Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2-2(3-6)-33/2026 03.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Azərbaycan Respublikası adından Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının iddiaçı İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər cavabdeh1 və cavabdeh2 qarşı iddia tələblərinə dair kommersiya mübahisəsi üzrə QƏTNAMƏSİ (Açar sözlər: kredit borcunun tutulması, ipoteka predmetinə tutma yönəldilməsi, ipotekanın qiyməti, apellyasiyanın həddi) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), X1 və Cəfərov Səməd Fəxrəddin oğlundan ibarət tərkibdə, Musayev Aytac Elşən qızının katibliyi ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdeh1 və cavabdeh2 qarşı “kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələblərinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin ## ###### 2025-ci il tarixli qətnaməsindən cavabdeh1 nümayəndəsi (vəkili) tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları
1. İddiaçı QSC (bank) ilə cavabdeh1 (kredit alan) arasında ##.##.2021-ci il tarixdə ***L************ saylı uzunmüddətli kredit müqaviləsi bağlanmış, müqaviləyə görə sonuncuya 120 (yüz iyirmi) ay müddətinə 100 000 (yüz min) manat məbləğində krеdit хətti açılmışdır.
2. Bankla cavabdeh1 arasında bağlanmış ##.##.2021-ci il tarixli ***L************ saylı uzunmüddətli kredit müqaviləsinin təminatı olaraq bankla cavabdeh2 arasında ##.##.2021-ci il tarixdə ***S************ nömrəli zaminlik müqaviləsi imzalanmışdır.
3. Zaminlik müqaviləsinə əsasən, kredit alanın uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün zamin bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşıyır.
4. Bankla cavabdeh1 arasında bağlanmış ##.##.2022-ci il tarixli ***R********** saylı krеdit razılaşması əsasında ona 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1.5% оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 90 000 (doxsan min) manat məbləğində krеdit verilmişdir.
5. Krеdit razılaşmasının 4.1.3-cü bəndinə görə, borclu ödəniş planı üzrə krеditi və оna hеsablanmış faizi vaхtında qaytarmadıqda hər gеcikdirilən gün üçün kredit qalığının 0.5% məbləğində cərimə ödəməlidir.
6. Bankla cavabdeh1 arasında imzalanmış ##.##.2024-cü il tarixli ***R**********S saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmiş, dəyişikliklə zamin cavabdeh2 tanış olmuş və imzası ilə təsdiq etmişdir.
7. Bankla cavabdeh1 arasında imzalanmış ##.##.2021-ci il tarixli ***M************ saylı ipoteka müqaviləsinə əsasən, qeydiyyat nişanı ** HU *** olan “Shacman SX3314DT366 Yük Özüboşaldan” tipli, 2012-ci il buraxılışlı nəqliyyat vasitəsi bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir.
8. cavabdeh1 həyat yoldaşı Maraqlı şəxs ##.##.2021-ci il tarixində Bakı şəhəri ** saylı notariat ofisinə ərizə ilə müraciət edərək, cavabdeh1 məxsus qeydiyyat nişanı ** HU *** olan “Shacman SX3314DT366 Yük Özüboşaldan” tipli, 2012-ci il buraxılışlı nəqliyyat vasitəsinin İddiaçı QSC-nin xeyrinə yüklü edilməsinə razı olduğunu bildirmişdir.
9. cavabdeh1 məxsus qeydiyyat nişanı ** HU *** olan “Shacman SX3314DT366 Yük Özüboşaldan” tipli, 2012-ci il buraxılışlı nəqliyyat vasitəsinin cavabdeh1 kredit öhdəliklərinin icrasını təmin еtmək üçün İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi Azərbaycan Respublikası DİN BDYPİ tərəfindən qeydiyyata alınmışdır.
10. Bankla cavabdeh1 arasında imzalanmış ##.##.2022-ci il tarixli ***M************ saylı ipoteka müqaviləsinə əsasən qeydiyyat nişanı ** VH *** olan “DAF FTXF 105.460T X2” tipli, 2009cu il istehsal tarixli nəqliyyat vasitəsi bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir.
11. cavabdeh1 həyat yoldaşı Maraqlı şəxs ##.##.2022-ci il tarixində Bakı şəhəri ** saylı notariat ofisinə ərizə ilə müraciət edərək, cavabdeh1 məxsus qeydiyyat nişanı ** VH *** olan “DAF FTXF 105.460T X2” tipli, 2009-cu il istehsal tarixli nəqliyyat vasitəsinin İddiaçı QSC-nin xeyrinə yüklü edilməsinə razı olduğunu bildirmişdir.
12. cavabdeh1 məxsus qeydiyyat nişanı ** VH *** olan “DAF FTXF 105.460T X2” tipli, 2009cu il buraxılışlı nəqliyyat vasitəsinin cavabdeh1 kredit öhdəliklərinin icrasını təmin еtmək üçün İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi Azərbaycan Respublikası DİN BDYPİ tərəfindən qeydiyyata alınmışdır.
13. Bank tərəfindən təqdim edilmiş ##.##.2025-ci il tarixli maliyyə arayışına əsasən, cavabdeh1 ***R********** saylı ##.##.2022-ci il tarixli krеdit razılaşması üzrə ##.##.2025-ci il tarixə 57 478,38 manat məbləğində krеdit bоrcu, 4032,82 manat məbləğində faiz bоrcu və 1475,07 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə borcu 62 986,27 (altmış iki min doqquz yüz səksən altı manat iyirmi yeddi qəpik) manat təşkil edir.
14. Bank tərəfindən cavabdeh – ipoteka qoyana ##.##.2025-ci il tarixdə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş göndərilmiş, ərizə AR DİN BDYPİ-nin QİŞ-ə ##.##.2025-ci il tarixində təqdim olunmuş və qeydə alınmışdır.
Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı
15. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti (iddiaçı) cavabdeh1 və cavabdeh2 (cavabdehlər) qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, cavabdehlərdən müştərək qaydada ***R********** saylı krеdit razılaşması üzrə 57 478,38 manat məbləğində krеdit bоrcu, 4032,82 manat məbləğində faiz bоrcu və 1475,07 manat məbləğində cərimə borcu olmaqla, cəmi 62 986 (altmış iki min doqquz yüz səksən altı) manat 27 (iyirmi yeddi) qəpik məbləğində bоrcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 278,96 manat məbləğində dövlət rüsumunun xeyrinə tutulması, tutmanın cavabdeh1 məxsus qeydiyyat nişanı ** HU *** olan “SHACMAN SX3314DT366 YÜK ÖZÜBOŞALDAN” tipli, 2012-ci il buraxılışlı və qeydiyyat nişanı ** VH *** olan “DAF FTXF 105.460T X2” tipli, 2009-cu il buraxılışlı nəqliyyat vasitələrinə yönəldilməsi, həmin nəqliyyat vasitələrinin açıq hərracdan satılması, nəqliyyat vasitələrinin hərracda satışından əldə olunan vəsait hesabına borcun ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin cavabdehlərdən müştərək qaydada tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
16. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh1 bankla bağladığı ##.##.2021-ci il tarixli ***L************ saylı uzunmüddətli kredit müqaviləsinə əsasən 120 (yüz iyirmi) ay müddətinə 100 000 (yüz min) manat məbləğində krеdit хətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə vеriləcək məbləğ və müddət ayrıca оlaraq krеdit razılaşması ilə müəyyən оlunur. Uzunmüddətli kredit müqaviləsi üzrə cavabdeh1 bankla bağladığı ##.##.2022-ci il tarixli ***R********** saylı krеdit razılaşması əsasında 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1,5% оlmaqla, ödəniş planı üzrə hissəhissə qaytarmaq şərti ilə 90 000 (doxsan min) manat məbləğində krеdit götürmüşdür. Tərəflərin imzaladıqları ##.##.2024-cü il tarixli ***R**********S saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmiş, dəyişikliklə zamin cavabdeh2 tanış olmuş və öz imzası ilə təsdiq etmişdir. cavabdeh1 krеdit razılaşmasının 1.2-ci bəndinin tələbini pоzaraq krеdit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, krеdit bоrcu və faiz bоrcundan ibarət оlmaqla ödəməli оlduğu vəsaitləri ##.##.2024-cü il tarixdən banka qaytarmamışdır. cavabdeh1 götürdüyü krеdit bоrcundan 32 521,62 manat ödəmiş, 57 478,38 manat məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1 bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. cavabdeh1 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün ##.##.2025-ci il tarixə 150 gün üçün hesablanmış faiz borcu 4032,82 manat təşkil edir. Krеdit razılaşmasının 4.1.3-cü bəndinə uyğun оlaraq borclu ödəniş planı üzrə krеditi və оna hеsablanmış faizi vaхtında qaytarmadıqda hər gеcikdirilən gün üçün kredit qalığının 0.5 % məbləğində cərimə ödəməlidir. ##.##.2025-ci il tarixə 150 gün üçün hеsablanmış cərimə 1475,07 manat təşkil edir. Uzunmüddətli krеdit müqaviləsinin 3.1.2-ci bəndinin “a” yarımbəndinə əsasən krеdit alan müvafiq оlaraq krеditi və faizi ödəniş planına uyğun оlaraq qaytara bilmədikdə kreditor müqaviləyə vaxtından əvvəl xitam vеrmək, qalan krеdit məbləğini, faiz bоrcunu və müqavilə üzrə hеsablanmış cəriməni tələb еtmək hüququna malikdir. Uzunmüddətli kredit müqaviləsi üzrə cavabdeh1 öhdəliklərinin icrasını təmin еtmək məqsədilə cavabdеh cavabdeh2 zaminlik müqaviləsinə əsasən bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. O, həmin zaminlik müqaviləsinin 1.1-ci bəndinə əsasən yuхarıda göstərilən uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında cavabdeh cavabdeh1 ilə birgə məsuliyyət daşıyır və uzunmüddətli kredit müqaviləsi üzrə krеditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra еtməlidir. Uzunmüddətli kreditmüqaviləsi üzrə cavabdeh1 öhdəliklərinin icrasını təmin еtmək məqsədilə cavabdeh – ipoteka verən cavabdeh1 ilə bank arasında bağlanılmış ##.##.2021-ci il tarixli ***M************ saylı ipoteka müqaviləsi (Bakı şəhəri ** saylı notariat ofisinin xüsusi notariusu X3 tərəfindən təsdiq edilib) əsasında qeydiyyat nişanı ** HU *** olan “SHACMAN SX3314DT366 YÜK ÖZÜBOŞALDAN” tipli, 2012-ci il buraxılış illi nəqliyyat vasitəsi iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Azərbaycan Respublikası DİN BDYPİ tərəfindən verilmiş № ****** saylı çıxarışlara əsasən cavabdeh1 məxsus olan qeydiyyat nişanı ** HU *** olan “SHACMAN SX3314DT366 YÜK ÖZÜBOŞALDAN” tipli, 2012-ci il buraxılış illi nəqliyyat vasitəsinin cavabdeh1 kredit öhdəliklərinin icrasını təmin еtmək üçün İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 34.1.1-34.1.3-cü maddələrində əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi, ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtin yerinə yetirilməməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi anı kimi nəzərdə tutulmuşdur. İpoteka saxlayan bank tərəfindən cavabdeh – ipoteka qoyana “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 36.2- cimaddəsinə uyğun olaraq ##.##.2025-ci il tarixdə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş göndərilmişdir. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması haqqında ərizə AR DİN BDYPİ-nin QİŞə ##.##.2025-ci il tarixində təqdim olunmuş və ərizə qeydə alınmışdır. İpoteka qoyan cavabdeh1 həyat yoldaşı Maraqlı şəxs ##.##.2021-ci il tarixində Bakı şəhəri ** saylı notariat ofisinə ərizə ilə müraciət edərək, cavabdeh1 məxsus olan qeydiyyat nişanı ** HU *** olan “SHACMAN SX3314DT366 YÜK ÖZÜBOŞALDAN” tipli, 2012-ci il buraxılış illi nəqliyyat vasitəsinin İddiaçı QSC-nin xeyrinə yüklü edilməsinə razı olduğunu bildirmişdir. Bundan başqa, uzunmüddətli kredit müqaviləsi üzrə cavabdeh1 öhdəliklərinin icrasını təmin еtmək məqsədilə cavabdeh – ipoteka verən cavabdeh1ilə Bank arasında bağlanılmış ##.##.2022-ci il tarixli ***M************ saylıipoteka müqaviləsi (Bakı şəhəri ** saylı notariat ofisinin xüsusi notariusu X3 tərəfindən təsdiq edilib) əsasında qeydiyyat nişanı ** VH *** olan “DAF FTXF 105.460T X2” tipli, 2009-ci il buraxılış illi nəqliyyat vasitəsi iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Azərbaycan Respublikası DİN BDYPİ tərəfindən verilmiş № ****** saylı çıxarışlara əsasən cavabdeh1 məxsus olan qeydiyyat nişanı ** VH *** olan “DAF FTXF 105.460T X2” tipli, 2009-cu il buraxılış illi nəqliyyat vasitəsi cavabdeh1 kredit öhdəliklərinin icrasını təmin еtmək üçün İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır.
17. İddiaçının məhkəmə iclaslarında iştirak edən nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələblərini müdafiə etmiş, cavabdehlər isə məhkəmə iclasına gəlməmişlər.
18. Məhkəmənin təyinatı əsasında tədqiqat aparan Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ##.##.2025-ci il tarixli rəyində göstərilmişdir ki, “##.##.2021-ci il tarixli, ##.##.2021-ci il tarixli ***L************ saylı kredit xətti müqaviləsinin çərçivəsində imzalanmış ##.##.2022-ci il tarixli ***R********** saylı kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq cavabdeh1 İddiaçı QSC-yə ##.##.2025-ci il tarixə (maliyyə arayışında göstərilən, habelə ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin çatdırıldığı tarix) əsas borcu 57 109,24 manat, faiz borcu 4221,91 manat təşkil edir”.
19. Məhkəmənin sifarişi əsasında “xxxx” MMC-nin mütəxəssisi tərəfindən verilmiş ##.##.2025-ci il tarixli rəydə göstərilmişdir ki, qeydiyyat nişanı ** HU *** olan “SHACMAN SX3314DT366 Yük özüboşaldan” tipli, 2012-ci il buraxılış illi nəqliyyat vasitəsinin ## ####### 2025-ci il tarixinə bazar dəyəri 22 000 (iyirmi iki min) manat, likvid dəyəri 20 000 (iyirmi min) manat, qeydiyyat nişanı ** VH *** olan “DAF FTXF 105.460T X2” tipli, 2009-cu il buraxılış illi nəqliyyat vasitəsinin ## ####### 2025-ci il tarixinə bazar dəyəri 25 000 (iyirmi beş min) manat, likvid dəyəri 22 500 (iyirmi iki min beş yüz) manat təşkil edir
20. Birinci instansiya məhkəməsinin ## ###### 2025-ci il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin olunması, cavabdeh2 və cavabdeh1 müştərək (birgə) qaydada ***R********** saylı krеdit razılaşması üzrə 57 109,24 manat əsas borc, 4032,82 manat faiz borcu, 1475,07 manat cərimə, 277,85 manat dövlət rüsumu, ümumilikdə 62 894,98 (altmış iki min səkkiz yüz doxsan dörd manat doxsan səkkiz qəpik) manat məbləğində pulun tutularaq İddiaçı QSC-yə ödənilməsi, tələbin ipoteka predmeti olan cavabdeh1 məxsus qeydiyyat nişanı ** HU *** olan “SHACMAN SX3314DT366 Yük özüboşaldan” tipli, 2012-ci il buraxılış illi nəqliyyat vasitəsinə ilkin satış qiyməti 20 000 manat olmaqla və qeydiyyat nişanı ** VH *** olan “DAF FTXF 105.460T X2” tipli, 2009-cu il buraxılış illi nəqliyyat vasitəsinə - ilkin satış qiyməti 22 500 (iyirmi iki min beş yüz) manat olmaqla yönəldilməsi, göstərilən əmlakların açıq hərracdan satılması, satışdan əldə olunan vəsait hesabına ümumilikdə 62 894,98 (altmış iki min səkkiz yüz doxsan dörd manat doxsan səkkiz qəpik) manat məbləğində borcun tutularaq İddiaçı QSC-yə ödənilməsi, satışdan artıq qalan vəsait cavabdeh1 qaytarılması, iddia tələbinin qalan hissədə təmin edilməməsi, iddia ərizəsi verilərkən ödənilmiş qalan 1,11 (bir manat on bir qəpik) manat dövlət rüsumunun İddiaçı QSC-nin özünə aid edilməsi, cavabdehlər cavabdeh2 və cavabdeh1 müştərək (birgə) qaydada 100 (yüz) manat ekspertiza xərcinin tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN 1700326621, X6 KOD 210005 VÖEN 1401555071 Müxbir hesab AZ 41NABZ013160100000000003944 SWIFT BİK CTREAZ22), 300 (üç yüz) manat ekspertiza xərcinin tutularaq “xxxx” MMC-nin hesabına ödənilməsi qət edilmişdir.
21. Məhkəmə gəldiyi nəticəni aşağıda göstərildiyi kimi əsaslandırmışdır:
21.1. İşin hallarından məlum olur ki, iddiaçı ilə cavabdeh cavabdeh1 arasında bağlanmış ##.##.2021-ci il tarixli ***L************ saylı uzunmüddətli kredit müqaviləsinə əsasən 120 (yüz iyirmi) ay müddətinə 100000 (yüz min) manat məbləğində krеdit хətti açılmışdır. Uzunmüddətli kredit və təminat müqaviləsi üzrə İddiaçı QSC ilə cavabdeh1 arasında bağlanmış ##.##.2022-ci il tarixli ***R********** saylı krеdit razılaşması əsasında 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1.5% оlmaqla, ödəniş planı üzrə hissəhissə qaytarmaq şərti ilə 90 000 (doxsan min) manat məbləğində krеdit verilmişdir. Uzunmüddətli kredit müqaviləsi üzrə cavabdeh cavabdeh1 öhdəliklərinin icrasını təmin еtmək məqsədilə iddiaçı ilə cavabdеh cavabdeh2 arasında ##.##.2021-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. İddiaçı ilə cavabdeh cavabdeh1 arasında imzalanmış ##.##.2024-cü il tarixli ***R**********S saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Qeyd edilən dəyişikliklə zamin cavabdeh2 tanış olmuş və öz imzası ilə təsdiq etmişdir. Uzunmüddətli kredit müqaviləsi üzrə cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə iddiaçı ilə cavabdeh cavabdeh1 arasında imzalanmış ##.##.2021-ci il tarixli ***M************ saylı ipoteka müqaviləsinə əsasən qeydiyyat nişanı **HU*** olan “Shacman SX3314DT366 Yük Özüboşaldan” tipli, 2012-ci il buraxılış illi nəqliyyat vasitəsi iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Eyni zamanda uzunmüddətli kredit müqaviləsi üzrə cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə iddiaçı ilə cavabdeh cavabdeh1 arasında imzalanmış ##.##.2022-ci il tarixli ***M************ saylı ipoteka müqaviləsinə əsasən qeydiyyat nişanı ** VH *** olan “X2” tipli, 2009-cu il istehsal tarixli nəqliyyat vasitəsi iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Cavabdeh cavabdeh1 krеdit razılaşmalarının tələblərini pоzaraq krеdit razılaşmaları üzrə ödəmələri dəfələrlə yubatmış, krеdit bоrcu və faiz bоrcundan ibarət оlmaqla ödəməli оlduğu vəsaitləri banka vaxtında qaytarmamışdır. 21.2. Belə olan təqdirdə məhkəmə hesab edir ki, cavabdehlərdən (əsas borclu və zamin) yaranmış kredit borcu məbləğləri tutulmalı, ***R********** saylı kredit razılaşması üzrə cavabdehlərdən tutulacaq əsas borc məbləği ##.##.2025-ci il tarixli, */**** saylı ekspert rəyinə uyğun olaraq müəyyən edilməlidir. 21.3. Məhkəmə qeyd edir ki, ##.##.2025-ci il tarixli tarixli ekspert rəyində cavabdehlərin ##.##.2022-ci il tarixli ***R********** saylı kredit razılaşması üzrə faiz borcu iddia tələbində göstərilən məbləğdən çox müəyyən edilsə də, məhkəmə iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 21.4. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, ##.##.2022-ci il tarixli, ***R********** saylı kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşma üzrə 57109,24 manat əsas borc, 4032,82 manat faiz borcu cavabdehlərdən (əsas borclu və zamin) birgə qaydada tutularaq iddiaçıya ödənilməlidir. 21.5. İddiaçının ***R********** saylı kredit razılaşmasına əsasən hesablanmış 1475,07 manat cərimənin tutulması tələbinə münasibətdə məhkəmə hesab edir ki, cavabdehlərin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən, cavabdehlər tərəfindən də təkzib edilmədiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehlərdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır. 21.6. İddia ərizəsində göstərilən ipoteka predmetlərinə tutma yönəldilməsi, onların açıq hərracda satılması və satışdan əldə olunan vəsait hesabına iddiaçıya olan borcun ödənilməsi tələbi ilə bağlı Məhkəmə hesab edir ki, işin araşdırılan hallarından cavabdehlərin iddiaçıya yaranmış ***R********** saylı krеdit razılaşması üzrə 57109,24 manat əsas borc, 4032,82 manat faiz borcu, 1475,07 manat cərimə borcunun olması müəyyən edildiyindən iddia tələbi həmin hissədə əsaslıdır və təmin edilməli, göstərilən borcların ödənilməsinin təmin edilməsi məqsədilə ipoteka predmetlərinin açıq hərracda satışı həyata keçirilməli, ilkin satış qiyməti məhkəməyə təqdim edilmiş mütəxəssis rəyində göstərilmiş likvid qiymətə uyğun müyyən edilməli, satışdan artıq qalan vəsait ipoteka qoyana qaytarılmalıdır. 21.7. Məhkəmə hesab edir ki, ipoteka predmetlərinin ilkin satış qiyməti “xxxx” MMC tərəfindən verilmiş ##.##.2025-ci il tarixli, CVN/O **-***/** saylı mütəxəssis rəyinə uyğun müəyyən edilməlidir. 21.8. Beləliklə, iddia qismən təmin edilməli, cavabdehlərdən birgə qaydada ***R********** saylı krеdit razılaşması üzrə 57 109,24 manat əsas borc, 4032,82 manat faiz borcu, 1475,07 manat cərimə borcu tutularaq iddiaçıya ödənilməli, tələb ipoteka predmeti olan cavabdeh1 məxsus olan qeydiyyat nişanı ** HU *** olan “SHACMAN SX3314DT366 Yük özüboşaldan” tipli, 2012-ci il buraxılış illi nəqliyyat vasitəsinə ilkin satış qiyməti 20 000 manat olmaqla və qeydiyyat nişanı ** VH *** olan “DAF FTXF 105.460T X2” tipli, 2009-cu il buraxılış illi nəqliyyat vasitəsinə - ilkin satış qiyməti 22 500 manat manat olmaqla yönəldilməli, həmin əmlaklar açıq hərracdan satılmalı, satışdan əldə olunan vəsait hesabına göstərilən borclar tutularaq iddiaçıya ödənilməli, satışdan artıq qalan vəsait ipoteka qoyana qaytarılmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir.
22. Gəldiyi nəticənin hüquqi əsaslandırması zamanı məhkəmə, Mülki Məcəllənin 317.1-ci, 319.1-ci, 319.5-ci, 462.1-ci, 470-ci, 472.1-ci, 472.2-ci, 739-cu, 741-ci, “İpoteka haqqında” Qanunun 4.1-ci, 34-cü, 39.3-cü, 41.2-ci maddələrinə istinad etmişdir.
23. Qətnamədən cavabdeh1 nümayəndəsi (vəkili) apellyasiya şikayəti verərək iddianın qismən təmin olunan hissəsində ləğv olunmasını və yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini, cərimə məbləğinin əsassız olaraq yüksək müəyyən edildiyi, ipoteka predmetlərinin bazar dəyərinin real dəyərdən aşağı qiymətləndirildiyi, məhkəmə xərclərinin düzgün bölüşdürülmədiyi arqumentləri ilə əsaslandırmışdır.
Apellyasiya şikayətinə qarşı etiraz
24. İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz verilmiş, qətnamənin dəyişdirilmədən saxlanılması xahiş olunmuşdur.
Apellyasiya baxışı, izahat
25. Apellyatorun məhkəmə iclasında iştirak edən nümayəndəsi (vəkili) şikayətin dəlillərini müdafiə edərək və əsasən avtomobillərin yenidən qiymətləndirilməsini istədiklərini bildirərək qiymətləndirici təyin olunmasını xahiş etmiş, iddiaçının nümayəndəsi isə məhkəməyə gəlməmişdir.
26. Apellyatorun nümayəndəsinə “Qiymətləndirmə fəaliyyəti haqqında” Qanunun 9.2-ci maddəsinə əsasən qiymətləndiricinin qiymətləndirmə obyektinin mülkiyyətçisi ilə razılaşdırılmaqla seçilə biləcəyi izah olunmuş, apellyatorun nümayəndəsi qiymətləndirmə işinin “xxxx” MMC-nə həvalə olunmasına etiraz etmədiyini bildirmişdir.
27. Məhkəmə kollegiyasının ## ###### 2026-cı il tarixli qərardadı ilə iş üzrə qiymətləndirici mütəxəssis cəlb olunaraq mütəxəssisin qarşısında aşağıdakı suallar qoyulmuşdur:
- cavabdeh1 məxsus, qeydiyyat nişanı ** HU *** olan “Shacman SX3314DT366 Yük Özüboşaldan” tipli, 2012-ci il buraxılışlı nəqliyyat vasitəsinin likvid və bazar dəyəri halhazırda nə qədər təşkil edir?.
- cavabdeh1 məxsus, qeydiyyat nişanı ** VH *** olan “DAF FTXF 105.460T X2” tipli, 2009-cu il istehsal tarixli nəqliyyat vasitəsinin likvid və bazar qiyməti hal-hazırda nə qədər təşkil edir?.
28. Həmin təyinat əsasında verilmiş ##.##.2026-cı il tarixli mütəxəssis rəyində göstərilmişdir ki, “SHACMAN SX3314DT366 YÜK ÖZÜBOŞALDAN” markalı **-HU-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinin ## #### 2026-cı il tarixinə bazar dəyəri 30 000,0 (otuz min) manat, likvid dəyəri 27 000,0 (iyirmi yeddi min) manat; “DAF FTXF 105.460T X2” markalı **-VH- *** dövlət qeydiyyat nişanlı minik avtomobilinin ## #### 2026-cı il tarixinə bazar dəyəri 31 000,0 (otuz bir min) manat, likvid dəyəri 28 000,0 (iyirmi səkkiz min) manat təşkil edir.
29. Rəydə həmçinin göstərilmişdir ki, “xxxx” MMC-nin eksperti tərəfindən “DAF FTXF105.460T X2” markalı yük nəqliyyat vasitəsinə ##.##.2026-cı il tarixində Qobustan qəsəbəsində baxış keçirilmişdir. Digər məhkəmə predmeti olan “Shacman SX3314DT366 Yük Özüboşaldan” yük avtomobilinin Zaqatala rayonunda olduğu bildirilmiş və cavabdeh cavabdeh1 tərəfindən baxış keçirilməsi üçün şərait yaradılacağına vəd verilmişdir. Buna baxmayaraq cavabdeh tərəflə dəfələrlə əlaqə saxlamağa çalışsaq da, zənglərə cavab verilməmişdir. Bu səbəbdən “Shacman SX3314DT366 Yük Özüboşaldan” nəqliyyat vasitəsinin dəyəri yerli baxış keçirilmədən analoji satışlara uyğun olaraq müəyyən edilmişdir”. Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
30. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.
31. Maddə 14.2.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.
32. Maddə 317. Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Satış bu Məcəllənin 414-416-cı maddələrinə uyğun olaraq həyata keçirilir.
33. Maddə 319.1 və 319.6. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. İpoteka predmetinin satışından götürülmüş məbləğ ipoteka saxlayanın tələblərini ödəməyə kifayət etmirsə, borclu çatışmayan məbləği ipoteka saxlayana ödəməlidir. Əgər satışdan götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır.
34. Maddə 385. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
35. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
36. Maddə 425. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
37. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir.
38. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
39. Maddə 472. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.
40. Maddə 500.1. Əgər öhdəliyin icrası bir neçə şəxsə onlardan hər birini öhdəliyin tam icrasında iştirak etməyə borclu edən şəkildə həvalə edilirsə, kreditor isə yalnız birdəfəlik icranı tələb etmək hüququna malikdirsə, onlar birgə borclulardır.
41. Maddə 739.1 (Tərəflər arasında mübahisəli hüquq münasibətinin yarandığı dövrdəki redaksiyada). Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
42. Maddə 739.2 (mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan redaksiyası). Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müdəaları gözləməlidirlər.
“İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu
43. Maddə 34.1.1. İpoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: 34.1.1.əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; 34.1.3. ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; 34.1.4. bu Qanunda nəzərdə tutulmuş digər hallarda.
44. Maddə 39.3. məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin mühafizəsi və satışı xərcləri istisna olmaqla, həmin əşyanın dəyərindən ipoteka saxlayana ödənilməli məbləğlər, ipoteka predmetinin təsviri, ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir.
45. Maddə 41.2. Məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir.
Ali Məhkəmənin Mülki və Kommersiya kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair” ## #### 2020-ci il tarixli Qərardadı
46. ... “Likvidlik” özü iqtisadi termin olaraq biznesdə, yaxud investisiya proseslərində aktivlərin bazarda əhəmiyyətli qiymət fərqi olmadan və dəyər itkisi yaratmadan tez reallaşdırıla (satıla) bilməsi qabiliyyətidir. Likvid dəyər bazar dəyərinin müəyyənləşdirilməsi üçün adekvat marketinqin keçirilməsi üçün vaxt məhdudluğu şəraitində mülkiyyətin satılmasından real əldə oluna biləcək pulun məbləğidir. Bu baxımdan aydın olur ki, əmlakın likvid qiyməti onun bazar qiymətinin açıq bazar şəraitində daha asan və tez satılma imkanı verən həddini ehtiva edir.
47. Məlumdur ki, “Kredit müqavilələri üzrə borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılması” tələblərinə dair işlərdə borcun vaxtında geri qaytarılmasından ibarət öhdəliyin icra edilməməsi özü-özlüyündə borcverənin birbaşa zərərə məruz qalması ilə nəticələnməklə yanaşı, sahibkarlara münasibətdə qaytarılmalı borcun dövriyyədə istifadə edilməməsi səbəbi ilə onların sahibkarlıq fəaliyyətinə də zərər vurmuş olur. Eyni zamanda, məhkəmə mübahisələrinin kifayət qədər uzun müddət davam etməsi, habelə bununla bağlı borc alan və ya ipoteka qoyanlar tərəfindən yol verilən sui-istifadə halları da öz növbəsində zərər məbləğinin artmasının digər səbəblərindəndir. Bu vəziyyətdə borcun təminat vasitəsi olan ipoteka predmetinin satışına uzun müddətin sərf edilməsinin qarşısının alınması üçün qanunverici əmlakın real bazar dəyəri ilə deyil, onun daha tez realizə olunmasına imkan verən real bazar dəyərindən nisbətən aşağı, lakin əhəmiyyətli qiymət fərqi olmadan və dəyər itkisi yaratmayan likvid qiymətlə hərraca çıxarılmasını nəzərdə tutmuşdur. Təsadüfi deyil ki, “İpoteka haqqında” Qanuna edilmiş son dəyişikliklərlə ipoteka predmetinə tutmanın yönəldilməsi prosedurunun sadələşdirilməsi də məhz bu məqsədlərə xidmət edir.
48. O da qeyd edilməlidir ki, ipoteka predmetinin likvid qiymətlə satılması borc alanın və ipoteka qoyanın da qanuni maraqlarına zidd deyil. Belə ki, ipoteka predmetinin realizasiyasının likvid qiymət əsasında daha tez həyata keçirilməsi borcun vaxtında ödənilməməsinə görə Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq maddələri ilə nəzərdə tutulmuş əlavə ödənişlərin tutulmasının qarşısını da almaqla borcluları əlavə zərərdən qorumuş olacaqdır. Digər tərəfdən, likvid qiymət real bazar dəyərindən nisbətən aşağı olsa da, əhəmiyyətli qiymət fərqi olmadan dəyər itkisi yaratmayan həddə olduğundan və yalnız məcburi qaydada satışa tətbiq edildiyindən ipoteka qoyanın maraqlarına da zidd kimi qiymətləndirilməməlidir. Belə ki, Qanun ədalətli yanaşma müəyyən edərək, ipotekaqoyana ipoteka predmetini hərrac yekunlaşana qədər borcu ödəməklə ipotekadan azad etmək, habelə ipotekasaxlayanla qarşılıqlı razılıq əsasında ipoteka predmetini könüllü olaraq satmaq imkanı vermişdir. Bundan əlavə, “İpoteka haqqında” Qanunun 39.3.3-cü maddəsində ipoteka predmetinin ilkin satış qiymətinin ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında müəyyən edilməsi imkanı nəzərdə tutulmuşdur. Həmçinin, qeyd edilməlidir ki, ipoteka predmeti olan əmlakın likvid qiymətlə açıq hərraca çıxarılması ipoteka predmetinin ilkin hərracda daha tez realizə edilərək, hərrac qaydalarına əsasən növbəti hərracdan mülkiyyətiçinin mənafeyinə zidd şəkildə ucuz qiymətə satılmasının qarşısını almaqla, iş üzrə qəbul edilmiş məhkəmə aktlarının da vaxtında icra olunmasına yardım etmiş olacaqdır.
49. Yuxarıda göstərilənlərə əsasən Ali Məhkəmənin Mülki və Kommersiya kollegiyalarının hakimlərindən ibarət məhkəmə tərkibi kassasiya instansiyası məhkəməsində icraat zamanı “İpoteka haqqında” Qanunun tətbiqi baxımından ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi ilə bağlı mübahisəli hüquqi məsələyə dair belə qənaətə gəlir ki, ipoteka predmetinin ilkin satış qiyməti onların real bazar qiyməti nəzərə alınmaqla müəyyən edilən likvid qiymətidir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
50. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
51. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
52. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.
53. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
54. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
55. Maddə 97.1. İşə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər.
56. Maddə 97.5. Tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər.
57. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.
58. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
59. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
60. Maddə 385. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının həddi
61. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
62. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
63. “Apelyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının ##.##.2020-ci il tarixli qərardadında göstərilmişdir ki, “...məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğvinin tələb edilib-edilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olub-olmaması baxımından müəyyən etməlidir. Əks halda, bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dispozitivlik prinsipinə zidd olaraq yoxlanılması, digər tərəfdən isə məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının əsassız məhdudlaşdırılması ilə nəticələnəcəkdir”.
64. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının həddini qətnamənin “cavabdeh2 və cavabdeh1 müştərək (birgə) qaydada 1475,07 manat cərimənin, 277,85 manat dövlət rüsumunun tutularaq İddiaçı QSC-yə ödənilməsi, qeydiyyat nişanı ** HU *** olan “SHACMAN SX3314DT366 Yük özüboşaldan” tipli, 2012-ci il buraxılış illi nəqliyyat vasitəsinin ilkin satış qiymətinin 20 000 manat, qeydiyyat nişanı ** VH *** olan “DAF FTXF 105.460T X2” tipli, 2009-cu il buraxılış illi nəqliyyat vasitəsinin ilkin satış qiymətinin 22 500 (iyirmi iki min beş yüz) manat müəyyənləşdirilməsi, cavabdeh2 və cavabdeh1 müştərək (birgə) qaydada 100 (yüz) manat ekspertiza xərcinin tutulub Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına, 300 (üç yüz) manat ekspertiza xərcinin tutulub “xxxx” MMCnin hesabına ödənilməsi” hissələri üzrə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünkü qətnamədən iddiaçı ümumiyyətlə şikayət verməmiş, cavabdeh cavabdeh1 nümayəndəsi (vəkili) isə qətnamənin ləğv olunmasını xahiş etsə də, şikayətdə yalnız cərimə məbləğinin qeyrimütənasib olduğu, ipoteka predmetlərinin qiymətinin düzgün müəyyənləşdirilmədiyi, məhkəmə xərclərinin düzgün bölüşdürülmədiyi irəli sürülmüşdür.
65. Beləliklə, birinci instansiya məhkəməsinin qətnaməsi iddianın təmin edilmədiyi hissədə, eləcə də “cavabdeh2 və cavabdeh1 müştərək (birgə) qaydada ***R********** saylı krеdit razılaşması üzrə 57 109,24 manat əsas borcun, 4032,82 manat faiz borcunun tutularaq İddiaçı QSC-yə ödənilməsi, tələbin ipoteka predmeti olan cavabdeh1 məxsus qeydiyyat nişanı ** HU *** olan “SHACMAN SX3314DT366 Yük özüboşaldan” tipli, 2012-ci il buraxılış illi nəqliyyat vasitəsinə və qeydiyyat nişanı ** VH *** olan “DAF FTXF 105.460T X2” tipli, 2009-cu il buraxılış illi nəqliyyat vasitəsinə yönəldilməsi, göstərilən əmlakların açıq hərracdan satılması, satışdan əldə olunan vəsait hesabına borcun tutularaq İddiaçı QSC-yə ödənilməsi, satışdan artıq qalan vəsait cavabdeh1 qaytarılması, iddia tələbinin qalan hissədə təmin edilməməsi, iddia ərizəsi verilərkən ödənilmiş qalan 1,11 (bir manat on bir qəpik) manat dövlət rüsumunun İddiaçı QSC-nin özünə aid edilməsi” hissələrində hazırkı apellyasiya baxışının predmeti deyildir.
66. Eyni zamanda qeyd olunmalıdır ki, iddianın zaminə və əsas borcluya qarşı yönəlmiş hissəsi bölünməz xarakterlidir (hazırkı işin halları baxımından) və cavabdeh1 nümayəndəsinin (vəkilinin) şikayətinin dəlilləri qətnamənin müvafiq hissələrdə zaminə münasibətdə də yoxlanılmasını zəruri edir.
Məhkəmə kollegiyasının mövqeyi
67. Kollegiya məhkəmənin, cavabdehlərdən müvafiq məbləğdə cərimə borcunun tutulması ilə bağlı gəldiyi qənaəti əsaslı hesab edir:
68. Belə ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir.
69. Hazırki işin hallarından görünür ki, iddiaçının tələb etdiyi cərimə məbləği yüksək olmamış, birinci instansiya məhkəməsi də haqlı olaraq həmin məbləği əsas borcun məbləğinə mütənasib hesab etmişdir.
70. Kollegiya birinci instansiya məhkəməsinin məhkəmə xərclərinin bölüşdürülməsinə dair gəldiyi nəticəni də əsaslı hesab edir; belə ki, Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
71. Bununla belə kollegiya, “DAF FTXF105.460T X2” markalı avtomobilin ilkin satış qiymətinin düzgün müəyyənləşdirilmədiyi ilə bağlı apellyatorun dəlili ilə razılaşır.
72. Belə ki, birinci instansiya məhkəməsinin müvafiq qiyməti müəyyənləşdirərkən əsas götürdüyü mütəxəssis rəyi avtomobillərə baxış keçirilmədən tərtib olunmuş, apellyasiya baxışı zamanı təyin edilən qiymətləndirici isə “DAF FTXF105.460T X2” markalı ** VH *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə baxış keçirərək onun likvid dəyərinin 28 000,0 (iyirmi səkkiz min) manat olduğunu təsbit etmişdir.
73. Həmin qiymətin avtomobiliə baxış keçirilərək və onun real vəziyyəti nəzərə alınaraq müəyyənləşdirildiyini əsas götürən kollegiya hesab edir ki, qətnamə müvafiq hissədə dəyişdirilməli, “DAF FTXF105.460T X2” markalı ** VH *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi 28 000 manat ilkin satış qiyməti ilə satışa çıxarılmalıdır.
74. “SHACMAN SX3314DT366 Yük özüboşaldan” tipli ** HU *** dövlət qeydiyyat nişanlı avtomobilin ilkin satış qiymətinin müəyyənləşdirilməsinə münasibətdə isə kollegiya Mülki Prosessual Məcəllənin 97.5-ci maddəsinin tələbini (§ 56) nəzərə alır.
75. Çünki apellyasiya baxışı zamanı qiymətləndirmə tədqiqatı bilavasitə apellyatorun istəyi əsasında təyin olunmuş, bununla belə o, qiymətləndirmənin həyata keçirilməsinə şərait yaratmamışdır.
76. Belə olan halda, yəni apellyator öz hərəkətləri ilə faktiki olaraq qiymətləndirmənin keçirilməsinə maneə törətdiyindən, qiymətləndirmə təyin olunmasına əsas yaradan mübahisəli hal artıq müəyyən olunmuş hal kimi qəbul edilməli, “SHACMAN SX3314DT366 Yük özüboşaldan” tipli ** HU *** dövlət qeydiyyat nişanlı avtomobilin birinci instansiya məhkəməsi tərəfindən müəyyənləşdirilən və iddiaçının razılaşdığı ilkin satış qiymətinin real olduğu qənaətinə gəlinməlidir.
77. Apellyasiya baxışı zamanı yaranmış xərclərə də qiymət verməyin zəruriliyini vurğulayaraq kollegiya qeyd edir ki, apellyasiya şikayəti vermək üçün apellyatorun ödədiyi dövlət rüsumunun məbləği onun özünə aid olunmalı, qiymətləndiriciyə ödənilməli vəsait cavabdehlərdən alınıb müvafiq hesaba köçürülməlidir. Nəzərə alınmalıdır ki, məhkəmə xərclərinin bölüşdürülməsi məsələsi prosessual qanunvericiliklə tənzimləndiyindən, bununla bağlı qərar qəbul edərkən məhkəmə, müvafiq tələbin olub-olmamasına bağlı deyildir.
78. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDİ:
Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin e-*-*(***)-****/**** saylı iş üzrə ## ###### 2025-ci il tarixli qətnaməsi “qeydiyyat nişanı ** VH *** olan “DAF FTXF 105.460T X2” tipli, 2009-cu il buraxılış illi nəqliyyat vasitəsinin ilkin satış qiymətinin 22 500 (iyirmi iki min beş yüz) manat müəyyənləşdirilməsi” hissəsində dəyişdirilsin. Dövlət qeydiyyat nişanı ** VH *** olan “DAF FTXF 105.460T X2” tipli, 2009-cu il buraxılış illi nəqliyyat vasitəsinin ilkin satış qiyməti 28 000 (iyirmi səkkiz min) manat məbləğində müəyyən edilsin. Qətnamə mübahisələndirilən digər hissələrdə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdeh1 aid edilsin, ipoteka predmetlərinin ilkin satış qiymətinin müəyyənləşdirilməsi məqsədilə keçirilmiş tədqiqatın dəyəri olan 500 (beş yüz) manat cavabdeh1 və cavabdeh2 müştərək qaydada alınaraq “xxxx” MMC-nin hesabına (VÖEN: 1502606231, Hesab N AZN: AZ68IBAZ35090019447981193205, Bank: ABB ASC, VÖEN: 9900001881, Müxbir hesab: AZ03NABZ01350100000000002944, KOD:805711; SWİFT: IBAZAZ2X) köçürülsün. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Tural Qocayev
Səməd Cəfərov