Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2-2(3-6)-362/2026 23.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Ziya Allahverdi oğlu Şirinovun sədrliyi və məruzəsi ilə, X3 və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Ismayılova Elnarə Məyiş qızının katibliyi, Iddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Cavabdeh qarşı “əsassız varlanma qaydasında pulun tutulması” tələbinə dаir iş üzrə Bakı Kommersiya Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxdı. Işin halları
1. ##.##.2025- ci il tarixdə cavabdeh köçürmə haqqında ərizə ilə iddiaçının Memar Əcəmi filialına müraciət edərək 907 851 Rusiya rublu məbləğində pulun öz hesabından “xxxx” Şirkətinin Rusiya Federasiyasındakı hesabına köçürülməsini xahiş etmiş, həmin tarixdə hesabına 14570 manat mədaxil etmişdir.
2. Iddiaçı tərəfindən ##.##.2025-ci il tarixdə 907 851 Rusiya rublu və 2723,55 Rusiya rublu komissiya məbləği cavabdehin iddiaçıda olan manat valyutalı hesabından rubl valyutalı hesabına konvertasiya edilərək (məzənnə: 0,0164) köçürülmüş, daha sonra rubl valyutalı hesabdan 907 851 Rusiya rublu (AZN ekvivalenti 14491,12 manat) “xxxx” Şirkətinin Rusiya Federasiyasındakı hesabına köçürülmüş, 2723,55 Rusiya rublu ((AZN ekvivalenti 43,47 manat) komissiya məbləği qismində tutulmuşdur.
3. Iddiaçı tərəfindən ##.##.2025-ci il tarixdə 5704,4 manat və 438,53 manat məbləğində pul cavabdehin bank hesabından səhv konvertasiya səbəbindən yaranmış borc üzrə akseptsiz qaydada silinmişdir.
Birinci instansiya məhkəməsindəki icraat
4. Iddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra İddiaçı ASC) cavabdeh Cavabdeh (bundan sonra Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 8242,35 manat məbləğində pulun və ödənilmiş 102,43 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. . Iddianın faktiki əsası olaraq göstərilmişdir ki: 2.1. iddiaçının müştərisi hüquqi şəxs Cavabdeh MMC-nin sahibkarlıq fəaliyyəti ilə bağlı ##.##.2025 – ##.##.2025-ci il tarixlərdə pul köçürmə əməliyyatlarının icrası zamanı manat valyutasında olan sahibkar hesabından cəmi 14534,62 manat silinməli olduğu halda, cəmi 149,34 manat silinmiş, cavabdeh 14385,28 manat əsassız varlanmışdır. Belə ki, iddia ərizəsinə əlavə edilmiş ##.##.2025-ci il tarixli CDATRO********* nömrəli köçürmə haqqında ərizədən görünür ki, vəsaiti köçürən müştəri Cavabdeh MMC-nin hesabından sahibkarlıq fəaliyyəti ilə əlaqədar Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində fəaliyyət göstərən benefisiar “xxxx” Şirkətinin hesabına 907851 Rusiya rublu köçürülməlidir. Hesabdan çıxarışlardan isə müəyyən olunur ki, ##.##.2025-ci il tarixdə Cavabdeh MMC-nin təsisçisi X1 bankın Memar Əcəmi filialında olan manat hesabına 14570 manat mədaxil etmişdir. Cavabdeh MMC-nin rubl valyutasında olan hesabdan çıxarışından görünür ki, malların alınması, iş və göstərilmiş xidmətlər üzrə ödəmə qismində xaricə köçürülməli olan 907851 Rusiya rublunun həmin gün üçün manat ekvivalenti 14491,12 manat, xidmət haqqı olan 2725 Rusiya rublu isə 43,50 manat təşkil etmişdir. Həmin məbləğdə pul vəsaiti “xxxx” Şirkətinin hesabına köçürülmüş, eyni zamanda əməliyyatın icrasına görə göstərilən məbləğdə xidmət haqqı tutulmuşdur. 2.2. Buradan məlum olur ki, xaricə köçürülməsi üçün cavabdehin manat hesabından silinməli olan cəmi məbləğ 14534,62 manat (14491,12 manat + 43,50 manat) olmuşdur. Lakin cavabdehin manat hesabından çıxarışdan görünür ki, onun hesabındakı məbləğdən həmin günün Rusiya rublunun manat ekvivalentinə (0,0164 manat = 1 Rusiya rublu məzənəsinə) uyğun olaraq 14534,62 manat silinməli olduğu halda, ##.##.2025-ci il tarixdə malların alınması, iş və göstərilmiş xidmətlər üzrə ödəməni təmin etmək məqsədilə 148,89 manat və xidmət haqqı olaraq 0,45 manat olmaqla cəmi 149,34 manat (148,89 manat + 0,45 manat) pul silinmişdir. 2.3. Göründüyü kimi, iddiaçı sözügedən köçürmə üzrə maliyyə əməliyyatlarını öz vəsaiti hesabına icra etmiş, amma cavabdehin manat hesabından həmin məbləği silməmişdir. Bununla da cavabdeh əsassız olaraq 14385,28 manat varlanmışdır. Bank tərəfindən sonrakı tarixlərdə cavabdehin hesablarında olan pul vəsaitlərinin bir qismi tutulsa da, iddiaçıya hazırda əsassız varlanma nəticəsində əldə edilmiş vəsaitdən 8242,35 manat hissə qaytarılmamışdır. Cavabdeh həmin məbləği xərcləmişdir. Şifahi və yazılı qaydada cavabdehdən əsassız əldə etdiyi pul vəsaitinin qaytarılması tələb edilmiş, lakin cavabdeh pulu geri qaytarmamışdır.
6. Iddiaçının nümayəndəsi X2 və X4 məhkəmə iclaslarında iştirak edərək iddianın məzmununa uyğun izahat (izah) verdilər və iddianının təmin edilməsini xahiş etdilər. 6. Məhkəmə bildirişləri cavabdehin X8 Sistemində yaradılmış elektron kabinetində, qanuni təmsilçisinin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetində yerləşdirilməklə, cavabdehin hüquqi ünvanına göndərilməklə, qanuni təmsilçisinin mobil telefon nömrələrinə “SMS” bildirişlər çatdırılmaqla məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclaslarında iştirak etməmiş və iştirak edilməməsinin səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən mübahisəyə cavabdehin iştirakı olmadan baxmışdır.
7. Bakı Kommersiya Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, cavabdeh Cavabdeh əsassız varlanma qaydasında 8242,32 manat məbləğində pul tutularaq iddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi,iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
8. Cavabdeh Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
APELLYASIYA ŞIKAYƏTININ VƏ ONA QARŞI ETIRAZIN DƏLILLƏRI, MƏHKƏMƏ ICRAATI IŞTIRAKÇILARININ IZAHATLARI
a) Apellyasiya şikayətinin dəlilləri
9. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, cavabdehin məhkəmə iclaslarında iştirakı təmin edilmədən qiyabi xarakterli yanaşma ilə, yalnız iddiaçının təqdim etdiyi qüsurlu dəlillərə əsaslanaraq qərar qəbul edilmişdir. Məhkəmə bildirişlərin elektron kabinetə və mobil nömrəyə SMS vasitəsilə göndərilməsini əsas gətirərək işə cavabdehin iştirakı olmadan baxmışdır. Lakin şirkətin qanuni təmsilçisinin bu bildirişləri real olaraq qəbul edib tanış olması obyetkiv şəkildə yoxlanılmamışdır ki, bu da çəkişmə və tərəflərin bərabərliyi prinsipini kobud şəkildə pozmuşdur. Belə ki, iddiaçı tərəfindən iddia edilən bank əməliyyatı ##.##.2025-ci il tarixində həyata keçirilmiş, lakin iddiaçının öz daxili sistemlərindəki texniki xətalar səbəbindən konvertasiya əməliyyatının səhv aparıldığı iddia olunaraq, şirkətimizin iradəsi və razılığı olmadan ##.##.2025-ci il tarixində hesabımızdan akseptsiz qaydada vəsaitlər silinmişdir. Məhkəmə bankın peşəkar fəaliyyəti zamanı yol verdiyi kobud texniki xətanın bütün məsuliyyətini əsassız olaraq müştərinin üzərinə qoymuş, şirkətimizin faktiki olaraq bu vəsaitləri əldə edib xərclədiyini sübut edən mötəbər mühasibatlıq sənədlərini tələb etmədən varlanma faktını ehtimal kimi qəbul etmişdir. Bankın müştəri hesabına qanunsuz müdaxiləsi fonunda qalan məbləğin əsassız varlanma kimi tələb edilməsi qanunun tələblərinə ziddir. Birinci instansiya məhkəməsi əsassız varlanmanın tərkib hissələrini düzgün qiymətləndirməmişdir. Bank öz texniki xətası ucbatından tranzaksiyanı icra edərkən hesablama səhvinə yol vermişsə, müştəri bu vəsaiti real olaraq iqtisadi dövriyyəyə daxil etmədikcə varlanmış hesab oluna bilməz. Məhkəmə yalnız iddiaçının daxili bank çıxarışlarına əsaslanıb, şirkətin passivlərinin azaldığını sübut olunmuş fakt kimi qəbul etməklə maddi hüquq normasını düzgün tətbiq etməmişdir. Bankın fəaliyyətindəki xətaların əsl səbəbləri müstəqil ekspertiza tərəfindən yoxlanılmamışdır. Cavabdeh tərəfin iddia olunan pul vəsaitini real olaraq mənimsəməsi, iqtisadi dövriyyəyə daxil etməsi və ya xərcləməsi faktını təsdiq edən heç bir mötəbər maliyyə, yaxud mühasibat sənədi tədqiq edilməmişdir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmuşdur.
11. Etiraz onunla əsaslandıırılmışdır ki, ##.##.2025-ci il tarixli CDATRO********* nömrəli köçürmə haqqında ərizədən görünür ki, Vəsaiti köçürən müştəri Cavabdeh MMCnin hesabından sahibkarlıq fəaliyyəti ilə əlaqədar Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində fəaliyyət göstərən Benefisiar “xxxx” şirkətinin hesabına 907851 (doqquz yüz yeddi min səkkiz yüz əlli bir) Rusiya rublu köçürülməlidir.Iddia ərizəsinə əlavə edilmiş hesabdan çıxarışlardan isə müəyyən olunur ki, ##.##.2025-ci il tarixdə Cavabdeh MMCnin təsisçisi X1 bankın Memar Əcəmi filialında olan manat hesabına 14570 manat mədaxil etmişdir. Iddia ərizəsinə əlavə edilmiş Cavabdeh MMC-nin RUBL valyutasında olan hesabdan çıxarışından görünür ki, malların alınması, iş və göstərilmiş xidmətlər üzrə ödəmə qismində xaricə köçürülməli olan 907851 Rusiya rublunun həmin gün üçün manat ekvivalenti 14491.12 manat, xidmət haqqı olan 2725 Rusiya Rublu isə 43.50 manat təşkil etmişdir. Həmin məbləğdə pul vəsaiti “xxxx” şirkətinin hesabına köçürülmüş, eyni zamanda əməliyyatın icrasına görə göstərilən məbləğdə xidmət haqqı tutulmuşdur. Buradan məlum olur ki, xaricə köçürülməsi üçün cavabdehin manat hesabından silinməli olan cəmi məbləğ 14534.62 AZN (14491.12 AZN + 43.50 AZN) olmuşdur.
Məhkəmə icraatı iştirakçılarının izahatları
12. Tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir.
TƏTBIQ EDILƏN HÜQUQ
Azərbaycan Respublikası Mülki Məcəlləsi
13. Maddə 21. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
14. Maddə 385.1 Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
15. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
16. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
17. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
18. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
19. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
20. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
21. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
22. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
23. Maddə 78.1. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir.
24. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
25. Maddə 89.1. Yazılı sübutlar - iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır.
APELLYASIYA BAXIŞININ HƏDLƏRI
26. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
27. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
28. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının həddini qətnamənin mübahisələndirilən hissədə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir.
APELLYASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI
29. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi mübahsiləndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır . Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin bir dəlili olan məhkəmə prosesləri barədə məlumatlandırılmamış olmasına münasibətdə bildirmək istəyir ki, bu dəlil birinci instansiya məhkəməsinin prosessual hüquq normalarının pozuntusuna yol veribvermədiyinin
30. araşdırılmasını zəruri edir.
31. Mülki prosessual qanunvericilikdə təsbit edilmiş çəkişmə prinsipi Konstitusiyanın 60-cı maddəsinə uyğun olaraq məhkəmə müdafiəsi hüququnun təməl institutudur. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun formalaşdırdığı mövqeyə görə məhkəmə müdafiəsi hüququ şəxsin mülki hüquq və vəzifələri müəyyən edilərkən işə cəlb edilməsini, belə bir prosesdən xəbərdar olmasını da ehtiva edir (“K.Abbasovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ## ###### 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun ## ###### 2016-cı il tarixli Qərarı).
32. Avropa Insan Hüquqları Məhkəməsinin hüquqi mövqeyinə görə çəkişməli məhkəmə hüququ prinsip etibarilə cinayət və ya mülki məhkəmə tərəflərinə məhkəmənin qərarına təsir etmək üçün hətta milli hüquq xidmətinin müstəqil üzvü tərəfindən təqdim edilmiş bütün sübutlar və müşahidələrlə tanış olmaq və onlara dair şərh vermək imkanını nəzərdə tutur (Ruiz-Mateos Ispaniyaya qarşı, § 63; McMichael Birləşmiş Krallığa qarşı, § 80; Vermeulen Belçikaya qarşı, § 33; Lobo Portuqaliyaya qarşı, § 31; Kress Fransaya qarşı [BP], § 74). Bununla belə, çəkişməli məhkəmə hüququ mütləq hüquq deyil və onun tətbiq dairəsi sözügedən məhkəmə işinin xüsusi hallarından asılı olaraq dəyişə bilər (Hudakova və digərləri Slovakiyaya qarşı).
33. Qanunverici cavabdehin iştirakı olmadan işə baxılmasının mümkünlüyünü onun “məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsi” ilə şərtləndirmişdir.
34. Iş materiallarından görünür ki, birinci instansiya məhkəməsi prosesin gedişatı barədə tərəfləri məlumatlandırmış, müvafiq bildirişlər cavabdehin AVIS kabinetinə yerləşdirilmiş və ünvanına göndərilmiş, eləcə də SMS xəbərdarlıq vasitəsi ilə prosesslər barədə ona məlumat verilmişdir .
35. Göründüyü kimi birinci instansiya məhkəməsi cavabdehin iştirakın təmin edilməsi üçün bütün zəruri prosessual səyləri göstərmiş, lakin cavabdeh lazımı fəallıq və sayıqlıq göstərməyərək məhkəmə iclaslarının gedişatı barədə maraqlanmamışdır. Bu xüsasatda kollegiya ona da diqqət çəkir ki, sahibkarlıq fəaliyyəti müəyyən risklər daşımaqla yanaşı həmin fəaliyyətlə məşğul olan şəxsin öz fəaliyyətini peşəkar qaydada təşkil etmək öhdəliyini də ehtiva edir. Bu isə digər məsələlərlə yanaşı vaxtıvaxtında
36. dövlət orqanlarının təqdim etdiyi sənədlərə (xəbərdarlıqlar, bildirişlər, məktublar və s.) ya özü, ya da bu sahədə peşəkarlar (hüquqşünaslar, maliyyəçilər və s.) cəlb etməklə vaxtında münasibət bildirməsini də əhatə edir.Əks təqdirdə kommersiya subyektləri vaxtında göstərmədikləri sayıqlığın riskini daşıyırlar. Bu baxımdan, bu cür fəaliyyətlə məşğul olan şəxslər dövlət orqanlarında (həmin orqanların qanuni çərçivədə verilmiş göstərişlərini) özləri və ya öz nümayəndələri vasitəsi ilə təmsil olunaraq hüquqlarını daha aktiv qorunması üçün səy göstərməlidirlər.
37. Nəzərə alınmalıdır ki, sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir. Başqa sözlə, sahibkarlıq fəaliyyətinin üç xüsusiyyəti var: müstəqillik, mənfəət götürmək məqsədi və fəaliyyətin iqtisadi xarakterli olması Eyni zamanda, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 133.1-ci maddəsinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin ## ######## 2004-cü il Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə sahibkarlıq fəaliyyəti mahiyyət etibarı ilə əmlakdan istifadə olunması, malların satılması, işlərin görülməsi və ya xidmətlər göstərilməsi ilə gəlir əldə olunmasına yönəlmiş, qanunla qadağan edilməyən növlər üzrə sahibkarın riski ilə həyata keçirilən, məhz müstəqil bir fəaliyyətdir.
38. Bu kontekstdə kollegiya qeyd edir ki, məhkəmə pozulmuş hüququnun bərpası institutudur və kommersiya subyekti olan iddiaçının nöqsanlarını düzəltmək vəzifəsi yoxdur. Kollegiya vurğulamağı zəruri hesab edir, Konstitusiyada "azad sahibkarlığa təminat" məhz təminatdır və Azərbaycan Respublikasının sahibkarların daşımalı olduğu riskləri onlarla birgə bölüşdürülməsi kimi şərh edilə bilməz.
39. Beləliklə məhkəmə, iclasların yeri və vaxtı barədə cavabdeh lazımi qaydada məlumatlandıraraq işə baxmış, ədalət mühakiməsinin çəkişmə və tərəflərin bərabərliyi əsasında həyata keçirilməli olduğuna dair təməl prinsipləri pozmamışdır.
40. Mülki qanunvericilik öhdəliklərin əmələ gəlmə əsaslarını müəyyən edir (§ 41) və bu əsaslar müqavilədən və müqavilədən kənar olmaqla iki yerə bölünür. Öhdəliyin əsassız varlanma ilə əmələ gəlməsi onun müqavilədən kənar əsasla yaranması hesab olunur.
41. Əsassız varlanma hüquqi əsas – bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmadan və ya həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənərək başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə edilməsidir. Mülki hüquq nəzəriyyəsində məhrum olanın əsassız əldə edilmiş və ya saxlanılmış əmlakı qaytarmaq barədə varlanmış şəxsə verdiyi tələb kondikasiya iddiası adlanır və bu növ iddiada bir neçə şərtin mövcudluğu sübut edilməlidir. Belə ki, kondikasiya iddiasının sübutetmə predmetinə (1) varlanmanın baş verməsi, (2) bu varlanmanın hüquqi əsasa malik olmaması, (3) varlanmanın məhrum olanın hesabına formalaşması daxildir. Bu şərtlərdən hər hansı birinin mövcudluğunun sübut edilməməsi kondikasiya iddiasının rəddi üçün əsasdır.
42. Kondikasiya iddiasının digər şərti varlanmanın məhrum olanın hesabına baş verməsidir – hazırkı mübahisə üzrə cavabdehin sözügedən varlanmasının məhz iddiaçının (dövlətin) əmlakından istifadə ilə baş verdiyi də işin müəyyən olunan halıdır.
43. Kondikasiya iddiasının sonuncu şərti kimi bu varlanmanın hüquqi əsasa malik olmaması, yəni bu cür varlanmaya haqq qazandıran müqavilə əsasının və ya qanuni əsasın olub-olmaması və ya varlanmanın həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənməsi çıxış edir.
44. Yuxarıda qeyd olunanlardan göründüyü kimi, hazırkı mübahisə baxımından bu şərt də mövcuddur – belə ki, cavabdehin iddiaçıya məxsus pul vəsaitindən istifadə etməsinə haqq qazandıran müqavilə əsası, yaxud qanuni əsas yoxdur.
45. Bu baxımdan kollegiya hesab edir ki, iddiaçının pul vəsaitindən istifadəyə görə ödənilməsini tələb etdiyi pulun tutulması tələbi əsassız varlanmadan irəli gələn tələb kimi əsaslıdır.
46. Kollegiya ekspertiza təyin olunması ilə bağlı dəlilinə münasibətdə qeyd etmək istəyir ki, mülki prosessual qanunvericiliyin tələblərinə əsasən ekspertiza yalnız iş üzrə xüsusi bilik tələb edən və mövcud sübutlarla müəyyən edilməsi mümkün olmayan hallar olduqda təyin edilir.
47. Hazırkı iş üzrə isə mübahisənin predmeti bank əməliyyatının icrası, köçürülən məbləğin hesablanması və hesabdan silinmiş vəsaitin həcmi ilə bağlıdır ki, bu hallar iş materiallarında olan köçürmə tapşırıqları, bank çıxarışları və hesab üzrə dövriyyə sənədləri ilə tam və aydın şəkildə müəyyən olunur. Həmin sənədlər əməliyyatın məzmununu, tətbiq edilmiş məzənnəni və tutulmuş xidmət haqqını dəqiq əks etdirdiyindən əlavə xüsusi bilik tələb edən hər hansı qeyri-müəyyən hal mövcud deyildir.
48. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
49. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi:
Cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin Bakı Kommersiya Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyatorun ödədiyi dövlət rüsumu özünə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.