Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(3-6)-252/2026 18.03.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh3 qarşı pul tələbinə dair kommersiya mübahisəsi (Açar söz:icarə müqaviləsi, sübutetmə) Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Mahmudova Təranə Nəriman qızının sədrliyi və məruzəsi ilə, hakimlər Şirinov Ziya Allahverdi oğlu, X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Məhərrəmova Günel Elman qızının katibliyi ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh3 qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin 2-2(113)- 4981/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi: İşin halları
1. İddiaçı ASC (direktor– Cavabdeh1) ( icarəyə verən) ilə Cavabdeh3 (icarəçi) arasında 01 oktyabr 2021-ci il tarixli, 08 nömrəli icarə müqaviləsi bağlanmışdır. Müqavilənin: 1-ci bəndinə icarəyə verən Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, 74 ünvanında yerləşən tam mülkiyyət üzrə ona məxsus hissəsindən 70 kv.m hissəsini icarəyə verir; 2-ci bəndinə əsasən icarə haqqı hər ay ƏDV ilə birlikdə 250 manat razılaşdırıldı; 3-cü bəndinə əsasən icarəçi icarə haqqını icarə müddətinin sonunadək vaxtlıvaxtında ödəməyi öz öhdəsinə götürür; 5-ci bəndinə əsasən icarə müqaviləsi xx.xx.2021-ci ilə qədər bağlanır. Müqavilə tərəflərin imzası və İddiaçı ASC-nin möhürü ilə təsdiq edilmişdir.
2. İddiaçı ASC (direktor – Cavabdeh1) (icarəyə verən) ilə Cavabdeh3 (icarəçi) arasında 01 yanvar 2022-ci il tarixli, 14 nömrəli icarə müqaviləsi bağlanmışdır. Müqavilənin: 1-ci bəndinə əsasən icarəyə verən Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, 74 ünvanında yerləşən tam mülkiyyət üzrə ona məxsus hissəsindən 70 kv.m hissəsini orada yerləşən və icarəyə verənə məxsus olan əşyalarla icarəçiyə icarəyə verir; 3.1.1-ci bəndinə əsasən aylıq icarə haqqının birinci tərkib hissəsi icarəyə verilən qeyri-yaşayış sahəsinin icarəsinə görə bir təqvim ayı üçün icarə haqqının məbləğindən (18 faiz dərəcəsi ilə əlavə dəyər vergisi daxil olaraq) ibarət olmaqla, 250 manat məbləğində müəyyən olunmuşdur; 5-ci bəndinə əsasən icarəçi xx.xx.2022-ci il tarixdən başlayaraq cari ayın aylıq icarə haqqını tam məbləğdə əvvəlcədən hər ayın 5-dək icarəyə verənə nağd qaydada və ya bank hesabına köçürməklə ödəyir; 14-cü bəndinə əsasən icarə haqqının müqavilədə nəzərdə tutulan son ödəniş günündən 3 ay ərzində ödənilməməsi, habelə hazırkı icarə müqaviləsinin hər hansı müddəasının icarəçi tərəfindən ödənilməməsi, habelə hazırkı icarə müqaviləsindən birtərəfli imtinası kimi qəbul edilir. Bu təqdirdə icarəyə verən bu müqaviləni birtərəfli qaydada vaxtından əvvəl ləğv edə və qanunvericilikdə müəyyən edilmiş tədbirlər görə bilər. İcarə müqaviləsinin vaxtından əvvəl ləğvi icarəçinin müqavilə ilə nəzərdə tutulmuş öhdəliklərindən, o cümlədən müqavilənin bağlanıldığı bütün müqavilə üçün ödənilməli olan icarə haqqının ödənilməsi öhdəliyindən azad etmir. Müqavilə tərəflərin imzası və İddiaçı MMC-nin möhürü ilə təsdiq edilmişdir.
3. xx.xx.2021-ci il tarixli, EBBN seriyalı, 176795 nömrəli nömrəli elektron qaimədən müəyyən olunur ki, İddiaçı ASC tərəfindən Cavabdeh3 yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi dəyəri 250 manat təşkil edir. Qaimənin əsası kimi xx.xx.2021-ci il tarixli müqavilə qeyd edilmişdir.
4. 27.12.2021-ci il tarixli, EBBO seriyalı, 828254 nömrəli nömrəli elektron qaimədən müəyyən olunur ki, İddiaçı ASC tərəfindən Cavabdeh3 yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi dəyəri 250 manat təşkil edir. Qaimənin əsası kimi xx.xx.2021-ci il tarixli müqavilə qeyd edilmişdir.
5. xx.xx.2022-ci il tarixli, EBBQ seriyalı, 373720 nömrəli nömrəli elektron qaimədən müəyyən olunur ki, İddiaçı ASC tərəfindən Cavabdeh3 yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi dəyəri 250 manat təşkil edir. Qaimənin əsası kimi xx.xx.2022-ci il tarixli müqavilə qeyd edilmişdir.
6. 25.02.2022-ci il tarixli, EBBR seriyalı, 887463 nömrəli nömrəli elektron qaimədən müəyyən olunur ki, İddiaçı ASC tərəfindən Cavabdeh3 yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi dəyəri 250 manat təşkil edir. Qaimənin əsası kimi xx.xx.2022-ci il tarixli müqavilə qeyd edilmişdir.
7. 28.03.2022-ci il tarixli, EBBT seriyalı, 407887 nömrəli nömrəli elektron qaimədən müəyyən olunur ki, İddiaçı ASC tərəfindən Cavabdeh3 yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi dəyəri 250 manat təşkil edir. Qaimənin əsası kimi xx.xx.2022-ci il tarixli müqavilə qeyd edilmişdir.
8. 28.04.2022-ci il tarixli, EBBV seriyalı, 294460 nömrəli nömrəli elektron qaimədən müəyyən olunur ki, İddiaçı ASC tərəfindən Cavabdeh3 yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi dəyəri 250 manat təşkil edir. Qaimənin əsası kimi xx.xx.2022-ci il tarixli müqavilə qeyd edilmişdir.
9. xx.xx.2022-ci il tarixli, EBBX seriyalı, 024929 nömrəli nömrəli elektron qaimədən müəyyən olunur ki, İddiaçı ASC tərəfindən Cavabdeh3 yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi dəyəri 250 manat təşkil edir. Qaimənin əsası kimi xx.xx.2022-ci il tarixli müqavilə qeyd edilmişdir.
10. xx.xx.2022-ci il tarixli, EBBY seriyalı, 995625 nömrəli nömrəli elektron qaimədən müəyyən olunur ki, İddiaçı ASC tərəfindən Cavabdeh3 yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi dəyəri 250 manat təşkil edir. Qaimənin əsası kimi xx.xx.2022-ci il tarixli müqavilə qeyd edilmişdir.
11. xx.xx.2022-ci il tarixli, EBCA seriyalı, 881852 nömrəli nömrəli elektron qaimədən müəyyən olunur ki, İddiaçı ASC tərəfindən Cavabdeh3 yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi dəyəri 250 manat təşkil edir. Qaimənin əsası kimi xx.xx.2022-ci il tarixli müqavilə qeyd edilmişdir.
12. xx.xx.2022-ci il tarixli, EBCC seriyalı, 721475 nömrəli nömrəli elektron qaimədən müəyyən olunur ki, İddiaçı ASC tərəfindən Cavabdeh3 yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi dəyəri 250 manat təşkil edir. Qaimənin əsası kimi xx.xx.2022-ci il tarixli müqavilə qeyd edilmişdir.
13. xx.xx.2022-ci il tarixli, EBCG seriyalı, 024635 nömrəli nömrəli elektron qaimədən müəyyən olunur ki, İddiaçı ASC tərəfindən Cavabdeh3 yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi dəyəri 250 manat təşkil edir. Qaimənin əsası kimi xx.xx.2022-ci il tarixli müqavilə qeyd edilmişdir.
14. 24.02.2023-cü il tarixli, EBDA seriyalı, 498515 nömrəli nömrəli elektron qaimədən müəyyən olunur ki, İddiaçı ASC tərəfindən Cavabdeh3 yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi dəyəri 250 manat təşkil edir. Qaimənin əsası kimi xx.xx.2022-ci il tarixli müqavilə qeyd edilmişdir.
15. 19.06.2023-cü il tarixli, EBDİ seriyalı, 151491 nömrəli nömrəli elektron qaimədən müəyyən olunur ki, İddiaçı ASC tərəfindən Cavabdeh3 yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi dəyəri 250 manat təşkil edir. Qaimənin əsası kimi xx.xx.2022-ci il tarixli müqavilə qeyd edilmişdir.
16. İddiaçı ASC tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli, 582529 nömrəli kassa mədaxil orderindən görünür ki, Cavabdeh3 tərəfindən İddiaçı ASC-yə 250 manat icarə haqqı (icarə haqqı X-21-ci il) ödənilmişdir.
17. İddiaçı ASC tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli, 582546 nömrəli kassa mədaxil orderindən görünür ki, Cavabdeh3 tərəfindən İddiaçı ASC-yə 250 manat icarə haqqı (icarə haqqı Xİ-21-ci il) ödənilmişdir.
18. İddiaçı ASC tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli, 582562 nömrəli kassa mədaxil orderindən görünür ki, Cavabdeh3 tərəfindən İddiaçı ASC-yə 250 manat icarə haqqı (icarə haqqı Xİİ-21-ci il) ödənilmişdir.
19. İddiaçı ASC tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, 582573 nömrəli kassa mədaxil orderindən görünür ki, Cavabdeh3 tərəfindən İddiaçı ASC-yə 250 manat icarə haqqı (icarə haqqı İ-22-ci il) ödənilmişdir.
20. İddiaçı ASC tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, 582582 nömrəli kassa mədaxil orderindən görünür ki, Cavabdeh3 tərəfindən İddiaçı ASC-yə 250 manat icarə haqqı (icarə haqqı İİ-22-ci il) ödənilmişdir.
21. İddiaçı ASC tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, 582597 nömrəli kassa mədaxil orderindən görünür ki, Cavabdeh3 tərəfindən İddiaçı ASC-yə 250 manat icarə haqqı (icarə haqqı İİİ-22-ci il) ödənilmişdir.
22. İddiaçı ASC tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, 112108 nömrəli kassa mədaxil orderindən görünür ki, Cavabdeh3 tərəfindən İddiaçı ASC-yə 250 manat icarə haqqı (icarə haqqı İV-22-ci il) ödənilmişdir.
23. İddiaçı ASC tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, 112141 nömrəli kassa mədaxil orderindən görünür ki, Cavabdeh3 tərəfindən İddiaçı ASC-yə 250 manat icarə haqqı (icarə haqqı Vİİ-22-ci il) ödənilmişdir.
24. Təqdim edilmiş maliyyə arayışından qeyd olunur ki, İddiaçı ASC ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2021-ci il tarixli icarə müqaviləsinə əsasən xx.xx.2021-ci il tarixindən xx.xx.2024-cü il tarixinədək olan dövr üzrə olan qalıq borcun məbləği 2750 manat təşkil edir.
25. "xxxx" MMC tərəfindən tərtib edilmiş sənədin məzmunundan müəyyən olunur ki, Cavabdeh3 22 qaimə üzrə ümumi borcu 2750 manat təşkil edir.
26. İş materiallarına hesabdan çıxarışlar əlavə edilmişdir.
27. İddiaçı ASC tərəfindən Cavabdeh1 göndərilmiş pretenziya məktubundan görünür ki, borc məbləğinin 3 gün müddətində ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir.
28. İddiaçı ASC tərəfindən Cavabdeh3 göndərilmiş xx.xx.2025-ci il tarixli pretenziya məktubundan görünür ki, borc məbləğinin 3 gün müddətində ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir.
Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı
29. . İddiaçı Açıq Səhmdar Cəmiyyəti (İddiaçı ASC) cavabdehlər Cavabdeh1 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada xx.xx.2021-ci il tarixli, 08 nömrəli icarə müqaviləsi üzrə 500 (beş yüz) manat və xx.xx.2022-ci il tarixli, 14 nömrəli icarə müqaviləsi üzrə 2250 (iki min iki yüz əlli) manat olmaqla, ümumilikdə 2750 manat (iki min yeddi yüz əlli) manat məbləğində pul vəsaitinin, eyni zamanda iddaçı tərəfindən vəkilə ödənilmiş 700 (yeddi yüz) manat xərcin və dövlət rüsumu kimi ödənilmiş 47,5 manat (qırx yeddi manat əlli qəpik) məbləğində pulun əvəzinin tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
30. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 2021-ci ilin noyabr ayından 2024-cü ilin iyul ayınadək İddiaçı ASC-nin direktoru vəzifəsində çalışmışdır. Onun direktor vəzifəsində çalışdığı dövrdə İddiaçı ASC (VÖEN: **********) ilə Cavabdeh3 arasında xx.xx.2021-ci il tarixli, 8 nömrəli icarə müqaviləsi bağlanmışdır. Həmin icarə müqaviləsinin 2-ci bəndinə əsasən icarə haqqı hər ay üçün ƏDV ilə birlikdə 250 (iki yüz əlli) manat müəyyənləşdirilmişdir. Qeyd edək ki, xx.xx.2021-ci il tarixli, 8 saylı icarə müqaviləsinə əsasən: 1) xx-xx-2021-ci il tarixli, EBBN seriyalı, 176795 nömrəli elektron qaimə üzrə 250 manat, 2) xx-xx-2021-ci il tarixli, EBBO seriyalı, 828254 nömrəli elektron qaimə üzrə 250 manat olmaqla, ümumilikdə bu müqavilə üzrə 500 (beş yüz) manat məbləğində borc yaranmışdır. Tərəflər arasında yenidən xx.xx.2022-ci il tarixli, 14 nömrəli icarə müqaviləsi bağlanmışdır. Həmin icarə müqaviləsinin 3.1.1-ci bəndinə əsasən aylıq icarə haqqının birinci tərkib hissəsi icarəyə verilən qeyri yaşayış sahəsinin icarəsinə görə bir təqvim ayı üçün icarə haqqının məbləğindən (18 faiz dərəcəsi ilə əlavə dəyər vergisi daxil olaraq) ibarət olmaqla, 250 (iki yüz əlli) manat məbləğində müəyyən olunmuşdur. Həmin müqavilənin 5-ci bəndinə əsasən icarəçi 01 yanvar 2022-ci il tarixdən başlayaraq cari ayın aylıq icarə haqqını tam məbləğdə əvvəlcədən hər ayın 5-dək icarəyə verənə nağd qaydada və ya bank hesabına köçürməklə ödəyir. Qeyd edilir ki, xx.xx.2022-ci il tarixli, 14 saylı icarə müqaviləsinə əsasən: 3) xx-xx-2022-cü il tarixli, EBBQ seriyalı, 373720 nömrəli elektron qaimə üzrə 250 manat, 4) xx-xx-2022-cü il tarixli, EBBR, seriyalı, 887463 nömrəli elektron qaimə üzrə 250 manat, 5) xx-xx-2022-ci il tarixli, EBBT seriyalı, 407887 nömrəli elektron qaimə üzrə 250 manat, 6) xx-xx-2022-ci il tarixli, EBBV seriyalı, 294460 nömrəli elektron qaimə üzrə 250,01 manat, 7) xx-xx-2022-ci il tarixli, EBBX seriyalı, 024929 nömrəli elektron qaimə üzrə 250 manat, 8) xx-xx-2022-cİ il tarixli, EBBY seriyalı, 495625 nömrəli elektron qaimə üzrə 250 manat, 9) xx-xx-2022-ci il tarixli, EBCA seriyalı, 881852 nömrəli elektron qaimə üzrə 250 manat, 10) xx-xx-2022-ci il tarixli, EBCC seriyalı, 721475 nömrəli elektron qaimə üzrə 250 manat, 11) xx-xx-2022ci il tarixli, EBCG seriyalı, 024635 nömrəli elektron qaimə üzrə 249,99 manat olmaqla,ümumilikdə bu müqavilə üzrə 2250 (iki min iki yüz əlli) manat məbləğində borc yaranmışdır. Qeyd edilir ki, Cavabdeh1 2021-ci ilin noyabr ayından 2024-cü ilin iyul ayınadək İddiaçı ASC-nin direktoru vəzifəsində çalışmışdır. Onun fəaliyyət dövründə İddiaçı ASC ilə fərqli hüquqi və fiziki şəxslərlə bağlanmış xidmət, tapşırıq və sair müqavilələrdə, hüquqi şəxsə aid maliyyə və digər sənədlərində uyğunsuzluqlar aşkar edilmişdir. Yuxarıda qeyd edilən sənədlərin, mülki xarakterli müqavilələrin, maliyyə və mühasibat sənədlərinin, anbar, bina, daxili sahələrə aid olan açarların, kilidlərin, elektron formatda saxlanılan İddiaçı ASC-ə aid olan sənədlərin, İddiaçı ASC-nin mülkiyyətində olan əsas vəsaitlərin, video müşahidə cihazlarına giriş (kilid) icazələrinin verilməsi və sair sənəd və vəsaitlərin İddiaçı ASC-ə təqdim edilməsi ilə bağlı Cavabdeh1 məktublar ünvanlanmışdır. Lakin sonuncu qeyd olunanların heç birinə geri dönüş etməmişdir. Yuxarıda qeyd olunan elektron qaimələr də Cavabdeh1 fəaliyyət göstərdiyi dövrdə göndərilmişdir. Lakin hazırkı vaxtadək sözügedən icarə borcları ASC-nin hesabına köçürülməmişdir. Buna görə də hesab edilir ki, həmin dövrdə ASC-nin direktoru olmuş Cavabdeh1 da hazırkı mübahisə üzrə cavabdeh kimi işə cəlb olunmalıdı.
31. Daha sonra iddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinin tələblərinə uyğun olaraq, “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 1750 manat məbləğində pul vəsaitinin, Cavabdeh3 1000 manat məbləğində pul vəsaitinin, eyni zamanda iddiaçı tərəfindən vəkilə ödənilmiş 700 manat xərcin və dövlət rüsumu kimi ödənilmiş 47,5 manat məbləğində pulun əvəzinin iddiaçıya xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
32. İddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə etmiş və iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir.
33. Cavabdehlərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərini nəzərə alaraq, məhkəmə iclasının cavabdehlərin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir.
34. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh3 1000 (min) manat icarə haqqı, 350 (üç yüz əlli) manat hüquqi yardım xərci və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 17,30 manat məbləğində pul vəsaiti İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, iddia tələbinin qalan hissədə, Cavabdeh1 münasibətdə təmin edilməməsi qət edilmişdir.
35. Məhkəmə gəldiyi nəticəni aşağıdakı kimi əsaslandırmışdır:
İşin faktiki hallarından göründüyü kimi, iddiaçı ilə Cavabdeh3 arasında icarə müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Həmin müqaviləyə əsasən icarəyə verən Bakı şəhəri, Nizami rayonu, Babək prospekti 74 ünvanında yerləşən mülkiyyət hüququ üzrə ona məxsus icarə obyektini icarəçiyə verməyi, icarəçi isə hər ayın 5-dən gec olmayaraq aylıq 250 manat icarə haqqını iddiaçıya ödəməyi öz öhdəsinə götürmüşdür. Müqavilə üzrə iddiaçı öz öhdəliklərini yerinə yetirsə də, cavabdeh-icarəçi öz öhdəliklərini lazımınca yerinə yetirməmiş və nəticədə iddiaçıya borcu yaranmışdır. İlkin olaraq iddiaçı cavabdehlər Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada xx.xx.2021-ci il tarixli, 08 nömrəli icarə müqaviləsi üzrə 500 manat və xx.xx.2022-ci il tarixli, 14 nömrəli icarə müqaviləsi üzrə 2250 manat olmaqla, ümumilikdə 2750 manat məbləğində pul vəsaitinin tutulmasını xahiş etmiş, sonradan iddia tələbini dəyişdirmişdir. Belə ki, cavabdeh tərəfindən ödənilmiş məbləğlər ümumi borcdan çıxılaraq yalnız 2750 manat icarə haqları tələbi saxlanılmış, müxtəlif əsaslarla həmin məbləğin 1000 manatının Cavabdeh3, qalan 1750 manat hissəsinin isə digər cavabdehdən tutulması xahiş edilmişdir. İddia tələbinin bir hissəsini 1000 manat icarə haqqının Cavabdeh3 tutulması təşkil edir. Məhkəmə qanunvericilik normalarını, cavabdehin müqaviləyə əsasən üzərinə götürdüyü öhdəliyi lazımınca icra etmədiyini, belə olan halda isə iddiaçının ödənilməmiş qalan məbləği cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia həmin hissədə təmin edilməli və Cavabdeh3 1000 (min) manat icarə haqqı tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Borcun mövcudluğu işdə olan sübutlarla öz təsdiqini tapır. Cavabdeh tərəfindən iş materiallarına əlavə edilmiş kassa məxaric orderlərindən müəyyən olunur ki, Cavabdeh3 tərəfindən tərəflər arasında imzalanmış xx.xx.2021-ci il tarixli icarə müqaviləsi üzrə İddiaçı ASC tərəfindən Cavabdeh3 ünvanlanmış elektron qaimələr üzrə ödənişlər edilmiş, həmin qaimələr üzrə borc mövcud deyil. xx.xx.2022-ci il tarixli, EBBX seriyalı, 024929 nömrəli, xx.xx.2022-ci il tarixli, EBBY seriyalı, 495625 nömrəli, xx.xx.2022-ci il tarixli, EBCC seriyalı, 721475 nömrəli, xx.xx.2022-ci il tarixli, EBCG seriyalı, 024635 nömrəli elektron qaimələr üzrə ödəniş edilməsini (cəmi 1000 manat (250x4 ay=1000)) təsdiq edən sübutlar iş materiallarına əlavə edilməmişdir. Tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 08 nömrəli müqavilənin 3.1.1-ci bəndinə əsasən aylıq icarə haqqının birinci tərkib hissəsi icarəyə verilən qeyri-yaşayış sahəsinin icarəsinə görə bir təqvim ayı üçün icarə haqqının məbləğindən (18 faiz dərəcəsi ilə əlavə dəyər vergisi daxil olaraq) ibarət olmaqla, 250 manat məbləğində müəyyən olunmuşdur. Qeyd edilənləri nəzərə alaraq, məhkəmə həmin hissədə hazırkı nəticəyə gəlmişdir. İddia tələbinin digər hissəsini 1750 manat məbləğində pul vəsaitinin Cavabdeh1 tutulması təşkil edir. İşin hallarından müəyyən olunur ki, Cavabdeh1 2021-ci ilin noyabr ayından 2024-cü ilin iyul ayınadək İddiaçı ASC-nin direktoru olmuşdur. Həmçinin həmin dövrdə tərtib olunmuş kassa məxaric orderləri və elektron qaimələrdən müəyyən olunur ki, mübahisələdirilən 1750 manat pul vəsaiti Cavabdeh3 tərəfindən İddiaçı ASC-yə ödənilsə də, iddiaçı həmin vəsaitin sonuncunun hesabına ödənilmədiyini iddia etmiş, lakin mübahisələndirdiyi 1750 manat ödənişlərin ASC-nin hesabına ödənilməməsinə dair sübutları (audit rəyi, mühasibat sənədləri və s.), Cavabdeh1 direktor olduğu dövrdə kassa aparatının olmamasına, hətta MMC-nin mühasibi tərəfindən də imzalanmış kassa mədaxil orderlərinə əsasən ödənişlərin məhz Cavabdeh1 tərəfindən mənimsənilməsinə dair sübutları təqdim etməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi Cavabdeh1 münasibətdə təmin edilməməlidir. Eləcə də, iddiaçı məhkəmə xərcləri və 700 manat vəkil xərcinin cavabdehlərdən onun xeyrinə tutulmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, ağlabatan məbləğ olaraq (həmçinin iddianın qismən təmin edildiyi nəzərə alınaraq) 350 (üç yüz əlli) manat hüquqi yardım xərci və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 17,30 manat Cavabdeh3 tutularaq iddiaçıya ödənilməlidir.
36. Qənaətinin hüquqi əsaslandırması zamanı məhkəmə, Mülki Məcəllənin 14.2.1, 21.1, 21.2, 49.4.5, 385.1, 386.1, 390.1, 433.1, 442, 448.1, 700.1, 700.2, 700.3, 1097.1-ci maddələrinə istinad etmişdir.
Apellyasiya instansiyasi məhkəməsindəki icraat
a) Apellyasiya şikayətinin dəlilləri
37. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli qətnaməsindən İddiaçı ASC apellyasiya şikayəti verərək qətnamənin qismən ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsini xahiş etmişdir.
38. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin hüquqları Bakı Kommersiya Məhkəməsinin müvafiq qətnaməsi ilə əsassız şəkildə pozulmuşdur. Belə ki, məhkəmə iddia tələbinin Cavabdeh1 münasibətdə təmin edilməməsini yalnız formal cümlələrlə əsaslandıra bilmişdir. Qeyd olunan normalar ümumi şəkildə onu ifadə edir ki, hüququ pozulmuş şəxsə vurulmuş zərər, qanun və ya müqavilə ilə başqa hal nəzərdə tutulmadıqda, tam həcmdə ödənilməlidir. Hüquqi şəxs adından çıxış edən və ya onun idarəetmə orqanlarında təmsil olunan şəxslər öz vəzifələrini icra edərkən vicdanla, peşəkar və məntiqli davranmalı, hüquqi şəxsin və iştirakçıların maraqlarını şəxsi maraqlarından üstün tutmalı, ehtiyatlı, ədalətli və qərəzsiz olmalıdırlar. Bu vəzifələrin pozulması nəticəsində hüquqi şəxsə zərər dəydikdə, nizamnamə kapitalında azı 5 faiz paya malik olan iştirakçının tələbi ilə həmin şəxs dəymiş zərərin əvəzini ödəməyə borcludur. Qanunvericilikdə bu məsuliyyətə səbəb olan hallar konkret göstərilmişdir: zərərli fəaliyyət şəraitində və ya qeyri-mütənasib bonusların ödənilməsi, əmlakın bazar dəyərindən xeyli aşağı şərtlərlə özgəninkiləşdirilməsi və ya istifadəyə verilməsi, maraqların toqquşmasına yol verən və hüquqi şəxs üçün risk yaradan müqavilələrin bağlanması, malların və xidmətlərin real dəyərindən əhəmiyyətli dərəcədə baha alınması, hüquqi şəxsin əmlakının mənimsənilməsi və ya israf edilməsi, habelə səhmdarların (payçıların) maraqlarına zərər vuran ədalətsiz əqdlərin bağlanması. Qeyd edək ki, İddiaçı ASC-nin hər iki cavabdehə qarşı iddia tələbi ilk öncə icarə haqqlarının ASC-nin balansına ödənilməməsi ilə bağlı olmuşdur Lakin məhkəmə baxışı gedişatında Cavabdeh3 tərəfindən mədaxil qəbzlərinin məhkəməyə təqdim olunmasından sonra, Cavabdeh1 həmin ödənişləri ASC-nin balansına köçürmədiyi müəyyən olunmuşdur. Bank hesabından çıxarışlar da bunu təsdiqləyir. Beləliklə, iddia tələbi Cavabdeh1 qarşı icarə haqqının tutulması deyil, onun İddiaçı ASC-nin direktoru qismində hüquqi şəxsə vurduğu zərərin əvəzinin ödənilməsi ilə bağlı olmuşdur. Bu isə birbaşa olaraq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 49.3 və 49.4.5-ci maddələrinin tətbiq dairəsinə daxildir. Məhkəmə kassaya mədaxil orderlərində imza və möhürün olmasını əsas götürərək belə nəticəyə gəlmişdir ki, guya pul vəsaiti həqiqətən ASC-nin kassasına mədaxil olunmuşdur. Məhkəmə yalnız mülahizələrə əsaslanaraq bu qənaətə gəlmiş, iddiaçı tərəfindən təqdim olunmuş sübutlara isə heç bir əhəmiyyət verməmişdir. Bu nəticə isə maddi hüququn kobud pozuntusu olmaqla yanaşı, iqtisadi reallıqlara ziddir, çünki iş materialları ilə təsdiq olunur ki, 2021-ci ildən etibarən ASC-də faktiki olaraq kassa aparatı mövcud olmamışdır. Qeyd edək ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X2 və Uçotun Təşkili Baş İdarəsinə “2021-ci ilin noyabr ayından 2024-cü ilin may ayına qədər Karkas ASC-də kassa aparatının qeydiyyatda olub-olmaması barədə arayış”ın verilməsi ilə bağlı xx.xx.2025 tarixli sorğusuna sonuncunun cavab məktubuna əsasən, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh1 direktor olduğu dövrdə kassa aparatının mövcud olmadığı qeyd olunmuşdur. Eyni zamanda bank hesabından çıxarışlarda da bir mənalı şəkildə görsənir ki, mübahisələndirilən məbləğlər ASC-nin bank hesabına daxil edilməmişdir. Cavabdehin kassanın mövcud olmadığı şəraitdə tərtib etdiyi qanunsuz kassa mədaxil orderləri real pul dövriyyəsini sübut etmir. Məhkəmə kassa mədaxil orderinin mövcudluğunu avtomatik olaraq pulun hüquqi şəxsə daxil olması kimi qəbul etməklə, Mülki Məcəllənin 49.3-cü maddəsində təsbit edilmiş ehtiyatlı və vicdanlı idarəetmə prinsiplərini nəzərə almamışdır. Məhkəmə sübutetmə yükünü tamamilə iddiaçının üzərinə qoymuşdur, halbuki iddiaçı sübut etmişdir ki, mübahisəli məbləğlər ASC-nin bank hesabına daxil olmamışdır. Cavabdeh1 isə bu vəsaitlərin hara yönəldiyini, kimə verildiyini və ya necə istifadə edildiyini sübut etməmişdir. Məhkəmə bank çıxarışları ilə kassa orderləri arasındakı ziddiyyəti, şirkətdə kassanın olmaması faktını, direktorun maliyyə intizamına nəzarət öhdəliyini araşdırmamış, sübutları bir-biri ilə müqayisəli şəkildə qiymətləndirməmişdir. Bu isə MPM-in 14.2-ci maddəsinin tələblərinə zidd olaraq, sübutların seçmə qaydada və birtərəfli araşdırılması deməkdir. Qətnamədə Cavabdeh1 faktiki olaraq direktor vəzifəsini icra etməsi, pul vəsaitlərinin ASC-nin maliyyə dövriyyəsində əks olunmaması, direktorun maliyyə nəzarətinə dair hüquqi vəzifələri üzrə aydın hüquqi nəticələr çıxarılmamışdır. Qətnamə yalnız ehtimalların olmadığını bildirməklə kifayətlənmiş, lakin təqdim edilmiş yazılı sübutlara hüquqi qiymət verməmişdir. Bu səbəbdən qətnamə nə qanuni, nə də əsaslı hesab edilə bilər. Bank hesabından çıxarışlar obyektiv, rəsmi və təkzib edilməz sübut olduğu halda, məhkəmə bu sənədlərə üstün sübut qüvvəsi verməmiş, əvəzində formal kassa orderlərinə üstünlük tanımışdır. Bu isə sübutların etibarlılıq və obyektivlik prinsiplərinə zidd qiymətləndirilməsi deməkdir. Qeyd edək ki, Cavabdeh1 sıravi işçi olmamış, hüquqi şəxsin icra orqanı rəhbəri olmuşdur. Bu status ona maliyyə vəsaitlərinə nəzarət, kassaya və bank hesablarına cavabdehlik, uçotun düzgün aparılmasına məsuliyyət yükləyirdi. Məhkəmə bu xüsusi hüquqi statusu nəzərə almadan, cavabdehi adi fiziki şəxs kimi qiymətləndirmişdir ki, bu da maddi hüququn yanlış tətbiqi ilə nəticələnmişdir.
Apellyasiya baxışı, verilən izahatlar
39. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmişdirlər.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
40. Maddə 14.2.1. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərdir.
41. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
42. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
43. Maddə 49.4.5. Hüquqi şəxs adından çıxış edən şəxs, o cümlədən hüquqi şəxsin idarəetmə orqanlarında (müşahidə (direktorlar) şurası, icra orqanı) təmsil olunan hər hansı şəxs hüquqi şəxsə və ya səhmdara (payçıya) dəyən zərərə görə özü üçün, hüquqi şəxsə aidiyyəti olan şəxslər və ya digər şəxslər üçün maddi və qeyri-maddi əmlak nemətləri və bu cür əmlaka hüquqların təmin edilməsi məqsədi ilə hüquqi şəxsin əmlakının mənimsənilməsi və ya israf edilməsi halında məsuliyyət daşıyır.
44. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
45. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
46. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
47. Maddə 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur.
48. Maddə 700.2. İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər.
49. Maddə 433.1-ci maddəsinə əsasən borclu öz öhdəliyini kreditora və ya qanunla və ya məhkəmənin qərarı ilə icranı qəbul etməyə ixtiyarı çatan şəxsə ödəməlidir.
50. Maddə 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
51. Maddə 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
52. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
53. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
54. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.
55. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
56. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
57. Maddə 115.0.6. Vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir.
58. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
59. Maddə 121.1. Məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.
60. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
61. Maddə 385. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
62. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
63. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
64. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin iddianın təmin olunmayan hissəsində yoxlanılması təşkil edir. Çünki, iddia qismən təmin olunsa da, cavabdehlər həmin hissədə qətnaməni mübahisələndirməmişdirlər.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi
65. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin faktiki hallarına və maddi hüquq normalarına uyğundur.
66. Belə ki, mülki mühakimə icraatında hüququn tətbiqi üçün ilkin başlanğıc nöqtə tələbin qanuni əsasının tapılmasından ibarətdir – iddia tələbinin düzgün qanuni əsasını tapmaq üçün isə 4 sual cavablandırılmalıdır: kim kimdən nəyi və nəyə əsasən tələb edir?
67. Tərəflər hüquq və öhdəliklərini mülki qanunvericiliyə müvafiq olaraq müqavilə ilə razılaşdırdıqları halda məhkəmələr yaranmış mübahisəni həmin müqavilə şərtləri çərçivəsində həll etməli, tərəflərin müqavilə üzrə öhdəliklərini icra edib-etməmələrini hərtərəfli araşdırmalı, eləcə də hansı tərəfin öhdəliyin icra edilməməsi üçün məsuliyyət daşımalı olduğunu dəqiqliklə müəyyən etməlidir (Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Ali Məhkəmənin İnzibatiİqtisadi Kollegiyasının 15 sentyabr 2017-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 11 iyun 2018-ci il tarixli Qərarı).
68. İşin müəyyən olunmuş mübahisəsiz halları ondan ibarətdir ki, icarəyə verən qismində İddiaçı ASC (direktor – Cavabdeh1) ilə icarəçi qismində Cavabdeh3 arasında xx.xx.2021-ci il tarixli, 8 saylı və 01 yanvar 2022-ci il tarixli, 14 nömrəli icarə müqavilələri bağlanmışdır. Cavabdeh1 2021-ci ilin noyabr ayından 2024-cü ilin iyul ayınadək İddiaçı ASC-nin direktoru olduğu dövrdə elektron qaimələr tərtib olunmuşdur. 1) xx-xx-2021-ci il tarixli, EBBN seriyalı, 176795 nömrəli elektron qaimə üzrə 250 manat, 2) xx-xx-2021-ci il tarixli, EBBO seriyalı, 828254 nömrəli elektron qaimə üzrə 250 manat; 3) xx-xx-2022-cü il tarixli, EBBQ seriyalı, 373720 nömrəli elektron qaimə üzrə 250 manat, 4) xx-xx-2022cü il tarixli, EBBR, seriyalı, 887463 nömrəli elektron qaimə üzrə 250 manat, 5) xx-xx- 2022-ci il tarixli, EBBT seriyalı, 407887 nömrəli elektron qaimə üzrə 250 manat, 6) xx-xx- 2022-ci il tarixli, EBBV seriyalı, 294460 nömrəli elektron qaimə üzrə 250,01 manat, 7) xxxx-2022-ci il tarixli, EBBX seriyalı, 024929 nömrəli elektron qaimə üzrə 250 manat, 8) xxxx-2022-cİ il tarixli, EBBY seriyalı, 495625 nömrəli elektron qaimə üzrə 250 manat, 9) xxxx-2022-ci il tarixli, EBCA seriyalı, 881852 nömrəli elektron qaimə üzrə 250 manat, 10) xx-xx-2022-ci il tarixli, EBCC seriyalı, 721475 nömrəli elektron qaimə üzrə 250 manat, 11) xx-xx-2022-ci il tarixli, EBCG seriyalı, 024635 nömrəli elektron qaimə üzrə 249,99 manat)
69. İş materiallarına əlavə edilmiş İddiaçı ASC tərəfindən tərtib edilmiş xx-xx- 2022-ci il tarixli, kassa mədaxil orderindən görünür ki, Cavabdeh3 tərəfindən «Karkas” ASC-yə 1.750 manat icarə haqqı ödənilmişdir.
70. Məhkəmə kolllegiyası qeyd edir ki, iddiaçı mübahisələndirdiyi 1750 manat ödənişlərin ASC-nin hesabına ödənilməməsinə dair sübutları (audit rəyi, mühasibat sənədləri və.s), Cavabdeh1 direktor olduğu dövrdə kassa aparatının olmamasına, hətta kassa mədaxil orderlərinə əsasən ödənişlərin məhz Cavabdeh1 tərəfindən mənimsənilməsinə dair sübutları təqdim etməmişdir.
71. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürülüb. Tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. İddiaçı, iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandırdığı faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir.
72. Eyni zamanda, hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olubolmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər.
73. İddia tələblərinin qismən təmin olunduğunu və mövcud məhkəmə təcrübəsinə əsasən vəkilin göstərdiyi yardıma görə ödənilən məbləğin ağlabatan olduğunu nəzərə alaraq kollegiya hesab edir ki, hüquqi xidmət göstərilməsi üçün birinci instansiya məhkəməsinin mövqeyi qanuni və əsaslıdır.
74. Beləliklə, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin gəldiyi nəticəni təkzib etmir, iş üzrə yeni hüquqi və ya faktiki hallar müəyyən etmir və qətnamənin ləğvini şərtləndirən əsaslar yaratmır.
75. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə xərclərinə dair məsələyə də qiymət verməyin zəruriliyini vurğulayaraq kollegiya qeyd edir ki, iddia ərizəsi qismən təmin edildiyindən birinci instansiya məhkəməsinin mövqeyi qanuni və əsaslı olmuşdur; apellyasiya şikayəti vermək üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatorun özünə aid olunmalıdır. Nəzərə alınmalıdır ki, məhkəmə xərclərinin bölüşdürülməsi məsələsi prosessual qanunvericiliklə tənzimləndiyindən, bununla bağlı qərar qəbul edərkən məhkəmə, müvafiq tələbin olubolmamasına bağlı deyildir.
76. Həmçinin mübahisələndirilən hissədə iddianın qiymətinin on min manatdan az olduğunu nəzərə alaraq və Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsini rəhbər tutaraq kollegiya qeyd edir ki, hazırkı qətnamədən kassasiya şikayəti verilə bilməz.
77. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ:
İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-4981/2025 nömrəli kommersiya mübahisəsi üzrə xx.xx.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamə dərhal qüvvəyə minir, qətnamədən kassasiya şikayəti verilə bilməz.