müqaviləyə əsasən bağlanacaq əlavə razılaşmalarda nəzərdə tutulmuş şərtlərlə və qaydada limitdən istifadə etməsi, habelə limitin və limitə hesablanmış faizlərin banka ödənilməsinə dair pul öhdəliyidir.

6. Baş kredit müqaviləsinə ## #### 2022-ci il tarixli əlavə razılaşmaya əsasən, müqavilənin 1.1-ci bəndi yeni redaksiyada verilmiş, həmin redaksiyaya görə, müqavilənin predmetinin bankın borcalana 5 000 000 manat (USD və ya EUR ekvivalenti) məbləğində, illik faiz dərəcəsi 30 %-dən, qaytarılması gecikdirildiyi halda ödəniləcək illik faiz dərəcəsi 60 %-dən, cərimə faizi gündəlik 1 %-dən, komissiya haqları bu müqaviləyə əsasən bağlanacaq əlavə razılaşmalarda nəzərdə tutulmuş qaydada hər təqvim ayının sonuna kreditin istifadə edilməmiş orta günlük qalıq məbləğinin illik 10 %-dən, müddətdən əvvəl borc məbləği tam və ya qismən geri qaytarıldıqda, vaxtından əvvəl geri qaytarılmış məbləğin 10 %-dən, qarantiyanın və ya kontrqarantiyanın istifadəsinə görə qarantiyanın və ya kontrqarantiyanın ümumi məbləğinin illik 15 %-dən, akkreditiv üzrə benefisiara hər bir ödənişin aparıldığı tarixədək akkreditivin qalıq məbləğinə illik 15 %-dən, həmçinin bloklaşdırma cədvəlinə əsasən akkreditiv hesabına bloklaşdırılmış vəsaitin köçürülməsi gecikdirildikdə, gecikdirilmiş məbləğlərə görə illik 15 %-dən çox olmamaq şərti ilə 120 ay müddətinə kredit, kredit xətti, akkreditiv, qarantiya və kontrqarantiya limitini ayırması, borcalanın isə müqavilədə və müqaviləyə əsasən bağlanacaq əlavə razılaşmalarda nəzərdə tutulmuş şərtlərlə və qaydada limitdən istifadə etməsi, habelə limiti və limitə hesablanmış faizləri banka ödəməsinə dair pul öhdəliyi olduğu razılaşdırılmışdır.

7. Baş kredit müqaviləsinə ## #### 2022-ci il tarixli ***CRLN********-** nömrəli əlavəyə əsasən bank, 2 393 653 ABŞ dolları məbləğində pul vəsaitinə mülkiyyət hüququnu razılaşmada göstərilən şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini illik 6,5 faiz dərəcəsi ilə, 36 ay müddətinə - ##.##.2022-ci il tarixdən ##.##.2025-ci il tarixədək hissə-hissə banka qaytarmağı öhdələrinə götürmüşlər.

8. Baş kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı olaraq bankla “X4 İnşaat” Anonim Şirkəti (zamin) arasında ##.##.2019-cu il tarixdə ***GRNT******** nömrəli zaminlik müqaviləsi bağlanmış, zamin ## ###### 2019-cu il tarixli ***CRLN******** saylı baş kredit müqaviləsinə əsasən kreditordan (bankdan) kredit götürmüş borcalan tərəfindən kreditor qarşısında öz öhdəliklərinin tamamilə və ya hissə-hissə icra etməsi üçün birgə məsuliyyət götürmüş, zaminliklə təsbit edilmiş öhdəlik 800 000 ABŞ dolları kredit məbləği, 48 ay kreditin qaytarılma müddəti, 30 faiz illik faiz dərəcəsi, illik 60 faiz, gündəlik 1 faiz cərimə məbləği kimi razılaşdırılmışdır. Həmin müqaviləyə ## ### 2019-cu il tarixli ** nömrəli əlavə razılaşma ilə kredit məbləği 900 000 ABŞ dolları, ## ###### 2019-cu il tarixli ** nömrəli əlavə razılaşma ilə kreditin müddəti ##.##.2019-cu il tarixdən 84 ay, ## #### 2020-ci il tarixli ** nömrəli əlavə razılaşma ilə kredit məbləği 1 000 000 ABŞ dolları, kredit müddəti 120 ay, ## #### 2021-ci il tarixli əlavə razılaşma ilə kredit məbləği 4 000 000 manat kimi şərtləşdirilmişdir.

9. Həmin zaminlik müqaviləsinin 6.4-cü və 6.5-ci bəndlərinə görə, “bu müqavilənin icrası ilə əlaqədar tərəflər arasında yaranmış mübahisələr qarşılıqlı razılıqla həll edilir. Qarşılıqlı razılıqla həll edilməyən mübahisələr Azərbaycan Respublikasının aidiyyatı məhkəmələri tərəfindən həll olunur... Bu müqavilə və bu müqavilə ilə tənzimlənməyən münasibətlər Azərbaycan Respublikasının qanunvericiliyi ilə tənzimlənir”.

10. Baş kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı olaraq bankla cavabdeh1 (zamin) arasında ##.##.2019-cu il tarixdə ***GRNT******** nömrəli zaminlik müqaviləsi bağlanmış, zamin ## ###### 2019-cu il tarixli ***CRLN******** saylı baş kredit müqaviləsinə əsasən kreditordan (bankdan) kredit götürmüş borcalan tərəfindən kreditor qarşısında öz öhdəliklərinin tamamilə və ya hissə-hissə icra etməsi üçün birgə məsuliyyət götürmüş, zaminliklə təsbit edilmiş öhdəlik 800 000 ABŞ dolları kredit məbləği, 48 ay kreditin qaytarılma müddəti, 30 faiz illik faiz dərəcəsi, illik 60 faiz, gündəlik 1 faiz cərimə məbləği kimi razılaşdırılmışdır. Həmin müqaviləyə ## ### 2019-cu il tarixli ** nömrəli əlavə razılaşma ilə kredit məbləği 900 000 ABŞ dolları, ## ###### 2019-cu il tarixli ** nömrəli əlavə razılaşma ilə kreditin müddəti ##.##.2019-cu il tarixdən 84 ay, ## #### 2020-ci il tarixli ** nömrəli əlavə razılaşma ilə kredit məbləği 1 000 000 ABŞ dolları, kredit müddəti 120 ay, ## #### 2021-ci il tarixli əlavə razılaşma ilə kredit məbləği 4 000 000 manat, ## #### 2022-ci il tarixli əlavə razılaşma ilə kreditin məbləği 5 000 000 manat kimi şərtləşdirilmişdir.

11. Baş kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı olaraq bankla cavabdeh2 İsa oğlu (zamin) arasında ##.##.2019-cu il tarixdə ***GRNT******** nömrəli zaminlik müqaviləsi bağlanmış, zamin ## ###### 2019-cu il tarixli ***CRLN******** saylı baş kredit müqaviləsinə əsasən kreditordan (bankdan) kredit götürmüş borcalan tərəfindən kreditor qarşısında öz öhdəliklərinin tamamilə və ya hissə-hissə icra etməsi üçün birgə məsuliyyət götürmüş, zaminliklə təsbit edilmiş öhdəlik 800 000 ABŞ dolları kredit məbləği, 48 ay kreditin qaytarılma müddəti, 30 faiz illik faiz dərəcəsi, illik 60 faiz, gündəlik 1 faiz cərimə məbləği kimi razılaşdırılmışdır. Həmin müqaviləyə ## ### 2019-cu il tarixli ** nömrəli əlavə razılaşma ilə kredit məbləği 900 000 ABŞ dolları, ## ###### 2019-cu il tarixli ** nömrəli əlavə razılaşma ilə kreditin müddəti ##.##.2019-cu il tarixdən 84 ay, ## #### 2020-ci il tarixli ** nömrəli əlavə razılaşma ilə kredit məbləği 1 000 000 AbŞ dolları, kredit müddəti 120 ay, ## #### 2021-ci il tarixli əlavə razılaşma ilə kredit məbləği 4 000 000 manat, ## #### 2022-ci il tarixli əlavə razılaşma ilə kreditin məbləği 5 000 000 manat kimi şərtləşdirilmişdir.

12. Bankla (ipoteka saxlayan qismində) Vəkilov İsa Teymur oğlu (ipoteka qoyan qismində) və cavabdeh3 MMC (borc alan qismində) arasında bağlanmış ##.##.2019-cu il tarixli ipoteka müqaviləsinə əsasən, ipoteka qoyan mülkiyyət hüququ ilə özünə məxsus olan ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsini ## ###### 2018-ci il tarixli ***CRLN******** saylı baş kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təmin edilməsini məqsədilə bank qarşında ipoteka ilə yüklü etmiş, ipoteka predmeti 6 000 000 manat məbləğində qiymətləndirilmişdir.

13. ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 6329,4 kv.m olan qeyri-yaşayış binasının bankın xeyrinə ipoteka ilə yüklü edilməsi dövlət qeydiyyatına alınmışdır.

14. ##.##.2019-cu il tarixli ipoteka müqaviləsinə ##.##.2019-cu il tarixli ** nömrəli əlavə razılaşma ilə baş kredit müqaviləsinin ## ###### 2019-cu il tarixli ***CRLN******** saylı baş kredit müqaviləsi olması razılaşdırılmış, kreditin qaytarılması müddətinin ##.##.2019-cu il tarixdən 84 ay müddətinə olması şərtləşdirilmiş, əlavə razılaşma əsasında ipotekanın əlavə dövlət qeydiyyatı aparılmışdır.

15. ##.##.2019-cu il tarixli ipoteka müqaviləsinə ##.##.2020-ci il tarixli ** nömrəli əlavə razılaşma ilə kreditin məbləğinin 1 000 000 ABŞ dolları, kreditin qaytarılması müddətinin 120 ay olması, ##.##.2020-ci il tarixli ** nömrəli əlavə razılaşma ilə ipoteka qoyanın cavabdeh4 olması, ##.##.2021-ci il tarixli əlavə razılaşma ilə kredit məbləğinin 4 000 000 manat (USD və ya EUR ekvivalentində) olması razılaşdırılmış, əlavə razılaşmalar əsasında ipotekanın əlavə dövlət qeydiyyatı aparılmışdır.

16. ##.##.2019-cu il tarixli ipoteka müqaviləsinə ##.##.2022-ci il tarixli əlavə razılaşma ilə kreditin məbləğinin 5 000 000 manat (USD və ya EUR ekvivalentində) olması razılaşdırılmış, əlavə razılaşma əsasında ipotekanın əlavə dövlət qeydiyyatı aparılmışdır.

17. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında ##.##.2024-cü il tarixli bildiriş ipoteka qoyana göndərilmiş, ipoteka saxlayan bildirişin qeydə alınması barədə ##.##.2024-cü il tarixdə ərizə ilə ipotekanın dövlət qeydiyyatı orqanına müraciət etmiş, bildirişin qeydə alınması üçün 15 manat dövlət rüsumu və 120 manat xidmət haqqı ödənilmişdir.

Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı

18. İddiaçı Açıq Səhmdar Cəmiyyəti (iddiaçı) cavabdeh4, cavabdeh2 İsa oğluna, cavabdeh1, cavabdeh3na və “X4 İnşaat” Anonim Şirkətinə (cavabdeh və ya cavabdehlər) qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, cavabdeh3 MMC ilə arasında bağlanmış ##.##.2022-ci il tarixli ***CRLN********-** saylı kredit müqaviləsi üzrə 2 006 563,13 ABŞ dolları əsas borc, 516 164,58 ABŞ dolları faiz borcu, 1 112 108,1 ABŞ dolları cərimə borcu olmaqla ümumilikdə 3 634 835,81 ABŞ dolları məbləğində borcun, iddiaya görə ödənilmiş 3480,07 manat dövlət rüsumunun, mediasiya xərci olaraq 410 manatın, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişlərin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumunun və 120 manat xidmət haqqının cavabdehlər cavabdeh2 İsa oğlundan, cavabdeh1, cavabdeh3 MMC-dən və “X4 İnşaat” Anonim Şirkətindən xeyrinə tutulması, tutmanın cavabdeh4 (müqavilə bağlanarkən mülkiyyətçi Vəkilov İsa Teymur oğlu olmuşdur) məxsus ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə yönəldilməsi, həmin ipoteka predmetinin hərracdan satılması, borcun göstərilən ipoteka predmetinin hərracdan satışından əldə olunan vəsait hesabına ödənilməsi, hərracda satışdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin cavabdehlər cavabdeh3 MMC-dən, cavabdeh2 İsa oğlundan, cavabdeh1, “X4 İnşaat” Anonim Şirkətindən müştərək qaydada tutulması, tutma cavabdeh4 məxsus adıçəkilən qeyriyaşayış sahəsinə yönəldikdən və həmin əmlak satıldıqdan ən geci 1 ay ərzində cavabdeh4 və digər şəxslərin əmlakdan çıxarılmaları, əmlakın boşaldılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

19. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, cavabdeh3 MMC ilə arasında ## ###### 2019-cu il tarixdə ***CRLN******** nömrəli baş kredit müqaviləsi bağlanmış, bu müqaviləyə əsasən borcalana 800 000 ABŞ dolları məbləğində, illik faiz dərəcəsi 30 %-dən, qaytarılması gecikdirildiyi halda ödəniləcək illik faiz dərəcəsi 60 %-dən, cərimə faizi gündəlik 1 %-dən çox olmamaq şərtilə ## ###### 2018-ci il tarixindən 48 ay müddətinə kredit, kredit xətti, akkreditiv, qarantiya və kontrqarantiya limiti ayrılmışdır. Daha sonra sözügedən baş kredit müqaviləsinə müvafiq olaraq ## ### 2019-cu il tarixli, ## #### 2020-ci il tarixli, ## #### 2021-ci il tarixli və ## #### 2022-ci il tarixli əlavə razılaşmalarla ilkin ayrılmış kredit limiti 5 000 000 manat məbləğindək artırılmışdır. Baş kredit müqaviləsi çərçivəsində verilmiş kreditlər yekun olaraq restrukturizaya olunaraq həmin günə ümumi borc 2 393 653 ABŞ dolları olmaqla tərəflər arasında ***CRLN********-** saylı ##.##.2022-ci il tarixli kredit müqaviləsinə əlavə bağlanmış və yeni ödəniş qrafiki imzalanmışdır. Göstərilən kredit öhdəliyinin təminatı olaraq aşağıdakı müqavilələr bağlanmışdır: 1. cavabdeh4 (müqavilə bağlanarkən mülkiyyətçi Vəkilov İsa Teymur oğlu idi) məxsus ünvan 1 ünvanında yerləşən qeyri yaşayış sahəsinin ipoteka qoyulması barədə bankla X2 arasında bağlanmış ##.##.2019-cu il tarixli ipoteka müqaviləsi; 2. cavabdeh2 İsa oğlu ilə bank arasında bağlanmış ##.##.2019-cu il tarixli ***GRNT******** nömrəli zaminlik müqaviləsi; 3. cavabdeh1 ilə bank arasında bağlanmış ##.##.2019-cu il tarixli ***GRNT******** nömrəli zaminlik müqaviləsi; 4. "X4 İnşaat” Anonim Şirkəti ilə bank arasında bağlanmış 05.02.20l9-cu il tarixli ***GRNT******** nömrəli zaminlik müqaviləsi. Borcalan yuxarıda göstərilən bütün öhdəlikləri üzrə müqavilə şərtlərini pozmuş və ödənişlərində ciddi və uzunmüddətli gecikmələr olmuşdur. Xəbərdarlıq (pretenziya) edilməsinə baxmayaraq, cavabdehlər borcu ödəməkdən boyun qaçırmışlar. Tərəflər arasında mübahisənin həllini təmin etmək məqsədi ilə mediasiya təşkilatına müraciət olunmuş, müraciət əsasında ##.##.2024-cü il tarixində Bakı * saylı mediasiya təşkilatı tərəfindən ilkin mediasiya sessiyası keçirilmiş və cavabdehlər lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, sessiyada iştirak etmədiyi üçün adıgedən mediasiya təşkilatı tərəfindən banka ilkin mediasiya sessiyasında (İMS) iştirak edilməməsi barədə arayış təqdim olunmuşdur. Həmçinin qanunla müəyyən edilmiş qaydada və müddətdə ipoteka predmetinə tutmanın yönəldilməsinə dair cavabdehə bildiriş göndərilmişdir. Eyni zamanda reyestr orqanına bildirişin qeydiyyatı üçün ərizə verilmiş və ərizə bu orqanda qeydə alınmışdır.

20. İddiaçı iddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317.1, 442, 448, 449.1, 472-ci, “İpoteka haqqında” Qanunun 34, 39.1-ci maddələrinə istinad etmişdir.

21. İddiaçının məhkəmə iclasında iştirak edən nümayəndələri iddia ərizəsinin məzmununa uyğun izahatlar verərək iddia tələbinin təmin olunmasını xahiş etmiş, cavabdehlər (nümayəndələri) isə məhkəməyə gəlməmişlər.

22. Məhkəmənin təyinatı əsasında tədqiqat aparan Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ## ###### 2025-ci il tarixli rəyində göstərilmişdir ki, ## #### 2022-ci il tarixli ***CRLN********-** nömrəli əlavə kredit razılaşması üzrə ##.##.2024-cü il tarixdə cavabdeh3 MMC-nin əsas borcu 2 013 055,85 ABŞ Dolları, faiz borcu 56 337,6 ABŞ dolları təşkil edir.

23. Məhkəmənin sifarişi əsasında qiymətləndirmə tədqiqatını həyata keçirən “xxxx” MMCnin ##.##.2025-ci il tarixli rəyində göstərilmişdir ki, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin bazar dəyəri 15 300 000 manat, likvid dəyəri 13 000 000 manat təşkil edir.

24. Birinci instansiya məhkəməsinin ## ###### 2025-ci il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, İddiaçı ASC ilə cavabdeh3 MMC arasında bağlanmış ##.##.2019cu il tarixli baş kredit müqaviləsinə ##.##.2022-ci il tarixli ***CRLN********-** nömrəli əlavə razılaşma üzrə 2 006 563,13 ABŞ dolları əsas borc, 56 337,6 ABŞ dolları faiz borcu, 61 000 ABŞ dolları cərimə olmaqla ümumilikdə 2 123 900,73 ABŞ dollarının (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata nisbətən məzənnəsi nəzərə alınmaqla Azərbaycan manatı ekvivalenti ilə) cavabdeh3, cavabdeh2 İsa oğlundan, cavabdeh1 müştərək qaydada tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, mediasiya xərcinin əvəzi olaraq 410 manatın, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 1858 manatın, ipoteka predmetinə tutma yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş xərcin əvəzi olaraq 135 manatın cavabdeh3, cavabdeh4, cavabdeh2 İsa oğlundan, cavabdeh1 müştərək qaydada tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, tutmanın cavabdeh4 mülkiyyət hüququ ilə məxsus olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 6329,4 kv.m olan qeyri-yaşayış binasına ilkin satış qiyməti 13 000 000 manat müəyyən edilməklə yönəldilərək həmin əmlakın açıq hərracda satılması, əmlakın satışından əldə olunmuş vəsaitin ##.##.2022-ci il tarixli ***CRLN********-** nömrəli əlavə razılaşma üzrə ümumilikdə 2 123 900,73 ABŞ dolları, mediasiya xərcinin əvəzi olaraq 410 manat, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 1858 manat, ipoteka predmetinə tutma yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş xərcin əvəzi olaraq 135 manat məbləğində pulun ödənilməsinə yönəldilməsi, ipoteka predmetinin satışından əldə olunan vəsait ##.##.2022-ci il tarixli ***CRLN********-** nömrəli əlavə razılaşma üzrə ümumilikdə 2 123 900,73 ABŞ dolları, mediasiya xərcinin əvəzi olaraq 410 manat, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 1858 manat, ipoteka predmetinə tutma yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş xərcin əvəzi olaraq 135 manat məbləğində pulun əvəzinin tam ödənilməsi üçün kifayət etmədikdə, qalan məbləğin cavabdeh3, cavabdeh2 İsa oğlundan, cavabdeh1 müştərək qaydada tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, ekspertiza xərci olaraq cavabdeh3, cavabdeh4, cavabdeh2 İsa oğlundan, cavabdeh1 300 manatın müştərək qaydada tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına, 2000 manatın müştərək qaydada tutularaq “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına ödənilməsi qət olunmuşdur.

25. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 269.1-ci, 269.4-cü, 270.1-ci, 309.1-ci, 317ci, 447.1-ci, 447.2-ci, 462.1-ci, 467-ci, 470.1-ci, 471-ci, 472.1-ci, 472.2-ci, 477-ci, 739.1-ci, 739.2ci, 741-ci, “İpoteka haqqında” Qanunun 1.0.9-cu, 4-cü, 34-cü, 39.3.3-cü, 41-ci, 47.5-ci maddələrinə, habelə Konstitusiya Məhkəməsinin “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.5, 14 və 48-ci maddələrinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4, 405.1 və 477.0.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2019-cu il ## #### tarixli və “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ## ###### 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ## #### 2021-ci il tarixli Qərarlarına istinadla aşağıda göstərildiyi kimi əsaslandırmışdır:

- Mülki Məcəllənin 739-cu maddəsində nəzərdə tutulan borc müqaviləsi konsensual müqavilədir, həmin müqavilə tərtib olunub imzalandıqdan sonra bağlanmış hesab olunur və tərəflərin həmin müqavilədən irəli gələn öhdəlikləri, yəni borc verənin pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu borc alana keçirməyi öhdəliyi, borc alanın isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəliyi əmələ gəlir. Hazırkı mübahisə üzrə borc verən pula mülkiyyət hüququnu borc alana keçirmək öhdəliyini icra etsə də, borc alan müqavilə üzrə öhdəliyini icra etməyərək aldıqlarını borc verənə qaytarmaq öhdəliyini icra etməmişdir.

- İş materiallarından görünür ki, iddiaçı cavabdeh cavabdeh3 MMC-yə ##.##.2023-cü il tarixdə pretenziya məktubu göndərək gecikdirilmiş borc məbləğini tələb etmiş, yalnız iddia ərizəsi və əlavə edilmiş sənədlər göndərilərkən bütün əsas məbləğinin ödənilməsini xahiş etmiş, həmin bildiriş cavabdeh “xxxx MMC tərəfindən ##.##.2024cü il tarixdə Avtomatlaşdırılmış Vergi İnformasiya Sistemi vasitəsilə alınmışdır. Başqa sözlə, ödənilməmiş bütün əsas borc məbləğini geri tələb etməsi ilə bağlı iddiaçı iradəsini ifadə etmiş, cavabdeh cavabdeh3 MMC tərəfindən bu ifadə qəbul edilmişdir.

- Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə görə, Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Mülki Məcəllənin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Kredit müqavilələri vaxtaşırı icra edilməli olan öhdəlik münasibətlərini ifadə etdiyindən, kredit müqaviləsindən imtina olunması ilə onun ləğv edilməsi arasında hüquqi nəticə baxımından fərq mövcud deyildir. Qanunvericilikdə xüsusi bir qayda nəzərdə tutulmadığı halda, istər müqavilənin ləğv edilməsi, istər müqavilədən imtina, istərsə də öhdəliyin icrasından imtina bir tərəfin iradə ifadəsinin digər tərəfə bildirilməsi ilə həyata keçirilir (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair ## #### 2023-cü il tarixli Qərar).

- Məhkəmə Konstitusiya Məhkəməsinin hüquqi mövqelərindən çıxış edərək bildirir ki, kredit müqaviləsinin ləğvi və ya kredit müqaviləsindən imtina zamanı tərəfin iradə ifadəsinin təfsiri zamanı həmin ifadənin həqiqi məzmunu və hüquqi niyyət təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Bu mənada yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motivin də nəzərə alınması zəruridir. Mülki hüquqda daxili iradənin ifadə üsulları üç qrupa bölünür: düzünə iradə ifadəsi (şifahi və ya yazılı qaydada); dolayı iradə ifadəsi (konklyudent hərəkətlər) və susmaq nəticəsində iradə ifadəsi. Göründüyü kimi, iradə yalnız verbal nitqlə və ya yazılı qaydada deyil, həmçinin konklyudent hərəkətlərdə də ifadə oluna bilir. Təsadüfi deyildir ki, Mülki Məcəllənin 329.3- cü maddəsində təsbit edilmişdir ki, şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. Bu isə onu göstərir ki, kredit münasibətlərində borc verənin kredit müqaviləsi üzrə bütün əsas borc məbləğinin ödənilməsi tələbi barədə məktub ilə borcalana müraciət etməsi müvafiq hallar olduqda (digər tərəfin müqaviləni əhəmiyyətli dərəcədə pozması) özüözlüyündə konklyudent hərəkətdə ifadə olunan, borc verənin müqavilənin ləğvinə yönəlik iradə ifadəsidir (şifahi əqd).

- Belə olan halda, iddiaçının ##.##.2024-cü il tarixdə cavabdeh cavabdeh3 MMC-yə məktub yollayaraq kredit müqaviləsi üzrə hesablanmış bütün əsas borcu tələb etməsi ilə bağlı iradə ifadəsinin həqiqi məzmunu müqavilənin birtərəfli qaydada ləğvinə yönəlmişdir və həmin məktubun qəbul edildiyi ##.##.2024-cü il tarixdən kredit razılaşması xitam edilmiş hesab edilməlidir. Beləliklə, iddiaçı ## #### 2022-ci il tarixli ***CRLN********-** nömrəli əlavə kredit razılaşması üzrə ##.##.2024-cü il tarixə olan gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərini tələb edə bilər.

- Məhkəmə iddiaçının tələbini təşkil edən borcun məbləği ilə bağlı isə qeyd edir ki, borc məbləğinin həcmi müəyyənləşdirilərkən iddia tələbindən kənara çıxmamaq şərtilə məhkəmə-mühasibatlıq ekspertizasının rəyi əsas götürülməlidir. Belə ki, maliyyə arayışında qeyd edilən məbləğlər hər bir halda iddiaçının mövqeyini əks etdirməklə birtərəflidir, lakin məhkəmə ekspertizası təhqiqat, ibtidai istintaq orqanının və ya məhkəmənin (hakimin) icraatında olan işin halları barədə informasiya daşıyan maddi obyektlər, hadisələr və proseslər haqqında xüsusi elmi biliklər əsasında aparılan tədqiqatdır və həmin tədqiqatın nəticəsində əldə olunan məlumatlar (nə qədər ki mötəbərdir) kredit müqaviləsi üzrə əsas və faiz borcunun məbləğlərinin müəyyənləşdirilməsində həlledicidir. Məhkəmə bu nəticəyə gələrkən həmçinin nəzərə alır ki, iddiaçı ekspert rəyinə etiraz etməmiş, cavabdehlər rəyin mötəbərliliyini şübhə altına alan hər hansı vəsatət verməmişlər.

- Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin */***** nömrəli ## ###### 2025-ci il tarixli əlavə məhkəmə-mühasibatlıq ekspertizası üzrə ekspert rəyinə əsasən, ## #### 2022-ci il tarixli ***CRLN********-** nömrəli əlavə kredit razılaşması üzrə ##.##.2024-cü il tarixdə cavabdeh cavabdeh3 MMC-nin əsas borcu 2 013 055,85 ABŞ Dolları, faiz borcu 56 337,6 ABŞ dolları təşkil edir. Lakin məhkəmə qeyd edir ki, mülki məhkəmə icraatında “ne ultra petita” prinsipindən irəli gələrək məhkəmənin müstəsna hallar istisna olmaqla iddia tələbindən kənara çıxması mümkün deyildir. Belə olan halda məhkəmə hesab edir ki, ## #### 2022-ci il tarixli ***CRLN********-** nömrəli əlavə kredit razılaşması üzrə 2 006 563,13 ABŞ dolları əsas borc və 56 337,6 ABŞ dolları faiz borcu mövcuddur.

- ## ###### 2019-cu il tarixli ***CRLN******** saylı baş kredit müqaviləsi üzrə kredit limiti məbləği artırılıdığından və həmin əlavə ilə razılaşdırılanlar zamin “X4 İnşaat” Anonim Şirkətinin məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olan hallar sırasına daxil olduğundan yalnız zaminin razılığı çərçivəsində öhdəlik dəyişdirilsə, zaminlik qüvvədə ola bilərdi. Lakin hazırkı iş üzrə zamin “X4 İnşaat” Anonim Şirkətinin belə bir razılığı olmadığından məhkəmə bu nəticəyə gəlir ki, “X4 İnşaat” Anonim Şirkətinin zaminliyinə xitam verildiyindən ona qarşı ## #### 2022-ci il tarixli ***CRLN********-** nömrəli əlavə kredit müqaviləsindən irəli gələn iddia təmin oluna bilməz. - Lakin digər zaminlərlə qeyd edilən yazılı razılaşma bağlanmışdır və məhkəmə hesab edir ki, ## #### 2022-ci il tarixli ***CRLN********-** nömrəli əlavə kredit razılaşması üzrə 2 006 563,13 ABŞ dolları əsas borc və 56 337,6 ABŞ dolları faiz borcu cavabdehlər cavabdehlər cavabdeh3 MMC, cavabdeh2 İsa oğlu, cavabdeh1 müştərək qaydada tutularaq iddiaçı İddiaçı ASC-yə ödənilməlidir.

- İddia ərizəsində iddiaçı 1 112 108,1 ABŞ dolları cərimənin də cavabdehlərdən müştərək qaydada tutulmasını xahiş etmişdir.

- ## ###### 2019-cu il tarixli ***CRLN******** saylı baş kredit müqaviləsinə əsasən, kreditin qaytarılması gecikdirildiyi halda ödəniləcək illik faiz dərəcəsi 60 %-dən, cərimə faizi gündəlik 1 %-dən hesablanır. ## #### 2022-ci il tarixli ***CRLN********-** nömrəli əlavə kredit razılaşmasına əsasən gecikdirilən əsas məbləğə hesablanan gündəlik cərimə faizi 0,1 faiz təşkil edir. ##.##.2019-cu il tarixli ***GRNT******** nömrəli və ##.##.2019-cu il tarixli ***GRNT******** nömrəli zaminlik müqavilələrinə əsasən gündəlik 1 faiz cərimə məbləği şərtləşdirilmişdir.

- Məhkəmə hesab edir ki, cavabdehin müqavilə üzrə ödəniş etmədiyi halda iddiaçının uzun müddət iddia ilə məhkəməyə müraciət etməməsi, cavabdehlər tərəfindən öhdəliyin pozulma dərəcəsi, kreditorun həm əmlak, həm də bütün diqqətəlayiq mənafeləri nəzərə alındığında cərimə məbləğinin 61 000 ABŞ dolları müəyyən olunması ağlabatan və ədalətlidir. Belə olan halda, cərimə borcu olaraq 61000 ABŞ dolları məbləğində pul cavabdehlər cavabdeh3 MMC, cavabdeh2 İsa oğlu, cavabdeh1 müştərək qaydada tutularaq iddiaçı İddiaçı ASC-yə ödənilməlidir.

- Məhkəmə ipoteka ilə təmin edilmiş öhdəliyin cavabdeh "xxxx” MMC tərəfindən lazımınca icra edilmədiyini nəzərə alaraq hesab edir ki, tutma cavabdeh4 mülkiyyət hüququ ilə məxsus olan ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 6329,4 kv.m olan qeyri-yaşayış binasına ilkin satış qiyməti 13 000 000 manat müəyyən edilməklə yönəldilərək həmin əmlak açıq hərracda satımalı, əmlakın satışdan əldə olunmuş vəsait ##.##.2022-ci il tarixli ***CRLN********-** nömrəli əlavə razılaşma üzrə ümumilikdə 2 123 900,73 ABŞ dolları, mediasiya xərcinin əvəzi olaraq 410 manat, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 1858 manat, ipoteka predmetinə tutma yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş xərcin əvəzi olaraq 135 manat məbləğində pulun ödənilməsinə yönəldilməli, ipoteka predmetinin satışından əldə olunan vəsait ##.##.2022-ci il tarixli ***CRLN********-** nömrəli əlavə razılaşma üzrə ümumilikdə 2 123 900,73 ABŞ dolları, mediasiya xərcinin əvəzi olaraq 410 manat, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 1858 manat, ipoteka predmetinə tutma yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş xərcin əvəzi olaraq 135 manat məbləğində pulun əvəzinin tam ödənilməsi üçün kifayət etmədikdə, qalan məbləğ cavabdehlər "xxxx” MMC, cavabdeh2 İsa oğlu, cavabdeh1 müştərək qaydada tutularaq iddiaçı "xxxx” ASCyə ödənilməlidir.

Məhkəmə iddia tələbinin ipoteka predmeti olan əmlaka tutma yönəldikdən və əmlak satıldıqdan sonra cavabdeh4 və digər şəxslərin həmin əmlakdan çıxarılmaları, qeyri- - yaşayış sahəsinin boşaldılaraq təhvil verilməsi hissəsinə münasibətdə aşağıdakıları qeyd edir.

- Əvvəla məhkəmə göstərir ki, iddiaçı qeyd olunan tələbinin qanuni əsasını iddia ərizəsində göstərməmişdir. "İpoteka haqqında” Qanunda ipoteka predmetinə tutmanın yönəldilməsi halında əmlakın boşaldılması ilə bağlı tənzimləmə 59-cu maddədə yalnız yaşayış evinə və mənzilə münasibətdə həyata keçirilmişdir. Hazırkı halda isə boşaldılaraq təhvil verilməsi tələbi irəli sürülən ipoteka müqaviləsinin predmeti qeyriyaşayış sahəsi olmaqla yaşayış evi və ya mənzil kateqoriyasına aid əmlak deyildir. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanunun 13.5-ci maddəsinə əsasən ... hüquqların məhdudlaşdırılması və vəzifələrin müəyyən edilməsi hallarında hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilməz. Təsadüfi deyildir ki, "İpoteka haqqında” Qanunun 56.3-cü maddəsində nəzərdə tutulmuşdur ki, mehmanxanalar, istirahət evləri, bağ evləri və bu kimi başqa tikililər və binalar ümumi əsaslarla ipoteka predmeti ola bilər. Yaşayış evlərinin (mənzillərinin) ipotekası üçün müəyyən edilən qaydalar onlara şamil edilmir.

- Məhz bu səbəbdən "İpoteka haqqında” Qanunun yaşayış evinə və ya mənzilə tutmanın yönəldilməsi nəticəsində həyata keçirilməli olan hərəkətlər ilə bağlı tənzimləməsi həmin kateqoriyaya aid olmayan əmlaklara münasibətdə analogiya qaydasında tətbiq oluna bilməz. Həmçinin qeyri-yaşayış sahəsinə münasibətdə ipoteka predmetinə tutma yönəldikdə əmlakın boşaldılaraq təhvil verilməsi birbaşa ipoteka predmetinə tutma yönəlməsinin tərkib elementidir, həmin boşaldılmanın müddəti isə alınmış əmlakın keçdiyi şəxslə əldə ediləcək razılıqdan asılıdır.

- Beləliklə, qeyd olunan hissədə tələbin qanuni əsası müəyyən olunmadığından və göstərilən səbəblərdən məhkəmə hesab edir ki, ipoteka predmeti olan qeyri-yaşayış sahəsinin boşaldılaraq təhvil verilməsi hissəsində iddia tələbi rədd edilməlidir.

- İş materialları ilə müəyyən olunur ki, kredit müqaviləsi üzrə borcun ödənilməsi ilə əlaqədar cavabdehlərə müvafiq qaydada xəbərdarlıq olunmuş və hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət olunmamışdan əvvəl cavabdehlər ilə mübahisənin həll edilməsi məqsədi ilə müvafiq addımlar atılmışdır. Lakin cavabdehlər mövcud mübahisənin məhkəməyəqədər mərhələsində tələbi cavabsız qoymuşdur. Bu səbəbdən məhkəmə hesab edir ki, məhkəmə xərcləri işin nəticəsindən asılı olmayaraq bölüşdürülməlidir.

- Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir, mediasiya xərcinin əvəzi olaraq 410 manat, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 1858 manat, ipoteka predmetinə tutma yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş xərcin əvəzi olaraq 135 manat məbləğində pul cavabdehlər cavabdeh3 MMC, cavabdeh4, cavabdeh2 İsa oğlu, cavabdeh1 müştərək qaydada tutularaq iddiaçı İddiaçı ASC-yə, ekspertiza xərci olaraq cavabdehlər cavabdeh3 MMC, cavabdeh4, cavabdeh2 İsa oğlu, cavabdeh1 300 manat müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına, 2000 manat müştərək qaydada tutularaq “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına ödənilməlidir.

26. Qətnamədən cavabdeh Vəkilov Müşviq İsa oğlu apellyasiya şikayəti verərək onun ləğv olunmasını xahiş etmiş, şikayətində, məhkəmənin borc məbləğinin düzgün hesablanmadığını nəzərə almadığını, iş üçün mühüm əhəmiyyət kəsb edən bütün halları aydınlaşdırmadığını, dəbbə pulunun məbləğini qeyri-mütənasib müəyyənləşdirdiyini, ipoteka predmetinə az qiymət qoyduğunu irəli sürməklə aşağıdakıları göstərmişdir: “... Məhkəmə işin tam, obyektiv və hərətərfli araşdırılması üçün cavabdeh “X4 İnşaat” Anonim şirkətinin məhkəmə iclasında təmsil olunmasını zəruri hesab edərək bu barədə Türkiyə Respublikasına məhkəmə tapşırığı göndərmişdir. Lakin iş materiallarından görünür ki, birinci instansiya məhkəməsi məhkəmə tapşırığının cavabını gözləmədən, yəni cavabdeh “X4 İnşaat” Anonim şirkətinin nümyəndəsinin məhkəmə iclasında iştirakını təmin etmədən, eləcə də həmin şirkətin iddiaya münasibətini dəqiqləşdirmədən iş üzrə yekun məhkəmə aktı qəbul etmişdir. Qeyd edirəm ki, məhkəmə tapşırığı ## ##### 2025-ci il tarixdə qəbul olunmuş və məhkəmə tapşırığının icrası ilə əlaqədar iş üzrə icraat dayandırılmış və növbəti məhkəmə iclası ## ######## 2025-ci il tarixə təyin edilmişdir. Göründüyü kimi bu müddət ərzində məhkəmə tapşırığı icra olunmamışdır. Və buradan belə nəticə çıxarmaq olar ki, məhkəmə işi tam, hərtərəfli və obyektiv araşdırmamışdır. Bundan başqa cərimə məbləğinin təmin edilmiş hissəsi ilə də razı deyiləm və qətnaməni həmin hissədə əsassız hesab edirəm. Qeyd etmək istəyirəm ki birinci instansiya məhkəməsi tərəfindən ipoteka qoyulmuş əmlakın qiymətləndirilməsi barədə qərardad qəbul edilmiş və qərardad icra edilməsi üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinə göndərilmişdir. Məhkəmə ekspertiza mərkəzi tərəfindən qərardad icra edilmədən geri qaytarılmış və səbəb kimi analoji daşınmaz əmlakın əmlak bazarında mövcud olmadığından ipoteka qoyulmuş əmlakın qiymətləndirilməsinin mümkün olmadığı qeyd edilmişdir. Bundan sonra məhkəmə tərəfindən ipoteka qoyulmuş əmlakın qiymətləndirilməsi barədə qərardad icra edilməsi üçün özəl şirkətə göndərilmiş, özəl şirkət tərəfindən əmlaka 50 000 000 manat qiymət qoyulmuşdur. Təkrar qiymətləndirilmə zamanı da qısa müddət ərzində fərgli özəl şirkətlər tərəfindən cox böyük bazar və likvid qiymət fərgi ilə əmlak qiymətləndirilmişdir. Dövlət ekspertiza mərkəzi tərəfindən qiymətləndirilməsi mümkün olmayan ipoteka qoyulmuş əmlakın özəl şirkətlər tərəfindən dərhal və cox böyük qiymət fərgi ilə çeşidli özəl şirkətlər tərəfindən qiymətləndirilməsi sual doğurmaya bilməz. Xüsusilə qeyd etmək istəyirəm ki, əmlak sahibi cavabdeh4 iştirakı olmadan əmlaka baxış kecirdilib və ümumiyyətlə onun əmlakın qiymətləndirilməsi barədə məlumatı olmayıb və hec bir məhkəmə prossesində və əmlakına baxış kecirdilməsində iştirak etməyib. Biz əmlakın qiymətləndirilməsi ilə qətiyyən razı deyilik. Ona görə də hesab edirik ki, apellyasiya instansiyası məhkəməsində işə baxılarkən ipoteka qoyulmuş əmlakın yenidən qiymətləndirilməsi üçün Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizə Mərkəzinə və ya digər Dövlət Ekspertiza Mərkəzinə göndərilməlidir. ... Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Mülki Məcəllənin 462.1-ci maddəsinin tələblərini nəzərə aldığını göstərsə də, hesab edirəm ki, məhkəmə maddənin tələblərini kifayət qədər nəzərə almamışdır. Belə ki, hesab edirəm ki, 61 000 ABŞ dolları cərimə kifayət qədər böyük məbləğdir və kredit borcuna mütənasib deyildir. Birinci instansiya məhkəməsi cərimənin məbləğini kifayət qədər azaltmamışdır. Eyni zamanda qeyd etmək istəyirəm ki, mənim ödəmə qabiliyyətimin aşağı düşdüyünü bilərək iddiaçı təşkilat vaxtında iddia ərizəsi ilə məhkəməyə müraciət etməməklə faiz və cərimələrin məbləğinin artmasına şərait yaratmışdır. Göstərilənlərə əsasən hesab edirəm ki, iş üzrə təkrar məhkəmə mühasibatlıq ekspertizası keçirilməli, cavabdehlər tərəfindən aparılmış bütün ödəmələr nəzərə alınmaqla sonuncunun ##.##.2022-ci il tarixə (müqavilə müddətinin bitdiyi tarixə) qədər müqavilə şərtlərinə uyğun olaraq əsas kredit məbləğinin, faiz və cərimə borclarının məbləği müəyyən edilməlidir”.

Apelyasiya baxışı, izahatlar

27. Məhkəmə iclaslarında iştirak edən cavabdeh Vəkilov Müşviq İsa oğlu apellyasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin olunmasını xahiş etmiş, iddiaçı bankın nümayəndəsi şikayətin əsassız olduğunu bildirmiş, digər cavabdehlər isə məhkəməyə gəlməmişlər.

28. Məhkəmə kollegiyasının ## ##### 2026-cı il tarixli qərardadı ilə iş üzrə qiymətləndirici mütəxəssis cəlb olunaraq mütəxəssisin qarşısında aşağıdakı sual qoyulmuşdur:

- ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin likvid və bazar dəyəri halhazırda nə qədər təşkil edir?.

29. Həmin təyinat əsasında verilmiş ## ### 2026-cı il tarixli mütəxəssis rəyində göstərilmişdir ki, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin bazar qiyməti 50 781 954 (əlli milyon yeddi yüz səksən bir min doqquz yüz əlli dörd) manat və likvid qiyməti 45 703 759 (qırx beş milyon yeddi yüz üç min yeddi yüz əlli doqquz) manat müəyyən edilmişdir.

30. Həmin rəylə əvvəllər verilmiş rəy, eləcə də ipoteka müqaviləsi bağlanarkən tərəflərin əmlaka müəyyənləşdirdikləri qiymət arasında kəskin fərq olduğundan, təkrar qiymətləndirmənin həyata keçirilməsi məqsədəuyğun hesab edilmiş, müvafiq təyinat əsasında verilən ##.##.2026-cı il tarixli rəydə isə göstərilmişdir ki, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin bazar qiyməti 24 000 000 (iyirmi dörd milyon) manat, likvid qiyməti 20 000 000 (iyirmi milyon) manat müəyyən edilmişdir.

31. Sözügedən rəy (sonuncu rəy) məhkəmə iclasında tədqiq olunarkən iddiaçının nümayəndəsi rəylə razı olduqlarını bildirmiş, cavabdeh Vəkilov Müşviq İsa oğlu isə rəyin real qiymətləri əks etdirmədiyini bildirməklə təkrar kompeks qiymətləndirmənin keçirilməsini xahiş etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

32. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.

33. Maddə 14.2.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.

34. Maddə 317. Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Satış bu Məcəllənin 414-416-cı maddələrinə uyğun olaraq həyata keçirilir.

35. Maddə 319.1 və 319.6. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. İpoteka predmetinin satışından götürülmüş məbləğ ipoteka saxlayanın tələblərini ödəməyə kifayət etmirsə, borclu çatışmayan məbləği ipoteka saxlayana ödəməlidir. Əgər satışdan götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır.

36. Maddə 385. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

37. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

38. Maddə 425. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

39. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir.

40. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

41. Maddə 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.

42. Maddə 472. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.

43. Maddə 500.1. Əgər öhdəliyin icrası bir neçə şəxsə onlardan hər birini öhdəliyin tam icrasında iştirak etməyə borclu edən şəkildə həvalə edilirsə, kreditor isə yalnız birdəfəlik icranı tələb etmək hüququna malikdirsə, onlar birgə borclulardır.

44. Maddə 739.1 (Tərəflər arasında mübahisəli hüquq münasibətinin yarandığı dövrdəki redaksiyada). Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

45. Maddə 739.2 (mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan redaksiyası). Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müdəaları gözləməlidirlər.

“Beynəlxalq xüsusi hüquq haqqında” Azərbaycan Respublikasının Qanunu

46. Maddə 1.2. Xarici elementli mülki hüquqi münasibətlərə tətbiq olunmalı hüquq bu Qanunla bərabər, həm də digər müvafiq qanunvericilik aktları, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr və ümumi qəbul olunmuş beynəlxalq adətlər, habelə tərəflərin razılığı əsasında müəyyən edilir.

47. Maddə 1.3. Tətbiq ediləcək hüququ müəyyən etmək barədə tərəflərin razılığı aydın ifadə olunmalı və ya bütövlükdə götürülməklə müqavilənin şərtlərindən və işin hallarından bilavasitə irəli gəlməlidir.

48. Maddə 2.1. Xarici hüququn tətbiqi zamanı məhkəmə bu hüquq normalarının məzmununu müvafiq ölkədə onların rəsmi təfsirinə və tətbiqi praktikasına uyğun olaraq müəyyən etmək üçün bütün zəruri tədbirləri görməyə borcludur.

49. Maddə 2.2. Bu Qanunun 2.1-ci maddəsində nəzərdə tutulmuş hərəkətlər nəticə vermədikdə və ya həddən çox xərc tələb etdikdə və proses iştirakçısı olan tərəflərdən heç biri öz tələb və etirazlarını əsaslandırmaq üçün istinad etdikləri hüquqi normaları təsdiqləyən sənədlər təqdim edə bilmədikdə məhkəmə Azərbaycan Respublikası qanunvericiliyini tətbiq edir. “Xarici elementli kommersiya mübahisələrində qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2023cü il tarixli qərarı

50. Bənd 5.9. “Beynəlxalq xüsusi hüquq haqqında” Azərbaycan Respublikası Qanununun 24.3-cü maddəsinin tələbi baxımından tərəflər tətbiq olunmalı hüququ yalnız müqavilənin imzalandığı vaxt deyil, sonra da seçə bilərlər. Tərəflər həm də istənilən vaxt müqavilə ilə əlaqədar tətbiq olunan hüququn dəyişilməsi barədə razılığa gələ bilərlər.

51. Bənd 5.10. Bu baxımdan, tərəflər arasında konkret mübahisəyə xarici hüququn tətbiqinə dair müqavilənin və ya müqavilə şərtinin mövcudluğuna baxmayaraq, tərəflərdən biri mübahisəyə Azərbaycan Respublikası qanununun tətbiqini məhkəmədən xahiş edirsə və qarşı tərəfin etirazı yoxdursa, həmin hal nəzərə alınaraq mübahisəyə Azərbaycan Respublikasının maddi hüquq normaları tətbiq edilməlidir.

52. Bənd 5.11. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr Azərbaycan Respublikasının qanunvericilik sisteminin ayrılmaz tərkib hissəsi olduğundan, tərəflərin bildirməsindən asılı olmayaraq “jura novit curia” - “məhkəmə hüququ bilir” prinsipi əsas götürülərək xarici elementli mübahisəni tənzimləyən, xarici maddi qanunun tətbiqinə dair Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilənin olub-olmaması araşdırılmalıdır.

53. Bənd 5.18. Beləliklə, xarici elementli mübahisəyə hansı dövlətin maddi hüququnun tətbiq edilməli olduğu müəyyənləşdirilərkən aşağıdakı ardıcıllığa əməl edilməlidir: - mübahisəyə hansı ölkənin maddi hüququnun tətbiqi ilə bağlı tərəflər arasında bağlanmış ayrıca yazılı razılaşmanın (müqavilə, saziş və s.) və ya razılaşma şərtinin, yaxud Azərbaycan Respublikası qanununun tətbiqi barədə məhkəməyə ünvanlanan aydın iradə ifadəsinin mövcudluğu; - Azərbaycan Respublikasının tərəfdar çıxdığı ikitərəfli və ya çoxtərəfli beynəlxalq müqavilənin, yaxud uzun illər ərzində formalaşmış beynəlxalq adətlərin mövcudluğu; - Azərbaycan Respublikasının mübahisəli münasibətləri tənzimləyən və hansı ölkənin qanununun tətbiq edilməli olmasını müəyyən edən sahəvi qanunlarının mövcudluğu; - “Beynəlxalq xüsusi hüquq haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş kolliziya hüquq normalarının mövcudluğu.

“İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu

54. Maddə 33. Borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər.

55. Maddə 34.1.1. Əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnu yaradır.

56. Maddə 39.3..3. Məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir.

“Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu

57. Maddə 9.2. Qanunla müəyyən edilən hallarda qiymətləndirmə məhkəmənin və ya inzibati orqanın qiymətləndirmənin təyin olunması haqqında qərarı və icra məmurunun sifarişi əsasında da aparıla bilər. Qiymətləndirməni təyin (sifariş) edən orqan və ya vəzifəli şəxs qiymətləndiricini bu Qanunun tələblərinə uyğun olaraq qiymətləndirmə obyektinin mülkiyyətçisi ilə razılaşdırmaqla seçir. Belə razılıq əldə olunmazsa, qiymətləndirici Qiymətləndiricilər Palatası tərəfindən müəyyən edilir.

Ali Məhkəmənin Mülki və Kommersiya kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair” ## #### 2020-ci il tarixli Qərardadı

58. ... “Likvidlik” özü iqtisadi termin olaraq biznesdə, yaxud investisiya proseslərində aktivlərin bazarda əhəmiyyətli qiymət fərqi olmadan və dəyər itkisi yaratmadan tez reallaşdırıla (satıla) bilməsi qabiliyyətidir. Likvid dəyər bazar dəyərinin müəyyənləşdirilməsi üçün adekvat marketinqin keçirilməsi üçün vaxt məhdudluğu şəraitində mülkiyyətin satılmasından real əldə oluna biləcək pulun məbləğidir. Bu baxımdan aydın olur ki, əmlakın likvid qiyməti onun bazar qiymətinin açıq bazar şəraitində daha asan və tez satılma imkanı verən həddini ehtiva edir.

59. Məlumdur ki, “Kredit müqavilələri üzrə borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılması” tələblərinə dair işlərdə borcun vaxtında geri qaytarılmasından ibarət öhdəliyin icra edilməməsi özü-özlüyündə borcverənin birbaşa zərərə məruz qalması ilə nəticələnməklə yanaşı, sahibkarlara münasibətdə qaytarılmalı borcun dövriyyədə istifadə edilməməsi səbəbi ilə onların sahibkarlıq fəaliyyətinə də zərər vurmuş olur. Eyni zamanda, məhkəmə mübahisələrinin kifayət qədər uzun müddət davam etməsi, habelə bununla bağlı borc alan və ya ipoteka qoyanlar tərəfindən yol verilən sui-istifadə halları da öz növbəsində zərər məbləğinin artmasının digər səbəblərindəndir. Bu vəziyyətdə borcun təminat vasitəsi olan ipoteka predmetinin satışına uzun müddətin sərf edilməsinin qarşısının alınması üçün qanunverici əmlakın real bazar dəyəri ilə deyil, onun daha tez realizə olunmasına imkan verən real bazar dəyərindən nisbətən aşağı, lakin əhəmiyyətli qiymət fərqi olmadan və dəyər itkisi yaratmayan likvid qiymətlə hərraca çıxarılmasını nəzərdə tutmuşdur. Təsadüfi deyil ki, “İpoteka haqqında” Qanuna edilmiş son dəyişikliklərlə ipoteka predmetinə tutmanın yönəldilməsi prosedurunun sadələşdirilməsi də məhz bu məqsədlərə xidmət edir.

60. O da qeyd edilməlidir ki, ipoteka predmetinin likvid qiymətlə satılması borc alanın və ipoteka qoyanın da qanuni maraqlarına zidd deyil. Belə ki, ipoteka predmetinin realizasiyasının likvid qiymət əsasında daha tez həyata keçirilməsi borcun vaxtında ödənilməməsinə görə Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq maddələri ilə nəzərdə tutulmuş əlavə ödənişlərin tutulmasının qarşısını da almaqla borcluları əlavə zərərdən qorumuş olacaqdır. Digər tərəfdən, likvid qiymət real bazar dəyərindən nisbətən aşağı olsa da, əhəmiyyətli qiymət fərqi olmadan dəyər itkisi yaratmayan həddə olduğundan və yalnız məcburi qaydada satışa tətbiq edildiyindən ipoteka qoyanın maraqlarına da zidd kimi qiymətləndirilməməlidir. Belə ki, Qanun ədalətli yanaşma müəyyən edərək, ipotekaqoyana ipoteka predmetini hərrac yekunlaşana qədər borcu ödəməklə ipotekadan azad etmək, habelə ipotekasaxlayanla qarşılıqlı razılıq əsasında ipoteka predmetini könüllü olaraq satmaq imkanı vermişdir. Bundan əlavə, “İpoteka haqqında” Qanunun 39.3.3-cü maddəsində ipoteka predmetinin ilkin satış qiymətinin ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında müəyyən edilməsi imkanı nəzərdə tutulmuşdur. Həmçinin, qeyd edilməlidir ki, ipoteka predmeti olan əmlakın likvid qiymətlə açıq hərraca çıxarılması ipoteka predmetinin ilkin hərracda daha tez realizə edilərək, hərrac qaydalarına əsasən növbəti hərracdan mülkiyyətiçinin mənafeyinə zidd şəkildə ucuz qiymətə satılmasının qarşısını almaqla, iş üzrə qəbul edilmiş məhkəmə aktlarının da vaxtında icra olunmasına yardım etmiş olacaqdır.

61. Yuxarıda göstərilənlərə əsasən Ali Məhkəmənin Mülki və Kommersiya kollegiyalarının hakimlərindən ibarət məhkəmə tərkibi kassasiya instansiyası məhkəməsində icraat zamanı “İpoteka haqqında” Qanunun tətbiqi baxımından ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi ilə bağlı mübahisəli hüquqi məsələyə dair belə qənaətə gəlir ki, ipoteka predmetinin ilkin satış qiyməti onların real bazar qiyməti nəzərə alınmaqla müəyyən edilən likvid qiymətidir”.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

62. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

63. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

64. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

65. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

66. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

67. Maddə 97.1. İşə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər.

68. Maddə 97.5. Tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər.

69. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.

70. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

71. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

72. Maddə 385. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının həddi

73. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

74. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

75. “Apelyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının ##.##.2020-ci il tarixli qərardadında göstərilmişdir ki, “...məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğvinin tələb edilib-edilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olub-olmaması baxımından müəyyən etməlidir. Əks halda, bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dispozitivlik prinsipinə zidd olaraq yoxlanılması, digər tərəfdən isə məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının əsassız məhdudlaşdırılması ilə nəticələnəcəkdir”.

76. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının həddini qətnamənin İddiaçı ASC ilə cavabdeh3 MMC arasında bağlanmış ##.##.2019-cu il tarixli baş kredit müqaviləsinə ##.##.2022-ci il tarixli ***CRLN********-** nömrəli əlavə razılaşma üzrə 2 006 563,13 ABŞ dolları əsas borc, 56 337,6 ABŞ dolları faiz borcu, 61 000 ABŞ dolları cərimə olmaqla ümumilikdə 2 123 900,73 ABŞ dollarının (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata nisbətən məzənnəsi nəzərə alınmaqla Azərbaycan manatı ekvivalenti ilə) cavabdeh3, cavabdeh2 İsa oğlundan, cavabdeh1 müştərək qaydada tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 6329,4 kv.m olan qeyri-yaşayış binasının ilkin satış qiymətinin 13 000 000 manat müəyyən edilməsi” hissələri üzrə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünkü qətnamədən iddiaçı bank ümumiyyətlə şikayət verməmiş, cavabdeh cavabdeh2 isə qətnamənin ləğv olunmasını xahiş etsə də, şikayətdə əsasən borc məbləğinin şişirdildiyini, dəbbə pulunun yüksək hesablandığını, ipoteka predmetinin qiymətinin düzgün müəyyənləşdirilmədiyini irəli sürmüşdür. Nəzərə alınmalıdır ki, cavabdehlər cavabdeh3 və cavabdeh1 qətnamədən şikayət verməsələr də, zaminlərə və əsas borcluya qarşı yönəlmiş “kredit borcunun ödənilməsi” tələbi bölünməz xarakterlidir və cavabdeh2 İsa oğlunun şikayətinin dəlilləri qətnamənin “##.##.2019-cu il tarixli baş kredit müqaviləsinə ##.##.2022-ci il tarixli ***CRLN********-** nömrəli əlavə razılaşma üzrə 2 006 563,13 ABŞ dolları əsas borc, 56 337,6 ABŞ dolları faiz borcu, 61 000 ABŞ dolları cərimə olmaqla ümumilikdə 2 123 900,73 ABŞ dollarının tutulması” hissəsinin adı çəkilən digər cavabdehlərə münasibətdə də yoxlanılmasını zəruri edir.

77. Həmçinin nəzərə alınmalıdır ki, apellyatorun ipoteka predmetinin dəyərini mübahisələndirmək hüququ olsa da, o, ipoteka predmetlərinin hərracdan satılmasını mübahisələndirə bilməz.

78. Beləliklə, birinci instansiya məhkəməsinin qətnaməsi iddianın təmin edilmədiyi hissədə, eləcə də “mediasiya xərcinin əvəzi olaraq 410 manatın, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 1858 manatın, ipoteka predmetinə tutma yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş xərcin əvəzi olaraq 135 manatın cavabdeh3, cavabdeh4, cavabdeh2 İsa oğlundan, cavabdeh1 müştərək qaydada tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, tutmanın cavabdeh4 mülkiyyət hüququ ilə məxsus olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 6329,4 kv.m olan qeyri-yaşayış binasına yönəldilərək həmin əmlakın açıq hərracda satılması, əmlakın satışından əldə olunmuş vəsaitin ##.##.2022-ci il tarixli ***CRLN********-** nömrəli əlavə razılaşma üzrə borcun, mediasiya xərcinin əvəzi olaraq 410 manat, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 1858 manat, ipoteka predmetinə tutma yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş xərcin əvəzi olaraq 135 manat məbləğində pulun ödənilməsinə yönəldilməsi, ipoteka predmetinin satışından əldə olunan vəsait ##.##.2022-ci il tarixli ***CRLN********-** nömrəli əlavə razılaşma üzrə borc, mediasiya xərcinin əvəzi olaraq 410 manat, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 1858 manat, ipoteka predmetinə tutma yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş xərcin əvəzi olaraq 135 manat məbləğində pulun əvəzinin tam ödənilməsi üçün kifayət etmədikdə, qalan məbləğin cavabdeh3, cavabdeh2 İsa oğlundan, cavabdeh1 müştərək qaydada tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, ekspertiza xərci olaraq cavabdeh3, cavabdeh4, cavabdeh2 İsa oğlundan, cavabdeh1 300 manatın müştərək qaydada tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına, 2000 manatın müştərək qaydada tutularaq “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına ödənilməsi” hissələrində hazırkı apellyasiya baxışının predmeti deyildir.

Məhkəmə kollegiyasının mövqeyi

79. Kollegiya birinci instansiya məhkəməsinin borcun məbləği ilə bağlı mövqeyi ilə razılaşaraq və apellyatorun “əsas və faiz borcunun düzgün hesablanmadığı” dəlilini əsassız sayaraq qeyd edir ki, bankla borcalan arasında bağlanmış kredit müqaviləsinin müddəti ##.##.2022-ci il tarixinə qədər deyil, sonradan razılaşdırılmış əlavələrlə ##.##.2025-ci il tarixədək müəyyənləşdirilmişdir və bankın borcalana ##.##.2024-cü il tarixdə bildiriş ünvanlayaraq kredit müqaviləsi üzrə hesablanmış bütün əsas borcu tələb etməsi müqavilənin birtərəfli qaydada ləğvi mənasına gəldiyindən, məhkəmə borc məbləğini həmin tarixədək hesablamaqda haqlı olmuşdur.

80. Belə ki, Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” ##.##.2023-cü il tarixli qərarındakı hüquqi mövqelərə görə, “kredit müqaviləsi üzrə öhdəliyin pozulması səbəbindən kreditorun Mülki Məcəllənin 447.1-ci maddəsinə əsasən müqavilədən imtina etdiyi təqdirdə, həmin anadək gecikdirilmiş annuitet ödənişlərinə yaranmış tələb müqavilənin ləğvindən sonra da qüvvədə qalır. Bu öhdəlik müqavilənin ləğv edilməsindən əvvəl yarandığı üçün kreditor onun ödənilməsini tələb etməkdə haqlıdır. Həmçinin, bir tərəfin müqavilə öhdəliyini əhəmiyyətli dərəcədə pozmaqla qarşı tərəfə zərər vurması halında qarşı tərəfin (kontragentin) müqaviləni ləğv etməsi onun məruz qaldığı zərərin ödənilməsini tələb etmək hüququndan məhrum olunması, hüquqa zidd hərəkət edən şəxsin isə mülki məsuliyyətdən azad edilməsi kimi qiymətləndirilə bilməz. Bu halda kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş əlavə müddət bitənədək (ləğv anınadək) pul vəsaitindən istifadə haqqını (faizləri), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər”.

81. Kollegiya, birinci instansiya məhkəməsinin cərimə borcunun məbləği ilə bağlı gəldiyi nəticə ilə də razılaşır.

82. Qeyd olunmalıdır ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki qanunvericiliyə görə, borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir.

83. İşin hallarından görünür ki, birinci instansiya məhkəməsi tələb olunan 1 112 108,1 ABŞ dolları cərimə borcunu 61 000 ABŞ dolları məbləğində müəyyənləşdirmişdir.

84. Kollegiyanın qənaətinə görə, müəyyənləşdirdiyi həmin məbləğin əsas borca mütənasib olmasına dair birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslı hesab olunmalıdır.

85. Bununla belə kollegiya, apellyatorun ipoteka predmetinin qiyməti ilə bağlı dəlilini qismən əsaslı hesab edir; belə ki, tərəflərin 2019-cu ilin oktyabr ayında 6 000 000 manat məbləğində qiymətləndirdikləri ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə məhkəmənin təyin etdiyi qiymətləndirici 13 000 000 manat likvid dəyər müəyyənləşdirmiş, məhkəmə də özünün əldə etdiyi rəyi əsas götürmüşdür.

86. Halbuki, qanunvericiliyin tələbinə görə, qiymətləndirməni təyin (sifariş) edən orqan və ya vəzifəli şəxs qiymətləndiricini qiymətləndirmə obyektinin mülkiyyətçisi ilə razılaşdırmaqla seçməlidir və əgər belə razılıq əldə olunmazsa, qiymətləndirici Qiymətləndiricilər Palatası tərəfindən müəyyən olunmalıdır (§ 57).

87. Apellyasiya baxışı zamanı qanunverciliyin göstərilən tələbinə uyğun olaraq təyin olunmuş qiymətləndirmə əsasında təkrar tədqiqat aparan və əmlaka baxış keçirən qiymətləndirici ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin bazar dəyərini 24 000 000 (iyirmi dörd milyon) manat, likvid dəyərini isə 20 000 000 (iyirmi milyon) manat məbləğində qiymətləndirmişdir.

88. Kollegiyanın qənaətinə görə, 2019-cu ildən sonrakı dövrdə ölkənin daşınmaz əmlak bazarında kəskin qiymət dəyişikliyinin baş verdiyinin bilinən hal olması, həmçinin müvafiq rəyin qanunun tələb etdiyi prosedur qaydaya uyğun şəkildə əldə edilməsi, apellyasiya baxışı zamanı təyin olunmuş qiymətləndiricinin müəyyən etdiyi 20 000 000 (iyirmi milyon) manat likvid qiyməti daha ağlabatan hesab etməyə imkan verir.

89. Kollegiya, “əmlakın bazar qiymətinin 50 781 954 (əlli milyon yeddi yüz səksən bir min doqquz yüz əlli dörd) manat, likvid qiymətinin 45 703 759 (qırx beş milyon yeddi yüz üç min yeddi yüz əlli doqquz) manat təşkil etdiyi”nə dair “xxxx” MMC tərəfindən verilmiş rəyi ona görə əsaslı hesab etmir ki, həmin rəy birinci instansiya məhkəməsindəki icraat zamanı “xxxx” MMC-nin verdiyi rəylə eyni məzmundadır – hansı ki, “xxxx” MMC-nin verdiyi rəy “Azərbaycan Qiymətləndiricilər Palatası” tərəfindən “qiymətləndirmə metodologiyalarının pozulması ilə tərtib edildiyi, yanaşmaların tətbiqində ciddi səhvlərə yol verildiyi, qiymətləndirmə obyektinə dair məlumatları tam əks etdirmədiyi” əsas göstərilməklə qeyri-məqbul hesab olunmuşdur.

90. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna əsasən kollegiya hesab edir ki, işə apellyasiya qaydasında baxılarkən keçirilmiş qiymətləndirmə tədqiqatının xərci tərəflər arasında bölüşdürülməli, bu zaman əmlakın “bazar qiymətinin 50 781 954 (əlli milyon yeddi yüz səksən bir min doqquz yüz əlli dörd) manat, likvid qiymətinin 45 703 759 (qırx beş milyon yeddi yüz üç min yeddi yüz əlli doqquz) manat müəyyən edilməsi”nə dair rəyə görə hesablanan 2000 manat xərcin cavabdeh4 Müşviq oğlu tərəfindən, təkrar rəyə görə hesablanan 6000 manat xərcin 3000 manat hissəsinin “xxxx” ASC tərəfindən ödənildiyi nəzərə alınmalı, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun 500 (beş yüz) manat hissəsi “xxxx” ASC-dən alınıb apellyatora verilməlidir. Qeyd olunmalıdır ki, məhkəmə xərclərinin bölüşdürülməsi məsələsi prosessual qanunvericiliklə tənzimləndiyindən, bununla bağlı qərar qəbul edərkən məhkəmə, müvafiq tələbin olub-olmamasına bağlı deyildir.

91. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ:

cavabdeh2 İsa oğlu tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin e-*-*(***)-***/**** saylı iş üzrə ## ###### 2025-ci il tarixli qətnaməsi “ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 6329,4 kv.m olan qeyri-yaşayış binasının ilkin satış qiymətinin 13 000 000 manat müəyyən edilməsi” hissəsində dəyişdirilsin. ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 6329,4 kv.m olan qeyri-yaşayış binasının ilkin satış qiyməti 20 000 000 (iyirmi milyon) manat məbləğində müəyyən edilsin. Qətnamə mübahisələndirilən digər hissələrdə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun 500 (beş yüz) manat hissəsi “xxxx” ASC-dən alınıb cavabdeh2 İsa oğluna ödənilsin. Apellyasiya baxışı zamanı keçirilmiş təkrar qiymətləndirmə tədqiqatının qalıq dəyəri olan 3000 (üç min) manat cavabdeh2 İsa oğlundan alınaraq “AİD CONSULTİNG” MMC-nin hesabına (VÖEN:**********, İBAN:AZ05BRES00380394400155531101, “xxxx” ASC, Müxbir hesab: AZ80NABZ01350100000000014944, KOD: 508182, SWİFT: BRESAZ22) köçürülsün. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən hakim Elnur Həsənov

Hakimlər Tural Qocayev

Səməd Cəfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar