Məhkəmə qərarları › İş №2-2(3-6)-364/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(3-6)-364/2026

22.04.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2-2(3-6)-364/2026 22.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI iddiaçı İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər cavabdeh3, Bəşirova (Zeynalova) Günay Əli qızı və cavabdeh1 qarşı borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi və s. tələblərə dair kommersiya mübahisəsi Açar söz: kredit müqaviləsi üzrə borcun tutulması, borcun məbləğinin müəyyən edilməsi, ipoteka predmetinə tutma yönəldilməsi, ipotekanın qiyməti sübutetmə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Mahmudova Təranə Nəriman qızının sədrliyi və məruzəsi ilə, hakimlər Şirinov Ziya Allahverdi oğlu, X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Məhərrəmova Günel Elman qızının katibliyi, iddiaçı İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi nümayəndə1 iştirakı ilə, iddiaçı İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər cavabdeh3, Bəşirova (Zeynalova) Günay Əli qızı və cavabdeh1 qarşı borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi və s. tələblərə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin e-*-*(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli qətnaməsindən cavabdeh cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxdı. Işin halları

1. xxxx” QSC ilə cavabdeh3 arasında bağlanmış ##.##.2020- ci il tarixli ***L************ nömrəli uzunmüddətli kredit müqaviləsinin məzmunundan görünür ki, müvafiq müqaviləyə əsasən cavabdeh3 bank tərəfindən 120 (yüz iyirmi) ay müddətinə 1000000 (bir milyon) manat məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə vеriləcək məbləğ, müddət, faiz dərəcəsi və məqsədi ayrıca оlaraq kredit razılaşması ilə müəyyən olunmuşdur.

2. İddiaçı QSC ilə cavabdeh3 arasında bağlanmış ##.##.2020-ci il tarixli ***L************ nömrəli uzunmüddətli kredit müqaviləsi üzrə İddiaçı QSC ilə cavabdeh3 arasında bağlanmış ##.##.2023-cü il tarixli, ***R********** nömrəli kredit razılaşmasının məzmunundan görünür ki, müvafiq razılaşma əsasında cavabdeh3 bankdan 30 (otuz) ay müddətinə, aylıq faiz dərəcəsi 1.375% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 100000 (yüz min) manat məbləğində kredit verilməsi razılaşdırılmışdır.

3. İddiaçı QSC tərəfindən tərtib edilmiş kreditin verilməsi – köçürmə adı sənəddən görünür ki, İddiaçı QSC tərəfindən cavabdeh3 bank hesabına 100000 manat məbləğində kredit köçürülmüşdür. Sözügedən sənəd tərəflərin imzası ilə təsdiq edilmişdir.

4. Iddiaçı tərəfindən iş materiallarına ödəniş planı və hesabdan çıxarış əlavə edilmişdir.

5. İddiaçı QSC ilə cavabdeh1 arasında bağlanmış ##.##.2022-ci il tarixli, ***S************ nömrəli zaminlik müqaviləsinin məzmunundan görünür ki, İddiaçı QSC ilə cavabdeh3 arasında bağlanmış ##.##.2020-ci il tarixli ***L************ nömrəli uzunmüddətli kredit müqaviləsi və həmin uzunmüddətli kredit müqaviləsinin ayrılmaz tərkib hissəsi olan kredit razılaşması üzrə cavabdeh3 öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdeh1 bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür.

6. İddiaçı QSC ilə cavabdeh2 arasında bağlanmış ##.##.2022-ci il tarixli, ***S************ nömrəli zaminlik müqaviləsinin məzmunundan görünür ki, İddiaçı QSC ilə cavabdeh3 arasında bağlanmış ##.##.2020-ci il tarixli ***L************ nömrəli uzunmüddətli kredit müqaviləsi və həmin uzunmüddətli kredit müqaviləsinin ayrılmaz tərkib hissəsi olan kredit razılaşması üzrə cavabdeh3 öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdeh2 bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür.

7. Ipoteka saxlayan – İddiaçı QSC ilə ipoteka qoyan – cavabdeh1, borc alan – cavabdeh3 arasında bağlanmış və Bakı şəhəri ** nömrəli notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş ##.##.2022-ci il tarixli, ***M************ nömrəli ipoteka müqaviləsinin məzmunundan görünür ki, İddiaçı QSC ilə cavabdeh3 arasında bağlanmış ##.##.2020-ci il tarixli ***L************ nömrəli uzunmüddətli kredit müqaviləsi üzrə cavabdeh3 öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə cavabdeh1 tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsi, **B saylı binanın 5-ci girişində *** saylı mənzil İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir.

8. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilən çıxarışdan müəyyən edilir ki, Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsi, **B saylı binanın 5-ci girişində *** saylı mənzil cavabdeh1 adına ##.##.2021-ci ildə Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır (qeydiyyat nömrəsi: 1121063165).

9. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən **** nömrəli reyestr kitabının ****** nömrəli vərəqində qeydiyyata alınmış çıxarışın məzmunundan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsi, **B saylı binanın 5-ci girişində *** saylı mənzilin cavabdeh3 kredit öhdəliklərinin icrasını təmin etmək üçün “xxxx” QSC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır.

10. Ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin məzmunundan görünür ki, ipoteka saxlayan İddiaçı QSC tərəfindən cavabdeh cavabdeh1 müvafiq bildiriş göndərilmişdir. Ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması haqqında ərizə Elektron Xidmətlər Portalı vasitəsi ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi Idarəsinə təqdim olunmuş və ##.##.2025-ci il tarixdə, 1125089512 nömrə ilə həmin idarədə qeydə alınmışdır. Iddiaçı İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ipoteka bildirişinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi Idarəsində qeydiyyata alınması üçün 15 (on beş) manat məbləğində dövlət rüsumu və 36 (otuz altı) manat məbləğində xidmət haqqı ödəmişdir.

11. İddiaçı QSC-nin cavabdeh3 ünvanladığı ##.##.2025-ci il tarixli xəbərdarlıq məktubunun məzmunundan görünür ki, ##.##.2025-ci il tarixinədək ##.##.2025-ci il tarixinə olan 62742,33 manat əsas borc, 7127,04 faiz borcu, 3206,09 manat cərimə borcu banka qaytarılmazsa, müqaviləyə vaxtından əvvəl xitam veriləcəyi və müvafiq kredit müqaviləsi üzrə tərəflər arasında bağlanmış kredit razılaşmasına əsasən hesablanmış əsas, faiz və cərimə məbləğlərinin məcburi alınması üçün hüquq mühafizə orqanlarına müraciət ediləcəyi, bu halda o, təkcə banka borclu olduğu məbləği deyil, həm də ödəniləcək dövlət rüsumu və məcburi icra ilə bağlı bütün xərcləri ödəyəcəyi ilə bağlı xəbərdar edilmişdir.

12. İddiaçı QSC-nin cavabdeh1 ünvanladığı ##.##.2025-ci il tarixli xəbərdarlıq məktubunun məzmunundan görünür ki, ##.##.2025-ci il tarixinədək ##.##.2025-ci il tarixinə olan 62742,33 manat əsas borc, 7127,04 faiz borcu, 3206,09 manat cərimə borcu banka qaytarılmazsa, müqaviləyə vaxtından əvvəl xitam veriləcəyi və müvafiq kredit müqaviləsi üzrə tərəflər arasında bağlanmış kredit razılaşmasına əsasən hesablanmış əsas, faiz və cərimə məbləğlərinin məcburi alınması üçün hüquq mühafizə orqanlarına müraciət ediləcəyi, bu halda o, təkcə banka borclu olduğu məbləği deyil, həm də ödəniləcək dövlət rüsumu və məcburi icra ilə bağlı bütün xərcləri ödəyəcəyi ilə bağlı xəbərdar edilmişdir.

13. İddiaçı QSC-nin cavabdeh2 ünvanladığı ##.##.2025-ci il tarixli xəbərdarlıq məktubunun məzmunundan görünür ki, ##.##.2025-ci il tarixinədək ##.##.2025-ci il tarixinə olan 62742,33 manat əsas borc, 7127,04 faiz borcu, 3206,09 manat cərimə borcu banka qaytarılmazsa, müqaviləyə vaxtından əvvəl xitam veriləcəyi və müvafiq kredit müqaviləsi üzrə tərəflər arasında bağlanmış kredit razılaşmasına əsasən hesablanmış əsas, faiz və cərimə məbləğlərinin məcburi alınması üçün hüquq mühafizə orqanlarına müraciət ediləcəyi, bu halda o, təkcə banka borclu olduğu məbləği deyil, həm də ödəniləcək dövlət rüsumu və məcburi icra ilə bağlı bütün xərcləri ödəyəcəyi ilə bağlı xəbərdar edilmişdir.

14. İddiaçı QSC tərəfindən tərtib edilmiş ##.##.2025-ci il tarixli maliyyə arayışından görünür ki, cavabdeh3 ##.##.2023-cü il tarixli, ***R********** nömrəli kredit razılaşması üzrə ##.##.2025-ci il tarixə banka əsas borcu 62472,33 manat, faiz borcu 7127,04 manat, cərimə borcu 3206,09 manat olmaqla, ümumilikdə borcu 73075,46 manat təşkil edir.

15. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ##.##.2025-ci il tarixli, */**** saylı ekspert rəyindən görünür ki, iş materiallarında olan hesabdan çıxarış məlumatları, ##.##.2020-ci il tarixli, ***L*********** saylı kredit xətti müqaviləsinin çərçivəsində imzalanmış ##.##.2023-cü il tarixli ***R********** saylı kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq, cavabdeh3 İddiaçı QSC-yə olan borcu ## ### 2025-ci il tarixinə - maliyyə arayışında qeyd olunan tarixə: əsas borc üzrə 62018,19 manat, faiz borcu üzrə 8316,02 manat; ## #### 2025-ci il tarixinə əsas borc üzrə 62018,19 manat, faiz borcu üzrə 10049,95 manat məbləğində müəyyən olunur.

16. “xxxx” MMC tərəfindən verilən əmlakın qiymətləndirilməsi barədə ##.##.2025-ci il tarixli, CVN/O **-***/** saylı qiymətləndirmə rəyindən və ##.##.2025-ci il tarixli, CVN/O **- ***-*/** saylı məktubdan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsi, **B saylı binanın 5-ci girişində *** saylı mənzilin likvid dəyəri 148200 manat, bazar dəyəri 156000 manat təşkil edir. Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı

17. Iddiaçı İddiaçı Qapalı Səhmdar Cəmiyyəti cavabdehlər Bəşirov cavabdeh3 (Zeynalova) Günay Əli qızı və cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdеhlərdən müştərək qaydada iddiaçının хеyrinə ***R********** saylı krеdit razılaşması üzrə 62742,33 manat krеdit bоrcu, 7127,04 manat faiz bоrcu və 3206,09 manat cərimə olmaqla, ümumilikdə cəmi 73075,46 manat məbləğində bоrcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 309,25 manat dövlət rüsumunun, ipoteka predmeti olan mənzilə tutma yönəldilməsi üçün ödənilmiş 15 manat rüsum və 36 manat xidmət haqqının tutulması; tutmanın cavabdeh1 məxsus Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsi, **B saylı binanın 5-ci girişində *** saylı mənzilə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması, hərracdan satış hesabına əldə olunmuş vəsaitdən 73075,46 manat məbləğində bоrc, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 309,25 manat dövlət rüsumu, ipoteka predmeti olan əmlaka tutma yönəldilməsi üçün ödənilmiş 15 manat rüsum və 36 manat xidmət haqqının bankın xeyrinə ödənilməsi, hərracdan əldə edilmiş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə, qalan məbləğin cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

18. Iddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh3 “xxxx” QSC ilə bağladığı ##.##.2020-ci il tarixli ***L************ saylı uzunmüddətli kredit müqaviləsinə əsasən 120 (yüz iyirmi) ay müddətinə 1000000 (bir milyon) manat məbləğində krеdit хətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə vеriləcək məbləğ və müddət ayrıca оlaraq krеdit razılaşması ilə müəyyən оlunur. Uzunmüddətli kredit müqaviləsi üzrə cavabdeh3 “xxxx” QSC ilə bağladığı ##.##.2023-cü il tarixli, ***R********** saylı krеdit razılaşması əsasında bankdan 30 ay müddətinə, aylıq faiz dərəcəsi 1.375% оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 100000 (yüz min) manat məbləğində krеdit götürmüşdür. cavabdeh3 krеdit razılaşmasının 1.2-ci bəndinin tələbini pоzaraq krеdit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, krеdit bоrcu və faiz bоrcundan ibarət оlmaqla, ödəməli оlduğu vəsaitləri ##.##.2024-cü il tarixdən banka qaytarmamışdır. cavabdeh3 götürdüyü krеdit bоrcundan 37257,67 manat ödəmiş, onun 62742,33 manat məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1-ci bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən bildirilir ki, cavabdeh3 kredit borcu və faiz borcundan ibarət olmaqla, ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün ##.##.2025-ci il tarixə 232 gün üçün hesablanmış faiz borcu 7127,04 manat təşkil edir. Krеdit razılaşmasının 4.1-ci bəndinin şərtərinə uyğun оlaraq borclu ödəniş planı üzrə krеditi və оna hеsablanmış faizi vaхtında qaytarmadıqda hər gеcikdirilən gün üçün kredit qalığının 0.02% məbləğində cərimə ödəməlidir. ##.##.2025-ci il tarixə 232 gün üçün hеsablanmış cərimə 3206,09 manat təşkil edir. Uzunmüddətli krеdit müqaviləsinin 3.1.2-ci bəndinin “a” yarımbəndinə əsasən krеdit alan müvafiq оlaraq krеditi və faizi ödəniş planına uyğun оlaraq qaytara bilmədikdə kreditor müqaviləyə vaxtından əvvəl xitam vеrmək, qalan krеdit məbləğini, faiz bоrcunu və müqavilə üzrə hеsablanmış cəriməni tələb еtmək hüququna malikdir. Uzunmüddətli kredit müqaviləsi üzrə cavabdeh3 öhdəliklərinin icrasını təmin еtmək məqsədilə cavabdеhlər cavabdeh1, cavabdeh2 bağlanmış zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Onlar həmin zaminlik müqavilələrinin 1.1-ci bəndinə əsasən yuхarıda göstərilən uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında cavabdeh cavabdeh3 ilə birgə məsuliyyət daşıyır və uzunmüddətli kredit müqaviləsi üzrə krеditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra еtməlidirlər. Uzunmüddətli kredit müqaviləsi üzrə cavabdeh3 öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdeh1 İddiaçı QSC ilə bağladığı ##.##.2022-ci il tarixli ***M************ saylı ipoteka müqaviləsi əsasında Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsi, **B saylı binanın 5-ci girişində *** saylı mənzili İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü etmişdir. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrinin **** №-li reyestr kitabının ****** №-li vərəqində qeydiyyata alınmış ##.##.2022-ci il tarixli elektron çıxarışa əsasən Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsi, **B saylı binanın 5-ci girişində *** saylı mənzilinin cavabdeh3 kredit öhdəliklərinin icrasını təmin etmək üçün “xxxx” QSC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır. Ipoteka saxlayan “xxxx” QSC tərəfindən cavabdeh-ipoteka verən cavabdeh1 ipoteka haqqında Azərbaycan Respublikası Qanununun 36.2-ci bəndinə uyğun olaraq ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında ##.##.2025-ci il tarixdə bildiriş göndərilmişdir. Ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması haqqında ərizə Elektron Xidmətlər Portalı vasitəsi ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə təqdim olunmuş və ##.##.2025-ci il tarixdə həmin idarədə qeydə alınmışdır. Iddiaçı “xxxx” QSC ipoteka bildirişinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin * saylı Bakı Ərazi Idarəsində qeydiyyata alınması üçün 15 manat dövlət rüsumu və 36 manat xidmət haqqı ödəmişdir.

19. Iş üzrə iddiaçı və digər cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməmişdir. Iddiaçı tərəf “AZEMIS” elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmə iclasının nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən iddiaçı və digər cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

20. Iddiaçı tərəf ##.##.2026-cı il tarixdə “AZEMIS” elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə məhkəməyə ərizə ilə müraciət edərək bildirmişdir ki, iddia ərizəsini müdafiə edir. Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən borc məbləği ilə bağlı verilmiş rəyə etiraz edilmir. Qiymətləndirici “xxxx” MMC tərəfindən ipoteka predmeti olan əmlakın bazar dəyərinin 156000 manat, likvid dəyərinin 148200 manat olaraq müəyyən edilməsi barədə rəylə razıdırlar. Qiymətləndirmə xərci olaraq müəyyən edilmiş 300 manat xidmət haqqı iddiaçı bank tərəfindən ödənilmişdir. Həmin məbləğin ödənilməsi barədə qəbz elektron qaydada məhkəməyə təqdim edilmişdir. Mövcud iddia tələbləri ilə yanaşı, qiymətləndirmə xərci olaraq ödənilən 300 manat vəsaitin də cavabdehlərdən bankın xeyrinə tutulmasını xahiş edilir. Həmçinin məhkəməyə müraciət edildikdən sonra cavabdehlər tərəfindən mövcud borcdan ödəniş həyata keçirilməmişdir. Mübahisənin məhkəmədən kənar qaydada həlli ilə bağlı tərəflər arasında razılıq yoxdur. Qeyd olunanlara əsasən məhkəmə iclasının iddiaçı bankın nümayəndəsinin iştirakı olmadan keçirilməsi, iddia tələblərinin təmin edilməsi, həmçinin qiymətləndirmə xərci olaraq ödənilən 300 manatın cavabdehlərdən müştərək qaydada bankın xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş edir.

21. Məhkəmə iclasında iştirak edən cavabdeh cavabdeh3 izahat verərək bildirdi ki, iddia tələbini qəbul edir. Qarşı tərəfə müraciət edərək yeni ödəniş qrafikinin tərtib edilməsini xahiş etmiş, lakin qarşı tərəf onunla razılaşmamışdır. Tutmanın ipoteka predmetinə yönəldilməsi hissəsində iddia tələbini qəbul etmir, borcu ödəyəcəkdir.

22. Bakı Kommersiya Məhkəməsinin ##.##.2025-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehlər cavabdeh3, Bəşirova (Zeynalova) Günay Əli qızı və cavabdeh1 müştərək qaydada ***R********** saylı kredit razılaşması üzrə 62018,19 manat (altmış iki min on səkkiz manat on doqquz qəpik) kredit borcu, 7127,04 manat (yeddi min yüz iyirmi yeddi manat dörd qəpik) faiz borcu, 3206,09 manat (üç min iki yüz altı manat doqquz qəpik) cərimə olmaqla, cəmi 72351,32 manat (yetmiş iki min üç yüz əlli bir manat otuz iki qəpik), ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 15 (on beş) manat dövlət rüsumu, 36 (otuz altı) manat xidmət haqqı və ödənilmiş dövlət rüsumuna görə 306,2 manat (üç yüz altı manat iyirmi qəpik), ödənilmiş qiymətləndirmə xidmət haqqına görə 297 (iki yüz doxsan yeddi) manat məbləğində pul vəsaiti iddiaçı İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, tutmanın cavabdeh1 məxsus Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsi, **B saylı binanın 5-ci girişində *** saylı mənzilə yönəldilsin, həmin əmlak açıq hərracda satılsın, satışdan əldə olunmuş vəsait hesabına iddiaçıya olan borc ödənilsin, satışdan artıq məbləğ qalarsa, qalan məbləğ cavabdeh1 qaytarılması, ipoteka predmeti olan, Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsi, **B saylı binanın 5-ci girişində *** saylı mənzilin ilkin satış qiyməti 148200 (yüz qırx səkkiz min iki yüz) manat müəyyən edilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 100 (yüz) manat pulun 99 (doxsan doqquz) manat hissəsinin cavabdehlər cavabdeh3, Bəşirova (Zeynalova) Günay Əli qızı və cavabdeh1 müştərək qaydada, 1 (bir) manat hissəsi İddiaçı Qapalı Səhmdar Cəmiyyətindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (kod: 210005, VÖEN: 1401555071, müxbir hesab: AZ41NABZ01360100000000003944, SWIFT BIK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: 1700326621, hesab: AZ34CTRE00000000000002088501) köçürülməsi qət edilmişdir.

23. Məhkəmə tərəfindən qətnamə aşağıdakı kimi əsaslandırılmışdır:  Işin müəyyən olunmuş hallarından göründüyü kimi, İddiaçı QSC ilə cavabdeh3 arasında ##.##.2020-ci il tarixli ***L************ nömrəli uzunmüddətli kredit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən cavabdeh3 bank tərəfindən 120 (yüz iyirmi) ay müddətinə 1000000 (bir milyon) manat məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq kredit razılaşması ilə müəyyən olunmuşdur. İddiaçı QSC ilə cavabdeh3 arasında bağlanmış ##.##.2020-ci il tarixli ***L************ nömrəli uzunmüddətli kredit müqaviləsi üzrə İddiaçı QSC ilə cavabdeh3 arasında ##.##.2023-cü il tarixli, ***R********** nömrəli kredit razılaşması bağlanmış və həmin razılaşmaya əsasən cavabdeh3 bankdan 30 (otuz) ay müddətinə, aylıq faiz dərəcəsi 1.375% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 100000 (yüz min) manat məbləğində kredit götürmüşdür. İddiaçı QSC ilə cavabdeh1 arasında ##.##.2022-ci il tarixli, ***S************ nömrəli, cavabdeh2 arasında ##.##.2022-ci il tarixli, ***S************ nömrəli zaminlik müqavilələri bağlanmış və həmin müqavilələrə əsasən İddiaçı QSC ilə cavabdeh3 arasında bağlanmış ##.##.2020-ci il tarixli ***L************ nömrəli uzunmüddətli kredit müqaviləsi və həmin uzunmüddətli kredit müqaviləsinin ayrılmaz tərkib hissəsi olan kredit razılaşması üzrə cavabdeh3 öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdeh1, cavabdeh2 bank qarşısında öz üzərinə məsuliyyət götürmüşlər. Ipoteka saxlayan – İddiaçı QSC ilə ipoteka qoyan – cavabdeh1, borc alan – cavabdeh3 arasında ##.##.2022-ci il tarixli, ***M************ nömrəli ipoteka müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən İddiaçı QSC ilə cavabdeh3 arasında bağlanmış ##.##.2020-ci il tarixli ***L************ nömrəli uzunmüddətli kredit müqaviləsi üzrə cavabdeh3 öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə cavabdeh1 tərəfindən mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsi, **B saylı binanın 5-ci girişində *** saylı mənzil İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Kreditor kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirsə də, borcalan və zaminlər kredit müqaviləsi üzrə öhdəlikləri tam icra etməmiş, bununla da müqavilənin şərtlərini və mülki qanunvericiliyin normalarını pozmuşlar.  Məhkəmə qanunvericilik normalarını, müqavilə şərtlərini, cavabdehlərin (borcalan və zaminlər) müqavilə öhdəliklərini lazımınca icra etmədiyini, alınan pul məbləğini faizləri ilə birgə borc verənə qaytarmaq vəzifəsi daşımasını, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını, ##.##.2025-ci il tarixli, */**** saylı ekspert rəyini, MPM-in 218.3-cü maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia tələbi əsas kredit borcu hissəsində qismən və faiz borcunun tutulması hissəsində tam təmin edilməli, cavabdehlər cavabdeh3, Bəşirova (Zeynalova) Günay Əli qızı və cavabdeh1 müştərək qaydada ***R********** saylı kredit razılaşması üzrə 62018,19 manat (altmış iki min on səkkiz manat on doqquz qəpik) (ekspert rəyinə uyğun) kredit borcu, 7127,04 manat (yeddi min yüz iyirmi yeddi manat dörd qəpik) (tələbə uyğun) faiz borcu iddiaçının xeyrinə tutulmalı, əsas borcun tutulması hissəsində iddia qalan hissədə əsassız olduğundan təmin olunmamalıdır. Belə ki, ekspert rəyindən görünür ki, əsas borcun məbləği 62018,19 manat təşkil etmişdir, faiz borcunun məbləği isə iddia tələbindəki faiz məbləğindən daha artıqdır.  Məhkəmə hesab edir ki, cavabdehlər tərəfindən borc iddiaçıya müəyyən edilmiş müddət ərzində ödənilmədiyindən iddiaçı müqavilə şərtlərinə əsasən cavabdehlərdən cərimə məbləğinin ödənilməsini tələb etməkdə haqlıdır.  Məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də tərəflərin əsaslı mənafelərini nəzərə alaraq hesab edir ki, cavabdehlərdən birgə qaydada 3206,09 manat (üç min iki yüz altı manat doqquz qəpik) cərimə tutularaq iddiaçıya ödənilməlidir.  Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı olaraq ipoteka müqaviləsinə əsasən cavabdeh1 məxsus yuxarıda qeyd edilən ünvanda yerləşən daşınmaz əmlak iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Müqavilə qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Ipotekaya tutma yönəldilməsi ilə bağlı “Ipoteka” haqqında Qanunda nəzərdə tutulmuş prosedura əməl edilmiş, ipoteka qoyana ipotekaya tutma yönəldilməsi barədə bildiriş göndərilmiş, həmin bildirişin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması ilə bağlı müraciət edilmiş və bildiriş reyestrdə qeydiyyata alınmışdır.  Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, “Ipoteka haqqında” Qanunun 34-cü maddəsində nəzərdə tutulmuş əsaslar olduğundan və ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququ yarandığından iddia tələbi tutmanın ipoteka predmetinə yönəldilməsi hissəsində təmin edilməli, tutma ##.##.2022-ci il tarixli, ***M************ nömrəli ipoteka müqaviləsinə əsasən cavabdeh1 məxsus olan Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsi, **B saylı binanın 5-ci girişində *** saylı mənzilə yönəldilməli, həmin əmlak açıq hərracda satılmalı, əmlakın satışından əldə olunmuş vəsait hesabına banka olan borc ödənilməli, satışdan artıq məbləğ qalarsa, qalan məbləğ cavabdeh1 qaytarılmalıdır.  Məhkəmə tərəfindən ipoteka predmetlərinin likvid dəyərinin müəyyən edilməsi ilə bağlı qiymətləndirici rəyi alınmışdır. Həmin rəyə əsasən ipoteka predmeti olan, Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsi, **B saylı binanın 5-ci girişində *** saylı mənzilin 148200 (yüz qırx səkkiz min iki yüz) manat olması müəyyən edilmişdir.

38. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh3 məxsus olan Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsi, **B saylı binanın 5-ci girişində *** saylı mənzilin ilkin satış qiyməti 148200 (yüz qırx səkkiz min iki yüz) manat məbləğində müəyyən edilməlidir.  Məhkəmə hesab edir ki, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 15 (on beş) manat dövlət rüsumu, 36 (otuz altı) manat xidmət haqqı, ödənilmiş dövlət rüsumuna görə 306,2 manat (üç yüz altı manat iyirmi qəpik), ödənilmiş qiymətləndirmə xidmət haqqına görə 297 (iki yüz doxsan yeddi) manat cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir.  Həmçinin, iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 100 (yüz) manat pulun 99 (doxsan doqquz) manat hissəsi cavabdehlər cavabdeh3, Bəşirova (Zeynalova) Günay Əli qızı və cavabdeh1 müştərək qaydada, 1 (bir) manat hissəsi İddiaçı Qapalı Səhmdar Cəmiyyətindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (kod: 210005, VÖEN: 1401555071, müxbir hesab: AZ41NABZ01360100000000003944, SWIFT BIK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: 1700326621, hesab: AZ34CTRE00000000000002088501) köçürülməlidir.

24. Birinci instansiya məhkəməsi hazırkı mübahisəyə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1, 269.4, 269.5, 270.1, 385.1, 386.1, 442, 448.1, 462.1, 467, 470, 472, 739, 743.1-ci maddələrini, “Ipoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.6, 3.1, 10.4, 11.1, 11.2, 34, 39.3, 41.1-ci maddələrini tətbiq etmişdir.

Apellyasiya instansiyasi məhkəməsindəki icraat

a) Apellyasiya şikayətinin dəlilləri

25. Bakı Kommersiya Məhkəməsinin ##.##.2025-ci il tarixli qətnaməsindən cavabdeh cavabdeh3 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

26. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, ekspert rəyi və iddiaçının təqdim etdiyi rəqəmlər arasında ziddiyyət mövcuddur. Məhkəmə bu ziddiyyətləri araşdırmamış və həm əsas borc həm də faiz borcunda hansı səbəbdən fərq olduğunu müəyyən etməmişdir. Hesab edirik ki, faiz borcunun məbləği şişirdilmiş və kredit müqaviləsi ##.##.2025-ci il tarixdə ləğv edildiyi halda hansı səbəbdən sonrakı tarixlərə aid faiz borcunun hesablanmasının izahı verilməmişdir. Eyni zamanda məhkəmə iddiaçının 3206,09 manat cərimə borcu tələbini tam təmin etmiş və tənasübsüz surətdə yüksək cərimə məbləğini mütənasib surətdə azaltmamışdır. Eyni zamanda evin həm bazar həm də likvid dəyəri düzgün hesablanmamışdır. Belə ki, həmin ərazidə tutma predmeti olan mənzilə oxşar mənzillər arasında mövcud bazar qiyməti 170000 manat və daha yuxarı olduğu halda nə üçün bu formada az müəyyən edilməsinin də izahı verilməmişdir. Göründüyü kimi, birinci instansiya məhkəməsi, işin faktiki hallarını tam araşdırmamış və cavabdehin izahatlarına və təqdim etdiyi sübutlara münasibət bildirməmişdir. Bununla 1-ci instansiya məhkəməsi öz qətnaməsində çəkişmə, tərəflərin bərabərliyi prinsiplərini sübutlara dair MPM-in tələblərini pozmuşdur. Eyni zamanda məhkəmə işi üzrə əlavə edilmiş materiallarda ziddiyyətli sübutlar olduğu halda məhkəmə bu ziddiyətləri araşdırmamış və iddiaçının mənafeyinə uyğun qərar qəbul etmişdir.

Apellyasiya şikayətinə qarşı etiraz

27. Iddiaçı apellyasiya şikayətinə qarşı yazılı etirazda qeyd etmişdir ki, şikayətin dəlilləri əsassızdır və formal xarakter daşıyır. Işə baxan birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, hər hansı pozuntuya yol verilməmişdir. Borc məbləği müqavilə şərtlərinə uyğun hesablanmışdır. Ödəniş planından görünür ki, borclunun müqavilə şərtlərinə uyğun olaraq ödəməli olduğu aylıq məbləğlərin həm faiz borcundan, həm də əsas borcdan silinməsi razılaşdırılmış, ödəniş gecikdiriləcəyi təqdirdə isə cərimə borcu hesablanması nəzərdə tutulmuşdur. Tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Borclu müqavilə şərtlərini pozmuş, öhdəliklərini vaxtında və lazımi qaydada yerinə yetirməmişdir. Ona görə də bank məhkəməyə müraciət edərək qalıq borcun, ona hesablanmış faiz və cərimə borclarının tələb edilməsində haqlı olmuşdur. Borc məbləği pretenziya göndərildiyi tarixədək hesablanmışdır. Birinci instansiya məhkəməsi tərəfindən mühasibatlıq ekspertizası keçirilmiş, ekspert qarşısında pretenziya göndərildiyi tarixə olan borc məbləğinin hesablanması barədə sual qoyulmuşdur. Ekspert tərəfindən həmin tarixə olan borcun məbləği barədə rəy verilmiş, məhkəmə də qətnaməsində borcu rəyə uyğun müəyyən etmişdir. Həmçinin ipoteka predmeti olan əmlakın dəyəri müstəqil qiymətləndiricinin rəyinə əsasən müəyyən edilmişdir. Qiymətləndirici tərəfindən əmlaka baxış keçirilmiş, mənzilin bazar və likvid dəyəri müəyyən edilmişdir. Məhkəmə düzgün olaraq əmlakın likvid dəyərini əsas götürmüşdür. Nəzərə alınmalıdır ki, 2022-ci ildə ipoteka müqaviləsi imzalanarkən tərəflərin qarşılıqlı razılığı ilə əmlakın dəyəri 72000 manat müəyyən edilmişdir. Keçən müddət ərzində əmlakın dəyərinin artaraq 148200 manat olması ağlabatandır. Cavabdehin əmlakın dəyərinin mütəxəssis rəyindən də dəfələrlə artıq olması barədə şikayətində bildirdiyi fikirlərin heç bir əsası yoxdur. Cavabdeh birinci instansiya məhkəməsində keçirilən iclaslarda iştirak etmiş, lakin hər hansı vəsatət, əlavə sənəd, sübut təqdim etməmişdir.

Apellyasiya baxışı, verilən izahatlar

28. Iddiaçının məhkəmə iclasında iştirak edən nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir.

29. Cavabdehlərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmişdirlər.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

30. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.

31. Maddə 14.2.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.

32. Maddə 317. Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Satış bu Məcəllənin 414-416-cı maddələrinə uyğun olaraq həyata keçirilir.

33. Maddə 319.1 və 319.6. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Ipoteka predmetinin satışından götürülmüş məbləğ ipoteka saxlayanın tələblərini ödəməyə kifayət etmirsə, borclu çatışmayan məbləği ipoteka saxlayana ödəməlidir. Əgər satışdan götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır.

34. Maddə 385. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

35. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

36. Maddə 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür.

37. Maddə 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.

38. Maddə 421.3. Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır

39. Maddə 425. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

40. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir.

41. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

42. Maddə 448.4. Borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Borclu maneədən xəbərdardırsa və ya xəbərdar olmalıdırsa, həmin maneə və icra qabiliyyətinə onun təsiri barədə kreditora dərhal məlumat verməlidir. Əgər kreditor məlumatı dərhal almazsa, borclu məlumatın vaxtında alınmaması ilə əlaqədar kreditorun düşdüyü zərər üçün məsuliyyət daşıyır.

43. Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.

44. Maddə 465.2. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər.

45. Maddə 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.

46. Maddə 472. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.

47. Maddə 500.1. Əgər öhdəliyin icrası bir neçə şəxsə onlardan hər birini öhdəliyin tam icrasında iştirak etməyə borclu edən şəkildə həvalə edilirsə, kreditor isə yalnız birdəfəlik icranı tələb etmək hüququna malikdirsə, onlar birgə borclulardır.

48. Maddə 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür.

“Ipoteka haqqında” Azərbaycan Respublikasının Qanunu (## ###### 2018-ci il tarixinədək qüvvədə olmuş redaksiyada)

49. Maddə 33. Borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər.

50. Maddə 34.1. Ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı aşağıdakılardır: 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması; 34.1.2. əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması; 34.1.3. ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtin yerinə yetirilməməsi.

51. Maddə 39.3.3. Məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. Ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir.

52. Maddə 47.5. Ipoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka qoyana qaytarılmalıdır.

53. Maddə 59.1. Yaşayış evi və ya mənzil ipoteka qoyulduğu halda, ona tutma yönəldildikdə və o satıldıqda bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, həmin evdə və ya mənzildə qeydiyyatda olan şəxslərin çıxarılması üçün əsas deyildir.

54. Maddə 59.3. Ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: 59.3.1. yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya 59.3.2. ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. Ipoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar.

55. Maddə 59.4. Bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar.

Ali Məhkəmənin Mülki və Kommersiya kollegiyalarının “Ipoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair” ## #### 2020-ci il tarixli Qərardadı

56. ... “Likvidlik” özü iqtisadi termin olaraq biznesdə, yaxud investisiya proseslərində aktivlərin bazarda əhəmiyyətli qiymət fərqi olmadan və dəyər itkisi yaratmadan tez reallaşdırıla (satıla) bilməsi qabiliyyətidir. Likvid dəyər bazar dəyərinin müəyyənləşdirilməsi üçün adekvat marketinqin keçirilməsi üçün vaxt məhdudluğu şəraitində mülkiyyətin satılmasından real əldə oluna biləcək pulun məbləğidir. Bu baxımdan aydın olur ki, əmlakın likvid qiyməti onun bazar qiymətinin açıq bazar şəraitində daha asan və tez satılma imkanı verən həddini ehtiva edir.

57. Məlumdur ki, “Kredit müqavilələri üzrə borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılması” tələblərinə dair işlərdə borcun vaxtında geri qaytarılmasından ibarət öhdəliyin icra edilməməsi özü-özlüyündə borcverənin birbaşa zərərə məruz qalması ilə nəticələnməklə yanaşı, sahibkarlara münasibətdə qaytarılmalı borcun dövriyyədə istifadə edilməməsi səbəbi ilə onların sahibkarlıq fəaliyyətinə də zərər vurmuş olur. Eyni zamanda, məhkəmə mübahisələrinin kifayət qədər uzun müddət davam etməsi, habelə bununla bağlı borc alan və ya ipoteka qoyanlar tərəfindən yol verilən sui-istifadə halları da öz növbəsində zərər məbləğinin artmasının digər səbəblərindəndir. Bu vəziyyətdə borcun təminat vasitəsi olan ipoteka predmetinin satışına uzun müddətin sərf edilməsinin qarşısının alınması üçün qanunverici əmlakın real bazar dəyəri ilə deyil, onun daha tez realizə olunmasına imkan verən real bazar dəyərindən nisbətən aşağı, lakin əhəmiyyətli qiymət fərqi olmadan və dəyər itkisi yaratmayan likvid qiymətlə hərraca çıxarılmasını nəzərdə tutmuşdur. Təsadüfi deyil ki, “Ipoteka haqqında” Qanuna edilmiş son dəyişikliklərlə ipoteka predmetinə tutmanın yönəldilməsi prosedurunun sadələşdirilməsi də məhz bu məqsədlərə xidmət edir.

58. O da qeyd edilməlidir ki, ipoteka predmetinin likvid qiymətlə satılması borc alanın və ipoteka qoyanın da qanuni maraqlarına zidd deyil. Belə ki, ipoteka predmetinin realizasiyasının likvid qiymət əsasında daha tez həyata keçirilməsi borcun vaxtında ödənilməməsinə görə Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq maddələri ilə nəzərdə tutulmuş əlavə ödənişlərin tutulmasının qarşısını da almaqla borcluları əlavə zərərdən qorumuş olacaqdır. Digər tərəfdən, likvid qiymət real bazar dəyərindən nisbətən aşağı olsa da, əhəmiyyətli qiymət fərqi olmadan dəyər itkisi yaratmayan həddə olduğundan və yalnız məcburi qaydada satışa tətbiq edildiyindən ipoteka qoyanın maraqlarına da zidd kimi qiymətləndirilməməlidir. Belə ki, Qanun ədalətli yanaşma müəyyən edərək, ipotekaqoyana ipoteka predmetini hərrac yekunlaşana qədər borcu ödəməklə ipotekadan azad etmək, habelə ipotekasaxlayanla qarşılıqlı razılıq əsasında ipoteka predmetini könüllü olaraq satmaq imkanı vermişdir. Bundan əlavə, “Ipoteka haqqında” Qanunun 39.3.3-cü maddəsində ipoteka predmetinin ilkin satış qiymətinin ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında müəyyən edilməsi imkanı nəzərdə tutulmuşdur. Həmçinin, qeyd edilməlidir ki, ipoteka predmeti olan əmlakın likvid qiymətlə açıq hərraca çıxarılması ipoteka predmetinin ilkin hərracda daha tez realizə edilərək, hərrac qaydalarına əsasən növbəti hərracdan mülkiyyətiçinin mənafeyinə zidd şəkildə ucuz qiymətə satılmasının qarşısını almaqla, iş üzrə qəbul edilmiş məhkəmə aktlarının da vaxtında icra olunmasına yardım etmiş olacaqdır.

59. Yuxarıda göstərilənlərə əsasən Ali Məhkəmənin Mülki və Kommersiya kollegiyalarının hakimlərindən ibarət məhkəmə tərkibi kassasiya instansiyası məhkəməsində icraat zamanı “Ipoteka haqqında” Qanunun tətbiqi baxımından ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi ilə bağlı mübahisəli hüquqi məsələyə dair belə qənaətə gəlir ki, ipoteka predmetinin ilkin satış qiyməti onların real bazar qiyməti nəzərə alınmaqla müəyyən edilən likvid qiymətidir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

60. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

61. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

62. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

63. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

64. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

65. Maddə 97.1. Işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər.

66. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.

67. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

68. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

69. Maddə 385. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

“Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında” Qanun

70. Maddə 17. Ilkin məhkəmə ekspertizasının rəyi kifayət qədər aydın olmadıqda, ekspert qoyulmuş sualları tam həll etmədikdə və ya tədqiqat aparılmış obyektlərə dair əlavə suallar yarandıqda, aparılmış tədqiqatın və ya rəydəki boşluğun aradan qaldırılması üçün əlavə məhkəmə ekspertizası təyin edilir və onun aparılması həmin ekspertə və ya başqa ekspertə həvalə edilir.

71. Maddə 18. Ekspertin rəyi kifayət qədər əsaslı olmadıqda və ya şübhə doğurduqda, yaxud onun əsaslandığı sübutlar etibarsız (qeyri-mötəbər) hesab edildikdə və ya ekspertiza aparılmasının prosessual qaydaları pozulduqda təkrar ekspertiza aparılır.

Apellyasiya baxışının hədləri

72. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

73. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

74. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının həddini qətnamənin cavabdeh cavabdeh3 münasibətdə iddianın qismən təmin olunması ilə bağlı hissəsinin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki iddiasının qismən təmin olunmasına baxmayaraq iddiaçı və digər cavabdehlər qətnamədən şikayət verməmiş, cavabdeh cavabdeh3 nümayəndəsi isə faktiki olaraq qətnamənin qeyd olunan hissəsini mübahisələndirmişdir.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi

75. Məhkəmə apellyasiya şikayətinin dəlillərini, işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin ##.##.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır (mübahisələndirilən hissədə).

76. Mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir.

77. Kollegiya hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları və müqavilə şərtləri baxımından tərəflər arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və birinci instansiya məhkəməsi haqlı olaraq həmin münasibətlər çərçivəsində cavabdehlərin hərəkətlərini öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirmişdir.

78. Eyni zamanda apellyasiya şikayətinin dəlillərinə əsasən cavabdeh cavabdeh3 kredit müqaviləsi üzrə borcu olduğunu mübahisələndirməmiş, yalnız borcun məbləği ilə razılaşmamışdır.

79. Borc məbləğlərinin düzgün müəyyənləşdirilmədiyi ilə bağlı apellyatorun irəli sürdüklərinə münasibətdə kollegiya qeyd edir ki, onlar nə birinci instansiya məhkəməsinə, nə də apellyasiya instansiyasına bu arqumentlərinin yoxlanılmasına əsas verəcək heç bir sübut təqdim etməmiş, birinci instansiya məhkəməsinin təyin etdiyi ekspertizanın rəyi ilə isə ## ### 2025-ci il tarixə əsas kredit borcunun 62018,19 manat, faiz borcunun 8316,02 manat müəyyən edilmişdir.

80. Bu baxımdan birinci instansiya məhkəməsi haqlı olaraq belə nəticəyə gəlmişdir ki, ekspert rəyində ***R********** saylı kredit razılaşması üzrə faiz borcunun məbləği 8.316,02 manat məbləğində olması müəyyən edildiyi halda, iddiaçının həmin müqavilə üzrə 7127,04 manat məbləğində faiz borcunun tutulmasını tələb etməsi nəzərə alınaraq sözügedən razılaşma üzrə apellyatorlardan 62018,19 manat məbləğində əsas borc və 7127,04 manat faiz borcu tutulmalıdır.

81. Qeyd olunmalıdır ki, qanunvericilik məhkəməyə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda təkrar ekspertiza təyin etmək hüququnu vermişdir (MPM-nin 102.2-ci maddəsi); hazırkı iş üzrə verilmiş ekspert rəyində isə qeyri-aydın və ya ziddiyyətli xüsusatlar olmadığından yenidən ekspertiza təyin edilməsinin prosessual əsasları mövcud deyildir.

82. Kollegiya eyni zamanda qeyd edir ki, ##.##.2023-cü il tarixli, ***R********** saylı kredit müqaviləsinin müddəti 30 ay müəyyən edilsə də, iddiaçı həmin müddət başa çatanadək, yəni ##.##.2025-ci il tarixdə cavabdehlərə cəmi əsas borcların ödənilməsi üçün məhkəmə qaydasında ipoteka predmetinə tutmanın yönəldilməsi barədə xəbərdarlıq etməklə və pretenziya məktubu göndərməklə müqavilə münasibətlərinin davam etməsindən imtina etməsi ilə bağlı iradə ifadəsini bildirmişdir.

83. Tərəflər arasında bağlanmış ##.##.2020-ci il tarixli ***L************ saylı uzunmüddətli kredit müqavilələrinin 3.1.2-ci bəndində də göstərilmişdir ki, kredit alan bu kredit müqaviləsi əsasında verilmiş hər hansı bir kredit üzrə kredit borcunu, faizi və digər ödənişləri qaytarma planına uyğun olaraq qaytara bilmədikdə kreditor kredit müqaviləsinə vaxtından əvvəl xitam vermək və kreditin hesablanmış faizlərlə birlikdə vaxtından əvvəl qaytarılmasını və tələb etmək hüquqlarına malikdir.

84. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2023-cü il tarixi Qərarında qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. Iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır.

85. Qeyd olunanları, yəni tərəflər arasında bağlanmış ##.##.2020-ci il tarixli ***L************ saylı uzunmüddətli kredit müqavilələrinin 3.1.2-ci bəndində müqavilədən birtərəfli imtinaya yol verildiyini, cavabdehin müqaviləni əhəmiyyətli dərəcədə pozduğunu, Mülki Məcəllənin 421.2 və 421.3-cü maddələrinin tələblərini və Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2023-cü il tarixi Qərarında əks olunmuş hüquqi mövqeyi nəzərə alaraq kollegiya hesab edir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsi ## ### 2025-ci il tarixdən ləğv edilmiş hesab edilir.

86. Bu baxımdan kollegiya hesab edir ki, iddiaçı ##.##.2025-ci il tarixə qədər hesablanmış faiz borcunun tutulmasını tələb etməkdə haqlıdır.

87. Kollegiya onu da qeyd edir ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü və 425-ci maddələrinin mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir.

88. Kollegiya hesab edir ki, işə baxan məhkəmə cavabdehlərdən tutulmalı cərimə borcunun məbləğini əsas borca mütənasib şəkildə müəyyən etmişdir.

89. Ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin düzgün müəyyənləşdirilmədiyinə dair apellyasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə qeyd edir ki, cavabdeh1 İddiaçı QSC ilə bağladığı ##.##.2022-ci il tarixli ***M************ saylı ipoteka müqaviləsi əsasında Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsi, **B saylı binanın 5ci girişində *** saylı mənzilin likvid dəyəri hər iki tərəfin razılığı ilə 72.000 manat müəyyən edilmiş, “xxxx” MMC tərəfindən verilən əmlakın qiymətləndirilməsi barədə ##.##.2025-ci il tarixli, CVN/O **-***/** saylı qiymətləndirmə rəyindən və ##.##.2025-ci il tarixli, CVN/O **-***- */** saylı məktubdan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsi, **B saylı binanın 5-ci girişində *** saylı mənzilin likvid dəyəri 148.200 manat, bazar dəyəri 156000 manat təşkil edir. Göründüyü kimi, üç il ərzində daşınmaz əmlakın dəyərinin artması “xxxx” MMC tərəfindən nəzərə alınaraq likvid dəyər təxmini iki dəfə artıq müəyyən edilmişdir. Cavabdeh əmlakın likvid dəyərinin daha artıq olması barədə məhkəməyə hər hansı sübut təqdim etməmişdir.

90. Buna görə də mübahisələndirilən qətnamənin ilkin satış qiyməti ilə bağlı hissədə apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar müəyyən olunmur.

91. Cavabdehin apellyasiya şikayətinin dəlillərindən biri bundan ibarətdir ki, maddi vəziyyətinin pisləşməsi ilə əlaqədar öhdəliyini icra edə bilməmiş, bank tərəfindən isə cavabdehin maddi mənafeyi nəzərə alınmamışdır.

92. Mülki Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır.

93. Həmin Məcəllənin 448.4-cü maddəsinə əsasən borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Borclu maneədən xəbərdardırsa və ya xəbərdar olmalıdırsa, həmin maneə və icra qabiliyyətinə onun təsiri barədə kreditora dərhal məlumat verməlidir. Əgər kreditor məlumatı dərhal almazsa, borclu məlumatın vaxtında alınmaması ilə əlaqədar kreditorun düşdüyü zərər üçün məsuliyyət daşıyır. Lakin iş materiallarında borclunun kreditora bu barədə məlumat verməsini təsdiq edən sübut mövcud deyil.

94. Istinad edilən normalara əsasən apellyatorun maddi vəziyyətinin pisləşməsi öhdəliyə xitam verilməsi əsası kimi nəzərdə tutulmadığından hazırkı halda kreditdən istifadəyə görə borcun ödənilməsi öhdəliyinə xitam olunmamışdır.

95. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual normaların pozuntusuna yol verilməmiş; birinci instansiya məhkəməsinin qətnaməsi işin hallarına uyğundur, apellyasiya şikayətlərində irəli sürülən və formal mülahizələrdən ibarət olan dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

96. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə xərclərinə dair məsələyə də qiymət verməyin zəruriliyini vurğulayaraq kollegiya qeyd edir ki, apellyasiya şikayəti vermək üçün cavabdehin ödədiyi dövlət rüsumunun məbləği onun özünə aid olunmalıdır. Nəzərə alınmalıdır ki, məhkəmə xərclərinin bölüşdürülməsi məsələsi prosessual qanunvericiliklə tənzimləndiyindən, bununla bağlı qərar qəbul edərkən məhkəmə, müvafiq tələbin olub-olmamasına bağlı deyildir.

97. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq,

QƏT ETDI:

Cavabdeh cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-*-*(***)-****/**** nömrəli kommersiya mübahisəsi üzrə ##.##.2025-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyator tərəfindən apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar