Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2-2(3-6)-348/2026 05.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim sədrliyi ilə, hakimlər X1 və X2 ibarət tərkibdə, məhkəmə iclasının katibi katibliyi, iddiaçının nümayəndəsi (vəkili) nümayəndə2 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-*-*(***)-***/**** saylı qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i:
1. Iddiaçı İddiaçı cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 və Binəqədi rayon Icra şöbəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “xxxx” MMC tərəfindən verilmiş “xxxx” MMC-nin torpaq sahəsinin qiymətləndirilməsinə dair ##.##.2018-ci il tarixli rəyin ləğv edilməsi, həmin torpaq sahəsinin və orada olan tikillilərin yenidən qiymətləndiriliməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-***/**** saylı qətnaməsi ilə iddia tələbi rədd edilmişdir.
3. Iddiaçı İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-***/**** saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Bakı Apellyasiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(*-*)-***/**** saylı qərardadı ilə iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti mümkün hesab edilərək icraata qəbul edilmişdir.
5. Iddiaçı İddiaçı ##.##.2026-cı il tarixdə məhkəməyə elektron kabinet vasitəsilə ərizə ilə müraciət edərək bildirmişdir ki, onunla mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 arasında məhkəmədən kənar qaydada danışıqlar aparılmış və tərəflər arasında barışıq əldə olunmuşdur. Bununla əlaqədar olaraq, hazırkı iş üzrə mübahisənin mahiyyəti üzrə baxılmasına zərurət qalmamışdır. Qeyd edilənləri nəzərə alaraq, iddiaçı apellyasiya şikayətindən imtinasının qəbul edilməsi və apellyasiya icraatına xitam verilməsi barədə müvafiq qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
6. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) nümayəndə2 ərizəni müdafiə edərək, apellyasiya şikayətindən imtinanın qəbul edilməsi və apellyasiya icraatına xitam verilməsi barədə qərardad qəbul edilməsini xahiş etdi.
7. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası MPM-in 376.2-ci maddəsinə əsasən apellyasiya şikayətinə cavabdeh və üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
8. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 369. Apellyasiya şikayətindən imtina edilməsi 369.1. Işdə iştirak edən şəxsin apellyasiya şikayətindən imtina etməsi birinci instansiya məhkəməsi qətnaməsinin qanuni qüvvəyə minməsinə səbəb olur. 369.2. Apellyasiya şikayəti verən şəxs apellyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. 369.3. Məhkəmə bu Məcəllənin 191-ci maddəsində nəzərdə tutulan əsaslar olduqda şikayətdən imtinanı rədd edə və işə apellyasiya qaydasında baxa bilər. 369.4. Şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apellyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verir.
9. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı İddiaçı öz apellyasiya şikayətindən imtina etməsi yazılı formada ifadə edildiyindən, qanunazidd olmadığından və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından qəbul olunmalı və iddiaçıya münasibətdə apellyasiya icraatına xitam verilməlidir.
10. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 369.4, 400 və 402-ci maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı: Iddiaçı İddiaçı apellyasiya şikayətindən imtinası qəbul edilsin. Bakı Kommersiya Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-*-*(***)-***/**** saylı qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə apellyasiya icraatına xitam verilsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.