AzərbaycanRespublikasıadından Qətnamə Bakışəhəri İş№2-2(3-6)-309/2026 21.04.2026 BAKIAPELLYASIYAMƏHKƏMƏSI iddiaçı “xxxx” MMC-nin cavabdeh Cavabdeh MMC-nə qarşı iddia tələbinə dair kommersiya mübahisəsi üzrə (Açar sözlər: yükdaşıma xidmətlərinin göstərilməsi müqaviləsi, işgüzar münasibətlər, sübutetmə) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), X2 və CəfərovSəmədFəxrəddinoğlundanibarəttərkibdə, MusayevaAytacElşənqızınınkatibliyi, cavabdeh Cavabdeh MMC-ninvəkiliX1iştirakıilə “xxxx” MMC-nin Cavabdeh MMC-yə qarşı “müqavilə üzrə yaranmış borcun və cərimənin ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin ## ###### 2026-cı il tarixli qətnaməsindən Cavabdeh MMC-nin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasındabaxaraq,aşağıdakıqətnaməniqəbuletdi: İşin halları
1. “xxxx” MMC (icraçı) ilə Cavabdeh MMC (sifarişçi) arasında ## ###### 2024-cü il tarixdə ***-**** saylı “Vasitəçilik xidmətinin göstərilməsi” haqqında müqavilə bağlanmış, müqaviləyə əsasən icraçı sifarişçiyə sonuncunun fəaliyyət göstərdiyi sahəyə uyğun olaraq yüklərin daşınması üzrə vasitəçilik göstərməyi, sifarişçi isə göstərdiyi xidmətlərə görə icraçıya müqavilə ilə nəzərdə tutulmuş şərtlərlə və qaydada xidmət haqqı ödəməyi öhdəsinə götürmüşdür.
2. Müqavilənin 2.1.3-cü bəndinə əsasən, sifarişçi tərəfindən icraçıya tapdığı yüklərə, cəlb etdiyi müştərilərə görə bu Müqavilə ilə müəyyən edilmiş şərtlərlə və qaydada xidmət haqqı ödənilir.
3. Müqavilənin 3.1-ci bəndinə əsasən, razılaşdırılmış xidmət haqqı icraçı tərəfindən təqdimedilənelektronqaiməfakturaəsasındasifarişçitərəfindənicraçıyaödənilir.
4. Müqaviləhərikihüquqişəxsinimzasıvəmöhürüilətəsdiqedilmişdir.
5. İcraçı tərəfindən ##.##.2024-cü il tarixdə sifarişçiyə MT2412 seriyalı ******** nömrəli, dəyəri26435manatolanelektronqaiməgöndərilmişdir.
Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı
6. “xxxx” MMC (iddiaçı) Cavabdeh MMC-yə (cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, cavabdehlə bağlanmış ## ###### 2024-cü il tarixli müqaviləyə əsasən ödənilməli olan 20 825 manat əsas borc, 5000 dəbbə pulu olmaqla ümumilikdə 25 825 manat borcun və 170 manat dövlətrüsumuncavabdehdənxeyrinətutulmasıbarədəqətnaməçıxarılmasınıxahişetmişdir.
7. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, cavabdehlə arasında yüklərin daşınması üzrə vasitəçilik xidmətinin göstərilməsinə dair ## ###### 2024-cü il tarixində müqavilə bağlanmış, müqaviləyə əsasən cavabdehin verdiyi sifarişlər əsasında müqavilədə qeyd edilən xidməti yerinə yetirməyi, cavabdeh isə bu xidmət müqabilində muzd ödəməyi öhdələrinə götürmüşlər. Lakin cavabdeh hazırki vaxtadək üzərinə düşən öhdəliyi yerinə yetirməmiş və 20 825 manat əsas borc, 5000 manat dəbbə pulu olmaqla, ümumilikdə 25825 manatborcuyaranmışdır..
8. İddiaçının məhkəmə iclaslarında iştirak edən nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahişetmiş,cavabdehinnümayəndəsiisəməhkəməyəgəlməmişdir.
9. Birinci instansiya məhkəməsinin ##.##.2026-cı il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh MMC-dən ##.##.2024-cü il tarixli müqavilə üzrə 20 825 manat əsas borcun və dövlət rüsumunun əvəzi olaraq 152,48 manatın tutularaq “xxxx” Məhdud MəsuliyyətliCəmiyyətinəödənilməsi,iddianınqalanhissədərəddedilməsiqətolunmuşdur.
10. Məhkəməgəldiyinəticəniaşağıdagöstərildiyikimiəsaslandırmışdır: Müqavilənin məzmununa və tərəflər arasında formalaşmış olan işgüzar münasibətlərə nəzər yetirildiyində aydın olur ki, tərəflər arasında bağlanmış müqavilə Yükdaşıma müqaviləsidir. Belə ki, iddiaçı tərəf cavabdehin sifarişinə əsasən yüklərin daşınmasını, cavabdeh tərəf isə, həyata keçirilmiş daşıma üzrə, onun dəyərini ödəməyi öhdəsinə götürmüşdür.
Hazırda iddiaçı tərəf, cavabdehə 26 435 manat dəyərində logistika (yükdaşıma) xidmətlərinin göstərildiyini, 5610 manat hissənin ödənildiyini, 20 825 manat məbləğində borcun qaldığını bildirərək, iddiaçının xeyrinə tutulmasını xahiş edir.
İş materiallarından görünür ki, iddiaçı tərəfindən cavabdehə MT2412 seriyalı ******** nömrəli ##.##.2024-cü il tarixli dəyəri 26.435 manat məbləğində olan elektron qaimə göndərilmişdir.
Tərəflər arasında bağlanmış müqavilənin 3.1-ci bəndindən görünür ki, tərəflər xidmət haqqının icraçı tərəfindən təqdim edilən elektron qaimə faktura əsasında ödənilməsi barədə razılığa gəlmişlər.
Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən cavabdehə xidmətlər göstərilmiş, cavabdehin də göstərilmiş xidmətin əvəzini ödəmək vəzifəsi yaranmışdır.
Məhkəmə hesab edir ki, iddia əsas borcun tələb edilməsi hissəsində təmin edilməli, 20.825 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
5000 manat məbləğində dəbbə pulunun tələb edilməsi ilə bağlı məhkəmə qeyd edir ki, hazırda tərəflər arasında müqavilədə və qanunda (tapşırıq və yükdaşıma ilə bağlı normalarda) öhdəliyin icra edilməməsi ilə bağlı cərimənin tətbiq edilməsinin mümkünlüyü barədə bənd olmadığından iddia, 5000 manat cərimənin tələb edilməsi hissəsində təmin edilə bilməz.
11. Gəldiyi nəticənin hüquqi əsaslandırması zamanı məhkəmə, Mülki Məcəllənin 390.1ci, 390.4-cü, 442-ci, 462.1-ci, 777.1-ci, 783.2-ci, 850.1-ci, 850.2-ci maddələrinə istinad etmişdir.
12. Qətnamədən cavabdehin nümayəndəsi apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini, iddiaçı ilə bağlanmış ##.##.2024-cü il tarixli müqavilə üzrə 5610 manat dəyərində xidmət göstərildiyi və həmin məbləğin ödənildiyi, 20825 manat tələbinin absurd olduğunu, həmin məbləğdə elektron qaiməni tədiqləmədiklərini, işə baxılmasında iştirakları təmin olunmadığı üçün sübutlarını məhkəməyə təqdim edə bilmədikləri və təhvil-təslim aktının olub-olmadığını aydınlaşdırmadıqlarıarqumentləriiləəsaslandırmışdır.
Apellyasiya şikayətinə qarşı etiraz
13. Apellyasiyaşikayətinəqarşıyazılıetirazverilməmişdir.
Apellyasiya baxışı, izahat
14. Cavabdehin məhkəmə iclasında iştirak edən vəkili apellyasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin olunmasını xahiş etmiş, iddiaçı isə nümayəndəsini məhkəməyə göndərməmişdir.
15. Cavabdehin vəkili suallara cavab olaraq bildirmişdir ki, dəyəri 26 435 manat olan ##.##.2024-cü il tarixli elektron qaimə üzrə hər biri 2805 manat dəyərində olan xidmətlər göstərildiyi üçün həmin məbləğləri, yəni 5610 manatı iddiaçıya ödəmişlər, lakin digər xidmətlər göstərilməmişdirvəbununlabağlıtəhvil-təslimaktıyoxdur.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
16. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasınıtələbetməkhüququvardır.
17. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələgəlməsiüçünonuniştirakçılarıarasındamüqaviləolmalıdır.
18. Maddə 398.1. Müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrəödənilir.
19. Maddə 399.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.
20. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
21. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyinməzmunuiləmüəyyənləşdirilmişdigərşərtləripozmaqlaicraedilməsi)başadüşülür.
22. Maddə 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Bunun nəticəsində icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyününnəticələriüçünkreditorqarşısındaməsuliyyətdaşıyır.
23. Maddə 445.7. Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğəillikbeşfaizinödənilməsinitələbedəbilər.
24. Maddə 850.1. Yük daşınması müqaviləsinə görə daşıyıcı yükü haqq (yüklərin daşınması üçün haqq) müqabilində olduğu yerdən təyinat yerinə daşımağı, yük göndərən, yükü alan və ya onların səlahiyyətləndirdiyi digər şəxs isə daşımanın dəyərini ödəməyi öhdəsinə götürür.
25. Maddə 854.1. Yük daşınması müqaviləsi və onun həyata keçirilməsi formulyar şəklində tərtib edilən sənədlə (qaimə ilə) təsdiq edilə bilər. Əksi sübuta yetirilənədək qaimə aşağıdakıları təsdiq edir: 854.1.1. yük göndərən ilə daşıyıcı arasında müqavilə; 854.1.2. bir və ya bir neçə daşıyıcı tərəfindən yükün daşımaya qəbul olunması; 854.1.3. yük alan tərəfindən yükün qəbul edilməsi; 854.1.4. müqavilə iştirakçılarından birinin bəyan etdiyi reklamasiyalar və ya qeyd-şərtlər; 854.1.5. yük göndərənin və ya yük alanın yükə dair sərəncam vermək hüququ; 854.1.6.daşıyıcınınyükəgirovhüququ.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
26. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardanistifadəetməlidir.
27. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübutetməlidir.
28. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəməüçünqabaqcadanmüəyyənedilmişqüvvəsiyoxdur.
29. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinəuyğunəsaslandırılmalıdır.
30. Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığınıəsaslandırsın.
31. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarınauyğungəlməməsi.
32. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının həddi
57. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
58. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
59. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının həddini qətnamənin iddianın qismən təmin olunması ilə bağlı hissəsinin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki iddiasının qismən təmin olunmasına baxmayaraq iddiaçı qətnamədən şikayət verməmiş, cavabdehisəfaktikiolaraqqətnaməninqeydolunanhissəsinimübahisələndirmişdir.
Məhkəmə kollegiyasının mövqeyi
60. Kollegiya mübahisənin mahiyyəti ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə, habelə hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, məhkəmə, müəyyən etdiyi faktlardantərəflərinqarşılıqlımünasibətləriüzrədüzgünnəticəyəgəlmişdir.
61. Belə ki, mülki mühakimə icraatında hüququn tətbiqi üçün ilkin başlanğıc nöqtə tələbin qanuni əsasının tapılmasından ibarətdir – iddia tələbinin düzgün qanuni əsasını tapmaq üçün isə4sualcavablandırılmalıdır:kimkimdənnəyivənəyəəsasəntələbedir?.
62. Qeyd olunmalıdır ki, iddianın əsasını irəli sürülən iddia tələblərinin əsaslandırıldığı hüquqi faktlar təşkil edir və məhkəmənin vəzifəsi iddiaçının bildirdiyi faktiki halların iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Başqa sözlə, mülki hüquqda hamılıqla qəbul edilmiş prinsiplərdən biri olan “iura novit curia” (“məhkəmə hüququ bilir”) prinsipinə əsasən hüququn tətbiqinə hakim bilavasitə cavabdehlik daşısa da, o, iddiaçının bildirdiyi (iddiasını əsaslandırdığı) faktlarla bağlıdır və qərarını iddianın faktiki tərkibi adlananfaktlarınməcmusunaistinadənqəbuledir.
63. Tərəflər hüquq və öhdəliklərini mülki qanunvericiliyə müvafiq olaraq müqavilə ilə razılaşdırdıqları halda məhkəmələr yaranmış mübahisəni həmin müqavilə şərtləri çərçivəsində həll etməli, tərəflərin müqavilə üzrə öhdəliklərini icra edib-etməmələrini hərtərəfli araşdırmalı, eləcə də hansı tərəfin öhdəliyin icra edilməməsi üçün məsuliyyət daşımalı olduğunu dəqiqliklə müəyyən etməlidir (Konstitusiya Məhkəməsinin Plenumunun “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının ## ######## 2017-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ## #### 2018-ci il tarixli Qərarı).
64. İşin hallarından aşkar şəkildə müəyyən olunur ki, tərəflər arasında 05 dekabr 2024cü il tarixdə “Vasitəçilik xidmətinin göstərilməsi” haqqında müqavilə bağlanmış və iddiaçı tərəfindən cavabdeh üçün müxtəlif vaxtlarda mallar daşınmaqla xidmətlər göstərilmiş, MT2412 seriyalı ******** nömrəli ##.##.2024-cü il tarixli dəyəri 26 435 manat məbləğində olan elektron qaimə cavabdehə göndərilmişdir. Cavabdeh tərəfindən 5610 manat ödəniş edilmiş, 20825 mant əsasborcqalmışdır.
65. Cavabdeh, iddiaçı tərəfindən müqavilə üzrə 20825 manat dəyərində daşıma xidmətinin göstərildiyini təsdiq edən sənədlərin, habelə təhvil-təslim aktlarının mövcud olmadığını bildirsə də, işin hallarından aydın olur ki, tərəflər arasında işgüzar münasibətlər yalnız elektron qaimənin göndərilməsi və ödənişin həyata keçirilməsi şəklində formalaşmış, cavabdeh tərəfindənöncəkiödənişlərdəbuqaydadaedilmişdir.
66. Xüsusilə qeyd olunmalıdır ki, iddiaçının cavabdehə ##.##.2024-cü il tarixdə göndərdiyi, dəyəri 26 435 manat olan elektron qaimə cavabdeh tərəfindən təsdiqlənmiş və sonradan düzəliş olunması üçün geri qaytarılmamış, həmin qaimə üzrə 5610 manat ödəniş həyata keçirilmişdir – hansı ki, sözügedən ödənişin aid olduğu xidmətlə (cavabdehin göstərildiyini qəbul etdiyi xidmətlər) bağlı da başqa heç bir sənəd (təhvil təslim aktı, sifariş məktubuvəs.)tərtibolunmamışdır.
67. Ali Məhkəmənin bir sıra qərarlarında sərgilənən mövqeyə görə də, tərəflər arasında münasibətlər təhlil edilərkən onlar arasındakı işgüzar adətlərə xüsusi önəm verilməlidir. Bu halda tərəflər arasında yaranmış işgüzar adətlərin müqavilə üzrə və müqavilədən kənar olmasına1,
1AliMəhkəmə,İş№2-2(102)-135/2023
(https://sc.supremecourt.gov.az/storage/Iqtisad/2023/3_135+04.04.2023.pdf) § 51 işgüzar münasibətlərin kommersiya fəaliyyətinin hansı sahəsinə aid olmasına2, bu cür münasibətlərin davamlı və ardıcıl xarakter daşıyıb-daşımamasına3, eləcə də tərəflərin işgüzar münasibətlərinəhansıhəddəəməledilib-edilməməsinə4qiymətverilməsizəruridir.
68. Göründüyü kimi, işgüzar adətlərin tərəflər arasında bağlanmış müqavilənin şərtlərinin və onların hərəkətlərinin şərh edilməsi zamanı istifadəsinin mümkünlüyü həm qanunvericilikdə, həmdəməhkəmətəcrübəsindətəsbitedilmişdir.
69. Hazırkı mübahisənin tərəfləri müqavilədə xidmətin təhvil verilməsi ilə bağlı konkret prosedur müəyyən etməmişlər, lakin müqavilədə nəzərdə tutulmuşdur ki, razılaşdırılmış xidmət haqqı icraçı tərəfindən təqdim edilən elektron qaimə faktura əsasında icraçıya ödənilməlidir. Müqavilədətəhvil-təslimaktlarıiləbağlıkonkretşərtnəzərdətutulmamışdır.
70. Beləliklə, birinci instansiya məhkəməsi haqlı olaraq o nəticəyə gəlmişdir ki, iddiaçı müqavilə üzrə öz üzərinə düşən öhdəliyi icra edərək cavabdehin sifarişi əsasında sonuncuya yükdaşıma xidmətləri göstərmiş, lakin cavabdeh həmin xidmətlərin ödənişini tam şəkildə həyata keçirməmiş,nəticədəiddiaçıya20825manatborcuyaranmışdır.
71. İşə baxılmasında iştiraklarının təmin edilmədiyi barədə apellyatorun arqumenti isə iş materialları ilə təkzib olunur. Belə ki, iş materiallarından cavabdehin məhkəmə prosesləri barədə lazımi qaydada məlumatlandırıldığı, hətta onun nümayəndəsinin məhkəmə iclasının təxirə salınması barədə məhkəməyə ərizə də ünvanladığı aydın olur; məlumatlı olduğu məhkəmə iclasına getməməsinin məsuliyyətini isə cavabdeh özü daşıyır və bu, məhkəmənin prosessual pozuntuyayolverməsikimiqiymətləndiriləbilməz.
33. Şərh olunanları ümumiləşdirərək məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, habelə tərəflərin münasibətləri ilə bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri mübahisələndirilən hissədə qətnaməninləğvi,yaxuddəyişdirilməsiüçünəsastəşkiletmir.
34. Apellyasiya şikayəti üçün ödənilən dövlət rüsumunun məbləği apellyatorun özünə aid olunmalıdır. Nəzərə alınmalıdır ki, məhkəmə xərclərinin bölüşdürülməsi məsələsi prosessual qanunvericiliklə tənzimləndiyindən, bununla bağlı qərar qəbul edərkən məhkəmə, müvafiq tələbinolub-olmamasınabağlıdeyildir.
35. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və405-cimaddələrinirəhbərtutaraqməhkəməkollegiyası
QƏT ETDİ:
Cavabdeh MMC-ninapellyasiyaşikayətitəminedilməsin. Bakı Kommersiya Məhkəməsinin e-*-*(***)-****/**** saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi ## ###### 2026-cı il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu apellyatora aid olunsun. Qətnamədən Cavabdeh MMC tərəfindən, qətnamə ona rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
2AliMəhkəmə,İş№2-2(102)-451/2023
(https://sc.supremecourt.gov.az/storage/Iqtisad/2023/3_451+18.10.2023.pdf) § 69 3AliMəhkəmə,İş№2-2(102)-73/2024
(https://sc.supremecourt.gov.az/storage/Iqtisad/2024/3_73+15.03.2024.pdf) § 66 4AliMəhkəmə,İş№2-2(102)-54/2024
(https://sc.supremecourt.gov.az/storage/Iqtisad/2024/3_54+01.02.2024.pdf) § 17 Sədrlik edən hakim Elnur Həsənov
Hakimlər Təranə Mahmudova
Səməd Cəfərov