AzərbaycanRespublikasıadından Qətnamə Bakışəhəri İş№2-2(3-6)-164/2026 17.04.2026 BAKIAPELLYASIYAMƏHKƏMƏSI Iddiaçı İddiaçı Firmasının cavabdeh Cavabdeh qarşı (mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər: mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1) “pul” tələbinə dair kommersiya mübahisəsi üzrə Açarsöz:delikt Hakimlər Cəfərov Səməd Fəxrəddin oğlunun sədrliyi və məruzəsi ilə, X1 və Həsənov ElnurMəmmədsaatoğlundanibarəttərkibdə, MəhkəməiclasınınkatibiBayramlıDənizNatiqqızınınkatibliyiilə, Cavabdeh Cavabdeh, Cavabdehinnümayəndəsivəvəkilivəkil2, Mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs mübahisə predmetibarəsindəmüstəqiltələbirəlisürməyənüçüncüşəxs2iştiraklarıilə, Iddiaçı İddiaçı Firmasının cavabdeh Cavabdeh qarşı (mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər: mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1) “pul” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*-*(***)-***/**** nömrəli qətnaməsindən iddiaçı İddiaçı Firmasının nümayəndəsi və vəkili vəkil1 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı ApellyasiyaMəhkəməsininbinasında,аçıqməhkəməiclаsındаbаxаrаq,müəyyənetdi: Işin halları:
1. ## ###### 2006-cı il tarixli, AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin 1-ci bəndinə əsasən satıcı (X2) Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı şəhər Ərazi Idarəsi tərəfindən ##.##.2006-cı il tarixdə verilmiş **/**** nömrəli arayışa əsasən, bir otaqlı, ümumi sahəsi – 35,5 kvadrat metr, yaşayış sahəsi – 25,0 kvadrat metr olan Bakı şəhəri, 28 May küçəsində yerləşən ** saylı evin ** nömrəlimənzilinialıcının(İddiaçıfirması)mülkiyyətinəverir.
2. Cavabdeh (icarədar) ilə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 (icarəçi) arasında imzalanmış ##.##.2013-cü il tarixli icarə müqaviləsin 1-ci bəndinə əsasən icarədar Azərbaycan Respublikası Bakı şəhəri Icra Hakimiyyəti Texniki Inventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı Idarəsinin Kitab № ***, səhifə 100 430, qeydə alma N **/30260, ##.##.2004-cü il tarixdə verilmiş Qeydiyyat Vəsiqəsinə əsasən ona məxsus olan ünvan 1 ünvanında yerləşən 37 kv.metr yaşayış sahəsini qanunla qadağan olunmayan sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün icarəçiyə aylıq icarə haqqı 100 manat olmaqla Icarəyə verir. Həmin müqavilənin 7-ci bəndinə əsasən icarəçi ona icarəyə verilən əmlakın mühafizəsini öz üzərinə götürür. 8-ci bəndə əsasən icarəçi icarəyə götürdüyü hissədə gələcəkdə baş verə bilən hər hansı hadisələrə görə cavabdehliyi öz öhdəsinə götürür.
3. mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 (icarəyə verən) ilə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 Fərhad oğlu (icarəçi) arasında bağlanmış ## #### 2017-ci il tarixli sub icarə müqaviləsinin 1-ci bəndinə əsasən sub icarəyə verən - Azərbaycan Respublikası Bakı şəhəri Icra Hakimiyyəti Texniki invertarlaşdırma və Mülkiyyət Hüquqların Qeydiyyatı Idarəsi tərəfindən verilmiş ÖM seriyalı ****** saylı Qeydiyyat Vəsigəsinə (*** saylı reyestr kitabı; 100430 səhifə; qeydə alma 30/30260; qeydiyyat tarixi - ##.##.2004-cü il) əsasən özünə məxsus olan ünvan 3 ünvanında yerləşən 37.0 kv.m hissəsini ## #### 2017-ci il tarixindən ## #### 2019-cı il tarixinədək 2 (iki)il müddətinə icarəçiyə subicarəyə verirlər. 7-ci bəndə əsasən icarəçinin günahı üzündən icarəyə götürülmüş qeyri-yaşayış sahəsinə ziyan dəyərsə (yanğın, su basma və s.) o bu ziyanıödəməyəborcludur.
4. “Cinayət işinin başlamasının rədd edilməsi haqqında” ## ####### 2022-ci il tarixli qərarda qeyd olunmuşdur ki, Cavabdeh Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsi, ev 56 ünvanında yerləşən “Peçat” dönər evinin sahibi kimi üzərinə yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi vəzifəsi qoyulmuş şəxs olduğu halda “Ticarət və ictimai iaşə müəssisələri, yarmarkalar, baza və anbarlar üçün yanğın təhlükəsizliyi qaydalarının 1.2, 3.19.3.1 və 3.19.4 bəndlərinin tələblərini pozaraq “Peçat dönər” evində yanğın təhlükəsizliyi qaydalarına riayət etməmişdir. Bu səbəbdən də ## ###### 2021-ci il tarixdə, saat 22 radələrində Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsi, ev 56 ünvanında yerləşən “Peçat” dönər evinin havalandırma sisteminin elektrik qurğularında yaranmış qəza (qısaqapanma, yüksək keçid müqaviməti və s.) halından yanğın baş vermiş, nəticədə yanğın genişlənərək binanın 2-ci mərtəbəsində yerləşən 91 və ** saylı mənzillərə yayılmışdır. Lakin yanğın nəticəsində hər hansı şəxsin sağlamlığına zərər vurulmamış, hadisə ölümə və ya digər ağır nəticələrə səbəb olmamışdır. Odur ki, Cavabdeh əməlində cinayət tərkibi olmadığından barəsində cinayət təqibinin başlanmasırəddedilmişdir.
5. Əmlak Ekspert Mərkəzi MMC tərəfindən İddiaçı firmasına məxsus olan ünvan 4 ünvanında yerləşən əmlakın daxilindəki əşyaların və dəymiş zərərin həcmi ilə bağlı verilmiş ##.##.2023-cü il tarixli, ƏEM/D**-****/** saylı hesabata əsasən əşyalar üzrə 11005 manat, daşınmaz əmlak üzrə 38500 manat olmaqla ümumilikdə dəymiş zərər 49505 manat təşkil edir.
6. Bakı Kommersiya Məhkəməsinin ##.##.2024-cü il tarixli, e-*-*(***)-****/**** saylı qərardadı ilə iş üzrə texniki-tikinti-əmtəəşünaslıq ekspertizası təyin edilmiş, ekspertizanın keçirilməsi AR ƏN Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmiş, AR ƏN Məhkəmə Ekspertizası Mərkəzinin ##.##.2024-cü il tarixli məktubunda ekspertizanın aparılmasından imtinaedildiyiqeydedilmişdir.
7. Bakı Kommersiya Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*-*(***)-***/**** saylı qərardadı ilə iş üzrə əlavə məhkəmə ekspertizası təyin edilmiş, ekspertizanın aparılması “xxxx”MMC-yəhəvaləedilmişdir.
8. “xxxx” MMC-nin ## ####### 2025-ci il tarixli mütəxəssis rəyinə əsasən mənzilə dəymiş zərərin dəyəri (işçilik və material xərcləri ilə birlikdə) 46782,50 manat, mənzilin daxilindəkiəşyalaradəymişziyan13618manatolmaqla,cəmi60400,50manattəşkiledir.
9. ##.##.2024-cü il tarixli, ***** nömrəli qəbzə əsasən iddiaçı tərəfindən 251 manat, ##.##.2024-cü il tarixli, ***** nömrəli qəbzə əsasən 48 manat məbləğində dövlət rüsumu ödənilmişdir.
10. “xxxx” MMC-nin ## ####### 2025-ci il tarixli mütəxəssis rəyində qeyd olunmuşdur ki,xidmətindəyəri700manattəşkiledir.
Birinci instansiya məhkəməsindəki icraat:
11. Iddiaçı İddiaçı Firması iddia ərizəsi və iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, dəymiş ziyana görə 49.505 manat məbləğində pulun və ödənilmiş 297 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsibarədəqətnaməqəbuledilməsinixahişetmişdir.
12. Iddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh Cavabdeh xüsusi mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, 28 may küçəsi, bina 56-da yerləşən 37 kv.m iki otaqdan ibarət ** nömrəli mənzildə ##.##.2021-ci il tarixdə saat 22 radələrində baş vermiş yanğın hadisəsi nəticəsində direktoru olduğum İddiaçı firmasının mülkiyyətində olan Bakı şəhəri Nəsimi rayonu, 28 may küçəsi, bina 56-da yerləşən üç otaqlı ** nömrəli mənzil tam yararsız vəziyyətə düşmüşdür. Cavabdeh tərəfindən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 21-ci maddəsinin tələblərinə zidd olaraq mənzildən təyinatı üzrə istifadə olunmayaraq ticarət obyekti kimi fəaliyyət göstərilmişdir. Cavabdeh obyektdə yanğın təhlükəsizliyi qaydalarına riayət olynması üçün cavabdeh şəxs təyin etməmiş, həmin vəzifənin icrasını öz üzərində saxlamışdır. Onun etinasızlıq və səhlənkarlıqla müşaiyət olunan qanunsuz hərəkəti nəticəsində firmaya 49.505 manat maddi ziyan dəymiş, həmin yanğın faktına görə AR Fövqəladə Hallar Nazirliyinin Əməliyyat - Istintaq idarəsində araşdırma aparılmış, baş vermiş yanğın hadisəsi zamanı hər hansı şəxsin sağlamlığına zərər vurulmadığından, hadisə ölümə və digər ağır nəticəyə səbəb olmadığından Azərbaycan Respublikası CPM-nın 39.1.2-ci maddəsi qaydasında cinayət işinin başlanması rədd edilmişdir. Təhqiqat orqanı tərəfindən tam, obyektiv və hərtərəfli araşdırma aparılmış, hadisə yerinə baxış keçirilmiş, çoxsaylı şahidlər, o cümlədən zərərçəkmiş şəxslər dindirilmiş məhkəmə texniki, məhkəmə yanğıntexniki ekspertizaları keçirilmiş və müəyyən olunmuşdur ki, Cavabdeh qizı üzərinə yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi vəzifəsi qoyulmuş şəxs olduğu halda təhlükəsizlik qaydalarını pozduğuna görə hadisə baş vermiş və nəticədə kənar mülkiyyət sahiblərinə,o cümlədən İddiaçı firmasının mülkiyyətinə külli miqdarda ziyan dəymişdir. Buna görə də, o cavabdeh şəxs kimi İddiaçıxxxx"MMC-nin vermiş olduğu ##.##.2023 -cü il tarixli ƏEM\D 99-1144|23-cü il tarixli zərəri ilə müəyyənləşdirilmişdirki, cəmi 49.505manatmaddizərərdəymişdir.
13. Iddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin21.1,1096,1097.1-cimaddələrinəistinadolunmuşdur.
14. Bakı Kommersiya Məhkəməsinin ##.##.2024-cü il tarixli, e-*-*(***)-****/**** nömrəli qərardadı ilə iddiaçı İddiaçı Firmasının cavabdeh Cavabdeh qarşı “pul” tələbinə dair iş üzrə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 müstəqil tələb irəli sürməyən üçüncüşəxsqismindəişəcəlbedilmişlər.
15. Bakı Kommersiya Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*-*(***)-***/**** nömrəli qətnaməsi ilə iddianın rədd edilməsi, iddiaçı tərəfindən ödənilmiş məhkəmə xərclərinin iddiaçıya aid edilmədi, məhkəmə-qiymətləndirmə ekspertizasının keçirilməsinə xərclənmiş 700 manat məbləğində pul vəsaitinin İddiaçı Firmasından tutularaq “xxxx” MMC-nin hesabına keçirilməsiqətedilmişdir.
16. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, baş vermiş yanğın hadisəsində Cavabdeh təqsirkar olmamış, hər hansı hüquqa zidd hərəkət törətməmişdir. Yanğının yaranmasına səbəb havalandırma sistemindəki qısa qapanma olmuşdur ki, həmin havalandırmanıdaicarəçiquraşdırmışdır.
17. Birinci instansiya məhkəməsi gəlidiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 1096, 1097.1 və 1115-ci maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1 və 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır.
18. Həmin qətnamədən iddiaçı İddiaçı Firmasının nümayəndəsi və vəkili vəkil1 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin edilməsinə dair yeniqətnaməqəbuledilməsinixahişetmişdir.
Apellyasiya şikayətinin dəlilləri:
19. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddia tələbindən, iş materiallarından və tərəflərin verdiyi izahatdan da göründüyü kimi iddianın hüquqi və faktiki əsası “Cinayət işinin başlamasının rədd edilməsi haqqında” ## ####### 2022-ci il tarixli qərar olmuş, həmin preyedusial əhəmiyyətli və qüvvədə olan qərarla cavabdeh müəyyən edilmişdir. Eyni zamanda məhkəmə qətnaməsində Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun bu işlər üzrə mövqeyini nəzərə almamışdır. Məhkəmə iddia tələbini rədd edərkən işin hallarına düzgün qiymət verməmişdir. Belə ki, iş materiallarında olan “Cinayət işinin başlamasının rədd edilməsi haqqında” ## ####### 2022-ci il tarixli qərarda qeyd olunmuşdur ki, Cavabdeh Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsi, ev 56 ünvanında yerləşən “Peçat” dönər evinin sahibi kimi üzərinə yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi vəzifəsi qoyulmuş şəxs olduğu halda “Ticarət və ictimai iaşə müəssisələri, yarmarkalar, baza və anbarlar üçün yanğın təhlükəsizliyi qaydalarının 1.2, 3.19.3.1 və 3.19.4 bəndlərinin tələblərini pozaraq “Peçat dönər” evində yanğın təhlükəsizliyi qaydalarına riayət etməmişdir. Bu səbəbdən də ## ###### 2021-ci il tarixdə, saat 22 radələrində Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsi, ev 56 ünvanında yerləşən “Peçat” dönər evinin havalandırma sisteminin elektrik qurğularında yaranmış qəza (qısaqapanma, yüksək keçid müqaviməti və s.) halından yanğın baş vermiş, nəticədə yanğın genişlənərək binanın 2-ci mərtəbəsində yerləşən 91 və ** saylı mənzillərə yayılmışdır. Lakin yanğın nəticəsində hər hansı şəxsin sağlamlığına zərər vurulmamış, hadisə ölüümə və ya digər ağır nəticələrə səbəb olmamışdır. Odur ki, Cavabdeh əməlində cinayət tərkibi olmadığından barəsində cinayət təqibinin başlanması rədd edilmişdir. Göründüyü kimi qeyd edilən Qərarda tərəflərindən cavabdeh kimi müəyyən edilmiş şəxsin üzərinə yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi vəzifəsinin qoyulması tam olaraq müəyyən edilmişdir. Habelə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair ## ##### 2022-ci il tarixli Qərarında göstərilmişdir ki, Qanunvericilikdə nəzərdə tutulmuş digər təqsirsiz məsuliyyət növlərindən biri Mülki Məcəllənin 1108-ci maddəsinə uyğun olaraq yüksək təhlükə mənbəyinin fəaliyyəti nəticəsində vurulmuş zərərə görə yüksək təhlükə mənbəyinin sahibinin məsuliyyətidir. Belə ki, Mülki Məcəllənin 1108.1-ci maddəsinə müvafiq olaraq, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Beləliklə, ətrafdakılar üçün yüksək təhlükə mənbəyinin sahibi təqsirindən asılı olmayaraq həmin mənbəyin fəaliyyəti nəticəsində vurulmuş zərərin əvəzini ödəməyə borcludur. Göründüyü kimi Konstitusiya Məhkəməsinin Plenumu mənbəyə dair cavabdehin maddi marağının olması halında onun mülki məsuliyyətini müəyyən edir ki, hazırkı halda iş üzrə cavabdeh Cavabdeh qeyd edilən əmlakı aylıq 100 manata icarəyə verməsi işin təkzib olunmazhalıdır.
Apellyasiya şikayətinə etiraz:
20. Apellyasiyaşikayətinəyazılıetirazdaxilolmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları:
21. Məhkəmə iclasında cavabdeh Cavabdeh apellyasiya şikayətinin təmin edilməməsinixahişetdi.
22. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili vəkil2 apellyasiya şikayətinintəminedilməməsinixahişetdi.
23. Məhkəmə iclasında mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 izahatında bildirdi ki, 2013-2014-cü ildə Cavabdeh obyekti icarəyə götürmüş, həmin obyekti təmir etdikdən sonra mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 icarəyə vermişdir. Hər şey qaydasında idi və heç bir problem yox idi. Hadisə baş verdikdən sonra yanğın baş verdiyini ona bildirdilər. Yanğından sonra yanğına qonşunun səbəb olduğunu dedilər. Sonra məlum oldu ki, yanğın icarəçilərin təqsiri üzündən olub. Cavabdeh burada heç bir təqsiri yoxdur. O, obyekti təhvil vermiş, notarius qaydasında müqavilə bağlanmış və cavabdeh şəxs kimi icarəçi qeyd olunur. O isə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 subicarəyə vermişdir. Hər şey qaydasında idi, lakin arada supermarket var idi və daim oradan siqaret kötükləri atılırdı. Həmin yerdə zibil yeşikləri də olduğu üçün bir neçə dəfə yanğın baş vermişdir. Bir neçə dəfə müraciət etdikdən sonra zibil yeşiklərini götürdülər, lakin yanğından sonra həmin zibil yeşiklərigötürülmüşdür.
24. Verilmiş suallara cavab olaraq, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 bildirdi ki, o, obyekti icarəyə götürəndə təmirsiz idi, elektrik xətti var idi. Obyekti o təmir etdirmişdir. Obyekt bir il boş qalmış və anbar kimi istifadə olunmuşdur. Anbar kimi işlədəndə avadanlıq olmamışdır. 2016-cı ildə dönər aparatı quraşdırmışdır. Obyekti qarşı tərəfə vermişdir və onlar da sonradan təmir etdirmişlər. HavalandırmanıCavabdeh quraşdırmamışdır, bir hissəsini o, bir hissəsini də icarəyə verdiyi şəxslər quraşdırmışdır. Cavabdeh 2013-cü ildən, obyekti icarəyə götürdükdən sonra tanımışdır. Həmin obyekt uzun müddət anbar kimi işlədilib. O, həmin obyektin yanındakı obyekti uzun müddət işlətmişdir. Cavabdeh obyekti icarəyə götürənə qədər həmin yerdə çay verilirdi, daha sonra boş qaldığı üçün həmin yeri icarəyə götürmüşdür. Icarəyə götürdüyü obyekt bir müddət boş qaldıqdan sonra həmin obyekti təmir edib işlətməyi nəzərdə tutdu. mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 icarəyə verilərkən obyektdə olan əşyaları götürmədi. Iki-üç il keçdikdən sonra onlar oranı təmir etdilər. Həmin aparatların işləmə kriteriyaları var ki, onlar daim yoxlanılmalıdır. Elektrik motorlarını o quraşdırmışdır. mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 təmir işləri gördükdən sonra onu da dəyişmişdir, bu hadisə ondan sonra baş vermiş hadisədir. Elektrik xətləri olduğu kimi qalmışdır. Ola bilər ki, hansısa dəyişdirilmiş olsun, çünki çoxdan qalan elektrik xətləri idi. Havalandırma qurğusu zəif idi, onlar daha güclü olanını quraşdırdılar, yəni dəyişdilər. Onun həmin obyektdə marağı ondan ibarət idi ki, o, Cavabdeh icarəyə götürdüyü obyektin yanında başqa bir obyekt işlədirdi və həmin yeri genişləndirmək istəyirdi. Obyekti 400 manata icarəyə götürmüş, 500 manata icarəyə vermişdir. Icarəyə verdikdən sonra obyektlə maraqlanmış, daimi orada olmuşdur, lakin son vaxtlar maraqlanmırdı. Obyekt onun istifadəsində olarkən Cavabdeh gəlib obyektlə maraqlanmırdı. Obyekti subicarəyə verilməsi ilə bağlı Cavabdeh məlumat vermişdir. Obyekt mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 icarəyə verildikdən sonra Cavabdeh gəlib maraqlanmamışdır.
25. Əvvəlki məhkəmə iclasında iştirak edən mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 Fərhad oğlu verilmiş suallara cavab olaraq bildirdi ki, o, obyekti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 tam hazır vəziyyətdə icarəyə götürmüşdür. Havalandırma qurğusu yerində idi. O, icarəyə götürəndə hər şey hazır idi. O, Cavabdeh tanımır, heç vaxt görməmişdir. mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2lə müqavilə bağlamışdır və obyekti işlətmişdir. Havalandırma qurğusunun quraşdırılması üçün nə qədər xərc çəkildiyini deyə bilmir, o, obyekti icarəyə götürərkən hər şey var idi. Elektriklə bağlı heç nəyi dəyişməmişlər, sadəcə olaraq stollar və s. dəyişdirilmiş ola bilər. O, işlədiyi dövrdə obyektdə hər hansı nasazlıq olmamışdır. Ödənişi o edirdi, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 özü də bəzən gəlirdi. Işçiləri var idi, özü gündəlik orda olurdu və nəzarət edirdi. Havalandırma sistemi, dönər aparatları və s. gündəlik xidmət tələb etmir, o, qurğularla bağlı heç nə etməmişdir. Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarına yanğının gecə saatlarında baş verdiyini bildirmişdir. Lakin obyekti icarəyə götürən zaman onun tərəfindən elektrik təsərrüfatı vədaxiliinteryerindəyişdirilərəközhesabınatəmiretdirməsiiləbağlıifadəişlətməmişdir.
26. Əvvəlki məhkəmə iclasında iddiaçı İddiaçı Firmasının nümayəndəsi və vəkili vəkil1apellyasiyaşikayətinintəminedilməsinixahişetmişdir.
27. Hazırki məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçının nümayəndəsi heç bir üzrlü səbəb təqdim etmədən məhkəməiclasınagəlməmişdir.
28. Məhkəmə kollegiyası MPM-in 376.2-ci maddəsinə əsasən apellyasiya şikayətinə iddiaçınınnümayəndəsininiştirakıolmadanbaxılmasınımümkünhesabetmişdir.
Tətbiq edilən hüquq:
29. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 21.1-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. - 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. - 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və yahərəkətsizlikdir).Delikttörətmişşəxsmülkihüquqməsuliyyətidaşıyır. - 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərinəvəziniödəməkvəzifəsizərərivurmayanşəxsinöhdəsinəqoyulabilər. - 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakıdüzəltməkvəi.a.)vəyavurulmuşzərərinəvəziniödəməköhdəliyiqoyur.
30. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinəköməkgöstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalıvəonlardanistifadəetməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyihallarısübutetməlidir. - 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalıvəqiymətləndirilməlidir. - 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraqişdəiştirakedənşəxslərəaidedilir. - 384.0-cı maddəsinin tələblərinə əsasən apellyasiya instansiyası məhkəməsi: qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallarvəyaəlavətəqdimolunmuşsübutlarəsasındayeniqətnaməqəbuledəbilər.
Apellyasiya baxışının hədləri:
31. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərəəsasənmübahisəninpredmetibölünməzolduqdaisətamyoxlayır.
32. Həmin Məcəllənin 372.7-cimaddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
33. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia rədd edildiyindən və həmin qətnamə iddiaçı tərəfindən bütövlükdə mübahisələndirdiyindən,qətnaməninəsaslığıtamyoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
34. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*-*(***)-***/**** nömrəli qətnaməsi dəyişdirilmədənsaxlanılmalıdır.
35. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, istəniləniddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır.
36. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərərin iki növü fərqləndirilir: real zərər - hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi və əldən çıxmış fayda - şəxsin hüququ pozulmasaydı,adimülkidövriyyəşəraitindəəldəedəcəyigəlirlər.
37. Zərər vurmaq faktını mülki hüquq pozuntusu kimi qəbul etmək üçün lazımi şərtlərin olması vacibdir ki, həmin şərtlər qanunda göstərilmişdir. Qanunun müəyyən etdiyi şərtlərə cavab verməyən zərər vurmaq (delikt) faktı mülki hüquq pozuntusu hesab edilə və belə halda delikt məsuliyyəti tədbiri, yəni zərəri ödəmək formasında mülki-hüquqi sanksiya tətbiq oluna bilməz. Qanunun müəyyən etdiyi həmin şərtlər Mülki Məcəllənin 1096-cı maddəsində göstərildiyi kimi, zərər vuranın hüquqa zidd əməli; hüquqa zidd əməl ilə zərər arasında səbəbli əlaqə; və zərər vuranın təqsiridir. Göstərilən üç hal birləşərək zərər vurma faktını mülki hüquq pozuntusu (delikt) kimi qiymətləndirməyə imkan verir və həmin şərtlər əsas delikt anlayışının məzmununa daxildir. Başqa sözlə, bu hallar deliktə görə məsuliyyətin ümumişərtlərinimüəyyənedir.
38. Hazırki işin faktiki hallarından görünür ki, ##.##.2013-cü il tarixli “Icarə müqaviləsi”nə əsasən icarədar Cavabdeh ona məxsus ünvan 3 ünvanında yerləşən 37 kv.mlik yaşayış sahəsini icarəçi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 ##.##.2013-cü il tarixdən ##.##.2023-ci il tarixinə qədər (10 illik) icarəyə vermişdir. mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 ## #### 2017-ci il tarixli subicarə müqaviləsi ilə ünvan 3 ünvanında yerləşən 37.0 kv.m hissəsini ## #### 2017-ci il tarixindən ## #### 2019-cı il tarixinədək 2 (iki) il müddətinə icarəçi-mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 Fərhad oğluna subicarəyə vermişdir. mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 həmin mənzili təmir edərək qeyri-yaşayış sahəsi etmiş və bu zaman müəyyən havalandırma sistemi quraşdırmışdır. ##.##.2021-ci il tarixdə, saat 22 radələrində ünvan 2 ünvanında yerləşən “Peçat dönər” evinin havalandırma sisteminin elektrik qurğularında yaranmış qəza (qısaqapanma, yüksək keçid müqaviməti və s.) halından yanğın baş vermiş, nəticədə yanğın genişlənərək binanın 2-ci mərtəbəsində verləşən İddiaçı məxsus ** saylı mənzilə yayılmışdır.
39. ##.##.2013-cü il tarixli “Icarə müqaviləsi”nin 7 və 8-ci bəndlərindən görünür ki, icarəçi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 ona icarəyə verilən əmlakın mühafizəsini və icarəyə götürdüyü hissədə gələcəkdə baş verə bilən hər hansıhadisələrəgörəcavabdehliyiözüzərinəgötürür.
40. Həmçinin, ## #### 2017-ci il tarixli sub icarə müqaviləsinin 7-ci bəndinə əsasən icarəçi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 Fərhad oğlunun günahı üzündən icarəyə götürülmüş qeyri-yaşayış sahəsinə ziyan dəyərsə (yanğın, subasmavəs.)o,buziyanıödəməyəborcludur.
41. Məhkəmə kollegiyası ilk növbədə apellyasiya şikayətinin “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” ##.##.2022-ci il tarixli qərarın preyudisial əhəmiyyət daşımasıiləbağlıdəliliniəsassızhesabedir.
42. Belə ki, Azərbaycan Respublikası MPM-in preyudisiya ilə bağlı müddəalarının mənasına görə yalnız qanuni qüvvəyə minmiş məhkəmə hökmü və ya məhkəmə qətnaməsi ilə müəyyən edilmiş hallar mülki iş üzrə məhkəmə üçün məcburi xarakter daşıya bilər. Cinayət təqibinin başlanmasının rədd edilməsi haqqında təhqiqat orqanının qərarı isə məhkəmə aktı deyil, prosessual qərardır və mülki məhkəmə üçün preyudisial qüvvəyə malik deyildir.
43. Buna görə də həmin qərarda göstərilən hallar məhkəmə tərəfindən digər sübutlarla birlikdə qiymətləndirilməli olsa da, onlar əvvəlcədən müəyyən edilmiş və mübahisələndirilməsiyolverilməzhesabediləbilməz.
44. Hazırkı iş üzrə məhkəmə kollegiyası müəyyən edir ki, yanğının baş vermə səbəbi kimi göstərilən havalandırma sistemi və elektrik qurğuları cavabdeh Cavabdeh tərəfindən quraşdırılmamış, faktiki istifadəçilər – icarəçi və subicarəçi tərəfindən obyektin istismarı zamanı yaradılmış və dəyişdirilmişdir. Bu hal həm iş materialları, həm də üçüncü şəxslərinməhkəməiclasındakıizahatlarıilətəsdiqolunur.
45. Apellyasiya şikayətində irəli sürülən digər dəlil cavabdehin yüksək təhlükə mənbəyinin sahibi kimi təqsirsiz məsuliyyət daşıması ilə bağlıdır. Məhkəmə kollegiyası həmin dəlilidəəsassızhesabedir.
46. Belə ki, MM-in 1108-ci maddəsinin dispozisiyasından görünür ki, yüksək təhlükə mənbəyi dedikdə ətrafdakılar üçün obyektiv olaraq yüksək risk yaradan fəaliyyət və ya xüsusi texniki vasitələr nəzərdə tutulur. Qanun normasında nəqliyyat vasitələri, mexanizmlər, yüksək gərginlikli elektrik enerjisi, partlayıcı maddələr və digər analoji fəaliyyət nümunəkimigöstərilmişdir.
47. Hazırkı mübahisədə isə söhbət yaşayış təyinatlı daşınmaz əmlakın sonradan kommersiya məqsədilə istifadəsindən gedir. Mübahisə predmeti olan mənzilin özü MM-in 1108-cimaddəsininmənasındayüksəktəhlükəmənbəyihesabediləbilməz.
48. Eyni zamanda iş materiallarından görünür ki, yanğın daşınmaz əmlakın konstruktiv xüsusiyyətindən deyil, sonradan quraşdırılmış havalandırma sisteminin elektrik qurğularında yaranmış nasazlıq nəticəsində baş vermişdir. Həmin avadanlıq isə cavabdehin deyil,faktikiistifadəçilərinidarəvənəzarətindəolmuşdur.
49. Buna görə də hazırkı mübahisəyə MM-in 1108-ci maddəsinin tətbiqi üçün zəruri hüquqiəsaslarmövcuddeyildir.
50. Məhkəmə kollegiyası qeyd edir ki, delikt məsuliyyətinin yaranması üçün hüquqa zidd əməl, zərər, səbəbli əlaqə və təqsir elementlərinin məcmu halda mövcudluğu müəyyən edilməlidir.
51. Hazırkı iş üzrə müəyyən olunur ki, cavabdeh Cavabdeh mübahisəli əmlakı uzunmüddətli icarə müqaviləsi əsasında digər şəxsin istifadəsinə vermiş, həmin əmlak üzərində faktiki istifadə, idarəetmə və texniki nəzarət icarəçi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2, daha sonra isə subicarəçi mübahisə predmeti barəsindəmüstəqiltələbirəlisürməyənüçüncüşəxs1Fərhadoğlunakeçmişdir.
52. Iş materialları, o cümlədən məhkəmə iclasında verilmiş izahatlarla müəyyən olunur ki: havalandırma sistemi və onun elektrik avadanlıqları cavabdeh tərəfindən deyil, faktiki istifadəçilərtərəfindənquraşdırılmışvədəyişdirilmiş; obyektin təmiri, texniki yenidənqurulması və istismarı cavabdehin iştirakı olmadan həyatakeçirilmiş; cavabdeh obyektin gündəlik fəaliyyəti, elektrik təsərrüfatı və texniki təhlükəsizlik tədbirləriüzərindənəzarətihəyatakeçirməmişdir.
53. Yanğının başvermə səbəbi kimi havalandırma sisteminin elektrik qurğularında yaranmış qısaqapanma müəyyən edilmişdir. Həmin sistem isə cavabdehin deyil, faktiki istifadəçilərin idarə və nəzarətində olmuşdur. Eyni zamanda məhkəmə iclasında ifadə verən üçüncü şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 mənzilin onun tərəfindən təmir edildiyini və havalandırma sisteminin bilavasitə onun tərəfindən quraşdırıldığını bildirmişdir. Buna görə də cavabdehin davranışı ilə baş vermiş zərərarasındabirbaşasəbəbliəlaqəmüəyyənedilmir.
54. Məhkəmə kollegiyası həmçinin nəzərə alır ki, icarə müqaviləsinin 7 və 8-ci bəndlərinə əsasən icarəçi əmlakın mühafizəsini və istifadəsi zamanı baş verə biləcək hadisələrə görə məsuliyyəti öz üzərinə götürmüşdür. Subicarə müqaviləsində də analoji qaydadaziyanagörəməsuliyyətsubicarəçininüzərinəqoyulmuşdur.
55. Beləliklə, iş üzrə toplanmış sübutlar cavabdehin hüquqa zidd davranışını və onun hərəkətləri ilə iddiaçıya dəymiş zərər arasında zəruri səbəbli əlaqəni təsdiq etmir. Buna görə də MM-in 1096 və 1097-ci maddələri üzrə delikt məsuliyyətinin yaranması üçün tələb olunanşərtlərcavabdehəmünasibətdəmövcuddeyildir.
56. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur. Apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda qeyd olunanlara görə əsassızdır və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*-*(***)-***/**** nömrəli qətnaməsidəyişdirilmədənsaxlanılmalıdır.
57. Məhkəmə xərclərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən həmin şikayət verilərkən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.
58. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2, 385, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDI:
Iddiaçı İddiaçı Firmasının nümayəndəsi və vəkili vəkil1 tərəfindən verilmiş apellyasiya şikayətitəminedilməsin. Bakı Kommersiya Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*-*(***)-***/**** nömrəli qətnaməsidəyişdirilmədənsaxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasınakassasiyaşikayətiveriləbilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyigündən2aykeçdikdənsonraqanuniqüvvəyəminir.