Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(3-6)-320/2026 10.03.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “pulun tutulması və s.” tələbinə dair kommersiya mübahisəsi üzrə (Açar sözlər: apellyasiya şikayətinin qeyri-mümkünlüyü) X2 Nəriman qızının sədrliyi və məruzəsi ilə, Cəfərov Səməd Fəxrəddin oğlu və X1 ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “pulun tutulması və s.” tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-5754/2025 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünü yoxlayaraq qərara aldılar. Birinci instansiya məhkəməsindəki icraat
1. İddiaçı Cavabdeh qarşı iddia və iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakıxanov qəsəbəsi, Leyla Məmmədbəyova küçəsində Cavabdeh tərəfindən nisyə götürülmüş torpaq sahəsində ev inşa edilməsi üçün İddiaçı tərəfindən yatırılmış investisiyanın ödənilməmiş hissəsini təşkil edən 5256 ABŞ dolları, həmin evin satışından əldə edilmiş qazancdan İddiaçı payına düşən 18.905 ABŞ dolları, pul vəsaitlərinin vaxtında qaytarılmamasına görə əldən çıxmış faydanı təşkil edən 144.966 ABŞ dolları, ünvan 1 ünvanında yerləşən yataqxanadan 1 otaqlı mənzilin alınması üçün İddiaçı Cavabdeh vermiş olduğu 2055 ABŞ dolları, həmin otağın satışından əldə edilən qazancdan İddiaçı payına düşən 17.307 ABÇ dolları (həmin dövr üçün məzənnə ilə13500 manat/0.78=17307), pul vəsaitlərinin vaxtında qaytarılmamasına görə əldən çıxmış faydanı təşkil edən 116.172 ABŞ dolları, Cavabdeh İddiaçı aldığı 5500 ABŞ dolları borc, Cavabdeh qanunsuz hərəkətləri nəticəsində İddiaçı vurulmuş mənəvi zərərə görə 100.000 manat pul vəsaitinin – ümumilikdə 310.161 ABŞ dolları və 100.000 manat pul vəsaitinin Cavabdeh alınaraq, İddiaçı ödənilməsi, ünvan 2 ünvanında (Sabunçu rayon İcra Hakimiyyətinin arxasında) yerləşən, Cavabdeh tərəfindən qanunsuz olaraq özgəninkiləşdirilmiş İddiaçı məxsus torpaq sahəsinin, yaxud həmin torpaq sahəsinə identik, eyni ərazidə yerləşən, eyni ölçüdə, eyni kommunikasiyaya malik başqa bir torpaq sahəsinin İddiaçı verilməsi öhdəliyinin Cavabdeh üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-5754/2025 nömrəli qətnaməsi ilə iddianın rədd edilməsi qət edilmişdir.
3. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, iddianın təmin edilməsini xahiş etmişdir.
4. Apellyasiya instansiya məhkəməsindəki icraat
Tətbiq edilən hüquq
5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:
10-1.1-ci maddəsinə əsasən, elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. 10-1.3-cü maddəsinə əsasən, kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. 10-1.7-ci maddəsinə əsasən, “Elektron məhkəmə” informasiya sistemində elektron sənəd dövriyyəsi üçün gücləndirilmiş elektron imzadan və sertifikatlaşdırılmış elektron imza vasitələrindən istifadə edilir. 363.1 və 363.1.1-1-ci maddələrində isə təsbit olunmuşdur ki, apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. 363.1.2-ci maddəsinə əsasən, apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa, qanunla dövlət rüsumunun ödənilməsinə möhlət verilməsi, hissə-hissə ödənilməsi və ya onun məbləğinin azaldılması imkanı nəzərdə tutulmuşdursa, bu barədə vəsatət olmadıqda və ya vəsatət rədd edilmişdirsə məhkəmə tərəfindən geri qaytarılır. 363.1.5-ci maddəsinə əsasən, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddələrində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında apellyasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilmədikdə məhkəmə tərəfindən geri qaytarılır. 366.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. 366.2-ci maddəsinə əsasən, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər.
6. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun:
8-ci maddəsinə əsasən məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri 8.1 Qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə: 8.1.4-cü maddəsinə əsasən iddia qiyməti 100.000 manatdan 1.000.000 manatadək olduqda: 390 manat + 100.000 manatdan yuxarı olan iddia qiymətinin 0,1 faizi. 8.6-cı maddəsinə əsasən apellyasiya, kassasiya və ya əlavə kassasiya şikayətinin, qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması üçün ərizənin verilməsinə görə bu Qanunun müvafiq olaraq 8.1-ci və 8.2-ci maddələrində müəyyən edilmiş dövlət rüsumunun 50 faizi.
Məhkəmənin mövqeyi
7. Məhkəmə apellyasiya şikayətinin mümkünlüyünü yoxlayaraq hesab edir ki, apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilməlidir.
8. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (01 oktyabr 2021ci ildən qüvvəyə minmiş redaksiyası) 361.1-ci maddəsində apellyasiya şikayətinin bu Məcəllə ilə müəyyən edilmiş formada verilməsi nəzərdə tutulmuşdur.
9. Həmin məcəllənin 10-1-ci maddəsinin tələblərinə əsasən, apellyasiya şikayəti elektron qaydada tərtib edilərək “Elektron məhkəmə” informasiya sistemində elektron sənəd dövriyyəsi üçün gücləndirilmiş elektron imzadan və sertifikatlaşdırılmış elektron imza vasitələrindən istifadə edilməklə imzalanır.
10. Lakin tərəf prosessual qanunvericiliyin qeyd olunan tələbinə zidd olaraq, şikayəti həmin formaya uyğun tərtib etməmişdir. Belə ki, şikayət yalnız “pdf ” formatında tərtib edilərək elektron deyil, fiziki qaydada imzalanmışdır.
11. Bununla yanaşı apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə edilməmişdir.
12. Belə ki, iş üzrə iddia qiyməti ümumilikdə 627.351,24 (altı yüz iyirmi yeddi min üç yüz əlli bir manat iyirmi dörd qəpik) manat təşkil edir. Belə olan halda, “Dövlət rüsumu haqqında” Qanunun 8.1.4 və 8.6-cı maddələrinin tələblərinə əsasən, iddiaçı tərəfindən birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün ödənilməli olan dövlət rüsumunun məbləği 458,6 manat təşkil etdiyi halda apellyasiya şikayəti verilərkən, iddiaçı tərəfindən qanunla müəyyən olunmuş qaydada və məbləğdə dövlət rüsumunun ödənildiyi müəyyən edilməmişdir.
13. Kollegiya həmçinin qeyd edir ki, İddiaçı apellyasiya şikayətinə əlilliyini təsdiq edən sənəd əlavə edərək dövlət rüsumundan azad olunduğunu bildirmişdir.
14. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.20-ci maddəsinə əsasən məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habelə Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumunu ödəməkdən azaddırlar. Qeyd edilən normanın məzmunundan aydın olur ki, qanun əlilliklə bağlı yalnız müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxsləri dövlət rüsumu ödəməkdən azad edilmiş şəxslər kateqoriyasına aid etmişdir.
15. İddiaçı apellyasiya şikayətinə əlavə etdiyi “əlilliyin qiymətləndirilməsinin nəticəsinə dair” arayışdan görünür ki, xx.xx.2004-cü il tarixdə İddiaçı bronxial astma səbəbindən ikinci dərəcəli əlillik dərəcəsi verilmiş, əlilliyin səbəbinin isə ümumi xəstəlik olması göstərilmişdir.
16. Belə olan halda kollegiya qeyd edir ki, iddiaçının əlilliyi müharibə ilə əlaqədar yaranmadığından dövlət rüsumunu ödəməkdən azad edilmiş şəxslər kateqoriyasına aid edilə bilməz.
17. Beləliklə məhkəmə hesab edir ki, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-5754/2025 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilməlidir.
18. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 363, 366-cı, 400 və 405-ci maddələrini rəhbər tutaraq,
QƏRARAALDİ:
Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-5754/2025 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilsin. İş materialları birinci instansiya məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on gün) müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.