Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2-2(3-6)-352/2026 16.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Ziya Allahverdi oğlu Şirinovun sədrliyi və məruzəsi ilə, X3 və X4 ibarət tərkibdə, İsmayılova Elnarə Məyiş qızının katibliyi, İddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti, İbadov Emil Nazim oğlu və cavabdeh1 İsmayıl qızına qarşı kredit müqaviləsi üzrə borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi və s. tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin ##.##.2025-ci il tarixli, *- *(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh “xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İşin halları
1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə “xxxx” MMC arasında ##.##.2023-cü il tarixli ***CRLN******* saylı baş kredit müqaviləsi imzalanmış və həmin müqaviləyə əsasən “xxxx” MMCyə 120 ay müddətinə 3.000.000 (üç milyon) manat məbləğində kredit limiti ayrılmışdır.
2. ##.##.2023-cü il tarixli ***CRLN******* saylı baş kredit müqaviləsindən irəli gələn öhdəliklərin təminatı olaraq bankla İbadov Emil Nazim oğlu arasında ##.##.2023-cü il tarixli ***GRNT******** saylı, Məmmədov Aytən İsmayıl qızı arasında ##.##.2023-cü il tarixli ***GRNT******** saylı zaminlik müqavilələri bağlanmışdır.
3. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə “xxxx” MMC arasında bağlanmış ##.##.2023-cü il tarixli ***CRLN******* saylı baş kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsini təmin etmək məqsədilə bank ilə İbadov Emil Nazim oğlu (ipoteka qoyan) arasında ##.##.2023-cü il tarixli ***REAL******** saylı, ***REAL******** saylı, ***REAL******** saylı ipoteka müqavilələri bağlanmışdır.
4. ##.##.2023-cü il tarixli ***CRLN******* saylı baş kredit müqaviləsinə ##.##.2023-cü il tarixli ***CRLN*******-* saylı Əlavə razılaşma ilə “xxxx” MMC-yə 36 ay müddətinə illik 13 faiz dərəcəsi ilə 296.000 manat məbləğində kredit verilmişdir.
5. . ##.##.2023-cü il tarixli ***CRLN******* saylı baş kredit müqaviləsinə ##.##.2023-cü il tarixli ***CRLN*******-* saylı Əlavə razılaşma ilə “xxxx” MMC-yə 36 ay müddətinə illik 13 faiz dərəcəsi ilə 1.100.000 manat məbləğində kredit verilmişdir.
6. ##.##.2023-cü il tarixli ***CRLN******* saylı baş kredit müqaviləsinə ##.##.2023-cü il tarixli ***CRLN*******-* saylı Əlavə razılaşma ilə “xxxx” MMC-yə 24 ay müddətinə illik 13 faiz dərəcəsi ilə 338.500 manat məbləğində kredit verilmişdir
7. ##.##.2023-cü il tarixli ***CRLN******* saylı baş kredit müqaviləsinə ##.##.2024-cü il tarixli ***CRLN*******-* saylı Əlavə razılaşma ilə qalıq borc 1.358.659,06 manat məbləğində müəyyən edilmiş, restruktirizasiya edilmiş kreditin müddəti ##.##.2026-cı il tarixədək uzadılmışdır.
8. Müqavilələr tərəflərin imzası və hüquqi şəxslərin möhürü ilə təsdiq olunmuşdur.
Birinci instansiya məhkəməsindəki icraat
9. İddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti, İbadov Emil Nazim oğlu və cavabdeh1 İsmayıl qızına qarşı iddia və iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, “xxxx” MMC, İbadov Emil Nazim oğlu və cavabdeh1 İsmayıl qızından müştərək qaydada İddiaçı ASC-nin xeyrinə ## ######## 2024-cü il tarixli ***CRLN********-* nömrəli Əlavə Razılaşma üzrə əsas borc 1.358.659,06 AZN, faiz borcu 214.506,55 AZN olmaqla cəmi 1.573.165,61 AZN məbləğində borcun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişlərin qeydə alınması üçün ödənilmiş 45 manat dövlət rüsumunun və 360 manat xidmət haqqının, müvəqqəti təminat tədbiri barədə ərizələrə görə ödənilmiş 304 manat dövlət rüsumunun və iddiaya görə ödənilmiş 1.577,52 manat dövlət rüsumunun tutulmasına; Tutmanın İbadov Emil Nazim oğluna məxus Bakı şəhəri, Səbail rayonu, İbrahim Məmmədov küçəsi, ev 2a ünvanında yerləşən 255.3 kv.m. olan qeyri-yaşayış sahəsinə, Bakı şəhəri, Səbail rayonu, İbrahim Məmmədov küçəsi, ev 2a ünvanında yerləşən 34.6 kv.m. olan qeyri-yaşayış sahəsinə və Bakı şəhəri, Səbail rayonu, İbrahim Məmmədov küçəsi, ev 2a ünvanında yerləşən 37.8 kv.m. olan qeyri yaşayış sahəsinə yönəldilməsinə, həmin ipoteka predmetlərinin açıq hərracdan satılmasına və əldə olunan vəsaitin cavabdehlərin İddiaçı ASC-yə olan borcunun ödənilməsinə yödənilməsinə; Hərracda satışdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə, borcun qalıq hissəsinin “xxxx” MMC, İbadov Emil Nazim oğlu və cavabdeh1 İsmayıl qızından müştərək qaydada tutulmasına; Tutma İbadov Emil Nazim oğluna məxus Bakı şəhəri, Səbail rayonu, İbrahim Məmmədov küçəsi, ev 2a ünvanında yerləşən 255.3 kv.m. olan qeyri-yaşayış sahəsinə, Bakı şəhəri, Səbail rayonu, İbrahim Məmmədov küçəsi, ev 2a ünvanında yerləşən 34.6 kv.m. olan qeyriyaşayış sahəsinə və Bakı şəhəri, Səbail rayonu, İbrahim Məmmədov küçəsi, ev 2a ünvanında yerləşən 37.8 kv.m. olan qeyri yaşayış sahəsinə yönəldikdə və həmin əmlaklar satıldıqda, ən geci 1 ay ərzində İbadov Emil Nazim oğlunun və digər şəxslərin həmin əmlaklardan çıxarılmalarına, həmin əmlaklarıın boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh “xxxx” MMC ilə İddiaçı ASC arasında ## ##### 2023-cü il tarixli ***CRLN******** nömrəli Baş Kredit Müqaviləsi bağlanmışdır. Bu Müqaviləyə əsasən Borcalana 3000000 (üç milyon) manat (USD və ya EUR ekvivalentində) məbləğində, illik faiz dərəcəsi 30%-dən, kreditin qaytarılması gecikdirildiyi halda ödəniləcək illik faiz dərəcəsi 60%-dən, cərimə faizi gündəlik 0,1%-dən çox olmamaq şərtilə 120 (yüz iyirmi) ay müddətinə kredit, kredit xətti, akkreditiv, qarantiya və kontrqarantiya limiti ayrılmışdır. Baş Kredit Müqaviləsi çərçivəsində bağlanmış ## ##### 2023-cü il tarixli ***CRLN********-* nömrəli Əlavə Razılaşmaya əsasən “xxxx” MMC-yə 36 ay müddətinə, illik 13% faiz dərəcəsi ilə, 296000 (iki yüz doxsan altı min) manat kredit verilmişdir. Baş Kredit Müqaviləsi çərçivəsində bağlanmış ## ##### 2023-cü il tarixli ***CRLN********-* nömrəli Əlavə Razılaşmaya əsasən “xxxx” MMCyə 36 ay müddətinə, illik 13% faiz dərəcəsi ilə, 1100000 (bir milyon yüz min) manat kredit verilmişdir. Baş Kredit Müqaviləsi çərçivəsində bağlanmış ## ######## 2023-cü il tarixli ***CRLN********-* nömrəli Əlavə Razılaşmaya əsasən “xxxx” MMC-yə 24 ay müddətinə, illik 13% faiz dərəcəsi ilə, 338500 (üç yüz otuz səkkiz min beş yüz) manat kredit verilmişdir. Yuxarıda göstərilən öhdəliklərin yenidən maliyyələşdirilməsi məqsədi ilə Baş Kredit Müqaviləsi çərçivəsində bağlanmış ## ######## 2024cü il tarixli ***CRLN********-* nömrəli Əlavə Razılaşmaya əsasən “xxxx” MMC-yə 25 ay müddətinə, illik 13% faiz dərəcəsi ilə 1.358.659,06 (bir milyon üç yüz əlli səkkiz min altı yüz əlli doqquz manat 06 qəpik) manat kredit verilmişdir. Borcalan yuxarıda göstərilən öhdəlikləri üzrə müqavilə şərtlərini pozmuş və ödənişlərində ciddi və uzunmüddətli gecikmələr olmuşdur. Xəbərdarlıq (pretenziya) edilməsinə baxmayaraq, cavabdehlər borcu ödəməkdən boyun qaçırırlar.
11. İş materiallarına əlavə edilmiş ##.##.2025-ci il tarixli maliyyə arayışına əsasən ##.##.2024-cü il tarixli Əlavə razılaşmaya əsasən cavabdehin əsas borcu 1.358.659,06 manat, faiz borcu 64.669,02 manat təşkil edir
12. Bakı Kommersiya Məhkəməsinin ##.##.2025-ci il tarixli qərardadına əsasən təyin edilmiş tikinti-texniki ekspertizaya “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilən 2210.2025-ci il tarixli rəyə əsasən Bakı şəhəri, Səbail rayonu, İbrahim Məmmədov küçəsi, 2a ünvanında yerləşən ümumi sahəsi 255.3 kv.m. olan qeyri-yaşayış sahəsinin bazar qiyməti 1.053.750 manat, likvid qiyməti 948.400 manat, Bakı şəhəri, Səbail rayonu, İbrahim Məmmədov küçəsi, 2a ünvanında yerləşən ümumi sahəsi 34.6 kv.m. olan qeyri-yaşayış sahəsinin bazar qiyməti 167.700 manat, likvid qiyməti 150.900 manat, Bakı şəhəri, Səbail rayonu, İbrahim Məmmədov küçəsi, 2a ünvanında yerləşən ümumi sahəsi 37.8 kv.m. olan qeyri-yaşayış sahəsinin bazar qiyməti 182.000 manat, likvid qiyməti 163.800 manat məbləğində müəyyən olunmuşdur.
13. ##.##.2024-cü il tarixli ***CRLN********-* saylı kredit müqaviləsi üzrə tutma İbadov Emil Nazim oğlunun mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, İbrahim Məmmədov küçəsi, 2a ünvanında yerləşən ümumi sahəsi 255.3 kv.m. olan qeyri-yaşayış sahəsinə ilkin satış qiyməti 948.400 manat müəyyən edilməklə, Bakı şəhəri, Səbail rayonu, İbrahim Məmmədov küçəsi, 2a ünvanında yerləşən ümumi sahəsi 34.6 kv.m. olan qeyri-yaşayış sahəsinə ilkin satış qiyməti 150.900 manat müəyyən edilməklə, Bakı şəhəri, Səbail rayonu, İbrahim Məmmədov küçəsi, 2a ünvanında yerləşən ümumi sahəsi 37.8 kv.m. olan qeyri-yaşayış sahəsinə ilkin satış qiyməti 163.800 manat müəyyən edilməklə yönəldilməli və açıq hərracda satılmalı, satışdan əldə olunacaq vəsait kredit borcunun ödənilməsinə yönəldilməlidir.
14. İş materiallarına əlavə edilmiş ##.##.2025-ci il tarixli maliyyə arayışına əsasən ##.##.2024-cü il tarixli Əlavə razılaşmaya əsasən cavabdehin əsas borcu 1.358.659,06 manat, faiz borcu 64.669,02 manat təşkil edir
15. Bakı Kommersiya Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, ##.##.2024-cü il tarixli ***CRLN********-* saylı kredit müqaviləsinə əsasən, əsas borc üzrə 1.358.659 (bir milyon üç yüz əlli səkkiz min altı yüz əlli doqquz) manat 06 (sıfır altı) qəpik, faiz borcu üzrə 64.669 (altmış dörd min altı yüz altmış doqquz) manat 02 (sıfır iki) qəpik olmaqla, 1.423.328 (bir milyon dörd yüz iyirmi üç min üç yüz iyirmi səkkiz) manat 08 (sıfır səkkiz) qəpik məbləğində pul "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti, İbadov Emil Nazim oğlu və cavabdeh1 İsmayıl qızından müştərək qaydada tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, ##.##.2024-cü il tarixli ***CRLN********-* saylı kredit müqaviləsi üzrə tutma İbadov Emil Nazim oğlunun mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, İbrahim Məmmədov küçəsi, 2a ünvanında yerləşən ümumi sahəsi 255.3 kv.m. olan qeyri-yaşayış sahəsinə ilkin satış qiyməti 948.400 manat müəyyən edilməklə, Bakı şəhəri, Səbail rayonu, İbrahim Məmmədov küçəsi, 2a ünvanında yerləşən ümumi sahəsi 34.6 kv.m. olan qeyri-yaşayış sahəsinə ilkin satış qiyməti 150.900 manat müəyyən edilməklə, Bakı şəhəri, Səbail rayonu, İbrahim Məmmədov küçəsi, 2a ünvanında yerləşən ümumi sahəsi 37.8 kv.m. olan qeyriyaşayış sahəsinə ilkin satış qiyməti 163.800 manat müəyyən edilməklə yönəldilsin və açıq hərracda satılması, satışdan əldə olunacaq vəsait kredit borcunun ödənilməsinə yönəldilməsi, dövlət rüsumunun əvəzi olaraq 1.501 (bir min beş yüz bir manat) manat 66 (altmış altı) qəpik məbləğində pul "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti, İbadov Emil Nazim oğlu və cavabdeh1 İsmayıl qızından müştərək qaydada tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, müvəqqəti təminat tədbiri barədə ərizələrin verilməsinə görə ödənilmiş 304 (üç yüz dörd) manat məbləğində pulun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti, İbadov Emil Nazim oğlu və cavabdeh1 İsmayıl qızından müştərək qaydada tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişlərin qeydə alınması üçün ödənilmiş pulun əvəzi olaraq 45 (qırx beş) manat məbləğində pul və xidmət haqqının əvəzi olaraq 360 (üç yüz altmış) manat məbləğində pul "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti, İbadov Emil Nazim oğlu və cavabdeh1 İsmayıl qızından müştərək qaydada tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
16. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli əlavə qətnaməsi ilə iddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti, İbadov Emil Nazim oğlu və cavabdeh1 İsmayıl qızına qarşı iddiası “həmin əmlaklar satıldıqda, ən geci 1 ay ərzində İbadov Emil Nazim oğlunun və digər şəxslərin həmin əmlaklardan çıxarılmalarına, həmin əmlaklarıın boşaldılması” hissəsində rədd edilməsi qət edilmşidir.
17. Cavabdeh "xxxx" MMC apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin e-*-*(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli qətnaməsinin qismən -iddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti, İbadov Emil Nazim oğlu və cavabdeh1 İsmayıl qızına qarşı kredit müqaviləsi üzrə borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi və s. tələbinə dair iddiasının, ## ######## 2024-cü il tarixli ***CRLN********-* nömrəli Əlavə Razılaşma üzrə əsas və faiz borcu, ## ######## 2024-cü il tarixli ***CRLN********-* nömrəli Əlavə Razılaşma üzrə tutmanın ipoteka predmetlərinə yönəldilməsi hissəsində ləğv edilməsi barədə qərar qəbul edəsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATI İŞTİRAKÇILARININ İZAHATLARI
a) Apellyasiya şikayətinin dəlilləri
18. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, tərəflərin məhkəmədə iştirakını təmin etməmiş, işin hallarına görə müvafiq ekspetizaların təyin edilməsini təmin etməmiş, maddi və prosessual hüquq normalarını pozmaqla qərar qəbul etmişdir. Məhkəmə araşdırma aparmamışdır. Əgər obyektiv araşdırma aparılsaydı kredit müqaviləsi üzrə əsas və faiz borcunun hesablanmasının düzgün olduğunu müəyyən etmək üçün iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin edərdi. Çünki bu sahə xüsusi bilik tələb edən bir sahə olduğuna görə iddianın bu hissəsində tələbin əsaslı olub olmamasını müəyyən etmək üçün bunun edilməsi zəruridir. Məhkəmə iddia tələbi üzrə borcun ipoteka predmeti olmayan əmlaklara yönəldilməsini təmin etmişdir. Belə ki, məhkəmə iddia tələbi üzrə borcun İbadov Emil Nazim oğlunun mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, İbrahim Məmmədov küçəsi, 2a ünvanında yerləşən ümumi sahəsi 255.3 kv.m. olan qeyriyaşayış sahəsinə ilkin satış qiyməti 948.400 manat müəyyən edilməklə, Bakı şəhəri, Səbail rayonu, İbrahim Məmmədov küçəsi, 2a ünvanında yerləşən ümumi sahəsi 34.6 kv.m. olan qeyri-yaşayış sahəsinə ilkin satış qiyməti 150.900 manat müəyyən edilməklə, Bakı şəhəri, Səbail rayonu, İbrahim Məmmədov küçəsi, 2a ünvanında yerləşən ümumi sahəsi 37.8 kv.m. olan qeyri-yaşayış sahəsinə ilkin satış qiyməti 163.800 manat müəyyən edilməklə yönəldilməsi, açıq hərracdan satılması, satışdan əldə olunacaq vəsaitin kredit borcunun ödənilməsinə yönəldilməsi, hissəsində də kobud pozuntuya yol vermiş, obyektiv araşdırmamış, ipoteka qoyanların məhkəmədə hüquqlarının təmin edilməsi üçün onların məhkəmədə iştirakını təmin etməmiş, əmlakın ilkin satış qiymətinin müəyyyən edilməsi hissəsində qiymətləndirmənin hansı formada aparılmasını müəyyən etməmişdir. Cavabdehin nə qədər ödəniş etdiyini araşdırmamış iddia qaldırlan tarixə həqiqi borcun müəyyən edilməsi üçün mühasibatlıq ekspertizasını təyin etməmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
19. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmuşdur.
20. Etiraz onunla əsaslandırıllmışdır ki, həm məhkəmədən əvvəl pretenziya qaydasında xəbərdarlıq məktubu həm də iddia ərizəsi göndərildikdən sonra cavabdeh tərəf kredit borcunun məbləği ilə bağlı nə banka nə də məhkəməyə etirazını bildirməmişdir. Digər tərəfdən cavabdeh tərəf lazımı qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclaslarında iştirak etməmişdir. Həmçinin mühasibatlıq ekspertizasının təyin edilməsi ilə bağlı elektron məhkəmə sisteminə yazılı vəsatətini təqdim etməmişdir. Belə olan halda cavabdehin kredit borcunun düzgün hesablanmadığını iddia etməsi və mühasibatlıq ekspertizasının təyin edilməməsindən narazı olması anlaşılan deyildir. Cavabdeh öz şikayətində ipoteka predmetləri ilə bağlı əmtəəşünaslıq ekspertizasını mübahisələndirmiş və onun hansı formada aparılmasını və ilkin satış qiymətinin hansı qaydada aparıldığını anlamadığını bildirmişdir. İlk öncə nəzərinizə çatdırırıq ki, istənilən əmtəəşünaslıq ekspertiza rəyində, həçminin bu rəydə də ilkin satış qiymətinin müəyyən edilmə metodologiyası ətraflı göstərilmişdir. Həmçinin yuxarıda qeyd etdiyimiz kimi, cavabdeh məhkəmə iclaslarında iştirak etməmiş və ekspertiza rəyinə nə şifahi nə də yazılı şəkildə etirazını bildirməmiş, təkrar ekspertizanın təyin edilməsi ilə bağlı hər hansı vəsatət verməmişdir. Cavabdehin şikayətində narazı olduğu hər iki istiqamət üzrə əsaslandırması səviyyəsindən də açıq-aydın görünür ki, məqsəd borcun ödənilməsindən yayınmaq üçün əlavə vaxt qazanmaq və ona verilən prosesual hüquqlardan sui-istifadə etməkdir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
21. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X1 apellyasiya şikayətinə etirazın məzmununa uyğun izahat verərək, şikayətin təmin olunmamasını xahiş etdi.
22. Digər tərəflərə məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
23. Maddə 739.1.Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür.
24. Maddə 740.1. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən borcalandan müqavilədə nəzərdə tutulmuş qaydada və məbləğdə faiz almaq hüququna malikdir.
25. Maddə 740.2 Bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcun verilməsinə görə faizin və (və ya) digər haqqın məbləği və ya hesablanma qaydası tərəflərin razılaşması ilə müəyyən edilir.
26. Maddə 740.5.Müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borc müqaviləsi üzrə faizlər və (və ya) haqlar müqavilənin qüvvədə olduğu hər bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, faizlər və (və ya) haqlar borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.
27. Maddə 743.1.Kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər.
28. Maddə 743.2.Bu Məcəllənin bu paraqrafının müddəalarından ayrı qayda irəli gəlmirsə, kredit müqaviləsinə bu Məcəllənin borc müqaviləsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir.
29. Maddə 470.1.Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.
30. Maddə 472.1.Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.
31. Maddə 472.2.Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.
32. Maddə 269.5.Girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur
“İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu
33. Maddə 1.0.9. ilkin satış qiyməti – qanunun tələbinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir.
34. Maddə 33. Borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər.
35. Maddə 34.1.1. Əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnu yaradır.
36. Maddə 39.3..3. Məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
37. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
38. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
39. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.
40. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
41. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
42. Maddə 97.1. İşə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər.
43. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.
44. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
45. Maddə 385. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
“Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında” Qanun
46. Maddə 17. İlkin məhkəmə ekspertizasının rəyi kifayət qədər aydın olmadıqda, ekspert qoyulmuş sualları tam həll etmədikdə və ya tədqiqat aparılmış obyektlərə dair əlavə suallar yarandıqda, aparılmış tədqiqatın və ya rəydəki boşluğun aradan qaldırılması üçün əlavə məhkəmə ekspertizası təyin edilir və onun aparılması həmin ekspertə və ya başqa ekspertə həvalə edilir.
47. Maddə 18. Ekspertin rəyi kifayət qədər əsaslı olmadıqda və ya şübhə doğurduqda, yaxud onun əsaslandığı sübutlar etibarsız (qeyri-mötəbər) hesab edildikdə və ya ekspertiza aparılmasının prosessual qaydaları pozulduqda təkrar ekspertiza aparılır.
Ali Məhkəmənin Mülki və Kommersiya kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair” ## #### 2020-ci il tarixli Qərardadı
48. ... “Likvidlik” özü iqtisadi termin olaraq biznesdə, yaxud investisiya proseslərində aktivlərin bazarda əhəmiyyətli qiymət fərqi olmadan və dəyər itkisi yaratmadan tez reallaşdırıla (satıla) bilməsi qabiliyyətidir. Likvid dəyər bazar dəyərinin müəyyənləşdirilməsi üçün adekvat marketinqin keçirilməsi üçün vaxt məhdudluğu şəraitində mülkiyyətin satılmasından real əldə oluna biləcək pulun məbləğidir. Bu baxımdan aydın olur ki, əmlakın likvid qiyməti onun bazar qiymətinin açıq bazar şəraitində daha asan və tez satılma imkanı verən həddini ehtiva edir.
49. Məlumdur ki, “Kredit müqavilələri üzrə borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılması” tələblərinə dair işlərdə borcun vaxtında geri qaytarılmasından ibarət öhdəliyin icra edilməməsi özü-özlüyündə borcverənin birbaşa zərərə məruz qalması ilə nəticələnməklə yanaşı, sahibkarlara münasibətdə qaytarılmalı borcun dövriyyədə istifadə edilməməsi səbəbi ilə onların sahibkarlıq fəaliyyətinə də zərər vurmuş olur. Eyni zamanda, məhkəmə mübahisələrinin kifayət qədər uzun müddət davam etməsi, habelə bununla bağlı borc alan və ya ipoteka qoyanlar tərəfindən yol verilən sui-istifadə halları da öz növbəsində zərər məbləğinin artmasının digər səbəblərindəndir. Bu vəziyyətdə borcun təminat vasitəsi olan ipoteka predmetinin satışına uzun müddətin sərf edilməsinin qarşısının alınması üçün qanunverici əmlakın real bazar dəyəri ilə deyil, onun daha tez realizə olunmasına imkan verən real bazar dəyərindən nisbətən aşağı, lakin əhəmiyyətli qiymət fərqi olmadan və dəyər itkisi yaratmayan likvid qiymətlə hərraca çıxarılmasını nəzərdə tutmuşdur. Təsadüfi deyil ki, “İpoteka haqqında” Qanuna edilmiş son dəyişikliklərlə ipoteka predmetinə tutmanın yönəldilməsi prosedurunun sadələşdirilməsi də məhz bu məqsədlərə xidmət edir.
50. O da qeyd edilməlidir ki, ipoteka predmetinin likvid qiymətlə satılması borc alanın və ipoteka qoyanın da qanuni maraqlarına zidd deyil. Belə ki, ipoteka predmetinin realizasiyasının likvid qiymət əsasında daha tez həyata keçirilməsi borcun vaxtında ödənilməməsinə görə Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq maddələri ilə nəzərdə tutulmuş əlavə ödənişlərin tutulmasının qarşısını da almaqla borcluları əlavə zərərdən qorumuş olacaqdır. Digər tərəfdən, likvid qiymət real bazar dəyərindən nisbətən aşağı olsa da, əhəmiyyətli qiymət fərqi olmadan dəyər itkisi yaratmayan həddə olduğundan və yalnız məcburi qaydada satışa tətbiq edildiyindən ipoteka qoyanın maraqlarına da zidd kimi qiymətləndirilməməlidir. Belə ki, Qanun ədalətli yanaşma müəyyən edərək, ipotekaqoyana ipoteka predmetini hərrac yekunlaşana qədər borcu ödəməklə ipotekadan azad etmək, habelə ipotekasaxlayanla qarşılıqlı razılıq əsasında ipoteka predmetini könüllü olaraq satmaq imkanı vermişdir. Bundan əlavə, “İpoteka haqqında” Qanunun 39.3.3-cü maddəsində ipoteka predmetinin ilkin satış qiymətinin ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında müəyyən edilməsi imkanı nəzərdə tutulmuşdur. Həmçinin, qeyd edilməlidir ki, ipoteka predmeti olan əmlakın likvid qiymətlə açıq hərraca çıxarılması ipoteka predmetinin ilkin hərracda daha tez realizə edilərək, hərrac qaydalarına əsasən növbəti hərracdan mülkiyyətiçinin mənafeyinə zidd şəkildə ucuz qiymətə satılmasının qarşısını almaqla, iş üzrə qəbul edilmiş məhkəmə aktlarının da vaxtında icra olunmasına yardım etmiş olacaqdır.
51. Yuxarıda göstərilənlərə əsasən Ali Məhkəmənin Mülki və Kommersiya kollegiyalarının hakimlərindən ibarət məhkəmə tərkibi kassasiya instansiyası məhkəməsində icraat zamanı “İpoteka haqqında” Qanunun tətbiqi baxımından ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi ilə bağlı mübahisəli hüquqi məsələyə dair belə qənaətə gəlir ki, ipoteka predmetinin ilkin satış qiyməti onların real bazar qiyməti nəzərə alınmaqla müəyyən edilən likvid qiymətidir.
APELLYASİYA BAXIŞININ HƏDLƏRİ
52. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
53. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin iddianın təmin olunan hissəsində tam yoxlanılması təşkil edir.
APELLYASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ
54. Kollegiya аpеllyаsiyа şikаyətinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
55. Mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir.
56. Kollegiya hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları və müqavilə şərtləri baxımından tərəflər arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və birinci instansiya məhkəməsi haqlı olaraq həmin münasibətlər çərçivəsində borcalanın hərəkətlərini öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirmişdir.
57. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətinin məhkəmə proseslərində iştiraklarının təmin olumaması dəlili birinci instansiya məhkəməsinin prosessual hüquq normalarının pozuntusuna yol verib-vermədiyinin araşdırılmasını zəruri edir.
58. Mülki prosessual qanunvericilikdə təsbit edilmiş çəkişmə prinsipi Konstitusiyanın 60-cı maddəsinə uyğun olaraq məhkəmə müdafiəsi hüququnun təməl institutudur Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun formalaşdırdığı mövqeyə görə məhkəmə müdafiəsi hüququ şəxsin mülki hüquq və vəzifələri müəyyən edilərkən işə cəlb edilməsini, belə bir prosesdən xəbərdar olmasını da ehtiva edir (“K.Abbasovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ## ###### 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun ## ###### 2016-cı il tarixli Qərarı).
59. Avropa İnsan Hüquqları Məhkəməsinin hüquqi mövqeyinə görə çəkişməli məhkəmə hüququ prinsip etibarilə cinayət və ya mülki məhkəmə tərəflərinə məhkəmənin qərarına təsir etmək üçün hətta milli hüquq xidmətinin müstəqil üzvü tərəfindən təqdim edilmiş bütün sübutlar və müşahidələrlə tanış olmaq və onlara dair şərh vermək imkanını nəzərdə tutur (Ruiz-Mateos İspaniyaya qarşı, § 63; McMichael Birləşmiş Krallığa qarşı, § 80; Vermeulen Belçikaya qarşı, § 33; Lobo Portuqaliyaya qarşı, § 31; Kress Fransaya qarşı [BP], § 74). Bununla belə, çəkişməli məhkəmə hüququ mütləq hüquq deyil və onun tətbiq dairəsi sözügedən məhkəmə işinin xüsusi hallarından asılı olaraq dəyişə bilər (Hudakova və digərləri Slovakiyaya qarşı).
60. Qanunverici cavabdehin iştirakı olmadan işə baxılmasının mümkünlüyünü onun “məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsi” ilə şərtləndirmişdir.
61. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsi prosesin gedişatı barədə tərəfləri məlumatlandırmış, müvafiq bildirişlər cavabdehlərin e-kabinetlərinə yerləşdirilərək prosesslər barədə ona məlumat verilmişdir.
62. Göründüyü kimi birinci instansiya məhkəməsi cavabdehin iştirakının təmin edilməsi üçün zəruri prosessual səylər göstərmiş, lakin cavabdehlər lazımı fəallıq və sayıqlıq göstərməyərək məhkəmə iclaslarının gedişatı barədə maraqlanmamışdır.
63. Kollegiya onu da qeyd edir ki, sahibkarlıq fəaliyyəti müəyyən risklər daşımaqla yanaşı həmin fəaliyyətlə məşğul olan şəxsin öz fəaliyyətini peşəkar qaydada təşkil etmək öhdəliyini də ehtiva edir. Bu isə digər məsələlərlə yanaşı vaxtı-vaxtında dövlət orqanlarının təqdim etdiyi sənədlərə (xəbərdarlıqlar, bildirişlər, məktublar və s.) ya özü, ya da bu sahədə peşəkarlar (hüquqşünaslar, maliyyəçilər və s.) cəlb etməklə vaxtında münasibət bildirməsini də əhatə edir Əks təqdirdə kommersiya subyektləri vaxtında göstərmədikləri sayıqlığın riskini daşıyırlar. Bu baxımdan, bu cür fəaliyyətlə məşğul olan şəxslər dövlət orqanlarında (həmin orqanların qanuni çərçivədə verilmiş göstərişlərini) özləri və ya öz nümayəndələri vasitəsi ilə təmsil olunaraq hüquqlarını daha aktiv qorunması üçün səy göstərməlidirlər.
64. Beləliklə məhkəmə, iclasların yeri və vaxtı barədə cavabdehlər lazımi qaydada məlumatlandıraraq işə baxmış, ədalət mühakiməsinin çəkişmə və tərəflərin bərabərliyi əsasında həyata keçirilməli olduğuna dair təməl prinsipləri pozmamışdır.
65. Məhkəmə kollegiyası borc məbləğlərinin düzgün müəyyənləşdirilmədiyi ilə bağlı apellyatorların irəli sürdüklərinə münasibətdə kollegiya qeyd edir ki, onlar nə birinci instansiya məhkəməsinə, nə də apellyasiya instansiyasına bu arqumentlərinin yoxlanılmasına əsas verəcək heç bir sübut təqdim etməmişdir.
66. Həmçinin cavabdehlərə məhkəmə iclaslarının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq prosessula maraq göstərməmiş iclasa gəlməmiş, iddiaya etiraz etməmiş, borcun ödənilməsi ilə bağlı sənədi məhkəməyə təqdim etməmişlər.
67. Kollegiya iddia tələbi üzrə borcun ipoteka predmeti olmayan əmlaklara yönəldilməsini dəlilinə münasibətdə qeyd edir ki, xxxx” Açıq Səhmdar Cəmiyyəti ilə “xxxx” MMC arasında bağlanmış ##.##.2023-cü il tarixli ***CRLN******* saylı baş kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsini təmin etmək məqsədilə bank ilə İbadov Emil Nazim oğlu (ipoteka qoyan) arasında ##.##.2023-cü il tarixli ***REAL******** saylı ipoteka müqaviləsinin 3.1-ci bəndində ipotekaya verilən əmlakın təsvir edilərək borcun İbadov Emil Nazim oğlunun mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, İbrahim Məmmədov küçəsi, 2a ünvanında yerləşən ümumi sahəsi 255.3 kv.m. olan qeyri-yaşayış sahəsi, ***REAL******** saylı ipoteka müqaviləsinin 3.1-ci bəndində ipotekaya verilən əmlakın təsvir edilərək borcun İbadov Emil Nazim oğlunun mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, İbrahim Məmmədov küçəsi, 2a ünvanında yerləşən ümumi sahəsi 34.6 kv.m. olan qeyri-yaşayış sahəsi, ***REAL******** saylı poteka müqaviləsinin 3.1-ci bəndində ipotekaya verilən əmlakın təsvir edilərək borcun İbadov Emil Nazim oğlunun mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, İbrahim Məmmədov küçəsi, 2a ünvanında yerləşən ümumi sahəsi 37.8 kv.m. olan qeyri-yaşayış sahəsi olduğu qeyd edilmiş, məhkəmə tərəfindən kredit müqaviləsi üzrə tutma məhz qeyd olunan əmlaklara yönəldilmişdir.
68. Kollegiya apellyatorun şikayətinin ipoteka predmetlərinin ilkin satış qiyməti ilə bağlı hissəsini də əsassız hesab edir. Belə ki, müvafiq qiymətlər birinci instansiya məhkəməsinin təyin etdiyi qiymətləndiricinin rəyi əsasında müəyyən olunmuşdur və apellyator əmlakların dəyərinin daha yüksək olduğuna dair alternativ qiymətləndirmə rəyləri təqdim etməmişdir.
69. Kollegiya vurğulamaq istəyir ki, tərəflər arasında bağlanmış ipoteka müqavilələrində müstəqil qiymətləndirici tərəfindən müəyyən olunmuş qiymətlərin ilkin satış qiyməti olmadığı qeyd olunmuşdur.(müqavilələrin 3.2-ci bəndi)
70. Qeyd olunmalıdır ki, qanunvericilik məhkəməyə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda təkrar ekspertiza təyin etmək hüququnu vermişdir,hazırkı iş üzrə verilmiş rəydə isə qeyri-aydın və ya ziddiyyətli xüsusatlar olmadığından təkrar qiymətləndirmə təyin edilməsinin prosessual əsasları mövcud deyildir.
71. Həmçinin, iş materillarından görünür ki, ekspert rəyi məhkəməyə daxil olduqdan sonra keçirilmiş məhkəmə iclaslarının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq cavabdehlər məhkəmə iclaslarında iştirak etməmiş, təkrar ekspertiza keçirilməsinə dair hər hansı vəsatət verməmişlər.
72. Beləliklə, apellyatorun apellyasiya şikayətində irəli sürdükləri formal mülahizələrdir, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
73. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə xərclərinə dair məsələyə də qiymət verməyin zəruriliyini vurğulayaraq kollegiya qeyd edir ki, apellyasiya şikayəti vermək üçün apellyatorun ödədiyi dövlət rüsumunun məbləği onun özünə aid olunmalıdır. Nəzərə alınmalıdır ki, məhkəmə xərclərinin bölüşdürülməsi məsələsi prosessual qanunvericiliklə tənzimləndiyindən, bununla bağlı qərar qəbul edərkən məhkəmə, müvafiq tələbin olub-olmamasına bağlı deyildir.
74. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
q ə t e t d i:
Cavabdeh “xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin ##.##.2025-cı il tarixli, *-*(***)-****/**** nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumu apellyatora aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.