Məhkəmə qərarları › İş №2-2(3-6)-345/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(3-6)-345/2026

08.04.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2-2(3-6)-345/2026 08.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı Iddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər cavabdeh7 Mahir oğlu, cavabdeh6 Məhdud Məsuliyyətli Cəmiyyəti, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti, cavabdeh4, cavabdeh3 Qədir oğlu, Səfərov Vəkil Qədir oğlu və cavabdeh1 qızına qarşı “kredit müqaviləsi üzrə pulun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Açar sözlər: kredit müqaviləsi, müqavilənin birtərəfli ləğvi, ipoteka müqaviləsi, qanuni faiz, ipoteka predmetinə tutmanın yönəldilməsi Hakimlər Cəfərov Səməd Fəxrəddin oğlunun sədrliyi və məruzəsi ilə, X1 və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi Bayramlı Dəniz Natiq qızının katibliyi, Iddiaçının nümayəndəsi X2 iştirakı ilə, Iddiaçı Iddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər cavabdeh7 Mahir oğlu, cavabdeh6 Məhdud Məsuliyyətli Cəmiyyəti, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti, cavabdeh4, cavabdeh3 Qədir oğlu, Səfərov Vəkil Qədir oğlu və cavabdeh1 qızına qarşı “kredit müqaviləsi üzrə pulun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e- *-*(***)-***/**** nömrəli qətnaməsindən cavabdehlər cavabdeh7 Mahir oğlu, cavabdeh4, cavabdeh3 Qədir oğlu və cavabdeh1 qızının nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, müəyyən etdi: Işin halları:

1. Iddiaçı ilə cavabdeh “xxxx” MMC arasında ##.##.2021-ci il tarixli ******-*-***** nömrəli kredit müqaviləsinə əsasən, iddiaçı “xxxx” MMC-yə kredit verilmə limiti ilə kredit xətti açmağı və müqavilədə, habelə onun əlavələrində göstərilmiş şərtlərə uyğun olaraq ayrı-ayrı kreditlər təqdim etməyi, “xxxx” MMC isə kreditləri qaytarmağı, onlara hesablanmış faizləri ödəməyi və müqavilədə nəzərdə tutulmuş digər öhdəlikləri yerinə yetirməyi öhdəsinə götürmüşdür. Kreditin məbləği 300 000 manat, kredit xəttinin müddəti 36 ay (##.##.2024-cü il tarixinədək), kredit xətti üzrə illik faiz dərəcəsi 13,5 faiz kimi razılaşdırılmışdır.

2. Iddiaçı ilə cavabdeh “xxxx” MMC arasında ##.##.2021-ci il tarixli ******-*-***** nömrəli kredit müqaviləsinə əsasən, iddiaçı “xxxx” MMC-yə bərpa olunan kredit xətti açmağı və müqavilədə göstərilmiş şərtlər əsasında birdəfəlik və ya hissə-hissə kreditlər təqdim etməyi, “xxxx” MMC isə kreditləri qaytarmağı, onlara hesablanmış faizlər ödəməyi, o cümlədən tətbiq edildiyi halda əlavə faizləri və müqavilədə nəzərdə tutulmuş digər öhdəlikləri yerinə yetirməyi öhdəsinə götürmüşdür. Kredit xəttinin məbləği 1 400 000 manat, kredit xəttinin müddəti 36 ay (##.##.2024-cü il tarixinədək), kredit xətti üzrə illik faiz dərəcəsi 12,5 faiz kimi razılaşdırılmışdır.

3. Iddiaçı ilə cavabdeh “xxxx” MMC arasında ##.##.2021-ci il tarixli ******-*-***** nömrəli kredit müqaviləsinə əsasən, iddiaçı “xxxx” MMC-yə bərpa olunan kredit xətti açmağı və müqavilədə göstərilmiş şərtlər əsasında birdəfəlik və ya hissə-hissə kreditlər təqdim etməyi, “xxxx” MMC isə kreditləri qaytarmağı, onlara hesablanmış faizlər ödəməyi, o cümlədən tətbiq edildiyi halda əlavə faizləri və müqavilədə nəzərdə tutulmuş digər öhdəlikləri yerinə yetirməyi öhdəsinə götürmüşdür. Kredit xəttinin məbləği 1 500 000 manat, kredit xəttinin müddəti 36 ay (##.##.2024-cü il tarixinədək), kredit xətti üzrə illik faiz dərəcəsi 12,5 faiz kimi razılaşdırılmışdır.

4. Iddiaçı ilə cavabdeh “xxxx” MMC arasında ##.##.2021-ci il tarixli ******-*-***** nömrəli, ##.##.2021-ci il tarixli ******-*-***** nömrəli və ##.##.2021-ci il tarixli ******-*-***** nömrəli kredit xətti müqavilələrinə əlavə və dəyişiklər edilməsi barədə ##.##.2023-cü il tarixdə ** saylı əlavə razılaşma imzalanmış razılaşmaya əsasən, bir-biri ilə əlaqədar borcalanlar qrupunun bütün öhdəlikləri kapitallaşdırılaraq 3 080 542,73 manat müəyyən edilmiş, kreditdən istifadəyə görə faiz illik 13,5 faiz, kreditin qaytarılma müddəti 36 ay müddətinə şərtləşdirilmişdir. Razılaşmaya əlavə olan ödəniş cədvəlinə əsasən, ödənişlərin ##.##.2024-cü il tarixdən ##.##.2026-cı il tarixədək edilməsi razılaşdırılmışdır.

5. Cavabdeh cavabdeh3 Qədir oğlu ##.##.2021-ci il tarixli ******-*-**** nömrəli zaminlik müqaviləsi və ona ##.##.2023-cü il tarixli ** saylı əlavə razılaşmaya, cavabdeh cavabdeh4 ##.##.2021-ci il tarixli ******-*-**** nömrəli zaminlik müqaviləsi və ona ##.##.2023-cü il tarixli ** saylı əlavə razılaşmaya, cavabdeh cavabdeh6 MMC ##.##.2021ci il tarixli ******-G_RAN-**** nömrəli zaminlik müqaviləsi və ona ##.##.2023-cü il tarixli ** saylı əlavə razılaşmaya, cavabdeh Səfərov Vəkil Qədir oğlu ##.##.2021-ci il tarixli ******-*- *** nömrəli zaminlik müqaviləsi və ona ##.##.2023-cü il tarixli ** saylı əlavə razılaşmaya imza etməklə borcalanın iddiaçı qarşısındakı öhdəliklərinin icrası üçün birgə məsuliyyət daşımağı öhdəsinə götürmüşlər.

6. Bank ilə Səfərov Vəkil Qədir oğlu arasında bağlanmış ##.##.2021-ci il tarixli ******- NEDVIJ-*** saylı ipoteka müqaviləsinə, ##.##.2021-ci il tarixli ******-NEDVIJ-***/* saylı, ##.##.2021-ci il tarixli ******-NEDVIJ-***/* saylı sonrakı ipoteka müqavilələrinə və ##.##.2023-cü il tarixli ipoteka müqavilələrinə dəyişiklik və əlavələr edilməsi barədə ** saylı əlavə razılaşmaya əsasən kredit müqaviləsi üzrə “xxxx” MMC-nin öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə ipoteka qoyana xüsusi mülkiyyət hüququ ilə məxsus olan ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 139.90 kv.m olan qeyri-yaşayış sahəsi, ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 71.70 kv.m olan qeyri-yaşayış sahəsi və ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 48.40 kv.m qeyri-yaşayış sahəsi bank qarşısında ipoteka ilə yüklü edilmişdir.

7. cavabdeh7 Mahir oğlu ##.##.2021-ci il tarixli ******-NEDVIJ-*** saylı ipoteka müqaviləsinə, ##.##.2021-ci il tarixli ******-NEDVIJ-***/* saylı, ##.##.2021-ci il tarixli ******- NEDVIJ-***/* saylı sonrakı ipoteka müqavilələrinə və ##.##.2023-cü il tarixli dəyişiklik və əlavələr edilməsi barədə ** saylı əlavə razılaşmaya əsasən kredit müqaviləsi üzrə “xxxx” MMC-nin öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə ipoteka qoyana xüsusi mülkiyyət hüququ ilə məxsus olan ünvan 4 ünvanında yerləşən 142.21 kv.m ümumi sahədən ibarət ev 11, mənzil 10 bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Bank ilə cavabdeh1 qızı arasında bağlanmış ##.##.2021-ci il tarixli ******-NEDVIJ-****/* saylı, ##.##.2021-ci il tarixli ******-NEDVIJ-****/* saylı, ##.##.2021-ci il tarixli ******-NEDVIJ****/* saylı sonrakı ipoteka müqavilələrinə və ##.##.2023-cü il tarixli ipoteka müqavilələrinə dəyişiklik və əlavələr edilməsi barədə ** saylı əlavə razılaşmaya əsasən kredit müqaviləsi üzrə “xxxx” MMC-nin öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə ipoteka qoyana xüsusi mülkiyyət hüququ ilə məxsus olan ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 133.4 kv.m olan *** nömrəli mənzil bank qarşısında ipoteka ilə yüklü edilmişdir.

8. Bank ilə cavabdeh1 qızı arasında bağlanmış ##.##.2021-ci il tarixli ******-NEDVIJ- ****/* saylı ipoteka müqaviləsinin 2.5-ci bəndinə əsasən cavabdehə xüsusi mülkiyyət hüququ ilə məxsus olan ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 133.4 kv.m olan *** nömrəli mənzilin ilkin satış qiyməti 148 000 manat, Səfərov Vəkil Qədir oğlu arasında bağlanmış ##.##.2021-ci il tarixli ******-NEDVIJ-*** saylı ipoteka müqaviləsinin 2.5-ci bəndinə əsasən ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 139.90 kv.m olan qeyri-yaşayış sahəsi 198 000 manat, ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 71.70 kv.m olan qeyriyaşayış sahəsinin ilkin satış qiyməti 98500 manat, ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 48.40 kv.m qeyri-yaşayış sahəsinin ilkin satış qiyməti 66000 manat müəyyən edilmişdir. Bank ilə cavabdeh7 Mahir oğlu arasında ## ###### 2021-ci il tarixli ******- NEDVIJ-*** saylı ipoteka müqaviləsinin 2.5-ci bəndinə əsasən ünvan 4 ünvanında yerləşən 142.21 kv.m ümumi sahədən ibarət ev 11, ** saylı mənzilin ilkin satış qiyməti 415 000 manat müəyyən edilmişdir. Ipoteka predmetlərinin ilkin satış qiymətləri ipoteka müqaviləsinə əsasən müəyyən olunmalıdır.

Birinci instansiya məhkəməsindəki icraat:

9. Iddiaçı Iddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra Iddiaçı ASC) cavabdehlər cavabdeh7 Mahir oğlu, cavabdeh6 Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra cavabdeh6 MMC), “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra “xxxx” MMC), cavabdeh4, cavabdeh3 Qədir oğlu, Səfərov Vəkil Qədir oğlu və cavabdeh1 qızına qarşı iddia ərizəsi və daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizələr ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə cavabdeh “xxxx” MMC arasında bağlanmış ## ###### 2023-cü il tarixli ******/** saylı kredit müqaviləsinə əsasən 2 144 177,2 manat əsas borc, əsas borca illik 5 faizlə hesablanmaqla 24070,36 manat olmaqla ümumilikdə 2 168 247,56 manat məbləğində pulun, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 2466,59 manat dövlət rüsumunun, ipoteka predmetlərinə tutma yönəldilməsi haqqında bildirişlərin qeydə alınması üçün ödənilmiş 210 manat dövlət rüsumunun və 1344 manat xidmət haqqının cavabdehlər “xxxx” MMC, Səfərov Vəkil Qədir oğlu, cavabdeh4, cavabdeh3 Qədir oğlu və cavabdeh6 MMC-dən müştərək qaydada iddiaçının xeyrinə tutulması, cavabdehlərdən tutulmalı olan məbləğin iddiaçı qarşısında ipoteka ilə yüklü edilmiş və ünvan 1 yerləşən ümumi sahəsi 133,4 kv.m olan *** nömrəli mənzilə ilkin satış qiyməti 148 000 manat müəyyən edilməklə, ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 139.90 kv.m olan qeyri-yaşayış sahəsinə ilkin satış qiyməti 198 000 manat müəyyən edilməklə, ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 71,70 kv.m olan qeyriyaşayış sahəsinə ilkin satış qiyməti 98500 manat müəyyən edilməklə, ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 48,40 kv.m qeyri-yaşayış sahəsinə ilkin satış qiyməti 66000 manat müəyyən edilməklə, ünvan 4 ünvanında yerləşən 142,21 kv.m ümumi sahədən ibarət ev 11, ** saylı mənzilə ilkin satış qiyməti 415 000 manat müəyyən edilməklə yönəldilməsi, daşınmaz əmlakların açıq hərracdan satılması və satışdan əldə edilən vəsaitin iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. Iddia ərizəsi işin faktiki hallarına uyğun əsaslandırılmışdır. Iddia ərizəsində iddianın maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.7, 442, 472.2, 739.1-ci və s. maddələri, “Ipoteka haqqında” Azərbaycan Respublikası Qanununun 34, 59.3cü və s. maddələri göstərilmişdir.

11. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 154-cü maddəsində nəzərdə tutulmuş qaydada və müddətdə iddia ərizəsinə yazılı etiraz məhkəməyə daxil olmamışdır.

12. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-***/**** nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Iddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında ## ###### 2023-cü il tarixdə bağlanmış ##.##.2021-ci il tarixli, ******-*-***** saylı, ##.##.2021-ci il tarixli, ******-*-***** saylı, ##.##.2021-ci il tarixli, ******-*-***** saylı kredit müqavilələrinə dəyişiklik və əlavələr edilməsi haqqında ** saylı əlavə razılaşma üzrə 2 144 177,2 manat əsas borc, əsas borca illik 5% ilə hesablanmış 24070,36 manat olmaqla ümumilikdə 2 168 247,56 manat pulun cavabdeh6 Məhdud Məsuliyyətli Cəmiyyəti, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti, cavabdeh4, cavabdeh3 Qədir oğlu, Səfərov Vəkil Qədir oğlundan müştərək qaydada tutularaq iddiaçı Iddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 2466,59 manat, ipoteka predmetinə tutma yönəldilməsi barədə bildirişin qeyd alınması üçün ödənilmiş xərcin əvəzi olaraq 1554 manat, ödənilmiş ekspertiza xərcinin əvəzi olaraq 1350 manat məbləğində pulun cavabdehlər cavabdeh7 Mahir oğlu, cavabdeh6 Məhdud Məsuliyyətli Cəmiyyəti, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti, cavabdeh4, cavabdeh3 Qədir oğlu, Səfərov Vəkil Qədir oğlu və cavabdeh1 qızından müştərək qaydada tutularaq iddiaçı Iddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, tutmanın cavabdeh7 Mahir oğluna mülkiyyət hüququ ilə məxsus olan ünvan 4 ünvanında yerləşən 142,21 kv.m ümumi sahədən ibarət ** saylı evin ** saylı mənzilə ilkin satış qiyməti 467000 manat müəyyən edilməklə, cavabdeh1 qızına mülkiyyət hüququ ilə məxsus olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 133,4 kv.m olan *** nömrəli mənzilə ilkin satış qiyməti 286000 manat müəyyən edilməklə, Səfərov Vəkil Qədir oğluna mülkiyyət hüququ ilə məxsus olan ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 139.90 kv.m olan qeyriyaşayış sahəsinə ilkin satış qiyməti 273000 manat müəyyən edilməklə, Səfərov Vəkil Qədir oğluna mülkiyyət hüququ ilə məxsus olan ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 71,70 kv.m olan qeyri-yaşayış sahəsinə ilkin satış qiyməti 136000 manat müəyyən edilməklə, Səfərov Vəkil Qədir oğluna mülkiyyət hüququ ilə məxsus olan ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 48,40 kv.m qeyri-yaşayış sahəsinə ilkin satış qiyməti 85000 manat müəyyən edilməklə yönəldilərək həmin əmlakların açıq hərracda satılması, əmlakların satışdan əldə olunmuş vəsaitin ## ###### 2023-cü il tarixdə bağlanmış ##.##.2021-ci il tarixli, ******-*-***** saylı, ##.##.2021-ci il tarixli, ******-*-***** saylı, ##.##.2021-ci il tarixli, ******-*-***** saylı kredit müqavilələrinə dəyişiklik və əlavələr edilməsi haqqında ** saylı əlavə razılaşma üzrə ümumilikdə 2 168 247,56 manat, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 2466,59 manat, ipoteka predmetinə tutma yönəldilməsi barədə bildirişin qeyd alınması üçün ödənilmiş xərcin əvəzi olaraq 1554 manat pulun ödənilməsinə yönəldilməsi, iddianın qalan hissədə təmin edilməməsi, Ekspertiza xərci olaraq 120 manat cavabdehlər cavabdeh7 Mahir oğlu, cavabdeh6 Məhdud Məsuliyyətli Cəmiyyəti, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti, cavabdeh4, cavabdeh3 Qədir oğlu, Səfərov Vəkil Qədir oğlu və cavabdeh1 qızından müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir. (hakim – N.Əhmədova).

13. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, kredit xətti müqavilələrinə əlavə və dəyişiklər edilməsi barədə ##.##.2023-cü il tarixdə ** saylı əlavə razılaşma üzrə ##.##.2024-cü il tarixə 3 080 542,73 manat əsas borc və 272 634,47 manat faiz borcu mövcud olmuşdur. Lakin iş materiallarında olan hesabdan çıxarış və iddiaçının təqdim etdiyi maliyyə arayışından görünür ki, ##.##.2024-cü il tarixdən sonra ##.##.2025-ci il tarixdə 927 365,53 manat əsas borc, 272 634,47 manat fazi borcu, ##.##.2025-ci il tarixdə 9000 manat əsas borc ödənilmişdir. Qeyd edilən ödənişlər nəzərə alındığında yekun olaraq kredit xətti müqavilələrinə əlavə və dəyişiklər edilməsi barədə ##.##.2023-cü il tarixdə ** saylı əlavə razılaşma üzrə əsas borc 2 144 177,2 manat, kreditdən istifadəyə görə faiz borcu 0 manat təşkil edir.

14. Kredit müqaviləsinin ləğv tarixdən sonra hesablanan illik 5 faizin tutulması tələbi ilə bağlı məhkəmə qeyd etmişdir ki, müqavilə ləğv tarixindən sonra – ##.##.2024-ci il tarixdən (iddiaçının tələbinə uyğun olaraq) ##.##.2025-ci il tarixə hesablanan əsas borca illik beş faizlə hesablanmış məbləğ tutulmalıdır. Həmin dövr üçün 2144177,2 manat borca 412 gün üçün illik 5 faiz məbləği 121 013,84 manat təşkil edir. Məhkəmənin müstəsna hallar istisna olmaqla iddia tələbindən kənara çıxmasının mümkün olmamasına dair qanunvericiliyin tələbindən çıxış edən məhkəmə bu qənaətə gəlmişdir ki, əsas borca illik 5 faizlə hesablanmaqla 24070,36 manat pul cavabdehlər cavabdeh6 MMC, “xxxx” MMC, cavabdeh4, cavabdeh3 Qədir oğlu, Səfərov Vəkil Qədir oğlundan müştərək qaydada tutularaq iddiaçı Iddiaçı ASC-yə ödənilməlidir.

15. Məhkəmə qiymətləndirmə rəyini nəzərə alaraq hesab etmişdir ki, cavabdeh7 Mahir oğluna mülkiyyət hüququ ilə məxsus olan ünvan 4 ünvanında yerləşən 142,21 kv.m ümumi sahədən ibarət ** saylı evin ** saylı mənzilin ilkin satış qiyməti 467000 manat, cavabdeh1 qızına mülkiyyət hüququ ilə məxsus olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 133,4 kv.m olan *** nömrəli mənzilin ilkin satış qiyməti 286000 manat, Səfərov Vəkil Qədir oğluna mülkiyyət hüququ ilə məxsus olan ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 139.90 kv.m olan qeyri-yaşayış sahəsinin ilkin satış qiyməti 273000 manat, Səfərov Vəkil Qədir oğluna mülkiyyət hüququ ilə məxsus olan ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 71,70 kv.m olan qeyri-yaşayış sahəsinin ilkin satış qiyməti 136000 manat, Səfərov Vəkil Qədir oğluna mülkiyyət hüququ ilə məxsus olan ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 48,40 kv.m qeyri-yaşayış sahəsinin ilkin satış qiyməti 85000 manat müəyyən edilməlidir.

16. Məhkəmə ipoteka ilə təmin edilmiş öhdəliyin cavabdeh “xxxx” MMC tərəfindən lazımınca icra edilmədiyini nəzərə alaraq hesab etmişdir ki, tutma cavabdeh7 Mahir oğluna mülkiyyət hüququ ilə məxsus olan ünvan 4 ünvanında yerləşən 142,21 kv.m ümumi sahədən ibarət ** saylı evin ** saylı mənzilə ilkin satış qiyməti 467000 manat müəyyən edilməklə, cavabdeh1 qızına mülkiyyət hüququ ilə məxsus olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 133,4 kv.m olan *** nömrəli mənzilə ilkin satış qiyməti 286000 manat müəyyən edilməklə, Səfərov Vəkil Qədir oğluna mülkiyyət hüququ ilə məxsus olan ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 139.90 kv.m olan qeyri-yaşayış sahəsinə ilkin satış qiyməti 273000 manat müəyyən edilməklə, Səfərov Vəkil Qədir oğluna mülkiyyət hüququ ilə məxsus olan ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 71,70 kv.m olan qeyri-yaşayış sahəsinə ilkin satış qiyməti 136000 manat müəyyən edilməklə, Səfərov Vəkil Qədir oğluna mülkiyyət hüququ ilə məxsus olan ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 48,40 kv.m qeyri-yaşayış sahəsinə ilkin satış qiyməti 85000 manat müəyyən edilməklə yönəldilərək həmin əmlaklar açıq hərracda satılmalı, əmlakların satışdan əldə olunmuş vəsait ## ###### 2023-cü il tarixdə bağlanmış ##.##.2021-ci il tarixli, ******-*-***** saylı, ##.##.2021-ci il tarixli, ******-*-***** saylı, ##.##.2021-ci il tarixli, ******-*-***** saylı kredit müqavilələrinə dəyişiklik və əlavələr edilməsi haqqında ** saylı əlavə razılaşma üzrə ümumilikdə 2 168 247,56 manat, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 2466,59 manat, ipoteka predmetinə tutma yönəldilməsi barədə bildirişin qeyd alınması üçün ödənilmiş xərcin əvəzi olaraq 1554 manat pulun ödənilməsinə yönəldilməlidir.

17. Birinci instansiya məhkəməsi bu qənaətini Azərbaycan Respublikası MM-in 269.1, 269.4, 270.1, 309.1, 317, 445.7, 447.1, 447.2, 470.1, 471, 472.1, 472.2, 739.1, 739.2 və 741-ci maddələri, “Ipoteka haqqında” Qanunun 1.0.9, 4, 39.3.3, 34, 41 və 47.5-ci maddələri, Azərbaycan Respublikasının MPM-in 14.1, 14.2, 77.1 və 218.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.

18. Həmin qətnamədən cavabdehlər cavabdeh7 Mahir oğlu, cavabdeh4, cavabdeh3 Qədir oğlu və cavabdeh1 qızının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iş üzrə iddianın qismən təmin edilməsinə dair yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.

Apellyasiya şikayətinin dəlilləri:

19. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamədə ##.##.2023-cü il tarixli ** saylı əlavə razılaşma ilə borcun kapitallaşdırıldığı göstərilmişdir. Lakin həmin kapitallaşdırmaya zaminlərin ayrıca və konkret razılıq verməsi faktı qətnamədə sübut olunmamışdır. Əsas öhdəliyin məbləğinin dəyişdirilməsi zaminlərin məsuliyyətini ağırlaşdırmışdır. Məhkəmə zaminlərin məsuliyyət həcminin dəyişib-dəyişmədiyini və bu dəyişikliklərə açıq razılığın olub-olmadığını araşdırmamışdır. Kreditor vaxtı çatmış və ona təklif olunmuş icranı qəbul etmirsə və ya borclunun öz öhdəliyini icra edə bilmək üçün ondan gözlədiyi hərəkətləri yerinə yetirmirsə, icranı gecikdirmiş sayılır. Kreditorun icranı gecikdirməsi borcluya gecikdirmə nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsi hüququ verir, bir şərtlə ki, kreditor gecikdirmənin nə onun, nə də icranı qəbul etməyin həvalə olunduğu şəxslərin cavabdeh olmadıqları hallara görə baş verdiyini sübuta yetirməsin. Pul öhdəliyi üzrə borclu kreditorun icranı gecikdirdiyi müddət üçün faizlər ödəməli deyildir. Cavabdehlər tərəfindən edilmiş ödənişlər iş materiallarında olan ödəniş sənədləri ilə təsdiq edilsə də, həmin məbləğlər borcun hesablanmasında nəzərə alınmamışdır. cavabdeh7 Mahir oğlu müxtəlif vaxtlarda və məhkəmə gedişlərində 1211976,95 manat ödəniş etməsinə baxmayaraq, məhkəmə bu ödənişləri əsas borcun hesablanması hissəsində nəzərə alınmamışdır. Məhkəmə ##.##.2024-cü il tarixli pretenziya məktubunu kredit müqaviləsindən imtina kimi qiymətləndirərək həmin tarixdən müqavilənin xitam olunduğunu hesab etmişdir. Lakin iş materiallarından görünür ki, bank həmin tarixdən sonra da cavabdehlər tərəfindən edilmiş ödənişləri qəbul etmişdir. Müqavilədən imtina edildiyi iddia olunan tarixdən sonra ödənişlərin qəbul edilməsi bankın müqavilə münasibətlərini faktiki olaraq davam etdirdiyini göstərir və müqavilənin xitamı nəticəsi ilə ziddiyyət təşkil edir. Bu səbəbdən müqavilənin ##.##.2024-cü il tarixdə ləğv edilməsi barədə nəticə hüquqi baxımdan əsassızdır. Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən illik 5% faiz yalnız borclu pul öhdəliyini gecikdirdikdə tətbiq edilir. Əgər müqavilənin xitamı düzgün müəyyən edilməmişdirsə və ya müqavilə faktiki davam etmişdirsə, həmin maddənin tətbiqi mübahisəlidir. Iş materiallarından görünür ki, borcun əsas hissəsi məhkəmə baxışı dövründə ödənilmişdir. Buna baxmayaraq məhkəmə bütün xərcləri cavabdehlərin üzərinə müştərək qaydada qoymuşdur. Bu səbəbdən məhkəmə xərclərinin tam şəkildə cavabdehlərin üzərinə qoyulması mütənasiblik prinsipinə ziddir. Həmçinin ipoteka hesablanması zamanı qiymət real bazar dəyərinə uyğun düzgün aparılmamışdır. Əmlak hüququna müdaxilə ilə nəticələnən qərar qəbul edilərkən sübutların daha yüksək dəqiqliklə yoxlanılması tələb olunur. Bu səbəbdən işlə əlaqədar əlavə ekspertiza təyin edilməlidir. Hazırkı iş üzrə kredit borcunun hesablanması zamanı cavabdehlər tərəfindən məhkəmə baxışı dövründə edilmiş ödənişlər tam şəkildə nəzərə alınmamışdır, ödənişlərin tarixləri və silinmə ardıcıllığı barədə ekspert rəyi kifayət qədər əsaslandırılmamışdır. Bu isə ekspert rəyinin tam və obyektiv olmadığını göstərir.

Apellyasiya şikayətinə qarşı etiraz:

20. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

Apellyasiya baxışı, izahatlar:

21. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 apellyasiya şikayətini əsassız hesab edərək təmin olunmamasını xahiş etdi.

22. Cavabdehlərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında gəlməmişlər.

23. Məhkəmə kollegiyası MPM-in 376.2-ci maddəsinə əsasən apellyasiya şikayətinə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq:

24. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -269.1-ci maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. -269.4-cü maddəsinə əsasən ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. -309.1-ci maddəsinə əsasən daşınmaz əmlakın ipotekası haqqında müqavilə daşınmaz əmlakın dövlət reyestrində, daşınar əmlakın ipotekası haqqında müqavilə isə dövlət qeydiyyatına alınmalı olan daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır. -317-ci maddəsinə əsasən, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Satış “Ipoteka haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. -385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. -442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. -445.7-ci maddəsinə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir (mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan redaksiyası). -447.1-ci maddəsinə əsasən əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. -462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. -467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. -470.1-ci maddəsinə görə, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. -472.1-ci maddəsində göstərilmişdir ki, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. -472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. -739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. -739.2-ci maddəsinə görə, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. -741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.

25. “Ipoteka haqqında” Azərbaycan Respublikası Qanununun: -1.0.6-cı maddəsinə əsasən ipoteka hüququ - bu Qanunun 34-cü maddəsində nəzərdə tutulmuş əsaslar olduğu hallarda ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququdur. -11.1-ci maddəsinə əsasən daşınmaz əşyanın ipotekası haqqında müqavilə daşınmaz əmlakın dövlət reyestrində, daşınar əşyanın ipotekası haqqında müqavilə isə daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır. -11.2-ci maddəsinə əsasən ipoteka hüququ ipoteka müqaviləsinin dövlət qeydiyyatına alındığı andan əmələ gəlir. Ipoteka müqaviləsi bu Qanunun 11.3-cü və müvafiq hallarda 11.4cü maddələrində nəzərdə tutulmuş məlumatların müvafiq reyestrə daxil edildiyi andan dövlət qeydiyyatına alınmış hesab olunur. -34-cü maddəsinə əsasən, ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; bu Qanunda nəzərdə tutulmuş digər hallarda. -41-ci maddəsinə əsasən, ipoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər. -47.5-ci maddəsinə əsasən, ipoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka qoyana qaytarılmalıdır.

26. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun: -1.0.3-cü maddəsinə görə hüququn məhdudlaşdırılması (məhdudiyyət, yüklənmə) qanunla və qanunda nəzərdə tutulmuş qaydada hüquq sahibinin daşınmaz əmlaka mülkiyyət və ya digər əşya hüquqlarının həyata keçirilməsini məhdudlaşdıran şərtlər və qadağalardır (servitut, uzufrukt, ipoteka, etibarlı idarəetmə, icarə, əmlakın üzərinə həbs qoyulması və sairə). -2.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır.

27. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: -14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. -14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. -77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. -384.0-cı maddəsinin tələblərinə əsasən apellyasiya instansiyası məhkəməsi: qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

Apellyasiya baxışının hədləri:

28. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

29. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

30. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehlər tərəfindən əsas öhdəliyin məbləği hissəsində mübahisələndirildiyindən qətnamə həmin hissədə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

31. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-***/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

32. Belə ki, işin faktiki hallarından görünür ki, iddiaçı Bank ilə cavabdeh “xxxx” MMC arasında 2021-ci il ərzində üç kredit müqaviləsi bağlanmışdır: ##.##.2021 tarixli - 300 000 manat (illik 13,5%), ##.##.2021 tarixli - 1 400 000 manat (illik 12,5%) və ##.##.2021 tarixli - 1 500 000 manat (illik 12,5%). ##.##.2023-cü il tarixli əlavə razılaşma ilə borcalanlar qrupunun bütün öhdəlikləri kapitallaşdırılaraq 3 080 542,73 manat müəyyən edilmiş, kreditdən istifadəyə görə faiz illik 13,5 faiz, kreditin qaytarılma müddəti 36 ay müddətinə şərtləşdirilmişdir. Razılaşmaya əlavə olan ödəniş cədvəlinə əsasən, ödənişlərin ##.##.2024cü il tarixdən ##.##.2026-cı il tarixədək edilməsi razılaşdırılmışdır. Kredit öhdəliklərinin icrasına görə cavabdeh3 Qədir oğlu, cavabdeh4, Səfərov Vəkil Qədir oğlu və cavabdeh6 MMC bank qarşısında birgə məsuliyyət daşımağı öhdəsinə götürmüşlər. Öhdəliklərin icrasını təmin etmək məqsədilə 5 daşınmaz əmlak ipoteka ilə yüklü edilmişdir.

33. Iddiaçı kredit xətti müqavilələrinə əlavə və dəyişiklər edilməsi barədə ##.##.2023cü il tarixdə ** saylı əlavə razılaşma üzrə 2 144 177,2 manat məbləğində əsas borcun cavabdehlər “xxxx” MMC, cavabdeh3 Qədir oğlu, cavabdeh4, Səfərov Vəkil Qədir oğlu və cavabdeh6 MMC-dən müştərək qaydada tutulmasını tələb etmişdir.

34. Cavabdehlər cavabdeh7 Mahir oğlu, cavabdeh4, cavabdeh3 Qədir oğlu və cavabdeh1 qızı apellyasiya şikayətində məhkəmə-mühasibatlıq ekspertizasının təyin edilməsini, ödənişlərin nəzərə alınmasını xahiş etmişlər.

35. Məhkəmə kollegiyası qeyd edir ki, Mülki Məcəllənin 739-cu maddəsində nəzərdə tutulan borc müqaviləsi konsensual müqavilədir, həmin müqavilə tərtib olunub imzalandıqdan sonra bağlanmış hesab olunur və tərəflərin həmin müqavilədən irəli gələn öhdəlikləri, yəni borc verənin pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu borc alana keçirməyi öhdəliyi, borc alanın isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəliyi əmələ gəlir.

36. Hazırkı mübahisə üzrə borc verən pula mülkiyyət hüququnu borc alana keçirmək öhdəliyini icra etsə də, borc alan müqavilə üzrə öhdəliyini icra etməyərək aldıqlarını borc verənə qaytarmaq öhdəliyini icra etməmişdir.

37. Iş materiallarından görünür ki, iddiaçı borcalan “xxxx” MMC-yə poçt rabitəsi vasitəsilə ##.##.2024-cü il tarixli pretenziya məktubu yollayaraq bütün əsas borc məbləğini tələb etmiş, həmin məktub borcalana ##.##.2024-cü il tarixdə çatdırılmışdır. Iddiaçının ödənilməmiş bütün əsas borc məbləğini tələb etməsi ilə bağlı iradəsini ifadə etməsi birtərəfli qaydada müqavilədən imtina (xitam) kimi qiymətləndirilir. Bu halda, pretenziya məktubunun cavabdehə çatdırıldığı ##.##.2024-cü il tarixdən müqavilə xitam edilmiş hesab olunur və iddiaçı həmin tarixədək gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərini tələb edə bilər.

38. Əsas borc məbləğinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, maliyyə arayışında qeyd edilən məbləğlər iddiaçının mövqeyini əks etdirməklə birtərəflidir, lakin məhkəmə ekspertizası təhqiqat, ibtidai istintaq orqanının və ya məhkəmənin (hakimin) icraatında olan işin halları barədə informasiya daşıyan maddi obyektlər, hadisələr və proseslər haqqında xüsusi elmi biliklər əsasında aparılan tədqiqatdır və həmin tədqiqatın nəticəsində əldə olunan məlumatlar (nə qədər ki mötəbərdir) kredit müqaviləsi üzrə əsas və faiz borcunun məbləğlərinin müəyyənləşdirilməsində həlledicidir. Bu səbəbdən, borc məbləği müəyyənləşdirilərkən iddia tələbindən kənara çıxmamaq şərtilə məhkəmə-mühasibatlıq ekspertizasının rəyi əsas götürülməlidir.

39. Bakı Kommersiya Məhkəməsinin ##.##.2025-ci il tarixli e-*-*(***)-***/**** nömrəli qərardadı əsasında təqdim edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin */***-*/***-**/**** nömrəli ## ### 2025-ci il tarixli ekspert rəyinə əsasən, kredit xətti müqavilələrinə əlavə və dəyişiklər edilməsi barədə ##.##.2023-cü il tarixdə ** saylı əlavə razılaşma üzrə ##.##.2024-cü il tarixə əsas borc 3 080 542,73 manat, faiz borcu 274 575,95 manat təşkil edir.

40. Iddiaçının təqdim etdiyi maliyyə arayışına əsasən ##.##.2024-ü il tarixə kredit xətti müqavilələrinə əlavə və dəyişiklər edilməsi barədə ##.##.2023-cü il tarixdə ** saylı əlavə razılaşma üzrə əsas borc 3 080 542,73 manat, faiz borcu 272 634,47 manat təşkil edir.

41. Ekspertiza faiz borcunu 274 575,95 AZN müəyyən etsə də, bankın öz iddiasında tələb etdiyi məbləğ (272 634,47 AZN) daha az olduğu üçün məhkəmə borc məbləğini iddiaçının tələbi həcmində əsas götürmüşdür. Azərbaycan Respublikası MPM-in 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

42. Məhkəmə kollegiyası qeyd edir ki, qətnamə çıxarılanadək borclular tərəfindən ##.##.2024-cü il tarixdən sonra müəyyən ödənişlər edilmişdir. Belə ki, iş materiallarında olan hesabdan çıxarış və maliyyə arayışından görünür ki, ##.##.2025-ci il tarixdə 927 365,53 manat əsas borc, 272 634,47 manat faiz borcu, ##.##.2025-ci il tarixdə 9 000 manat əsas borc ödənilmişdir.

43. Həmin ödənişlər nəzərə alınaraq, kredit xətti müqavilələrinə əlavə və dəyişiklər edilməsi barədə ##.##.2023-cü il tarixdə ** saylı əlavə razılaşma üzrə əsas borc 2 144 177,2 manat, kreditdən istifadəyə görə faiz borcu 0 manat təşkil edir.

44. Cavabdehlər apellyasiya şikayətində bankın müqaviləni ləğv etdikdən sonra ödənişləri qəbul etməsinin müqavilənin xitamı nəticəsi ilə ziddiyyət təşkil etdiyini qeyd etmişlər. Məhkəmə kollegiyası qeyd edir ki, müqaviləyə xitam verildikdən sonra edilmiş ödənişlər müqavilənin davamı kimi deyil, mövcud borcun (qalıq öhdəliyin) icrası kimi qəbul edilir. Yəni borcu qəbul etmək əsas borcun azalmasına xidmət edir. Lakin bu halda müqaviləyə xitam verildikdən sonra (##.##.2024-cü il tarixindən sonra) bank faiz hesablamamalıdır. Birinci instansiya məhkəməsi də bu halı nəzərə almışdır.

45. Cavabdehlər həmçinin apellyasiya şikayətində borcun kapitallaşdırılmasının onların məsuliyyətini ağırlaşdırmasını və buna ayrıca və konkret razılıq vermədiklərini qeyd etmişlər. Işin hallarından (5-ci bənd) görünür ki, zaminlər ##.##.2023-cü il tarixli əlavə razılaşmalara imza etməklə borcalanın iddiaçı qarşısındakı öhdəliklərinin icrası üçün birgə məsuliyyət daşımağı öhdəsinə götürmüşlər. Əlavə razılaşmanın imzalanması isə zaminlərin həmin sənəddəki şərtlərlə (o cümlədən kapitallaşdırılmış məbləğlə) razılaşması deməkdir. Əlavə razılaşma özü isə "ayrıca və konkret razılıq" funksiyasını daşıyır. Bununla da, zaminlərin dəyişikliklərdən xəbərdar olduqları və razılıq verdikləri təsdiq olunur.

46. Məhkəmə kollegiyası qeyd edir ki, zaminlər və əsas borcalan arasında bağlanmış müqavilələr və əlavə razılaşmalar onların iddiaçı qarşısında birgə məsuliyyətini nəzərdə tutur. Bu səbəbdən borcun həm “xxxx” MMC-dən, həm də bütün zaminlərdən müştərək qaydada tutulması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır.

47. Bundan başqa, cavabdehlər apellyasiya şikayətində cavabdeh7 tərəfindən ödənilmiş 1 211 976,95 manatın əsas borcun hesablanması hissəsində nəzərə alınmadığını və əlavə ekspertiza təyin edilməsini xahiş etmişlər. Lakin iş materiallarından görünür ki, ##.##.2025-ci il tarixdə 927 365,53 manat əsas borc, 272 634,47 manat faiz borcu, ##.##.2025-ci il tarixdə 9 000 manat əsas borc ödənilmişdir. Ekspertiza barədə vəsatət yalnız o halda təmin edilə bilərdi ki, tərəflər arasında ödəniş sənədlərinin mahiyyəti barədə ziddiyyət olsun. Lakin cavabdeh tərəfindən əlavə ödəniş sənədi təqdim edilmədiyindən, bu halda ekspertizanın keçirilməsi işə baxılmasının əsassız uzadılmasına səbəb olacaqdır.

48. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur. Apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda qeyd olunanlara görə əsassızdır və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)- ***/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

49. Məhkəmə kollegiyası məhkəmə xərclərinə münasibətdə qeyd edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən həmin şikayət verilərkən ödənilmiş dövlət rüsumu cavabdehlərin özünə aid edilməlidir.

50. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1, 385, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDI:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-***/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu cavabdehlərin özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar