Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2-2(3-6)-356/2026 29.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı “xxxx” ASC-nin cavabdeh “xxxx” ASC-yə qarşı “sığorta ödənişinin verilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə (açar sözlər: təkrar sığorta öhdəliyi üzrə sığorta ödənişi) Hakimlər Cəfərov Səməd Fəxrəddin oğlunun sədrliyi və məruzəsi ilə, X3 və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi Bayramlı Dəniz Natiq qızının katibliyi, Iddiaçının vəkili nümayəndə3, Iddiaçının nümayəndəsi nümayəndə4, Cavabdehin nümayəndəsi nümayəndə2, Cavabdehin nümayəndəsi və vəkili vəkil3 iştirakları ilə, Iddiaçı “xxxx” ASC-nin cavabdeh “xxxx” ASC-yə qarşı (Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs MMC mübahisə predmeti barəsində müstəqil tələb irəli sürə bilməyən üçüncü şəxs qismində cəlb edilməklə) “sığorta ödənişinin verilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, müəyyən etdi: Işin halları:
1. Iddiaçı cavabdeh arasında (həmçinin, “xxxx” ASC və “xxxxinsurance company”) ##.##.2019-cu il tarixdə “Əmlak üzrə təkrarsığorta müqaviləsi” bağlanmışdır. Müqavilənin müddəti 1 il - ##.##.2019-cu il tarixdən ##.##.2020-ci il tarixədək müəyyən edilmişdir. Sığorta müqaviləsi üzrə sığorta risklərinə yanğın (elektrik naqillərində baş verən qlsaqapanma dail olmaqla), ildırım düşməsi və s. aid edilmişdir.
2. Bu sığorta müqaviləsi üzrə risklərin ümumi həddi 15.000.000 manat müəyyən edilmişdir. Iddiaçının risk həddi 100.000 manat, ondan artıq hədd isə PR-T-**/**-** nömrəli birinci obliqator üzrə 400.000 manat (“xxxx” ASC 200 000 manat, cavabdeh 60.000 manat, “xxxxinsurance company” 140 000 manat) müəyyən edilmişdir). B******A**X**** saylı ikinci obliqator üzrə risklər isə bu qaydada bölüşdürlümşüdür: “Hannover Rück” SE “xxxx” – (Almaniya) 7.250.000 manat; “xxxx” ASC 725.000 manat; “Polish Re” – (Polşa) 3.625.000 manat; “xxxxinsurance company” (xxxx) OJSC (Rusiya) 1.450.000 manat məbləğində; “Mapfre Re” – (Ispaniya) 1.450.000 manat.
3. Iddiaçı ilə Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs MMC arasında ## ##### 2019-cu il tarixdə daşınmaz əmlakın icbari sığortası müqaviləsi bağlanmış və bu barədə sonuncuya BA seriyalı ****** nömrəli sığorta şəhadətnaməsi verilmişdir. Şəhadətnamədə sığortalanmış əmlak Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs MMC-yə məxsus Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsində yerləşən ticarət mərkəzinin 2-ci mərtəbəsinin 2000 m2-dən ibarət sahəsi sahəsindən ibarət olduğu göstərilmişdir. Müqavilə üzrə sığorta məbləği 1.250.000 manat, azadolma məbləği 49.500 manat, müddəti isə ##.##.2019-cu il tarixdən ##.##.2020-ci il tarixədək müəyyən edilmişdir.
4. ##.##.2019-cu il tarixdə baş vermiş yanğın hadisəsi nəticəsində sığorta obyektinə zərər dəymiş, hadisə ilə bağlı Fövqəladə Hallar Nazirliyinin Əməliyyat Istintaq idarəsində ********* nömrəli cinayət işi başlanılmış, sonradan Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinə göndərilmiş və Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs MMC-nin rəhbəri (direktoru) X5 və işçisi X6 barəsində cinayət təqibi aparılmışdır. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs MMCnin sifarişi əsasında “xxxx” MMC tərəfindən hazırlanmış ##.##.2019-cu il tarixli rəyə əsasən yanğın nəticəsində dəymiş ziyanın məbləği (tikinti-quraşdırma xərcləri üçün) 6.481.370 manat təşkil etmişdir.
5. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli iş üzrə ##.##.2021-ci il tarixli hökmü əsasında ##.##.2023-cü il tarixdə verilmiş icra sənədinə əsasən X5, X6 və Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs MMCdən müştərək qaydada 391.891 manat maddi ziyanın və 15 manat dövlət rüsumunun tutularaq tələbkar X10, 389.974 manat maddi ziyanın və 15 manat dövlət rüsumunun tutularaq tələbkar X7, 135.800 manat maddi ziyanın və 15 manat dövlət rüsumunun tutularaq tələbkar X19, 193.465 manat maddi ziyanın və 15 manat dövlət rüsumunun tutularaq tələbkar X4, 193 909 manat maddi ziyanın və 15 manat dövlət rüsumunun tutularaq tələbkar X27, 324.866 manat maddi ziyanın və 15 manat dövlət rüsumunun tələbkar X14, 115.083 manat maddi ziyanın tutularaq X14, 115.083 manat maddi ziyanın və 15 manat dövlət rüsumunun tutularaq tələbkar X8, 107.804,48 manat maddi ziyanın və 15 manat dövlət rüsumunun tutularaq tələbkar X16 ödənilməsinə dair qərar verilmişdir.
6. Bakı şəhəri Binəqədi rayon Icra şöbəsinin icra məmuru Məhəmməd Qaragözov ##.##.2023-cü il tarixdə təqdimatla Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs MMC-nin Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi ünvanında yerləşən daşınmaz əmlakına dair “xxxx” ASC tərəfindən icbari sığorta şəhadətnaməsi verilərək 1.250.000 manat vəsaitin nəzərdə tutulduğunu, hazırkı vaxtadək heç bir sığorta əməliyyatının həyata keçirilmədiyini bildirmiş, borclunun üçüncü şəxslərdə olan əmlakına həbs qoyulması barədə qərardad çıxarılmasını xahiş etmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2023-cü il tarixli qərardadı ilə təqdimat təmin olunaraq, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs MMC-nin “xxxx” ASC-də olan RAZ********** nömrəli sığorta şəhadətnaməsi üzrə sığorta üçün nəzərdə tutulmuş 1.250.000 manat pul vəsaitinin üzərinə həbs qoyulmuş, həmin qərardaddan “xxxx” ASC tərəfindən verilən şikayət Bakı Apellyasiya Məhkəməsinin ##.##.2023-cü il tarixli qərardadı ilə təmin edilməmişdir. Kollegiya birinci instansiya məhkəməsinin qərardadını və icra məmurunun qərarını əsaslı hesab edərək belə qənaətə gəlmişdir ki, borcludan tutulmuş pul məbləğinin bölüşdürülməsi və tələbkarların tələblərinin təmin edilməsinin növbəliliyi qanunla müəyyən olunmuş qaydada icra məmurunun səlahiyyətlərinə aid edilmiş, hazırkı halda icra məmuru ##.##.2021-ci il tarixli, *(***)-***/**** saylı icra sənədinin icrasının təmin olunması məqsədilə Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs MMC-nin “xxxx” ASC-də olan RAZ********** nömrəli sığorta şəhadətnaməsi üzrə sığorta üçün nəzərdə tutulmuş 1.250.000 manat pul vəsaitinin üzərinə həbs qoyulması qərara alınmışdır.
7. Bakı şəhəri Binəqədi rayon Icra şöbəsi tərəfindən “xxxx” Qapalı Səhmdar Cəmiyyətinə ##.##.2023-cü il tarixdə *** nömrəli inkasso sərəncamı göndərilmiş, ##.##.2023-cü il tarixində “xxxx” ASC-nin hesabından 1.250.000 manat silinərək Icra şöbəsinin bank hesabına köçürülmüş, ##.##.2023-cü il tarixdə icra məmuru Məhəmməd Qaragözov “borcludan tutulmuş pul məbləğlərinin tələbkarlar arasında bölüşdürülməsi haqqında” qərar qəbul etmiş, tələbkarların öz aralarında olan razılığına əsasən 1.250.000 manat pul vəsaiti onların arasında bölünmüşdür.
8. Bundan sonra, iddiaçı Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2023-cü il tarixli qərardadında qeyd edilmiş “1.250.000 manat pul vəsaitinə tələbin yönəldilməli olubolmadığı məsələsinə izah verilməsi” barədə ərizə ilə müraciət etmiş, lakin onun ərizəsi Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2023-cü il tarixli qərardadı ilə təmin olunmamışdır.
9. Daha sonra, iddiaçı şikayət ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, Binəqədi Rayon Icra şöbəsinin icra məmuru X34 ##.##.2023-cü il tarixli “borclunun üçüncü şəxslərdə olan əmlakı (pul vəsaitləri) üzərinə məhdudiyyət qoyulması haqqında” qərarının qanunsuz və əsassız sayılması, Bakı şəhəri Binəqədi rayon Icra şöbəsinin icra məmuru X34 və rəisi Ilham Həsənovun ”xxxx“ ASC-nin mülkiyyətində olan və “xxxx” QSC-də saxlanılan 1.250.000 manat məbləğində pul vəsaitinin ##.##.2023-cü il tarixində köçürülməsinə (alınmasına) dair hərəkətlərinin qanunsuz sayılması, Bakı şəhəri Binəqədi rayon Icra şöbəsinin icra məmuru X34 və rəisi Ilham Həsənovun “xxxx” QSC-yə verdiyi ##.##.2023-cü il tarixli *** saylı inkasso sərəncamının qanunsuz sayılması və həmin sərəncamın ləğv edilməsi barədə qərardad çıxarılmasını xahiş etmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2023-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmişdir. Həmin qərardaddan iddiaçı tərəfindən verilmiş şikayət isə Bakı Apellyasiya Məhkəməsinin##.##.2023-cü il tarixli qərardadı ilə təmin olunmamışdır.
10. Bundan başqa, iddiaçının Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə, onun vəzifəli şəxsləri X9, X15 və X34 qarşı onlardan 49.500 manat pul vəsaitinin müştərək qaydada onun xeyrinə tutulması barədə iddiası Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2023-cü il tarixli qətnaməsi ilə iddia təmin olunmamış, həmin qətnamədən iddiaçının verdiyi apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin ##.##.2024-cü il tarixli qətnaməsi ilə təmin edilməmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi isə Azərbaycan Respublikası Ali Məhkəməsinin ##.##.2024-cü il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır.
11. Həmçinin, “xxxx” ASC-nin Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs MMC-yə qarşı 49.500 manat azadolma məbləği və 925.887 manat əsassız sığorta ödənişi olmaqla, ümumilikdə 975.387 manat məbləğində pulun xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Bakı Kommersiya Məhkəməsinin ##.##.2024-cü il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. Həmin qətnamdən Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs MMC-nin tərəfindən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *-*(***)- ***/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsi ilə qismən təmin edilmiş, Bakı Kommersiya Məhkəməsinin e-*-*(***)-****/**** saylı, ##.##.2024-cü il tarixli qətnaməsi Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs MMC-dən sığorta ödənişinin əsassız verilməsinə görə 925.887 manatın tutulub “xxxx” ASC-nə ödənilməsi” hisəsində ləğv olunması, iddia tələbinin həmin hissədə təmin edilməmsi, qətnamənin “dövlət rüsumunun əvəzi qismində 1.265,5 manatın Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs MMC-dən tutulub “xxxx” ASC-yə ödənilməsi” hissəsində dəyişdirilmiş, iddia ərizəsi üçün ödənilmiş dövlət rüsumuna görə 238,5 manat Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs MMC-dən alınıb “xxxx” ASC-yə ödənilməsi, iddia ərizəsi üçün ödənilmiş dövlət rüsumunun qalan hissəsinin “xxxx” ASC-nin özünə aid olunması, qətnamənin qalan hissədə, yəni Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs MMC-dən 49.500 manat pulun tutulub “xxxx” ASC-yə ödənilməsi” hisəsində apellyasiya baxışının predmeti olmadığının nəzrə alınması qərara alınmışdır.
12. Bundan başqa, Azərbaycan Respublikası Mərkəzi Bankının iddiaçının Idarə heyətinin sədrinə ünvanladığı ##.##.2025-ci il tarxli məktubunda qeyd edilmişdir ki, “xxxx” ASC tərəfindən 2019-cu il üzrə təqdim edilmiş illik dəqiqləşdirilmiş hesabatda RAZ********** nömrəli sığorta müqaviləsi üzrə ##.##.2019-cu il tarxində baş vermiş sığorta hadisəsinə görə 1.200.500 manat məbləğində bildirilmiş, lakin tənzimlənməmiş zərərlər ehtiyatının yaradıldığı bəyan edilmişdir.
13. Iddiaçının Idarə heyəti sədrinin müavini təfəfindən Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs MMC-yə göndərdiyi ##.##.2023-cü il tarixli cavab məktubundan isə görünür ki, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs MMC-yə ##.##.2023-cü il tarixdə “xxxx” ASC-yə ərizə (məktub) ünvanlayaraq 1.250.000 manat sığorta ödənişinin ödənilməsini xahiş etmiş, iddiaçı isə həmin məktubunda bildirmişdir ki, əmlak sığortası üzrə sığorta hadisəsi kimi tanına bilən hadisə və ya hal baş verdiyi anda sığorta marağı mövcud olmadıqda, həmin hadisə və ya hal sığorta hadisəsi hesab edilmir və sığortaçı sığorta ödənişi üzrə vəzifələrinin icrasından azad edilir.
14. Iddiaçı ilə fərdi sahibkar X20 arasında əmlakın yanğından və və digər əlavə rikslərdən sığortasına dair müqavilə bağlanmış və həmin müqavilə üzrə sonuncuya ****** nömrəli sığorta şəhadətnaməsi verilmişdir. Sığorta müqaviləsinin müddəti 1 il - ##.##.2019- ##.##.2020-ci il, sığorta ödənişi 30.000 manat azadolma məbləği isə 600 manat müəyyən edilmişdir. Sığortalanmış əmlak Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi 1 ünvanında yerləşən qeyr-yaşayış sahəsindən ibarət olmuşdur. ##.##.2029-cu il tarixdə yanğın hadisəsi baş verməsi, hadisə nəticəində sığortalanmış həmin əmlaka 29.500 manat ziyan dəyməsi, azadolma məbləği çıxıldıqdan sonra 28.900 manat məbləğində sığorta ödənişinin faydalanan şəxs X20 ödənilməsi barədə ##.##.2020-ci il tarixli Sığorta aktı tərtib edilmişdir.
15. Iddiaçı ilə fərdi sahibkar X11 arasında əmlakın yanğından və digər əlavə rikslərdən sığortasına dair müqavilə bağlanmış və həmin müqavilə üzrə sonuncuya ****** nömrəli sığorta şəhadətnaməsi verilmişdir. Sığorta müqaviləsinin müddəti 1 il - ##.##.2019- ##.##.2020-ci il, sığorta ödənişi 20.000 manat azadolma məbləği isə 400 manat müəyyən edilmişdir. Sığortalanmış əmlak Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi 1 ünvanında yerləşən qeyr-yaşayış sahəsindən ibarət olmuşdur. ##.##.2029-cu il tarixdə baş vermiş yanğın hadisəsi nəticəində sığortalanmış həmin əmlaka 19500 manat maddi zərər dəydiyi, azadolma məbləği çıxıldıqdan sonra 19.100 manat məbləğində sığorta ödənişinin faydalnan şəxs X11 ödənilməsi barədə ##.##.2020-ci il tarixli Sığorta aktı tərtib edilmişdir.
16. ##.##.2023-cü il tarixli təkrar sığorta üzrə zərərlərin tənzimlənməsinə dair ** nömrəli akt əsasında 176.922,89 manat sığorta ödənişi “Polish Re” tərəfindən (##.##.2023cü il tarixdə iddiaçının hesabına mədaxil edilmişdir), ##.##.2023-cü il tarixli təkrar sığorta üzrə zərərlərin tənzimlənməsinə dair ** nömrəli akt əsasında 69980,50 manat sığorta ödənişi “Mapf Re” tərəfindən (##.##.2023-cü il tarixdə iddiaçının hesabına mədaxil edilmişdir), ##.##.2024-cü il tarixli təkrar sığorta üzrə zərərlərin tənzimlənməsinə dair ** nömrəli akt əsasında 75.200 manat sığorta ödənişi “xxxx” ASC tərəfindən (##.##.2024-cü il tarixdə iddiaçının hesabına mədaxil edilmişdir), ##.##.2024-cü il tarixli təkrar sığorta üzrə zərərlərin tənzimlənməsinə dair ** nömrəli akt əsasında 128.235,15 manat sığorta ödənişi “xxxx” ASC tərəfindən (##.##.2024-cü il tarixdə iddiaçının hesabına mədaxil edilmişdir) və ##.##.2025-ci il tarixli təkrar sığorta üzrə zərərlərin tənzimlənməsinə dair ** nömrəli akt əsasında 339.094,69 manat sığorta ödənişi “xxxx” ASC tərəfindən (##.##.2025-ci il tarixdə iddiaçının hesabına mədaxil edilmişdir) iddiaçıya ödənilmişdir.
17. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının *-*(***)-***/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsi üzrə işin faktiki halları kimi müəyyən olunmuşdur ki, (həmin iş üzrə müəyyən edilmiş faktiki halların hazırkı mübahisə üzrə işin fakiki halları ilə bibaşa bağlılığı vardır) Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs MMC ##.##.2021-ci il tarixdə “xxxx” ASC-yə ərizə (məktub) ünvanlayaraq 1.250.000 manat sığorta ödənişinin ödənilməsini xahiş etmiş, lakin həmin müraciətə cavab verilməmişdir. “xxxx” ASC tərəfindən ##.##.2022-ci il tarixində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə “Icbari sığortalar haqqında” Qanunun 17.1.4-cü maddəsi ilə tələb olunan sənədlərin alınması üçün sorğu verilmiş, lakin sorğu cavablandırılmamışdır. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs MMC ##.##.2022-ci il tarixdə Mərkəzi Bankın Sığorta fəaliyyətinə nəzarət departamentinin direktoruna və “xxxx” ASC-nin Idarə heyətinin sədrinə müraciət ünvanlayaraq, dəfələrlə olunmuş müraciətlərə baxmayaraq sığorta ödənişinin verilmədiyini bildirmiş, 1.250.000 manat sığorta məbləğinin ödənilməsinə köməklik göstərilməsini xahiş etmişdir. Həmin müraciətə Mərkəzi Bankın Baş direktoru tərəfindən ##.##.2022-ci il tarixdə verilmiş cavab məktubunda bildirilmişdir ki, “xxxx” ASC tərəfindən Binəqədi Rayon Məhkəməsinə ünvanlanmış sorğu cavablandırıldıqdan və müvafiq sənədlər sığorta şirkətinə təqdim olunduqdan sonra sığorta ödənişinin verilməsi məsələsinə baxılacaqdır. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs MMC-nin “xxxx” ASC-yə ünvanladığı ##.##.2022-ci il tarixli məktuba da cavab olaraq “xxxx” ASC tərəfindən bildirilmişdir ki, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs ticarət mərkəzində baş vermiş yanğın hadisəsi ilə bağlı Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilmiş sorğu məktubuna cavab verilməmişdir. “xxxx” ASC tərəfindən Azərbaycan Respublikasının Mərkəzi Bankına və Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs MMC-nə ünvanlanmış ##.##.2022-ci il tarixli məktubda bildirilmişdir ki, “##.##.2019-cu il tarixində Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, 1 ünvanında yerləşən Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs ticarət mərkəzində baş vermiş yanğın hadisəsi ilə bağlı Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə hadisənin təfərrüatlarını təsdiq edən yekun qərarın əldə edilməsi məqsədilə sorğu məktubu ünvanlanmışdır və yekun qərar təqdim edildikdən sonra sığorta əməliyyatı həyata keçiriləcəkdir”. Bakı şəhəri Binəqədi rayon Icra şöbəsi tərəfindən “xxxx” ASC-yə ##.##.2023-cü il tarixdə sorğu göndərilmiş (“xxxx” ASC-nə ##.##.2024-cü il tarixdə daxil olmuşdur), sorğuda Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2021-ci il tarixli hökmü əsasında verilmiş icra vərəqəsinə əsasən borclu Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs MMC-nin sığorta ödənişləri barədə məlumatların göndərilməsi, habelə Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs MMC-yə ödənilməli olan sığorta ödənişlərinin köçürülməsindən əvvəl Bakı şəhəri Binəqədi rayon Icra şöbəsinə rəsmi məlumat verilməsi xahiş olunmuşdur. “xxxx” ASC-nin Idarə heyəti sədrinin müavini həmin sorğuya verdiyi ##.##.2023-cü il tarixli cavab məktubunda bildirmişdir ki, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs MMC-yə dair hər hansı bir sığorta əməliyyatı həyata keçirilməmişdir. “xxxx” ASCnin Idarə heyəti sədrinin müavini Bakı şəhəri Binəqədi rayon Icra şöbəsinə ünvanladığı ##.##.2023-cü il tarixli məktubda bildirmişdir ki, sığortaçı tərəfindən Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs MMC-yə hər hansı sığorta ödənişinin verilməsi nəzərdə tutulmamışdır.
Birinci instansiya məhkəməsindəki icraat:
18. Iddiaçı 97.447 manat məbləğində sığorta ödənişi, 72.305 manat məbləğində dəbbə pulu və dövlət rüsumu üçün ödənilmiş 459,75 manat, ümumilikdə 170.211,75 manat məbləğində pul vəsaitinin cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
19. Iddia ərizəsi onunla əsaslandırılmışdır ki, ##.##.2019-cu il tarixində “xxxx” ASC bağladığı sığorta müqavilələri üzrə risklərin bir hissəsini sığorta qanunvericiliyində nəzərdə tutulmuş qaydada PR-T-**/**-** nömrəli birinci obliqator “Əmlak üzrə təkrarsığorta müqaviləsi”nə əsasən, “xxxx” ASC, “xxxxinsurance company” (xxxx) OJSC (Rusiya) və “xxxx” ASC arasında bölüşdürmüşdür. Iddiaçının bağladığı sığorta müqavilələrində nəzərdə tutulmuş sığorta hadisələrinin baş verdiyi təqdirdə, təkrarsığortaçıların iddiaçının 100.000 manat məbləğində şəxsi tutumundan artıq olan: 1) “xxxx” ASC-nin 200.000 manat məbləğində; 2) “xxxx” ASC-nin 60.000 manat məbləğində; 3) “xxxxinsurance company” (xxxx) OJSC (Rusiya)-nin 140.000 manat məbləğində payı, yəni sığorta ödənişi vermək öhdəliyi razılaşdırılmışdır. Bundan başqa, ##.##.2019-cu il tarixində iddiaçının bağladığı sığorta müqavilələri üzrə risklərin digər hissəsini sığorta qanunvericiliyində nəzərdə tutulmuş qaydada B******A**X**** nömrəli ikinci obliqator “Əmlak üzrə təkrarsığorta müqaviləsi”nə əsasən, “xxxx” ASC (Azərbaycan), “Hannover Rück” SE “xxxx” (Almaniya), “Polish Re” (Polşa), “xxxxinsurance company” (xxxx) OJSC (Rusiya) və “Mapfre Re” (Ispaniya) təkrarsığortaçılar arasında bölüşdürmüşdür. Iddiaçının əmlak üzrə bağladığı sığorta müqavilələrində nəzərdə tutulmuş sığorta hadisəsi baş verdiyi təqdirdə, aşağıdakı təkrarsığortaçıların: 1) “Hannover Rück” SE “xxxx” – (Almaniya) 7.250.000 manat məbləğində; 2) “xxxx” ASC-nin 725.000 manat; 3) “Polish Re” – (Polşa) 3.625.000 manat məbləğində; 4) “xxxxinsurance company” (xxxx) OJSC (Rusiya) 1.450.000 manat məbləğində; 5) “Mapfre Re” – (Ispaniya) 1.450.000 manata məbləğində payı, yəni sığorta ödənişi vermək öhdəliyi razılaşdırılmışdır. Sığorta müqavilələrində nəzərdə tutulmuş sığorta hadisəsinin baş verdiyi təqdirdə, təkrarsığortaçıların qeyd olunan 2 obliqator təkrarsığorta müqaviləsi üzrə iddiaçının (təkrarsığortalının) 100.000 manat şəxsi tutumundan artıq olan 14.900.000 manat məbləğində sığorta ödənişi vermək öhdəliyi müqavilədə təsbit olunmuşdur. Iddiaçı tərəfindən təkrarsığortaçılara birinci obliqator müqavilə üzrə 244.200 manat təkrarsığorta haqqı, ikinci obliqator müqavilə üzrə 448.227 manat təkrarsığorta haqqı, ümumilikdə isə 692.427 manat məbləğində təkrarsığorta haqqı ödənilmişdir. ##.##.2019-cu il tarixində iddisaçı tərəfindən daşınmaz əmlakın icbari sığorta növü üzrə təminat verilən Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi 1 ünvanında yerləşən “xxxx Ticarət Mərkəzi”ndə yanğın hadisəsi baş vermiş və MMC-nin tikililərinə (daşınmaz əmlak) külli miqdarda ziyan dəymişdir. Sözügedən yanğın hadisəsi ilə bağlı icraat aparan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin № *(001)-376/2023 nömrəli, ##.##.2023-cü il tarixli qərardadına əsasən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2021-ci il tarixli, *(***)-***/**** saylı icra sənədinin icrasının təmin olunması məqsədilə Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs MMC-nin iddisaçıda olan RAZ********** nömrəli sığorta şəhadətnaməsi üzrə sığorta üçün nəzərdə tutulmuş 1.250.000 manat pul vəsaitinin üzərinə həbs qoyulmuşdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin № *(001)-376/2023 nömrəli, ##.##.2023-cü il tarixli qərardadının icrası ilə bağlı Binəqədi rayon Icra Şöbəsinin ##.##.2023-cü il tarixində inkasso sərəncamına əsasən, iddiaçının “xxxx” QSC-də saxlanılan 1.250.000 manat pul vəsaitinə icra tələbi yönəlmişdir. Azərbaycan Respublikasının Məhkəmə Hakimiyyəti tərəfindən RAZ********** nömrəli daşınmaz əmlakın icbari sığorta müqaviləsi üzrə 1.250.000 manat məbləğində pul vəsaitinin tutulması barədə yerli və xarici təkrarsığortaçılara məlumat (sığorta tələbi) verilmişdir. Sığorta hadisəsinin tənzimlənməsi istiqamətində tərtib olunan ödəniş cədvəlinə əsasən təkrarsığortaçılar – “xxxx” ASC-nin riskdə payı (GROSS) 200.000 manat, AzRe ASC-nin payı (GROSS) 97.447 manat, “xxxxinsurance company” (xxxx) OJSC (Rusiya)-nın payı (GROSS) 214.893 manat, xxxx (Almaniya) payı (GROSS) 374.465 manat, Polish Re (Polşa) payı (GROSS) 187.233 manat, “Mapfre Re” – (Ispaniya) payı 74.893 manat olmaqla, cəmi 1.148.930 manat məbləğində müəyyən edilmişdir. Cavabdeh istisna olmaqla təkrarsığortaçılar qeyd edilən məbləğlərdə ödəniş etmişlər. Lakin, cavabdeh bu günə qədər üzərinə düşən 97.447 manat məbləğində pul öhdəliyini icra etməmişdir. Aparılan işgüzar yazışmalar və şifahi danışıqlar heç bir nəticə verməmişdir. Cavabdeh tərəfindən öhdəliyin icra edilməməsinin xronologiyası: 1. ##.##.2019-cu il tarixində iddiaçı tərəfindən cavabdehə «sığorta hadisəsi barədə ilkin məlumat» verilmişdir; 2. ##.##.2023-cü il tarixində iddiaçı tərəfindən cavabdehə «həyata keçirilən məcburi sığorta ödənişi barədə» bildiriş göndərilmişdir. Bu bildirişdə sığorta ödənişinin edilməsi tələb olunurdu. 3. Həmin tarixdə (##.##.2023), əlavə olaraq, «sığorta ödənişinin verilməsi barədə» təkrar məlumat çatdırılmışdır; 4. ##.##.2023-cü il tarixində «sığorta ödənişinin verilməsi üçün tələb olunan bütün sənədlər» tam şəkildə cavabdehə təqdim edilmişdir. Cavabdeh ##.##.2023-cü il tarixində qanunla nəzərdə tutulan sənədlərin sonuncusu daxil olduğu tarixdən etibarən 7 iş günündən gec olmayaraq, yəni ##.##.2023-cü il tarixinə kimi sığorta ödənişini həyata keçirməmişdir. Cavabdeh sığorta ödənişinin verilməsini ##.##.2023-cü il tarixindən ##.##.2025-ci il tarixinə kimi, ümumilikdə 742 gün müddətində gecikdirmişdir. Bu səbəbdən, cavabdeh gecikdirilmiş 742 gün üçün aşağıdakı hesablamaya əsasən əlavə dəbbə pulu ödəməlidir: 742 gün (gecikmə müddəti) x 97.447 manat (sığorta ödənişi məbləği) x 0.1% (dəbbə pulu faizi) = 72.305 manat.
20. Bundan başqa, iddiaçı tərəfindən ##.##.2025-ci il tarixli əlavə yazılı izahat təqdim edilməklə göstərilmişdir ki, “xxxx” ASC PR-T-01/19-15 və B079019A26X5001 «Obliqator» və «Qeyri-mütənasib» təkrarsığorta müqavilələrinə əsasən, bir çox sığorta riskləri ilə yanaşı, aşağıda göstərilən və gerçəkləşmiş riskləri də təkrarsığortaçılara ötürmüşdür: RAZ********** saylı sığorta müqaviləsi üzrə Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs MMC-nin daşınmaz əmlakı; AZ/****** saylı sığorta müqaviləsi üzrə X12 daşınar əmlakı; AZ/****** saylı sığorta müqaviləsi üzrə X20 daşınar əmlakı. ##.##.2019-cu il tarixində Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi 1 ünvanında yerləşən “xxxx Ticarət Mərkəzi”ndə yanğın hadisəsi baş vermişdir. Yanğın hadisəsi nəticəsində bir çox şəxslərə, o cümlədən sığortalı Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs MMC-nin tikililərinə, X12 daşınar əmlakına, X20 daşınar əmlakına külli miqdarda ziyan dəymişdir. Azərbaycan Respublikası FHN ƏII-nin «cinayət işinin başlanılması haqqında» qərarına əsasən Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs ticarət mərkəzində yanğın hadisəsi baş vermiş, nəticədə ümumi sahəsi 4.5 ha olan ticarət mərkəzinin təxminən 17.500 kv. metr sahəsində olan ticarət sahələri, eləcə də satış üçün nəzərdə tutulmuş müxtəlif təyinatlı tikinti materialları yanğının təsirindən yanaraq məhv olmuşdur. X12 daşınar əmlakına əmlak üzrə ekspert Ilqar Zeynalovun ##.##.2020-ci il tarixli *** saylı dəymiş zərərin hesabatına əsasən, 19.500 manat məbləğində dəymişdir. X20 daşınar əmlakına əmlak üzrə ekspert Ilqar Zeynalovun ##.##.2020-ci il tarixli *** saylı dəymiş zərərin hesabatına əsasən, 29.500 manat məbləğində zərər dəymişdir. ##.##.2019-cu il tarixində Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi 1 ünvanında yerləşən “xxxx Ticarət Mərkəzi”ndə baş vermiş yanğın hadisəsi ilə bağlı aşağıdakı əsaslarla sığorta əməliyyatı həyata keçirilmişdir: AZ/****** nömrəli, ##.##.2020-ci il tarixli akta əsasən 19.100 manat sığorta ödənişi verilmişdir. AZ/****** nömrəli, ##.##.2020-ci il tarixli akta əsasən 28.900 manat sığorta ödənişi verilmişdir. Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin № *(001)-376/2023 nömrəli, ##.##.2023-cü il tarixli qərardadının icrası ilə bağlı Binəqədi rayon Icra Şöbəsinin ##.##.2023-cü il tarixində inkasso sərəncamına əsasən, “xxxx” ASC-nin “xxxx” QSC-də saxlanılan 1.250.000 (bir milyon iki yüz əlli min) manat pul vəsaitinə icra tələbi yönəlmişdir. Beləliklə, RAZ********** saylı sığorta müqaviləsinə uyğun olaraq, sığortalı Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs MMC-nin borclarının ödənilməsi və passivlərinin azaldılması üçün cinayət işi üzrə tələbkarlara 1.250.000 AZN vəsait ödənilmişdir. ##.##.2019-cu il, ##.##.2019-cu il, ##.##.2019-cu il, ##.##.2019-cu il və ##.##.2023-cü il tarixlərində baş vermiş yanğın hadisəsi haqqında bütün təkrarsığorta müqavilələrinin tərəfləri elektron poçt (e.mail) vasitəsilə məlumatlandırılmışdır. ##.##.2023-cü il tarixində, saat 16:52-də “xxxx” ASC-nin əməkdaşı Cəlal Mehdiyev tərəfindən cavabdeh təkrarsığorta şirkətinin rəhbər şəxsi Ivan Samsonova, "xxxx" şirkətinin rəhbəri Azər Dadaşova və Rusiya təkrarsığorta şirkətinin əməkdaşı Antonova, habelə saat 16:54-də "xxxx" Beynəlxalq təkrarsığorta broker şirkətinin əməkdaşı Yuriy Kovtuna elektron poçt vasitəsilə sığorta ödənişi üçün tələb olunan bütün sənədlər göndərilmişdir. ##.##.2023-cü il tarixində, saat 16:52-də “xxxx” ASC-nin əməkdaşı Cəlal Mehdiyev tərəfindən cavabdeh təkrarsığorta şirkətinin rəhbər şəxsi Ivan Samsonova, "xxxx" şirkətinin rəhbəri Azər Dadaşova və Rusiya təkrarsığorta şirkətinin əməkdaşı Antonova, habelə saat 16:54-də "xxxx" Beynəlxalq təkrarsığorta broker şirkətinin əməkdaşı Yuriy Kovtuna elektron poçt vasitəsilə sığorta ödənişi üçün tələb olunan bütün sənədlər göndərilmişdir. Lakin ##.##.2025-ci il tarixindən başlayan məhkəmə hazırlıq iclaslarında cavabdeh tərəfi təmsil edən 2 nəfər səlahiyyətli nümayəndə (Vəkil) ##.##.2019, ##.##.2019, ##.##.2019, ##.##.2019, ##.##.2023-cü il tarixlərində verilən məlumatları və ##.##.2023-cü il tarixlərində verilən sonuncu sənədlərdən sonra ##.##.2025-ci il tarixində məhkəməyə müraciət edilən dövrə kimi, yəni 742 gün ərzində iddiaçı tərəfə heç bir «reaksiya verməməsinin» səbəbinə dair heç bir sübut və ya arqument gətirə bilməmişdir. Halbuki, Azərbaycan Respublikası MMin 934.1-ci maddəsinə əsasən, bu Məcəllənin 933.1-ci maddəsində nəzərdə tutulan sənədlərdən sonuncusunun sığortaçıya daxil olduğu tarixdən 7 iş günündən gec olmayaraq sığortaçı «sığorta ödənişini verməli», yaxud sığortalıya, sığorta olunana və ya faydalanan şəxsə «sığorta ödənişinin verilməsindən imtina» haqqında yazılı şəkildə əsaslandırılmış bildiriş təqdim etməlidir. Rəsmi yazışmalarla paralel olaraq, sığorta hadisəsinin tənzimlənməsi istiqamətində tərəflər arasında danışıqlar aktiv şəkildə davam etmişdir. ##.##.2023-cü il tarixli ərizə və etibarnamədən də göründüyü kimi, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs MMC-nin nümayəndəsi X13 bu danışıqları aparan şəxs olmuşdur. Azərbaycan Respublikası Mərkəzi Bankının ##.##.2025ci il tarixli, *-*-**/*-*****/**** nömrəli rəsmi cavab məktubu cavabdehin iddiaçı tərəfindən yanğın hadisəsinin sığorta hadisəsi kimi tanınmaması və sığorta ödənişinin edilməsindən imtina edilməsi barədə iddialarını birbaşa rədd edir. “xxxx” ASC, RAZ********** nömrəli müqavilə (Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs MMC-yə aid) üzrə ##.##.2019-cu il tarixli yanğın hadisəsinə görə 1.200.500 (bir milyon iki yüz min beş yüz) manat məbləğində zərər müəyyən edildiyini bildirmiş, lakin tənzimlənməmiş zərər ehtiyatı yaratmışdır. Bu sənəd, “xxxx” ASC-nin hadisəni rəsmi olaraq sığorta hadisəsi kimi tanıdığını və ödəniş öhdəliyini saxladığını sübut edir. Sığorta ehtiyatı yaradılıbsa, bu, sığorta ödənişindən imtina edilmədiyini göstərən rəsmi, təkzibedilməz maliyyə sənədidir. Həmin ehtiyatın ləğv olunmasına dair hər hansı bir maliyyə prosesi baş verməmiş və dövlətə bəyan edilməmişdir.
21. Cavabdeh iddia ərizəsinə etirazını yazılı şəkildə təqdim edərək bildirmişdir ki, ilkin sığorta müqaviləsi üzrə sığortalı olan Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs MMC-də ##.##.2019-cu il tarixində yanğın hadisəsi baş vermişdir. Həmin hadisənin araşdırılmasının nəticəsi olaraq müəyyən edilmişdir ki, hadisə ilə bağlı sığorta ödənişinin verilməsinə əsas yaranmamışdır. Belə ki, sığorta olunan əmlakın sığorta məbləği real bazar dəyərindən aşağı göstərilmiş, həmçinin, təqdim olunan müstəqil ekspert hesabatına əsasən, hadisə nəticəsində dəymiş zərərin həcmi 748.123,54 AZN məbləğində qiymətləndirilmişdir. Hazırkı iş üzrə iddiaçı haqlı olaraq "Icbari sığortalar haqqında" AR Qanununun 35.3.4-cü maddəsinə istinad edilməklə, sığorta ödənişinin verilməsindən imtina etmişdir. Sığorta müqaviləsinin tərəfi olan Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs MMC tərəfindən həmin imtina qərarı mübahisələndirilməmiş, məhkəmədə hər hansı iddia qaldırılmamışdır. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs MMC tərəfindən mümkün ola biləcək həmin tələbi üzrə iddia müddəti də ötürülmüşdür. Başqa sözlə desək, ilkin sığorta müqaviləsinin subyektləri (sığortaçı "xxxx” ASC və sığortalı Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs MMC) arasında hadisənin sığorta hadisəsi olmadığı və sığorta ödənişi verilməsi üctin əsas yaranmadığı mübahisə mövzusu olmamışdır. Iddiaçı tərəfindən “yanğın hadisəsi ilə bağlı icraat” kimi təqdim edilməklə, bunu “sığorta hadisəsi” və ya “sığorta ödənişi verilməsinə” əsas verən “preyudisial” məhkəmə qətnaməsi kimi təqdim etməyə cəhd etdiyi Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ##.##.2023-cü il tarixli qərardadına gəldikdə isə qeyd edilməlidir ki: - həmin qərardad “sığortaçı” ilə “sığortalı” arasında sığorta münasibətlərindən irəli gələn mübahisəyə dair məhkəmə qətnaməsinin deyil, sığortaçının tərəf olmadığı mülki iş üzrə, yəni, fiziki şəxslər X10, X7, X19, X4, X27, X14, X14, X8 və X16, X5, X6 və Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs MMC-yə qarşı (yəni, daşınmaz əmlak icarəçilərinin icarəyəverənə qarşı) zərərin əvəzinin ödənilməsinə dair iddiasını təmin etmiş Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2021-ci il tarixli, *(***)-***/**** saylı qətnaməsinin icrası ilə bağlı verilmiş icra sənədi üzrə icra məmuru tərəfindən Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs MMC-nin “xxxx” ASC-də olan 1.250.000 manat məbləğinin üzərinə həbs qoyulmasına dair icra məmurunun təqdimatına baxılmasının nəticəsi kimi qəbul edilmiş qərardaddır. Qeyd edilən qərardad qanunsuz olmaqla yanaşı cavabdehə münasibətdə preyudisial deyil.- həmin məhkəmə işi üzrə Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs MMC hər hansı sığorta ödənişi tələb edən iddiaçı deyil icarəçilərə zərərin əvəzini ödəməli olan cavabdeh qismində çıxış etmişdir və icra sənədi üzrə də “borclu” statusunda olmuşdur. Nə iddiaçı, nə də cavabdeh iddiaçının istinad etdiyi “yanğın hadisəsi ilə bağlı icraat” üzrə məhkəmə mübahisəsinin tərəfi olmadığından, həmçinin həmin məhkəmə qətnaməsi ilə hadisənin “sığorta hadisəsi” olub-olmadığı müəyyən edilmədiyindən (və edilə də bilmədiyindən), başqa sözlə desək, həmin mübahisə nə subyekt baxımından, nə də müəyyən etdiyi fakt baxımından Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinin təsir dairəsinə düşmədiyindən hazırkı iş üzrə preyudisial əhəmiyyət kəsb edən hal kimi tətbiq edilə bilməz. Bundan əlavə, iddiaçı tərəfindən irəli sürülən ödəniş tələbinin digər əsaslara görə də təmin edilməsinin qeyri-mümkün olması barədə ##.##.2025-ci il tarixli məktubda təkrarsığorta müqaviləsinin müvafiq müddəalarına istinad edilməklə izah verilmiş və bildirilmişdir ki: - Müqavilədən kənar öhdəliklərin istisnası (Exclusion of Extracontractual Obligations): Müqaviləyə əsasən, Təkrarsığortaçı Təkrarsığortalınin müqavüədən kənar öhdəliklərindən irəli gələn hər hansı iddiaya görə məsuliyyət daşımır; Zərərlər haqqında məlumatlandırma (X1.se): Müqavilə şərtlərinə uyğun olaraq, prioritetin 50%-ni, yəni 50.000,00 AZN (əlli min manat) aşan zərərlər barədə məlumat, məlum olduğu tarixdən etibarən ən geci 30 (otuz) gün ərzində Təkrar sığortaçıya təqdim edilməlidir. Lakin bu öhdəlik yerinə yetirilməmişdir; iddiaların birgə tənzimlənməsi (X21); Təkrarsığortalı zərərin tənzimlənməsi prosesində Təkrar sığortaçının iştirakını təmin etməlidir. Bu iştirak təmin edilmədiyindən, iddianın obyektiv qiymətləndirilməsi üçün zəruri şərait yaradılmamışdır; Birgə olmayan məsuliyyət (X17 - LSW1001); Məktubunuzda digər Təkrar sığortaçıların da zərərdə iştirak etdiyi qeyd olunmuşdur. Lakin müvafiq müddəaya əsasən, təkrar sığortaçılar yalnız öz iştirak payları qədər ayrıca məsuliyyət daşıyırlar və digər Təkrar sığortaçıların mövqeyi və öhdəlikləri onlar üçün hüquqi nəticə doğurmur. Hətta fərziyə olaraq, baş vermiş hadisənin sığorta hadisəsi kimi qəbul edilməsi (hərçənd ki, iddiaçı özü də bu hadisənin sığorta hadisəsi olmadığını etiraf etmiş və sığorta ödənişi verilməsindən imtina etmişdir) halında da iddiaçının təkrarsığorta müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyi səbəbindən cavabdeh tərəfindən sığorta ödənişi verilməsindən imtina əsaslı olmuşdur və istənilən halda iddia əsassız olmaqla rədd edilməlidir.
22. Cavabdehin vəkili və nümayəndəsi sonradan verdiyi yazılı etirazında qeyd etmişdir ki, iddiaçı tərəfindən elektron məhkəmə sisteminə əlavə edilmiş ##.##.2025-ci il tarixli arayışda Azərbaycan Respublikasının Mərkəzi Bankının müvafiq məktubuna istinad edilməklə bildirilmişdir ki, iddiaçı “xxxx” ASC RAZ********** nömrəli müqavilə üzrə ##.##.2019-cu il tarixli yanğın hadisəsinə görə 1.200.500 manat məbləğində bildirilmiş, lakin tənzimlənməmiş zərər ehtiyatı formalaşdırmışdır. Iddiaçı bu faktı əsas gətirməklə, guya həmin ehtiyatm yaradılmasının hadisənin rəsmi olaraq sığorta hadisəsi kimi tanınmasını və ödəniş öhdəliyini saxladığım sübut etdiyini qeyd etmişdir. Sığorta ehtiyatı sığortaçıya gələcək öhdəliklərini yerinə yetirmək üçün əvvəlcədən ayndığı maliyyə vəsaitidir. Mərkəzi Bankın ##.##.2025-ci il tarixli məktubunda sözügedən hadisənin sığorta hadisəsi kimi tanınıbtanınmaması barədə heç bir hüquqi mövqe bildirilmir, təkrarsığortaçıya qarşı sığorta ödənişinin həyata keçirilməsinə dair hər hansı icrası məcburi olan göstəriş və ya təqdimat verilməmiş, məktub rəsmi nəzarət tədbiri və ya yazılı göstəriş xarakteri daşımır, yəni Mərkəzi Bankın tənzimləyici aktı hesab edilmir. Bununla da aydm olur ki, həmin məktub yalnız iddiaçının sorğusuna cavab olaraq, sorğu predmetinə dair ümumi xarakterli məlumatdan ibarətdir və konkret sığorta hadisəsinin mövcudluğu və ya ödəniş öhdəliyinin qəbul edilməsi barədə hüquqi nəticə doğurmur. Bu səbəbdən iddiaçının Mərkəzi Bankın cavab məktubunu sığorta hadisəsinin tanınması və ya ödəniş öhdəliyinin mövcudluğunun sübutu kimi təqdim etməsi hüquqi baxımdan əsassızdır. Mərkəzi Bankın ##.##.2025-ci il tarixli cavabı sırf bu sorğuya verilmiş ümumi izahat xarakteri daşıyır, həmin məktubda nə sığorta hadisəsinin tanınmasına, nə də sığorta ödənişinin verilməsinə dair hüquqi mövqe və ya məcburi göstəriş yoxdur. Həmçinin nəzərə alınmalıdır ki, həmin Qanunun 102.3-ci maddəsinə əsasən, Mərkəzi Bankın müvafiq təqdimatında icrası məcburi olan hər bir göstərişin səbəbi və yerinə yetirilməsinin son tarixi göstərilməlidir. Mərkəzi Bankın həmin məktubunda isə Qanunun 102.3-cü maddəsində isə təqdimata aid edilən tələblər mövcud deyil. Bundan əlavə, həmin maddədə nəzərdə tutulan “təqdimat” inzibati orqan tərəfindən tətbiq edilən hakimiyyət tədbiri olmaqda inzibati qaydada mübahisələndirilə bilən akt statusundadır. Iddiaçının istinad etdiyi məktub isə, yuxarıda da qeyd edildiyi kimi, məlumat xarakterli olmaqla, hər hansı hakimiyyət tədbiri hesab edilmir. Bu baxımdan iddiaçının həmin məktuba istinadla ödəniş öhdəliyinin mövcudluğunu əsaslandırmağa cəhdi hüquqi əsası olmayan bir mövqedir. Bundan başqa, iddiaçının nümayəndəsi bildirmişdir ki, guya baş vermiş hadisə iddiaçı tərəfindən sığorta hadisəsi kimi tanınmış, sığorta ödənişinin verilməsindən rəsmi qaydada imtina edilməmiş, yalnız iddiaçının hüquqşünasının ödənişdən imtina ilə bağlı rəyi mövcuddur. Lakin iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının ##.##.2024-cü il tarixli, *(***)-****/**** saylı qərarının təsviri hissəsində (Birinci instansiya məhkəməsində icraat, bənd 21) tam əksinə, aşağıdakılar təsbit olunmuşdur: iddiaçı “xxxx” ASC tərəfindən “Icbari sığortalar haqqında” Qanunun 35.3.4-cü maddəsinə əsasən (Mülki Məcəllənin 180-ci maddəsinə uyğun olaraq özbaşına tikinti sayılan daşınmaz əmlak) Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs MMC-yə dəymiş zərər hesablanmamış və sığorta ödənişi verilməmişdir; iddiaçı “xxxx” ASC tərəfindən sığortalıya sığorta ödənişinin verilməsindən imtina edilməsinə dair ##.##.2020-ci il və ##.##.2023-ci il tarixli rəsmi bildirişlər göndərilmişdir; “xxxx” ASC tərəfindən dəymiş zərər üzrə sığorta kompensasiyası hesablamamış, bununla bağlı bank hesablarında hər hansı pul vəsaiti saxlamamış, eləcə də ödəmə tapşırığı da tərtib edilməmişdir; BA seriyalı, ****** nömrəli (RAZI907835767) sığorta şəhadətnaməsində göstərilmiş 1.250.000 manat sığorta məbləği Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs MMC-nin istifadəsində, sərəncamında və ya sahibliyində olan pul vəsaiti kimi mövcud olmamışdır. Bu hallar məhkəmə qərarında təsbit olunmuş faktlardır və onların istinad dəyəri hüquqi baxımdan təkzib olunmazdır. Yuxarıda göstərilənlərdən aydın olur ki, iddiaçı baş vermiş hadisəni sığorta hadisəsi kimi tanımamışdır, sığortalıya rəsmi qaydada imtina bildirişləri göndərilmişdir, sığorta kompensasiyası hesablanmamış, sığorta ödənişi üzrə hər hansı vəsait ayrılmamışdır, iddiaçının nümayəndəsinin “hadisənin tanınması” barədə açıqlamaları məhkəmə sənədlərinə və mövcud hüquqi faktlara ziddir.
23. Bakı Kommersiya Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, cavabdeh “xxxx” ASC-dən 97447 manat sığorta ödənişi, 4800 manat dəbbə pulu olmaqla, cəmi 102247 manat məbləğində pul və ödənilmiş 459,75 manat dövlət rüsumunun tutularaq iddiaçı “xxxx” ASC-nin xeyrinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
24. Məhkəmə həm tərəflər arasında bağlanmış təkrarsığorta müqaviləsinin şərtlərini, həm də qanunvericiliyin qeyd edilən müddəalarına əsaslanaraq belə qənaətə gəlmişdir ki, ##.##.2019-cu il tarixdə Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs MMC-nin mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsində yerləşən ticarət mərkəzində baş vermiş yanğın sığorta hadisəsi hesab edilməlidir.
25. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2023-cü il tarixli qərardadının icrası nəticəsində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ##.##.2021-ci il tarixli hökmü ilə mülki iddiaları təmin edilmiş və ##.##.2019-cu il tarixdə baş vermiş yanğın hadisəsi nəticəsində zərər çəkmiş şəxslərə bölünərək ödənilmiş 1250000 manat ödənişin sığorta ödənişi olub-olmaması məsələsi ilə bağlı məhkəmə qeyd etmişdir ki, qanunvericliyin verdiyi anlayışa görə sığorta ödənişi - sığorta hadisəsi baş verdikdə, icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. Göründüyü kimi, qanunvericilik sığorta ödənişinin verilməsi üçün yeganə əsas kimi sığorta hadisəsinin baş verməsini müəyyən etmişdir. ##.##.2019-cu il tarixdə Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs MMC-nin mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsində yerləşən ticarət mərkəzində baş vermiş yanğın sığorta hadisəsi olmuşdur. Iddiaçı ilə Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs MMC arasında bağlanmış sığorta müqaviləsindən də görünür ki, baş verəcək sığorta hadisəsinə görə iddiaçının ödəməli olacağı sığorta ödənişi 1250000 manat, azad olma məbləği isə 49500 manat müəyyən edilmişdir.
26. Bundan başqa, sığorta ödənişi olması mübahisələndirilən 1250000 manat pulun sığorta ödənişi hesab edilməinə dair iş materiallarında digər sübutlar da mövcuddur. Belə ki, AR Mərkəzi Bankının iddiaçının Idarə heyətinin sədrinə ünvanladığı ##.##.2025-ci il tarixli məktubundan da görünür ki, iddiaçı tərəfindən 2019-cu il üzrə təqdim edilmiş illik dəqiqləşdirilmiş hesabatda RAZ********** nömrəli sığorta müqaviləsi üzrə ##.##.2019-cu il tarxində baş vermiş sığorta hadisəsinə görə 1200500 manat məbləğində bildirilmiş, lakin tənzimlənməmiş zərərlər ehtiyatının yaradıldığı bəyan edilmişdir. Iddiaçının bildirilmiş, lakin tənzimlənməmiş zərərlər ehtiyatının yaradıldığı bəyan etdiyi 1200500 manat pul məhz, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs MMC arasında bağlanmış sığorta müqaviləsi üzrə azad olma məbləği çıxıldıqdan sonra ödənilməsi ehtimal edilən sığorta ödənişi olmuşdur.
27. Bundan əlavə, iş materiallarından da görünür ki, cavabehdən başqa digər təkrarsığortaçılar ##.##.2019-cu il tarixdə baş vermiş sığorta hadisəsi ilə bağlı öhdəlikləri həddində sığorta ödənişlərini iddiaçıya ödəmişlər. Məhkəmə xüsusilə qeyd etməyi zəruri hesab edir ki, cavabdehlə bərabər bütün digər təkrarsığortaçılarla eyni məzmunlu, eyni mahiyyətli və eyni şərtli bir müqavilə imzalanmışdır. Odur ki, məhkəmə şərh edilənləri nəzərə alaraq hesab etmişdir ki, iddia səğorta ödənişinin tələb edilməsi hissəsində təmin edilməlidir.
28. Məhkəmə iddia tələbini dəbbə pulunun ödənilməsi hissəsində də qismən əsaslı hesab etmişdir. Belə ki, tərəflər arasında bağlanmış müqavilədə cərimənin tutulması əsasları nəzərdə tutulmuşdur. Cavabdeh tərəfindən öhdəliyin pozulması isə işin mübahisəsiz halıdır. Lakin tələb edilən cərimə iddiaçı tərəfindən əsassız olaraq şişirdilmişdir. Belə ki, cərimənin müqavilə üzrə hansı qaydada hesablanması əsasları iddia ərizəsində göstərilməmişdir. Odur ki, məhkəmə həm cərimənin yüksək məbləğdə hesablanmasını, həm də onun qanunla borclunun öhdəliyin vaxtında icrasının təmini vasitəsi olaraq nəzərdə tutulduğunu və tərəflər arasında bağlanmış müqavilə ilə müəyyən edildiyini nəzərə alaraq 4800 manat məbləğində müəyyən edilməsini daha ağlabatan hesab etmişdir.
29. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1, 385, 386.1, 883.1, 890.1, 890.2, 890.6, 890.7, 890.8, 890.9, 891.1, 891.2, 892, 904.1, 904.2, 922, 925.1, 925.2, 925.3, 926.1, 927.1, 933.1, 934.1-ci maddələri, “Icbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 35.1, 36.1, 42.1-ci maddələri, “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 1.1.2, 1.1.18, 1.1.19, 1.1.21, 1.1.22-ci maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətlərinin dəlilləri:
30. Həmin qətnamədən iddiaçı “xxxx” ASC apellyasiya şikayəti verərək, qətnamənin iddianın qalan hissədə təmin edilməməsinə dair hissəsinin ləğv edilməsi və həmin hissədə iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
31. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh (borclu) “xxxx” ASC-yə ##.##.2023-cü il tarixdə elektron poçt vasitəsilə sığorta ödənişi üçün tələb olunan bütün sənədlərin göndərilməsinə (xəbərdarlıq olunmasına) baxmayaraq, öhdəliyi icra etmədiyi üçün icranı gecikdirmiş hesab edilir. Qətnamənin 20-ci bəndindən görünür ki, ##.##.2025-ci il tarixindən başlayan məhkəmə hazırlıq iclaslarında cavabdeh tərəfi təmsil edən 2 nəfər səlahiyyətli nümayəndə (Vəkil) ##.##.2019, ##.##.2019, ##.##.2019, ##.##.2019, ##.##.2023-cü il tarixlərində verilən məlumatları və ##.##.2023-cü il tarixlərində verilən sonuncu sənədlərdən sonra ##.##.2025-ci il tarixində məhkəməyə müraciət edilən dövrə kimi, yəni 742 gün ərzində iddiaçı tərəfə heç bir «reaksiya verməməsinin» səbəbinə dair heç bir sübut və ya arqument gətirə bilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.5-ci maddəsinə əsasən, öhdəlik borclunun təqsiri olmadan baş vermiş halların nəticəsində icra edilməzsə, bu gecikdirmə sayılmır. Lakin ##.##.2023-cü il tarixində verilən sonuncu sənədlərdən sonra ##.##.2025-ci il tarixində məhkəməyə müraciət edilən dövrə kimi, yəni 742 gün ərzində iddiaçı tərəfə heç bir «reaksiya verməməsinin», həmçinin icranı gecikdirməsində təqsirinin olmamasına dair heç bir sübut və ya arqument gətirə bilməmişdir. Qətnamənin 19-cu bəndindən görünür ki, “xxxx” ASC-yə ##.##.2023-cü il tarixində qanunla nəzərdə tutulan sənədlərin sonuncusu daxil olduğu tarixdən etibarən 7 iş günündən gec olmayaraq, yəni ##.##.2023-cü il tarixinə kimi sığorta ödənişini həyata keçirməmişdir. Beləliklə, məhkəmə öz qətnaməsi ilə sığorta hadisəsinə görə “xxxx” ASC-nin 97.447 (doxsan yeddi min dörd yüz qırx yeddi) manat sığorta ödənişi vermək öhdəliyini təsbit etmiş, lakin ##.##.2023-cü il tarixdən ##.##.2025-ci il tarixədək (742 gün) gecikdirilmiş hər günə görə sığorta ödənişinin 0.1 faiz həddində dəbbə pulu məbləğini isə şişirdilmiş hesab etmişdir. “Icbari sığortalar haqqında” Qanuna görə, bu iş üzrə dəbbə pulu aşağıdakı şəkildə hesablanmalıdır: 742 gün (gecikmə müddəti) x 97.447 manat (sığorta ödənişi məbləği) x 0.1% (dəbbə pulu faizi) = 72.305 manat. Barəsində şikayət verilən qətnamənin 82-ci hissəsində məhkəmə hesab edir ki, tələb edilən cərimə iddiaçı tərəfindən əsassız olaraq şişirdilmişdir. Belə ki, cərimənin müqavilə üzrə hansı qaydada hesablanması əsasları iddia ərizəsində göstərilməmişdir. Odur ki, məhkəmə həm cərimənin yüksək məbləğdə hesablanmasını, həm də onun qanunla borclunun öhdəliyin vaxtında icrasının təmini vasitəsi olaraq nəzərdə tutulduğunu və tərəflər arasında bağlanmışmüqavilə ilə müəyyən edildiyini nəzərə alaraq 4800 manat məbləğində müəyyən edilməsinidaha ağlabatan hesab edir. Lakin dəbbə pulunun məbləğini iddiaçı öz subyektiv mülahizəsinə əsasən təyin etməmiş, həmin məbləğ Azərbaycan Respublikası Mülki Məcəlləsinin və “Icbari sığortalar haqqında” Azərbaycan Republikası Qanununun tələblərinə əsasən hesablanmışdır. Mülki Məcəllənin 464-cü maddəsinə əsasən, kreditor qanunla müəyyənləşdirilmiş dəbbə pulunun ödənilməsini, tərəflərin razılaşmasında onun ödənilməsi vəzifəsinin nəzərdə tutulubtutulmadığından asılı olmayaraq, tələb edə bilər. Bununla da birinci instansiya məhkəməsinin dəbbə pulu ilə bağlı qətnamədə göstərilmiş nəticələri işin hallarına uyğun deyildir.
32. Həmin qətnamədən, həmçinin cavabdeh “xxxx” ASC apellyasiya şikayəti verərək, qətnamənin iddianın təmin olunmuş hissəsində ləğv edilməsi, iddianın tamamilə rədd olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
33. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hazırkı işdə iddiaçı (sığortaçı) "xxxx" ASC tərəfindən "Icbari sığortalar haqqında" Qanunun 35.3.4-cü maddəsinə (Mülki Məcəllənin 180-ci maddəsinə uyğun olaraq özbaşına tikinti sayılan daşınmaz əmlak) istinad edilməklə, sığorta ödənişinin verilməsindən imtina edilmişdir. Sığorta müqaviləsinin tərəfi (sığorta münasibətlərinin subyekti) olan Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs MMC tərəfindən həmin imtina qərarı mübahisələndirilməmiş, məhkəmədə hər hansı iddia qaldırılmamışdır. Həmçinin qeyd edilməlidir ki, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs MMC tərəfindən mümkün ola biləcək həmin tələbi üzrə iddia müddəti də ötürülmüşdür. Başqa sözlə, ilkin sığorta müqaviləsinin subyektləri (sığortaçı "xxxx" ASC və sığortalı Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs MMC) arasında hadisənin sığorta hadisəsi olmadığı və sığorta ödənişi verilməsi üçün əsas yaranmadığı mübahisə mövzusu olmamışdır. Birinci instansiya məhkəməsi Mülki Məcəllənin 14.2.1 və 385.1-ci maddələrinə istinad etməklə "xxxx" ASC (təkrarsığorta müqaviləsi üzrə sığortalı) və “xxxx” ASC (təkrarsığorta müqaviləsi üzrə sığortaçı) arasında müqavilənin mövcud olmasına və həmin müqavilə üzrə “xxxx” ASC-nin təkrarsığorta ödənişi etməli olmasını qeyd etməsi də hazırkı mübahisə üzrə qəbul edilmiş qətnaməyə Mülki Prosessual Məcəllənin 217-ci maddəsində nəzərdə tutulmuş imperativ tələblərə cavab verən qətnamə statusuna gətirmir. Belə ki, hazırkı mübahisəyə tətbiq olunmalı olan maddi hüquq normaları iki hüquqi şəxs arasında mövcud olan “təkrarsığortalı-təkrarsığortaçı” müstəvisində yaramış münasibətlərin tamamilə başqa hüquqi əsasdan çıxış edən və tamamilə başqa subyektlər tərəfindən irəli sürülmüş tələbdən yaranan münasibətlərdən asılı vəziyyətə (faktiki olaraq eyni müstəviyə) gətirilməsi ilə qəbul edilmiş qətnamə qanuni və əsaslı hesab edilə bilməz. Iş materiallarından da göründüyü kimi, "xxxx" ASC-nin hesabından vəsaitlər 9 nəfər fiziki şəxsə ödənilməsi üçün tutulmuşdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli iş üzrə ##.##.2021-ci il tarixli hökmü əsasında ##.##.2023-cü il tarixdə verilmiş icra sənədinə əsasən, həmin vəsaitlər Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs MMC ilə yanaşı həmçinin ilkin sığorta müqaviləsinə heç bir aidiyyatı olmayan iki fiziki şəxsdən X5 və X6 da müştərək qaydada tutulmalıdır. Bu faktın özü də təsdiq edir ki, ödəniş üçün əsas olmuş münasibətlər sığorta münasibətlərindən deyil, həmin fiziki şəxslərlə digər iki fiziki şəxs və Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs MMC arasında zərər vurulmasından əmələ gələn münasibətlər olmuşdur ki, bu da Mülki Məcəllənin 14.2.6-cı maddəsində nəzərdə tutulmuş “başqa şəxsə zərər vurulması” əsasından yaranmış münasibətlərə aiddir. Belə olan halda 9 nəfər fiziki şəxsə vurulmuş zərərin əvəzinin ödənilməsinə görə müştərək qaydada öhdəlik daşıyan 3 subyektdən birinin - Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs MMC-nin vəsaitləri hesab edilməklə, "xxxx" ASC-nin hesabından tutulmasını hökm etmiş məhkəmə aktının özü də belə tutulmanın sığorta ödənişi olmadığını və təkrarsığortaçı kimi “xxxx” ASC üçün heç bir öhdəlik yaratmadığı aşkardır. Məhkəmə nəzərə almamışdır ki, işin faktiki halları, yəni, "xxxx" ASC-nin bank hesabında olan vəsaitlərin cinayət işi üzrə verilmiş icra sənədinə, yəni sığorta münasibətlərinin subyekti olmayan 9 nəfər fiziki şəxsə vurulmuş zərərin Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs MMC-dən və sığorta münasibətlərinin subyekti olmayan digər iki nəfər fiziki şəxsdən müştərək qaydada tutulması faktları, “sığortaçının” verdiyi “sığorta ödənişi” kimi qəbul edilə bilməzdi, buna müvafiq olaraq "xxxx" ASC həmin məbləği “xxxx” ASC-dən təkrarsığorta ödənişi kimi tələb edə bilməzdi və belə olan halda həmin faktiki hallar irəli sürülən iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun deyildir. Birinci instansiya məhkəməsi tərəfindən yanğın hadisəsi ilə bağlı Çingiz Abdullayevə və Xatirə Əliyevaya sığorta ödənişi verilməsinə istinad edilməsinin də hazırkı mübahisəyə aidiyyəti yoxdur. Belə ki, onlara sığorta ödənişinin verilməsindən tamam başqa əsasdan (FHN tərəfindən hadisənin təfərrüatları və s. barədə müvafiq arayışın təqdim edilmədiyi) imtina edilmiş, həmin şəxslər subyektiv hüquqlarından istifadə edərək, məhkəməyə müraciət etmiş və qəbul edilmiş qətnamə əsasında həmin şəxslərə ödəniş edilmişdir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs MMC-nə isə sığorta ödənişi verilməsindən tamamilə başqa əsasdan imtina edilmiş, sonuncu da bu imtinanı haqlı hesab edərək, subyektiv hüququndan istifadə etməmiş və həmin imtinanı məhkəmə qaydasında mübahisələndirməmişdir. Məhkəmə qətnaməsində istinad edilən Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs MMC-nin hadisədən 4 il sonra (##.##.2023-cü ildə) iddiaçıya və ya 3 il sonra Mərkəzi Banka sığorta ödənişi verilməsi ilə bağlı müraciət etməsi də iddia edilən hüququn məhkəmə qaydasında mübahisələndirilməsini əvəz edən fakt kimi qəbul edilə bilməz. MPM-in istinad edilən 81-ci maddəsinin hazırkı mübahisə düzgün tətbiq edilməsi, xüsusilə də iddiaçının hesabından cinayət işi üzrə mülki iddiaçı olan şəxslərin tələblərinin ödənilməsinə yönəlməsi faktının həmin vəsaitlərə “sığorta ödənişi” statusu verib-verməməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Iş materiallarından da göründüyü kimi, ilkin sığorta müqaviləsinin tərəfləri “xxxx” ASC vəMübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs MMC olmuşdur və sığorta ödənişinin verilməsi ilə bağlı bütün qərar və proseduralar bu iki hüquqi şəxs arasında olmalı, mübahisə yarandığı halda isə malik olduqları subyektiv hüquq hədlərində birinin digərinə qarşı qaldırdığı iddia üzrə qəbul ediləcək məhkəmə qətnaməsi ilə həll olunmalı məsələdir. Hazırkı işdə isə nə sığorta ödənişi verilməsi barədə “xxxx” ASC və Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs MMC arasında sığorta aktı yoxdur, nə də Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs MMC-yə sığorta ödənişi verilməsi öhdəliyinin “xxxx” ASCnin üzərinə qoyulması barədə məhkəmə qətnaməsi mövcud deyildir. Yalnız həmin sübutlarının hər hansı birinin mövcud olduğu halda, “xxxx” ASC-dən tutulmuş məbləğlərin “sığorta ödənişi” hesab edilməsi üçün əsas yaranmış olardı. Lakin yuxarıda da qeyd edildiyi kimi həmin sübutetmə vasitələrinin heç biri mövcud deyil. MPM-in istinad edilən 82.3-cü maddəsindən də göründüyü kimi, həmin normada təsbit edilmiş preyudisiallıq konkret şərtlər – “qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi” və “həmin işdə iştirak edən şəxslər”-ə münasibətdə tanınır. Hazırkı işdə isə preyudisiallığı müəyyən edə biləcək hər hansı “qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi” mövcud deyil və “xxxx” ASC məhkəmənin istinad etdiyi qərardadın qəbul edilməsi üzrə işdə tərəf olmamış, iştirak etməmişdir. Məhkəmənin “preyudisial” məhkəmə qətnaməsi kimi təqdim etməyə cəhd etdiyi Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ##.##.2023-cü il tarixli qərardadına qeyd edilməlidir ki, həmin qərardad “sığortaçı” ilə “sığortalı” arasında sığorta münasibətlərindən irəli gələn mübahisəyə dair məhkəmə qətnaməsinin deyil, sığortaçının tərəf olmadığı mülki iş üzrə, yəni 9 nəfər fiziki şəxsin təqsirləndirilən şəxslərə və Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs MMC-yə qarşı (yəni, daşınmaz əmlak icarəçilərinin icarəyə verənə qarşı) zərərin əvəzinin ödənilməsinə dair mülki iddiasını təmin etmiş Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## ######## 2021-ci il tarixli, *(***)-***/**** saylı qətnaməsinin icrası ilə bağlı verilmiş icra sənədi üzrə icra məmuru tərəfindən Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs MMC-nin “xxxx” ASC-də olan 1.250.000 manat məbləğinin üzərinə həbs qoyulmasına dair icra məmurunun təqdimatına baxılmasının nəticəsi kimi qəbul edilmiş qərardaddır; həmin qərardad "xxxx" ASC-yə münasibətdə preyudisial deyil. Belə ki, həmin məhkəmə işi üzrə Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs MMC hər hansı sığorta ödənişi tələb edən iddiaçı deyil, icarəçilərə zərərin əvəzini ödəməli olan cavabdeh qismində çıxış etmişdir və icra sənədi üzrə də “borclu” statusunda olmuşdur. Göründüyü kimi, şikayət verilən məhkəmə qətnaməsi maddi hüquq normaları ilə yanaşı, prosessual hüquq normalarının da kobud surətdə pozulması ilə qəbul edilmişdir ki, bu da həmin qətnamənin apellyasiya qaydasında ləğv edilməsi üçün kifayət qədər əsasların olduğuna dəlalət edir. Məhkəmə gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları, xüsusilə də hazırkı iş üzrə iddiaçı olan “xxxx” ASC-nin ilkin sığorta müqaviləsi üzrə sığortalı Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs MMC-yə sığorta ödənişi verilməsindən imtina etməsi və sonuncu tərəfindən həmin imtinanın mübahisələndirilməməsi kimi halları aydınlaşdırmamışdır. Hazırkı iş üzrə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar xüsusilə də sığorta ödənişi kimi deyil, sığorta münasibətlərinə aid olmayan subyektlərin cinayət işinin icraatında təmin olunmuş iddialarının təmin edilməsi üçün hazırkı iş üzrə iddiaçının hesabından tutulmuş vəsaitlər Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs MMC-nin mülkiyyəti olmadığından həmin vəsaitlər Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs MMC-yə verilmiş “sığorta ödənişi” hesab edilə bilməzdi və bu hal sübut edilməmişdir.
Apellyasiya şikayətlərinə etiraz:
34. Apellyasiya şikayətlərinə qarşı yazılı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları:
35. Məhkəmə iclasında iddiaçının vəkili nümayəndə3 və iddiaçının nümayəndəsi nümayəndə4 tərəflərindən verilmiş apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, cavabdehin apellyasiya şikayətini isə əsassız hesab edərək təmin edilməməsini xahiş etdilər.
36. Məhkəmə iclasında cavabdehin nümayəndəsi nümayəndə2 və cavabdehin nümayəndəsi və vəkili vəkil3 tərəflərindən verilmiş apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, iddiaçının apellyasiya şikayətini isə əsassız hesab edərək təmin edilməməsini xahiş etdilər.
Tətbiq edilən hüquq:
37. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə əsasən, öhdəliyə görə bir şəxs — borclu başqa şəxsin — kreditorun xeyrinə müəyyən hərəkəti etməli, o cümlədən pul ödəməli, kreditor isə borcludan öhdəliyin icrasını tələb etmək hüququna malikdir; - 386.1-ci maddəsinə əsasən, qanunda nəzərdə tutulmuş digər əsaslar istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; - 890.1-ci maddəsinə əsasən, təkrarsığorta sığortaçının sığorta müqaviləsi üzrə sığortaladığı və ya təkrarsığortaladığı risklərin bütövlükdə, yaxud bir hissəsinin təkrarsığortaçı ilə bölüşdürülməsi və ya təkrarsığortaçıya ötürülməsidir; - 890.2-ci maddəsinə əsasən, təkrarsığortanın şərtləri təkrarsığortaçı ilə təkrarsığortalı arasında yazılı formada bağlanan təkrarsığorta müqaviləsi ilə müəyyən edilir; - 890.5-ci maddəsinə əsasən, təkrarsığorta fakultativ və ya obliqator formada, mütənasib və ya qeyri-mütənasib növlər üzrə aparıla bilər; - 890.7-ci maddəsinə əsasən, qeyri-mütənasib təkrarsığorta müvafiq sığorta müqaviləsində nəzərdə tutulmuş sığorta hadisəsi baş verdikdə təkrarsığortaçının təkrarsığortalının şəxsi tutumundan artıq olan məbləğdə sığorta ödənişi vermək öhdəliyinin müəyyən edildiyi təkrarsığorta növüdür; - 890.9-cu maddəsinə əsasən, obliqator təkrarsığorta təkrarsığorta müqaviləsi ilə müəyyən olunan şərtlərə cavab verən bütün risklərin təkrarsığortalanmasını nəzərdə tutan təkrarsığorta formasıdır; - 891.1-ci maddəsinə əsasən, sığorta müqaviləsi üzrə sığortaladığı riskləri təkrarsığorta etdirən sığortaçı həmin ilkin sığorta müqaviləsinə görə sığortalı qarşısında tam və birbaşa öhdəlik daşıyır; - 892-ci maddəsinə əsasən, təkrarsığortaçı təkrarsığortalıdan müvafiq sığorta qaydalarını və müqavilələrini, habelə sığorta hadisəsi baş verdikdə təsdiqedici sənədləri və ya onların surətlərini tələb etmək hüququna malikdir; - 922-ci maddəsinə əsasən, sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin verilməsi üçün əsas olan və sığorta müqaviləsinin qüvvədə olduğu müddətdə baş verən hadisə və ya yaranan haldır; - 926.1-ci maddəsinə əsasən, sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır; - 927.1-ci maddəsinə əsasən, əmlakın sığortasında sığorta ödənişi sığorta hadisəsinin baş verməsi nəticəsində dəyən real zərərin miqdarından çox ola bilməz.
38. “Icbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun:
- 35.1-ci maddəsinə əsasən, daşınmaz əmlakın icbari sığortası daşınmaz əmlakın yanğın və ya digər hadisələr nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı formada itkisi ilə bağlı dəyən zərərin əvəzinin ödənilməsi məqsədilə tətbiq edilir; - 36.1.1-ci maddəsinə əsasən, yanğın və ildırım düşməsi nəticəsində daşınmaz əmlakın zədələnməsi, məhv olması və ya hər hansı digər formada itkisi sığorta hadisəsi hesab olunur; - 35.3.4-cü maddəsində nəzərdə tutulmuş hal isə cavabdehin sığorta ödənişindən imtina barədə etirazının hüquqi əsaslarından biri kimi yoxlanılmalı olan normadır; həmin normanın tətbiqi üçün sığortalanmış konkret daşınmaz əmlakın qanunda göstərilən istisna kateqoriyasına aid olması mötəbər sübutlarla müəyyən edilməlidir; - 18.1-ci maddəsinə əsasən, icbari sığorta ödənişinin verilməsi üçün tələb olunan sənədlərdən sonuncusunun sığortaçıya təqdim edildiyi və ya alındığı tarixdən 7 iş günündən gec olmayaraq sığortaçı sığorta ödənişini verməli, yaxud ödənişdən imtina haqqında yazılı şəkildə əsaslandırılmış bildiriş təqdim etməlidir; - 18.2-ci maddəsinə əsasən, sığortaçı həmin müddətdə sığorta ödənişini vermədikdə, hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu ödəyir.
39. “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun:
- 1.1.2-ci maddəsinə əsasən, təkrarsığorta sığortaçının sığorta müqaviləsi üzrə sığortaladığı risklərin bütövlükdə, yaxud bir hissəsinin təkrarsığortaçı ilə bağlanmış müqaviləyə müvafiq olaraq ötürülməsi və ya bölüşdürülməsinə əsaslanan münasibətlər sistemidir; - 81.1-ci maddəsinə əsasən, sığorta ehtiyatları sığortaçının sığorta və ya təkrarsığorta müqavilələri üzrə öhdəliklərinin məcmusudur; - 81.2-ci maddəsinə əsasən, sığortaçılar sığorta əməliyyatları üzrə fəaliyyətlərinin sabitliyini təmin etmək üçün sığorta haqları hesabına sığorta ehtiyatlarını formalaşdırırlar; - 81.3-cü maddəsinə əsasən, sığortaçı qüvvədə olan sığorta və təkrarsığorta müqavilələri üzrə qəbul edilmiş öhdəliklərinin yerinə yetirilməsini təmin etmək üçün həyat sığortası və qeyri-həyat sığortası üzrə aktuari tərəfindən hesablanmış məbləğdə sığorta ehtiyatlarını formalaşdırmalıdır.
40. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:
- 14.1-ci maddəsinə əsasən, məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır; - 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; - 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; - 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir və heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; - 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir; - 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri təmin edilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; - 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər; - 384.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
Apellyasiya baxışının hədləri:
41. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
42. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
43. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı tam yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
44. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin əsas borc — 97.447 manat sığorta ödənişi hissəsində təmin edilməsi barədə düzgün nəticəyə gəlsə də, dəbbə pulu hissəsində maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. Bu səbəbdən iddiaçının apellyasiya şikayəti təmin edilməməli, cavabdehin apellyasiya şikayəti isə qismən təmin edilməlidir.
45. Iş materiallarından görünür ki, tərəflər arasında ##.##.2019-cu il tarixli əmlak üzrə təkrarsığorta müqaviləsi bağlanmış, həmin müqavilə ilə iddiaçının bağladığı əmlak sığortası müqavilələri üzrə risklərin müəyyən hissəsi cavabdeh də daxil olmaqla təkrarsığortaçılar arasında bölüşdürülmüşdür. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs MMC-yə məxsus daşınmaz əmlak üzrə ##.##.2019-cu il tarixli icbari sığorta müqaviləsi də həmin təkrarsığorta təminatının əhatə dairəsinə aid olmuşdur. Müqavilə üzrə sığorta məbləği 1.250.000 manat, azadolma məbləği isə 49.500 manat müəyyən edilmişdir.
46. Cavabdeh apellyasiya şikayətində əsasən üç dəlilə istinad etmişdir: birincisi, ##.##.2019-cu il tarixli yanğının Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs MMC-yə münasibətdə sığorta hadisəsi kimi tanınmaması; ikincisi, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2023-cü il tarixli qərardadının hazırkı iş üzrə preyudisial xarakter daşımaması; üçüncüsü, icra qaydasında silinmiş 1.250.000 manatın təkrarsığorta müqaviləsi üzrə sığorta ödənişi deyil, müqavilədənkənar öhdəlik hesab edilməli olması.
47. Məhkəmə kollegiyası əvvəlcə qeyd edir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2023-cü il tarixli qərardadı hazırkı iş üzrə Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsi mənasında birbaşa preyudisial əhəmiyyət daşımır. Həmin qərardadla nə iddiaçı ilə cavabdeh arasındakı təkrarsığorta münasibətləri, nə də cavabdehin təkrarsığorta öhdəliyi həll edilmişdir. Lakin həmin qərardad və onun icrası işdə olan digər sübutlarla birlikdə qiymətləndirilməli olan faktiki haldır. Belə ki, həmin qərardad əsasında məhz RAZ********** nömrəli sığorta şəhadətnaməsi üzrə nəzərdə tutulmuş 1.250.000 manat vəsaitə icra yönəldilmiş və həmin məbləğ iddiaçının bank hesabından silinmişdir.
48. ##.##.2019-cu il tarixdə Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs ticarət mərkəzində yanğın hadisəsinin baş verməsi, yanğın nəticəsində əmlaka zərər dəyməsi, hadisənin sığorta müqaviləsinin qüvvədə olduğu müddətdə baş verməsi və müqavilə üzrə yanğın riskinin sığorta təminatına daxil olması iş materialları ilə təsdiq edilir. Həmçinin eyni yanğın hadisəsi üzrə digər sığortalılara sığorta ödənişlərinin həyata keçirilməsi, eləcə də “Polish Re”, “Mapfre Re”, “xxxx”, “xxxx” və “xxxx” tərəfindən təkrarsığorta ödənişlərinin verilməsi həmin hadisənin təkrarsığorta münasibətləri çərçivəsində sığorta hadisəsi kimi qəbul edildiyini göstərən mühüm sübutlardır.
49. Kollegiya hesab edir ki, icra qaydasında silinmiş 1.250.000 manatın birbaşa zərərçəkmiş fiziki şəxslər arasında bölüşdürülməsi həmin vəsaitin sığorta müqaviləsi üzrə formalaşmış hüquqi mahiyyətini aradan qaldırmır. Çünki icra məmuru tərəfindən tələb “xxxx” ASC-nin ümumi əmlakına deyil, məhz Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs MMC-yə verilmiş RAZ********** nömrəli sığorta şəhadətnaməsi üzrə nəzərdə tutulmuş sığorta təminatına yönəldilmişdir. Başqa sözlə, vəsaitin son alıcılarının zərərçəkmiş fiziki şəxslər olması, onun sığortalının sığorta müqaviləsi üzrə tələb hüququ hesabına ödənilməsi faktını dəyişdirmir.
50. Cavabdehin “müqavilədənkənar öhdəliklərin istisnası” barədə dəlili də əsaslı hesab edilə bilməz. Təkrarsığortaçının məsuliyyəti yalnız təkrarsığortalının sığorta müqaviləsindən kənar, müstəqil və əlavə məsuliyyət öhdəlikləri götürdüyü hallarda istisna edilə bilər. Hazırkı halda isə iddiaçının tələbi hər hansı könüllü güzəşt, cərimə, inzibati sanksiya və ya müqavilədənkənar kompensasiya ilə bağlı deyil, ilkin sığorta müqaviləsi üzrə sığorta riskinin reallaşması və həmin risk üzrə təkrarsığorta payının ödənilməsi ilə bağlıdır.
51. Məhkəmə kollegiyası Mərkəzi Bankın ##.##.2025-ci il tarixli məktubuna münasibətdə qeyd edir ki, həmin məktub özlüyündə cavabdeh üçün icrası məcburi göstəriş və ya təkrarsığorta öhdəliyini yaradan akt hesab edilmir. Bununla belə, həmin məktubda “xxxx” ASC tərəfindən 2019-cu il üzrə hesabatda RAZ********** nömrəli müqavilə üzrə 1.200.500 manat məbləğində bildirilmiş, lakin tənzimlənməmiş zərərlər ehtiyatının yaradıldığının göstərilməsi iş üzrə digər sübutlarla birlikdə qiymətləndirilməli olan mühüm haldır. Bu hal iddiaçının müvafiq hadisəni maliyyə və sığorta hesabatlılığı baxımından potensial sığorta öhdəliyi kimi nəzərə aldığını təsdiq edir, lakin təkbaşına deyil, digər sübutların məcmusu ilə birlikdə hüquqi əhəmiyyət daşıyır.
52. Cavabdehin Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs MMC tərəfindən imtinanın mübahisələndirilməməsi və iddia müddətinin ötürülməsi barədə dəlili də hazırkı mübahisənin predmeti baxımından həlledici əhəmiyyət daşımır. Hazırkı iş Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs MMC-nin “xxxx” ASC-yə qarşı sığorta ödənişi tələbi deyil, “xxxx” ASC-nin təkrarsığortaçıya qarşı təkrarsığorta ödənişi tələbi ilə bağlıdır. Bu tələb üzrə hüquqi maraq iddiaçının hesabından 1.250.000 manat vəsaitin silinməsi, həmin hal barədə təkrarsığortaçıya məlumat verilməsi və təkrarsığorta payının ödənilməsindən imtina edilməsi ilə yaranmışdır. Buna görə iddia müddətinin hesablanması Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs MMC-nin ilkin sığortaçıya qarşı mümkün tələbi ilə deyil, iddiaçının təkrarsığortaçıya qarşı müstəqil tələb hüququnun yarandığı tarixlə əlaqələndirilməlidir.
53. Cavabdehin “X1” və “X21” barədə dəlillərinə münasibətdə kollegiya qeyd edir ki, təkrarsığorta müqaviləsində zərər barədə məlumatlandırma və zərərin tənzimlənməsində əməkdaşlıq şərtlərinin nəzərdə tutulması təkrarsığortalının üzərinə müəyyən davranış öhdəlikləri qoyur. Lakin həmin şərtlərin pozulması yalnız o halda təkrarsığortaçını məsuliyyətdən azad edə bilər ki, pozuntu nəticəsində təkrarsığortaçının zərərin araşdırılmasında, hüquqi mövqeyinin formalaşdırılmasında və ya ödənişin həcminə təsir göstərməsində real imkanlarının məhdudlaşdırıldığı sübut edilsin.
54. Hazırkı işdə cavabdeh belə bir zərərin və ya hüquqi imkan itkisini sübut etməmişdir. Əksinə, iş materiallarından görünür ki, cavabdehə hadisə barədə ilkin məlumat verilmiş, ##.##.2023-cü il tarixdə məcburi qaydada həyata keçirilmiş ödəniş barədə bildiriş göndərilmiş, ##.##.2023-cü il tarixdə isə ödəniş üçün tələb olunan sənədlər təqdim edilmişdir. Bundan sonra cavabdeh uzun müddət ərzində nə əsaslandırılmış yazılı imtina təqdim etmiş, nə də öz payı üzrə alternativ hesablama və ya zərərin həcminə dair sübut irəli sürmüşdür. Bu səbəbdən cavabdehin yalnız müqavilə şərtlərinin formal pozuntusuna istinad etməsi əsas borc üzrə məsuliyyətdən azad olunması üçün kifayət etmir.
55. Cavabdehin “digər təkrarsığortaçıların ödəniş etməsinin onun üçün hüquqi nəticə doğurmaması” barədə dəlili isə qismən əsaslıdır. Doğrudan da, təkrarsığorta müqaviləsində məsuliyyət paylı xarakter daşıyır və hər bir təkrarsığortaçı yalnız öz iştirak payı həddində məsuliyyət daşıyır. Lakin bu hal cavabdehi öz payı üzrə məsuliyyətdən azad etmir. Digər təkrarsığortaçıların eyni hadisə üzrə ödəniş etməsi cavabdeh üçün birbaşa öhdəlik yaratmasa da, hadisənin təkrarsığorta təminatı çərçivəsində qiymətləndirilməsi baxımından sübut əhəmiyyəti daşıyır. Cavabdehin payı isə iddiaçı tərəfindən təqdim edilmiş ödəniş cədvəlinə əsasən 97.447 manat müəyyən edilmiş və cavabdeh həmin hesablamanı təkzib edən mötəbər sübut təqdim etməmişdir.
56. Dəbbə pulu tələbinə münasibətdə isə kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin bu hissəsini qismən təmin etməklə maddi hüquq normasını düzgün tətbiq etməmişdir. “Icbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş gecikdirməyə görə 0,1 faiz dəbbə pulu sığortaçının sığortalı, sığorta olunan və ya faydalanan şəxs qarşısında sığorta ödənişini gecikdirməsinə görə tətbiq edilən xüsusi məsuliyyət tədbiridir. Təkrarsığortaçı həmin ilkin sığorta müqaviləsinin tərəfi olmadığından, həmin qanuni dəbbə pulu onun üzərinə avtomatik olaraq tətbiq edilə bilməz.
57. Tərəflər arasında bağlanmış təkrarsığorta müqaviləsində də ilkin sığorta müqaviləsi üzrə nəzərdə tutulmuş dəbbə pulunun və ya “Icbari sığortalar haqqında” Qanunda müəyyən edilmiş 0,1 faiz gecikmə sanksiyasının təkrarsığortaçı tərəfindən kompensasiya ediləcəyinə dair xüsusi şərt müəyyən edilməmişdir. Buna görə iddiaçının 72.305 manat dəbbə pulu tələbi, eləcə də birinci instansiya məhkəməsinin həmin tələb üzrə 4.800 manatın tutulmasına dair nəticəsi qanuni və əsaslı hesab edilə bilməz. Bu səbəbdən qətnamə 4.800 manat dəbbə pulunun tutulması hissəsində ləğv edilməli, həmin hissədə iddia rədd olunmalı, qətnamə əsas borc — 97.447 manat sığorta ödənişi hissəsində dəyişdirilmədən saxlanılmalıdır.
58. Məhkəmə xərclərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmədiyindən həmin şikayət verilərkən ödənilmiş 230 manat dövlət rüsumu iddiaçıya aid edilməli, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edildiyindən həmin şikayət verilərkən ödənilmiş 230 manat dövlət rüsumunun 80 manat hissəsi iddiaçıdan tutularaq cavabdehə ödənilməlidir.
59. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2, 385, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDI:
Iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsi qismən – “cavabdeh “xxxx” ASC-dən 4.800 manat dəbbə pulunun tutularaq iddiaçı “xxxx” ASC-nin xeyrinə ödənilməsi” hissəsində ləğv edilsin. Həmin hissədə yeni qətnamə qəbul edilsin. Iddia "72.305 manat məbləğində dəbbə pulunun cavabdehdən iddiaçının xeyrinə tutulması" hissəsində təmin edilməsin. Qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Iddiaçı tərəfindən apellyasiya şikayəti verilərkən ödənilmiş 230 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Cavabdeh tərəfindən apellyasiya şikayəti verilərkən ödənilmiş 230 manat dövlət rüsumunun 80 manat hissəsi iddiaçıdan tutularaq cavabdehə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.