Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2-2(3-6)-305/2026 22.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh “xxxx” publik hüquqi şəxsinə qarşı “əsassız hesablanmış borcun silinməsi və ödənilmiş məbləğin qaytarılması” tələbinə dair kommersiya mübahisəsi üzrə (açar sözlər: borcun silinməsi, ödənilmiş pulun qaytarılması) Hakimlər Cəfərov Səməd Fəxrəddin oğlunun sədrliyi və məruzəsi ilə, X1 və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi Bayramlı Dəniz Natiq qızının katibliyi ilə, Iddiaçı İddiaçı cavabdeh “xxxx” publik hüquqi şəxsinə qarşı “əsassız hesablanmış borcun silinməsi və ödənilmiş məbləğin qaytarılması” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin ## ###### 2025-ci il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh “xxxx” publik hüquqi şəxsi tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, müəyyən etdi: Işin halları:
1. Bakı Apellyasiya Məhkəməsinin *-*(***)-***/**** saylı, ## ###### 2018-ci il tarixli qətnaməsindən görünür ki, * saylı Bakı Inzibati-Iqtisadi Məhkəməsinin 2-2(81)- ***/**** saylı iş üzrə qəbul etdiyi ## ######## 2018-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, cavabdeh “xxxx” ASC tərəfindən iddiaçı İddiaçı hesablanmış 20370 (iyirmi min üç yüz yetmiş) manat məbləğində borcun silinməsi, iddianın qalan hissədə təmin edilməməsi, 100 manat ekspertiza xərcinin iddiaçı İddiaçı tutularaq ödənilməsi qət edilmiş, cavabdeh tərəfindən apellyasiya şikayəti verilmiş, sözgüedən qətnamə ilə cavabdeh “xxxx” ASC-nin apellyasiya şikayətinin təmin edilməməsi, * saylı Bakı Inzibati-Iqtisadi Məhkəməsinin 2- *(**)-***/**** saylı iş üzrə qəbul etdiyi ## ######## 2018-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir.
2. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının *-*(***)-***/**** saylı, ##.##.2023-cü il tarixli qətnaməsindən görünür ki, Bakı Kommersiya Məhkəməsinin ##.##.2022-ci il tarixli e-*-*(***)-****/**** saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, iddiaçı İddiaçı adına rəsmiləşdirilmiş ****** nömrəli abonent koduna qrunt suların axıdılması (istifadə edilməsi) ilə bağlı 2019-cu ildə əsassız hesablanmış 4911 manat və mediasiya xərci kimi ödənilmiş 69,11 manat, cəmi 4980,11 manat məbləğində pulun cavabdeh “xxxx” ASC-dən alınaraq iddiaçı İddiaçı ödənilməsi qət edilmiş, cavabdeh tərəfindən apellyasiya şikayəti verilmiş, sözgüedən qətnamə ilə cavabdeh “xxxx” ASC-nin apellyasiya şikayəti təmin edilməmiş, Bakı Kommersiya Məhkəməsinin ##.##.2022-ci il tarixli e-*-*(***)-****/**** saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.
3. ##.##.2025-ci il tarixli üzləşmə aktında qeyd edilmişdir ki, İddiaçı Qaradağ rayon Sukanal Idarəsinə ##.##.2025-ci il tarixə 12286 manat borcu vardır. Sözügedən üzləşmə aktı bir tərəf - Qaradağ rayon Sukanal Idarəsi tərəfindən imzalanmış və təsdiq edilmişdir.
4. 111314 abonent kodlu abonent haqqında məlumatdan (çıxarış tarixi: ##.##.2025ci il) görünür ki, iddiaçının 2023-cü il üzrə qalıq borcu 11047 manat təşkil edir.
5. 111314 abonent kodlu abonent haqqında məlumatdan (çıxarış tarixi: ##.##.2025ci il) görünür ki, iddiaçının 2024-cü il üzrə qalıq borcu 12285 manat təşkil edir.
6. 111314 abonent kodlu abonent haqqında məlumatdan (çıxarış tarixi: ##.##.2025ci il) görünür ki, iddiaçının 2025-ci il üzrə qalıq borcu 11673 manat təşkil edir.
Birinci instansiya məhkəməsindəki icraat:
7. Iddiaçı İddiaçı cavabdeh “xxxx” publik hüquqi şəxsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “xxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən iddiaçıya qrunt suyunun axıdılmasına görə qanunsuz hesablanmış 12286 manat borc məbləğinin silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. Iddia tələbi onunla əsaslandırılmışdır ki, “xxxx” Açıq Səhmdar Cəmiyyəti ilə İddiaçı arasında ## ###### 2016-cı tarixli, ****** nömrəli su təchizatı və kanalizasiya xidmətlərinə dair müqavilə imzalanmışdır. Sözügedən müqavilə əsasında İddiaçı ünvan 2 ünvanında yerləşən ticarət obyektində sudan istifadə edir. Cavabdeh tərəfindən daha əvvəllər – 2018-ci və 2022-ci illərdə İddiaçı barəsində qanunsuz və əsassız borc hesablanmışdır. Keçmiş * saylı Bakı Inzibati-Iqtisadi Məhkəməsinin ## ######## 2018-ci il tarixli, *-*(**)-***/**** saylı qətnaməsi və Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)- ****/**** saylı qətnaməsi ilə əsassız hesablanmış borc silinmişdir. Cavabdeh tərəfindən apellyasiya şikayəti verilməsinə baxmayaraq, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Buna baxmayaraq, “xxxx” ASC tərəfindən qətnamələr gözardı edilmiş, məhkəmə tərəfindən qanunsuz hesablanmış borcların silinməsinə baxmayaraq, “xxxx” ASC (“xxxx” publik hüquqi şəxsi) tərəfindən yenidən həmin qanunsuz borc məbləği hesablanır. Iddiaçı suyun verilməsinin dayandırılması ilə təhdid edilir. ##.##.2025-ci il tarixində *** nömrəli sorğu ilə müraciət edərək, borcun yaranma əsasları, məbləği, abonent saldosu və digər sənədlərin və məlumatların təqdim edilməsi tələb edilsə də, 2 aydan çox vaxt keçməsinə baxmayaraq, sorğu cavablandırılmamışdır. Lakin qeyri-rəsmi məlumatlara və qeyri-rəsmi şəkildə təqdim edilmiş birtərəfli qaydada tərtib olunan uzləşdirmə aktına görə güya iddiaçının 12286 manat borcu yaranmışdır. Lakin cavabdeh tərəfindən həmin borc məbləğinin hansı əsaslar, hansı səbəblər, hansı aktlar və sənədlər əsasında hesablanması qeyri-məlumdur. Lakin şifahi məlumata görə həmin məbləğ qrunt sularının kanalizasiya xəttinə axıdılmasına görə hesablanıb ki, əvvəlki məhkəmə mübahisələrində də qrunt sularının olmaması öz təsdiqini tapır. Pretenziya qaydasında cavabdehə müraciət edilərək, iddiaçıya hesablanmış borcların qanunsuz olduğu və qanunsuz şəkildə onlardan artıq ödənişlər alındığı cavabdehin nəzərinə çatdırılmış, həmin borc məbləğinin silinməsi xahiş edilmiş, lakin cavabdeh heç bir reaksiya verməmişdir. Daha sonra iddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53cü maddəsinə
9. uyğun olaraq “iddia tələbinin həcminin artırılması barədə” ərizə verərək, “xxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən iddiaçıya qrunt suyunun axıdılmasına görə qanunsuz hesablanmış 11674 manat qalıq borc məbləğinin silinməsi və iddiaçıdan qanunsuz tutulmuş 20724 manat vəsaitin geri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. Iddia tələbinin həcminin artırılması barədə ərizə onunla əsaslandırılmışdır ki, İddiaçı cavabdeh “xxxx” publik hüquqi şəxsinə qarşı qanunsuz hesabalanmış borcun silinməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə araşdırması dövründə əldə edilmiş sənədlərdən 2018-ci ildən bugünədək abonent haqqında məlumat (saldo) vərəqəsinə baxış keçirilərkən və illər üzrə hesablamalar aparılarkən məlum olmuşdur ki, cavabdeh tərəfindən daha əvvəllər qəbul edilmiş məhkəmə qətnaməsi - Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)- ****/**** saylı qətnaməsi icra edilməmiş, əksinə abonentdən məhkəmə qətnamə ilə silinmiş borc məbləği üzrə ödənişlər tutulmuş, üstəlik əlavə olaraq 20736 manat məbləğində (2021-2025-ci illər ərzində) artıq vəsait alınmışdır. Məhkəməyə təqdim edilmiş saldo (abonent haqqında məlumat vərəqəsi) üzrə qeydlər üzrə hesablamalardan da görünür ki, cavabdeh tərəfindən 2021-ci ildə 5015 manat, 2022- ci ildə 6683 manat, 2023- cü ildə 9606 manat, 2025-ci ildə isə 612 manat olmaqla, ümumilikdə 21916 manat məbləğində artıq pul tutulmuşdur. Həmin vəsait qanunsuz olaraq qrunt sularından istifadəyə görə hesablanmış və abonent isə bundan xəbərsiz ödəniş etdikcə həmin ödənişlərin bir qismi qanunsuz hesablanmış qrunt sularından istifadəyə görə abonentin hesabından silinmişdir. Qeyd edilir ki, Qaradağ Rayon Sukanal Idarəsi tərəfindən 2019-cu ilin fevral ayında (həmin tarixdə qanunsuz 4911 manat məbləğində qrunt suyundan istifadəyə görə hesablanmış borc Bakı Kommersiya Məhkəməsinin e-*- *(***)-****/**** saylı qətnaməsi ilə qanunsuz hesab edilərək silinmişdir), daha sonra 2022ci ilin may ayından 2024-ci ilin fevral ayınadək (sonuncu 2024-cü ilin yanvar ayında) qrunt sularından istifadəyə görə ümumilikdə 27487+4911=32398 manat məbləğində borc qanunsuz olaraq hesablanıbdır. Halbuki əvvəlki mübahisələr zamanı əldə edilmiş ekspert rəylərindən və məhkəmə qətnamələrindən də abonent tərəfindən istifadə olunan obyektdə qrunt sularının olmaması öz təsdiqini tapır. Qrunt suyunundan istifadəyə görə qanunsuz hesablanmış 32398 manat məbləğində borcun 20724 manat hissəsi abonetdən xəbərsiz (su kartına vəsait ödədikcə vəsaitdən silinmə hesabına) olaraq ondan tutulmuşdur ki, həmin məbləğ abonentə geri qaytarılmalıdır. Qrunt suyuna görə qanunsuz hesablanmış 11674 manat məbləğində borc vəsaiti isə hazırda da abonentdən tələb edilməkdədir və cavabdehin bu tələbi, borc hesablaması qanunsuz olduğundan həmin məbləğ məhkəmə tərəfindən silinməlidir. Yuxarıda da qeyd etdiyi kimi, təqdim edilmiş saldolardan da görünür ki, abonent 2021-ci ildə 5015 manat, 2022-ci ildə 6683 manat, 2023-cü ildə 9606 manat 2025-ci ildə isə 612 manat olmaqla, ümumilikdə 21916 manat məbləğində vəsait ödəmişdir. Bu vəsaitin 1192 manat hissəsi * saylı Bakı Inzibati-Iqtisad Məhkəməsinin qətnaməsi ilə qanuni hesab edilmiş sərfiyata görə ödənilmiş, yerdə qalan 20724 manat məbləğ isə heç bir hüquqi əsas olmadan qrunt suyunun axıdılmasına görə hesablanmış borc üzrə abonetdən tutulmuş vəsaitdir. Qeyd edir ki, nə əvvəllər, nə də hazırda abonentə məxsus iaşə obyektində qrunt sularından istifadə edilməyibdir. Abonentə məxsus obyektdə bugünədək heç vaxt yoxlama aparılmamış, heç bir nümunə götürülməmiş, heç bir akt, protokol və ya hər hansısa bir sənəd təqdim edilməmişdir. Qaradağ rayon Sukanal Idarəsi tərəfindən göstərilən halların hansı metodla, hansı yolla yoxlanılması, müəyyən edilməsi, kim tərəfindən, nə vaxt aşkar edilməsi qeyri-müəyyəndir. Eyni zamanda nəzərə çatdırılır ki, sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında Azərbaycan Respublikasının Qanunna görə 2015-ci ildən etibarən 2026-cı ilin yanvar ayınadək dayandırılmışdır. Yoxlama aparılıbsa da belə, cavabdeh orqan yoxlamanın yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarış təqdim etməlidir ki, belə çıxarış yoxdur. Hər hansı bir yoxlama aparmadan qrunt sularının “müəyyən etmək” isə qeyri- mümkündür. Əksinə, qrunt sularının mövcud olmaması həm əvvəlki məhkəmə qətnamələrindən, həm də Qaradağ rayon Sukanal Idarəsi tərəfindən tərtib edilmiş saldodan da görünür. Saldodan görünür ki, iddiaçıya-abonentə 2019-cu ilin fevral ayında il ərzində 1 dəfə qrunt suyuna görə borc hesablanıbdır (4911 manat miqdarında). Daha sonra isə 2022-ci may ayına qədər qrunt suyuna görə borc yoxdur və birdən-birə 2022-ci ilin mart ayından 2024-cü ilin yanvar ayınadək mütəmadi qrunt suyundan istifadəyə görə borc hesablanıbdır. Bakı Kommersiya Məhkəməsinin e-*-*(***)-****/**** saylı qətnaməsi ilə 4911 manat məbləğində qruntu suyunun hesablanmasına görə hesablanmış borc silinərkən, il ərzində yalnız 1 ay qrunt suyunun axıdılmasının qeyrimümkün olması qənaətinə gəldikdən sonra Qaradağ rayon Sukanal Idarəsi artıq daha peşəkar formada qanunsuzluq etməyə başlamış və sahibkar tərəfindən artıq borcun hesablanmasından şübhə çəkməmək üçün birdəfəlik formada yox, aybaay, davamlı şəkildə az miqdarda qanunsuz borc yazmaqla, artıq ödəniş almağa və sahibkarın əmlakını mənimsəməyə müvəffəq olmuşdur.
11. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz daxil olmamışdır.
12. Bakı Kommersiya Məhkəməsinin ## ###### 2025-ci il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, “xxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən qrunt sularının axıdılmasına görə qanunsuz hesablanmış borca görə 11673 manat məbləğində pul vəsaitinin İddiaçı ******** saylı abonent hesabından silinməsi, İddiaçı qanunsuz tutulmuş 4611 manat pul vəsaitinin İddiaçı geri qaytarılması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.
13. Məhkəmə MPM-in 82.3-cü maddəsinin tələbini nəzərə alaraq hesab etmişdir ki, tərəflər arasında əvvəl baxılmış mübahisə üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə iddiaçıya məxsus obyektdə qrunt suyundan istifadə edilmədiyi müəyyən edilmişdir. Sonradan isə həmin obyektdə qrunt sularından istifadə edilməsinə dair sübutlar məhkəməyə təqdim edilməmişdir. Cavabdeh tərəfindən təqdim olunmuş arayışdan göründüyü kimi, iddiaçıya içməli su və çirkab suyundan əlavə müəyyən hissədə borclar eyni zamanda qrunt suyu sərfiyyatına görə də hesablanmışdır. Belə olan halda, iddia tələbi qismən təmin edilməli və cavabdeh tərəfindən qrunt suyu sərfiyyatına görə qanunsuz hesablanmış borca görə 11673 manat məbləğində pul vəsaiti İddiaçı ******** saylı abonent hesabından silinməli, qalan hissədə isə təmin edilməməlidir.
14. Iddia tələbinin digər hissəsini iddiaçıdan qanunsuz tutulmuş 20724 manat vəsaitin geri qaytarılması təşkil edir. Həmin hissə ilə bağlı məhkəmə belə nəticəyə gəlmişdir ki, iddia həmin hissədə də qismən təmin olunmalı, İddiaçı qanunsuz tutulmuş 4611 manat pul vəsaiti İddiaçı geri qaytarılmalı, qalan hissədə isə əsassız olduğundan təmin olunmamalıdır.
15. Belə ki, Bakı Kommersiya Məhkəməsinin ##.##.2022-ci il tarixli, e-*-*(***)- ****/**** saylı qətnaməsi ilə işin müəyyən olunmuş hallarından göründüyü kimi, İddiaçı ****** nömrəli abonent kodu üzrə obyektə qrunt sularından istifadəyə görə yalnız 2019-cu ilin fevral ayında 4911 manat məbləğində sərfiyyat hesablanmış, digər aylarda isə qrunt sularından istifadəyə görə heç bir sərfiyyat hesablanmamışdır. Qeyd olunan qətnamə ilə həmin məbləğin geri qaytarılması qərara alınmışdır. Həmçinin məhkəmə qətnamələrindən göründüyü kimi, 2020-ci ilə qədər qrunt sularından istifadəyə görə hesablanmış borclar silinmiş və ya ödənilmiş məbləğ geri qaytarılmışdır. 2020-ci il və 2021-ci il illər üzrə iddiaçıya qrunt sularından istifadəyə görə hər hansı məbləğ hesablanmamışdır. Qrunt sularından istifadəyə görə iddiaçıya 2022-ci ildə 9817 manat, 2023-cü ildə 16430 manat, 2024-cü ildə isə 1240 manat sərfiyyat hesablanmışdır. Həmçinin həmin illər ərzində iddiaçıya içməli su və çirkab suyuna görə də sərfiyyat hesablanmışdır.
16. Hazırda mübahisəli olan dövr 2022-2024-cü illər üzrə olan dövrdür (##.##.2024-cü ildən etibarən abonentə qrunt suyu sərfiyyatı hesablanmamışdır). Həmin dövr üzrə iddiaçı tərəfindən cavabdehin hesabına ümumilikdə 46922 manat (15747+21325+9850=46922) ödəniş edilmişdir. Həmin məbləğin 30638 manatını içməli su və çirkab suyuna görə ödəniş təşkil etmiş (4532x2+5863x2+4924x2=30638), qalan 16284 məbləğ (46922-30638=16284) isə qrunt sularından istifadəyə görə ödənilmişdir.
17. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1, 1091.1 və 1091.2-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə istinadla əsaslandırmışdır.
18. Bakı Kommersiya Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qərardadı ilə Bakı Kommersiya Məhkəməsinin ## ###### 2025-ci il tarixli, e-*- *(***)-****/**** nömrəli qətnaməsində yanlışlıq, açıq hesab səhvləri düzəldilmiş və qətnamənin həm “əsaslandırıcı”, həm də “nəticə” hissəsində “4611 manat” sözləri “15202 manat” sözləri ilə əvəz olunmuşdur.
19. Həmin qətnamədən cavabdeh “xxxx” publik hüquqi şəxsi apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin rədd edilməsi və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 93.60 manat dövlət rüsumunun iddiaçıdan cavabdehin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinin dəlilləri:
20. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir. Belə ki, iddiaçı bu barədə 2022-ci ildə məlumatlı idi. Bu, onu iddiaçının 2022-ci ildə Bakı Kommersiya Məhkəmsinə müraciət etməsində və həmin ildə ##.##.2022-ci il tarixli, *-*(***)-****/**** nömrəli qətnamə ilə sübut olunur. Beləliklə, 15202 manat pulun geri tələb edilməsi tam əsassızdır. Məhəkəmə qərar qəbul edərkən qrunt suyunun axıdılması barədə hesabat verilməsi barədə 2019-cu il fevral ayında 15202 manat məbləğində sərfiyyat hesbalanmasına dair ekspertiza rəyinə əsaslanması əsassızdır. Belə ki, keçirilən ekpertiza dövrü 2019-cü ili əhatə etməklə tərəflərindən həmin dövr üçün qətnamə tam icra olunmuş mübahisə edilən borc məbləği iddiaçının abonent hesabından silinmişdir. Hal-hazırkı dövr üçün qrunt suyunun hesablanmasına dair ekpertiza təyin edilmədən mübahisəli pulun geri qaytarılması prosessual hüquq normalarının pozuntusudur. Yaranmış borc məbləği əsaslıdır, belə ki, abonent haqqında məlumat vərəqindən göründüyü kimi, 2016-cı il üçün satış 16782 manat təşkil etdiyi halda ödəniş 12670 manat, 2019-cu il üçün satış 2164 manat olduğu halda ödəniş 620 manat, 2021-cü il üçün 4296 manata münasib 150 manat, 2023-cü il il üçün 2568 manat satışa münasibətdə 250 manat, 2024-cü il üçün isə satış 1292 manat olduğu halda ümumiyyətlə ödəniş edilməmişdir. Belə olan halda qalıq borc məbləği 17272,72 manat təşkil etmişdir.
Apellyasiya şikayətinə qarşı etiraz:
21. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Apellyasiya baxışı, izahatlar:
22. Iddiaçı və cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasına gəlməmişlər.
23. Məhkəmə kollegiyası MPM-in 376.2-ci maddəsinə əsasən apellyasiya şikayətinə iddiaçı və cavabdehin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq:
24. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır; - 1091.1-ci maddəsinə əsasən hüquqi əsas olmadan başqa şəxsin hesabına əmlak əldə edən şəxs əsassız varlanan hesab olunur; - 1091.2-ci maddəsinə əsasən hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma sonradan aradan qalxmış və ya həyata keçirilməmiş əsasa söykənsin; - 1092.1-ci maddəsinə əsasən əsassız varlanan şəxs əldə etdiyini zərərçəkmişə geri qaytarmalıdır.
25. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; - 82.3-cü maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş hallar başqa iş üzrə yenidən sübut olunmur; - 88-ci maddəsinə əsasən məhkəmə sübutları tam, obyektiv və hərtərəfli qiymətləndirməlidir; - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri təmin edilmiş tələblərin məbləğinə mütənasib aid edilir; - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; - 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
Apellyasiya baxışının hədləri:
26. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
27. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
28. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia qismən təmin edilmiş və həmin qətnamə iddianın təmin edilmiş hissəsində cavabdeh tərəfindən mübahisələndirilmişdir. Odur ki, qətnamənin əsaslığı iddia tələbinin təmin edilmiş hissəsində yoxlanılmalıdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
29. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını və tərəflər arasında əvvəllər qəbul edilmiş qanuni qüvvəyə minmiş məhkəmə aktlarını birlikdə qiymətləndirərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin ## ###### 2025-ci il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Çünki birinci instansiya məhkəməsi iş üzrə maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, işin faktiki hallarını tam və obyektiv araşdırmış, gəldiyi nəticə iş üzrə sübutların məcmusu ilə təsdiq olunmuşdur.
30. Iş materiallarından müəyyən olunur ki, tərəflər arasında eyni abonent kodu, eyni obyekt və eyni xarakterli hesablamalar üzrə əvvəllər də məhkəmə mübahisələri olmuş, həmin mübahisələr üzrə keçirilmiş məhkəmə ekspertizaları nəticəsində iddiaçıya məxsus ünvan 1 ünvanında yerləşən obyektdə qrunt sularından istifadə edilmədiyi müəyyən edilmişdir. Bu hal Bakı Apellyasiya Məhkəməsinin qanuni qüvvəyə minmiş qətnamələri ilə də təsdiq olunmuşdur.
31. MPM-in 82.3-cü maddəsinə əsasən, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin tərəflərin iştirak etdiyi başqa iş üzrə yenidən sübut olunmur və mübahisələndirilmir. Hazırkı işdə preyudisial əhəmiyyət kəsb edən hal iddiaçıya məxsus obyektdə qrunt suyundan istifadənin müəyyən edilməməsidir. Cavabdeh əvvəlki məhkəmə aktları ilə müəyyən olunmuş həmin halın sonradan dəyişdiyini, yəni iddiaçı tərəfindən sonrakı dövrdə faktiki olaraq qrunt suyunun axıdıldığını təsdiq edən hər hansı mötəbər sübut təqdim etməmişdir.
32. Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, abonent üzrə formalaşmış ümumi saldo tam şəkildə yalnız “qrunt suyu sərfiyyatı”ndan ibarət olmamış, həmin saldo daxilində içməli su və çirkab su xidmətlərinə görə hesablanmış məbləğlər də mövcud olmuşdur. Iş materiallarında olan abonent çıxarışlarından görünür ki, iddiaçıya müxtəlif dövrlərdə həm içməli su təchizatı, həm çirkab su axıdılması, həm də əlavə olaraq “qrunt suyu sərfiyyatı” üzrə hesablamalar aparılmışdır. Buna görə də, iddiaçı tərəfindən mübahisələndirilən 11674 manat qalıq borcun tam şəkildə silinməsi barədə tələb yalnız “qrunt suyu” hissəsində əsaslı hesab edilə bilər.
33. Belə ki, iş materialları və hesablaşma sənədləri üzrə müəyyən olunur ki, iddiaçı digər xidmətlər – içməli su və çirkab su xidmətlərinin göstərilməsini ümumilikdə mübahisələndirməmiş, həmin xidmətlər üzrə sərfiyyatın mövcudluğunu istisna edən hər hansı sübut da təqdim etməmişdir. Cavabdehin təqdim etdiyi saldo məlumatlarından isə görünür ki, abonent üzrə formalaşmış borcun müəyyən hissəsi məhz həmin xidmətlər üzrə yaranmışdır. Odur ki, yalnız qrunt suyunun axıdılmasına görə hesablanmış hissənin hüquqi əsasının olmaması bütün saldo məbləğinin tam şəkildə əsassız olması nəticəsinə gətirib çıxarmır.
34. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən “qrunt suyu sərfiyyatı” üzrə hüquqi əsas olmadan hesablanmış məbləğin abonent hesabından silinməsi barədə nəticəyə gəlinməsi düzgün olsa da, əsaslandırmada həmin qalıq borcun müəyyən hissəsinin içməli su və çirkab su xidmətlərinə aid ola bilməsi ayrıca göstərilməli idi. Çünki cavabdeh yalnız qrunt suyu üzrə hesablamaların əsassızlığını sübuta yetirə bilməmiş, içməli su və çirkab su xidmətləri üzrə hesablamalar isə ayrıca olaraq tam təkzib edilməmişdir.
35. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi qiymətləndirilərkən ümumi saldo ilə “qrunt suyu sərfiyyatı” üzrə hesablanmış hissə bir-birindən fərqləndirilməli, yalnız hüquqi əsası sübut edilməyən hissə üzrə iddia təmin olunmalı idi. Bununla belə, cavabdeh tərəfindən apellyasiya şikayətində həmin məbləğin konkret olaraq hansı hissəsinin içməli və çirkab su xidmətlərinə aid olmasını təsdiq edən ayrıntılı hesablaşma təqdim edilmədiyindən və birinci instansiya məhkəməsinin gəldiyi nəticənin mahiyyətcə yanlış olması müəyyən edilmədiyindən, qətnamənin ləğvi üçün əsas yaranmır.
36. Cavabdeh tərəfindən məhkəməyə yalnız birtərəfli qaydada tərtib edilmiş abonent çıxarışları və daxili hesabat sənədləri təqdim edilmişdir. Halbuki, kommersiya fəaliyyətini həyata keçirən abonentə əlavə xidmətin göstərilməsi və buna görə ödəniş hesablanması üçün həmin xidmətin faktiki göstərilməsi obyektiv sübutlarla – yoxlama aktları, ölçmə sənədləri, texniki baxış materialları, laborator nəticələr, abonentin iştirakı ilə tərtib olunmuş aktlar və ya digər ilkin uçot sənədləri ilə təsdiq edilməli idi. Belə sübutlar isə iş materiallarında mövcud deyildir.
37. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəfindən iddiaçıya münasibətdə uzun müddət ərzində sistematik şəkildə “qrunt suyu sərfiyyatı” hesablanmış olsa da, həmin hesablamaların hansı hüquqi və faktiki əsaslarla aparılması açıqlanmamışdır. Cavabdeh nə qrunt suyunun mənbəyini, nə onun həcmini, nə də axıdılma mexanizmini müəyyən edən hər hansı texniki sənəd təqdim etmişdir. Bu isə hesablamaların ehtimala və daxili mülahizələrə əsaslandığını göstərir.
38. Iş materiallarında olan abonent saldoları və ödəniş məlumatlarının məcmu şəkildə qiymətləndirilməsindən müəyyən olunur ki, iddiaçı tərəfindən “qrunt suyu sərfiyyatı” adı altında cavabdehin hesabına faktiki ödənişlər edilmişdir. Həmin sənədlərdən görünür ki, 2022-ci ildə 7116 manat, 2023-cü ildə 12592 manat, 2024-cü ildə 5942 manat və 2025-ci ildə 1837 manat olmaqla ümumilikdə 27487 manat məbləğində vəsait “qrunt suyu” təyinatı ilə abonent hesabından silinmişdir. Eyni zamanda müəyyən olunur ki, həmin məbləğin 2024-cü il üzrə 4702 manat, 2025-ci il üzrə isə 1837 manat hissəsi iddiaçının içməli su və çirkab su xidmətləri üzrə mövcud borclarının bağlanmasına yönəldilmişdir. Buna görə də, faktiki olaraq hüquqi əsas olmadan “qrunt suyu” adı ilə tutulmuş və cavabdehin sərəncamında qalan məbləğ 20948 manat təşkil etmişdir.
39. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəfindən həmin vəsaitlərin tutulmasının hüquqi əsası sübut edilmədiyindən, göstərilən məbləğlər Mülki Məcəllənin 1091.1-ci maddəsinin mənasında əsassız əldə edilmiş əmlak hesab olunur. Cavabdeh iddiaçıya münasibətdə “qrunt suyu sərfiyyatı” hesablamalarının hansı texniki göstəricilər, hansı yoxlama nəticələri və hansı ilkin sənədlər əsasında aparıldığını sübuta yetirə bilməmişdir. Bu səbəbdən iddiaçının ödədiyi vəsaitlərin “xidmət haqqı” kimi deyil, hüquqi əsas olmadan tutulmuş pul vəsaiti kimi qiymətləndirilməsi birinci instansiya məhkəməsinin düzgün nəticəsi olmuşdur.
40. Bununla yanaşı, məhkəmə kollegiyası nəzərə alır ki, birinci instansiya məhkəməsi tərəfindən iddiaçının xeyrinə 15202 manat məbləğində vəsaitin tutulması qət edilmiş, iddiaçı isə qətnamədən həmin hissədə şikayət verməmişdir. MPM-in dispozitivlik prinsipindən irəli gələrək apellyasiya instansiyası məhkəməsi şikayət verilməyən hissədə iddiaçının vəziyyətini yaxşılaşdıra bilməz. Buna görə də, iş materialları üzrə faktiki tutulmuş məbləğin daha artıq olması müəyyən edilsə belə, qətnamə həmin hissədə dəyişdirilmədən saxlanılmalıdır.
41. Cavabdehin “abonentin ümumi borcunun mövcudluğu” ilə bağlı dəlili də əsassızdır. Belə ki, iş materiallarından görünür ki, iddiaçı digər xidmətlər – içməli su və çirkab su xidmətləri üzrə hesablanmış borcları mübahisələndirməmiş, yalnız hüquqi əsası olmayan “qrunt suyu” hesablamalarına etiraz etmişdir. Buna görə də, məhkəmə yalnız mübahisələndirilən hissə üzrə hüquqi qiymətləndirmə aparmışdır.
42. Mülki Məcəllənin 1091.1 və 1091.2-ci maddələrinin mənasına görə, hüquqi əsas olmadan başqa şəxsin hesabına əmlak əldə edən şəxs əsassız varlanan hesab olunur və həmin əmlakı geri qaytarmalıdır. Hazırkı işdə cavabdeh tərəfindən iddiaçıdan “qrunt suyu sərfiyyatı” adı altında vəsait tutulsa da, həmin tutulmanın hüquqi və faktiki əsası sübuta yetirilməmişdir. Bu səbəbdən cavabdehin əldə etdiyi vəsait əsassız varlanma kimi qiymətləndirilməlidir.
43. Cavabdehin iddia müddətinin ötürülməsi ilə bağlı dəlili də qəbul edilə bilməz. Belə ki, Mülki Məcəllənin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Iş materiallarından görünür ki, mübahisəli hesablamalar davamlı xarakter daşımış, müxtəlif dövrlərdə abonentin etdiyi cari ödənişlərdən silinmə yolu ilə həyata keçirilmiş və iddiaçı yalnız abonent çıxarışları və hesablaşma sənədlərini əldə etdikdən sonra tutulmaların mahiyyətini müəyyən etmişdir. Buna görə də iddia müddətinin ötürülməsi barədə cavabdehin dəlili işin hallarına uyğun deyildir. Bundan əlavə birinci instansiya məhkəməsində belə bir ərizə təqdim edilməmiş, yalnız apellyasiya şikayətində bu barədə qeyd edilmişdir.
44. Cavabdehin hazırkı dövr üzrə əlavə ekspertiza keçirilməli olması barədə dəlili də əsaslı hesab edilmir. Çünki ekspertiza yalnız artıq mövcud olan faktiki məlumatların xüsusi bilik vasitəsilə qiymətləndirilməsinə xidmət edir. Hazırkı halda isə cavabdeh tərəfindən ümumiyyətlə qrunt suyunun mövcudluğunu və ya axıdılmasını təsdiq edən ilkin sübutlar təqdim edilməmişdir. Sübutetmə yükü MPM-in 77.1-ci maddəsinə əsasən məhz cavabdehin üzərinə düşdüyündən, ilkin sübutlar təqdim edilmədən ekspertiza təyin edilməsi sübutetmə vəzifəsinin məhkəmənin üzərinə keçirilməsi anlamına gələrdi ki, bu da mülki prosesin çəkişmə prinsipinə ziddir.
45. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri formal mülahizələrdən ibarət olmaqla iş üzrə müəyyən edilmiş halları və birinci instansiya məhkəməsinin gəldiyi nəticəni təkzib etmir. Odur ki, Bakı Kommersiya Məhkəməsinin qətnaməsinin ləğvi və ya dəyişdirilməsi üçün MPM-in 385-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyildir.
46. Məhkəmə kollegiyası məhkəmə xərclərinə münasibətdə qeyd edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən həmin şikayət verilərkən ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir.
47. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1, 385, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDI:
Cavabdeh “xxxx” publik hüquqi şəxsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin ## ###### 2025-ci il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu cavabdehə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.