Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2-2(3-6)-280/2026 26.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI iddiaçı İddiaçıASC-nin cavabdehlər “İsp Sapfir Aze” MMC-yə və cavabdeh1 İsmayıl oğluna qarşı iddia tələblərinə dair iş üzrə (Açar sözlər: kredit borcunun tutulması, ekspert rəyinin mötəbərliliyi, ipoteka predmetinin qiyməti) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), X2 və Cəfərov Səməd Fəxrəddin oğlundan ibarət tərkibdə, Musayeva Aytac Elşən qızının katibliyi, cavabdeh cavabdeh1 İsmayıl oğlunun nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə İddiaçı ASC-nin “İsp Sapfir Aze” MMC-yə və cavabdeh1 İsmayıl oğluna qarşı “kredit müqaviləsi üzrə borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi, əmlakın təhvil verilməsi” tələblərinə dair kommersiya işi üzrə Bakı Kommersiya Məhkəməsinin ## ###### 2025ci il tarixli qətnaməsindən iddiaçının və cavabdeh cavabdeh1 İsmayıl oğlunun nümayəndələri tərəfindən verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları
1. İddiaçı ASC (bank) ilə “İSP SAPFİR AZE” MMC (borc alan) arasında ## ###### 2020ci il tariхdə GA.771703.* nömrəli “Kredit limitinin ayrılması haqqında” Baş Saziş imzalanmışdır
2. Bankla borcalan arasında bağlanmış ## ###### 2024-cü il tarixli ************/* nömrəli krеdit müqaviləsinə əsasən, borcalana dövriyyə vəsaitinin artırılması məqsədləri üçün 17 faiz dərəcəsi ilə 24 ay müddətinə 150 000 manat məbləğində krеdit vеrilmişdir.
3. Müqavilənin 2.1-ci bəndinə əsasən, kredit üzrə əsas borc və faizlər müqavilənin ayrılmaz hissəsi olan ödəniş cədvəli (müqavilənin 6-cı hissəsi nəzərə alınmaqla tərtib edilmiş) əsasında ödənilir.
4. Müqavilənin 6.1-ci bəndinə əsasən, borclu müqavilə üzrə hesablanmış faizləri kreditin illik faiz dərəcəsindən Fond tərəfindən ödəniləcək faiz subsidiyası üzrə 7.5 faiz bəndi çıxıldıqdan ödəniş cədvəlinə uyğun olaraq ödəyir.
5. Bankla cavabdeh1 İsmayıl oğlu (zamin) arasında ## ###### 2024-cü il tariхdə ******- ******/* nömrəli zaminlik müqaviləsi imzalanmışdır.
6. Müqavilənin 1.1-ci bəndinə əsasən zamin, borc alanın ## ###### 2024-cü il tarixli ************/* nömrəli kredit müqaviləsi üzrə bank qarşısında götürdüyü öhdəliklərin yerinə yetirməsinə görə borcalanla birgə məsuliyyəti öz üzərinə götürür; 1.5-ci bəndinə əsasən zamin, kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təmin edilməsi məqsədilə zamin olmuş digər şəxslərlə birlikdə kreditor qarşısında birgə məsuliyyət daşıyır.
7. Müqavilənin 2.2.4.2-ci bəndinə əsasən, zaminin müqavilə üzrə öhdəlikləri pozulduqda bankın kredit müqaviləsi üzrə öhdəliklərin vaxtından əvvəl icrasını birlikdə və ya ayrılıqda zamindən və borcludan tələb etmək hüququ var.
8. Zaminlik müqaviləsi bankın, borc alanın və zaminin imzaları, eləcə də bankın möhürü ilə təsdiq edilmişdir.
9. İddiaçı ASC (ipoteka saxlayan) ilə cavabdeh1 İsmayıl oğlu (ipoteka qoyan) arasında bağlanmış ## ###### 2020-ci il tariхli GA.771703.* nömrəli ipotеka müqaviləsinə əsasən, cavabdeh1 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 0,085 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 202,5 kv.mdən ibarət ** saylı fərdi yaşayış evi bankın xeyrinə ipoteka ilə yüklü olunmuş, ipoteka predmetinin ilkin satış (likvid) qiyməti 260 000 manat müəyyən edilmişdir.
10. İpoteka müqaviləsinin 3.1-ci bəndində göstərilmişdir ki, öhdəliyin mahiyyəti ## ###### 2020-ci il tarixli GA.771703.* nömrəli Kredit limitinin ayrılması haqqında Baş Sazişdir.
11. İpoteka müqaviləsinin 4.1-ci bəndinə əsasən, ipoteka saxlayanın tələbi aşağıdakılar da daxil edilməklə tam həcmdə təmin edilir: əsas borc, faizlər, dəbbə pulu, vurulmuş zərərin əvəzinin ödənilməsi, ipoteka predmetinin saxlanılması və salamatlığının təmin edilməsi xərclərinin ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar məhkəmə və digər xərclərin ödənilməsi.
12. Bank tərəfindən borcalana və zaminə (ipotekaqoyana) ##.##.2025-ci il tarixdə pretenziya (xəbərdarlıq məktubları) ünvanlanaraq yaranmış borcun ödənilməsi tələb edilmiş, əks təqdirdə borcun tutulması tələbi ilə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir.
13. Bank tərəfindən cavabdeh1 İsmayıl oğluna “İpoteka predmetinə tutma yönəldilməsi barədə” bildiriş ##.##.2025-ci il tarixdə sifarişli poçt göndərişi üsulu ilə göndərilmiş, həmin bildiriş ##.##.2025-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır.
Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı
14. İddiaçı ASC (iddiaçı) “İsp Sapfir Aze” MMC-yə və cavabdeh1 İsmayıl oğluna (cavabdeh və ya cavabdehlər) qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, ## ###### 2024-cü il tarixli ******-******/* nömrəli kredit müqaviləsi üzrə əsas borc – 138 253,30 (bir yüz otuz səkkiz min iki yüz əlli üç manat, otuz qəpik) manat, əsas borca hеsablanmış faiz borcu 11 119,24 (on bir min bir yüz on doqquz manat, iyirmi dörd qəpik) manat olmaqla, cəmi 149 372,54 (bir yüz qırx doqquz min üç yüz yetmiş iki manat, əlli dörd qəpik) manat məbləğində borcun xeyrinə tutulması; cavabdeh1 İsmayıl oğlunun mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 0.085 ha torpaq sahəsinə və onun üzərində yerləşən ümumi sahəsi 202,5 kv.m-dən ibarət ** saylı fərdi yaşayış evinə tutma yönəldilməsi; ünvan 1 ünvanında yerləşən 0.085 ha torpaq sahəsinin və onun üzərində yerləşən ümumi sahəsi 202.5 kv.m-dən ibarət ** saylı fərdi yaşayış evinin hərracda satılması üçün ilkin satış qiymətinin müəyyən edilməsi, ünvan 1 ünvanında yerləşən 0.085 ha torpaq sahəsinin və onun üzərində yerləşən ümumi sahəsi 202.5 kv.m-dən ibarət ** saylı fərdi yaşayış evinin açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin “xxxx” ASC-yə olan kredit borclarının ödənilməsinə yönəldilməsi; daşınmaz əmlak satıldıqdan sonra 1 ay ərzində boşaldılaraq mülkiyyətçiyə təhvil verilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 51 (əlli bir) manat dövlət rüsumunun, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 439.37 (dörd yüz otuz doqquz manat, otuz yeddi qəpik) manat dövlət rüsumunun cavabdehlərdən birgə qaydada tutulub xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
15. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, onunla “İSP SAPFİR AZE” MMC (“borcalan”) arasında ## ###### 2020-ci il tariхdə GA.771703.* nömrəli kredit limitinin ayrılması haqqında Baş Saziş imzalanmış, Baş Sazişin təminatı olaraq cavabdeh1 İsmayıl oğlunun mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 0.085 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 202.5 kv.m-dən ibarət ** saylı fərdi yaşayış evi ## ###### 2020-ci il tariхli GA.771703.* nömrəli ipotеka müqaviləsinə əsasən banka ipotеka qoyulmuşdur. Tərəflər arasında bağlanmış Baş Sazişə əsasən İddiaçı ASC tərəfindən “İSP SAPFİR AZE” MMC-yə ## ###### 2024-cü il tarixli ************/* nömrəli kredit müqaviləsi ilə illik 17 faiz dərəcəsi ilə 24 ay müddətinə 150 000 (bir yüz əlli min) manat məbləğində krеdit verilmişdir. Eyni zamanda, həmin ## ###### 2024-cü il tarixli ******-******/* nömrəli kredit müqaviləsinin təminatı olaraq, İddiaçı ASC ilə cavabdeh1 İsmayıl oğlu arasında ## ###### 2024-cü il tariхli ******-******/* nömrəli zaminlik müqaviləsi bağlanmışdır. Borcalan kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Bununla əlaqədar, dəfələrlə yazılı formada xəbərdarlıqlar edilməsinə baxmayaraq, cavabdeh bundan heç bir nəticə çıxarmamışdır. Belə olan halda Bank tərəfindən “İpoteka haqqında” AR-nın Qanununun 36.1-ci maddəsinin tələblərinə uyğun olaraq, ipoteka predmetinə tutma yönəldilməsi barədə ##.##.2025-ci il tarixli ***/***/****/**** nömrəli bildiriş ipoteka qoyan cavabdeh1 İsmayıl oğluna ##.##.2025-ci il tarixdə sifarişli poçt göndərişi üsulu ilə göndərilmişdir. Poçt göndərişi vasitəsilə göndərilmiş həmin bildiriş onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra, yəni ##.##.2025-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. Kredit Müqaviləsi üzrə borclu “İSP SAPFİR AZE” MMC öz üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyinə görə İddiaçı ASC-nin ipoteka predmetinə tutmanın yönəldilməsinə başlamaq hüququ yaranmışdır.
16. İddiaçının nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirməklə iclasın onun iştirakı olmadan keçirilməsini xahiş etmiş, cavabdehlər (nümayəndələri) isə məhkəməyə gəlməmişlər.
17. Məhkəmənin sifarişi əsasında qiymətləndirmə tədqiqatını həyata keçirən “xxxx” MMC tərəfindən verilmiş ## ###### 2025-ci il tarixli rəydə göstərilmişdir ki, cavabdeh1 İsmayıl oğlunun mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 0.085 ha torpaq sahəsinin və onun üzərində yerləşən ümumi sahəsi 202.5 kv.dən ibarət ** saylı fərdi yaşayış evinin bazar qiyməti 350 000 manat, likvid qiyməti isə 285 000 manat təşkil edir.
18. Məhkəmənin təyinatı əsasında tədqiqat aparan Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ##.##.2025-ci il tarixli ekspert rəyində göstərilmişdir ki, “İSP Sapfir Aze” MMC-nin ##.##.2025-ci il tarixə (bildiriş göndərildiyi tarixə) ödənilməli əsas borcu 138 276,34 manat, faiz borcu 9198,71 manat təşkil edir.
19. Birinci instansiya məhkəməsinin ## ###### 2025-ci il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin olunması, “İSP Sapfir AZE” MMC-dən və cavabdeh1 İsmayıl oğlundan birgə qaydada ## ###### 2024-cü il tarixli ******-******/* saylı krеdit müqaviləsi üzrə 138 253,30 manat məbləğində krеdit bоrcu, 9198,71 manat məbləğində faiz bоrcu olmaqla, cəmi 147 452,01 manat borcun və dövlət rüsumunun əvəzi olaraq 437,45 manatın “xxxx” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, tutmanın cavabdeh1 İsmayıl oğluna məxsus ünvan 1 ünvanında yerləşən 0.085 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 202.5 kv.m-dən ibarət ** saylı fərdi yaşayış evinə yönəldilməsi, həmin əmlakın açıq hərracda satılması, satışdan əldə olunmuş vəsait hesabına iddiaçıya olan borcun ödənilməsi, satışdan artıq məbləğ qalarsa, qalan məbləğin cavabdeh1 İsmayıl oğluna qaytarılması, ipoteka predmeti olan, ünvan 1 ünvanında yerləşən 0.085 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 202.5 kv.m-dən ibarət ** saylı fərdi yaşayış evinin ilkin satış qiymətinin 285 000 (iki yüz səksən beş min) manat müəyyən edilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 manat pul vəsaitinin 90 manat hissəsinin cavabdeh1 İsmayıl oğlundan və “İSP Sapfir AZE” MMC-dən müştərək qaydada, 10 manat hissəsinin isə İddiaçı ASC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (Büdcə təsnifatının kodu 142319, Büdcə səviyyəsinin kodu 3, X4, 210005, VÖEN 1401555071, Müxbir Hesab AZ41NABZ01360100000000003944, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN 1700326621, hesab: AZ34CTRE00000000000002088501) köçürülməsi, qiymətləndirmə rəyinin alınmasına görə 350 manat məbləğində pul vəsaitinin 300 manat hissəsinin “İSP Sapfir AZE” MMC-dən və cavabdeh1 İsmayıl oğlundan müştərək qaydada, 30 manat hissəsinin isə İddiaçı ASC-dən tutularaq “xxxx” MMC-yə ödənilməsi qət edilmişdir.
20. Məhkəmə gəldiyi nəticəni aşağıda göstərildiyi kimi əsaslandırmışdır:
20.1. İddiaçı ASC ilə “İSP Sapfir Aze” MMC arasında ## ###### 2020-ci il tariхli GA.771703.* nömrəli kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı ASC “İSP Sapfir Aze” MMC-yə müqavilədə müəyyən edilmiş şərtlərlə cəmi 150 000 manat məbləğində kredit verməklə, razılaşma ilə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etmiş, lakin “İSP Sapfir Aze” MMC kredit müqaviləsi üzrə əsas kredit borcunu və faizləri ödəmək öhdəliyini lazımi qaydada icra etməmiş, nəticədə cavabdehin iddiaçıya əsas və faiz borcu yaranmışdır. 20.2. “İSP Sapfir Aze” MMC-nin kredit müqaviləsi üzrə iddiaçıya olan əsas və faiz borcunun məbləğini müəyyən etmək üçün iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası keçirilmiş, ekspert rəyi ilə “İSP Sapfir Aze” MMC-nin ##.##.2025-ci il tarixə (bildiriş göndərildiyi tarixə) ödənilməli əsas borcu 138 276.34 manat, faiz borcu 9198.71 manat məbləğində olması müəyyən edilmişdir. Məhkəmənin ekspert rəyi ilə razılaşmaması üçün əsaslar mövcud deyil və iddiaçı bank da iddiasında həmin kredit müqaviləsi üzrə 138 253.30 manat əsas borcun tutulmasını tələb etmişdir. Belə olan halda kredit müqaviləsi üzrə əsas borcun tutulması hissəsində iddia tam təmin edilməli, cavabdeh “İSP Sapfir AZE” MMC-dən mübahisəli kredit müqaviləsi əsas borc qismində 138 253.39 manat məbləğində pul vəsaiti tutulmalıdır. Faiz borcuna gəldikdə məhkəmə qeyd edir ki, İddiaçı ASC ##.##.2025-ci il tarixdə borc alan və ipoteka qoyana ipotekaya tutma yönədilməsi barədə bildiriş göndərməklə mübahisəli kredit müqaviləsinə vaxtından əvvəl xitam vermək barədə iradəsini qarşı tərəfə çatdırmışdır. Odur ki, həmin tarixdən mübahisəli kredit müqaviləsi ləğv edilmiş hesab edildiyindən iddiaçı yalnız həmin tarixədək olan müddət üçün kredit müqaviləsi üzrə faiz borcunu tələb edə bilər. Odur ki, ekspert rəyində müəyyən edilmiş (pretenziyanın göndərildiyi tarixə) müqavilə üzrə tutulacaq faiz borcu 9198,71 manat məbləğində müəyyən edilməlidir. 20.3. Məhkəmə zamin cavabdeh1 İsmayıl oğlunun ## ###### 2024-cü il tarixli 100875- ******/* saylı kredit müqavilə üzrə borc alan “İSP Sapfir AZE” MMC-nin bütün öhdəliklərinə zamin durduğundan həmin öhdəliklərə görə borc alanla birgə məsuliyyət daşıdığını nəzərə alaraq hesab edir ki, İddiaçı ASC kredit müqaviləsi üzrə borcun (kredit, faiz borcu daxil olmaqla) müştərək (birgə) qaydada borc alan və zamindən tutulmasını tələb etməkdə də haqlıdır. 20.4. Borc üzrə tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə münasibətdə məhkəmə qeyd edir ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı olaraq ipoteka müqaviləsinə əsasən cavabdeh1 İsmayıl oğluna məxsus yuxarıda qeyd edilən daşınmaz əmlak iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. İpotekaya tutma yönəldilməsi ilə bağlı “İpoteka haqqında” Qanunda nəzərdə tutulmuş prosedura əməl edilmişdir. 20.5. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, “İpoteka haqqında” Qanunun 34-cü maddəsində nəzərdə tutulmuş əsaslar olduğundan və ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququ yarandığından iddia tələbi tutmanın ipoteka predmetinə yönəldilməsi hissəsində təmin edilməli, tutma cavabdeh1 İsmayıl oğluna məxsus ünvan 2 ünvanında yerləşən 0.085 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 202.5 kv.m-dən ibarət ** saylı fərdi yaşayış evinə yönəldilməli, həmin əmlak açıq hərracda satılmalı, əmlakın satışından əldə olunmuş vəsait hesabına banka olan borc ödənilməli, satışdan artıq məbləğ qalarsa, qalan məbləğ cavabdeh1 İsmayıl oğluna qaytarılmalıdır. 20.6. Məhkəmə qiymətləndirici rəyini əsas götürərək hesab edir ki, ipoteka predmeti olan, ünvan 2 ünvanında yerləşən 0.085 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 202.5 kv.m-dən ibarət ** saylı fərdi yaşayış evinin ilkin satış qiyməti 285 000 (iki yüz səksın beş) manat müəyyən edilməlidir. 20.7. Məhkəmə həmçinin hesab edir ki, iddia qismən təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 437,45 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
21. Gəldiyi nəticənin hüquqi əsaslandırması zamanı məhkəmə, Mülki Məcəllənin 385.1-ci, 386-cı, 442-ci, 443.1-ci, 448.1-ci, 462.1-ci, 467-ci, 470-ci, 472-ci, 739-cu, 743-cü, “İpoteka haqqında Qanun”un 1.0.6-cı, 3.1-ci, 10.4-cü, 11.1-ci, 11.2-ci, 34.1-ci, 41.1-ci, 47.5-ci maddələrinə istinad etmişdir.
22. Qətnamədən iddiaçı bankın nümayəndəsi apellyasiya şikayəti verərək onun qismən – faiz borcu tələbinin qismən təmin olunmaması ilə bağlı hissədə ləğv olunmasını və həmin hissədə iddia tələbinin tam təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini aşağıda göstərildiyi kimi əsaslandırmışdır: “Mülki Məcəllənin 385.1-cimaddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir. Özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hеsablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğin krеditоra ödənildiyi günə qədər tutulur. Bank tərəfindən ## ###### 2025-ci il tarixinə kimi cavabdehin ödəməli olduğu əsas borcun, faizlərin məbləği hesablanmış və həmin məbləğin ödənilməsi ona qarşı tələb kimi irəli sürülmüşdür. Hesab edirik ki, məhkəmə iş üzrə düzgün nəticəyə gəlməmişdir. Belə ki, Məhkəməyə təqdim edilmiş hesabdan çıxarışdan görünür ki,cavabdehin kredit müqaviləsi üzrə sonuncu ödənişi ##.##.2024-cü il tarixdə olmuş və həmin tarixdən sonra da heç bir ödəniş edilməmişdir. Həmçinin, hesabdan çıxarışdan görünür ki, hazırkı vaxta kimi cavabdeh tərəfindən cəmi 26 871.81 manat məbləğində kredit ödənişi edilmiş və həmin məbləğin 11746.70 manatı əsas borcdan, 15125.11 manatı isə faiz borcundan silinmişdir. Göründüyü kimi, həmin ödənişlər nəzərə alınmaqla,cavabdehin ##.##.2025-ci il tarixə banka 138 253.30 manat məbləğində əsas bоrcu və 11 119.24 manat faiz borcu оlmaqla, cəmi 149 372.54 manat məbləğində kredit bоrcu yaranmışdır. Lakin məhkəmə tərəfindən ekspert rəyi əsas götürülərək faiz borcunun məbləği 9198.71 manat müəyyənləşdirilmişdir. Hesab edirik ki, ekspert tərəfindən faiz borcunun məbləği düzgün hesablanmamış, cavabdeh tərəfindən ödənilmiş məbləğlərin silinməsi və gecikdirilmə günlərinə hesablanmış faizləri nəzərə alınmamışdır. Məhkəmə işə baxarkən işin bu hallarını araşdırmadan əsassız qətnamə qəbul etmişdir. Bundan əlavə ekspert kredit müqaviləsi üzrə borcu hesablayarkən Mülki Məcəllənin 449.4-cü maddəsinin tələblərini nəzərə almayaraq borcu hesablamışdır. Belə ki, ekspertə təqdim edilmiş hesabdan çıxarış onun tərəfindən düzgün nəzərə alınmamış və nəticədə irəli sürülmüş tələblə ekspertin müəyyən etdiyi məbləğ arasında olan fərqin hüquqi əsaslandırılması aparılmamışdır. Kredit müqaviləsinin 7.3-cü bəndinə əsasən, müqavilənin və müqavilənin əlavəsi olan ödəniş cədvəli üzrə müəyyən edilmiş müddətlərdə və məbləğdə ödəniş aparılmadıqda, gecikdirilmiş hər gün üçün gecikdirilmiş əsas məbləğin 0.5 faizi həcmində faiz hesablanır və tam həcmdə ödənilməlidir. Odur ki, cavabdeh razılaşdırılmış cədvəl üzrə ödənişləri etmədiyinə görə kredit üzrə əsas və ona hesablanan faiz borcunun ödənilməsi gecikdirilmişdir. Buna görə də müqavilənin 7.3-cü bəndinə əsasən gecikdirilmiş əsas borca gecikdirilmə faizləri (dəbbə pulu) hesablanmış və ümumilikdə 380.66 manat məbləğində gecikdirilmə faizinə (dəbbə puluna) silinmişdir. Lakin müqavilənin 7.3-cü bəndinə əsasən aparılmış silinmələr ekspert rəyində öz əksini tapmamışdır. Ekspert rəyində qeyd olunur ki, ## ###### 2024-cü il tarixli ************/* №-li kredit müqaviləsində cərimə nəzərdə tutulsa da, bank tərəfindən təqdim edilən sənədlərdə cərimə borcunun hesablanması ilə əlaqədar məlumat (cərimə hesabı üzrə çıxarış) olmadığı üçün cavabdeh “İSP SAPFİR AZE" MMC-yə cərimə borcu hesablanmamışdır. Buna baxmayaraq, həmin silinmələri cərimə kimi nəzərə almasa da qərəzli ya qeyri-peşəkarlıq göstərərək həmin silinmələri əsas və faiz borcundan silmişdir. Halbuki, ekspert kredit müqaviləsi və təqdim edilmiş sənədlərlə ətraflı tanış olsaydı ona aydın olardı ki, Bank müqavilənin 7.3-cü bəndinə və qanunvericiliyin tələblərinə əsasən hesablanmış gecikdirilmə faizləri (dəbbə pulu) tutma hüququ var və hüquqdan istifadə edərək həmin silinmələri aparmışdır. Ekspert rəyi ilə müəyyən olunmuş faiz borcu məbləği ilə bankın tələb etdiyi faiz borcu məbləği arasında fərq yaranmışdır. Məhkəmə bank tərəfindən təqdim edilmiş sənədləri ekspert rəyinə münasibətdə düzgün qiymətləndirməmiş və nəticədə bu hal düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olmuşdur.”
23. Qətnamədən cavabdeh cavabdeh1 İsmayıl oğlunun nümayəndəsi (vəkili) də apellyasiya şikayəti verərək, onun ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində ləğv edilməsini və həmin hissədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini məhkəmənin, əmlakın qiymətinin müəyyən edilməsi üçün yalnız bir firmanın verdiyi rəyi əsas götürdüyü, lakin əmlakın real dəyərinin 600 000 manatdan çox olduğu, məhkəmənin ipoteka üzrə qiymətləndirməni iddiaçının istəyi ilə iddiaçı təşkilatın əməkdaşları ilə yaxınlığı olan firmaya həvalə etdiyi arqumentləri ilə əsaslandırmışdır.
Apellyasiya şikayət(lər)inə qarşı etiraz(lar)
24. Apellyasiya şikayət(lər)inə qarşı yazılı etiraz(lar) verilməmişdir.
Apellyasiya baxışı, izahat
25. İşə baxılmasının vaxtı (yeri) barədə lazımi qaydada məlumatlandırılmış iddiaçı nümayəndəsini məhkəməyə göndərməmiş, cavabdeh1 İsmayıl oğlunun məhkəmə iclasında iştirak edən nümayəndəsi (vəkili) isə özünün apellyasiya şikayətinin dəlillərini müdafiə edərək müvafiq qətnamə çıxarılmasını xahiş etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
26. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.
27. Maddə 14.2.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.
28. Maddə 385. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
29. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
30. Maddə 425. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
31. Maddə 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
“İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu
32. Maddə 33. Borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər.
33. Maddə 34.1.1. Əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnu yaradır.
34. Maddə 39.3..3. Məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir.
“Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu
35. Maddə 9.2. Qanunla müəyyən edilən hallarda qiymətləndirmə məhkəmənin və ya inzibati orqanın qiymətləndirmənin təyin olunması haqqında qərarı və icra məmurunun sifarişi əsasında da aparıla bilər. Qiymətləndirməni təyin (sifariş) edən orqan və ya vəzifəli şəxs qiymətləndiricini bu Qanunun tələblərinə uyğun olaraq qiymətləndirmə obyektinin mülkiyyətçisi ilə razılaşdırmaqla seçir. Belə razılıq əldə olunmazsa, qiymətləndirici Qiymətləndiricilər Palatası tərəfindən müəyyən edilir.
“Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında” Qanun
36. Maddə 17. İlkin məhkəmə ekspertizasının rəyi kifayət qədər aydın olmadıqda, ekspert qoyulmuş sualları tam həll etmədikdə və ya tədqiqat aparılmış obyektlərə dair əlavə suallar yarandıqda, aparılmış tədqiqatın və ya rəydəki boşluğun aradan qaldırılması üçün əlavə məhkəmə ekspertizası təyin edilir və onun aparılması həmin ekspertə və ya başqa ekspertə həvalə edilir.
37. Maddə 18. Ekspertin rəyi kifayət qədər əsaslı olmadıqda və ya şübhə doğurduqda, yaxud onun əsaslandığı sübutlar etibarsız (qeyri-mötəbər) hesab edildikdə və ya ekspertiza aparılmasının prosessual qaydaları pozulduqda təkrar ekspertiza aparılır.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
38. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
39. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
40. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.
41. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
42. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
43. Maddə 97.1. İşə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər.
44. Maddə 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir.
45. Maddə 102.1. Ekspertin rəyi kifayət qədər aydın və ya tam olmadıqda, məhkəmə əlavə ekspertiza təyin edə bilər və onun keçirilməsini həmin və ya başqa ekspertə tapşıra bilər.
46. Maddə 102.2. Məhkəmə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda, ekspertiza aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bilər.
47. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.
48. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
49. Maddə 385. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya baxışının həddi
50. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
51. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
52. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının həddini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının iddiaçı bankın “İSP Sapfir AZE” MMCdən və cavabdeh1 İsmayıl oğlundan 11 119,24 (on bir min bir yüz on doqquz manat, iyirmi dörd qəpik) manat faiz borcunun xeyrinə tutulması” tələbinin qismən təmin edilməyən hissəsi üzrə, habelə “ünvan 1 ünvanında yerləşən 0.085 ha torpaq sahəsinin və onun üzərində yerləşən ümumi sahəsi 202.5 kv.m-dən ibarət ** saylı fərdi yaşayış evinin ilkin satış qiymətinin 285 000 manat müəyyənləşdirilməsi” hissəsi üzrə yoxlanılması təşkil edir. Belə ki, “İSP SAPFİR AZE” MMC qətnamədən apellyasiya şikayəti verməmiş, iddiaçı bank və cavabdeh1 İsmayıl oğlu isə qətnamənin yalnız qeyd olunan hissələrini mübahisələndirmişlər.
53. Başqa sözlə qətnamənin, “İSP Sapfir AZE” MMC-dən və cavabdeh1 İsmayıl oğlundan birgə qaydada ## ###### 2024-cü il tarixli ******-******/* saylı krеdit müqaviləsi üzrə 138 253,30 manat məbləğində krеdit bоrcunun və dövlət rüsumunun əvəzi olaraq 437,45 manatın “xxxx” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, tutmanın cavabdeh1 İsmayıl oğluna məxsus ünvan 1 ünvanında yerləşən 0.085 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 202.5 kv.mdən ibarət ** saylı fərdi yaşayış evinə yönəldilməsi, həmin əmlakın açıq hərracda satılması, satışdan əldə olunmuş vəsait hesabına iddiaçıya olan borcun ödənilməsi, satışdan artıq məbləğ qalarsa, qalan məbləğin cavabdeh1 İsmayıl oğluna qaytarılması, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 manat pul vəsaitinin 90 manat hissəsinin cavabdeh1 İsmayıl oğlundan və “İSP Sapfir AZE” MMC-dən müştərək qaydada, 10 manat hissəsinin isə İddiaçı ASCdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsi, qiymətləndirmə rəyinin alınmasına görə 350 manat məbləğində pul vəsaitinin 300 manat hissəsinin “İSP Sapfir AZE” MMC-dən və cavabdeh1 İsmayıl oğlundan müştərək qaydada, 30 manat hissəsinin isə İddiaçı ASC-dən tutularaq “xxxx” MMC-yə ödənilməsi” hissələri hazırkı apellyasiya baxışının predmeti deyildir.
Məhkəmə kollegiyasının mövqeyi
54. Kollegiya birinci instansiya məhkəməsinin borcun məbləği ilə bağlı mövqeyi ilə razılaşaraq və iddiaçı bankın nümayəndəsinin “faiz borcunun düzgün hesablanmadığı” dəlilini əsassız sayaraq qeyd edir ki, borcalana kredit müqaviləsinin ləğv ediləcəyi barədə ##.##.2025-ci il tarixdə xəbərdarlıq məktubu göndərildiyindən, Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” ##.##.2023-cü il tarixli qərarındakı hüquqi mövqelərə görə, həmin tarixdən sonra müqavilədə nəzərdə tutulmuş faiz dərəcəsi ilə faiz borcu hesablana bilməz; buna görə də, cavabdehlərdən tutulmalı olan faiz borcunun məbləği ilə bağlı məhz ##.##.2025-ci il tarixinə aparılmış hesablama əsas götürülməlidir.
55. Həmin qərarında Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, “kredit müqaviləsi üzrə öhdəliyin pozulması səbəbindən kreditorun Mülki Məcəllənin 447.1-ci maddəsinə əsasən müqavilədən imtina etdiyi təqdirdə, həmin anadək gecikdirilmiş annuitet ödənişlərinə yaranmış tələb müqavilənin ləğvindən sonra da qüvvədə qalır. Bu öhdəlik müqavilənin ləğv edilməsindən əvvəl yarandığı üçün kreditor onun ödənilməsini tələb etməkdə haqlıdır. Həmçinin, bir tərəfin müqavilə öhdəliyini əhəmiyyətli dərəcədə pozmaqla qarşı tərəfə zərər vurması halında qarşı tərəfin (kontragentin) müqaviləni ləğv etməsi onun məruz qaldığı zərərin ödənilməsini tələb etmək hüququndan məhrum olunması, hüquqa zidd hərəkət edən şəxsin isə mülki məsuliyyətdən azad edilməsi kimi qiymətləndirilə bilməz. Bu halda kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş əlavə müddət bitənədək (ləğv anınadək) pul vəsaitindən istifadə haqqını (faizləri), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər”.
56. Bununla belə kollegiya, cavabdeh cavabdeh1 İsmayıl oğlunun nümayəndəsinin (vəkilinin) ipoteka predmetinin qiyməti ilə bağlı dəlilini qismən əsaslı hesab edir; belə ki, tərəflərin 2020-ci ilin dekabr ayında likvid dəyərini 260 000 manat məbləğində qiymətləndirdikləri ünvan 1 ünvanında yerləşən 0,085 ha torpaq sahəsinə və onun üzərində yerləşən ümumi sahəsi 202,5 kv.dən ibarət ** saylı fərdi yaşayış evinə məhkəmənin təyin etdiyi qiymətləndirici 285 000 manat likvid dəyər müəyyənləşdirmiş, məhkəmə də özünün əldə etdiyi rəyi əsas götürmüşdür.
57. Halbuki, qanunvericiliyin tələbinə görə, qiymətləndirməni təyin (sifariş) edən orqan və ya vəzifəli şəxs qiymətləndiricini qiymətləndirmə obyektinin mülkiyyətçisi ilə razılaşdırmaqla seçməlidir və əgər belə razılıq əldə olunmazsa, qiymətləndirici Qiymətləndiricilər Palatası tərəfindən müəyyən olunmalıdır (§ 35).
58. Apellyasiya baxışı zamanı qanunverciliyin göstərilən tələbinə uyğun olaraq təyin olunmuş qiymətləndirmə əsasında tədqiqat aparan və əmlaka baxış keçirən qiymətləndirici ünvan 1 ünvanında yerləşən 0,085 ha torpaq sahəsinin və onun üzərində yerləşən ümumi sahəsi 202,5 kv.dən ibarət ** saylı fərdi yaşayış evinin bazar dəyərini 472 000 manat, likvid dəyərini isə 401 000 manat məbləğində qiymətləndirmişdir.
59. Kollegiyanın qənaətinə görə, 2020-ci ildən sonrakı dövrdə ölkənin daşınmaz əmlak bazarında kəskin qiymət dəyişikliyinin baş verdiyinin bilinən hal olması, həmçinin müvafiq rəyin qanunun tələb etdiyi prosedur qaydaya uyğun şəkildə əldə edilməsi, apellyasiya baxışı zamanı təyin olunmuş qiymətləndiricinin müəyyən etdiyi 401 000 manat likvid qiyməti daha ağlabatan hesab etməyə imkan verir.
60. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna əsasən kollegiya hesab edir ki, apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumlarının məbləğləri apellyatorların özlərinə aid edilməli, qiymətləndirmənin aparılması xərci ilə bağlı məhkəməyə hər hansı hesabat təqdim olunmadığı üçün həmin məsələyə münasibət bildirilməməlidir. Qeyd olunmalıdır ki, məhkəmə xərclərinin bölüşdürülməsi məsələsi prosessual qanunvericiliklə tənzimlədiyindən, bununla bağlı qərar qəbul edərkən məhkəmə, müvafiq tələbin olub-olmamasına bağlı deyildir.
61. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDİ:
cavabdeh1 İsmayıl oğlunun nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin e-*-*(***)-****/**** saylı iş üzrə ## ###### 2025-ci il tarixli qətnaməsi “ünvan 1 ünvanında yerləşən 0,085 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 202,5 kv.m-dən ibarət ** saylı fərdi yaşayış evinin ilkin satış qiymətinin 285 000 (iki yüz səksən beş min) manat müəyyən edilməsi” hissəsində dəyişdirilsin. ünvan 1 ünvanında yerləşən 0,085 ha torpaq sahəsinin və onun üzərində yerləşən ümumi sahəsi 202,5 kv.m-dən ibarət ** saylı fərdi yaşayış evinin ilkin satış qiyməti 401 000 (dörd yüz bir min) manat məbləğində müəyyən edilsin. İddiaçı ASC-nin apellyasiya şikayəti təmin olunmasın və qətnamə mübahisələndirilən digər hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumlarının məbləğləri tərəflərin özlərinə aid edilsin. Qətnamənin “ünvan 1 ünvanında yerləşən 0.085 ha torpaq sahəsinin və onun üzərində yerləşən ümumi sahəsi 202.5 kv.m-dən ibarət ** saylı fərdi yaşayış evinin ilkin satış qiymətinin 401 000 manat məbləğində müəyyən edilməsi” hissəsindən, qətnamə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən hakim Elnur Həsənov
Hakimlər Tural Qocayev
Səməd Cəfərov