Məhkəmə qərarları › İş №2-2(3-6)-260/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(3-6)-260/2026

09.04.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2-2(3-6)-260/2026 09.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Ziya Allahverdi oğlu Şirinovun sədrliyi və məruzəsi ilə, X1 və X4 ibarət tərkibdə, Ismayılova Elnarə Məyiş qızının katibliyi, Iddiaçı nümayəndəsi X2, Cavabdeh nümayəndəsi ( vəkili) Vəkil iştirakları ilə, Iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə qarşı “borcun ödənilməsi” tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxdı. Işin Halları

1. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (satıcı) ilə Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti (alıcı) arasında ## ### 2022-ci il tarixli * saylı müqavilə bağlanmışdır. Müqavilənin: 1.1-ci bəndinə əsasən Satıcı bundan sonra «mal» adlanan və adı, markası, miqdarı, keyfiyyəti və qiyməti bu müqavilənin müvafiq bəndlərində gostərilən neft məhsullarının satışını, alıcı isə həmin neft məhsullarının qəbul edilməsini və müqavilə üzrə malın dəyərinin ödənilməsini öz öhdələrinə götürürlər. 3.1-ci bəndinə əsasən satıcı tərəfindən satılmış yanacağın elektron qaiməsi cari ayın sonunda alıcıya təqdim edilir. Elektron qaimə təqdim olunduğu tarixdən etibarən 15 gün ərzində ödəniş həyata keçirilir.

2. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir

Birinci instansiya məhkəməsindəki icraat

3. Iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra iddiaçı) cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə (bundan sonra cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh-alıcı – Cavabdeh QSC-dən iddiaçı-Satıcı – “xxxx” QSCnin F-48 françayzniq müqaviləsi üzrə “xxxx” MMC-nin xeyrinə 289.735 manat borc pul və ödənilmiş 581 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Iddia onunla əsaslandırılmışdır ki, alıcı tərəfindən mütəmadi olaraq alınan yanacağın dəyərinin bir qismi ödənilməmiş olaraq qalmışdır. Belə ki, ##.##.2025-ci il tarixədək borc məbləği 314606 (üç yüz on dörd min altı yüz altı) manat təşkil etmişdir. Borclu qeyd olunan tarixdə 24871 (iyirmi min səkkiz yüz yetmiş bir manat) manat ödəniş etmişdir. Bu yalnız ödənişin ƏDV məbləği hissəsi olmuşdur. Alıcı tərəfindən alınmış avtomobil yanacağına olan ümumi borc ƏDV daxil olmaqla hal-hazırda 289735 (iki yüz səksən doqquz min yeddi yüz otuz beş) manat təşkil edir.

5. Bakı Kommersiya Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsi ilə iddianın təmin edilməsi qət edilmişdir.

6. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin e-*-*(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

APELLYASIYA ŞIKAYƏTININ VƏ ONA QARŞI ETIRAZIN DƏLILLƏRI, MƏHKƏMƏ ICRAATI IŞTIRAKÇILARININ IZAHATLARI

a) Apellyasiya şikayətinin dəlilləri

7. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin qətnamədə istinad etdiyi ##.##.2022 müqavilənin müddəti 1 il, ##.##.2023 kimi qeyd edilsə də, digər hissədə məhkəmə e-qaimələrin ##.##.2025-ci il, ##.##.2025-ci il, ##.##.2025-ci il, ##.##.2025-ci illərdə göndərildiyini göstərib. Müqavilədə qeyd edilib ki, onun müddəti 1 dəfə artırıla bilər. Uzun illər fasilədən sonra iddiaçı bizə niyə və necə yanacaq verdi. Sifarişin kimdən alınmasına dair sənəd yoxdur. Müqavilədə dizel yanacağının 1 litrinin qiymətinin 0,80 manat olduğu qeyd edilib. 2025-ci ildə dizelin 1 litri 0,80 manat, qiymət bir neçə il idi ki, 1 manat olmuşdur. Cavabdehlə qiyməti necə razılaşdırılması barədə hansı sənədlər yoxdur. Cavabdehin iddiaçıya konkret olaraq borcu yoxdur. Məhkəmə işdə mötəbər sənəd kimi yalnız iddiaçının cavabdehə göndərdiyi elektron qaimələri sübut kimi qəbul etmişdir. Halbuki Konstitusiya Məhkəməsi Plenumununun ##.##.2022 tarixli qərarı ilə formalaşmış hüquqi mövqeyə görə həmin qaimələr tərəflər arasından bağlanmış müqavilə ilə əlaqəli şəkildə tədqiq edilməlidir ki, Məhkəmə bunu etməmiş, e-qaimələrə ən mötəbər sənəd kimi qiymət vermişdir. Qaimələr şirkət yox, sistem tərəfədindən təsdiq edilib.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

8. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

b) Məhkəmə icraatı iştirakçılarının izahatları

9. Məhkəmə iclasında işitrak edən iddiaçı nümayəndəsi X2 apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin olunmamasını xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, tərəflər arasında 700.00 (yeddi yüz min) manatdan artıq dövriyyə olmuş, ondan yalnız 500.00 (beş yüz) min manat civarında ödəniş edilmiş və dövriyyə ilə bağlı sənədləri e sistemə yükləmşdir.

10. Məhkəmə iclasında işitrak edən cavabdeh nümayəndəsi ( vəkili) Vəkil apellyasiya şikayətinə müdafiə edərək, şikayətin təmin olunmamasını xahiş etmişdir .Əlavə olaraq bildirmişdir ki, tərəflər arasında işgüzar münasibətlər təhvil təslim aktının üzləşmə aktının təqdim olunması, onun əsasında ödəniş olunması şəklində formalaşmış,lakin heç bir akt təqdim edə bilmirlər.

TƏTBIQ EDILƏN HÜQUQ

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

11. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

12. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

13. Maddə 398.1. Müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir.

14. Maddə 399.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.

15. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

16. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

17. Maddə 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Bunun nəticəsində icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.

18. Maddə 567. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

19. Maddə 598.1. Əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.

20. Maddə 600.1. Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.

21. Maddə 600.4. Əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

22. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

23. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

24. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

25. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

26. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi.

27. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2021-ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları”

28. Bənd 1.2. Elektron qaimə-faktura bu Qaydalara uyğun olaraq tərtib edilən və elektron formada hazırlanaraq vergi orqanında uçotda olan şəxslərə göndərilən və ya malların təsərrüfatdaxili yerdəyişməsinin rəsmiləşdirilməsini təsdiq edən ilkin uçot sənədidir.

29. Bənd 3.1. Vergi ödəyicisi bu Qaydaların 2.2.10-cu yarımbəndində nəzərdə tutulan elektron qaimə-faktura istisna olmaqla, digər elektron qaimə-fakturanı elektron formada göndərir. Vergi ödəyicisi bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaiməfakturanı elektron formada tərtib edərək təsdiq edir.

30. Bənd 3.2. Elektron qaimə-faktura (bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-faktura istisna olmaqla) vergi ödəyicisi tərəfindən müvafiq qaydada hazırlanıb təsdiq edildikdə, Portal vasitəsilə avtomatik olaraq qəbul edənin bu səhifədə yaradılmış elektron kabinetinə göndərilir.

31. Bənd 3.3. Cari elektron qaimə-faktura (bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-faktura istisna olmaqla) göndərildiyi vaxtdan 5 (beş) gün müddətində qəbuledən tərəfindən düzəliş üçün qaytarıla və ya təsdiqlənə bilər. Düzəliş üçün qaytarılmış elektron qaimə-faktura göndərən tərəfindən düzəliş edildikdən sonra yenidən təqdim oluna bilər.

32. Bənd 3.4. Bu Qaydaların 2.2.2-ci, 2.2.3-cü, 2.2.6-сı, 2.2.9-cu və 2.2.10cu yarımbəndlərində qeyd olunan elektron qaimə-faktura növləri istisna olmaqla, cari elektron qaimə-faktura 5 (beş) gün müddətində qəbuledən tərəfindən təsdiq edilmədikdə (düzəliş üçün qaytarılmış elektron qaimə-fakturalara münasibətdə düzəliş edilərək, təqdim olunduqdan sonra 5 (beş) gün müddətində), həmin elektron qaimə-faktura proqram təminatı tərəfindən təsdiq edilir.

33. Bənd 3.13. Mallar (işlər, xidmətlər) sahibkarlıq fəaliyyətini və ya digər vergi tutulan əməliyyatlarını müvəqqəti dayandırmış, yaxud ləğv prosesində olan şəxslərə göndərildikdə, göndərilmiş elektron qaimə-faktura qəbul edən tərəfindən göndərildiyi ayın sonuncu gününün axırınadək təsdiq edilməlidir. Elektron qaimə-faktura həmin müddətdə təsdiq edilmədikdə, proqram təminatı vasitəsilə ləğv edilir və göndərilməmiş hesab olunur. Elektron qaimə-faktura ayın sonuncu günü göndərildiyi halda elektron qaimə-fakturanı göndərərkən alan şəxs tərəfindən həmin gün təsdiq edilməyəcəyi təqdirdə elektron qaimə-fakturanın proqram təminatı tərəfindən ləğv ediləcəyi barədə Portalda xəbərdarlıq xarakterli bildiriş verilir. Sahibkarlıq fəaliyyətini və ya digər vergi tutulan əməliyyatlarını müvəqqəti dayandırmış, yaxud ləğv prosesində olan şəxslərə göndərilən elektron qaimə-faktura proqram təminatı tərəfindən ləğv edildikdə, elektron qaimə-fakturanı göndərən şəxsə bu barədə xəbərdarlıq xarakterli bildiriş göndərilir.

APELLYASIYA BAXIŞININ HƏDLƏRI

34. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

35. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin tam yoxlanılması təşkil edir. APELLYASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI

36. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan şikayət təmin edilmədən birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

37. Belə ki, iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 600.4-cü maddəsi təşkil edir və iddiaçı cavabdehə təhvil verdiyi malların dəyərinin ödənilməsini istəyir.

38. Həmin maddi hüquq norması satıcıya, əşyanı təhvil almış alıcı onun dəyərini alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmədikdə, dəyərin ödənilməsini və ya malın qaytarılmasını tələb etmək hüququ verir.

39. Mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.

40. Işin mübahisəsiz halı ondan ibarətdir ki, " xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (satıcı) ilə Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti (alıcı) arasında ## ### 2022-ci il tarixli * saylı alqısatqı müqaviləsi bağlanmışdır.

41. Məhkəmə kollegiyası müqavilənin müddətinin 1 (bir) il olması ilə bağlı dəlilə münasibətdə qeyd edir ki, tərəflər müqavilənin bir il müddətinə qüvvədə olmasını razılaşdırsalar da, eyni zamanda müqavilənin ləğvi barədə əvvəlcədən məlumat verilmədiyi halda onun avtomatik olaraq növbəti 1 (bir) il müddətinə uzadılması barədə də razılığa gəlmişlər. Müqavilə tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.

42. Belə ki, müqavilənin 8.1-ci bəndinə əsasən, müqavilə ## ### 2022-ci il tarixindən qüvvəyə minir və ## ### 2023-cü il tarixinədək qüvvədə qalır. Müqavilənin 8.2-ci bəndinə görə isə, müqavilə müddətinin bitməsinə 1 (bir) ay qalmış tərəflərdən heç biri onun ləğvi barədə yazılı və ya şifahi qaydada məlumat vermədiyi halda, müqavilənin müddəti avtomatik olaraq 1 (bir) il uzadılmış hesab olunur.

43. Iş materiallarından görünür ki, tərəflər arasında müqavilə münasibətləri faktiki olaraq davam etmişdir. Cavabdeh tərəfindən müqavilənin ləğvi ilə bağlı hər hansı bildiriş təqdim edilməmiş, əksinə, iddiaçı tərəfindən göndərilmiş ##.##.2023-cü il, ##.##.2025-ci il və ##.##.2025ci il tarixli elektron qaimələr üzrə ödənişlər həyata keçirilmişdir. Bu hal müqavilə münasibətlərinin davam etdiyini təsdiq edir.

44. Kollegiya qiymətin razılaşdırılmaması barədə irəli sürülmüş dəlilə münasibətdə qeyd edir ki, müqavilənin 2-ci bəndinə əsasən malların adı, markası, miqdarı, keyfiyyəti və qiyməti tərəflər arasında razılaşdırılmışdır. Həmin razılaşmaya uyğun olaraq elektron qaimələr tərtib edilmiş və sistem tərəfindən təsdiqlənmişdir. Bununla yanaşı, cavabdeh tərəfindən həmin qaimələr mübahisələndirilməmişdir.

45. Cavabdeh hazırda iddiaçı tərəfindən təqdim edilən mübahsə predmetini təşkil edən malların ona təhvil verilmədiyini irəli sürsə də, işin hallarından tərəflər arasında işgüzar münasibətlərin məhz elektron qaimələrin göndərilməsi kontekstində formalaşdığı aydın olur. Həmçinin cavabdeh tərəf ödənişlər etdiyi qaimələr üzrə təhvil alınmış malların təhvil-təsliminə dair hər hansı sənəd təqdim edə bilməmişdir.

46. Tərəflər arasında işgüzar adətlər (lex mercatoria) kommersiya subyektləri arasında geniş istifadə edilən institutdur və mülki qanunvericilikdə bu cür adətlərin tərəflər arasında müqavilədən qabaqkı və müqavilədən sonrakı münasibətlərin şərh edilməsi zamanı istifadə edilməsi təsbit olunmuşdur.

47. Müqavilənin şərtləri təfsir edilərkən, eləcə də müqavilə tərəflərinin hüquq və vəzifələrini həyata keçirib-keçrmədikləri aydınlaşdırıldığı zaman, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər nəzərə alınmalıdır .

48. Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, “...lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları özözlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir” (“xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının # ###### 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ## ##### 2022-ci il tarixli Qərar).

49. Ali Məhkəmənin bir sıra qərarlarında da sərgilənən mövqeyə görə, tərəflər arasında münasibətlər təhlil edilərkən onlar arasındakı işgüzar adətlərə xüsusi önəm verilməlidir. Bu halda tərəflər arasında yaranmış işgüzar adətlərin müqavilə üzrə və müqavilədən kənar olmasına1, işgüzar münasibətlərin kommersiya fəaliyyətinin hansı sahəsinə aid olmasına2, bu cür münasibətlərin davamlı və ardıcıl xarakter daşıyıb-daşımamasına3, eləcə də tərəflərin işgüzar münasibətlərinə hansı həddə əməl edilib-edilməməsinə4 qiymət verilməsi zəruridir.

50. Göründüyü kimi, işgüzar adətlərin tərəflər arasında bağlanmış müqavilənin şərtlərinin və onların hərəkətlərinin şərh edilməsi zamanı istifadəsinin mümkünlüyü həm qanunvericilikdə, həm də məhkəmə təcrübəsində təsbit edilmişdir.

51. Tərəflər arasında yaranmış işgüzar münasibətlərdən görünür ki, təhvil verilmiş mallara görə ödənişin edilməsi ilə bağlı cavabdehə elektron-qaimə fakturalar təqdim olunmuş, təsdiq edilmişdir.

52. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, müqavilənin 3.1-ci bəndinə əsasən satıcı tərəfindən satılmış yanacağın elektron qaiməsi cari ayın sonunda alıcıya təqdim edilir. Elektron qaimə təqdim olunduğu tarixdən etibarən 15 gün ərzində ödəniş həyata keçirilirməsi qeyd edilmişdir.

53. Qeyd edilənləri nəzərə alaraq kollegiya belə nəticəyə gəlir ki, məhz cavabdeh, elektronqaimə fakturalar üzrə malların təqdim edilmədiyini sübuta yetirməlidir. O isə bununla bağlı hər hansı mötəbər sübut təqdim etməmişdir.

54. Bu müstəvidə kollegiya onu da qeyd edir ki, cavabdehin elektron-qaimələri sonradan iddiaçı iddia tələbi ilə müraciət etdikdən sonra təkzib etməsi vicdanlılıq prinsipinə ziddir.

55. “M.Şükürovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ## #### 2022-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ## ##### 2023-cü il tarixli Qərarında da Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, “...burada vicdanlıq prezumpsiyası ilə sıx bağlı olan estoppel prinsipinə də aydınlıq gətirmək vacib hesab edilir. Anqlosakson (ümumi) hüquqdan qaynaqlanan estoppel “ədalət məhkəmələri” tərəfindən tərəflərin təqdim etdikləri sübutların araşdırılması zamanı istifadə olunaraq presedent hüququnun prinsipi kimi formalaşmışdır. Bu prinsip tərəflərə öz hərəkətləri və ya davranışı ilə şübhəsiz və mübahisəsiz qəbul etmiş olduğu hallara sonradan istinad etməsini istisna edir. Estoppel prinsipi şəxsin digər

1 Ali Məhkəmə, Iş № 2-2(102)-135/2023

(https://sc.supremecourt.gov.az/storage/Iqtisad/2023/3_135+04.04.2023.pdf) § 51 2 Ali Məhkəmə, Iş № 2-2(102)-451/2023

(https://sc.supremecourt.gov.az/storage/Iqtisad/2023/3_451+18.10.2023.pdf) § 69 3 Ali Məhkəmə, Iş № 2-2(102)-73/2024

(https://sc.supremecourt.gov.az/storage/Iqtisad/2024/3_73+15.03.2024.pdf) § 66 4 Ali Məhkəmə, Iş № 2-2(102)-54/2024

(https://sc.supremecourt.gov.az/storage/Iqtisad/2024/3_54+01.02.2024.pdf) § 17 tərəfin hüquqi şəraitə vicdanlı şəkildə güvənindən sui-istifadə edərək, onun mənafeyinə xələl gətirən üstünlük və fayda əldə etməsinin qarşısının alınması məqsədini daşıyır”.

56. Həmçinin nəzərə alınmalıdır ki, mallar təhvil verilmədiyi halda cavabdeh iddiaçı tərəfindən ona göndərilmiş elektron qaimələri təsdiqləməkdən qanunla müəyyən edilmiş 5 gün müddətində imtina edə və ya ən azı bununla bağlı keçən müddət ərzində öz etirazlarını bildirə bilərdi. Lakin cavabdeh malların təhvil verilməsini, elektron qaimələrin təsdiq olunmasını ümumiyyətlə mübahisələndirməmiş, qeyd edilənlərə öz etirazını bildirməmişdir.

57. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, apellyasiya icraatı zamanı iddiaçı tərəfindən müqavilə bağlandıqdan sonra ümumi satılan malların dövriyyəsi ilə bağlı təqdim edilmiş qeydiyyat dəftəri və digər yazılı sübutlar araşdırılarkən müəyyən olunur ki, 32 adda texnika və 4 adda nəqliyyat vasitəsi üzrə neft məhsulları cavabdehə faktiki olaraq təhvil verilmişdir. Təqdim olunmuş sənədlərin məcmu qiymətləndirilməsi göstərir ki, tərəflər arasında hüquqi münasibətlər müqavilənin imzalandığı tarixdən etibarən formalaşmış və sonrakı dövrdə də davam etmişdir. Hazırkı mübahisə isə iddiaçı tərəfindən təqdim edilmiş və ödənilməmiş elektron qaimələr üzrə yaranmış borcun tutulması tələbi ilə bağlıdır. Cavabdeh isə təqdim olunmuş sənədləri təkzib edəcək hər hansı sübut təqdim edə bilməmişdir.

58. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

59. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən cavabdeh tərəfindən apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu özünə aid edilməlidir.

60. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

Cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsi hissədə dəyişdirilmədən saxlanılsın. Ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar