Məhkəmə qərarları › İş №2-2(3-6)-274/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(3-6)-274/2026

26.05.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

AzərbaycanRespublikasıadından Qətnamə Bakışəhəri İş№2-2(3-6)-274/2026 26.05.2026 BAKIAPELLYASIYAMƏHKƏMƏSI iddiaçı “İddiaçı” MMC-nin cavabdeh Cavabdeh MMC-yə qarşı iddia tələbinə dair kommersiya mübahisəsi üzrə (Açar sözlər: alqı-satqı müqaviləsi, öhdəliyin icra olunmaması, pul öhdəliyinin gecikdirilməsinə görə faiz tələbi, sübutetmə) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Cəfərov SəmədFəxrəddinoğlundanvəX2ibarəttərkibdə, MusayevaAytacElşənqızınınkatibliyi, cavabdeh Cavabdeh MMC-ninnümayəndəsi(vəkili)vəkil2iştirakıilə “İddiaçı” MMC-nin Cavabdeh MMC-yə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin ## ###### 2026-cı il tarixli qətnaməsindən cavabdehin nümayəndəsi (vəkili) tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıqətnaməniqəbuletdi: İşin halları

1. X6 qeydiyyatdan keçmiş “İddiaçı” MMC ilə Azərbaycan Respublikasının kommersiya hüquqi şəxsi olan Cavabdeh MMC arasında ## #### 2017-ci il tarixdə “Eksklüziv distributorluq” müqaviləsibağlanmışdır.

2. Müqavilənin 2-ci maddəsinin 2-ci bəndinə əsasən, “İddiaçı” MMC (TELME), müqavilənin qüvvədə olduğu müddətdə Cavabdeh MMC-ni (Şirkət) məhsulların ərazidə yeganə (eksklüziv) distribyutoru təyin edir. Lakin bu, TELME və ya TELC-nin müştərilərin tələbi ilə (əgər müştərilər təklif irəli sürən tərəf və ya təchizatçı olaraq TELME və ya TELC-ni göstəribsə) məhsullarıbirbaşaərazidəkimüştərilərətəklifetməsinəvəsatmasınamaneolmur.

3. Müqavilənin 2-ci maddəsinin 3-cü bəndinə əsasən, məhsulların əraziyə üçüncü tərəf tərəfindən Yaponiyada və ya digər ölkələrdə istehsal olunmuş və satılmış hər hansı daha iri avadanlıq vo ya qurğunun tərkib hissəsi kimi, həmin avadanlığa daxil edilərək gətirildiyi hallar bu müqavilənin şərtlərinə daxil edilmir; 4-cü bəndinə əsasən Şirkət ərazi daxilində məhsulların satışını bütün potensial müştərilər arasında təşviq etmək və genişləndirmək üçün bütün səylərini göstərəcəkvəsifarişlərinəldəolunmasıüçünməsuliyyətləçalışacaqdır.

4. Müqavilənin 2-ci maddəsinin 5-ci bəndinə əsasən Şirkət, TELME-nin əvvəlcədən yazılı razılığı olmadan, birbaşa və ya dolayı yolla, yeni və ya işlənmiş məhsullarla rəqabət aparan və ya onlara bənzər hər hansı malları ərazi daxilində satın ala, idxal edə, sata, quraşdıra və ya texniki xidmət göstərə bilməz; 6-cı bəndinə əsasən Şirkət, TELME-nin əvvəlcədən yazılı razılığı olmadan məhsulları ərazi xaricinə sata, ixrac edə və ya onların satılmasına və ya ixracına səbəb olabilməz.

5. Müqavilənin 2-ci maddəsinin 7-ci bəndinə əsasən, Şirkət məhsulların satışı ilə bağlı bütünriskləriüzüdaşıyırvəsatışdandoğanbütünnəticələrəözücavabdehdir.

6. Müqavilənin 2-ci maddəsinin 8-ci bəndinə əsasən, bu müqavilənin qüvvədə olduğu müddətdə TELME ilə Şirkət arasındakı münasibət satıcı və alıcı münasibəti olacaqdır. Şirkət heç bir halda TELME-nin nümayəndəsi hesab edilməyəcək və TELME adından hər hansı öhdəlik götürməkvəyaməsuliyyətyaratmaqsəlahiyyətinəmalikolmayacaqdır.

7. Müqavilənin 3-cü maddəsinin 1-ci bəndinə əsasən, məhsullar üzrə bütün sifarişlər Şirkət tərəfindən TELME-yə yazılı formada verilməli və TELME tərəfindən təsdiq və qəbul edilməlidir. Lakin TELME bu təsdiqi əsassız şəkildə rədd edə bilməz; 2-ci bəndinə əsasən məhsulların çatdırılması hər sifariş Üzrə TELME ilə Şirkət arasında razılaşdırılmış müvafiq İnkotermslərə (“Müvafiq İnkotermslər") uyğun olaraq həyata keçiriləcək. Məhsullar üzrə risklər müvafiq İnkotermslərə uyğun olaraq layihə sahəsinə çatdırıldıqda Şirkətə keçir; 3-cü bəndinə əsasən məhsulların beynəlxalq qaydalara və Şirkət tərəfindən təqdim edilmiş texniki spesifikasiyalara uyğunluğunun yoxlanılmasına dair TELC-nin, TELME-nin və ya onların podratçılarının müəssisəsində aparılan yoxlama son və həlledici hesab olunur. Əgər Şirkət TELC, TELME və ya onların podratçıları tərəfindən adətən aparılan yoxlamalardan başqa əlavə xüsusiyoxlamalartələbedirsə,buyoxlamalarınxərclənŞirkəttərəfindənödəniləcəkdir.

8. Müqavilənin 20-ci maddəsinə əsasən, bu müqavilə İngiltərə qanunları ilə tənzimlənir və onlara uyğun şərh edilir. Bu Müqavilədən irəli gələn və ya bu Müqavilə ilə hər hansı mübahisə, ixtilaf və ya iddia, o cümlədən onun mövcüdluğu, etibarlılığı, ləğvi və ya qüvvədən düşməsinin nəticələri ilə bağlı hər hansı sual DIFC-LCIA qaydaları üzrə arbitraj məhkəməsinə təqdim ediləcək və yekun olaraq həll olunacaqdır. Bu qaydalar bu maddəyə istinadla daxil edilmiş hesab olunur.ArbitrajyeriDubayşəhərindəyerləşənX5caq.

9. “İddiaçı” MMC ilə Cavabdeh MMC arasında bağlanmış ## ### 2024-cü il tarixli Anlaşma Memorandumuna əsasən tərəflər aşağıdakıları razılaşdırmışlar: “İkinci Tərəf qəbul edir və təsdiqləyir ki, Birinci Tərəfə ödənilməsi tələb olunan 770111,76 ABŞ dolları məbləğində qalıq ödəniş mövcuddur. Bu ödəniş, tərəflər arasında bağlanmış distribütorluq müqaviləsinə əsasən müxtəlif layihələr üçün lift materiallarının təchizinə aiddir. (Hesab bəyannaməsi əlavə olunur). İkinci Tərəf, birinci Tərəfə təminat verir ki, 2024-cü ilin May ayından başlayaraq hər ay 100 000 ABŞ dolları məbləğində ödəniş edəcəkdir. Ödəniş hər ayın 30-u və ya son iş günündə həyata keçiriləcək. İkinci Tərəf qəbul edir və təsdiqləyir ki, ilk ödəniş hissəsini ##.##.2024 tarixinədək həyata keçirmək üçün vəsait hazırlayır. Əgər İkinci Tərəf bu ödənişi vaxtında etməzsə, o, öz mülkiyyətində olan aşağıdakı əmlakları (sənəd surəti əlavə olunur) Birinci Tərəfin adına dərhal köçürmək öhdəliyini götürür: bir mənzil, 237 kvadrat metr. İkinci Tərəf həmçinin Birinci Tərəfə təminat verir ki, ilk ödəniş hissəsini təmin etmək üçün aşağıdakı mənbələrdən istifadə edəcək: a) Mənzilləri 110 000 ABŞ dolları dəyərində sataraq ödənişi həyata keçirmək; b) Əgər satış mümkün olmazsa, eyni əmlakı özəl kredit verənlərlə icarəyə verərək ödənişi həyata keçirmək; və ya c) AMU-0024 layihəsinin materiallarını digər müştəriyə sataraq ödənişi həyata keçirmək. İkinci Tərəf, layihə sahibindən təyinat alındığı təqdirdə, materialları görmək üçün AMU-0024 layihəsi üzrə yerində baxış təşkil edib. İkinci Tərəf təminat verir ki, sonrakı aylıq ödənişi öz ticarət obyektini (ölçüsü 1509 m2, təxmini bazar dəyəri 2150 000 ABŞ dolları) satmaqla təmin edəcək vəqalıqborcutamşəkildəödəyəcək”.

10. X7 əsasən Cavabdeh MMC-nin “İddiaçı” MMC-yə olan qalıq borcu 770 111,76 ABŞ dollarımüəyyənedilmişdir.

Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı

11. “İddiaçı” MMC (iddiaçı) Cavabdeh MMC-nə (cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, 770111,76 ABŞ dolları əsas borcun, icranın gecikdirilməsi üzrə 46945,17 ABŞ dollarının, 1484,5 manat dövlət rüsumunun, hüquqi xidmət xərcləri olaraq 800 manatın və 5500 ABŞ dollarınıncavabdehdəntutulubonaödənilməsibarədəqətnaməçıxarılmasınıxahişetmişdir.

12. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında biznes münasibətləri mövcud olmuş, onlar ##.##.2017-ci il tarixdə iki il müddətli “Eksklüziv distributorluq” müqaviləsi (müqavilə) bağlamış, ##.##.2019-cu il tarixində tərəflər arasında qarşılıqlı razılıq əsasında müqavilənin 12.2-ci bəndinə müvafiq olaraq, müqavilənin müddəti ##.##.2019-cu ildən qüvvəyə minməklə əlavə iki il müddətinə uzadılmışdır. Eyni əsaslarla ##.##.2021-ci il tarixində də müqavilənin müddəti ##.##.2021-ci ildən qüvvəyə minməklə əlavə iki il müddətinə uzadılmışdır. Müqavilənin 2-ci bəndinə əsasən cavabdeh məhsulların Azərbaycan Respublikasında təyin edilmiş ərazilər üzrə satışını həyata keçirəcək eksklüziv distributoru kimi təyin edilmişdir. Müqavilənin 4-cü bəndinə uyğun olaraq, cavabdehə satılacaq məhsullar üçün bütün ödənişlər iddiaçının təqdim etdiyi təqdimat vərəqəsinə uyğun olaraq, təsdiqlənmiş akkreditiv əsasında ABŞ dolları ilə həyata keçirilməli idi. Həmçinin 8.2-ci bəndə müvafiq qaydada cavabdeh müştərilərinə göstərdiyi texniki xidmətlərdən əldə etdiyi bütün gəlirinin iyirmi beş faizi (25%) miqdarını iddiaçıya ödəməli idi. Cavabdeh ödəniş üzrə öhdəliklərini yerinə yetirə bilmədiyindən tərəflər ##.##.2024-cü il tarixində ayrıca Anlaşma Müqaviləsi imzalamış, Anlaşma Müqaviləsinin 1-ci bəndinə əsasən ödənilməli məbləğ 770111,76 ABŞ dolları olaraq təsdiqlənmişdir. Cavabdeh 2024-cü ilin may ayından başlayaraq hər ay 100 000 ABŞ dolları dəyərində ödəniş öhdəliyi götürmüşdür. Anlaşma Müqaviləsinin 3, 5 və 6-cı bəndlərinə əsasən, cavabdeh ödəniş üçün zəruri pul vəsaitinə malik olmadığı halda belə, borcun əvəzində öz mülkiyyətində olan əmlakı iddiaçının mülkiyyətinə verməyi və ya kommersiya təyinatlı obyektləri sataraq əldə olunacaq vəsait hesabına borcu ödəməli idi. Anlaşma Müqaviləsinin 2-ci bəndində borcun hər ayın sonu (və ya son iş günü) olmaqla hissələrlə ödənişi nəzərdə tutulmuş və 3-cü bənddə birinci ödəmə üçün son tarix ##.##.2024-cü il kimi razılaşdırılmışdır. Həmin tarixdə ödənişin edilməyəcəyi halda isə cavabdeh iddiaçıya müvafiq dəyərdə əmlak üzrə mülkiyyət hüquqularını gecikmə olmadan köçürməyi öhdəliyinə götürmüşdür. Lakin razılaşdırılmış son tarixlər cavabdeh tərəfindən gözlənilməmiş, öhdəliklər bugünədək icra edilməmiş və Anlaşma Müqaviləsi pozulmuşdur. Qeyd olunan mübahisənin istər məhkəməyə qədər, eləcə də məhkəmə mərhələsində həll olunması məqsədi ilə “X3” MMC ilə oddiaçı arasında bağlanmış hüquqi xidmətlərin göstərilməsi ilə bağlı müqavilə üzrə 5500 ABŞ dolları, “Kaspian Leqal” Vəkil Bürosu ilə iddiaçı arasında bağlanmış məhkəmədə təmsilçiliklə bağlı müqavilə üzrə 800 manat xidmət haqqı,1484,5manatdövlətrüsumuödənilmişdir.

13. İddiaçının məhkəmə iclasında iştirak edən nümayəndəsi iddia ərizəsinin məzmununa uyğunizahatverərəkiddiatələbinintəminolunmasınıxahişetmişdir.

14. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbini qismən qəbul etdiyini bildirərək izahatında göstərmişdir ki, tərəflər arasında münasibətlər uzun illər sürmüş və cavabdehlə iddiaçının əvvəlki rəhbəri arasında olan şifahi razılaşmaya əsasən, iddia tələbində göstərilən dəyəri 770111,76 ABŞ dolları təşkil edən avadanlıqlardan savayı, iddiaçı cavabdehə nisyə başqa mal da verməyi, cavabdeh isə satışdan əldə etdiyi gəlirləri hesabına köhnə borcu (770 111,76 ABŞ dolları), daha sonra isə yığılacaq digər borcu da ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı müəssisənin rəhbəri dəyişildiyindən, iddiaçı üzərinə götürdüyü şifahi razılaşmanı yerinə yetirməmişdir. Yaranmış borcun ödənilməməsi səbəbi isə ondan irəli gəlmişdir ki, dünyada baş verən pandemiya dövründə bir çox müəssisələr kimi, cavabdeh müəssisənin də maliyyə vəziyyəti çətinləşmiş və nəticədə göstərilən borc ödənilməmişdir. Buna baxmayaraq, cavabdehin heç bir zaman borcunu ödəməmək niyyəti olmamış, üzərinə götürdüyü öhdəliyi dərk edərək, borcu ödəyəcəyini iddiaçıya bildirmişdir. Buna baxmayaraq, iddiaçı cavabdehə hazırki iddianı irəli sürməklə, əlavə olaraq ondan illik 5% məbləğini də tələb etmişdir ki, bu da cavabdehin vəziyyətini daha da pisləşdirir. Azərbaycan Respublikası MM-nin 445.5-ci maddəsinə əsasən, əgər öhdəlik borclunun təqsiri olmadan baş vermiş halların nəticəsində icra edilməzsə, bu, gecikdirmə sayılmır. Göründüyü kimi, öhdəliyin icra edilməməsində cavabdehin təqsiri yoxdur və işin bu halı da iddiaçıya məlumdur. Əfsuslar olsun ki, uzun illər birgə fəaliyyət göstərdiklərini iddiaçı nəzərə almamışdır. Belə ki, öhdəliklərinin icra edilməməsi onlardan asılı olmayan səbəblərdən baş vermişdir. Digər tərəfdən, "İddiaçı” MMC "X3” MMC ilə arasında bağlanmış hüquqi xidmətlərin göstərilməsi ilə bağlı müqavilə üzrə 5500 ABŞ dolları, ”Kaspian Leqal” Vəkil Bürosu ilə iddiaçı arasında bağlanmış məhkəmədə təmsilçiliklə bağlı müqavilə üzrə 800 manat xidmət haqqının ödənilməsini tələb edir ki, tələbin 5500 ABŞ dolları hissəsi ilə də razılaşa bilməzlər. İş materiallarından və iş üzrə məhkəmədə iddiaçını təmsil edən nümayəndənin də sənədlərindən (order və etibarnamə) göründüyü kimi, iddiaçını məhkəmədə təmsil etmək üçün “Kaspian Leqal” Vəkil Bürosunun vəkili vəkil1 ilə "İddiaçı” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında müqavilə bağlanmış və hüquqi xidmətlərə görə 800 manat haqq ödənilmişdir. Göründüyü kimi, "X3” MMC-nin bu işə heç bir aidiyyatı yoxdur və iddiaçının bu şirkətə ödədiyi 5500 ABŞ dollarının cavabdehdən tələb edilməsi tam absurtdur. Göstərilənləri nəzərə alaraq, iddiaçının iddia tələbinin 46 945.17 ABŞ dolları, 5500 ABŞ dolları və bu vəsaitlərə görə ödədiyi dövlət rüsumu hissəsində rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir, əsas borc (770 111,76 ABŞdolları)hissəsindəiddianıqəbul edir.

15. Cavabdehin nümayəndəsi ərizə təqdim edərək həmçinin bildirmişdir ki, tərəflər arasında bağlanmış ##.##.2017-ci il tarixli müqavilənin 20-ci bəndinə uyğun olaraq, məhkəmə aidiyyatının Dubay şəhərində yerləşən X5cağı göstərilsə də, mübahisəyə Bakı Kommersiya Məhkəməsindəbaxılmasınaetirazetmirlər.

16. Hər iki tərəfin nümayəndələri ərizələr təqdim edərək mübahisəyə yerli - Azərbaycan hüquqununtətbiqedilməsinəetirazetmədiklərinibildirmişlər.

17. Birinci instansiya məhkəməsinin ## ###### 2026-cı il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh MMC-dən 770 111,76 ABŞ dolları əsas borc məbləği, borcun ödənişinin gecikdirilməsinə görə 46 945,17 ABŞ dolları faiz borcu olmaqla cəmi 817 056,93 ABŞ dolları borc məbləğinin, vəkil xərcinin əvəz olaraq 800 manatın, dövlət rüsumunun əvəzi olaraq 1484,5 manatın tutulub “İddiaçı” MMC-yə ödənilməsi, iddianın qalan hissədətəminedilməməsiqətolunmuşdur.

18. Məhkəməgəldiyinəticəniaşağıdagöstərildiyikimiəsaslandırmışdır:

 İddiaçı tərəfindən tələb olunan əsas borc məbləği təqdim olunmuş sübutlarla müqavilə, Anlaşma Memorandumu, cavabdehin etirafedici izahatı ilə təsdiq olunduğu üçün ödənilməmiş 770 111,76 ABŞ dolları borca dair hissədə iddia tələbi təmin edilməlidir.

 İddia tələbinin digər hissəsi olan - əsas borcun gecidilməsinə görə gecikdirmə faizi olaraq hesablanmış 46 945,17 ABŞ dolları məbləğin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi tələbini də məhkəmə əsaslı hesab edir. Cavabdehin nümayəndəsi iddianın bu hissəsinə etiraz edərək bildirmişdir ki, iddiaçı şirkətin əvvəlki rəhbəri ilə elə razılaşma əldə olunmuşdur ki, yaranmış borc məbləğini ödəmək üçün iddiaçı tərəf əlavə məhsullar ilə cavabdehi təchiz edəcək, cavabdeh də həmin malları realizə etdikdən sonra yaranmış əvvəlki (770 111,76 ABŞ dolları) borcu ödəyəcək, daha sonra isə yeni borcları, lakin iddiaçı tərəf həmin şifahi razılaşmaya riayət etməyib və cavabdehə yeni mallar təqdim etməyib ki, cavabdehin maddi vəziyyəti düzələrək, borcu ödəyə bilsin. Belə olan halda hesab edir ki, borcun ödənişinin gecikməsi cavabdehin təqsiri üzündən baş verməyib. İddiaçının nümayəndəsi isə cavabdehin bu arqumentlərinə etiraz edərək bildirir ki, iddiaçı şirkətin rəhbərinin belə şifahi razılaşmadan məlumatı yoxdur, ona görə də bu arqument əsassızdır.

 Məhkəmə hesab edir ki, cavabdehin nümayəndəsi faiz borcu tələbinə dair irəli sürdüyü etiraz arqumentini təsdiq edəcək hər-hansı sübutu təqdim edə bilmədiyi və Anlaşma Memorandumu ilə artıq iddiaçı tərəfindən cavabdehə borcun hissə-hissə ödənilməsinə şərait yaratmasına baxmayaraq bugünə kimi həmin borc məbləğindən heç bir ödəniş edilmədiyi üçün, iddiaçının bu tələbi də təmin edilməli, iddiaçı tərəfindən cavabdehə 2024-cü ilin may ayından (Anlaşma Memorandumu tarixindən) 2026-cı ilin yanvar ayına (qətnamə tarixi) qədər ödənişlər tamamlanmadığı üçün, borcun ödənişinin gecikdirilməsinə görə iddiaçının tələb etdiyi illik 5% ilə hesablanmaqla 46 945,17 ABŞ dolları məbləğində faiz borcu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

 İddia qismən təmin edildiyi üçün dövlət rüsumu xərcinin əvəzi olaraq 1484,50 manat və vəkil xərcinin əvəzi olaraq 800 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. 5500 ABŞ dolları hüquqi xidmət kimi göstərilən məbləğ hazırkı iş üzrə vəkil qismində çıxış edən vəkilə deyil, başqa şirkət ilə bağlanmış müqavilə əsasında ödənilmiş hüquqi xidmət haqqı olduğu üçün, hazırkı iş üzrə məhkəmə xərci kimi qiymətləndirilə bilməz və MPM-nin 121.1-ci maddəsinə nəzərdə tutulmuş ağlabatanlıq prinsipi əsas götürülməlidir.

19. Qənaətinin hüquqi əsaslandırması zamanı məhkəmə, Mülki Məcəllənin 443.1-ci, 445.7-ci, 449-cu, 567-ci, 568.1-ci, 570.1-ci, 570.1.1-ci, 570.1.2-ci, 570.2-ci, 579.1-ci maddələrinə istinadetmişdir.

20. Qətnamədən cavabdehin nümayəndəsi apellyasiya şikayəti verərək onun qismən borcun ödənişinin gecikdirilməsinə görə 46 945,17 ABŞ dolları faiz borcunun tutulması hissəsində - ləğv olunmasını və həmin hissədə iddia tələbinin rədd edilməsini xahiş etmiş, şikayətini iddia ərizəsinə etirazın məzmununa uyğun əsaslandırmaqla, öhdəliyin icra edilməməsindəcavabdehintəqsirininolmadığınınnəzərəalınmadığınıirəlisürmüşdür.

Apellyasiya şikayətinə qarşı etiraz

21. İddiaçının nümayəndəsi tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz verilmiş, qətnamənindəyişdirilmədənsaxlanılmasıxahişolunmuşdur.

Apellyasiya baxışı, izahatlar

22. Cavabdehin məhkəmə iclasında iştirak edən nümayəndəsi (vəkili) apellyasiya şikayətinin dəlilini müdafiə edərək şikayətin təmin olunmasını xahiş etmiş, iddiaçının nümayəndəsi(vəkili)isəşikayətinəsassızolduğunubildirmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

23. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanlahəyatakeçirməyəborcludurlar.

24. Maddə 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülkihüquqlarınvəvəzifələrinəmələgəlməsiəsaslarındandır.

25. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasınıtələbetməkhüququvardır.

26. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələgəlməsiüçünonuniştirakçılarıarasındamüqaviləolmalıdır.

27. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakinonaziddolmayanmüqavilələrdəbağlayabilərlər.

28. Maddə 390.2. Müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir.

29. Maddə 398.1. Müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir. Qanunda nəzərdə tutulmuş hallarda müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilənvəyatənzimlənənqiymətlər(tariflər,normalar,dərəcələrvəs.)tətbiqedilir.

30. Maddə 398.2. Müqavilə bağlandıqdan sonra qiymətin dəyişdirilməsinə müqavilədə vəyabuMəcəllədənəzərdətutulmuşhallardavəqaydadayolverilir.

31. Maddə 399.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.

32. Maddə 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır.

33. Maddə 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər,tərəflərinsonrakıhərəkətlərinəzərəalınır.

34. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

35. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyinməzmunuiləmüəyyənləşdirilmişdigərşərtləripozmaqlaicraedilməsi)başadüşülür.

36. Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısındaməsuliyyətdaşıyır.

37. Maddə 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadəkkreditorunetdiyixəbərdarlıqdansonradaöhdəliyinicraedilməməsi.

38. Maddə 445.5. Əgər öhdəlik borclunun təqsiri olmadan baş vermiş halların nəticəsində icraedilməzsə,bu,gecikdirməsayılmır.

39. Maddə 445.7. Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğəillikbeşfaizinödənilməsinitələbedəbilər.

40. Maddə 567. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinəgötürür.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

41. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardanistifadəetməlidir.

42. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübutetməlidir.

43. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəməüçünqabaqcadanmüəyyənedilmişqüvvəsiyoxdur.

44. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.

45. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinəuyğunəsaslandırılmalıdır.

46. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarınauyğungəlməməsi.

47. Maddə 439.1. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və beynəlxalq təşkilatların (bundan sonra—xarici şəxslər) pozulmuş və ya mübahisə edilən hüquqlarının və qanunla qorunan mənafelərinin müdafiəsi üçün Azərbaycan Respublikasının məhkəmələrinəmüraciətetməkhüququvardır.

48. Maddə 440.1. Azərbaycan Respublikasının məhkəmələri mülki və kommersiya mübahisələri üzrə beynəlxalq səlahiyyətə bu şərtlə malikdirlər ki, işdə iştirak edən şəxslərdən hər hansı biri xarici şəxs olsun, onun Azərbaycan Respublikasında yaşayış yeri, olduğu yer və adətəngəldiyiyerolsun.

49. Maddə 443.0. Azərbaycan Respublikasının məhkəmələri xarici şəxslərin iştirakı ilə olan həmçinin aşağıdakı işlərə baxmağa haqlıdır: 443.0.7. iddia icrası tamamilə və ya qismən Azərbaycan Respublikasının ərazisində həyata keçirilməli olan və ya həyata keçirilmiş müqavilədənirəligəldikdə.

“Beynəlxalq xüsusi hüquq haqqında” Qanun

50. Maddə 25.4. Müqavilənin icra üsullarına və proseduralarına, habelə onun lazımi qaydada icra edilməməsi ilə əlaqədar görülən tədbirlərə münasibətdə tətbiq olunan hüquqdan əlavə,icranınkeçirildiyiölkəninhüququdanəzərəalınmalıdır.

“Xarici elementli kommersiya mübahisələrində qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun ## ###### 2023-cü il tarixli Qərarı

51. Bənd 2.3. Azərbaycan Respublikası məhkəmələrinin xarici elementli kommersiya mübahisələrində beynəlxalq səlahiyyəti Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə də müəyyən edilə bilər. Buraya xüsusi olaraq hüquqi yardımla bağlı ikitərəfli və ya çoxtərəfli (məsələn, ”Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında" 1993-cü il Minsk və 2002-ci il Kişinyov Konvensiyaları), o cümlədən xüsusi predmet sferasına malik olan (məsələn, “Təsərrüfat fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar mübahisələrin həll edilməsi qaydası haqqında” 1992-ci il Kiyev Sazişi) beynəlxalq müqavilələr aiddir.

52. Bənd 3.3. MPM-in 29,32.2, 259.0 və 259.0.5-ci maddələrinin birgə təfsirindən müəyyən olunur ki, tərəflər mübahisənin arbitraja (münsiflər məhkəməsinə) verilməsinə dair öz aralarında əvvəlcədən razılığa gələrək bunu ayrıca müqavilə və ya müqavilə şərti ilə rəsmiləşdirmişlərsə, belə şərtin olması birmənalı olaraq mübahisəyə həmin qaydada baxılacağı anlamına gəlmir. Prosessual qanunvericilik tərəflər arasında mübahisəyə arbitrajda (münsiflər məhkəməsində) baxılması barədə razılığın əldə olunduğu hallarda da işə məhkəmədə baxılmasını istisna etməmiş, bunu işə mahiyyəti üzrə baxılanadək tərəflərin razılığından asılı etmişdir. Bu baxımdan, konkret mübahisənin arbitrajda (münsiflər məhkəməsində) baxılması ilə bağlı müvafiq müqavilə şərtinin olmasına baxmayaraq, verilmiş iddia ərizəsinin icraata qəbul edilməsinin mümkünlüyü MPM-in 152 və 153-cü maddələrinin tələbləri qaydasında yoxlanılmalıdır. Qeyd olunan prosessual əsaslar olmadığı təqdirdə işə mahiyyəti üzrə baxılmasından əvvəl mübahisənin məhkəmədə həll edilməsinə dair cavabdeh tərəfindən etiraz daxil olarsa, iddia ərizəsinə MPM-in 259.0.5-ci maddəsinin tələbləri qaydasında qiymət verilməli vəərizəbaxılmamışsaxlanmalıdır.

53. Bənd 5.6. Mübahisəli hüquq münasibətinə tətbiq edilməli dövlətin maddi hüququnun məhkəmələr tərəfindən seçilməsinin hüquqi əsasları aşağıdakılardır: 1) mübahisə tərəfləri arasında bağlanmış müqavilə (razılaşma); 2) Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası ikitərəfli və ya çoxtərəfli beynəlxalq müqavilələr; 3) ümumi qəbul olunmuş beynəlxalq adətlər; 4) “Beynəlxalq xüsusi hüquq haqqında” Azərbaycan Respublikasının Qanunu; 5) digər milli qanunvericilik aktları (“Beynəlxalq xüsusi hüquq haqqında” Azərbaycan RespublikasıQanununun1.2-cimaddəsi).

54. Bənd 5.10. Bu baxımdan, tərəflər arasında konkret mübahisəyə xarici hüququn tətbiqinə dair müqavilənin və ya müqavilə şərtinin mövcudluğuna baxmayaraq, tərəflərdən biri mübahisəyə Azərbaycan Respublikası qanununun tətbiqini məhkəmədən xahiş edirsə və qarşı tərəfin etirazı yoxdursa, həmin hal nəzərə alınaraq mübahisəyə Azərbaycan Respublikasının maddihüquqnormalarıtətbiqedilməlidir.

Apellyasiya baxışının həddi

55. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

56. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

57. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının həddini qətnamənin Cavabdeh MMC-dən borcun ödənişinin gecikdirilməsinə görə 46 945,17 ABŞ dolları faiz borcunun tutulub iddiaçıya ödənilməsi” hissəsi üzrə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünkü qətnamədən iddiaçı ümumiyyətlə şikayət verməmiş, cavabdehin nümayəndəsi isə yalnız qeyd olunan hissəni mübahisələndirmişdir.

Məhkəmə kollegiyasının mövqeyi

58. Kollegiya ilk olaraq qeyd edir ki, məhkəmə öz xidməti vəzifəsindən irəli gələrək (ex officio”) hazırkı mübahisə üzrə beynəlxalq səlahiyyətə malik olub-olmamasını və tətbiq edilməli olanhüququmüəyyənetməlidir.

59. Mübahisə xarici elementli olduğundan (iddiaçı xarici ölkədə qeydiyyata alınmış hüquqi şəxsdir və tərəflər arasında bağlanmış müqavilədə ayrıca arbitrajla bağlı şərt müəyyən edilmişdir) məhkəmə tərəfindən ilk növbədə Azərbaycan Respublikası Məhkəmələrinin həmin mübahisəyəbaxmağasəlahiyyətliolub-olmamasımüəyyənedilməlidir.

60. Kollegiya işin faktiki hallarını, tərəflərin birinci instansiya məhkəməsində təqdim etdikləri şifahi və yazılı izahatları nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikasının məhkəmələrihazırkımübahisəyəbaxmağasəlahiyyətlidir.

61. Belə ki, tərəflər arasında etibarlı arbitraj razılaşması mövcud olsa da, nə iddiaçı, nə də cavabdeh birinci instansiya məhkəməsində bununla bağlı hər hansı vəsatət və ya etiraz verməmiş, əksinə işə Bakı Kommersiya Məhkəməsində baxılmasını istəmişlər. Başqa sözlə, tərəflər arbitraj məhkəməsinə müraciət etmək hüququndan istifadə etməmişlər və öz hərəkətləri iləAzərbaycanRespublikasıməhkəmələrininyurisdiksiyasınıqəbuletmişlər.

62. Mübahisənin iddiaçının (X6) və ya cavabdehin (Azərbaycan Respublikası) dövlətində baxılmasıməsələsinədəqiymətverilməlidir.

63. İddia, icrası tamamilə və ya qismən Azərbaycan Respublikasının ərazisində həyata keçirilməli olan və ya həyata keçirilmiş müqavilədən irəli gəldikdə, bu halda həmin dövlətin məhkəməsisəlahiyyətlidir(§ 49).

64. İşin faktiki hallarından görünür ki, tərəflər arasında malların “İNCOTERMS – CİP” qaydalarına görə Bakı şəhərinə çatdırılması razılaşdırılmışdır. Belə olan halda mübahisəli müqavilənin yekun olaraq icra olunması yeri Azərbaycan Respublikası olduğundan, Azərbaycan Respublikasının məhkəmələrinin beynəlxalq səlahiyyəti var. Digər tərəfdən hazırkı mübahisə üzrə qəbul olunmuş qətnamənin əsasını təşkil edən iddianın icrası tamamilə və ya qismən Azərbaycan Respublikasının ərazisində həyata keçirilməli olan müqavilədən irəli gəldiyindənAzərbaycanRespublikasınınməhkəmələrisəlahiyyətlidir.

65. Beynəlxalq səlahiyyət məsələsini həll edən kollegiya, tətbiq edilməli hüquq barədə aşağıdakılarıqeydetməyizərurihesabedir.

66. Tərəflər müqavilədə tətbiq edilməli hüquq qismində İngiltərə hüququnu seçmişlər. Kollegiya qeyd edir ki, tərəflərin müqavilədə razılığa gəldiyi maddi hüquq, tətbiq edilməli olan müəyyən edilməsi zamanı ən başlıca və əsas meyar olsa da, bu faktor heç də həlledici deyil. Belə ki, tərəflər arasında konkret mübahisəyə xarici hüququn tətbiqinə dair müqavilənin və ya müqavilə şərtinin mövcudluğuna baxmayaraq, tərəflərdən biri mübahisəyə Azərbaycan Respublikası qanununun tətbiqini məhkəmədən xahiş edirsə və qarşı tərəfin etirazı yoxdursa, həmin hal nəzərə alınaraq mübahisəyə Azərbaycan Respublikasının maddi hüquq normaları tətbiqedilməlidir.

67. Məhz bu kontekstdə kollegiya hesab edir ki, iddiaçının Azərbaycan Respublikasının hüququna əsasən Azərbaycan Respublikasının məhkəmələrinə müraciət etməsi və cavabdehin bunuqəbuletməsionlarınAzərbaycanRespublikasınınhüququnuseçməsiilənəticələnmişdir.

68. Digər tərəfdən kollegiya onu da nəzərə alır ki, bu qəbildən olan mübahisələrdə ən önəmli məsələ tərəflərin müqavilədən irəli gələn hüquqlarının icrasıdır. Məhz buna görə də “Beynəlxalq xüsusi hüquq” haqqında Qanun da maddi hüququn müəyyən edilməsi zamanı icranınkeçiriləcəyihüququnnəzərəalınmasınıtəsbitetmişdir.

69. Şərh edilənləri ümumiləşdirərək kollegiya qeyd edir ki, hazırkı mübahisə üzrə tətbiq edilməlihüquqAzərbaycanRespublikasınınhüququdur.

70. Mübahisənin mahiyyəti üzrə isə (apellyasiyanın həddi nəzərə alınmaqla) kollegiya aşağıdakılarıqeydedir:

71. İstənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqiəsasıaraşdırılmalıdır.

72. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. Beləliklə, mülki mühakimə icraatında hüququn tətbiqi üçün ilkin başlanğıc nöqtə tələbin qanuni əsasının tapılmasından ibarətdir – iddia tələbinin düzgün qanuni əsasını tapmaq üçün isə 4 sual cavablandırılmalıdır:kimkimdənnəyivənəyəəsasəntələbedir?.

73. İddiaçının irəli sürdüyü faktiki hal (apellyasiya baxışının predmeti olan tələblə bağlı) ondan ibarətdir ki, cavabdehin öhdəliyini pozaraq müqavilə üzrə ödənişləri yerinə yetirməməsi nəticəsində zərər çəkmişdir; cavabdeh isə öhdəliyin icra edilməməsində təqsirinin olmadığınıirəlisürməkləhəmintələbəetirazedir.

74. İddiaçının müvafiq iddia tələbinə uyğun gələn iddia tələbinin qanuni əsası kimi Mülki Məcəllənin 445.7-ci maddəsi (§ 39) nəzərdən keçirilə bilər; həmin maddənin dispozitiv şərtlərinə görə kreditor ilk olaraq sübut etməlidir ki, borclu pul məbləğinin ödənilməsini gecikdirib. Bu hal müəyyən olunduqdan sonra isə kreditorun illik 5 faizdən artıq məbləği tələb etməyə hüququnun olub-olmadığı müəyyən edilir. Kreditor gecikdirməni sübut etdikdən sonra hər bir halda illik 5 faiz ödənilməsinitələbetməkhüququnamalikdir.

75. Tərəflər arasında müqavilənin bağlanması, iddiaçının müqavilə üzrə malları göndərməsi, cavabdehin iddaçıya 770111,76 ABŞ dolları məbləğində borcunun olması, 2024cü ilin May ayından etibarən hər ay 100 000 ABŞ dolları olmaqla ödənilməli olan həmin məbləğin hazırkıdövrədəködənilmədiyiişinmübahisəsizhallarınıtəşkiledir.

76. Belə olan halda iddiaçı müvafiq iddia tələbini irəli sürməkdə haqlı olmuşdur və həmin tələbləbağlıgəlinənnəticənindəyişdirilməsiüçünəsasyoxdur.

77. Nəzərə alınmalıdır ki, borcun ödənilməli olduğu (ilk ödənişin həyata keçirilməli olduğu) ##.##.2024-cü il tarixindən birinci instansiya məhkəməsinin qətnaməsinin çıxarıldığı tarixədək 18 ay 12 gün vaxt keçmişdir (770111,76 ABŞ dolları x 5 % /12 ay x 18 ay 12 gün = 59041,892ABŞdolları).

78. Apellyasiya şikayəti verilərkən ödənilmiş dövlət rüsumunun məbləği apellyatorun özünə aid olunmalıdır. Nəzərə alınmalıdır ki, məhkəmə xərclərinin bölüşdürülməsi məsələsi prosessual qanunvericiliklə tənzimləndiyindən, bununla bağlı qərar qəbul edərkən məhkəmə, müvafiqtələbinolub-olmamasınabağlıdeyildir.

79. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və405-cimaddələrinirəhbərtutaraqməhkəməkollegiyası

QƏT ETDİ:

Apellyasiyaşikayətitəminedilməsin. Bakı Kommersiya Məhkəməsinin e-*-*(***)-****/**** saylı iş üzrə ## ###### 2026-cı il tarixli qətnaməsi mübahisələndirilən hissədə, yəni Cavabdeh MMC-dən borcun ödənişinin gecikdirilməsinə görə 46 945,17 ABŞ dolları faiz borcunun tutulub “İddiaçı” MMC-nə ödənilməsi” hissəsindədəyişdirilmədənsaxlanılsın. Apellyasiyaşikayətiüçünödənilmişdövlətrüsumununməbləğiapellyatoraaidedilsin. Qətnamədən Cavabdeh MMC tərəfindən, qətnamə ona rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən hakim Elnur Həsənov

Hakimlər Tural Qocayev

Səməd Cəfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar