Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2-2(3-6)-179/2026 13.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim sədrliyi ilə, hakimlər X1 və X3 ibarət tərkibdə, məhkəmə iclas katibi katibliyi ilə, Bakı Kommersiya Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə dair kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxıb, m ü ə y y ə n e t d i:
1. Iddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər cavabdeh2, cavabdeh1 Elşən qızı və cavabdeh3 qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ##.##.2023-cü il tarixli kredit müqaviləsi üzrə cavabdehlərdən müştərək qaydada 101 782,43 manat əsas borc, 13 106,48 manat faiz, 280,19 manat cərimə olmaqla cəmi 115 169,10 manat borcun, habelə 442,66 manat dövlət rüsumu və 72 manat xidmət haqqının tutulmasını, cavabdeh1 məxsus (125,2 m²) və cavabdeh3 məxsus (81,33 m²) Binəqədi rayonunda yerləşən mənzillərin açıq hərracda satılaraq borcun satışdan əldə edilən vəsait hesabına ödənilməsini, həmin vəsait kifayət etmədikdə qalan hissənin ümumi qaydada icrasını xahiş etmişdir.
2. Bakı Kommersiya Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehlərdən müştərək qaydada 101 295,30 manat əsas borc, 13 106,48 manat faiz, 280,19 manat dəbbə pulu olmaqla cəmi 114 681,97 manat və 405 manat dövlət rüsumunun tutulması, cavabdeh1 məxsus mənzil üçün 240 000 manat, cavabdeh3 məxsus mənzil üçün 175 000 manat ilkin satış qiyməti müəyyən edilməklə həmin mənzillərin açıq hərracda satılıb borcun ödənilməsi, həmçinin ekspertiza tədqiqatının dəyəri olan 200 manat məbləğində pulun cavabdehlərdən müştərək qaydada tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir.
3. Cavabdeh cavabdeh2 həmin qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, əmlakların yenidən qiymətləndirilməsi, tutmanın yalnız bir ipoteka predmetinə yönəldilməsi və gecikmə müddəti üçün hesablanmış faiz borcunun rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Iddiaçı İddiaçı ASC ##.##.2026-cı il tarixdə məhkəməyə elektron kabinet vasitəsilə ərizə ilə müraciət edərək bildirmişdir ki, tərəflər arasında razılıq əldə olunaraq mübahisə məhkəmədənkənar qaydada həll olunmuşdur. Bununla əlaqədar olaraq, hazırkı iş üzrə iddiadan imtina edilməsi zərurəti yaranmışdır. Qeyd edilənləri nəzərə alaraq, iddiaçı iddiadan imtinanın qəbul edilməsi və iş üzrə icraata xitam verilməsi barədə müvafiq qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. 5.Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməklə iclasa çağrılmış tərəflər məhkəmə iclasına gəlməmiş, cavabdeh cavabdeh2 nümayəndəsi (vəkili) Vəkil məhkəməyə elektron kabinet vasitəsilə ərizə ilə müraciət edərək məhkəmə iclasının iştirakı olmadan keçirilməsini xahiş etmiş, digər tərəflər isə gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən, işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
6. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
Maddə 52. Iddiadan imtina edilməsi, iddianın etiraf edilməsi, barışıq sazişi 52.1. Iddiaçı iddiadan imtina edə bilər. Iddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. ... Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. ... Maddə 122. Iddiaçı iddiadan imtina etdikdə və barışıq sazişi bağladıqda məhkəmə xərcləri və yardım üçün vəkilə ödənilən xərclərin bölüşdürülməsi ... 122.2. Iddia verildikdən sonra iddia tələblərinin cavabdeh tərəfdən könüllü surətdə təmin edilməsi nəticəsində iddiaçı öz tələblərini müdafiə etməzsə, iddiaçının xahişi ilə məhkəmə onun çəkdiyi bütün xərcləri cavabdehdən alır. ... Maddə 191. Iddiaçının iddiadan imtina etməsi, cavabdehin iddianı etiraf etməsi və tərəflərin barışıq sazişi 191.1. Iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. Iddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. 191.2. Hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. Iddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. ... Maddə 261. Icraata xitam verilmə əsasları 261.0. Hakim iş üzrə icraata aşağıdakı hallarda xitam verir: ... 261.0.4. iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa; ... Maddə 262. Icraata xitam verilmə qaydası və nəticələri 262.1. Iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. 262.2. Məhkəmənin qərardadında işdə iştirak edən şəxslər arasında məhkəmə xərclərinin bölüşdürülməsi, büdcədən dövlət rüsumunun qaytarılması haqqında məsələlər həll edilə bilər. ... 262.4. Işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. 262.5. Iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər.
Maddə 370. Iddiaçının iddiadan imtina etməsi və tərəflərin barışıq sazişi 370.1. Apellyasiya şikayəti qəbul olunduqdan sonra iddiaçının iddiadan imtina etməsi və tərəflərin barışıq sazişi bağlaması apellyasiya instansiyası məhkəməsinə ünvanlanmış yazılı ərizələrdə ifadə olunmalıdır. 370.2. Ərizələrə baxılma qaydası, iddiadan imtinanın qəbul edilib-edilməməsinin, tərəflərin barışıq sazişinin təsdiq edilib-edilməməsinin nəticələri bu Məcəllənin 191-ci maddəsinin qaydaları ilə müəyyən olunur. Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: ... 384.0.5. birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5ci və 259.0.8-259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Bu Məcəllənin 259.0.11-ci maddəsində göstərilən əsaslar işə yalnız birinci instansiya məhkəməsində baxılarkən yarandığı halda tətbiq edilir; ... 7.Məhkəmə kollegiyası iddiaçının iddiadan imtinasının yazılı formada, buna səlahiyyəti olan şəxs tərəfindən ifadə edildiyini, qanuna zidd olmadığını və hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığını nəzərə alaraq hesab edir ki, iddiaçının iddiadan imtinası qəbul edilməli və hazırkı kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin ## ###### 2025 tarixli e-*-*(***)-****/**** saylı qətnaməsi ləğv edilərək iş üzrə icraata xitam verilməlidir. 8.Məhkəmə xərclərinə münasibətdə isə kollegiya qeyd edir ki, iş materiallarından göründüyü kimi hazırkı iş üzrə iddiaçının iddiadan imtina etməsinə səbəb cavabdeh cavabdeh2 tərəfindən borcun könüllü surətdə ödənilməsi olmuşdur. MPM-in 119.1-ci maddəsi məhkəmə xərclərinin ödənilmiş tələblərin məbləğinə uyğun olaraq tərəflər arasında bölüşdürülməsini nəzərdə tutur. Burada “ödənilmiş” anlayışı ümumi mənanı ifadə edir və xərclərin paylanmasına münasibətdə ədalətli əsas yaradır. Eyni zamanda, MPM-in 122.2-ci maddəsinə əsasən, əgər iddia tələbləri cavabdeh tərəfindən könüllü surətdə təmin edilibsə, iddiaçı öz tələblərini müdafiə etmədiyi halda, onun çəkdiyi xərclər cavabdehdən tutulmalıdır. 9.Bu baxımdan kollegiya hesab edir ki, əsas borclu və şikayəti verən tərəf kimi cavabdeh cavabdeh2 birinci instansiya məhkəməsində keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 400 manat pul tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına, eləcə də iddiaçının ödəmiş olduğu dövlət rüsumunun əvəzi qismində 442,66 manat pul tutularaq iddiaçıya ödənilməli, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu isə apellyatorun özünə aid edilməlidir.
10. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 384.0.5, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Iddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin iddiadan imtinası qəbul edilsin. Bakı Kommersiya Məhkəməsinin ## ###### 2025 tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsi ləğv edilsin. Iddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər cavabdeh2, cavabdeh1 Elşən qızı və cavabdeh3 qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair kommersiya işi üzrə icraata xitam verilsin. Birinci instansiya məhkəməsində keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 400 (dörd yüz) manat pul cavabdeh cavabdeh2 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına (büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, X2, 210005, VÖEN 1401555071, müxbir hesab AZ41NABZ01360100000000003944, SWIFT BIK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN 1700326621, hesab: AZ34CTRE00000000000002088501) ödənilsin. Iddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi qismində 442,66 manat (dörd yüz qırx iki manat, altmış altı qəpik) pul cavabdeh cavabdeh2 tutularaq iddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Tərəflərə izah olunsun ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.