Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(3-6)-242/2026 13.03.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı "xxxx"xxxx"xxxx" ASC-yə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə (açar sözlər: sığorta müqaviləsi) Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X4 Əliyevanın sədrliyi və məruzəsi ilə, X1 və Ziya Allahverdi oğlu Şirinovdan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı "xxxx"xxxx"xxxx" ASC-yə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2026-cı il tarixli e-2-2(113)- 1087/2025 saylı qətnaməsindən Cavabdeh Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İşin halları:
1. "xxxx" MMC tərəfindən verilən xx.xx.2025-ci il tarixli rəydən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus buraxılış ili 2023-cü il olan Lexus LX 600 minik markalı, ** AY *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş ziyanın təmiri üçün çəkiləcək xərcin dəyəri 4.900 manat təşkil edir.
2. "xxxx" MMC tərəfindən verilən xx.xx.2025-ci il tarixli rəyindən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus buraxılış ili 2023-cü il olan Lexus LX 600 minik markalı, ** AY *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş ziyanın bərpa dəyəri 4.253 manat təşkil edir.
Birinci instansiya məhkəməsindəki icraat:
3. İddiaçı "xxxx"xxxx"xxxx" ASC-yə qarşı iddia ərizəsi və iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC-dən 4.253 manat pulun, onun ödənilməsini gecikdirdiyinə görə 2.083,97 manat pulun və dövlət rüsumu olaraq ödənilən 84 manatın tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddia onunla əsaslandırılmışdır ki, "xxxx" MMC-yə məxsus olan Lexus markalı ** AY *** dövlət qeydiyyat nişanlı avtomobil və cavabdehin, yəni "xxxx" ASC şirkətində icbari sığortalanan Qazel markalı 10HH160 dövlət qeydiyyat nişanlı avtomobilin iştirakı ilə 21 avqust 2024-cü il tarixində yol nəqliyyat hadisəsi baş vermişdir. xx.xx.2024-cü il "xxxx" MMC-yə məxsus olan Lexus markalı 10AY028 dövlət qeydiyyat nişanlı avtomobil və "xxxx" ASC şirkətində sığortalanan Qazel markalı, 10HH160 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində "xxxx" ASC şirkətində sığortalanan Qazel markalı 10HH160 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü barəsində inzibati tənbeh tədbiri tətbiq edilmişdir. “Toyota Bakı Mərkəzi “ MMC tərəfindən xx.xx.2024-cü il tarixli Qiymətləndirmə Aktı tərtib edilmiş və Lexus markalı 10 AY028 dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər yekun olaraq 4735 manat endirimli qiymətlə birlikdə yekun ödəniləcək məbləğ 4025 manat müəyyən edilmişdir. Tərəflərindən yuxarıda qeyd olunan zərər aktı yəni "xxxx" MMC tərəfindən xx.xx.2024-cü il tarixli Qiymətləndirmə Aktı barədə "xxxx" ASC ya məlumat verilmiş, lakin "xxxx" ASC tərəfindən qiymətləndirilməsi düzgün şəkildə aparılmamış, "xxxx" MMC tərəfindən tərtib edilən qiymətləndirmə aktı nəzərə alınmamış, cavabdeh tərəfindən xx.xx.2024-cü tarixə aid zərər aktı tərtib edilmiş və "xxxx" MMC-yə məxsus olan Lexus markalı ** AY *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərəri dəy,ərindən dəfələrlə aşağı 850 manat məbləğində qiymətləndirmişdir.
5. Cavabdeh iddia ərizəsinə yazılı etiraz təqdim edərək iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. Etiraz onunla əsaslandırılmışdır ki, iş materiallarına əsasən, xx.xx.2024-cü il tarixində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə Cavabdeh Sığorta Şirkətində sığorta olunan “Qazel” markalı, ** HH *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi, iddiaçıya məxsus “Lexus” markalı, ** AY *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşmuş, nəticəsində sonuncuya ziyan dəymişdir. Hadisədən sonra sığortaçı tərəfindən nəqliyyat vasitəsinə dəymiş zərər qiymətləndirilmiş və tərtib edilmiş qüsur aktına əsasən təmir-bərpa xərcləri təxminən 850 manat müəyyən olunmuşdur. Sığortaçı tərəfindən sığortalıya ünvanlanmış məktubda nəqliyyat vasitəsinə dəymiş zərər üzrə təmir-bərpa xərcinin 850 manat təşkil etdiyi, sığortaçının həmin məbləği ödəməyə hazır olduğu və onun müəyyən edilmiş zərər məbləği ilə razılaşmadığı təqdirdə, sığortaçı onun yazılı razılığı ilə dəymiş zərərin sığorta sahəsində yardımçı fəaliyyət göstərən müstəqil ekspert tərəfindən qiymətləndirilməsini təşkil etməyə hazır olduğu bildirilmişdir. Qeyd edilənlərdən məlum olur ki, Cavabdeh Sığorta Şirkətinin sığorta hadisəsi nəticəsində dəymiş zərəri qiymətləndirmək hüququ qanunvericiliklə təsbit edilmişdir. Bundan sonra iddiaçı sığortaçıya "xxxx" MMC tərəfindən tərtib edilmiş qüsur aktını təqdim edərək, yekun ödəniləcək məbləğin endirimlə 4025 manat təşkil etdiyini və avtomobilin zədələnən detallarının yenisi ilə əvəz edilməsi üçün həmin məbləğin ona ödənilməsini tələb etmişdir. Sığortalıya əmlaka dəymiş zərərin məcburi qiymətləndirilməsinin qanunvericiliyin tələblərinə əsasən sığortaçı tərəfindən həyata keçirilməli olduğu, razılıq əldə edilmədikdə isə qarşılıqlı razılaşma əsasında qiymətləndirmə fəaliyyəti ilə məşğul olan müstəqil ekspert tərəfindən aparılmalı olduğu sığortalıya rəsmi şəkildə bildirilmiş, "xxxx" MMC-nin tərtib etdiyi qüsur aktının qanunvericiliyin tələbləri nəzərə alınmadan tərtib edildiyinə cıörə sığortaçının bununla razılaşmadığı qeyd olunmuşdur. “İcbari sığortalar haqqında” AR Qanununun 16.2-ci maddəsininin 1-ci cümləsində göstərilir ki, sığortaçı sığorta hadisəsi nəticəsində dəymiş zərərin məbləğini bilavasitə özü və ya “Sığorta fəaliyyəti haqqında” AR Qanununun 10.10-cu maddəsinin tələbini nəzərə almaqla təyin etdiyi sığorta sahəsində yardımçı fəaliyyət göstərən müvafiq şəxs vasitəsilə müəyyən edir. Qanunvericiliyin tələbləri nəzərə alınaraq iddiaçıya zərərin müstəqil ekspert tərəfindən qiymətləndirilməsi təklif edilmiş, amma iddiaçı zərərin müstəqil ekspert tərəfindən qiymətləndirilməsindən imtina etmişdir.Sığorta şirkətinin müəyyən etdiyi məbləğ və iddiaçının təqdim etdiyi təmir müəssisəsinin müəyyən etdiyi məbləğ arasında əhəmiyyətli dərəcədə ziddiyyət vardır. Hesab edir ki, hazırkı iddia ilə iddiaçı cavbedehdən əmlaka dəyən real zərər miqdarından artıq zərərin ödənilməsini tələb edir ki, bu da yolverilməzdir. İddiaçı avtomobilin zədələnən detallarının yenisi ilə əvəz edilməsi üçün həmin məbləği tələb etsə də, cavabdeh dəymiş zərəri müəyyən edərkən avtomobilin köhnəlməsi, onun hadisədən əvvəlki vəziyyətə qaydarılması tələb olunan xidmətlərin dairəsini müəyyən edir. Bunu nəzərə alaraq ödənilməli zərər məbləğini müəyyən edir. Yəni baxılan halda cavabdeh iddiaçının tələbi ilə dəyişdirilməli olmayan köhnə və zədələnmiş ehtiyat hissəsinin tam yeni ehtiyat hissəsi ilə dəyişdirmək öhdəliyi daşımır. İddiaçının dəyən zərərlə bağlı əlavə olaraq 291.81 manat dəbbə pulu tələbini də əsassız hesab edir. Göründüyü kimi, qanunvericiliyə əsasən, sığorta ödənişi zərər məbləği razılaşdırıldıqdan sonra verilir. Cavabdeh sığorta ödənişinin verilməsindən imtina etməmiş, əksinə olaraq, sığortaçı ödənişi həyata keçirməyə hazır olduğunu bildirsə də, iddiaçı ödənişin həyata keçirilməsinə özü maneə yaratmışdır. İddiaçı müqavilə şərtlərinə əsasən ona ödənilməli olan məbləğ ilə razılaşmadığ və zərərin müstəqil ekspert tərəfindən qiymətləndirilməsindən də imtina etdiyinə görə sığorta ödənişinin verilməsi mümkün olmamışdır. Buna görə də, sığorta ödənişinin ödənilmədiyi və ya gecikdirildiyi hər gün üçün 0.1% dəbbə pulunun tələb edilməsi də əsassızdır.
7. İddiaçı tələbini Mülki Məcəllənin 926.1, 926.3, 927.1, 925.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
8. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2026-cı il tarixli e-2-2(113)-1087/2025 saylı qətnaməsi ilə iddia qismən təmin edilmişdir, 4.253 manat məbləğində siğorta ödənişi və 200 manat məbləğində dəbbə pulu olmaqla, ümumilikdə 4.453 manat məbləğində pulun Cavabdeh Siğorta Şirkəti Açıq Səhmdar Cəmiyyətindən tutularaq İddiaçınə ödənilməsi, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 64 manat 53 qəpik məbləğində pulun Cavabdeh Siğorta Şirkəti Açıq Səhmdar Cəmiyyətindən tutularaq İddiaçınə ödənilməsi qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir.
9. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, xx.xx.2024-cü il tarixində “Atəşgah Siğorta Şirkəti“ ASC tərəfindən sığortalanan “Qazel” markalı, 10HH160 dövlət qeydiyyat nişanlı, avtobusun sürücüsünün təqsirli olduğu yol nəqliyyat hadisəsi baş vermiş və nəticədə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus Lexus markalı, ** AY *** dövlət qeydiyyat nişanlı avtomobilə ziyan dəymişdir. İşin digər mübahisəsiz halı ondan ibarətdir ki, məhkəmə iclasında iştirak edən cavabdehin nümayədəsi sığorta hadisəsinin baş verməsini qəbul etmiş və mübahisənin məbləğlə bağlı olduğunu qeyd etmişdir. Göründüyü kimi, işin mübahisələndirilən halı ancaq dəymiş ziyanın məbləği yəni, sığorta ödənişinin məbləği ilə bağlıdır. İddiaçı tərəf 4.253 manat məbləğində zərər dəydiyini bildirir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi 850 manat məbləğində siğorta ödənişini verməyə razı olduqlarını bildirmişdir. Belə olan halda, Məhkəmə qeyd edib ki, hazırkı mübahisənin həlli baxımından müəyyən edilməli olan məqam LEXUS markalı ** AY *** dövlət qeydiyyat nişanlı avtomobilin təmiri üçün nə qədər vəsait tələb olunmasıdır. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə təyin edilmiş məhkəmə əmtəəşünaslıq ekspertizasına "xxxx" MMC tərəfindən verilən xx.xx.2025-ci il tarixli rəyindən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus buraxılış ili 2023-cü il olan Lexus LX 600 minik markalı, ** AY *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş ziyanın təmiri üçün çəkiləcək xərcin dəyəri 4.900 manat təşkil edir. Daha sonra cavabdeh məhkəməyə vəsatət göndərərək, “Lexus” markalı, ** AY *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəyən zərərin müəyyənləşdirilməsi üçün əlavə ekspertiza təyin edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə təyin edilmiş məhkəmə əmtəəşünaslıq ekspertizasına "xxxx" MMC tərəfindən verilən xx.xx.2025-ci il tarixli rəyindən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus buraxılış ili 2023-cü il olan Lexus LX 600 minik markalı, ** AY *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş ziyanın bərpa dəyəri 4.253 manat təşkil edir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi ekspert rəyi ilə razı olduğunu bildirdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi rəyə etiraz etsə də, əksini sübut edə biləcək dəlilləri məhkəməyə təqdim etməmişdir. Qeyd olunanları və ekspert rəyinə əsasən avtonəqliyyat vasitəsinə dəymiş zərərin məbləğinin 4.253 manat təşkil etdiyini nəzərə alaraq hesab edir ki, iddia 4.253 manat məbləğində pulun tələb edilməsi hissəsində əsaslıdır və 4.253 manat məbləğində pul Cavabdeh Siğorta Şirkəti Açıq Səhmdar Cəmiyyətindən tutularaq İddiaçınə ödənilməlidir. Məhkəmə 2.083,97 manat məbləğində dəbbə pulunun tələb edilməsi ilə bağlı aşağıdakıları qeyd edir. Qeyd olunmalıdır ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Bu normaların mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir. Hazırda Məhkəmə tərəfindən tutulan məbləğlə Məhkəməyədək cavabdeh razı olmamış və sığorta ödənişinin verilməsini gecikdirmişdir. Hazırkı işin hallarından görünür ki, 4.253 manat sığorta ödənişinə münasibətdə 200 manat məbləğində dəbbə pulu daha ağlabatan və ədalətlidir. Bundan əlavə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq 64,53 manat məbləğində pul da, cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
10. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 5.3, 425, 883.1, 922.1, 922.2, 922.3, 926.1, 934.2, 1096.1-ci maddələrinə, “İcbari sığortalar haqqında” Qanunun 13.1, 13.2-ci maddələrinə istinad etmişdir.
11. Cavabdeh Sığorta Şirkəti ASC həmin qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və zərər məbləğini düzgün araşdıraraq yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinin dəlilləri:
12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş materiallarından görünür ki, cavabdeh tərəfindən sığorta hadisəsi üzrə aparılmış ilkin qiymətləndirmə nəticəsində nəqliyyat vasitəsinə dəymiş real zərər 810 manat məbləğində müəyyən edilmişdir. Bu qiymətləndirmə avtomobilin faktiki vəziyyətinə baxış keçirilməklə, real zədələr və orta bazar qiymətləri nəzərə alınmaqla aparılmışdır. Sığortaçının həmin məbləği ödəməyə hazır olduğu və onun müəyyən edilmiş zərər məbləği ilə razılaşmadığı təqdirdə, sığortaçı onun yazılı razılığı ilə dəymiş zərərin sığorta sahəsində yardımçı fəaliyyət göstərən müstəqil ekspert tərəfindən qiymətləndirilməsini təşkil etməyə hazır olduğu bildirilmişdir, amma iddiaçı zərərin müstəqil ekspert tərəfindən qiymətləndirilməsindən imtina etmişdir. Bundan sonra iddiaçı sığortaçıya "xxxx" MMC tərəfindən tərtib edilmiş qüsur aktını təqdim edərək, avtomobilin zədələnən detallarının yenisi ilə əvəz edilməsi üçün həmin müəssisə tərəfin müəyyən edilən məbləğin ona ödənilməsini tələb etmişdir. Qeyd olunan müəssisə sığorta hadisəsi üzrə zərərin qiymətləndirilməsi sahəsində səlahiyyətli və müstəqil qiymətləndirici subyekt hesab edilmir və bu iş üzrə qiymətləndirmə aparmaq hüququna malik deyildir. Mövcud qanunvericiliyin tələblərinə əsasən, sığorta hadisəsi nəticəsində dəymiş zərər sığortaçı tərəfindən və ya qanunvericiliklə müəyyən edilmiş qaydada fəaliyyət göstərən müstəqil ekspert tərəfindən qiymətləndirilməlidir. Bu səbəbdən "xxxx" MMC tərəfindən tərtib edilmiş qüsur aktı sığorta ödənişinin müəyyən edilməsi üçün hüquqi əsas hesab edilə bilmədiyinə görə, cavabdeh tərəfindən əsaslı olaraq qəbul edilməmişdir. Məhkəmə tərəfindən təyin edilmiş hər iki qiymətləndirici müəssisə – "xxxx" MMC və "xxxx" MMC tərəfindən təqdim edilmiş rəylər obyektivlik və etibarlılıq meyarlarına cavab vermir. Belə ki,ekspertlər nəqliyyat vasitəsinə texniki baxış keçirməmiş, avtomobili yerində müayinə etməmiş, zərərin həcmini yalnız iddiaçı tərəfindən təqdim olunmuş qüsur aktına əsaslanaraq müəyyən etmişlər. Cavabdehin təqdim etdiyi qüsur aktı və qiymətləndirmə materialları ekspertiza predmetinə daxil edilməmiş, araşdırılmamışdır. Bu hal ekspertiza rəylərinin birtərəfli və əsassız olmasına səbəb olmuşdur. İddiaçının təqdim etdiyi əsas sübut "xxxx" MMC tərəfindən tərtib edilmiş qüsur aktıdır. Qeyd olunmalıdır ki, "xxxx" MMC kommersiya qurumu kimi birbaşa maddi marağa malik subyektdir və bu səbəbdən tərtib etdiyi qüsur aktı obyektiv sübut hesab edilə bilməz. Çünki həmin aktda ehtiyat hissələrinin və görüləcək işlərin qiymətləri orta bazar dəyərlərindən xeyli yüksək göstərilmiş, real zərər məbləği süni şəkildə şişirdilmişdir. Məhkəmə və məhkəmə tərəfindən təyin olunan ekspertlər isə bu qüsur aktını qiymətləndirmədə əsas sübut kimi qəbul etmişlər. Bundan əlavə, məhkəmə tərəfindən rəy verən ekspertiza mərkəzləri AR Mərkəzi Bankının sığorta sahəsində yardımçı fəaliyyət göstərən şəxslərin reyestrinə daxil deyildir. Bu fakt həmin ekspertiza mərkəzlərinin sığorta hadisələri üzrə zərərin müəyyən edilməsi sahəsində xüsusi səlahiyyət və ixtisasa malik olmadığını göstərir. Belə olan halda, bu ekspertiza rəylərinin sübut kimi qəbul edilməsi hüquqi baxımdan əsassızdır və işin düzgün həllinə mane olmuşdur. Sığorta hadisəsi nəticəsində dəymiş zərərin miqdarını sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin, yaxud onların nümayəndəsinin təqdim etdiyi sığorta tələbi əsasında mümkün olan ən qısa müddət ərzində sığortaçı müəyyən edir. Maddənin məzmunundan aydın olur ki, sığorta tələbi ilə müraciət etmiş şəxsin əmlakına dəymiş zərəri sığorta şirkəti müəyyən edir. Baxılan iş üzrə də zərər məbləği cavabdeh tərəfindən müəyyən edilmiş və həmin məbləğin ödənilməsinə hazır olmuşdur. Buna baxmayaraq iddiaçı zərər məbləği ilə razılaşmamışdır. Qanunvericiliyin tələbləri nəzərə alınaraq iddiaçıya zərərin müstəqil eskpert tərəfindən qiymətləndirilməsi üçün 3 müstəqil ekspert təklif edilmiş, amma iddiaçı zərərin müstəqil ekspert tərəfindən qiymətləndirilməsindən də imtina etmişdir. Məcəllənin 925.2-ci maddəsinə uyğun olaraq sığorta hadisəsi nəticəsində dəyən zərərin sığortaçı tərəfindən qiymətləndirilməsi, habelə miqdarı barədə tərəflər arasında razılıq əldə edilmədikdə zərərin miqdarının qiymətləndirilməsi “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbləri nəzərə alınmaqla müstəqil ekspert fəaliyyətini həyata keçirən şəxs tərəfindən aparılır. Azərbaycan Respublikasının sığorta sahəsində yardımçı fəaliyyət göstərən hüquqi şəxsləri və müstəqil ekspertləri yalnız bu Qanunun 95.3-cü maddəsində nəzərdə tutulmuş reyestrə daxil edilmiş olduqları halda sığorta əməliyyatları üzrə xidmət göstərmək üçün cəlb oluna bilərlər. Əmlakın sığortasında və əmlaka vurulan zərərə görə mülki məsuliyyətin sığortasında sığorta ödənişi sığorta hadisəsinin baş verməsi nəticəsində sığortalıya və ya sığorta olunana, habelə zərərçəkən üçüncü şəxsə dəyən real zərərin miqdarından çox ola bilməz. Maddənin məzmunundan da aydın olur ki, sığorta ödənişinin miqdarı nəqliyyat vasitəsinə dəyən real zərərin miqdarından çox ola bilməz. Sığortaçı əmlaka baxış keçirməklə ona dəymiş zərəri müəyyən etdiyi halda, iddiaçının təqdim etdiyi qüsur aktı və məhkəmənin təyin etdiyi qiymətləndiricilər əmlakın təmir-bərpasına sərf olunan xərclərin dəyərinin 4900 və 4253 manat olması barədə əsassız nəticəyə gəlmişdir. Ekspert tədqiqatı müvafiq ixtisas hüdudlarında, elmi və təcrübi əsaslar üzərində obyektiv,hərtərəfli və tam həcmdə aparmalıdır. Təqdim edilmiş obyektlərin və iş üzrə materialların tam və hərtərəfli tədqiqatını aparmaq və qoyulmuş suallar üzrə əsaslandırılmış və obyektiv rəy vermək ekspertin vəzifəsidir. Sığortaçı sığorta ödənişini icbari sığorta qanunları və ya sığorta müqaviləsi ilə müəyyən olunmuş müddətdə ödəmədikdə, hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu ödəyir. Məhkəmə tərəfindən cavabdehdən 200 manat məbləğində dəbbə pulunun tutulmasının da hüquqi əsası yoxdur. Qeyd olunan maddəyə əsasən dəbbə pulunun tutulması yalnız sığorta ödənişinin qanunla və ya müqavilə ilə müəyyən edilmiş müddətdə əsassız olaraq ödənilməməsi və ya gecikdirilməsi halında mümkündür. Hazırkı işdə isə cavabdeh sığorta ödənişinin verilməsindən imtina etməmiş, yalnız sığorta hadisəsi üzrə dəymiş zərərin məbləği ilə bağlı əsaslı və hüquqi mübahisə mövcud olmuşdur. Cavabdeh tərəfindən təqdim edilmiş qüsur aktına əsasən zərərin məbləği 810 manat təşkil etmiş, iddiaçı isə bu məbləğlə razılaşmamışdır. Cavabdeh bu məbləği ödəməyə hazır olduğunu məhkəmə iclasında da bildirmişdir. Belə olan halda, sığorta ödənişinin verilməməsi cavabdehin qanuna zidd hərəkəti və 6 ya ödənişi əsassız gecikdirməsi kimi qiymətləndirilə bilməz. Zərərin real məbləği ilə bağlı mübahisə mövcud olduğu və bu mübahisə məhkəmə qaydasında həll edildiyi halda, cavabdehin hərəkətləri ödənişdən yayınma kimi qiymətləndirilməməlidir. Tərəfindən məhkəməyə vəsatət təqdim edilərək “Lexus” markalı, ** AY *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərərin müəyyən edilməsi məqsədilə əlavə ekspertiza təyin edilməsi, habelə cavabdeh tərəfindən tərtib edilmiş qüsur aktının da ekspertiza predmeti kimi ekspertə təqdim olunması xahiş edilmişdir. Lakin iş üzrə təyin edilmiş ikinci ekspertiza rəyindən də açıq şəkildə görünür ki, ekspert tərəfindən cavabdehin təqdim etdiyi qüsur aktı tədqiq edilməmiş, zərərin həcmi yenədə yalnız "xxxx" MMC tərəfindən tərtib edilmiş qüsur aktı əsasında müəyyən edilmişdir. Bu isə ekspertizanın bir daha birtərəfli aparıldığını göstərir. Məhkəmə tərəfindən təyin edilmiş hər iki qiymətləndirici müəssisə–"xxxx" MMC və "xxxx" MMC AR Mərkəzi Bankı tərəfindən aparılan sığorta sahəsində yardımçı fəaliyyət göstərən şəxslərin reyestrinə daxil olmayan şəxslər olmaqla bərabər, cavabdehin qüsur aktını tədqiq etməyərək, zərər məbləğini tək qüsur aktına əsasən daha yüksək göstərmişlər. Bu onu deməyə əsas verir ki, iş üzrə zərər məbləği barədə məsələ düzgün aydınlaşdırılmamışdır. Əmlaka 4253 manat məbləğində ziyan dəyməsi barədə sübutlar tam və dəqiq deyil. Məhkəmənin mötəbər sübut kimi istinad etdiyi ekspert rəyləri qeyd olunan faktı təsdiq etmir. Məhkəmənin zərər məbləğinin 4253 manat məbləğində müəyyən edilməsi və bu məbləğin ödənilməməsinə görə 200 manat dəbbə pulunun cavabdehdən tutulması barədə nəticəyə gəlməsi işin hallarına uyğun hesab edilmir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:
13. Apellyasiya şikayətinə yazılı etiraz təqdim edilməmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları:
14. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili apellyasiya şikayətinə uyğun izahat verərək şikayətin təmin edilməsini, qətnamənin ləğv edilməsini, iddianın qismən təmin edilməsini xahiş etdi.
15. İddiaçı məhkəmənin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, nümayəndəsi ərizə ilə müraciət edərək işə onun iştirak olmadan baxılmasını xahiş etmişdir. Odur ki, məhkəmə kollegiyası MPM-in 376.2-ci maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq:
16. Mülki Məcəllənin: -385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. -883.1-ci maddəsinə görə sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. -897.1-ci maddəsinə görə icbari sığortanın həyata keçirilməsi icbari sığorta qanunları ilə tələb olunur. -922.1-ci maddəsinə görə sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. -925-1.1-ci maddəsinə görə “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 16.2-ci maddəsinə və bu Məcəllənin 925.2-ci maddəsinə uyğun olaraq sığorta hadisəsi nəticəsində dəyən zərərin sığortaçı tərəfindən qiymətləndirilməsi, habelə miqdarı barədə tərəflər arasında razılıq əldə edilmədikdə zərərin miqdarının qiymətləndirilməsi “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbləri nəzərə alınmaqla müstəqil ekspert fəaliyyətini həyata keçirən şəxs tərəfindən aparılır. -925.2-ci maddəsinə görə sığortaçı dəymiş zərəri müxtəlif üsullarla, o cümlədən zərər dəymiş predmetin və ya hadisə yerinin fiziki və texniki xüsusiyyətlərini müxtəlif vasitələrlə təyin etməklə, sxem və cizgilər tərtib etməklə, foto və video çəkilişlər aparmaqla, bilavasitə özü və ya “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbini nəzərə almaqla nümayəndəsi kimi təyin etdiyi sığorta sahəsində yardımçı fəaliyyət göstərən müvafiq şəxs vasitəsilə qiymətləndirir. Sığortaçı zərərin qiymətləndirilməsinə dair məlumatları (zərər dəymiş əmlakın hər bir hissəsinin təmir və ya bərpasına tələb olunan konkret xərclərin məbləği) sığortalıya, sığorta olunana və faydalanan şəxsə kağız daşıyıcıda, habelə elektron poçt və ya digər elektron kommunikasiya vasitələri ilə təqdim etməlidir. -934.1-ci maddəsinə görə bu Məcəllənin 933.1-ci maddəsində nəzərdə tutulan sənədlərdən sonuncusunun (bu Məcəllənin 933.3-cü maddəsi nəzərə alınmaqla) sığortaçıya daxil olduğu tarixdən 7 iş günündən gec olmayaraq sığortaçı sığorta ödənişini verməli, yaxud sığortalıya, sığorta olunana və ya faydalanan şəxsə sığorta ödənişinin verilməsindən imtina haqqında yazılı şəkildə əsaslandırılmış bildiriş təqdim etməlidir. -934.2-ci maddəsinə görə sığortaçı sığorta ödənişini icbari sığorta qanunları və ya sığorta müqaviləsi ilə müəyyən olunmuş müddətdə ödəmədikdə, hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu ödəyir.
“İcbari sığortalar haqqında” 24 iyun 2011-ci il tarixli AR Qanununun: -18.1-ci maddəsinə görə bu Qanunun 17.1-ci maddəsində göstərilən sənədlərdən sonuncusunun sığortaçıya təqdim edildiyi və (və ya) alındığı tarixdən 7 iş günündən gec olmayaraq sığortaçı sığorta ödənişini verməli, müvafiq hallarda zərərin qiymətləndirilməsi, əmlakın təmiri, bərpası və ya yenisi ilə əvəz edilməsi üçün yazılı qaydada təsdiqlənən tədbir görməli, yaxud sığortalıya, sığorta olunana və ya faydalanan şəxsə sığorta ödənişinin verilməsindən imtina haqqında yazılı şəkildə əsaslandırılmış bildiriş verməlidir. -18.2-ci maddəsinə əsasən sığortaçı sığorta ödənişini bu Qanunun 18.1-ci maddəsi ilə müəyyən olunmuş müddətdə ödəmədikdə, hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu ödəyir. - 52.1-ci maddəsinə əsasən avtonəqliyyat vasitəsinin Azərbaycan Respublikasının ərazisində istifadəsi nəticəsində zərərçəkən üçüncü şəxslərin sağlamlığına və (və ya) əmlakına dəymiş zərərin əvəzinin ödənilməsi üzrə mülki məsuliyyətin yaranması faktı sığorta hadisəsi hesab olunur.
17. Mülki Prosessual Məcəllənin: -77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. -119.5-ci maddəsinə görə apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1- 119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür.
Apellyasiya baxışının hədləri
18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
19. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
20. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin və apellyasiya şikayətinə dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia qismən təmin edildiyindən və həmin qətnamə cavabdeh tərəfindən iddianın təmin edilmiş hissəsində mübahisələndirildiyindən qətnamənin əsaslığı tam yoxlanılmalıdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
21. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
22. Belə ki, işin mübahisəsiz halları ondan ibarətdir ki, 21 avqust 2024-cü il tarixində İddiaçı MMC-yə məxsus Lexus markalı **-AY-*** dövlət qeydiyyat nişanlı və cavabdeh "xxxx" ASC-də avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığortalanmış Qazel markalı **-HH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə iddiaçıya məxsus avtomobilə ziyan dəymişdir. Yol-nəqliyyat hadisəsinin baş verməsində Qazel markalı nəqliyyat vasitəsinin sürücüsü təqsirli bilinərək barəsində inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Hazırda iddiaçı ona məxsus avtomobilə dəymiş zərərə görə sığorta ödənişinin və ödənişin gecikdirilməsinə görə dəbbə pulunun təqsirli nəqliyyat vasitəsinin sahibinin mülki məsuliyyətini sığortalamış cavabdeh "xxxx" ASC-dən tutulmasını tələb edir. “
23. Hazırkı iddianın qanuni əsasını Mülki Məcəllənin 934.1-ci və “İcbari Sığoertalar haqqında AR Qanununun 18.1-ci maddəsi təşkil edir.
24. Məhkəmə ilk növbədə qeyd edir ki, işin mübahisəli halı sığorta hadisəsi nəticəsində avtomobilə dəymiş zərərin və belə olan halda sığortaçı tərəfindən ödənilməli olan sığorta ödənişinin məbləği ilə bağlıdır.
25. Belə ki, İddiaçı MMC sığorta hadisəsi nəticəsində avtomobilə dəymiş zərərin 4253 manat olmasını iddia edir, Cavabdeh Sığorta Şirkəti ASC isə dəymiş zərərin qiymətləndirilməsi barədə xx.xx.2024-cü il tarixli hesabat təqdim edərək, hadisə nəticəsində Lexus markalı **-AY-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin ehtiyat hissələri üzrə cəmi 550 manat, görülən işlər (usta xərcləri) üzrə cəmi 300 manat olmaqla ümumilikdə dəymiş zərərin 850 manat məbləğində olmasını bildirir və həmin məbləğdə sığorta ödənişinin verilməsinə etiraz etmir.
26. Bu səbəbdən birinci instansiya məhkəməsi tərəfindən yol-nəqliyyat hadisəsi nəticəsində iddiaçıya məxsus avtomobilə dəymiş maddi zərərin məbləğinin müəyyən edilməsi məqsədilə iki dəfə məhkəmə-əmtəəşünaslıq ekspertizaları təyin edilmişdir. Qeyd edilməlidir ki, sözügedən qiymətləndirmə rəyləri ilə müəyyən edilmiş zərər məbləğləri nəzərəçarpacaq dərəcədə fərqlənmir. Belə ki: "xxxx" MMC tərəfindən verilən xx.xx.2025-ci il tarixli rəyə əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus buraxılış ili 2023-cü il olan Lexus LX 600 minik markalı, **-AY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş ziyanın təmiri üçün çəkiləcək xərcin dəyəri 4.900 manat təşkil etdiyi; "xxxx" MMC tərəfindən verilən xx.xx.2025-ci il tarixli rəyə əsasən isə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus buraxılış ili 2023-cü il olan Lexus LX 600 minik markalı, **-AY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş ziyanın bərpa dəyərinin 4.253 manat təşkil etdiyi müəyyən edilmişdir.
29. Odur ki, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin əsas götürdüyü "xxxx" MMC tərəfindən verilmiş rəyi ilə razılaşmamaq üçün hər hansı əsas müəyyən edilməmişdir. Buna görə də həmin rəy iş üzrə mötəbər sübut kimi qəbul edilməlidir.
30. Cavabdehin arqumentlərinə gəldikdə isə, məhkəmə kollegiyası cavabdehin istinad etdiyi qiymətləndirmə hesabatı ilə "xxxx" MMC tərəfindən verilmiş rəyi müqayisəli şəkildə nəzərdən keçirərək müəyyən etmişdir ki, məhkəmə tərəfindən zərər məbləği müəyyən edilərkən əsas götürülən rəydə baqajın üst hissəsinin pastlanmasının dəyəri əlavə olaraq hesablanmış, həmçinin usta xərcləri daha yüksək məbləğdə göstərilmişdir. İş materiallarına əlavə edilmiş fotoşəkillərdən açıq şəkildə isə görünür ki, mübahisəli nəqliyyat vasitəsinin baqajının üst hissəsində pastlanma müşahidə edilir. Digər tərəfdən cavabdeh apellyasiya şikayətində AB Consulting” MMC-ninn rəyi ilə ilə razılaşmasa da özünün təqdim etdiyi qiymətləndirmə hesabatı ilə məhkəmə tərəfindən alınmış rəylər arasında bu qədər kəskin fərqin hansı səbəbdən yarandığına aydınlıq gətirilməmiş, həmçinin baqajın üst hissəsinin pastlanmasını aradan qaldırılması üçün çəkiləcək xərclərinin sığortaçı tərəfindən ödənilməli olmamasının əsaslarına dair hər hansı əsaslı dəlil irəli sürülməmişdir. Odur ki, "xxxx" MMC-nin rəyinin əsassız olması barədə cavabdehin dəlilləri formal mülahizə kimi dəyərləndirilir.
31. Bundan başqa qiymətləndirmənin vizual baxış keçirilmədən aparılması barədə dəlillərə münasiətdə o da qeyd edilməlidir ki, "xxxx" MMC tərəfindən tərtib edilmiş rəydə “qiymətləndirmə prosesi” bölməsində nəqliyyat vasitəsinə vizual baxış keçirildiyi də qeyd edilmişdir.
32. Cavabdeh apellyasiya şikayətində həmçinin “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10 və 95.3-cü maddələrinə əsasən sığorta sahəsində qiymətləndirmənin Mərkəzi Bank tərəfindən aparılan müvafiq müstəqil ekspertlərin reyestrinə daxil edilmiş qiymətləndiricilər tərəfindən aparılmalı olduğu halda "xxxx" MMC-nin həmin reyestrə daxil edilməməsinə istinad etmişdir. Bununla bağlı qeyd edilməlidir ki, sığorta hadisəsi nəticəsində dəymiş zərərlə bağlı qiymətləndirilmənin sığorta əməliyyatları üzrə xidmət göstərən yardımçı şəxslər tərəfindən aparılmasını nəzərdə tutan qaydalar tərəflər arasında sığorta ödənişinin məbləği ilə bağlı mübahisənin məhkəməyəqədərki mərhələsində sığortaçı təklifi ilə qiymətləndirmə üçün müstəqil ekspertlərin cəlb edilməsi hallarına şamil edilməklə sığorta hadisəsi nəticəsində vurulmuş zərərin məhkəmə ekspertizası keçirilməklə və ya mütəxəssis rəyləri alınmaqla müəyyən edilməli imkanını məhdudlaşdırmır.
33. Cavabdeh apellyasiya şikayətində həmçinin "xxxx" MMC tərəfindən verilmiş qiymətləndirmə aktının obyektivliyini mübahisələndirmişdir. Bununla bağlı məhkəmə kollegiyası hesab edir ki, məhkəmə tərəfindən zərər məbləği həmin rəy əsasında müəyyən edilmədiyindən, bu hissədə cavabdehin arqumentlərinin ayrıca münasibət bildirilməsinə zərurət yoxdur.
34. Dəbbə pulu tələbinə gəldikdə qeyd edilməlidir ki, cavabdehin mövqeyinə görə, sığortaçı sığorta ödənişini ödəməyə hazır olmuş, lakin tərəflər arasında sığorta ödənişinin məbləği barədə mübahisə yarandığından ödəniş qəsdən deyil, məhz bu mübahisə səbəbindən icra edilməmişdir. Buna dair əvvəla qeyd edilir ki, cavabdeh tərəfindən iddia edilən məbləğdə belə sığorta ödənişi həyata keçirilməmişdir. Həmçinin o da qeyd edilməlidir ki, sığorta münasibətlərində dəbbə pulunun hesablanması qaydası və əsasları Mülki Məcəllənin 934-cü və “İcbari Sığortalar haqqında qanunda 18-ci maddələr ilə tənzimlənsə də, sözügedən normalarda tərəflər arasında zərərin məbləği barədə mübahisənin mövcudluğunun sığortaçının sığorta ödənişinin ödəmək öhdəliyinin icrasına möhlət verilməsi üçün əsas olması və həmin öhdəliyin vaxtında icra edilməməsinə görə məsuliyyətini aradan qaldırması nəzərdə tutulmamışdır. Belə olan halda isə mübahisənin mövcudluğunun dəbbə pulunun hesablamasını və tutulmasını istisna edən hal kimi nəzərə alınması istisna edilir.
35. Odur ki, cavabdehdən 200 manat məbləğində dəbbə pulunun tutulması hissəsində də qətnamə qanuni və əsaslı hesab edilir.
36. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq edilmiş, prosessual hüquq pozuntulara yol verilməmiş, qətnamədə (mübahisələndirilən hissədə) göstərilən nəticələr işin hallarına uyğundur. Apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin (mübahisələndirilən hissədə) ləğvi üçün əsas ola bilməz. Odur ki, şikayət təmin edilməməli, qətnamə (mübahisələndirilən hissədə) dəyişdirilmədən saxlanılmalıdır.
37. Məhkəmə kollegiyası məhkəmə xərclərinə münasibətdə qeyd edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən həmin şikayət verilərkən ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir.
38. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i:
Cavabdeh Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2026-cı il tarixli e-2-2(113)-1087/2025 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti üçün ödənilmiş rüsum cavabdehə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən: Leyla Əliyeva
Hakimlər: Təranə Mahmudova
Ziya Şirinov