Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2-2(3-6)-281/2026 03.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Azərbaycan Respublikası adından Iddiaçı İddiaçı QSC-nin cavabdeh cavabdeh1 qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi üzrə (açar sözlər:icarə müqaviləsi, icarə haqqı tələbi, icarə obyektindən istifadəyə maneə yaradılması arqumenti) Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası Hakimlər Leyla Rauf qızı Əliyevanın sədrliyi və məruzəsi ilə, X1 və Ziya Allahverdi oğlooou Şirinovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, Iddiaçı İddiaçı QSC-nin cavabdeh cavabdeh1 qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-****/**** saylı qətnaməsindən cavabdeh cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi Işin halları:
1. İddiaçı QSC ilə cavabdeh1 arasında ##.##.2025-ci il tarixli icarə müqaviləsindən görünür ki, Icarəyəverən mülkiyyətində olan, İddiaçı QSC-nın Bilgəh sanatoriyası-filialı ünvanında yerləşən 3000 (üç min) kv.metr olan qeyri-yaşayış sahəsini (bundan sonra “icarə obyekti”) müqavilə ilə müəyyən olunan şərtlərlə və qaydada icarəyə verməyi öz öhdəsinə götürür, Icarəçi isə icarə obyektini istifadəsinə qəbul edib əvəzində Icarəyəverənə bu müqavilədə nəzərdə tutulan məbləğdə və qaydada icarə haqqı ödəməyi öhdəsinə götürür. Bu müqavilənin: 2.1-ci bəndinə əsasən, Bu Müqavilə üzrə icarə məbləği ƏDV daxil cəmi 20000 (AZN müəyyən olunur. Ümumi məbləğdən ƏDV daxil 150 manat ilin bir ayı ərzində (mart), 300 manat ilin iki ayı ərzində (aprel, fevral), 1000 manat ilin bir ayı ərzində (may), 5000 manat ilin üç ayı ərzində (iyun, iyul, avqust), 1050 manat ilin bir ayı ərzində (sentyabr), 700 (manat ilin iki ayı ərzində (oktyabr, noyabr), 400 manat ilin iki ayı ərzində (dekabr, yanvar) ödəniləcək. 2.2-ci bəndinə əsasən, Icarə məbləği hər ayın ilk 5 iş günü ərzində köçürmə yolu ilə ödənilir. 6.3-cü bəndinə əsasən müqavilənin şərtləri icarəçi tərəfindən mühüm dərəcədə pozulduğu və bu pozuntu 10 gün ərzində aradan qaldırılmadığı hallarda, Icarəyəverən birtərəfli qaydada bu müqaviləni ləğv edə bilər. Müqavilə iddiaçının imzası və möhürü, cavabdehin isə imzası ilə təsdiq edilmişdir.
2. İddiaçı QSC ilə cavabdeh1 arasında ##.##.2025-ci il tarixli icarə müqaviləsindən görünür ki, Icarəyəverən mülkiyyətində olan, İddiaçı QSC-nın Bilgəh sanatoriyası-filialı ünvanında yerləşən 5248 kv.metr olan qeyriyaşayış sahəsini müqavilə ilə müəyyən olunan şərtlərlə və qaydada icarəyə verməyi öz öhdəsinə götürür, Icarəçi isə icarə obyektini istifadəsinə qəbul edib əvəzində Icarəyəverənə bu müqavilədə nəzərdə tutulan məbləğdə və qaydada icarə haqqı ödəməyi öhdəsinə götürür. Bu müqavilənin: 2.1-ci bəndinə əsasən, Bu Müqavilə üzrə icarə məbləği ƏDV daxil cəmi 33000 manat müəyyən olunur. Ümumi məbləğdən ƏDV daxil 2000 manat ilin bir ayı ərzində (may), 10000 manat ilin üç ayı ərzində (iyun, iyul, avqust), 1000 manat ilin bir ayı ərzində (sentyabr) ödəniləcək. 2.2-ci bəndinə əsasən, Icarə məbləği hər ayın ilk 5 iş günü ərzində köçürmə yolu ilə ödənilir. 6.3-cü bəndinə əsasən müqavilənin şərtləri icarəçi tərəfindən mühüm dərəcədə pozulduğu və bu pozuntu 10 gün ərzində aradan qaldırılmadığı hallarda, Icarəyəverən birtərəfli qaydada bu müqaviləni ləğv edə bilər Müqavilə iddiaçının imzası və möhürü, cavabdehin isə imzası ilə təsdiq edilmişdir.
3. ##.##.2025-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, ##.##.2025-ci və ##.##.2025-ci tarixli icarə müqavilələri üzrə yaranmış borcun 10 gün ərzində ödənilməsi tələb edilmiş, əks təqdirdə icarə müqavilələrinə İddiaçı QSC tərəfindən birtərəfli qaydada xitam veriləcəyi bildirilmişdir.
4. ##.##.2025-ci il tarixli üzləşmə aktından görünür ki, cavabdeh ##.##.2025-ci il tarixli icarə müqaviləsi üzrə 5589,68 manat borcunun olduğunu təsdiq etmiş, üzləşmə aktı iddiaçının imzası və möhürü, cavabdehin isə imzası ilə təsdiq edilmişdir.
5. ##.##.2025-ci il tarixli üzləşmə aktından görünür ki, cavabdeh ##.##.2025-ci il tarixli icarə müqaviləsi üzrə 10229 manat borcunun olduğunu təsdiq etmiş, üzləşmə aktı iddiaçının imzası və möhürü, cavabdehin isə imzası ilə təsdiq edilmişdir.
6. İddiaçı QSC tərəfindən cavabdeh1 göndərilmiş ##.##.2025- ci il tarixli pretenziya məktubundan görünür ki, iddiaçı cavabdehdən hər iki müqavilə üzrə ümumilikdə 15818,68 manat yaranmış borcun 3 gün müddətinə qaytarılmasını xahiş etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağını bildirmişdir.
7. ##.##.2025-ci il tarixli ********** nömrəli qəbzdən görünür ki, İddiaçı QSC tərəfindən 138 manat dövlət rüsumu ödəmişdir. Birinci instansiya məhkəməsindəki icraat:
8. Iddiaçı İddiaçı QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh cavabdeh1 15818,68 manat icarə haqqı borcu və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 138 manat dövlət rüsumu, ümumilikdə 15956,68 manat alınaraq, iddiaçı İddiaçı QSC-yə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. Iddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə (Icarəyəverən) cavabdeh1 (Icarəçi) arasında ##.##.2025-ci il və ##.##.2025-ci il tarixlərdə icarə müqavilələri bağlanmışdır. ##.##.2025-ci il tarixli müqavilə üzrə İddiaçı QSC-nin “Bilgəh” Kardioloji Sanatoriyasının ərazisindən 3000 kv.metr qeyri- yaşayış sahəsi icarəyə verilmiş, müqavilənin müddəti ##.##.2026-cı il tarixə kimi, cəmi icarə haqqı isə 20000 manat müəyyən edilmişdir. 20000 manat icarə haqqının ödəniş qaydası aşağıdakı kimi nəzərdə tutulmuşdur (müqavilənin 2.1-ci bəndi): Mart – 150 m.; Aprel – 300 m.; May – 1000 m.; Iyun – 5000 m.; Iyul – 5000 m.; Avqust – 5000 m.; Sentyabr – 1050 m.; Oktyabr – 700 m.; Noyabr – 700 m.; Dekabr – 400 m.; Yanvar – 400 m.; Fevral – 300 m. Cavabdeh cavabdeh1 2025-ci ilin mart, aprel və may ayları üçün icarə haqqlarını ödəmiş, iyun ayı üçün 5000 manat əvəzinə 3120 manat ödəmiş, iyul ayı üçün isə 5000 manat icarə haqqını ödəməmişdir (məbləğ hər ayın ilk 5 günü ərzində ödənilməli idi). Ona görə də müqavilə şərtləri əhəmiyyətli dərəcədə pozulduğu üçün İddiaçı QSC tərəfindən cavabdehə ##.##.2025-ci il tarixdə öhdəliyin icrası barədə xəbərdarlıq məktubu göndərilmiş və 10 gün ərzində öhdəlik icra olunmadığı üçün icarə müqaviləsinə ##.##.2025-ci il tarixdə İddiaçı QSC tərəfindən birtərəfli qaydada xitam verilmişdir. Nəticədə ##.##.2025-ci il tarixli müqavilə üzrə cavabdeh cavabdeh1 5589,68 manat icarə haqqı borcu qalmışdır (iyun 1880+iyul 3709,68=5589,68). Icarə müqaviləsinə ##.##.2025-ci il tarixdə xitam verildiyi üçün iyul ayı üzrə icarə haqqı ##.##.2025-ci il tarixə kimi hesablanmışdır. Hər iki tərəf arasında imzalanmış ##.##.2025-ci il tarixli üzləşmə aktı ilə 5589,68 manat borc təsdiq edilmişdir. ##.##.2025-ci il tarixli müqavilə üzrə İddiaçı QSC-nin “Bilgəh” Kardioloji Sanatoriyasının ərazisindən 5248 kv.metr qeyri-yaşayış sahəsi icarəyə verilmiş, müqavilənin müddəti ##.##.2025-ci il tarixə kimi, cəmi icarə haqqı isə 33000 manat müəyyən edilmişdir. 33000 manat icarə haqqının ödəniş qaydası aşağıdakı kimi nəzərdə tutulmuşdur (müqavilənin 2.1-ci bəndi): May – 2000 m.; Iyun – 10000 m.; Iyul – 10000 m.; Avqust – 10000 m.; Sentyabr – 1000 m. Cavabdeh cavabdeh1 2025-ci ilin may ayı üçün icarə haqqını ödəmiş, iyun ayında 10000 manat icarə haqqını ödəməmiş, iyul ayında 10000 manat əvəzinə 5900 manat ödəmişdir. Ona görə də müqavilə şərtləri əhəmiyyətli dərəcədə pozulduğu üçün İddiaçı QSC tərəfindən cavabdehə ##.##.2025-ci il tarixdə öhdəliyin icrası barədə xəbərdarlıq məktubu göndərilmiş və 10 gün ərzində öhdəlik icra olunmadığı üçün icarə müqaviləsinə ##.##.2025-ci il tarixdə İddiaçı QSC tərəfindən birtərəfli qaydada xitam verilmişdir. Nəticədə ##.##.2025-ci il tarixli müqavilə üzrə cavabdeh cavabdeh1 10229 manat icarə haqqı borcu qalmışdır (iyun 10000+iyul 229=10229). Icarə müqaviləsinə ##.##.2025-ci il tarixdə xitam verildiyi üçün iyul ayı üzrə icarə haqqı ##.##.2025- ci il tarixə kimi hesablanmışdır. Hər iki tərəf arasında imzalanmış ##.##.2025-ci il tarixli üzləşmə aktı ilə 10229 manat borc təsdiq edilmişdir. Beləliklə ##.##.2025-ci il tarixli müqavilə üzrə 5589,68 manat, ##.##.2025-ci il tarixli müqavilə üzrə 10229 manat, cəmi 15818,68 manat icarə haqqı borcu bu günə kimi cavabdeh cavabdeh1 tərəfindən ödənilməmişdir. Borcun ödənilməsi üçün elektron məhkəmə sistemi vasitəsi ilə cavabdeh cavabdeh1 ##.##.2025-ci il tarixdə pretenziya ünvanlanmış, lakin pretenziya tələbi icra edilməmişdir.
10. Iddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq maddələrinə istinad olunmuşdur.
11. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-****/**** saylı qətnaməsi ilə iddia təmin edilmişdir. Cavabdeh cavabdeh1 ##.##.2025-ci il tarixli icarə müqaviləsi üzrə 5589,68 manat icarə haqqı borcunun, ##.##.2025-ci il tarixli icarə müqaviləsi üzrə 10229 manat icarə haqqı borcu olmaqla, ümumilikdə 15818,68 borcun və ödənilmiş cəmi 138 manat dövlət rüsumunun əvəzi tutularaq iddiaçı İddiaçı QSC-nin xeyrinə ödənilməsi qət edilmişdir.
12. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, tədqiq olunan sübutlar əsasında məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında ##.##.2025-ci il tarixli və ##.##.2025-ci il tarixli icarə müqavilələrindən irəli gələn öhdəlik münasibəti yaranmış, iddiaçı mülkiyyətində olan, İddiaçı QSC-nın Bilgəh sanatoriyası-filialı ünvanında yerləşən 3000 kv.metr olan qeyri-yaşayış sahəsini (bundan sonra “icarə obyekti”) müqavilə ilə müəyyən olunan şərtlərlə və qaydada icarəyə verməyi öz öhdəsinə götürmüş, cavabdeh isə icarə obyektini istifadəsinə qəbul edib əvəzində Icarəyəverənə bu müqavilədə nəzərdə tutulan məbləğdə və qaydada icarə haqqı ödəməyi öhdəsinə götürmüşdür. Icarə obyekti cavabdehə təhvil verilmiş, tərəflər ##.##.2025-ci il tarixli üzləşmə aktları tərtib etməklə 15818,68 manat borcun olduğunu təsdiq etmişlər. Məhkəmə tərəflərin münasibətini aydınlaşdırıb, iş materiallarını tədqiq edərək, sübutları qiymətləndirib belə qənaətə gəlir ki, iddia təmin olunmalıdır. Çünki iddiaçı müqavilə üzrə öhdəliyini yerinə yetirərək müqavilənin şərtlərinə uyğun icarə obyektini cavabdehə təhvil vermiş, lakin cavabdeh öhdəliyini icra etməyərək icarə götürdüyü obyektlə bağlı icarə haqlarını iddiaçıya tam ödəməmişdir. Cavabdehin iddiaçıya borcunun olması iş materiallarına əlavə edilmiş ##.##.2025-ci il tarixli və ##.##.2025-ci il tarixli icarə müqavilələri, üzləşmə aktları və tərəflərin izahatları ilə təsdiq olunur. Buna görə də iddiaçının cavabdehdən MM-nin 700.1-ci maddəsinə əsasən icarə haqqını tələb etmək hüququ vardır və onun tələbi haqlıdır. Cavabdeh məhkəmə iclasında borc məbləğini qəbul etdiyini, lakin imkanı olmadığından ödəyə bilmədiyini qeyd etmiş və bu halın məhkəmə tərəfindən nəzərə alınmasını xahiş etmişdir. Bununla bağlı məhkəmənin mövqeyi belədir ki, MM-nin 448.1-ci maddəsinin tələbi baxımından borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və maddi vəziyyətinin çətinləşməsi onu öhdəliyin icrasından azad etmir. Beləliklə məhkəmə, qanunvericilik normalarını, müqavilənin şərtlərini, cavabdehin müqavilə öhdəliklərini tam icra etmədiyini, yəni ##.##.2025-ci il tarixli və ##.##.2025-ci il tarixli icarə müqavilələri üzrə ümumilikdə 15818,68 manat icarə haqqını ödəmədiyini, belə olan halda isə iddiaçının icarə haqqını tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edib ki, iddia tələbi əsaslıdır, buna görə də 15818,68 manat borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Həmçinin məhkəmə iddianın təmin olunduğunu nəzərə alaraq hesab edir ki, MPMin 119.1-ci bəndinə əsasən ödənilmiş 138 manat dövlət rüsumunun əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
13. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni AR Mülki Məcəlləsinin 385.1, 445.1, 684.1, 700.1, 700.3-cü maddələrinə istinadla əsaslandırmışdır.
14. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri:
15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh məhkəmə iclasında bildirmişdir ki, sanatoriyanın ərazisində tikinti işlərinə başlanılmışdır, ərazidə pulu əl ilə yığmış, lakin sonradan şlaqbaum qoyulmuş və kart sisteminə keçmiş və ona pulun əl ilə yığılmayacağı deyilmişdir. Şlaqbaum qoyulana kimi isə 1 ay yarım dənizə gələn olmadığına görə borc məbləğini ödəməkdə çətinlik çəkmişdir. 2010-cu ildən hazırki vaxtadək həmin parkinq ərazisində işləmişdir. Əvvəllər işlədiyi dövrdə borcların hamısını ödəmişdir. Bildirir ki, məhkəmədə hakim tərəfindən icarə haqqının hansı səbəbdən ödəyə bilməməyi, iddiaçı tərəfindən cavabdehə işləməyə hansı maneələrin qoyulması araşdırılmamışdır. Hazırki vəziyyətdə cavabdehin maddi mənafeyi nəzərə alınmamışdır. Qeyd edilənlərə əsasən hesab edir ki, mülki işə baxan məhkəmə tərəfindən qanunvericiliyin tələbləri qismən pozulmuş, eləcə də məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan faktiki hallar dəqiq aydınlaşdırılmamışdır. Bunun nəticəsi olaraq birinci instansiya məhkəməsi qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Bildirir ki, həmin obyekti icarəyə götürəndən sonra həmin obyektə küllü miqdarda xərc qoymuşdur. Maddi sərfiyyat hesab etdiyindən artıq çıxdığı üçün cavabdeh icarə haqqını ödəməkdə çətinlik çəkmiş və bir 1-2 ay gözləməyi xahiş etmiş, lakin iddiaçı buna məhəl qoymamış, külli miqdarda xərc çəkdiyi obyekti əlindən alaraq başqa şəxsə vermişdir. Hazırda cavabdehin çəkdiyi xərc səbəbindən iddiaçı tərəfin obyektinin dəyəri qalmışdır. Məhkəmə iş üzrə müəyyən edilmiş həqiqi hallara uyğun qətnamə qət etməmiş, iş üzrə bəzi hallara düzgün hüquqi qiymət verilmədən, işi ətraflı araşdırmadan qətnamə qəbul etmişdir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:
16. Iddiaçı tərəfindən apellyasiya şikayətinə qarşı ərizə təqdim edilməmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları:
17. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraz edərək şikakətin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
18. Cavabdeh məhkəmənin vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişlər.
Tətbiq edilən hüquq:
19. Mülki Məcəllənin: -385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -700.1-ci maddəsinə görə icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. Icarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. -700.3-cü maddəsinə əsasən əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir.
20. Mülki Prosessual Məcəllənin: -4.2-ci maddəsinə əsasən məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır. -77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. -119.5-ci maddəsinə görə apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür.
Apellyasiya baxışının hədləri:
21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
22. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
23. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətində göstərilən dəlilləri nəzərə alaraq kollegiya qeyd edir ki, cavabdehin apellyasiya şikayəti qətnamənin ləğv edilməsinə və iddianın tamamilə rədd edilməsinə yönəldilmişdir. Odur ki, qətnamənin əsaslılığı bütövlükdə yoxlanılmalıdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
24. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
25. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdeh cavabdeh1 ilə iddiaçı İddiaçı QSC arasında ##.##.2025 və ##.##.2025-ci il tarixli iki icarə müqaviləsi bağlanmış və həmin müqavilələrə əsasən icarə obyektləri olan qeyri-yaşayış sahələri cavabdehin istifadəsinə verilmişdir. Cavabdeh isə həmin müqavilələrə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etməmiş, icarə haqlarını müqavilələrdə nəzərdə tutulan müddətdə ödəməmiş və nəticədə iki müqavilə üzrə 15818,68 manat məbləğində ümumi icarə haqqı borcu yaranmışdır. Hazırda iddiaçı İddiaçı QSC həmin borcun ödənilməsini tələb edir.
26. Məhkəmə tərkibi əvvəla qeyd edir ki, icarə haqqının tutulması hissəsində iddiaçının tələbinin qanuni əsası Mülki Məcəllənin 700.1-ci maddəsinə söykənir.
27. Kollegiya birinci instansiya məhkəməsinin hazırkı iş üzrə gəldiyi nəticə, eləcə də faktiki halların hüquqi dəyərləndirilməsi ilə razılaşaraq qeyd edir ki, mübahisəli icarə müqavilələri üzrə cavabdehin iddiaçıya 2025-ci ilin mart-##.##.2025-ci il tarixləri arası dövr üçün cəmi 15818,68 manat (hər bir icarə müqaviləsi üzrə ayrı-ayrılıqda 10229 manat və 5589,68 manat) məbləğində icarə haqqı borcunun olması faktı iş materiallarında olan hər iki tərəfin imzaladıqları ##.##.2025-ci il tarixli üzləşmə aktları öz təsdiqini tapır.
28. Yuxarıda göstərilənlərə əsasən kollegiya hesab edir ki, iddiaçı cavabdehdən ümumilikdə 15818,68 manat məbləğində borcun tutulmasını tələb etməkdə haqlıdır.
29. Cavabdehin istinad etdiyi kimi, iddiaçının müqavilənin 3.1.2-ci bəndini pozaraq icarə obyektindən istifadəyə maneələr yaratması iş materialları ilə sübuta yetirilmir. O da qeyd edilməlidir ki, kirayəçinin kirayə obyektindən istifadə edə bilmədikdə istifadə edə biləcəyi hüquqi müdafiə vasitələri Mülki Məcəllənin 677-ci maddəsində müəyyən edilmişdir. Cavabdeh isə iddiaçı tərəfindən icarə haqqı borcu tələb edilənədək həmin vasitələrin heç birindən istifadə etməmiş, əşyadan istifadə edə bilməməsi barədə etirazlarını və iradlarını icarəyə verənə hər hansı bir formada bildirməmişdir ki, bu da cavabdehin arqumentlərinin inandırıcı olmadığını göstərir.
30. Bundan başqa, cavabdeh icarə haqqını ödəyə bilməməsini maliyyə çətinlikləri, mövsümi gəlirlərin azalması və obyektə müəyyən xərclər çəkməsi ilə əsaslandırmışdır. Kollegiya qeyd edir ki, istinad edilən halların öz təsdiqini tapması ehtimal edilsə belə həmin hallar cavabdehi müqavilə üzrə öhdəliklərindən azad etmir.
31. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq edilmiş, düzgün olmayan məhkəmə qətnaməsinin çıxarılmasına səbəb olan prosessual hüquq pozuntulara yol verilməmiş, qətnamədə göstərilən nəticələr işin hallarına uyğundur. Apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Odur ki, şikayət təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
32. Məhkəmə kollegiyası məhkəmə xərclərinə münasibətdə qeyd edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən həmin şikayət verilərkən ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir.
33. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i:
Cavabdeh cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-****/**** saylı saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti üçün ödənilmiş rüsum cavabdehin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Leyla Əliyeva
Hakimlər: Təranə Mahmudova
Ziya Şirinov