Məhkəmə qərarları › İş №2-2(3-6)-463/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(3-6)-463/2026

24.06.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2-2(3-6)-463/2026 24.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Azərbaycan Respublikası adından Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “əqdin etibarsız sayılması”, Cavabdeh İddiaçı qarşı “pul” tələbinə dair birləşdirilmiş işlər üzrə (açar sözlər: Mülki Məcəllədə nəzərdə tutulmayan müqavilə, sabit qazanc öhdəliyi, müqavilə azadlığı prinsipi) Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası Hakimlər Leyla Rauf qızı Əliyevanın sədrliyi və məruzəsi ilə, X4 və X3 ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi, birinci iddia üzrə cavabdeh, ikinci iddia üzrə iddiaçı Cavabdeh və onun nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “əqdin etibarsız sayılması”, Cavabdeh İddiaçı qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-****/**** saylı qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İşin halları:

1. Cavabdeh (“borc verən”) ilə cavabdeh İddiaçı (“borc alan”) arasında ##.##.2024-cü il tarixli borc müqaviləsi bağlanmışdır. Həmin Müqavilənin: 1-ci bəndinə əsasən “borc verən” “borc alana” 80 *** manat məbləğində borc pul verir. 2-ci bəndinə əsasən “borc alan” borcu ##.##.2025 tarixnədək “borc verənə” qaytarmağı öhdəsinə götürür.

2. Cavabdeh (“icarəyə verən”) ilə cavabdeh İddiaçı (“icarəçi”) arasında bağlanmış ##.##.2024-cü il tarixli icarə müqaviləsinə əsasən ünvan 1 2-0993 ünvanda yerləşən obyektin 100 kv.m sahəsini icarəçiyə 10 il müddətinə hər ay 300 manat ödəniş şərti ilə icarəyə verilmişdir.

3. Xəzər rayonu RPİ-nin İstintaq şöbəsinin ##.##.2025-ci il tarixli qərarına əsasən Cavabdeh şikayət ərizəsi əsasında toplanmış material üzrə cinayət işi başlanmasının rədd edilməsi qərara alınmışdır.

4. Şahid və şübhəli şəxs qismində dindirilmiş İddiaçı ifadəsində göstərmişdir ki, təxminən 10 il əvvəl ticarət ilə məşğul olmağa başlamış və Çin Xalq Respublikasından elektron mallar gətirib gömrükdə rəsmiləşdirdikdən sonra Bakı şəhərində müxtəlif dükanlara satışını təşkil etməklə ailəsini dolandırmışdır. Cavabdeh Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Atçılıq yaşayış massivində onunla qonşuluqda yaşamış və onun Binə Atçılıq yaşayış massivində dükanı olmuşdur. 2023-cü ilin noyabr ayında onun Çin Xalq Respublikasından elektron mallar gətizdirmək üçün kifayət qədər pulu olmadığından Cavabdeh bu barədə demiş və ona elektron malların gətizdirilməsi üçün yerdiyi puldan ona 41.900 manat qazanc verəcəyini bildirmişdir. Cavabdeh də onunla razılaşmış və 2023-cü ilin oktyabr ayından 2024-cü ilin əvvəlinə kimi ona hissə-hissə olaraq ümumilikdə 162.200 manat pul vermişdir. Cavabdeh ona həmin pulu Çin Xalq Respublikasından elektron mallar gətizdirib satdıqdan sonra ona verdiyi pulun üzərində 41.900 manat qazancla geri qaytarmaq üçün vermişdir. Bundan sonra 2024- cü ilin fevral ayından 2024-cü ilin may ayına kimi Çin Xalq Respublikasından müxtəlif elektron mallar gətizdirmiş və həmin malları gömrükdə rəsmiləşdirdikdən sonra Bakı şəhərində satışını təşkil etməyə başlamışdır. Lakin həmin vaxtlar alver bir az zəif getdiyi üçün həmin malları sata bilmədiyindən Cavabdeh ilə aralarında narazılıq baş vermişdir. Bundan başqa Cavabdeh ona 2024-cü ilin noyabr ayında gömrükdə malların olduğu üçün daha 17*** manat pul vermişdir ki. həmin malları rəsmiləşdirib oradan çıxarıb satışını təşkil edə bilsin. Həmin pula malları rəsmiləşdikdən sonra satışını təşkil etmişdir. Bundan sonra həmin vaxtı Çin Xalq Respublikasından gətirdiyi elektron malların bir hissəsini, yəni 101500 manat dəyərində elektron malları Cavabdeh götürdüyü pulun əvəzinə ona vermişdir. Həmin malları Cavabdeh özünə məxsus Bakı şəhəri. Xəzər rayonu. Binə qəsəbəsi. Südçülük sovxozunda yerləşən dükanına yığdırmışdır. Həmin 101500 manat dəyərində elektron malların Cavabdeh verməsi videogörüntü ilə qeydə alınmışdır. Bundan sonra 2024-cü ilin avqust ayının əvvəlindən 2024-cü ilin noyabr ayına kimi Cavabdeh həmin gətirdiyi elektron mallar satıldığı zaman ona hissə-hissə olaraq ümumilikdə 19.300 manat nəğd pul vermişdir. 2024-cü ilin dekabr ayında isə Cavabdeh götürdüyü pulun əvəzinə 6030 manat dəyərində elektron malları sonuncuya vermişdir. Həmin elektron malları Niftullaya verəndə malların qiymətini öz aralarında razılaşdırdıqdan sonra vermişdir. Hazırda Zaqatala və digər rayonlarda ümumilikdə təxminən 8500 manat dəyərində elektron malları qalmışdır və həmin malları da Niftullaya pulun əvəzinə verəcəkdir. Onun gətirdiyi elektron mallardan təxminən 2***0-25*** manat ziyan etmişdir. Belə ki, gətirdiyi elektron malların içərisində nasaz televizor və qazan dəstləri olmuşdur. Əlavə olaraq bildirmişdir ki, hazırda Niftulla Niftullavevə 52.370 manat mallara verilən pula görə və qazanc olaraq 41.900 manat borcu qalmışdır.

5. Zərərçəkmiş şəxs qismində dindirilmiş Cavabdeh ifadəsində göstərmişdir ki, ## ###### 2023-cü il tarixdə İddiaçı ona elektron malların satışında yaxşı pul olduğunu və birlikdə həmin elektron malların satışı ilə məşğul olmasını və ondan həmin malların gətirilməsi üçün pul qoymağını bildirmişdir. O da Gündüzə inandığı üçün razılaşmışdır. Buna görə də o, ##.##.2023-cü il tarixdən ##.##.2024-cii il tarixədək olan müddət ərzində Çin Xalq Respublikasından elektron malların gətirilməsi üçün İddiaçı hissə-hissə olaraq ümumilikdə 162200 manat pul vermişdir. O. həmin pulları Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Binə Atçılıq yaşayış massivində özünün işlətdiyi dükanda İddiaçı vermiş və həmin pulları verməsi barədə onun qeydiyyatları olmuş, yəni İddiaçı həmin pulları alması barədə özünün imzaları olmuşdur. Bundan sonra İddiaçı hissə-hissə olaraq, yəni 200 manat və 300 manat olmaqla pulları onun kartına göndərməklə həmin pullar guya malların satışından qazanılan pullar olmasını demişdir. Beləliklə hissə-hissə olaraq Gündüz ona 19300 manat pul vermişdir. Lakin bir müddət sonra, yəni ##.##.2024-cii il tarixdə İddiaçı yenidən ondan malların alınması adı ilə 17*** manat pul istəmiş və o, inandığı üçün Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Binə Atçılıq yaşayış massivində özünün işlətdiyim dükanda İddiaçı 17*** manat pul vermişdir. Təxminən 2024-cü ilin iyun ayında Çin Xalq Respublikasından elektron mallar gəlmiş, lakinborc müqa Gündüz həmin malları ona göstərməmişdir. Bundan sonra o İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində icarəyə götürdüyü anbara getdikdə ona məlum olmuşdur ki, İddiaçı onun verdiyim 179200 manat pula cəmi 3***0 manat dəyərində elektron mallar gətizdirmiş və həmin mallar Gündüzün ona dediyi mallar olmamışdır. O, İddiaçı nə üçün onun verdiyi pulun əvəzinə az elektron mallar gətirdiyini soruşduqda, Gündüz ona malların bir qismini dükanlara payladığını və bir qismi isə gömrükdə olduğunu bildirmişdir. Bundan sonra o İddiaçı onu aldatdığını başa düşmüş və onun verdiyi pulları qaytarmağı tələb etmişdir. İddiaçı müxtəlif bəhanələr gətirərək onun verdiyi pulları geri qaytarmaqdan boyun qaçırmışdır. Bundan sonra o Gündüzə barəsində şikayət edəcəyibi dedikdə Gündüz ona verdiyi pulun əvəzinə maya dəyəri 65*** manat olan müxtəlif elektron malları vermişdir. Həmin mallar isə ona dediyi mallar olmamışdır, yəni xaricdən gətirmədiyi və özü yerli bazarlardan aldığı mallar olmuşdur. Bundan sonra o yenə də Gündüzdən pulları tələb etmiş, Gündüz isə bu günə qədər onun pulunu geri qaytarmaqdan boyun qaçırmışdır. İddiaçı ondan dələduzluq yolu ilə ələ keçirdiyi 94900 manat pulunun geri qaytarılmasında ona köməklik göstərməsini xahiş edir.

6. ##.##.2024-cü tarixli videoyazıdan görünür ki, tərəflər arasında müzakirə aparılır və bildirirlər ki, Cavabdeh tərəfindən İddiaçı ümumilikdə 162.200 manat pul verilib. Bunun müqabilində 40.*** manat qazanc veriləcəyi razılaşdırılıb. Daha sonra əlavə olaraq 17.*** manat da borc verilib. Beləliklə, ümumi məbləğ 219.200 manat təşkil edib. Bu məbləğin əvəzində 101.*** manat dəyərində mallar və 19.300 manat nağd pul qaytarılıb. Nəticədə, razılaşdırılmış qazanc da nəzərə alınmaqla, 98.900 manat qalıq borcun qaldığı bildirilir. Videoda Cavabdeh bu məlumatları bildirir, İddiaçı isə onları təsdiq edir.

Birinci instansiya məhkəməsindəki icraat: İddiaçı iddia tələbi

7. Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı əqdin etibarsız sayılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh ilə iddiaçı İddiaçı arasında * saylı Notariat ofisində bağlanmış ##.##.2024-cü il tarixli borc müqaviləsinin etibarsız hesab edilməsi və ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh Cavabdeh iddiaçının tanışıdır. İddiaçı ticarətlə məşğuldur, cavabdeh isə iddiaçıya üstündə əlavə gəlir qaytarmaq şərti ilə borc pul verib. Bildirir ki, cavabdehdən 2023-cü ildə hissə-hissə olmaqla 179200 manat borc almışdır. Həmin borcu şifahi razılaşma əsasında almışdır. Həmin borcdan 126830 manat borcu cavabdehə qaytarıb. Cəmi 52.370 manat borcu qalmışdır. Daha sonra malların satışında çətinliklər yarandığı üçün qalan məbləği qaytarmaqda çətinlik çəkib. Cavabdeh həmin şifahi qalan borcu rəsmiləşdirmək üçün iddiaçını notariusa dəvət etdi. İddaçı cavabdehlə * saylı Notariat Kontorunda görüşüb. Cavabdeh iddiaçıya bildirmişdir ki, aralarında olan borcu rəsmiləşdirmək üçün borc müqaviləsi bağlamaq lazımdır. İddiaçı cavabdehə bildirmişdir ki, aralarında olan şifahi borcu rəsmiləşdirməyə o halda razı ola bilər ki, aralarında ancaq borc müqaviləsi əsasında borc qalsın. Digər formada iddiaçıdan pul tələb olunmasın. Cavabdeh iddiaçı ilə razılaşmışdır. Lakin onlara Notariat Kontorunda bildirdilər ki, borc müqaviləsi bağlamaq üçün, yəni borcun yaranması üçün həmin məbləğ bankda nəğd olaraq ödənilməlidir. Həmin vaxtı cavabdeh özü iddiaçı ilə birlikdə gedərək banka pul ödəmiş, daha sonra isə həmin pul bankdan onun özünə qaytarılmışdır. Beləliklə, həmin bank sənədi əsasında aralarında ##.##.2024-cü il tarixli borc müqaviləsi bağlanılmışdır. Lakin ##.##.2024cü il tarixində cavabdeh iddiaçını öz ofisinə dəvət edərək, şifahi olaraq aralarında olan borcu tələb etmişdir. Həmin vaxtı videoçəkiliş edərək iddiaçı ilə onun arasında bağlanan ##.##.2024cü il tarixli borc müqaviləsinin əsassız olduğunu, həmin borc müqaviləsinin öz pulunu banka verərək, daha sonra özü götürməsini etiraf etmiş, iddiaçıya heç vaxt borc vermədiyini etiraf etmişdir. Beləliklə, ##.##.2024-cü il tarixində cavabdeh özü videoyazı ilə aralarında olan borc müqaviləsinin etibarsız olduğunu etiraf etmişdir. Lakin bu yaxınlarda cavabdehlə aralarında borc müqaviləsinin olmasına baxmayaraq cavabdeh ona borclu olduğu 52370 manat borcun və əlavə onu faiz ödənişi kimi qaytarmalı olduğu pulun iddiaçıdan alınaraq ona verilməsi üçün polisə müraciət etmişdir. İddiaçı polis bölməsinə gedərək izahat verib. Bildirir ki, cavabdeh iddiaçını aldadaraq aralarında olan şifahi borcu rəsmiləşdirmiş, daha sonra həmin şifahi borcun qaytarılması üçün polisə müraciət etmişdir. Beləliklə cavabdeh iddiaçıdan eyni borcu 2 dəfə almaq niyyətindədir. Həmçinin hesab edir ki, cavabdehin ##.##.2024-cü il tarixli videoyazıda "mənə borc vermədiyini və həmin borc müqaviləsini pulun qaytarılmasını zəmanət altına salmaq üçün yazdırdığını, həmçinin həmin borc müqaviləsi üçün banka ödənilən pulu özünün aldığını” etiraf edir. Yuxarıda göstərilən səbəblərdən, hesab edir ki, cavabdehlə aralarında bağlanan ##.##.2024-cü cü il tarixli borc müqaviləsi etibarsız hesab edilməlidir. Bu səbəbdən də, məhkəməyə müraciət etmək məcburiyyətində qalıb.

9. İddia tələbinin hüquqi əsası kimi MM-in 339.2, 339.3, 399.3, 399.4, 445, 449, 405.1, 389.1, 739.1, 739.2, 740, 1187-ci maddələrinə, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair" 2014-cü il ## ###### tarixli Qərarına istinad edilmişdir.

10. Iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, cavabdeh Cavabdeh ilə iddiaçı İddiaçıArif oğlunun arasında * saylı Notariat ofisində bağlanmış ##.##.2024-cü il tarixli borc müqaviləsinin etibarsız hesab edilməsi; cavabdeh Cavabdeh ilə iddiaçı İddiaçı arasında bağlanmış ##.##.2024-ci il tarixli icarə müqaviləsinə ##.##.2024-cü il tarixində xitam verilmiş hesab edilməsi və ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçı İddiaçı ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh iddia tələbi

11. Iddiaçı Cavabdeh cavabdeh İddiaçı qarşı “pul” tələbinə iddia ərizəsi ilə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, İddiaçı 94900 manat pul məbləğinin və ödədiyi 372 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

12. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh İddiaçı 2023-cü il noyabr ayında Çin Xalq Respublikasından elektron mallar gətizdirmək üçün kifayət qədər pulu olmadığından iddiaçının ona pul verəcəyi təqdirdə həmin pul məbləğinin üstündə əlavə pul verəcəyini vəd verərək iddiaçıdan pul istəmiş, iddiaçı onun təklifi ilə razılaşaraq İddiaçı 2023-cü ildən başlayaraq 2024-cü ilin əvvəlinə kimi 162.200 manat pul vermişdir. Aralarındakı razılaşmaya görə İddiaçı cavabdehə verdiyi 162.*** manat puldan əlavə iddiaçıya qazanc olaraq 41.900 manat pul ödəcəyini vəd vermişdir. Həmin məbləğdən müxtəlif vaxtlarda hissə - hissə ödəməyinə baxmayaraq ümumilikdə 94.900 manat iddiaçıya verəcəyi pul məbləğini ayrı -ayrı bəhanələr gətirərək ödəməkdən yayınır. Verdiyi vədə əməl etmədiyinə görə İddiaçı polisə şikayət etmişdir. Bakı şəhəri Xəzər Rayon Polis İdarəsində İddiaçı barəsində ##.##.2025-ci il tarixdə cinayət işinin başlanması barədə qərar qəbul edilsə də, sonradan ##.##.2025-ci il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar edilərək aralarında yaranmış mübahisə mülki xarakterli olduğu üçün iddiaçıya müraciət etmək izah olunmuşdur.

13. İddia tələbinin hüquqi əsası kimi MM-in 21, 385-387, 442- 448, 449-cu maddələrinə istinad edilmişdir.

14. Iddiaçı Cavabdeh iddia tələbinin həcminin artırılması barədə ərizə verərək, cavabdeh İddiaçı iddiaçı Cavabdeh xeyrinə tutulması tələb edilən 100300 manat və dövlət rüsumu olaraq ödənilmiş 392 manat pul məbləğinin cavabdeh İddiaçı iddiaçı Cavabdeh xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

15. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qərardadı ilə həmin mülki iş Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin icraatında olan *(***)-****/**** saylı mülki işlə birlikdə baxılması üçün Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərilmişdir.

16. Daha sonra Sabunçu rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli e-2-2(008)- ****/**** saylı qərardadı ilə iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “əqdin etibarsız sayılması”, Cavabdeh İddiaçı qarşı “pul” tələbinə dair iddia ərizələri üzrə mülki iş məhkəmə aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

17. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-****/**** saylı qətnaməsi ilə iddiaçı Cavabdeh cavabdeh İddiaçı qarşı “pul” tələbinə dair iddiası qismən təmin edilmiş, cavabdeh İddiaçı 2400 manat məbləğində icarə haqqı, 94900 manat məbləğində borc vəsaitinin və iddia tələbinin təmin olunmuş hissəsinə mütənasib olaraq 381.9 manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçı Cavabdeh xeyrinə ödənilməsi, qalan hissədə iddianın rədd edilməsi, iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddiası təmin edilməsi, cavabdeh Cavabdeh ilə iddiaçı İddiaçı arasında bağlanmış ##.##.2024-cü il tarixli borc müqaviləsinin etibarsız hesab edilməsi, cavabdeh Cavabdeh ilə iddiaçı İddiaçı arasında bağlanmış ##.##.2024-ci il tarixli icarə müqaviləsinin ##.##.2024-cü il tarixində ləğv edilmiş hesab edilməsi, cavabdeh Cavabdeh 330 manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçı İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir.

18. Məhkəmə gəldiyi nəticə onunla əsaslandırmışdır ki, ilk öncə Cavabdeh İddiaçı arasında bağlanmış ##.##.2024-cü il tarixli icarə müqaviləsinə münasibətdə olan iddia tələblərinə qiymət verilməlidir. İşin mübahisəsiz halları ondan ibarətdir ki, tərəflər arasında ##.##.2024-cü il tarixli icarə müqaviləsinə əsasən icarə münasibətləri yaranmış və hal-hazırda Cavabdeh İddiaçı həmin icarə müqaviləsi üzrə yaranmış 5400 manat icarə haqqını tələb etmiş, lakin sonradan məhkəmə iclasında həmin tələbi 2400 manat hissəsində müdafiə etdiyini bildirmiş, İddiaçı tərəfindən icarə haqqına dair tələb 2400 manat hissəsində etiraf edilmişdir. Bu səbəbdən məhkəmə qeyd edib ki, iş materiallarında olan sübutlar, həmçinin tərəflərin izahatları ilə tərəflər arasında icarə münasibətlərinin olması, Cavabdeh ilə iddiaçı İddiaçı arasında bağlanmış ##.##.2024-ci il tarixli icarə müqaviləsinə ##.##.2024-cü il tarixində xitam verilməsi və 2400 manat icarə haqqının ödənilməmiş qalması işin mübahisəsiz halıdır və Cavabdeh ilə iddiaçı İddiaçı arasında bağlanmış ##.##.2024-ci il tarixli icarə müqaviləsinə ##.##.2024-cü il tarixində xitam verilmiş hesab edilməli, İddiaçı 2400 manat məbləğində icarə haqqı Cavabdeh xeyrinə tutulmalıdır. İddia tələblərinin tərəflər arasında bağlanmış borc müqaviləsinin etibarsız hesab edilməsi və pul tələbinə dair hissəsinə münasibətdə məhkəmə qeyd edib ki, tərəflər arasında işin mübahisələndirilməyən halları ondan ibarətdir ki, Cavabdeh ilə İddiaçı arasında birgə əməkdaşlıq haqqında şifahi razılaşma olmuş,həmin razılaşmaya əsasən Cavabdeh İddiaçı qazanc əldə etmək məqsədilə cəmi 179200 manat(162200+17***) manat məbləğində pul vermiş və sonuncu həmin pulu və alınan malların satışından əldə etdiyi gəlirin bir hissəsini iddiaçıya ödəməyi öz öhdəsinə götürmüşdür. Həmin puldan 19300 manatını pul şəklində müəyyən hissəsini isə mal şəklində geri qaytarmışdır. Qeyd edilən hal tərəflər arasında mübahisələndirilmir, tərəflərin izahatı, həmçinin istintaq orqanında verilmiş izahatlar, həmçinin məhkəmənin baxış iclasında tədqiq edilmiş video yazıyla təsdiqini tapır. İddiaçı tərəfindən Cavabdeh qaytarılan malların dəyəri tərəflər arasında işin mübahisələndirilən halıdır. Məhkəmə qeyd edib ki, tərəflər borcun rəsmiləşdirilməsi məqsədilə ##.##.2024-cü il tarixli notarial təsdiq edilmiş borc müqaviləsi bağlamışlar. İş materiallarına əlavə edilmiş sənədlər,habelə tərəflərin məhkəmə iclasında verdiyi izahatlar ilə təsdiq edilir tərəflər arasında imzalanmış borc müqaviləsi, tərəflər arasında mövcud olan real birgə əməkdaşlıq münasibəltərini əks etdirmir və başqa əqdi pərdələmək məqsədilə bağlanılmış müqavilədir. Həmin müqavilənin etibarsız olması faktını hər iki tərəf təsdiq edir və Cavabdeh müqavilənin etibarsız hesab edilməsinə dair iddianı məhkəmə iclasında etiraf etmişdir. Müqavilənin etibarsız hesab edilməsinə dair iddia etiraf edilsə də, Cavabdeh ilə İddiaçı arasında bağlanılmış ##.##.2024-cü i tarixli müqaviləyə münasibət bildirməyi zəruri hesab edib. Mülki Məcəllənin 340.1-ci maddəsinə görə uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir, uydurma əqd əhəmiyyətsizdir. Normanın məzmunundan göründüyü kimi uydurma əqd, həqiqətdə heç bir hüquqi nəticə (hüquq və öhdəlik) əmələ gətirmək niyyəti olmadan, sırf görünüş üçün bağlanan əqddir. Bu halda əqdin tərəfləri hüquq və öhdəliklər yaratmağı arzu etmir, əksinə belə nəticənin əmələ gəlməməsi barəsində öz aralarında razılığa gəlmiş olurlar. Başqa sözlə, uydurma əqd, bir qayda olaraq sırf başqalarını (üçüncü şəxsləri) aldatmaq və həqiqətdə olmayan hüquq və öhdəlikləri sanki varmış kimi göstərmək məqsədilə bağlanır. Iddiaçı ona istinad edib ki, 80 *** manat məbləğində borc müqaviləsinin imzalanmasında məqsəd birgə fəaliyyətdən yaranmış borcun rəsmiləşdirilməsi olmaq formal xarakter daşımışdır. Məhkəmə belə qənaətə gəlib ki, Cavabdeh ilə iddiaçı İddiaçı arasında bağlanmış ##.##.2024-cü il tarixli borc müqaviləsi etibarsız hesab edilməlidir. İddiaçı Cavabdeh cavabdeh İddiaçı 100300 manat pulun tutulmasnı xahiş etmiş və qeyd etmişdir ki, tələb olunan 100300 manat borc məbləğindən 5400 manat icarə haqqı və 94900 manat öhdəliyin icra edilməməsinə görə yaranmış borc məbləğidir. Məhkəmə Cavabdeh iddia tələbinin ikinci hissəsi – 94900 manat pulun ödənilməsi – ilə bağlı məhkəmə edir ki, İddiaçı nümayəndəsi və vəkili məhkəmə iclasında verdiyi izahatda həmin məbləğin 52370 manat hissəsini qəbul etdiyini bildirmiş və həmin hissədə iddianı etiraf etmişdir. İş materiallarına əlavə olunmuş sübutlar, habelə tərəflərin məhkəmə iclaslında və iddiaçı İddiaçı Xəzər RPİ-də verdiyi izahatdan məlum olub ki, sonuncu 94900 manat öhdəliyinin olduğunu qəbul etmiş və qeyd etmişdir ki, 52.370 manat mallara verilən pula görə və qazanc olaraq 41.900 manat borcu qalmışdır. Həmçinin məhkəmənin baxış iclasında tədqiq edilən video görüntüdə İddiaçı Cavabdeh ticarət məqsədilə borc pul adığını və 98900 manat məbləğində qalıq borcunun olmasını öz sözləri ilə təsdiq etmişdir. Məhkəmə qeyd edib ki, Cavabdeh İddiaçı qazanc əldə etmək məqsədilə cəmi 179200 manat(162200+17***) manat məbləğində pul verməsi və İddiaçı 19300 manat məbləğində pulu qaytarması işin mübahisələndirilməyən halıdır. Həmçinin İddiaçı tərəfindən Cavabdeh müəyyən miqdarda mal verilməsi halı öz təsdiqini tapsa da, həmin malların dəyərinin hansı miqdarda olmasına dair İddiaçı tərəfindən hec bir sübut təqdim edilməmiş, həmçinin İddiaçı həm istintaqda verdiyi izahatında cəmi 94900 manat, həm məhkəmənin baxış iclasında tədqiq edilən video görüntüdə 98900 manat məbləğində borcunun qalmasını etiraf etmiş və məhkəməyə bunun əksini sübut edəcək hər hansı, sübut təqdim etməmişdir. Beləliklə məhkəmə hesab edib ki, G.Qasımv Cavabdehlə aralarında olan şifahi razılaşmaya əsasən öhdəliklərin lazımınca yerinə yetirməmişdir.Qeyd edilənlərə əsasən məhkəmə hesab edib ki, cavabdeh İddiaçı 94900 manat məbləğində pul Cavabdeh xeyrinə tutulmalıdır. Məhkəmə xərclərinə gəldikdə iş materiallarından görünüb ki, hazırkı iş üzrə Cavabdeh tərəəfindən 392 manat və İddiaçı tərəfindən 330 manat məbləğində dövlət rüsumu iddiaçı tərəfindən ödənilmişdir. Məhkəmə hesab edib ki, cavabdeh İddiaçı iddia tələbinin təmin olunmuş hissəsinə mütənasib olaraq 381.9 (üç yüz səksən bir manat doxsan qəpik) manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı Cavabdeh xeyrinə, Cavabdeh Cavabdeh 330 manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı İddiaçı xeyrinə ödənilməlidir.

19. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1, 340.1, 340.2, 350, 354.1, 354.2, 385.1, 442, 443.1, 448.1, 448.2, 448.4, 700.1, 700.2, 700.3, 704.2-ci maddələrinə, “İcarə haqqında” Azərbaycan Respublikası Qanununun 7, 12, 13.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

20. Iddiaçı İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin qismən, yəni “Cavabdeh İddiaçıArif oğlundan 94900 manat məbləğində borc vəsaiti tutularaq iddiaçı Cavabdeh xeyrinə ödənilsin” hissəsində dəyişdirilərək “Cavabdeh İddiaçı 52370 manat məbləğində borc vəsaitinin tutularaq iddiaçı Cavabdeh xeyrinə ödənilməsi” barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin dəlilləri

21. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, iddiaçı İddiaçı və vəkili qeyd edib ki, qarşı tərəfin iddia ərizəsini qismən, 52.370 manat borc və 2400 manat icarə haqqı məbləğini qəbul edir və həmin hissədə təmin edilməsinə etiraz etmir. Cavabdeh və onun nümayəndəsi və vəkili Nümayəndə tərəflərindən verilən iddia ərizəsinin təmin edilməsini xahiş etdilər. O cümlədən iddiaçı İddiaçı iddia tələbini müqavilənin etibarsız hesab edilməsi hissəsində qəbul etdiklərini bildirdilər. Əlavə olaraq qeyd etdilər ki, İddiaçı məhkəməyə təqdim edilən video görüntüdə həmçinin özünün imzaladığı sənəddə 1***0 manatdan çox borcunun qalmasını etiraf etmişdir. Gündüz tərəfindən ona hər hansı ziyan dəyməsi ilə bağlı məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Bu baxımdan, iddia tələblərinin təmin edilməsini xahiş edir. Iddia tələbini Icarə haqqı ilə bağlı hissədə qismən müdafiə edərək 2400 manat hissəsidə təmin edilməsini xahiş edir. Məhkəmə qeyd edilən qətnamədə borcun məbləğini 94900 manat məbləğində müəyyən edərkən yanlışlığıa yol vermişdir. Belə ki, istinad etdiyi qərarlar, video çəkilişlər belə əsl həqiqətdə sözügedən borc vəsaiti kimi müəyyənləşmiş pulun reallıqda 52370 manat olduğunu birbaşa sübut etmişdir. Çünki qeyd edilən sübutlarda iddiaçı açıqaydın ifadə etmişdir ki, qalan borc məbləği 52370 manatdır, lakin aralarında olan danışığa görə iddiaçı gəlir, faiz qismində 41900 manat xeyr verəcəkdi. Belə ki, bu fakta uyğun vurğulayır ki, Xəzər rayonu RPİ-nin İstintaq şöbəsinin##.##.2025-ci il tarixli qərarına əsasən Cavabdeh şikayət ərizəsi əsasında toplanmış material üzrə cinayət işi başlanmasının rədd edilməsi qərara alınmışdır. Şahid və şübhəli şəxs qismində dindirilən zaman iddiaçı İddiaçı ifadəsində göstərmişdir ki, təxminən 10 il əvvəl ticarət ilə məşğul olmağa başlamış və Çin Xalq Respublikasından elektron mallar gətirib gömrükdə rəsmiləşdirdikdən sonra Bakı şəhərində müxtəlif dükanlara satışını təşkil etmişdir. Cavabdeh Bakı şəhəri, Xəzər rayonu. Binə qəsəbəsi. Atçılıq yaşayış massivində onunla qonşuluqda yaşamış və onun Binə Atçılıq yaşayış massivində dükanı olmuşdur. 2023-cü ilin noyabr ayında onun Çin Xalq Respublikasından elektron mallar gətizdirmək üçün kifayətqədər pulu olmadığından Cavabdeh bu barədə demiş və ona elektron malların gətizdirilməsi üçün yerdiyi puldan ona 41.900 manat qazanc verəcəyini bildirmişdir. Cavabdeh də onunla razılaşmış və 2023-cü ilin noyabr ayından 2024-cü ilin əvvəlinə kimi ona hissə-hissə olaraq ümumilikdə 162.200 manat pul vermişdir. Cavabdeh ona həmin pulu Çin Xalq Respublikasından elektron mallar gətizdirib satdıqdan sonra ona verdiyi pulun üzərində 41.900 manat qazancla geri qaytarmaq üçün vermişdir. Bundan sonra 2024-cü ilin fevral ayından 2024-cü ilin may ayına kimi Çin Xalq Respublikasından müxtəlif elektron mallar gətizdirmiş və həmin malları gömrükdə rəsmiləşdirdikdən sonra Bakı şəhərində satışını təşkil etməyə başlamışdır. Lakin həmin vaxtlar alver bir az zəif getdiyi üçün həmin malları sata bilmədiyindən Cavabdeh ilə aralarında narazılıq baş vermişdir. Bundan başqa Cavabdeh ona 2024-cü ilin noyabr ayında gömrükdə malların olduğu üçün daha 17*** manat pul vermişdir ki. həmin malları rəsmiləşdirib oradan çıxarıb satışını təşkil edə bilsin. Həmin pula malları rəsmiləşdikdən sonra satışını təşkil etmişdir. Bundan sonra həmin vaxtı Çin Xalq Respublikasından gətirdiyi elektron malların bir hissəsini, yəni 101500 manat dəyərində elektron malları Cavabdeh götürdüyü pulun əvəzinə ona vermişdir. Həmin malları Cavabdeh özünə məxsus Bakı şəhəri. Xəzər rayonu. Binə qəsəbəsi, Südçülük sovxozunda yerləşən dükanına yığdırmışdır. Həmin 101500 manat dəyərində elektron malların Cavabdeh verməsi videogörüntü ilə qeydə alınmışdır. Bundan sonra. 2024-cü ilin avqust ayının əvvəlindən 2024-cü ilin noyabr ayına kimi Cavabdeh həmin gətirdiyi elektron mallar satıldığı zaman ona hissə-hissə olaraq ümumilikdə 19.300 manat nəğd pul vermişdir. 2024-cü ilin dekabr ayında isə Cavabdeh götürdüyü pulun əvəzinə 6030 manat dəyərində elektron malları sonuncuya vermişdir. Həmin elektron malları Niftullaya verəndə malların qiymətini öz aralarında razılaşdırdıqdan sonra vermişdir. Hazırda Zaqatala və digər rayonlarda ümumilikdə təxminən 8500 manat dəyərində elektron malları qalmışdır və həmin malları da Niftullava pulun əvəzinə verəcəkdir. Onun gətirdiyi elektron mallardan təxminən 2***0-25*** manat ziyan etmişdir. Belə ki, gətirdiyi elektron malların içərisində nasaz televizor və qazan dəstləri olmuşdur. Əlavə olaraq bildirmişdir ki. hazırda Niftulla Nıftullayevə 52.370 manat mallara verilən pula görə və qazanc olaraq 41.900 manat borcu qalmışdır. Hətta ##.##.2024-cü tarixli videoyazıda da pulun ümumi dəyərinin yuxarıda qeyd edildiyi və aralarında əks olunan şərtlərin olduğu təsbitini tapmışdır. Lakin buna baxmayaraq məhkəmə yanlışlığa yol verərək guya ki, videoyazıda borcu yüksək məbləğdə qəbul etdiyimi qeyd edir, halbuki qeyd edilən video yazı məhkəmə prosesində tam şəkildə incələnməmiş, qısa baxışla kifayətlənmişdir. Belə olduğu halda videoda əksini tapan danışıqların əsl mahiyyəti üzrə düzgün nəticəyə gəlinməsi qeyri mümkündür. Bu səbəbdəndir ki, məhkəmə yanlış nəticəyə gəlmişdir. Onu da da qeyd edir ki, işin hallarından göründüyü, hətta istinad edilən video yazıdan bəlli olduğu kimi qarşı tərəf öz maraqlarına uyğun iddiaçını öhdəliklə yükləmiş elə səbəbdən də iddiaçının iddiası üzrə məhkəmə tərəfindən etibarsızlığı təsdiq edilmiş formal borc müqaviləsi bağlanılmışdır. Sual olunur əgər ki, həqiqətən də borclu olduğu məbləğ 94900 manat idisə o zaman nə üçün 8***0 manat borc yazılıb? Adicə bu detal sübut edir ki, həqiqətən tələb edilən pulun 41900 manatı gəlir olduğu halda qazanc kimi verilməsi nəzərdə tutulan pul olub ki, Cavabdeh məhkəmə prosesləri zamanı, eləcə də təqdim edilən polisin qərarlarında əks olunan izahatında qazancının olmadığını, ziyana getdiyini və bu səbəbdən də borcun əvəzi olaraq malları ona verdiyini etiraf etmişdir. Bununla yanaşı Cavabdeh hətta məhkəmə prosesində onu da qeyd etdi ki özü məhz gəlir əldə etmək niyyəti ilə iddiaçıya borc vermiş amma gəlir verə bilmədiyi, satış planlaşdırıldığı kimi getmədiyi üçün ona hansısa qazancı verə bilmədi və əsas puldan qeyd etdiyi və sənədlərdə də əksini tapdığı kimi 52.370 manat məbləğində borcu qalmışdır. Məhkəmə qeyd edir ki, guya iddiaçı qeyd edilənləri təsdiq edən sübut təqdim etməmişdir. Amma əsl həqiqətdə Cavabdeh iddiasını əsaslandıracaq sənədləri təqdim etməli idi və polis qərarında, video çəkilişdə, o cümlədən məhkəmə prosesində dediyi ziddiyyətli halları aradan qaldırmalı idi. Belə olan halda hakimin əsassız borcun şişirdilmiş məbləğinə dair mövqeyi, sübutetmə yükünü təkcə iddiaçının üzərinə qoyma ilə bağlı hərəkəti, qənaəti ədalətli məhkəmə araşdırmasına adekvat olan hal deyil. Ümumiyyətlə, mübahisələndirdiyi hissədə məhkəmənin gəldiyi nəticə, qətnamədəki əsaslandırmaları məhkəmənin, hakimin özü tərəfindən əks edilmiş qanunvericilik normalarına mütənasib deyil. Hakim tərəfindən əsassız qətnamənin qəbul edilməsi, o cümlədən mülki qanunvericiliyin düzgün tətbiq edilməməsi qətnamənin digər şəxsin maraqlarına xidmət etməsi, mənimsə qanunvericiliklə təsbit edilən hüquqlarımın pozulması deməkdir. Odur ki, bu qətnamənin qismən dəyişdirilməsi, əsaslı şikayətimin təmini barədə yeni qətnamənin qəbul edilməsi zəruridir. Əks yanaşma birinci instansiya məhkəməsi tərəfindən aparılmış qeyri-obyektiv araşdırmaya haqq qazandırılmaqla bir daha mənim yerli və beynəlxalq normalarla təsbitini tapmış əmlak hüquqlarımın və qanunvericiliyin tələblərinin pozulması deməkdir. Qeyd olunan qanunvericilik müddəalarına (MPM 14.2, 77.1, 88, 217.3, 384, 385) əsasən bildirir ki, hakim tərəfindən prosessual normaların da tələbləri pozulmuş, obyektiv araşdırma aparılmamışdır. Belə ki, yuxarıda da qeyd edildiyi kimi qətnamə qəbul edilərkən borc məbləği barədə mötəbər hallar nəzərə alınmamışdır, iş üzrə təqdim edilən mötəbər qərarlar diqqətə alınmamış, düzgün hüquqi qiymət verilməmişdir. Halbuki sübutlara qiymət verilməsi, hətta nə üçün qəbul edilməzliyinin də əsaslandırılması prosessual normanın tələbidir. Qanunvericilikdə qeyd olunur ki, tərəflərin təqdim etdikləri sübutlar məhkəmə tərəfindən araşdırılmalı və hüquqi qiymət verilməlidir. O cümlədən qətnamənin nəticə hissəsi qətnamənin məzmununa, işin hallarına adekvat olmalıdır. Lakin göründüyü kimi mötəbər hallara hüquqi qiymət verilməmiş, qanunvericiliyin tələbləri nəzərə alınmamış, gəlinmiş nəticə işin halları, işdəki mötəbər sübutlar, qətnamənin məzmunu, təsviri, əsaslandırıcı hissəsi ilə uzlaşmamış və bununla da hüquqlarım, qanunvericiliyin tələbləri kobud şəkildə pozulmuşdur. Bu isə qanunvericiliyin işin düzgün, obyektiv və ədalətli şəkildə araşdırılması üzrə müəyyənləşdirilmiş prosessual tələblərini də kobud şəkildə pozur.

Məhkəmə icraatı iştirakçılarının izahatları:

22. Birinci iddia üzrə cavabdeh, ikinci iddia üzrə iddiaçı və onun nümayəndəsi və vəkili məhkəmə iclasında apellyasiya şikayətinin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər. İzahatında birinci iddia üzrə cavabdeh, ikinci iddia üzrə iddiaçı bildirmişdir ki, qarşı tərəflə müqavilə bağlamaq və ona pul verməkdə məqsədi ticarətlə məşğul olmaq olmuşdur. Cavabdeh pulu qaytarmaqla yanaşı ona 41.900 manat qazanc verərəcəyini bildirmiş, qazanc məbləğini cavabdeh özü hesablamışdır.

23. Birinci iddia üzrə iddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası MPM-in 376.2-ci maddəsinin tələblərinə əsasən şikayətə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

24. Əvvəlki məhkəmə iclasında iştirak edən birinci iddia üzrə iddiaçı və ikinci iddia üzrə cavabdehin nümayəndəsi və vəkili məhkəmə iclasında apellyasiya şikayətinin təmin edilməsini, qətnamənin mübahisələndirilən hissədə ləğv edilməsini, həmin hissədə ikinci iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Nümayəndə və vəkil izahatında məhkəmə tərəfindən ödənilməsi qət edilmiş məbləğə qazancın da daxil edildiyini, lakin təmsil etdiyi tərəfin sahibkarlıq fəaliyyətində heç bir qazanc əldə etmədiyini, əksinə ziyana uğradığını bildirmişdir.

Tətbiq edilən hüquq:

25. Mülki Məcəllənin: -385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. -390.4-cü maddəsinə görə tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər. Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir.

26. Mülki Prosessual Məcəllənin: - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. -119.5-ci maddəsinə görə apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür. -119.6-cı maddəsinə görə yuxarı məhkəmə instansiyası işi yeni baxışa göndərmədən qətnaməni dəyişdirirsə və ya yeni qətnamə çıxarırsa, o, müvafiq olaraq məhkəmə xərclərinin bölüşdürülməsini də dəyişdirir.

Apellyasiya baxışının hədləri:

27. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

28. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

29. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə birinci iddia təmin edilmiş, ikinci iddia qismən təmin edilmiş, birinci iddia üzrə iddiaçı, ikinci iddia üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətində qətnamə tutulması qət edilmiş 94900 manat pul vəsaitinin 42.530 manat hissəsi üzrə mübahisələndirilmişdir. Odur ki, qətnamənin əsaslılığı ikinci iddia üzrə 42.530 manat məbləğində pulun tutulması hissəsi üzrə yoxlanılmalıdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

30. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

31. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, birinci iddia üzrə cavabdeh, ikinci iddia üzrə iddiaçı Cavabdeh ilə birinci iddia üzrə iddiaçı, ikinci iddia üzrə cavabdeh İddiaçı arasında 2023-cü ilin oktyabrında bağlanmış şifahi müqaviləyə əsasən Cavabdeh İddiaçı Çin Xalq Respublikasından mallar gətirməsi üçün pul vəsaiti verməyi, İddiaçı isə Cavabdeh birgə fəaliyyətə qoyduğu pulu qaytarmaqla yanaşı “qazanc” verməyi öhdəsinə götürmüşdür. Həmin müqavilə əsasında Cavabdeh tərəfindən İddiaçı hissə-hissə, sonuncu dəfə ##.##.2024-ci il tarixə 17*** manat olmaqla cəmi 179200 manat məbləğində pul verilmişdir. ##.##.2024-cü il tarixdə tərəflər arasında borc müqaviləsi bağlanmaqla həmin müqaviləyə əsasən İddiaçı 80.*** manat məbləğində borcu qaytarmağı öhdəsinə götürmüşdür. Bununla yanaşı tərəflər arasında ##.##.2024-cü il tarixli icarə müqaviləsinə əsaslanan öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. İddiaçı tərəflər arasında bağlanmış borc müqaviləsinin formal bağlanmış əqd olduğunu əsas göstərərək həmin müqavilənin etibarsız hesab edilməsini, eyni zamanda tərəflər arasında bağlanmış icarə müqavilıəsinə xitam verilməsi tələbinə dair iddia (birinci iddia), Cavabdeh isə icarə müqaviləsi üzrə 5400 manat icarə haqqı borcunun və 2023-cü ilin oktyabrında bağlanmış şifahi müqavilə üzrə isə 94.900 manat borcun İddiaçı tutulmasına dair iddia (ikinci iddia) qaldırmışdır.

32. Hazırda ikinci iddia üzrə cavabdehin apellyasiya şikayəti əsasında yalnız ikinci iddia üzrə 42.530 manat məbləğində pulun tutulması həddində işə baxan məhkəmə kollegiyası ilk növbədə həmin iddia tələbinin yaranması üçün əsas olmuş 2023-cü ilin noyabr ayında tərəflər arasında bağlanmış şifahi müqavilənin hüquqi təbiəti ilə bağlı qeyd edir ki, birincisi, tərəflərin polis idarəsində, eləcə də məhkəmə iclaslarında verdikləri izahatlarından da göründüyü kimi həmin müqavilənin bağlanmasında məqsəd İddiaçı verdiyi vəsait hesabına İddiaçı elektrotexnika malları gətirərək satması yolu ilə hər iki şəxsin qazanc əldə etməsi olmuş, Cavabdeh İddiaçı elektrotexnika mallarının satışını həyata keçirdiyi obyektlərdən, malların bir hissəsinin xaricdən gətirilməsindən məlumatı olmuş, bununla yanaşı Cavabdeh sonuncu dəfə 2024-cü ilin noyabrında malların gömrük rəsmiləşdirilməsi üçün 17*** manat pulu İddiaçı ödəmiş, İddiaçı razılaşmaya uyğun gətirməli olduğu malların bir hissəsini gətirmədikdə isə bu barədə iradını bildirmiş, bundan əlavə İddiaçı qaytara bilmədiyi pulun bir hissəsini Cavabdeh elektrotxnika malları ilə qaytarmışdır. Göstərilən hallar ona dəlalət edir ki, tərəflər arasında münasibətlər bir tərəfin (borc verənin) müəyyən məbləğdə pulun digər tərəfə (borc alana) verilməsini, borc alanın isə aldığı pul vəsaitinin qaytarılmasını nəzərdə tutan borc münasibətlərı olmamış, Cavabdeh dövriyyəyə pul qoymaqla, İddiaçı isə malların gətirilməsini və satışını təşkil etməklə birgə biznes (sahibkarlıq) fəaliyyətində iştirak etmişlər.

33. Digər tərəfdən kollegiya onu da qeyd edir ki, tərəflər arasında müqavilə münasibətləri klassik birgə fəaliyyət müqaviləsi üzrə münasibətlərə də uyğun gəlmir. Belə ki, birgə fəaliyyət münasibətləri şəriklərinin (ortaqların) birgə fəaliyyətdən əldə edilən gəlirə və məruz qalacağı zərərə də şərik olmalarını ehtiva etdiyi halda hazırkı halda İddiaçı Cavabdeh biznes fəaliyyətinə qoyduğu vəsait müqabilində həmin vəsaiti və sabit məbləğ -41900 manat məbləğində qazanc verməyi öhdəsinə götürmüşdür.

34. Bununla bağlı kollegiya qeyd edir ki, İddiaçı razılaşdırılmış 41.900 manat qazancı yalnız gəlir əldə etdiyi halda ödəməli olması barədə arqument irəli sürsə də, qeyd edilməlidir ki, birincisi, tərəflər arasında razılaşmaya əsasən Cavabdeh ödədiyi puldan əlavə olaraq ödəniləcək tərəflərin “qazanc” adlandırdıqları məbləğin əldə ediləcək və ya əldə edilməsi mümkün olan gəlirdən pay (faiz) olaraq deyil, məhz sabit pul məbləğində müəyyən edilməsi ona dəlalət edir ki, İddiaçı biznes fəaliyyətindən əldə edəcəkləri gəlirdən asılı olmayaraq həmin məbləği Cavabdeh ödənilməsi barədə öhdəlik götürmüşdür.

35. İkincisi, o da nəzərə alınmalıdır ki, İddiaçı hüquq mühafizə orqanlarında verilmiş izahatlarında, iş materiallarında olan videoyazıda və qəbzdə 41.900 manat (qəbzdə 40.***) “qazanc” ödəmək barədə üzərinə öhdəlik götürdüyünü təsdiq etsə də, nə izahatlarında, nə videoyazıda, nə də qəbzdə həmin öhdəliyin sahibkarlıq fəaliyyətində gəlir əldə etməsi ilə şərtləndirildiyini bildirmişdir. Digər tərəfdən işin mübahisəsiz halıdır ki, sözügedən izahatlar, videoyazı və qəbzin verildiyi tarixdə (2024-cü ilin noyabr ayından sonra) İddiaçı sahibkarlıq fəaliyyətlərində malların çox hissəsinin satılmamasından və zərərə uğramasından artıq məlumatlı olmuş və məhz buna görə də Cavabdeh tərəfindən verilmiş pulun bir hissəsini malla qaytarmışdır. Belə olan halda gəlir olmayacağını bildiyi halda İddiaçı sabit məbləğdə “qazanc” ödəyəcəyini dəfələrlə təsdiq etməsi həmin məbləğin ödənilməsinin malların satılmasından əldə ediləcək gəlirdən asılı olmayaraq razılaşdırıldığını bir daha təsdiqləyir.

36. Göstərilən hallar ona dəlalət edir ki, tərəflər arasında bağlanmış müqavilə borc və ya birgə fəaliyyət haqqında klassik müqavilə kimi deyil, Mülki Məcəllədə nəzərdə tutulmayan, lakin həmin məcəlləyə zidd olmayan müqavilə kimi qiymətləndirilməlidir.

37. Həmin müqavilə üzrə Cavabdeh İddiaçı tələb etmək hüququna malik olduğu pul vəsaitinin məbləğinə münasibətdə isə kollegiya qeyd edir ki, yuxarıda da qeyd edildiyi kimi Cavabdeh İddiaçı 179.200 manat pul verməsi, bunun müqabilində 19.300 manat məbləğində pul ödəməsi, borcun bir hissəsini də malla verməsi işin mübahisəsiz hallarıdır. Bundan əlavə Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş qəbzdə 162.100 manat pul götürdüyünü, qazanc da daxil olmaqla 202.100 manat pul qaytaracağını, 120.800 manat qaytardığını, bundan sonra 17.*** manat da götürdüyünü bildirməklə qazanc daxil borcun 98300 (202.100- 120.800+17***) manat, eynilə iş materiallarında olan videoyazıda da qazanc daxil borcun 98.900 manat olmasını təsdiq etmiş, lakin qəbz və videoyazıdan sonrakı dövrdə borcundan ödəniş etməsini sübuta yetirə bilməmişdir.

38. Kollegiya Cavabdeh tələb etdiyi 94.900 manat məbləğində pul vəsaitinə tərəflərin razılaşmalarında qazanc adlandırdıqları 41.900 manatın da daxil edilməsi ilə İddiaçı apellyasiya şikayətində göstərdiyi dəlillərlə razılaşsa da(həmin hal birinci instansiyada verdiyi izahatlarda Cavabdeh tərəfindən də etiraf edilmiş, eləcə də iş materiallarında olan sübutlarla da öz təsdiqini tapır) qeyd edir ki, göstərilən hal 41900 manat pulun tutulması hissəsində iddianın rədd edilməsi üçün əsas vermir. Belə ki, yuxarıda da şərh edildiyi kimi mübahisəli müqavilənin şərtlərinə əsasən həmin məbləğin İddiaçı tərəfindən Cavabdeh ödənilməsi tərəflərin biznes fəaliyyətindən gəlir əldə etməsi ilə şərtləndirilməmişdir.

39. Eyni qaydada birinci instansiya məhkəməsi tərəfindən etibarsız hesab edilmiş borc müqaviləsi ilə bağlı da qeyd etmək lazımdır ki, İddiaçı ##.##.2024-cü il tarixdə, yəni Cavabdeh sonuncu 17.*** manat məbləğini almamışdan əvvəl 80.*** manat məbləğində borcu qaytarmaq öhdəliyini ehtiva edən belə bir müqavilənin imzalaması tərəflərin həmin tarixə olan İddiaçı “birgə fəaliyyət” barədə müqavilə üzrə Cavabdeh olan borcunun məhz 80.*** manat civarında olmasını və tərəflərin məqsədlərinin məhz həmin borcun rəsmiləşdirməkdən ibarət olduğunu və bir gün sonra 17.*** pul da verildikdən sonra isə ümumi borcun təxminən 97*** manat təşkil etdiyini bir daha təsdiqləyir.

40. Beləliklə, kollegiya hesab edir ki, tərəflər arasında bağlanmış şifahi müqaviləyə əsasən İddiaçı 94.900 manat məbləğində pulu Cavabdeh ödəmək öhdəliyinin yaranması iş materialları ilə öz təsdiqini tapdığından həmin hissədə iddianın təmin edilməsi barədə birinci instansiya məhkəməsinin nəticəsi qanuni və əsaslıdır.

41. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq edilmiş, qətnamədə göstərilən nəticələr işin hallarına uyğundur. Apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Odur ki, şikayət təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

42. Məhkəmə kollegiyası məhkəmə xərclərinə münasibətdə qeyd edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən həmin şikayət verilərkən ödənilmiş dövlət rüsumu apellyatora aid edilməlidir.

43. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə t e t d i:

Iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-****/**** saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti üçün ödənilmiş rüsum apelyatorun özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Leyla Əliyeva

Hakimlər: Təranə Mahmudova

Ziya Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar