Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2-2(3-6)-229/2026 29.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı şəhəri,(Açar sözlər: icarə müqaviləsi, müqavilə öhdəliyinin pozulması, müqavilənin birtərəfli ləğv edilməsi,) hakimlər X3 (sədrlik edən və məruzəçi), X1 və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, Məhərrəmova Günel Elman qızının katibliyi, iddiaçı "xxxx" Kiçik Müəssisəsinin nümayəndəsi (vəkili) vəkil2, cavabdeh cavabdeh2 MMC-nin qanuni təmsilçisi nümayəndə1 və nümayəndəsi (vəkili) vəkil1 iştirakları ilə iddiaçı "xxxx" Kiçik Müəssisəsinin cavabdeh cavabdeh2 Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı borcun ödənilməsi tələbinə, birləşdirilmiş iş üzrə iddiaçı cavabdeh2 MMC-nin cavabdehlər “xxxx” Kiçik Müəssisəsinə və cavabdeh1 qarşı “qanunsuz müdaxilənin qarşısıın alınması və s.” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli qətnaməsindən cavabdeh2 MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: Işin halları
1. "xxxx" Kiçik Müəssisəsi (icarəyə verən) cavabdeh2 Məhdud Məsuliyyətli Cəmiyyəti (icarəçi) arasında ##.##.2024-cu il tarixli icarə müqaviləsi bağlanmışdır. Qeyd edilmiş müqaviləyə əsasən, icərəyə verən ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 3237.3 kv/m olan qeyri-yaşayış binasının tam mülkiyyət üzrə ona məxsus 2500 kv/m hissəsini icarəçiyə ##.##.2034-cü ilədək icarəyə vermişdir. Müqavilənin: 5-ci bəndinə əsasən aylıq icarə haqqı 20.000 manat təşkil edir, icarə haqqı ##.##.2025-ci il tarixdən hesablanır və bu müdət ərzində icarəçi tərəfindən götürülən sahədə təmir bərpa işləri görülür və fəaliyyətə hazırlıq işləri görülür. 8-ci bəndinə əsasən müqavilənin ləğv edilməsi tərəflərin bir ay qabaqcadan yazılı ərizəsinə müvafiq olaraq həyata keçirilir.
2. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrinin RX seriyalı ******* nömrəli çıxarışına (daşınmaz əmlakın reyestr nömrəsi 007011000653- 06302) əsasən müəyyən edilir ki, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 3237.3 kv/m olan qeyriyaşayış binası "xxxx" Kiçik Müəssisəsinin hazırda xüsusi mülkiyyətindədir. Daşınmaz əmlak üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində ##.##.2018-ci il tarixdə ********** nömrəsi ilə qeydiyyata alınmışdır.
Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı
3. Iddiaçı "xxxx" Kiçik Müəssisəsi cavabdeh cavabdeh2 Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iddia və iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 32000 (otuz iki min) manat məbləğində icarə haqqı, 30000 (otuz min) manat məbləğində borc, 320 (üç yüz iyirmi) manat məbləğində hüquqi yardım xərci və 300 (üç yüz) manat məbləğində dövlət rüsumunun cavabdeh2 Məhdud Məsuliyyətli Cəmiyyətindən alınaraq “xxxx” Kiçik Müəssisəsinə verilməsi, “xxxx” Kiçik Müəssisəsi və cavabdeh2 Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış ##.##.2024-cü il tarixli icarə müqaviləsinin ləğv edilməsi, cavabdeh2 Məhdud Məsuliyyətli Cəmiyyətinin ona məxsus olan bütün əşya və avadanlıqlarla birlikdə ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binasının icarədə olan 2.500 kv.m. sahəsindən çıxarılması, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binasının icarədə olan 2500 kv.m sahəsinin tam boşaldılması və “xxxx” Kiçik Müəssisəsinə təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Iddia onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş ##.##.2018-ci il tarixli ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 3237,3 kv.m olan qeyri-yaşayış binası (bundan sonra daşınmaz əmlak) “xxxx” Kiçik Müəssisəsinin mülkiyyətindədir. “xxxx” Kiçik Müəssisəsi və cavabdeh arasında bağlanmış ##.##.2024-cü il tarixli icarə müqaviləsinə əsasən “xxxx” Kiçik Müəssisəsi daşınmaz əmlakın 2500 kv.m hissəsini cavabdehə icarəyə vermişdir. Müqavilənin 5-ci maddəsinə əsasən cavabdeh ##.##.2025-ci il tarixindən etibarən icarə haqqının ödənilməsinə başlayacaqdı. Lakin elə birinci aydan başlayaraq cavabdeh icarə haqqının ödənilməsini gecikdirmiş, daha sonra “xxxx” Kiçik Müəssisəsindən 30000 (otuz min) manat məbləğində borc almışdır. Cavabdehin icarə haqqını ödəmədiyini gördükdən sonra biz cavabdehə bildiriş göndərərək ödəmədiyi icarə haqqı və aldığı 30000 (otuz min) manat məbləğində borcu ödəməsi və daşınmaz əmlakı boşaldaraq təhvil verməsini tələb etmişik. Lakin bundan sonra da cavabdeh nə icarə haqqını ödəmiş nə də daşınmaz əmlakı boşaldaraq bizə təhvil verməmişdir.
5. Iddiaçı cavabdeh2 MMC cavabdehlər “xxxx” Kiçik Müəssəsinə və cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh2 Məhdud Məsuliyyətli Cəmiyyətinin ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 3237.3 kv.m olan qeyri-yaşayış sahəsinin 2500 kv.m hissəsi istifadəsinə “xxxx” Kiçik Müəssisəsi və onun direktoru cavabdeh1 tərəfindən edilən qanunsuz müdaxilənin qarşısının alınması və 63000 manat vurulmuş maddi ziyanın cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. Iddia onunla əsaslandırılmışdır ki, “xxxx” Kiçik Müəssisəsi ilə cavabdeh2 Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış ##.##.2024-cü il tarixli icarə müqaviləsinə əsasən ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 3237.3 kv.m olan qeyriyaşayış sahəsinin 2500 kv.m hissəsi cavabdeh2 Məhdud Məsuliyyətli Cəmiyyətinin istifadəsinə verilmişdir. Müqavilənin müddəti ##.##.2034-cü ilədək nəzərdə tutulmuşdur. Qeyd edilməlidir ki, cavabdeh eyni sahənin 2 ayrı şəxsə icarəyə vermişdir. Hazırda “xxxx” Kiçik Müəssisəsinin rəhbəri cavabdeh1 tərəfindən müəssisəyə icarəyə verilmiş sahə zorla cavabdeh2 Məhdud Məsuliyyətli Cəmiyyətinin əlindən alınmış, qapılar bağlanmışdır. “xxxx” Kiçik Müəssisəsi rəhbəri cavabdeh1 tərəfindən icarəyə verilmiş ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 3237.3 kv.m olan qeyri-yaşayış sahəsindən istifadə edilməsinə zorla maneələr yaradılır, qapılar, liftlər bağlanılır. cavabdeh2 Məhdud Məsuliyyətli Cəmiyyətinin rəhbərliyinin və həkimlərinin ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 3237.3 kv.m olan qeyri-yaşayış sahəsinin 2500 kv.m hissəsindən istifadə edə bilməməsi onlara ciddi maliyə itkisi ilə yekunlaşır. Belə ki, cavabdeh2 Məhdud Məsuliyyətli Cəmiyyəti hər ay işçilərə əmək haqqı ödəyir, icarə haqqı ödəyir. Lakin “xxxx” Kiçik Müəssisəsinin rəhbəri cavabdeh1 klinikaya müraciət edən vətəndaşları təhqir edir, qapıları bağlayır, lifti söndür və bu kimi digər hərəkətlərlə klinikaının normal fəaliyyətini pozur. Bununla da klinikanın işgüzar nüfuzu korlanır və ciddi maliyyə itkisinə məruz qalır. Bütün bunlarla yanaşı cavabdeh “xxxx” Kiçik Müəssisəsi cavabdeh2 Məhdud Məsuliyyətli Cəmiyyətinə icarəyə verilmiş sahəni eyni zamanda 06 ay müddətində aylıq 7000 manata “xxxx” MMCyə icarəyə verərək qanunsuz olaraq 42000 manat miqdarında bizə maddi ziyan vurmuşdur. (müqavilələ təqdim ediləcək) Eyni zamanda “xxxx” Kiçik Müəssisəsinin direktoru cavabdeh1 cavabdeh2 Məhdud Məsuliyyətli Cəmiyyətinə icarəyə verilmiş sahəyə aid olan 3 otaqlı 100 kv.m sahədə özü 7 ay müddətində yaşayaraq 21000 min manat maddi ziya vurmuşdur. cavabdeh2 Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən aylıq icarə haqqları maneələr yaradılan tarixədək, hətta həmin dövrdə tam şəkildə ödənilmişdir.
7. Bakı Kommersiya Məhkəməsinin ##.##.2024-cü il tarixli qərardadı ilə, iddiaçı cavabdeh2 MMC-nin cavabdehlər “xxxx” Kiçik Müəssəsinə və cavabdeh1 qarşı “qanunsuz müdaxilənin qarşısıın alınması və s” tələbinə dair e-2-2(113)- ****/**** saylı iş, iddiaçı "xxxx" Kiçik Müəssisəsinin cavabdeh cavabdeh2 Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “borcun ödənilməsi və s.” tələbinə dair iddiası üzrə e-2-2(113)- ****/**** saylı işlə bir icraatda baxılması üçün birləşdirilmişir.
8. Məhkəmə iclasında iştirak edən "xxxx" Kiçik Müəssisəsinin nümayəndəsi və vəkili vəkil2 "xxxx" Kiçik Müəssisəsinin iddiasının məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi, birləşdirilmiş iş üzrə iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. Məhkəmə iclasında iştirak edən cavabdeh2 MMC-nin qanuni nümayəndəsi nümayəndə1 və cavabdeh2 MMC-nin nümayəndəsi və vəkili nümayəndə2 "xxxx" Kiçik Müəssisəsinin iddiasına etiraz edərək rədd edilməsini, birləşdirilmiş iş üzrə iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdirlər.
10. Məhkəmənin ##.##.2025-ci il tarixli qətnaməsi ilə "xxxx" Kiçik Müəssisəsinin iddiasının qismən təmin edilməsi, ##.##.2024-cü il tarixli icarə müqaviləsi ləğv edilmiş hesab edilməsi, ##.##.2024-cü il tarixli icarə müqaviləsi üzrə 31.333 (otuz bir min üç yüz otuz üç) manat 33 (otuz üç) qəpik məbləğində pul cavabdeh2 Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq "xxxx" Kiçik Müəssisəsinə verilməsi, ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin ##.##.2024-cü il tarixli icarə müqaviləsi üzrə predmeti olan 2.500 kv.m sahəsi cavabdeh2 Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən boşaldılaraq, həmin qeyri-yaşayış sahəsindən çıxarılması və qeyri-yaşayış sahəsi xxxx" Kiçik Müəssisəsinə təhvil verilməsi, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 184 (bir yüz səksən dörd) manat məbləğində pulun cavabdeh2 Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq "xxxx" Kiçik Müəssisəsinə verilməsi, "xxxx" Kiçik Müəssisəsinin iddiasının qalan hissədə təmin edilməməsi, cavabdeh2 Məhdud Məsuliyyətli Cəmiyyətinin iddiasının rədd edilməsi qət olunmuşdur.
11. Məhkəmə gəldiyi nəticəni aşağıda göstərildiyi kimi əsaslandırmışdır:
11.1. Məhkəmə qeyd edir ki, mübahisənin həlli baxımından ilk növbədə icarə müqaviləsi üzrə qeyri-yaşayış sahəsinin cavabdeh2 MMC-yə təhvil verilibverilməməsi, bundan sonra icarə sahəsinin onun istifadəsində nə vaxtdadək qaldığı və icarə sahəsinin istifadəsində olduğu müddətdə icarə haqqının ödənilib-ödənilməməsi halı aydınlaşdırılmalıdır. 11.2. Məhkəmə iclasında iştirak edən cavabdeh2 MMC-nin qanuni nümayəndəsi nümayəndə1 icarə sahəsinin təhvil verildiyini, təmir işləri apardığını və tibbi avadanlıqları qeyd edilmiş sahəyə yerləşdirdiyini bildirmişdir. 11.3. Göründüyü kimi icarə sahəsi cavabdeh2 MMC-yə təhvil verilmişdir. 11.4. Ancaq məhkəmə iclasında iştirak edən cavabdeh2 MMC-nin qanuni nümayəndəsi nümayəndə1 qeyd edilmiş icarə sahəsindən istifadəyə maneələrin yaradıldığını və təxmini mart ayında çıxdığını bildirmişdir. 11.5. Məhkəmə iclasında bu maneələrin nədən ibarət olması soruşulmuş, cavabdeh2 MMC-nin qanuni nümayəndəsi nümayəndə1 “Əli müəllimin söyüşlər söyüdüyünü”, “Əli müəllimin xanımlara əxlaqsız təkliflər etməsi” kimi halları qeyd etmişdir. 11.6. Məhkəmə iclasında iştirak edən "xxxx" Kiçik Müəssisəsinin nümayəndəsi və vəkili vəkil2 sadalanan halları təkzib etmiş, Əli müəllimin 80-dən artıq yaşı olduğunu, cavabdeh2 MMC-nin özünün qeyri-yaşayış sahəsində tibbi klinika kimi fəaliyyət göstərməsi üçün icazə və lisenziyası olmadığından fəaliyyət göstərmədiyini bildirmişdir. 11.7. Məhkəmə iclasında həmçinin cavabdeh2 MMC-nin qanuni nümayəndəsi nümayəndə1 ora çəkilmiş xərclərin "xxxx" Kiçik Müəssisəsinindən tələb etmək niyyətində olduğunu bildirmiş və bundan başqa da, qeyd edilmiş qeyri-yaşayış sahəsinə çəkilmiş xərclərin qiymətləndirilməsi üçün müstəqil qiymətləndirici təşkilatlara müraciət ediləcəyini bildirmişdir. 11.8. Bundan başqa Məhkəmənin sualına cavab olaraq cavabdeh2 MMC-nin qanuni nümayəndəsi nümayəndə1 və vəkili qeyd edilmiş qeyri-yaşayış sahəsinə çəkilmiş xərclərin qiymətləndirilməsi üçün mütəxəssisə hansı formada icarə sahəsini göstərəcəksiz sualına cavab olaraq, açarın onlarda olduqlarını bildirmişlər. 11.9. Bu xüsusda Məhkəmə hesab edir ki, "xxxx" Kiçik Müəssisəsinin bildirmiş olduğu yəni, may aynın 9-da çıxması halı inandırıcıdır. Belə ki, "xxxx" Kiçik Müəssisəsi tərəfindən onların girişi qadağan edilmiş olsaydı, onların özlərinin bildirmiş olduqları qeyri-yaşayış sahəsinə çəkilmiş xərclərin qiymətləndirilməsi üçün mütəxəssisin də, ora girişi mümkün olmazdı. 11.10. Ona görə də, Məhkəmə hesab edir ki, 2025-ci ilin may ayının 9-dək icarə haqqı hesablanmalıdır. 11.11. Bundan başqa da, Məhkəmə qeyd edir ki, iş materiallarından da, göründüyü kimi, "xxxx" Kiçik Müəssisəsi tərəfindən cavabdeh2 MMC-yə mart, aprel, may ayları üçün icarə haqqı olaraq hər ay üzrə 20.000 manat dəyərində olan elektron qaimələr də göndərilmişdir. 11.12. Iş materiallarında olan ödəniş sənədlərindən görünür ki, cavabdeh2 MMC tərəfindən sonuncu icarə haqqı 2025-ci ilin mart ayı üçün 14.000 manat məbləğində pul ödəmişdir. 11.13. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, "xxxx" Kiçik Müəssisəsinin iddiası icarə haqqı borcunun tələb edilməsi hissəsində qismən təmin edilməli, 31.333,33 manat (6.000 (mart ayının qalıq borcu) + 20.000 (aprel ayı icarə haqqı borcu) +5.333,33 (may ayın 8 günü üçün icarə haqqı borcu)) məbləğində pul cavabdeh2 Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq "xxxx" Kiçik Müəssisəsinə verilməlidir. 11.14. Iş materiallarından görünür ki, "xxxx" Kiçik Müəssisəsi tərəfindən cavabdeh2 MMC-yə fevral 2025-ci il tarixdə müqavilənin ləğv edilməsi və obyektin boşaldılaraq təhvil verilməsi barədə bildiriş göndərilmişdir. 11.15. Məhkəmə iclasında cavabdeh tərəf qeyd edilmiş bildirişin alındığını qəbul etmişdir. 11.16. Göründüyü kimi tərəflər icarə müqaviləsinin ləğv edilməsini müqavilədə tənzimləmişlər və iddiaçı tərəf də, müqavilənin şərtinə uyğun olaraq müqaviləni ləğv etmə ilə bağlı iradə ifadəsini qarşı tərəfə bildirmişdir. 11.17. Belə olan halda, Məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış ##.##.2024-cü il tarixli icarə müqaviləsi ləğv edilmiş hesab edilməlidir. 11.18. ##.##.2024-cü il tarixli icarə müqaviləsi ləğv edilmiş hesab edildiyindən, ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin ##.##.2024-cü il tarixli icarə müqaviləsi üzrə predmeti olan 2.500 kv.m sahəsi cavabdeh2 Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən boşaldılaraq, həmin qeyri-yaşayış sahəsindən çıxarılmalı və qeyri-yaşayış sahəsi “xxxx" Kiçik Müəssisəsinə təhvil verilməlidir. 11.19. Məhkəmə iddianın 30.000 manat məbləğində borcun tutulması hissəsi ilə bağlı hesab edir ki, "xxxx" Kiçik Müəssisəsi cavabdeh2 MMC-yə 30.000 manat məbləğində borc pul verdiyini bildirsə də, bunu təsdiq edəcək sübutları məhkəməyə təqdim etmədiyindən, həmin hissədə iddia təmin edilə bilməz. 11.20. Bundan başqa ödənilmiş dövlət rüsumunun əvəzi olaraq iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq 168 manat məbləğində pul cavabdeh2 Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq "xxxx" Kiçik Müəssisəsinə ödənilməlidir. 11.21. Məhkəmə birləşdirilmiş iş üzrə iddianın qeyri-yaşayış sahəsinin 2500 kv.m hissəsi istifadəsinə cavabdeh - “xxxx” Kiçik Müəssisəsi və onun direktoru cavabdeh1 tərəfindən edilən qanunsuz müdaxilənin qarşısının alınması hissəsi ilə bağlı bildirir ki, yuxarıda qeyd edildiyi kimi ##.##.2024-cü il tarixli icarə müqaviləsi ləğv edilmiş hesab edildiyindən, həmin sahədən cavabdeh2 MMC çıxarılmalı olduğundan, həmin hissədə iddia təmin edilə bilməz. 11.22. Bundan başqa məhkəmə hesab edir ki, birləşdirilmiş iş üzrə iddia tələbinin digər hissəsi maddi ziyanın tələb edilməsi ilə bağlı olsa da, bu ziyanın nədən yarandığı sübuta yetirilmədiyindən həmin hissədə də, iddia təmin edilə bilməz. 11.23. Beləliklə məhkəmə hesab edir ki, cavabdeh2 Məhdud Məsuliyyətli Cəmiyyətinin iddiasının əsası olmadığından rədd edilməlidir. 11.24. Beləliklə, "xxxx" Kiçik Müəssisəsinin iddiasının qismən, cavabdeh2 Məhdud Məsuliyyətli Cəmiyyətinin iddiasının rədd edilməsi barədə qətnamə qəbul edilməlidir.
12. Qənaətinin hüquqi əsaslandırması zamanı məhkəmə, Mülki Məcəllənin 421.2, 421.3, 675, 685.2, 685.2.1, 685.2.2, 700.1, 700.2, 700.3-cü maddələrinə istinad etmişdir.
13. Həmin qətnamədən cavabdeh2 MMC-nin nümayəndəsi (vəkili) apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini aşağıda göstərildiyi kimi əsaslandırmışdır: “müqaviləyə uyğun olaraq ##.##.2025-ci il tarixdə 20 000 manat məbləğində icarə haqqı (ödəniş tapşırığı №MV*ekvF*, tarix:##.##.2025) “xxxx” Kiçik Müəssisəsinə ödənilmişdir. ##.##.2025-ci il tarixdə 20 000 manat məbləğində icarə haqqı (ödəniş tapşırığı № MVbaVJu*,tarix: Tarix: ##.##.2025) “xxxx” Kiçik Müəssisəsinə ödənilmişdir. ##.##.2025-ci il tarixdə 14 000 manat məbləğində icarə haqqı (ödəniş tapşırığı № MVsAH*M*,tarix: ##.##.2025) “xxxx” Kiçik Müəssisəsinə ödənilmişdir. Lakin ##.##.2025-ci il tarixdə “xxxx” Kiçik Müəssisəsinin direktoru cavabdeh1 cavabdeh2 Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru nümayəndə1 teleqram vuraraq bildirmişdir ki, icarə müqaviləsinin şərtləri sizin tərəfinizdən əməl edilmədiyindən həmin müqavilə ##.##.2025-ci il tarixdə ləğv edilmişdir. 2025-ci ilin mart ayından biz artıq klinikanın fəaliyyətini dayandırmağa məcbur olsaq da və bununla əlaqədar kifayət qədər sübutları məhkəməyə təqdim etsək də, hakim tərəfindən araşdırma aparılmamış, təqdim etdiyimiz şahidlər dindirilməmişdir. “xxxx” Kiçik Müəssisəsinin rəhbəri cavabdeh1 tərəfindən fəaliyyətmizə mane olan hərəkətləri ilə əlaqədar video görüntülər cavabdeh1 tələb edilməmişdir. Biz həmin video görüntüləri təqdim edə bilmirdik, ona görə ki, video kameraların mərkəzi cavabdeh1 otağında yerləşirdi. Məhkəmə əsassız olaraq hesab etmişdir ki, 2025-ci ilin may ayınadək icarə haqqı hesablanmalıdır. Mart ayında icarəyə verən tərəfindən məcburi şəkildə obyektdən çıxarılsaq da, həmin dövr üçün bizə icarə haqqı hesablanmışdır. Hesab edirik ki, icarə müqaviləsinin ləğv edilməsi üçün hər hansı əsas olmamışdır. Icarə müqaviləsi 10 il müddətinə bağlanmış, müqavilə müddətinin sonunun ##.##.2034-cü il tarix olması tərəflər arasında razılaşdırılmışdır. Hazırda müqavilə müddəti bitmədiyi, müqavilənin özündə müqavilənin icarəyə verən (iddiaçı) tərəfindən birtərəfli qaydada ləğv edilməsi imkanı nəzərdə tutulmadığı, müqavilənin ləğvinə qarşı tərəfin razılığı olmadığı, habelə müqavilə şərtlərinin cavabdeh tərəfindən əhəmiyyətli dərəcədə pozuntusuna yol verilmədiyi üçün hazırkı iddia tələbi təmin edilə bilməz. Icarə müqaviləsinin özündə icarəyə verən tərəfindən müqavilənin birtərəfli ləğvi imkanı nəzərdə tutulmamışdır. Müqavilənin 8-ci bəndində göstərilən müqavilənin ləğv edilməsi tərəflərin bir ay qabaqcadan yazılı ərizəsinə müvafiq olaraq həyata keçirilməsi, müqavilənin birtərəfli ləğvini deyil, tərəflərin qarşılıqlı razılığını nəzərdə tutur. Məhkəmənin nəzərinə çatdırırıq ki, iddiaçı cavabdeh tərəfindən icarə haqqı üzrə ödənişlərin edilməməsini əsas gətirərək, icarə müqaviləsinin ləğv etməsi tələbi əsassızdır. Ali Məhkəmənin qərarlarında müəyyən edilmiş məhkəmə praktikasına əsasən icarə haqqının ödənilməməsi özlüyündə icarə müqaviləsinin birtərəfli qaydada xitam verilməsi üçün əsas ola bilməz, bunun üçün ödənilməyən icarə haqqı məbləği müəyyən həddə çatmalıdır. Icarəçi tərəfindən hər hansı kobud pozuntuya yol vermədiyi halda, icarəyə verənin müqavilə müddəti başa çatmadan birtərəfli qaydada icarəyə son qoyması vicdanlı hərəkət kimi qiymətləndirilə bilməz. Iddiaçının hərəkətləri vicdanlılıq prinsipinin pozulması və öz hüququndan sui-istifadə halına yol verilməsi kimi dəyərləndirilməlidir.”.
Apellyasiya şikayətinə qarşı etiraz
14. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.
Apellyasiya baxışı, izahatlar
15. Iddiaçının məhkəmə iclasında iştirak edən nümayəndəsi (vəkili) apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir. Cavabdehin məhkəmə iclasında iştirak edən qanuni təmsilçisi və nümayəndəsi (vəkili) apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək şikayətiin təmin olunmasını xahiş etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
16. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.
17. Maddə 13. Sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir.
18. Maddə 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarındandır.
19. Maddə 385.1 Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
20. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
21. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
22. Maddə 404. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.
23. Maddə 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür.
24. Maddə 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.
25. Maddə 423.1. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır.
26. Maddə 423.2. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər.
27. Maddə 425. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
28. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir.
29. Maddə 689.1. Kirayə müqaviləsi üzrə hüquq münasibətlərinə müqavilənin bağlandığı müddət bitdikdə xitam verilir.
30. Maddə 689.2. Əgər kirayə müqaviləsində müddət müəyyənləşdirilməyibsə, kirayə hüquq münasibətlərinin istənilən iştirakçısı bu Məcəllənin 690-cı maddəsinin göstərişlərinə uyğun olaraq müqavilənin ləğvinə dair bildiriş verə bilər.
31. Maddə 690.1. Əmlak kirayəsi müqaviləsinin ləğvinə dair bildiriş yazılı formada verilməlidir.
32. Maddə 690.2. Əmlak kirayəsi müqaviləsinin ləğvinə dair bildirişdə müqavilənin ləğvi üçün əsaslar göstərilməlidir.
33. Maddə 700.1. Icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. Icarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur.
34. Maddə 700.2. Icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər.
35. Maddə 700.3. Əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
36. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
37. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
38. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.
39. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
40. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
41. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi.
42. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya baxışının həddi
43. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
44. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
45. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının həddini qətnamənin "xxxx" Kiçik Müəssisəsinin iddiasının qismən təmin olunması, cavabdeh2 MMC-nin iddiasının rədd olunması ilə bağlı hissəsinin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki iddiasının qismən təmin olunmasına baxmayaraq "xxxx" Kiçik Müəssisəsi qətnamədən şikayət verməmiş, cavabdeh2 MMC-nin nümayəndəsi (vəkili) isə faktiki olaraq qətnamənin qeyd olunan hissəsini mübahisələndirmişdir.
Məhkəmə kollegiyasının mövqeyi
46. Məhkəmə kollegiyası iş materiallarını, tərəflərin izahatlarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi “##.##.2024-cü il tarixli icarə müqaviləsinin ləğv edilmiş hesab edilməsi, qeyri-yaşayış sahəsinin boşaldılması və təhvil verilməsi” hissəsində ləğv edilməli, həmin hissədə iddia rədd olunmalı, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
47. Ilk öncə kollegiya qeyd edir ki, Müqavilənin əhəmiyyətli dərəcədə pozulmasına görə birtərəfli qaydada ləğv edilməsi” tələbi mübahisə halında hüquqi hadisənin (müqavilənin ləğvinin) baş verib-vermədiyinin məhkəmə qaydasında müəyyən edilməsi barədə təsbitetmə iddiasıdır. Məhkəmənin həmin məsələni həll etməsi, “müqaviləni məhkəmənin ləğv etməsi”, yəni ləğvin məhkəmə qərarı ilə yaranması anlamına gəlmir. Bu halda məhkəmə işin hallarına görə müqavilənin ləğvinin qanunvericilikdə nəzərdə tutulan əsaslarla və qaydada gerçəkləşib-gerçəkləşmədiyini təsbit edir.1
48. Belə ki, iş materialları ilə müəyyən olunur ki, tərəflər arasında ##.##.2024-cü il tarixdə qeyri-yaşayış sahəsinin icarəsinə dair müqavilə bağlanmış, cavabdeh cavabdeh2 MMC müqavilə əsasında 2.500 kv.m sahəni istifadəyə qəbul etmişdir. Iş üzrə təqdim olunmuş təhvil-təslim sənədləri, tərəflərin izahatları və ödəniş sənədləri ilə cavabdehin həmin sahədə fəaliyyət göstərdiyi təsdiq olunur.
49. Birinci instansiya məhkəməsi cavabdehin icarə haqqını tam ödəməməsini əsas götürərək müqaviləni ləğv edilmiş hesab etmiş, qeyri-yaşayış sahəsinin boşaldılması və iddiaçıya təhvil verilməsi barədə nəticəyə gəlmişdir.
50. Lakin məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin həmin nəticəsi işin faktiki halları və tərəflər arasında bağlanmış müqavilənin şərtləri ilə uzlaşmır. Iş materialları ilə müəyyən edilir ki, tərəflər arasında bağlanmış müqavilənin 3cü bəndinə
51. əsasən icarə müddəti ##.##.2034-cü il tarixdədək müəyyən edilmişdir. Müqavilənin 8-ci bəndinə əsasən müqavilənin ləğv edilməsi tərəflərin 1 ay qabaqcadan yazılı ərizəsinə müvafiq olaraq həyata keçirilir.
52. Kollegiya qeyd edir ki, müqavilənin birtərəfli qaydada ləğv edilməsinin ümumi əsasları Mülki Məcəllənin 421.2 və 422.1-ci maddələrində müəyyən edilmişdir.
53. Məcəllənin 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.
54. Göründüyü kimi, müqavilənin birtərəfli qaydada aradan qaldırılması (ləğv edilməsi) aşağıda göstərilən əsaslardan birinin mövcud olduğu halda mümkündür: – digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda; – Mülki Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda.
55. Lakin işin faktiki hallarından görünür ki, iddiaçı tərəfindən ##.##.2025-ci il tarixdə cavabdehə yanvar ayı üzrə MT**** nömrəli elektron qaimə göndərilmiş, ##.##.2025-ci il
1 Ali Məhkəmə, Iş № 2-2(102)-600/2023
(https://sc.supremecourt.gov.az/decision-search/) tarixdə həmin elektron qaimə üzrə icarə haqqı tam ödənilmişdir. Lakin 2025-ci ilin fevral ayında iddiaçının qanuni təmsilçisi cavabdeh1 cavabdehə bildiriş göndərmiş və bidirişdə ##.##.2025-ci il tarixdə müqavilənin ləğv etdiyini bildirmişdir.
56. Həmçinin iddiaçı tərəfindən göndərilmiş elektron qaimələr üzrə ##.##.2025-ci il tarixdə 20.000 manat və ##.##.2025-ci il tarixdə 14.000 manat məbləğində ödənişlər edilmişdir. Eyni zamanda elektron qaimələrdə mart, aprel və may ayları üzrə icarə haqqının hesablandığı müəyyən olunur. Bu hallar tərəflər arasında müqavilə münasibətlərinin davam etdiyini və iddiaçı tərəfindən də müqavilənin faktiki icrasının qəbul edildiyini göstərir.
57. Kollegiya qeyd edir ki, iş materiallarında olan bildirişdən görünsə də ki, iddiaçı müqavilənin ləğvi barədə cavabdehə məlumat vermişdir, həmin bildirişin özlüyündə müqaviləyə xitam verilməsi üçün yetərli əsas olması müəyyən edilmir.
58. Nəzərə alınmalıdır ki, müqavilənin birtərəfli qaydada ləğv edilməsi üçün müqavilə öhdəliklərinin elə dərəcədə pozulması müəyyən edilməlidir ki, həmin pozuntu müqavilənin davam etdirilməsini digər tərəf üçün əhəmiyyətli dərəcədə mümkünsüz etsin. Iş materialları ilə isə cavabdehin müqavilədən irəli gələn öhdəlikləri elə həcmdə pozması, habelə müqavilənin qanunvericilik və müqavilə şərtlərinə uyğun qaydada birtərəfli qaydada ləğv edilməsinə əsas verən hallar sübuta yetirilmir.
59. Kollegiya qeyd etməyi zəruri hesab edir ki, müqavilənin birtərəfli qaydada ləğv edilməsinə əsas verən hallar olmadan, yalnız bir tərəfin istəyi ilə müqavilədə nəzərdə tutulan hüquq və öhdəliklərin predmetinin, həcminin və ya şərtlərinin dəyişdirilməsi və ya onun ləğvi müqavilə münasibətlərində tərəflərin bərabərliyi və ədalətlilik prinsiplərinə uyğun olmadığı kimi, mahiyyətcə razılaşmanı nəzərdə tutan müqavilə anlayışının təbiətinə də zidd olardı.
60. Eyni zamanda kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən cavabdehdən 31.333 manat məbləğində icarə haqqının tutulması hissəsində gəlinmiş nəticə iş materiallarına və ödəniş sənədlərinə uyğun olduğundan, apellyasiya şikayətinin həmin hissədə dəlilləri əsassızdır.
61. cavabdeh2 MMC-nin iddiası üzrə qanunsuz müdaxilənin qarşısının alınması və maddi ziyanın ödənilməsi tələblərinə münasibətdə kollegiya qeyd edir ki, cavabdeh tərəfindən klinikanın fəaliyyətinə maneələr törədilməsi, habelə maddi ziyanın məhz cavabdehlərin hərəkətləri nəticəsində yaranması mötəbər və kifayət edən sübutlarla təsdiq edilməmişdir. Təqdim olunmuş izahatlar və dəlillər iddia tələbinin təmin edilməsi üçün kifayət etmir. Buna görə cavabdeh2 MMC-nin iddiasının rədd edilməsi hissəsində birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır.
62. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi “müqavilənin ləğv edilmiş hesab edilməsi, qeyri-yaşayış sahəsinin boşaldılması və təhvil verilməsi” hissəsində ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilməklə iddia rədd olunmalı, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
63. Apellyasiya şikayəti üçün ödənilən dövlət rüsumunun məbləği apellyatorun özünə aid olunmalıdır. Nəzərə alınmalıdır ki, məhkəmə xərclərinin bölüşdürülməsi məsələsi prosessual qanunvericiliklə tənzimləndiyindən, bununla bağlı qərar qəbul edərkən məhkəmə, müvafiq tələbin olub-olmamasına bağlı deyildir.
64. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDI:
cavabdeh2 MMC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin *-*(***)-****/**** nömrəli kommersiya mübahisəsi üzrə ##.##.2025-ci il tarixli qətnaməsi “##.##.2024-cü il tarixli icarə müqaviləsinin ləğv edilmiş hesab edilməsi, ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin ##.##.2024cü il tarixli icarə müqaviləsi üzrə predmeti olan 2.500 kv.m sahəsi cavabdeh2 Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən boşaldılaraq, həmin qeyri-yaşayış sahəsindən çıxarılması və qeyri-yaşayış sahəsinin “xxxx" Kiçik Müəssisəsinə təhvil verilməsi” hissəsində ləğv edilsin. Həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilsin. Iddiaçı "xxxx" Kiçik Müəssisəsinin cavabdeh cavabdeh2 Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı ##.##.2024-cü il tarixli icarə müqaviləsinin ləğv edilməsi, cavabdeh2 Məhdud Məsuliyyətli Cəmiyyətinin ona məxsus olan bütün əşya və avadanlıqlarla birlikdə ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binasının icarədə olan 2.500 kv.m. sahəsindən çıxarılması, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binasının icarədə olan 2500 kv.m sahəsinin tam boşaldılması və “xxxx” Kiçik Müəssisəsinə təhvil verilməsi barədə” iddia tələbi təmin edilməsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər.