Məhkəmə qərarları › İş №2-2(3-6)-264/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(3-6)-264/2026

23.06.2026 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

AzərbaycanRespublikasıadından Qətnamə Bakışəhəri İş№2-2(3-6)-264/2026 23.06.2026 BAKIAPELLYASIYAMƏHKƏMƏSI iddiaçı İddiaçı cavabdeh “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-yə (Bakı şəhər İcra Hakimiyyəti və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər olmaqla) qarşı iddia tələbinə dair kommersiya mübahisəsi üzrə (Açar sözlər: mülkiyyət hüququna müdaxilə nəticəsində dəymiş ziyanın ödənilməsi, ədalətli kompensasiya, sübutetmə, iddia tələbinə cavab verməli olan şəxs) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Cəfərov SəmədFəxrəddinoğlundanvəX2ibarəttərkibdə, MusayevaAytacElşənqızınınkatibliyi, iddiaçıİddiaçınümayəndəsi(vəkili)Vəkil, cavabdeh Cavabdeh QSC-ninnümayəndəsiX3iştirakıilə İddiaçı Cavabdeh QSC-nə qarşı “zərərin əvəzinin ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin ## ###### 2025-ci il tarixli qətnaməsindən iddiaçının nümayəndəsi (vəkili) tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbuletdi: İşin halları

1. Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin Əmlakın İnventarlaşdırılması Bürosu tərəfindən ##.##.2001-ci il tarixdə verilmiş ****** nömrəli texniki pasporta əsasən ümumi sahəsi 522,0 kvadrat metr, əsas sahəsi 247,7 kvadrat metr, köməkçi sahəsi 274,3 kvadrat metr olan, Bakı şəhəri, Xətai rayonu, H.Z.Tağıyev küçəsi 3-də yerləşən Balıq hisləmə sexi AN-İ № ******* nömrəli ##.##.2004-cü il tarixli “Daşınmaz Əmlakın Alqı-satqı müqaviləsi” əsasında “xxxx” ASCtərəfindənİddiaçı98000000manata(AZM)satılmışdır.

2. ünvan 1 ünvanında yerləşən və dövlət mülkiyyətində olan 0,06192 ha torpaq sahəsinin üzərində olan 513,8 kv.m əmlak kompleksi kimi müəssisə (Balıq hisləmə sexi) ##.##.2011-ci il tarixdə İddiaçı adına qeydiyyata alınmış, bununla bağlı ona Əmlak Məsələləri Dövlət Komitəsinin yanındaDaşınmazƏmlakınDövlətReyestriXidmətitərəfindənmüvafiqçıxarışverilmişdir.

3. Həmin çıxarışda əmlak kompleksi kimi müəssisənin tərkibi “Hisləmə sexi binası” (Liter A, bir mərtəbə, tikintialtı sahə 404 m2, ümumi sahə 330,7 m2); “Anbar” (Liter B, bir mərtəbə, tikintialtı sahə 34,5 m2, ümumi sahə 29,4 m2); “Anbar” (Liter C, bir mərtəbə, tikintialtı sahə 165,6 m2, ümumi sahə 144,9 m2); “Sanitar qovşağı” (Liter D, bir mərtəbə, tikintialtı sahə 14,7 m2, ümumi sahə8,8m2)olaraq,torpaqsahəsiüzərindəhüququnnövüisə“İstifadə”olaraqgöstərilmişdir.

4. Bakı şəhər İcra Hakimiyyətinin Başçısının ##.##.2013-cü il tarixli *** saylı Sərəncamına əsasən, Azərbaycan Respublikası Prezidentinin ##.##.2013-cü il tarixli **** saylı Sərəncamının icrası ilə əlaqədar, Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçilyinin ##.##.2013-cü il tarixli müraciəti nəzərə alınaraq, Xətai rayonu, Zığ şosesi, ****-****-**** saylı məhəllələrdə yeni zavod tikintisinin layihələndirilməsiüçün3,1171hatorpaqsahəsiGəmiçiliyindaimiistifadəsinəverilmişdir.

5. Həmin Sərəncamda sifarişçinin üzərinə bir sıra vəzifələr, o cümlədən ərazinin və obyektin şəhərsalma əsaslandırılması sənədlərinin hazırlanmasını təmin etmək və həmin sənədlərin Azərbaycan Respublikasının Şəhərsalma və Arxitektura Komitəsində razılaşdırılması üçün Memarlıq və Şəhərsalma Baş İdarəsinə təqdim etmək vəzifəsi qoyulmuş, habelə sifarişçinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində qeydiyyata alınmalı olduğu nəzərdə tutulmuşdur.

6. ünvan 1 ünvanında yerləşən əmlak kompleksi kimi müəssisəyə dair hüquqlarının qeydiyyata alınması ilə bağlı İddiaçı müraciətinə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin * saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş ##.##.2023-cü il tarixli cavab məktubunda göstərilmişdir ki, “... idarənin mütəxəssisləri tərəfindən inventarlaşdırma işləri aparılan zaman qeydiyyatdan keçmiş müvafiq daşınmaz əmlakın söküldüyü və ərazinin digər şəxs tərəfindən istifadə olunduğu aşkar edilmiş, bu səbəbdən texniki baxışa şərait yaradılmamışdır. Bundan əlavə, sökülmüş əmlak kompleksi kimi müəssisənin qeydiyyatının ləğvi iləbağlıərizətəqdimolunmalıdır”. Cavabdeh QSC (ASCO) tərəfindən İddiaçı nümayəndəsinin müraciətinə ##.##.2024cü il tarixli

7. cavab məktubunda bildirilmişdir ki, “qeyd etdiyiniz ünvanda ASCO-ya məxsus və ya istifadəsində olan torpaq sahəsi yoxdur. Eyni zamanda bu mövzu üzrə aidiyyəti məhkəməyə müraciət ediləcəyini nəzərə alaraq, məsələ məhkəmə prosesi çərçivəsində araşdırılacaq və müvafiqqərarveriləcəkdir”.

8. “xxxx” MMC-nin İddiaçı sifarişi əsasında hazırladığı ##.##.2024-cü il tarixli hesabatda göstərilmişdir ki, ünvan 1 ünvanında yerləşən əmlak kompleksi kimi müəssisənin (balıq hislətmə sexi) dəyəri 2569 000 manat (1 kv.m = 5000 manat x 513,8 kv.m), avadanlıqların dəyəri 191 450 manat (Soyuducu Kamera (54 kv.m) xammal üçün 1 ədədi 14 000 manat x 2 ədəd = 28 000 manat; Soyuducu Kamera (58 kv.m) hazir məhsul üçün 1 ədədi 16 000 manat x 2 ədəd = 32 000 manat; Vanna duzlama üçün 1 ədədi 400 manat x 15 ədəd = 6000 manat; Tərəcə (Stelaj) don acmaq üçün 1 ədədi 700 manat x 5 ədəd = 3500 manat; Barel (bocka) 1 ədədi 200 manat x 20 ədəd = 4000 manat; Dəmir stol qablasdirmaq üçün (fasovka) 1 ədədi 200 manat x 10 ədəd = 2000 manat; Ofis mebeli 1 dəst 2000 manat; Komputer 1 dəst 400 manat x 4 = 1600 manat; Printer 1 ədədi 150 manat x 2 ədəd = 300 manat; Kondisoner 1 ədədi 700 manat x 7 ədəd = 4900 manat; Televizor 1 ədədi 300 manat x 2 ədəd = 600 manat; Havalandirma sistemi 35 000 manat; Balıqların qurudulması üçün kamera 1 ədədi 7000 manat x 10 ədəd = 70 000 manat; Araba yük daşınması üçün 1 ədədi 200 manat x 5 ədəd = 1000 manat; Tərəzi 1 ədəd 550 manat) təşkil edir.

İş üzrə qəbul edilmiş məhkəmə aktları

a) Bakı şəhəri Səbail Rayon Məhkəməsindəki icraat

9. İddiaçı (iddiaçı) “xxxx” QSC-nə (cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə müraciət edərək, mülkiyyətində olan 513,8 kv.m ölçüdə olan əmlak kompleksi kimi müəssisəsinin içərisində olan avadanlıqlarla, yəni xammal üçün 2 ədəd Soyuducu Kamera 54 kv.metrlik, hazir məhsul üçün 2 ədəd Soyuducu Kamera 58 metrlik, duzlama üçün 15 ədəd vanna, don acmaq üçün 5 ədəd stelaj, 20 ədəd barel (bocka), qablasdirmaq üçün 10 ədəd dəmir stol (fasovka), balıqların qurudulması üçün 10 ədəd kamera, yük daşınması üçün 5 ədəd araba, 1 ədəd tərəzi, havalandirma sistemi, ofis mebelləri, 4 ədəd komputer dəsti, 2 ədəd “CANON” printerləri, 7 ədəd “GREE” kondisonerləri, 2 ədəd “SONY” televizorları, o cümlədən ofis binasının tam həcmdə əvvəlki vəziyyətində bərpa edilərək ona təhvil verilməsi, qanuni istifadəsində olan 0,06192 ha ölçüdə olan torpaq sahəsindən istifadəsinə törədilən maneələrin və süni məhdudiyyətlərin aradan qaldırılması və iddia ərizəsinin məhkəmədə baxılması üçün ödənilmiş dövlət rüsumunun əvəzi qismində 100 manatın cavabdehdən xeyrinə tutulması barədə qətnaməçıxarılmasınıxahişetmişdir.

10. İddiaçı iddia tələblərini belə əsaslandırmışdır ki, ünvan 1 ünvanında, 0,06192 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 513,8 kv.m ölçüdə olan əmlak kompleksi kimi müəssisə (balıq hisləmə sexi), dövlət mülkiyyətində olan əmlak kimi özəlləşdirmə haqqında qanunvericilikdə nəzərdə tutulmuş qaydada onun mülkiyyətinə özgəninkiləşdirilmiş, yəni Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən ona satılmışdır. Sonradan göstərilən əmlak kompleksinə dair hüquqməyyənedici sənədləri Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin * saylı Bakı Ərazi İdarəsinə təqdim etmiş, həmin sənədlərə əsasən 0,06192 ha torpaq sahəsi üzərində istifadə hüququ, ümumi sahəsi 513,8 kv.m ölçüdə olan əmlak kompleksi kimi müəssisə (balıq hisləmə sexi) üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınaraq bu barədə ona 010011002661-***** reyestr nömrəli çıxarış verilmişdir. Əvvəllər həmin müəssisədə istehsalat prosesi normal getsə də, sonrakı illərdə ərazidə yerləşən Cavabdeh QSCnin tərkibindəki X6 tərfindən törədilən müxtəlif maneçiliklər və əngəlləmələr nəticəsində müəssisənin fəaliyyəti dayandırılmış və bu günə qədər də istehsalın bərpası mümklün olmamışdır. Belə ki, cavabdehin və onun tabeliyində olan X6 rəhbərliyinin mühafizə xidmətinə verdiyi göstərişə əsasən o, son illərdə ümumiyyətlə öz obyektinə buraxılmır. Bu məsələ ilə bağlı Cavabdeh QSC-nin rəhbərliyi və yaxud nümayəndəsi ilə görüşmək cəhdləri, onun qəbul edilməməsi səbəbindən heç bir nəticə verməmişdir. Həmin müddət ərzində cavabdeh tərəfindən onun mülkiyyətində olan 513,8 kv.m ölçüdə olan əmlak kompleksi, içərisində olan avadanlıqlarla, yəni xammal üçün 2 ədəd Soyuducu Kamera 54 kv.metrlik, hazir məhsul üçün 2 ədəd Soyuducu Kamera 58 metrlik, duzlama üçün 15 ədəd vanna, don acmaq üçün 5 ədəd stelaj, 20 ədəd barel ( bocka), qablasdirmaq üçün 10 ədəd dəmir stol (fasovka), balıqların qurudulması üçün 10 ədəd kamera, yük daşınması üçün 5 ədəd araba, 1 ədəd tərəzi, havalandirma sistemi, ofis mebelləri, 4 ədəd komputer dəsti, 2 ədəd “CANON” printerləri, 7 ədəd “GREE” kondisonerləri, 2 ədəd “SONY” televizorları, o cümlədən ofis binası tamamilə dağıdılaraq məhv edilmişdir. “xxxx” QSC-nin rəhbərliyi ilə əmlak kompleksinin tam həcmdə avadanlıqlarlı ilə birlikdə əvvəlki vəziyyətdə bərpa edilməsinin təmin edilməsi ilə bağlı danışıqların aparılması ilə əlaqədar çoxsaylı cəhdləri heç bir nəticə vermədiyinə görə, məhkəməyə müraciət etmək məcburiyyətində qalmişdır. Beləliklə, yuxarıda göstərilənlərdən göründüyü kimi “xxxx” QSC-nin onun mülkiyyətində olan əmlak kompleksi kimi müəssisənin məhv etməsi ilə bağlı hərəkətləri mülki hüquq pozuntusundan (deliktdən) irəli gəlmişdir. Belə ki, cavabdeh təqsirli, qanunazidd (mülki qanunvericiliyin normaları pozan) hərəkətlərlə ona birbaşa xüsusilə külli miqdarda zərər vurmaqla özü əsassız varlanmışdır. Azərbaycan Respublikası Konstitutsiyanın 29-cu maddəsinə uyğun olaraq hər kəsin mulkiyyət huququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Ayrılmaz və bölünməz əsas insan və vətəndaş hüquq və azadlıqlarından biri kimi bu hüquqa verilən təminat da mülki hüquq münasibətləri iştirakçılarına onu hüquqi bərabərlik, mülkiyyətin toxunulmazlığı prinsiplərinə uyğun əmlak müstəqilliyi, iradə azadlığı şəraitində həyata keçirmək imkanının yaradılmasını, pozulduğu təqdirdə isə məhkəmədə müdafiəsini nəzərdə tutur. Daşınmaz əmlakın dövlət reyestri haqqında qanunun 16.6-cı maddəsinə əsasən dövlət reyestrinin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Müqavilə əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Qanunvericilikdən də göründüyü kimi cavabdehin onun mülkiyyətində olan əmlak kompleksini məhv etməsi delikt nəticəsində baş verdiyinə görə, “xxxx” QSC tərəfindən 513,8 kv.m ölçüdə olan əmlak kompleksi kimi müəssisə (balıq hisləmə sexi), onun içərəsində olan avadanlıqlarla tam həcmdə əvvəlki vəziyyətində bərpa edilməli, qanuni istifadəsində olan 0,06192 ha ölçüdə olan torpaq sahəsindən istifadəsinə maneələr və süni məhdudiyyətlər aradan qaldırılmalı və iddia ərizəsinin məhkəmədə baxılması üçün dövlət rüsumunun əvəzi qismində 100 manatməbləğindəpulvəsaiticavabdehdəntutulmalıdır.

11. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli qərardadı ilə işin aidiyyati üzrə baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilməsinə qərar verilmişdir.

b) Bakı şəhəri Xətai Rayon Məhkəməsindəki icraat

12. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli qərardadı ilə işin aidiyyatiüzrəbaxılmasıüçünBakıKommersiyaMəhkəməsinəgöndərilməsinəqərarverilmişdir.

c) Bakı Kommersiya Məhkəməsindəki icraat

13. İşə Bakı Kommersiya Məhkəməsində (məhkəmə və ya birinci instansya məhkəməsi) baxıldığı zaman iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşməsi barədə ərizə vermiş, “xxxx” QSC tərəfindən iddiaçının mülkiyyətindəki ünvan 1 ünvanında yerləşən 513,8 kv.m ölçüdə olan əmlak kompleksi kimi müəssisənin qəsdən məhv edilməsi nəticəsində vurulmuş zərərin əvəzi qismində 2569 000 (iki milyon beş yüz altmış doqquz min) manat, avadanlıqların məhv edilməsi nəticəsində 191 450 (yüz doxsan bir min dörd yüz əlli) manat, əldən çıxmış fayda qismində 120 000 (yüz iyirmi min) manat, iddia ərizəsinin məhkəmədə baxılması üçün ödənilmiş dövlət rüsumunun əvəzi qismində 2230 manat, qiymətləndirmə hesabatının verilməsi üçün ödənilmiş 300 manat olmaqla, cəmi 2882 980 (iki milyon, səkkiz yüz səksən iki min, doqquz yüz səksən) manatın cavabdehdən tutulub iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

14. Ərizə onunla əsaslandırılmışdır ki, hazırda iddiaçının mülkiyyətində olan 513,8 kv.m ölçüdə olan əmlak kompleksi kimi müəssisə, içərisində olan avadanlıqlarla birlikdə “xxxx” QSC tərəfindən, iddiaçıya xüsusilə külli miqdarda ziyan vurmaqla qəsdən məhv olunmuş və müəssisənin yerində müxtəlif təyinatlı tikililər inşa etdirilmişdir. Cavabdehin inşa etdirdiyi həmin tikililərin onun hesabına sökülüb yerində 513,8 kv.m ölçüdə olan əmlak kompleksi kimi müəssisənin bərpa edilməsi mümkün olmayacaq və yaxud çox böyük çətinliklərlə mümkün olacaq. Bunlarla əlaqədar hesab edir ki, iddiaçıya, daşımaz və daşınar əmlakların məhv edilməsi ilə bağlı, vurulmuş 2880450 manat məbləğində zərərin əvəzi cavabdeh tərəfindən tam həcmdə ödənilməlidir. Belə ki, “xxxx” MMC-nin hesabatına əsasən, əmlaklarının qəsdən məhv edilməsi nəticəsində iddiaçıya 2760 450 manat, yəni əmlak kompleksi kimi müəssisənin (balıq hislətmə sexi) 1 kv.m - 5000 manat X 513,8 kv.m = 2569 000 manat, avadanlıqların dəyəri: Soyuducu Kamera (54 kv.m) xammal üçün 1 ədədi 14 000 manat x 2 ədəd = 28 000 manat; Soyuducu Kamera (58 kv.m) hazir məhsul üçün 1 ədədi 16 000 manat x 2 ədəd = 32 000 manat; Vanna duzlama üçün 1 ədədi 400 manat x 15 ədəd = 6000 manat; Tərəcə (Stelaj) don acmaq üçün 1 ədədi 700 manat x 5 ədəd = 3500 manat; Barel (bocka) 1 ədədi 200 manat x 20 ədəd = 4000 manat; Dəmir stol qablasdirmaq üçün (fasovka) 1 ədədi 200 manat x 10 ədəd = 2000 manat; Ofis mebeli 1 dəst 2000 manat; Komputer 1 dəst 400 manat x 4 = 1600 manat; Printer 1 ədədi 150 manat x 2 ədəd = 300 manat; Kondisoner 1 ədədi 700 manat x 7 ədəd = 4900 manat; Televizor 1 ədədi 300 manat x 2 ədəd = 600 manat; Havalandirma sistemi 35 000 manat; Balıqların qurudulması üçün kamera 1 ədədi 7000 manat x 10 ədəd = 70 000 manat; Araba yük daşınması üçün 1 ədədi 200 manat x 5 ədəd = 1000 manat; Tərəzi 1 ədəd 550 manat, cəmi 191 450 manat məbləğində real zərər vurulmuşdur. Bundan başqa, 2014-cü il tarixdən əmlaklarının qəsdən məhv edilməsi nəticəsində, onlardan istfadə edə bilmədiyinə və əmlak kompleksini icarəyə verə bilmədiyinə görə iddiaçıya 10 il müddətində x 120 ay = 120.000 manat manat mələğində əldən çıxmış fayda qismində zərər vurulmuşdur. Beləliklə cavabdeh tərəfindən əmlaklarının qəsdən məhv edilməsi nəticəsində iddiaçıya 513,8 kv.m tikililərin sökülməsi ilə bağlı 2569 000 (iki milyon beş yüz altmış doqquz min) manat, avadanlıqların məhv edilməsi nəticəsində 191 450 (yüz doxsan bir min dörd yüz əlli) manat və əldən çıxmış fayda qismində 120 000 (yüz iyirmi min) manat, cəmi 2880450 (iki milyon səkkiz yüz səksən min dörd yüz əlli) manat məbləğində zərər vurulmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə müvafiq olaraq, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldə çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normaları pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Qeyd olunan Məcəllənin 1097.1-ci maddəsinə uyğun olaraq, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdəödənilməlidir.

15. Məhkəmənin ##.##.2025-ci il tarixli qərardadı ilə tikinti-texniki ekspertizası təyin olunaraq, ekspertlər qarşısında aşağıdakı suallar və məsələlərin həlli qoyulmuşdur: 1) Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş ##.##.2011-ci il tarixli çıxarışa əsasən ünvan 1 ünvanda yerləşən (artıq sökülmüş) iddiaçıya məxsus əmlak kompleksinin yerləşmiş olduğu torpaq sahəsi hansı koordinatlar daxilində yerləşirdi?; 2) Bakı şəhər İcra Hakimiyyəti başçısının ##.##.2023-cü il tarixli *** saylı “Azərbaycan Dövlət xxxx”nə torpaq sahəsinin daimi istifadəyə verilməsi haqqında” sərəncamda Bakı şəhəri, Xətai rayonu, Zığ Şosessi, ****-****-**** saylı məhəllələrdə yeni zavod tikintisinin layihələndirilməsi üçün nəzərdə tutulan 3,1171 ha torpaq sahəsi hansı koordinatlar daxilində yerləşir?; 3) Koordinatlar nəzərə alınmaqla, iddiaçıya məxsus (ünvan 1 ünvanda yerləşən) (hazırda sökülmüş) əmlak kompleksinin inşa edildiyi torpaq sahəsinin, “Azərbaycan Dövlət xxxx”nə torpaq sahəsinin daimi istifadəyə verilməsi haqqında sərəncamda nəzərdə tutulan sahənin hüdudları daxilində yerləşib-yerləşmədiyi müəyyən edilsin; 4) İddiaçıya məxsus olmuş ünvan 1 ünvanda yerləşən (artıq sökülmüş) əmlak kompleksi hazırda "xxxx" QSC-nin istifadəsində olan torpaq sahəsi və QSC-nin hasarının hüdudları daxilinə düşübdüşməməsimüəyyənedilsin.

16. Həmin təyinat əsasında Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş ##.##.2025-ci il tarixli rəydə aşağıdakılar göstərilmişdir: Qərardadın birinci sualı üzrə: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi * saylı Bakı Ərazi İdarəsinin ##.##.2025-ci il tarixli, *-**-*-**/*- *****/**** saylı mütəxəssis rəyinə əsasən, 010011002661-***** reyestr nömrəsi ilə iddiaçı İddiaçı adına qeydiyyatdan keçmiş əmlak kompleksi faktiki olaraq mövcud deyil (sökülmüşdür). Torpaq sahəsinin koordinatları əlavə olunur. X: 409981.717, 409839.1821, 409832.9865, 409877.2778, 409871.404, 409942.5661, 409948.9316, Y: 468373.216, 4468174.7758, 4468179.4114, 4468236.244, 4468269.264, 4468368.5834, 4468371.5275. İddiaçıya məxsus əmlak kompleksi (Bakı şəhəri, Xətai rayonu, H.Z.Tağıyev 3B ünvanında yerləşən hazırda sökülmüş) Azərbaycan Dövlət xxxxnə torpaq sahəsinin daimi istifadəyə verilməsi haqqında sərəncamda nəzərdə tutulan sahənin hüdudları daxilinə düşür. Sözügedən əmlak kompleksi hazırda "Azərbaycan Dövlət xxxx" QSC-nin hasarı daxilinə düşür. Vahid elektron kadastr baza məlumatlarına əsasən koordinatlarla verilmiş sahə faktiki olaraq 4823.88 kv.m təşkil edir. Sahə Dövlət əmlakı olan "Azərbaycan Dövlət xxxx" QSC-nin ümumi sahəsinin daxilində yerləşir. Həmçinin sahə daxilində 010011002661-***** reyestr nömrəli əmlak kompleksi kimi müəssisə qeydiyyatdan keçmişdir. Şimal tərəfdən sahənin təqribən 1215.0 kv.m hissəsi qaz kəmərinin, 135.0 kv.m hissəsi isə dəmiryolu xəttinin mühafizəsinə düşür. Həmçinin cənub tərəfdən sahənin təqribən 1830.0 kv.m hissəsi Xəzər Dənizinin 50.0 m-lik mühafizə zolağında yerləşir. Qərardadın ikinci sualı üzrə: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi * saylı Bakı Ərazi İdarəsinin ##.##.2025-ci il tarixli, 3-21-3- **/*-*****/**** saylı mütəxəssis rəyinə əsasən, xxxxnin Donanmasının bir hissəsinin koordinatları əlavə olunur.X: 410083.616,409957.004, 409908.021, 409835.189, 409803.2, 409876.032, 409787.631, 409812.055, 409816.679, 409906.74, 410021.189. Y: 446348.122, 4468174.728, 4468213.007, 4468120.42, 4468145.58, 4468238.171, 4468307.7, 4468344.4, 4468377.267, 4468371.251, 4468373.05. Qərardadın üçüncü sualı üzrə: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi * saylı Bakı Ərazi İdarəsinin ##.##.2025-ci il tarixli *-**-*-**/*-*****/**** saylı mütəxəssis rəyinə əsasən, iddiaçıya məxsus əmlak kompleksi (Bakı şəhəri, Xətai rayonu, H.Z.Tağıyev 3B ünvanında yerləşən hazırda sökülmüş) Azərbaycan Dövlət xxxxnə torpaq sahəsinin daimi istifadəyə verilməsi haqqında sərəncamda nəzərdə tutulan sahənin hüdudları daxilinə düşür. Sözügedən əmlak kompleksi hazırda "Azərbaycan Dövlət xxxx" QSC-nin hasarı daxilindədir. Vahid elektron kadastr baza məlumatlarına əsasən koordinatlarla verilmiş sahə faktiki olaraq 4823.88 kv.m təşkil edir. Sahə dövlət əmlakı olan "Azərbaycan Dövlət xxxx" QSC-nin ümumi sahəsinin daxilində yerləşir. Həmçinin sahə daxilində ***************** reyestr nömrəli əmlak kompleksi kimi müəssisə qeydiyyatdan keçmişdir. Şimal tərəfdən sahənin təqribən 1215.0 kv.m hissəsi qaz kəmərinin, 135.0 kv.m hissəsi isə dəmiryolu xəttinin mühafizəsinə düşür. Həmçinin cənub tərəfdən sahənin təqribən 1830.0 kv.m hissəsi Xəzər Dənizinin 50.0 m-lik mühafizə zolağında yerləşir. Qərardadın dördüncü sualı üzrə: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi * saylı Bakı Ərazi İdarəsinin ##.##.2025ci il tarixli, *-**-*-**/*-*****/**** saylı mütəxəssis rəyinə əsasən, yuxarıda qeyd olunduğu kimi iddiaçıya məxsus əmlak kompleksi (Bakı şəhəri, Xətai rayonu, H.Z. Tağıyev 3B ünvanında yerləşən hazırda sökülmüş) Azərbaycan Dövlət xxxxnə torpaq sahəsinin daimi istifadəyə verilməsi haqqında sərəncamda nəzərdə tutulan sahənin hüdudları daxilinə düşür. Sözügedən əmlak kompleksihazırda"AzərbaycanDövlətxxxx"QSC-ninhasarıdaxilindədir.

17. Məhkəmənin şahid qismində dindirdiyi Şahid ifadəsində göstərmişdir ki, “1993-cü il tarixindən həmin sözügən ərazidə yaşayır. İddiaçının orda obyekti olduğunu bilirdi və obyekt həmişə işlək vəziyyətdə olmuşdur. X5 obyekt daxil ərazini satın almış və söküntü işləri aparmışdır. O, iddiaçının işçisi olmamış, balıq hisləmə sexində işləməmişdir. İddiaçı ilə adi tanışlıq münasibətləri olmuşdur. 2013-cü ilin əvvəli 2014-cü ilin sonu Aydın Bəşirov tərəfindən söküntü işləri aparılmışdır. Ərazi Aydın Bəşirovun briqadası tərəfindən sökülmüşdür. Sökən şəxslər isə Aydın Bəşirovun fəhlələri idi, orda yaşayan kimdən soruşsan bunu deyirdi. Aydın Bəşirovu şəxsən tanımır, sadəcə adını eşitmişdir. Həmin ərazidə yaşayanlardan, fəhlələrdən və mühafizələrdən eşitdiklərinəəsasənbildirirki,iddiaçıyaməxsusobyektAydınBəşirovtərəfindənsökülmüşdür”.

18. Məhkəmənin ## ###### 2025-ci il tarixli qərardadı ilə Bakı şəhər İcra Hakimiyyəti və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində prosesə cəlb edilmişlər.

19. Cavabdehin nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 46-cı maddəsinin 1 və 2-ci bəndlərinə əsasən dövlət müəssisə, idarə və təşkilatlarının daimi istifadəsində olan torpaqlar dövlət mülkiyyətində olan torpaqlara aiddir və bu torpaqlar dövlətin müstəsna mülkiyyətindədir, həmin torpaqlar sözügedən Məcəllədə və digər normativ-hüquqi aktlarda müəyyən olunmuş qaydada istifadəyə və icarəyə verilə bilər. “Azərbaycan Respublikasının 1999-cu il ## #### tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin icrasının təmin edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin ## #### 2000-ci il *** nömrəli Fərmanının 1-ci bəndinə əsasən, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 46-cı maddəsində göstərilən digər dövlət torpaqlarının (o cümlədən dövlət müəssisə, idarə və təşkilatlarının daimi istifadəsində olan dövlət torpaqlarının) istifadəyə və icarəyə verilməsi səlahiyyəti rayon (şəhər) icra hakimiyyəti orqanlarına aid edilmişdir. BŞİH-nin müvafiq sərəncamları ilə ASCO-nun istifadəsinə ayrılmış torpaqlar da dövlət mülkiyyətində olan torpaqlara aiddir. Yəni iddiaçının tələbi torpağın mülkiyyətçisinə qarşı olmalıdır və mülkiyyətçi tərəfindən müvafiq torpaq ASCO-nun istifadəsinə verilən zaman həmin torpaqda əmlak kompleksi olmamışdır. Kompensasiya iddiası ilə bağlı yuxarıda qeyd edilənlərə əsasən ASCO-nun istifadəsində olan dövlət mülkiyyətinə məxsus torpaqlar üzərində sərəncam vermək hüququnun ASCO-ya məxsus olmamasını nəzərə alaraq, hazırki iddia üzrə cavabdeh qismində müvafiq dövlət orqanı (orqanları) çıxış etməlidir. İddiaçının söküldüyünü iddia etdiyi daşınmaz əmlakın (tikilinin) kim tərəfindən və hansı şəraitdə sökülməsi barədə ASCO-da hər hansı bir məlumat mövcud deyildir. Yəni, öncə həmin əmlakın ASCO tərəfindən söküldüyü təsdiq edilməlidir ki, bununla bağlı qarşı tərəf sübut təqdim edə bilməmişdir. Həmçinin bu məsələ ilə bağlı tələb də digər tələblə bilavasitə əlaqəli olduğundan ASCO iddiaya cavab verməli olmayan şəxs hesab edilməlidir. Qeyd olunanlarla yanaşı sözügedən tələblər üzrə iddia müddəti ötürülmüşdür. Belə ki, iddiaçı iddia ərizəsində mübahisəli əmlaka ##.##.2004-cü il tarixində alqı-satqı müqaviləsinə əsasən mülkiyyət hüququ əldə etdiyini qeyd etmiş, ona məxsus olan əmlakın 2013-cu ildə cavabdehin qanunsuz hərəkətləri nəticəsində məhv olunduğun iddia etmişdir. Qeyd olunan əmlakın cavabdeh tərəfindən məhv edilməsi ilə bağlı hər hansı bir mötəbər sübut təqdim edilmədiyinə baxmayaraq, deliktin baş vermə tarixi 2013-cü il kimi qəbul edilməlidir və bu tarixdən iddiaçı üçün iddia müddətini axımı başlanır. İddianın mahiyyəti sırf əmlakın məhv edilməsi ilə əlaqədar kompensasiyanın tutulmasıdır ki, belə olduğu halda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.1-ci maddəsində göstərilən ümumi iddia müddətləri tətbiq olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsinə əsasən, iddia müddətinin axımı şəxsin oz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Müddət mülki hüquq pozuntusunun (deliktin) törədildiyi tarixdən keçən on illik ümumi iddia müddətindən artıq ola bilməz. Belə ki, ümumi iddia müddəti (on il) mülki hüquqi tələblərin məhkəmə qaydasında təqib edilməsinin mümkün olduğu son müddətdir (mütləq müddət) Mülki hüquq pozuntusu (delikt) üzrə qanunda xüsusi müddət nəzərdə tutulmadığından bu əsasa söykənən tələblər üzrə də on illik iddia müddəti tətbiq olunur. Belə ki, deliktin törədildiyi tarixdən etibarən on il keçmişdirsə, həmin qanunazidd əmələ gorə iddia müddəti ötmüş hesab edilir. Bu müddətin aşılması mümkün sayılmır, axımı sonradan başlamış iddia müddətləri də on ilin tamamında başa çatır. Analoji hüquqi mövqeyə dair Ali Məhkəmənin hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini yuxarıda göstərilən qaydada müəyyən edən 3 ulduz nişanı təyin edilmiş qərarı vardır (Ali Məhkəmənin Mülki kollegiyasının *(***)-**/**** nömrəli xx.xx.2024-cü il tarixli qərarı). İddiaçı üçün iddia müddətinin axımı ona məxsus əmlakın məhv edildiyi 2013-cü ildə başlamışdır, yəni iddiaçı əmlakın məhv edilməsi ilə ona dəymiş ziyanın tutulmasını 2023-cü ilə qədər mübahısəndırə bilərdi, lakin 2025-ci ildə iddia ərizəsi ilə Səbail Rayon Məhkəməsinə müraciət etməklə qanunla müəyyən edilmiş müddəti ötürmüşdür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ### 2008-ci il tarixli qərarına əsasən: 1) iddia müddəti yalnız mübahisə tərəfinin ərizəsi əsasında tətbiq edilir; 2) həmin ərizə məhkəmə qərarı çıxarılanadək verilir; 3) belə ərizənin mövcudluğu məhkəmə tərəfindən iddia müddətinin keçməsi ilə əlaqədar iddiadan imtina barədə qərarın çıxarılması üçün əsasdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən. məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. İddia müddəti ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə # #### 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericiliklə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindənazadedir.

20. İddiaçının məhkəmə iclasında iştirak edən nümayəndəsi (vəkili) iddia tələbini müdafiə edərək izahatında həmçinin bildirmişdir ki, Bakı şəhər İcra Hakimiyyətinə müraciət etməmişlər, çünki sərəncamdan məlumatları olmamışdır. Bütün müraciətləri xxxxnə etmişlər, 2023-cü ilin oktyabr ayında * saylı Bakı Ərazi İdarəsinə müraciət olunmuş, həmin qurum isə ərazinin söküldüyünü və əmlak kompleksinin artıq mövcud olmadığını bildirmişdir. 2014-cü ildə obyekt tam sökülüb qurtarmışdır, lakin bununla bağlı hüquq mühafizə orqanlarına müraciət etməyiblər. Şahid ifadəsi ilə də təsdiq olunur ki, iddia tələbi haqlıdır və ərazi xxxx tərəfindən sökülmüşdür, bu söküntü işi şahidin gözünün qabağında olmuşdur. İddiaçının mülkiyyət hüququ qəsdən məhv edilmişdir, bu barədə Cinayət Məcəlləsində də maddə vardır. Burda deliktdən əmələ gələn pozuntu yaranmışdır. Mülkiyyət hüququ ilə bağlı Avropa İnsan Hüquq Məhkəməsinin də çoxlu qərarları mövcuddur və bütün dediklərini sübut edərək göstərir ki, mülkiyyət hüquqları müdafiə olunmalıdırvəmülkiyyəthüququnaiddiamüddətitətbiqedilmir.

21. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi bildirmişdir ki, iddia tələbi tamamilə əsassızdır, ümumiyyətlə iddiaçı özü də obyektin nə vaxt söküldüyünü, kim tərəfindən söküldüyünü dəqiq bildirə bilmir. Həmin ərazi cavabdehə dövlət tərəfindən ayrılıb və onların mülkiyyətləri olmayıb, sadəcə cavabdehin istifadəsinə verilib. İddiaçıya məxsus obyekt cavabdeh tərəfindən sökülməmişdir, ona görə də iddianı qəbul etmirlər. 2013-2014-cü il tarixlərində əraziyə hasar çəkilmişdir. Şahid ifadəsi dəqiq deyil, o sadəcə eşitdiklərinə əsasən fikir bildirir. Tam olaraq obyektin xxxxnin nümayəndələri tərəfindən sökülməsi ilə bağlı rəsmi fikir bildirməmişdir, ona görə də şahid əslində cavabdehin xeyrinə ifadə vermişdir. Torpaq sahəsi xxxxnə ayrılanda orda heç bir obyekt olmamışdır. Obyektin həmin ərazi onlara ayrıldıqda, yoxsa ondan sonra sökülməsi ilə bağlı dəqiq məlumat yoxdur və obyekt cavabdeh tərəfindən sökülməmişdir. Həmçinin iddiaçı iddia müddətiniötürmüşdür,bütünbunlaraəsasəniddiatələbirəddolunmalıdır.

22. Müstəqil tələb irəli sürməyən üçüncü şəxslər nümayəndələrini məhkəməyə göndərməmişlər.

23. Birinci instansiya məhkəməsinin ## ###### 2025-ci il tarixli qətnaməsi ilə iddia tələblərinintəminedilməməsiqətolunmuşdur.

24. Məhkəməgəldiyinəticəniaşağıdagöstərildiyikimiəsaslandırmışdır:

 Məhkəmə araşdırması və işdə olan sənədlər əsasında müəyyən edildi ki, hazırkı iş üzrə cavabdehin istifadəsinə Bakı şəhər İcra Hakimiyyətinin sərəncamı ilə verilmiş torpaq sahəsində iddiaçıya məxsus 513,8 kv.m ölçüdə balıq hissləmə sexi mövcüd olmuş, həmin əmlak sökülərək məhv edilmişdir. Bu işin mübahisəsiz hallarıdır. Hazırda iddiaçı torpaq sahəsinin məhz cavabdehin istifadəsində olduğu üçün ona qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir, dəymiş zərərin əvəzini tələb edir.

 Məhkəmə əvvəla qeyd edir ki, Mülki Məcəllənin 1096 və 1097-ci maddələrinin məzmunundan da göründüyü kimi, mülki hüquq pozuntusundan (deliktdən) irəli gələn maddi zərərin ödənilməsi tələbi məhkəmə tərəfindən o şərtlə təmin edilə bilər ki, mülki qanunvericiliyin normalarını pozan əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi, hüquqazidd əməl ilə vurulmuş maddi zərər arasında səbəbli əlaqənin mövcud olması, eləcə də əməlin təqsirli olması müəyyən edilsin. Lakin iddiaçı əmlakın məhz Azərbaycan Dövlət xxxx tərəfindən sökülməsini sübuta yetirə bilməmişdir. Belə ki, məhkəmə hazırlıq iclasında iştirak edən iddiaçının özü bildirmişdir ki, 2011-ci ildən 2013-cü ilə kimi sexi işlədib və sexin daxilində olan avadanlıqlar işlək vəziyyətdə olub. Lakin əmlak sökülməmişdən 3 ay əvvəl iş getmədiyi və səhhətində olan problemlər ilə əlaqədar sexi işlətməmişdir, söküntü zamanı hər-hansı hüquq mühafizə orqanlarına və ya hazırkı iş üzrə cavabdehə yazılı qaydada müraciət etməmişdir.

 İcra Hakimiyyətinin sərəncamından isə görünür ki, torpaq sahəsi cavabdehə ##.##.2013-cü il tarixində ayrılmışdır. Əmlakın dəqiq olaraq nə vaxt sökülməsi qeyrimüəyyəndir. İddiaçının sökülmüş əmlakın yerləşdiyi torpaq sahəsinin hazırkı iş üzrə cavabdehin istifadəsində olan torpaq sahəsi hüdudlarında olması, əmlakın məhz cavabdeh tərəfindən sökülmüş olması arqumenti hər-hansı sübutlar ilə öz təsdiqini tapmadığı üçün məhkəmə tərəfindən əsaslı hesab edilə bilməz. İddiaçının vəsatətinə əsasən şahid qismində dindirilmiş şəxsin ifadələrinə gəldikdə isə məhkəmə qeyd edir ki, şahid də dəqiq olaraq əmlakın nə vaxt və kim tərəfindən söküldüyünü bildirə bilməmiş, söküntü işlərinin şahidi olmuş və sadəcə həmin ərazidə yaşayanlardan, fəhlələrdən və mühafizələrdən eşitdiklərinə əsasən bildirdi ki, iddiaçıya məxsus obyekt Aydın Bəşirov tərəfindən sökülmüşdür.

 Bundan əlavə iddiaçının ikinci tələbi avadanlıqlara dəymiş zərərlə bağlı olsa da, qeyd edilən avadanlıqların vaxtı ilə mövcüd olması, iddiaçıya məxsus olması, cavabdeh tərəfindən məhv edilməsi halları da sübuta yetirilməmişdir.

 Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən MM-nin 1096 və 1097-ci maddələrində göstərilən dörd şərt (törədilmiş əməlin hüquqa zidd olması - ilk növbədə hüquqa zidd bir əməl (hərəkət və ya hərəkətsizlik) olmalı, hüquq qaydasının pozulması halı baş verməlidir; əməlin təqsirli olaraq törədilməsi - təqsir subyektiv anlayış olmaqla hüquq pozuntusu törədən şəxsin həmin əməli törədərkən iradəsində nöqsanın olmasını ehtiva edir; törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə zərər vurulması - qanunla qorunan mənafeyə, dəyərə zərər yetirilmiş olmalıdır; zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin olması - zərər məhz törədilmiş hüquqa zidd əməl nəticəsində əmələ gəlmiş olmalıdır) üzrə iddianı (əmlakların məhz cavabdeh tərəfindən sökülməsini, məhv edilməsini) sübuta yetirə bilməmişdir.  Belə olan halda isə iddia təmin edilə bilməz və tələb edilən zərər məbləği, əldən çıxmış fayda və s. üzrə hüquqi dəyərləndirmənin aparılması zərurəti də aradan qalxmış olur.

 Son olaraq məhkəmə cavabdeh tərəfindən verilmiş iddia müddətinin tətbiq edilməsi barədə ərizəsi ilə qismən razılaşaraq qeyd edir ki, bəli, deliktdən irəli gələn tələblərə on illik ümumi iddia müddəti tətbiq edilməlidir. Lakin hazırkı işdən görünür ki, iddiaçı mülkiyyətinə dəymiş zərərin əvəzinin ödənilməsini tələb edir. Mülki Məcəllənin 384.0 və 384.0.4-cü maddəsinə əsasən isə mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələblərə iddia müddəti şamil edilmir.

25. Qənaətinin hüquqi əsaslandırması zamanı məhkəmə həmçinin, Mülki Məcəllənin 21.1ci, 21.2-ci, 152.1-ci, 178.1-ci, 372.1-ci, 372.2-ci, 373.1-cimaddələrinəistinadetmişdir.

26. Qətnamədən iddiaçının nümayəndəsi (vəkili) apellyasiya şikayəti verərək onun ləğv olunmasını və iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmaqla, qətnamədə göstərilmiş nəticələrin işin hallarına uyğun gəlmədiyini, gəlinən nəticə üçün əhəmiyyət kəsb edən bütün faktiki halların aydınlaşdırılmadığını, iddiaçının mülkiyyət hüququnun pozulmasına haqq qazandırıldığını irəli sürmüşdür. Şikayətdə həmçinin aşağıdakılar göstərilmişdir: “Məhkəmə iş üzrə qəbul etdiyi qətnaməni yalnız öz mülahizəsinə əsaslanaraq, iddiaçının mülkiyyətindəki qeyri-yaşayış obyektinir söküldüyü vaxtın dəqiq müəyyən olunmaması, sökülmüş əmlakın yerləşdiyi torpaq sahəsinin cavabdehin istifadəsində olan torpaq sahəsi hüdudlarında olması, əmlakın məhz cavabdeh tərəfindən sökülmüş olması arqumentlərinin guya ki, iş üzrə hər-hansı sübutlar ilə öz təsdiqini tapmadığı ilə əsaslandırmağa çalışmışdır (səh.12, b 35). Halbuki, sübut kimi mülki işə əlavə edilmiş mübahisəli obyektin 010011002661-***** reyestr nömrəli çıxarışından və texniki pasportundan görünür ki, iddiaçı İddiaçı 0.06192 ha torpaq sahəsi üzərində istifadə hüququ, ümumi sahəsi 513.8 kv.m ölçüdə olan əmlak kompleksi kimi müəssisə (balıq hisləmə sexi) üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində ## ###### 2011-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. Bakı şəhər İcra Hakimiyyətinin # ###### 2013-cü il tarixli *** saylı sərəncamı ilə 3,1171 ha ölçüdə torpaq sahəsi Azərbaycan Dövlət xxxxnin daimi istifadəsinə verilmişdir. Lakin cavabdehin məhkəməyə təqdim etdiyi torpaqayırma sərəncamına torpaq sahəsinin yerquruluşu planı əlavə edilməmiş, həmin torpaq sahəsi üzərində onun hər hansı bir hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. Əgər Cavabdeh QSC-nin istifadə hüququ dövlət qeydiyyatına alınsa idi, onda həmin torpaq sahəsinin planı və ölçüsü sənədində ərazinin, iddiaçının müəssisənin hüdudlarının içərisində yerləşdiyi göstərilərdi. Beləliklə, yuxarıdakı sənədlərin tarixlərindən və şahid ifadəsindən göründüyü kimi, iddiaçının mülkiyyətindəki qeyri-yaşayış obyektinin söküldüyü tarix, Azərbaycan Dövlət xxxxnin daimi istifadəsinə 3,1171 ha ölçüdə torpaq sahəsinin verildiyi 2013-cü ildə başlamış, 2014-cü ilin axırlarına qədər olan müddəti əhatə etmişdir. Belə ki, cavabdehin tabeliyində olan X12 rəhbərliyi, əvvəlcə iddiaçının müəssisənin girişi üçün istifadə etdiyi dəmir darvazasını sökdürərək, onun yolunu daş hasarla bağlamış və özünün başqa tərəfdə quraşdırdığı darvazadan istifadə etməklə obyektə gediş- gəlişin təmin ediləcəyini bildirmişdir. Bir az müddətdən sonra isə X6 rəhbərliyinin mühafizə xidmətinə verdiyi göstərişə əsasən müəssisənin mülkiyyətçis İddiaçı təqribən 2013-cü son rübündə ümumiyyətlə öz obyektinə buraxılmamışdır. İddiaçının bu məsələ ilə bağlı Cavabdeh QSC-nin və onun struktur bölməsinə aid olan X6 rəhbərliyi və yaxud nümayəndəsi ilə görüşmək cəhdləri, onun qəbul edilməməsi səbəbindən, heç bir nəticə verməmişdir. Bundan başqa iddiaçı A. Həsənovun istifadəsində olan 0.06192 ha torpaq sahəsinin və əmlak kompleksi kimi müəssisənin naturada guya ki, X6 istifadəsində olan həmin ərazidə yerləşməməsi barədə məhkəmənin mülahizəsi də tamamilə yanlışdır. Belə ki, iddiaçıya verilmiş reyestrdən çıxarışda və daşınmaz əmlakların inventarlaşdırılması bürosu tərəfindən hazırlanmış əmlak kompleksi kimi müəssisənin (balıq hisləmə sexi) texniki pasportunda onun ünvanı ünvan 2 kimi göstərilmişdir. Həmin texniki pasportun baş planında, əmlak kompleksi kimi müəssisənin (balıq hisləmə sexi) H.Z.Tağıyev adına tikiş kombinatına paralel, dəmir yolu xəttinin dənizə tərəf hissəsində, gəmi təmiri terminalının yanında, Xəzər dənizinin sahilində olması öz əksini tapmış və eyni zamanda həmin obyektin dəyişməyən istinad nöqtələri də göstərilməklə coğrafi yerləşmə yeri müəyyən edilmişdir. Bundan başqa iddiaçı İddiaçı mülkiyyətindəki əmlak kompleksi kimi müəssisənin naturada guya ki, X6 istifadəsində olan həmin ərazidə yerləşməməsi barədə məhkəmənin mülahizəsi digər sübutlarla, yəni Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin * saylı Bakı Ərazi İdarəsinin məhkəməyə təqdim etdiyi ##.##.2025-ci il tarixli mütəxəssis rəyi ilə təkzil olunur. Belə ki, həmin rəydə İddiaçı adına qeydiyyatdan keçmiş əmlak kompleksi kimi müəssisənin yerləşdiyi torpaq sahəsinin coğrafi yerləşmə mövqeyinin əks olunduğu koordinatlar müəssisənin yerləşdiyi torpaq sahəsinin naturada X6 istifadəsində olan torpaqla üstüstə düşüdüyünü göstərir. Habelə mübahisəli obyektin cavabdehin istifadəsində olan ərazidə yerləşməməsi barədə məhkəmənin mülahizəsi Ədliyyə Nazirliyinin Məhkəmə ekspertiza Mərkəzinin ##.##.2025-ci il tarixli ekspert rəyi ilə təkzib edilir. Beləliklə işdə olan sübutlardan, yəni Daşınmaz Əmlakın Dövlət Kadastrı Reyestri Publik Hüquqi Şəxsin * saylı Bakı Ərazi İdarəsinin məhkəməyə təqdim etdiyi ##.##.2025-ci il tarixli mütəxəssis rəyindən və ƏN Məhkəmə ekspertiza Mərkəzinin ##.##.2025-ci il tarixli ekspert rəyindən görünür ki, iddiaçı A. Həsənovun istifadəsində olan 0,06192 ha torpaq sahəsi və mülkiyyətindəki əmlak kompleksikimi müəssisə naturada X8 istifadəsində olan ərazidə yerləşir. Məhkəmənin digər əsassız mülahizəsi isə mübahisəli obyektin məhz cavabdeh tərəfindən sökülmüş olması arqumentlərinin guya ki, iş üzrə hər-hansı sübutlar ilə təsdiqini tapmadığı ilə bağlıdır. Halbuki, Məhkəmə Ekspertizası Mərkəzi ##.##.2025-ci il tarixli rəyində göstərmişdir ki, iddiaçıya məxsus əmlak kompleksi (Bakı şəhəri, Xətai rayonu, H.Z.Tağıyev 3B ünvanında yerləşən hazırda sökülmüş) Azərbaycan Dövlət xxxxnə torpaq sahəsinin daimi istifadəyə verilməsi haqqında sərəncamda nəzərdə tutulan sahənin hüdudları daxilinə düşür. Sözügedən əmlak kompleksi hazırda "Azərbaycan Dövlət xxxx" QSC-nin hasarı daxilindədir. Eyni zamanda Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi * saylı Bakı Ərazi İdarəsinin ##.##.2025-ci il tarixli mütəxəssis rəyində də göstərmişdir ki, iddiaçıya məxsus əmlak kompleksi cavabdehə torpaq sahəsinin daimi istifadəyə verilməsi haqqında sərəncamda nəzərdə tutulan sahənin hüdudları daxilinə düşür. Sözügedən əmlak kompleksi hazırda "Azərbaycan Dövlət xxxx" QSC-nin hasarı daxilindədir. Lakin məhkəmə bizə məlum olmayan səbəblərdən həmin vacib sübutlara, yəni rəylərə ümumiyyətlə hüquqi qiymət verməmişdir. Bundan başqa iddiaçı İddiaçı ona məxsus 513,8 kv.m ölçüdə olan əmlak kompleksi kimi müəssisənin içərisindəki avadanlıqlarla birgə cavabdeh tərəfindən sökülüb məhv edildiyinə görə müəssisənin əvvəlki vəziyyətində bərpa edilməsi və yaxud məhv edilmiş daşınar və daşınmaz əmlaklara görə kompensasiyanın ödənilməsi ilə əlaqədar cavabdehə müraciət etmişdir. Həmin müracətə Cavabdeh QSC tərəfindən göndərilmiş ##.##.2024-cü il tarixli cavab məktubundan görünür ki, iddiaçının müəssisənin sökülməsi məsələsinə cavabdeh münasibət bildirməməklə dolayısı yolla obyektin məhv edilməsini etiaf etmiş və eyni zamanda bu mövzu üzrə aidiyyəti məhkəməyə müraciət edildiyini əsas gətirərək, məsələnin məhkəmə prosesi çərçivəsində araşdırılacagı və müvafiq qərarın veriləcəyini bildirmişdir. Həmçinin, A. Həsənovun əmlak kompleksi kimi müəssisəsinin cavabdeh tərəfindən söküldüyünü göstərən digər sübut olan ekspertiza rəyində, ona məxsus əmlak kompleksinin Gəmiçiliyin torpaq sahəsinin hüdudları daxilində yerləşdiyi göstərildiyi halda və işə əlavə edilmiş fotoşəkillərdən göründüyü kimi, xxxxnin torpaq sahəsinin hüdudları 2.5-3 metr ölçüdə hündürlüyü olan hasarla əhatə olunduğu və 24 saat ərzində mühafizə olunduğu halda, iddiaçının əmlak kompleksinin cavabdeh tərəfindən deyil, başqaları tərəfindən sökülməsi ağılasığmazdır. Bundan başqa şahid X4 məhkəməyə verdiyi ifadəsində birbaşa göstərmişdir ki, iddiaçıya məxsus 513.8 kv.m ölçüdə olan əmlak kompleksi təqribən 2013-cü ilin əvvəlindən 2014-cü ilin sonunadək xxxxninrəisiAydınBəşirovunbriqadası-fəhlələritərəfindənsökülmüşdür.Beləliklə,yuxarıda göstərilənlərdən göründüyü kimi xxxx QSC-nin iddiaçının mülkiyyətində olan əmlak kompleksi kim müəssisənin məhv etməsi ilə bağlı hərəkətləri mülki hüquq pozuntusundan (deliktdən) irəli gəlmişdir və cavabdeh təqsirli, qanunazidd (mülki qanunvericiliyin normaları pozan) hərəkətlərlə A. Həsənova birbaşa xüsusilə külli miqdarda zərər vurmaqla özü əsassız varlanmışdır. İşə baxan zaman hakim qanunvericiliyin tələblərinə deyil, yalnız öz mülahizəsinə əsaslanaraq, bizə məlum olmayan səbəblərdən cavabdehin maraqlarını üstün tutmaqla əsassız, qərəzli və qeyri obyektiv qətnamə qəbul etmişdir. Belə ki, məhkəmənin gedişində (audio-video yazıdan göründüyü kimi) iş üzrə çoxlu sayda sübutların təqdim edildiyinə baxmayaraq, hakim onları araşdırmadığına, iddiaçıya izahat verərkən maneçilik törətdiyinə, ona vergi ödəməməsi ilə bağlı aidiyyəti olmayan suallar verməklə təzyiq etdiyinə və işi 1 ildən artıq müddətin keçməsinə baxmayaraq yekunlaşdırmadığına, yəni süründürməçiliyə yol verdiyinə, bütün proseslərdə qərəzli mövqe nümayiş etdirdiyinə və hakim G.Namazovanın mülahizələrindən işin nəticəsində maraqlı olduğu əvvəlcədən sezildiyinə görə tərəfimdən hakimə yazılı etiraz təqdim edilmişdir. Hakim Namazova Günay Rüstəm qızı isə Mülki-Prossesual qanunvericiliyinin tələblərini ciddi surətdə pozaraq, ona edilmiş etiraz məsələsini həll etmək üçün etirazı (işi) məhkəmənin sədrinə vermək əvəzinə, özü etiraza baxaraq ona edilmiş etirazın baxılmamış saxlanması barədə qanunsuz qərardad qəbul etmişdir. Beləliklə, Məhkəmə qanunvericiliyin tələblərinə və sübutlara məhəl qoymadan Cavabdeh QSC tərəfindən iddiaçı İddiaçı əmlak kompleksi kimi müəssisəsinin içərisindəki avadanlıqlarla birgə söküb məhv etməsi ilə əlaqədar özbaşınalığını dəstəkləmiş, iddiaçının isə 513.8 kv.m ölçüdə olan obyekt üzərində mülkiyyətindən məhrum olmasını ədalətsiz və əsassız qətnamə qəbul etməklə qanuniləşdirmişdir. Bununla da Məhkəmə öz əsassız qətnaməsi ilə iddiaçının mülkiyyətindən məhrum edilməsinə yardım göstərməklə onu çox acınacaqlı bir vəziyyətə düçar etmişdir. Məhkəmə, qətnamədə iddiaçının sökülmüş daşınmaz əmlakının yerləşdiyi torpaq sahəsinin cavabdehin istifadəsində olan torpaq sahəsinin hüdudlarında olmamasını müəyyən etdiyini göstərsə də (səh.12, b 35), bu hal Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin * saylı Bakı Ərazi İdarəsinin məhkəməyə təqdim etdiyi ##.##.2025-ci il tarixli mütəxəssis rəyi və ƏN Məhkəmə ekspertiza Mərkəzinin ##.##.2025-ci il tarixli ekspert rəyi və obyektin texniki pasportunda tərtib edilmiş baş plan ilə (iddiaçı A. Həsənovun istifadəsində olan 0.06192 ha torpaq sahəsi və mülkiyyətindəki əmlak kompleksi kimi müəssisənin naturada cavabdehin X8 istifadəsində olan ərazidə yerləşdiyini sübut etdiyinə görə) təkzib edilir. Birinci instansiya məhkəməsinin qətnamədə öz mülahizəsinə əsaslanaraq göstərdiyi, iddiaçının mülkiyyətindəki qeyri-yaşayış obyektinin söküldüyü vaxtın dəqiq müəyyən olunmaması, sökülmüş əmlakın yerləşdiyi torpaq sahəsinin cavabdehin istifadəsində olan torpaq sahəsi hüdudlarında olması (səh. 12, 33-cü bənd), əmlakın məhz cavabdeh tərəfindən sökülmüş olması barədə nəticələr, işə əlavə edilmiş müəssisənin çıxarışından, texniki pasportundan, ekspert və mütəxəssis rəylərindən, şahid ifadəsindən və cavabdehin məktubundan görünür ki, işin hallarına uyğun gəlmir. Məhkəmə, ziddiyətli qətnamədə iddiaçının sökülmüş daşınmaz əmlakının yerləşdiyi torpaq sahəsinin cavabdehin istifadəsində olan torpaq sahəsinin hüdudlarında olmamasını müəyyən etdiyini göstərsə də (səh.12, b 35), həmin qətnamənin 33-cü bəndində əksinə iddiaçının 513.8 kv.m ölçüdə olan əmlak kompleksi kimi müəssisəsinin (balıq hisləmə sexi) cavabdehin istifadəsindəolantorpaqsahəsininhüdudlarındaolmamasınımüəyyənetdiyinigöstərmişdir”.

Apellyasiya şikayətinə qarşı etiraz

27. Cavabdehin nümayəndəsi tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz verilmiş, qətnamənindəyişdirilmədənsaxlanılmasıxahişolunmuşdur.

Apellyasiya baxışı, izahatlar

28. İddiaçının məhkəmə iclaslarında iştirak edən nümayəndəsi apellyasiya şikayətinin dəlilllərini müdafiə edərək iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmiş, cavabdehin nümayəndəsi şikayətin əsassız olduğunu bildirmiş, üçüncü şəxslərin nümayəndələri isəməhkəməyəgəlməmişlər.

29. Apellyasiya baxışı zamanı mübahisə üzrə sübutetmə predmetinə dair hallarla bağlı düzgün nəticəyə gəlinməsi üçün mütəxəssis rəyi alınmasına qərar verilmiş, mütəxəssis qarşısındaaşağıdakısuallar(məsələlərinhəlli)qoyulmuşdur:

 ünvan 1 ünvanında yerləşən və dövlət mülkiyyətində olan 0,06192 ha torpaq sahəsinin üzərində mövcud olmuş əmlak kompleksi kimi müəssisənin (Balıq hisləmə sexi) ##.##.2011-ci il tarixinə olan vəziyyəti “Google Earth” proqramının ortofoto (aerokosmik çəkilişlər) görüntüləri əsasında müəyyən edilsin.

 Əmlak kompleksinin ##.##.2011-ci il tarixinə olan vəziyyəti onun ##.##.2005-ci il tarixdə tərtib olunmuş texniki pasportuna uyğun olmuşdurmu?.

 Həmin əmlak kompleksi kimi müəssisənin (Balıq hisləmə sexi) ##.##.2013-cü il tarixinə olan vəziyyəti “Google Earth” proqramının ortofoto (aerokosmik çəkilişlər) görüntüləri əsasında müəyyən edilsin.

 Həmin əmlak kompleksinin yerləşmiş olduğu ərazidə (ünvan 1 ünvanındakı torpaq sahəsi) ##.##.2013-cü il tarixindən sonrakı dövrdə aparılan inşaat işləri ilə və ərazinin hazırkı vəziyyəti “Google Earth” proqramının ortofoto (aerokosmik çəkilişlər) görüntüləri əsasında müəyyən edilsin.

 Əldə olunacaq görüntülər əsasında sözügedən əmlak kompleksi kimi müəssisənin (Balıq hisləmə sexi) hansı dövrdə (tarixlərdə) söküldüyü izahlı şəkildə şərh olunsun.

30. Həmin təyinat əsasında “xxxx” MMC-nin mütəxəssisinin verdiyi ##.##.2026-cı il tarixli rəydəgöstərilənsuallaraaşağıdakıcavablarverilmişdir:

 1-ci sual: “Google Earth" proqramının ##.##.2011-ci il tarixli ortofoto görüntüsünə əsasən, tədqiq olunan 0,06192 ha torpaq sahəsi üzərində əsas bina ("A" literli balıq hisləmə sexi) və ona bitişik köməkçi tikililər mövcud olmuşdur. Ərazi həmin tarixdə hələ sökülməyib və kompleks fəaliyyətini davam etdirən vəziyyətdə görünür.

 2-ci sual: Tədqiqat obyekti ##.##.2011-ci il tarixli vəziyyət texniki pasportla müqayisə edildikdə müəyyən edilmişdir ki, əmlak kompleksinin bir hissəsi (əsas bina və şimal tərəfdəki bəzi köməkçi tikililər) pasportdakı baş plana uyğundur. Lakin texniki pasportda ərazinin cənub və qərb hissələrində nəzərdə tutulmuş bəzi tikililərin faktiki olaraq görünmədiyi müşahidə edilmişdir. Bu səbəbdən, ##.##.2011-ci il tarixinə əmlak kompleksinin vəziyyəti texniki pasportla müqayisədə qismən uyğunluq təşkil edir.

 3-cü sual: “Google Earth" proqramının ##.##.2013 tarixinə ən yaxın görüntüsü olan ##.##.2013-cü il tarixli ortofoto görüntüdə əmlak kompleksinin bir hissəsinin söküldüyü müşahidə edilsə də, diqqətlə nəzər yetirdikdə ərazinin yuxarı (şimal) küncündə yerləşən tikililərdən (sarı markerlə işarələnmiş) “B” tikilisi hələ də mövcud olduğu kimi qalır. Kompleksin qalan hissələri isə sökülmüşdür.  4-cü və 5-ci suallar: ##.##.2013-ci il tarixindən sonrakı dövr və hazırkı vəziyyət: “Google Earth’' proqramının ##.##.2015-ci il tarixli ortofoto (aerokosmik çəkilişlər) görüntüsünə əsasən ərazidə tədqiqat obyektinin tikililəri müşahidə olunmur, əvəzində yeni metal konstruksiyalı iri anbarların tikintisi prosesi əks olunub. Köhnə tikilidən qalan ərazinin yuxarı (şimal) küncündə yerləşən tikili (sarı markerlə işarələnmiş hissə) “B” tikilisi hal-hazırda hələ də mövcud olaraq qalır. “Google Earth” proqramının ##.##.2025ci tarixli ortofoto (aerokosmik çəkilişlər) görüntüsünə əsasən, ərazi tamamilə modernləşdirilib. İki böyük anbar, asfalt örtüyü və idman meydançası mövcuddur. Ən önəmlisi, əvvəlki dövrlərdən qalan həmin tək tikili (faktiki 2 mərtəbəli), “B” tikilisi (sarı markerlə işarələnmiş hissə) hazırda da mövcuddur və yeni infrastrukturun tərkib hissəsi kimi qalmaqdadır.

31. Rəy məhkəmə iclasında tədqiq olunmuş, onu tərtib edən mütəxəssis diindirilərkən rəydə 3-cü sualın cavabı yazılarkən texniki səhvə yol verildiyini, həmin cavabın “##.##.2013-cü il tarixli ortofoto görüntüdə əmlak kompleksinə diqqətlə nəzər yetirdikdə, ərazidə əsas bina və şimal tərəfdəki bəzi köməkçi tikililər, sarı markerlə işarələnmiş 1, 2, 3 tikililəri hələ də mövcud olduğu kimiqalır”kimioxunmalıolduğunubildirmişdir.

32. “xxxx” MMC-nin məhkəməyə ünvanladığı ##.##.2026-cı il tarixli məktubda da, rəydə 3cü suala verilən cavabda texniki yanlışlıq olduğu, həmin cavabın “##.##.2013-cü il tarixli ortofoto görüntüdə əmlak kompleksinə diqqətlə nəzər yetirdikdə, ərazidə əsas bina və şimal tərəfdəki bəzi köməkçi tikililər, sarı markerlə işarələnmiş 1, 2, 3 tikililəri hələ də mövcud olduğu kimi qalır” kimi oxunmalıolduğugöstərilmişdir.

33. Apellyasiya baxışı zamanı Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə “Bakı şəhəri, Xətai rayonu, Zığ şosesi, ****-****-**** saylı məhəllələrdə yeni zavod tikintisinin layihələndirilməsi üçün 3,1171 ha torpaq sahəsinin Gəmiçiliyin daimi istifadəsinə ayrılmasına dair Bakı şəhər İcra Hakimiyyətinin Başçısının ##.##.2013-cü il tarixli *** saylı Sərəncamının icrası ilə bağlı ərazinin və obyektin şəhərsalma əsaslandırılması sənədlərinin hazırlanıb-hazırlanmadığı barədə məlumat verilməsi” məzmununda sorğu göndərilmiş, sorğuya verilən cavab məktubunda qeyd olunan məsələ ilə əlaqədar şəhərsalma əsaslandırmasının hazırlanmadığıbildirilmişdir.

34. Məhkəmə kollegiyası tərəfindən mübahisəsi gedən əraziyə baxış keçirilmiş (yerində müayinə), ərazidə çoxsaylı modern tikililər inşa edildiyi və böyük ərazisi olan zavodun fəaliyət göstərdiyi, ərazi daxilindəki yollara asfalt örtüyü döşəndiyi, idman meydançasının mövcud olduğu, iddiaçıya məxsus olmuş tikililərdən yalnız “B” tikilisinin yerində qaldığı, lakin onun da restavrasiya vətəmirolunaraqikibərtəbəlitikilihalınagətirildiyimüşahidəedilmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Konstitusiyası

35. Maddə 13. Mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinəistifadəediləbilməz.

36. Maddə 29. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Sosial ədalət və torpaqlardan səmərəli istifadə məqsədi ilə torpaq üzərində mülkiyyət hüququ qanunlaməhdudlaşdırılabilər.

37. Maddə 60. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinətəminatverilir.

“Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanunu

38. Maddə 3.1. Azərbaycan Respublikasının Konstitusiyasında və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş insan hüquqları və azadlıqlarıyalnızqanunlaməhdudlaşdırılabilər.

39. Maddə 3.4. İnsan hüquqlarına və ya azadlıqlarına qoyulan məhdudiyyətlər Azərbaycan Respublikasının Konstitusiyasında və bu Konstitusiya Qanununda nəzərdə tutulan qanuni məqsədəyönəlməlivəhəminməqsədəmütənasibolmalıdır.

40. Maddə 3.5. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin III hissəsində göstərilən əsaslarla yanaşı, insan hüquqları və azadlıqları digər insanların hüquqlarının və azadlıqlarının həyata keçirilməsinə təminat verilməsi və onların müdafiə edilməsi məqsədi ilə məhdudlaşdırılabilər.

Avropa İnsan Hüquqları Konvensiyasının * saylı Protokolu

41. Maddə 1. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə və qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin, ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təminetməküçünzərurihesabetdiyiqanunlarıyerinəyetirməkhüququnuməhdudlaşdırmır.

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

42. Maddə 11.1. Mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyənmülkiqanunvericiliknormalarıtətbiqedilir(qanununanalogiyası).

43. Maddə 21. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda)başadüşülür.

44. Maddə 135.4. Əşyalar daşınmaz və daşınar ola bilər. Torpaq sahələri, yer təki sahələri, ayrıca su obyektləri, meşələr, çoxillik əkmələr, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlər daşınmaz əşyalardır. Torpaq sahəsi və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşya vahid daşınmaz əşyadır və vahid mülkiyyət obyektidir.

45. Maddə 135.9. Əgər müxtəlif növlü əşyalar ümumi təyinat üzrə istifadə edilməsini nəzərdə tutan vahid tam yaradırlarsa, bir əmlak (mürəkkəb əmlak) sayılırlar. Mürəkkəb əmlak barəsində bağlanmış əqdin qüvvəsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, onun bütüntərkibhissələrinəşamiledilir.

46. Maddə 135.10. Adi anlamda əşyanın tərkibinə daxil olan və dağıdılmadan, zədələnmədən və ya dəyişdirilmədən ondan ayrıla bilməyən hər şey əşyanın tərkib hissəsidir. Özbaşına tikinti ilə bağlı hallar istisna olmaqla, əşyanın mülkiyyətçisi onun bütün tərkib hissələrininmülkiyyətçisidir.

47. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınanvəqorunanhüququdur.

48. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxudhüquqdansui-istifadəolmasın.

49. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəməvasitəsilətələbedəbilər.

50. Maddə 172.3. Əgər torpaq sahəsinin mülkiyyətçisi tikinti zamanı qonşu sahənin sərhədlərini qərəzsiz pozarsa, həmin sahənin mülkiyyətçisi, pozuntu aşkar edilməzdən qabaq və ya aşkar edilən kimi pozucuya etiraz bildirildiyi hallardan başqa, həmin pozuntuya dözməlidir. Sərhədipozmuşqonşupulkompensasiyasıödəməlivəbundansonraonuhərilödəməlidir.

51. Maddə 172.4. Qonşuluq hüququnun göstərişlərini pozan binalara çıxıntılı binalar haqqındaqaydalartətbiqedilir.

52. Maddə 173.1. Başqa daşınmaz əmlaka keçən çıxıntıları olan binalar və digər qurğular yerləşdikləri daşınmaz əmlakın tərkib hissəsi kimi qalırlar, bu şərtlə ki, həmin əmlakın mülkiyyətçisi onlara əşya hüququna malik olsun. Qonşu ya üst tikiliyə qarşı etirazını bildirə bilər, yadabununlabarışaraqağlabatanəvəzödənilməsinitələbedəbilər.

53. Maddə 173.2. Üst tikiliyə hüquq daşınmaz əmlakın dövlət reyestrində servitut kimi qeydəalınabilər.

54. Maddə 173.3. Əgər üst tikili əsassızdırsa və hüququna toxunulmuş şəxs, bunu bilsə də, vaxtında etiraz etməzsə, üst tikilini ucaldan şəxsə, şəraitin haqq qazandırdığı hallarda, ağlabatan əvəz ödənilməklə, üst tikiliyə əşya hüququ və ya torpağa mülkiyyət hüququ verilə bilər.

55. Maddə 173.4. Əgər qonşu sahədən binanın uçub torpaq sahəsinə tökülməsi təhlükəsi varsa, mülkiyyətçi qonşudan həmin təhlükənin qarşısının alınması üçün lazımi tədbirlər görməyi tələbedəbilər.

56. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmişyaşayışevi,digərtikili,qurğuvəyabaşqadaşınmazəmlaközbaşınatikintisayılır.

57. Maddə 188.1. Əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, şəxsin özünə mənsub olmayan materialların emalı yolu ilə hazırladığı yeni daşınar əmlaka mülkiyyət hüququnu materialların mülkiyyətçisi əldə edir. Emalın dəyəri materialların dəyərindən əhəmiyyətli dərəcədə yüksək olduqda, yeni əmlaka mülkiyyət hüququnu vicdanla hərəkət edərək, materialları özü üçün emaletmişşəxsəldəedir.

58. Maddə 203.3. Qanunvericilikdə nəzərdə tutulmuş əsaslarla həyata keçirilən aşağıdakı tədbirlərdən başqa, əmlakın mülkiyyətçidən məcburi alınmasına yol verilmir: öhdəliklər üzrə tutmanın əmlaka yönəldilməsi; qanuna görə həmin şəxsə mənsub ola bilməyən əmlakın özgəninkiləşdirilməsi; sahənin alınması ilə əlaqədar daşınmaz əmlakın özgəninkiləşdirilməsi; təsərrüfatsızcasınasaxlananmədənisərvətlərinsatınalınması; rekvizisiya; müsadirə.

59. Maddə 203.5. Fiziki və hüquqi şəxslərin mülkiyyətində olan əmlakın dövlətin və cəmiyyətin ehtiyacları üçün özgəninkiləşdirilməsi Azərbaycan Respublikası Konstitusiyasının 29cumaddəsininIVhissəsinəəsasənhəyatakeçirilir.

60. Maddə 204.1. Daşınmaz əmlaka mülkiyyət hüququndan və ya digər hüquqdan imtina edilməsi üçün ixtiyarlı şəxsin bu hüquqdan imtina etdiyi barədə ərizəsi və həmin ərizənin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması zəruridir. Daşınmaz əmlaka mülkiyyət hüququndan və ya digər hüquqdan imtina haqqında ərizə bu barədə daşınmaz əmlakın dövlət reyestrindəqeydyazıldıqdansonraməcburiqüvvəalır.

61. Maddə 211. Mülkiyyət hüququna xitam verildikdə əmlak onun bazar qiymətinə əsasənqiymətləndirilir.

62. Maddə 238.1. Daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyisənədlərəsasındatəyinedilir.

63. Maddə 238.3. Torpaq sahəsinin mülkiyyətçisi, əgər qanunla ayrı qayda nəzərdə tutulmayıbsa və digər şəxslərin hüquqlarını pozmursa, həmin sahənin üstündə və altında olan hər şeydən istifadə edə bilər. Əgər qanunla ayrı qayda nəzərdə tutulmayıbsa, yerin təki və faydalı qazıntılarAzərbaycanRespublikasınınmülkiyyətidir.

64. Maddə 250.1. Torpaq sahəsi elə yüklü ola bilər ki, onun üstündə və ya altındakı binaya malik olmaq hüququ - özgəninkiləşdirilən və vərəsəlik üzrə keçən hüquq xeyrinə yükləmə aparılan şəxsə mənsub olar. Tikintiyə vərəsəlik hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınır.

65. Maddə 425. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

66. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd(mülkiqanunvericiliyinnormalarınıpozan)əməldir(hərəkətvəyahərəkətsizlikdir).

67. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsizərərivurmayanşəxsinöhdəsinəqoyulabilər.

68. Maddə 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) vəyavurulmuşzərərinəvəziniödəməköhdəliyiqoyur.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

69. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardanistifadəetməlidir.

70. Maddə 54.1. İddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Məhkəmə baxışı zamanı iddiaçının və ya cavabdehin əsl iddiaçı və ya cavabdeh ilə əvəz edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişindəəmələgəlmişolsun.

71. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübutetməlidir.

72. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəməüçünqabaqcadanmüəyyənedilmişqüvvəsiyoxdur.

73. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinəuyğunəsaslandırılmalıdır.

74. Maddə 220.6. Məhkəmə qətnamənin icra qaydası və müddətini müəyyən etdiyi və ya onun icrasının təmin edilməsi üçün tədbirlər gördüyü hallarda, bunu qətnamənin nəticə hissəsində göstərməlidir.

75. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiyaməhkəməsininqətnamədəgöstərilmişnəticələrininişinhallarınauyğungəlməməsi.

76. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya baxışının həddi

77. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

78. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiyaşikayətindəgöstərilməyənəsaslarladaləğvedəvədəyişdirəbilər. Məhkəmə kollegiyasının mövqeyi

79. İstəniləniddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqiəsasıaraşdırılmalıdır.

80. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasınaehtiyacqalmır,çünkiişinhəlliüçünbununəhəmiyyətiyoxdur.

81. Beləliklə, mülki (kommersiya) mühakimə icraatında hüququn tətbiqi üçün ilkin başlanğıc nöqtə tələbin qanuni əsasının tapılmasından ibarətdir – iddia tələbinin düzgün qanuni əsasını tapmaq üçün isə 4 sual cavablandırılmalıdır: kim kimdən nəyi və nəyə əsasən tələb edir?.

82. İddiaçı, mülkiyyətində olan əmlak kompleksi kimi müəssisənin, içərisində olan avadanlıqlarla birlikdə cavabdeh tərəfindən qəsdən məhv olunduğunu və müəssisənin yerində müxtəlif təyinatlı tikililər inşa etdirildiyini irəli sürür və bu səbəblə ona dəymiş zərərin əvəzi qismindəpulkompensasiyasınınödənilməsinitələbedir.

83. ünvan 1 ünvanında yerləşən və dövlət mülkiyyətində olan 0,06192 ha torpaq sahəsinin üzərində olan 513,8 kv.m əmlak kompleksi kimi müəssisənin (Balıq hisləmə sexi) ##.##.2011-ci il tarixdə İddiaçı adına qeydiyyata alındığı, əmlak kompleksinin “Hisləmə sexi binası”ndan (Liter A, bir mərtəbə, tikintialtı sahə 404 m2, ümumi sahə 330,7 m2); “Anbar”dan (Liter B, bir mərtəbə, tikintialtı sahə 34,5 m2, ümumi sahə 29,4 m2); “Anbar”dan (Liter C, bir mərtəbə, tikintialtı sahə 165,6 m2, ümumi sahə 144,9 m2); “Sanitar qovşağı”ndan (Liter D, bir mərtəbə, tikintialtı sahə 14,7 m2, ümumi sahə 8,8 m2) ibarət olduğu, əmlakın yerləşdiyi ərazinin yeni zavod tikintisinin layihələndirilməsi üçün Bakı şəhər İcra Hakimiyyətinin Başçısının ##.##.2013-cü il tarixli *** saylı Sərəncamı əsasında, Azərbaycan Respublikası Prezidentinin ##.##.2013-cü il tarixli **** saylı Sərəncamının icrası ilə əlaqədar Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçilyinin daimi istifadəsinə verildiyiişinmüəyyənolunanhallarıdır.

84. İşin müəyyən olunan halı həmçinin ondan ibarətdir ki, iddiaçıya məxsus əmlakın bir hissəsi ##.##.2013-cü il tarixinədək, bir hissəsi isə bu tarixdən sonra sökülmüşdür və hazırda ərazidə iddiaçıya məxsus olmuş tikililərdən yalnız sonradan restavrasiya və təmir olunaraq ikibərtəbəlitikilihalınagətirilmiş“B”tikilisiqalmışdır.

85. Göründüyü kimi, iddiaçıya məxsus olmuş əmlakın yerləşdiyi ərazinin cavabdehin daimi istifadəsinə verilməsi müvafiq dövlət hakimiyyəti orqanının qəbul etdiyi inzibati akt əsasında həyata keçirilmişdir və həmin inzibati akt hazırkı vaxtadək qüvvədə olmaqla, onun qanunsuzluğu müəyyənedilməmiş,aktetibarsızsayılmamışvəhüquqinəticələriaradanqaldırılmamışdır.

86. Hüquqi dövlət prinsipinin tərkib hissəsi olan hüquqi müəyyənlik prinsipi tələb edir ki, dövlət hakimiyyəti orqanlarının qüvvədə olan aktları bütün şəxslər üçün məcburi hüquqi nəticələr doğursun; əks yanaşma hüquq münasibətlərinin sabitliyini pozar və dövlət aktlarının hüquqi etibarlılığınışübhəaltınaalar.

87. Kollegiya vurğulayır ki, ASCO dövlət hakimiyyəti səlahiyyətlərini həyata keçirən orqan deyil və torpaq sahəsinin ayrılması barədə qərarın qəbul edilməsində iştirak etməmişdir. ASCO yalnız dövlət tərəfindən qəbul edilmiş və hüquqi qüvvəyə malik inzibati aktın ünvanlandığı subyekt qismindəhəminaktdanirəligələnhüquqlarınıreallaşdırmışdır.

88. Qüvvədə olan inzibati aktın hüquqi nəticələrinə görə həmin aktın ünvanlandığı şəxsin məsuliyyət daşıması o halda mümkün ola bilər ki, onun müstəqil qanunsuz davranışı müəyyən edilsin - lakin iş materialları ilə ASCO tərəfindən belə bir qanunsuz davranışa yol verilməsi sübuta yetirilmir.

89. Əksinə, müəyyən olunur ki, ASCO öz fəaliyyətini dövlət orqanının qəbul etdiyi və icrası məcburi olan inzibati akt çərçivəsində həyata keçirmişdir. Qanunvericiliklə nəzərdə tutulmuş qaydada qüvvədə olan inzibati aktın icrasının nəticələrinə görə həmin aktın ünvanlandığı şəxsin mülki-hüquqi məsuliyyətə cəlb edilməsi isə hüquqi məsuliyyət institutunun mahiyyəti ilə uzlaşmır.

90. Bu kontekstdə kollegiya hesab edir ki, iddiaçıya zərər dəydiyi qəbul olunsa belə, həmin zərərin yaranmasına səbəb kimi ASCO-nun hərəkətləri deyil, dövlət hakimiyyəti orqanının qəbul etdiyi inzibati akt çıxış edir. Bu səbəbdən iddia edilən zərər ilə ASCO-nun davranışı arasında mülkiməsuliyyətüçünzəruriolanbirbaşasəbəbliəlaqəmövcuddeyildir.

91. Başqa sözlə, şəxs öz mülkiyyətindən dövlət orqanının aktı nəticəsində məhrum edilmiş və bunun nəticəsində ona zərər vurulmuşdursa, kompensasiya tələbi həmin nəticələrin yaranmasına səbəb olmuş hakimiyyət qərarının müəllifinə və ya qanunla müəyyən edilmiş hallarda dövlətə qarşı yönəldilə bilər. Dövlət tərəfindən qəbul edilmiş, hüquqi qüvvəsini saxlayan qərarın nəticələrinə görə həmin qərarın ünvanlandığı şəxsin məsuliyyət daşıması nə qanunun məqsədinə,nədəədalətmühakiməsininprinsiplərinəuyğundeyildir.

92. Əks mövqe qəbul edilərsə, dövlət aktının hüquqi nəticələrindən faydalanan hər bir şəxs sonradan həmin aktın qəbul edilməsinə görə məsuliyyət daşımalı olardı ki, bu da hüquqi müəyyənlik,qanunietimadvəməsuliyyətinfərdiliyiprinsiplərininpozulmasınagətiribçıxarar.

93. Beləliklə kollegiyanın qənaətin görə, iddiaçı tərəfindən irəli sürülən tələb maddi-hüquqi baxımdan ASCO-ya qarşı yönəldilə bilməz; ASCO mübahisəli hüquq münasibətində zərərin əvəzini ödəməli olan şəxs hesab edilə bilmədiyindən, birinci instansiya məhkəməsinin iddianın rəddedilməsibarədəgəldiyinəticədüzgündür.

94. Məhkəmə xərclərinə də münasibət bildirilməsinin zəruriliyini vurğulayan kollegiya hesab edir ki, apellyasiya şikayətini verərkən ödədiyi dövlət rüsumunun məbləği iddiaçının özünə aid olunmalı, mütəxəssis tədqiqatının dəyəri isə tərəflərdən mütənasib qaydada alınıb müvafiq hesabaköçürülməlidir.

95. Nəzərə alınmalıdır ki, məhkəmə xərclərinin bölüşdürülməsi məsələsi prosessual qanunvericiliklə tənzimləndiyindən, bununla bağlı qərar qəbul edərkən məhkəmə, müvafiq tələbin, yaxudapellyasiyadəlilininolub-olmamasınabağlıdeyildir.

96. Həmçinin qeyd olunmalıdır ki, mütəxəssis rəyinin alınmasına cavabdeh tərəfindən, mübahisəyə səbəb olan hallar barədə lazımi məlumatların vaxtında verilməməsi səbəb olmuşdur; busəbəbləmütəxəssisxərcininmüvafiqhissəsiməhzcavabdehdəntutulmalıdır.

97. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və405-cimaddələrinirəhbərtutaraqməhkəməkollegiyası

QƏT ETDİ:

Apellyasiyaşikayətitəminedilməsin. Bakı Kommersiya Məhkəməsinin e-*-*(***)-***/**** saylı iş üzrə ## ###### 2025-ci il tarixli qətnaməsidəyişdirilmədənsaxlanılsın. Apellyasiya şikayətini verərkən ödədiyi dövlət rüsumunun məbləği apellyatorun özünə aid olunsun. Mütəxəssis tədqiqatının dəyəri olan 500 (beş yüz) manatın 200 (iki yüz) manatı İddiaçı, 300 (üç yüz) manatı Cavabdeh QSC-dən alınıb “xxxx” MMC-nin hesabına (VÖEN: **********, hesab №: AZ68İBAZ35090019447981193205, “ABB ASC)köçürülsün. Qətnamədən İddiaçı tərəfindən, qətnamə ona rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiyaşikayətiveriləbilər.

Sədrlik edən hakim Elnur Həsənov

Hakimlər Səməd Cəfərov

Tural Qocayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar