Məhkəmə qərarları › İş №2-2(3-6)-490/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(3-6)-490/2026

14.05.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2-2(3-6)-490/2026 14.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Ziya Allahverdi oğlu Şirinovun sədrliyi və məruzəsi ilə, X1 və X5 ibarət tərkibdə, Ismayılova Elnarə Məyiş qızının katibliyi ilə, Iddiaçı İddiaçı iştirakı ilə, Iddiaçı İddiaçı cavabdeh Cavabdeh ASC-yə qarşı “öhdəliyin qoyulması və pulun tutulması” tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(*-**)-***/**** nömrəli qətnaməsindən cavabdeh Cavabdeh ASC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Işin Halları

1. Iddiaçı ilə cavabdeh arasında imzalanmış ##.##.2024-ci il tarixli, ****************** saylı Bank Xidmətlərinin Göstərilməsi haqqında ümumi müqaviləyə əsasən Bank bu Müqavilə çərçivəsində Müştəriyə aşağıdakı xidmət və məhsulları təqdim edir: a) Cari hesabın açılması, aparılması; b) Kredit; c) Korporativ kart. Müştəri, Bank tərəfindən yuxarıda qeyd olunan xidmət və məhsullardan istifadə etmək istədikdə Müştəri və Bank arasında həmin məhsul və xidmətin xüsusi şərtlərini özündə əks etdirən və Müqavilənin ayrılmaz tərkib hissəsi hesab olunan Əlavə (Razılaşma) imzalanır.

2. Tərəflər arasında imzalanmış ##.##.2024-ci il tarixli, ****************** saylı Bank Xidmətlərinin Göstərilməsi X6 “Cari hesabın açılması, aparılması xidməti” adlı ikinci hissəsinin 2.2.4-cü bəndinə əsasən müştəri qanunvericilikdə nəzərdə tutulan və Bank qarşısında olan hər hansı pul öhdəliyini vaxtında və lazımınca icra etmədikdə, tələblərin ödənilməsi üçün Müştərinin Bankda olan hesablarından pul vəsaitlərini akseptsiz qaydada silmək Bankın hüququdur.

3. Tərəflər arasında imzalanmış ##.##.2024-ci il tarixli, ****************** saylı Bank Xidmətlərinin Göstərilməsi X6 “Korporativ kart” adlı üçüncü hissəsinin 2.1.2-ci bəndinə əsasən kart istifadəciləri tərəfindən aparılanəməliyyatların məbləğləri və müvafiq xidmət haqlarını kart hesablarından akseptsiz qaydada silmək bankın hüququdur.

4. Iddiaçı ilə cavabdeh arasında imzalanmış ##.##.2024-ci il tarixli, ****************** saylı Bank Xidmətlərinin Göstərilməsi haqqında ümumi müqaviləyə Kreditləşmənin Xüsusi Şərtlərinə dair KBEK*******C*** saylı ##.##.2024-cü il tarixli Əlavəyə əsasən Bank Əlavədə qeyd edilmiş xüsusi şərtlərlə 24 ay müddətinə 23 faiz dərəcəsi ilə 15600 manat məbləğində Borcalana kredit ayırır, Borcalan isə kreditdən Müqavilənin və Əlavənin şərtlərinə uyğun olaraq istifadə etməyi, habelə krediti (əsas borcu), kreditdən istifadəyə görə hesablanacaq faizləri, komisyon haqq(lar)ı Müqavilə (Əlavə) ilə müəyyən olunan müddətdə və qaydada Banka ödəməyi öhdəsinə götürür.

5. Iddiaçı ilə cavabdeh arasında ##.##.2024-ci il tarixli, ****************** saylı Bank Xidmətlərinin Göstərilməsi haqqında ümumi müqaviləyə Kreditləşmənin Xüsusi Şərtlərinə dair KBEK*******C*** saylı ##.##.2025-ci il tarixli Əlavəyə əsasən Əlavə Bank və Borcalan arasında bağlanmış ##.##.2024-ci il tarixli, ****************** saylı Bank Xidmətlərinin Göstərilməsi X6 ayrılmaz tərkib hissəsi hesab olunur və müqaviləyə (Əlavəyə) əsasən Bank Əlavədə qeyd edilmiş xüsusi şərtlərlə 24 ay müddətinə 22 faiz dərəcəsi ilə 22000 manat məbləğində Borcalana kredit ayırır, Borcalan isə kreditdən Müqavilənin və Əlavənin şərtlərinə uyğun olaraq istifadə etməyi, habelə krediti (əsas borcu), kreditdən istifadəyə görə hesablanacaq faizləri, komisyon haqq(lar)ı Müqavilə (Əlavə) ilə müəyyən olunan müddətdə və qaydada Banka ödəməyi öhdəsinə götürür.

6. Iş materiallarında olan ##.##.2024-cü il tarixli, ******* nömrəli “A” formatlı ödəniş tapşırığından görünür ki, iddiaçı tərəfindən cavabdehə ##.##.2024-cü il tarixli, KBEK*******C*** saylı müqaviləyə əsasən kreditin rəsmiləşdirilməsi üçün 156 (bir yüz əlli altı) manat komissiya ödənilmişdir.

7. Iş materiallarında olan Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Məktəbəqədər və Ümumi Təhsil üzrə X2-Xaçmaz Regional Təhsil Idarəsi tərəfindən verilmiş ## ###### 2025-ci il tarixli arayışdan görünür ki, İddiaçı ##.##.2014-cü il tarixdən bu günə qədər Quba rayonu Bəhram Sultanov adına Ağbil kənd tam orta ümumtəhsil məktəbində təsərrüfat müdiri vəzifəsində çalışır və onun aylıq əmək haqqısı 470.00 (dörd yüz yetmiş manat sıfır qəpik) manat təşkil edir.

8. Iş materiallarında olan Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Məktəbəqədər və Ümumi Təhsil üzrə X2-Xaçmaz Regional Təhsil Idarəsi tərəfindən verilmiş ## ###### 2025-ci il tarixli arayışdan görünür ki, İddiaçı ##.##.2014-cü il tarixdən bu günə qədər Quba rayonu Bəhram Sultanov adına Ağbil kənd tam orta ümumtəhsil məktəbində təsərrüfat müdiri vəzifəsində çalışır və ona ##.##.2025-ci il tarixdən ##.##.2026-cı il tarixədək hesabına 2025-ci il üzrə may ayında 316,73 manat, iyun ayında 401,65 manat, iyul ayında 563,68 manat, avqust ayında 335,48 manat, sentyabr ayında 401,65 manat, oktyabr ayında 401,65 manat, noyabr ayında 401,65 manat, dekabr ayında 401,65 manat, yanvar ayında 401,65 manat əmək haqqı köçürülmüşdür.

9. Iş materiallarında olan iddiaçıya məxsus ödəniş kartı üzrə çıxarışdan görünür ki, sonuncunun ödəniş kartına ##.##.2025-ci il tarixdə 392,25 manat, ##.##.2025-ci il tarixdə 392,25 manat, ##.##.2025-ci il tarixdə 392,25 manat, ##.##.2025-ci il tarixdə 392,25 manat, ##.##.2025-ci il tarixdə 316,73 manat nağdsız mədaxil olmuş, ##.##.2025-ci il tarixdə 316,73 manat kredit borcu üzrə silinmə aparılmışdır, ##.##.2025-ci il tarixdə 83,34 manat nağdsız mədaxil olmuş, ##.##.2025-ci il tarixdə 72,81 manat kredit borcu üzrə silinmə aparılmışdır, ##.##.2025-ci il tarixdə 401,65 manat nağdsız mədaxil olmuş, ##.##.2025-ci il tarixdə 563,68 manat nağdsız mədaxil olmuş, ##.##.2025-ci il tarixdə 563,68 manat kredit borcu üzrə silinmə aparılmışdır, ##.##.2025-ci il tarixdə 335,48 manat nağdsız mədaxil olmuş, ##.##.2025-ci il tarixdə 335,48 manat kredit borcu üzrə silinmə aparılmışdır, ##.##.2025-ci il tarixdə 401,65 manat nağdsız mədaxil olmuş, ##.##.2025-ci il tarixdə 401,65 manat kredit borcu üzrə silinmə aparılmışdır, ##.##.2025-ci il tarixdə 401,65 manat nağdsız mədaxil olmuş, ##.##.2025-ci il tarixdə 401,65 manat kredit borcu üzrə silinmə aparılmışdır, ##.##.2025-ci il tarixdə 401,65 manat nağdsız mədaxil olmuş, ##.##.2025-ci il tarixdə 401,65 manat məbləğində kredit borcu üzrə silinmə aparılmışdır, ##.##.2025-ci il tarixdə 401,65 manat nağdsız mədaxil edilmiş, ##.##.2025-ci il tarixdə 401,65 manat kredit borcu üzrə silinmə aparılmışdır, ##.##.2026-cı il tarixdə 401,65 manat nağdsız mədaxil edilmiş, ##.##.2026-cı il tarixdə 401,65 manat kredit borcu üzrə silinmə aparılmışdır. Birinci instansiya məhkəməsindəki icraat

10. . Iddiaçı İddiaçı (bundan sonra – iddiaçı) cavabdeh Cavabdeh ASC-yə (bundan sonra – cavabdeh) qarşı “öhdəliyin qoyulması və pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh ASC ilə İddiaçı arasında bağlanmış kredit müqaviləsinə əsasən 22.000 manat kredit borcunun ödənilməsi üçün əmək haqqının yalnız 20%-nin tutulması və subsidiya kartından ödənişlərin tutulmasının dayandırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. Iddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Quba rayonu, Ağbil kəndində yaşayır, ailəlidir 3 övladı var. O, ailənin gündəlik ehtiyyaclarını ödəmək üçün əlavə olaraq təsərrüfatla məşğul olur. Bu il mövsümü şəraitin qeyri normal keçməsi həmçinin Rusiya bazarlarına çıxışın qeyri-mümkün olması səbəbi ilə təsərrüfat sahəsində böyük çətinliklərlə qarşılaşmışdır, təsərrüfat sahəsini böyütmək, inkişaf etdirmək üçün xeyli vəsait xərcləməyinə baxmayaraq, gəlir əldə edə bilməmişdir. O, xxxx ASC-nin Quba filialına yaxınlaşaraq aralarında bağlanmış kredit müqaviləsinə əsasən 24 ay müddətinə 22.000 (iyirmi iki min) manat kredit almış, daha sonra təsarüfatında yaşadığı çətinliklər, maliyyə itirməyi səbəbi ilə kredit ödənişini ödəyə bilməmişdir. O, xxxx ASC-yə rəsmi müraciət ünvanlayaraq kredit ödənişinin faiz hissəsinin dondurulmasını və ona kredit ödənişinin əsas hissəsinin ödənilməsi üçün möhlət verilməsini xahiş etmişdir. Cavabdeh təşkilatdan uzun müddət ona cavab gəlməsiri gözləsədə onlar müraciətinə heç bir münasibət bildirməmişdirlər. O, ailənin dolanışığını təmin etməkdə çətinlik çəkir, yeganə gəlir yerin 383 manat əmək haqqıdır. Cavabdeh təşkilat onun gəlirini tamamını və ona verilməli olan subsidiya məbləğini kredit ödənişinin ödənilməsi üçün tutur. Halbuki subsidiya ödənişi birbaşa fiziki şəxsin nağd olaraq əldə etdə biləcəyi bir vəsait deyildir. O, əmək haqqının tam şəkildə tutulması səbəbi ilə ailənin gündəlik ehtiyaclarını heç bir şəkildə təmin edə bilmir. 3 övlad atasıdır, övladlarının istəklərini yerinə yetirə bilmir. Əmək haqqı məbləğinin tam şəkildə tutulması doğru deyildir. Qanunun tələblərinə əsasən əmək haqqı məbləğinin yalnız 50% hissəsinin tutulmasına icazə verilir. Odur ki, hazırkı iddia ilə məhkəməyə müraciət edərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir.

12. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2025- ci il tarixli qərardadı ilə hazırkı iş aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilmişdir.

13. Bakı Kommersiya Məhkəməsinin *-*(*-**)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadı ilə iddia ərizəsi məhkəmənin icraatına qəbul edilmişdir.

14. Iddiaçı ##.##.2026-cı il tarixdə iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, ##.##.2024-cü il tarixli, ****************** saylı Bank xidmətlərinin göstərilməsi haqqında ümumi müqaviləyə əsasən əmək haqqından tutulmaların 20 faizə endirilməsi və iddiaçıya məxsus *************** nömrəli fermer kartından (subsidiya kartı) tutulan 775 manat məbləğində pulun tam, **************** nömrəli Debet master kartından (əmək haqqı kartı) 9 ay ərzində 20 faizdən artıq tutulan 2950 manat məbləğində pulun cavabdehdən alınaraq iddiaçıya geri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

15. Məhkəmə iclasında iddiaçı İddiaçı iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verib iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, kredit tərəfindən sahibkarlıq məqsədilə götürülmüş, lakin ödənişlərdə müəyyən yubanmalar olmuşdur. Bu səbəbdən onun əmək haqqı kartına yüklənən bütün maaş cavabdeh tərəfindən silinmişdir. Bundan əlavə, o, fərdi sahibkardır, taxıl və sairə əkilməsi ilə məşğuldur, digər kart ona həmin fəaliyyətin subsidiyalaşdırılması məqsədilə verilmişdir. Həmin karta mədaxil edilən məbləğlər yalnız toxum alınması və sairə məqsədilə istifadə edilə bilər, nağdlaşdırılması belə yolverilməzdir. Buna baxmayaraq cavabdeh həmin karta yüklənən məbləğləri də silir. Bu səbəbdən iddiasının tam təmin edilməsini xahiş edir. 7. Məhkəmə iclasında cavabdehin nümayəndəsi İ.Məhərrəmova iddia ərizəsinə etiraz edərək, iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Bundan əlavə cavabdeh tərəf məhkəməyə yazılı izahat təqdim etmişdir. Həmin yazılı izahatda göstərilmişdir ki, cavabdeh təşkilat onun gəlirinin tamamını və ona verilməli olan subsidiya məbləğini kredit ödənişinin ödənilməsi üçün tutur. Cavabdeh Açıq Səhmdar Cəmiyyəti ilə iddiaçı İddiaçı arasında ##.##.2024-cü il tarixdə Bank Xidmətlərinin göstərilməsi haqqında ****************** nömrəli ümumi müqavilə imzalanmış və həmin müqaviləyə əsasən Bank bu Müqavilə çərçivəsində Müştəriyə aşağıdakı xidmət və məhsulları təqdim edir: a) Cari hesabın açılması, aparılması; b) Kredit; c) Korporativ kart. Müştəri, Bank tərəfindən yuxarıda qeyd olunan xidmət və məhsullardan istifadə etmək istədikdə Müştəri və Bank arasında həmin məhsul və xidmətin xüsusi şərtlərini özündə əks etdirən və Müqavilənin ayrılmaz tərkib hissəsi hesab olunan Əlavə (Razılaşma) imzalanır. Müştəriyə göstərilən xidmətlərin ümumi şərtləri və qaydaları Bank Xidmətlərinin göstərilməsi haqqında ****************** nömrəli ümumi müqavilə ilə müəyyən edilir, Bank və Müştəri arasında yaranan münasibətləri tənzimləyir. Bank Xidmətlərinin göstərilməsi haqqında ****************** nömrəli ümumi müqavilənin IV hissəsi Kredit adlanır və müştəriyə kreditlə bağlı xidmət göstərilməsi halında tərəflərin münasibətinin tənzimlənməsi şərtlərini (kreditləşmənin ümumi şərtləri, kreditləşmə üzrə Tərəflərin hüquq və vəzifələri və s.) özündə əks etdirir. Belə ki, Cavabdeh Açıq Səhmdar Cəmiyyəti ilə iddiaçı İddiaçı arasında bağlanmış ##.##.2024-cü il tarixli, ****************** nömrəli Bank Xidmətlərinin göstərilməsi X6 1.24-cü bəndində birbaşa olaraq qeyd edilmişdir ki, Müqavilə üzrə yaranmış borclar Xüsusi Şərtlərdə göstərilən müddətdə ödənilmədiyi halda borclar Bank tərəfindən Borcalanın sərəncamı olmadan onun bank hesablarından, o cümlədən borc alanın Bankda olan digər valyutalardakı hesablarından Bankın ödəniş gününə olan məzənnəsi ilə akseptsiz qaydada, konvertasiya sənədi təqdim olunmadan konvertasiya olunaraq, akseptsiz qaydada tutula (silinə) bilər. Belə ki, iddiaçı İddiaçı ##.##.2024-cü il tarixli Bank Xidmətlərinin göstərilməsi haqqında ****************** nömrəli ümumi müqavilə ilə nəzərdə tutulmuş kredit xidmətindən ilkin olaraq ##.##.2024-cü il tarixdə yararlanmış və Cavabdeh Açıq Səhmdar Cəmiyyəti ilə iddiaçı İddiaçı arasında ##.##.2024-ci il tarixli, ****************** saylı Bank Xidmətlərinin Göstərilməsi haqqında ümumi müqaviləyə Kreditləşmənin Xüsusi Şərtlərinə dair KBEK*******C*** saylı ##.##.2024-cü il tarixli Əlavə imzalanmışdır. Həmin Əlavəyə əsasən Əlavə Bank və Borcalan arasında bağlanmış ##.##.2024-ci il tarixli, ****************** saylı Bank Xidmətlərinin Göstərilməsi X6 ayrılmaz tərkib hissəsi hesab olunur və Müqaviləyə (Əlavəyə) əsasən Bank Əlavənin 2.1-2.18-ci bəndlərində qeyd edilmiş xüsusi şərtlərlə (24 ay müddətinə 23 faiz dərəcəsi ilə 15600 manat məbləğində) Borcalana kredit ayırır, Borcalan isə kreditdən Müqavilənin və Əlavənin şərtlərinə uyğun olaraq istifadə etməyi, habelə krediti (əsas borcu), kreditdən istifadəyə görə hesablanacaq faizləri, komisyon haqq(lar)ı Müqavilə (Əlavə) ilə müəyyən olunan müddətdə və qaydada Banka ödəməyi öhdəsinə götürür. Kreditləşmənin Xüsusi Şərtlərinə dair KBEK*******C*** saylı ##.##.2024-cü il tarixli Əlavə üzrə götürülmüş kredit ##.##.2025-ci il tarixində bağlanmış və müqaviləyə xitam verilmişdir. Daha sonra iddiaçı İddiaçı ##.##.2024-cü il tarixli Bank Xidmətlərinin göstərilməsi haqqında ****************** nömrəli ümumi müqavilə ilə nəzərdə tutulmuş kredit xidmətindən növbəti dəfə ##.##.2025- ci il tarixində yararlanmış və Cavabdeh Açıq Səhmdar Cəmiyyəti ilə iddiaçı İddiaçı arasında ##.##.2024-ci il tarixli, ****************** saylı Bank Xidmətlərinin Göstərilməsi haqqında ümumi müqaviləyə Kreditləşmənin Xüsusi Şərtlərinə dair KBEK*******C*** saylı ##.##.2025-ci il tarixli Əlavə imzalanmışdır. Həmin Əlavəyə əsasən Əlavə Bank və Borcalan arasında bağlanmış ##.##.2024-ci il tarixli, ****************** saylı Bank Xidmətlərinin Göstərilməsi X6 ayrılmaz tərkib hissəsi hesab olunur və Müqaviləyə (Əlavəyə) əsasən Bank Əlavənin 2.1-2.18-ci bəndlərində qeyd edilmiş xüsusi şərtlərlə (24 ay müddətinə 22 faiz dərəcəsi ilə 22000 manat məbləğində) Borcalana kredit ayırır, Borcalan isə kreditdən Müqavilənin və Əlavənin şərtlərinə uyğun olaraq istifadə etməyi, habelə krediti (əsas borcu), kreditdən istifadəyə görə hesablanacaq faizləri, komisyon haqq(lar)ı Müqavilə (Əlavə) ilə müəyyən olunan müddətdə və qaydada Banka ödəməyi öhdəsinə götürür. Eyni zamanda iddiaçı ##.##.2025-ci il tarixli Əlavə ilə ona ayrılmış kredit məbləği hesabına öz sərəncamı ilə Kreditləşmənin Xüsusi Şərtlərinə dair KBEK*******C*** saylı ##.##.2024- cü il tarixli Əlavə üzrə kredit borcunu bağlamış və həmin müqaviləyə ##.##.2025-ci il tarixdə xitam verilmişdir. (Iş materiallarında olan "A" formatlı ödəniş tapşırığı № ******* ##.##.2025-ci il) Belə ki, hazırda iddiaçı Kreditləşmənin Xüsusi Şərtlərinə dair KBEK*******C*** saylı ##.##.2025-ci il tarixli Əlavə üzrə Banka olan borcuna görə onun əmək haqqı kartından 20 faizdən artıq hissədə akseptsiz qaydada silinməni mübahisələndirir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 176-cı maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2023-cü il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Konstitusiyasının 12, 16 və 35- ci maddələrinin, habelə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 175 və 176-cı maddələrinin hüquqi mahiyyəti və təyinatına uyğun olaraq, əmək haqqının sosialiqtisadi funksiyasının təmin edilməsi baxımından kreditorla bağlanmış könüllü razılaşmaya əsasən borclunun əmək haqqından akseptsiz qaydada tutmanın əlli faiz həddində aparılması mümkün hesab edilmişdir. Buradan belə bir nəticəyə gəlmək olur ki, Cavabdeh Açıq Səhmdar Cəmiyyəti ilə iddiaçı İddiaçı arasında bağlanmış ##.##.2024-cü il tarixli, ****************** nömrəli Bank Xidmətlərinin göstərilməsi X6 1.24-cü bəndi rəhbər tutulmaqla, Kreditləşmənin Xüsusi Şərtlərinə dair KBEK*******C*** saylı ##.##.2025-ci il tarixli Əlavə üzrə əmək haqqından tutulmanın 50 faiz həddində tutulması tamamilə qanunidir və əsaslıdır. Bu baxımdan iddiaçının əmək haqqı kartından 20 faizdən artıq hissədə tutulmanın qadağan edilməsi və 20 faizdən artıq tutulan məbləğlərin qaytarılması ilə bağlı tələbi əsassızdır. Belə ki, müqavilə tərəfləri arasında qarşılıqlı razılaşma olduğu təqdirdə əmək haqqından tutulma 50 faiz həddində də aparıla bilər, hansı ki sözügedən müqavilə ilə bu şərt müəyyən olunmuş və iddiaçı tərəfindən müqavilə imzalanmışdır. Iddia tələbinin “iddiaçıya məxsus *************** nömrəli fermer kartından tutulmanın dayandırılması və tutulan 775 manat məbləğində pulun tam “xxxx” ASC-dən iddiaçıya geri qaytarılması” hissəsi də tamamilə əsassızdır. Fermer kartındakı vəsait əmək haqqı və ona bərabər tutulan vəsait deyildir. Bu baxımdan AR Əmək Məcəlləsinin 176-cı maddəsinin təsir dairəsinə düşmür, həmin maddədəki tutulma ilə bağlı məhdudiyyətlər yalnızca əmək haqqı və ona bərabər sayılan digər gəlirlərə şamil olunur.

16. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(*-**)-***/**** nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, ##.##.2024-cü il tarixli Bank Xidmətlərinin göstərilməsi barədə Ümumi Müqavilə üzrə iddiaçı İddiaçı məxsus *************** nömrəli fermer (subsidiya) kartından tutulmaların aparılmasının, iddiaçı İddiaçı əmək haqqı hesabından əmək haqqının 50 (əlli) faizindən artıq hissədə tutulmaların aparılmasının cavabdeh Cavabdeh ASC-yə qadağan edilməsi, cavabdeh Cavabdeh ASC-dən *************** nömrəli fermer (subsidiya) kartından silinmiş 775 manat, əmək haqqının 50 faizindən artıq hissədə silinmiş 1849,65 manat, 100 manat dövlət rüsumu, ümumilikdə 2724,65 (iki min yeddi yüz iyirmi dörd manat altmış beş qəpik) manat məbləğində pulun tutularaq iddiaçı İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.

17. Cavabdeh Cavabdeh ASC apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(*-**)-***/**** nömrəli qətnaməsinin iddia tələbinin təmin edilimş hisəssində ləğv edilməsi və iddia tələbinin rədd edilməsini xahiş etmişdir.

APELLYASIYA ŞIKAYƏTININ VƏ ONA QARŞI ETIRAZIN DƏLILLƏRI, MƏHKƏMƏ ICRAATI IŞTIRAKÇILARININ IZAHATLARI

a) Apellyasiya şikayətinin dəlilləri

18. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, Cavabdeh Açıq Səhmdar Cəmiyyəti ilə iddiaçı İddiaçı arasında bağlanmış ##.##.2024-cü il tarixli, ****************** nömrəli Bank Xidmətlərinin göstərilməsi X6 1.24-cü bəndində birbaşa olaraq qeyd edilmişdir ki, Müqavilə üzrə yaranmış borclar Xüsusi Şərtlərdə göstərilən müddətdə ödənilmədiyi halda borclar Bank tərəfindən Borcalanın sərəncamı olmadan onun bank hesablarından, o cümlədən borc alanın Bankda olan digər valyutalardakı hesablarından Bankın ödəniş gününə olan məzənnəsi ilə akseptsiz qaydada, konvertasiya sənədi təqdim olunmadan konvertasiya olunaraq, akseptsiz qaydada tutula (silinə) bilər. Cavabdeh Açıq Səhmdar Cəmiyyəti ilə iddiaçı İddiaçı arasında bağlanmış ##.##.2024-cü il tarixli, ****************** nömrəli Bank Xidmətlərinin göstərilməsi X6 1.24-cü bəndi rəhbər tutulmaqla, Bank Xidmətlərinin Göstərilməsi X6 tərkib hissəsi olan Kreditləşmənin Xüsusi Şərtlərinə dair KBEK*******C*** saylı ##.##.2025-ci il tarixli Əlavə üzrə kredit borcu ilə bağlı əmək haqqından və fermer kartından tutulmanın aparılması tamamilə qanunidir və əsaslıdır. Fermer kartından tutulmaların isə müvafiq qətnamə ilə tamamilə dayandırılması və tutulan 775 manat məbləğin iddiaçıya geri qaytarılması da tamamilə əsassızdır. Iddiaçı müvafiq müqavilə üzrə yaranan borcunun onun bankdakı istənilən hesabından silinməsinə dair müqavilə şərti ilə razılaşmış və müqaviləni imzalamışdır. Bununla yanaşı həmçinin onu da qeyd edirik ki, Fermer kartındakı vəsait əmək haqqı və ona bərabər tutulan vəsait deyildir. Bu baxımdan AR Əmək Məcəlləsinin 176-cı maddəsinin təsir dairəsinə düşmür, həmin maddədəki tutulma ilə bağlı məhdudiyyətlər yalnızca əmək haqqı və ona bərabər sayılan digər gəlirlərə şamil olunur. Belə ki, Azərbaycan Respublikasının “Icra haqqında” Qanununun 68-ci maddəsində tələbin yönəldilməsinə yol verilməyən pul məbləğləri qeyd olunmuşdur. “Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması haqqında” Azərbaycan RespublikasıQanununun 6.1-1-ci maddəsinin məzmunundan da görünür ki, həmin norma fermerin subsidiya məbləğindən təyinatı üzrə istifadə etməməsi ilə bağlı onun məsuliyyətini nəzərdə tutan normadır. Həmin normanı subsidiya hesabından pulun akseptsiz qaydada silinməni qadağan edən norma kimi müəyyən etməklə məhkəmə yanlış hüquqi nəticəyə gəlmişdir. Həmçinin onu da qeyd etməyi zəruri hesab edirik ki, sözügedən kredit biznes krediti olmaqla iddiaçıya öz fermer təsərrüfatını inkişaf etdirməsi məqsədilə verilmişdir. Dolayı yolla subsidiya məbləğinin də borclunun razılğı ilə həmin kredit müqaviləsi üzrə yaranan borca silinməsi yolverilməz deyildir.

19. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

20. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

b) Məhkəmə icraatı iştirakçılarının izahatları

21. Məhkəmə iclasında iştirak edən Iddiaçı İddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını xahiş etmişdir.

22. Cavabdeh məhkəmə iclasına gəlməmiş, ərizə ünvanlayaraq məhkəmə iclasının təxirə salınmasının xahiş etmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir. TƏTBIQ EDILƏN HÜQUQ

Azərbaycan Respublikası Konstitusiyası

23. 35-ci maddənin altıncı hissəsinə əsasən hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır.

Azərbaycan Respublikası Mülki Məcəlləsi

24. 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər.

25. 954.1-ci maddəsinə əsasən bank hesabı müqaviləsinə görə bank müştəriyə (hesabın sahibinə) açılmış hesaba daxil olan pul vəsaitini qəbul etməyi və hesaba salmağı, hesabdan müvafiq məbləğlərin köçürülməsinə və verilməsinə, hesab üzrə digər əməliyyatların aparılmasına dair müştərinin sərəncamlarını yerinə yetirməyi öhdəsinə götürür.

26. 964.1-ci maddəsinə əsasən hesabdan pul vəsaitinin silinməsini bank müştərinin sərəncamına əsasən həyata keçirir.

27. 964.2-ci maddəsinə əsasən müştərinin sərəncamı olmadan hesabdakı pul vəsaitinin silinməsinə məhkəmənin qərarı ilə, habelə qanunla müəyyənləşdirilmiş və ya bankla müştəri arasında müqavilədə nəzərdə tutulmuş hallarda yol verilir.

Azərbaycan Respublikası Əmək Məcəlləsi

28. 154.1-ci maddəsinə əsasən əmək haqqı — müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur.

29. Həmin Məcəllənin 175.1-ci maddəsinə əsasən əmək haqqından müvafiq məbləğlər bu maddə ilə müəyyən edilən hallar istisna edilməklə yalnız işçinin yazılı razılığı ilə, yaxud qanunvericiliklə nəzərdə tutulmuş icra sənədləri üzrə tutula bilər.

30. Həmin Məcəllənin 176.1-ci maddəsinə əsasən hər dəfə əmək haqqı verilərkən tutulan bütün məbləğlərin ümumi miqdarı işçiyə verilməli olan əmək haqqının iyirmi faizindən və müvafiq qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə əlli faizindən artıq ola bilməz.

“Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması haqqında” Azərbaycan Respublikası Qanununun:

31. 1.2.1-ci maddəsinə əsasən subsidiya – dövlət büdcəsinin vəsaiti hesabına kənd təsərrüfatı məhsullarının istehsalçılarına əvəzsiz verilən maliyyə vəsaitidir.

32. 1.2.9-cu maddəsinə əsasən əkin subsidiyası – fermerlərə əkin və çoxillik əkmələrin altında olan torpaqlarda həmin torpaqların məqsədli təyinatına uyğun kənd təsərrüfatı bitkilərinin becərilməsi üçün istifadə etdikləri kənd təsərrüfatı istehsal vasitələrinin alınmasına, torpaqların aqrokimyəvi analizinin aparılmasına, aqrotexniki xidmətlərdən istifadə edilməsinə, çoxillik əkmələrdə müasir suvarma sistemlərinin və dirəklərin alınmasına, habelə qurulmasına sərf olunan xərclərin bir hissəsini kompensasiya etmək məqsədilə bitki becərilən sahənin hər hektarına görə verilən subsidiyadır.

33. 6.1-1-ci maddəsinə əsasən bu Qaydanın 5.1-ci bəndi ilə müəyyən edilmiş qaydada aparılan monitorinqlər nəticəsində fermerin EKTIS-ə bilərəkdən yanlış məlumatlar daxil etməklə subsidiya alması və ya hesablarına köçürülən subsidiya məbləğindən təyinatı üzrə istifadə etməməsi aşkar edildikdə, fermer qanunda nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunur.

34. 6.1-2-ci maddəsinə əsasən EKTIS-ə bilərəkdən yanlış məlumatlar daxil etməklə subsidiya almış fermerin inzibati məsuliyyətə cəlb edilməsi bu Qaydanın 5.5-ci bəndinin tələblərinin ona tətbiq edilməsinə mane olmur.

35. 6.1-3-cü maddəsinə əsasən hesablarına köçürülən subsidiya məbləğindən təyinatı üzrə istifadə etməməyə görə inzibati məsuliyyətə cəlb edilmiş fermerlərə növbəti 2 (iki) il müddətinə subsidiya ödənilmir.

36. . Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 411-2-ci maddəsinə əsasən fermer tərəfindən “Elektron kənd təsərrüfatı” informasiya sisteminə bilərəkdən yanlış məlumat daxil edilməklə subsidiya alınmasına, yaxud hesablarına köçürülən subsidiya məbləğindən təyinatı üzrə istifadə edilməməsinə görə xəbərdarlıq edilir və ya inzibati xəta nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) iki mislindən dörd mislinədək miqdarda cərimə edilir.

37. X7 “Əmək haqqının mühafizəsi haqqında” ** nömrəli Konvensiyasının 8-ci maddəsinin birinci hissəsinə əsasən, əmək haqqından tutulmalara yalnız həmin ölkənin qanunvericiliyi ilə müəyyən edilmiş və ya kollektiv müqavilələrlə və ya arbitraj qərarları ilə təyin olunmuş şərtlərə riayət edildikdə və ölçülərdə (hədlərdə) icazə verilir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin:

38. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

39. 115.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir.

40. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

41. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

APELLYASIYA BAXIŞININ HƏDLƏRI

42. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

43. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin mübahisələndirilən hissədə yoxlanılması təşkil edir.

APELLYASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI

44. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

45. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında imzalanmış ##.##.2024-ci il tarixli, ****************** saylı Bank Xidmətlərinin Göstərilməsi haqqında ümumi müqaviləyə Kreditləşmənin Xüsusi Şərtlərinə dair KBEK*******C*** saylı ##.##.2025-ci il tarixli Əlavəyə əsasən cavabdeh tərəfindən iddiaçıya 24 ay müddətinə 22 faiz dərəcəsi ilə 22000 manat məbləğində kredit verilmiş, həmin müqavilə üzrə öhdəliklər iddiaçı tərəfindən lazımınca icra edilmədiyi üçün cavabdeh tərəfindən müqavilə ilə razılaşdırılmış şəkildə iddiaçının bank hesablarındakı vəsaitlərindən akseptsiz qaydada silinmələr aparılmışdır.

46. Məhkəmə kollegiyası kredit borcu ilə bağlı əmək haqqından və fermer kartından tutulmanın aparılmasının qanuni olması dəlilinə münasibətdə qeyd edir ki, qanunvericiliyə əsasən tutulan bütün məbləğlərin ümumi miqdarı işçiyə verilməli olan əmək haqqının iyirmi faizindən və müvafiq qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə əlli faizindən artıq ola bilməz.

47. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 175 və 176-cı maddələrinin məzmunundan görünür ki, əmək haqqından tutulmalar yalnız qanunda nəzərdə tutulmuş əsaslarla həyata keçirilə bilər və işçinin əmək haqqı xüsusi hüquqi müdafiə altındadır. Belə ki, Əmək Məcəlləsinin 175.1-ci maddəsinə əsasən, əmək haqqından tutulmalar yalnız işçinin yazılı razılığı ilə və ya məhkəmə qərarı əsasında icra sənədləri üzrə mümkündür. Həmin Məcəllənin 175.6-cı maddəsi ilə müəyyən edilmişdir ki, işçinin bank krediti və digər şəxsi borclarının ödənilməsi məqsədilə əmək haqqından tutulma yalnız işçinin işəgötürənə təqdim etdiyi yazılı ərizə əsasında həyata keçirilə bilər. Işçi belə ərizə ilə müraciət etmədiyi halda, kreditorun tələbi ilə əmək haqqından tutulma aparılması yolverilməzdir. Bundan əlavə, Əmək Məcəlləsinin 176-cı maddəsinə əsasən, əmək haqqından tutulan məbləğlərin ümumi həcmi məhdudlaşdırılmış, hər halda işçinin əmək haqqının müəyyən hissəsinin saxlanılması təmin edilmişdir.

48. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Əmək Məcəlləsinin 176-cı maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair ##.##.2023-cü il tarixli qərarına əsasən, Əmək Məcəlləsinin 175-ci maddəsi ilə əmək haqqından tutulmanın üç əsası olaraq işəgötürənin sərəncamı, məhkəmə qərarı və işçinin razılığı müəyyən edilmişdir. Kreditorla bağlanmış könüllü razılaşmaya əsasən borclunun əmək haqqından akseptsiz qaydada tutma zamanı tutmanın həddi müəyyənləşdirilərkən qanunvericiliyin “əmək haqqının əlli faizinin saxlanması” barədə imperativ tələbi tətbiq edilməlidir.

49. “Icra haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – “Icra haqqında” Qanun) 63-69-cu maddələrini əhatə edən VI Fəsli tələbin borclunun əmək haqqına və digər gəlirlərinə yönəldilməsi adlanır. Həmin Qanunun 65.1-ci maddəsinə əsasən, icra sənədi icra edilərkən borclunun əmək haqqından və ona bərabər sayılan digər gəlirlərindən tutmaların məbləği əlli faizdən çox ola bilməz. Qanunun 65.2-ci maddəsinə müvafiq olaraq, tələb, bir neçə icra sənədi üzrə borclunun əmək haqqına və ona bərabər sayılan digər gəlirlərinə yönəldildikdə, qazancın əlli faizi borcluda qalmalıdır.

50. Kollegiya qeyd edir ki, cavabdeh bank müqavilənin 1.24-cü bəndinə istinad etsə də, müqavilə azadlığı prinsipi imperativ hüquq normalarını aradan qaldırmır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin ümumi prinsiplərinə görə tərəflərin razılığı qanunla qorunan xüsusi təyinatlı vəsaitlərin hüquqi rejimini dəyişdirə bilməz. Yəni müqavilədə “akseptsiz silinmə” nəzərdə tutulsa belə, bu, qanunla qorunan və tutulmasına yol verilməyən vəsaitlərə şamil edilə bilməz.

51. Xüsusilə qeyd olunur ki, Fermer kartına köçürülən subsidiya vəsaitləri adi bank hesabı qalığı deyil, dövlət tərəfindən konkret təyinat üzrə ayrılmış xüsusi məqsədli vəsaitdir. “Aqrar sahədə subsidiya haqqında” qanunvericiliyin mahiyyətindən görünür ki, subsidiya fermerin sərbəst istifadəsi üçün deyil, kənd təsərrüfatı fəaliyyətinin dəstəklənməsi məqsədilə ayrılır. Bu səbəbdən həmin vəsaitin bank tərəfindən kredit borcuna yönəldilməsi subsidiyanın hüquqi təyinatını pozur.

52. Apellyator şikayətin dəlillərində subsidiya hesabından silinmənin fermerin razılığı ilə həyata keçirildiyini qeyd etsədə, qeyd olunmaldır ki, müqavilədə nəzərdə tutulan ümumi razılıq konkret olaraq subsidiya və dövlət dəstəyi vəsaitlərinin tutulmasına açıq və ayrıca razılıq hesab edilə bilməz.

53. Həmçinin “kredit biznes məqsədilə verilib və subsidiya da həmin fəaliyyətə aid olduğundan silinmə mümkündür” dəlili də əsassızdır. Belə ki, kreditin məqsədi ilə subsidiyanın məqsədi fərqli hüquqi münasibətlərdən irəli gəlir. Dövlət subsidiyası bank qarşısında öhdəliklərin təminatı vasitəsi hesab edilə bilməz və bu barədə qanunda birbaşa norma mövcud deyildir.

54. Qeyd olunanlara əsasən kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq iddiaçı İddiaçı fermer (subsidiya) kartından tutulmaların aparılmasının və əmək haqqı hesabından əmək haqqının 50 (əlli) faizindən artıq hissədə tutulmaların aparılmasının cavabdeh Cavabdeh ASC-yə qadağan edilməsi, cavabdeh tərəfindən fermer (subsidiya) kartından silinmiş 775 manat, əmək haqqının 50 faizindən artıq hissədə silinmiş 1849,65 manat, 100 manat dövlət rüsumu, ümumilikdə 2724,65 (iki min yeddi yüz iyirmi dörd manat altmış beş qəpik) manat məbləğində pul tutularaq iddiaçı İddiaçı ödənilməsi qənaətinə gəlmişdir.

55. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi (mübahisələndirilən hissədə) işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

56. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə t e t d i:

Cavabdeh Cavabdeh ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-2-2(4-11)-442/2026 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumu apellyatora aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar