Məhkəmə qərarları › İş №2-2(3-6)-276/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(3-6)-276/2026

11.03.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(3-6)-276/2026 11.03.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Şirinovun sədrliyi və məruzəsi ilə, X8 və X1 ibarət tərkibdə, Bakı Kommersiya Məhkəməsinin 11 fevral 2026-cı il tarixli, e-2-2(113)-184/2024 nömrəli qərardadından İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti cavabdеhlər Cavabdeh2nə, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5nə və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdеhlər Cavabdeh2 MMC-dən, Cavabdeh3, Cavabdeh4, "xxxx" İstehsal- Kommersiya Müəssisəsindən və Cavabdeh1 müştərək qaydada iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin хеyrinə 999R********** saylı krеdit razılaşması üzrə 139.452.59 manat krеdit bоrcu, 9.640.71 manat faiz bоrcu və 3.848.88 manat cərimə olmaqla, ümumilikdə cəmi 152.942 (yüz əlli iki min doqquz yüz qırx iki) manat 18 qəpik məbləğində borcun, mediasiya xərci olaraq ödənilmiş 410 manat, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 33 manat dövlət rüsumu, ipoteka predmeti olan əmlaka tutma yönəldilməsi üçün ödənilmiş 15 manat rüsum və 30 manat xidmət haqqının tutulması, tələbin Cavabdeh1 məxsus Abşeron rayonu Xırdalan şəhəri Z.Əliyeva küçəsi 3 saylı evin 172 saylı mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması, hərracdan satış hesabına əldə olunmuş vəsaitdən ümumilikdə cəmi 152.942 (yüz əlli iki min doqquz yüz qırx iki) manat 18 qəpik məbləğində borcun, mediasiya xərci olaraq ödənilmiş 410 manat, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 33 manat dövlət rüsumu, ipoteka predmeti olan əmlaka tutma yönəldilməsi üçün ödənilmiş 15 manat rüsum və 30 manat xidmət haqqının Bankın xeyrinə ödənilməsi, hərracdan əldə edilmiş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh2 MMC, Cavabdeh3, Cavabdeh4,Cavabdeh5ndən və Cavabdeh1 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-184/2024 saylı 23 oktyabr 2024-cü il tarixli qətnaməsi ilə iddia təmin edilərək, xx.xx.2022-ci il tarixli 999R********** saylı kredit müqaviləsi üzrə Cavabdeh2ndən, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5ndən, Cavabdeh1 müştərək qaydada əsas borc üzrə 139.452 (bir yüz otuz doqquz min dörd yüz əlli iki) manat, 50 (əlli) qəpik, faiz bоrcu üzrə 9.640 (doqquz min altı yüz qırx) manat, 71 (yetmiş bir) qəpik cərimə borcu üzrə 3.848 (üç min səkkiz yüz qırx səkkiz) manat, 88 (səksən səkkiz) qəpik olmaqla, cəmi 152.942 (bir yüz əlli iki min doqquz yüz qırx iki) manat, 09 (doqquz) qəpik məbləğində pulun tutularaq "xxxx" QSC-yə ödənilməsi, xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə tutma lkin satış qiyməti 160.000 (bir yüz altmış min) manat müəyyən edilməklə Cavabdeh1 mülkiyyətində olan Abşeron rayonu Xırdalan şəhəri Z.Əliyeva küçəsi 3 saylı evin 172 saylı mənzilinə yönəldilərək açıq hərracda satılması və satışdan əldə olunacaq vəsaitin kredit borcunun ödənilməsinə yönəldilməsi, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 33 (otuz üç) manat, mediasiyaya çəkilmiş xərcin əvəzi olaraq 410 (dörd yüz on) manat olmaqla, cəmi 443 (dörd yüz qırx üç) manat məbləğində pulun, ipoteka predmeti olan əmlaka tutmanın yönəldilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 15 (on beş) manat və ödənilmiş xidmət haqqının əvəzi olaraq 30 manat məbləğində pulun, məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsi xərcinin əvəzi olaraq 200 manat məbləğində pulun Cavabdeh2ndən, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5ndən, Cavabdeh1 müştərək qaydada tutulması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2025-ci il 3 aprel tarixli 2-2(103)-434/2025 nömrəli qətnaməsi ilə Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəmənin 2-2(102)-482/2025 saylı xx.xx.2025-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 3 aprel tarixli 2-2(103)-434/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Maraqlı şəxs1 və X2 ayrı-ayrılıqda xx.xx.2026-cı il tarixdə Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-184/2024 saylı 23 oktyabr 2024-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti vermişdir. Bakı Kommersiya Məhkəməsinin 11 fevral 2026-cı il tarixli, e-2-2(113)-184/2024 nömrəli qərardadı ilə Maraqlı şəxs1 və Maraqlı şəxs2 Bakı Kommersiya Məhkəməsinin e- 2-2(113)-184/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi üzrə hüquq və maraqlarına toxunan şəxs kimi tanınması və onlar tərəfindən verilmiş apellyasiya şikayətlərinin baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İddiaçı Açıq Səhmdar Cəmiyyəti xx.xx.2026-cı il tarixdə “Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Bakı Kommersiya Məhkəməsinin 11 fevral 2026-cı il tarixli, e-2-2(113)-184/2024 nömrəli qərardadından şikayət verərək, Maraqlı şəxs1 və Maraqlı şəxs2 Bakı Kommersiya Məhkəməsinin e-2- 2(113)-184/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi üzrə hüquq və maraqlarına toxunan şəxs kimi tanınması və onlar tərəfindən verilmiş apellyasiya şikayətlərinin baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi barədə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2026-cı il tarixli e-2-2(113)-184/2024 saylı qərardadının ləğv edilməsi barədə qəradad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, qəbul edilmiş qətnamə hazırda apellyasiya şikayəti ilə müraciət edən şəxslərin hüquqlarına və mənafeyinə toxunmur. Belə ki, ipoteka saxlayan AccessBank QSC, ipotekaqoyan Cavabdeh1 və borcalan Lider Group MMC aras ında xx.xx.2022-ci il tarixdə ipoteka müqaviləsi bağlanarkən Asan Xidmət Mərkəzi tərəfindənmülkiyyətçi Cavabdeh1 verilmiş xx.xx.2022-ci il tarixli ******* saylı arayışdan müəyyən olunur ki, Abşeron rayonu Xırdalan şəhəri ZərifəƏliyeva küçəsi 3 saylı evin 172 saylı mənzilində qeydiyyatda heç bir şəxs yoxdur. Hazırki apellyasiya şikayəti ilə müraciət edən şəxslər mülkiyyətçi Cavabdeh1 yaxın qohumu olmaqla həmin mənzildə yaşadıqlarını qeyd edirlər. Lakin bu hal onlara qəbul edilmiş və artıq qanuni qüvvəsini alaraq icraya yönəldilmiş qətnaməni mübahisələndirmək hüququnu vermir. Onlar həmin mənzildə qeydiyyatda olmaları barədə MTK tərəfindən verilmiş və verilmə tarixində düzəliş edilmiş, həqiqiliyi şübhə doğuran arayış təqdim etmişlər. Lakin ipoteka müqaviləsi bağlanarkən Asan Xidmət Mərkəzi tərəfindən mülkiyyətçi Cavabdeh1 verilmiş xx.xx.2022-ci il tarixli ******* saylı arayışdan müəyyən olunur ki həmin mənzildə qeydiyyatda heç kim yoxdur. Şübhəsiz ki Asan Xidmət mərkəzi tərəfindən verilmiş arayış daha mötəbər sübutdur. Bu arayış təsdiq edir ki, ipoteka müqaviləsi bağlanarkən həmin mənzildə heç kəs qeydiyyatda olmamışdır və dolayısı ilə hazırki şikayətçilərin razılığını almağa da ehtiyac olmamışdır. Şəxslərin həmin ünvana sonradan qeydiyyata alınmaları onlar tərəfindən qanuni qüvvəsini almış məhkəmə qətnaməsini mübahisələndirməyə əsas vermir. Həmçinin bankın tələbi üzrə qəbul olunmuş qətnamədən də görünür ki orada əmlaka tutma yönəldildikdən və o satıldıqdan sonra əmlakın boşaldılması cavabdehlərin çıxarılması barədə hər hansı müddəa nəzərdə tutulmamışdır. Lakin Maraqlı şəxs1 və Maraqlı şəxs2 şikayətində irəli sürdükləri dəlillər daha əvvəl qətnamədən apellyasiya şikayəti vermiş digər cavabdehlərin şikayətinin dəlilləri ilə tamamilə eynilik təşkil edir. Bu dəlillərə isə yuxarı instansiya məhkəmələri tərəfindən hüquqi qiymət verilmiş və həmin dəlillər əsassız hesab edilərək rədd edilmiş və birinci instansiya məhkəməsinin qətnaməsi qüvvəsində saxlanmışdır. Hazırki işdə də apellyasiya şikayəti vermiş Maraqlı şəxs1 və Maraqlı şəxs2 şikayətində irəli sürdükləri dəlillər ipoteka qoyan Cavabdeh1 həmin qətnamədən daha əvvəl verdiyi apellyasiya şikayətində olan dəlillərlə tamamilə eynidir. Bütün bunlar da onu göstərir ki şikayət verən şəxslərin məqsədi əslində qanuni qüvvəsini almış və hazırda icra mərhələsində olan məhkəmə qətnaməsinin icrasına maneə törətməkdən ibarətdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2026-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Mülki Prossesual Məcəllənin 364.2-ci maddəsinə əsasən Apellyasiya şikayəti işdə iştirak etməyən şəxslər tərəfindən verildikdə məhkəmə qəbul edilən qətnamənin onların hüquq və vəzifələrinə toxunmasını, daha sonra isə bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır və bunun nəticəsinə dair qərardad qəbul edir. Bu qərardaddan şikayət verilə bilər. Elektron məhkəmə informasiya sistemindən əldə edilən şəxslərin fərdi məlumatlarından görünür ki, Maraqlı şəxs1 və Maraqlı şəxs2. qızı Abşeron rayonu, Xırdalan şəhəri Z.Əliyeva küçəsi ev 3, mənzil 172 ünvanında qeydiyyatdadırlar. Həmçinin də, iş materiallarına əlavə edilmiş "xxxx" MTK tərəfindən verilmiş xx.xx.2026-cı il tarixli arayışdan görünür ki, Maraqlı şəxs1 və Maraqlı şəxs2 Abşeron rayonu, Xırdalan şəhəri Z.Əliyeva küçəsi ev 3, mənzil 172 ünvanında yaşayışlar. Hazırki iş üzrə qeyd edilən ünvandakı, yəni ünvan 1ləşən mənzil Cavabdeh1 ilə İddiaçı QSC arasındakı xx.xx.2022-ci il tarixli 999M**********01 saylı ipoteka müqaviləsi ilə bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-184/2024 saylı 23 oktyabr 2024-cü il tarixli qətnaməsi ilə xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə tutma lkin satış qiyməti 160.000 (bir yüz altmış min) manat müəyyən edilməklə Cavabdeh1 mülkiyyətində olan Abşeron rayonu Xırdalan şəhəri Z.Əliyeva küçəsi 3 saylı evin 172 saylı mənzilinə yönəldilərək açıq hərracda satılması və satışdan əldə olunacaq vəsaitin kredit borcunun ödənilməsinə yönəldilməsi qət edilmişdir. Qeyd olunanları nəzərə alaraq Məhkəmə hesab etmişdir ki, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-184/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi Maraqlı şəxs1 və Maraqlı şəxs2 hüquq və vəzifələrinə toxunduğundan qətnamədən şikayət vermək hüququ vardır. Beləliklə, kollegiya hesab edir ki, şikayət əsassızdır və onun dəlilləri birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də, şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 11 fevral 2026-cı il tarixli, e-2-2(113)-184/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar