Məhkəmə qərarları › İş №2-2(3-6)-339/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(3-6)-339/2026

01.04.2026 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2-2(3-6)-339/2026 01.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası Qərardad hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (məruzəçi), X1 və Cəfərov Səməd Fəxrəddin oğlundan ibarət tərkibdə İddiaçı MMC-nin X3 və cavabdeh1 qarşı “icarə müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair kommersiya işi üzrə Bakı Kommersiya Məhkəməsinin ## ###### 2026-cı il tarixli qərardadından İddiaçı MMC-nin qanuni nümayəndəsi tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı MMC (iddiaçı) X3 və cavabdeh1 (cavabdehlər) qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə (məhkəmə) müraciət edərək, ## ###### 2025-ci il tarixli icarə müqaviləsinin etibarsız hesab olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmənin ## ###### 2026-cı il tarixli qərardadı ilə iddia ərizəsinin və pretenziya məktubunun cavabdeh cavabdeh1 çatdırılmasına dair sübutların məhkəməyə təqdim edilməməsi əsas göstərilməklə, iddia ərizəsinin ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılması qərara alınmışdır. Qərardaddan İddiaçı MMC-nin qanuni nümayəndəsinin verdiyi şikayət təmin olunmayaraq baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, pretenziya faktiki olaraq göndərilmiş və çatdırılmışdır. İddiaçı tərəfindən cavabdeh1 ünvanlanmış pretenziya məktubu ##.##.2026-cı il tarixdə “xxxx” MMC vasitəsilə, EMS (sifarişli, yerüstü, daxili) poçt göndərişi ilə, rəsmi qəbz və tranzaksiya nömrəsi əsasında göndərilmişdir. Bu hal “xxxx” MMC-nin rəsmi qəbzi və möhürü ilə təsdiqlənir. Pretenziyanın cavabdeh tərəfindən daha gec qəbul edilməsi iddiaçının iradəsindən asılı olmayan haldır və bu, prosessual hüquqların məhdudlaşdırılması üçün əsas ola bilməz. Mülki Prosessual Məcəllədə “mütləq qəbul olunma vaxtı” tələbi yoxdur. Mülki Prosessual Məcəllənin 150.1.6-cı maddəsi yalnız onu tələb edir ki, pretenziya qaydasına riayət edildiyini təsdiq edən sənəd təqdim edilsin. Əsas meyar göndərilmə və iradənin ifadəsidir, bu isə sübutla təsdiqlənmişdir. Nöqsan aradan qaldırılmışdır, hətta məhkəmənin mövqeyi qəbul edilsə belə qərardaddan sonra pretenziya göndərilmiş, poçt qəbzi əldə edilmiş, iddia ərizəsinin qaytarılmasına səbəb olan bütün formal nöqsanlar aradan qaldırılmışdır. Bu isə MPM-nin 152.4-cü maddəsinə tam uyğundur. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən müraciətə mane olmur. Lakin mövcud halda, nöqsan artıq aradan qaldırıldığı üçün qərardadın qüvvədə saxlanması prosessual formalizmə gətirib çıxarır. Kollegiya iş materiallarını araşdırıb, şikayətin dəlillərini müzakirə edərək hesab edir ki, şikayət təmin edilməməli, mübahisələndirilən qərardad dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 150.1.4-cü maddəsinə əsasən, iddia ərizəsinə bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin alınması haqqında sənəd əlavə edilir; 150.1.6-cı maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd (kommersiya mübahisələri üzrə həmin sənədlər bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq verilir) sənəd iddia ərizəsinə əlavə edilməlidir. Həmin Məcəllənin 150.2-ci maddəsinə əsasən, kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər işdə iştirak edən digər şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) onlara çatdırılır. Əgər sahibkar olan cavabdeh “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişsə, bu halda kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi barədə bildiriş və “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmə qaydasına dair məlumat həmin şəxsin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) ona çatdırılır. Cavabdeh qeyri-rezident olduğu halda iddia ərizəsi və ona əlavə edilmiş sənədlər onun nümayəndəsinin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir Həmin Məcəllənin 152.1.4-cü maddəsinin tələbinə əsasən, kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin alınmasına dair sübut təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. İş materiallarından aydın olur ki, iddia ərizəsinin və pretenziya məktubunun cavabdeh X3 çatdırılmasına dair sübutlar məhkəməyə təqdim edilsə də, digər cavabdeh cavabdeh1 çatdırılmasına dair sübutlar təqdim olunmamışdır. X3 göndərilən pretenziya məktubunun tarixi ##.##.2026-cı il olsa da, cavabdeh1 göndərilən pretenziyanın tarixi məktubda ##.##.2026-cı il olaraq qeyd edilmiş, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş poçt göndərişlərinin qəbzlərinə əsasən sənədin göndərilməsi ##.##.2026-cı il tarixində edilmişdir. Qeyd edilənlərdən aydın olur ki, hər bir halda iddiaçı tərəfindən cavabdeh1 iddia ərizəsi və pretenziya məktubu birinci instansiya məhkəməsinin ##.##.2026-cı il tarixli qərardadından sonra göndərilmişdir. Qeyd edilən hal iddiaçının şikayətində də etiraf edilmiş və bildirilmişdir ki, nöqsanlar aradan qaldırılmış, cavabdehə pretenziya məktubu göndərilmişdir. İddiaçı müvafiq nöqsanları aradan qaldırdıqdan sonra iddia ərizəsi ilə yenidən məhkəməyə müraciət etməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397- 398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDI: Şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin *-*(*-**)-***/**** saylı iş üzrə ## ###### 2026-cı il qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Hakimlər: Elnur Həsənov Tural Qocayev Səməd Cəfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar