Məhkəmə qərarları › İş №2-2(3-6)-278/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(3-6)-278/2026

08.04.2026 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2-2(3-6)-278/2026 08.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI iddiaçı İddiaçı MMC-nin cavabdeh Cavabdeh MMC-yə qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Azərbayan Respublikası Audiovizual Şurası və "xxxx" MMC olmaqla) "öhdəliyin qoyulması və pulun tutulması" tələbinə dair kommersiya mübahisəsi üzrə (Açar sözlər: müəlliflik hüququ, müstəsna yayım hüququ, əldən çıxmış fayda) hakimlər X11 (sədrlik edən və məruzəçi), X2 və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Məhərrəmova Günel Elman qızının katibliyi, iddiaçı İddiaçı MMC-nin nümayəndələri X7, X5, cavabdeh Cavabdeh MMC-nin nümayəndələri X1, X3, müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MMC-nin vəkili nümayəndə1 iştirakları ilə Iddiaçı İddiaçı MMC-nin cavabdeh Cavabdeh MMC-yə qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Azərbayan Respublikası Audiovizual Şurası və "xxxx" MMC olmaqla) "öhdəliyin qoyulması və pulun tutulması" tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli qətnaməsindən cavabdeh Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: Işin halları

1. Ingiltərə “Premyer Liqası”nın, Italiyada “Seria A”nın, Fransada “Liqa 1”in, Almaniyada “Bundesliqa”nın, habelə “NHL”, “UFC”, “Bellator”, “NBA”, “Avropa Liqası”, “Formula 1”, “X12” idman yarışlarının (oyunlarının) Azərbaycan Respublikası ərazisində yayım hüququ “xxxx” Şirkətinə məxsusdur, sonuncu ilə iddiaçı arasında bağlanmış ##.##.2023-cü il tarixli müqaviləyə və müqaviləyə əlavələrə əsasən həmin hüquq ##.##.2023-cü il tarixdən ##.##.2025-ci il tarixədək iddiaçıya verilmişdir.

2. Cavabdeh MMC mübahisələndirilən 2024-cü ilin iyul ayından 2025-ci ilin iyun ayınadək 11 ay müddətinə Rusiya Federasiyasının “xxxx” (“xxxx”) Şirkətinə məxsus olan “Матч ТВ” (“Match TV”), “Матч Боец” (“Match Boyets”), “Матч Арена” (“Match Arena”), “Матч Игра” (“Match Igra”), “Матч Страна” (“Match Strana”), “Матч Премьер” (“Match Prem'yer”), “Матч Футбол 1” (“Match Futbol 1”), “Матч Футбол 2” (“Match Futbol 2”), “Матч Футбол 3” (“Match Futbol 3”) televiziya kanalları vasitəsilə futbol üzrə Ingiltərə “Premyer Liqası”nın, Italiyada “Seria A”nın, Fransada “Liqa 1”in, Almaniyada “Bundesliqa”nın, habelə “NHL”, “UFC”, “Bellator”, “NBA”, “Avropa Liqası”, “Formula 1”, “X12” idman yarışlarının (oyunlarının) retranslyasiyasını həyata keçirmiş, ##.##.2025-ci il tarixdən cavabdeh adıçəkilən idman yarışlarının (oyunlarının) retranslyasiyasını dayandırmışdır.

3. “xxxx” Şirkətinin 2023-cü ildə Audiovizual Şuraya müraciəti əsasında təqdim olunan sənədlərə əsasən sonuncu tərəfindən aparılmış araşdırma ilə Ingiltərə “Premyer Liqası”nın, Italiyada “Seria A”nın, Fransada “Liqa 1”in, Almaniyada “Bundesliqa”nın, habelə “NHL”, “UFC”, “Bellator”, “NBA”, “Avropa Liqası”, “Formula 1”, “X12” idman yarışlarının (oyunlarının) Azərbaycan Respublikası ərazisində yayım hüququnun “xxxx” Şirkətinə məxsus olduğu müəyyən olunmuş və Audiovizual Şura ##.##.2023-cü il tarixli məktubla xarici televiziya proqramlarının retranslyasiyasını həyata keçirən yayım operatorlarına müraciət edərək, qeyd olunan idman yarışlarının yayımını həyata keçirən xarici televiziya kanallarının retranslyasiyasını qanunvericiliyə uyğun (rəsmi müqavilə əsasında) həyata keçirilmələrini tələb etmişdir.

4. Iddiaçı ilə “xxxx” Şirkəti arasında bağlanmış ##.##.2023-cü il tarixli müqavilədən görünür ki, sonuncu iddiaçıya Azərbaycan Respublikası ərazisində müstəsna yayım hüququ, o cümlədən iddiaçının aldığı hüquqları tam və ya qismən üçüncü şəxslərə ötürmək hüququ vermişdir.

5. Iddiaçı ##.##.2025-ci və ##.##.2025-ci il tarixlərdə Audiovizual Şuraya müraciət edib yuxarıda adıçəkilən idman yarışlarının Azərbaycan Respublikası ərazisində yayım hüququnun məxsus olduğu “xxxx” Şirkəti tərəfindən ona verildiyinə istinad edərək Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən bir sıra platforma operatorları tərəfindən Rusiya Federasiyasının “xxxx” (“xxxx”) Şirkətinə məxsus olan “Матч ТВ” (“Match TV”), “Матч Боец” (“Match Boyets”), “Матч Арена” (“Match Arena”), “Матч Игра” (“Match Igra”), “Матч Страна” (“Match Strana”), “Матч Премьер” (“Match Prem'yer”), “Матч Футбол 1” (“Match Futbol 1”), “Матч Футбол 2” (“Match Futbol 2”), “Матч Футбол 3” (“Match Futbol 3”) televiziya kanalları vasitəsilə Azərbaycan Respublikası ərazisində qanunsuz yayımlandığını və bununla da iddiaçıya məxsus hüquqların pozulduğunu bildirmişdir. Müraciətə Şuranın ##.##.2025-ci il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, yayım operatorlarının yenidən monitorinqi aparılmış, monitorinqlər nəticəsində ... Cavabdeh MMC ... tərəfindən müqavilə olmadan retranslyasiya edilən bir sıra televiziya kanalları vasitəsi ilə iddiaçının hüquqlarının pozulduğu təsbit olunmuş, adıçəkilən platforma operatorlarına rəsmi məktub göndərilmiş və lisenziyadan irəli gələn fəaliyyəti qanunvericiliyin tələblərinə uyğun olaraq həyata keçirmələri tələb olunmuş, əks təqdirdə qanunvericiliyə müvafiq tədbirlər görüləcəyi barədə xəbərdarlıq edilmişdir.

6. Azərbaycan Respublikası Audiovizual Şurasının Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə ünvanladığı ## ### 2025-ci il tarixli, *-**/*-***/**** saylı məktubunda Şura tərəfindən müraciətdə qeyd olunan yayım operatorlarının yenidən monitorinqinin aparıldığı, monitorinqlər nəticəsində Cavabdeh MMC-nin “Tvin TV” xidməti tərəfindən müqavilə olmadan retranslyasiya edilən Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən bir sıra platforma operatorları tərəfindən Rusiya Federasiyasının “xxxx” şirkətinə məxsus olan “Матч ТВ”, “Матч Боец”, “Матч Арена”, “Матч Игра”, “Матч Страна”, “Матч Премьер”, “Матч Футбол 1”, “Матч Футбол 2”, “Матч Футбол 3” televiziya kanalları vasitəsilə İddiaçı MMC-nin hüquqlarının pozulduğunun təsbit olunduğu, qısa müddət ərzində platforma operatoru lisenziyasından irəli gələn fəaliyyəti qanunvericiliyin tələblərinə uyğun olaraq həyata keçirməyi, yəni, yalnız buna hüquq verən sənədlərin (lisenziya, razılıq, icazə, müqavilə və s) mövcudluğu halında xarici televiziya kanalının retranslyasiyasını aparılması tələb olunmuş, əks təqdirdə Şura tərəfindən qanunvericiliyə müvafiq tədbirlərin görüləcəyi bildirilmişdir.

7. Azərbaycan Respublikası Audiovizual Şurasının Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə ünvanladığı ## ### 2025-ci il tarixli, *-**/*-***/**** saylı məktubuna əsasən Şura tərəfindən yayım operatorlarının təkrar monitorinqi aparılmış və platforma operatoru lisenziyasından irəli gələn fəaliyyəti qanunvericiliyin tələblərinə uyğun olaraq həyata keçirmələri tələb olunmuş, əks təqdirdə qanunvericiliyə müvafiq Şura tərəfindən tədbirlər görüləcəyi barədə xəbərdarlıq edilmişdir.

8. Azərbaycan Respublikası Audiovizual Şurasının İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinə ünvanladığı ## ### 2025-ci il tarixli, *-**/*-***/**** saylı məktubuna əsasən Şura tərəfindən yayım operatorlarının yenidən monitorinqi aparılmışdır. Monitorinqlər nəticəsində Cavabdeh MMC-nin “Tvin TV” xidməti və digərləri tərəfindən müqavilə olmadan retranslyasiya edilən bir sıra televiziya kanalları vasitəsilə ‘xxxx” MMC-nin hüquqlarının pozulduğu təsbit olunmuşdur. Yuxarıda adları çəkilən platforma operatorlarına rəsmi məktub göndərilmiş və lisenziyadan irəli gələn fəaliyyəti qanunvericiliyin tələblərinə uyğun olaraq həyata keçirmələri tələb olunmuş, əks təqdirdə qanunvericiliyə müvafiq tədbirlər görüləcəyi barədə xəbərdarlıq edilmişdir.

9. İddiaçı MMC və “X20 Limited (bundan sonra xxxx) arasında bağlanmış ##.##.2023-cü il tarixli kanal yayımı barədə müqaviləyə əsasən xxxx 1 və xxxx 2 kanallarının Azərbaycan Respublikası ərazisində yayım hüququ İddiaçı MMC-yə verilmişdir. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən, xxxx Operatora icazə (lisenziya ) verir ki, kanalı qəbul edib abunəçilərə yayımı həyata keçirir. 1.2-ci bəndinə əsasən, Operator xxxx ilə əvvəlcədən razılaşdırmaq şərti ilə xxxx-dən aldığı kanal hüquqlarını qismən və ya tam şəkildə fiziki və ya hüquqi şəxslərə ötürmək hüququna (sub-lisenziya) hüququna malikdir.

10. İddiaçı MMC və “X20 Limited” (bundan sonra xxxx) arasında bağlanmış ##.##.2023-cü il tarixli kanal yayımı barədə müqaviləyə * nömrəli əlavəyə əsasən “X22 Limited” lisenziya sahiblari ilə bağlanmış müvafiq lisenziya müqavilələri əsasında müvafiq mövsümlərdə Azərbaycan Respublikasının ərazisində qeyd olunan idman yarışlarının kanallar (Seriya A, Liqa 1, X13, NBA, Formula 1, X14 Liqası, X4, La liqa, Bundesliqa, WTA, NHL, ATP Masters 1000, ATP Finalları, ATP 500, ATP 250 Pool, Next Gen ATP Finalları və ATP Uncovered, Hollandiya Liqası, Avroliqa, X9 Liqası, UFC, X15, EFL) vasitəsilə yayım hüququna malikdir. Əlaqəli hüquqlar (kanallar vasitəsi ilə yayım hüquqları) “X20 Limited” şirkətinə aid yuxarıda sadalanan idman yarışları Azərbaycan Respublikası ərazisində xxxx 1 və xxxx 2 kanalları vasitəsi ilə təqdim olunur. Tərəflər arasında bağlanmış müqaviləyə və bu əlavəyə əsasən İddiaçı MMC eksklyuziv distrbyutor olaraq ##.##.2023-cü il tarixindən müqavilənin qüvvədə olduğu tarixinədək həmin kanalların yayım hüquqlarının satışını və müəllif hüquqlarının qorunmasını həyata keçirir.

11. İddiaçı MMC və “X20 Limited” (bundan sonra xxxx) arasında bağlanmış ##.##.2023-cü il tarixli kanal yayımı barədə müqaviləyə əlavə olan * saylı əlavə razılaşmaya əsasən müqavilə müddəti ##.##.2023-##.##.2025-ci il tarix müəyyən edilmişdir.

12. İddiaçı MMC ilə “ATV”+ arasında aylıq ödəniş 20000 manat olmaqla kanal yayımı barədə ##.##.2024-cü il tarixində * saylı sublisenziya sazişi bağlanmışdır.

13. İddiaçı MMC ilə “xxxx” MMC arasında kanal yayımı barədə ##.##.2024-cü il tarixində * saylı sublisenziya sazişi bağlanmışdır.

14. Cavabdeh MMC ilə “X6” QSC arasında bağlanmış ##.##.2022- ci il tarixli, ****-**- **/**-*** nömrəli IP TV Xidmət üzrə müqavilənin 1.1-ci bəndinə əsasən bu müqavilə “xxxx” QSC tərəfindən standartlara uyğun Rəqəmsal TV platformasının “AZT”-ə təqdim edilməsi ilə bağlı texniki, iqtisadi və hüquqi münasibətləri tənzimləyir.

15. İddiaçı MMC ilə “X6” QSC arasında imzalanmış ##.##.2024- cü il tarixli, * nömrəli Sublisenziya sazişinin 2.2-ci bəndinə əsasən Sublisenziat Kanalı və ya Kanalda olan proqramları nə yenidən sata, nə onlara əlavə sublisenziya verə, nə də nümayiş etdirə, nə icazə və ya lisenziya verə, habelə Kanalın və ya Kanalda olan proqramların Sistemdən başqa hər hansı cari və ya gələcəkdə yaradılacaq vasitələrlə yayılmasına icazə verə bilməz. Bu Müqaviləyə əsasən, Sublisenziar tərəfindən Sublesenziata açıq-aşkar verilməyən bütün hüquqlar Sublisenziar tərəfindən qorunub saxlanılır.

16. Həmin sazişin 3.3-cü bəndinə əsasən Sublisenziat Kanala girişin yalnız müvafiq abunə haqqını tam ödəyən Abunəçilərə icazə verilməsini təmin etmək üçün bütün mühüm tədbirləri görməlidir. Sublisenziat başqalarına Kanalın hər hansı hissəsini köçürməyə, qeydə almağa, yaddaşda saxlamağa, təkrar nümayişə və ya digər şəkildə təkrar istehsal etməyə icazə verə bilməz və verməməlidir. X16 hər hansı bir hissəsinin icazəsiz surətinin çıxarılması, qeydə alınması, yaddaşda saxlanması, təkrar ötürülməsi və ya istifadəsindən xəbərdar olarsa, o, Sublisenziarı dərhal xəbərdar etməli və Sublisenziranın bütün sorğuları ilə bağlı onunla əməkdaşlıq etməli və bu cür fəaliyyəti dayandırmaq üçün bütün lazımi tədbirləri görməlidir. Sublisenziat başqalarına Sistemdən savayı Kanalı almağa, yaymağa və ya göstərməyə icazə verə bilməz və verməməlidir.

17. İddiaçı MMC ilə “X6” QSC arasında imzalanmış ##.##.2024- cü il tarixli, * nömrəli Sublisenziya sazişinə ##.##.2024-cü il tarixli, ** saylı əlavə razılaşmaya əsasən müqavilə üzrə müddət ##.##.2024-cü il tarixədək uzadılmışdır.

18. İddiaçı MMC ilə “X6” QSC arasında imzalanmış ##.##.2024- cü il tarixli, * nömrəli Sublisenziya sazişinə ##.##.2024-cü il tarixli, ** saylı əlavə razılaşmaya əsasən müqavilə üzrə müddət ##.##.2024-cü il tarixədək uzadılmışdır.

19. İddiaçı MMC ilə “X6” QSC arasında imzalanmış ##.##.2024- cü il tarixli, * nömrəli Sublisenziya sazişinə ##.##.2024-cü il tarixli, ** saylı əlavə razılaşmaya əsasən müqavilə üzrə müddət ##.##.2024-cü il tarixədək uzadılmışdır.

20. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli qərarına əsasən cavabdeh IXM-nin 381.11-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 5000 manat cərimə edilmişdir.

Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı

21. Iddiaçı İddiaçı MMC (bundan sonra - iddiaçı) cavabdeh Cavabdeh MMC-yə (bundan sonra - cavabdeh) qarşı “öhdəliyin qoyulması və pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının ərazisində yayımın distribütorluq hüquqları İddiaçı MMC-yə məxsus olan lisenziyalı idman yarışlarının yayım hüquqları cavabdeh tərəfindən qanunsuz yayımlanması nəticəsində vurulmuş 30000 (otuz min) manat məbləğində zərərin, eləcə də ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 180 manat məbləğində cavabdeh Cavabdeh MMC-dən tutulmasına, həmçinin pozulmuş hüquqların bərpası barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

22. Iddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Audiovizual Şurası tərəfindən aşağıda qeyd olunan lisenziyalı idman yarışlarının yayım hüquqlarının “X20 Limited” şirkətinə məxsus olduğu təsdiq edildiyindən sözügedən Şura tərəfindən Azərbaycan Respublikası ərazisində xarici televiziya proqramlarının retranslyasiyasını həyata keçirən operatorlara (siyahı üzrə), o cümlədən hazırkı iş üzrə cavabdehə ünvanlanmış ## #### 2023cü il tarixli, ***/G-**** nömrəli məktubda Azərbaycan Respublikasının Audiovizual Şurasına “X20 Limited” (“xxxx”) şirkəti tərəfindən təqdim olunmuş sənədlərə əsasən müxtəlif idman növləri üzrə məşhur yarışlarının (futbol üzrə Ingiltərə “Premyer Liqası”nın, Italiyada “Seria A”nın, Fransada “Liqa 1”in, Almaniyada “Bundesliqa”nın, habelə “NHL”, “UFC”, “Bellator”, “NBA”, “Avropa Liqası”, “Formula 1”, “X12” yarışlarının oyunlarının) Azərbaycan Respublikası ərazisində yayım hüququnun “X20 Limited” (“xxxx”) şirkətinə məxsus olmasına dair müvafiq məlumatlar cavabdehə verilməklə yanaşı, cavabdehdən platforma və multipleks operatoru olaraq yuxarıda sözügedən idman yarışlarının yayımının dayandırılması tələb olunmuş əks təqdirdə ona qarşı müvafiq sanksiyaların tətbiq ediləcəyi bildirilmişdir. İddiaçı MMC ilə “X20 Limited” şirkəti (bundan sonra xxxx adlandırılacaq) arasında ##.##.2023-cü il tarixdə bağlanmaqla (əlavə və dəyişikliklərlə) həmin tarixdən qüvvəyə minən və ##.##.2025-ci il tarixinədək qüvvədə olan “Yayım hüquqlarının distribütorluğu haqqında” müqavilənin şərtlərinə əsasən xxxx-ə məxsus yuxarıda sözügedən lisenziyalı idman yarışlarının Azərbaycan Respublikasının ərazisində yayım hüquqlarını İddiaçı MMC-yə verilmişdir. Nəzərinizə çatdırırıq ki, tərəfimizdən aparılan araşdırmalarla müəyyən edilmişdir ki, aidiyyatı dövlət orqanının yuxarıda sözügedən xəbərdarlığından xeyli müddət keçməsinə baxmayaraq cavabdeh Cavabdeh MMC tərəfindən yayım hüquqları “X20 Limited” şirkətinə (Azərbaycan Respublikasının ərazisində İddiaçı MMC-yə) məxsus olan kontentləri ООО “xxxx” şirkətinə aid МАТЧ ТВ, МАТЧ Боец, МАТЧ Арена, МАТЧ Игра, МАТЧ Страна, МАТЧ Примьер, МАТЧ Футбл 1, МАТЧ Футбол 2, МАТЧ Футбол 3 televiziya kanalları vasitələri ilə yuxarıda sözügedən idman yarışlarını buna heç bir hüquqi əsas olmadan (yayımlara icazə verilməsinə dair müqavilə bağlanmadan) hüquq sahibinin hüquqlarını kobud şəkildə pozmaqla hələ də Cavabdeh MMC-yə aid TvinTvoperatoru tərəfindən yayımlanır ki, bu da Azərbaycan Respublikasının qanunvericliyinin tələblərinə zidd olmaqla İddiaçı MMC-nin qnaunla qorunan hüquqlarının kobud şəkildə pozulması ilə də nəticələnmişdir. Onu da qeyd etməyi zəruri hesab edirik ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-***/**** saylı qərarı ilə Cavabdeh MMC Az.Res.IXM-nin 381.11-ci (Media haqqında qanunvericiliyin pozulması) maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 5000 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Qeyd edilməlidir ki, hüquq sahibinin müvafiq icazəsi olmadan yuxarıda göstərilən yayımın qanunsuz retranslyasiyasının həyata keçirilməsi Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərinə zidd olmaqla yanaşı, bu əməli törədən hüquqi və ya fiziki şəxslər (fərdi sahibkarlar) “Müəllif hüququ və əlaqəli hüquq haqqında” Azərbaycan Respublikası Qanunun 45-ci maddəsi ilə nəzərdə tutulan məsuliyyətə də cəlb olunurlar. Yuxarıda göstərilənlərlə yanaşı onu da qeyd etməyi zəruri hesab edirik ki, İddiaçı MMC tərəfindən müvafiq pretenziya ilə cavabdehə müraciət olunaraq həmin pretenziyanın aldındığı gündən ən geci 3 gün ərzində yuxarıda göstərilən idman yarışlarının yayımının hüquq sahibi olan “X20 Limited” şirkətinin (Azərbaycan Respublikasının ərazisində İddiaçı MMC-yə məxsus olan) Beynəlxalq və milli qanunvericilik aktları ilə təsbit olunan və qorunan hüquqlarının təmin edilməsi, bununla da ООО “xxxx” şirkətinə aid МАТЧ ТВ, МАТЧ Боец, МАТЧ Арена, МАТЧ Игра, МАТЧ Страна, МАТЧ Примьер, МАТЧ Футбл 1, МАТЧ Футбол 2, МАТЧ Футбол 3 cavabdeh Cavabdeh MMC-yə aid TvinTvoperatoru vasitəsi ilə yayımının dayandırılmasının təmin edilməsi xahiş olunsa da cavabdeh sözügedən pretenziyada göstərilən tələbə, eləcə də ona ünvanlanmış **/** saylı, 20 oktybar 2023-cü il tarixli məktubda göstərilən xahişə əhəmiyyət verməyərək hazırkı vaxtadək qanunsuz retranslyasiya etdiyi yayımın dayandırılmaısnı təmin etməmişdir. Yuxarıda göstərilən xüsusatlarla yanaşı onu da qeyd etməyi zəruri hesab edirik ki, tərəfimizdən ##.##.2025-ci il tarixində AVIS vasitəsilə cavabdehə hazırkı iddia ərizəsinə əlavə olunan tələblərlə yeni pretenziya ünvanlanmış, lakin lakin cavabdeh sözügedən pretenziyada göstərilənlərə əməl etməməklə yanaşı qeyd olunan pretenziyanının cavablandırılmasını təmin etməmişdir. Odur ki, pozulmuş hüquqlarımızın bərpa edilməsi üçün hazırkı iddia ilə məhkəməyə müraciət olunmasına zərurət yaranmışdır. Hesab edirik ki, bu iddia ilə məhkəməyə müraciət etməkdə haqlıyıq və bu haqlı tələbimiz məhkəmə tərəfindən təmin olunmalıdır.

23. Cavabdeh ##.##.2025-ci il tarixdə iddia ərizəsinə yazılı etiraz təqdim edərək, iddia tələbinin rədd olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

24. Etiraz onunla əsaslandırılmışdır ki, iddia əsassız olduğu üçün rədd edilməlidir. Belə ki, İddiaçı MMC istər Cavabdeh MMC-yə yayım hüquqlarının onlara məxsusluğunu bildirən və müqavilə bağlanması ilə bağlı göndərdiyi məktubda, istərsə də məhkəməyə təqdim etdiyi iddia ərizəsində yayım hüquqlarının həqiqətən də onlara məxsus olduğunu təsdiq edən sübut təqdim etməmişdir. İddiaçı MMC məhkəməyə yalnız ingilis və rus dillərində olan razılaşmanın surətini təqdim etmişdir ki, həmin razılaşmanın mahiyyətinin nədən ibarət olması və mötəbərliliyi şübhə doğurur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Iddia ərizəsindən və iddiaya əlavə edilmiş sənədlərdən də göründüyü kimi iddiaçı tərəfin öz tələblərinin əsası kimi istinad etdiyi hallar sübuta yetirilmir.

25. Iddiaçı ##.##.2025-ci il tarixdə iddia tələbinin həcmini artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən ona məxsus “Tvin TV” xidməti vasitəsilə Rusiya Federasiyasının “xxxx” şirkətinə məxsus olan “Матч ТВ”, “Матч Боец”, “Матч Арена”, “Матч Игра”, “Матч Страна”, “Матч Премьер”, “Матч Футбол 1”, “Матч Футбол 2”, “Матч Футбол 3” televiziya kanalları vasitəsilə Azərbaycan Respublikası ərazisində yayım hüquqları İddiaçı MMC-yə məxsus (aid) olan futbol üzrə Ingiltərə “Premyer Liqası”nın, Italiyada “Seria A”nın, Fransada “Liqa 1”in, Almaniyada “Bundesliqa”nın, habelə “NHL”, “UFC”, “Bellator”, “NBA”, “Avropa Liqası”, “Formula 1”, “X12” yarışlarının (oyunlarının) 2024-cü ilin iyul ayından 2025-ci ilin iyun ayınadək 11 ay müddətinə qanunsuz yayımlanması nəticəsində İddiaçı MMC-yə vurulmuş 165000 manat məbləğində əldən çıxmış fayda qismində zərərin, eləcə də ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 455 manat məbləğində pulun cavabdeh Cavabdeh MMC-dən tutularaq, İddiaçı MMC-nin xeyrinə ödənilməsinə və Azərbaycan Respublikası ərazisində müstəsna yayım hüququ İddiaçı MMC-yə məxsus olan xxxx 1 və xxxx 2 kanallarının və Ingiltərə “Premyer Liqası”nın, Italiyada “Seria A”nın, Fransada “Liqa 1”in, Almaniyada “Bundesliqa”nın, “X14 Liqası” , “X4”, Ispaniya “La Liqası”, Hollandiya Liqası (Eredivisie), Səudiyyə Ərəbistan “Pro Liqası” habelə “NHL”, “UFC”, “Bellator”, “NBA”, “Avropa Liqası”, “Formula 1”, “X12” idman oyunlarının Azərbaycan Respublikasının ərazisində qanuni əsaslar olmadan (hüquq sahibi ilə müqavilə bağlanmadan) yayımlanmasına dair hərəkətlərin cavabdeh Cavabdeh MMC-yə qadağan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

26. Iddiaçı ##.##.2025-ci il tarixdə vəsatətlə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh MMC-nin əməlində Cinayət Məcəlləsinin 294.1-ci maddəsi ilə məsuliyyət nəzərdə tutulan Sübutları saxtalaşdırma cinayətinin əlamətlərinin olmasına dair əsaslı şübhələrin mövcudluğu ilə əlaqədar bu barədə xüsusi qərardad çıxarmaqla iş materiallarını ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməsini xahiş etmişdir.

27. Bakı Kommersiya Məhkəməsinin e-*-*(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qərardadı ilə iddiaçı İddiaçı MMC-nin cavabdeh Cavabdeh MMC-yə qarşı “pulun ödənilməsi və öhdəliyin qoyulması” tələbinə dair kommersiya mübahisəsi üzrə “xxxx” MMC müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində məhkəmə icraatına cəlb olunmuşdur.

28. Iddiaçının məhkəmə iclaslarında iştirak edən nümayəndələri iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını, cavabdehin nümayəndəsi isə iddia ərizəsinə etirazın məzmununa uyğun izahat verərək iddianın rədd olunmasını xahiş etmişlər.

29. Məhkəmə iclasında cavabdehin nümayəndələri ayrı-ayrılıqda iddia ərizəsinə etiraz edib, yazılı etiraz ərizələrinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.

30. Cavabdeh tərəf məhkəməyə yazılı çıxış təqdim edərək göstərmişdir ki, “məhkəmə mübahisəsinin əsasını Iddiaçının ərizəsində qeyd edilmiş bütün hallar barədə əsassız dəlillər təşkil edir. Cavabdeh MMC Tvin TV platformasının fəaliyyəti ilə bağlı heç bir təqsirli hərəkətə yol verməmişdir. Cavabdeh MMC tərəfindən bütün fəaliyyətlər Azərbaycan Respublikasının qanunvericiliyinə və işgüzar adətlərə uyğun həyata keçirilmişdir. Mübahisə predmeti olan yayımın həyata keçirildiyi Tvın TV platformasının fəaliyyəti Cavabdeh MMC və “xxxx” Qapalı Səhmdar Cəmiyyəti (indiki Məhdud Məsuliyyətli Cəmiyyəti) arasında bağlanmış ## #### 2022-cı il tarixli, ****-**-**/**-*** saylı IP TV Xidməti üzrə Müqavilə (bundan sonra Müqavilə) və Azərbaycan Respublikasının (bundan sonra AR) qanunvericiliyi əsasında həyata keçirilir. “Media haqqında” qanunun və “Lisenziyalar və Icazələr haqqında” qanunun tələblərinə əsasən proqramların, o cümlədən sifarişli yayım xidmətlərinin kabel, IPTV, OTT, mobil TV və peyklə kodlanmış yayım siqnalları vasitəsilə retranslyasiyasını həyata keçirən hüquqi şəxs platforma operatoru lisenziyasına malik olmalıdır. Müqavilənin 2.3.1-ci bəndində xidmətin düzgün və vaxtında göstərilməsi üçün lazım olan texniki və məlumat resursları (Stream, EPG servis və s.), o cümlədən yayım və Rəqəmsal TV xidmətini təmin etmək üçün zəruri olan lisenziyaları Cavabdeh MMC-yə təqdim etmək və 2.3.5-ci bəndində təmin etməyi öhdəliyinə götürdüyü xidmətlə əlaqədar yarana biləcək istənilən çətinliyə və bunun nəticəsində qəsdən və ya ehtiyatsızlıqdan (hərəkəti və ya hərəkətsizliyi) Cavabdehxxxx“xxxx MMC-nin öhdəliyi olaraq müəyyən edilib Müqavilənin Öhdəliklərin bölgüsü ilə bağlı * saylı Əlavəsinin Məsuliyyət sxeminin 1.5-ci sırasına əsasən abunəçilərə təqdim olunan TV kanallarının lisenziyasının alınması (İ-medıa, MRTŞ yayımı və xidməti təmin etmək üçün bütün lisenziyalar) tam öhdəlik olaraq “xxxx” MMC-nin məsuliyyəti kimi müəyyən edilmişdir. Müqavilənin 6.1-ci bəndinə əsasən bu Müqavilə üzrə öhdəliklərini yerinə yetirməməyə və ya lazımi qaydada yerinə yetirməməyə görə Tərəflər bir-biri qarşısında Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. Iş üzrə Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Lokal Gəlirlər Baş Idarəsinə (bundan sonra DVX) verilmiş sorğu və ona verilmiş cavaba dəlil kimi istinad edilə bilməz. Iş üzrə ##.##.2025-ci il tarixli, e-*-*(***)-****/**** saylı qərardad əsasında Cavabdeh MMC ilə “xxxx” MMC arasında bağlanmış ## #### 2022-ci ıl tarixli, ****-**-**/**-*** saylı “IP TV xidməti üzrə Müqavilə”yə əsasən “xxxx” MMC (VÖEN **********) tərəfindən Cavabdeh MMC-yə (VÖEN: **********) göndərilmiş bütün elektron qaimələr və həmin qaimələr üzrə ödəniş edildiyi təqdirdə bütün ödənişlərə dair sənədlərin təsdiq edilmiş surətlərinin təqdim edilməsi DVX-yə həvalə edilmişdir. DVX tərəfindən müvafiq məhkəmə sorğularına cavab olaraq ## ######## 2025-ci il tarixli, *- **-*-*/*-*******/**** saylı və ## ######## 2025-ci il tarixli, *-**-*-*/*-*******/**** saylı məktublara qoşma olaraq müvafiq “Excel” cədvəllər məhkəməyə təqdim olunmuşdur. İddiaçı MMC tərəfindən məhkəməyə təqdim edilmiş ## ##.2025-ci il tarixli ərizəsində “Dövriyyə yaradan qaimələr” başlıqlı cədvəlin müvafiq qrafalarına istinad olunaraq, məhz Rəqəmsal TV xidmətlərinin həyata keçirilməsinə görə, cavabdeh Cavabdeh MMC tərəfindən “xxxx” MMC-yə ƏDV daxil 484.399,00 (dörd yüz səksən dörd min üç yüz doxsan doqquz) AZN məbləğində ödəniş həyata keçirildiyi iddia edilir. Lakin ilk növbədə nəzərə alınmalıdır ki, təqdim edilən məlumatlar müqavilə əsasında xidmət göstərildiyi bütün dövrü əhatə edir. Bundan başqa İddiaçı MMC-nin iddiasına əsasən araşdırılan dövr 11 (2024-cü ilin iyul ayından 2025-ci ilin iyun ayınadək) ayı əhatə edir. O cümlədən nəzərə alınmalıdır ki, Cavabdeh MMC ilə “xxxx” MMC arasında mövcud olan müqavilə şərtlərinə görə, 2024-cü ilin iyul ayından 2025-ci ilin iyun ayınadək olan dövr ərzində yalnız TV kanallarının yayımı ilə əlaqədar deyil, cihazların alqısatqısı, quraşdırılması və sair istiqamətlər üzrə göstərilmiş xidmətlərə görə haqq hesablanmışıdr Göstərilən müqavilə şərtlərinə və qanunvericiliyin tələblərinə uyğun olaraq Cavabdeh MMC tərəfindən “xxxx” MMC-nin təqdim etdiyi elektron qaimə fakturalar, hesab fakturalar və qarşılıqlı hesablaşma aktları əsasında yalnız 2024-cü ilin iyul ayından 2025-ci ilin iyun ayınadək olan dövr ərzində göstərilmiş xidmətlərə görə deyil, daha əvvəlki dövrlərə görə də xidmət haqları ödənilmişdir. Həmçinin nəzərə alınmalıdır ki, həmin dövrdə həyata keçirilən ödənişlər hansısa bir idman kanalma görə deyil, TVIN TV platforması üzərindən yayımlanan, ümumilikdə 247 TV kanalına görə, abunəçilər tərəfindən ödənilmiş xidmət haqqı müqabilində hesablanaraq “xxxx” MMC-yə ödənilmişdir. Bu səbəbdən göstərilən dövr üzrə həyata keçirilmiş ödənişlərə dəlil kimi istinad edilməsi yanlışdır. Üstəlik həmin dövr üzrə həyata keçirilmiş ödənişləri iddiaçının “əldən çıxmış fayda” hesab etməsi özü əsassızdır. Cavabdeh MMC-nin “TVIN TV” platformasından yayım etdiyi 247 TV kanalma görə ödənilən xidmət haqqı ilə iddia olunan məbləğ qeyri-mütənasibdir. Cavabdeh MMC abunəçilərə təqdim etdiyi “TVIN TV” xidmətinə görə 6 AZN xidmət haqqı alır Cavabdeh MMC-nin “TVIN TV” xidmətindən istifadə edən abunəçi sayı 14 951 nəfər (oktyabr 2025-ci il tarixinə olan məlumat) təşkil edir. Müvafiq olaraq yayımlanan 247 TV kanalının hər birinə görə “xxxx” MMC-yə ödənilən məbləğ 181,59 manat təşkil edir. Göstərilənləri nəzərə alaraq, “xxxx” MMC tərəfindən yayımı təmin edilmiş müvafiq idman TV kanallarına (ümumilikdə 9 TV kanalı üçün) görə (МАТЧ ТВ, МАТЧ Боец, МАТЧ Арена, МАТЧ Игра, МАТЧ Страна, МАТЧ Пример, МАТЧ Футбол 1, МАТЧ Футбол 2, МАТЧ Футбол 3) aylıq ödəniş məbləği (9x181,59=1634,31) 1634,31 (bir min altı yüz otuz dörd manat otuz bir qəpik) manat təşkil edib. Beləliklə, aylıq olaraq 1634,31 (bir min altı yüz otuz dörd manat otuz bir qəpik) manat gəlir əldə edilən fəaliyyətə görə 15000 (on beş min) manat “əldən çıxan fayda" hesablanması adekvat yanaşma hesab oluna bilməz. Üstəlik iddia ərizəsində istinad edilən X20 Limited tərəfindən yayımlanan televiziya kanalları ilə ООО “xxxx” tərəfindən yayımlanan televiziya kanalları (МАТЧ ТВ, МАТЧ Боец, МАТЧ Арена, МАТЧ Игра, МАТЧ Страна, МАТЧ Пример, МАТЧ Футбол 1, МАТЧ Футбол 2, МАТЧ Футбол 3) eyni deyildir. Iddia ərizəsində qeyd edildiyi kimi X20 Limited şirkətinə məxsus kontentlərin hansı hissəsinin МАТЧ ТВ МАТЧ Боец və sair televiziya kanallarında yayımlanmasına dair ümumiyyətlə heç bır məlumat və ya sübut mövcud deyildir. Iddiaçı öz mülahizəsini əsaslandırmaq üçün konkret heç bir ölçülə bilən, qiymətləndirilməsi mümkün olan fakta istinad edə bilməyib. Müvafiq məhkəmə işi üzrə 3-cü şəxs olan “xxxx” MMC tərəfindən göstərilən yanaşmaya dair daha dəqiq hesablama aparılıb təqdim edilməsi mümkündür. Cavabdeh MMC hazırkı mübahisə üzrə delikt məsuliyyətinə cəlb edilə bilməz. Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” ##.##.2022-ci tarixli qərarında mülki hüquq pozuntusuna (deliktə) görə məsuliyyətin yaranması üçün aşağıdakı şərtlərin mövcud olması tələb olunur: törədilmiş əməlin hüquqazidd olması - ilk növbədə hüquqazidd bir əməl (hərəkət və ya hərəkətsizlik) olmalı, hüquq qaydasının pozulması halı baş verməlidir; əməlin təqsirli olaraq törədilməsi - təqsir subyektiv anlayış olmaqla hüquq pozuntusu törədən şəxsin həmin əməli törədərkən iradəsində nöqsanın olmasını ehtiva edir; törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə zərər vurulması - qanunla qorunan mənafeyə, dəyərə zərər yetirilmiş olmalıdır; zərər ilə hüquqazidd əməl arasında səbəbli əlaqənin olması - zərər məhz törədilmiş hüquqazidd əməl nəticəsində əmələ gəlmiş olmalıdır. Beləliklə, mülki qanunvericiliyin normalarını pozan əməli təqsirli olaraq törətmiş şəxs həmin hüquq pozuntusu (delikt) nəticəsində vurulmuş zərərə görə mülki hüquq məsuliyyəti daşıyır. Yuxarıda qeyd edildiyi kimi, platformanın fəaliyyətində hazırkı mübahisə üzrə mübahisə predmeti olan iddia edilən qanunsuz yayımla bağlı Cavabdeh MMC məsuliyyətə cəlb edilə bilməz. Konstitusiya Məhkəməsinin ““xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Alı Məhkəməsinin Mülki Kollegiyasının ## ###### 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ##.##.2021-ci il tarixli qərarında qeyd edilir ki, Mülki Məcəllənin 1096.1 və 1097.1-ci maddələri zərərçəkənin üzərində zərərin vurulmasını, onun həcmini, həmçinin zərərin məhz cavabdeh tərəfindən vurulduğunu (onun hərəkətləri ilə vurulmuş zərər arasındakı səbəbli əlaqəni) sübut etmək öhdəliyinin olduğunu ehtiva edir Bu zaman yuxarıda qeyd edilən maddələrdə nəzərdə tutulmuş məsuliyyət zərərin mövcudluğunu, zərərvuranın hərəkətlərinin hüquqazidd olmasını və onun təqsirini, vurulan zərərin həcminin təsdiqini, həmçinin hüquqazidd davranışla arzuolunmaz nəticə arasında səbəbli əlaqəni ehtiva edən şərtlərin məcmusu zamanı yaranır. AR Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə əsasən yalnız qanunla nəzərdə tutulmuş hallarda zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Hazırkı vəziyyətdə deliktə görə zərərin əvəzini ödəmək vəzifəsinin Cavabdeh MMC-yə aid edilməsi üçün heç bir əsas mövcud deyildir. Cavabdeh MMC tərəfindən hüquqazidd əmələ yol verilmədiyi və ya iddiaçı tərəfindən bunun əksini sübut edən heç bir fakt təqdim edilmədiyi üçün delikt məsuliyyətə cəlb edilə bilməz və ya üçüncü şəxsin zərərinin əvəzini ödəmək vəzifəsi ona şamil edilə bilməz. Qanunsuz yayımla bağlı heç bir əsaslı məlumat təqdim edilməmiş, sübut qismində təqdim edilən faktlar həqiqəti əks etdirməyən, təhrif edilmiş və ya mötəbərliyi şübhə doğuran məlumatlar olmuşdur. Iddiaçının sübutları məzmunca ziddiyyətlidir və faktları təhrif etmək məqsədi daşıyır. Əgər Iddiaçı həqiqətən də, Azərbaycan xxxx-in müstəsna yayım hüququna malikdirsə belə bundan suiistifadə etməyə çalışır. Iddia ərizəsində, qanuni yayım hüququnun onlara məxsus olmasını əsaslandıran heç bir fakt və ya əsaslı sübut təqdim edilməmişdir. Hətta məhkəməyə təqdim edilən və iddia ərizəsinin əsası kimi göstərilən ingilis və rus dillərində olan razılaşma belə yayım hüququnun həqiqətən də iddiaçıya məxsus olduğunu təsdiq etməməklə yanaşı, həmin razılaşmanın mahiyyəti və mötəbərliliyi şübhə doğurur. Belə ki, Iddiaçının təqdim etdiyi müqavilə xxxx və X20 Limited arasında əlaqənin nə olduğunu göstərmir. Əgər həqiqətən xxxx xxxx-ə məxsusdursa, mülkiyyət hüququnu təsdiq edən hər hansı sənəd mütləq ki, iddia olunan faktı dəstəkləmək üçün təqdim edilməlidir. Hal-hazıradək müvafiq faktı təsdiq edən hər hansı sübut təqdim edilməmişdir. Eyni hal iddiaya dəqiqləşmə ərizəsində sadalanan müxtəlif beynəlxalq idman yarışları (futbol üzrə X13, Italiya Seriya A, Fransa Liqa 1, Almaniya Bundesliqa, NHL, UFC, Bellator, NBA, Avropa Liqası, Formula 1, X12 və s.) üçün də xarakterikdir. Müvafiq beynəlxalq idman yarışları ilə X20 Limited arasında əlaqənin nə olduğunu göstərən hər hansı sübut mövcud deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsində nəzərdə tutulmuş “qanunla qorunan maraq" anlayışının şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin Qərardadında göstərilir ki, Subyektiv hüquq şəxsin öz maraqlarını təmin edə bilməsi üçün ona verilmiş mümkün hüquqi davranış həddidir. Subyektiv hüquq fiziki və ya hüquqi şəxslərin obyektiv hüquq normasına əsaslanaraq öz davranış növünü və həddini seçmək, həmçinin başqalarından müəyyən hərəkətləri tələb etmək imkanını ifadə edir Yəni subyektiv hüquq obyektiv hüquq vasitəsilə tanınan və qorunan şəxsi (subyektiv) mənafedir. öz iradəsinə uyğun hərəkət etmək; digər şəxslərdən müəyyən davranışı tələb etmək; hüquq pozuntusu halında müdafiə olunmaq. Oxşar hüquqi mövqe Konstitusiya Məhkəməsi Plenumunun M.Bağırovun şikayəti üzrə 2008-ci il ## #### və İ.Şabanovanın şikayəti üzrə 2012-ci il ## ###### tarixli Qərarlarında da ifadə olunmuşdur. Qeyd olunmalıdır ki, subyektiv hüquq obyektiv hüquqa daxil olan konkret qanunvericilik normasına əsaslandığından, subyektiv hüququn sərhədləri, yəni mümkün davranışın çərçivəsi dəqiq şəkildə müəyyən olunur. Digər tərəfdən, hüquq və vəzifələrin qarşılıqlı olması prinsipindən irəli gələrək hər bir subyektiv hüquq müəyyən subyektiv vəzifə ilə, digər şəxs(lər)in müvafiq öhdəlikləri ilə təmin edilir. Həmçinin qanunla qorunan maraqların məhkəmə müdafiəsi hüququndan sui-istifadəyə yol verilməməli, real hüquqi əsaslar olmadan tələblərin irəli sürülməsi qanunsuz və əsassız üstünlüklərin əldə olunmasına gətirib çıxarmamalıdır. Yuxarıda qeyd edilənlərə əsasən Iddiaçının qeyd edilən idman yarışlarının Azərbaycanda eksklüziv yayım hüququna malik olmasını və qanunsuz yayım iddiası ilə bağlı mübahisələndirmək hüququna (subyektiv hüquq) malik olmasını təsdiqləyən əsaslı dəlillər təqdim edilməmişdir. Iddiaçı tərəfindən təqdim edilmiş X20 Limited ilə Razılaşmanın “Terms” başlıqlı 1-ci bəndində bu razılaşmanın müddətinin 01,10.2023-cü ildən 31,08.2024-cü il tarixinə qədər qüvvədə olduğu görünür. Həmçinin razılaşmanın müddət və xitam şərtləri ilə bağlı “Term and Termination” başlıqlı 5-ci maddəsində avtomatik uzadılması ilə bağlı heç bir şərt yoxdur. Üstəlik iş materiallarında həmin müqavilənin ##.##.2023-31,08.2024-cü il tarixindən sonrakı dövrlərə dair hər hansı sübut mövcud deyil. Buna görə də, həmin razılaşma ## ## 2024-cü il tarixində qüvvədən düşmüşdür. Müqavilə müddətinin digər müddətə uzadılması faktını sübut edən hər hansı sənəd isə iddiaçı tərəfindən təqdim edilməyib. AR Mülki Məcəlləsinin 399-cu maddəsinə əsasən müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. AR Mülki Məcəlləsinin 423.1-ci maddəsinə əsasən Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır. AR Mülki Məcəlləsinin 424.2-ci maddəsinə əsasən müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir. AR Mülki Məcəlləsinin 422-ci maddəsində şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi ilə əlaqədar müqavilənin dəyişdirilməsi əsasları öz əksini tapıb Iddiaçı tərəfindən təqdim edilən sənədin 17-ci və 18-ci səhifələrində yerləşən Əlavə Razılaşma 2 başlıqlı hissə isə müqavilə müddəti bitdikdən, yəni müqavilə ləğv edildikdən 8 ay sonra – ##.##.2025-ci il tarixində imzalanmışdır. Hətta bu sənəd Iddiaçının hüququnu müəyyən etsə belə iddia edilənin əksinə Iddiaçının hüququ ##.##.2025-ci il tarixində başlamış olacaq və buna görə də mart ayına görə əldən çıxmış fayda tələbi qanunsuz və əsassızdır. Buna görə də məhkəməyə təqdim edilən və iddia ərizəsinin əsası kimi göstərilən ingilis və rus dillərində olan həmin sənəd belə yayım hüququnun həqiqətən də Iddiaçıya məxsus olduğunu təsdiq etməməklə yanaşı, həmin razılaşmanın mahiyyəti və mötəbərliliyi şübhə doğurur. Audiovizual Şura özü operatorların fəaliyyətini tənzimləmək üçün mübahisə predmeti olan kanalların son yayım tarixini müəyyən etmişdir. Audiovizual Şuranın *-**/*-***/**** saylı ##.##.2025-ci il tarixli məktubunda açıq şəkildə göstərilir ki, mübahisənin predmeti olan bir sıra idman kanallarının yayımı ##.##.2025-ci il tarixindən dayandırılmalıdır. Iddiaçının təqdim etdiyi sübutlardan da aydın şəkildə görünür ki, Iddiaçının müraciəti əsasında Audiovizual Şura əlaqədar şəxsləri məlumatlandırmış və həmin şəxslər yayım haqqının yenidən xxxx tərəfindən əldə edildiyini bildikdən sonra yayımı həyata keçirməmişlər. Üstəlik Iddiaçı özü də bu faktı təsdiq edir. Iddiaçı tərəfindən yalnız “xxxx MMC, “xxxx” MMC, “xxxx” MMC və “xxxx” MMC-yə qarşı iddialar qaldırılması, digər yayımçılar barədə isə belə bir tələbinin olmaması onun məsələyə qərəzli yanaşmasının bariz nümunəsidir. Yayım hüququ ilə əlaqədar lisenziyanın alınması özlüyündə ictimaiyyətə açıq məlumat olmadığı üçün yayımı həyata keçirən subyekytlərin bunu bilməsi yalnız səlahiyyətli qurum olan Audiovizual Şuranın xəbərdarlığı əsasında mümkündür. Bunu əsasən lazımi qaydada məlumatlandırma etmədən pozulmuş hüquqa görə əldən çıxmış fayda tələb etmək mülki hüququn təməl prinsipi olan vicdanlı lığa tamamilə ziddir. Göründüyü kimi Iddiaçı öz iddialarında əsassız faktlara istinad etmiş, faktları təhrif etmiş və iddialarını əsaslandıran sübut təqdim etməmişdir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə görə qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmçinin məhkəmənin müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlməsi, məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması hesab edilməklə, həmin qətnamənin ləğv edilməsi əsaslarından biri kimi çıxış edir. Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların araşdırılmaması da məhkəmə qətnaməsinin apellyasıya qaydasında ləğv edilməsi üçün əsasdır (Mülki Prosessual Məcəllənin 385, 388 və 390-cı maddələri). Beləliklə, sübutların düzgün qiymətləndirilməsi, iş üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılması qanuni və əsaslı qətnamə çıxarılması baxımından mühüm əhəmiyyət daşıyır. Məhkəmə aktlarında sübutların qiymətləndirilməsinin nəticələri ətraflı və aydın şəkildə öz əksini tapmalı, sübutların qəbul edilməsinin və ya rədd olunmasının, eləcə də verilmiş vəsatətlərin təmin və ya rədd edilməsinin səbəbləri və əsasları göstərilməli, alınan nəticə kifayət qədər əsaslandırılmalıdır. Insan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra - Avropa Məhkəməsi) öz qərarlarında demokratik cəmiyyətdə ədalətli məhkəmə araşdırması hüququnun əhəmiyyətini vurğulayaraq “Insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində təsbit edilən təminatlara məhkəmələrin öz qərarlarını yetərli dərəcədə əsaslandırmaq öhdəliyini də daxil etmişdir (Airey Irlandiyaya qarşı iş üzrə 1979-cu il # #######, Hırvisaari Finlandiyaya qarşı iş üzrə 2001 -ci il 27 sentyabr, Suominen Finlandiyaya qarşı iş üzrə 2003-cü il # #### tarixli Qərarlar). Həmçinin Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin plenum qərarında müəyyən edilmişdir ki, mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Konstitusiyanın 127-ci maddəsinə əsaslanan Mülki Prosessual Məcəllənin 9.1 və 9.3-cü maddələrində qeyd edilmişdir ki, ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Burada söhbət hüquqi müstəvidə həqiqətə nail olunmasından gedir, müvafiq olaraq bu həqiqətin mahiyyəti də hüquqidir. Belə ki, proses zamanı həqiqətdə mövcud olan bütün hallar deyil, yalnız hüquqi əhəmiyyət daşıyan, yəni sübutetmə predmetinə aid olan hallar müəyyən edilir. Məhz bu səbəbdən hüquqi əhəmiyyət daşıyan hallar istənilən üsulla (məntiqi, elmi) deyil, sübutedici məlumatların, yəni sübutetmə vasitələrinin məhkəməyə təqdim olunmasının qanunla yol verilən üsulları ilə müəyyən edilməlidir. Belə həqiqəti şərti olaraq “hüquqi həqiqət” adlandırmaq olar. Hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihı factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz, istisnanı yalnız Mülki Prosessual Məcəllənin 82-ci və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. Çəkişmə prinsipinin əsasını, həmçinin tərəflərin prosessual hüquq bərabərliyi prinsipi təşkil edir. Bu prinsipə görə, tərəflər öz hüquq və mənafelərini müdafiə etmək üçün hüquqi cəhətdən tam bərabər imkana malik olmalıdırlar. Bu imkanlar qanunla və məhkəmə tərəfindən təmin edilir. Mülki prosessual qanunvericilik tərəflərə eyni hüquqlar verir. Buna görə də prosesdə tərəflərdən heç biri prosessual hüquqların həcminə görə digəri qarşısında üstünlüyə malik deyildir. Tərəflərin prosessual bərabərliyi prosesin çəkişmə prinsipi əsasında həyata keçirilməsinə şərait yaradır. Yuxarıda qeyd edildiyi kimi, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Sübutların qiymətləndirilməsi məhkəmə tərəfindən ilkin (məhkəmə araşdırmasının sonunda) və yekun (müşavirə otağında məhkəmə qətnaməsi qəbul edilərkən) qiymətləndirməni nəzərdə tutur. Ilkin qiymətləndirmə ayrı-ayrı faktların müəyyən edilməsi üçün hər bir sübutun aid edilməsi, mümkünlüyü, mötəbərliyi və yetərliliyi nöqteyinəzərindən onun predmetinin keyfiyyətinə dair keçirilir. Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir, iş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyi-nəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil. Qeyd edilməlidir ki, Insan Hüquqları üzrə Avropa Məhkəməsi məhkəmələr tərəfindən ədalətli məhkəmə araşdırılması hüququ ilə bağlı irəli sürülən tələblərə əməl edilməməsini həmin hüququn pozulması kimi qəbul edərək bir sıra qərarların da bununla bağlı hüquqi mövqelərini ifadə etmişdir. Belə ki, Avropa Məhkəməsi Van de Huk Niderlanda qarşı iş üzrə 1994-cü il ## ##### tarixli Qərarında sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, “Insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur. Konstitusiya Məhkəməsinin Plenumu da əvvəlki qərarlarında dəfələrlə qeyd etmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il ## ###### tarixli Qərar). Yuxarıda göstərilənləri nəzərə alaraq, Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlir ki, mülki məhkəmə icraatında Konstitusiyanın 125-ci maddəsinin VII hissəsinin “Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir” müddəası Konstitusiyanın 127-ci maddəsinin II, IV və VII hissələrində, 129-cu maddəsinin III hissəsində təsbit olunmuş ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi, faktlar əsasında və qanuna müvafiq keçirilməsi, məhkəmə qərarının qanuna və sübutlara əsaslanmasına dair ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri ilə əlaqəli şəkildə tətbiq olunmalıdır. Üstəlik ölkəmizdə fəaliyyət göstərən digər platforma operatorları kimi Cavabdeh MMC və tərəfdaşı “xxxx” MMC tərəfindən görülən tədbirlərə uyğun olaraq, МАТЧ ТВ, МАТЧ Боец, МАТЧ Арена, МАТЧ Игра, МАТЧ Страна, МАТЧ Пример, МАТЧ Футбол 1, МАТЧ Футбол 2, МАТЧ Футбол 3 televiziya kanalının yayımlanması, Audiovizual Şuranın 3- **/*-***/**** saylı ##.##.2025-ci il tarixli məktubunda göstərilən 01,06.2025-ci il tarixindən dayandırılmışdır Iddia ərizəsində qeyd edilmiş ”30 000 manat zərər dəyməsi”, həm də “30 000 manat gəlirdən (əldən çıxmış faydadan) məhrum (sonradan bu məbləğ 165000 manat həcminə artırılıb) olması ilə bağlı mülahizələri əsassızıdır. Iddiaçı onlara zərər dəyməsi və ya hər hansı həcmdə gəlirdən (əldən çıxmış faydadan) məhrum olması ilə bağlı heç bir əsaslı, məntiqli sübut gətirə bilməmiş, yalnız absurd ehtimal və fərziyyələrə istinad etmişlər. Iddiaçının yanaşması belədir ki, İddiaçı MMC ilə digər yayım operatorları arasında bağlanmış analoji (oxşar) yayım müqavilələrinə (məhkəməyə təqdim olunmuşdur) əsasən, yuxarıda göstərilən idman yarışlarının yayımından əldə olunan orta aylıq abunə gəliri 15.000 (on beş min) manat təşkil edir. Nəticədə cavabdehin 2024-cü və 2025-ci ilin bəzi aylarında 11 (on bir) ay müddətində həyata keçirdiyi qanunsuz yayım nəticəsində İddiaçı MMC adi mülki dövriyyə şəraitində əldə edə biləcəyi 165 000 (bir yüz altımış beş min) manat məbləğində gəlirdən (əldən çıxmış faydadan) məhrum olmuşdur, ifadələri absurd fərziyyədən başqa cür xarakterizə etmək mümkün deyildir. Belə ki, işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb etməyən hallar Iddiaçı tərəfindən şişirdilərək, bilərəkdən özünə sərf edən formada şərh edilməsinə cəhd edilir. İddiaçı MMC ilə digər yayım operatorları arasında bağlanmış analoji (oxşar) yayım müqavilələrinə əsasən xidmət göstərilən abunəçi sayının və aylıq xidmət haqqı məbləğinin niyə Tvin TV paltforması ilə müqayisə edilməsinə dair mülahizəni əsaslandırmaq üçün konkret heç bir ölçülə bilən, qiymətləndirilməsi mümkün olan fakta istinad edilməyib, yalnız bəyanat xarakterli ehtimallar irəli sürülüb. Ümumiyyətlə, bu cür absurd yanaşma Iddiaçınn irəli sürdüyü bütün dəlillər üçün xarakterikdir. Iddiaçı tərəfindən “müstəsna yayım hüququ”nun əsası kimi təqdim edilən sənədin 17 və 18-ci səhifələrində yerləşən Əlavə Razılaşma 2 başlıqlı hissəsində aydın şəkildə görünür ki, Razılaşmanın qüvvədə olma müddəti bitdikdən, yəni müqavilə ləğv edildikdən 8 ay sonra - ##.##.2025-ci il tarixində imzalanmışdır. Iddia ərizəsinin əsası kimi göstərilən ingilis və rus dillərində olan həmin Razılaşma belə yayım hüququnun həqiqətən də iddiaçıya məxsus olduğunu təsdiq etməməklə yanaşı, həmin razılaşmanın mahiyyəti və mötəbərliliyı şübhə doğurur Hətta bu sənəd Iddiaçının hüququnu müəyyən etsə belə Iddia edilənin əksinə Iddiaçının hüququ ##.##.2025-ci il tarixində başlamış olacaq və buna görə də mart ayı və ondan əvvəlki aylara görə əldən çıxmış fayda və ya digər zərərlə bağlı tələblər tamamilə qanunsuz və əsassızdır. Aprel ayı ilə bağlı zərərin hesablanması zamanı isə ilk öncə Iddiaçı həmin dövrdə Tvin TV-də mübahisə predmeti olan kanallar üzrə qanunsuz yayımın həyata keçirildiyini və həqiqətən də yayımın aprel ayını əhatə etdiyini, həmçinin digər platforma operatorlarının sadalanan yayımları həyata keçirmədiyini sübut etməlidir. Əgər bu fakt Iddiaçı tərəfindən sübuta yetirilərsə, o zaman zərərin hesablanması üçün Iddiaçının əsassız fərziyyələri deyil, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi əqli mülkiyyət hüquqları ilə bağlı qonorarın hesablanması qaydaları əsas alınmalıdır. Hansı ki, Audiovizual Şuranın *- **/*-***/**** saylı ##.##.2025-ci ıl tarixli məktubunda mübahisənin predmeti olan bir sıra idman kanallarının yayımı 01,06.2025-ci il tarixindən dayandırılmalı olduğunun göstərildiyini nəzərə alsaq, digər platforma operatorlarının sadalanan yayımları həyata keçirmişdir. Iddia ərizəsi absurd ehtimal və fərziyyələrə əsaslanıb. Iddiaçı öz tələblərini faktiki və hüquqi baxımdan əsaslandıra bilməmiş, yalnız absurd ehtimal və fərziyyələr irəli sürmüşdür. Belə ki, iddiaçıya necə zərər dəydiyi və bu zərərin, həcminin necə müəyyən edildiyi barədə əsaslandırmaq üçün konkret heç bir ölçülə bilən, qiymətləndirilməsi mümkün olan məlumata, fakta istinad edilmir, yalnız bəyanat və mülahizə xarakterli ehtimallar irəli sürülür. Bundan başqa iddia ərizəsində istinad edilən X20 Limited tərəfindən yayımlanan televiziya kanalları ilə ООО “xxxx” tərəfindən yayımlanan televiziya kanalları eyni deyildir. Iddia ərizəsində qeyd edildiyi kimi X20 Limited şirkətinə (Azərbaycan Respublikası ərazisində xxxxa) məxsus kontentlərin МАТЧ ТВ, МАТЧ Боец və sair televiziya kanallarında yayımlanması ilə bağlı mülahizə və qeydlərin Cavabdeh MMC-yə heç bir aidiyyəti yoxdur. X20 Limited şirkəti və ya xxxx həmin kontentlər ilə bağlı iddialarını aidiyyəti üzrə ООО “xxxx”а bildirə bilər. Beləliklə, iddiaçıların Cavabdeh MMC-ni cavabdeh qismində cəlb edərək “vurulmuş zərərin ödənilməsi”ni tələb etmələri faktiki olaraq qanunsuz və əsassız olduğundan iddia rədd edilməlidir. Iddiaçının davranışı hüquqdan suiistifadədir. Göründüyü kimi Iddiaçının hərəkətləri ex turpis causa (yolverilməz vicdansız davranış) olmaqla hüquqdan suiistifadədir. Belə ki, Iddiaçı tərəfindən öz mülahizəsini əsaslandırmaq üçün konkret heç bır ölçülə bilən, qiymətləndirilməsi mümkün olan faktlara istinad edilməyib, yalnız bəyanat xarakterli ehtimallar irəli sürülüb. Ilkin iddia ərizəsində, sonrakı dəqiqləşmə ərizələrində, həmçinin indiyədək keçirilmiş məhkəmə iclaslarında Iddiaçı ona dəymiş zərərin nədən ibarət olduğunu əsaslandıra bilməyib. AR MM-ın 21.2-ci maddəsində müəyyən edilir ki, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Beləliklə, bu maddədə nəzərdə tutulmuş zərər real zərər və əldən çıxmış faydadan ibarətdir. “Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsi, 29-cu maddəsinin İ, II və III hissələri baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2025-ci il tarixli Qərarına əsasən Əmlakın bır şəxsə aid pulla qiymətləndirilə bilən bütün haqq (subyektiv hüquq) və öhdəliklərin məcmusu olduğu nəzərə alınarsa şəxsin əmlakında onun iradəsindən kənar istənilən azalma zərəri ifadə edir. Faktiki (real) zərər əmlakın dəyərində birbaşa pulla ölçülə bilən azalmada ifadə olunmaqla əmlak aktivinin faktiki azalması, passivinin isə artması şəklində təzahür olunur. Əldən çıxmış fayda isə əmlakın aktivinin (əmlak haqlarının dəyərinin) artması imkanının, həmçinin passivlərinin (öhdəliklərin dəyərinin) azalması imkanının aradan qalxması şəklində baş verir. Iş materiallarından da göründüyü kimi Iddiaçıya dəymiş hər hansı real zərərdən söhbət getdiyini müəyyən etmək mümkün deyil. Bundan başqa, Audiovizual Şuranın *-**/*-***/**** saylı ##.##.2025-ci il tarixli məktubunda mübahisənin predmeti olan bir sıra idman kanallarının yayımının ## ##.2025-ci il tarixindən dayandırılmalı olduğunun göstərildiyini nəzərə alaraq həmin kanalların yayımı dayandırıldığı üçün Iddiaçının hər hansı hüququnun pozulmasından söhbət gedə bilməz. Üstəlik həmin idman kanallarının yayımı müvafiq tarixdə dayandığı üçün, Iddiaçının hər hansı hüququnun pozulmasını iddia etməsi əsassızdır. Müvafiq olaraq da adi mülki dövriyyə şəraitində əldə edilən gəlirlərin əldən çıxmış fayda olaraq başa düşüldüyünü nəzərə alaraq Iddiaçının ona bu cür zərər dəyməsini iddia etməsinin heç bır əsası mövcud deyildir Ümumiyyətlə, bu cür absurd yanaşma Iddiaçının bütün icraat zamanı irəli sürdüyü bütün dəlillər üçün xarakterikdir. Iddiaçının hərəkətləri ex turpis causa (yolverilməz vicdansız davranış) olmaqla hüquqdan sui- istifadədən başqa cür xarakterizə etmək mümkün deyildir Iddiaçı məsələyə qeyri-konstruktiv yanaşmaqla, bilərəkdən vəziyyətdən və hüquqdan sui-istifadə etməyə çalışır. Digər tərəfdən İddiaçı MMC tərəfindən eyni məhsulun alıcılarına münasibətdə qiymət ayrı-seçkiliyinə yol verilməsi faktları mövcuddur. Belə ki, İddiaçı MMC tərəfindən müvafiq idman kanallarının yayımı üçün AiləTV, Citynet, KATV kimi provayderlərə hər abunəçi üçün 2 AZN xidmət haqqı ödənilməsi nəzərdə tutulsa da, qərəzli olaraq Cavabdeh MMC və tərəfdaşına abunəçi sayından asılı olmayaraq aylıq 20 000 manat xidmət haqqı ödənilməsi şərti ilə müqavilə bağlanması tələb olunur. AR Rəqabət Məcəlləsinin 16.2.12.2-ci maddəsinə əsasən eyni növ və eyni keyfiyyətli məhsul oxşarməzmunlu müqavilələr vasitəsilə müxtəlif alıcılara satıldıqda, qiymət və (və ya) satış ilə bağlı şərtlərin (hər hansı güzəşt, kompensasiya, kredit və ya ödəniş şərtlərinin) həmin alıcılar arasında ayrı-seçkilik yaradılması, hökmran mövqedən sui-istifadə kimi xarakterizə edilməklə qanunvericiliyin tələblərinin pozulmasıdır.

31. Məhkəmə iclasında üçüncü şəxsin nümayəndəsi və vəkili nümayəndə1 iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

32. Müstəqil tələb irəli sürməyən üçüncü şəxslər nümayəndələrini məhkəməyə göndərməmişlər.

33. Birinci instansiya məhkəməsinin ## ###### 2025-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, cavabdeh Cavabdeh MMC-dən 165000 manat məbləğində pul, 455 manat dövlət rüsumu, ümumilikdə 165455 (bir yüz altmış beş min dörd yüz əlli beş) manat məbləğində pul tutularaq tutularaq iddiaçı İddiaçı MMC-yə ödənilməsi, Azərbaycan Respublikası ərazisində müstəsna yayım hüququ İddiaçı MMC-yə məxsus olan xxxx 1 və xxxx 2 kanallarının və Ingiltərə “Premyer Liqası”nın, Italiyada “Seria A”nın, Fransada “Liqa 1”in, Almaniyada “Bundesliqa”nın, “X14 Liqası” , “X4”, Ispaniya “La Liqası”, Hollandiya Liqası (Eredivisie), Səudiyyə Ərəbistan “Pro Liqası” habelə “NHL”, “UFC”, “Bellator”, “NBA”, “Avropa Liqası”, “Formula 1”, “X12” idman oyunlarının Azərbaycan Respublikasının ərazisində qanuni əsaslar olmadan (hüquq sahibi ilə müqavilə bağlanmadan) yayımlanmasının cavabdeh Cavabdeh MMC-yə qadağan edilməsi, iddiaçı İddiaçı MMC tərəfindən verilmiş cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində “xüsusi qərardad çıxarılması barədə” vəsatətin təmin edilməməsi qət olunmuşdur.

34. Məhkəmə gəldiyi nəticəni aşağıda göstərildiyi kimi əsaslandırmışdır:

- Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı MMC və “X20 Limited” şirkəti arasında ##.##.2023-cü il tarixli kanal yayımı barədə müqavilə və müqaviləyə * nömrəli əlavə bağlanmış, həmin razılaşmalara əsasən xxxx-ə məxsus xxxx 1 və xxxx 2 kanallarının və həmin kanallar vasitəsi ilə təqdim olunan idman yarışlarının Azərbaycan Respublikası ərazisində yayım hüququ, həmin kanalların yayım hüquqlarının satışı və müəllif hüquqlarının qorunmasının həyata keçirilməsi İddiaçı MMC-yə ötürülmüş, müqaviləyə * saylı əlavə razılaşmaya əsasən müqavilə müddəti ##.##.2025-ci il tarixədək müəyyən edilmişdir. Cavabdeh sadalanan idman yarışlarının retranslyasiyasını həyata keçirmiş, media sahəsində tənzimlənməni həyata keçirən dövlət orqanı olan Audiovizual Şura tərəfindən cavabdehə ##.##.2023-cü il tarixdə rəsmi qaydada müraciət olunaraq yayımın rəsmi müqavilə əsasında həyata keçirmələri tələb edilmiş, əks təqdirdə müvafiq tədbirlərin görüləcəyi barədə məlumat verilmişdir. Daha sonra yenidən Şura tərəfindən cavabdehə ##.##.2025- ci ildə müraciət edilmiş, iddiaçının Tvin Tv xidməti tərəfindən müqavilə olmadan retranslyasiya edilən televiziya kanalları vasitəsilə iddiaçının hüquqlarının pozulmasının təsbit edildiyi göstərilərək göstərilən pozuntunun qısa zaman ərzində dayandırılması tələb edilmişdir. - Cavabdeh tərəfindən Azərbaycan Respublikası ərazisində müstəsna yayım hüququ iddiaçıya məxsus olan xxxx 1 və xxxx 2 kanallarının və Ingiltərə “Premyer Liqası”nın, Italiyada “Seria A”nın, Fransada “Liqa 1”in, Almaniyada “Bundesliqa”nın, “X14 Liqası” , “X4”, Ispaniya “La Liqası”, Hollandiya Liqası (Eredivisie), Səudiyyə Ərəbistan “Pro Liqası” habelə “NHL”, “UFC”, “Bellator”, “NBA”, “Avropa Liqası”, “Formula 1”, “X12” idman oyunlarının Azərbaycan Respublikasının ərazisində qanuni əsaslar olmadan (hüquq sahibi ilə müqavilə bağlanmadan) yayımlanması iddiaçının vəsatəti əsasında tətbiq edilmiş müvəqqəti təminat tədbiri barədə qərardadların icrası ilə bağlı 2025-ci ilin iyun ayında dayandırılmışdır. - Hazırda iddiaçı yayım hüquqları iddiaçıya məxsus kanalların və idman yarışlarının Azərbaycan Respublikası ərazisində yayımlanmasının cavabdehə qadağan edilməsini tələb edir. - Hazırda yayım hüquqları iddiaçıya məxsus kanalların və idman yarışlarının Azərbaycan Respublikası ərazisində yayımlanması cavabdeh tərəfindən dayandırılsa da, bu hal gələcəkdə iddiaçının razılığı olmadan yenidən yayımlayacağı halını aradan qaldırmır, həmçinin gələcəkdə də bu hallara yol verə biləcəyini istisna etmir. - Cavabdeh tərəfindən məhkəməyə yayımın qanuni əsaslarla həyata keçirilmiş olduğunu təsdiq edən hər hansı sübut təqdim edilməmişdir. - Mülki hüquq pozuntusundan öhdəliyin yaranmasının mühüm şərti zərərin özünün mövcudluğudur. Əldən çıxmış faydanın məbləği öhdəlik icra olunduğu təqdirdə kreditorun çəkməli olacağı ağlabatan xərclər nəzərə alınmaqla müəyyənləşdirilməlidir. Bundan başqa, əldən çıxmış faydanın məbləği müəyyən edilərkən öhdəliyin borclu tərəfindən lazımi qaydada icra olunduğu təqdirdə kreditorun pul məbləğini əldə etmək imkanını mübahisəsiz təsdiq edən dəqiq məlumatlar nəzərə alınmalıdır. - Iddiaçının təqdim etdiyi yeganə sübut analoji yayım müqavilələridir, tələb edilən 165000 manat isə orta aylıq abunə gəliri əsasında hesablanan məbləğ olmaqla, ehtimal xarakteri daşıyır. - Məhkəmə qeyd edir ki, şəxsi qeyri-əmlak hüquqlarının pozulması halında ümumiyyətlə əldən çıxmış faydanın ödənilməsini tələb etmək mümkün deyil, belə ki, bu anlayış şəxsi qeyri-əmlak hüquqlarının müdafiəsinin əsas vasitəsi olan mənəvi zərərin ödənilməsinə deyil, sahibkarlıq və ya digər fəaliyyətdən əldə edilən mənfəətin itirilməsi ilə bağlı zərərin ödənilməsinə aid edilir. - Bununla belə, məhkəmə hesab edir ki, əgər hüququ pozan şəxs, şəxsi qeyri-əmlak hüququnun pozulması nəticəsində gəlir əldə edibsə, zərərçəkmiş şəxs həmin gəlirdən az olmayan məbləğdə itirdiyi mənfəətin ödənilməsini tələb etmək hüququna malikdir. - Cavabdeh tərəfindən əldə edilmiş gəlirin məbləği ilə bağlı məhkəmə qeyd edir ki, “xxxx” MMC və cavabdeh arasında bağlanmış müqavilənin icrası ilə bağlı əldə edilmiş gəlirlərin müəyyən edilməsi məqsədi ilə məhkəmə tərəfindən Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş Idarəsinə sorğu ilə müraciət olunmuş, vergi orqanı tərəfindən məhkəmənin sorğusuna cavab olaraq “xxxx” MMC tərəfindən cavabdehə mübahisəli dövr üzrə göndərilmiş elektron qaimələr və həmin qaimələr üzrə cavabdeh tərəfindən edilmiş ƏDV ödənişləri barədə məlumat verilmişdir. Bakı Şəhəri Lokal Gəlirlər Baş Idarəsi tərəfindən təqdim edilmiş elektron qaimələrə baxış keçirilən zaman müəyyən edilmişdir ki, rəqəmsal tv xidmətlərinin həyata keçirilməsinə görə, “xxxx” MMC tərəfindən cavabdehə ƏDV daxil 484399 manat məbləğində ödəniş həyata keçirilməsi üçün qaimə təqdim edilmişdir. “xxxx” MMC və cavabdeh arasında bağlanmış ## #### 2022- ci il tarixli, ****-**-**/**-*** saylı “IP TV xidməti üzrə” müqavilənin * nömrəli Əlavəsinə əsasən 3 (üç) aydan sonra əldə edilən gəlirlərin 1ci, 2-ci, 3-cü, 4-cü və 5-ci illər üzrə 50%-lik hissəsinin “xxxx” MMC-yə ödənilməsi razılaşdırılmışdır. Beləliklə, mübahisə predmetinə aid olan yayımların həyata keçirilməsi nəticəsində əldə olunmuş qazancın yalnız 50%-nin ödənilməli olmasının razılaşdırılması nəzərə alındıqda yayımlardan əldə olunan qazanc məbləğinin ümumilikdə ƏDV daxil olmaqla 968798 manat təşkil etməsi aydın olur. - Məhkəmə iddia tələbindən kənara çıxmağa haqlı olmadığı üçün hesab edir ki, cavabdehin 11 aylıq dövr üzrə əldə etdiyi gəlir kimi 165000 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. - Cavabdeh yazılı etirazında əldə etdiyi gəlirin az olduğunu, hazırkı kanallarla bağlı aylıq gəlirin 1634,31 manat olmasını, bundan əlavə, cavabdeh həmin qaimələrdə digər xidmətlərin, cihazların alqı-satqısı, quraşdırılması və sairə xərcinin əks olunduğunu, qaimələrdə tələb edilən vəsaitlərin yalnız bir qisminin hazırkı kanalların yayımı ilə bağlı olduğunu bildirsə də, etirazının əsası kimi hər hansı sübutu (elektron qaimələr, razılaşmalar və sairə) məhkəməyə təqdim etməmiş, yazılı etirazını ümumi sözlərlə əsaslandırmışdır. - Əldə edilmiş gəlir barədə yeganə sənəd vergi orqanı tərəfindən məhkəməyə təqdim edilmiş elektron qaimələr olmuşdur. - Cavabdeh tərəfindən gəlirləri təsdiq edən başqa sübut məhkəməyə təqdim edilmədiyi üçün məhkəmə zərərin məbləği ilə bağlı işdə olan həmin sübutun əsas götürülməsini məqsədəmüvafiq hesab etmişdir. - Məhkəmə iddiaçı tərəfindən verilmiş cavabdeh barəsində xüsusi qərardad çıxarılması barədə vəsatəti əsassız hesab edir. Belə ki, hazırkı kommersiya mübahisəsi ilə bağlı xüsusi qərardadın çıxarılması üçün əsaslar müəyyən edilməmişdir. - Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iddia ərizəsi verilərkən ödənilmiş 455 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

35. Gəldiyi nəticənin hüquqi əsaslandırması zamanı məhkəmə həmçinin, Mülki Məcəllənin 2.3, 21.1, 21.3-cü maddələrinə, “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikasının Qanununun 6, 15.1, 35, 44.1, 45.1, 45.2.1, 47-ci, “Media haqqında” Azərbaycan Respublikası Qanununun 1.1.21, 20.1, 32.1, 38.2-ci maddələrinə, “Telekommunikasiya haqqında” Qanunun 41.1-ci maddəsinə, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” * nömrəli, ## ###### 2008-ci il tarixli Qərarına istinad etmişdir.

36. Qətnamədən Cavabdeh MMC-nin nümayəndəsi apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini iddia ərizəsinə etirazın məzmununa uyğun əsaslandırmaqla, qətnamədə göstərilmiş nəticələrin işin hallarına uyğun gəlmədiyini, gəlinən nəticə üçün əhəmiyyət kəsb edən bütün faktiki halların aydınlaşdırılmadığını, iddia tələbinin heç bir mötəbər sübutla təsdiqlənmədiyini və məhkəmənin əsassız qənaətə gəldiyini irəli sürmüşdür.

Apellyasiya şikayətinə qarşı etiraz

37. Iddiaçının nümayəndəsi apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edərək, şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

Apellyasiya baxışı, izahatlar

38. Iddiaçının məhkəmə iclasında iştirak edən nümayəndələri apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmiş, cavabdehin məhkəmə iclasında iştirak edən nümayəndələri apellyasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin olunmasını xahiş etmiş, üçüncü şəxsin vəkili isə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərini müdafiə etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

39. Maddə 14.2.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.

40. Maddə 21.1.Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

41. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

42. Maddə 385. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

43. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

44. Maddə 449.1. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər.

45. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

46. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

47. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

“Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikasının Qanunu

48. Maddə 4. Proqram - istifadəçiləri məlumatlandırmaq, maarifləndirmək və (və ya) əyləndirmək üçün nəzərdə tutulan, bu Qanunla müəyyənləşdirilmiş tələblər əsasında hazırlanan, proqram cədvəli və ya proqram kataloqunda yer alan, canlı, yaxud elektron yaddaş qurğuları vasitəsi ilə qeydə alınaraq yayımlanan məlumatların məcmusu; yayım təşkilatının verilişi - efir və ya kabel yayımı təşkilatının özünün və ya onun vəsaiti hesabına başqa təşkilatın yaratdığı veriliş; kabellə kütləvi bildiriş - əsərlərin, ifaların, fonoqramların, yayım təşkilatının verilişlərini kabel, naqil, optik tel və digər oxşar vasitələrlə kütləyə çatdırılması; retranslyasiya - yayım təşkilatının verilişinin başqa yayım təşkilatı tərəfindən eyni vaxtda efirlə (kabellə) verilməsidir.

49. Maddə 35. Verilişdən hər hansı istifadəyə görə qonorar almaq hüququ da daxil olmaqla yayım təşkilatının ondan istənilən formada istifadəyə müstəsna hüququ vardır. Yayım təşkilatının verilişlərindən istifadəyə müstəsna hüquq efir (kabel) yayımı təşkilatının aşağıdakı hərəkətləri həyata keçirməyi, həyata keçirməyə icazə verməyi və ya qadağa qoymağı bildirir: verilişi yazmaq; verilişin yazılmasının surətini çıxarmaq; öz verilişinin eyni vaxtda kütləvi bildiriş üçün başqa yayım təşkilatı vasitəsi ilə efir və ya kabellə bildirişi; öz verilişini kütləvi bildiriş üçün kabel televiziyası ilə göstərmək; öz verilişinin pullu giriş olan yerlərdə kütləvi bildirişi; verilişin yazılmasını yaymaq.

50. Maddə 45.1. Müəlliflik hüququnun və əlaqəli hüquqların sahibləri öz hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət edə bilərlər.

“Media haqqında” Azərbaycan Respublikasının Qanunu

51. Maddə 1.1.21. Platforma operatoru - proqramların, o cümlədən sifarişli yayım xidmətlərinin kabel, IPTV, OTT, mobil TV və peyklə kodlanmış yayım siqnalları vasitəsilə retranslyasiyasını həyata keçirən fiziki və ya hüquqi şəxsdir.

52. Maddə 32.4. Platforma operatoru onunla xarici audiovizual yayımçı və ya onun adından müqavilə bağlamaq səlahiyyəti olan şəxs arasında xarici audiovizual yayımçıların proqramlarının retranslyasiyasına dair bağlanmış müqavilənin surətini Audiovizual Şuraya təqdim etməlidir.

53. Maddə 32.8. Platforma operatoru retranslyasiya etdiyi audiovizual yayımçıların siyahısını hər növbəti ayın birinci həftəsində Şuraya təqdim etməlidir.

54. Maddə 38.1. Proqramın müəllifi həmin proqramın yayımlanması hüququnu yayım üsulunun və şərtlərinin göstərildiyi müqavilə əsasında bir neçə və ya müstəsna olaraq bir audiovizual yayımçıya verə bilər. Həmin müqavilələrin surəti audiovizual yayımçı tərəfindən Audiovizual Şuraya təqdim edilməlidir.

55. Maddə 38.2. Proqrama müstəsna yayım hüququ əldə etmiş audiovizual yayımçıdan başqa digər audiovizual yayımçıların həmin proqramı yayımlaması qadağandır.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

56. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

57. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

58. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

59. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

60. Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.

61. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi.

62. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının həddi

63. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

64. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

Məhkəmə kollegiyasının mövqeyi

65. Kollegiya mübahisənin mahiyyəti ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə, habelə hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, məhkəmə, müəyyən etdiyi faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir.

66. Işin hallarından aşkar şəkildə müəyyən olunur ki, iddiaçı ilə “xxxx” arasında ##.##.2023-cü il tarixdə “Kanalın yayımı barədə” müqavilə bağlanmış (sonradan bu müqaviləni müddəti ##.##.2025-ci il tarixədək uzadılmışdır), müqaviləyə əsasən “xxxx” özünə məxsus olan Ingiltərə “Premyer Liqası”nın, Italiyada “Seria A”nın, Fransada “Liqa 1”in, Almaniyada “Bundesliqa”nın, habelə “NHL”, “UFC”, “Bellator”, “NBA”, “Avropa Liqası”, “Formula 1”, “X12” idman yarışlarının (oyunlarının) Azərbaycan Respublikası ərazisində yayım hüququnu iddiaçıya vermişdir.

67. Başqa sözlə, sözügedən proqramların yayımı yalnız iddiaçı tərəfindən həyata keçirilə bilər və digər yayımçıların həmin proqramı yayması üçün onun razılığı tələb olunur.

68. Işin hallarından görünür ki, Audiovizual Şura tərəfindən yayım operatorlarının yenidən monitorinqi aparılmış, monitorinqlər nəticəsində ... Cavabdeh MMC-nin, “Tvin TV” xidməti tərəfindən müqavilə olmadan retranslyasiya edilən bir sıra televiziya kanalları vasitəsi ilə iddiaçının hüquqlarının pozulduğu təsbit olunmuş, adıçəkilən platforma operatorlarına rəsmi məktub göndərilmiş və lisenziyadan irəli gələn fəaliyyəti qanunvericiliyin tələblərinə uyğun olaraq həyata keçirmələri tələb olunmuş, əks təqdirdə qanunvericiliyə müvafiq tədbirlər görüləcəyi barədə xəbərdarlıq edilmişdir”.

69. Yuxarıda qeyd olunduğu kimi, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli qərarına əsasən, cavabdeh IXM-nin 381.11-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı (Audiovizual media sahəsində lisenziyanın qayda və şərtlərinin pozulması) törətməkdə təqsirli bilinib 5000 manat cərimə edilmişdir.

70. Iddiaçının hüquq sahibi olmasını və yayım hüquqlarının ona məxsus olduğunu təsdiq edən sübutu təqdim etmədiyi barədə apellyatorun dəlilini kollegiya əsassız hesab edir.

71. Belə ki, “Media haqqında” Qanunun tələblərinə əsasən, Azərbaycan Respublikasında audiovizual media sahəsində tənzimləməni və qüvvədə olan normativ hüquqi aktlara əməl edilməsinə nəzarəti Audiovizual Şura həyata keçirir və platforma operatoru onunla xarici audiovizual yayımçı və ya onun adından müqavilə bağlamaq səlahiyyəti olan şəxs arasında bağlanmış müqaviləni, retranslyasiya etdiyi audiovizual yayımçıların siyahısını Audiovizual Şuraya təqdim etməlidir.

72. Işin hallarından görünür ki, məhz İddiaçı MMC Audiovizual Şuraya müraciət edib adıçəkilən idman yarışlarının Azərbaycan Respublikası ərazisində yayım hüququnun məxsus olduğu “xxxx” Şirkəti tərəfindən ona verildiyini bildirmişdir.

73. Cavabdeh MMC-nin sözügedən kanalların yayımını özbaşına deyil, “xxxx” MMC ilə bağladığı müqavilə əsasında həyata keçirdiyi dəlilinə münasibətdə kollegiya qeyd edir ki, cavabdehlə "xxxx” QSC arasında bağlanmış ##.##.2022-ci il tarixli “IP TV Xidmət üzrə müqavilə”nin 1.1-ci bəndinə əsasən, həmin müqavilə “xxxx” QSC tərəfindən standartlara uyğun Rəqəmsal TV platformasının “AZT”-ə təqdim edilməsi ilə bağlı texniki, iqtisadi və hüquqi münasibətləri tənzimləyir. Iddiaçı ilə “xxxx” QSC arasında imzalanmış ##.##.2024-cü il tarixli Sublisenziya sazişinin 2.2-ci bəndinə əsasən, Sublisenziat Kanalı və ya Kanalda olan proqramları nə yenidən sata, nə onlara əlavə sublisenziya verə, nə də nümayiş etdirə, nə icazə və ya lisenziya verə, habelə Kanalın və ya Kanalda olan proqramların Sistemdən başqa hər hansı cari və ya gələcəkdə yaradılacaq vasitələrlə yayılmasına icazə verə bilməz.

74. Beləliklə iş materialları ilə müəyyən olunur ki, iddiaçı mübahisəli televiziya kanallarının yayımı üzrə müstəsna hüquqlara malik olmuş, cavabdeh isə həmin kanalların yayımını iddiaçının razılığı olmadan həyata keçirmişdir. Bu hal cavabdehin hüquqazidd davranışını təsdiq edir.

75. Əmlakın bir şəxsə aid pulla qiymətləndirilə bilən bütün haqq (subyektiv hüquq) və öhdəliklərin məcmusu olduğu nəzərə alınarsa şəxsin əmlakında onun iradəsindən kənar istənilən azalma zərəri ifadə edir. Faktiki (real) zərər əmlakın dəyərində birbaşa pulla ölçülə bilən azalmada ifadə olunmaqla əmlak aktivinin faktiki azalması, passivinin isə artması şəklində təzahür olunur. Əldən çıxmış fayda isə əmlakın aktivinin (əmlak haqlarının dəyərinin) artması imkanının, həmçinin passivlərinin (öhdəliklərin dəyərinin) azalması imkanının aradan qalxması şəklində baş verir. (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsi, 29-cu maddəsinin İ, II və III hissələri baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” ## ##### 2025-ci il tarixli Qərarı)

76. Kollegiya hesab edir ki, cavabdehin iddiaçının razılığı olmadan mübahisəli kanalların yayımını həyata keçirməsi nəticəsində bu fəaliyyət üzrə gəlir əldə etməsi, iddiaçının həmin gəliri əldə etmək imkanından məhrum olmasını göstərir və bu hal əldən çıxmış faydanın mövcudluğunu təsdiq edir.

77. Kolegiya qeyd edir ki, iş üzrə vergi orqanı tərəfindən təqdim edilmiş elektron qaimələr cavabdehin mübahisəli dövrdə müvafiq fəaliyyət nəticəsində gəlir əldə etdiyini təsdiq edir.

78. Bundan başqa, iddiaçının digər təsərrüfat subyektləri ilə bağladığı müqavilələr və sublisenziya sazişləri üzrə müəyyən edilmiş ödəniş şərtləri həmin fəaliyyət sahəsində gəlirin formalaşma mexanizmini və real iqtisadi göstəriciləri əks etdirir.

79. Belə ki, İddiaçı MMC ilə “ATV+” arasında ##.##.2024-cü il tarixdə aylıq 20.000 manat ödəniş nəzərdə tutulan sublisenziya sazişi bağlanmış, həmçinin “xxxx” MMC və digər operatorlarla da analoji hüquq münasibətləri rəsmiləşdirilmişdir. Bu hallar iddiaçının mübahisəli kanalların yayımı üzrə hüquqlardan müntəzəm gəlir əldə etmişdir.

80. Bu baxımdan, həm iddiaçının digər operatorlarla bağladığı müqavilələrdə müəyyən edilmiş ödəniş şərtləri, həm də cavabdehin faktiki gəlir əldə etməsini əks etdirən maliyyə sənədləri birlikdə onu göstərir ki, iddiaçının hüququ pozulmasaydı, həmin hüquqlardan iqtisadi fayda götürməsi abstrakt ehtimal deyil, real və ağlabatan kommersiya fəaliyyətinin nəticəsidir.

81. Eyni zamanda kollegiya qeyd edir ki, cavabdeh tərəfindən əldə edilmiş gəlirin daha az olması barədə hər hansı mötəbər və yetərli sübut məhkəməyə təqdim edilməmişdir.

82. Şərh olunanları ümumiləşdirərək məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, habelə tərəflərin münasibətləri ilə bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi, yaxud dəyişdirilməsi üçün əsas təşkil etmir.

83. Apellyasiya şikayəti üçün ödənilən dövlət rüsumunun məbləği apellyatorun özünə aid olunmalıdır. Nəzərə alınmalıdır ki, məhkəmə xərclərinin bölüşdürülməsi məsələsi prosessual qanunvericiliklə tənzimləndiyindən, bununla bağlı qərar qəbul edərkən məhkəmə, müvafiq tələbin olub-olmamasına bağlı deyildir.

84. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDI:

Cavabdeh MMC-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-*-*(***)-****/**** nömrəli kommersiya mübahisəsi üzrə qəbul etdiyi ## ###### 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu apellyatora aid olunsun. Qətnamədən Cavabdeh MMC tərəfindən, qətnamə ona rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar