AzərbaycanRespublikasıadından Qətnamə Bakışəhəri İş№2-2(3-6)-328/2026 02.06.2026 BAKIAPELLYASIYAMƏHKƏMƏSI iddiaçı İddiaçı MMC-nin cavabdehlər cavabdeh1, cavabdeh3 və Kürdəmir rayon Yaşıllaşdırma İdarəsinə qarşı iddia tələbinə dair kommersiya mübahisəsi üzrə (Açar sözlər: alqı-satqı müqaviləsi, müqavilənin qiyməti, sübutetmə, iddia müddəti, subyektiv hüquq) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), X2 və Cəfərov SəmədFəxrəddinoğlundanibarəttərkibdə, MusayevaAytacElşənqızınınkatibliyi, iddiaçıİddiaçıMMC-ninnümayəndəsi(vəkili)vəkil2, cavabdehcavabdeh1nümayəndəsi(vəkili)vəkil1, cavabdehcavabdeh3iştiraklarıilə İddiaçı MMC-nin cavabdeh1, cavabdeh3 və Kürdəmir rayon Yaşıllaşdırma İdarəsinə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin ## ###### 2026-cı il tarixli qətnaməsindən iddiaçının nümayəndəsi (vəkili) tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasındabaxaraq,aşağıdakıqətnaməniqəbuletdi: İşin halları
1. İddiaçı MMC tərəfindən Kamran adlı şəxsə ümumi dəyəri 27463,30 manat olan boru göndərildiyinə dair ##.##.2020-ci il tarixdə *** saylı müəssisə daxili qaimə tərtib olunmuş, həmin sənədyalnızİddiaçıMMC-ninməsulşəxsitərəfindənimzalanmışdır.
2. Kürdəmir rayonu Atakişili kənd sakini cavabdeh1 və “xxxx" MMC- nin direktoru X3 arasında imzalanmış, hər iki tərəfin imzaları və hüquqi şəxsin möhürü ilə təsdiqlənmiş ##.##.2025ci il tarixli qarşılıqlı razılaşma aktında göstərilmişdir ki, “Mən cavabdeh1, 2020-ci il ## ######## tarixində mənə məxsus olan (VÖEN: 5700321512) Kürdəmir rayonunda quraşdırılan istixanaya İddiaçı MMC-dən yol qaiməsinə (Qaimə №***): 27 463 manat dəyərində metal boru, F40 mm divar qalınlığı (3.0 mm) olan metal borunun alınması nəticəsində İddiaçı MMC şirkətinə borcum yaranmışdır. Mənə dəymiş ziyan 17 463 manat çıxıldıqdan sonra qalan 10 000 manat borcu İddiaçı MMC-yə ödəməyə hazıram. X1 da bildirirəm ki, 27 463 (iyirmi yeddi min dörd yüz altmış üç) manat borcdan cavabdeh1 dəymiş ziyan 17 463 (on yeddi min dörd yüz altmış üç) manat çıxıldıqdan sonra 10 000 (on min) manat məbləğində vəsaitin ödənilməsinə razıyam və 10 000 (onmin)manatməbləğiödədikdənsonracavabdeh1qarşıheçbiriddiamolmayacaqdır”.
3. X3 həmin akta əlyazısı ilə aşağıdakı məzmunda əlavə etmişdir (qeyd vermişdir): 17 463 (on yeddi min dörd yüz altmış üç) manat məbləğində ziyanın dəyməsi barədə aktda göstərilənlərlə razı deyiləm, 27 463 manat borcun ##.##.2025-ci il tarixinədək tam həcmdə ödənilməsinitələbedirəm”.
4. İddiaçı MMC tərəfindən cavabdeh1 ünvanlanmış ##.##.2025-ci il tarixlli məktubda qeyd olunmuşdur ki, “##.##.2025-ci il tarixli qarşılıqlı razılaşma aktı ilə tanış olundu. Razılaşma sənədində göstərilən məbləğ və şərtlər “xxxx" MMC-nin təsisçisi tərəfindən qəbul edilmir. Təqdim edilən 27 463 (iyirmi yeddi min dörd yüz altımış üç) manatlıq borcun yalnız bir hissəsinin ödənilməsi ilə bağlı təklif, şirkətin hüquqi və maliyyə maraqlarını təmin etmir. Bu səbəbdən təsisçi 27 463 (iyirmi yeddi min dörd yüz altımış üç) manatlıq borcun tam məbləğdə və qeyd-şərtsiz şəkildə ödənilməsini tələb edir. Təqdim edilən sənəd hüquqi əsas kimi tanınmır və şirkət tərəfindənqəbuledilmir”.
5. Kürdəmir rayon Yaşıllaşdırma İdarəsininin birinci instansiya məhkəməsinə ünvanladığı ## ###### 2025-ci il tarixli məktubda göstərilmişdir ki, “cavabdeh1, cavabdeh3 Kürdəmir rayon Yaşıllaşdırma idarəsində işləməyib. Hal-hazırda işləmir. Kürdəmir rayon Yaşıllaşdırma idarəsi xidməti idarədir. İdarə eldar şam ağacları, gül kolu, gül şitillərı, mineral gübrələr alır. “xxxx" MMC ilə Kürdəmir rayon Yaşıllaşdırma idarəsi arasında illər ərzində heç bir alış-verişi və heç bir əlaqəsi olmamışdır”.
Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı
6. İddiaçı MMC (iddiaçı) cavabdeh1, cavabdeh3 və Kürdəmir rayon Yaşıllaşdırma İdarəsinə (cavabdeh və ya cavabdehlər) qarşı iddia ərizəsi ilə ##.##.2025-ci il tarixdə Bakı Kommersiya Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, ## ######## 2020-ci il tarixli *** №-li qaiməyə əsasən cavabdehlərə göndərilmiş 40 mm ölçüdə, 8198 metr uzunluğunda, toplam qiyməti 27463,30 manat olan metal borulara görə yaranmış 27463,30 manat borcun, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 171 manat dövlət rüsumunun və 500 manat vəkilə xidmət haqqı kimi ödənilmiş pulun cavabdehlərdən xeyrinə tutulması barədə qətnaməçıxarılmasınıxahişetmişdir.
7. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, İddiaçı MMC ##.##.2014-cü il tarixdə dövlət qeydiyyatına alınaraq qanunla qadağan olunmamış fəaliyyət göstərir, fəaliyyət istiqamətlərindən biri dəmir boru və profillərin istehsalı və satışından ibarətdir. cavabdeh1 şirkətə müraciət edərək, sonradan məlum olduğu kimi Kürdəmir rayonunda doğma qardaşı Ayazın inşa etdiyi istixanaya dəmir boruların lazım olduğunu bildirmiş, cavabdehlər əvvəl özlərini fərdi şəxs kimi təqdim etdikləri üçün aralarında olan şifahi razılaşmaya (alqı-satqı müqaviləsi) əsasən ## ######## 2020-ci il tarixdə İddiaçı MMC şirkətinə məxsus boru-profil istehsal edən müəssisədən 40 mm ölçüdə, 8198 metr uzunluğunda, toplam qiyməti 27463,30 manat olan metal borular *** №-li qaiməyə əsasən **-JC-*** dövlət nömrə nişanlı yük maşını ilə Kürdəmir rayonuna cavabehlərə məxsus istixanaya göndərilmişdir. Şifahi razılaşmaya görə göndərilən malın dəyəri çatdırılmadan sonra ödənilməli idi. Cavabdehlər malı alandan sonra bildirmişlər ki, yaranmış çətinliklərə görə malın dəyərini hazırda ödəyə bilmirlər və gözləməyi xahiş edirlər. Mütəmadi olaraq onlarla danışıqlar aparılmış, lakin danışıqlar 2025-ci ilədək davam etsə və malın dəyərinin ödənilməsinə vədlər verilsə də, bunun üçün cavabdehlər tərəfindən heç bir tədbir görülməmişdir. Aparılan söhbətlər zamanı cavabdeh cavabdeh3 bildirmişdir ki, aldığı malın dəyərini ödəmək niyyəti yoxdur. Onda artıq hüquqlarının pozulmasını anlamışlar və cavabdehlərlə hansısa bir razılığa gəlmək üçün yazışmalara başlamışlar. Söhbətlərin və yazışmaların nəticəsi olaraq cavabdehlər qarşılıqlı razılaşmaya dair akt tərtib etmişlər və məlum olmuşdur ki, tərəf kimi bu razılaşmada həm də Kürdəmir rayon Yaşıllaşdırma İdarəsi iştirak edir. Belə ki, həmin aktda cavabdeh cavabdeh1 Kürdəmir rayon Yaşıllaşdırma İdarəsinin VÖEN-ini göstərərək özünü həmin idarənin təmsilçisi kimi təqdim etmişdir. Cavabdehlər tərəfindən çıxış edən cavabdeh1 tərəfindən tərtib edilmiş ##.##.2025-ci il tarixli aktda göstərilmişdir ki, onlar borcun olmasını etiraf edirlər, lakin bir hissəsinin, yəni 10 000.00 manatın ödənilməsi ilə razı olsalar da, digər 17 463.00 manatı onlara dəymiş ziyan kimi qiymətləndirirlər və ödəməkdən imtina edirlər. Ziyanın nədən yaranmasını onlarla araşdırmaq istəsələr də, bu barədə heç bir izahat ala bilməmişlər. Həmin akt cavabdeh cavabdeh1 tərəfindən tərtib olunmuş, aktda yazılanlarla razılaşmasalar da cavabdeh buna məhəl qoymamış, aktda müvafiq düzəliş etməmiş və aktı imzalayıb onlara göndərmişdir. Ziyanın nədən yaranması barədə hər hansı bir məlumatın olmaması ilə əlaqədar göstərilən məbləğlə razılaşmadıqları üçün aktda əlyazma ilə müvafiq qeydlər apararaq borcun ödənilməsi üçün ##.##.2025-ci il tarixədək vaxt təyin etmişlər. Bundan sonra aktı imzalamış və cavabdehlərə göndərmişlər. Həmçinin cavabdehlərə "Azərpoçt” vasitəsi ilə göndərilən ##.##.2025 və ##.##.2025-ci il tarixli məktublarla aktda göstərilənlərlə razı olmadıqlarını bildirmişlər. Buna görə pozulmuş hüquqularının müdafiəsi üçün iddia ərizəsi ilə məhkəməyə müraciət edib 27 463.30 manat borcun, iddia ərizəsinin verilməsi üçün məhkəməyə ödənilmiş 171 manat dövlət rüsumunun və 500 manat vəkilin xidmət haqqının ödənilməsini tələb etmək məcburiyyətindədirlər.
8. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442, 448.1,448.2, 567, 597.1, 600.1-cimaddələrinəistinadolunmuşdur.
9. Məhkəmə iclaslarında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək həmçinin bildirmişdir ki, cavabdeh1la İddiaçı MMC arasında ## ######## 2020-ci ildə müqavilə şifahi formada bağlanılmış, iddiaçıya məxsus metal borular *** nömrəli qaiməyə əsasən yük maşını ilə Kürdəmir rayonuna cavabehlərə məxsus istixanaya göndərilmiş, artıq yazılı müqavilə bağlamağa ehtiyac qalmamışdır. Öhdəliyin icrası ilə bağlı qarşı tərəflə mütəmadi olaraq danışıqlar aparılmış, danışıqların nəticəsi olaraq ##.##.2025-ci ildə akt tərtib edilmişdir. Akt tərtib edildikdən sonra məlum olmuşdur ki, iddiaçı tərəfin hüquqları pozulmuşdur. ##.##.2023-cü il tarixə kimi aparılan danışıqlarla bağlı heç bir sübut yoxdur. Tərəflər özləri bu halı təsdiq edə bilərlər. cavabdeh3 qardaşı cavabdeh1la 2023-cü ilə kimi danışıqların olması barədə iş materiallarında hazırda sübut yoxdur. Zənglərin edilməsi ilə bağlı çıxarış zərurət olduğu təqdirdə məhkəməyə təqdim edilə bilər. Tərəflər arasında olan danışıqlara əsasən mallar çatdıqdan sonra pul ödənilməli idi. cavabdeh3 müqavilə tərəfi olmamış, sadəcə müqavilə bağlanılan zaman o da şəxsən qardaşının yanında iştirak etmişdir. cavabdeh1 malları almış və aktı imzalamışdır. Kürdəmir rayon Yaşıllaşdırma İdarəsinin cavabdeh qismində iştirak etməsi onun VÖEN-inin olması ilə əlaqədardır. Cavabdeh tərəfindən tərtib edilmiş aktda Kürdəmir rayon Yaşıllaşdırma İdarəsinin VÖEN-i qeyd edilmişdir. İlkin məlumatlara əsasən cavabdeh3 və Kürdəmir rayon Yaşıllaşdırma İdarəsini cavabdeh qismində qoymuşlar. Əgər cavabdeh Kürdəmir rayon Yaşıllaşdırma İdarəsinin nümayəndəsi işlə əlaqəsi olmadığını bildirirsə, onun cavabdehlər qismində çıxış etməsi məsələsinə məhkəmə prosesi gedişatında baxılıb məhkəmə tərəfindən bu hala qiymət verilər. 30 000 manat verilmiş mal üzrə ödənişin edilməsi barədə məlumatı yoxdur, hazırkı məhkəmə prosesində məlumatı olmuşdur. ##.##.2020-ci il tarixdən tərəfə heç bir mal verilməmiş və heç bir ödəniş edilməmişdir. Verilmiş boruların keyfiyyətsiz olması barədə qarşı tərəf heç bir pretenziya məktubu ilə iddiaçıya müraciət etməmişdir. 27 000 manatın ödənilməsi müddəti isə ağlabatan müddət olmuşdur. 57 000 manat məbləğində mallar tərəfə verilmiş və 30 000 manat məbləğ ödənilmiş, lakin 27 000 manat məbləğlə bağlı borcun ödənilməsini 2023-cü ilinyanvarayınakimiözöhdəsinəgötürmüşdür.
10. Məhkəmə iclasında iştirak edən cavabdeh3 izahatında bildirmişdir ki, qardaşı cavabdeh1 ilə İddiaçı MMC arasında olan metal boru alqı- satqısında heç bir iştirakı olmamış, onların alqı-satqısında iştirak etməmiş və İddiaçı MMC ilə ## ######## 2020-ci il tarixdə heç bir telefon əlaqəsi, yazılı və şifahi heç bir zəmanəti olmamışdır. O, qardaşı ilə rayonda eyni bir evdə yaşadığı üçün bu hadisələrdən məlumatlı olmuşdur. Belə ki, 2014-cü ildə qardaşı istixana tikən zaman İddiaçı MMC-dən 120 000 manat məbləğində mal almış və vaxtlı-vaxtında da ödənişlərini etmişdir. 2020-ci ildə 57 500 manat məbləğində mal götürmüş, bu məbləğdən 30 000 manat ödəniş etmişdir. Verilmiş borular qardaşının ona verdiyi məlumata əsasən keyfiyyətsiz olmuşdur. Həmin boruların keyfiyyətsiz olması qardaşına istixanada məhsul yetişdirdiyi zaman istixananın fəaliyyətə salınması zamanı bəlli olmuşdur. Sonradan iddiaçının nümayəndəsi tərəfindən istixanaya baxış keçirilmiş və qardaşına məxsus olan istixanada yetişdirilən məhsulun onların verdiyi keyfiyyətsiz boruların partlaması səbəbi ilə məhv olması öz təsdiqini tapmışdır. Bu səbəbdən də İddiaçı MMC tərəfindən pulun qalan hissəsi ziyan əvəzinə hesablanmış və müəyyən bir razılığa gəlmişlər. Öz günahlarına görə borcun ödənilməsini tələb etməmişlər. Bu ilin yanvar ayında işlədiyi yerə iddiaçı tərəfindən göndərilmiş kriminal aləmin adamları ilə təzyiq göstərilməyə başlanılmış, 5 gün müddətində borcun ödənilmədiyi təqdirdə rəhbərliyinə şikayət ediləcəyi qeyd edilmişdir. O, da məktuba cavab olaraq bildirmişdir ki, qeyd edilən istixana qardaşı cavabdeh1 məxsusdur və bu mübahisə qardaşı ilə bağlıdır. İddiaçı MMC-nin direktoru Vidadi Əliyev ona, YAP Mərkəzi Aparatının rəhbərliyinə onu şantaj edərək müraciət etmişdir. Bundan sonra o, qardaşına "xxxx” MMC ilə arasında yaranan 27 463 manat borcun 17 000 manat çıxılmaqla 10 000 manatını ödəməyi təklif etmişdir. Qardaşına bildirmişdir ki, işini itirməmək xatirinə 10 000 manat pulu əmək haqqısından ödəyəcək və ona (qardaşına) aidiyyatı olmayacaqdır. Qardaşı bundan sonra razılaşaraq ##.##.2025-ci il tarixli aktı imzalamışdır. İddiaçı MMC-nin direktoru Vidadi Əliyev əvvəlcədən YAP Mərkəzi Aparatına 10 000 manatı ödəməyinə razılıq verməsinə baxmayaraq, onun razılaşdığını görüb məbləğin 5000-5000 manat məbləğ formasında, daha sonra isə birdəfəlik 10 000 manat məbləğin ödənilməsini tələb etmişdir. Daha sonra iddiaçı tərəf 27 463 manatın tam ödənilməsini tələb edərək aktın üzərində etiraz yazaraq razılaşmamaqla bağlı imza çəkmişlər. Rəhbərliyə onların ona qarşı heç bir əsası olmadan pul tələb edilməsini və dələduzluq faktını sübut edəndən sonra YAP Mərkəzi Aparatı onların şikayətinin əsassız olduğunu bildirmişdir. O, işini itirməmək xatirinə aktı hazırlayıb qardaşının imza çəkməsini xahiş etmişdir. Borc məbləği ilə bağlı qardaşı məhkəməyə verilməlidir və çəkişmə prinsipi əsasında onlar arasında mübahisə olmalıdır. Bu işlə bağlı onun heç bir aiddiyyatı yoxdur. 27 000 manat məbləğin hansı müddətə ödənilməsi barədə məlumatı yoxdur. Çünki nisyə mal alqı-satqısı olmuşdur. Sadəcə keyfiyyətsiz mal olduğundan qarşı tərəf 27 000 manat məbləğlə bağlı razılıq əldə etmiş, 4 il ərzində nə qardaşından, nə də ondan borcun ödənilməsi tələb edilməmişdir. 27 000 manat məbləğində mallar qardaşına təhvil verilmişdir. Boruların keyfiyyətsiz olmasını qardaşı aldıqdan 2-3 ay sonra bilmiş, 2020-ci ilin oktyabr-noyabr aylarında iddiaçıya bu barədə məlumat vermişdir. Ödənişlərin hansı formada ödənilməsi barədə məlumatı yoxdur. ##.##.2025-ci il tarixli aktın yazılmasında Kürdəmir rayon Yaşıllaşdırma İdarəsinin nümayəndəsi də iştirak etmiş, ola bilər ki, texnikisəhvlikləözVÖEN-niqeydetmişdir.Borcunməbləğiniisəoözüqeydetmişdir.
11. cavabdeh1 məhkəmə iclasında iştirak edən nümayəndəsi iddia tələbinin əsassız olduğunu bildirərək izahatında göstərmişdir ki, iddiaçının istinad edildiyi qaimə fakturanın özü də əsassızdır, qaimə-fakturanın kim tərəfindən təhvil alınıb, kimə təhvil verilməsi məlum deyil. İstənilən şəxs bu formada qaimə tərtib edə bilər. İş üzrə əsas sübut qismində qiymətləndirilməli olan elektron qaimə yoxdur. Belə ki, iddiaçı tərəf cavabdeh3 Yeni Azərbaycan Partiyasının Kürdəmir rayon təşkilatının sədri olduğunu bildiyi üçün əsassız olan borc məbləğinin ödənilməsi üçün ona müxtəlif təzyiqlər göstərməyə başlamışdır. İşlə əlaqəsi olmayan tərəfə belə təzyiqlərin edilməsi bir növ şantaj xarakterlidir. cavabdeh3 işgüzar nüfuzuna xələl gəlməməsi üçün, üzləşmə aktına 10 000 manat məbləğin ödənilməsi üzrə qardaşından qol çəkməsini xahiş etmişdir. Həmin aktın özü də etibarsızdır. Təqdim edilmiş üzləşmə aktını tərəflər heç biri qəbul etmir. Verilmiş iddia həm əsassızdır, həm də iddia müddətini ötürmüşlər. 2023-cü ildə heç bir zaman tərəfə bu barədə məlumat verilməmişdir. İş materiallarında olan sənədlərdən də göründüyü kimi müqavilə üzrə öhdəliklərin icra müddəti ##.##.2023-cü il tarixdə başa çatmışdir. Hüquqlarını müdafiə etdiyi şəxsin bildirdiyinə görə belə bir qaimə olmamış və ona *** saylı qaimə üzrə 27 463,30 manat dəyərində boru göndərilməmişdir. Həmin qaimənin yalnız iddiaçı "xxxx” MMC-nin nümayəndəsi tərəfindən imzalanması və təhvil almanın, yəni iş üzrə cavabdeh tərəfin həmin qaimədə heç bir qeydinin və ya imzasının olmaması buna sübutdur. Digər cavabdeh cavabdeh3 verdiyi izahatında cavabdeh cavabdeh1 "xxxx” MMC-dən 57 000 manat dəyərində boru aldığını, həmin məbləğin 30 000 manat hissəsinin bankdan kredit götürülərək ödənildiyini qeyd etmişdir. Alınan 57 000 manatlıq boruların bir hissəsi keyfiyyətsiz olmuş, həmin boruların keyfiyyətsiz olması onun qardaşına məhsul yetişdirdikdən sonra istixananı fəaliyyətə salması zamanı bəlli olmuşdur. Sonradan iddiaçının nümayəndəsi tərəfindən istixanaya baxış keçirilmiş və cavabdeh1 məxsus olan istixanada yetişdirilən məhsulun onların verdiyi keyfiyyətsiz boruların partlaması səbəbi ilə məhv olması öz təsdiqini tapmışdır. Bu səbəbdən də iddiaçı "xxxx” MMC tərəfindən pulun qalan hissəsi ziyan əvəzinə hesablanmışdır. Bu mübahisə 2020-ci ilin dekabr ayında öz həllini tapmış və iddiaçının nümayəndəsi ilə cavabdeh1 öz aralarında razılaşmışdır. Aradan 4-5 il müddət keçdikdən sonra isə iddiaçı tərəf cavabdeh3 Yeni Azərbaycan Partiyasının Kürdəmir rayon təşkilatının sədri olduğunu bilmiş və əsassız olaraq özləri tərəfindən qanunsuz şəkildə tərtib edilmiş ## ######## 2020-ci il tarixli *** nömrəli qaimə üzrə olan 27 463,30 manat məbləğin ödənilməsini tələb edərək ona müxtəlif təzyiqlər göstərməyə başlamışdır. cavabdeh3 işgüzar nüfuzuna xələl gəlməməsi və işini itirməməsi üçün cavabdeh3 hüquqlarını müdafiə etdiyi şəxsə 10 000 manat pulu əmək haqqısı hesabına ödəyəcəyini bildirmiş və üzləşmə aktına həmin məbləğin ödənilməsi üzrə qol çəkməsini xahiş etmişdir. Lakin həmin aktda iddiaçının nümayəndəsi Vidadi Əliyevin imzası ilə qeyd yazılmış və aktla razılaşmadıqları bildirilmişdir. ##.##.2025-ci il tarixli məktubla isə iddiaçı "xxxx” MMC ##.##.2025-ci il tarixli aktı hüquqi sənəd kimi tanımadığını bəyan etmişdir. İş üzrə digər cavabdeh cavabdeh3 verdiyi izahatdan və təqdim etdiyi sənədlərdən də göründüyü kimi iddiaçıya onun tərəfindən dəfələrlə məhkəməyə müraciət etməsi bildirilsə də, iddiaçı tərəf müxtəlif qanunsuz yollarla iddia etdikləri məbləği əldə etmək, qanunsuz olaraq varlanmaq yolunu seçmişdir. Eyni zamanda hüquqlarını müdafiə etdiyi şəxsin bildirdiyinə görə iddiaçıdan ## ######## 2020-ci il tarixli *** nömrəli qaimə üzrə 27 463,30 manat dəyərində mal alınmamışdır. Lakin cavabdeh cavabdeh3 bildirdiyi 57 000 manat dəyərində olan razılaşmadan qalan dəymiş ziyan üzrə silinmiş 27 000 manat qalığın iddiaçı tərəfindən istənilməsi həm əsassız, həm də qanunvericiliyin tələblərinə ziddir. Çünki ## ######## 2020-ci il tarixli qaimə üzrə icra müddəti ## ######## 2023-cü ildə bitmişdir. İddiaçının nümayəndəsi sözügedən qanunsuz qaimə üzrə yaranmış öhdəliyin 2022-ci ilə qədər ödənilməsi barədə tərəflər arasında razılaşma olduğunu bildirməsi də iddia müddətinin tətbiq edilməməsi üçün qeyd edilən müdafiə üsuludur və bu da əsasızdır. Çünki, nümayəndənin bildirdiyi ağlabatan müddətin 2 il olaraq qeyd edilməsi əsassızdır və qanunvericiliyin tələblərinə ziddir. Hüquqlarını müdafiə etdiyi şəxs cavabdeh1 bildirdiyinə görə və iş materiallarında olan sənədlərdə də öz təsdiqini tapan boruların keyfiyyətsiz olmasıdır. Bu boruların keyfiyyətsiz olması isə 2020-ci ilin oktyabr-noyabr aylarında iddiaçıya bildirilmişdir. 2020-ci ilin dekabr ayında iddiaçının nümayəndəsi istixanaya baxış keçirmişdir. Əgər tərəflər arasında boruların keyfiyyətsiz olması barədə olan danışıqlar razılaşma kimi qəbul edilərsə belə, ##.##.2020-ci il tarixli *** nömrəli qaimədə iddia etdikləri öhdəlik üzrə icra müddətinin 2023-cü ilin dekabr ayının sonunda bitməsi nəzərə alınmalıdır. İddia ərizəsində yazışmaların 2025-ci ilə qədər davam etdirilməsinin qeyd edilməsi də əsassızdır. Çünki iddiaçı tərəf 2025-ci ilə qədər heç bir hərəkət etməmiş, əgər etmişsə də məhkəməyə bununla bağlı heç bir sübut təqdim etməmişdir. Ona görə də hazırki iş üzrə verilmiş iddia əsassız olduğundan və qanunvericiliyin təlləblərinə cavab vermədiyindən iddia tələbi rədd edilməlidir. Qaimə-fakturada qeyd edilən malların cavabdeh tərəfindən alınıb-alınmamasını təsdiq edən sübut yoxdur, tərəflər arasında öncədən əməkdaşlıq münasibətləri olmuş və mal alınmışdır, lakin hazırda mübahisələndirilən qaimədə qeyd edilən mallarla bağlı heç bir sübutun mövcud deyildir. Üzləşmə aktı etibarsızdır, oraya imzanın atılma səbəbi də qardaşı ilə əlaqədar olan səbəbə görədir, üzləşmə aktında qeyd edilən 17 463 manat dəymiş ziyanla bağlı məlumatı yoxdur. Tərəfin özündən soruşduqda demişdir ki, üzləşmə aktıyla bağlı heç bir məlumatı olmamış, qardaşı tərəfindən tərtib edilmişdir. Qardaşının işgüzar nüfüzuna xələl gəlməməsi üçün həmin akta imza çəkmişdir. Malların alınıb-alınmaması barədə dəqiq məlumat ona verilməmişdir. Üzləşmə aktı cavabdeh3 tərəfindən tərtib edilmişdir. Ödənişlərin hansı formada, hissə-hissə və ya birdəfəlik ödənilməsi barədə cavabdeh cavabdeh1 heç bir məlumat verməmişdir. cavabdeh1 bildirdiyinə görə 2020-ci ilin sonuna kimi borc məbləği ödənilməli idi. Mallar verilən zaman belə bir razılığa gəlmişdilər. Daha sonra da boruların keyfiyyətsiz olması səbəbindən həmin borc məbləği tələb edilməmişdir.27000manatməbləğləbağlıayrıcaqaimə-fakturaolmamışdır.
12. cavabdeh1 nümayəndəsi (vəkili) iddia müddətinin tətbiq edilməsi barədə ərizə təqdim edərək bildirmişdir ki, iş materiallarında olan sənədlərdən də göründüyü kimi müqavilə üzrə öhdəliklərin icra müddəti ##.##.2023-cü il tarixdə başa çatmışdir. "xxxx” MMC cavabdehlər cavabdeh1, cavabdeh3 və Kürdəmir rayon Yaşıllaşdırma idarəsinə qarşı "borcunun qaytarılması" barədəiddiatələbiiddiamüddətininkeçməsisəbəbindəniddiarəddedilməlidir.
13. İddiaçının nümayəndəsi (vəkili) məhkəməyə ünvanladığı izahat xarakterli ərizədə göstərmişdir ki, İddiaçı MMC ##.##.2020-ci il tarixdə cavabdehlər Kamran və cavabdeh3ların Kürdəmir rayonundakı istixanası üçün 27 463.30 manat dəyərində metal borular satıb və təhvil verib. Şifahi razılaşmaya görə ödəniş sonradan edilməli idi, lakin cavabdehlər ödənişi uzun müddət həyata keçirməyib və sonda borcu ödəmək niyyətlərinin olmadığını bildirib. ##.##.2025ci il tarixli aktda borcun mövcudluğu qismən etiraf edilsə də, məbləğin bir hissəsinin "ziyan” adı ilə ödənilməsindən imtina olunub, lakin ziyanın nədən ibarət olmasına dair cavabdeh tərəfindən məhkəməyə heç bir sübut təqdim olunmayıb. "xxxx” MMC hüquqlarının pozulduğunu bildiyi andan, borcun tam məbləğdə, eləcə də dövlət rüsumu və vəkil haqqı ilə birlikdə məhkəmə qaydasında tutulmasını tələb edir. Cavabdehin guya iddia müddətinin keçdiyini əsas gətirərək iddianın rədd edilməsi tələbi ilə də razı deyil. Hesab edir ki, iddia ərizəsi Azərbaycan Respublikası MülkiProsessualMəcəlləsinin372-373maddələrinintələblərinəuyğunolaraqverilmişdir.
14. Məhkəmə iclasında iştirak edən Kürdəmir rayon Yaşıllaşdırma İdarəsinin nümayəndəsi iddianı qəbul etməyərək izahatında bildirmişdir ki, YAP-ın üzvüdür və Ayaz Cəbraylov da YAP-ın sədri olduğundan bu formada tanışlıqları var. cavabdeh1 isə tanımır, idarənin bu adda işçisi yoxdur. Kürdəmir rayon Yaşıllaşdırma İdarəsinin mübahisəyə heç bir aidiyyəti yoxdur, heç bir mal almamışvəöhdəlikgötürməmişdir.
15. Birinci instansiya məhkəməsinin ## ###### 2026-cı il tarixli qətnaməsi ilə iddia tələbinintəminedilməməsiqətolunmuşdur.
16. Məhkəməgəldiyinəticəniaşağıdagöstərildiyikimiəsaslandırmışdır:
İddia tələbinə hüquqi qiymət verildiyi zaman ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmaması araşdırılmalıdır. Belə ki, hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət edən şəxs ilk növbədə hər hansı qanunla qorunan hüquq və azadlıqlarının və yaxud maraqlarının pozulmasını, eləcə də bununla bağlı tələb etmək hüququnun olmasını sübut etməlidir.
Məhkəmə araşdırması zamanı iddiaçının şifahi alqı-satqı müqaviləsi üzrə cavabdehlər cavabdeh3 və Kürdəmir rayon Yaşıllaşdırma İdarəsindən pul tələbi ilə bağlı iddia qaldırmaq üçün subyektiv hüququnun mövcud olmadığı müəyyən edilmişdir.
Çünki cavabdeh3 və Kürdəmir rayon Yaşıllaşdırma İdarəsi hazırkı mübahisə üzrə iddiaya cavab verməli şəxs deyillər. Belə ki, cavabdeh cavabdeh3 iddiaçı ilə cavabdeh cavabdeh1 arasında şifahi bağlanmış metal boruların nisyə alğı-satqısı müqaviləsi üzrə tərəf deyil, onun həmin müqavilə üzrə alıcı olması, həmçinin onun malların alğısatqısı zamanı, müqavilə üzrə danışıqlarda iştirak etməsi sübut olunmur. İddiaçının nümayəndəsi də cavabdeh3 müqavilə üzrə alıcı olması barədə sübutu olmadığını təsdiq etmşdir.
Eyni zamanda Kürdəmir rayon Yaşıllaşdırma İdarəsinin də hazırkı mübahisəyə heç bir aidiyyatı yoxdur. Məhkəmə iclasında iddiaçı nümayəndəsi Kürdəmir rayon Yaşıllaşdırma İdarəsini iş üzrə cavabdeh qismində qeyd etməsinin səbəbi kimi həmin idarənin VÖEN-inin müqavilədə olması ilə əsaslandırmışdır. Cavabdeh cavabdeh3 özü tərəfindən tərtib edilmiş aktda texniki səhv olaraq Kürdəmir rayon Yaşıllaşdırma İdarəsinin VÖEN-ünün qeyd edildiyini bildirmişdir.
Belə olan halda məhkəmə hesab edir ki, qanunvericiliyin tələblərinə əsasən hazırkı iş üzrə iddiaçının cavabdehlər cavabdeh3 və Kürdəmir rayon Yaşıllaşdırma İdarəsindən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.
Bundan başqa tədqiq olunan sübutlar əsasında müəyyən olunmuşdur ki, "xxxx” MMC ilə cavabdeh cavabdeh1 arasında şifahi qaydada bağlanmış metal boruların nisyə alğı- satqı müqaviləsi üzrə hüquq münasibətləri mövcud olmuşdur.
Hazırda iddiaçı ## ######## 2020-ci il tarixdə 40 mm ölçüdə, 8198 metr uzunluğunda, toplam qiyməti 27 463,30 manat olan metal boruların *** №-li qaiməyə əsasən **-JC- *** dövlət qeydiyyat nişanlı yük maşını ilə Kürdəmir rayonuna cavabeh cavabdeh1 məxsus istixanaya göndərildiyini, şifahi razılaşmaya görə göndərilən malın dəyərinin çatdırılmadan sonra ödənilməli olduğunu, daha sonrakı izahatlarında isə ödənişin 2022ci ilin sonunadək ödənilməli olduğunu bildirərək 27 463,30 manat məbləğində pulun ödənilməsini xahiş etmişdir.
Məhkəmə hesab edir ki, iddiaçının cavabdeh cavabdeh1 satdığı malın dəyərini tələb etmək hüququ olsa da, MM-nin 373.2-ci maddəsində nəzərdə tutulmuş 3 illik iddia müddətini ötürməklə iddia qaldırıldığına və sonuncunun nümayəndəsi iddia müddətinin tətbiqini xahiş etdiyinə görə iddia müddəti tətbiq olunaraq iddianın rədd edilməsinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ### 2008- ci il tarixli Qərarındakı mövqeyə uyğun olaraq, cavabdehin ərizəsinə hüquqi qiymət verərkən ilk növbədə iddiaçının hazırkı iddia tələbi üzrə cavabdehə qarşı müvafiq subyektiv hüquqa malik olub-olmaması məsələsini aydınlaşdırmağı zəruri hesab edir.
İddiaçının şifahi alqı-satqı müqaviləsi üzrə öhdəliyini icra etməyən cavabdehə qarşı tələb irəli sürmək üçün subyektiv hüquqa malik olması müəyyən edilmişdir. Belə ki, cavabdeh cavabdeh3 qardaşı cavabdeh1 iddiaçı tərəfindən nəinki 27 643,3 manat, hətta 57 000 manat dəyərində mal verildiyini, 30 000 manatın dərhal ödənildiyini, keyfiyyətsiz boruların partlaması nəticəsində istixanada yetişdirilən məhsullar məhv olduğu üçün, iddiaçı tərəfindən həmin istixanaya baxış keçirildiyini, qalıq 27000 manatı dəymiş ziyana hesablayaraq ödənilməməsini və razılaşma əsasında qardaşı cavabdeh1 dəymiş zərərin əvəzi kimi hesablandığını bildirmişdir. Həmçinin cavabdeh cavabdeh1 nümayəndəsi də sonradan cavabdeh3 dediklərinə istinad etmişdir.
Lakin iddiaçı MM-nin 373.2-ci maddəsində nəzərdə tutulmuş 3 illik iddia müddətini ötürməklə iddia qaldırdığına və cavabdehin nümayəndəsi bu barədə müraicət etdiyinə görə iddia tələbinin təmin edilməsi mümkün deyildir.
Belə ki, malların dəyərinin ödənilməsi vaxtı ilə bağlı tərəflər arasında yazılı razılaşma olmamış, iddiaçı tərəf həm iddia ərizəsində, həm də məhkəmə iclasında mallar çatdırıldıqdan sonra ödənişin edilməli olduğunu qeyd etmiş, lakin cavabdeh tərəfindən iddia müddətinin tətbiqi barədə ərizə təqdim edildikdən sonra malların dəyərinin 2022ci ilin sonunadək ödənilməli olduğunu bildirmiş, ancaq bu faktı təsdiq edəcək sübutları təqdim edə bilməmişdir. Bu da onu göstərir ki, iddiaçının nümayəndəsi iddia müddətinin tətbiqi barədə ərizəyə münasibətdə həmin tarixi, yəni 2022-ci ilin sonunu məqsədli şəkildə qeyd etmişdir ki, iddia müddəti ötürülməsin. Odur ki, iddiaçının nümayəndəsinin ilkin bildirdiyi kimi mallar çatdırıldıqdan sonra ödəniş edilməli olmasını, cavabdehin nümayəndəsinin isə mallar verildikdən sonra 2020-ci ilin sonuna kimi ödəniş edilməsi barədə dediklərini ümumiləşdirərək məhkəmə belə qənaətə gəlir ki, işin faktiki hallarına əsasən malların ödənişi hissə-hissə olmaqla 2021-ci ilin # ###### tarixinədək tam ödənilməli idi.
Beləliklə məhkəmə iddiaçının cavabdeh cavabdeh1 qarşı tələb irəli sürmək üçün subyektiv hüquqa malik olmasını müəyyən etsə də, iddia tələbinin təmin edilməsini mümkün saymır. Ona görə ki, iddiaçı Mülki Məcəllənin 373.2-ci maddəsində nəzərdə tutulmuş 3 illik iddia müddətini ötürməklə iddia qaldırmışdır. Çünki tərəflər arasında şifahi bağlanmış alqı-satqı müqaviləsi üzrə ödənişlərin ##.##.2021-ci il tarixinə kimi tam ödənilməsi nəzərə alınmaqla həmin müqavilə üzrə öhdəliklərin icrası üçün nəzərdə tutulmuş müddət ##.##.2020-ci il tarixdə bitmiş və iddia müddətinin axımı başlanmışdır. Bundan sonra cavabdeh tərəfindən 3 il ərzində borcu etiraf etməsini göstərən hərəkətlər edilməmiş, yalnız 5 il keçdikdən sonra ##.##.2025-ci il tarixində qarşılıqlı razılaşma aktı imzalanmışdır ki, həmin akt imzalansa belə razılaşma baş tutmamışdır. Belə ki, işin mübahisəsiz hallarından cavabdeh tərəfindən qarşılıqlı razılaşmanın hazırlanaraq iddiaçıya göndərildiyi, iddiaçının isə razılaşmadakı şərtlərlə razılaşmadığı müəyyən olunmuşdur.
Bundan əlavə, məhkəmə ##.##.2025-ci il tarixli qarşılıqlı razılaşma aktı ilə bağlı qeyd edir ki, həmin akt hüquqi qüvvəyə malik sənəd kimi nəzərə alınsa belə, qanunvercilikdə nəzərdə tutulmuş 3 illik müddət başa çatdıqdan sonra imzalanmışdır. Müddət başa çatdıqdan sonra hər hansı etirafedici hərəkətin edilməsi (qarşılıqlı razılaşma aktının imzalanması, ödəniş edilməsi və s.) iddia müddətinin axımını bərpa etmir.
Beləliklə, işin faktiki halları ilə müəyyən olunur ki, iddianın əsasını təşkil edən şifahi alqı- satqı müqaviləsi üzrə iddia müddətinin axımı ##.##.2021-ci il tarixdə başlanmış və ##.##.2024-cü il tarixdə bitmişdir. İddiaçı isə iddia ərizəsi ilə ##.##.2025-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Yəni, alqı-satqı müqaviləsinə əsasən borcun tutulması barədə iddia üzrə iddia müddəti keçmişdir.
Buna görə də məhkəmə, işin faktiki hallarını şərh olunan hüquq normaları əsasında qiymətləndirərək, iddiaçının cavabdehlər cavabdeh3 və Kürdəmir rayon Yaşıllaşdırma İdarəsinə münasibətdə mövcud iddianı qaldırmaq üçün müvafiq subyektiv hüquqa malik olmadığını, cavabdeh cavabdeh1 münasibətdə iddia müddətini ötürməklə iddia qaldırdığını nəzərə alaraq, mülki və mülki prosessual qanunvericiliyin tələblərini rəhbər tutmaqla, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək iddia tələbini əsassız sayır və onun rədd edilməsi qənaətinə gəlir.
17. Qənaətinin hüquqi əsaslandırması zamanı məhkəmə, Mülki Məcəllənin 372-ci, 373.2ci, 375.2-ci, 377.1-ci, 377.2-ci, 380.1-ci, 380.2-ci, 381.1-ci, 383-cü, 576-ci, 600.1-ci, 600.4-cü, 627.1-ci, 630.1-ci, 631.1-ci, 637.2-ci maddələrinə, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” ## ###### 2001-ci il tarixli, “L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının ## #### 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğun yoxlanılmasına dair” ## ### 2008ci il tarixli, “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə Məhkəmə Kollegiyasının ## ### 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ##.##.2008-ci il tarixli, “S.Ələkbərovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ## ####### 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” # #### 2015-ci il tarixli və “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının # ###### 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ## ##### 2022-ciiltarixliqərarlarına istinadetmişdir.
18. Həmin qətnamədən iddiaçının nümayəndəsi (vəkili) apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmaqla məhkəmənin, gəldiyi nəticə üçün mühim əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmadığını, qətnamədə göstərilmiş nəticələrin işin hallarına uyğun gəlmədiyini, sübutlara düzgün qiymət vermədiyini irəli sürmüşdür. Şikayətdə həmçinin aşağıdakılar göstərilmişdir: İddiaçı MMC ilə cavabdeh1 arasında şifahi qaydada bağlanmış metal boruların nisyə alğı-satqı müqaviləsi üzrə hüquq münasibətlərinin mövcud olması, iddiaçının cavabdeh cavabdeh1 satdığı malın dəyərini tələb etmək hüququnun olması, iddiaçının şifahi alqı-satqı müqaviləsi üzrə öhdəliyini icra etməyən cavabdehə qarşı tələb irəli sürmək üçün subyektiv hüquqa malik olmasının müəyyən edilməsinə dair məhkəmənin göstərdikləri ilə razıyıq və onları qəbul edirik. İddiaçının şifahi alqı-satqı müqaviləsi üzrə cavabdehlər cavabdeh3 və Kürdəmir rayon Yaşıllaşdırma İdarəsindən pul tələbi ilə bağlı iddia qaldırmaq üçün subyektiv hüququnun mövcud olmadığı, işin faktiki hallarına əsasən malların ödənişi hissə-hissə olmaqla 2021-ci ilin # ###### tarixinədək tam ödənilməli olması, müqavilə üzrə öhdəliklərin icrası üçün nəzərdə tutulmuş müddətin ##.##.2020-ci il tarixdə bitməsi və iddia müddətinin axımının başlanması, ##.##.2025-ci il tarixli qarşılıqlı razılaşma aktının hüquqi qüvvəyə malik sənəd kimi nəzərə alınsa belə, qanunvercilikdə nəzərdə tutulmuş 3 illik müddət başa çatdıqdan sonra imzalanması, müddət başa çatdıqdan sonra hər hansı etirafedici hərəkətin edilməsi (qarşılıqlı razılaşma aktının imzalanması, ödəniş edilməsi və s.) iddia müddətinin axımınının bərpa etməməsi, beləliklə, iddianın əsasını təşkil edən şifahi alqı-satqı müqaviləsi üzrə iddia müddətinin axımının ##.##.2021-ci il tarixdə başlanması və ##.##.2024-cü il tarixdə bitməsi kimi məhkəmənin gəldiyi qənaətlə razı deyilik və onu mübahisələndiririk. Məhkəmə iddianın rədd edilməsi barədə qətnamə qəbul edərək Konstitusiyada təsbit olunmuş iddiaçının mülkiyyət hüququnu pozmuş, toxunulmazlıq ını təmin etməmiş və müdafiə etməmişdir. Məhkəmə Qanunun bu maddəsinin tətbiq edilməsi üçün iddia müddətinin axımının başlanmasını düzgün müəyyən etməmişdir. Belə ki, hər iki tərəfin verdiyi izahatlara uyğun olaraq görünür ki, borcun ödənilməsinə dair danışıqlar ##.##.2025-ci il tarixədək aparılmış və məhz bu tarixdə cavabdehlər borcun ödənilməsindən imtina etməsini bildirəndən sonra iddiaçı hüququnun pozulmasını bilmişdir. İddia müddətinin axımının başlanmasına dair Mülki Məcəllənin müddəaları düzgün tətbiq edilməmişdir. Belə ki, məhkəmə araşdırması zamanı iddia müddətinin axımının ##.##.2025-ci il tarixdən başlanmasınadairmötəbərsübutlar(##.##.2025-ciiltarixliAkt)təqdimedilmişdir”.
Apellyasiya şikayətinə qarşı etiraz
19. Apellyasiyaşikayətinəqarşıyazılıetirazverilməmişdir.
Apellyasiya baxışı, izahatlar
20. Məhkəmə iclaslarında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) apellyasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin olunmasını xahiş etmiş, cavabdeh cavabdeh1 nümayəndəsi (vəkili) vəkil1, habelə digər cavabdeh cavabdeh3 isə şikayətin əsassız olduğunubildirmişlər.
21. İddiaçının nümayəndəsi (vəkili) yazılı ərizə təqdim edərək, Kürdəmir rayon Yaşıllaşdırmaİdarəsinəmünasibətdəiddiatələbindənimtinaetdiklərinibildirmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
22. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyatakeçirməyəborcludurlar.
23. Maddə 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqlarınvəvəzifələrinəmələgəlməsiəsaslarındandır.
24. Maddə 324.1, 324.2, 324.4 və 324.5. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir.
25. Maddə 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdənçəkinməyitələbetməkhüququnamüddətşamiledilir.
26. Maddə 372.2. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddiamüddətisayılır.
27. Maddə 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilətələbləriüzrəiddiamüddətiisəaltıildir.
28. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etməkhüququvardır.
29. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsiüçünonuniştirakçılarıarasındamüqaviləolmalıdır.
30. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin onaziddolmayanmüqavilələrdəbağlayabilərlər.
31. Maddə 390.2. Müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir.
32. Maddə 398.1. Müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir. Qanunda nəzərdə tutulmuş hallarda müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilənvəyatənzimlənənqiymətlər(tariflər,normalar,dərəcələrvəs.)tətbiqedilir.
33. Maddə 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqaviləninhərfimənasınınonundigərşərtlərivəmənasıiləmüqayisəsininəzərəalır.
34. Maddə 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər,tərəflərinsonrakıhərəkətlərinəzərəalınır.
35. Maddə 404.3. Əgər müqavilənin ayrı-ayrı ifadələri müxtəlif cür təfsir edilə bilərsə, müqaviləni bağlamış tərəflərin yaşayış yerində adətən qəbul olunmuş mənaya üstünlük verilir. Tərəflərinyaşayışyerlərimüxtəlifolduqda,akseptantınyaşayışyerihəlledicisayılır.
36. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
37. Maddə 427.1. Əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onunicrasınıtələbedəbilməz,lakinborcluonuvaxtındanəvvəlicraedəbilər.
38. Maddə 427.2. Əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatanmüddətdəicraetməyəborcludur.
39. Maddə 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cürdövrərzindəistənilənanicraedilməlidir.
40. Maddə 427.4. Ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur, bu şərtlə ki, bu Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsiirəligəlməsin.
41. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunuiləmüəyyənləşdirilmişdigərşərtləripozmaqlaicraedilməsi)başadüşülür.
42. Maddə 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Bunun nəticəsində icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyününnəticələriüçünkreditorqarşısındaməsuliyyətdaşıyır. Maddə 448.3. Borclu öz qanuni təmsilçilərinin və öhdəliyinin tamamilə və ya hissəhissə 43. icrası üçün xidmətlərindən istifadə etdiyi şəxslərin hərəkəti və ya hərəkətsizliyi üçün öz hərəkətivəyahərəkətsizliyiüçünolandərəcədəməsuliyyətdaşıyır.
44. Maddə 567. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
45. Maddə 598.1. Əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.
46. Maddə 600.1. Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427cimaddəsinəuyğunmüəyyənləşdirilmişmüddətdə həyata keçirməlidir.
47. Maddə 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
48. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardanistifadəetməlidir.
49. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübutetməlidir.
50. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəməüçünqabaqcadanmüəyyənedilmişqüvvəsiyoxdur.
51. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinəuyğunəsaslandırılmalıdır.
52. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiyaməhkəməsininqətnamədəgöstərilmişnəticələrininişinhallarınauyğungəlməməsi.
53. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya baxışının həddi
54. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
55. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiyaşikayətindəgöstərilməyənəsaslarladaləğvedəvədəyişdirəbilər.
56. Apellyasiya baxışının həddi baxımından həmçinin nəzərə alınmalıdır ki, iddiaçının nümayəndəsi tərəfindən “## ######## 2020-ci il tarixli *** №-li qaiməyə əsasən cavabdehlərə göndərilmiş 40 mm ölçüdə, 8198 metr uzunluğunda, toplam qiyməti 27463,30 manat olan metal borulara görə yaranmış 27463,30 manat borcun, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 171 manat dövlət rüsumunun və 500 manat vəkilə xidmət haqqı kimi ödənilmiş pulun Kürdəmir rayon Yaşıllaşdırma İdarəsindən xeyrinə tutulması” tələbindən imtina olunduğundan, qətnamənin həmin tələbin təmin olunmaması ilə bağlı hissəsi müvafiq qərardadla ləğv edilərək sözügedən tələbüzrəicraataxitamverilməsiqəraraalınmışdır.
Məhkəmə kollegiyasının mövqeyi
57. İstənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqiəsasıaraşdırılmalıdır.
58. Beləliklə, mülki mühakimə icraatında hüququn tətbiqi üçün ilkin başlanğıc nöqtə tələbin qanuni əsasının tapılmasından ibarətdir – iddia tələbinin düzgün qanuni əsasını tapmaq üçün isə 4sualcavablandırılmalıdır:kimkimdənnəyivənəyəəsasəntələbedir?.
59. Bu zaman həm də nəzərə alınmalıdır ki, mülki mühakimə icraatında hakimin işinə yarayan, yəni yekun qərarın çıxarılmasını asanlaşdıran bir qayda var – iddiaçının dediklərinə əsasən iddia təmin olunan deyilsə, qarşı tərəfin etirazları ilə bağlı araşdırma aparmadan mübahisənibitirməkolar.
60. Qeyd olunmalıdır ki, iddianın əsasını irəli sürülən iddia tələblərinin əsaslandırıldığı hüquqi faktlar təşkil edir və məhkəmənin vəzifəsi iddiaçının bildirdiyi faktiki halların iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Başqa sözlə, mülki hüquqda hamılıqla qəbul edilmiş prinsiplərdən biri olan “iura novit curia” (“məhkəmə hüququ bilir”) prinsipinə əsasən hüququn tətbiqinə hakim bilavasitə cavabdehlik daşısa da, o, iddiaçının bildirdiyi (iddiasını əsaslandırdığı) faktlarla bağlıdır və qərarını iddianın faktiki tərkibi adlanan faktlarınməcmusunaistinadənqəbuledir.
61. Tərəflər hüquq və öhdəliklərini mülki qanunvericiliyə müvafiq olaraq müqavilə ilə razılaşdırdıqları halda məhkəmələr yaranmış mübahisəni həmin müqavilə şərtləri çərçivəsində həll etməli, tərəflərin müqavilə üzrə öhdəliklərini icra edib-etməmələrini hərtərəfli araşdırmalı, eləcə də hansı tərəfin öhdəliyin icra edilməməsi üçün məsuliyyət daşımalı olduğunu dəqiqliklə müəyyən etməlidir (Konstitusiya Məhkəməsinin Plenumunun “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının ## ######## 2017-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ## #### 2018-ci il tarixli Qərarı).
62. İddiaçının irəli sürdüyü faktiki hal ondan ibarətdir ki, İddiaçı MMC ilə cavabdeh cavabdeh1 arasında şifahi alqı-satqı müqaviləsi bağlanmış, həmin müqavilə üzrə iddiaçı ## ######## 2020-ci il tarixdə 40 mm ölçüdə, 8198 metr uzunluğunda, toplam qiyməti 27 463,30 manat olan metal boruları *** №-li qaiməyə əsasən Kürdəmir rayonuna - cavabdeh1 məxsus istixanayagöndərmiş,lakinadıçəkilənşəxsmalındəyəriniödəməmişdir.
63. İddiaçının iddia tələbinin əsasında dayanan sözügedən faktiki hal cavabdehlərin bildirdikləri ilə təsdiqini tapır; belə ki, cavabdeh cavabdeh3 izahatında “2014-cü ildə qardaşı istixana tikən zaman İddiaçı MMC-dən 120 000 manat məbləğində mal aldığını və vaxtlı-vaxtında da ödənişlərini etdiyini, 2020-ci ildə 57 500 manat məbləğində mal götürdüyünü, bu məbləğdən 30 000 manat ödəniş həyata keçirdiyini”, cavabdeh1 nümayəndəsi isə izahatında “Kamranın 57 000 manat dəyərində boru aldığını, həmin məbləğin 30 000 manat hissəsini bankdan kredit götürülərəködədiyini,qalanhissəniborularkeyfiyyətsizolduğuüçünödəmədiyini”bildirmişlər.
64. Başqa sözlə, ##.##.2025-ci il tarixli qarşılıqlı razılaşma aktının 2020-ci il ## ######## tarixində bağlanmış şifahi alqı-satqı müqaviləsi əsasında tərtib olunduğu işin müəyyən edilən halıdır.
65. Lakin ilk növbədə qeyd olunmalıdır ki, iddiaçı, cavabdeh1 ünvanladığı ##.##.2025-ci il tarixli məktubda həmin aktı hüquqi əsas kimi tanımadığını və qəbul etmədiyini bildirmişdir – bu isəmüvafiqsənədiiddiaçınınsübutukimiqiymətləndirməyəimkanvermir.
66. Həmçinin qeyd olunmalıdır ki, sözügedən sənəd sübut kimi qəbul olunsa belə, həmin sənədəistinadənirəlisürüləntələbiddiamüddətiötürüldüyüüçüntəminolunabilməz.
67. Belə ki, yuxarıda qeyd olunduğu kimi həmin sənəd, 2020-ci il ## ######## tarixində bağlanmış şifahi alqı-satqı müqaviləsi əsasında tərtib olunmuş, sözügedən alqı-satqı müqaviləsi üzrə cavabdeh cavabdeh1 öhdəliyini hansı müddət ərzində icra edəcəyi isə müəyyən edilməmişdir.
68. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Konstitusiyanın 60-cı maddəsi baxımından müqavilə öhdəlikləri üzrə iddia müddətinin axımının başlanması anına münasibətdə MM-in 377-ci maddəsinin şərh edilməsinə dair” 2025-ci il ## #### tarixli qərarında göstərmişdir ki, “...Əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. Ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur, bu şərtlə ki, bu Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlməsin (MM-in 427.1, 427.2, 427.4-cü maddələri). Qeyd olunanlara əsasən belə nəticəyə gəlinir ki, icra müddəti müəyyənləşdirilmiş müqavilə öhdəlikləri üzrə bu müddətin bitdiyi, icra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə isə Mülki Məcəllənin 427.2 və 427.4-cü maddələrində göstərilən müddətlərin bitdiyi gün öhdəlik icra olunmamışdırsa, həmin gün artıq kreditorun öz hüquqlarının pozulduğunu bilməli olduğu tarixdir. Həmin günün ertəsi günü isə kreditorun müqavilə üzrə hüquqlarının müdafiəsi üçün tələb hüququna münasibətdə iddia müddətinin axımı başlamışolur”.
69. Yuxarıda qeyd olunduğu kimi, iddia tələbi ##.##.2025-ci il tarixdə irəli sürülmüşdür (məhkəməyə təqdim olunmuşdur); ##.##.2020-ci il tarixli müqavilənin bağlanmasından iddianın qaldırıldığıtarixəqədərötəndövrüisəağlabatandövrhesabetməkmümkündeyildir.
70. İddia müddəti (onun tətbiqi) cavabdehə aid hüquq olmaqla, ona yönəlmiş iddiadan müdafiə olunmaq imkanı təmin edir, bu səbəbdən iddia müddəti məhz cavabdehin verdiyi ərizə əsasında tətbiq olunur. Bununla da cavabdehə imkan yaradılır ki, mövcud öhdəliyə görə məhkəmə qərarı ilə təqib olunmaqdan (əmlakı ilə məsuliyyət daşımaqdan) azad olsun. Başqa sözlə, iddia müddətinin keçməsi tələb hüququnun özünü deyil, onun məhkəmə qaydasında realizəsi imkanını aradan qaldırır. Bu baxımdan iddia müddəti qanunla cavabdehə verilən özünümüdafiəvasitəsidir (§ 25).
71. İddia müddəti ilə bağlı məhdudiyyətlər bir neçə vacib məqsədə xidmət edir. Yəni hüquqi müəyyənliyi və qətiliyi təmin edir, cavabdehi “köhnəlmiş” tələblərdən müdafiə edir və məhkəmənin uzaq keçmişdə baş verən hadisələr ilə bağlı, zaman keçdiyindən natamam və etibar doğurmayan sübutlar əsasında qərar qəbul edəcəyi təqdirdə yarana bilən ədalətsizliyin qarşısını alır (Avropa Məhkəməsinin “Stubbings və başqaları Birləşmiş Krallığa qarşı” iş üzrə 1996-cı il ## ####### tarixli Qərarı).
72. İddia müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyrisabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 2001-ci il ## ###### tarixli Qərarı).
73. İddiaçı cavabdeh cavabdeh1la (yaxud onun qardaşı olan digər cavabdeh cavabdeh3la) 2020-ci ildən 2025-ci ilə qədər çoxsaylı yazışmalar apardığını bildirsə də, bunu təsdiqləyənheçbirsübuttəqdimetməmişdir.
74. Qeyd olunmalıdır ki, kommersiya hüquqi şəxsi olaraq iddiaçı, lazımi sənədləşdirmə aparmaq öhdəliyi və bunu aparmamağa görə risk daşıyır. Sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir. Başqa sözlə, sahibkarlıq fəaliyyətinin üç xüsusiyyəti var: müstəqillik, mənfəət götürmək məqsədi və fəaliyyətin iqtisadi xarakterli olması. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 133.1-ci maddəsinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin ## ######## 2004-cü il Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə sahibkarlıq fəaliyyəti mahiyyət etibarı ilə əmlakdan istifadə olunması, malların satılması, işlərin görülməsi və ya xidmətlər göstərilməsi ilə gəlir əldə olunmasına yönəlmiş, qanunla qadağan edilməyənnövlərüzrəsahibkarınriskiiləhəyatakeçirilən,məhzmüstəqilbirfəaliyyətdir.
75. Bu baxımdan iddiaçı, kommersiya subyekti kimi öz fəaliyyətini qanuni təşkil etməklə bağladığıəqdlərləbağlırəsmisənədləşmənihəyatakeçirməliidi.
76. Məhkəmə pozulmuş hüququn bərpası institutudur və kommersiya subyekti olan iddiaçının nöqsanlarını düzəltmək vəzifəsi yoxdur. Konstitusiyada "azad sahibkarlığa təminat" məhz təminatdır və sahibkarların daşımalı olduğu risklərin onlarla birgə bölüşdürülməsi kimi şərh edilə bilməz. Başqa sözlə, iddiaçı özünün daşımalı olduğu riskin məhkəmə vasitəsilə aradan qaldırılmasına,yaxudazaldılmasınanailolmamalıdır.
77. Şərh olunanları ümumiləşdirərək kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin olunmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi “## ######## 2020-ci il tarixli *** №-li qaiməyə əsasən cavabdehlərə göndərilmiş 40 mm ölçüdə, 8198 metr uzunluğunda, toplam qiyməti 27463,30 manat olan metal borulara görə yaranmış 27463,30 manat borcun, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 171 manat dövlət rüsumunun və 500 manat vəkilə xidmət haqqı kimi ödənilmiş pulun cavabdeh1 və cavabdeh3 xeyrinə tutulması” tələbinin təmin olunmamasıhissəsindədəyişdirilmədənsaxlanılmalıldır.
78. Apellyasiya şikayəti üçün ödənilən dövlət rüsumunun məbləği apellyatorun özünə aid olunmalıdır. Nəzərə alınmalıdır ki, məhkəmə xərclərinin bölüşdürülməsi məsələsi prosessual qanunvericiliklə tənzimləndiyindən, bununla bağlı qərar qəbul edərkən məhkəmə, müvafiq tələbin olub-olmamasınabağlıdeyildir.
79. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və405-cimaddələrinirəhbərtutaraqməhkəməkollegiyası
QƏT ETDİ:
Apellyasiyaşikayətitəminedilməsin. Bakı Kommersiya Məhkəməsinin e-*-*(***)-****/**** saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi ## ###### 2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın (“## ######## 2020-ci il tarixli *** №-li qaiməyə əsasən cavabdehlərə göndərilmiş 40 mm ölçüdə, 8198 metr uzunluğunda, toplam qiyməti 27 463,30 manat olan metal borulara görə yaranmış 27 463,30 manat borcun, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 171 manat dövlət rüsumunun və 500 manat vəkilə xidmət haqqı kimi ödənilmiş pulun Kürdəmir rayon Yaşıllaşdırma İdarəsindən xeyrinə tutulması” tələbinin təmin olunmaması ilə bağlı hissədə qətnamənin müvafiq qərardadla ləğv edildiyi və həmin hissədə işin icraatına xitam verildiyi nəzərə alınmaqla). Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumunun məbləği iddiaçınınözünəaidolunsun. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Səməd Cəfərov Tural Qocayev