Məhkəmə qərarları › İş №2-2(3-6)-263/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(3-6)-263/2026

21.05.2026 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2-2(3-6)-263/2026 21.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Azərbaycan Respublikası adından İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə Açar sözlər: borc tələbi, əsassız varlanma, payın alqı-satqısı, avans və beh fərqi, pul vəsaitinin gecikdirilməsinə görə faiz Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası Hakimlər Leyla Rauf qızı Əliyevanın sədrliyi və məruzəsi ilə, X11 və X10 ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi (atası) nümayəndə3, iddiaçının nümayəndəsi və vəkili nümayəndə1 iştirakı ilə, iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair iddiası üzrə Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-****/**** saylı qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən verilmiş ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İşin halları

1. Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən verilmiş çıxarışa əsasən “X1” Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: 1505882821) ##.##.2022-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır.

2. “X1” Məhdud Məsuliyyətli Cəmiyyətinin Nizamnaməsindən görünür ki, Cəmiyyətin nizamnamə kapitalı 10 manat həcmindədir və hər biri 10 manat olmaqla 1 (bir) paydan ibarətdir. Cəmiyyətin təsisçisi: Cavabdeh, 1 pay - 10 manat təşkil edir.

3. Cavabdeh (borc verən) ilə “X1” MMC arasında imzalanmış ##.##.2022-ci il tarixli, GFS *** nömrəli təsisçi ilə şirkət arasında borc müqaviləsinə əsasən borc verən bu müqavilənin 1.3-cü maddəsində göstərilən pul məbləğini borc alana verməyi, borc alan isə aldığı borcu müqavilə ilə müəyyən olunan şərtlərlə və qaydada borc verənə qaytarmağı öhdəsinə götürür. Müqavilənin 1.2-ci bəndinə əsasən bu müqavilə üzrə borc 12 təqvim ayı müddətinə verilir və həmin müddət başa çatanadək tam həcmdə borc verənə qaytarılmalıdır. Müqavilənin 1.3-cü bəndinə əsasən bu müqavilə üzrə borcun məbləği 50000 ABŞ dollarıdır.

4. Cavabdeh (borc verən) ilə “X1” MMC arasında imzalanmış ##.##.2022-ci il tarixli, GFS *** nömrəli təsisçi ilə şirkət arasında borc müqaviləsinə əsasən müqaviləyə görə borc verən bu müqavilənin 1.3-cü maddəsində göstərilən pul məbləğini borc alana verməyi, borc alan isə aldığı borcu müqavilə ilə müəyyən olunan şərtlərlə və qaydada borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin müqavilənin: 1.2-ci bəndinə əsasən bu müqavilə üzrə borc 12 təqvim ayı müddətinə verilir və həmin müddət başa çatanadək tam həcmdə borc verənə qaytarılmalıdır. 1.3-cü bəndinə əsasən bu müqavilə üzrə borcun məbləği 50000 manatdır.

5. İş materiallarına əlavə olunmuş ödəniş qəbzlərindən görünür ki, İddiaçı tərəfindən Cavabdeh ##.##.2022-ci il tarixdən ##.##.2024-cü il tarixə qədər ümumilikdə 72108 manat vəsait ödənilmişdir.

6. İş materiallarına əlavə olunmuş ödəniş qəbzlərindən görünür ki, Cavabdeh tərəfindən İddiaçı ##.##.2023-cü il tarixdən ##.##.2023-cü il tarixə qədər ümumilikdə 1175 manat vəsait ödənilmişdir

Birinci instansiya məhkəməsindəki icraat

7. İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “pulun tutulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əsas borc olaraq 72108 manat pul vəsaiti, faiz borcu olaraq 19015 manat pul vəsaiti və dövlət rüsumu olaraq ödənilmiş 363 manat pul vəsaiti, cəmi 91486 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı İddiaçı 2015-ci ildə təsis edilmiş “xxxx” MMC-nin təsisçisi və payçısıdır. Cavabdeh Cavabdeh isə 2022-ci ildə təsis edilmiş “X1" MMC-nin təsisçisi və payçısı, eyni zamanda qanuni təmsiçisidir. İddiaçı İddiaçı ilə cavabdeh Cavabdeh bir universitetdə təhsil almış, təxminən 2013-2014-cü illərdən tanışlıq münasibətlərində olmuşlar. 2021-ci ilin iyun-iyul aylarında cavabdeh Cavabdeh təsisçisi olduğu "xxxx" MMC üçün ofis axtarışı zamanı iddiaçı İddiaçı ilə görüşüb,“xxxx” MMC-nin ofisinin bir hissəsinin boş olduğu təqdirdə icarəyə götürməyi təklif etmiş, İddiaçı bu təklifi dəyərləndirərək qəbul etmişdir. 2022-ci ilin aprel ayında cavabdeh Cavabdeh İtaliya Respublikasından qida məhsullarının idxalı və bazara distribusiyası üzrə fəaliyyət göstərəcək “X1" MMC-nin təsis etmişdir. Eyni zamanda kooperativ “Showroom”un – “Gelateca” ticarət nişanlı ictimai-iaşə obyektinin təmir işlərinə başlanmış və iddiaçı İddiaçı “X1” MMC ilə bağlı münasibətləri formalaşana qədər təmirin böyük hissəsi tamamlamışdır. 2022-ci ilin avqust ayında cavabdeh Cavabdeh təsisçisi olduğu “X1” MMC-yə investisiya cəlb etmək üçün iddiaçı İddiaçı müraciət etmiş, bunun nəticəsində iddiaçı İddiaçı şirkətə investisiya cəlb etmək üçün cavabdehə investisiya təklifinin hazırlanmasında dəstək olmuş və şirkətin Biznes planı hazırlanaraq investisiya təklifi iddiaçı İddiaçı yaxın tanışı, eyni zamanda cavabdeh Cavabdeh tanışı olan şəxsə təqdim edilmişdir. Lakin müzakirələr nəticəsində təklif rədd edilmiş, hər hansı bir razılaşma baş tutmamışdır. Bu hadisədən sonra, “X1” MMC-yə investisiya axtaran cavabdeh Cavabdeh iddiaçı İddiaçı 70000 (yetmiş min) manat qarşılığında şirkətin 20% payını satmağı təklif etmiş və bu təklif iddiaçı üçün maraqlı olmuşdur. Cavabdeh tərəf və iddiaçı tərəf cavabdeh tərəfin təklifi ilə bağlı şifahi razılaşma əldə etsə də sonradan bu təkliflə əlaqədar olaraq tərəflər arasında başqa yazılı və ya şifahi razılaşma olmamışdır. 2022-ci ilin sentyabr ayından 2024-cü ilin fevral ayına qədər iddiaçı tərəf cavabdeh tərəfə cavabdeh tərəfin ehtiyacına və sorğusuna əsasən müxtəlif vaxtlarda və müxtəlif üsullarla ümumilikdə 72108 (yetmiş iki min bir yüz səkkiz) manat məbləğində nağd ödəniş edilmişdir. İddia ərizəsinə qoşma olaraq əlavə etdiyimiz sübutlarda 72108 (yetmiş iki min bir yüz səkkiz) manat məbləğində nağd vəsaitin hansı tarixlərdə, hansı şəxslərə və hansı formada cavabdeh tərəfə ödənilməsi, cavabdehin bu vəsaiti qəbuletməsi və müxtəlif xərclərə istifadə etməsi tam dəqiqliyi ilə öz əksini tapır. 2022ci və 2023-cü illər ərzində cavabdeh Cavabdeh “X1” MMC-nin kommersiya fəaliyyətinin həyata keçirilməsi üçün “xxxx” MMC-nin təsisçisi və payçısı İddiaçı və "xxxx" MMC-nin təsisçisi və payçısı Səfərov Vüqar İlqar oğluna müraciət edərək hüquqi şəxs tərəfindən cavabdeh hüquqi şəxsə ödənişlər həyata keçirilməsini xahiş etmiş və bu müraciətlər əsasında cavabdeh tərəfin maliyyə çətinliyinin təxirə salına bilməzliyi nəzərə alaraq müxtəlif vaxtlarda “X1” MMC-nin bank hesabına “xxxx” MMC-dən 167500 manat, "xxxx" MMC-dən isə 56180 manat vəsait köçürülmüşdür. Cavabdeh tərəf vəsaiti “X1” MMC-nin bank hesabına qəbul edərək müxtəlif məqsədlər üçün istifadə etmişdir. Həmçinin, cavabdeh Cavabdeh cavabdeh tərəfin maliyyə vəziyyətini yaxşılaşdırmaq və borclarının bir qismini qaytarmaq niyyətini əsas göstərərək İddiaçı,“xxxx” MMC və "xxxx" MMC-nin zaminliyi ilə “xxxx” ASC tərəfindən 2023-cü ilin aprel ayında “X1” MMC-yə 100000 manat məbləğində kredit xətti ayrılmışdır. Cavabdeh tərəf kredit xətti üzrə ayrılmış bu vəsaiti də müxtəlif məqsədlər üçün istifadə etmiş, lakin borclarının bir qismini qaytarmaq niyyətini bildirsə də faktiki olaraq heç bir ödəniş həyata keçməmişdir. Sonradan 2024-cü ilin aprel ayında vaxtı bitmiş bu kredit xətti üzrə cavabdeh Cavabdeh tərəfindən banka vaxtında ödəniş edilməmiş, krediti gecikdirərək kredit xətti üzrə zamin olmuş həm İddiaçı, həm “xxxx” MMC-nin, həm də "xxxx" MMC bank hesablarına məhdudiyyət qoyulmuş, İddiaçı şəxsi hesabları, onun təsisçisi olduğu “xxxx” MMC-nin və digər hüquqi şəxs "xxxx" MMCnin bank hesabları bloklanaraq onların biznes fəaliyyətinə zərər gəlmişdir. 2023-cü ilin noyabr ayında iddiaçı İddiaçı cavabdeh Cavabdeh tərəfindən ona verilən heç bir vədin yerinə yetirilmədiyini, həmçinin Cavabdeh “X1” MMC-nin fəaliyyəti ilə bağlı aldığı biznes qərarlarının nəticələrini əsas tutaraq qeyri-rəsmi şəriklik münasibətlərinin bitirmək istiqamətində “xxxx” MMC-nin ofisində cavabdeh Cavabdeh ilə müzakirə aparılmışdır. Nəticədə hər iki tərəfin razılığı ilə bu münasibətlərə xitam verilməsi qərara alınmış və cavabdeh Cavabdeh iddiaçı İddiaçı 20% paya görə ödənilmiş 72108 manat nağd vəsaiti guya ona məxsus 20% payı sataraq, eyni zamanda “xxxx” MMC tərəfindən verilmiş 167500 manat vəsaiti, əlavə olaraq bu vəsaitin verilməsi ilə bağlı “xxxx” MMC “xxxx” ASC-də olan kredit xəttindən istifadəsi üzrə faktiki çəkdiyi xərcləri, həmçinin “X1” MMC-yə zaminliyə görə “xxxx” MMC-dən tutulmuş gecikmiş faiz borclarını, eyni zamanda digər iddia tələbi üzrə “xxxx” MMC-dən eyni formada əldə etdiyi 56180 manat vəsaiti, həmçinin “X1” MMCyə zaminliyə görə “xxxx” MMC-dən tutulmuş gecikmiş faiz borclarını ən qısa müddətə, tam formada geri ödəməyi öhdəliyinə götürmüşdür. 2023-cü ilin noyabr ayında tərəflər arasındakı qeyri-rəsmi münasibətlər son qoyulduqdan sonra borcların qaytarılması üçün iddiaçı İddiaçı və cavabdeh Cavabdeh dəfələrlə müzakirələr aparmış və bu müzakirələr məhkəməyə təqdim edilmiş tərəflər arasındakı Whatsapp yazışmalarında da öz əksini tapmışdır. Cavabdeh ilk əvvəl 2023-cü ilin sonuna borcun tam bağlanmasını, daha sonra il sonuna bir hissəsini bağlayacağını, lakin 2024-cü ilin ## ###### tarixinə qədər borcların tam bağlanacağ barədə vədlər vermişdir. Bundan sonra da 2024-cü ilin fevral, mart və aprel aylarında da mütəmadi olaraq tərəflər bir-biri ilə əlaqə saxlamış, həmçinin Whatsapp üzərindən yazışmalar aparmış, cavabdeh Cavabdeh tərəfindən hər dəfə bir bəhanə ilə borcun yaxın müddətə qaytarılacağı vədləri verilmişdir. Bu müzakirələr çərçivəsində 2024cü ilin aprel ayında cavabdeh Cavabdeh atası Cavadov Cavid Qəmərşah oğlu cavabdeh Cavabdeh yaratmış olduğu vəziyyətlə bağlı məsələlərin həlli istiqamətində olan görüşlərə qoşulmuş, cavabdeh Cavabdeh borclarının ödənilməsi ilə bağlı müxtəlif həll yolları təqdim etmişdir. Bu həll yollarından biri kimi 2024-cü ilin iyun ayında cavabdeh Cavabdeh anası X6 məxsus, ümumi sahəsi 255 kvadratmetr olan fərdi yaşayış evinin satılması və cavabdeh Cavabdeh borclarının ödənilməsi niyyəti ilə iddiaçı İddiaçı atası nümayəndə3 əmlakın şəkillərini, Daşınmaz əmlakın reyestr çıxarışını Whatsapp üzərindən göndərmişdir. Bununla əlaqədar olaraq iddiaçı İddiaçı atası nümayəndə3 əmlakın satılması istiqamətində cavabdeh Cavabdeh atası Cavadov Cavid Qəmərşah oğlu ilə bir-neçə dəfə müzakirə aparmış, satış istiqamətində mümkün dəstəyi göstərmiş, lakin sonradan cavabdeh Cavabdeh atası Cavadov Cavid Qəmərşah oğlu əmlakın satışı fikrindən daşınmışdır. Bu müzakirələr məhkəməyə təqdim edilmiş tərəflər arasındakı Whatsapp yazışmalarında öz əksini tapmışdır. 2024-cü ilin iyul ayına qədər borcun ödənilməsini gözləyən iddiaçı tərəf cavabdeh tərəfdən heç bir addımın atılmadığı, əksinə cavabdeh tərəfindən iddiaçı tərəfə qarşı borcu qaytarmamaq üçün əsassız ittihamlar səsləndirdiyini nəzərə alaraq ödənilmiş vəsaitin geri qaytarılması və pozulmuş hüququn bərpası üçün məhkəməyə müraciət etməkdən başqa yol qalmamışdır. Beləliklə, cavabdeh Cavabdeh yuxarıda qeyd olunmuş fəaliyyətləri nəticəsində iddaçı İddiaçı 20% pay müqabilində ödədiyi 72108 manat məbləğində nağd vəsaiti tam əldən çıxmış fayda kimi qiymətləndirilməlidir. Digər tərəfdən 2024-cü və 2025- ci illər ərzində cavabdeh Cavabdeh faktiki olaraq həm İddiaçı, həm onun təsisçisi olduğu “xxxx” MMC-yə, həm də digər hüquqi şəxs “xxxx” MMC-yə külli miqdarda borcu olmasına baxmayaraq təsisçisi və qanuni təmsilçisi olduğu “X1” MMC-yə İtaliyadan yeni məhsullar sifariş etmiş, mövcud məhsul portfelini genişləndirərək yeni şirkətlərlə əməkdaşlığa başlamışdır. Qeyd etmək lazımdır ki, cavabdeh iddiaçının vəsaitini qanunsuz şəkildə, yəni heç bir hüquqi əsas olmadan özündə saxlamışdır. Dəfələrlə də borc məbləğlərini etiraf etmiş, borcun qaytarılması üçün müxtəlif vədlər vermişdir. Bu hal mülki qanunvericiliyin müvafiq normasına əsasən qanun pozuntusu hesab olunur. Buna görə də cavabdeh yalnız əsas məbləği deyil, həm də faktiki olaraq itirilmiş faydanı və hazırda qaytarılmamış borc səbəbindən yaxın gələcəkdə itiriləcək potensial faydanı da kompensasiya etməlidir. Çünki, bu vəsait iddiaçının özündə olsaydı, iddiaçı bu pul vəsaitindən mülki dövriyyənin qaydalarına uyğun istifadə edə və fayda götürə bilərdi. Diqqətinizə çatdırmaq istəyirəm ki, Mərkəzi Bank tərəfindən faiz uçot dərəcəsi 2022-ci, 2023-cü və 2024-cü il üzrə aşağıdakı kimi müəyyənləşdirilmişdir: ##.##.2022 – 7.5%, ##.##.2022 – 7.75%, ##.##.2022 – 8.00%, ##.##.2022 – 8.25%, ##.##.2023 – 8.5%, ##.##.2023 – 8.75%, ##.##.2023 – 9.0%, ##.##.2023 – 8.5%, ##.##.2023 – 8.0%, ##.##.2024 – 7.75%, ##.##.2024 – 7.5%, ##.##.2024 - 7.25%. Bu səbəbdən də, hesab edirik ki, iddiaçının hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə cavabdehin faktiki olaraq İddiaçı məhrum etdiyi 72108 manat vəsaitə görə 19,015 manat pul vəsaiti həcmində də faiz ödənişi də tutulmalıdır. Faktiki olaraq da cavabdeh bu məbləğdə vəsaiti özündə əsassız formada saxlayaraq ondan faydalanıb.

9. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-****/**** saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdeh Cavabdeh 70933 manat məbləğində pulun, 302,80 manat dövlət rüsumunun, ümumilikdə 71235,80 manat məbləğində pulun tutularaq iddiaçı İddiaçı ödənilməsi qət edilmişdir. İddia tələbi qalan hissədə təmin ediməmişdir. İddia ərizəsi verilərkən ödənilmiş 61,20 manat dövlət rüsumu iddiaçı İddiaçı özünə aid edilmişdir.

10. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddia ərizəsindən görünür ki, iddiaçının birinci tələbi cavabdehin yeganə iştirakçısı olduğu “X1” MMC-nin 20 faiz təsis payının gələcəkdə satın alınması məqsədilə cavabdehə avans olaraq ödədiyi 70000 manat vəsaitin ona geri qaytarılmasından ibarətdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, “X1” MMC ##.##.2022-ci il tarixdə dövlət qeydiyyatına alınmış, adıçəkilən Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçisi və yeganə iştirakçısı cavabdeh Cavabdehdur. İddiaçı və cavabdehin məhkəmə iclaslarında verdiyi izahatlarından məlum olmuşdur ki, tərəflər arasında 2022-ci ilin avqust ayında “X1” MMC-nin nizamnamə kapitalında cavabdehə məxsus payın bir hissəsinin (20 faiz) iddiaçı tərəfindən 70000 manata satın alınması razılaşdırılmış, həmin məbləğ iddiaçı tərəfindən cavabdehə 2022-ci ilin sentyabr ayının 8-dən başlanaraq hissə-hissə olmaqla ##.##.2023-cü il tarixə qədər tam şəkildə ödənilmişdir. Hazırda iddiaçı cavabdehin təsisçisi və payçısı olduğu MMC-nin 20 faiz payını almaq barədə cavabdehlə razılığa gəlməsinə baxmayaraq, alqı-satqının baş tutmaması səbəbindən verdiyi pulun geri qaytarılmasını tələb edir. Cavabdeh tərəf də iddiaçının ödəmiş olduğu 70000 manat pulun təyinatının MMC-dəki təsis payının 20 faiz hissəsinin alınması məqsədi daşıdığını və ödənilmiş olduğunu təsdiq etmişdir. Hazırda geri tələb edilən 70000 manat vəsaitin ödənilməsindən keçən 2 il 6 aydan artıq müddət ərzində tərəflər arasında hər hansı alqı-satqı müqaviləsi bağlanmamışdır. Məhkəmə qeyd edib ki, avans digər tərəfin qarşılıqlı öhdəliyin icra edilməsi üçün aparılan ödənişdir. Öhdəlik icra edilmədikdə bütün hallarda avans geri qaytarılmalıdır. Avansın öhdəliyi icra etməyən tərəfdə qalması əsassız varlanma kimi qiymətləndirilir. Bu səbəbdən məhkəmə hesab edib ki, iddiaçı müqavilə üzrə qabaqcadan ödənilmiş olan 70000 manat vəsaiti geri qaytarmaqla haqlıdır, iddia tələbi həmin hissədə əsaslı olduğu üçün təmin edilməlidir. Məhkəmə iddianı ikinci hissədə qismən əsaslı hesab edib. Belə ki, iddiaçı iddia ərizəsində cavabdehə müxtəlif tarixlərdə sonuncunun xahişi əsasında 2108 manat borc verdiyini, lakin həmin vəsaitin də ona geri qaytarılmadığını göstərmişdir. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş ödəniş sənədlərindən görünüb ki, həmin vəsait iddiaçı tərəfindən cavabdehə ödənilmişdir. Bununla yanaşı, cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş ödəniş qəbzlərindən görünür ki, cavabdeh tərəfindən iddiaçının birbaşa özünə, habelə iddiaçının təqdim etdiyi bank hesabına (üçüncü şəxsə aid olsa belə) müxtəlif tarixlərdə ümumilikdə 1175 manat vəsait ödənilmişdir. Bu səbəbdən məhkəmə hesab edib ki, iddia bu hissədə qismən təmin edilməli, 933 manat əsas borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə iddia tələbini sonuncu, 19015 manat faiz borcunun tutulması hissəsində əsassız hesab edib. Belə ki, iddiaçının həmin tələbinin qanuni əsasını Mülki Məcəllənin 449.1-ci maddəsi təşkil edir. Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2009-cu il tarixli Qərarında göstərilmişdir ki, “Mülki Məcəllənin 449.1-ci maddəsinin “ondan faydalanmağa görə” müddəası özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitinin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyrin əmələ gəlməsini nəzərdə tutur. ...Həmin normanın mənasına görə, borclu şəxs yalnız aşağıdakı dörd hərəkəti etməklə özgənin pul vəsaitindən faydalanır: qanunsuz saxlama; qaytarmaqdan boyun qaçırma; ödənilməsini digər şəkildə gecikdirmə; başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etmə və ya toplama. Faydalanmanın anlayışı mülki qanunvericilikdə verilməsə də, faydalanmanın hərfi mənasının öz tələbatı üçün istifadə olduğunu nəzərə alaraq, MM-in bu terminlə ayrılmaz əlaqədə olan “istifadə hüququna” həsr olunmuş 152.3-cü maddəsi buna müəyyən aydınlıq gətirir. Həmin maddəyə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə və başqa formalarda ola bilər. Bu baxımdan, MM-in “öhdəliklərin icra edilməməsinə görə məsuliyyəti” nəzərdə tutan 449-cu maddəsindəki xüsusi normada “faydalanma” və “(qanunsuz) istifadə” sözləri eyni məzmun daşımaqla, bu dörd hərəkət (hərəkətsizlik) nəticəsində müəyyən gəlir, artım, bəhər və s. əldə edilməsi mənasını nəzərdə tutur”. Məhkəmə hesab edib ki, iddiaçı qeyd olunan halların təsdiqi barədə sübut təqdim etməməklə üzərinə düşən sübutetmə vəzifəsini yerinə yetirə bilmədiyindən, cavabdehdən Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən bank uçot faizi dərəcəsinə uyğun hesablanmış faizlər tutula bilməz. Göstərilənlərə əsasən məhkəmə hesab edib ki, iddia qismən təmin edilməli, cavabdehdən 70933 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir.

11. Birinci instansiya məhkəməsi işi mahiyyəti üzrə həll edərkən Mülki Məcəllənin 385.1, 386.1, 398.1, 399.1, 442, 567, 598.1, 599.1, 599.3, 739.1, 742.2, 449.1-ci maddələrinə istinad etmişdir.

12. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

13. İddiaçı apellyasiya şikayəti verərək, həmin qətnamənin qismən – iddia tələbinin təmin edilmədiyi hissədə ləğv edilməsi və həmin hissədə iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətlərinin dəlilləri

14. Cavabdehin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, “X1” MMC-nin təsisçisi və qanuni təmsilçisi olan Cavabdeh 2021-ci ilin iyun-iyul aylarında təsisçisi olduğu “xxxx” MMC-nin işləri üçün ofis axtarışı zamanı əvvəldən qrup yoldaşı olduğu hazırkı iddia üzrə iddiaçı olan İddiaçı ilə görüşüb, ofislərinin bir hissəsinin boş olduğu təqdirdə, götürməyi təklif etmiş, İddiaçı da təklifi qəbul etmişdir. 2022-ci ilin aprel ayında İtaliya Respublikasından məhsulların idxalı və bazara distribyusiyası üzrə fəaliyyət göstərəcək “X1” MMC-ni təşkil etmişdir. Cavabdeh ilə İddiaçı ofisdə birlikdə keçirdiyi zaman müddətində İddiaçı Cavabdeh biznes ideyasını bəyəndiyini və müəyyən bir hissəyə şərik olmaq istədiyini bildirmişdir. Tərəflərin razılığına əsasən, iddiaçı MMC-nin təsis paylarının 20 faiz hissəsini əldə etmiş, buna görə də cavabdehə 70000 manat vəsait ödəmişdir. Həmçinin biznes ideyasına əsasən, “xxxx” Şirkətindən mal alışı və kooperativ “Showroom”un açılışı üçün biznes planı 2. üzrə 300.000 manat vəsait lazım olduğu üçün İddiaçı rəsmi təsisçisi olduğu “xxxx” MMC və onun qeyri-rəsmi təsisçisi olduğu xxxx” MMCnin zamin göstərərək, 300.000 manat kredit cəlbetməni öz üzərinə götürmüşdür (İddiaçı daha sonra “xxxx” MMC - dəki ortağı Vüqar Səfərovun da bu ortaqlığa onun tərəfindən daxil olub – ola bilməyəcəyini soruşmuş və Cavabdeh tərəfindən təsdiq cavabı verilmişdir.) Kredit prosesinin ləngimə səbəbi ilə Emil Balıyev “xxxx” MMC-nin rəsmi, “xxxx” MMC - nin qeyri-rəsmi əvvəllər Emil Balıyevin atasının şirkərində çalışmış, Fuad Rufullayev “ X1” MMC -nin mühasibatlıq aparmağı təklif etmiş, Cavabdeh buna razılıq vermiş və 2022-ci ilin noyabr ayından etibarən “X1” MMC-nin mühasibatlıq işləri Fuad Rufullayevə verilmişdir. Kreditin alınması ilə bağlı noyabr ayında yığılmağa başlanan sənədlər uzun müddət tamamlanmamış, bu səbəbdən kredit alınma prosesi yenidən ləngimiş və vəsait çatışmamazlığı səbəbindən Cavabdeh təsisçi olaraq, “X1” MMC-yə yatırım etmişdir. Maliyyə məsələlərinin bir neçə dəfə düzgün idarə olunmadığı Cavabdeh tərəfindən İddiaçı bildirilsə də, sonuncu buna məhəl qoymamış, şirkətin vergi hesabatları, uçotları və kreditor/debitor münasibətləri düzgün tənzimlənməmişdir. Uzun müddətli tələblərdən sonra, aprel ayında xxxxdan 300000 limit ayrılmaqla, 1 illik 100000 azn-lik kredit “X1” MMCyə verilmişdir. Zamin olaraq “X1” MMC-nin təsisçisi olan Cavabdeh valideyninə məxsus T.Şıxəliyev 20 ünvanında yerləşən, likvid dəyəri 750000 manat olan, bank dəyərləndirilməsində isə 500000 manat olaraq dəyərləndirilən mənzil, “xxxx” MMC, “xxxx” MMC və həmin şirkətlərin rəhbərləri götürülmüşdür. Həmçinin 2023-cü ilin sentyabr ayında İddiaçı, “X1” MMC-yə aid olan korporativ showroom və ictimai iaşə obyekti kimi fəaliyyət göstərən, Ceyhun Hacıbəyli 133 ünvanında yerləşən “Gelateca” adlı restoranın Cavabdeh tərəfindən düzgün idarə edilmədiyini iddia edərək, idarəçiliyin onda olmasını istəmişdir. Bununla yanaşı o, öz üzərinə düşən maliyyə məsələlərindən də Cavabdeh təqsirli görərək, idarəçiliyi əldə etmək istəmişdir. Cavabdeh tərəfindən heç bir narazılıq olmamış, İddiaçı “xxxx” MMC-nin bəzi əməkdaşlarını qeyri-rəsmi olaraq “Gelatecaya” gətirmiş, obyektə yüksək maaşla yeni rəhbər təyin etmiş, bir çox yeni sifarişlər vermişdir. Lakin bu addımlarının arxasında dayanmamış, 2023-cü ilin dekabrın sonundan etibarən, işlərdən tamamilə çəkilmiş və yenidən hər şeyi Cavabdeh üstünə ataraq özünü kənarlaşdırmışdır. 2024-cü ilin yanvar ayından etibarən, İddiaçılə Cavabdeh apardığı danışığa əsasən, İddiaçı bu ortaqlığa dəyər qatmadığını, öhdəliyində olan maliyyə işlərinin qaydasında olmadığını və ortaqlığı bitirməkləri üçün onun hissələrinin başqa bir şəxs tərəfindən alınması üçün bir neçə şəxsə təklif edəcəyini Cavabdeh bildirmişdir. İnvestisiya etmək istəyən şəxslər Cavabdeh maliyyə hesabatını istədiklərində, o, İddiaçı dəfələrlə müraciət etməsinə baxmayaraq, hesabatın təmin edilməsinə kömək etməmişdir. Bütün bu müddət ərzində həm İddiaçı, həmdə Vüqar Səfərova aid hissələrin onların adına rəsmiləşdirilməsi təklif edilsə də, onlar bunu dəfələrlə rədd etmişdir. Göründüyü kimi, İddiaçı də “X1” MMCdə ortaq olması təsdiq olunmuşdur. Bununla bağlı, hətta Whatsapp yazışmaları, şirkətin ortaqlarının olduğu Whatsapp qrupları mövcuddur. Qeyd edir ki, həmin Whatsapp qrupları məhz İddiaçı tərəfindən yaradılmışdır. Bunu təsdiq edən bütün sübutlar məhkəməyə təqdim edilmişdir. Hətta tərəflər arasında olan münasibətin ortaqlıq münasibəti olması məhkəmə qərarları ilə də təsdiq olunmuşdur. Məhkəmə 70.000 manat məbləğini “avans” kimi qiymətləndirmişdir. Halbuki iş materiallarından və tərəflərin izahatlarından açıq şəkildə görünür ki, tərəflər arasında MMC-nin 20% payının alqı-satqısı barədə razılaşma olmuşdur; İddiaçı həmin məbləği könüllü şəkildə ödəmişdir; Cavabdeh həmin məbləğin məhz təsis payının alınması məqsədi ilə verildiyini qəbul etmişdir; alqı-satqının rəsmiləşdirilməməsi iddiaçının iradəsindən asılı olmuşdur. Məhkəmə Mülki Məcəllənin 567, 599.3-cü maddələrinə istinad edib. Bildirir ki, həmin maddələrin tətbiqi üçün satıcının öhdəliyi icra etməməsi faktı müəyyən edilməlidir. Hazırkı işdə cavabdeh payı satmaqdan imtina etməmişdir, iddiaçı alqı-satqının rəsmiləşdirilməsindən yayınmışdır və ən əsası payın alqı-satqısı istənilən vaxt rəsmiləşdirilə bilər. Bu halda öhdəliyin icra edilməməsi cavabdehin təqsiri ilə baş vermədiyindən, 70.000 manatın geri qaytarılması üçün hüquqi əsas mövcud deyil. Bundan başqa Mülki Məcəllənin 599.3-cü maddəsi o halda tədbiq edilə bilərdi ki, qabaqcadan ödəniş mövcuddur, satıcı müəyyən edilmiş müddətdə əşyanı vermir və icra imkansız və ya rədd edilmişdir. Hazırkı işdə isə müddət müəyyən edilməmişdir, payın alqı-satqısı üçün imtina edilməmişdir və alq-satqının icrası mümkündür. Məhkəmə “avansın” qaytarılmamasını əsassız varlanma kimi qiymətləndirmişdir. Lakin sözügedən ödənişin hüquqi əsası tərəflərin razılaşmasının olmasıdır. İddiaçı pay əldə etmək hüququndan özü könüllü imtina edir. Əsassız varlanma yalnız hüquqi əsas olmadıqda tətbiq edilə bilər. Mövcud işdə isə hüquqi əsas – payın alqı-satqısı barədə razılıq mövcuddur. Bildirir ki, tərəflər arasında cavabdehin təsisçisi olduğu “X1” MMC-nin nizamnamə kapitalındakı payının 20 faiz hissəsinin 70000 manata satılması ilə bağlı razılıq əldə edilmiş, həmin vəsait iddiaçı tərəfindən cavabdehə ödənilmiş, lakin təsis paylarının alqı-satqısının rəsmiləşdirilməməsi iddiaçının təqsiri üzündən alınmamışdır. Belə ki, həm mübahisənin məhkəmə müstəvisində baxılmasına qədər, həm də məhkəmə iclaslarında cavabdeh tərəfindən dəfələrlə iddiaçıya təsis payının alqı-satqısının istənilən vaxta həyata keçirilməsinin mümkün olması bildirilsə də, iddiaçı bundan imtina etmişdir. Göründüyü kimi, MMC-nin təsis payının 20 faiz hissəsinin iddiaçının adına rəsmiləşdirilməsində cavabdehin heç bir təqsiri olmamışdır. İddiaçının MMC-yə faktiki ortaq olmasının təsdiq olunduğunu nəzərə alsaq, iddia tələbinin əsassız olduğu sübuta yetirilir. Məhkəmə tərəfindən bu hallar ümumiyyətlə araşdırılmamış, tamamilə səthi əsaslandırılan qətnamə qəbul edilmişdir. Yuxarıda qeyd olunduğu kimi, cavabdehin təqsirli hərəkəti olmadığından cavabdehdən təsis payının alınması üçün verilmiş olan pulun tutulmasından söhbət gedə bilməz. Bir daha qeyd edir ki, istənilən vaxt təsis payının alqı-satqısını rəsmiləşdirilməsi mümkündür Cavabdehin izahatında və məhkəmə təqdim etdiyi sübutlarda tərəflərin ortaq olması təsdiqini tapmışdır. Bununla bağlı, hətta Whatsapp yazışmaları, şirkətin ortaqlarının olduğu Whatsapp qrupları mövcuddur. Bunu təsdiq edən bütün sübutlar məhkəməyə təqdim edilmişdir. Bundan başqa cavabdeh tərəfindən məhkəməyə wp yazışması təqdim edilmişdir ki, həmin yazışmada cavabdehin iddiaçıya şirkətin onun aid olan hissəsinin rəsmi olaraq adına keçirilməsi də qeyd edilmişdir. İddia tələbinin təmin olunan ikinci hissəsi ilə bağlı da bildirirlər ki, təsis payının alınması üçün verilmiş puldan başqa iddiaçı tərəfindən cavabdehin kart hesabına köçürülmüş pul ortaqların birgə fəaliyyəti üçün qoyulmuş vəsaitdir. Onun da tələb edilməsi absurddur. Bütün bunlar məhkəməyə təqdim edildiyi halda, hətta cavabdeh tərəfindən alqı-satqının istənilən halda baş tuta biləcəyinin deyilməsinə baxmayaraq məhkəmənin bu cür qərar qəbul etməsi anlaşılan olmamışdır. Birinci instansiya məhkəməsi tərəflərin ortaq olması ilə bağlı sübutların olduğunu və cavabdehin istənilən vaxtda alqı-satqının baş verməsinin mümkün ola biləcəyi ilə bağlımövqeyini nəzərə almadan əsassız qərar qəbul etmişdir. Göründüyü kimi, məhkəmə sübutlara və cavabdehin əsaslandırılmış mövqeyinə heç bir əhəmiyyət verməmiş, iş üzrə mövcud sübutları lazımi qaydada qiymətləndirməmişdir. Hazırkı işdə mübahisənin ədalətli həlli həmçinin “sübut” hesab edilən və digər sübutlarla birgə qiymətləndirilməli olan “yazışmalara” və faktlara işin hallarına uyğun lazımi hüquqi qiymət verilməsini tələb edirdi. Lakin birinci instansiya məhkəməsi bu vəzifənin öhdəsindən gələ bilməmişdir. Belə ki, məhkəmə hazırkı mübahisə aid olmayan müqavilələrə sübut kimi qiymət vermiş, əksinə işlə birbaşa bağlı olan cavabdehlə iddiaçı arasında baş tutmuş yazışmanı ümumiyyətlə sübut kimi qiymətləndirməmiş və nə üçün sübut kimi qiymətləndirməməsini əsaslandrımamışdır.

15. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi qeyd etmişdir ki, “cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş ödəniş qəbzlərindən görünür ki, cavabdeh tərəfindən iddiaçının birbaşa özünə, habelə iddiaçının təqdim etdiyi bank hesabına (üçüncü şəxsə aid olsa belə) müxtəlif tarixlərdə ümumilikdə 1175 manat vəsait ödənilmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia bu hissədə qismən təmin edilməli, 933 manat əsas borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Bu hissə ilə bağlı qeyd edirlər ki, belə aydın olur ki, məhkəmə iddiaçı tərəfindən cavabdehə borc vəsaiti olaraq verilmiş 2108 manat ilə cavabdeh tərəfindən ödənilmiş 1175 manat vəsaiti qarşılaşdırmış və 933 manat əsas borcun iddiaçıya ödənilməli olması qənaətinə gəlmişdir. Lakin, iş materiallarından məlum olduğu kimi 2108 manat iddiaçı tərəfindən cavabdehə borc vəsaiti olaraq 2024-cü ilin yanvar-fevral aylarında borc kimi verilmişdir. Cavabdehin ödədiyini iddia etdiyi məbləğin ödəniş qəbzləri isə ##.##.2023-cü il tarixdən ##.##.2023-cü il tarixə qədər olan dövrü əhatə edir. Yəni, cavabdeh aylar öncə alacağı borcu əvvəlcədən iddiaçıya ödəmişdir? Təbii ki, məntiq və hesablama ilə bu mümkün deyildir, eyni zamanda həmin məbləğin bir hissəsi iddiaçıya deyil, başqa fiziki şəxslərin hesabına köçürülmüşdür,cavabdeh isə o məbləği iddiaçıya borc əvəzi olaraq ödədiyini iddia etmişdir. Həmçinin qeyd edir ki, cavabdeh 2108 manat vəsaitini iddiaçı tərəfindən ona borc olaraq verildiyini mübahisələndirməmişdir. Ona görə də hesab edir ki, iddia tələbi bu hissədə tam olaraq təmin edilməli və borc olaraq ödənilmiş 2108 manat vəsait iddiaçının xeyrinə cavabdehdən tutulmalıdır. Eyni zamanda məhkəmə qeyd etmişdir ki, “məhkəmə hesab edir ki, iddiaçı qeyd olunan halların təsdiqi barədə sübut təqdim etməməklə üzərinə düşən sübutetmə vəzifəsini yerinə yetirə bilmədiyindən, cavabdehdən Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən bank uçot faizi dərəcəsinə uyğun hesablanmış faizlər tutula bilməz” Qeyd edir ki, məhkəmənin Mülki Məcəllənin 449.1ci maddəsinə əsaslanaraq və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2009-cu il tarixli Qərarına istinad edərək gəldiyi bu nəticəni aşağıda qeyd edəcəyi səbəbdən əsassız və qanunsuz hesab edir. (Mülki Məcəllənin 449.1-ci maddəsi) Cavabdeh məhkəmə iclasında qeyd etmişdir ki, “X1” MMC-nin yeganə iştirakçısıdır, iddiaçı həmin MMC-nin təsis paylarının 20 faiz hissəsini əldə etmək istəmiş, bu məqsədlə ona 70000 manat vəsait ödəmişdir. O, həmin vəsaiti belə bir razılıq olmasa da, öz şəxsi istəyi qərarı ilə MMC-ninbalansına MMC ilə özü arasında bağlanmış borc müqavilələri əsasında mədaxil etmişdir. İş materiallarında olan cavabdeh (borc verən) ilə “X1” MMC arasında imzalanmış ##.##.2022-ci il tarixli, GFS *** nömrəli təsisçi ilə şirkət arasında borc müqaviləsinin 1.2-ci bəndinə əsasən bu müqavilə üzrə borc 12 təqvim ayı müddətinə verilir və həmin müddət başa çatanadək tam həcmdə borc verənə qaytarılmalıdır. Müqavilənin 1.3-cü bəndinə əsasən bu müqavilə üzrə borcun məbləği 50000 ABŞ dollarıdır. Cavabdeh (borc verən) ilə “X1” MMC arasında imzalanmış ikinci - ##.##.2022-ci il tarixli, GFS *** nömrəli təsisçi ilə şirkət arasında borc müqaviləsinin 1.2-ci bəndinə əsasən bu müqavilə üzrə borc 12 təqvim ayı müddətinə verilir və həmin müddət başa çatanadək tam həcmdə borc verənə qaytarılmalıdır. Müqavilənin 1.3-cü bəndinə əsasən bu müqavilə üzrə borcun məbləği 50000 manatdır. Beləliklə, cavabdeh tərəfindən iş materiallarına əlavə edilmiş hər iki müqavilədən və cavabdehin ifadəsindən məlum olur ki, o aralarında hər hansı bir razılıq olmadan iddiaçıdan aldığı 70000 manat məbləğində vəsaiti özadından tək təsisçisi, yeganə payçısı olduğu şirkətə borc vermişdir. Digər şərtlər müqavilələrdə əks olunmuşdur. Beləliklə, cavabdeh əsassız olaraq əldə etdiyi məbləğdən istifadə edərək ondan faktiki olaraq faydalanmış, daha sonra isə onu qaytarmaqdan imtina etmişdir. Danılmaz faktdır ki, cavabdeh həmin məbləğdən istifadə etməsə təmsil etdiyi şirkətə borc vermək üçün əldə etməli olacağı vəsait üçün faiz borcu verməli olacaqdı ki, iddiaçının verdiyi vəsaitdən istifadə edərək bu xərcdən azad olmuşdur, beləliklə iddiaçıdan aldığı vəsait hesabına dən faydalanmış iqtisadi fayda əldə etmişdir və xeyir götürmüşdür. Digər tərəfdən isə iddiaçıdan aldığı vəsait müqabilində iddiaçıya heç bir maddi vəsait ödəməmiş, əvəzində vəsaiti əsassızşəkildə özündə saxlamaqla iddiaçını əldə edəcəyi faydadan məhrum etmişdir. Ona görə də hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə faiz borcu tutulması hissəsində də iddia tələbi tam təmin edilməlidir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:

16. Apellyasiya şikayətinə qarşı iddiaçı tərəfindən yazılı etiraz daxil olmuşdur. Etiraz onunla əsaslandırlmışdır ki, cavabdehin apellyasiya şikayəti digər məhkəmə işlərində olduğu kimi bu işdə də məhkəmənin istiqamətini dəyişmək, məsələni kompleksləşdirərək öhdəliyin icrasından boyun qaçırmaq və beləcə əldə etdiyi dolayı faydanı özündə saxlamaq məqsədi daşıyır. Belə ki, işin mahiyyəti ondan ibarətdir ki, 1) Cavabdeh Cavabdeh 100% təsisçisi və qanuni təmsilçisi olduğu “X1” MMC-nin 20% payını satmaq niyyəti ilə iddiaçı İddiaçı müraciət edir, iddaçı tərəf təklifi qəbul edir, 2022-ci ilin sentyabr ayından 2024-cü ilin fevral ayına qədər olan dövr ərzində 72108 AZN vəsaiti cavabdehə ödəyir. 2) Cavabdeh Cavabdeh 100% təsisçisi və qanuni təmsilçisi olduğu “X1” MMC-nin kommersiya fəaliyyətinin həyata keçirilməsi üçün 2022-2023-cü illər ərzində “xxxx” MMC-dən 167500 manat və “xxxx” MMC-dən 56180 manat vəsaiti “X1” MMC-nin bank hesabına borc təyinatı ilə qəbul edir. 3) Cavabdeh Cavabdeh 100% təsisçisi və qanuni təmsilçisi olduğu “X1” MMCnin kommersiya fəaliyyətinin həyata keçirilməsi, həmçinin “xxxx” MMC-yə və “xxxx” MMCyə olan borclarının bir qismini qaytarmaq niyyətini əsas göstərərək cavabdehin özünün, onun təsisçisi olduğu digər – “xxxx” MMC-nin, iddiaçı İddiaçı, “xxxx” MMC və “xxxx” MMCnin zaminliyi ilə 100000 manat dəyərində kredit xətti cəlb edir. 2023-cü ilin noyabr ayında tərəflərin qarşılıqlı razılığı ilə iddiaçının cavabdehin 100% təsisçisi olduğu “X1” MMC-nin payının 20%-ni almaq istəyindən irəli gələn münasibətlərinə xitam verilir və cavabdeh ən geci 2024-cü ilin ## ###### tarixinə verilən bütün vəsaitləri – 20% pay alışı üçün verilən 72108 manat, “xxxx” MMC-dən borc kimi verilən 167500 manat, “xxxx” MMC-dən borc kimi verilən 56180 manat vəsaiti, o cümələdən “xxxx” MMC və “xxxx” MMC-dən zaminliyə görə tutulan vəsaitləri tam formada geri ödəməyi öhdəsinə götürür. Bütün bu məsələlər məhkəməyə təqdim edilmiş Whatsapp yazışmalarında öz təsdiqini tapır. Lakin, iddiaçı 2024-cü ilin iyul ayına qədər verilən vəsaitlərin geri ödənilməsini gözləsə də adları çəkilən tərəflərin heç birinə cavabdeh tərəfindən heç bir vəsait ödənilmir, əvəzində cavabdeh 100% təsisçisi və qanuni təmsilçisi olduğu “X1” MMC-yə yeni məhsullar idxal edərək bazara təqdim edir. Nəticədə pozulmuş hüquqların bərpası üçün tərəflər - “xxxx” MMC, “xxxx” MMC və fiziki şəxs İddiaçı məhkəməyə müraciət edir. Cavabdeh tərəfindən digər məhkəmə işləri üzrə Bakı Kommersiya Məhkəməsinin müvafiq qətnamələrindən verilən Apellyasiya şikayətlərinə (“xxxx” MMC, “xxxx” MMC üzrə ayrılıqda) iddiaçı tərəfindən şikayətin hər bəndi əhatə edilməklə ətraflı etirazlarını təqdim etmişlər. Həmin etirazlarlarında, sonrakı məhkəmə iclasları zamanı əlavə edilmiş izahat və müraciətlərində iddiaçının bir mövqeyi bir olmuşdur: Həm 167500 manat (“GRAVİTY İNC. ” MMC), həm də 56180 manat (“xxxx” MMC) Cavabdehə borc olaraq verilmişdir, İddiaçıların Cavabdehlə heç bir “ortaqlıq, birgə fəaliyyət, təsis payının 20%-nin əldə edilməsi” kimi fikirləri olmamışdır. İşin faktiki mahiyyəti ilə bağlı fiziki şəxs İddiaçı cavabdeh fiziki şəxs Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair Kommersiya mübahisəsi üzrə başa çatan məhkəmə işində cavabdeh Cavabdeh “İddiaçı” fiziki şəxs İddiaçı onun təsisçisi olduğu hüquqi şəxsdə -“X1” MMC-də 20% təsis payına sahib olmaq kimi ötəri istəyini (bu istək sentyabr 2022noyabr 2023 dövründə qüvvədə olmuş, sonradan qarşılıqlı razılaşma ilə bu istəyə son verilmişdir.) İddiaçı həm təsisçisi olduğu “Gravity İNC.” MMC-dən və birgə tanışları olan “xxxx” MMC-dən -“X1” MMC-nin fəaliyyətinin dirçəlməsi üçün ödənilmiş borc məbləğlərinə (müvafiq olaraq 167500 manat və 56180 manat) də aid edilməsinə çalışmışdır. Sual yaranarsa ki, niyə Cavabdeh müəssisəsinin dirçəldilməsi üçün borc verilmişdir? Qısa cavab odur ki, fiziki şəxs olaraq həmin müəssisədə 20% təsis payına sahib olmaq istəyi, hər ikisinin 2012-2017-ci illərdə tələbə yoldaşları olması, ondan sonrakı dövrdə də yoldaşlıq münasibətlərinin davam etməsi, Cavabdeh və onun idarə etdiyi müəssisələrin “Gravity İNC.” MMC-yə məxsus ofisdə təmənnasız yerləşməsi və oradan idarə edilməsibir sözlə arada olmuş yaxın münasibətlər borc verilməsinə əsas olmuşdur.

17. İddiaçı yazılı izahatında Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının ##.##.2026-cı il tarixli, *-*(***)-***/**** saylı qətnaməsinə istinad edərək bildirmişdir ki, həmin məhkəmə aktı ilə tərəflər arasında 2022-ci ilin oktyabr ayından etibarən şəriklik münasibətlərinin formalaşdığı, pay bölgüsünün cavabdehə 80 faiz, iddiaçılarla əlaqəli şəxslərə isə 20 faiz həcmində müəyyən edildiyi qəbul olunmuşdur. Qətnamədə cavabdehin öz izahatlarına əsasən iddiaçı tərəfin biznesə vəsait qoyduğu, tərəflərin birgə fəaliyyət göstərdiyi və sonradan münasibətlər pozulduqdan sonra iddiaçıların qoyduqları vəsaitlərin geri qaytarılmasını tələb etdikləri qeyd edilmişdir. İddiaçı hesab etmişdir ki, həmin qətnamədə müəyyən edilmiş hallar cavabdehin hazırkı iş üzrə apellyasiya şikayətində göstərdiyi arqumentləri təkzib edir. Onun fikrincə, cavabdehin əvvəlki məhkəmə icraatlarında verdiyi izahatlar 70.000 manat məbləğində vəsaitin biznes fəaliyyəti və şəriklik münasibətləri çərçivəsində qəbul edilməsini təsdiqləyir. İddiaçı qeyd etmişdir ki, cavabdeh həmin vəsaiti təsis payının rəsmiləşdirilməsi məqsədilə aldığını bildirsə də, sonradan onu öz təşəbbüsü ilə şirkətin balansına daxil etmiş və vəsaiti geri qaytarmamışdır. Bu əsasla iddiaçı apellyasiya instansiyası məhkəməsindən öz apellyasiya şikayətinin təmin edilməsini, cavabdehin apellyasiya şikayətinin isə rədd olunmasını xahiş etmiş, həmçinin 70.000 manat əsas borcun, 933 manat və 1.175 manat məbləğində borcların, 19.015 manat faiz məbləğinin və 363 manat dövlət rüsumunun cavabdehdən tutulmasını tələb etmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları:

18. İddiaçının nümayəndəsi və vəkili tərəflərindən verilmiş apellyasiya şikayətini müdafiə etmiş, şikayətin təmin edilməsini, qarşı tərəfin şikayətinin isə rədd edilməsini xahiş etmişdir.

19. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri bardə məlumat verməmişdir. Məhkəmə kollegiyası MPM-in 376.2-ci maddəsinə əsasən şikayətə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

20. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili məhkəmə iclasında iddiaçının apellyasiya şikayətinə etiraz etmiş, tərəflərindən verilmiş apellyasiya şikayətini isə müdafiə etmiş və şikayətin təmin edilməsini xahiş etmişdir.

Tətbiq edilən hüquq:

21. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin - 491.3-ci maddəsinə əsasən müqavilə üzrə tərəfin verəcəyi ödənişlər hesabına ödənilmiş məbləğin beh olub-olmadığına şübhə yarandıqda, o cümlədən bu Məcəllənin 491.2-ci maddəsində müəyyənləşdirilmiş qaydaya riayət edilməməsi nəticəsində şübhə yarandıqda həmin məbləğ, əgər əksi sübuta yetirilməsə, avans kimi ödənilmiş sayılır. -402.1-ci maddəsinə əsasən ilkin müqaviləyə görə tərəflər həmin müqavilədə nəzərdə tutulmuş şərtlərlə əmlakın verilməsi, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi barədə gələcəkdə müqavilə (əsas müqavilə) bağlamağı öhdələrinə götürürlər. -402.2-ci maddəsinə əsasən ilkin müqavilə əsas müqavilə üçün nəzərdə tutulmuş formada bağlanır. İlkin müqavilənin formasına dair qaydalara əməl edilməməsi onun əhəmiyyətsizliyinə səbəb olur. -427.2-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. -445.7-ci maddəsinə əsasən bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. -449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər. -651-ci maddəsinə əsasən tələblərin və digər hüquqların alğı-satqısına əşyaların alğı-satqısı haqqında göstərişlər müvafiq surətdə tətbiq edilir. Rəsmi reyestrlərdə qeydə alınmış daşınmaz əşyalara və obyektlərə hüquqların satıldığı hallarda bu Məcəllənin 646 - 650-ci maddələri müvafiq surətdə tətbiq edilir. -##.##.2023-cü il tarixədək qüvvədə olmuş 739.1-ci və 742.2-ci maddələrinə görə borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Əgər borcun qaytarılması üçün müddət qoyulmayıbsa, o, borc verən və ya borc alan tərəfindən borc müqaviləsi ləğv edilərkən qaytarılmalıdır. - 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. - 742.2-ci maddəsinə görə əgər borc müqaviləsində borcun qaytarılması üçün müddət müəyyən edilməmişdirsə, borcverən borcun qaytarılmasını istənilən vaxt tələb edə bilər. Borcverənin icra tələbini almış borcalan bir ay müddətində borcu qaytarmalı, habelə faizləri və (və ya) haqları ödəməlidir, bu şərtlə ki, tərəflərin razılaşması ilə daha uzun müddət nəzərdə tutulmasın. -1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. -1091.2-ci maddəsinə görə əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. -1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.

Apellyasiya baxışının hədləri:

22. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

23. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

24. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia qismən təmin edildiyindən və həmin qətnamə cavabdeh tərəfindən iddianın təmin edilmiş hissəsində, iddiaçı tərəfindən isə iddianın rədd edilmiş mübahisələndirildiyindən qətnamənin əsaslığı bütövlükdə yoxlanılmalıdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

25. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, qətnamə qismən - pul vəsaitinin qaytarılmasının gecikdirilməsinə görə faizlərin tutulmasına dair iddianın rədd edilməsi hissəsində ləğv edilməli, həmin hissədə iddia qismən təmin edilməli, cavabdehdən iddiaçının xeyrinə 5541,7 faiz tutulmalı, qalan hissədə həmin iddia rədd edilməli, qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

26. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, “X1” MMC-nin yeganə təsisçisi cavabdeh X3r. İddiaçı İddiaçı ilə cavabdeh X3 arasında 2022-ci ilin avqust ayında “X1” MMC-nin nizamnamə kapitalında cavabdehə məxsus payın bir hissəsinin (20 faiz) iddiaçı tərəfindən 70.000 manata satın alınması barədə razılaşma əldə edilmiş və həmin məbləğ iddiaçı tərəfindən cavabdehə 2022-ci ilin sentyabr ayının 8-dən başlanaraq hissəhissə ödənilmişdir. Hazırda iddiaçı payın alqı-satqısı barədə müqavilənin bağlanmadığını əsas göstərərək qabaqcadan ödədiyi 70.000 manat vəsaitin ona geri qaytarılmasını, eləcə də cavabdehə müxtəlif tarixlərdə cəmi 2108 manat borc verdiyini bildirərək həmin vəsaitin də ona ödənilməsini tələb edir. Cavabdeh isə payın alqı-satqı müqaviləsinin istənilən vaxt rəsmiləşdirilməsinə hazır olduğunu, eləcə də 2108 manat məbləğində pulun iddiaçı tərəfindən MMC-nin faktiki ortağı qismində kapital qoyuluşu olaraq ona ödənildiyini əsas göstərərək iddianın rədd edilməsini tələb edir.

27. Payın alqı-satqısı üçün ödənilmiş 70.000 manat məbləğində pul vəsaitin qaytarılması hissəsində iddianın qanuni əsasını Mülki Məcəllənin 1092.1-ci maddəsi təşkil edir.

28. Kollegiya ilk növbədə qaytarılması tələb edilən həmin pul vəsaitinin hüquqi təbiəti ilə bağlı qeyd edir ki, sözügedən vəsaitin gələcəkdə iddiaçıya satılacaq müəssisədəki payın dəyəri olaraq ödənilməsi hər iki tərəfin izahatı ilə öz təsdiqini tapır. Belə olan halda isə kollegiya həmin pulun beh kimi ödənilməsi, o cümlədən tərəflər arasında etibarlı beh müqaviləsinin mövcudluğu iş materiallarına əsasən müəyyən edilmədiyini, eləcə də Mülki Məcəllənin 449.3-cü maddəsinin tələblərini də nəzərə alaraq belə qənaətə gəlir ki, həmin məbləğ gələcəkdə bağlanacaq müqaviləyə əsasən iddiaçı tərəfindən alınması nəzərdə tutulmuş payın dəyəri hesabına qabaqcadan ödəniş (avans) qismində ödənilmişdir.

29. Kollegiya həmçinin qeyd edir ki, tərəflər arasında ilkin olaraq payın alqı-satqısı barədə razılıq əldə edilsə və həmin razılıq əsasında iddiaçı tərəfdən cavabdehə 70.000 manat pul ödənilsə də, razılaşmadan keçən üç ilə yaxın müddət ərzində tərəflər arasında payın alqı-satqı müqaviləsi bağlanmamışdır. İddiaya qarşı etirazına əsas kimi cavabdehin istinad etdiyi -iddiaçının müqavilənin bağlanması niyyətindən imtina etməsi, onun isə həmin müqaviləni istənilən vaxt bağlamağa hazır olması barədə - dəlillərinə münasibətdə qeyd edilməlidir ki, birincisi, Mülki Məcəllənin 651-ci maddəsinin tələbləri baxımından payın alqı-satqı barədə müqavilə yazılı şəkildə bağlanaraq notarial qaydada təsdiq edilməli olan əqdlərə aid edildiyindən, tərəflər arasında gələcəkdə cavabdehə məxsus müəssisədəki 20% payın iddiaçı tərəfindən alınacağına dair razılaşma isə şifahi formada bağlandığından həmin razılaşma etibarlı ilkin müqavilə kimi qiymətləndirilə bilməz. Belə olan halda isə həmin razılaşma əsasında iddiaçının gələcəkdə payın alqı-satqısına dair müqavilə bağlamaq öhdəliyi, iddiaçının isə həmin müqavilənin bağlanmasını tələb etmək hüququ yaranmamışdır.

30. İkincisi, cavabdehin özünün də razılaşmanın bağlanmasından keçən müddət ərzində alqı-satqı müqaviləsinin bağlanması istiqamətində aktiv addımlar atması iş materialları ilə müəyyən edilmir, əksinə 2024-cü ilin yanvarında cavabdeh whasapp yazışmalarda 70.000 manat pulun iddiaçıya qaytarılacağını bildirmişdir. Göstərilən hal isə payın alqı-satqı müqaviləsinin baş tutmamasını və tərəflərin bağlanmamış müqavilənin hesabına qabaqcadan ödənilmiş pulun geri qaytarılması barədə razılığa gəldiklərini təsdiq edir. Odur ki, cavabdeh iddiaçının payın alqı-satqısına dair müqaviləni bağlamasından imtina etməsinə istinad etməklə bağlanmamış müqavilə üzrə ona ödənilmiş pul vəsaitinin qaytarılmasına etiraz etməsi əsassızdır.

31. Beləliklə, cavabdeh 70.000 manat məbləğində pul vəsaiti bağlanmamış müqaviləyə, yəni həyata keçirilməmiş əsasa söykənərək əldə etdiyindən iddiaçı həmin pulun əsassız varlanma obyekti kimi qaytarılmasını tələb etməkdə haqlıdır.

32. İddiaçının müəssisədəki payı rəsmi əldə etməsə də, faktiki olaraq müəssisənin fəaliyyətində şərik kimi iştirak etməsi barədə cavabdehin dəlillərinə münasibətdə isə kollegiya qeyd edir ki, işin yuxarıda göstərilən hallarından da göründüyü kimi iddiaçının qaytarılmasını tələb etdiyi 70.000 manat məbləğində pul vəsaiti yatırım (kapital qoyuluşu) olaraq iddiaçının faktiki iştirakçısı olduğu iddia olunan “X1” MMC-yə deyil, məhz gələcəkdə alınması nəzərdə tutulan müəssisədəki payın dəyəri kimi iddiaçıya (yəni alınacaq payın mülkiyyətçisinə) ödənilmişdir. Bu baxımdan iddiaçının MMC-nin fəaliyyətində faktiki iştirak edib-etməməsi və iddiaçı ilə cavabdeh arasında ortaqlıq münasibətlərinin olub-olmaması iddianın sözügedən hissəsi üzrə məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyət kəsb etmir.

33. İddianın 2108 manat məbləğində borcun qaytarılması hissəsi ilə bağlı isə kollegiya qeyd edir ki, iddiaçı tərəfindən cavabdehə alqı-satqısı baş tutmamış payın dəyəri olan 70.000 manat məbləğində pul vəsaiti ilə yanaşı 2108 manat məbləğində pul vəsaiti də ödənilmişdir. İddiaçı həmin pulun iddiaçıya borc verildiyini iddia etdiyi halda cavabdeh həmin pulun birgə fəaliyyət üzrə kapital qoyuluşu kimi ödənildiyini bildirir.

34. Kollegiya əvvəla qeyd edir ki, birincisi, iş materiallarına əlavə edilmiş iddiaçının təsisçisi olduğu “Gravity İNC” MMC-nin cavabdehin təsisçisi olduğu “X1” MMC-yə qarşı pul tələbinə dair iddiası üzrə Ali Məhkəməsinin Kommersiya Kollegiyasının ##.##.2025-ci il tarixli qərarından da göründüyü kimi göstərilən iki şirkət arasında şərikli birgə fəaliyyət (ortaq biznes) münasibətləri mövcud olmuşdur.

35. Göründüyü kimi hazırkı halda şərikli birgə fəaliyyət münasibətləri hazırkı iş üzrə tərəf olan fiziki şəxslər arasında deyil, hazırkı iş üzrə tərəflərin təsisçi olduqları hüquqi şəxslər (“Gravity İNC” MMC və “X1” MMC) arasında mövcud olmuşdur.

36. Digər tərəfdən işin yuxarıda göstərilən hallarından da göründüyü kimi, iddiaçı İddiaçı ilə cavabdeh Cavadov Şahid Cavid oğlu arasında ilkin razılaşma hüquqi şəxs yaratmaqdan birgə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istiqamətində yox, Cavadov Şahid Cavid oğluna məxsus “X1” MMC-dəki payın bir hissəsinin İddiaçı tərəfindən alınması, yəni tərəflərin “X1” MMC-nin həmtəsisçiləri olması və məhz həmin hüquqi şəxsə kapital qoyulması yolu ilə birgə fəaliyyət göstərilməsi istiqamətində olmuşdur. Hazırkı halda isə birincisi, payın alqı-satqısı baş tutmamışdır, ikincisi, mübahisəli pul məbləği İddiaçı tərəfindən “X1” MMC-yə deyil, cavabdeh Cavadov Şahid Cavid oğluna ödənilmişdir. Odur ki, həmin pulun hüquqi şəxsə kapital qoyuluşu kimi qiymətləndirilməsi üçün əsas yoxdur.

37. Bundan əlavə o da qeyd edilməlidir ki, iddiaçı bir tərəfdən tərəflər arasında şəriklik münasibətlərinin 2023-cü ilin dekabrında bitdiyini bildirdiyi halda digər tərəfdən mübahisəli 2108 manat borcun məhz 2024-cü ilin yanvarından sonra kapital qoyuluşu olaraq ödənildiyini iddia edir. Göstərilən hal iddiaçının mövqeyinin ziddiyyətli olmasını bir daha təsdiq edir.

38. Məhkəmə həmçinin onu da nəzərə alır ki, AR qanunvericiliyinə əsasən fiziki şəxslər sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün fərdi sahibkar statusuna malik olmalıdırlar. Bu baxımdan iki fiziki şəxs arasında bağlanmış birgə sahibkarlıq fəaliyyəti barədə müqavilə yalnız həmin şəxslərin fərdi sahibkar statusu olduğu halda etibarlı əqd hesab edilə bilər. Hazırkı halda isə iş üzrə cavabdeh Cavabdeh fərdi sahibkar statusu (VÖEN-i) olmadığından hazırkı iş üzrə tərəflər arasında belə məzmunda etibarlı müqavilənin mövcudluğu ehtimalı istisna edilir.

39. Belə olan halda isə məhkəmə kollegiyası həmin hissədə 2108 manat məbləğində pulu borc kimi qiymətləndirməklə və cavabdeh tərəfindən iddiaçıya ödənilmiş məbləğləri həmin borc məbləğində çıxmaqla 933 manat məbləğində pul vəsaitini cavabdehdən iddiaçının xeyrinə tutmaqda haqlı olmuşdur.

40. Borc məbləğindən çıxılmış 1175 manat məbləğində ödənişlərin 2108 manat məbləğində pulun ödənilməsindən əvvəlki dövrə aid olması barədə iddiaçının dəlillərinə münasibətdə kollegiya qeyd edir ki, birincisi, 2108 manat məbləğində pul vəsaiti bir dəfəyə deyil, müxtəlif vaxtlarda xırda məbləğlərlə ödənildiyindən və ödənişlərin təyinatı göstərilmədiyindən həmin ödənişlərin hansı hissəsinin 70.000 manat məbləğində avansa, hansının isə borca aid olmasını müəyyən etmək və belə olan halda isə 2108 manat məbləğinin nə zaman (və ya hansı zaman aralığında) ödənilməsi barədə əsaslı qənaətə gəlmək qeyri-mümkündür. İkincisi, iddiaçı cavabdeh tərəfindən ona edilmiş ödənişlərin əsasını ağlabatan şəkildə izah edə də bilməmişdir. Odur ki, məhkəmə həmin ödənişləri borcdan çıxmaqda haqlı olmuşdur.

41. Bundan əlavə 1175 manat məbləğində ödənişlərin bir hissəsinin ona deyil, üçüncü şəxsə edilməsi barədə iddiaçının dəlilləri üzrə isə qeyd edilməlidir ki, tərəflər arasında whatsapps yazışmalarından da müəyyən edildiyi kimi həmin məbləğlər (cəmi 200 manat) iddiaçının xahişi əsasında iddiaçının göndərdiyi bank hesabına köçürülmüşdür.

42. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddianın əsas məbləğ hissəsində qismən təmin edərək 70.933 manat məbləğində pulun cavabdehdən iddiaçının xeyrinə tutmaqla haqlı olmuşdur.

43. İddianın ödənişin gecikdirilməsinə görə faizlərin tutulması hissəsinə münasibətdə kollegiya iddiaçı cavabdehin ödənilməsini gecikdirdiyi pul vəsaitindən faydalanmasını sübuta yetirə bilmədiyindən Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən faizlərin tutulması üçün əsaslar olmaması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşsa da, onu da qeyd edir ki, məhkəmə iddiaçı tərəfindən təklif olunan hüquqi dəyərləndirmə ilə bağlı olmamaqla iddianın faktiki əsasını və predmetini dəyişdirmədən məhkəmə araşdırması zamanı müəyyən edilmiş faktiki hallara tətbiq edilməli olan hüquqi normalarını özü müəyyən etməlidir.

44. Hazırkı halda birinci instansiya məhkəməsi göstərilənləri nəzərə almamış, öhdəliyin gecikdirilməsinə görə faizlərin tutulması tələbinə Mülki Məcəllənin 445.7-ci maddəsi tətbiq edilməklə münasibət bildirilməsinin mümkünlüyünü dəyərləndirməmişdir.

45. Odur ki, kollegiya yazışmalardan göründüyü kimi tərəflər arasında 70.000 manat məbləğində pulun qaytarılması barədə razılaşmanın 2024-cü ilin yanvarında əldə olunduğunu, yəni cavabdehin qabaqcadan ödənilmiş məbləği qaytarmaq öhdəliyinin həmin vaxtdan yarandığını nəzərə alaraq hesab edir ki, həmin vaxtdan iddia ərizənin qaldırıldığı tarixədək olan 19 aylıq müddət üçün əsas borc məbləğinə faiz borcu 70.000x5%/12 ayx19 ay) cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

46. Qalan 933 manat məbləğində pulun ödənilməməsinə görə faizlərin tutulması ilə bağlı qeyd edilməlidir ki, tərəflərin həmin borcun hansı müddətdə qaytarmalı olması barədə razılaşması iş materiallarına əsasən müəyyən edilmir. Odur ki, iddiaçı tərəfindən yalnız 2025-ci ilin avqustunda cavabdehə pretenziya məktubu göndərilməklə həmin məbləğin qaytarılmasının tələb edildiyini, Mülki Məcəllənin 427.2-ci maddəsinə əsasən öhdəliyin icrası müddəti təyin edilməyibsə borclu onu tələb edildiyi vaxtdan ağlabatan müddətdə icra etməli olduğunu, iddiaçının isə pretenziya göndəriləndən 15 gün sonra hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edildiyini nəzərə alaraq kollegiya hesab edir ki, sözügedən borca iddia ərizəsi qaldırılanadək olan müddət üçün icranın gecikdirilməsinə görə faizlərin hesablanması üçün əsas yoxdur.

47. İddiaçının apellyasiya şikayəti qismən təmin edildiyindən, buna müvafiq olaraq qətnamə cavabdehdən tutulmalı olan ümumi borc və dövlət rüsumunun məbləği hissələrində də dəyişdirilməli, iddia verilərkən ödənilmiş 363 manat dövlət rüsumunun 305 manat hissəsi cavabdehdən tutulmalı, qalan hissədə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Həmçinin cavabdehdən tutulmalı olan ümumi məbləğ 76779,7 manat məbləğində müəyyən edilməlidir.

48. Cavabdehin apellyasiya şikayəti təmin edilmədiyindən MPM-in 119.5-ci maddəsinin tələblərinə əsasən apellyasiya şikayəti verilməsinə görə ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilməlidir. İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edildiyindən şikayətin təmin edilmiş hissəsinə mütənasib olaraq apellyasiya şikayət verilərkən ödənilmiş dövlət rüsumunun 55 manat hissəsi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.2, 392, 393, 405ci maddələrini

49. rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə t e t d i:

İddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-****/**** saylı qətnaməsi qismən – pul vəsaitinin qaytarılmasının gecikdirilməsinə görə faizlərin tutulmasına dair iddianın rədd edilməsi hissəsində - ləğv edilsin, həmin hissədə iddia qismən təmin edilsin. 70.000 manat məbləğində pul vəsaitinin qaytarılmasının gecikdirilməsinə görə faiz kimi 5541,7 manat məbləğində pul vəsaiti cavabdeh Cavabdeh tutularaq iddiaçı İddiaçı ödənilsin. Qalan hissədə həmin iddia tələbi rədd edilsin. Məhkəmə xərclərinin bölüşdürülməsi və cavabdehdən tutulmalı olan ümumi borc hissəsində isə qətnamə dəyişdirilsin, iddia verilərkən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq cavabdehdən tutulmalı olan pul vəsaiti 305 manat məbləğində, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməli olan hissəsi isə 58 manat məbləğində, cavabehdən tutulmalı olan ümumi borc isə 76.779,7 manat məbləğində müəyyən edilsin. Qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılsın. İddiaçı İddiaçı tərəfindən apellyasiya şikayəti verilərkən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 55 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilsin. Qalan hissədə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Cavabdeh Cavabdeh tərəfindən apellyasiya şikayəti verilərkən ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Leyla Əliyeva

Hakimlər: Təranə Mahmudova

Ziya Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar