Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2-2(3-6)-306/2026 09.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Ziya Allahverdi oğlu Şirinovun sədrliyi və məruzəsi ilə, X3 və X8 ibarət tərkibdə, Ismayılova Elnarə Məyiş qızının katibliyi, Iddiaçı İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər cavabdeh4, cavabdeh3, cavabdeh2 və cavabdeh1 qarşı borcun ödənilməsi, tutmanın ipoteka predmetinə yönəldilməsi və s.” tələbinə dair (birləşdirilən iş) dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin ##.##.2025-cı il tarixli, *-*(***)-****/**** nömrəli qətnaməsindən cavabdehlər cavabdeh4 və cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi Işin halları
1. İddiaçı QSC, kredit alan cavabdeh1 arasında bağlanmış ##.##.2018-ci il tarixli, ***L************ nömrəli uzunmüddətli kredit və təminat müqaviləsinin məzmunundan müəyyən olunur ki, müqaviləyə əsasən cavabdeh1 bank tərəfindən 120 (yüz iyirmi) ay müddətinə, kredit limiti üzrə faiz dərəcəsi 28% olmaqla, 500000 (beş yüz min) manat məbləğində kredit limitinin ayrılması barədə razılıq əldə olunmuşdur. Müqavilə tərəflərin imzası və İddiaçı QSC-nin möhürü ilə təsdiq edilmişdir.
2. İddiaçı QSC ilə cavabdeh1 arasında bağlanmış ##.##.2023-cü il tarixli, ***R********** nömrəli kredit razılaşmasının məzmunundan müəyyən olunur ki, cavabdeh1 36 ay müddətinə, aylıq 1,3333 faiz dərəcəsi ilə 120000 manat kredit verilmişdir. Razılaşma tərəflərin imzası və İddiaçı QSCnin möhürü ilə təsdiq edilmişdir.
3. İddiaçı QSC tərəfindən tərtib edilmiş ##.##.2023-cü il tarixli kreditin verilməsi – köçürmə adlı sənədin məzmunundan müəyyən olunur ki, cavabdeh1 120000 manat kredit verilmişdir.
4. ##.##.2018-ci il tarixli, ***R********** saylı kredit müqaviləsinə əsasən tərtib olunmuş ##.##.2023-cü il tarixli ödəniş cədvəlindən müəyyən olunur ki, cavabdeh1 tərəfindən İddiaçı QSC-yə ##.##.2018-ci il tarixli, ***R********** nömrəli kredit müqaviləsi üzrə ##.##.2026-cı il tarixinə qədər ümumilikdə 120000 manat əsas, 32565,78 manat faiz borcu olmaqla, ümumilikdə 152565,78 manat pul vəsaiti ödənilməlidir.
5. Kredit verən İddiaçı QSC ilə zamin qismində cavabdeh2 arasında bağlanmış ##.##.2018-ci il tarixli, ***S************ saylı zaminlik müqaviləsinə əsasən cavabdeh1 uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün cavabdeh2 bank qarşısında tam məsuliyyəti öz üzərinə götürmüşdür. Müqavilə tərəflərin imzası və İddiaçı QSC-nin möhürü ilə təsdiq edilmişdir.
6. Kredit verən İddiaçı QSC ilə zamin qismində cavabdeh4 arasında bağlanmış ##.##.2020-ci il tarixli, ***S************* saylı zaminlik müqaviləsinə əsasən cavabdeh1 uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün cavabdeh4 bank qarşısında tam məsuliyyəti öz üzərinə götürmüşdür. Müqavilə tərəflərin imzası və İddiaçı QSCnin möhürü ilə təsdiq edilmişdir.
7. Kredit verən İddiaçı QSC ilə zamin qismində cavabdeh3 arasında bağlanmış ##.##.2023-cü il tarixli, ***S************* saylı zaminlik müqaviləsinə əsasən cavabdeh1 uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün cavabdeh3 bank qarşısında tam məsuliyyəti öz üzərinə götürmüşdür. Müqavilə tərəflərin imzası və İddiaçı QSC-nin möhürü ilə təsdiq edilmişdir.
8. xxxx” QSC ilə ipoteka qoyan – cavabdeh2 və borc alan – cavabdeh1 arasında bağlanmış ##.##.2019-cu il tarixli, ***M************ nömrəli ipoteka müqaviləsinə əsasən İddiaçı QSC ilə cavabdeh1 arasında bağlanmış ##.##.2018-ci il tarixli, ***L************ nömrəli uzunmüddətli kredit və təminat müqaviləsi üzrə cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə cavabdeh2 tərəfindən onun mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzil İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Həmin müqavilənin 2.5-ci bəndinə əsasən ipoteka predmetinin dəyəri – ilkin satış qiyməti tərəflərin qarşılıqlı razılığı ilə 91000 manat təşkil edir. Müqavilə tərəflərin imzası ilə təsdiq edilmişdir.
9. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmalkın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən mənzil xüsusi mülkiyyət hüququ əsasında cavabdeh2 məxsusdur.
10. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmalkın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən cavabdeh2 məxsus ünvan 1 ünvanında yerləşən mənzil İddiaçı QSC-nin xeyrinə yüklü edilmişdir. Bu barədə məlumat daşınmaz əmlak dövlət reyestrində **** nömrəli reyestr kitabının ****** nömrəli vərəqində qeydiyyata alınmışdır.
11. cavabdeh1 tərəfindən notarial qaydada verilmiş ərizənin məzmunundan müəyyən olunur ki, cavabdeh1 cavabdeh2 məxsus ünvan 1 ünvanında yerləşən mənzilin kredit öhdəliklərinin təminatı olaraq İddiaçı QSC-nin xeyrinə yüklü edilməsinə razılıq vermişdir.
12. X1 tərəfindən notarial qaydada verilmiş ərizənin məzmunundan müəyyən olunur ki, X1 cavabdeh2 məxsus ünvan 1 ünvanında yerləşən mənzilin kredit öhdəliklərinin təminatı olaraq İddiaçı QSC-nin xeyrinə yüklü edilməsinə razılıq vermişdir.
13. Rzayev Hafiz Qərbalı oğlu tərəfindən notarial qaydada verilmiş ərizənin məzmunundan müəyyən olunur ki, Rzayev Hafiz Qərbalı oğlu arvadı cavabdeh2 məxsus ünvan 1 ünvanında yerləşən mənzilin kredit öhdəliklərinin təminatı olaraq İddiaçı QSC-də və ya onun hər hansı filialında ipoteka ilə yüklü edilməsinə razılıq vermiş və mənzilə ödəniş mənzilə yönəldiyi halda mənzili heç bir məhkəmə orqanına müraciət etmədən tərk edəcəyinə dair öz üzərinə öhdəlik götürmüşdür.
14. . cavabdeh4 tərəfindən notarial qaydada verilmiş ərizənin məzmunundan müəyyən olunur ki, cavabdeh4 cavabdeh2 məxsus ünvan 1 ünvanında yerləşən mənzilin kredit öhdəliklərinin təminatı olaraq İddiaçı QSC-də və ya onun hər hansı filialında ipoteka ilə yüklü edilməsinə razılıq vermiş və mənzilə ödəniş mənzilə yönəldiyi halda mənzili heç bir məhkəmə orqanına müraciət etmədən tərk edəcəyinə dair öz üzərinə öhdəlik götürmüşdür.
15. X2 tərəfindən notarial qaydada verilmiş ərizənin məzmunundan müəyyən olunur ki, X2 cavabdeh2 məxsus ünvan 1 ünvanında yerləşən mənzilin kredit öhdəliklərinin təminatı olaraq İddiaçı QSC-də və ya onun hər hansı filialında ipoteka ilə yüklü edilməsinə razılıq vermiş və mənzilə ödəniş mənzilə yönəldiyi halda mənzili heç bir məhkəmə orqanına müraciət etmədən tərk edəcəyinə dair öz üzərinə öhdəlik götürmüşdür.
16. ##.##.2024-cü il tarixli ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması haqqında ərizənin məzmunundan müəyyən olunur ki, ipoteka saxlayan İddiaçı QSC tərəfindən ipoteka qoyan cavabdeh2 müvafiq bildiriş göndərilmişdir. Ipoteka predmetinə (ünvan 1 ünvanında yerləşən mənzil) tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması haqqında ərizə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi Idarəsinə təqdim olunmuş və həmin idarədə qeydə alınmışdır. Ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması ilə əlaqədar İddiaçı QSC tərəfindən 15 manat dövlət rüsumu və 36 manat xidmət haqqı ödənilmişdir.
17. İddiaçı QSC tərəfindən cavabdeh1, cavabdeh4, cavabdeh3 və cavabdeh2 ünvanlanmış ##.##.2024-cü il tarixli xəbərdarlıq məktubunun məzmunundan müəyyən olunur ki, kredit müqaviləsi üzrə yaranmış borcun ##.##.2024-cü il tarixə qədər ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir.
Birinci instansiya məhkəməsindəki icraat
18. Iddiaçı İddiaçı Qapalı Səhmdar Cəmiyyəti cavabdehlər cavabdeh4, cavabdeh3, cavabdeh2 və cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdеhlərdən müştərək qaydada iddiaçı “xxxx” Qapalı Səhmdar Cəmiyyətinin хеyrinə ***R********** saylı krеdit razılaşması üzrə 101057,56 manat məbləğində krеdit bоrcu, 7401,47 manat məbləğində faiz bоrcu və 2979,78 manat məbləğində cərimə olmaqla, ümumilikdə 111438,81 manat məbləğində bоrcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 401,44 manat məbləğində dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumu və 36 manat xidmət haqqının tutulması; tələbin cavabdeh2 xüsusi mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi, ev 251, ** saylı mənzilə yönəldilməsi, həmin torpaq sahəsi və yaşayış evinin açıq hərracdan satılması və ümumilikdə 111438,81 məbləğində bоrcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 401,44 manat məbləğində dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumu və 36 manat xidmət haqqının ipoteka predmetinin hərracdan satışından əldə olunan vəsait hesabına İddiaçı QSC-yə ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə, qalan məbləğin cavabdеhlərdən müştərək qaydada tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
19. Iddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh1 “xxxx” QSC ilə bağladığı ##.##.2018-ci il tarixli ***L************ saylı uzunmüddətli kredit müqaviləsinə əsasən 120 (yüz iyirmi) ay müddətinə 5000000 (beş milyon) ABŞ Dolları məbləğində krеdit хətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə vеriləcək məbləğ və müddət ayrıca оlaraq krеdit razılaşması ilə müəyyən оlunur. Uzunmüddətli kredit müqaviləsi üzrə cavabdeh1 “xxxx” QSC ilə bağladığı ##.##.2023-cü il tarixli ***R********** saylı krеdit razılaşması əsasında 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1.3333% оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 120000 (yüz iyirmi min) manat məbləğində krеdit götürmüşdür. cavabdeh1 krеdit razılaşmasının 1.2-ci bəndinin tələbini pоzaraq krеdit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, krеdit bоrcu və faiz bоrcundan ibarət оlmaqla ödəməli оlduğu vəsaitləri ##.##.2024-cü il tarixdən banka qaytarmamışdır. cavabdeh1 götürdüyü krеdit bоrcundan 18942,44 manat ödəmiş, onun 101057,56 manat məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1-ci bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən bildirilir ki, cavabdeh1 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün ##.##.2024-cü il tarixə 147 gün üçün hesablanmış faiz borcu 7401,47 manat təşkil edir. Krеdit razılaşmasının 4.2.2-ci bəndinə uyğun оlaraq borclu ödəniş planı üzrə krеditi və оna hеsablanmış faizi vaхtında qaytarmadıqda hər gеcikdirilən gün üçün kredit qalığının 0.5 % məbləğində cərimə ödəməlidir. ##.##.2024-cü il tarixə 147 gün üçün hеsablanmış cərimə 2979,78 manat təşkil edir. Uzunmüddətli krеdit müqaviləsinin 3.1.2-ci bəndinin “a” yarımbəndinə əsasən krеdit alan müvafiq оlaraq krеditi və faizi ödəniş planına uyğun оlaraq qaytara bilmədikdə kreditor müqaviləyə vaxtından əvvəl xitam vеrmək, qalan krеdit məbləğini, faiz bоrcunu və müqavilə üzrə hеsablanmış cəriməni tələb еtmək hüququna malikdir. Uzunmüddətli kredit müqaviləsi üzrə cavabdeh1 öhdəliklərinin icrasını təmin еtmək məqsədilə cavabdеhlər cavabdeh4, cavabdeh2, cavabdeh3 zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Onlar həmin zaminlik müqavilələrinin 1.1-ci bəndinə əsasən yuхarıda göstərilən uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında cavabdeh cavabdeh1 ilə birgə məsuliyyət daşıyır və uzunmüddətli kredit müqaviləsi üzrə krеditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra еtməlidirlər. Uzunmüddətli kredit və təminat müqaviləsi üzrə cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə borc alan cavabdeh1, ipoteka qoyan cavabdeh2 və bank arasında bağlanılmış ##.##.2019-cu il tarixli ipoteka müqaviləsi (Bakı şəhəri ** saylı notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilib) əsasında cavabdeh1 xüsusi mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi, ev 251-də xüsusi mülkiyyətli ** saylı mənzil iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən ##.##.2019-cu il tarixində qeydiyyata alınmış ********** qeydiyyat nömrəli çıxarışla cavabdeh2 xüsusi mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi, ev 251-də xüsusi mülkiyyətli ** saylı mənzilin cavabdeh1 kredit öhdəliklərinin icrasını təmin etmək üçün İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır. Ipoteka predmetində qeydiyyatda olan, yetkinlik yaşına çatan X2, cavabdeh4, X1 və ipoteka predmetində qeydiyyatda olan, yetkinlik yaşına çatan və ipoteka qoyanın həyat yoldaşı cavabdeh2 xüsusi mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi, ev 251-də xüsusi mülkiyyətli ** saylı mənzili İddiaçı QSC-yə ipoteka müqaviləsi əsasında ipoteka qoyularkən ipoteka müqaviləsinin rəsmiləşdirildiyi notariat kontoruna ərizə təqdim edərək, həmin əmlakı qeyd-şərtsiz boşaldacağı barədə öhdəlik götürmüşdür. “Ipoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 34.1.1-34.1.3-cü maddələrində əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi, ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtin yerinə yetirilməməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi anı kimi nəzərdə tutulmuşdur. Ipoteka saxlayan İddiaçı QSC tərəfindən cavabdeh – ipoteka qoyana “Ipoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 36.2-ci maddəsinə uyğun olaraq ##.##.2024-cü il tarixdə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş göndərilmişdir. Ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması haqqında ərizə ##.##.2024-cü il tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi Idarəsinə təqdim olunmuş və həmin idarədə qeydiyyata alınmışdır. Iddiaçı İddiaçı QSC ipoteka Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi Idarəsində qeydiyyata alınması üçün 15 mаnаt dövlət rüsumu və 36 manat xidmət haqqı ödəmişdir.
20. İddiaçı QSC tərəfindən tərtib edilmiş ##.##.2024-cü il tarixli maliyyə arayışından müəyyən olunur ki, cavabdeh1 ***R********** saylı kredit razılaşması üzrə ##.##.2024-cü il tarixinə olan borcu 101057,56 manat əsas borc, 7401,47 manat faiz borcu, 2979,78 manat cərimə borcu olmaqla, ümumilikdə 111438,81 manat təşkil edir (gecikdirilmiş günlərin sayı-147 gün).
21. Iddiaçı tərəfindən iş materiallarına hesabdan çıxarışlar əlavə edilmişdir.
22. İddiaçı QSC tərəfindən cavabdeh1, cavabdeh4, cavabdeh3 və cavabdeh2 ünvanlanmış ##.##.2024-cü il tarixli xəbərdarlıq məktubunun məzmunundan müəyyən olunur ki, kredit müqaviləsi üzrə yaranmış borcun ##.##.2024-cü il tarixə qədər ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir.
23. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ##.##.2025-ci il tarixli, */**** saylı ekspert rəyindən müəyyən olunur ki, rəyin tədqiqat hissəsində göstərildiyi kimi, iş materiallarında olan hesabdan çıxarış məlumatları, ##.##.2023-cü il tarixdə bağlanmış ***R********** nömrəli kredit razılaşmasında qeyd olunan şərtlər nəzərə alınmaqla cavabdeh cavabdeh1 iddiaçı İddiaçı QSC-yə olan borcu ##.##.2024-cü il tarixə əsas borc üzrə 101943,18 manat, faiz borcu üzrə 5572,89 manat təşkil edir. Qeyd edilir ki, iş materiallarında ##.##.2023-cü il tarixli, ***R********** saylı kredit razılaşması üzrə cərimə hesabı və cərimənin hesablanması ilə bağlı hər hansı məlumat olmadığından, hazırkı ekspertiza tədqiqatı ilə cavabdeh1 cərimə hesablanmadı.
24. “xxxx” MMC tərəfindən tərtib edilmiş ##.##.2025-ci il tarixli, ƏEM/S-**-***/** nömrəli ekspert rəyi ilə müəyyən olunur ki, aparılmış hesablamalara və təhlillərə əsasən ünvan 1 ünvanında yerləşən mənzilin ##.##.2025-ci il tarixinə bazar dəyəri 185000 manat, likvid dəyəri 176000 manat təşkil edir.
25. Bakı Kommersiya Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, cavabdehlər cavabdeh4, cavabdeh3, cavabdeh2 və cavabdeh1 müştərək qaydada ***R********** saylı krеdit razılaşması üzrə 101057,56 manat (yüz bir min əlli yeddi manat əlli altı qəpik) əsas bоrc, 5572,89 manat (beş min beş yüz yetmiş iki manat səksən doqquz qəpik) faiz bоrcu, 2979,78 manat (iki min doqquz yüz yetmiş doqquz manat yetmiş səkkiz qəpik) cərimə olmaqla, cəmi 109610,23 manat (yüz doqquz min altı yüz on manat iyirmi üç qəpik) məbləğində bоrc və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 15 (on beş) manat dövlət rüsumu, 36 manat xidmət haqqı, ödənimiş dövlət rüsumunun əvəzi olaraq 394,85 manat (üç yüz doxsan dörd manat səksən beş qəpik) olmaqla, ümumilikdə 110056,08 manat (yüz on min əlli altı manat səkkiz qəpik) məbləğində pul vəsaiti iddiaçı İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, tutmanın ipoteka predmeti olan, cavabdeh2 məxsus, Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi, ev 251-də xüsusi mülkiyyətli ** saylı mənzilə yönəldilməsi, həmin əmlak açıq hərracda satılması, satışdan əldə olunmuş vəsait hesabına iddiaçıya olan borc ödənilməsi, satışdan artıq məbləğ qalarsa, qalan məbləğ cavabdeh2 qaytarılması, ipoteka predmeti olan, Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi, ev 251- də xüsusi mülkiyyətli ** saylı mənzilin ilkin satış qiyməti 176000 (yüz yetmiş altı min) manat müəyyən edilməsi, iddianın tələbi qalan hissədə təmin edilməməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 manat pulun 98,40 manat hissəsi cavabdehlər cavabdeh4, cavabdeh3, cavabdeh2 və cavabdeh1 müştərək qaydada, 1,60 manat hissəsi isə İddiaçı Qapalı Səhmdar Cəmiyyətindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (kod: 210005, VÖEN: 1401555071, müxbir hesab: AZ41NABZ01360100000000003944, SWIFT BIK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: 1700326621, hesab: AZ34CTRE00000000000002088501) köçürülməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 300 (üç yüz) manat pulun 295,10 manat hissəsi cavabdehlər cavabdeh4, cavabdeh3, cavabdeh2 və cavabdeh1 müştərək qaydada, 4,90 manat hissəsi isə İddiaçı Qapalı Səhmdar Cəmiyyətindən tutularaq, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına (VÖEN: 1502606231, Hesab N AZN: AZ68IBAZ3509001944981193205, Bank: ABB ASC, VÖEN: 9900001881, müxbir hesab: AZ03NABZ01350100000000002944, kod: 805711, SWIFT: IBAZAZ2X) köçürülməsi qət edilmişdir.
26. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ##.##.2025-ci il tarixli, */**** saylı ekspert rəyini, MPMin 218.3-cü maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia tələbi əsas borcun tutulması hissəsində tam (tələbə uyğun) və faiz borcunun tutulması hissəsində isə qismən təmin olunmalı, cavabdeh4, cavabdeh3, cavabdeh2 və cavabdeh1 müştərək qaydada ***R********** saylı krеdit razılaşması üzrə 101057,56 manat (yüz bir min əlli yeddi manat əlli altı qəpik) əsas bоrc, 5572,89 manat (beş min beş yüz yetmiş iki manat səksən doqquz qəpik) faiz bоrcu tutularaq iddiaçıya ödənilməli, faiz borcunun tutulmasına dair iddia qalan hissədə təmin olunmamalıdır. Faiz borcu ilə bağlı hazırkı nəticəyə gələrkən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ##.##.2025- ci il tarixli, */**** saylı ekspert rəyi nəzərə alınmışdır. Qeyd edilən rəyə əsasən ***R********** saylı kredit razılaşması üzrə cavabdeh cavabdeh1 iddiaçı İddiaçı QSC-yə ##.##.2024-cü il tarixə faiz borcu 5572,89 manat təşkil edir. Cavabdehlər tərəfindən borc iddiaçıya müəyyən edilmiş müddət ərzində ödənilmədiyindən iddiaçı müqavilə şərtlərinə əsasən cavabdehlərdən cərimə məbləğinin ödənilməsini tələb etməkdə haqlıdır.
27. Məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğlərinə nisbətini, eləcə də tərəflərin əsaslı mənafelərini nəzərə alaraq hesab etmişdir ki, 2979,78 manat (iki min doqquz yüz yetmiş doqquz manat yetmiş səkkiz qəpik) cərimə məbləği cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə tərəfindən ipoteka predmetinin likvid dəyərlərinin müəyyən edilməsi ilə bağlı qiymətləndirici rəyi alınmışdır. Həmin rəyə əsasən ipoteka predmeti olan cavabdeh2 məxsus olan ünvan 1 ünvanında yerləşən mənzilin likvid dəyəri 176000 manat müəyyən edilmişdir.
28. Məhkəmə qeyd etmişdir ki, iddia tələbinin hərracdan əldə olunmuş vəsait borcların tam ödənilməsinə kifayət etmədikdə, qalan məbləğin ümumi müştərək qaydada tutulması hissəsinə münasibətdə qeyd edir ki, bütünlükdə borc məbləğinin həmin cavabdehlərdən müştərək qaydada tutulması elə hərracdan əldə olunmuş vəsait borcların tam ödənilməsinə kifayət etmədikdə, qalan məbləğin cavabdehlərdən müştərək qaydada tutulmasını da özündə ehtiva edir. Ona görə də həmin hissənin ayrıca göstərilməsinə zərurət yoxdur
29. cavabdeh4 və cavabdeh1 apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin e-*-*(***)-****/**** saylı ##.##.2025-ci il tarixli qətnaməsinin tamamilə ləğv edilməsi, iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
APELLYASIYA ŞIKAYƏTININ VƏ ONA QARŞI ETIRAZIN DƏLILLƏRI, MƏHKƏMƏ ICRAATI IŞTIRAKÇILARININ IZAHATLARI
a) Apellyasiya şikayətinin dəlilləri
30. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, iddiaçı tərəfindən iddia irəli sürülərkən 36 ay müddətinə bağlanmış ##.##.2022-ci il tarixli kredit müqaviləsinin müddətinin bitməməsinə baxmayaraq müqaviləyə vaxtından əvvəl xitam verilməsi tələbi irəli sürülməmiş, birinci instansiya məhkəməsi tərəfindən qeyd edilən hal araşdırılmamışdır. Ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi ilə bağlı müvafiq ekspertiza təyin edilsə də, “xxxx” MMC tərəfindən tərtib edilmiş ##.##.2025-ci iltarixli, ƏEM/S-**-***/** nömrəli ekspert rəyinə əsasən 3 otaqlı, ümumi sahəsi 70.kv.m olan ünvan 2 ünvanında yerləşən mənzilin ##.##.2025-ci il tarixinə bazar dəyəri 185000 manat, likvid dəyəri 176000 manat müəyyən edilmişdir. “Ipoteka haqqında» AzərbaycanRespublikası Qanununun 39.3.3-cü maddəsinin tələbləri pozulmuş, nəticədə maddi hüquq normaları düzgün tətbiq edilməmişdir. Hamıya bəlli olan faktdır ki, Nəsimi rayonu Bakı şəhəri üzrə 1-ci zona hesab edilir və ünvan 3 ünvanda yerləşən tikilməkdə olan binaların 1 kv.m-nin qiymətiən azından 4000 manat təşkil edir. Bundan başqa evin faktiki sahəsi 70 kv. m-dir. (70*4000=280000) Göründüyü kimi evin təmirsiz, çıxarışsız vəziyyətdə olan qiyməti təxminən 300 000 manat təşkil edir. Iddiaçı tərəfindən iddia irəli sürülərkən kredit müqaviləsinin müddətinin bitmiş, bitmə tarixinə Bank qarşısında faiz borcu olmamışdır. Bununla yanaşı bütün dünyada “COVID-19”virusunun yayılması ilə bağlı pandemiya elan edilmiş, Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən bütün banklara bu dövr ərzində müştərilərə dəbbə pulunun və gecikmə günlərinin hesablanmaması barədə tövsiyələr olmuşdur. Məhkəmə işə bizim iştirakımız olmadan baxmışdır. Cavabdeh cavabdeh4 oğıu əvvəlki məhkəmə iclaslarında iştirak etmiş və ipoteka pretmetinin ilkin satış qiymətinin az olduğu ilə bağlı etirazını bildirərək təkrar qiymətlərdirmə keçirilməsi barədə vəsatət versə məhkəmə etiraz və vəsatətə təmin etməmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
31. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
32. Tərəflərə məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir.
TƏTBIQ EDILƏN HÜQUQ
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
33. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.
34. Maddə 14.2.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.
35. Maddə 317. Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Satış bu Məcəllənin 414-416-cı maddələrinə uyğun olaraq həyata keçirilir.
36. Maddə 319.1 və 319.6. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Ipoteka predmetinin satışından götürülmüş məbləğ ipoteka saxlayanın tələblərini ödəməyə kifayət etmirsə, borclu çatışmayan məbləği ipoteka saxlayana ödəməlidir. Əgər satışdan götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır.
37. Maddə 385. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
38. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
39. Maddə 425. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
40. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir.
41. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
42. Maddə 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
“Ipoteka haqqında” Azərbaycan Respublikasının Qanunu
43. Maddə 1.0.9. ilkin satış qiyməti – qanunun tələbinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir.
44. Maddə 33. Borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər.
45. Maddə 34.1.1. Əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnu yaradır.
46. Maddə 39.3..3. Məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. Ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
47. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
48. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
49. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.
50. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
51. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
52. Maddə 97.1. Işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər.
53. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.
54. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
55. Maddə 385. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
“Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında” Qanun
56. Maddə 17. Ilkin məhkəmə ekspertizasının rəyi kifayət qədər aydın olmadıqda, ekspert qoyulmuş sualları tam həll etmədikdə və ya tədqiqat aparılmış obyektlərə dair əlavə suallar yarandıqda, aparılmış tədqiqatın və ya rəydəki boşluğun aradan qaldırılması üçün əlavə məhkəmə ekspertizası təyin edilir və onun aparılması həmin ekspertə və ya başqa ekspertə həvalə edilir.
57. Maddə 18. Ekspertin rəyi kifayət qədər əsaslı olmadıqda və ya şübhə doğurduqda, yaxud onun əsaslandığı sübutlar etibarsız (qeyri-mötəbər) hesab edildikdə və ya ekspertiza aparılmasının prosessual qaydaları pozulduqda təkrar ekspertiza aparılır.
Ali Məhkəmənin Mülki və Kommersiya kollegiyalarının “Ipoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair” ## #### 2020-ci il tarixli Qərardadı
58. ... “Likvidlik” özü iqtisadi termin olaraq biznesdə, yaxud investisiya proseslərində aktivlərin bazarda əhəmiyyətli qiymət fərqi olmadan və dəyər itkisi yaratmadan tez reallaşdırıla (satıla) bilməsi qabiliyyətidir. Likvid dəyər bazar dəyərinin müəyyənləşdirilməsi üçün adekvat marketinqin keçirilməsi üçün vaxt məhdudluğu şəraitində mülkiyyətin satılmasından real əldə oluna biləcək pulun məbləğidir. Bu baxımdan aydın olur ki, əmlakın likvid qiyməti onun bazar qiymətinin açıq bazar şəraitində daha asan və tez satılma imkanı verən həddini ehtiva edir.
59. Məlumdur ki, “Kredit müqavilələri üzrə borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılması” tələblərinə dair işlərdə borcun vaxtında geri qaytarılmasından ibarət öhdəliyin icra edilməməsi özü-özlüyündə borcverənin birbaşa zərərə məruz qalması ilə nəticələnməklə yanaşı, sahibkarlara münasibətdə qaytarılmalı borcun dövriyyədə istifadə edilməməsi səbəbi ilə onların sahibkarlıq fəaliyyətinə də zərər vurmuş olur. Eyni zamanda, məhkəmə mübahisələrinin kifayət qədər uzun müddət davam etməsi, habelə bununla bağlı borc alan və ya ipoteka qoyanlar tərəfindən yol verilən sui-istifadə halları da öz növbəsində zərər məbləğinin artmasının digər səbəblərindəndir. Bu vəziyyətdə borcun təminat vasitəsi olan ipoteka predmetinin satışına uzun müddətin sərf edilməsinin qarşısının alınması üçün qanunverici əmlakın real bazar dəyəri ilə deyil, onun daha tez realizə olunmasına imkan verən real bazar dəyərindən nisbətən aşağı, lakin əhəmiyyətli qiymət fərqi olmadan və dəyər itkisi yaratmayan likvid qiymətlə hərraca çıxarılmasını nəzərdə tutmuşdur. Təsadüfi deyil ki, “Ipoteka haqqında” Qanuna edilmiş son dəyişikliklərlə ipoteka predmetinə tutmanın yönəldilməsi prosedurunun sadələşdirilməsi də məhz bu məqsədlərə xidmət edir.
60. O da qeyd edilməlidir ki, ipoteka predmetinin likvid qiymətlə satılması borc alanın və ipoteka qoyanın da qanuni maraqlarına zidd deyil. Belə ki, ipoteka predmetinin realizasiyasının likvid qiymət əsasında daha tez həyata keçirilməsi borcun vaxtında ödənilməməsinə görə Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq maddələri ilə nəzərdə tutulmuş əlavə ödənişlərin tutulmasının qarşısını da almaqla borcluları əlavə zərərdən qorumuş olacaqdır. Digər tərəfdən, likvid qiymət real bazar dəyərindən nisbətən aşağı olsa da, əhəmiyyətli qiymət fərqi olmadan dəyər itkisi yaratmayan həddə olduğundan və yalnız məcburi qaydada satışa tətbiq edildiyindən ipoteka qoyanın maraqlarına da zidd kimi qiymətləndirilməməlidir. Belə ki, Qanun ədalətli yanaşma müəyyən edərək, ipotekaqoyana ipoteka predmetini hərrac yekunlaşana qədər borcu ödəməklə ipotekadan azad etmək, habelə ipotekasaxlayanla qarşılıqlı razılıq əsasında ipoteka predmetini könüllü olaraq satmaq imkanı vermişdir. Bundan əlavə, “Ipoteka haqqında” Qanunun 39.3.3-cü maddəsində ipoteka predmetinin ilkin satış qiymətinin ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında müəyyən edilməsi imkanı nəzərdə tutulmuşdur. Həmçinin, qeyd edilməlidir ki, ipoteka predmeti olan əmlakın likvid qiymətlə açıq hərraca çıxarılması ipoteka predmetinin ilkin hərracda daha tez realizə edilərək, hərrac qaydalarına əsasən növbəti hərracdan mülkiyyətiçinin mənafeyinə zidd şəkildə ucuz qiymətə satılmasının qarşısını almaqla, iş üzrə qəbul edilmiş məhkəmə aktlarının da vaxtında icra olunmasına yardım etmiş olacaqdır.
61. Yuxarıda göstərilənlərə əsasən Ali Məhkəmənin Mülki və Kommersiya kollegiyalarının hakimlərindən ibarət məhkəmə tərkibi kassasiya instansiyası məhkəməsində icraat zamanı “Ipoteka haqqında” Qanunun tətbiqi baxımından ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi ilə bağlı mübahisəli hüquqi məsələyə dair belə qənaətə gəlir ki, ipoteka predmetinin ilkin satış qiyməti onların real bazar qiyməti nəzərə alınmaqla müəyyən edilən likvid qiymətidir.
APELLYASIYA BAXIŞININ HƏDLƏRI
62. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
63. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin iddianın təmin olunan hissəsində tam yoxlanılması təşkil edir APELLYASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI
64. Kollegiya аpеllyаsiyа şikаyətinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
65. Işin müəyyən olunmuş hallarından göründüyü kimi, İddiaçı QSC, kredit alan cavabdeh1 arasında ##.##.2018-ci il tarixli, ***L************ nömrəli uzunmüddətli kredit və təminat müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən cavabdeh1 bank tərəfindən 120 (yüz iyirmi) ay müddətinə, kredit limiti üzrə faiz dərəcəsi 28% olmaqla, 500000 (beş yüz min) manat məbləğində kredit limitinin ayrılması barədə razılıq əldə olunmuşdur. Həmin müqavilə çərçivəsində İddiaçı QSC ilə cavabdeh1 arasında ##.##.2023-cü il tarixli, ***R********** nömrəli kredit razılaşması bağlanmış və həmin razılaşmaya əsasən cavabdeh1 36 ay müddətinə, aylıq 1,3333 faiz dərəcəsi ilə 120000 manat kredit verilmişdir. Ipoteka saxlayan – İddiaçı QSC ilə ipoteka qoyan – cavabdeh2 və borc alan – cavabdeh1 arasında ##.##.2019-cu il tarixli, ***M************ nömrəli ipoteka müqaviləsi bağlanmış və həmin müqavilə ilə İddiaçı QSC ilə cavabdeh1 arasında bağlanmış ##.##.2018-ci il tarixli, ***L************ nömrəli uzunmüddətli kredit və təminat müqaviləsi üzrə cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə cavabdeh2 tərəfindən onun mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzil İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Kredit verən İddiaçı QSC ilə zaminlər qismində cavabdeh2, cavabdeh4 və cavabdeh3 arasında ayrı-ayrılıqda eyni məzmunlu zaminlik müqavilələri bağlanmış və həmin müqavilələrə əsasən cavabdeh1 uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün zaminlər bank qarşısında tam məsuliyyəti öz üzərinə götürmüşdür. Kreditor kredit razılaşması üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirsə də, borcalan və zaminlər müqavilə üzrə öhdəliklərini lazımınca icra etməmiş, bununla da müqavilənin şərtlərini və mülki qanunvericiliyin normalarını pozmuşlar.
66. Məhkəmə kollegiyası apellyatorun kredit müqaviləsinin müddətinin bitməməsinə baxmayaraq müqaviləyə vaxtından əvvəl xitam verilməsi tələbinin irəli sürülməməsi dəlilinə münasibətdə qeyd edir ki, iş materiallarından görünür ki, kredit öhdəliklərinin icrası lazımi qaydada təmin edilməmiş, ödənişlərdə gecikmələr yaranmışdır. Bu hal kredit müqaviləsinin şərtlərinə uyğun olaraq kreditorun öhdəliyin vaxtından əvvəl tələb edilməsinə və müqavilənin faktiki olaraq dayandırılmasına hüquqi əsas yaradır. Bu səbəbdən ayrıca “xitam” tələbinin irəli sürülməməsi iddianın rədd edilməsi üçün əsas hesab edilə bilməz.
67. Ipoteka predmetinin qiymətləndirilməsi ilə bağlı dəlilə gəldikdə, kollegiya qeyd edir ki, iş üzrə “xxxx” MMC tərəfindən verilmiş ##.##.2025-ci il tarixli ekspert rəyi qanunvericiliyin tələblərinə uyğun qaydada tərtib edilmiş, müvafiq metodologiya əsasında aparılmış və tərəflər tərəfindən əsaslı sübutlarla təkzib edilməmişdir. Cavabdehin təqdim etdiyi hesablamalar (1 kv.m üçün 4000 manat qəbul edilməsi) subyektiv mülahizəyə əsaslanır, hər hansı rəsmi bazar araşdırması, müqayisəli satış məlumatları və ya müstəqil ekspert rəyi ilə təsdiqlənmir. Bu səbəbdən həmin hesablamalar sübut kimi qəbul edilə bilməz.
68. Bundan əlavə, cavabdeh tərəfindən göstərilən “təxminən 300 000 manat” dəyər barədə fikir ehtimala əsaslanır və daşınmaz əmlakın konkret hüquqi statusu (çıxarışın olmaması, təmirsiz vəziyyət və digər amillər) nəzərə alınmadan irəli sürülmüşdür. Halbuki ekspert rəyi məhz bu amilləri nəzərə alaraq bazar və likvid dəyəri müəyyən etmişdir.
69. “Ipoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 39.3.3-cü maddəsinin pozulması barədə iddia da əsassızdır. Belə ki, ilkin satış qiyməti məhz müstəqil ekspert rəyi əsasında müəyyən edilmiş və qanunun tələblərinə riayət olunmuşdur.
70. Qeyd olunmalıdır ki, qanunvericilik məhkəməyə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda təkrar ekspertiza təyin etmək hüququnu vermişdir,hazırkı iş üzrə verilmiş rəydə isə qeyri-aydın və ya ziddiyyətli xüsusatlar olmadığından təkrar qiymətləndirmə təyin edilməsinin prosessual əsasları mövcud deyildir.
71. Bu qənaətə gələrkən kollegiya onu da nəzərə alır ki, ##.##.2019-cü il tarixli ipoteka müqaviləsinə əsasən ipoteka predmetinin ilkin satış qiyməti tərəflərin razılığı ilə 91000 (doxsan bir min) manat razılaşdırılmışdır, bu qiymətlə müqayisədə isə ekspertin müəyyənləşdirdiyi qiymət real qiymətə uyğun olmayan hesab edilə bilməz.
72. Həmçinin, iş materillarından görünür ki, ekspert rəyi məhkəmə daxil olduqdan sonra keçiirlmiş məhkəmə iclaslarınını vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq cavabdehlər məhkəmə iclaslarında iştirak etməmiş, təkrar ekspertiza keçirilməsinə dair hər hansı vəsatət verməmişlər.
73. Işə cavabdehin iştirakı olmadan baxılması ilə bağlı iddiaya gəldikdə isə müəyyən olunur ki, cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri barədə qanunvericiliyə uyğun qaydada məlumatlandırılmış, əvvəlki iclaslarda iştirak etmiş, lakin sonrakı iclaslarda üzrlü səbəb olmadan iştirak etməmişdir. Bu səbəbdən məhkəmənin işə onun iştirakı olmadan baxması prosessual normalara uyğun olmuşdur.
74. Pandemiya dövrü ilə bağlı dəlilə münasibətdə kollegiya bildirir ki, Azərbaycan Respublikası Mərkəzi Bankının tövsiyə xarakterli qərarları normativ hüquqi akt qüvvəsinə malik deyildir və tərəflər arasında bağlanmış müqavilə öhdəliklərini avtomatik olaraq dəyişdirmir. Bundan əlavə, cavabdeh tərəfindən konkret olaraq hansı dövr üzrə və hansı məbləğdə əsassız faiz və ya dəbbə pulu hesablandığı sübut olunmamışdır.
75. Beləliklə, apellyatorun apellyasiya şikayətində irəli sürdükləri formal mülahizələrdir; birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
76. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə xərclərinə dair məsələyə də qiymət verməyin zəruriliyini vurğulayaraq kollegiya qeyd edir ki, apellyasiya şikayəti vermək üçün apellyatorun ödədiyi dövlət rüsumunun məbləği onun özünə aid olunmalıdır. Nəzərə alınmalıdır ki, məhkəmə xərclərinin bölüşdürülməsi məsələsi prosessual qanunvericiliklə tənzimləndiyindən, bununla bağlı qərar qəbul edərkən məhkəmə, müvafiq tələbin olub-olmamasına bağlı deyildir.
77. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
q ə t e t d i:
Cavabdehlər cavabdeh4 və cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin ##.##.2025-cı il tarixli, *-*(***)-****/**** nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumu apellyatora aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.