Məhkəmə qərarları › İş №2-2(3-6)-322/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(3-6)-322/2026

14.04.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

AzərbaycanRespublikasıadından Qətnamə Bakışəhəri İş№2-2(3-6)-322/2026 14.04.2026 BAKIAPELLYASIYAMƏHKƏMƏSI iddiaçı İddiaçı ASC-nin cavabdehlər X2 və X6 qarşı iddia tələblərinə dair iş üzrə (Açar sözlər: kredit borcunun tutulması, gecikdirilmiş müddət üçün faiz borcu, cərimənin azaldılması, borcun düzgün hesablanmaması, ipoteka predmetinə tutma yönəldilməsi, ipotekanın ilkin satış qiyməti, zaminin məsuliyyəti) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), X1 və Cəfərov SəmədFəxrəddinoğlundanibarəttərkibdə, MusayevaAytacElşənqızınınkatibliyiilə İddiaçı ASC-nin X2 və X6 qarşı “kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin ## ###### 2026-cı il tarixli qətnaməsindən X2 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməniqəbuletdi: İşin halları

1. İddiaçı ASC (bank) və X6 arasında bağlanmış ##.##.2021-ci il tarixli müqaviləyə əsasən X6 120 (yüz iyirmi) ay müddətinə 190 000 (yüz doxsan min) manat məbləğində kredit limitiayrılmışdır.

2. Həmin müqavilə üzrə öhdəliklərin icrasının təminatı qismində bankla X2 arasında ##.##.2021-ci il tarixdə ipoteka müqaviləsi bağlanmış, X2 mülkiyyətindəki Bakı şəhəri, Nərimanov rayonu, Ceyhun Hacıbəyli küçəsi, ev 40, mənzil 58 (Yeni Qaydalarla: AZ: 1110, ünvan 1) ünvanındayerləşənmənzilbankınxeyrinəipotekailəyüklüedilmişdir.

3. Həmin müqavilədən irəli gələn öhdəliklərin icrasının təminatı qismində bankla X2 arasındazaminlikmüqaviləsibağlanmışdır.

4. X3 arasında bağlanmış ##.##.2021-ci il tarixli kredit müqaviləsinə əsasən, X6 İddiaçı ASC-dənillik18%-lə36aymüddətinə40000manatməbləğindəkreditgötürmüşdür.

5. ##.##.2021-ci il tarixli kredit müqaviləsinə * saylı Əlavədə müqavilə üzrə ödənişlərin məbləğvətarixləri,əsasvəfaizməbləğləriözəksinitapmışdır.

6. X3 arasında bağlanmış ##.##.2021-ci il tarixli kredit müqaviləsinə əsasən, X6 İddiaçı ASC-dənillik18%-lə36aymüddətinə40000manatməbləğindəkreditgötürmüşdür.

7. ##.##.2021-ci il tarixli kredit müqaviləsinə * saylı Əlavədə müqavilə üzrə ödənişlərin məbləğvətarixləri,əsasvəfaizməbləğləriözəksinitapmışdır.

8. X3 arasında bağlanmış ##.##.2022-ci il tarixli kredit müqaviləsinə əsasən, X6 İddiaçı ASC-dənillik18%-lə36aymüddətinə35000manatməbləğindəkreditgötürmüşdür.

9. ##.##.2022-ci il tarixli kredit müqaviləsinə * saylı Əlavədə müqavilə üzrə ödənişlərin məbləğvətarixləri,əsasvəfaizməbləğləriözəksinitapmışdır.

10. X3 arasında bağlanmış ##.##.2022-ci il tarixli kredit müqaviləsinə əsasən, X6 İddiaçı ASC-dənillik16%-lə36aymüddətinə30000manatməbləğindəkreditgötürmüşdür.

11. ##.##.2022-ci il tarixli kredit müqaviləsinə * saylı Əlavədə müqavilə üzrə ödənişlərin məbləğvətarixləri,əsasvəfaizməbləğləriözəksinitapmışdır.

12. Bank tərəfindən təqdim edilmiş ##.##.2024-cü il tarixli maliyyə arayışına görə, ##.##.2022-ci il tarixli kredit müqaviləsi üzrə əsas borc 13 071,84 manat, faiz borcu 1542,04 manat,cəriməborcu483,38manattəşkiledir.

13. Bank tərəfindən təqdim edilmiş ##.##.2024-cü il tarixli maliyyə arayışına görə, ##.##.2021-ci il tarixli **-MGZ-*-*-***-**/* saylı kredit müqaviləsi üzrə əsas borc 9541,52 manat, faizborcu1198,2manat,cəriməborcu617,23manattəşkiledir.

14. Bank tərəfindən təqdim edilmiş ##.##.2024-cü il tarixli maliyyə arayışına görə, ##.##.2021-ci il tarixli **-MGZ-*-*-***-**/* saylı kredit müqaviləsi üzrə əsas borc 10 116,5 manat, faizborcu1262,88manat,cəriməborcu2045,45manattəşkiledir.

15. Bank tərəfindən təqdim edilmiş ##.##.2024-cü il tarixli maliyyə arayışına görə, ##.##.2022-ci il tarixli kredit müqaviləsi üzrə əsas borc 12 686,99 manat, faiz borcu 1225,16 manat,cəriməborcu362,67manattəşkiledir.

Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı

16. İddiaçı ASC (iddiaçı) X2 və X6 (cavabdehlər) qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, ##.##.2021-ci il tarixli kredit müqaviləsi üzrə 9541,52 manat əsas borc, 1198,2 manat faiz borcu və 154,31 manat cərimə borcu, ##.##.2024-cü il tarixdən ##.##.2024-cü il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 56,4 manat məbləğində əldən çıxmış fayda olmaqla ümumilikdə 10 950,43 manatın, ##.##.2021-ci il tarixli kredit müqaviləsi üzrə 10 116,5 manat əsas borc, 1262,88 manat faiz, 511,36 manat cərimə borcu, ##.##.2024-cü il tarixdən ##.##.2024-cü il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 58,8 manat məbləğində əldən çıxmış fayda olmaqla ümumilikdə 11 949,54 manatın, ##.##.2022-ci il tarixli kredit müqaviləsi üzrə 13071,84 manat əsas borc, 1542.04 manat faiz borcu və 120,85 manat cərimə borcu olmaqla, ümumilikdə 14 734,73 manatın, ##.##.2022-ci il tarixli kredit müqaviləsi üzrə 12686,99 manat əsas borc, 1225,16 manat faiz borcu və 90,67 manat cərimə borcu olmaqla, ümumilikdə 14002,82 manatın, 211,76 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumunun və 36 manat xidmət haqqının cavabdehlərdən müştərək qaydada xeyrinə tutulması, tutmanın X2 məxsus Bakı şəhəri, Nərimanov rayonu, Ceyhun Hacıbəyli küçəsi ev 40, mənzil 58 (Yeni Qaydalarla: AZ: 1110, ünvan 1) ünvanında yerləşən, ümumi sahəsi 86.7 m2, yaşayış sahəsi 42.7 m2, yaşayış otaqlarının sayı 2 olan mənzilə yönəldilməsi, mənzilin hərracdan satışdan əldə olunan vəsait hesabına borcun ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi barədə qətnamə çıxarılmasınıxahişetmişdir.

17. İddia еэдэиш onunla əsaslandırılmışdır ki, X6 ##.##.2021-ci il tarixli kredit limitinin ayrılmasına dair müqaviləyə əsasən İddiaçı ASC- nin ** saylı filialından 120 ay müddətinə 190 000 manat məbləğində kredit limiti ayrılmış, kreditin təminatı olaraq ##.##.2021-ci il tarixdə X2 ilə zaminlik müqaviləsi bağlanmış, eyni zamanda X2 mülkiyyətindəki Bakı şəhəri, Nərimanov rayonu, Ceyhun Hacıbəyli küçəsi, ev 40, mənzil 58 (Yeni Qaydalarla: AZ: 1110, ünvan 1) ünvanında yerləşən, ümumi sahəsi 86.7 m2, yaşayış sahəsi 42.7 m2, yaşayış otaqlarının sayı 2 olan mənzil ##.##.2021-ci il tarixli ipoteka müqaviləsi ilə yüklü edilmişdir. ##.##.2022-ci il tarixli kredit verilməsinə dair müqaviləyə əsasən X6 İddiaçı ASC-dən illik 18 %-lə 36 ay müddətinə 40 000 manat məbləğində kredit götürmüşdür. 2024-cü il #######ın ##-dək X6 banka ##.##.2021-ci il tarixli kredit müqaviləsi üzrə 10 116.5 manat əsas borc, 1262,88 manat faiz, 2045,45 manat cərimə borcu, ##.##.2024-cü il tarixdən ##.##.2024-cü il tarixədək gecikdirilmiş vaxt üçün ilik 5 (beş) faizlə hesablanmış 58,8 manat məbləğində əldən çıxmış fayda olmaqla ümumilikdə cəmi 13483,63 manat borcu vardır. X6 banka ##.##.2021-ci il tarixli kredit müqaviləsi üzrə ümumi cərimə borcu 2045,45 manat təşkil etməsinə baxmayaraq, cərimə məbləği kredit müqaviləsində nəzərdə tutulmuş və təqdim olunan maliyyə arayışı üzrə ümumi cərimə məbləğinin 25%- i miqdarında olmaqla, yəni 511,36 manat məbləğində tələb olunur. X6 ##.##.2021-ci il tarixli kredit verilməsinə dair müqaviləyə əsasən "xxxx” ASC-dən illik 18 %-lə 36 ay müddətinə 40 000 manat məbləğində kredit götürmüşdür. 2024-cü il #######ın ##-dək X6 banka ##.##.2021-ci il tarixli kredit müqaviləsi üzrə 9541,52 manat əsas borc, 1198,2 manat faiz, 617,23 manat cərimə borcu, ##.##.2024-cü il tarixdən ##.##.2024-cü il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 56.4 manat məbləğində əldən çıxmış fayda olmaqla ümumilikdə cəmi 13 483.63 manat borcu vardır. X6 banka ##.##.2021-ci il tarixli kredit müqaviləsi üzrə banka ümumi cərimə borcu 617,23 manat təşkil etməsinə baxmayaraq, cərimə məbləği kredit müqaviləsində nəzərdə tutulmuş və təqdim olunan maliyyə arayışı üzrə ümumi cərimə məbləğinin 25 %-i miqdarında olmaqla, yəni 154,31 manat məbləğində tələb olunur. X6 ##.##.2022-ci il tarixli kredit verilməsinə dair müqaviləyə əsasən "xxxx” ASC-dən illik 18 %-lə 36 ay müddətinə 35 000 manat məbləğində kredit götürmüşdür. 2024-cü il #######ın ##-dək X6 banka ##.##.2022-ci il tarixli kredit müqaviləsi üzrə 13 071.84 manat əsas borc, 1542.04 manat faiz, 483.38 manat cərimə borcu olmaqla cəmi 15 097.26 manat borcu vardır. X6 banka ##.##.2022-ci il tarixli kredit müqaviləsi üzrə banka ümumi cərimə borcu 483.38 manat təşkil etməsinə baxmayaraq, cərimə məbləği kredit müqaviləsində nəzərdə tutulmuş və təqdim olunan maliyyə arayışı üzrə ümumi cərimə məbləğinin 25 %-i miqdarında olmaqla, yəni 120,85 manat məbləğində tələb olunur. X6 ##.##.2022-ci il tarixli kredit verilməsinə dair müqaviləyə əsasən "xxxx” ASC-dən illik 16 %-lə 36 ay müddətinə 30 000 manat məbləğində kredit götürmüşdür. 2024-cü il #######ın ##-dək X6 banka ##.##.2022-ci il tarixli kredit müqaviləsi üzrə 12 686.99 manat əsas borc, 1225.16 manat faiz, 362.67 manat cərimə borcu olmaqla cəmi 14 274.82 manat borcu vardır. X6 banka ##.##.2022-ci il tarixli kredit müqaviləsi üzrə banka ümumi cərimə borcu 362.67 manat təşkil etməsinə baxmayaraq, cərimə məbləği kredit müqaviləsində nəzərdə tutulmuş və təqdim olunan maliyyə arayışı üzrə ümumi cərimə məbləğinin 25 %-i miqdarında olmaqla, yəni 90,67 manat məbləğində tələb olunur. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır.

18. İddiaçının nümayəndəsi məhkəməyə ərizə göndərərək işə iştirakları olmadan baxılmasınıxahişetmiş,cavabdehlərdəməhkəməyəgəlməmişlər.

19. Məhkəmənin təyinatı əsasında tədqiqat aparan Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi ##.##.2025-ci il tarixli rəyində göstərmişdir ki, “cavabdeh tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları və ##.##.2021-ci il tarixli kredit müqaviləsinin şərtləri əsas götürülməklə X6 banka ##.##.2024-cü il tarixə (maliyyə arayışında borcun hesablandığı tarixə) əsas borcu 10 144,13 manat, faiz borcu 928,19 manat, illik beş faizlə hesablanmış faiz borcu 59,17 manat, ##.##.2021-ci il tarixli kredit müqaviləsi üzrə ##.##.2024-cü il tarixə (maliyyə arayışında borcun hesablandığı tarix) əsas borcu 8058,54 manat, faiz borcu 834,06 manat, illik beş faizlə hesablanmış faiz borcu 47,01 manat, ##.##.2022-ci il tarixli kredit müqaviləsi üzrə ##.##.2024-cü il tarixə (maliyyə arayışında borcun hesablandığı tarix) əsas borcu 14 758,59 manat, faiz borcu 1505,38 manat, ##.##.2022-ci il tarixli kredit müqaviləsi üzrə ##.##.2024-cü il tarixə (maliyyə arayışında borcun hesablandığı tarixə) əsas borcu 12 769,40 manat,faizborcu1089,66manattəşkiledir.

20. Məhkəmənin sifarişi əsasında qiymətləndirmə həyata keçirən “xxxx” MMC-nin ##.##.2025-ci il tarixli rəyində göstərilmişdir ki, Bakı şəhəri, Nərimanov rayonu, Ceyhun Hacıbəyli küçəsi, ev 40, mənzil 58 (Yeni qaydalarla: ünvan 3) ünvanında yerləşən X2 məxsus qeyri-yaşayış sahəsininbazarqiyməti217000manat,likvidqiyməti195000manattəşkiledir.

21. Birinci instansiya məhkəməsinin ## ###### 2026-cı il tarixli qətnaməsi ilə iddia tələblərinin qismən təmin edilməsi, X2 və X6 birgə (müştərək) qaydada ##.##.2021-ci il tarixli kredit müqaviləsi üzrə 8058,54 manat əsas borc, 834,06 manat faiz borcu, 154,31 manat cərimə, 47,01 manat illik beş faizlə hesablanmış faiz borcu, ##.##.2021-ci il tarixli kredit müqaviləsi üzrə 10 116,50 manat əsas borc, 928,19 manat faiz borcu, 500 manat cərimə, 58,8 manat illik beş faizlə hesablanmış faiz borcu, ##.##.2022-ci il tarixli kredit müqaviləsi üzrə 13 071,84 manat əsas borc, 1505,38 manat faiz borcu, 120,85 manat cərimə, ##.##.2022-ci il tarixli kredit müqaviləsi üzrə 12 686,99 manat əsas borc, 1089,66 manat faiz borcu, 90 manat cərimə, 200 manat dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumu, 36 manat xidmət haqqı, ümumilikdə 49 513,13 (qırx doqquz min beş yüz on üç manat on üç qəpik) manatın tutularaq İddiaçı ASC-yə ödənilməsi, tutmanın X2 mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Ceyhun Hacıbəyli küçəsi, ev 40, mənzil 58 (Yeni Qaydalarla: AZ1110, ünvan 1) ünvanında yerləşən, ümumi sahəsi 86.7 kv.m, yaşayış sahəsi 42.7 kv.m, yaşayış otaqlarının sayı 2 olan mənzilə - ilkin satış qiyməti 195 000 (bir yüz doxsan beş min) manat olmaqla yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması və satışdan əldə edilən vəsait hesabına ümumilikdə 49 513,13 (qırx doqquz min beş yüz on üç manat on üç qəpik) manat məbləğində borcun tutulub İddiaçı ASC-yə ödənilməsi, satışdan artıq qalan vəsaitin X2 qaytarılması, iddia tələbinin qalan hissədə təmin edilməməsi, iddia ərizəsi verilərkən ödənilmiş 11,76 (on bir manat yetmiş altı qəpik) manat dövlət rüsumunun İddiaçı ASC-nin özünə aid edilməsi, X2 və X6 birgə (müştərək) qaydada 100 (bir yüz) manat ekspertiza xərcinin tutularaq Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına, 300 (üç yüz) manat ekspertiza xərcinin“xxxx”MMC-ninhesabınaköçürülməsiqətolunmuşdur.

22. Məhkəmə gəldiyi nəticəni işin faktiki hallarına istinadla aşağıda göstərildiyi kimi əsaslandırmışdır:  İşin araşdırılan hallarından məlum olur ki, iddiaçı ilə cavabdeh X6 arasında bağlanmış ##.##.2021-ci il tarixli kredit limitinin ayrılmasına dair müqaviləyə əsasən sonuncuya 120 (yüz iyirmi) ay müddətinə 190 000 (yüz doxsan min) manat məbləğində kredit limiti ayrılmışdır. ##.##.2021 -ci il tarixli Kredit limitinin ayrılmasına dair müqavilənin təminatı olaraq ##.##.2021-ci il tarixdə X2 ilə zaminlik müqaviləsi bağlanmışdır. İddiaçı ilə cavabdeh X6 arasında bağlanmış ##.##.2021-ci il tarixli kredit müqaviləsinə əsasən X6 "xxxx” ASC-dən illik 18 %-lə 36 ay müddətinə 40 000 manat məbləğində kredit verilmişdir. Daha sonra iddiaçı ilə cavabdeh X6 arasında bağlanmış ##.##.2021-ci il tarixli kredit müqaviləsinə əsasən sonuncuya "xxxx” ASC-dən illik 18 %-lə 36 ay müddətinə 40 000 manat məbləğində növbəti kredit verilmişdir. ##.##.2021 -ci il tarixli kredit limitinin ayrılmasına dair müqavilə üzrə öhdəliklərin icrasının təminatı qismində iddiaçı ilə X2 arasında bağlanmış ##.##.2021-ci il tarixli ipoteka müqaviləsi ilə X2 mülkiyyətindəki Bakı şəhəri, Nərimanov rayonu, Ceyhun Hacıbəyli küçəsi, ev 40, mənzil 58, Yeni Qaydalarla: AZ: 1110, ünvan 1 ünvanında yerləşən mənzil ipoteka ilə yüklü edilmişdir. İddiaçı ilə cavabdeh X6 arasında bağlanmış ##.##.2022-ci il tarixli kredit müqaviləsinə əsasən sonuncuya "xxxx” ASC-dən illik 18 %-lə 36 ay müddətinə 35 000 manat məbləğində kredit verilmişdir. İddiaçı ilə cavabdeh X6 arasında bağlanmış ##.##.2022-ci il tarixli kredit müqaviləsinə əsasən sonuncuya "xxxx” ASCdən illik 16 %-lə 36 ay müddətinə 30 000 manat məbləğində kredit verilmişdir. Lakin cavabdeh kredit müqavilələləri üzrə üzərinə düşən öhdəlikləri lazımı qaydada icra etməmişdir.

 Belə olan təqdirdə, iddiaçı cavabdehlərdən (əsas borclu və zamin) kredit müqavilələri üzrə yaranmış əsas və faiz borclarının ödənilməsini tələb etməkdə haqlıdır.

 ##.##.2021-ci il tarixli birinci kredit müqaviləsi üzrə tutulacaq əsas və faiz borcu, ##.##.2021-ci il tarixli ikinci kredit müqaviləsi, ##.##.2022-ci il tarixli kredit müqaviləsi, ##.##.2022-ci il tarixli kredit müqaviləsi üzrə tutulacaq faiz borclarının məbləği Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ##.##.2025-ci il tarixli, */**** nömrəli ekspert rəyinə uyğun müəyyən edilməlidir. Belə ki, ##.##.2025-ci il tarixli, */**** nömrəli ekspert rəyində cavabdehlərdən ##.##.2021-ci il tarixli ikinci kredit müqaviləsi, ##.##.2022-ci il tarixli, ##.##.2022-ci il tarixli kredit müqavilələri üzrə əsas borcların məbləği iddia tələbində göstərilən məbləğdən çox müəyyən edilsə də, məhkəmə iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

 Bu səbəbdən məhkəmə hesab edir ki, cavabdehlərdən birgə qaydada ##.##.2021- ci il tarixli ilkin kredit müqaviləsi üzrə 8058,54 manat əsas borc, 834,06 manat faiz borcu, ##.##.2021-ci il tarixli ikinci kredit müqaviləsi üzrə 10 116,50 manat əsas borc, 928,19 manat faiz borcu, ##.##.2022-ci il tarixli kredit müqaviləsi üzrə 13 071,84 manat əsas borc, 1505,38 manat faiz borcu, ##.##.2022-ci il tarixli kredit müqaviləsi üzrə 12 686,99 manat əsas borc, 1089,66 manat faiz borcu tutularaq iddiaçıya ödənilməlidir.

 Bununla yanaşı, materiallardan görünür ki, iddiaçı tərəflər arasında bağlanmış ##.##.2021-ci il tarixli ilkin kredit müqaviləsinə əsasən hesablanmış 154,31 manat, ##.##.2021-ci il tarixli ikinci kredit müqaviləsi üzrə 511,36 manat, ##.##.2022-ci il tarixli kredit müqaviləsi üzrə 120,85 manat, ##.##.2022-ci il tarixli kredit müqaviləsi üzrə 90,67 manat dəbbə pulunun tutulması tələbini də irəli sürmüşdür.

 Məhkəmə hesab edir ki, cavabdehlərin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən, cavabdehlər tərəfindən də təkzib edilmədiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehlərdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır.

 Məhkəmə tələb olunan cərimənin əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehlərdən tutulması tələb olunan cərimə tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq cavabdehlərdən tutulacaq cərimə ##.##.2021ci il tarixli ikinci müqavilə üzrə 500 manat, ##.##.2022-ci il tarixli müqavilə üzrə 90 manat müəyyən edilməlidir.

 Bundan əlavə, iddiaçı iddia ərizəsində borclunun icranın gecikdirməsi nəticəsində əsas borc üzrə ona vurulmuş zərər qismində ##.##.2021-ci il tarixli birinci kredit müqaviləsi üzrə 56,40 manat, ##.##.2021-ci il tarixli ikinci kredit müqaviləsi üzrə 58,80 manat (MMnin 445.7-ci maddəsinin tələbləri qaydasında - illik 5% olmaqla) məbləğində pulun ödənilməsi tələbini də irəli sürmüşdür.

 Borcun gecikdirilməsi faktı işin materialları ilə təsdiq olunduğundan məhkəmə belə qənaətə gəlir ki, iddiaçının həmin tələbi də əsaslıdır, cavabdehlərdən ##.##.2021-ci il tarixli ilkin kredit müqaviləsi üzrə illik beş faizlə hesablanmış tutulacaq faiz borcu ##.##.2025-ci il tarixli, */**** nömrəli ekspert rəyinə uyğun olaraq müəyyən edilməli, ##.##.2021-ci il tarixli ilkin kredit müqaviləsi üzrə illik beş faizlə hesablanmış tutulacaq faiz borcu iddia tələbi həddində müəyyən edilməlidir. Belə ki, ##.##.2025-ci il tarixli, */**** nömrəli ekspert rəyində cavabdehlərdən ##.##.2021-ci il tarixli ikinci kredit müqaviləsi üzrə tutulacaq illik beş faizlə hesablanmış faiz borcu iddia tələbində göstərilən məbləğdən çox müəyyən edilsə də, məhkəmə iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

 İddia ərizəsində həmçinin ipoteka predmetinə tutma yönəldilməsi, onun açıq hərracda satılması və satışdan əldə olunan vəsait hesabına iddiaçıya olan borcun ödənilməsi tələbi də irəli sürülmüşdür. Məhkəmə hesab edir ki, işin araşdırılan hallarından cavabdehlərin ##.##.2021-ci il tarixli ilkin kredit müqaviləsi üzrə 8058,54 manat əsas borc, 834,06 manat faiz borcu, 154,31 manat cərimə, 47,01 manat illik beş faizlə hesablanmış faiz borcu, ##.##.2021-ci il tarixli ikinci kredit müqaviləsi üzrə 10116,50 manat əsas borc, 928,19 manat faiz borcu, 500 manat cərimə, 58,8 manat illik beş faizlə hesablanmış faiz borcu, ##.##.2022-ci il tarixli kredit müqaviləsi üzrə 13071,84 manat əsas borc, 1505,38 manat faiz borcu, 120,85 manat cərimə, ##.##.2022-ci il tarixli kredit müqaviləsi üzrə 12686,99 manat əsas borc, 1089,66 manat faiz borcu, 90 manat cərimə borcunun olması müəyyən edildiyindən iddia tələbi həmin hissədə əsaslıdır və təmin edilməli, göstərilən borcların ödənilməsinin təmin edilməsi məqsədilə ipoteka predmetinin açıq hərracda satışı həyata keçirilməli, satışdan əldə edilən vəsait hesabına göstərilən borclar tutularaq iddiaçıya ödənilməlidir.

 İpoteka predmetinin (Bakı şəhəri, Nərimanov rayonu, Ceyhun Hacıbəyli küçəsi, ev 40, mənzil 58, Yeni Qaydalarla: AZ1110, ünvan 2 ünvanında yerləşən mənzil) ilkin satış qiyməti "xxxx” MMC tərəfindən verilmiş LP-***/** saylı, ##.##.2025-ci il tarixli rəyə uyğun – 195 000 manat müəyyən edilməlidir.

 İddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş 200 manat dövlət rüsumu, ipoteka predmeti olan qeyri-yaşayış sahəsinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumu, 36 manat xidmət haqqı cavabdehlərdən tutularaq iddiaçıya ödənilməli, ödənilmiş qalan 11,76 manat dövlət rüsumu isə iddiaçının özünə aid edilməlidir.

Gəldiyi nəticənin hüquqi əsaslandırılması zamanı məhkəmə, Mülki Məcəllənin 319.1- 23. ci, 319.5-ci, 445.1-ci, 445.2.2-ci, 445.7-ci, 448.1-ci, 448.2-ci, 462.1-ci, 467-ci, 470.1-ci, 472.1-ci, 472.2-ci, 739.1-ci, 739.2-ci, 741-ci, “İpoteka haqqında” Qanunun 4.1-ci, 34-cü, 39.3-cü, 41.2-ci maddələrinə, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014-cüil########tarixliqərarınaistinadetmişdir.

24. Qətnamədən cavabdeh X2 apellyasiya şikayəti verərək onun ləğv olunmasını və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini aşağıda göstərildiyi kimi əsaslandırmışdır: “...İddia ərizəsində tələb edilən məbləğ düzgün nəzərə alınmamışdır. Belə ki, əsas məbləğ və faizdən əlavə məhkəmə tərəfindən əsassız olaraq əlavə cərimələr və əldən çıxmış fayda qismində illik 5 faiz məbləğ hesablanmışdır. Həmçinin, 49 513 manat olaraq hesablanmış borca münasibətdə 195 000 manatlıq əmlaka tutma yönəldilmişdir. Halbuki, bank tərəfindən məhkəməyə verilməmişdən öncə pretenziya xarakterli bizə müraciət edilsəydi borc məbləğinə bu qədər əlavə faiz hesablanmadan məbləğ tərəfimizdən ödənilərdi. Cavabdeh tərəfindən pretenziya ilə bağlı tələb də pozulduğundan məhkəmə tərəfindən iddia icraata götürülməməli və ərizə geri qaytarılmalı idi. MM-nin 445.7-ci maddəsinə əsasən 5 faiz əlavə pulun tutulması kreditor öhdəliyin pozulması halında digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə halı üçün nəzərdə tutulsa da, məhkəmə tərəfindən qeyd edilən 445.7-ci maddə düzgün tətbiq edilməmişdir. İddiaçı tərəfindən MPM-nin 150.1.6-cı maddəsinə riayət edilməsə də bu hal məhkəmə tərəfindən nəzərə alınmamışdır. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmamış, iş üzrə müəyyən edilmiş həqiqi hallaravətərəflərinqarşılıqlımünasibətinəuyğunəsaslandırılmamışdır.

Apellyasiya şikayətinə etiraz

25. Apellyasiyaşikayətinəqarşıyazılıetirazverilməmişdir.

Apellyasiya baxışı

26. İşə baxılmasının vaxtı (yeri) barədə lazımi qaydada məlumatlandırılmış apellyator, eləcə də digər cavabdeh məhkəməyə gəlməmiş, iddiaçının nümayəndəsi isə ərizə ünvanlayaraq işəiştiraklarıolmadanbaxılmasınıvəqətnamənindəyişdirilmədənsaxlanılmasınıxahişetmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

27. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyatakeçirməyəborcludurlar.

28. Maddə 14.2.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.

29. Maddə 317. Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Satış buMəcəllənin414-416-cımaddələrinəuyğunolaraqhəyatakeçirilir.

30. Maddə 319.1 və 319.6. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. İpoteka predmetinin satışından götürülmüş məbləğ ipoteka saxlayanın tələblərini ödəməyə kifayət etmirsə, borclu çatışmayan məbləği ipoteka saxlayana ödəməlidir. Əgər satışdan götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanıntələblərindənartıqdırsa,artıqməbləğborcluyaqaytarılmalıdır.

31. Maddə 385. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etməkhüququvardır.

32. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsiüçünonuniştirakçılarıarasındamüqaviləolmalıdır.

33. Maddə 425. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

34. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunuiləmüəyyənləşdirilmişdigərşərtləripozmaqlaicraedilməsi)başadüşülür.

35. Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısındaməsuliyyətdaşıyır.

36. Maddə 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorunetdiyixəbərdarlıqdansonradaöhdəliyinicraedilməməsi.

37. Maddə 445.5. Əgər öhdəlik borclunun təqsiri olmadan baş vermiş halların nəticəsində icraedilməzsə,bu,gecikdirməsayılmır.

38. Maddə 445.7. Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğəillikbeşfaizinödənilməsinitələbedəbilər.

39. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borcluonunriskdairəsinədaxilolanöhdəliklərinicraedilmədiyibütünhallarüçüncavabdehdir.

40. Maddə 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütünəsaslımənafelərinəzərəalınır.

41. Maddə 472. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsindəayrıqaydanəzərdətutulmayıbsa,kreditorqarşısındabirgəməsuliyyətdaşıyırlar.

42. Maddə 500.1. Əgər öhdəliyin icrası bir neçə şəxsə onlardan hər birini öhdəliyin tam icrasında iştirak etməyə borclu edən şəkildə həvalə edilirsə, kreditor isə yalnız birdəfəlik icranı tələbetməkhüququnamalikdirsə,onlarbirgəborclulardır.

43. Maddə 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdardaolaneyninövlüəşyalarşəklindəborcverənəqaytarmağıöhdəsinəgötürür.

“İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu

44. Maddə 33. Borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanıntələbininödənilməsiüçünipotekapredmetinətutmayönəldiləbilər.

45. Maddə 34.1.1. Əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipotekasaxlayanınipotekapredmetinətutmanınyönəldilməsihüququnuyaradır.

46. Maddə 39.3..3. Məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricininrəyiəsasındaməhkəmətərəfindənmüəyyənedilir.

47. Maddə 48.1. İpotekaya aşağıdakı hallarda xitam verilir:ipoteka saxlayan və ipoteka qoyan bu barədə razılığa gəldikdə; əsas öhdəliyə xitam verildikdə; tutmanın yönəldilməsi nəticəsində ipoteka predmeti satıldıqda; ipoteka predmeti məhv olduqda; bu Qanunla nəzərdə tutulmuşdigərhallarda.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

48. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardanistifadəetməlidir.

49. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübutetməlidir.

50. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərəalırki,onlarişdətərəflərintələblərinimüəyyənedənfaktlarlavəhallarlaəlaqədardır.

51. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələriilətəsdiqedilməliolanişinhallarıbaşqasübutlarlatəsdiqolunabilməz.

52. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəməüçünqabaqcadanmüəyyənedilmişqüvvəsiyoxdur.

53. Maddə 97.1. İşə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsinyazılı qaydada verilən əsaslandırılmışvəsatəti və ya öz təşəbbüsü ilə ekspertizatəyinedəbilər.

54. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsindəmüəyyənedilmişqaydalarüzrəməhkəmələrtərəfindənqiymətləndirilir.

55. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinəuyğunəsaslandırılmalıdır.

56. Maddə 385. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyətiüzrədüzgünolanqətnaməsiyalnızformalmülahizələrəgörələğvediləbilməz.

Apellyasiya baxışının həddi

57. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

58. Mülki Prosessual Məcəllənin 372.1-ci maddəsinin tələbinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlarəsasındamahiyyətiüzrəbaxır.

59. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiyaşikayətindəgöstərilməyənəsaslarladaləğvedəvədəyişdirəbilər.

60. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının həddini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının iddia tələbinin qismən təmin olunması ilə bağlı hissədə tam yoxlanılması təşkil edir. Çünkü iddianın zaminə və əsas borcluya qarşı yönəlmiş hissəsi bölünməz xarakterlidir (hazırkı işin halları baxımından) və X2 şikayətinin dəlilləri qətnamənindigərcavabdehəaidhissədədəyoxlanılmasınızəruriedir.

61. Qətnamə iddiaçı bank tərəfindən mübahisələndirilməmişdir, buna görə də iddianın təminolunmayanhissəsindəqətnaməapellyasiyabaxışınınpredmetideyildir.

Məhkəmə kollegiyasının mövqeyi

62. Kollegiya аpеllyаsiyа şikаyətinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki,qətnaməmübahisələndirilənhissədədəyişdirilmədənsaxlanılmalıdır.

63. Mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyənedəndigərşərtlərinpozulmasıbaşadüşülməlidir.

64. Kollegiya hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları və müqavilə şərtləri baxımından tərəflər arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və birinci instansiya məhkəməsi haqlı olaraq həmin münasibətlər çərçivəsində apellyatorlarınhərəkətləriniöhdəliyinlazımıncaicraedilməməsikimiqiymətləndirmişdir.

65. Nicat Mirzəyev həm zamin, həm də ipoteka qoyan qismində öhdəliyin icrası ilə bağlı əsas borclu ilə birgə məsuliyyət daşıyacağı barədə müqavilələr bağladığından, əsas, faiz və cərimə borcunun əsas borclu ilə yanaşı ondan da müştərək qaydada tutulması ilə bağlı iddianı təminetməkdəbirinciinstansiyaməhkəməsihaqlıolmuşdur.

66. Borcun məbləğinin düzgün müəyyənləşdirilmədiyi ilə bağlı apellyatorun irəli sürdüklərinə münasibətdə kollegiya qeyd edir ki, o, nə birinci instansiya məhkəməsinə, nə də apellyasiya instansiyasına bu arqumentlərinin yoxlanılmasına əsas verəcək heç bir sübut təqdim etməmiş, birinci instansiya məhkəməsinin təyin etdiyi ekspertizanın rəyi ilə isə kredit borcunun (əsasvəfaiz)məbləğləridəqiqləşdirilmişdir.

67. Qeyd olunmalıdır ki, qanunvericilik məhkəməyə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda təkrar ekspertiza təyin etmək hüququnu vermişdir (MPM-nin 102.2-ci maddəsi); hazırkı iş üzrə verilmiş rəydə isə qeyri-aydın və ya ziddiyyətli xüsusatlar olmadığından təkrar ekspertiza təyin edilməsinin prosessualəsaslarımövcuddeyildir.

68. Mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu normaların mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulununməbləğiniazaldabiləcəyinitəsbitetmişdir.

69. Hazırki işin hallarından görünür ki, birinci instansiya məhkəməsi cərimə məbləğlərini ağlabatan və ədalətli həddədək azaltmışdır. Nəzərə alınmalıdır ki, qanunvericilik, yalnız tələb olunan dəbbə pulunun tənasübsüz hesab edildikdə azaldılması imkanını nəzərdə tutur, heç bir halda bütövlükdə onu tutmaqdan imtinanın və ya onun tamamilə ləğvinin mümkünlüyünü nəzərdə tutmur.

70. Kollegiya ipoteka predmetinin müəyyənləşdirilən ilkin satış qiyməti ilə razılaşır: belə ki, müvafiq qiymət birinci instansiya məhkəməsinin təyin etdiyi qiymətləndiricinin rəyi əsasında müəyyən olunmuşdur və apellyator əmlakın dəyərinin daha yüksək olduğuna dair alternativ qiymətləndirmə rəyi təqdim etməmişdir (əslində, apellyasiya şikayətində ipoteka predmetinin qiyməti ilə bağlı dəlil də irəli sürülməmişdir).

71. Kollegiya, cavabdehlərdən “##.##.2021-ci il tarixli kredit müqaviləsi üzrə 47,01 manat illik beş faizlə hesablanmış faiz borcunun, ##.##.2021-ci il tarixli kredit müqaviləsi üzrə 58,8 manat illikbeşfaizləhesablanmışfaizborcununtutulması” barədəgəlinənnəticəilədərazılaşır.

72. Belə ki, Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2014-cü il tarixli Qərarındakı hüquqi mövqeyə görə, banklar əsasən bağladıqları kredit müqavilələri ilə faizlər əldə etmək üçün fəaliyyət göstərirlər və nəticə etibarilə verilən əsas borcla yanaşı, kredit müqaviləsində nəzərdə tutulan faizlərin əldə edilməməsi bankları ödənilməyən bu məbləği dəyərləndirmək imkanlarından məhrum edir. Buna görə də, kredit borcunu vaxtında ödəməməklə borclu kreditora faktiki olaraq əldən çıxmış fayda şəklində zərər vurmuş olur. Bununla yanaşı, icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı MM-in 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Göstərilən maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Lakin bu müddəa kreditorun hər hansı digər əsaslar üzrə borcludan daha böyük məbləğ tələb etmək hüququnu istisna etmir. Belə nəticə MM-in 445.7, 443.1 və 443.2-ci maddələrinin əlaqəli şəkildə təhlilindən irəli gəlir. Beləliklə, kreditorun kredit müqaviləsi üzrə öhdəliklərin icrasının gecikdirilməsi nəticəsində müqavilə əsasında ödənilməli olan vəsaitin (əsas borcun tam və ya müvafiq hissəsinin, hesablanmış faizlərin) yenidən istifadə oluna bilməməsi ilə bağlı dəymiş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ MM-in 21.2, 443.1 və 443.2-ci maddələrinintələblərindənirəligəlir.

73. İddiaçı tərəfindən pretenziya qaydasına əməl olunmaması səbəbindən qətnamənin ləğv edilməli olduğu barədə apellyatorun dəlilini də kollegiya əsassız hesab edir; belə ki, mübahisənin məhkəməyə qədər (pretenziya) nizama salınmasına riayət edilməsinə dair qayda (Mülki Prosessual Məcəllənin 152.1.6-cı maddəsində nəzərdə tutulmuş qayda) prosessual qənaət prinsipinə əməl olunması məqsədini daşıyır və əgər bu qaydanı tətbiq etmək imkanı itirilməmişsə, həminəsaslaiddiaərizəsibaxılmamışsaxlanılabilər.

74. Tərəflər arasında yaranan mübahisə üzrə artıq uzun müddətdir məhkəmə prosesinin davam etdiyini nəzərə alan kollegiyanın qənaətinə görə, sözügedən qaydaya əməl olunmamasına görə, qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnamənin ləğv edilməsi, həddindən artıq formalyanaşmaolardı.

75. Nəzərə alınmalıdır ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv ediləbilməz.

76. Kollegiya birinci instansiya məhkəməsinin məhkəmə xərclərinin bölüşdürülməsinə dair gəldiyi nəticəni də əsaslı hesab edir; belə ki, Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

77. Beləliklə kollegiya hesab edir ki, apellyatorun apellyasiya şikayətində irəli sürdükləri yalnız formal mülahizələrdir; birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

78. Apellyasiya şikayəti vermək üçün cavabdehin ödədiyi dövlət rüsumunun məbləği onun özünə aid olunmalıdır. Nəzərə alınmalıdır ki, məhkəmə xərclərinin bölüşdürülməsi məsələsi prosessual qanunvericiliklə tənzimləndiyindən, bununla bağlı qərar qəbul edərkən məhkəmə, müvafiqtələbinolub-olmamasınabağlıdeyildir.

79. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin382, 384, 392, 393 və405-cimaddələrinirəhbərtutaraqməhkəməkollegiyası

QƏT ETDİ:

Apellyasiyaşikayətitəminedilməsin. Bakı Kommersiya Məhkəməsinin e-*-*(***)-****/**** saylı iş üzrə ## ###### 2026-cı il tarixli qətnaməsimübahisələndirilənhissədədəyişdirilmədənsaxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatorlara aid edilsin. Qətnamədən X2 tərəfindən, qətnamə ona rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiyaşikayətiveriləbilər. Sədrlik edən hakim Elnur Həsənov

Hakimlər Tural Qocayev

Səməd Cəfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar