Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2-2(3-6)-359/2026 16.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Ziya Allahverdi oğlu Şirinovun sədrliyi və məruzəsi ilə, X1 və X6 ibarət tərkibdə, Ismayılova Elnarə Məyiş qızının katibliyi, Iddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh cavabdeh2ı Dövlət Gömrük Komitəsinin nümayəndəsi X2 iştirakı ilə, Iddiaçı İddiaçı MMC-nin cavabdehlər cavabdeh2ı Gömrük Komitəsinin “Azərterminalkompleks” Birliyinə və cavabdeh2ı Dövlət Gömrük Komitəsinə qarşı “pul” tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*-*(***)- ****/**** nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxdı. Işin Halları
1. “ xxxx” MMC ilə cavabdeh2ı Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks” Birliyi arasında bağlanmış“8” iyul 2021-ci il tarixli, ***/** saylı müqavilə imzalanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən “Müqaviləyə əsasən “Satıcı”( İddiaçı MMC) “Alıcı”ya (“Azərterminalkompleks” Birliyi) müqaviləyə Əlavə Razılaşmada göstərilən malları satır, “Alıcı” isə həmin malları qəbul edir və Müqavilə ilə razılaşdırılmış qaydada malın dəyərini “Satıcı”ya ödəyir. 1.2-ci bəndində qeyd edilmişdir ki, malın növü, çeşidi, tərkibi, rəngi, digər əlamətləri və xarakterik xüsusiyyətləri Əlavə razılaşma ilə müəyyən olunur. Həmin Müqavilənin 2.1-ci bəndinə əsasən Malın qiyməti və miqdarı Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əlavə Razılaşma ilə müəyyənləşdirilir. Müqavilənin “Ödəniş şərtləri”nin 5.1-ci bəndində Müqaviləyə əsasən Mal “Alıcı”ya təhvil verildikdən sonra, “Alıcı” sifariş olunan malın dəyərini “Satıcı”nın təqdim etdiyi hesabfakturanı aldıqdan sonra 3 iş günü ərzində nağd və ya köçürmə yolu ilə həyata keçirməlidir.
2. Iddiaçı tərədindən cavabdehə Döclət Gömrük Komitəsinə ##.##.2022-ci il tarixli ****** saylı,##.##.2022-ci il tarixli ****** saylı, ##.##.2022-ci il tarixli ****** saylı,##.##.2022-ci il tarixli ****** saylı ,##.##.2022-ciil tarixli ****** saylı,##.##.2022-ci il tarixli ****** saylı,##.##.2022-ci il tarixli ****** saylı,##.##.2022-ci il tarixli ****** saylı,##.##.2022-ci il tarixli ****** saylı,##.##.2022-ci il tarixli ****** saylı,##.##.2022-ci il tarixli ****** saylı,##.##.2022-ci il tarixli ****** saylı,##.##.2022-ci il tarixli ****** saylı,##.##.2022-ci il tarixli ******v saylı,##.##.2022-ci il tarixli ****** saylı,##.##.2022-ci il tarixli ****** saylı,##.##.2022-ci il tarixli ****** saylı,##.##.2022-ci il tarixli ****** saylı,##.##.2022-ci il tarixli ****** saylı,##.##.2022-ci il tarixli,##.##.2022-ci il tarixli ****** saylı,##.##.2022-ci il tarixli ****** saylı,##.##.2022-ci il tarixli ****** saylı,##.##.2022-ci il tarixli ****** saylı qaimələr göndərilmişdir.
3. ##.##.2022-ci il tarixli 2519.30 manat, EBBZ ****** saylı ##.##.2022-ci il tarixli 5053.94 manat, EBBZ ****** saylı ##.##.2022-ci il tarixli 6125.38 manat, EBBZ ****** saylı ##.##.2022-ci il tarixli 3925.86 manat, EBCC ****** saylı ##.##.2022-ci il tarixli 7422.20 manat, EBCC ****** saylı ##.##.2022-ci il tarixli 13107.44 manat, EBCC ****** saylı ##.##.2022-ci il tarixli 2322.24 manat, EBCB ****** saylı ##.##.2022-ci il tarixli 3058.56 manat, EBCB ****** saylı ##.##.2022-ci il tarixli 3329.96 manat, EBCB ****** saylı ##.##.2022-ci il tarixli 4770.74 manat, EBCB ****** saylı ##.##.2022-ci il tarixli 5147.16 manat, EBCC ****** saylı ##.##.2022-ci il tarixli 1165.84 manat, EBCJ ****** saylı ##.##.2022-ci il tarixli 38510.48 manat, EBCB ****** saylı ##.##.2022-ci il tarixli 4770.74 manat, EBCB ****** saylı ##.##.2022-ci il tarixli 5147.16 manat, EBCC ****** saylı ##.##.2022-ci il tarixli 1165.84 manat, EBCJ ****** saylı ##.##.2022-ci il tarixli 38510.48 manat, EBCA ****** saylı ##.##.2022-ci il tarixli 5605 manat, EBCA ****** saylı ##.##.2022-ci il tarixli 8478.30 manat, EBCA ****** saylı ##.##.2022-ci il tarixli 1852.60 manat, EBBZ ****** saylı ##.##.2022-ci il tarixli 2802.62 manat, EBCA ****** saylı ##.##.2022-ci il tarixli 2411.92 manat, EBBZ ****** saylı ##.##.2022-ci il tarixli 4800.24 manat, EBCD ****** saylı ##.##.2022-ci il tarixli 7653.48 manat, EBCC ****** saylı ##.##.2022-ci il tarixli 1858.50 manat, EBCC ****** saylı ##.##.2022-ci il tarixli 2656.77 manat, EBCJ ****** saylı ##.##.2022-ci il tarixli 12567 manat, EBBY ****** saylı ##.##.2022-ci il tarixli 1044.30 manat, EBBY ****** saylı ##.##.2022-ci il tarixli 37629.02 manat, EBBY ****** saylı ##.##.2022-ci il tarixli 13670.30 manat, EBBY ****** saylı ##.##.2022-ci il tarixli 9272.44 manat, EBBY ****** saylı ##.##.2022-ci il tarixli 2492.16 manat, EBBY ****** saylı ##.##.2022-ci il tarixli 4094.60 manat, EBBY ****** saylı ##.##.2022-ci il tarixli 6365.86 manat qaimə göndərilmişdir.
4. 14.##.##.2022-ciil tarixli Əlavə Razılaşmaya əsasən iddiaçı tərəfindən cavabdehə 7422.20 manat ,15.##.##.2022-ci il tarixli Əlavə Razılaşmaya əsasən 5053.94 manat 16.##.##.2021-ci il tarixli Əlavə Razılaşmaya əsasən 2383.60 manat məbəğində ,17.##.##.2022-ci il tarixli Əlavə Razılaşmaya əsasən 19088.86 manat məbəğində malın verilməsi razılaşdırılmışdır.
1. Iddiaçı ilə cavabdeh arasında imzalanmış ##.##.2022-ci il tarixli təhvil-təslim aktı ilə təsdiq edilir ki, iddiaçı tərəfindən cavabdehə 19088.86 manat məbləğində, ##.##.2021-ci il tarixli təhvil-təslim aktı ilə təsdiq edilir ki, iddiaçı tərəfindən cavabdehə 2383.60 manat məbləğində , ##.##.2022-ci il tarixli təhvil-təslim aktı ilə təsdiq edilir ki, iddiaçı tərəfindən cavabdehə 2519.30 manat məbləğində ,##.##.2022-ci il tarixli təhvil-təslim aktı ilə təsdiq edilir ki, iddiaçı tərəfindən cavabdehə 2802.62 manat məbləğində ,##.##.2022-ci il tarixli təhvil-təslim aktı ilə təsdiq edilir ki, iddiaçı tərəfindən cavabdehə 3404.30 manat məbləğində , ##.##.2022-ci il tarixli təhvil-təslim aktı ilə təsdiq edilir ki, iddiaçı tərəfindən cavabdehə 4770.74 manat məbləğində , ##.##.2022-ci il tarixli təhvil-təslim aktı ilə təsdiq edilir ki, iddiaçı tərəfindən cavabdehə 5053.94 manat məbləğində , ##.##.2022-ci il tarixli təhvil-təslim aktı ilə təsdiq edilir ki, iddiaçı tərəfindən cavabdehə 4068 manat məbləğində ,##.##.2022-ci il tarixli təhvil-təslim aktı ilə təsdiq edilir ki, iddiaçı tərəfindən cavabdehə 5463.99 manat məbləğində mal verilmişdir. Aktlar “xxxx” MMC-nin imzası və möhürü və AR Dövlət Gömrük Komitəsi “Azərterminalkompleks” Birliyinin işçisinin imzaları ilə təsdiq edilmişdir.
2. Iddiaçı ilə cavabdeh arasında imzalanmış ##.##.2022-ci il tarixli təhvil-təslim aktı 4068 manat məbləğində, ##.##.2022-ci il tarixli təhvil-təslim aktı 5463.99 manat məbləğində, ##.##.2022-ci il tarixli təhvil-təslim aktı ilə təsdiq edilir ki, iddiaçı tərəfindən cavabdehə 6125.38 manat məbləğində mallar verilmişdir. Aktlar İddiaçı MMC-nin imzası və möhürü və AR Dövlət Gömrük Komitəsi “Azərterminalkompleks” Birliyinin işçisinin imzaları ilə təsdiq edilmişdir.
Birinci instansiya məhkəməsindəki icraat
3. Iddiaçı İddiaçı MMC (bundan sonra – iddiaçı) cavabdehlər cavabdeh2ı Gömrük Komitəsinin “Azərterminalkompleks” Birliyinə və cavabdeh2ı Dövlət Gömrük Komitəsinə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh cavabdeh2ı DGK “Azərterminalkompleks” Birliyi tərəfindən 230582,50 manat pul məbləğinin, pul məbləğinin gecikdirilməsinə görə 26265,84 manat faizin və 548 manat məbləğində dövlət rüsumunun və həmçinin vəkillə müqavilə bağlanılması üçün ödənilmiş 500 manat məbləğində pulun tutularaq iddiaçı İddiaçı MMC-nə verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Iddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə cavabdeh2ı Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks” Birliyi arasında bağlanmış “08” iyul 2021-ci il tarixli, ***/** saylı müqavilə, “30” iyun 2022-ci il tarixli, ***/** saylı müqavilə, “01” iyul 2022-ci il tarixli, ***/** saylı müqavilə əsasında, tərəfimizdən bir sıra mal-materiallar (avadanlıqlar) cavabdeh2ı Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks” Birliyi-nə satılmışdır. Tərəflər arasında bağlanmış Müqavilənin 5.1-ci bəndinə əsasən, “Alıcı” Malın dəyərini Malların tam şəkildə “Satıcı” tərəfindən “Alıcı”ya təhvil verilməsindən sonra “Satıcı” tərəfindən təqdim edilmiş hesablaşma sənədlərinə əsasən “Satıcı”nın bank hesabına köçürmə yolu ilə ödəniş etməlidir. Qeyd olunduğu kimi, tərəfimizdən cavabdeh2ı DGK “Azərterminalkompleks” Birliyi -nə bir sıra avadanlıqların satılması və həmin avadanlıqların dəyərinin ödənilməsi ilə bağlı hesablaşma sənədlərinin təqdim edilməsinə baxmayaraq,avadanlıqların dəyəri ödənilmədiyindən, tərəflər arasında 230 582,50 (ƏDV-daxil) manat məbləğində ödənilməmiş borc məbləği yaranmışdır. Tərəfimizdən cavabdeh2ı DGK “Azərterminalkompleks” Birliyi-nə edilmiş çox saylı elektron məktub və şifahi müraciətlərimizə baxmayaraq, şirkətimizə olan borc bu günə qədər ödənilməmiş qalmışdır. Qeyd etmək istərdik ki, cavabdeh2ı DGK “Azərterminalkompleks” Birliyi tərəfindən, nəzərdə tutulmuş öhdəliklərin icra edilməməsi bizə güman etməyə əsas verir ki, “Azərterminalkompleks” Birliyi öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmək niyyətində deyil, dəqiq olmayan və əsassız cavablar nəticəsində ödəniş etməyərək, şirkətimizə maddiziyan vurmaqdadır. Qanunvericiliyə uyğun olaraq, məhkəmə işlərinə başlamazdan öncə,İddiaçı MMC -yə ödənilməmiş borcun çox qısa zaman ərzində ödənilməsinin təmin edilməsinə dair pretenziya məktubu göndərilməsinə və könüllü mediasiya istənilməsinə baxmayaraq tələbimiz yenə ödənilməmişdir. Qeyd edirəm ki, tapşırılmış malların çatdırılması yük qaimələri vasitəsilə həyata keçirilmişdir və qaimədə mallrı qəbul edən iki nəfər məsul şəxsin işə baxışda dəvət olunması və lazım gəldikdə müvafiq imzaların həqiqiliyini təsdiq edən ekspertizaların aparılması yolu ilə də mümkündür. Həmçinin bizə 3 ilə yaxın müddət ərzində hər gün üçün də günlük 0.01 faiz dərəcəsində ziyan dəymişdir. Bu isə ən az 10.95 faiz təşkil edir. Bu da öz növbəsində 25.248, 78 manat dəymiş ziyan deməkdir.
5. Cavabdeh iddia ərizəsinə etiraz edərək, iddiaçı İddiaçı MMC tərəfindən cavabdeh2ı Gömrük Komitəsinin "“Azərterminalkompleks” Birliyi qarşı "müqavilə üzrə yaranmış borcun tutulması" tələbinə dаir iddiaslntn rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: **********) iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək cavabdeh cavabdeh2ının Dövlət Gömrük Komitəsi “Azərterminalkompleks” Birliyinə qarşı “müqavilə üzrə yaranmış öhdəliklərin icrası” barədə iddia tələbinə dair qərar qəbul edilməsini xahiş etmişdir.Iddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti və cavabdeh2ının Dövlət Gömrük Komitəsi “Azərterminalkompleks” Birliyi arasında bağlanmış ## #### 2021 -ci il tarixli ***/** nömrəli, ## #### 2022-ci il tarixli ***/** nömrəli, ## #### 2022-ci il tarixli ***/** nömrəli müqavilələr əsasında İddiaçı MMC tərəfindən bir sıra mal-materialların(avadanlıqlar) “Azərterminalkompleks” Birliyinə satılmışdır. Iddiaçının qeyd etdiyinə görə İddiaçı MMC tərəfindən Birliyə bir sıra avadanlıqların dəyərinin ödənilməsi ilə bağlı hesablaşma sənədlərinin təqdim edilməsinə baxmayaraq, avadanlıqların dəyərinin ödənilməməsi səbəbindən ƏDV daxil 230 582,50 AZN məbləğində ödənilməmiş borc yaranmışdır.Həmçinin iddiaçının bildirdiyinə görə 3 ilə yaxın müddət ərzində hər gün üçün də günlük 0.01 faiz dərəcəsinə ziyan dəymişdir. Bu isə ən azı 10.95 faiz təşkil edir. Bu da öz növbəsində 25248,78 AZN məbləğində ziyan dəymişdirAşağıda qeyd edilənlərə əsasən iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti Dövlət Gömrük Komitəsi “Azərterminalkompleks” Birliyinə qarşı iddia tələbinə dair iddiasının rədd edilməsi barədə qətnamə çıxarılmalıdır.Bildiririk ki, icraatınızda olan İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdeh Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks” Birliyinə qarşı “müqavilə üzrə yaranmış öhdəliklərin icrası” tələbi işin faktiki halları ilə uyğun gəlmir, irəli sürülən fikir və mülahizələr subyektiv xarakter daşıyır, iddia tələbində qeyd olunanlar əsassızdır. Iddia ərizəsində qaldırılan məsələ ilə bağlı bildiririk ki, İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti və “Azərterminalkompleks” Birliyi arasında bağlanılmış ## #### 2021 -ci il tarixli ***/** nömrəli müqavilənin 1.1-ci bəndinə əsasən “Müqaviləyə əsasən “Satıcı”( İddiaçı MMC) “Alıcı”ya (“Azərterminalkompleks” Birliyi) müqaviləyə Əlavə Razılaşmada göstərilən mallarısatır, “Alıcı” isə həmin malları qəbul edir və Müqavilə ilə razılaşdırılmış qaydada malın dəyərini “Satıcı”ya ödəyir. Bu Müqavilənin 1.2-ci bəndində qeyd edilmişdir ki, malın növü, çeşidi, tərkibi, rəngi, digər əlamətləri və xarakterik xüsusiyyətləri Əlavə razılaşma ilə müəyyən olunur.Həmin Müqavilənin 2.1 -ci bəndinə əsasən Malın qiyməti və miqdarı Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əlavə Razılaşma ilə müəyyənləşdirilir.Müqavilənin “Ödəniş şərtləri”nin 5.1 -ci bəndində Müqaviləyə əsasən Mal “Alıcı”ya təhvil verildikdən sonra, “Alıcı” sifariş olunan malın dəyərini “Satıcı”nın təqdim etdiyi hesab- fakturanı aldıqdan sonra 3 iş günü ərzində nağd və ya köçürmə yolu ilə həyata keçirməlidir.Göründüyü kimi, “Alıcı” tərəfindən alınan malların dəyərinin ödənilməsi “Satıcı” və “Alıcı” arasında ## #### 2021-ci il tarixli ***/** nömrəli müqavilənin ayrılmaz tərkib hissəsi olan X8 əsasən həyata keçirilməlidir. Sözügedən müqavilənin sənədlərinin araşdırılması nəticəsində müəyyən edilmişdir ki, bu müqavilənin X10(əlavə olunur) müvafiq qaydada tərəflərin səlahiyyətli şəxsləri tərəfindən təsdiq edilməmiş, bununla da satılan malların dəyərinin razılaşdırılmamışdır.Iddia ərizəsində qaldırılan cərimə məsələsi ilə bağlı bildiririk ki, ## #### 2021 -ci il tarixli ***/** nömrəli müqavilədə cərimə faizlərinin, hər hansı bir dəbbə pulunun hesablanması nəzərdə tutulmamışdır. Bununla bağlı iddia ərizəsində qeyd olunan həmin bəndin əsassız olduğunu vurğulayırıq.Həmçinin qeyd edilməlidir ki, iddia ərizəsinə əlavə olunan sənədlərdə Birliyin nümayəndəsinin malları təhvil alması barədə sənədləri müqavilənin şərtlərinə və müddəalarına uyğun tərtib edilməmiş, həmin sənədlərdə malların razılaşdırılmış dəyəri göstərilməmişdir.Bu səbəbdən sözügedən sənədlərin ödəniş üşün əsaslı hesab edilmədiyini bildiririk.Əlavə olaraq bildiririk ki, iddia ərizəsində qeyd olunan ## #### 2022-ci il tarixli ***/** nömrəli və ## #### 2022-ci il tarixli ***/** nömrəli müqavilələr “xxxx" MMC İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti və “Azərterminalkompleks” Birliyi arasında bağlanılmamışdır. Həmin müqavilələr, onların ayrılmaz tərkib hissəsi olan X10 və təhvil-təslim aktları Birliyin səlahiyyətli şəxsləri tərəfindən imzalanmamışdır. Bununla əlaqədar olaraq iddiaçının bu iddiasını qəbul etmirik və əsassız hesab edərək etiraz edirik.Yuxarıda qeyd edilənlərə əsasən iddiaçı qeyrimüəyyən və natamam sübutlara əsaslanmaqla iddia tələbini irəli sürmüşdür.Hazırki iddia tələbindən də müəyyən edilir ki, iddiaçı İddiaçı MMC İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti və “Azərterminalkompleks” Birliyi arasında bağlanılmış ## #### 2021-ci il tarixli ***/** nömrəli müqavilənin ayrılmaz tərkib hissəsi olan X10 müvafiq qaydada tərəflərin səlahiyyətli şəxsləri tərəfindən təsdiq edərək təqdim olunmamışdır.Iddiaçı İddiaçı MMC ## #### 2021-ci il tarixli ***/** nömrəli müqavilənin ayrılmaz tərkib hissəsi olan X10 təsdiq edilməməsi, satılan malların dəyərinin tərəflər səlahiyyətli şəxsləri arasında razılaşdırılmamasına səbəb olmuş halları əsaslandırmamışdır.
7. Məhkəmə iclasında iştirak edən və vəkili Vəkil iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq qeyd etdi ki, müqavilədə faizlə bağlı qeyd yoxdur; praktiki olaraq faiz 5% olaraq müəyyən edilmişdir. Bu məsələ ilə bağlı cədvəl əlavə edilmiş və avadanlıqların hansı müddətlərdə təhvil verildiyi göstərilmişdir. Ödəniş 3 iş günü ərzində nağd və ya köçürmə yolu ilə həyata keçirilmişdir.
8. Cavabdeh cavabdeh2ı Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks” Birliyinin nümayəndəsi X3 iddia ərizəsinə etiraz etmiş və təmin olunmamasını xahiş etmişdir. Əlavə olaraq qeyd etmişdir ki, onlar yalnız bir müqavilə üzrə faizləri qəbul edirlər. Rəylərdəki ziddiyyətləri nəzərə alaraq, qalan hissənin hesablanmasını rədd edir. Ikinci müqavilə imzalanmamışdır. Hər hansı işçinin təhvil alınması hüquqi baxımdan əhəmiyyət kəsb etmir. Onlar tərəfindən mallar təhvil alınsa da müqavilə olmadığı üçün iddianı qəbul etmirlər. Digər şərtlər, o cümlədən qiymət verilmə müddəti fərqli ola bilərdi. Illik inflyasiya indeksasiyasına əsasən hesablanmış 25.000 manatlıq faiz ədalətli hesablanma hesab edilə bilməz. Rəy yeni təqdim edilsə də, avadanlıqların dəyəri müəyyən edilmədiyindən faiz düzgün şəkildə hesablanmamışdır.
9. Müstəqil Ekspertiza Mərkəzi” MMC-nin ## ### 2025-ci il tarixli *** saylı qiymətləndirmə rəyinə əsasən İddiaçı MMC ilə cavabdeh2ı Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks" Birliyi arasında bağlanmış "08" iyul ^021- ci il tarixli, ***/** saylı müqavilə, "30" iyun 2022-ci il tarixli, ***/** saylı müqavilə və 01" iyul 2022-ci il tarixli, ***/** saylı müqavilə əsasında iddiaçı tərəfindən cavabdehə təhvil verilmiş malların dəyəri aşağıdakı kimi müəyyən edilir: ## #### 2021-ci il tarixli, ***/** saylı müqavilə üzrə - 179,505.02 manat (152,122.90 tpanat ƏDV-siz); ## #### 2022-ci il tarixli, ***/** saylı müqavilə üzrə - 38,510.48 manat (32,636.00 ipanat ƏDVsiz); ## #### 2022-ci il tarixli, ***/** saylı müqavilə üzrə - 12,567.00 manat (10,650.00 ipanat ƏDV-siz); Cəmi - 230,582.50 manat (ƏDV daxil, 195,408.90 manat ƏDV-siz) mal verilmişdir.
10. “xxxx” MMC-nin ##.##.2025-ci il tarixli CVN/S **-***/** saylı qiymətləndirmə rəyinə əsasən İddiaçı MMC tərəfindən cavabdeh2ı Gömrük Komitəsinin “Azərterminalkompleks” Birliyinə ## #### 2021-ciil tarixli ***/** saylı müqaviləə əsasında iddiaçı tərəfindən cavabdehə təhvil verilmiş malların bazar dəyəri 149810.24 manat; ##.##.2022-ci il tarixli ***/** saylı müqavilə əsasında 38126 manat, ##.##.2022-ci il tarixli müqavilə əsasında 6195 manat məbləğində mal verilmişdir.
11. “xxxx” MMC tərəfindən verilmiş ##.##.2025-ci il tarixli məktuba əsasən CVN/S **-***/** saylı Mütəxəssis rəyində İddiaçı MMC ilə cavabdeh2ı Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" Birliyi arasında bağlanmış "08" iyul 2021-ci il tarixli, ***/** saylı müqavilə əsasında iddiaçı tərəfindən cavabdehə təhvil verilmiş malların bazar dəyəri 149,810.24 (bir yüz qırx doqquz min səkkiz yüz on) manat, iyirmi dörd qəpik, "30" iyun 2022-ci il tarixli, ***/** saylı müqavilə əsasında iddiaçı tərəfindən cavabdehə təhvil verilmiş malların bazar dəyəri 38,126.00 (otuz səkkiz min yüz iyirmi altı) manat, "01" iyul 2022-ci il tarixli, ***/** saylı müqavilə əsasında iddiaçı tərəfindən cavabdehə təhvil verilmiş malların bazar dəyəri 6,915.00 (altı min doqquz yüz on beş) manat təşkil edir. Tədqiq edilən malların bazar dəyəri ƏDV xaric olaraq hesablanmışdır.
12. Məhkəmə iclasında ekspert qismində dəvət edilən X4 qeyd etdi ki, tərəfimizdən verilmiş müvafiq rəylə bağlı qoyulmuş sual avadanlıqların 2022-ci il tarixli müqavilə üzrə bazar dəyərinin müəyyən edilməsindən ibarət olmuşdur. Bunun üçün ixtisaslaşmış satış mərkəzlərində, həmçinin yerli və beynəlxalq ixtisaslaşmış satış portallarında araşdırma aparılmışdır. Müəyyən edilən dəyərə əlavə dəyər vergisi (ƏDV) daxil edilməmişdir. Qeyd olunmalıdır ki, beynəlxalq standartlarda qiymətlərin təqdimində “ƏDV-li” və ya “ƏDV-siz” ifadələri göstərilmir. Həmçinin, şəxsin ƏDV ödəyicisi olub-olmaması və avadanlıqlara münasibət barədə məlumat mövcud olmadığından, bazar dəyəri ƏDV-siz formada müəyyən edilmişdir.
13. Bakı Kommersiya Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, cavabdeh cavabdeh2ı Dövlət Gömrük Komitəsindən 194851.24 (yüz doxsan dörd min səkkiz yüz əlli bir manat iyirmi dörd qəpik) manat məbləğində əsas borc, 35073.22 (otuz beş min yetmiş üç manat iyirmi iki qəpik) manat məbləğində ƏDV borcu olmaqla, ümumilikdə 229924.46 (iki yüz iyirmi doqquz min doqquz yüz iyirmi dörd manat qırx altı qəpik) manat məbləğində borc, illik 5% hesablanmış 11496.22 (on bir min dörd yüz doxsan altı manat iyirmi iki qəpik) manat məbləğində faiz borcu, 532 (beş yüz otuz iki) manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı İddiaçı MMC-nin xeyrinə ödənilməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 500 (beş yüz) manat pul vəsaiti cavabdeh cavabdeh2ı Dövlət Gömrük Komitəsindən tutularaq xxxx MMC-nin bank hesabına (bank: ABB ASC Nərimanov filialı, VÖEN 9900001881, Müxbir Hesab AZ03NABZ01350100000000002944, H.hesab: AZ471BAZ350090019444176788205, KOD: 805711, SWIFT IBAZAZ2X) ödənilməsi, keçirilmiş məhkəmə ekspertizasının tədqiqat dəyəri olan 500 (beş yüz) manat pul vəsaitinin cavabdeh cavabdeh2ı Dövlət Gömrük Komitəsindən tutularaq cavabdeh2ı “Müstəqil Ekspertiza Mərkəzinin” bank hesabına (Kod 201218, VÖEN 9900003611, Müxbir Hesab AZ37NABZ01350100000000001944, SWIFT AIIBAZ2X, Müstəqil Ekspertiza Mərkəzi, VÖEN 1405366621, hesab: AZ64AIIB400900C9443414466208) ödənilməsi, iddianın qalan hissədə rədd ediməsi qət edilmişdir.
14. Cavabdeh cavabdeh2ı Dövlət Gömrük Komitəsi qətnamədən apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin ##.##.2025-ci il tarixli e-*-*(***)-****/**** nömrəli qətnaməsi ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
APELLYASIYA ŞIKAYƏTININ VƏ ONA QARŞI ETIRAZIN DƏLILLƏRI, MƏHKƏMƏ ICRAATI IŞTIRAKÇILARININ IZAHATLARI
a) Apellyasiya şikayətinin dəlilləri
15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, tərəflər arasında imzalnmış müqavilənin sənədlərinin araşdırılması nəticəsində müəyyən edilmişdir ki, bu müqavilənin X10(əlavə olunur) müvafiq qaydada tərəflərin səlahiyyətli şəxsləri tərəfindən təsdiq edilməmiş, bununla da satılan malların dəyərinin razılaşdırılmamışdır. Göründüyü kimi, qeyd olunan hallar birinci instansiya məhkəməsi tərəfindən araşdırılmamış və hüquqi qiymət verilməmişdir. Məhkəmə illik 5% hesablanmış cərimə məbləğinin cavabdehdən tutularaq iddiaçının xeyrinə tutulması hissəsində iddia tələbini təmin etsə də ## #### 2021-ci il tarixli ***/** nömrəli müqavilədə cərimə faizlərinin, hər hansı bir dəbbə pulunun hesablanması nəzərdə tutulmamışdır. Iddia ərizəsinə əlavə olunan sənədlərdə Birliyin nümayəndəsinin malları təhvil alması barədə sənədləri müqavilənin şərtlərinə və müddəalarına uyğun tərtib edilməmiş, həmin sənədlərdə malların razılaşdırılmış dəyəri göstərilməmişdir. Bu səbəbdən sözügedən sənədlərin ödəniş üçün əsaslı hesab edilməməli idi. Müqavilənin ayrılmaz tərkib hissəsi olan X10 müvafiq qaydada tərəflərin səlahiyyətli şəxsləri tərəfindən təsdiq edərək təqdim olunmamışdır. Məhkəmə tərəfindən İddiaçı MMC # #### 2021-ci il tarixli ***/** nömrəli müqavilənin ayrılmaz tərkib hissəsi olan X10 təsdiq edilməməsi, satılan malların dəyərinin tərəflər səlahiyyətli şəxsləri arasında razılaşdırılmamasına səbəb olmuş hallar araşdırılmamışdır. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
b) Məhkəmə icraatı iştirakçılarının izahatları
17. Məhkəmə iclasında işitrak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin olunmamasını xahiş etmişdir.
18. Məhkəmə iclasında işitrak edən cavabdeh cavabdeh2ı Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks” Birliyinin nümayəndəsi X2 apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin olunmasını xahiş etmişdir
TƏTBIQ EDILƏN HÜQUQ
cavabdeh2ının Mülki Məcəlləsi
19. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
20. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
21. Maddə 398.1. Müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir.
22. Maddə 399.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.
23. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
24. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
25. Maddə 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Bunun nəticəsində icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.
26. Maddə 567. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
27. Maddə 598.1. Əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.
28. Maddə 600.1. Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.
29. Maddə 600.4. Əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
30. cavabdeh2ının Mülki Prosessual Məcəlləsi:
31. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
32. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
33. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
34. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
35. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi.
36. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. cavabdeh2ı Nazirlər Kabinetinin ## ###### 2021-ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları”
37. Bənd 1.2. Elektron qaimə-faktura bu Qaydalara uyğun olaraq tərtib edilən və elektron formada hazırlanaraq vergi orqanında uçotda olan şəxslərə göndərilən və ya malların təsərrüfatdaxili yerdəyişməsinin rəsmiləşdirilməsini təsdiq edən ilkin uçot sənədidir.
38. Bənd 3.1. Vergi ödəyicisi bu Qaydaların 2.2.10-cu yarımbəndində nəzərdə tutulan elektron qaimə-faktura istisna olmaqla, digər elektron qaimə-fakturanı elektron formada göndərir. Vergi ödəyicisi bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaiməfakturanı elektron formada tərtib edərək təsdiq edir.
39. Bənd 3.2. Elektron qaimə-faktura (bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-faktura istisna olmaqla) vergi ödəyicisi tərəfindən müvafiq qaydada hazırlanıb təsdiq edildikdə, Portal vasitəsilə avtomatik olaraq qəbul edənin bu səhifədə yaradılmış elektron kabinetinə göndərilir.
40. Bənd 3.3. Cari elektron qaimə-faktura (bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-faktura istisna olmaqla) göndərildiyi vaxtdan 5 (beş) gün müddətində qəbuledən tərəfindən düzəliş üçün qaytarıla və ya təsdiqlənə bilər. Düzəliş üçün qaytarılmış elektron qaimə-faktura göndərən tərəfindən düzəliş edildikdən sonra yenidən təqdim oluna bilər.
41. Bənd 3.4. Bu Qaydaların 2.2.2-ci, 2.2.3-cü, 2.2.6-сı, 2.2.9-cu və 2.2.10cu yarımbəndlərində qeyd olunan elektron qaimə-faktura növləri istisna olmaqla, cari elektron qaimə-faktura 5 (beş) gün müddətində qəbuledən tərəfindən təsdiq edilmədikdə (düzəliş üçün qaytarılmış elektron qaimə-fakturalara münasibətdə düzəliş edilərək, təqdim olunduqdan sonra 5 (beş) gün müddətində), həmin elektron qaimə-faktura proqram təminatı tərəfindən təsdiq edilir.
42. Bənd 3.13. Mallar (işlər, xidmətlər) sahibkarlıq fəaliyyətini və ya digər vergi tutulan əməliyyatlarını müvəqqəti dayandırmış, yaxud ləğv prosesində olan şəxslərə göndərildikdə, göndərilmiş elektron qaimə-faktura qəbul edən tərəfindən göndərildiyi ayın sonuncu gününün axırınadək təsdiq edilməlidir. Elektron qaimə-faktura həmin müddətdə təsdiq edilmədikdə, proqram təminatı vasitəsilə ləğv edilir və göndərilməmiş hesab olunur. Elektron qaimə-faktura ayın sonuncu günü göndərildiyi halda elektron qaimə-fakturanı göndərərkən alan şəxs tərəfindən həmin gün təsdiq edilməyəcəyi təqdirdə elektron qaimə-fakturanın proqram təminatı tərəfindən ləğv ediləcəyi barədə Portalda xəbərdarlıq xarakterli bildiriş verilir. Sahibkarlıq fəaliyyətini və ya digər vergi tutulan əməliyyatlarını müvəqqəti dayandırmış, yaxud ləğv prosesində olan şəxslərə göndərilən elektron qaimə-faktura proqram təminatı tərəfindən ləğv edildikdə, elektron qaimə-fakturanı göndərən şəxsə bu barədə xəbərdarlıq xarakterli bildiriş göndərilir.
APELLYASIYA BAXIŞININ HƏDLƏRI
43. cavabdeh2ı Konstitusiya Məhkəməsi Plenumunun “cavabdeh2ı Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, cavabdeh2ı Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. cavabdeh2ı Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
44. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair cavabdeh2ı Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin iddianın təmin edilən hissəsində yoxlanılması təşkil edir.
APELLYASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI
45. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan şikayət təmin edilmədən birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
46. Iş materillarına əsasən Bakı Kommersiya Məhkəməsinin ##.##.2024-cü il tarixli, e-*- *(***)-****/**** nömrəli qərardadı ilə cavabdeh2ı Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi qərara alınmışdır.
47. Bakı Apellyasiya Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*-*(***)-****/**** nömrəli qərardadı ilə iddiaçı tərəfindən verilmiş şikayətin qismən təmin edilməsi, Bakı Kommersiya Məhkəməsinin ## ###### 2024-cü il tarixli e-*-*(***)-****/**** nömrəli qərardadının ləğv edilməsi, işin yenidən baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılması qərara alınmışdır.
48. Apellyasiya instansiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, birinci instansiya məhkəməsi işin məhkəmədə baxılmağa hazırlanması mərhələsində olduğu halda iddiaçıya cavabdehi əsl cavabdehlə əvəz etməyi təklif etməməklə, eləcə də iddiaçının əlavə cavabdehin cəlb edilməsi barədə yazılı vəsatətin verilməsinə şərait yaratmadan həmin vəsatəti rədd etməklə prosessual hüquq normalarının pozuntusuna yol vermişdir.
49. Iş birinci instansiya məhkəməsində olarkən ##.##.2025-ci il tarixli məhkəmə iclasında iddiaçının nümayəndəsi vəkili cavabdeh2ı Dövlət Gömrük Komitəsinin əlavə cavabdeh qismində cəlb edilməsi barədə vəsatət vermiş, məhkəmə yerində müşavirə edərək vəsatət təmin edilməsini qərara almışdır.
50. Kollegiya həmçinin qeyd edir ki, cavabdeh2ının Dövlət Gömrük Komitəsi haqqında Əsasnamənin və komitənin strukturunun təsdiq edilməsi barədə cavabdeh2ı Prezidentinin ##.##.2012-ci il tarixli, №*** fərmanı ilə təsdiq edilmiş cavabdeh2ının Dövlət Gömrük Komitəsi Haqqında əsasnaməsinin 3.1.41-ci bəndinə əsasən qanunvericiliyə uyğun olaraq gömrük orqanlarının və Komitənin tabeliyində olan digər qurumların fəaliyyəti üçün zəruri şərait yaradılması, onların maliyyə və digər madditexniki təminatı ilə bağlı tədbirləri həyata keçirmək vəzifəsi müəyyən edilmiş, cavabdeh2ı Dövlət Gömrük Komitəsinin strukturuna daxil olan qrumların siyahısının 2.2.6 bəndindən görünür ki, “Azərterminalkompleks” Birliyi qeyd olunan siyahıya daxildir.
51. Eyni zamanda cavabdeh2ı Dövlət Gömrük Komitəsi Kollegiyasının # #### 2024-cü il tarixli *-**/******K nömrəli Qərarı ilə təsdiq edilmiş AR Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks” Birliyi haqqında Əsasnaməsinə əsasən, “Azərterminalkompleks” Birliyi (bundan sonra - Birlik) cavabdeh2ı Dövlət Gömrük Komitəsinin (bundan sonra – Komitə) tabeliyində olan qurumdur. Göründüyü kimi cavabdeh2ı Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks” Birliyi Nizamnamə əsasında deyil, əsasnamə əsasında fəaliyyət göstərir.
52. Həmin Əsasnamənin 1.5-ci bəndində qeyd olunmuşdur ki, Birliyin öz adından əmlak və qeyri əmlak hüquqları əldə etmək və həyata keçirmək, məhkəmədə iddiaçı və cavabdeh qismində çıxış etmək hüququ vardır. Bununla bağlı olaraq kollegiya qeyd edir ki, təşkilat vahidliyi (nizamnamə, təsis müqaviləsi və ya bu tip təşkilatlar barəsində ümumi əsasnamə), mülkiyyətində ayrıca əmlakın olması, öz öhdəlikləri üzrə bu əmlaka cavabdeh olma qabiliyyəti, öz adından məhkəmədə iddiaçı və cavabdeh qismində çıxış etməsi əlamətlərinin olması təşkilatın avtomatik olaraq hüquqi şəxs kimi tanınmasına gətirib çıxartmır. Hüquqi şəxs qismində çıxış etməsi üçün dövlət qeydiyyatından keçməsi və Dövlət tərəfindən onun hüquqi şəxsiyyətinin rəsmi tanınması zəruridir. Iş materiallarından görünür ki, cavabdeh hüquqi şəxs kimi qanunla müəyyənləşdirilən qaydada müvafiq icra hakimiyyəti orqanında dövlət qeydiyyatından keçməmişdir.
53. Kollegiya qeyd olunanları ümumiləşdirərək qeyd edir ki, “Azərterminalkompleks” Birliyi cavabdeh2ı Dövlət Gömrük Komitəsinin strukturuna daxil olan, onun tabeliyində fəaliyyət göstərən qurumdur və müstəqil hüquqi şəxs statusuna malik deyildir, çünki qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçməmişdir. Bu səbəbdən, Birliyin mülki dövriyyədə müstəqil subyekt kimi çıxış etməsi və öz öhdəlikləri üzrə tam məsuliyyət daşıması hüquqi baxımdan mümkün deyildir. Birlik faktiki olaraq Komitənin funksiyalarını həyata keçirən struktur vahidi olduğundan, onun bağladığı müqavilələr və qəbul etdiyi öhdəliklər Dövlət Gömrük Komitəsinin adından və maraqları naminə həyata keçirilmiş hesab olunmalıdır. cavabdeh2ı Prezidentinin ##.##.2012-ci il tarixli *** nömrəli Fərmanı ilə təsdiq edilmiş Əsasnaməyə əsasən, Komitə tabeliyində olan qurumların maliyyə və maddi-texniki təminatına görə məsuliyyət daşıyır ki, bu da həmin qurumların fəaliyyətindən irəli gələn öhdəliklərin nəticə etibarilə Komitəyə aid olduğunu göstərir. Beləliklə, hüquqi şəxs statusuna malik olmayan və müstəqil əmlak məsuliyyəti daşımayan Birliklə bağlanmış müqavilədən irəli gələn tələblər üzrə cavabdeh kimi məhz cavabdeh2ı Dövlət Gömrük Komitəsinin çıxış etməsi hüquqi cəhətdən əsaslıdır və apellyasiya şikayətində irəli sürülən əks dəlillər əsassız hesab olunmalıdır.
54. Işin mübahisəsiz hallarına əsasən, iddiaçı İddiaçı MMC ilə cavabdeh cavabdeh2ı Dövlət Gömrük Komitəsi arasında alğı-satqı müqaviləsinə əsaslanan öhdəlik hüquq münasibətləri yaranmışdır. Belə ki, iş materiallarına əlavə edilən alğı-satqı müqavilələrin birətərfli qaydada (İddiaçı MMC) tərtib olunub,imzalanmasına baxmayaraq məhkəmə iclasında tərəflər aralarında alğısatqı münasibətlərininin mövcudluğunu təsdiq etmişlər. Göründüyü kimi tərəflər arasında alğı-satqı müqaviləsinə əsaslanan öhdəlik hüquq münasibətləri mövcud olmuş, iddiaçı tərəfindən cavabadehə mütəmadi olaraq mallar təqdim olunmuşdur. Iddiaçının həmin malları cavabdehə təqdim etməsi elektron sistem vasitəsilə cavabdehə göndərilərək təsdiqlənmiş elektron qaimələrlə, eləcə də malların təhvil-qəbul aktları ilə təsdiq edilir.
55. Məhkəmə kollegiyası apellyasiya şikayətinin satılan malların dəyərinin razılaşdırılmaması dəllinə münasibətdə qeyd edir ki, tərəflər arasında müqavilə münasibətləri çərçivəsində malların faktiki təhvili və qəbulu baş vermiş, bu isə qiymət barədə razılaşmanın mövcudluğunu təsdiq edir. Əgər mallar qəbul olunmuş və onlardan istifadə edilmişdirsə, cavabdeh sonradan qiymətin razılaşdırılmadığını iddia etməklə öhdəlikdən yayınması qəbul edilə bilməz.
56. Bundan əlavə, təqdim edilmiş təhvil-təslim sənədləri, hesab-fakturalar və digər sübutlar malların konkret dəyər üzrə təqdim edildiyini və qarşı tərəfə məlum olduğunu göstərir. Hətta qiymət ayrıca sənədlə rəsmiləşdirilməmiş olsa belə, malların mallar qəbul edildikdən sonra etiraz edilməməsi həmin qiymətin faktiki razılaşdırıldığını və qəbul edildiyini sübut edir. Iddiaçının iddia tələbi ilə müraciət etdikdən sonra cavabdehin qiymətlərlə bağlı etiraz etməsi vicdanlılıq prinsipinə ziddir.
57. “M.Şükürovun şikayəti üzrə cavabdeh2ı Ali Məhkəməsinin Mülki Kollegiyasının ## #### 2022-ci il tarixli qərarının cavabdeh2ının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ## ##### 2023-cü il tarixli Qərarında da cavabdeh2ı Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, “...burada vicdanlıq prezumpsiyası ilə sıx bağlı olan estoppel prinsipinə də aydınlıq gətirmək vacib hesab edilir. Anqlo-sakson (ümumi) hüquqdan qaynaqlanan estoppel “ədalət məhkəmələri” tərəfindən tərəflərin təqdim etdikləri sübutların araşdırılması zamanı istifadə olunaraq presedent hüququnun prinsipi kimi formalaşmışdır. Bu prinsip tərəflərə öz hərəkətləri və ya davranışı ilə şübhəsiz və mübahisəsiz qəbul etmiş olduğu hallara sonradan istinad etməsini istisna edir. Estoppel prinsipi şəxsin digər tərəfin hüquqi şəraitə vicdanlı şəkildə güvənindən sui-istifadə edərək, onun mənafeyinə xələl gətirən üstünlük və fayda əldə etməsinin qarşısının alınması məqsədini daşıyır”.
58. Məhkəmə kollegiyası müqavilədə cərimə faizlərinin, hər hansı bir dəbbə pulunun tutulmaması dəlilinə münasibətdə qeyd edir ki, AR MM-nin 445-ci maddəsindən görünür ki, borclu öhdəliyin icrasını müəyyən olunmuş müddətdə yerinə yetirmədikdə icranı gecikdirmiş hesab olunur və bu halda o, gecikdirmə nəticəsində kreditora vurulmuş zərərə görə məsuliyyət daşıyır.
59. Həçminin müqavilədə ayrı qayda nəzərdə tutulmadıqda, borclu pul öhdəliyinin icrasını gecikdirdiyi halda kreditor gecikdirilmiş məbləğə görə gecikmə müddəti üçün illik 5 faiz tələb etmək hüququna malikdir. Bu hüquq birbaşa qanundan irəli gəldiyindən, onun tətbiqi üçün müqavilədə cərimə və ya dəbbə pulu barədə ayrıca şərtin mövcud olması tələb olunmur.
60. Beləliklə, borclunun öhdəliyi vaxtında icra etməməsi faktı onun həm də qanunla müəyyən edilmiş faizləri ödəmək və zərərin əvəzini çıxmaq öhdəliyini yaradır və bu məsuliyyət müqavilədə xüsusi qeyd olunub-olunmamasından asılı deyildir.
61. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisləndirilən hissədə qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
62. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:
Cavabdeh cavabdeh2ı Dövlət Gömrük Komitəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə cavabdeh2ı Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.