Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2-2(3-6)-302/2026 08.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyası Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyası hakimlər Mahmudova Təranə Nəriman qızının sədrliyi və məruzəsi ilə, Şirinov Ziya Allahverdi oğlu və X7 ibarət tərkibdə, məhkəmə iclas katibi Məhərrəmova Günel Elman qızının katibliyi ilə Iddiaçı “xxxx” ASC-nin cavabdehlər “xxxx” MMC-yə, cavabdeh2 və cavabdeh1 qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi və s. tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qətnaməsindən cavabdeh “xxxx” MMC tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işin məhkəmə baxışından çıxarılması məsələsinə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi icraat qaydasında baxaraq Iş üzrə qəbul edilmiş məhkəmə aktları:
1. Iddiaçı “xxxx” ASC (bundan sonra – iddiaçı) cavabdehlər “xxxx” MMC-yə, cavabdeh2 və cavabdeh1 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər “xxxx” MMC-dən, cavabdeh2 və cavabdeh1 sentyabr 2021-ci tarixli, RB/KM****_REST saylı kredit müqaviləsi üzrə kreditə görə 883.651,77 ABŞ dolları, faiz borcuna görə 43.074,06 ABŞ dolları, dəbbə borcuna görə 85.330,19 ABŞ dolları, cəmi 1.012.056,02 ABŞ dolları, ## ####### 2020-ci tarixli, RB/KM-**** saylı kredit müqaviləsi üzrə kreditə görə 97.482,13 manat, faiz borcuna görə 17.975,97 manat, dəbbə borcuna görə 48.521,95 manat, cəmi 163.980,05 manat pulun, dövlət rüsumu kimi ödənilmiş 1145 manat pulun və mediasiya xərci kimi ödənilmiş 800 manat məbləğində pulun iddiaçı “xxxx” ASC-nin xeyrinə tutulması, ## ######## 2021-ci tarixli, RB/KM-****_REST saylı kredit müqaviləsi üzrə tələbin ## ######## 2021-ci tarixli Daşınar əmlakların Girov müqaviləsinə əsasən girov qoyulmuş “xxxx” MMC-yə məxsus olan Daşınar Əmlaklara yönəldilməsi bu əmlakların satılması və onların satışından əldə olunmuş pul vəsaiti hesabına cavabdehlərin ## ######## 2021-ci tarixli, RB/KM****_REST saylı kredit müqaviləsi üzrə cəmi 1.012.056,02 ABŞ dolları borcunun, dövlət rüsumu və xidmət haqqı kimi ödənilmiş cəmi 1945 manat məbləğində pulun ödənilməsi, ## ####### 2020-ci tarixli, RB/KM-**** saylı kredit müqaviləsi üzrə tələbin ## ###### 2020-ci tarixli Daşınar əmlakların Girov müqaviləsinə əsasən girov qoyulmuş “xxxx” MMC-yə məxsus olan Daşınar Əmlaklara yönəldilməsi, bu əmlakların satılması və onların satışından əldə olunmuş pul vəsaiti hesabına cavabdehlərin ## ####### 2020-ci tarixli, RB/KM-**** saylı kredit müqaviləsi üzrə cəmi 163.980,05 manat borcunun, dövlət rüsumu və xidmət haqqı kimi ödənilmiş cəmi 1945 manat məbləğində pulun ödənilməsi, girov predmetləri satılmaqla əldə edilmiş vəsait qeyd olunan kredit müqavilələri üzrə borcun ödənilməsi üçün yetərli olmazsa, qalan borcun ümumi qaydada “xxxx” MMC-dən, cavabdeh2 və cavabdeh1 tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Bakı Kommersiya Məhkəməsinin ## ######## 2025-ci il tarixli e-*-*(***)-***/**** nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehlər “xxxx” MMC-dən, cavabdeh2 və cavabdeh1 ## ######## 2021-ci tarixli, RB/KM- ***_REST saylı kredit müqaviləsi üzrə kreditə görə 753485,66 (yeddi yüz əlli üç min dörd yüz səksən beş dollar altmış altı sent) ABŞ dolları, faiz borcuna görə 43194,27 (qırx üç min yüz doxsan dörd dollar iyirmi yeddi sent) ABŞ dolları, dəbbə borcuna görə 22604,57 (iyirmi iki min altı yüz dörd dollar əlli yeddi sent) ABŞ dolları – cəmi 819284,5 (səkkiz yüz on doqquz min iki yüz səksən dörd dollar əlli sent) ABŞ dolları ödəniş günü (AR Mərkəzi Bankının rəsmi məzənnəsinə əsasən); ## ####### 2020-ci tarixli, RB/KM-**** saylı kredit müqaviləsi üzrə borcunun məbləği faiz borcuna görə 1612,33 (min altı yüz on iki manat otuz üç) manat,300 (üç yüz) manat dəbbə pulu, iddia tələbinin təmin olunmuş hissəsinə nisbətdə 687,15 (altı yüz səksən yeddi manat on beş qəpik) manat məbləğində dövlət rüsumu, mediasiya xərci kimi ödənilmiş 800 (səkkiz yüz) manat məbləğində pul vəsaitinin müştərək qaydada tutularaq iddiaçı “xxxx” ASC-nin xeyrinə ödənilməsi, tələb üzrə tutmanın ## ######## 2021-ci tarixli, RB/KM-1250 REST saylı kredit müqaviləsi üzrə ## ######## 2021-ci tarixli Daşınar əmlakların Girov müqaviləsinə əsasən girov qoyulmuş əmlaklara (1.Bar içkiləri üçün süd buzdolabı; 2.Bar içkiləri üçün spirtli buzdolabı; 3.La cimbali M22 premium kofe aparatı; 4.Serviz masası; 5.Iki ədəd ağ divan; 6.Iki ədəd mərmər masa; 7.Iki ədəd böyük boz divan; 8.Desert vitrini; 9.Dondurma vitrini; 10.Desert soyuducu; 11.Mey və soyuducu; 12.Buz generatoru; 13.Zanussi istehsalı qabyuyan; 14.PROEL mikser; 15.Parakonvek-tomat; 16.Cliponne istehsalı olan Pizza sobası; 17.Slayser; 18.Testomez; 19.CAGSAŞ istehsalı olan ət çəkən maşın;20.Inoksan fryutur;21.Makra istehsalı olan düz soyuducu;22.Masterpoint istehsalı olan iki qapılı tərəvəz soyuducu;23.Galans istehsalı olan mikrodalğalı soba; 24.Makra Derin istehsalı olan dondurucu; 25.Makra istehsalı olan pizza dondurucu; 26.Çek printeri; 27.Çek printeri model TM 200; 28.Pos terminal Verifone vx 520 modeli; 29.Iki ədəd kassa monitoru HP ap500 modeli; 30.Epson istehsalı olan çek printeri; 31.Printer HP Laser jet 1536 modeli; Printer HP Laser Jet 1525 modeli; 33. Printer HP X1 400 modeli; 34. Dövlət kassası Unisystem Mini T61 modeli; 35. Pakrad Beli istehsalı olan kompyuter; 36. Dell istehsalı olan kompyuter; 37. Keeper kassa HP 500 modeli; 38. Çek printeri POS 5890K modeli; 39. On dörd ədəd LD4710 HP istehsalı olan monitor; 40. Üç ədəd LD4200 TM HP istehsalı olan monitor, Inoksan soba dörd gözlü, 42. Musiqi cihazı EVQ66 modeli, 43. Musiqi cihazı Audio ICT modeli, 44. Iki ədəd Air Hockey, 45. Iki ədəd 2 Lanes Archery, 46. Fiesta oyun aparatı, 47. Iki ədəd Fighterfrealand oyun aparatı, 48. Iki ədəd Formula 1 oyun aparatı, 49. X10, 50. Iki ədəd (SEGA UK) Grid Twin, 51. Lazer Battle, Iki ədəd Move (Mock up game) oyun aparatı, 53. Iki ədəd Dead Heat (Namco) oyun aparatı, 54. Iki ədəd Superbikes 2 (Raw Thrills) oyun aparatı, 55. Nascar STD oyun aparatı, 56. Terminator SDX oyun aparatı,
57. Boulinq xətti XD Dark Side 8 seats, 58. 6 Lanes Bowling, 59. Yanğından müdafiə sistemləri,
60. Elektrik sistemləri, 61. Səkkiz ədəd metal karkaslı oturacaq mebellər, 62. Səkkiz ədəd Boulinq üçün Avtomatik bamperlər (Durabowl), Səkkiz ədəd Boulinq üçün yol (SPLII Select),
63. Səkkiz ədəd Boulinq üçün yol (SPL II Select), Dörd ədəd şar geri qayıtmasını işlədən sistem (Harmony), Dörd ədəd Maskirovka panelləri (Harmony MASQ), Bir ədəd avtomatik pinspotter (Xli EDGE), Bir ədəd Boulinq yolu üçün nəzarət maşını (EZ Touch), 64. On bir ədəd avtomatik pinspotter Xli EDGE avadanlığı, Altı ədəd Maskirovka panelləri Harmony MASQ, Dörd ədəd Fol detektoru XI Radaray, On altı ədəd Kegley podveskası Center Punch, Doxsan altı cüt Velcro markalı Boulinq üçün nəzərdə tutulmuş icarə ayaqqabılar, Bir ədəd Boulinq döşəməsinin təmizlənməsi üçün mühərriksiz mexaniki əl fırçaları, Səksən ədəd Boulinq üçün şar, Dörd ədəd xal hesablanması üçün Kamera Q-vision, Dörd ədəd xal hesablanması üçün sistem BES X, Dörd ədəd oyunçu konsolu EasyKey Twin, Bir ədəd monitorlu X11 Conqueror Pro-ya), ## ####### 2020-ci tarixli, RB/KM**** saylı kredit müqaviləsi üzrə ## ###### 2020-ci tarixli Daşınar əmlakların Girov müqavilələrinə əsasən girov qoyulmuş əmlaklara (1.Bir ədəd Sega markalı X12 Ghost Upright ekranlı oyun, 2. Bir dəst Sega markalı X4 ekranlı oyun, 3. Bir dəst Universal-space markalı Night Hunter STD ekranlı oyun, 4. Iki dəst Universal-space markalı Ultra Race ekranlı oyun, 5. Bir dəst Universal-space markalı Atori Pong ekranlı oyun,
6. Iki dəst Raw Thrills markalı Cruis Blast DX ekranlı oyun, 7. Bir dəst Raw Thrills markalı X8 DX ekranlı oyun, 8. Bir dəst Raw Thrills markalı X2 HD Wild ekranlı oyun, 9. Bir dəst Billares Sam markalı X3 elektron oyun, 10. Bir dəst Billares Sam markalı Techno Flame ekranlı oyun,
11. Altı ədəd Sistem Air markalı RCF-230TD-Termostat, 12. Üç ədəd Sistem Air markalı Fancoil-SHN SC80-48 hava kondisiyalaşdırma qurğusu, Sistem Air markalı Irxexarh08408 ISI Geri K Cihazı FX 08 H B4+Argus hava kondisiyalaşdırma qurğusu, Sistem Air markalı BDD700700- Back Draft damperi, BBD800500 Back Draft damperi, Cenkay markalı, 13. Üç ədəd FD-700*700-Yanğın damperi, 14. Yeddi ədəd Sistem Air markalı SYS000FRVH21 VH 21 (4pipe) X5 hava kondisiyalaşdırma qurğusu, 15. Iki ədəd Sistem Air markalı SYS0000005467 VBR 60-35-2 Sulu Batarya istilik mübadiləsi aparatı, 16. Bir ədəd X6rğusu) yönəldilməsi, həmin əmlakların açıq hərracda satılması, satışdan əldə edilən məbləğ tutulan məbləğdən artıq olduqda isə artıq qalmış məbləğin cavabdeh “xxxx” MMC-yə geri qaytarılması, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qalan məbləğ cavabdehlərdən müştərək qaydada tutulması, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının tədqiqat dəyəri olan 500 manat pul vəsaitinin cavabdehlərdən müştərək qaydada tutularaq Azərbaycan Respublikası “Müstəqil Ekspertiza Mərkəzinin” bank hesabına (Kod 201218, VÖEN 9900003611, Müxbir Hesab AZ37NABZ01350100000000001944, SWIFT AIIBAZ2X, Müstəqil Ekspertiza Mərkəzi, VÖEN 1405366621, hesab: AZ64AIIB400900C9443414466208) ödənilməsi, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının tədqiqat dəyəri olan 300 manat pul vəsaitinin cavabdehlərdən müştərək qaydada tutularaq Azərbaycan Respublikası “xxxx” MMC Qiymətləndirmə Şirkətinin bank hesabına (Kod 805562, VÖEN 9900001881, Müxbir Hesab AZ03NABZ01350100000000002944, SWIFT IBAZAZ2X, “xxxx” MMC, VÖEN 1301608661, hesab: AZ33IBAZ40090019446792716216) ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir.
3. “xxxx” MMC tərəfindən sözügedən qətnamədən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının # ###### 2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti üzrə apellyasiya icraatının mümkün hesab edilməsi qərara alınmışdır.
4. Iş apellyasiya instansiyası məhkəməsinin icraatında olarkən cavabdeh cavabdeh1 tərəfindən birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verildiyi müəyyən olunduğundan, həmin şikayətin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361-ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması üçün iş apellyasiya baxışından çıxarılaraq birinci instansiya məhkəməsinə göndərilmişdir.
5. Məhkəmənin ## ###### 2026-cı il tarixli qərardadı ilə ## ######## 2025-ci il tarixli qətnamədən cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinin mülki prosessual qanunvericiliklə müəyyən edilmiş müddət ötürülməklə verildiyi əsas göstərilməklə geri qaytarılması qərara alınmışdır.
6. cavabdeh1 həmin qərardaddan verdiyi şikayət məhkəmənin # ###### 2026-cı il tarixli qərardadı ilə təmin olunmayaraq baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
7. Şikayətçi şikayətini belə əsaslandırmışdır ki, o, qətnamə ilə “Elektron məhkəmə” informasiya sistemində # ###### 2026-cı il tarixdə tanış olmuş və həmin tarixdə də apellyasiya şikayəti vermiş, beləliklə prosessual müddəti ötürməmişdir.
8. Bakı Apellyasiya Məhkəməsin *-*(*-*)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, Bakı Kommersiya Məhkəməsinin e-*-*(***)-***/**** nömrəli iş üzrə ## ###### 2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat:
9. Bakı Kommersiya Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qətnaməsindən cavabdeh “xxxx” MMC tərəfindən verilmiş apellyasiya şikayətinə baxılması ##.##.2026-cı il tarixə, saat 11:30-a təyin edilmişdir.
10. ##.##.2026-cı il tarixdə “Elektron Məhkəmə” Informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə cavabdeh cavabdeh1 tərəfindən apellyasiya şikayəti və buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə verilmişdir.
11. Bakı Kommersiya Məhkəməsinin hakimi Günay Həşimova tərəfindən Bakı Apellyasiya Məhkəməsinə məktub ünvanlanaraq cavabdeh cavabdeh1 tərəfindən ##.##.2026-cı il tarixində verilmiş apellyasiya şikayətinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361-ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması üçün işin Bakı Kommersiya Məhkəməsinə göndərilməsini xahiş edilmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları
12. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmişdirlər.
Tətbiq edilən hüquq
13. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin:
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.6.-cı maddəsinə əsasən apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, apellyasiya instansiyası məhkəməsi icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
14. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh cavabdeh1 tərəfindən Bakı Kommersiya Məhkəməsinin ## ######## 2025-ci il tarixli, e-*-*(***)-***/**** nömrəli qətnaməsindən apellyasiya şikayəti və buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə verildiyindən iş apellyasiya baxışından çıxarılaraq Bakı Kommersiya Məhkəməsinə qaytarılmalıdır.
15. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 384 və 402-ci maddələrinin tələblərini rəhbər tutaraq,
Q Ə R A R A A L D İ:
Bakı Kommersiya Məhkəməsinin ## ######## 2025-ci il tarixli, e-*-*(***)-***/**** nömrəli qətnaməsindən cavabdeh cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361-ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması üçün iş apellyasiya baxışından çıxarılaraq Bakı Kommersiya Məhkəməsinə qaytarılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir.