Məhkəmə qərarları › İş №2-2(3-6)-317/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(3-6)-317/2026

01.07.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2-2(3-6)-317/2026 01.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim sədrliyi ilə, hakimlər X1 və X2 ibarət tərkibdə, məhkəmə iclasının katibi katibliyi, Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-****/**** saylı qətnaməsindən cavabdeh cavabdeh4 tərəfindən verilmiş apellyasiya şikayətinə dair kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxıb, m ü ə y y ə n e t d i:

1. Iddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər cavabdeh4, cavabdeh3, cavabdeh2 və cavabdeh1 qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh cavabdeh3 ##.##.2023-cü il tarixli kredit müqaviləsi üzrə 35 690,44 manat əsas borc, 4 776,48 manat faiz borcu, borcun gecikdirilməsi üçün 961,65 manat faiz borcu olmaqla cəmi 41 428,57 manat məbləğində borcun, həmçinin ödənilmiş 265,29 manat məhkəmə xərcinin əvəzinin tutularaq ona ödənilməsi, ünvan 1 ünvanında yerləşən 0,116590 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 201,60 m2 olan *** saylı fərdi yaşayış evinə tutmanın yönəldilməsi, əmlakın açıq hərracda satılması, borcun əmlakın satışından əldə olunan vəsait hesabına ödənilməsi, əmlak hərracda satıldıqdan sonra bir ay ərzində cavabdehlərin həmin əmlakdan çıxarılması və əmlakın boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-****/**** saylı qərardadı ilə iddia tələbinin “əmlakdan çıxarılma və əmlakın boşaldılması”na dair hissəsində iş üzrə icraata xitam verilmişdir.

3. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-****/**** saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, cavabdeh cavabdeh3 35 690,44 manat əsas borc, 2 555,96 manat faiz borcu, 961,65 manat illik beş faizlə hesablanmış faiz borcu və 251 manat məhkəmə xərci olmaqla cəmi 39 459,05 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi, tutmanın ilkin satış qiyməti 251 000 manat müəyyən edilməklə ünvan 1 ünvanında yerləşən 0,116590 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 201,60 m2 olan *** saylı fərdi yaşayış evinə yönəldilməsi, əmlakın açıq hərracdan satılması, satışdan əldə olunan vəsait hesabına borc tələbinin ödənilməsi və satışdan artıq qalan vəsaitin cavabdehlər cavabdeh4, cavabdeh2 və cavabdeh1 qaytarılması qət edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir.

4. Cavabdeh cavabdeh4 həmin qətnamədən apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-****/**** saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. Bakı Apellyasiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(*-*)-***/**** saylı qərardadı ilə cavabdeh cavabdeh4 tərəfindən verilmiş apellyasiya şikayəti mümkün hesab edilərək icraata qəbul edilmişdir.

6. Cavabdeh cavabdeh4 ##.##.2026-cı il tarixdə məhkəməyə elektron kabinet vasitəsilə ərizə ilə müraciət edərək bildirmişdir ki, cavabdeh cavabdeh3 banka olan borcunu tam şəkildə ödəmiş, ipoteka müqaviləsinə xitam verilmiş və ipoteka predmeti olan fərdi yaşayış evi yüklülükdən azad edilmişdir. Qeyd edilənləri nəzərə alaraq, cavabdeh apellyasiya şikayətinin baxılmamış saxlanılması barədə müvafiq qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. 7.Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası MPM-in 376.2-ci maddəsinə əsasən apellyasiya şikayətinə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

8. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:

Maddə 369. Apellyasiya şikayətindən imtina edilməsi 369.1. Işdə iştirak edən şəxsin apellyasiya şikayətindən imtina etməsi birinci instansiya məhkəməsi qətnaməsinin qanuni qüvvəyə minməsinə səbəb olur. 369.2. Apellyasiya şikayəti verən şəxs apellyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. 369.3. Məhkəmə bu Məcəllənin 191-ci maddəsində nəzərdə tutulan əsaslar olduqda şikayətdən imtinanı rədd edə və işə apellyasiya qaydasında baxa bilər. 369.4. Şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apellyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verir.

9. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh cavabdeh4 ərizəsində apellyasiya şikayətinin baxılmamış saxlanılmasını xahiş etsə də, ərizənin mahiyyətindən və onun əsaslarından cavabdeh4 apellyasiya şikayətindən imtina etdiyi aydın görünür. 10.Apellyasiya şikayətindən imtina yazılı formada ifadə edildiyindən, qanunazidd olmadığından və hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından qəbul olunmalıdır. 11.Qətnamədən başqa şəxslər tərəfindən apellyasiya şikayəti verilmədiyindən apellyasiya icraatına xitam verilməlidir.

12. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 369.4, 400 və 402-ci maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı: Cavabdeh cavabdeh4 apellyasiya şikayətindən imtinası qəbul edilsin. Bakı Kommersiya Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-*-*(***)-****/**** saylı qətnaməsindən cavabdeh cavabdeh4 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya icraatına xitam verilsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar