Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2-2(3-6)-235/2026 01.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası Qətnamə İddiaçı İddiaçı MMC-nin cavabdeh “İxtisaslaşdırılmış Kəndtikinti” ASC-yə qarşı “əmlakların və ya onların dəyərinin verilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə (Açar sözlər: əmlakın qanunsuz sahiblikdən geri tələb olunması,sübutetmə vəzifəsi) hakimlər X7 (sədrlik edən və məruzəçi), X2 və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, Məhərrəmova Günel Elman qızının katibliyi, iddiaçı İddiaçı MMC-nin nümayəndəsi (vəkili) vəkil1, cavabdeh “İxtisaslaşdırılmış Kəndtikinti” ASC-nin nümayəndəsi (vəkili) Bağırov Şücaəddin İbrahim oğlunun iştirakları ilə, iddiaçı İddiaçı MMC-nin cavabdeh “İxtisaslaşdırılmış Kəndtikinti” ASC-yə qarşı “əmlakların və ya onların dəyərinin verilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları
1. “İxtisaslaşdırılmış Kəndtikinti” ASC (icarəyə verən) ilə İddiaçı MMC (icarəçi) barasında ##.##.2022-ci il tarixli icarə müqaviləsi bağlanmışdır. Müqavilənin: 1.1-ci maddəsinə əsasən Bakı şəhəri, Biləcəri qəsəbəsi A.Zeynallı 6 ünvanında yerləşən 1-ci tərəfə məxsus 580 kv.m (əsas 500 kv.m köməkçi 80 kv.m) qeyriyaşayış sahəsinin 2-ci tərəfə bu müqavilədə nəzərdə tutulan şərtlərlə dəmir qapı istehsalı üçün icarəyə verilir ki, bu da icarə müqaviləsinin predmentini təşkil edir. 2.1-ci maddəsinə əsasən obyekt ##.##.2022-ci il tarixdən 1-ci tərəfdən 2-ci tərəfə təhvil verilir və müqavilə ##.##.2023-cü il tarixədək qüvvədə qalır.
2. İddiaçı MMC (alıcı) ilə “xxxx” MMC (satıcı) arasında ## #### 2022- ci il tarixli **-**** nömrəli alqı-satqı müqaviləsi imzalanmışdır.
3. Alqı-satqı müqaviləsinə *** №-li ##.##.2022-ci il tarixli Əavəyə-Qiymət Razılaşma protokoluna əsasən tərəflər arasında malların (press, electromechanical Guillotine shear və s.) ümumi qiyməti 90270 manat məbləğində razılaşdırılmışdır.
4. ##.##.2022-ci il tarixli təhvil-qəbul aktına əsasən “xxxx” MMC tərəfindən İddiaçı MMC-yə 90270 manat məbləğində mallar təhvil verilmişdir.
5. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Əməliyyat-İstintaq İdarəsi tərəfindən İddiaçı MMC-yə ünvanlanmış # ####### 2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, ünvan 1 ünvanında yerləşən, “İxtisaslaşdırılmış Kəndtikinti” ASC-yə məxsus qeyri-yaşayış sahəsində saxlanılan, İddiaçı MMC-yə məxsus malların sözügüdən ünvandan çıxarılmasına etiraz edilmədiyi bildirilmişdir.
6. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin cinayət işi ilə bağlı **/**** nömrəli ##.##.2025-ci il tarixli ekspert rəyinə əsasən qərarın birinci və ikinci sualları üzrə: Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Asəf Zeynallı küçəsi 6 ünvanında yerləşən “İxtisaslaşdırılmış Kəndtikinti” ASC-yə məxsus qeyri-yaşayış sahəsində baş vermiş yanğının mənbəyi İddiaçı MMC-nin istifadəsində olan sahəyə giriş qapısından daxil olduqda bir qədər sağda yerləşən toz-boya sobasının üst hissəsində olmuşdur. Yanğın mənbə zonasından keçən və gərginlik altında olan elektrik xətlərində yaranmış qısa-qapanma nəticəsində yaxınlıqda yerləşən yanar materialların alışmasından baş vermişdir. Qərarın üçüncü sualı üzrə: Baş vermiş hadisə ilə əlaqədar “Elektrik qurğularının quraşdırılması Qaydası”-nın 2.1.1.15, 2.1.2.3 bəndlərinin və «Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları»nın (YTQ N201-2001) 6.1, 6.2 bəndlərinin tələbləri pozulmuşdur. Qeyriyaşayış sahəsində elektrik qurğularının müvafiq norma və qaydaların tələblərinə uyğun olaraq quraşdırılıb istismar edilməsini, eləcə də elektrik qurğularını yanğın və alışmaya gətirib çıxaran təhlükəli amillərdən mühafizəedici aparatlarla təmin etmədiyinə görə, “Elektrik qurğularının quraşdırılması Qaydası”nın 2.1.1.15, 2.1.2.3, bəndlərinin və «Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları»nın (YTQ №**-2001) 6.1, 6.2 bəndlərinin tələbləri yanğın baş vermiş sahədə elektirik qurğularının texniki cəhətdən saz vəziyyətdə saxlanılmasına və yanğın təhlükəsizliyinə cavabdeh olan şəxs tərəfindən pozulmuşdur.
7. “xxxx” MMC tərəfindən verilmiş ## #### 2025-ci il tarixli ***/E №-li mütəxəsis rəyinə əsasən sifarişçi X3 tərəfindən qiymətləndirilməsi xahiş olunan 20 adda (X1 200 tonluq, 11 ədəd müxtəlif ölçülü pres qəlibləri, 50 tonluq pres avadanlığı və sair) əmlakların ümumi bazar dəyəri 461000 manat müəyyən edilmişdir.
8. ## #### 2025-ci il tarixli İttiham Aktına əsasən İddiaçı MMC-nin direktoru X4 təqsirləndirilir ondan ötrü ki, o, İddiaçı MMC-də üzərinə yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi vəzifəsi qoyulduğu halda bu qaydaları pozmuş və zərər çəkmiş şəxslərə ehtiyatsızlıqdan ağır nəticələrə səbəb olan maddi ziyan vurmuşdur. X4 bu hərəkətləri ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 225.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir.
9. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli 1(001)- ***/**** saylı qərarına əsasən X4 AR CM-nin 225.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət şi üzrə zərər çəkmiş hüquqi şəxslər “İxtisaslaşdırılmış kəndtikinti ASC-nin və “xxxx” MMC-nin təqsirləndirilən şəxs X4 qarşı mülki iddia ərizələri məhkəmənin icraatına qəbul edilmişdir.
10. Bakı Kommersiya Məhkəməsinin e-**(***)-***/**** saylı ##.##.2025-ci il tarixli qərardadına əsasən ərizəçi İddiaçı MMC-nin müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizəsi qismən təmin edilərək ünvan 2 ünvanında yerləşən 1 ədəd 200 tonluq X1, 11 ədəd müxtəlif ölçülü pres qəlibləri, 1 ədəd 50 tonluq pres avadanlığı, 1 ədəd 100 tonluq pres avadanlığı, 1 ədəd Gelatin 3mt dəzgahı, 1 ədəd 45 dərəcə kəsim dəzgahı, Cnc mdf dəzgah, 1 ədəd taxta(mdf) üzərində naxış açmaq üçün dəzgah, 1 ədəd yatar mişar, 1 ədəd 500 lt-lik kompressor, 1 ədəd toz-boya peçi 6mt, 6 ədəd kontakt qaynaq dəzgahı, 8 ədəd CO2 balonu, 100 ədəd qapı istehsalında istifadə edilən mdf list, 40 ədəd tam satışa hazır qapı, 55 ədəd mənzil qapısı üçün xammal, 30 ədəd yanğından mühafizə şitinin qapısı, ambardakı qapı aksesuarları və kiçik alətlər, 105 ədəd qapı hazırlanması üçün hazır mdf list və 2 ədəd həcmi 2000 lt olan dizel yanacağı saxlanc çəni əmlaklarının üzərinə həbs qoyulması qərara alınmışdır.
11. Bakı Kommersiya Məhkəməsinin ##.##.2025-ci il tarixli e-**-(***)-***/**** saylı icra sənədinin icrası ilə əlaqədar Binəqədi rayon İcra şöbəsinin icra məmuru tərəfindən tərtib edilmiş ##.##.2025-ci il tarixli Akta qeyd edilmişdir ki, icra sənədinin icrası ilə əlaqədar Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Asəf Zeynallı küçəsi 6 ünvanına baxış keçirilən zaman icra vərəqəsində qeyd olunan əmlakları aşkar etmək mümkün olmadı. Borclunun nümayəndəsi qeyd etmişdir ki, icra vərəqəsində göstərilən əmlakar yanğın vaxtı tam məhv olmuşdur.
Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı
12. İddiaçı İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “xxxx” MMC-yə məxsus,1 ədəd X1 200 tonluq, 11 ədəd Müxtəlif ölçülü pres qəlibləri, 1 ədəd 50 tonluq pres avadanlığı, 1 ədəd 100 tonluq pres avadanlığı, 1 ədəd Gelatin 3 mt dəzgahı, 1 ədəd 45 dərəcə kəsim dəzgahı, Cnc mdf, 1 ədəd taxta (mdf) üzərində naxış açmaq üçün dəzgah, 1 ədəd yatar mişar, 1 ədəd kompressor 500 ltlik, 1 ədəd toz-boya peçi 6 mt, 6 ədəd kontakt qaynaq dəzgahı, 8 ədəd CO2 balonu, 100 ədəd Qapı istehsalında istifadə edilən mdf list, 40 ədəd tam satışa hazır qapı, 55 ədəd mənzil qapısı üçün xammal, 30 ədəd yanğından mühafizə şitinin qapısı bunlardan əlavə olaraq anbarın kənarına yığılmış 105 ədəd, qapı hazırlanması üçün hazır mdf list və 2 ədəd hər birnin həcmi 2000 lt olan dizel yanacağı saxlanc çəninin, cavadeh ”İxtisaslaşdırılmış Kəntikinti” ASC-nin qanunsuz sahibliyindən azad olunaraq iddiaçıya təqdim ediməsi, əmalkın təhvil verilməsi mümkün olmadıqda dəyərinin müəyyən edilərək, məbləğin cavadehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
13. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iş üzrə cavabdeh “İxtisaslaşdırılmış Kəndtikinti” ASC ilə aralarında qarşılqılı azad iradə ifadəsi gösərtilməklə imzalanmış icarə müqaviləsi əsasında cavabdehə məxsus sahədə mebel (taxta qapı) isehsalı fəaliyyəti ilə məşğul olublar. Cavabdeh şəxslə müqavilə müddətində müki hüquqi müstəvidə münasibətləri daimi normal olmuş, müqaviləyə əlavə edilmiş qiymət razılaşdırılması əsasında öhdəliklərini vaxtında yerinə yetirərək icarə haqqını ödəyiblər. Cavabdehə məxsus ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsində ## ######## 2024-cü il tarixdə yanğın hadisəsi baş vermişdir. Baş vermiş yanğın hadisəsi nəticəsində Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Əməliyyat İstintaq İdarəsində araşdırma aparılır. Yanğın baş verən zaman təhlükəsizlik tədbirləri ilə əlaqədar həmin əraziyə daxil olmağımız məhdudllaşdırıldığından yanğından zərər görməyən avadanlıq və müəyyən qədər xammal həmçinin satışa yararlı hazır istehsal olunmuş əşya və əmlakalrımızın təxliyyəsi mümkün olmamışdır. Yanğın baş verən vaxtı həmin qeyri-yaşayış sahəsində iddiaçıya məxsus olan əmlaklar: · X1 200 tonluq 1 ədəd · Müxtəlif ölçülü pres qəlibləri 11 ədəd · 50 tonluq pres avadanlığı 1 ədəd · 100 tonluq pres avadanlığı 1 ədəd · Gelatin 3mt dəzgahı 1 ədəd · 45 dərəcə kəsim dəzgahı 1 ədəd · Cnc mdf dəzgah 1 ədəd · Taxta(mdf) üzərində naxış açmaq üçün dəzgah 1 ədəd · Yatar mişar 1 ədəd · Kompressor 500 lt-lik 1 ədəd · Toz-boya peçi 6mt 1 ədəd · Kontakt qaynaq dəzgahı 6 ədəd · CO2 balonu 8 ədəd · Qapı istehsalında istifadə edilən mdf list 100 ədəd · Tam satışa hazır qapı 40 ədəd · Mənzil qapısı üçün xammal 55 ədəd. Yanğından mühafizə şitinin qapısı 30 ədəd, Ambardakı qapı aksesuarları və kiçik alətlərə Yuxarıda qeyd olunanlardan əlavə olaraq icrarəyə götürülnən anbarın kənarına, lakin, İxtisaslaşdırılmış Kəndtikinti ASC-nin ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin ərazisində · Qapı hazırlanması üçün hazır mdf list 105 ədəd · Həcmi 2000 lt olan dizel yanacağı saxlanc çəni 2 ədəd ibarət olmuşdur. Yanğın baş verdikdən sonra hadisə yerinə baxış keçirilən zaman yanğından zərər görməyən iddiaçıya məxsus əmlakların orada olduğu müəyyən olunmuşdur. Həmçinin bunu sübut edən digər hal, istintaq orqanı tərəfindən tərtib edilmiş ## ######## 2024-cü il tarixli “hadisə yerinə baxış keçirilməsinə dair” protokoludur. Həmin protkolda əmlaklar barədə məlumatlar öz əksini tapmışdır. Lakin iş üzrə cavadeh qərəzli şəkildə həmin əmlakların tərəflərindən götürülərək mühafizə olunan saxlanca qoyulmasına razılıq verməmişdir. Həmçinin qeyd etmək istəyir ki, həmin ərazidə işləyən fəhlələrdən aldıqları məlumatlara əsasən, həmin müəssisədə təmir getdiyi üçün əmlakları çıxarıb çölə qoymuşlar və yağış, gün və s. amillər əmlaklarına zərər vurmuşdur. Buna dair istintaq orqanına müraciətləri əsasında Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Əməliyyat İstintaq İdarəsi tərəfindən 0# ####### 2024-cü il tarixdə iddiaçıya məxsus əmlakların İxtisaslaşdırılmış Kəndtikinti ASC-nin ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsindən götürülməsinə etiraz etməmələrinə dair N-*-**-**/*-****/**** saylı məktub verilmişdir. Həmin məktub əsasında sözügedən ünvana təkrarən getmiş, məktub təqdim edilməklə onlara məxsus olan əmlakların götürülməsinə şərait yaradılması üçün danışıqlar aparılmışdır. Lakin yenə də cavabdeh hüquqi şəxsin əməkdaşları tərəfindən maneələr törədilmiş, əmlakların orada olmadığını əsas gətirərək təhvil verməkdən imtina etmişdirlər. Hesab edir ki, cavadeh tərəfindən törədilən əməl qərəzli formada edilməklə, qanunazidd törədilmiş əməl kimi qiymətləndirilməklə özgə əmlakını qanunsuz sahiblənmişdir. AR Konstitusiyasının 13-cü maddəsinə əsasən: Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Bu isə Azərbaycan Respubliaksının Konstitusiya və qanunları ilə müdafiə olunan, mülkiyyətçiyə məxsus hüquqların istifadəsinin məhdudlaşdırılmasına həmçinin qanunsuz sahibliyinə keçriməsi kimi qiymətləndirilməklə hüquqazidd əməl kimi qiymətləndirilir. AR Mülki Məcəlləsinin 157-ci maddəsinə əsasən: Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Bundan başqa cavadeh tərəfindən törətdilən maneə (əməl) AR Mülki Məcəlləsinin 164-cü maddəsində nəzərdə tutulmuş Sahibliyin Müdafiəsi maddi hüquq normasına məhəl qoymamaq kimi qiymətləndirlir. AR Mülki Məcəlləsinin 164-cü maddəsinə əsasən: Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. Sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Sahiblikdən məhrumetmə faktik sahib və ya onun hüquq sələfi barəsində səhv addım olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə iddia istisna edilir.
14. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, “xxxx" MMC-yə məxsus 1 ədəd 200 tonluq X1 aparatının, 11 ədəd Müxtəlif ölçülü pres qəliblərinin, 1 ədəd 50 tonluq pres avadanlığının, 1 ədəd 100 tonluq pres avadanlığının, 1 ədəd Gelatin 3 mt dəzgahının, 1 ədəd 45 dərəcə kəsim dəzgahının, 1 ədəd Cnc mdf aparatının, 1 ədəd taxta (mdf) üzərində naxış açmaq üçün dəzgahın, 1 ədəd yatar mişarın,: 1 ədəd 500 It-lik kompressorun, 1 ədəd toz-boya peçi 6 mt- nln, 6 ədəd kontakt qaynaq dəzgahının, 8 ədəd G02 balonunun, 100 ədəd Qapı stehsalında istifadə edilən mdf listin. 40 ədəd tam satışa hazır qapının, 55 ədəd mənzil qapısı üçün xammalın, 30 ədəd yanğından mühafizə şitinin qapısının, 105 ədəd qapı hazırlanması üçün hazır mdf Nstm. ambardakı qapı aksesuarları və kiçik alətlərin və 2 ədəd hər bimin həcmi 2000 it olan dizel yanacağı saxlanc çəninin cavabdeh “İxtisaslaşdırılmış Kəntikinti" ASC-nin qanunsuz sahibliyindən azad olunaraq iddiaçıya təqdim ediməsi, əmalkın bır qisminin və ya hamısının təhvil verilməsi mümkün olmadıqda “xxxx" MMC-yə məxsus 1 ədəd 200 tsjsnluq X1 aparatının qarşılığı olaraq 120000 (bir yüz iyirmi min) azn, 11 ədəci müxtəlif ölçülü pres qəliblərinin qarşılığı olaraq 40000 (qırx min) azn, 1 ədəd 50 tonluq pres avadanlığının qarşılığı olaraq 15000 (on beş min) azn, 1 ədəd 100 tonluq pres avadanlığının qarşılığı olaraq 20000 (iyirmi min) azn, 1 ədəd Gelatin 3 mt dəzgahının qarşılığı olaraq 44000 (qırx dörd min) azn, 1 ədəd 45 dərəcə kəsim dəzgahının qarşılığı olaraq 10000 (on min) ğzn. 1 ədəd Cnc mdf aparatının qarşılığı olaraq 25000 (iyirmi beş min) azn. 1 ədəd taxta (mdf)! üzərində naxış açmaq üçün dəzgahın qarşılığı olaraq 15000 (on beş min) azn, 1 ədəd yatar mişarın qarşılığı olaraq 7500 (yeddi min beş yüz) azn, 1 ədəd 500 It-lik kompressorun qarşılığı olaraq 2500 (iki min beş yüz), 1 ədəd toz-boya peçi 6 mt-nin qarşılığı olaraq 35000 (otuz beş min) azn, 6 ədəd kontakt qaynaq dəzgahının qarşılığı olaraq 13000 (on üç min) azn, Ə ədəd Ç02 balonunun qarşılığı olaraq 1500 (bir min beş yüz) azn, 100 ədəd Qapı istehsalında istifadə edilən mdf listın qarşılığı olaraq 7500 (yeddi min beş yüz) azn, 40 ədəd tam satışa hazır qapının qarşılığı olaraq 18000 (on səkkiz min) azn, 55 ədəd mənzil qapıs» üçün xammalın qarşılığı olaraq 22000 (iyirmi iki min) azn. 30 ədəd yanğından mühafizə şitinin qapısının qarşılığı olaraq 12000 (on iki min) azn, 105 ədəd qapı hazırlanması üçün hazır mdf listin qarşılığı olajraq 11000 (on bır min) azn, ambardakı qapı aksesuarları və kiçik alətlərin qarşılığı olaraq 40000 (qırx min) azn və 2 ədəd hər bimin həcmi 2000 İt olan dizel yanacağı saxlanc çəninin qarşılığı olaraq 2000 (iki min) azn pul məbləğinin cavabdeh “İxtisaslaşdırılmış Kəntikıntı" ASC-dən tutularaq iddiaçı “xxxx" MMC-yə ödənilməsi barədə qətnamə qəbui edilməsini xahiş etmişdir.
15. Cavabdehin etirazı onunla əsaslandırılmışdır ki, hazırda “xxxx” MMC-nin barəsində yuxarıda qeyd oluna yanğın hadisəsi ilə bağlı cinayət işi Binəqədi Rayon Məhkəməsinin icaatındadır. İddaçının iddia ərizəsində qeyd olunur ki, yanğın baş verdikdən sonra hadisə yerinə baxış keçirilən zaman yanğından zərər görməyən onlara məxsus əmlakların orada olduğu müəyyən olunmuşdur. Həmçinin bunu sübut edən digər hal, istintaq orqanı tərəfindən tərtib edilmiş ## ######## 2024-cü il tarixli “hadisə yerinə baxış keçirilməsinə dair” protokoludur. Həmin protkolda əmlaklar barədə məlumatlar öz əksini tapmışdır. Bildirmək istəyirik ki, cinayət işinin materillarında ## ######## 2024-cü il tarixli “hadisə yerinə baxış keçirilməsinə dair” protokolda hər hansı bir əmlaklar barəsində məlumat qeyd edilməyib. Əgər baxış protokolunda əmlaklar barəsində məlumat varsa təqdim etsinlər. Bundan əlavə iddai ərizəsində qeyd olunmuşdur ki, istintaq orqanına müraciəti əsasında Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Əməliyyat İstintaq İdarəsi tərəfindən 0# ####### 2024-cü il tarixdə onlara məxsus əmlakların İxtisaslaşdırılmış Kəndtikinti ASC-nin ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsindən götürülməsinə etiraz etməmələrinə dair N-*-**-**/*-****/**** saylı məktub verilmişdir. Bildirmək istəyirik ki, “xxxx” MMC-nin barəsində Binəqədi Rayon Məhkəməsinin icaatında olan cinayət işinin mareriallarında və ittiham aktının təsviri əsaslandırcı hissəsində “xxxx” MMC-nin rəhbəri X5 ifadəsndə bildirmişdir ki, hadisə zamanı “xxxx” MMC-yə məxsus avadanlıqlar, dəzgahlar materiallar yangın təsirinə məruz qalaraq məhv olmuşdur. Maraqlısı budur ki, artıq movcud olmayan əmlakı barəsində iddaçı tərəf belə bir tələb irəli sürümüş heç bir məntiqə sığmır. Bundan əlavə iddia ərizəsində qeyd olunmuşdur guya iş üzrə cavadeh qərəzli şəkildə həmin əmlakların cavabdeh tərəfindən götürüələrək mühafizə olunan saxlanca qoyulmasına razılıq verməmişdir. Həmçinin qeyd etmək istəyirik ki, həmin ərazidə işləyən fəhlələrdən aldıqları məlumatlara əsasən, həmin müəssisədə təmir getdiyi üçün əmlakları çıxarıb çölə qoymuşlar və yağış, gün və s. amillər əmlaklarına zərər vurmuşdur. Buna dair istintaq orqanına müraciətləri əsasında Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Əməliyyat İstintaq İdarəsi tərəfindən 0# ####### 2024-cü il tarixdə onlara məxsus əmlakların İxtisaslaşdırılmış Kəndtikinti ASC-nin ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsindən götürülməsinə etiraz etməmələrinə dair N-*-**-**/*-****/**** saylı məktub verilmişdir. Diqqət yetirsək iddiaçının istinad etdyi Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Əməliyyat İstintaq İdarəsi tərəfindən 0# ####### 2024-cü il tarixdə onlara məxsus əmlakların İxtisaslaşdırılmış Kəndtikinti ASC-nin ünvan 2 ünvanında yerləşən qeyriyaşayış sahəsindən götürlməsi ilə bağlı məktub verilməsinə münasibətdə onu qeyd etmək olar ki, həmin məktubda hansı əmlakların, onların siyahısı, hansı sənədlər əsasında onlara məxsus olması cinayət işi üzrə baxış protolunda bu barədə bir kəlmə də qeyd olunmamışdır. Belə oan halda burada hansı əmlakın qaytarılmasından söhbət gedə bilər. Çünki həmin əmlaklar iddaçının cavabdeh olduğu yanğın nətiçəsində məhv olmuş və bununla bağlı onun barəsində hazırda cinayət işi Binəqədi Rayon Məhkəməsinin icaatındadır. Bundan əlavə iddia ərizəsində iddaçının deməsinə görə həmin ərazidə işləyən fəhlələrdən aldıqları məlumatlara əsasən, həmin müəssisədə təmir getdiyi üçün əmlaklarını çıxarıb çölə qoymuşlar və yağış, gün və s. amillər əmlaklarına zərər vurmuşdur. Məhkəmənin qiddətinə çatdırmaq istəyirik ki, həmin halı təsdiq edən hər hansı sənəd, foto şəkil, subut iş materillarına əlavə edilməmişdir. İddia ərizəsində bu halı təsdiq edən hər hansı bir dəlilər və subutlar iş materillarına əlavə edilməmişdir. Bundan əlavə iş materillarna qiymətləndirmə şirkəti tərəfindən rəy əlavə edilmişdir. Həmin rəydə artiq yanğın nətiçəsində məhv olmuş və movcud olmayan əmlaklarının qiymətləndirilməsi öz əksinin tapmışıdır. Maraqlısı budur ki, qiymətləndirmə şirkətinin mütəxəssisi öz rəyində artıq movcud olmayan məhv olunmuş əmllakların dəyərinin necə müəyyən edib. Bu hal böyük bir sual atındadır. MPM-nin 14.2-ci maddəsinin tələbinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-nin 77.1-ci maddəsinin tələbinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
16. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun çıxış edərək iddianın təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, videogörüntülərdən bəlli olur ki, əmlaklar həmin ərazidədir. İddiaçı cavabdehə bildirmiş ki, əmlak nə vəziyyətdə olur-olsun qəbul edirlər. Keçən məhkəmə iclasında cavabdeh tərəf özü də əmlakları atdığını etiraf etmişdir. İcra məmurunun aktından da görünür ki, əmlaklar yerində olmamışdır. Əmlaklara aid gömrük bəyənnamələri də mövcud olmuşdur və həmin əmlaklar iddiaçının balansına oturmuşdur. Bütün sənədlərlə sübut olunur ki, İddiaçı MMC-nin fəaliyyət yeri həmin ərazidir və əmlakları həmin ərazidədir. 11 ay gecikdirilmiş müddətində iddiaçı dayanmamış, müvafiq prosessual əməliyyatları həyata keçirmişdir.
17. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraz ərizəsinin məzmununa uyğun çıxış edərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, iddiaçının qeyd etdiyi hallar dəqiq deyil və sözdən ibarətdir. Əmlakın orda olması halı da tam müəyyən deyil. Həmin videoda olan avadanlıqlarının markası, adı və s. bəlli deyil. Cavabdeh 6 ay müddətində ordan əmlak götürməmişdir. İddiaçı özü yanğın ərazisinə giriş-çıxış edib, 3 gün sonra video çəkə bilibsə, istəseydi əmlakları da götürə bilərdi. Tərəfin 11 aydan sonra belə bir iddia qaldırması məntiqsizdir. Əmlakların götürülməsinə iddiaçı tərəfə heç bir maneə yaradılmamışdır, cavabdeh əmlakın gözətçiliyini etməmişdir. Əmlakı olan başqa şirkətlər də öz əmlaklarını gəlib götürmüşdür. Əmlakların gömrükdən keçirilməsi faktına etiraz etmirlər, amma iddiaçının bəlkə başqa yerdə də ərazisi olmuşdur, bu hal cavabdehə bəlli deyil. İddiaçının qeyd etdiyi avadanlıqların mənşəyi də bəlli deyil. Bütün bunlara əsasən iddianın rədd edilməsini xahiş edir.
18. Birinci instansiya məhkəməsinin ##.##.2025-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir.
19. Məhkəmə gəldiyi nəticəni aşağıdakı kimi əsaslandırmışdır:
Məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, iddiaçı ilə cavabdeh arasında müqavilə əsasında icarə münasibətləri mövcüd olmuşdur. Cavabdeh tərəfindən qeyriyaşayış sahəsi iddiaçı şirkətin istifadəsinə verilmişdir. 2024-cü ilin sentyabr ayında cavabdehə məxsus qeyri-yaşayış sahəsində yanğın hadisəsi baş vermişdir, hadisə üzrə təqsirləndirilən şəxs qismində hazırkı iş üzrə iddiaçı İddiaçı MMC-nin direktoru X4 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 225.2-ci maddəsi ilə cinayət işi açılmış, hazırda cinayət işi Binəqədi Rayon Məhkəməsinin icraatındadır. Digər şirkətlər ilə bərabər hazırkı iş üzrə cavabdeh “İxtisaslaşdırılmış Kəndtikinti” ASC cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmış və “İxtisaslaşdırılmış Kəndtikinti” ASC-nin X4 qarşı olan 501.220 manat dəyərində mülki iddiası ##.##.2025-ci il tarixində cinayət işi üzrə icraata qəbul edilmişdir. Daha sonra İddiaçı MMC hazırkı iddia ərizəsi ilə ##.##.2025-ci il tarixində Bakı Kommersiya Məhkəməsinə müraciət edərək iddiada sadalanan əmlakların cavabdeh tərəfindən geri təhvil verilməsi, geri təhvil verilməsi mümkün olmadıqda onların dəyərinin ödənilməsini xahiş edir. Cavabdeh isə iddia ərizəsində qeyd edilənlərə əsasən iddianın rədd edilməsini xahiş edir. İlk əvvəl nəzərə almaq lazımdır ki, hazırkı işdə olduğu kimi, əşyaların tələbi ilə bağlı hallarda, ümumi qaydaya müvafiq olaraq – “sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür” prinsipi tətbiq edilir. Bu isə öz növbəsində aşağıdakıları nəzərdə tutur, başqa sözlə, iddiaçı sübut etməlidir ki: Birincisi, tələb olunan əşya mövcuddur; - İkincisi, tələb edilən əşya iddiaçıya məxsusdur; - Üçüncüsü, tələb edilən əşya cavabdehdədir; - Dördüncüsü, tələb edilən əşyanı cavabdehin saxlaması qanunsuzdur, başqa sözlə, o, qanunsuz sahibdir. Yalnız qeyd olunan bu halların, həm də hamısının sübut edilməsi iddianın təmini üçün əsas ola bilər. Həm də nəzərə almaq lazımdır ki, bu vaxt sübutetmə ardıcıllığı mühüm əhəmiyyət kəsb edir və bu ardıcıllıq əşyanın mövcudluğundan başlayıb, cavabdehin onun saxlamasının qanunsuz olması istiqamətində həyata keçirilməlidir. Məlum məsələdir ki, iddiaçı yalnız mövcudluğu sübut olunan əşyanın qaytarılmasını tələb edə bilər, əks təqdirdə digər halların yoxlanılması zərurəti aradan qalxır. Tələb olunan əşyanın mövcudluğu sübut olunduqdan sonra iddiaçı həmin əşyanın ona məxsusluğunu sübut etməlidir. Çünki özgənin qanunsuz sahibliyindən əşyanı yalnız mülkiyyətçi və ya qanuni sahib tələb edə bilər (Mülki Məcəllə, maddə 157.2, 157.8, 164.2). Əşyanın mövcudluğunu və özünə məxsus olduğunu sübut etmiş iddiaçı, növbəti mərhələdə tələb olunan əşyanın məhz cavabdehdə olmasını, başqa sözlə, cavabdehin həmin əşyanı özündə saxlamasını sübut etməlidir. Hazırkı iş üzrə iddiaçı iddiasına əsasən cavabdehdən tələb etdiyi avadanlıqlar və mallara münasibətdə tələblərini yuxarıda qeyd olunan qaydada sübuta yetirə bilməmişdir. Belə ki, məhkəməyə hər iki tərəfin təqdim etdiyi foto və video görültüləndən və cinayət işi üzrə toplanmış sübutlardan görünür ki, 2024-cü il tarixində geniş miqyaslı yanğın hadisəsi baş vermişdir və cavabdehə məxsus qeyri-yaşayış sahəsinin və onun daxilində mövcüd olan əmlaklar yanğın nəticəsində məhv edilmişdir. İddiaçı iddia ərizəsində qeyd edilən əmlakların mövcüdluğuna dair hər-hansı mötəbər və təkzibolunmaz sübutu məhkəməyə təqdim edə bilməmişdir. Hazırkı iş üzrə məhkəmə gedişatı zamanı Bakı Kommersiya Məhkəməsinin qərardadına əsasən icra məmuru tərəfindən tərtib edilmiş aktdan müəyyən edilir ki, yanğının baş verdiyi ərazidə iddia ərizəsində qeyd edilən heç bir əmlak aşkar edilmədi. İddiaçının fləş-kart daşıyıcıda məhkəməyə təqdim etdiyi video görüntüyə münasibətdə isə məhkəmə qeyd edir ki, birincisi, həmin videonun dəqiq olaraq nə vaxt çəkilməsi qeyri-müəyyəndir (yanğından sonra olması bəllidir), ikincisi, videoda görünən cəmi bir avadanlığın iddia ərizəsində tələb edilən hansı əmlakın olmasının (identifikasiyası) müəyyən edilməsi qeyrimümkündür, üçüncüsü, hazırda da həmin əmlakın mövcüd olması və ya məhz cavabdehdə olması hər hansı sübut ilə öz təsdiqi tapmamışdır. Cavabdehin nümayəndəsi də həmin videogörüntüyə münasibət bildirərək qeyd etmişdir ki, “yanğından sonra ərazidən sağlam əmlakın çıxması mümkünsüzdür. Həmçinin yanğından sonra müəssisənin qapıları açıq qalmışdır və əmlakı olan şəxslər yararlı qalan mallarını götürüb aparmışdır. İddiaçı 1,5 il keçdikdən sonra əmlakını xatırlayıb hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir, bu vaxta qədər maraqlanmamışdır, lakin vaxtında gedib əgər qalmışdırsa əmlakını ərazidən götürə bilərdi. Hazırda həmin əmlaklar sadəcə kül formasında qalmışdır. Həmin videogörüntünün hansı şəraitdə çəkildiyini bilmirlər. Müəssisə hələ də fəaliyyət göstərmir. Düşünürlər ki, iddiaçı öz əmlaklarını gəlib götürmüşdür. Panellər uçmuş, yanıb tökülmüşdür. Yanğından sonrakı 6 ay ərzində cavabdeh şirkət əraziyə müdaxilə etmədi. xxxx firması da yanğından sonra öz əmlaklarını götürmüşdür. Əmlakı olan icarədarlar əmlaklarını götürmək üçün icazə aldıqda Fövqəladə Hallar Nazirliyi tərəfindən əraziyə buraxılırdı. Daha sonra cavabdeh şirkətin tapşırığına və müvafiq dövlət orqanlarının icazələrini aldıqdan sonra zibillər daşınmışdır və bu prosesə fəhlələr nəzarət edirdi”. Beləliklə, məhkəmə hesab edir ki, qətnamənin 25-ci paraqrafında qeyd edilən dörd haldan birincisini (tələb olunan əşya mövcuddur) mövcüdluğunu iddiaçı sübuta yetinə bilmədiyi üçün, digər üç hallar (tələb edilən əşya iddiaçıya məxsusdur, tələb edilən əşya cavabdehdədir, tələb edilən əşyanı cavabdehin saxlaması qanunsuzdur, başqa sözlə, o, qanunsuz sahibdir) üzrə də hərtərəfli araşdırmanın aparılması zərurəti də aradan qalxmış olur. İddiaçının təqdim etdiyi sübutlar kifayət qədər güclü, aydın və konkret olmadığından, eləcə də təkzibolunmazlıqla bağlı tələbə cavab vermədiyindən, həmin sübutlar iddiada göstərilən əmlakların verilməsi barədə iddianın təmin edilməsi üçün yetərli hesab edilə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun A.Şoşanovun şikayəti üzrə 2015-ci il ## ###### tarixli və F.Şirinovun şikayəti üzrə 2016-cı il ## ###### tarixli Qərarlarında göstərilmişdir ki, məhkəmə tərəfindən həqiqətə nail olunması üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şəraitin yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi və bununla da qəbul edilən məhkəmə aktlarının qanunilik və əsaslılıq meyarlarına cavab verməməsi bu aktların əsaslı olmasını şübhə altına alır. MPM-in 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (76.2-ci maddə). Göründüyü kimi iddiaçı iddia ərizəsində bir sıra dəlillər irəli sürməsi, həmin faktlarını məhkəmədə müdafiə etməsi, onun hazırkı mübahisə predmeti üzrə haqlı olması anlamına gəlməməlidir. Məhkəmə qeyd edir ki, MPM-də çəkişmə prinsipi və bir başa göstərilməyən, lakin nəzərdə tutulan dispozitivlik prinsipi xüsusi yer tutur və həmin prinsiplərə əsasən, məhkəmə icraatı zamanı işin halları yalnız tərəflərin bildirdikləri faktlar və təqdim etdikləri sübutlar əsasında müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə xərclərinə münasibətdə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Beləliklə, hazırkı iş üzrə iddiaçı tərəfindən ödənilmiş məhkəmə xərcləri iddiaçının özünə aid edilməlidir.
20. Qənaətinin hüquqi əsaslandırması zamanı məhkəmə, Mülki Məcəllənin 157.2, 157.8, 164.2-ci maddələrinə istinad etmişdir.
21. İddiaçının nümayəndəsi (vəkili) qətnamədən apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmaqla, məhkəmənin maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, sübutlara düzgün qiymət vermədiyini, gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb edən halları aydınlaşdırmadığını, işin hallarına uyğun gəlməyən qərar çıxardığını irəli sürmüş və şikayətini belə əsaslandırmışdır ki, sözügedən əmlakların mövcudluğu və iddiaçıya məxsusluğu ilə bağlı bildiririk ki, bu hal cavabdeh tərəfindən təkzib edilməməklə yanaşı təqdim edilmiş bir çox sənədlərlə də öz təsdiqini tapır ki, həmin sənədlər elektron məhkəmə sisteminə əlavə edilmişdir. Cavabdeh əşyaların yanğın zamanı ya məhf olduğunu, ya da iddiaçının bəlkə götürməsi iddiası ilə çıxış etməsinə baxmayaraq məhkəmə qətnaməsinin 25-ci paraqrafı ilə bu halı tamamilə görməzdən gəlmişdir. Məhkəmə iclas zalında yanğından sonra çəkilmiş video görüntü tədqiq edildikdən, məhkəmə görüntülərdə əşyaların həmin ünvanda olmasını gördükdən sonra cavabdehə bu halla bağlı suallar ünvanladı və cavabdehin vəkili iclas zalında dəqiqləşmələri cavabdehlə aparıb suallara cavab verəcəyini bildirdi. Sonrakı mərhələdə yenədə həmin məsələyə məhkəmə tərəfindən qayıdılmaması və qətnaməsində bu hala toxunmaması özlüyündə əhəmiyyət kəsb edən bütün halların məhkəmə tərəfindən araşdırılmamasının göstəricisidir. Lakin bu məsələ yalnız bununla bitmir, cavabdehin nümayəndisinin ifadəsi və məhkəmə çıxışlarındakı ifadələr və prosesdə bu ifadələrin sanki işlədilməməsi kimi davranılması və qətnamədə münasibət bildirilməməsi yuxarıda qeyd etdiyim fikri təsdiqləyir. Qətnamənin 31-ci paraqrafındaki “videoda görünən bir avadanlığın iddia ərizəndə göstərilən həmin əmlak olmasının müəyyən edilməsi qeyri-mümkündür” fikri ilə məhkəmə öz qətnaməsində əşyanın mövcud olduğunu təsdiq edir lakin, həmin əşya olmasına şübhə ilə yanaşır ki, bunu sübüt etməyin yolu məhkəmənin ekspertiza təyin edərək əşyanın eynilik təşkil etdiyini müəyyən etmək idi ki, məhkəmə bu halı sübut etməmişdir.
Apellyasiya şikayətinə qarşı etiraz
22. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.
Apellyasiya baxışı, izahatlar
23. İddiaçının məhkəmə iclasında iştirak edən nümayəndəsi (vəkili) apellyasiya şikayətinin dəlillərini müdafiə edərək təmin olunmasını xahiş etmiş, cavabdehin məhkəmə iclasında iştirak edən nümayəndəsi (vəkili) apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını xahiş etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
24. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.
25. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
26. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
27. Maddə 164.1. Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır.
28. Maddə 164.2. Sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Sahiblikdən məhrumetmə faktik sahib və ya onun hüquq sələfi barəsində səhv addım olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə iddia istisna edilir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
29. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
30. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
31. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
32. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
33. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi.
34. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının həddi
35. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
36. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi
37. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə, habelə hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, məhkəmə, müəyyən etdiyi faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir.
38. Kollegiya ilk növbədə qeyd edir ki, iddianın əsasını irəli sürülən iddia tələbinin əsaslandırıldığı hüquqi faktlar təşkil edir və məhkəmənin vəzifəsi iddiaçının bildirdiyi faktiki halların iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Başqa sözlə, mülki hüquqda hamılıqla qəbul edilmiş prinsiplərdən biri olan “iura novit curia” (“məhkəmə hüququ bilir”) prinsipinə əsasən hüququn tətbiqinə hakim bilavasitə cavabdehlik daşısa da, o, iddiaçının bildirdiyi (iddiasını əsaslandırdığı) faktlarla bağlıdır və qərarını iddianın faktiki tərkibi adlanan faktların məcmusuna istinadən qəbul edir.
39. Nəzərə alınmalıdır ki, mübahisənin halları baxımından iddiaçının tələbinin qanuni əsasını Mülki Məcəllənin 157.2-ci maddəsi təşkil edir. Həmin maddəyə əsaslanan iddianın təmin edilməsi üçün isə maddənin özündə sadalanmış üç dispozisiya şərtinin birgə mövcudluğu tələb olunur: 1) iddiaçı cavabdehdən qaytarılmasını tələb etdiyi əşyaların mülkiyyətçisi olduğunu sübut etməlidir; 2) iddiaçı tələb edilən anda əşyaların cavabdehin sahibliyində olduğunu sübut etməlidir və 3) cavabdehin əşyaya sahiblik hüququ qanunsuz olmalıdır.
40. Hazırkı iddia tələbi ilə bağlı olaraq həmçinin nəzərə alınmalıdır ki, iş üzrə sübut etmə yükü iddiaçının üzərinə düşür və məhz o, qaytarılmasını tələb etdiyi əmlakların mülkiyyətində olduğunu, iddia irəli sürülən anda isə cavabdehin qanunsuz sahibliyində saxlanıldığını sübut etməlidir. Bu zaman nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir.
41. Birinci instansiya məhkəməsi iddianı rədd edərkən belə nəticəyə gəlmişdir ki, iddiaçı iddia ərizəsində göstərilən əmlakların mövcud olmasını, həmin əmlakların cavabdehə məxsus sahədə yerləşməsini və hazırda cavabdehin faktiki sahibliyində qalmasını təsdiq edən mötəbər və təkzibolunmaz sübutları məhkəməyə təqdim etməmişdir.
42. Məhkəmə kollegiyası bu nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə sübutları düzgün araşdırmış və onlara Azərbaycan Respublikası MPM-nin sübutların qiymətləndirilməsi ilə bağlı müddəalarına uyğun hüquqi qiymət vermişdir.
43. Belə ki, iddiaçının məhkəməyə təqdim etdiyi video görüntülərə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən təqdim olunmuş alış sənədlərində qeyd edilən əşyalarla video görüntülərdə əks olunan əşyaların eyniliyinin müəyyən edilməsi də mümkün olmamışdır. Çünki video görüntülərdə həmin əşyaların identifikasiyasına imkan verən fərqləndirici xüsusiyyətlər (marka, model, seriya nömrəsi və s.) aydın müəyyən edilmir. Bu səbəbdən video görüntülər alış sənədlərində göstərilən əmlakların məhz həmin əşyalar olmasını təsdiq edən mötəbər sübut kimi qəbul edilə bilməz.
44. Digər tərəfdən kollegiya qeyd edir ki, ## ######## 2024-cü il tarixli hadisə yerinə baxış protokolunda iddiaçıya məxsus konkret əmlakların həmin ərazidə olması barədə hər hansı məlumat qeyd edilməmişdir. Bu hal iddiaçı tərəfindən tələb olunan əmlakların həmin sahədə mövcud olmasının obyektiv şəkildə müəyyən edilməsinə imkan vermir.
45. Eyni zamanda cinayət işi üzrə materiallarda və ittiham aktında da iddiaçıya məxsus konkret əmlakların siyahısı və onların mövcudluğu barədə müəyyənlik yaradan məlumatlar öz əksini tapmamışdır.
46. Bundan başqa, iş materiallarından görünür ki, icra sənədinin icrası ilə əlaqədar aparılmış baxış zamanı da iddia ərizəsində göstərilən əmlakların aşkar edilməsi mümkün olmamışdır və borclunun nümayəndəsi tərəfindən həmin əmlakların yanğın nəticəsində məhv olması bildirilmişdir.
47. Kollegiya qeyd edir ki, Mülki Məcəllənin ümumi prinsiplərinə əsasən mülkiyyətçi öz əmlakının qayğısına qalmalı və onun qorunması üçün lazımi tədbirləri görməlidir.
48. İş materiallarından müəyyən olunur ki, baş vermiş yanğın hadisəsindən sonra mübahisəli ərazi müəyyən müddət ərzində aidiyyəti dövlət orqanı olan Fövqəladə Hallar Nazirliyinin nəzarətində olmuşdur və əraziyə giriş həmin orqanın icazəsi əsasında həyata keçirilmişdir. Fövqəladə Hallar Nazirliyi Əməliyyat-İstintaq İdarəsi tərəfindən İddiaçı MMC-yə ünvanlanmış 0# ####### 2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, ünvan 1 ünvanında yerləşən, “İxtisaslaşdırılmış Kəndtikinti” ASC-yə məxsus qeyri-yaşayış sahəsində saxlanılan, İddiaçı MMC-yə məxsus malların sözügüdən ünvandan çıxarılmasına etiraz edilmədiyi bildirilmişdir. Bu halda iddiaçının özünə məxsus hesab etdiyi əmlakların ərazidən götürmək imkanı olmuşdur. Əgər iddiaçı öz əşyalarının inventarlaşdırılmasını və ya oradan çıxarılmasını təmin etməyibsə, bu onun mülkiyyətçi kimi daşıdığı riskin nəticəsidir.
49. Həmçinin İttiham aktına əsasən İddiaçı MMC-nin direktoru X4 təqsirləndirilən şəxs qismində dindirilən zaman bildirmişdir ki, hadisə nəticəsində rəhbəri olduğu MMC-yə məxsus avadanlıqlar, dəzgahlar, materiallar yanğının təsirinə məruz qalaraq məhv olmuşdur.
50. Eyni zamanda ərazinin həmin müddət ərzində dövlət orqanının nəzarətində olması nəzərə alındıqda, iddiaçı tərəfindən tələb olunan əmlakların məhz cavabdeh tərəfindən götürülməsi və ya onun sahibliyində saxlanılması iş materialları ilə sübuta yetirilmir.
51. İddiaçı qeyd etmişdir ki, mübahisə predmeti olan qapıların dəmir konstruksiyadan ibarət olması nəzərə alınmaqla onların yanğın nəticəsində tam məhv olması mümkün deyil və ən azı qalıqlarının qaytarılması mümkün olmalı idi.
52. Məhkəmə kollegiyası bu dəlili əsaslı hesab etmir. Belə ki, iş materiallarında yanğın hadisəsinin baş verdiyi ərazidə sonradan təmizləmə və bərpa işlərinin aparıldığı müəyyən olunur. Bu şəraitdə yanğın nəticəsində zədələnmiş əmlak qalıqlarının (o cümlədən metal hissələrin) hansı şəxs tərəfindən götürülməsi və ya utilizasiya edilməsi barədə konkret və mötəbər sübutlar təqdim olunmamışdır.
53. Eyni zamanda, iddiaçı tərəfindən həmin metal qalıqların mövcudluğu, onların konkret olaraq mübahisə predmeti olan əmlaklara aid olması və hazırda cavabdehin sahibliyində olması sübuta yetirilməmişdir. Təkcə əmlakın materialına (dəmir olmasına) istinad edilməsi həmin əmlakın saxlanılması və ya cavabdeh tərəfindən götürülməsi faktının təsdiqi üçün kifayət hesab edilə bilməz.
54. Bundan başqa, qeyd olunan ərazinin müəyyən müddət ərzində Fövqəladə Hallar Nazirliyinin nəzarətində olması, eləcə də sonradan təmizləmə işlərinin aparılması nəzərə alındıqda, əmlak qalıqlarının taleyi ilə bağlı ehtimallara əsaslanan mülahizələr iddia tələbinin sübutu kimi qəbul edilə bilməz.
55. Apellyasiya şikayətində göstərilən müstəntiqin məhkəmədə dindirilməsi barədə vəsatətə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, cinayət işi üzrə ibtidai istintaqı aparmış müstəntiq yalnız cinayət işinin halları ilə bağlı apardığı prosessual hərəkətlər barədə məlumat verə bilər. Lakin mübahisə predmeti olan əmlakların konkret olaraq kimə məxsus olması və hazırda kimin faktiki sahibliyində olması məsələləri müstəntiqin bilavasitə müəyyən etdiyi hallar deyildir. Bu səbəbdən müstəntiqin dindirilməsi iş üzrə əhəmiyyət kəsb edən yeni halların müəyyən edilməsinə xidmət etmədiyindən məhkəmə həmin vəsatəti haqlı olaraq təmin etməmişdir.
56. Beləliklə kollegiya hesab edir ki, apellyatorun apellyasiya şikayətində irəli sürdükləri yalnız formal mülahizələrdir; birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
57. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə xərclərinə dair məsələyə də qiymət verməyin zəruriliyini vurğulayaraq kollegiya qeyd edir ki, apellyasiya şikayəti vermək üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatorun özünə aid olunmalıdır. Nəzərə alınmalıdır ki, məhkəmə xərclərinin bölüşdürülməsi məsələsi prosessual qanunvericiliklə tənzimləndiyindən, bununla bağlı qərar qəbul edərkən məhkəmə, müvafiq tələbin olub-olmamasına bağlı deyildir.
58. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDİ:
İddiaçı İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-*-*(***)-****/**** nömrəli kommersiya mübahisəsi üzrə ##.##.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid olunsun, Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər.