Məhkəmə qərarları › İş №2-2(3-6)-213/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(3-6)-213/2026

30.04.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2-2(3-6)-213/2026 30.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Ziya Allahverdi oğlu Şirinovun sədrliyi və məruzəsi ilə, X3 və X8 ibarət tərkibdə, Ismayılova Elnarə Məyiş qızının katibliyi, Iddiaçı İddiaçı MMC-nin cavabdeh Cavabdeh ASC-yə qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dаir iş üzrə Bakı Kommersiya Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxdı. Işin Halları

1. ## ##### 2023-cü il tarixli ****** №-li Elerjitəchizatı müəssisəsi ilə qeyri-istehsal müəssisəsi, ticarət, ictimai iaşə və digər digər növ xidmət müəssisəsi arasında elektrik enerjisinin alqı-satqısının birtipli müqaviləsinə əsasən Cavabdeh ASC ilə İddiaçı MMC arasında elektik enerjsinin istehlakı və alqı-satqısı barədə müqavilə imzalanmışdır.

2. ## #### 2025-ci il tarixində Cavabdeh ASC İddiaçı MMC-yə məktub ünvanlayaraq, müəssisənin elektrik enerjisinə görə ## #### 2025-ci il tarixə 17736,83 manat borcu yaranmışdır. Elektrik enerjisinin borcunu ##.##.2025- ci il tarixinədək ödənilməsini təmin edilməsi əks balda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il ## ###### tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş Elektrik Enerjisindən istifadə qaydalarının 9.13 bəndinə əsasən əlavə xəbərdarlıq edilmədən müəssisəyə elektrik enerjisinin verilişi ##.##.2025-ci il tarixdə saat 11:00-dan etibarən dayandırılacaqdır.

3. ## #### 2025-ci il tarixində Cavabdeh ASC İddiaçı MMC-yə məktub ünvanlayaraq, müəssisənin elektrik enerjisinə görə ## #### 2025-ci il tarixə 21368,48 manat borcu yaranmışdır. Elektrik enerjisinin borcunu ##.##.2025-ci il tarixinədək ödənilməsini təmin edəsiniz əks halda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il ## ###### tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş Elektrik Enerjisindən istifadə qaydalarının 9.13 bəndinə əsasən əlavə xəbərdarlıq edilmədən müəssisəyə elektrik enerjisinin verilişi ##.##.2025-ci il tarixdə saat 11:00-dan etibarən dayandırılacaqdır.

4. ##.##.2025-ci il tarixli Akta əsasən Cavabdeh ASC tərəfindən ##.##.2025-ci il tarixdə İddiaçı MMC-yə verilən elektrik enerjisi dayandırılandan sonrakı gün, yəni ##.##.2025-ci il tarixində 1000 ədəd quş ölmüşdür.

5. ##.##.2025-ci il tarixli Akta əsasən Cavabdeh ASC tərəfindən ##.##.2025-ci il tarixdə İddiaçı MMC-yə verilən elektrik enerjisi dayandırılandan sonrakı gün, yəni ##.##.2025-ci il tarixində 650 ədəd quş ölmüşdür.

6. ##.##.2025-ci il tarixli Akta əsasən Cavabdeh ASC tərəfindən ##.##.2025-ci il tarixdə İddiaçı MMC-yə verilən elektrik enerjisi dayandırılandan sonrakı gün, yəni ##.##.2025-ci il tarixində 300 ədəd quş ölmüşdür.

7. . ** №-li Yarma Protokoluna əsasən ## #### 2025-ci il tarixində ev quşunun (toyuq) yarılması nəticəsində daxili orqanlarında həcmcə böyümə və rəng dəyişikliyi müşahidə edilmişdir. Toyuğun ölüm səbəbi tənəffüsün istidən pozulması boğulma, Asfiksiya olduğu müəyyən edilmişdir.

8. ** №-li Yarma Protokoluna əsasən ## #### 2025-ci il tarixində ev quşunun (toyuq) yarılması nəticəsində daxili orqanlarında həcmcə böyümə və rəng dəyişikliyi müşahidə edilmişdir. Toyuğun ölüm səbəbi oksigen çatışmazlığı, istidən boğulma, Asfiksiya olduğu müəyyən edilmişdir.

9. ## ###### 2025-ci il tarixli Azərbaycan Respublikasının Energetika Nazirliyi Enerji Məsələlərinin Tənzimləmə Agentliyi Sumqayıt Filialı tərəfindən İddiaçı MMC-yə ünvanlanmış məktubda qeyd edilmişdir ki, müraciət Filiala daxil olduqdan dərhal sonra "xxxx” ASC-nin Sumqayıt RETSI-nin məsul əməkdaşaları ilə işçi qaydada danışıqlar aparılmış və görülmüş tədbirlər nəticəsində "xxxx” MMC-yə elektrik enerjisi verilişi bərpa edilmişdir.

10. 13 avqust tarixli “xxxx” MMC tərəfindən verilmiş rəyə əsasən İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən ##.##.2025-ci il, ##.##.2025-ci il və 18.07.205-ci il tarixlərində “xxxx”xxxx“xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətindən ümumi 160 000.80 (Yüz altmış min manat ,0.80) manat məbləğində 178 648 (Yüz yetmiş səkkiz min altı yüz qırx səkkiz) ədəd bir günlük cücə alınmışdır. Rəhbərliyin verdiyi məlumata əsasən ##.##.2025-ci il tarixində ümumi 158 725 ədəd cücə istehsal üçün istehsalat sexlərində nəzarətdə saxlanılırdı. Həmin tarixdə cücələrin ümumi normativ çəkisi 8367 qram olacağı halda faktiki çəkisi 8179 qram kimi qeyd olunmuşdur. ##.##.2025-ci il tarixində isə cücələrin normativ çəkisi 10622 qram olacağı halda faktiki çəkisi 9141 qram kimi görülmüşdür bundan əlavə olaraq həmin tarix aralığında ölü quşların ümumi sayına və yanacaq məsrəfinə də diqqət yetirdikdə görürük ki,ölü quşların ümumi sayı 1 950 baş və yanacaq məsrəfi isə generator üzrə 1080.00 manat hesablanmışdır. Yəni Cəmiyyət ##.##.2025-ci il tarixindən ##.##.2025-ci il tarixinə qədər elektrik enerjisi olmadığına görə 1481 qram çəkidə azalma baş verdiyini göstərmişdir. Həmin itirilmiş çəkini qalıq quş sayına və həmin tarixə olan bazar dəyərinə vursaq görərik ki, 63 922.48 manat, ölü quşların ümumi sayında 2019.50 kq olan ümumi çəkisini bazar dəyərə vursaq 5 453.60 (Beş min dörd yüz əlli üç manat .60) manat və yanacaq məsrəfi isə generator üzrə 1080.00 manat məbləğində cəmiyyət ziyan etmişdir. Yekun olaraq xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə təqdim edilmiş sənədlər əsasında təsdiq olunmuş və 06 avqust - ## ###### 2025-ci il tarixləri aralığında aparılmış audit yoxlaması zamanı dəymiş maddi zərər 70 456.08 ( Yetmiş min dörd yüz əlli altı manat ,08) manat müəyyən edilmişdir.

11. ##.##.2025-ci il tarixli Cavabdeh ASC tərəfindən iddiaçının vəkilinə göndərilmiş məktubda qeyd edilmişdir ki, Cavabdeh ASC-nin məlumat bazasında qeyd olunan ünvanda yerləşən obyekt *********** nömrəli abunə kodu ilə qeydiyyatdadır. Həmin obyektin elektrik enerjisi təchizatı 7251054000123M125988 və 7251054000613M126019 zavod nömrəli elektrik sayğacları vasitəsilə təmin olunur. Qeyd olunan obyekt elektrik enerjisi ilə TM- 3093431 və TM-******* saylı transformator məntəqələri vasitəsilə, iki tərəfli xətlə təchiz edilir. Müraciətdə göstərilmiş ##.##.2025-ci il tarixində elektrik enerjisinin verilişində yaranmış fasilə TM-******* saylı transformator məntəqəsində yüklənmə səbəbindən xəttin avtomatik sistem tərəfindən açılması nəticəsində baş vermişdir. Bununla belə, TM-******* saylı transformator məntəqəsi vasitəsilə elektrik enerjisinin verilişi ikinci xətdən bərpa edilmiş və İddiaçı MMC fasiləsiz enerji təchizatı ilə təmin olunmuşdur.

Birinci instansiya məhkəməsindəki icraat

12. Iddiaçı İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Cavabdeh ASC tərəfindən elektrik enerjisi verilişinin qanunsuz olaraq dayandırılması nəticəsində MMC-yə dəymiş 6.533,60 (altı min beş yüz otuz üç manat altmış qəpik) maddi ziyan, 63.922,48 (altmış üç min doqquz yüz iyirmi iki manat qırx səkkiz qəpik) manat əldən çıxmış fayda, hüquqi yardım göstərilməsi üçün vəkilə ödənilmiş 500 (beş yüz) manat, müstəqil auditə ödənilmiş 1600 (bir min altı yüz) manat və dövlət rüsumu kimi ödənilmiş 308 (üç yüz səkkiz) manat olmaqla ümumilikdə 72.864,08 (yetmiş iki min səkkiz yüz altmış dörd manat səkkiz qəpik) manat pul vəsaitinin cavabdeh Cavabdeh ASCdən tutularaq İddiaçı MMC-nə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

13. Iddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ********** saylı VÖEN ilə dövlət qeydiyyatına alınaraq kənd təsərüfatının mühüm sahələrindən olan toyuq ətlərinin yetişdirilməsi, emalı və satışı ilə məşğul olur. MMC-nin fəaliyyəti qida məhsullarının istehsalı ilə bağlı olduğundan istehsalın həyata keçirilməsində və işin təşkil olunmasında elektrik enerjisinin xüsusi rolu vardır. Bu səbəbdən də MMC ilə Cavabdeh ASC arasında bağlanmış ##.##.2023-cü il tarixli, ****** nömrəli müqaviləyə əsasən *********** saylı abonent kodu vasitəsilə istehsalat sahəsi və quşçuluq təsərrüfatında mütəmadi olaraq elektrik enerjisindən istifadə olunur və istifadəyə görə bu günə qədər bütün ödənişlər tərəfimizdən vaxtlı-vaxtında həyata keçirilmişdir. Bildirir ki, ##.##.2025-ci il tarixdə Cavabdeh ASC Sumqayıt RETSI tərəfindənXəbərdarlıq göndərilərək ##.##.2025-ci il tarixədək yaranmış 21.368,48 manat pul vəsaitinin ##.##.2025-ci il tarixədək ödənilməsi, əks təqdirdə ##.##.2025-ci il tarixdə saat 11:00-da elektrik enerjisi verilişinin dayandırılacağı bildirmiş və həmin tarixdə də “Elektrik enerjisindən istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin2005-ci il 2 fevral tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş Elektrik enerjisindən istifadə istifadə Qaydalarının 8.2, 8.14, və 9.13.2-ci maddələrinin tələblərinə, həmçinin tərəflər arasında bağlanmış ##.##.2023-cü il tarixli, ****** nömrəli müqavilənin 12-ci maddəsinə zidd olaraq dayandırılmışdır. Diqqətinizə çatdırıram ki, bundan öncə də iki dəfə Sumqayıt RETSI tərəfindən ##.##.2025 və ##.##.2025-ci il tarixlərdə eyni formada qanunsuz xəbərdarlıqlar göndərilmiş, Cavabdeh ASC-nin sədriVüqar Əhmədova müraciət etdikdən sonra elektrik enerjisi verilişi dayandırılmamış və elektrik enerjisinə görə hesablaşmaların “Elektrik enerjisindən istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin2005-ci il 2 fevral tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş Elektrik enerjisindən istifadə istifadə Qaydalarına uyğun olaraq aparılması təmin olunmuşdur. Lakin Sumqayıt RETSI-nin yenə də eyni qaydada qanunsuz olaraq xəbərdarlıq göndərərək elektrik enerjisi verilişinin dayandırılacağı ilə bağlı İddiaçı MMC-ni hədələməsi və sonradan dayandırması onu göstərir ki, Sumqayıt RETSI İddiaçı MMC-yə qarşı bizə məlum olmayan səbəblərdən qərəzlidir və bu qərəzini həyata keçirtməkdən ötrü qanun pozuntusuna belə yol verməkdən çəkinmir. Nəzərə alsaq ki, 21.368,48 manat pul vəsaitinin ödənilməsi ilə bağlı elektron qaimə ##.##.2025-ci il tarixdə MMC-yə göndərilmişdir, onda “Elektrik enerjisindən istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin2005-ci il 2 fevral tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş Elektrik enerjisindən istifadə istifadə Qaydalarının 8.14 və9.13.2-ci maddələrinə əsasən ##.##.2025-ci il tarixdə saat 11:00-da elektrik enerjisi verilişinin dayandırılacağı barədə xəbərdarlıq qanuni hesab oluna bilməz və bir aydan tez yəni, ##.##.2025-ci il tarixdə elektrik enerjisi verilişinin dayandırılması tamamilə qanunsuzdur. Bundan sonra tərəfimizdən məhkəməyə və aidiyyatı dövlət orqanlarına müraciət edilmiş, Bakı Kommerisya Məhkəməsinin Iş № e**(***)-***/**** saylı, ##.##.2025-ci il tarixli qərardadı ilə “xxxx" MMC-yə elektrik enerjisinin verilməsinin dayandırılması Cavabdeh ASC-yə qadağan edilmişdir. Həmçinin də Energetika Nazirliyinə etdiyimiz müraciətin nəticəsi olaraq X7 Agentliyi Sumqayıt Filialinın əməkdaşlarının gördüyü tədbirlər nəticəsində ##.##.2025-ci il tarixdə elektrik enerjisi verilişi bərpa olunmuşdur. Elektrik enerjisi verilişinin qanunsuz olaraq dayandırılması MMC-yə külli miqdarda maddi ziyan dəyməsi ilə nəticələnmişdir. Belə ki, “xxxx” MMC-nin tərtib etdiyi rəy ilə müəyyən olunur ki, ##.##.2025-ci il tarixindən ##.##.2025-ci il tarixinə qədər olan dövr ərzində elektrik enerjisinin olmaması cəmiyyətin fəaliyyətində müəyyən durğunluqlar əmələ gətirmişdir. Belə bir durğunluğun nəticəsi olaraq istehsal olunan cücələrin faktiki çəkilərində azalmalar və onların müəyyən qisminin tələf olunması halları baş vermişdir. Hətta bütün bunların nəticəsi olaraq cəmiyyətin maddi baxımından itkilərinin olması rəhbərlik tərəfindən aşkarlanmışdır. Aparılan audit yoxlaması zamanı uyğunsuzluqlara baxış keçirilərkən 6.533,6 (altı min beş yüz otuz üç manat altmış qəpik) maddi ziyan və əldən çıxmış fayda olaraq 63.922,48 (Altmış üç min doqquz yüz iyirmi iki manat 48 qəpik) manat, ümumilikdə ##.##.2025-##.##.2025-ci il tarixlərində elektrik enerjisinin olmamasına görə 70.456,08 (yetmiş min dörd yüz əlli altı manat səkkiz qəpik) manat məbləğində maddi ziyan dəydiyi müəyyən edilmişdir. Audit rəyində dəymiş ziyan məbləği aşağıdakı kimi əsaslandırılmışdır. Rəhbərliyin verdiyi məlumata əsasən ##.##.2025-ci il tarixində ümumi 158 725 ədəd cücə istehsal üçün istehsalat sexlərində nəzarətdə saxlanılırdı.Həmin tarixdə cücələrin ümumi normativ çəkisi 8367 qram olacağı halda faktiki çəkisi 8179 qram kimi qeyd olunmuşdur.##.##.2025-ci il tarixində isə cücələrin normativ çəkisi 10622 qram olacağı halda faktiki çəkisi 9141 qram kimi görülmüşdür bundan əlavə olaraq həmin tarix aralığında ölü quşların ümumi sayına və yanacaq məsrəfinə də diqqət yetirdikdə görürük ki,ölü quşların ümumi sayı 1 950 baş və yanacaq məsrəfi isə generator üzrə 1080.00 ( Bir min səksən manat .00) manat hesablanmışdır. Yəni Cəmiyyət ##.##.2025-ci il tarixindən ##.##.2025-ci il tarixinə qədər elektrik enerjisi olmadığına görə 1481 qram çəkidə azalma baş verdiyini göstərmişdir.Həmin itirilmiş çəkini qalıq quş sayına və həmin tarixə olan bazar dəyərinə vursaq görərik ki , 63 922.48 ( Altmış üç min doqquz yüz iyirmi iki manat ,48) manat , ölü quşların ümumi sayında 2019.50 kq olan ümumi çəkisini bazar dəyərə vursaq 5 453.60 (Beş min dörd yüz əlli üç manat .60) manat və yanacaq məsrəfi isə generator üzrə 1080.00 ( Bir min səksən manat .00) manat məbləğində cəmiyyət ziyan etmişdir. Cavabdehə ##.##.2025-ci il tarixdə pretenziya məktubu göndərilərək elektrik enerjisi verilişinin qanunsuz olaraq dayandırılması nəticəsində MMC-yə dəymiş 70.456,08 (yetmiş min dörd yüz əlli altı manat səkkiz qəpik) manat məbləğində ziyanın 5 (beş) gün ərzində ödənilməsi xahiş olunmuşdur.

14. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianın məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, toyuqlara baxış keçirdikdə ölüm səbəbi xəstəlik deyil, nəfəs darlığı olduğu müəyyən olunmuşdur. Ümumilikdə aktlara əsasən iddiaçıya dəymiş zərərin qiyməti 6533 manatdır və bu məbləğ cavabdehdən tələb olunur. 3 gün müddətində işıq kəsilmişdir. Əsas xətt 1 dənədir. Köməkçi xəttlərin saylarını bilmir. Ora böyük ərazi olduğuna görə generator qoyulması mümkün olmamışdır. Hansı səbəbdən xəttdə açılma olmasını cavabdeh sübut etməlidir, baxış keçirməsi ilə bağlı aktı təqdim etməlidir. Cavabdeh onlara məktub ünvanlayaraq işığı kəsəcəyi ilə bağlı qanunsuz olaraq təhdit etmişdir. Texniki şərt cavabdehin özündə də mövcuddur, lakin bugünə qədər məhkəmə iclasında iştirak etməmişlər və sübutları məhkəməyə təqdim etməmişlər, cavabdeh işi süni şəkildə uzatmaq məqsədi güdür. Ərazidə 1 ana xətt mövcuddur. Texniki şərt onlarda mövcuddur, lakin cavabdeh maraqlıdırsa, özü məhkəməyə təqdim etməlidir. Texniki şərt işin mahiyyətini dəyişməyəcək, iddiaçıda texniki şərtin olub-olmamasını dəqiq bilmir. Təqdim edilməsinə hesab edir ki, zərurət yoxdur.

15. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi idda tələbinə etiraz edərək rədd edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, iddia tələbi əsassızdır, qəbul etmirlər. Araşdırma apardıqda müəyyən olunmuşdur ki, həmin ərazidə abonentin borcuna görə elektrik enerjisinin verilməsinin dayandırılması halı olmamışdır. Həmin ərazidə 2 xətt mövcuddur, həmin xəttlərdən birinin çox yüklənməsi nəticəsində açılma olmuşdur, açılmanı bərpa etmək mümkün olmamışdır. Bu tip abonentlərdə mütləq texniki şərt təqdim olunmalıdır və ona baxış keçirməliyik. Alnernativ xətt, yəni tramsformatordan başqa generator mütləq olmalıdır və olmamasına görə məsuliyyəti Cavabdeh ASC daşımır. Texniki şərtdə müəssisənin gücü də öz əksini tapır. Bəlkə də müəssisənin gücü artdığına görə açılma halı olmuşdur. Qısaca bu tip istehlakçılarda mütləq alternativ xətt olmalıdır. Borcu ödətdirmək məqsədi ilə olsa idi hər 2 xətt Cavabdeh ASC tərəfindən kəsilərdi. Qanunvericiliyə əsasən iddiaçı tipli ərazilərdə transformatordan başqa həm də generator olması mütləqdir. Iddiaçının xəttində açılma olmuşdur. Cavabdeh ASC tərəfindən göndərilmiş borcun ödənişi ilə bağlı məktub formal xarakter daşıyır və çox abonentlərə göndərilir. xxxx və Azərenerji arasında təhvil-təslim aktı olmamışdır, ona görə də texniki şərt onlarda deyil. Texniki şərtə əsasən generator olması iddiaçının öhdəliyidir. Işığın dayandırılması başqa formada olur. Göndərilən məktublar formal xarakter daşıyır və hər abonentə göndərilir, lakin heç kimin işığı dayandırılmır. Beləliklə, Cavabdeh ASC tərəfindən borcun ödənişi ilə bağlı göndərilən məktub əsasında iddiaçının işığı kəsilməyib, xəttlərdən birinin çox yüklənməsi nəticəsində açılma olmuşdur. Ona görə də iddia tələbi rədd edilməlidir

16. Bakı Kommersiya Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir.

17. Iddiaçı İddiaçı MMC həmin qətnamədən apellyasiya şikayəti verərək, *-*(***)- ****/**** nömrəli, ##.##.2025-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

APELLYASIYA ŞIKAYƏTININ VƏ ONA QARŞI ETIRAZIN DƏLILLƏRI, MƏHKƏMƏ ICRAATI IŞTIRAKÇILARININ IZAHATLARI

a) Apellyasiya şikayətinin dəlilləri

18. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, Cavabdeh ASC Enerji Satışı Departamentinin direktoru Elçin Dadaşov tərəfindən imzalanmış ##.##.2025-ci il tarixli, **- **/*-*/**-K-****/*-*/**** saylı məktub göndərilmişdir. Həmin məktubda qeyd olunanlar onu təsdiq edir ki, ya Enerji Satışı Departamentinin direktoru Elçin Dadaşov araşdırma apararkən bizim şikayətlə ətraflı tanış olmayıb, yaxud Sumqayıt RETSI tərəfindən ona düzgün məlumat verilməyib, çünki, istər elektrik enerjisi verilişi dayandırılmamışdan əvvəl MMC-nin direktoru tərəfindən ##.##.2025-ci il tarixdə Vüqar Əhmədova göndərilmiş şikayət ərizəsində, istərsə də tərəfindən aidiyyatı orqanlara göndərilmiş şikayət və müraciətlərdə ##.##.2025-ci il tarixdə Cavabdeh ASC Sumqayıt RETSI tərəfindən Xəbərdarlıq göndərilərək ##.##.2025-ci il tarixədək yaranmış 21.368,48 manat pul vəsaitinin ##.##.2025-ci il tarixədək ödənilməsi, əks təqdirdə ##.##.2025-ci il tarixdə saat 11:00-da elektrik enerjisi verilişinin dayandırılacağı bildirilməsi xüsusi olaraq vurğulanmışdır. Xəttə yüklənmə səbəbindən hər-hansı açılış olmamış, cavabdeh qəsdən elektrik enerjisi verilişini dayandırmışdır. Məhkəmə tərəfimizdən təqdim edilmiş 3 ədəd aktları, AQTA-nın nümayəndələri tərəfindən imzalanmış yarma protokollarını və “xxxx” MMC-nin tərtib etdiyi rəyi mötəbər sübut hesab etməyib, cavabdehin nümayəndəsinin heç bir əsası olmayan izahatını əsas götürmüşdür ki, məhkəmə bu hissədə də cavabdehin qanunsuzluqlarını aradan qaldırmaq, iddiaçının pozulmuş hüquqlarını bərpa etmək əvəzinə daha kobud şəkildə qanun pozuntusuna yol vermişdir. Təqdim etdiyimiz sənədlərin etibarsız sayılması ilə bağlı sübutlar cavabdeh tərəfindən məhkəməyə təqdim olunmadığından həmin sənədlər öz-özündə mötəbərdilər. Sahibkarlıq fəaliyyətini həyata keçirən MMC-yə məxsus qeyriyaşayış sahələrinə (obyektlərə) elektrik enerjisinin verilməsinin dayandırılması və ya məhdudlaşdırılmasımaddi və təsərrüfat itkilərinə, həmçinin sahibkarın normal fəaliyyət göstərməsinin və belə olan halda gələcəkdə sahibkarın Cavabdeh ASC və digər şəxslər qarşısında olan öhdəliklərinin yerinə yetirilməsinin qeyri-mümkün olmasına səbəb ola bilər.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

19. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları

20. Tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir.

21. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçının direktoru X1 izahatında bildirmişdir ki, iki xətt mövcuddur. Iki xətt transformatordan yarımstansiyadan verilir. Əgər əmr verilsə ki, xəttlər kəsilsin yarımstansiyadakı nümayəndə artıq İddiaçı MMC-nin bizə gələn hər iki xəttini kəsir. Iki xəttin hər ikisinin qidalanması bir yerdən baş verir. Xəttlər kəsiləndə də, ayrılanda da artıq bu hallar bir məntəqədə baş verir. Bizdə ərazidə 3 transformator fəaliyyət göstərir. Ərazidə olan böyük transformatordan transformatordan digər müəssisələrə də elektrik paylanılır. Həmin transformatordan bizə gələn xəttin üzərində digər abonentlər də vardır. Xəttin biri bizdə müəssisənin balansındadır. Ikinci xətt üçün mən Nazirlər Kabinetinə müraciət etdim və müəssisəyə ikinci xətt veriləndə digər üç abonent də qoşuldu lakin xəttin əsas istifadəçisi mən olduğum üçün, bizdə xətt kəsiləndə digər abonentlər də əziyyət çəkir. Biz hava şəraiti ilə əlaqədar hər hansı problem olduqda xətti qoşmaqda əziyyət çəkirik.

22. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi vəkili X6 izahatında bildirmişdir ki, müəsissənin elektriki videoçəkilişin aparılmasında iştirak etmişdir. Elektrikin növbəti məhkəmə iclasında iştirak edə bilər.

23. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 izahatında bildirmişdir ki, bu tip abonentlərdə elektrik enerjisinin kəsilməsi nəticəsində problemlər ilə üzləşməməsi üçün transformatordan başqa, generator da mütləq olmalıdır ki, elektrik enerjisi hər hansı səbəbdən kəsildiyi halda, işıqla təmin olunsun.

TƏTBIQ EDILƏN HÜQUQ

Azərbaycan Respublikası Mülki Məcəlləsi

24. Maddə 21. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

25. Maddə 385.1 Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

26. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

27. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

28. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

29. Maddə 1132. Malın, işin və ya xidmətin qüsurları nəticəsində vurulmuş zərər üçün məsuliyyət halında sübutetmə yükü zərərçəkənin öhdəsinə qoyulur.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

30. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

31. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

32. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

33. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

34. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

35. Maddə 78.1. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir.

36. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

37. Maddə 89.1. Yazılı sübutlar - iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır.

APELLYASIYA BAXIŞININ HƏDLƏRI

38. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

39. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

40. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının həddini qətnamənin tam yoxlanılması təşkil edir.

APELLYASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI

41. Kollegiya mübahisənin mahiyyəti ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə, habelə hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, məhkəmə, müəyyən etdiyi faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir.

42. Iş materiallarından müəyyən olunur ki, tərəflər arasında elektrik təchizatı münasibətləri Cavabdeh ASC ilə bağlanmış müqavilə əsasında həyata keçirilmişdir.

43. Hazırda iddiaçı Cavabdeh ASC tərəfindən elektrik enerjisinin verilməsi dayandırıldığından zərər görüdüyünü iddia edir.

44. Cavabdeh ASC-nin iş materialların əlavə edilmiş video görüntüsündə əks olunmuşdur: “Sumqayıt şəhəri sənaye zonasında yerləşən İddiaçı MMC-yə baxış keçiririk. Gördüyümüz kimi xxxx MMC-yə yeni Sumqayıt 110/35/6 kV-luq yarımstansiyadan 6 kV-luq iki hava xətti daxil olur. Xətlərdən biri hal-hazırda gördüyümüz soldakı dayaq sərbəst xəttidir. Yəni bunu ancaq tələbatçının birbaşa özünə çəkilib. Sağdakı xətt, digər xətt isə sənaye qovşağı adlanan 6 kV-luq hava xəttindən budaqlanma yolu ilə götürülür. Xətlər tam normal vəziyyətdədir. Həmin xətlər İddiaçı MMC-nin ərazisində yerləşən transformator məntəqəsinə daxil olur. Hər iki xətt ora daxil olur. Daxilindəki TM-də əməliyyatlar aparılır. Yüksək gərginlik, 6 kV-luq əməliyyat aparılır. Transformator məntəqəsinin daxilində gördüyümüz kimi yuvalar quraşdırılmış, kabelsiz dayaqdan düşən XLB kabel xətti ilə yüksək gərginlik tərəfinə daxil olur. Həmin bu yuvaların hər iki xəttlə əlaqəsi mövcuddur. Yəni bu o deməkdir ki, xətlərin birində qüsur, nasazlıq baş verdikdə digər ehtiyat xətdən istifadə olunur. Əməliyyatları həmin MMC-nin energetiki Zəfər müəllim vasitəsilə özü aparır. Yəni gərginlik itdikdə bir xətti özü şəxsən aparır, icazə də var. Xəttin birində gərginlik itdikdə digərinə keçid edə bilirsiz. Yəni özü tam məlumatlı olursuz, keçə bilirsiz. Yəni burada xətlərlə bağlı heç bir problem yaranmır. Bütün avadanlıqlar işlək vəziyyətdədir, gərginlik altındadır. Transformatora xidmət eləyən axırıncı yuva hal-hazırda transformatora xidmət eləyir. Ərazidə dörd ədəd transformator mövcuddur. Onlardan birində hal-hazırda gərginlik yoxdur, ehtiyat rejimdə qalır. Digər üç transformator hal-hazırda gərginlik altında, yük altındadır. TM-in özündən əlavə daxili çıxış var. Üçüncü transformatora gedən xətti müəssisənin kəsim sexi adlanan müəssisəsinə daxil olur. Hava xətti vasitəsilə, 6 kV-luq hava xətti vasitəsilə. Hal-hazırda da orada gərginlik mövcuddur. Müəssisənin daxilində, deməli, gördüyümüz TM-in yanında, transformator məntəqəsinin yanında bir ədəd generator mövcuddur. Həmin generator vasitəsilə daxildəki şəkər müəssisəsinin ehtiyat rejimdə işə salınması təminat üçün quraşdırılmışdır. Gördüyümüz digər 6 kV-luq hava xətti yenə də, dediyim kimi, vətəndaşın müəssisəsinə daxil olan sərbəst xəttidir, hava xətti vasitəsilə. Birbaşa quşçuluq sexinə daxil olur. Indi həmin sexə elektrik avadanlıqlarına baxış keçirəcəyik. Müəssisənin ərazisindəki quşçuluq müəssisələrinə qidalandıran, elektrik enerjisi ilə qidalandıran transformator məntəqəsinə transformator məntəqəsinə baxış keçiririk. Müstəqil söndürüb yandırmaq üçün kran quraşdırılmışdır.”

45. Göründüyü kimi təqdim olunmuş video görüntüyə əsasən MMC-nin energetki Zərəf müəllim bildirmişdir ki, gərginlik itdikdə bir xətdən digərinə keçid etmək üçün tam məlumatlıdır və müvafiq icazəsi var. Həmçinin müəsissədə generatorda mövcuddur.

46. Bu baxımdan, müəssisənin elektrik enerjisi ilə təchizatının tam dayandırılması və nəticədə fəaliyyətinin mümkünsüz hala düşməsi barədə iddialar iş materiallarında olan sübutlarla öz təsdiqini tapmır. Əksinə, təqdim olunmuş video görüntülər və digər sənədlərlə müəyyən olunur ki, müəssisə iki müstəqil 6 kV-luq xətt vasitəsilə elektrik enerjisi ilə təmin edilmiş, xətlərdən birində nasazlıq və ya gərginlik itkisi yarandığı halda digər ehtiyat xəttə keçid imkanları mövcud olmuşdur.

47. Iddiaçının ##.##.2025-ci il tarixli xəbərdarlığa istinad etməsi də cavabdeh tərəfindən elektrik enerjisinin verilməsinin faktiki olaraq dayandırıldığını təsdiq edən mötəbər sübut kimi qiymətləndirilə bilməz. Belə ki, həmin xəbərdarlıq elektrik enerjisindən istifadəyə görə yaranmış borcun ödənilmədiyi halda enerji təchizatının məhdudlaşdırılmasının mümkünlüyünə dair məlumat xarakterli sənəd olmuşdur.

48. Iş materiallarında isə elektrik enerjisinin cavabdeh tərəfindən tam kəsildiyini təsdiq edən hər hansı birmənalı və obyektiv sübut təqdim edilməmişdir. Əksinə, iş materiallarından görünür ki, enerji təchizatında yaranmış fasilə xəttdə yüklənmənin artması ilə əlaqədar baş vermiş, ##.##.2025-ci il tarixli məktuba əsasən isə elektrik enerjisinin verilməsi bərpa olunmuşdur.

49. Kollegiya hesab edir ki, əgər iddiaçının göstərdiyi kimi elektrik enerjisinin verilməsi cavabdeh tərəfindən məhz mövcud borca görə dayandırılmış olsaydı, həmin borc tam ödənilmədən enerji təchizatının bərpası mümkün olmazdı. Lakin iş materiallarında borcun ödənilməsini təsdiq edən hər hansı sübut mövcud olmadığı halda, elektrik enerjisinin verilməsinin sonradan bərpa edilməsi göstərir ki, yaranmış fasilə borca görə tətbiq edilmiş məhdudlaşdırma ilə deyil, texniki xarakterli (yüklənmə) səbəblə bağlı olmuşdur. Eyni zamanda, ##.##.2025-ci il tarixli məktubda da elektrik enerjisinin borca görə dayandırılması barədə hər hansı qeyd aparılmamışdır.

50. Kollegiya həmçinin qeyd edir ki, iddiaçı tərəfindən təqdim edilmiş aktlar, yarma protokolları və audit rəyi digər sübutlarla birlikdə qiymətləndirilmiş, lakin həmin sənədlərdən birbaşa olaraq cavabdehin qanunsuz hərəkətləri nəticəsində elektrik enerjisinin tam dayandırılması və bununla iddiaçıya iddia edilən həcmdə zərər vurulması müəyyən edilməmişdir.

51. Kollegiya həmçinin qeyd etmək istəyir ki, yarma protokollarında ölüm səbəbi kimi göstərilən "asfiksiya" (boğulma) enerji təchizatçısının hərəkəti ilə deyil, istehlakçının elektrik enrjisinin idarə olunmasının düzgün aparılmaması ilə bağlıdır. Obyekt iki tərəfli qidalanma sxeminə malik olduğu halda, enerjinin paylanmasına və ehtiyat xəttə keçidə görə məsuliyyəti birbaşa istehlakçı daşıyır.

52. Mülki Məcəllənin 21-ci maddəsi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Bu mənada, zərərin əvəzinin ödənilməsi ilə bağlı hər bir konkret iddia tələblərinin əsası digər hüquq sahələrindən (məsələn, müqavilə hüququ, delikt hüququ və s.) irəli gəlir. Hazırkı mübahisəyə münasibətdə isə zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsası delikt hüququndan yaranır.

53. Mülki qanunvericiliyin yuxarıda sadalanmış müddəalarının mənasından göründüyü kimi mülki hüquq pozuntusu – deliktə görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: 1) əməl (hərəkət və ya hərəkətsizlik); 2) həmin əməlin hüquqa zidd olması və 3) təqsir (qəsd və ya ehtiyatsızlıq). Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır. Qeyd edilən dispozisiya şərtlərindən hər hansı birinin olmaması özlüyündə deliktə əsaslanan tələbi əsassız edir.

54. Işin hallarından da ona dəymiş ziyanın bilavasitə cavabdeh tərəfindən vurulması müəyyən edilməmiş və iddiaçı tərəfindən sübuta yetirilməmişdir.

55. MPM-in 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

56. Apellyasiya şikayətinə də iddiaçı sübut əlavə etməmişdir. Apellyasiya şikayətində irəli sürülən dəlillər iddia ərizəsində qeyd edilmişdir. Iddiaçının dediklərinə əsaslanaraq zərərin vurulması faktı təsdiq edilmədən, cavabdehin təqsirli olması kimi hallar müəyyən edilmədən iddiaçının deliktlə bağlı tələbi təmin edilə bilməz.

57. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

58. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

Iddiaçı İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyatorun ödədiyi dövlət rüsumu özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar