Məhkəmə qərarları › İş №2-2(3-6)-288/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(3-6)-288/2026

08.07.2026 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan₼Respublikası₼adından Qətnamə Bakı₼şəhəri İş₼№₼2-2(3-6)-288/2026 08.07.2026 BAKI₼APELLYASIYA₼MƏHKƏMƏSI İddiaçı MMC-nin Cavabdeh qarşı “əmlak, pul” tələbinə dair kommersiya mübahisəsi üzrə (açar₼söz:₼vindikasiya) Hakimlər₼X1₼sədrliyi₼və₼məruzəsi₼ilə,₼X2₼və₼X3₼ibarət₼tərkibdə, Məhkəmə₼iclasının₼katibi₼katibliyi, Iddiaçının₼nümayəndəsi₼Nümayəndə, Cavabdehin₼nümayəndəsi₼və₼vəkili₼vəkil1₼iştirakları₼ilə, Iddiaçı İddiaçı MMC-nin cavabdeh Cavabdeh qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*-*(***)-****/**** saylı qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya₼Məhkəməsinin₼binasında,₼аçıq₼məhkəmə₼iclаsındа₼bаxаrаq,₼müəyyən₼etdi:₼₼₼ Işin halları: 1.

2. X4 (“satıcı”) ilə İddiaçı MMC arasında ##.##.2019-cu il tarixli 005-19 alqı-satqı müqaviləsi₼imzalanmışdır.₼

3. X2 ilə (“borc verən”) ilə İddiaçı MMC (“borc alan”) arasında ##.##.2021-ci il tarixli borc₼müqaviləsi₼imzalanmışdır.₼

4. X2 ilə (“borc verən”) ilə İddiaçı MMC (“borc alan”) arasında ##.##.2021-ci il tarixli borc₼müqaviləsi₼imzalanmışdır.₼

5. X2 ilə (“borc verən”) ilə İddiaçı MMC (“borc alan”) arasında ##.##.2020-ci il tarixli borc₼müqaviləsi₼imzalanmışdır.₼

6. X2 ilə (“borc verən”) ilə İddiaçı MMC (“borc alan”) arasında ##.##.2020-ci il tarixli borc₼müqaviləsi₼imzalanmışdır.₼

7. X2 ilə (“borc verən”) ilə İddiaçı MMC (“borc alan”) arasında ##.##.2020-ci il tarixli borc₼müqaviləsi₼imzalanmışdır.

8. “xxxx” MMC-nin ##.##.2025-ci il tarixli mütəxəssis rəyinə əsasən ## ###### 2025-ci il tarixə İddiaçı MMC-nə məxsus iki ədəd (model ICE-TB04-B01001Z4 kompressor BITZER S6F-30.2) markalı avadanlığın dəyəri 38 000 manat,model ICE-SM02-F0028Z4, kompressor Frascold-Q 28.1Y markalı) soyuducu avadanlığın dəyəri isə 34 000 manat təşkil edir.

Birinci instansiya məhkəməsindəki icraat:

9. Iddiaçı İddiaçı MMC cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh mülkiyyətində olan obyektdən İddiaçı MMC-nə məxsus iki ədəd (model ICE- TB04-B0101Z4, kompressor BITZER S6F 30.2 Y(Ç.K) markalı və model ICE-SM02-F0028Z4, kompressor Frascold-Q 7 28.1Y markalı) soyuducu avadanlıqların və ərizəyə əlavə edilmiş siyahıda qeyd olunan əşyaların cavabdehdən alınaraq iddiaçıya verilməsi barədə qətnamə qəbul₼edilməsini₼xahiş₼etmişdir.₼

10. Iddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şosesi 7 ünvanında yerləşən X3 məxsus ümumi sahəsi 976.1 kv/metr olan qeyri-yaşayış binasının 200 kv/metr hissəsi notarial qaydada icarə müqaviləsi bağlanmaqla ## ###### 2019-cu il tarixdən boş otaqlar şəklində İddiaçı MMC tərəfindən icarəyə götürülmüş, toyuq əti məhsullarının istehsalı məqsədi ilə öz vəsaitləri hesabına uyğun şərait yaratmış, Türkiyə Respublikasından iki ədəd (model ICE-TB04-B0101Z4, kompressor BITZER S6F-30.2 Y(Ç.K) markalı və model ICE-SM02-F0028Z4, kompressor Frascold-Q 7 28.1Y markalıs) soyuducu avadanlıq gətirərək quraşdırmış, həmçinin inzibati binada onlara ayrılmış bir otaq üçün ofis mebelindən tutmuş bütün zəruri əşya və alətləri (tam siyahı ərizəyə əlavə edilir) alaraq qanunvericiliyə uyğun fəaliyyət göstərməyə başlamışlar. Lakin əvvəlki icarəyəverənin dəyişilərək mülkiyyətin Cavabdeh (VÖEN **********) keçməsi ilə əlaqədar olaraq ## #### 2024-cü il tarixdə fiziki şəxs Cavabdeh ilə İddiaçı MMC arasında yeni icarə müqaviləsi bağlanmışdır. MMC-nin fəaliyyətində yaranmış problemlər üzündən icarəyəverənə yazılı xəbərdarlıq etməklə ##.##.2024-cü il tarixdən fəaliyyətini dayandıraraq icarə obyektindən onlara aid olan avadanlıqları çıxarmaq qərara alındı. Bununla razılaşmayan mülkiyyətçi Cavabdeh qeyri-yaşayış binasına təyin etdiyi adamları (Yaqub iş icraçısı) vasitəsi ilə icarə obyektindən onlara məxsus avadanlıqların və s. əşyalarını götürməyə maneə törədir, onları obyektə buraxmır, avadanlıqları və digər əşyalarının ona məxsus olduğunu, obyekti öz mülkiyyətinə almaqla orada olan hər bir əşyanın da onun mülkiyyətinə keçmiş olduğunu bildirərək onların əşya hüquqlarını kobud şəkildə pozaraq əmlakı üzərində özünün qeyri-qanuni sahibliyini həyata keçirmişdir. Məsələnin danışıqlar yolu ilə həll olunmasına heç cür razılaşmır, iş icraçısı Yaqub adlı şəxs vasitəsi ilə dava-dalaş salır, qoluzorluq edərək heç bir qayda qanun tanımadığını bildirərək onları obyektə buraxmır, onlara məxsus avadanlıqları, əmlakı vermirlər.

11. Daha sonra iddiaçı iddia tələbinin həcminin dəqiqləşdirilməsi barədə ərizə verərək, Cavabdeh mülkiyyətində olan obyektdən İddiaçı MMC nə məxsus əmlakın: “ət şoklama kamerası 40 dərəcə \motorxana və kompressorV’ 33000 (otuz üç min) manat, “soyuducu kamerası 18 dərəcə \motorxana və kompressorV’ 35000 (otuz beş min) manat, “farş çəkən ARI makina’’ 19040 (on doqquz min qırx) manat, “stelaj nerj (metal stol)” 3 ədəd biri 800 manat olmaqla cəmi 2400 (iki min dörd yüz) manat, “stelaj nerj sadə” 2 ədəd biri 200 manat olmaqla cəmi 400 (dörd yüz) manat, “doğrayıcı masa nerj” 2 ədəd biri 500 manat olmaqla cəmi 1000 (bir min) manat, “çəki masası nerj” 2 ədəd biri 200 manat olmaqla cəmi 400 (dörd yüz) manat, “mətbəx mebeli” 700 (yeddi yüz) manat, “mətbəx üçün masa” 80 (səksən) manat, “mətbəx üçün stul 8 ədəd” cəmi 48 (qırx səkkiz) manat, “elektrik samovarı” 65 (altmış beş) manat, “elektron tərəzi 300 kq” 75 (yetmiş beş) manat, “elektron tərəzi 150 kq” 65 (altmış beş) manat, “yük daşıma üçün araba” 255 (iki yüz əlli beş) manat, “kondisioner” 2 ədəd biri 300 manat olmaqla cəmi 600 (altı yüz) manat, “elektrik radiatoru” 90 (doxsan) manat, “elektrik qızdırıcı” 63 (altmış üç) manat, “mətbəx üçün stolüstü elektrik plitə” 50 (əlli) manat, “divan” 250 (iki yüz əlli) manat, “ofis mebeli dəsti” 648 (altı yüz qırx səkkiz) manat, cəmi dəyəri 94 229 (doxsan dörd min iki yüz iyirmi doqquz) manat olmaqla 26 adda avadanlıq və əşyaların, həmçinin 6 ay ərzində cavabdehin qanunazidd fəaliyyəti nəticəsində əldən çıxmış fayda olaraq hər ay 3000 (üç min) manatdan cəmi 18000 (on səkkiz min) manat məbləğində dəymiş ziyanın, eləcədə iddiaçı tərəfindən təmir-tikinti işlərinə sərf olunmuş 24000 (iyirmi dörd min) manat məbləğində vəsaitin və dövlət rüsumu olaraq ödənilmiş 426,23 manatın cavabdehdən alınaraq iddiaçıya₼verilməsi₼barədə₼qətnamə₼qətnamə₼qəbul₼edilməsini₼xahiş₼etmişdir.

12. Cavabdehn vəkili və nümayəndəsi tərəfindən məhkəmən elektron kabinetinə daxil edilmiş yazılı izahatda bildirilmişdir ki, ##.##.2024-cü il tarixində cavabdehə heç bir xəbərdarlıq edilmədən iddiaçı şirkətin nümayəndəsi olan Sabir Salmanov adlı şəxs tərəfindən aşağıdakı avadanlıqlar toplanıb aparılmışdır: 1. Farş çəkən ARI makina – 1 ədəd (xxxx) 2. Mətbəx stulları – 8 ədəd (xxxx) 3. Elektrik samovarı – 1 ədəd (xxxx) 4. Elektrik tərəzisi (300 kq) – 1 ədəd (xxxx) 5. Yük daşımaq üçün araba – 1 ədəd (xxxx) 6. Elektrik tərəzisi (150 kq) – 1 ədəd (xxxx) 7. Elektrik radiatoru – 1 ədəd (xxxx) 8. Elektrik qızdırıcısı – 1 ədəd (xxxx) 9. Mətbəx üçün stolüstü elektrik plitə – 1 ədəd (xxxx) Iddia ərizəsində göstərilən əmlaklar və onların yerləşmə vəziyyəti aşağıdakı kimidir: 1. Ət şoklama kamerası (40 dərəcə) – 1 ədəd (cavabdehdədir) 2. Soyuducu kamera (18 dərəcə) – 1 ədəd (cavabdehdədir) 3. Farş çəkən ARI makina – 1 ədəd (xxxx) 4. Stellaj (nerj) – 3 ədəd (cavabdehdədir) 5. Stellaj (sadə) – 2 ədəd (cavabdehdədir) 6. Doğrayıcı masa (nerj) – 2 ədəd (cavabdehdədir) 7. Çəki masası (nerj) – 2 ədəd (cavabdehdədir) 8. Mətbəx mebeli – 1 ədəd (cavabdehdədir) 9. Mətbəx üçün masa– 1 ədəd (xxxx) 10. Mətbəx üçün stul – 8 ədəd (xxxx) 11. Elektrik samovarı – 1 ədəd (xxxx) 12. Elektron tərəzi (300 kq) – 1 ədəd (xxxx) 13. Elektron tərəzi (150 kq) – 1 ədəd (xxxx) 14. Yük daşımaq üçün araba – 1 ədəd (xxxx) 15. Kondisioner – 2 ədəd (cavabdehdədir) 16. Elektrik radiatoru – 1 ədəd (xxxx) 17. Elektrik qızdırıcısı – 1 ədəd (xxxx) 18. Mətbəx üçün stolüstü elektrik plitə – 1 ədəd (xxxx) 19. Divan – 1 ədəd (cavabdehdədir) 20. Ofis dəsti (masa– 2 ədəd, şkaf–₼2₼ədəd,₼tumba₼–₼1₼ədəd,₼stul₼–₼5₼ədəd)₼–₼(cavabdehdədir)

13. Bakı Kommersiya Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*-*(***)-****/**** saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, iddiaçı İddiaçı MMC-yə məxsus ət şoklama kamerası 40 dərəcə motorxana/kompresessor (dəyəri: 33000 manat), soyuducu kamera 18 dərəcə motorxana/kompresessor (dəyəri: 34000 manat) cavabdeh Cavabdeh Feyruz oğlundan alınaraq, avadanlıqlar olmadıqda isə onların müəyyən edilmiş dəyərinin tutularaq iddiaçı İddiaçıMMC-nin xeyrinə ödənilməsi, iddia tələbinin təmin olunmuş hissəsinə mütənasib olaraq 291 manat məbləğində dövlət rüsumunun cavabdeh Cavabdehndan tutularaq iddiaçı İddiaçı MMC-yə ödənilməsi, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının tədqiqat dəyəri olan 300 manat pul vəsaitinin 100 manat hissəsinin iddiaçıdan, 200 manat hissəsinin isə cavabdehdən tutularaq Azərbaycan Respublikası “xxxx” MMC Qiymətləndirmə Şirkətinin bank hesabına ödənilməsi,₼qalan₼hissədə₼iddianın₼rədd₼edilməsi₼qət₼edilmişdir.₼

14. Məhkəmə gəldiyi nəticəni əsaslandıraraq müəyyən etmişdir ki, hazırki iş üzrə iddiaçı idia ərizəsində qeyd edilən əşyalara münasibətdə yalnız, “ət şoklama kamerası 40 dərəcə motorxana/kompresessor (dəyəri: 33000 manat), soyuducu kamera 18 dərəcə motorxana/kompresessor (dəyəri: 34000 manat)” münasibətdə həmin əşyaların ona məxsus olmasını sübuta yetirə bilmişdir. Belə ki, həm məhkəmə təqdim edilmiş alqı-satqı müqavilələri, həmçinin məhkəmə iclasılarında dindirilmiş şahid ifadələri ilə qeyd edilən iki əşyaların iddiaçının mülkiyyətində olması, o əşyaların hazırda cavabdehin mülkiyyətində olan qeyriyaşayış sahəsində quraşdırılması və istifadə edilməsi öz təsdiqini tapmışdır. Iddia ərizəsində qeyd edilən digər əşyalara münasibətdə məhkəmə qeyd etmişdir ki, “farş çəkən ARI makina’’ iddiaçıya məxsus olması təsdiqini tapsa da, məhkəmə iclasında dindirilən şahid S.Salmanov həmin avadanlığı qeyri-yaşayış sahəsindən onun çıxardığını və hal hazırda cavabdehdə olmamasını təsdiq etmişdir. Iddia ərizəsində cavabdehdən tələb olunan digər daşınar əşyalara münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı həmin əşyaların qanuni sahibi olmasını ümuiyyətlə sübuta₼yetirə₼bilməmişdir.₼

15. Məhkəmə tərəfindən araşdırılmalı olan ikinci məsələ iddiaçının mülkiyyətində (qanuni₼sahibliyində)₼olan₼əmlaka₼hazırda₼cavabdehin₼sahiblik₼edib-etməməsidir.

16. Məhkəmə qeyd etmişdir ki, cavabdehin nümayəndəsinin məhkəmə iclaslarında olan izahatları həmçinin yazılı izahatlarla, iddia ərizəsində tələb olunan əşyalardan - ət şoklama kamerası₼(40₼dərəcə),₼soyuducu₼kamera₼(18₼dərəcə),₼cavabdehdə₼olması₼etiraf₼edilmişdir.₼

17. Məhkəmə qeyd edir ki, məhkəmə araşdırması zamanı, iddia ərizəsində tələb olunan əşyalardan ət şoklama kamerası 40 dərəcə motorxana/kompresessor (dəyəri:33000 (otuz üç min) manat), soyuducu kamera 18 dərəcə motorxana/kompresessor (dəyəri:34000 (otuz dörd min) manat) iddiaçıya məxsus olması və hal-hazırda cavabdehin qanunsuz istifadəsində olması sübuta yetirildiyindən, həmin hissədə iddia təmin edilməli, iddia tələbi digər hissədə “farş çəkən ARI makina’’-nın ümumiyyətlə cavabdehdə olmaması və digər əşyaların iddiaçıya₼məxsus₼olması₼sübuta₼yetirilmədiyindən₼iddia₼həmin₼hissədə₼təmin₼edilməməlidir.

18. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 135.1, 135.5, 152.1, 152.4, 157.2, 159 və 166.1-ci maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88 və 222.1-ci maddələri, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair ## #### 2019-cu il Qərarına istinad etməklə əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat

Apellyasiya şikayətlərinin dəlilləri

19. Həmin qətnamədən cavabdeh Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul olunmasını xahiş₼etmişdir.

20. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi nəzərə almamışdır ki, istinad etdiyi sübutlar şübhəli və ziddiyyətlidir. Belə ki, iddiaçı tərəfindən təqdim edilmiş sübutlar nə iddia ərizəsinə, nə də sonra təqdim edilmiş, yalnız birinci instansiya məhkəməsinə elektron məhkəmə üzərindən olmadan, birbaşa təqdim edilmiş sübutlarda ziddiyyətlər aşkar olunduqdan sonra, məhz birinci instansiya məhkəməsinin hakiminin birbaşa dəstəyi və köməyi ilə iddiaçı tərəf öz şahidlərinin və yaxınlarının köməkliyi ilə öz aralarında köhnə tarixə müqavilələr hazırlanaraq elektron məhkəmə sisteminə əlavə edilmişdir. Birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən mübahisə üzrə mövcud olan və tərəflər arasında yaranmış münasibətlərə düzgün qiymət verməmiş, həmin iş üzrə sübutların qiymətləndirilməsində yanlışlığa yol vermişdir. Bütün bunlar ona dəlalət edir ki, birinci instansiya məhkəməsi işin hallarını və toplanmış sübutları düzgün qiymətləndirməmişdir. Birinci instansiya məhkəməsi iddia ərizəsi və iş üzrə təqdim olunmuş materialları hərtərəfli, tam və obyektiv araşdırmalıdır. Lakin birinci instansiya məhkəməsi işin predmeti və tərəflərin mövqeyini düzgün araşdırmadan, mübahisənin mahiyyətinə düzgün qiymət vermədən, sadəcə formal yanaşma ilə iddianın qismən təmin edilməsinə dair qətnamə qəbul etmişdir. Bu isə prosessual normaların – işin mahiyyətinin araşdırılması və sübutların tədqiqi öhdəliyinin pozulmasıdır. AR Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən vindikasiya iddiasının təmin edilməsi üçün iddiaçının mübahisəli əmlakın mülkiyyətçisi olması şərtdir. Lakin iş materiallarından görünür ki, iddiaçı heç bir gömrük bəyannaməsi, invoys, maliyyə sənədi, balans aktı təqdim etməmiş, şahid X4 avadanlıqların şəxsi vəsaiti hesabına, nağd ödənişlə, şifahi razılaşma əsasında alındığını bildirmiş, avadanlıqların kimin adına rəsmiləşdirildiyi məlum deyildir. Mübahisəli avadanlıqlar cavabdehin mülkiyyətində olan qeyri-yaşayış sahəsində yerləşmiş, cavabdeh həmin əşyaları obyektlə birlikdə faktiki sahiblik əsasında əldə etmişdir. Məhkəmə bu qanuni prezumpsiyanı tamamilə nəzərə almamış, sübutetmə yükünü əsassız₼olaraq₼cavabdehin₼üzərinə₼qoymuşdur.₼

21. Həmin qətnamədən həmçinin iddiaçı İddiaçı MMC apellyasiya şikayəti verərək, qətnamənin təmin edilməyən hissədə ləğv edilməsi və iddia tələbinin tam təmin olunması barədə₼qətnamə₼qəbul₼olunmasını₼xahiş₼etmişdir.

22. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə işə baxarkən iddiaçı İddiaçı MMC tərəfindən təqdim edilmiş sübutlarla yanaşı tələb üzrə qiymət barəsində əlavə mütəxəssis rəyinə ehtiyac olması qənaətinə gələrək iş üzrə məhkəmə ekspertizası təyin etmiş, ekspert qarşısında iddia ərizəsində qeyd olunan avadanlıq və əşyalardan yalnız ikisinin “ət şoklama kamerası 40 dərəcə \motorxana və kompressorV” və “soyuducu kamerası 18 dərəcə \motorxana və kompressorV” avadanlıqlarının qiymətləndirilməsini sual etmiş, bununla da iddia ərizəsində qeyd olunan digər avadanlıq və əşyalar hissəsində iddianı təmin etməməklə səhv nəticəyə gəlmişdir. Əvvəla, Bakı Kommersiya Məhkəməsi ekspert qarşısında tələb üzrə qeyd olunmuş bütün avadanlıq və mal-materialın qiymətləndirilməsini sual qoymalı idi. Bundan əlavə, iddia tələbinin əsasını təşkil edən iddiaçının əsas fəaliyyətini təmin edən avadanlıqlar üzrə iddia təmin edilmişdirsə onda iddia tələbi ən azından cavabdehin təqdim və etiraf etdiyi onda olan avadanlıq və əşyalar barədə sənəd üzrə iddianı təmin etməli idi. Çünki, təmin edilmiş avadanlıqların işləməsi zamanı iddia ərizəsində qeyd olunan digər predmetlər də mütləqdir ki, iş prosesində olsun. Bu predmetlər toyuq əti məhsulları istehsalı zamanı işçilərin iş şəraiti üçün vacib amillərdəndir və avadanlıqlarla bərabər mütləq istifadə olunur, bir-birini tamamlayır. Qətnamədən göründüyü kimi məhkəmə araşdırması zamanı cavabdehin nümayəndəsi tərəfindən təqdim edilmiş sənəddə iddia tələbi üzrə əmlaklar və onların yerləşmə vəziyyəti aşağıdakı kimi qeyd edilmişdir: 1. Ət şoklama kamerası (40 dərəcə) – 1 ədəd (cavabdehdədir)

2. Soyuducu kamera (18 dərəcə) – 1 ədəd (cavabdehdədir) 3. Farş çəkən ARI makina – 1 ədəd (xxxx) 4. Ste laj (nerj) – 3 ədəd (cavabdehdədir) 5. Stelaj (sadə) – 2 ədəd (cavabdehdədir) 6. Doğrayıcı masa (nerj) – 2 ədəd (cavabdehdədir) 7. Çəki masası (nerj) – 2 ədəd (cavabdehdədir) 8. Mətbəx mebeli – 1 ədəd (cavabdehdədir) 9. Mətbəx üçün masa – 1 ədəd (xxxx) 10. Mətbəx üçün stul – 8 ədəd (xxxx) 11. Elektrik samovarı – 1 ədəd (xxxx) 12. Elektron tərəzi (300 kq) – 1 ədəd (xxxx) 13. Elektron tərəzi (150 kq) – 1 ədəd (xxxx) 14. Yük daşımaq üçün araba – 1 ədəd (xxxx) 15. Kondisioner – 2 ədəd (cavabdehdədir) 16. Elektrik radiatoru – 1 ədəd (xxxx) 17. Elektrik qızdırıcısı – 1 ədəd (xxxx) 18. Mətbəx üçün stolüstü elektrik plitə – 1 ədəd (xxxx) 19. Divan – 1 ədəd (cavabdehdədir) 20. Ofis dəsti (masa – 2 ədəd, şkaf – 2 ədəd, tumba – 1 ədəd, stul – 5 ədəd) – (cavabdehdədir). Göründüyü kimi, cavabdeh iddiaçıya məxsus avadanlıqların onda olmasını etiraf etmiş, lakin məhkəmə bunları nəzərə almamış, yalnız ekspert rəyində göstərilən cəmi iki avadanlıq hissəsində iddianı təmin etmişdir. Ekspert rəyi də sübut növüdür, sübutlara nisbətdə hakim üçün üstünlüyə malik deyildir, digər sübutlarla birlikdə məhkəmə tərəfindən qiymət verilməlidir. Bundan əlavə qeyri-yaşayış sahəsi əvvəlki mülkiyyətçidən icarəyə götürülən zaman boş otaqlar olmuş, iddiaçı tərəfindən təmir edilmiş, iş şəraiti yaradılmış, lazım olan (iddia ərizəsində göstərilən) avadanlıq və əşyalarla təchiz edildikdən sonra istifadəyə verilmişdir. Həmçinin məhkəmə qərarı əsasında icarəyə götürülmüş obyektin mülkiyyətçisi dəyişən zaman qətnamədə “ərazi” olaraq Cavabdeh mülkiyyətinə verilməsi qət edilmişdir. Ona görə də cavabdehin əmlakı mübahisə olunan avadanlıq və əşyalarla birlikdə onun mülkiyyətinə keçdiyini söyləməsi tam əsassızdır. Hazırda sözügedən obyekt başqasına icarəyə verilmiş və mübahisə edilən avadanlıq və əşyalar cavabdeh tərəfindən istismar olunaraq gəlir əldə edilir. Bu da cavabdehin başqasının əmlakından qanunsuz istifadə etməsinin bariz nümunəsidir. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində iddia ərizəsi məhkəməyə verilən zaman 6 ay ərzində əldən çıxmış fayda olaraq hər ay 3000 manatdan cəmi 18000 manat məbləğində dəymiş ziyan tələb edilmiş, lakin ötən müddət ərzində iddiaçıya məxsus avadanlıq və əşyalar cavabdeh tərəfindən icarəyə verilməklə istismar edildiyini nəzərə alaraq bu hissədə iddianın həcmini artıraraq ötən 8 ay müddətində aylıq 3000 manat olmaqla 24000 manat, birlikdə 14 ay müddətində cəmi 42000 manat məbləğində əldən çıxmış fayda (icarə haqqı) tələb edirlər. Bundan başqa iddia ərizəsində qeyd olunduğu kimi iddiaçı tərəfindən icarəyə götürldüyü vaxt nəzərdə tutulmuş fəaliyyətin təmin edilməsi üçün şəraitin yaradılması məqsədi ilə sözügedən obyekt tərəflərindən əsaslı təmir edilmiş, təmirtikinti işlərinə sərf olunmuş 24000 manat məbləğində vəsaitin xərclənməsi işə əlavə edilmiş borc müqavilələri ilə təsdiq edilmişdir. Lakin Bakı Kommersiya Məhkəməsi bu barədə təqdim edilmiş sübutlara qiymət verməmiş, gəldiyi nəticə işin faktiki halına uyğun (avadanlıq və əşyalar cavabdehin də mülkiyyətində deyildir) olmamış, bununla da əsassız olaraq təmin edilməməsi qənaətinə gəlmişdir. Bakı Kommersiya Məhkəməsi iş üzrə düzgün araşdırma aparmamış, birbiri ilə bağlı olan məsələləri araşdırarkən fərqli fikirlər sərgiləmiş, bununla da düzgün olmayan qətnamə₼qəbul₼etmişdir.

Apellyasiya şikayətlərinə qarşı etiraz:

23. Apellyasiya₼şikayətlərinə₼qarşı₼yazılı₼etiraz₼verilməmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları:

24. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, cavabdeh tərəfindən verilmiş apellyasiya₼şikayətini₼isə₼əsassız₼hesab₼edərək₼təmin₼edilməməsini₼xahiş₼etdi.₼

25. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili vəkil1 cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, iddiaçı tərəfindən verilmiş₼apellyasiya₼şikayətini₼isə₼əsassız₼hesab₼edərək₼təmin₼edilməməsini₼xahiş₼etdi.₼

Tətbiq edilən hüquq

26. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri₼tələb₼edə₼bilər.₼ - 159-cu₼maddəsinə₼əsasən₼sahiblik₼əşyaya₼faktik₼sahibliyə₼nail₼olmaqla₼əldə₼edilir. - 166.1-ci maddəsinə əsasən daşınar əşyanın sahibi haqqında ehtimal edilir ki, o əşyaya mülkiyyətçi hüququ ilə sahiblik edir. Hər hansı əvvəlki sahib haqqında ehtimal edilir ki, öz sahibliyi₼zamanı₼o,₼mülkiyyətçi₼olmuşdur.

27. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək₼göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı₼və₼onlardan₼istifadə₼etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi₼halları₼sübut₼etməlidir.₼ - 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.₼Heç₼bir₼sübutun₼məhkəmə₼üçün₼qabaqcadan₼müəyyən₼edilmiş₼qüvvəsi₼yoxdur. - 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə₼mütənasib₼olaraq₼işdə₼iştirak₼edən₼şəxslərə₼aid₼edilir. - 119.5 və 119.6-cı maddələrinə əsasən apellyasiya şikayətinin verilməsi ilə əlaqədar çəkilmiş məhkəmə xərcləri tələblərin təmin edilmiş hissəsinə mütənasib bölüşdürülür; yuxarı məhkəmə instansiyası işi yeni baxışa göndərmədən qətnaməni dəyişdirdikdə məhkəmə xərclərinin₼bölüşdürülməsini₼də₼müvafiq₼qaydada₼dəyişdirir. - 384.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Əsaslandırıcı hissə

Apellyasiya baxışının hədləri

28. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı₼olmayaraq₼yoxlayır₼(Mülki₼Prosessual₼Məcəllənin₼372.6-cı₼və₼372.7-ci₼maddələri).

29. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə₼bilər.

30. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və hər iki apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq məhkəmə kollegiyası qeyd edir ki, qətnamənin əsaslılığı tam₼yoxlanılmalıdır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi:

31. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçı İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*-*(***)-****/**** saylı qətnaməsi iddianın rədd edilmiş əşyalar hissəsi üzrə qismən dəyişdirilməli, qalan hissələrdə isə dəyişdirilmədən₼saxlanılmalıdır.₼

32. Iş materiallarından müəyyən olunur ki, İddiaçı MMC əvvəlcə X3 məxsus Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şosesi 7 ünvanında yerləşən qeyri-yaşayış sahəsini icarəyə götürərək həmin qeyri-yaşayış sahəsində fəaliyyət göstərmiş, bu məqsədlə istehsal avadanlıqları, soyuducu kameralar və müxtəlif istehsal və ofis təyinatlı əşyalar əldə etmişdir. Sonradan obyektin mülkiyyətçisi dəyişmiş və cavabdeh Cavabdeh ilə yeni icarə müqaviləsi bağlanmışdır. Iddiaçının fəaliyyəti dayandırdıqdan sonra ona məxsus avadanlıqları və digər əşyaları₼obyektdən₼çıxarmaq₼istəməsinə₼baxmayaraq,₼cavabdeh₼həmin₼əşyaları₼verməmişdir.

33. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iddianın qanuni əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsi təşkil edir. Həmin maddəyə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.8-ci maddəsinə görə mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Məhkəmə qeyd edir ki, mülkiyyət hüququnun məhkəmədə müdafiə vasitələrindən biri olan vindikasiya iddiasına əsasən mülkiyyətçi (qanuni sahib) fərdi-müəyyən edilmiş əşyanı digər şəxsin qanunsuz sahibliyindən tələb edir. Vindikasiya iddiasının əsaslı hesab edilməsi üçün məhkəmə tərəfindən iddiaçının mübahisəli əmlakın mülkiyyətçisi(qanuni sahibi) olması, həmin əşyanın hal-hazırda cavabdehin sahibliyində olması, eləcə də cavabdehin sahibliyinin qanunsuz olması müəyyən edilməlidir. Beləliklə, iddianın əsaslı olub-olmaması araşdırılarkən məhkəmə tərəfindən iddiaçının mübahisəli əmlakın mülkiyyətçisi (qanuni sahibi) olması və həmin əmlakların cavabdehin₼faktiki₼sahibliyində₼olması₼müəyyən₼edilməlidir.

34. Lakin birinci instansiya məhkəməsi tərəfindən iş üzrə mübahisə predmeti olan avadanlıqların bazar dəyərinin müəyyən edilməsi tam araşdırılmamış, bu hal isə mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən hallardan biri olmuşdur. Belə ki, birinci instansiya məhkəməsi yalnız iki ədəd soyuducu avadanlığın dəyərinin müəyyən edilməsi məqsədilə qiymətləndirmə aparmış, iddia tələbinə daxil edilmiş digər avadanlıqların bazar dəyərinin müəyyən olunmasını təmin etməmişdir. Halbuki həmin əşyalar üzrə də iddia tələbi irəli sürülmüş₼və₼onların₼cavabdehdə₼olduğu₼sonuncunun₼öz₼yazılı₼izahatı₼ilə₼də₼etiraf₼edilmişdir.

35. Bu səbəbdən, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının ##.##.2026-cı il tarixli, *-*(*-*)-***/**** saylı qərardadı ilə mübahisə predmeti olan avadanlıqların orta bazar dəyərinin müəyyən edilməsi üçün məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmişdir. Bununla da birinci instansiya məhkəməsində natamam araşdırılmış həmin hallar apellyasiya₼baxışı₼zamanı₼tamamlanmışdır.

36. Qərardadın icrası ilə əlaqədar Azərbaycan Respublikası “xxxx” MMC Qiymətləndirmə Şirkəti tərəfindən ##.##.2026-cı il tarixli, **/**** nömrəli qiymətləndirmə hesabatı təqdim edilmişdir. Qiymətləndirmə hesabatına əsasən, soyuducu kamera 18 dərəcə motorxana/kompresessorun dəyəri - 34000 manat, farş çəkən ARI makinanın dəyəri - 17000 manat, 3 ədəd stelaj nerjin dəyəri - 5100 manat, 2 ədəd stelaj sadənin dəyəri - 300 manat, 2 ədəd doğrayıcı masa nerjin dəyəri - 500 manat, 2 ədəd çəki masası nerjin dəyəri - 300 manat, mətbəx mebelinin dəyəri - 450 manat, mətbəx üçün masanın dəyəri - 75 manat, mətbəx üçün 8 ədəd stulun dəyəri - 120 manat, elektrik samovarının dəyəri - 50 manat, 300 kq elektron tərəzinin dəyəri - 70 manat, 150 kq elektron tərəzinin dəyəri - 60 manat, yük daşıma üçün arabanın dəyəri - 140 manat, 2 ədəd kondisionerin dəyəri - 500 manat, elektrik radiatorunun dəyəri - 90 manat, elektrik qızdırıcısının dəyəri - 60 manat, mətbəx üçün stolüstü elektrik plitənin dəyəri - 50 manat, divanın dəyəri - 250 manat, ofis dəstinin: (2 ədəd masa, 2 ədəd şkaf,₼1₼ədəd₼tumba,₼5₼ədəd₼stul)₼dəyəri₼-₼570₼manat₼müəyyən₼olunmuşdur.

37. Cavabdehin nümayəndəsi və vəkili qiymətləndirmə hesabatına etiraz verərək qiymətləndirmə hesabatının iş üzrə mötəbər və yolverilən sübut kimi qiymətləndirilməməsini və sübutlar siyahsından çıxarılmasını xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, hesabatın Iltizam səhifəsində qiymətləndiricinin Azərbaycan Respublikası Cinayət Məcələsinin 297-ci maddəsi (bilə-bilə yalan rəy vermə) və Azərbaycan Respublikası MPM-in 63 və 100-cü maddələri üzrə xəbərdar edildiyi göstərilsə də, «(imza)» qrafasının üzərindəki sətir boşdur iltizam qiymətləndirici tərəfindən imzalanmamışdır. Bu, ekspertin məsuliyyət barədə xəbərdar edilməsi prosedurunun lazımi qaydada sənədləşdirilmədiyini göstərir və hesabatın sübut kimi yolverilənliyinin şübhə altına alınması üçün əsasdır. Göstərilən nöqsan Azərbaycan Respublikası CM-in 297-ci maddəsi və Azərbaycan Respublikası MPM-in müvafiq müddəaları baxımından mahiyyət daşıyan prosessual pozuntudur. Qiymətləndirmə obyektə baxış keçirilmədən aparılmışdır. Hesabatın 1.2.9-cu bəndində «Baxış keçirmək mümkün olmamışdır», 1.2.17-ci bəndində isə «qiymətləndirilən əmlaka fiziki çıxış mümkün olmayıb» göstərilir. Istismarda olmuş (işlənmiş) avadanlığın bazar dəyəri onun faktiki fiziki vəziyyətindən, komplektliyindən, işlək olub-olmamasından və aşınma dərəcəsindən birbaşa asılı olduğundan, baxışın aparılmaması qiymətləndiriciyə bu əsas parametrləri müəyyən etmək imkanı vermir. Qiymətləndiriciyə yalnız bir sənəd təqdim olunmuşdur. Hesabatın 1.2.14-cü bəndinə («Təqdim olunmuş sənədlər») əsasən qiymətləndiriciyə yeganə sənəd kimi yalnız «Qərardad» təqdim olunmuşdur. Avadanlığın əldə edilməsi sənədləri, texniki pasportları, qaimələri və ya fotomaterialları təqdim edilməmişdir. Bununla belə hesablama hissəsində (hesabatın 25-ci səhifəsi) konkret model və əldə etmə ili göstərilir ki, bu məlumatların yeganə təqdim olunmuş qərardaddan əldə edilməsi mümkün deyil. Beləliklə, hesabatın faktiki əsası kifayət qədər sənədləşdirilməmişdir. Hesabatın BQS-2025 / IVS-ə uyğunluğu barədə bəyanat hesabatın məzmunu ilə təkzib olunur. Hesabatın 7-ci bölməsi və «IVS Uyğunluq Bəyanatı» (hesabatın 27-ci səhifəsi) hesabatın BQS 101-106 və IVS-2025-ə (obyektivlik, şəffaflıq, əsaslandırma, yoxlanılabilənlik) tam uyğun aparıldığını təsdiq edir. Lakin faktiki olaraq hesablama 19 mövqedən yalnız 1-i üzrə göstərilmiş, düzəlişlər aparılmamış, ilkin kəmiyyətlər mənbə ilə təsdiqlənməmişdir. Bu, qiymətləndiricinin istinad etdiyi həmin standartların yoxlanılabilənlik və əsaslandırma tələblərinin pozulması deməkdir. Hesablama 19 əşyadan yalnız 1-i üzrə göstərilmişdir. Hesabatın 5-ci bölməsində (25-ci səhifə) ətraflı hesablama yalnız soyuducu kamera və kompressor (1-ci mövqe) üzrə verilmişdir. Qalan 18 mövqe üzrə - o cümlədən ikinci ən böyük mövqe olan «Farş çəkən ARI makina» (17 000 AZN) və «Stelaj nerj» (3 × 1 700 = 5 100 AZN) üzrə - heç bir hesablama, «analoq → obyekt» düzəlişi, aşınma hesablanması və ya konkret analoqa istinad göstərilməmişdir. Həmin 18 mövqe ümumi məbləğin (59 685 AZN) 25 685 AZN-ni, yəni təxminən 43 %-ni təşkil edir və faktiki olaraq əsaslandırılmamış qalır. Bu, hesabatın yoxlanıla bilməməsinə gətirir. Hesablamanın baza kəmiyyəti (2 410 000 rubl) təqdim olunmuş analoqlardan əldə edilmir. Hesablamada (25-ci səhifə) isə 2 410 000 rubl qəbul edilmişdir. Bu rəqəm nə orta qiymətdir (orta = 2 429 069 rubl), nə median, nə də minimumdur. 2 410 000 rublun mənşəyi hesabatda izah olunmur - hesablamanın əsas giriş kəmiyyəti özbaşına götürülmüşdür. Bəyan edilən müqayisəli yanaşma əvəzinə faktiki olaraq xərc yanaşması tətbiq olunmuşdur. Hesabatın 1.2.18-ci bəndində yeganə yanaşma kimi «Müqayisəli yanaşma» göstərilir. Lakin kameranın faktiki hesablaması (25-ci səhifə) -yeni analoqun dəyərindən düzxətli amortizasiyanın çıxılması - hesabatın özündə 9-10-cu səhifələrdə təsvir olunan xərc (əvəzetmə) yanaşmasıdır. Bəyan edilən və tətbiq edilən yanaşmalar üst-üstə düşmür; yanaşmaların razılaşdırılması (uzlaşdırılması) aparılmamışdır. Bu, hesabatın daxili ziddiyyətidir. Müqayisəli yanaşmanın tələb etdiyi düzəlişlər aparılmamışdır. Hesabatın metodoloji hissəsi (8-ci səhifə) müqayisəli yanaşmada düzəliş metodunun (yaş, vəziyyət, şərtlər üzrə düzəlişlər) zəruriliyini özü göstərir. Lakin 19 mövqenin heç biri üzrə düzəliş cədvəli verilməmiş, analoqların qiymətləri obyektə uyğunlaşdırılmadan yekun kimi götürülmüşdür. Analoqlar xarici bazara aid, yeni avadanlıq üzrədir və yerli bazara və vəziyyətə uyğunlaşdırılmamışdır. Kameranın analoqları rubl ilə rusiya saytında (goldholod.com) satılan yeni aqreqatlardır; kompressor analoqu alman saytındandır. Yeni idxal avadanlığının qiymətinin çatdırılma, gömrük və montaj nəzərə alınmadan, Azərbaycan bazarı üzrə yoxlanılmadan istismarda olmuş obyektin bazar dəyəri kimi götürülməsi əsaslandırılmamışdır. Obyektin modeli analoqların modelləri ilə müqayisə oluna bilməz. Hesabatın 25-ci səhifəsində kamera «model ICE-SM02-F0028Z4» kimi göstərilir, analoqlar isə Lainox RDMC40T / NA2.140 T1 / Lainox PDMC40T modelləridir. Bəyan edilən obyekt modeli analoqların heç birində təmsil olunmur, yəni müqayisə uyğunluq (oxşarlıq) sübuta yetirilməmişdir. Kompressorun qiymət mənbəyi nümunə («Muster») şəklidir. Kompressorun skrinşotunda (18-ci səhifə) şəklin üzərində «Muster» (alman dilində «nümunə») su nişanı vardır. Bu, 2 840 avro qiymətinin real bazar təklifi deyil, nümayiş/şablon məlumatı olması ehtimalını yaradır və mənbənin etibarlılığını şübhə altına alır. 12. Mövqelərin əksəriyyəti üzrə mənbə fərdi elanlardır (təklif qiymətləri). Mövqelərin əksəriyyəti üçün tap.az, lalafo.az və tezbazar.az fərdi elanlarından istifadə edilmişdir. Bunlar bağlanmış əqdlərin qiymətləri deyil, təklif qiymətləridir, yoxlanılmamışdır və əksər mövqelər üzrə tək müşahidə ilə təmsil olunur ki, bu da etibarlı bazar məlumatı tələbinə cavab vermir. Faydalı istismar müddəti (15 il) və əldə etmə ili (2019) əsassız qəbul edilmişdir. Hesabatın 25-ci səhifəsində xidmət müddətlərinə dair normativ məlumat kitabçasına istinad olmadan 15 il müddət, yaş isə «alış tarixi 2019»-dan 6 il kimi qəbul edilmişdir. Lakin əldə etmə sənədi təqdim olunmuş sənədlər siyahısında (1.2.14) yoxdur və 2019-cu il tarixinin mənbəyi göstərilməmişdir. Hələ aşınmanın ölçüsünü məhz bu yaş müəyyən edir. 14. Qiymətləndirmə tarixi ilə məlumatların tarixi uyğun gəlmir. Qiymətləndirmə tarixi ##.##.2025-dir (1.2.8). Analoqların skrinşotları isə 2026-cı ilin iyun ayı ilə tarixlənir (məsələn, «15 Iyun 2026», «##.##.2026», «Сегодня 08:52»), yəni qiymətləndirmə tarixindən təxminən 10 ay sonra. 25-ci səhifədə bildirilən Dövlət Statistika Komitəsinin indeksləri ilə avqust 2025-ə uyğunlaşdırma hesablama ilə göstərilməmişdir — cədvəldə indeks düzəlişləri yoxdur. Hesabat eyni zamanda həm₼baxışın₼mümkün₼olmadığını₼və₼yalnız₼qərardadın₼təqdim₼edildiyini₼(1.2.9,₼1.2.14,₼1.2.17), həm də konkret model (ICE-SM02-F0028Z4), əldə etmə ili (2019) və xidmət müddəti (15 il) ilə əməliyyat aparır. Bu faktların mənbəyi məntiqi olaraq müəyyən edilmir — ilkin müddəaların aradan qaldırılması mümkün olmayan daxili ziddiyyəti vardır. Bir sıra yekun dəyərlər təqdim olunmuş bütün analoqların hüdudlarından kənardadır. «Stelaj nerj» bir ədəd üçün 1 700 AZN qiymətləndirilmişdir, halbuki göstərilən bütün stelaj analoqları (270/300/150/190/90/370 AZN) 370 AZN-i keçmir — heç bir izah olmadan təxminən 4,6 dəfə fərq. «Farş çəkən ARI makina» 17 000 AZN qiymətləndirilmişdir, halbuki həmin tezbazar səhifəsində «ət çəkən farş aparatı — 11 000 ₼» analoqu göstərilir; 17 000 rəqəminin necə alındığı izah olunmur. Ayrı-ayrı dəyərlər ən ucuz analoqdan da aşağıdır. 300 kq elektron tərəzi 70 AZN qiymətləndirilmişdir, halbuki göstərilən minimum analoq 75 ₼ (omid.az), ikincisi isə 140 AZN-dir (EMTOP). Bütün müşahidələrdən aşağı dəyərin seçilməsi əsaslandırılmamışdır. 18. Hesabatın özü dəyərlərin «ekspert fərziyyələrinə» əsaslandığını etiraf edir. Hesabatın 25-ci səhifəsində açıq şəkildə göstərilir ki, digər obyektlər üzrə əsas kimi «oxşar … analoqların orta bazar qiymətləri və ekspert fərziyyələri» götürülmüşdür. Sənədlərlə və baxışla təsdiqlənməyən fərziyyə məhkəmə qiymətləndirməsində yekun dəyər nəticəsi üçün əsas ola bilməz. D. Linqvistik və obyektivlik nöqsanları Cədvələrdə obyekt «Soyuducu kamera 18 dərəcə (motorxana və kompressor)», hesablamada isə «model ICE-SM02-F0028Z4» kimi adlandırılır. Bu iki işarələmə arasında əlaqə mətndə müəyyən edilmir ki, bu da qiymətləndirilən obyektin eyniliyinin yoxlanılmasını çətinləşdirir. Baxışın aparılmaması (bənd 2) və yalnız qərardadın təqdim edilməsi (bənd 3) şəraitində avadanlığın tərkibi, vəziyyəti, yaşı və modeləri barədə məlumatlar obyektiv olaraq yalnız tərəfdən daxil ola bilərdi (1.2.15 «sifarişçinin verdiyi məlumat»-a yol verir). Ilkin məlumatların müstəqil yoxlanması hesabatda əks olunmamışdır — bu, daha yüksək qiymətləndirmədə maraqlı olan iddiaçı İddiaçı MMC-nin xeyrinə birtərəflilik riski yaradır. Müşayiət məktubu № MB 19/0897, hesabatın özü isə № MB 19/0896 nömrəsini daşıyır. Identifikasiya nömrələrinin üst-üstə düşməməsi sənədləşmə nöqsanıdır və hesabatın hazırlanmasının səliqəsizliyini göstərir. Qiymətləndirici açıq şəkildə bildirir ki, dəyərlər "ekspert fərziyyələrinə"₼əsaslanır.₼Məhkəmə₼sübutu₼fərziyyəyə₼deyil,₼obyektiv₼faktlara₼əsaslanmalıdır.₼

38. Məhkəmə kollegiyası cavabdehin etirazına münasibətdə qeyd edir ki, Mülki Prosessual Məcəllənin sübutların qiymətləndirilməsinə dair müddəalarına əsasən heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur və hər bir sübut işdə olan digər sübutlarla qarşılıqlı əlaqədə qiymətləndirilməlidir. Ekspert və ya qiymətləndirici rəyi də digər sübutlar kimi məhkəmə tərəfindən qiymətləndirilir və yalnız prosessual qanunvericilikdə₼nəzərdə₼tutulmuş₼əsaslar₼olduqda₼yolverilməz₼sübut₼hesab₼edilə₼bilər.

39. Cavabdeh qiymətləndiricinin iltizam hissəsində imzanın olmamasına istinad edərək hesabatın yolverilməz sübut olduğunu bildirmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, həmin hal özlüyündə qiymətləndirmə hesabatının etibarsız və ya yolverilməz sübut hesab olunmasına əsas vermir. Iş materiallarından görünür ki, qiymətləndirmə məhkəmənin qərardadı əsasında həyata keçirilmiş, hesabat qiymətləndirici tərəfindən imzalanmış, möhürlənmiş və qiymətləndirici təşkilat tərəfindən təsdiq edilmişdir. Cavabdeh isə iltizam hissəsində imzanın olmamasının hesabatın nəticələrinə necə təsir göstərdiyini və ya bunun nəticəsində hansı konkret hüquqlarının pozulduğunu əsaslandıra bilməmişdir. Belə hal sübutun mahiyyətinə təsir göstərmədiyindən₼onun₼sübut₼kimi₼yolverilməz₼hesab₼edilməsi₼üçün₼kifayət₼etmir.

40. Qiymətləndirmənin obyektə baxış keçirilmədən aparılması barədə etiraza münasibətdə kollegiya qeyd edir ki, mübahisəli avadanlıqlar cavabdehin faktiki sahibliyində olmuş, qiymətləndiricinin həmin əmlaka fiziki baxış keçirməsi mümkün olmamışdır. Bu hal qiymətləndirmə hesabatında da açıq şəkildə göstərilmişdir. Qiymətləndirici hesabatda istifadə etdiyi məlumat mənbələrini və qiymətləndirmənin hansı şəraitdə aparıldığını ətraflı qeyd etmişdir. Məhkəmə hesab edir ki, qiymətləndiricinin obyektə çıxış imkanının olmaması hesabatın₼sübut₼kimi₼qəbul₼edilməsini₼istisna₼etmir.

41. Cavabdehin qiymətləndiriciyə yalnız məhkəmə qərardadının təqdim olunması barədə dəlili də əsaslı hesab edilə bilməz. Belə ki, Bakı Apellyasiya Məhkəməsinin *-*(*-*)- ***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadı icra edilməsi üçün qiymətləndiriciyə göndərilərkən müqavilələr, avadanlıqların siyahısı, fotoşəkillər də əlavə edilmişdir. Həmçinin, qiymətləndirmə hesabatından görünür ki, qiymətləndirici yalnız təqdim olunmuş sənədlərlə kifayətlənməmiş, açıq bazar məlumatlarından, internet resurslarından və peşəkar qiymətləndirmə₼metodlarından₼istifadə₼etmişdir.

42. Cavabdehin hesabatın BQS 101-106 və IVS-2025-ə uyğun olmaması barədə etirazına münasibətdə kollegiya qeyd edir ki, bu dəlillər ümumi mülahizələrdən ibarətdir və qiymətləndiricinin hansı konkret standart normasını pozduğunu, həmin pozuntunun qiymətləndirmənin nəticəsinə hansı formada təsir etdiyini göstərən alternativ mütəxəssis rəyi ilə₼təsdiq₼edilməmişdir.₼

43. Analoqların xarici bazara aid olması, yerli bazara və vəziyyətə uyğunlaşdırılmaması barədə etiraza münasibətdə kollegiya qeyd edir ki, bazar dəyərinin müəyyən edilməsi zamanı qiymətləndiricinin açıq bazar məlumatlarından istifadə etməsi qiymətləndirmə fəaliyyətində qəbul olunmuş üsullardan biridir. Cavabdeh istifadə olunmuş analoqların bazar reallığını əks etdirmədiyini və ya eyni xüsusiyyətlərə malik digər analoqların mövcud₼olduğunu₼təsdiq₼edən₼sübut₼təqdim₼etməmişdir.

44. Hesabatda sənəd rekvizitlərində uyğunsuzluqların, o cümlədən müşayiət məktubu ilə hesabatın nömrələrinin fərqli göstərilməsi də hesabatın nəticələrinin etibarsız hesab olunması üçün əsas yaratmır. Həmin hallar qiymətləndirmənin mahiyyətinə, istifadə olunan₼metodologiyaya₼və₼yekun₼nəticələrə₼təsir₼göstərən₼xarakter₼daşımır.

45. Beləliklə, məhkəmə kollegiyası cavabdehin qiymətləndirmə hesabatına dair etirazında göstərilən halların hesabatın yolverilməz və ya mötəbər olmayan sübut hesab edilməsi üçün kifayət etmədiyi, irəli sürülmüş dəlillərin əsasən qiymətləndiricinin peşəkar mülahizələri ilə razılaşmamaqdan ibarət olduğu, lakin həmin nəticələri təkzib edən alternativ ekspertiza və ya digər mötəbər sübutlarla təsdiq edilmədiyi qənaətinə gəlir. Təqdim edilmiş qiymətləndirmə hesabatı səlahiyyətli qiymətləndirici tərəfindən hazırlanmış, qanunvericiliyin tələblərinə uyğun tərtib edilmişdir. Buna görə də cavabdehin qiymətləndirmə hesabatının sübutlar sırasından çıxarılması barədə vəsatəti təmin edilməməli, ##.##.2026-cı il tarixli, **/**** nömrəli qiymətləndirmə hesabatı iş üzrə digər sübutlarla birlikdə qiymətləndirilməli və mötəbər yazılı₼sübut₼kimi₼qəbul₼edilməlidir.

46. Məhkəmə kollegiyası hesab edir ki, mübahisəli daşınar əşyaların iddiaçıya məxsusluğu ayrı-ayrı sənədlərin formal mövcudluğu ilə deyil, iş üzrə sübutların məcmusu əsasında müəyyən edilməlidir. Iş materiallarından görünür ki, İddiaçı MMC 2019-cu ildən etibarən əvvəlcə boş vəziyyətdə olan qeyri-yaşayış sahəsini icarəyə götürmüş, həmin sahədə toyuq əti məhsullarının istehsalı fəaliyyətini təşkil etmək məqsədilə istehsal və köməkçi avadanlıqlar, mebel və digər əşyalar yerləşdirmişdir. Iki ədəd soyuducu avadanlığın iddiaçıya məxsusluğu alqı-satqı müqaviləsi, icarə münasibətləri, həmin avadanlıqların iddiaçının istehsal fəaliyyətində istifadə olunması və şahid ifadələri ilə təsdiq edilmişdir. Cavabdehin nümayəndəsinin yazılı izahatında da iddia ərizəsində sadalanmış əşyaların həmin istehsal sahəsində mövcud olması, onların bir qisminin cavabdehdə qalması konkret şəkildə göstərilmişdir. Cavabdeh isə həmin əşyaların özünə və ya başqa şəxsə məxsus olduğunu təsdiq edən hər hansı mötəbər sübut təqdim etməmişdir. Buna görə alqı-satqı və icarə sənədləri, şahid ifadələri, tərəflərin izahatları, əşyaların iddiaçının həmin obyektdə həyata keçirdiyi istehsal fəaliyyəti ilə əlaqəsi və cavabdehin yazılı izahatı birlikdə qiymətləndirildikdə, nəticə₼hissəsində₼göstərilən₼əşyaların₼iddiaçıya₼məxsusluğu₼kifayət₼qədər₼təsdiq₼olunur.

47. Cavabdehin yazılı izahatında bir sıra əşyaların iddiaçı şirkətin nümayəndəsi Sabir Salmanov tərəfindən “aparıldığı” göstərilsə də, həmin hal iş üzrə digər sübutlarla fərqləndirilməklə qiymətləndirilməlidir. Belə ki, məhkəmə iclasında dindirilmiş S.Salmanov məhz farş çəkən ARI makinanı qeyri-yaşayış sahəsindən çıxardığını təsdiq etdiyindən, həmin avadanlığın cavabdehin sahibliyində olmaması sübuta yetirilmiş və bu hissədə iddianın rədd edilməsi barədə birinci instansiya məhkəməsinin nəticəsi əsaslıdır. Lakin nəticə hissəsində göstərilən digər əşyaların iddiaçıya faktiki qaytarıldığını təsdiq edən təhvil-təslim aktı, qəbz, inventar siyahısı, foto-video material və ya başqa mötəbər sübut iş materiallarına təqdim edilməmişdir. Cavabdehin öz yazılı izahatında olan “xxxx” qeydi, iddiaçının həmin əşyaları geri almadığını bildirdiyi şəraitdə, təkbaşına qaytarılma faktının sübuta yetirilməsi üçün kifayət deyildir. MPM-in 77.1 və 88-ci maddələrinin tələbləri baxımından, həmin əşyaların əvvəllər cavabdehin faktiki nəzarətində olan obyektdə mövcudluğu iş materialları ilə təsdiq edildiyi, onların sonradan iddiaçıya qaytarılması isə mötəbər sübutlarla təsdiqlənmədiyi üçün, bu əşyaların cavabdehdən alınaraq iddiaçıya verilməsi, qətnamənin icrası zamanı mövcud olmadıqda isə onların müəyyən edilmiş dəyərinin cavabdehdən tutulması barədə nəticə əsaslıdır.

48. Mübahisəli əşyaların alternativ icra dəyəri müəyyən edilərkən məhkəmə iddia tələbinin həddini və ##.##.2026-cı il tarixli, **/**** nömrəli qiymətləndirmə hesabatında göstərilən bazar dəyərlərini birlikdə nəzərə alır. Qiymətləndirmə hesabatında müəyyən edilmiş dəyər iddiaçının konkret əşya üzrə tələb etdiyi məbləğdən aşağı olduqda hesabatdakı dəyərin, hesabatda göstərilən dəyər tələb edilən məbləğdən yüksək olduqda isə iddia tələbinin həddinin əsas götürülməsi iddia tələbindən kənara çıxılmasının qarşısını alır. Bu yanaşma nəticə hissəsində₼hər₼bir₼əşya₼üzrə₼göstərilmiş₼alternativ₼dəyərlərin₼müəyyən₼edilməsinə₼əsas₼verir.

49. Qeyd olunanlarla yanaşı, məhkəmə kollegiyası iddiaçının təmir-tikinti işlərinə sərf etdiyi 24.000 manat vəsaitin tutulması barədə tələbinə münasibətdə qeyd edir ki, təqdim edilmiş borc müqavilələri yalnız müəyyən məbləğdə pulun borc alınmasını təsdiq edir. Həmin vəsaitlərin konkret olaraq mübahisəli obyektin əsaslı təmirinə sərf edilməsini təsdiq edən ödəniş sənədləri və digər mötəbər sübutlar təqdim edilməmişdir. Buna görə də həmin hissədə birinci₼instansiya₼məhkəməsinin₼gəldiyi₼nəticə₼qanuni₼və₼əsaslıdır.

50. Iddiaçının əldən çıxmış faydanın 42.000 manatadək artırılması barədə apellyasiya şikayətinin dəlilinə münasibətdə kollegiya qeyd edir ki, Mülki Məcəlləyə əsasən əldən çıxmış faydanın tutulması üçün onun real əldə ediləcəyi gəlirlər sübuta yetirilməlidir. Iş materiallarında cavabdehin mübahisəli avadanlıqlardan istifadə etməklə aylıq 3.000 manat gəlir əldə etməsini və ya iddiaçının həmin məbləğdə gəlir əldə edə biləcəyini təsdiq edən maliyyə sənədləri və ya digər sübutlar mövcud deyildir. Buna görə də həmin hissədə də iddianın₼təmin₼edilməməsi₼barədə₼məhkəmə₼düzgün₼qənaətə₼gəlmişdir.₼

51. Cavabdehin apellyasiya şikayətində göstərilən, təqdim edilmiş müqavilələrin sonradan tərtib edilməsi və sübutların şübhəli olması barədə dəlillərinə münasibətdə kollegiya qeyd edir ki, bu iddialar yalnız ehtimallara əsaslanır və heç bir sübutla təsdiq olunmur. Iş materiallarında müqavilələrin etibarsız hesab edilməsinə dair hər hansı sənəd mövcud deyildir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Cavabdeh isə həmin öhdəliyini yerinə₼yetirməmişdir.

52. Cavabdehin gömrük bəyannamələrinin, invoysların və balans aktlarının təqdim edilməməsinə dair dəlilinə münasibətdə kollegiya qeyd edir ki, mülkiyyət hüququ yalnız həmin sənədlərlə sübut edilmir. Iş üzrə alqı-satqı, icarə və borc müqavilələri, şahid ifadələri, cavabdehin yazılı etirafı və ekspertiza rəyi birlikdə qiymətləndirildikdə mübahisəli avadanlıqların₼iddiaçıya₼məxsus₼olması₼kifayət₼qədər₼təsdiq₼edilir.

53. Cavabdehin apellyasiya şikayətinin mübahisəli avadanlıqların obyektlə birlikdə onun faktiki sahibliyinə keçməsi barədə dəlili də əsassızdır. Belə ki, daşınmaz əmlakın mülkiyyət hüququnun cavabdehə keçməsi həmin binada yerləşən üçüncü şəxslərə məxsus daşınar₼əmlak₼üzərində₼mülkiyyət₼hüququnun₼da₼ona₼keçməsinə₼səbəb₼olmur.

54. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*-*(***)-****/**** saylı qətnaməsi iddianın rədd edilmiş əşyalar hissəsi üzrə qismən dəyişdirilməlidir. Cavabdehin faktiki nəzarətində olan obyektdə mövcudluğu iş materialları ilə təsdiqlənən, iddiaçıya məxsusluğu sübutların məcmusu ilə müəyyən edilən və iddiaçıya qaytarılması mötəbər sübutlarla təsdiq edilməyən nəticə hissəsində sadalanmış əşyalar cavabdehdən alınaraq iddiaçıya verilməli, həmin əşyalar qətnamənin icrası zamanı mövcud olmadıqda isə nəticə hissəsində göstərilmiş dəyərləri cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Farş çəkən ARI makina üzrə isə onun iddiaçının nümayəndəsi tərəfindən obyektdən çıxarıldığı şahid ifadəsi ilə təsdiqləndiyindən birinci instansiya məhkəməsinin həmin hissədə gəldiyi nəticə dəyişdirilmədən₼saxlanılmalıdır.₼Qətnamə₼qalan₼hissələrdə₼dəyişdirilmədən₼saxlanılmalıdır.

55. Məhkəmə xərclərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə-əmtəəşünaslıq ekspertizasının keçirilməsi ilə əlaqədar iş üzrə cəlb edilmiş qiymətləndiricinin xidmət haqqı 500 manat məbləğində pulun 250 manat hissəsi iddiaçı İddiaçı MMC-dən, 250 manat hissəsi cavabdeh Cavabdeh Feyruz oğlundan tutularaq Azərbaycan Respublikası “xxxx” MMC Qiymətləndirmə Şirkətinin bank hesabına köçürülməlidir.₼

56. Iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edildiyindən həmin şikayətin verilməsinə görə ödənilmiş 213,20 manat məbləğində dövlət rüsumunun 18,20 manat hissəsi cavabdeh Cavabdeh Feyruz oğlundan tutularaq iddiaçı “xxxx” MMC-yə ödənilməli, qalan₼195₼manat₼hissəsi₼iddiaçının₼özünə₼aid₼edilməlidir.₼

57. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmədiyindən həmin şikayətin₼verilməsi₼ilə₼əlaqədar₼ödənilmiş₼dövlət₼rüsumu₼özünə₼aid₼edilməlidir.

58. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.3, 385, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDI:

Iddiaçı₼İddiaçı₼MMC₼tərəfindən₼verilmiş₼apellyasiya₼şikayəti₼qismən₼təmin₼edilsin. Cavabdeh Cavabdeh₼tərəfindən₼verilmiş₼apellyasiya₼şikayəti₼təmin₼edilməsin. Bakı Kommersiya Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*-*(***)-****/**** saylı qətnaməsi iddianın₼rədd₼edilmiş₼əşyalar₼hissəsi₼üzrə₼qismən₼dəyişdirilsin.₼ Iddiaçı İddiaçı MMC-yə məxsus 3 ədəd stelaj nerj (dəyəri: 2.400 (iki min dörd yüz) manat), 2 ədəd stelaj sadə (dəyəri: 300 (üç yüz) manat), 2 ədəd doğrayıcı masa nerj (dəyəri: 500 (beş yüz) manat), 2 ədəd çəki masası nerj (dəyəri: 300 (üç yüz) manat), mətbəx mebeli (dəyəri: 450 (dörd yüz əlli) manat), mətbəx üçün masa (dəyəri: 75 (yetmiş beş) manat), mətbəx üçün 8 ədəd stul (dəyəri: 48 (qırx səkkiz) manat), elektrik samovarı (dəyəri: 50 (əlli) manat), elektron tərəzi, 300 kq (dəyəri: 70 (yetmiş) manat), elektron tərəzi, 150 kq (dəyəri: 60 (altmış) manat), yük daşıma üçün araba (dəyəri: 140 (yüz qırx) manat), 2 ədəd kondisioner (dəyəri: 500 (beş yüz) manat), elektrik radiatoru (dəyəri: 90 (doxsan) manat, elektrik qızdırıcısı (dəyəri: 60 (altmış) manat), mətbəx üçün stolüstü elektrik plitə (dəyəri: 50 (əlli) manat), divan (dəyəri: 250 (iki yüz əlli) manat), ofis dəsti: 2 ədəd masa, 2 ədəd şkaf, 1 ədəd tumba, 5 ədəd stul (dəyəri: 570 (beş yüz yetmiş) manat) cavabdeh Cavabdeh Feyruz oğlundan alınaraq iddiaçı İddiaçı MMC-yə verilsin, həmin əşyalar olmadıqda isə onların müəyyən edilmiş dəyəri cavabdeh Cavabdeh Feyruz₼oğlundan₼tutularaq₼iddiaçı₼İddiaçı MMC-yə₼ödənilsin. Qətnamə₼qalan₼hissələrdə₼dəyişdirilmədən₼saxlanılsın. Məhkəmə-əmtəəşünaslıq ekspertizasının keçirilməsi ilə əlaqədar iş üzrə cəlb edilmiş qiymətləndiricinin xidmət haqqı 500 (beş yüz) manat məbləğində pulun 250 (iki yüz əlli) manat hissəsi iddiaçı İddiaçı MMC-dən, 250 (iki yüz əlli) manat hissəsi cavabdeh Cavabdeh Feyruz oğlundan tutularaq Azərbaycan Respublikası “xxxx” MMC Qiymətləndirmə Şirkətinin bank hesabına (Bank adı: “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti, VÖEN: **********, H/H: № AZ**IBAZ********************, “xxxx” ASC Yasamal filialı, Kod: 805562, VÖEN: **********, Müxbir hesab:₼AZ03NABZ01350100000000002944,₼S.W.İ.F.T₼BIK:₼IBAZAZ2X)₼köçürülsün.₼₼ Iddiaçı tərəfindən apellyasiya şikayətinin verilməsinə görə ödənilmiş 213,20 manat (iki yüz on üç manat iyirmi qəpik) məbləğində dövlət rüsumunun 18,20 manat (on səkkiz manat iyirmi qəpik) hissəsi cavabdeh Cavabdeh Feyruz oğlundan tutularaq iddiaçı İddiaçı MMC-yə ödənilsin,₼qalan₼195₼(yüz₼doxsan₼beş)₼manat₼hissəsi₼iddiaçının₼özünə₼aid₼edilsin.₼₼₼₼₼₼₼ Cavabdeh tərəfindən apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu₼özünə₼aid₼edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına₼kassasiya₼şikayəti₼verilə₼bilər.₼₼₼ Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi₼gündən₼2₼ay₼keçdikdən₼sonra₼qanuni₼qüvvəyə₼minir.₼

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar