Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2-2(3-6)-507/2026 23.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə (Açar sözlər: daşıma müqaviləsi, zərərin əvəzinin ödənilməsi) Hakim sədrliyi ilə, hakimlər X4 və X5 ibarət tərkibdə, məhkəmə iclas katibi katibliyi, iddiaçı İddiaçı, cavabdeh cavabdeh2 nümayəndəsi (vəkili) Vəkil iştirakları ilə, Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-****/**** saylı qətnaməsindən cavabdeh cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxıb, müəyyən etdi: Işin halları:
1. ##.##.2022 və ##.##.2022-ci il tarixli hesab-fakturalara (proforma invoice) əsasən, göstərilən məbləğlər üzrə alıcı İddiaçı tərəfindən ##.##.2022-ci il tarixdə eyni növlü 25 ədəd seyf üçün 18 167 Çin yuanı, ##.##.2022-ci il tarixdə isə 3 növdə, hər növdən 10 ədəd olmaqla 30 ədəd seyf üçün cəmi 70 800 Çin yuanı olmaqla ümumilikdə 88 967 Çin yuanı (CNY) məbləğində ödəniş edilmişdir.
2. Azərbaycan Respublikası Kiçik və X2 Agentliyi tərəfindən İddiaçı ünvanlanmış ##.##.2022-ci il tarixli cavab məktubuna əsasən, ##.##.2022-ci il tarixdə cavabdeh1 ilə keçirilmiş görüş zamanı idxal olunan yüklərin daşınması prosesində müəyyən çətinliklərin yarandığı bildirilmiş, bununla bağlı müvafiq tədbirlərin görüldüyü qeyd edilmişdir. Eyni zamanda, malların cəmiyyət tərəfindən qısa müddət ərzində təhvil verilməsi barədə tərəflər arasında müvafiq razılığın əldə olunduğu göstərilmişdir.
3. cavabdeh2 ##.##.2022-ci il tarixdə Bakı şəhəri Qaradağ rayon Polis Idarəsinin 10cu Polis Bölməsinə verdiyi izahata əsasən, o, İddiaçı sifarişlərinin ilin sonunadək çatdırılmasını öz üzərinə götürdüyünü bildirmiş, həmin sifarişlərin vaxtında icra olunmamasına görə məsuliyyətin cavabdeh1 aid olduğunu qeyd etmişdir.
4. Bakı şəhəri Qaradağ rayon Polis Idarəsi 10-cu Polis Bölməsi tərəfindən qəbul edilmiş ##.##.2022-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi” haqqında qərara əsasən, İddiaçı müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. 5.
6. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli, *(***)-***/**** saylı qətnaməsinə əsasən, iddia tələbi təmin edilmiş, cavabdehlər cavabdeh1 və cavabdeh2 14 400 ABŞ dolları məbləğində pulun və ödənilmiş 164 manat dövlət rüsumunun müştərək qaydada tutularaq iddiaçı İddiaçı ödənilməsi qət edilmişdir.
7. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli, *(***)-***/**** saylı icra vərəqəsi ##.##.2024-cü il tarixdə cavabdeh cavabdeh2 dair hissədə icra edilməsi üçün Səbail rayon Icra şöbəsinə göndərilmişdir.
8. ##.##.2025-ci il tarixli mədaxil qəbzinə əsasən, İddiaçı məxsus bank hesabına 500 manat məbləğində ödəniş edilmişdir.
9. Bakı Apellyasiya Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qərardadı ilə cavabdeh cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunmuş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli, *(***)-***/**** saylı qətnaməsi ləğv edilmiş, iddiaçı İddiaçı cavabdehlər cavabdeh1 və cavabdeh2 qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair mülki işin məhkəmə aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
Birinci instansiya məhkəməsindəki icraat:
10. Iddiaçı İddiaçı cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, vurulmuş maddi ziyanın əvəzi kimi 14 400 ABŞ dolları məbləğində pulun və ödənilmiş 164 manat məbləğində dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. Iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Çin Xalq Respublikasından 15 000 ABŞ dolları dəyərində seyflər sifariş etmiş və məbləği əvvəlcədən bank hesabına köçürmüşdür. Malların Azərbaycana daşınması üçün “xxxx” MMC ilə şifahi razılaşma əldə olunmuş, müqavilənin isə mallar təhvil verildikdən sonra bağlanacağı bildirilmişdir. MMC-nin faktiki rəhbərləri cavabdeh1 və cavabdeh2 malların 60 günə çatdırılacağını vəd etmiş, lakin sonradan malların Çin Xalq Respublikasında Rəhmancan adlı şəxsə olan borca görə girov saxlandığı məlum olmuşdur. Cavabdehlər bu borcun mövcudluğunu etiraf etmiş və iddiaçını müxtəlif vədlərlə aldatmış, nəticədə mallar təhvil verilməmişdir. Iddiaçı hüquq-mühafizə orqanlarına müraciət etsə də, cinayət işi başlanmamış, ziyanın yalnız 600 ABŞ dolları ödənilmiş, qalan 14 400 ABŞ dolları isə ödənilməmişdir. Iddiaçının “xxxx” MMC-yə qarşı iddiası onunla MMC arasında müqavilənin olmaması və cavabdehlərin MMC-nin rəsmi əməkdaşları olmaması əsası ilə rədd edilmişdir.
12. Cavabdeh cavabdeh2 iddiaya etiraz edərək bildirmişdir ki, onun nə “xxxx” MMC-də payı, nə də cavabdeh1 ilə hər hansı rəsmi şərikliyi olmuşdur. O, logistika sahəsində fəaliyyət göstərən “X3 Logistika Şirkəti” MMC-nin yeganə təsisçisi və qanuni təmsilçisidir. cavabdeh2 sözlərinə görə, cavabdeh1 ona “xxxx” MMC-nin fəaliyyətinə dəstək verməyi təklif etmiş, o isə yalnız məsləhət xarakterli kömək göstərmişdir. O qeyd etmişdir ki, iddiaçı şirkətin ofisinə müraciət etmiş, onu şirkətin rəhbəri kimi cavabdeh1 qarşılamış və daşınma ilə bağlı şərtlər cavabdeh1 tapşırığı əsasında iddiaçıya izah edilmişdir. Cavabdeh hesab edir ki, iddia ərizəsində göstərilən hallar əvvəlki şikayət və izahatlarla ziddiyyət təşkil edir. Belə ki, iddiaçının öz müraciətlərində malların “xxxx” MMC-nin Çindəki nümayəndəsinə olan borca görə saxlanıldığı və bütün münasibətlərin məhz şirkətlə qurulduğu göstərilmişdir. cavabdeh2 bildirmişdir ki, iddiaçının mallarının saxlanılması ilə bağlı ona məxsus olduğu iddia edilən 70 000 ABŞ dolları borcu təsdiq edən heç bir sübut yoxdur. O, izahatında cavabdeh1 müxtəlif xarici şirkətlərə böyük məbləğdə borclarının olduğunu sonradan öyrəndiyini, bundan sonra isə onunla və “xxxx” MMC ilə əlaqəni kəsdiyini qeyd etmişdir. Həmçinin iddiaçının mallarının gətirilməməsinə görə məsuliyyətin cavabdeh1 üzərində olduğunu bildirmişdir. Cavabdeh əlavə etmişdir ki, iddiaçıya ödənilmiş 600 ABŞ dolları məbləğində pul da cavabdeh1 tərəfindən verilmişdir. Buna görə də, təqdim olunmuş sənədlər və işin halları nəzərə alınmaqla, iddianın ona aid hissəsinin əsassız hesab edilərək rədd olunmasını xahiş etmişdir.
13. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-****/**** saylı qətnaməsi ilə iddia tələbi təmin edilmiş, cavabdehlər cavabdeh2 və cavabdeh1 müştərək qaydada 14 400 ABŞ dolları məbləğində pul vəsaitinin və ödənilmiş 163,44 manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçı İddiaçı ödənilməsi qət edilmişdir.
14. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, tərəflər arasında yükdaşıma münasibətlərindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Cavabdehlər iddiaçının Çin Xalq Respublikasından sifariş etdiyi dəmir seyfləri 60 gün ərzində Azərbaycana çatdırmağı öhdələrinə götürmüş, lakin bu öhdəliyi yerinə yetirməmişlər. Iş üzrə təqdim olunmuş sübutlar, o cümlədən polis materialları, cavabdeh2 izahatı və “WhatsApp” vasitəsilə göndərilmiş səs yazıları təsdiq etmişdir ki, cavabdehlər malların daşınmasını üzərlərinə götürmüş, müxtəlif səbəblərlə gecikmələri izah etmiş, lakin malları iddiaçıya təhvil verməmişlər. cavabdeh2 izahatında xarici dövlətlərdən yüklərin gətirilməsi ilə məşğul olduğunu, iddiaçı ilə sifarişin daşınması barədə şifahi razılığın əldə edildiyini bildirmişdir. O həmçinin iddiaçıya məxsus malların Rəhmancan adlı şəxsə məxsus anbara təhvil verildiyini, cavabdeh1 həmin şəxsə borcu olduğuna görə malların borc ödənilənədək girov saxlanıldığını, malların ölkəyə gətirilməməsinə görə məsuliyyətin cavabdeh1 üzərində olduğunu qeyd etmişdir. Bundan əlavə, cavabdeh2 izahatında iddiaçının sifarişlərinin həmin ilin sonunadək gətirilməsini öz üzərinə götürdüyünü də bildirmişdir. Məhkəmə hesab etmişdir ki, cavabdehlərin öhdəliyi icra etməməsi nəticəsində iddiaçıya ziyan dəymişdir. Iddiaçının ödədiyi 15 000 ABŞ dollarından 600 ABŞ dolları qaytarıldığından, ödənilməmiş zərər 14 400 ABŞ dolları təşkil etmişdir. Buna görə də məhkəmə iddianı əsaslı hesab edərək tam həcmdə təmin etmişdir.
15. Cavabdeh cavabdeh2 həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ona aid hissədə ləğv edilməsini və iddia tələbinin həmin hissədə rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinin dəlilləri:
16. Apellyasiya şikayəti iddiaya etirazın məzmununa uyğun əsaslandırılaraq əlavə olaraq qeyd edilmişdir ki, cavabdeh2 polis bölməsində alınmış izahatında malların ilin sonunadək gətirilməsini öz üzərinə götürməsi barədə qeyd onun iradəsini əks etdirmir. Onun sözlərinə görə, həmin hissə təhqiqatçı tərəfindən yanlış yazılmış, o isə izahatı tam oxumadan imzalamışdır. Həmçinin iş materiallarında olan səs yazıları və digər sübutlardan görünür ki, malların gətiriləcəyi barədə vədlər, eləcə də iddiaçıya təqdim olunmuş sənədlər cavabdeh1 tərəfindən verilmiş, bu barədə cavabdeh2 məlumat verilməmişdir. Bundan başqa, iddiaçıya məxsus malların itirilmədiyi, məhv edilmədiyi və hazırda Çin Xalq Respublikasında Rəhmancan adlı şəxs tərəfindən saxlanıldığı, buna görə də iddiaçıya malların tam dəyəri həcmində zərər vurulmasının sübuta yetirilmədiyi qeyd edilmişdir. cavabdeh2 hesab etmişdir ki, məhkəmə malların mövcudluğunu, onların geri alınması imkanlarını, habelə iş materiallarında olan səs yazıları, qəbzlər və digər sübutları tam və hərtərəfli qiymətləndirmədən onu məsuliyyətə cəlb etmişdir. Bu əsaslarla birinci instansiya məhkəməsinin onun 14 400 ABŞ dolları məbləğində zərərin ödənilməsinə görə müştərək qaydada məsuliyyət daşıması barədə nəticəsinin əsassız olduğu göstərilərək qətnamənin həmin hissədə ləğv olunması xahiş edilmişdir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:
17. Iddiaçı İddiaçı tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları:
18. Məhkəmə iclasında cavabdeh cavabdeh2 nümayəndəsi (vəkili) Vəkil apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini məhkəmədən xahiş etdi. Həmçinin məhkəməyə ##.##.2025-ci il tarixli mədaxil qəbzini təqdim edərək bildirdi ki, hazırkı iş üzrə ilk qəbul edilmiş Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli qətnaməsinin icrası mərhələsində iddiaçıya cavabdeh cavabdeh2 tərəfindən 500 manat məbləğində ödəniş edilmişdir. Lakin həmin ödəniş barədə iddia ərizəsində hər hansı məlumat göstərilməmişdir.
19. Məhkəmə iclasında iddiaçı İddiaçı apellyasiya şikayətini qəbul etməyərək, seyflərin alınması üçün Çin Xalq Respublikasında yerləşən istehsalçıya pulu bank vasitəsilə, ABŞ dolları ekvivalentində göndərdiyini, həmin məbləğin bank və digər xərclərlə birlikdə təxminən 15 000 ABŞ dolları təşkil etdiyini bildirdi. O, eyni zamanda ##.##.2025-ci il tarixdə cavabdeh cavabdeh2 tərəfindən ona 500 manat məbləğində ödəniş edildiyini etiraf etdi.
20. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq digər cavabdeh cavabdeh1 məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir.
21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin, işdə iştirak edən şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər.
22. Məhkəmə kollegiyası MPM-in 376.2-ci maddəsinə əsasən şikayətə digər cavabdeh cavabdeh1 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq:
23. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
Maddə 21. Zərərin əvəzinin ödənilməsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
Maddə 324. Əqd anlayışı və onun növləri 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. ... 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. 324.5. Iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir.
Maddə 329. Əqdlərin formaları
329.2. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır.
Maddə 406. Müqavilənin forması 406.1. Müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. ... Maddə 425. Öhdəliklərin icrası zamanı vicdanlılıq 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.
Maddə 427. Öhdəliyin icrası müddəti ... 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir.
Maddə 443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 443.2. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir.
Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
Maddə 500. Birgə borclular və birgə öhdəliklər 500.1. Əgər öhdəliyin icrası bir neçə şəxsə onlardan hər birini öhdəliyin tam icrasında iştirak etməyə borclu edən şəkildə həvalə edilirsə, kreditor isə yalnız birdəfəlik icranı tələb etmək hüququna malikdirsə, onlar birgə borclulardır. 500.2. Birgə öhdəlik müqaviləyə, qanuna və ya öhdəlik predmetinin bölünməzliyinə əsasən əmələ gəlir.
Maddə 501. Kreditorun icranı istənilən borcludan tələb etmək hüququ Kreditor öz arzusu ilə istənilən borcludan həm tam, həm də hissə-hissə icranı tələb edə bilər. Öhdəlik tam icra edilənədək qalan borcluların öhdəlikləri qüvvədə qalır. Maddə 503. Borclulardan birinin öhdəliyi tam icra etməsinin nəticələri Borclulardan birinin öhdəliyi tam icra etməsi qalan borcluları icradan azad edir. Borclunun kreditor qarşısında həyata keçirdiyi əvəzləşdirmə barəsində də eyni qayda qüvvədə olur.
Maddə 850. Yük daşınması müqaviləsi 850.1. Yük daşınması müqaviləsinə görə daşıyıcı yükü haqq (yüklərin daşınması üçün haqq) müqabilində olduğu yerdən təyinat yerinə daşımağı, yük göndərən, yükü alan və ya onların səlahiyyətləndirdiyi digər şəxs isə daşımanın dəyərini ödəməyi öhdəsinə götürür. ... Maddə 859. Yük daşıyıcısının məsuliyyəti 859.1. Yükün itirildiyi, məhv olduğu, əskik çıxdığı və ya zədələndiyi (xarab olduğu), eləcə də bu Məcəllənin 851.2-ci maddəsinin tələblərini pozduğu halda daşıyıcı dəymiş zərərin və müştərinin əldən çıxmış gəlirlərinin tam dəyərini ödəyir, eləcə də daşıma haqqını qaytarır. Əgər yük daşıyıcı tərəfindən daşımaya qəbul edildikdən sonra üç ay ərzində çatdırılmazsa, eləcə də müqavilə ilə müəyyən edilmiş çatdırılma müddətinin bitdiyi tarixdən 30 (otuz) gün sonra yük alana təhvil verilməzsə, əksi sübut edilənədək yük itirilmiş sayılır. 859.2. Bundan başqa, daşıyıcı çatdırmanın gecikdirilməsi və ya yükün zədələnməsi və ya qismən məhv olması ilə bağlı bütün zərər üçün məsuliyyət daşıyır.
24. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
Maddə 106. Işdə iştirak edən şəxslərin izahatları ... 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir.
Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. ... 119.5. Apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür.
Maddə 385. Məhkəmə aktının apellyasiya qaydasında ləğv olunması üçün əsaslar 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; ... 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; ... Maddə 387. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi 387.1. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun. ... Maddə 389. Məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut olunmaması Məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut edilməməsi o hallarda olur ki, iş üzrə mövcud olan faktlar qətnamədə və ya qərardadda qanunla göstərilən sübutlarla təsdiq edilmir və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilir.
Apellyasiya baxışının hədləri:
25. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
26. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
27. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən iddia təmin edilmiş, cavabdeh cavabdeh2 apellyasiya şikayətində qətnamənin ona münasibətdə tələbin təmin edilmiş hissəsində ləğv edilməsini, həmin hissədə tələbin təmin edilməməsini xahiş etmişdir. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, qətnamənin əsaslılığı cavabdeh tərəfindən mübahisələndirilən hissədə apellyasiya şikayətinin dəlilləri üzrə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
28. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsi ləğv edilməli və iddia tələbinin qismən təmin edilməsi barədə yeni qətnamə qəbul edilməlidir.
29. Iş üzrə müəyyən edilmiş hallara əsasən, iddiaçı İddiaçı tərəfindən Çin Xalq Respublikasında yerləşən istehsalçı müəssisədən ümumi dəyəri 88 967 Çin yuanı (həmin dövrdəki məzənnə ilə 14 032,13 ABŞ dolları) olan seyflər sifariş edilmiş, həmin malların Azərbaycan Respublikasına gətirilməsi məqsədilə cavabdehlər cavabdeh2 və cavabdeh1 ilə razılıq əldə olunmuşdur. Tərəflər arasında əldə olunmuş razılaşmaya əsasən, cavabdehlər malların təxminən 60 gün müddətində ölkəyə çatdırılmasını, mallar təhvil verildikdən sonra isə tərəflər arasında yazılı müqavilənin rəsmiləşdirilməsini öhdələrinə götürmüşlər. X1 Respublikasında istehsalçı müəssisə tərəfindən daşınma məqsədilə cavabdeh1 iddiaçıya təqdim etdiyi ünvana təhvil verilmiş, lakin mallar iddiaçıya çatdırılmamışdır.
30. Apellyasiya şikayətinin dəlilləri ondan ibarətdir ki, cavabdeh2 “xxxx” MMC-də payı və ya cavabdeh1la rəsmi şərikliyi olmamış, o yalnız məsləhət xarakterli dəstək göstərmişdir. Iddiaçı ilə hüquqi münasibətlərin və daşınma üzrə razılaşmaların cavabdeh1 tərəfindən qurulduğu, iddiaçının əvvəlki müraciətlərinin də bunu təsdiq etdiyi, cavabdeh2 hər hansı öhdəlik götürdüyünü və ya ona aid borcun mövcudluğunu təsdiq edən sübutun olmadığı, malların gətirilməməsinə görə məsuliyyətin cavabdeh1 üzərində olduğu bildirilmişdir. Həmçinin polisdə alınmış izahatın onun həqiqi iradəsini əks etdirmədiyi, səs yazılarının və digər sübutların yükün daşınmasına dair vədlərin cavabdeh1 tərəfindən verildiyini göstərdiyi, malların hazırda cavabdeh1 Rəhmancan adlı Çin Xalq Respublikası vətəndaşına olan borclarına görə Çində anbarda saxlanıldığı və zərərin tam məbləğdə sübuta yetirilmədiyi qeyd edilmişdir.
31. Kollegiya ilk olaraq qeyd edir ki, qüvvədə olan mülki qanunvericiliyin tələblərinə əsasən müqavilə münasibətlərinin yaranması üçün hər bir halda yazılı formanın mövcudluğu məcburi deyildir. Mülki Məcəllənin 329.2-ci və 406.1-ci maddələrinə uyğun olaraq müqavilələr şifahi formada da bağlana bilər və tərəflərin qarşılıqlı iradə ifadəsi, habelə sonrakı davranışları müqavilənin bağlanmasını təsdiq edən hüquqi əsas kimi çıxış edir. Yük daşıma müqaviləsinin forması ilə bağlı məcburi tələb olmadığından bu müqavilə şifahi qaydada da bağlana bilər.
32. Hazırkı iş üzrə müəyyən edilir ki, tərəflər arasında iddiaçıya məxsus malların Çin Xalq Respublikasından Azərbaycan Respublikasına gətirilməsi və bunun üçün zəruri daşınma təşkilinin cavabdehlər tərəfindən həyata keçirilməsi barədə razılıq əldə edilmişdir. Razılaşmaya əsasən cavabdehlər malların 60 gün müddətində iddiaçıya çatdırılmasını, daşınma haqqının isə mallar Azərbaycana gətirildikdən sonra müəyyən edilərək ödənilməsini qəbul etmişlər. Tərəflərin qarşılıqlı iradə ifadələri və həmin razılaşmanın icrasına yönəlmiş sonrakı faktiki davranışları nəzərə alındıqda, onlar arasında yükün daşınmasının təşkili və həyata keçirilməsi ilə bağlı müqavilədən irəli gələn öhdəlik münasibətlərinin yarandığı müəyyən edilir.
33. Mülki Məcəllənin 850.1-ci maddəsinə əsasən, yük daşınması müqaviləsinə görə daşıyıcı yükü təyinat yerinə çatdırmağı öhdəsinə götürür. Həmin Məcəllənin 427.3-cü maddəsinə uyğun olaraq isə öhdəliyin icra müddəti müəyyən edildiyi halda, öhdəlik həmin müddət ərzində icra edilməlidir. Hazırkı iş üzrə cavabdehlər iddiaçının 14 032,13 ABŞ dolları ödəməklə əldə etdiyi malların 60 gün müddətində çatdırılacağını öhdələrinə götürsələr də, həmin öhdəliyi icra etməmişlər.
34. Cavabdehlər tərəfindən üzərlərinə götürülən öhdəlik iddiaçıya məxsus malların Azərbaycan Respublikasına çatdırılması kimi vahid nəticəyə yönəlmişdir. Həmin nəticə ayrıayrı cavabdehlər tərəfindən müstəqil surətdə icra oluna bilməyən bölünməz öhdəlik olduğundan Mülki Məcəllənin 500.2-ci maddəsinə uyğun olaraq cavabdehlər iddiaçı qarşısında birgə borclu hesab edilirlər.
35. Kollegiya apellyasiya şikayətinin cavabdeh2 yalnız məsləhət vermək məqsədilə danışıqlarda iştirak etməsi, yükün daşınması üzrə öhdəliyin isə yalnız cavabdeh1 tərəfindən götürülməsi barədə dəlillərini əsassız hesab edir. Iş materiallarından görünür ki, iddiaçı ilkin olaraq yükdaşıma xidməti göstərilən ofisə müraciət etmiş, yükün daşınması qaydaları, tələb olunan sənədlər və daşınmanın şərtləri barədə ilkin məlumatlar məhz cavabdeh2 tərəfindən verilmiş, sonrakı texniki məsələlər isə cavabdeh1 tərəfindən həyata keçirilmişdir. Bundan başqa, cavabdeh2 özü cavabdeh1la birgə fəaliyyət göstərmək barədə razılığa gəldiyini etiraf etmiş, polis orqanına verdiyi izahatında isə iddiaçının sifarişlərinin ilin sonunadək çatdırılmasını öz üzərinə götürdüyünü bildirmişdir. Belə şəraitdə iddiaçının yükün daşınması üzrə öhdəliyin hər iki cavabdeh tərəfindən birgə icra ediləcəyinə inanması tam əsaslı olmuşdur. Cavabdehlərin öz aralarında konkret sifariş üzrə məsuliyyət bölgüsünün mövcud olması barədə istinadları isə belə razılaşmanın tərəfi olmayan iddiaçının hüquqlarına və cavabdehlərin onun qarşısında daşıdıqları müqavilə məsuliyyətinə təsir göstərə bilməz.
36. Əks yanaşma qəbul edildiyi halda, sahibkarlıq fəaliyyətini faktiki olaraq birlikdə həyata keçirən şəxslərin müştərilərlə münasibətlərdə vahid kommersiya subyekti görüntüsü yaratmaları, sonradan isə öz aralarındakı daxili razılaşmalara istinad etməklə məsuliyyətdən yayınmaları üçün hüquqi zəmin yaranmış olardı ki, bu da mülki hüququn vicdanlılıq və hüquqi müəyyənlik prinsipləri ilə uzlaşmır.
37. cavabdeh2 polis orqanında verdiyi izahatı oxumadan imzalaması barədə apellyasiya şikayətinin dəlili də əsaslı hesab edilə bilməz. Həmin izahat iş üzrə digər sübutlarla birlikdə qiymətləndirilən yazılı sübutlardan biridir. Cavabdehin sonradan izahatın onun həqiqi iradəsini əks etdirmədiyini bildirməsi, bunu təsdiq edən hər hansı mötəbər sübut təqdim edilmədiyi halda, həmin izahatın sübut əhəmiyyətini öz-özlüyündə aradan qaldırmır.
38. Kollegiya həmçinin apellyasiya şikayətinin cavabdeh2la cavabdeh1 arasında hər hansı rəsmi ortaqlığın və ya “xxxx” MMC ilə hüquqi bağlılığın olmaması barədə dəlillərini də əhəmiyyətli hesab etmir. Belə ki, Bakı Kommersiya Məhkəməsinin qanuni qüvvəsini almış qətnaməsi ilə iddiaçının yükdaşıma müqaviləsi üzrə “xxxx” MMC ilə hər hansı münasibətlərə daxil olmadığı müəyyən edilmişdir. Hazırkı mübahisənin predmeti də tərəflər arasında korporativ və ya əmək münasibətlərinin müəyyən edilməsi deyil, fiziki şəxslər arasında bağlanmış yükdaşıma müqaviləsindən irəli gələn öhdəliyin icra edilməməsi nəticəsində yaranmış mülki məsuliyyət məsələsidir. Bu səbəbdən kollegiya hesab edir ki, cavabdehlərin hər hansı hüquqi şəxs daxilində statusunun olub-olmaması onların iddiaçı qarşısında bilavasitə üzərlərinə götürdükləri öhdəlikdən irəli gələn məsuliyyəti aradan qaldırmır.
39. Kollegiya apellyasiya şikayətinin malların itirilmədiyi, hazırda Çin Xalq Respublikasında Rəhmancan adlı şəxsə məxsus anbarda saxlanıldığı və iddiaçının həmin malları tələb edə biləcəyi barədə dəlillərini də əsassız hesab edir. Mülki Məcəllənin 859.1-ci maddəsinə əsasən, yük daşıyıcı tərəfindən daşınmaya qəbul edildikdən sonra üç ay ərzində çatdırılmazsa, əksi sübut edilməyənədək yük itirilmiş hesab olunur. Hazırkı iş üzrə isə malların təhvil verilməli olduğu müddətin bitməsindən artıq dörd ildən çox vaxt keçməsinə baxmayaraq cavabdehlər yükün hazırda mövcud olduğunu, iddiaçıya təhvil verilə biləcəyini və ya onun faktiki olaraq hansı hüquqi əsaslarla üçüncü şəxsdə saxlanıldığını təsdiq edən hər hansı mötəbər sübut təqdim etməmişlər. Əksinə, iş materiallarından görünür ki, malların iddiaçıya çatdırılmamasının səbəbi cavabdehlər tərəfindən seçilmiş üçüncü şəxslə cavabdehlərdən birinin mövcud borc münasibətləridir. Həmin hal Mülki Məcəllənin 448.1-ci maddəsinin mənasında borcluların risk dairəsinə aid olmaqla, bu riskin iddiaçının üzərinə keçirilməsi üçün hüquqi əsas yaratmır. Iddiaçı malların saxlanıldığı iddia olunan anbarı seçməmiş, həmin ünvan cavabdehlər tərəfindən müəyyən edilmişdir. Buna görə də üçüncü şəxslə yaranmış münasibətlərdən irəli gələn nəticələrə görə cavabdehlər məsuliyyət daşıyırlar.
40. Iddiaçı malların dəyərini əvvəlcədən tam ödəməsinə baxmayaraq həmin malları əldə etmək imkanından məhrum olmuşdur. Yükün qanunla nəzərdə tutulmuş müddətdən dəfələrlə artıq müddət ərzində iddiaçıya təhvil verilməməsi, onun geri qaytarılmasının mümkünlüyünü təsdiq edən mötəbər sübutların təqdim edilməməsi, habelə bu vəziyyətin cavabdehlərin risk dairəsinə daxil olan hallardan irəli gəlməsi nəzərə alındıqda, iddiaçı tərəfindən malların əldə edilməsi üçün ödənilmiş pul vəsaiti Mülki Məcəllənin 21.2-ci maddəsinin mənasında real zərər təşkil edir. Malların gələcəkdə əldə edilməsinin nəzəri cəhətdən mümkün olması ehtimalı artıq yaranmış real zərərin mövcudluğunu aradan qaldırmır.
41. Qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası bu qənaətə gəlir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yükdaşıma müqaviləsindən irəli gələn öhdəlik münasibətlərinin mövcud olması, cavabdehlərin həmin öhdəlikləri yerinə yetirməmələri nəticəsində iddiaçıya zərər vurulması və cavabdehlərin müştərək qaydada məsuliyyət daşımaları barədə düzgün hüquqi nəticəyə gəlmişdir. Bu hissədə apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas yaratmır.
42. Bununla belə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi vurulmuş ziyanın məbləğini müəyyən edərkən iş üzrə toplanmış sübutlara tam və düzgün hüquqi qiymət verməmişdir. Belə ki, iş materiallarında olan hesab-fakturalardan görünür ki, iddiaçı tərəfindən alınmış malların qiyməti bir hesab faktura üzrə 70 800 Çin yuanının qarşılığı olaraq 11 167,19 ABŞ dolları, digər hesab-faktura üzrə isə 18 167 Çin yuanı olaraq göstərilmişdir. Həmin məbləğ o dövrün məzənnəsi ilə (1 ABŞ dolları 0,1577 Çin yuanı) 2864,94 ABŞ dollarına bərabər olmuşdur.
43. Beləliklə, iddiaçı tərəfindən alınmış seyflərə görə edilmiş ümumi ödənişin miqdarı 14 032,13 ABŞ dolları təşkil edir. Birinci instansiya məhkəməsi yalnız iddiaçının izahatına əsaslanaraq ödənilmiş məbləği 15 000 ABŞ dolları kimi qəbul etmiş, bu izahatın işdəki sənədlərlə uyğunluq təşkil edib-etməməsini araşdırmamışdır. Iddiaçı mövcud hesabfakturalarda göstəriləndən artıq məbləğdə zərərə məruz qalmasını təsdiq edən hər hansı sübut təqdim etməmişdir.
44. Eyni zamanda, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, cavabdehlərdən cavabdeh1 tərəfindən iddiaçıya 600 ABŞ dolları məbləğində ödəniş edilmişdir. Iddia tələbi verilərkən də həmin məbləğ iddiaçının özü tərəfindən məruz qaldığını iddia etdiyi zərər miqdarından çıxılmışdır.
45. Hazırkı iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş və ləğv edilənədək qismən icra edilmiş qətnamə üzrə də cavabdeh cavabdeh2 tərəfindən 500 manat (ödəniş tarixində Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi məzənnəsinə əsasən 294,12 ABŞ dolları) məbləğində ödəniş edilmişdir ki, bu ödəniş faktını iddiaçı məhkəmə iclasında qəbul və etiraf etmişdir. Mülki Məcəllənin 503-cü maddəsinin hüquqi məzmununa əsasən, birgə borclulardan biri tərəfindən kreditorun xeyrinə həyata keçirilmiş ödəniş öhdəliyin həmin hissədə icra olunması kimi qiymətləndirilməli və qalan borcun məbləği müəyyən edilərkən nəzərə alınmalıdır.
46. Qeyd edilən sübutların və faktların məcmusundan belə nəticə hasil olur ki, iddiaçının məruz qaldığı 14 032,13 ABŞ dolları məbləğində zərərdən 894,12 ABŞ dolları hissəsi ödənilmiş, 13 138,01 ABŞ dolları məbləğində zərər isə ödənilməmiş qalmışdır.
47. Beləliklə də, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi tərəflər arasında yaranmış hüquq münasibətlərinin və cavabdehlərin məsuliyyətinin müəyyən edilməsi hissəsində düzgün olsa da, zərərin məbləği müəyyən edilərkən iş üzrə toplanmış sübutlar qarşılıqlı əlaqədə, tam, hərtərəfli və obyektiv qiymətləndirilməmiş, nəticədə iddia tələbi tam həcmdə təmin edilmişdir.
48. Bu hal MPM-in 88-ci maddəsində nəzərdə tutulmuş sübutların hərtərəfli və obyektiv qiymətləndirilməsi tələbi pozulmaqla iş üçün əhəmiyyəti olan halların sübut edilməməsindən ibarət olduğundan həmin Məcəllənin 385.1.1 və 385.1.3-cü maddələrinə əsasən qətnamənin ləğvi üçün əsas təşkil edir. Buna görə də qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia qismən təmin olunmalıdır.
49. Hazırkı iş üzrə cavabdehlər iddiaçı qarşısında eyni öhdəlik üzrə müştərək məsuliyyət daşıdıqlarından zərərin məbləğinin dəyişdirilməsi onların hər birinin hüquq və vəzifələrinin həcminə birbaşa təsir göstərir. Bu səbəbdən zərərə görə tutulmalı məbləğin yalnız apellyasiya şikayəti vermiş cavabdeh barəsində dəyişdirilməsi mümkün deyildir. Nəzərə alınmalıdır ki, tutulmalı pul məbləğinin digər cavabdehə münasibətdə dəyişdirilməsi onun hüquqi vəziyyətini ağırlaşdırmır. Buna görə də cavabdehlər cavabdeh2 və cavabdeh1 müştərək qaydada vurulmuş ziyanın əvəzi qismində 13 138,01 ABŞ dolları məbləğində pul tutulduğu tarixdə Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata məzənnəsi ilə Azərbaycan manatı ekvivalentində tutularaq iddiaçı İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir.
50. Birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək yeni qətnamə çıxarıldığından məhkəmə xərcləri yenidən bölüşdürülməlidir. Iş materiallarından göründüyü kimi iddianın verilməsi üçün iddiaçı tərəfindən 163,44 manat dövlət rüsumu ödənilmişdir. Iddia tələbi qismən təmin edildiyindən təmin edilmiş tələblərə mütənasib olaraq birinci instansiya məhkəməsində ödənilmiş dövlət rüsumunun 148,73 manat hissəsi cavabdehlər cavabdeh2 və cavabdeh1 müştərək qaydada tutularaq iddiaçı İddiaçı ödənilməli, dövlət rüsumunun qalan 14,71 manat hissəsi iddiaçının özünə aid edilməlidir.
51. Həmçinin apellyasiya şikayəti qismən təmin edildiyindən ödənilmiş tələblərə mütənasib olaraq apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun 8,18 manat hissəsi iddiaçı İddiaçı tutularaq cavabdeh cavabdeh2 ödənilməli, qalan 73,54 manat hissəsi cavabdehin özünə aid edilməlidir.
52. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.2, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət e t d i : Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə çıxarılsın. Iddiaçı İddiaçı cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdehlər cavabdeh2 və cavabdeh1 müştərək qaydada vurulmuş ziyanın əvəzi qismində 13 138,01 ABŞ dolları (on üç min yüz otuz səkkiz dollar, bir sent) məbləğində pul tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata məzənnəsi ilə Azərbaycan manatı ekvivalentində tutularaq iddiaçı İddiaçı ödənilsin. Iddia tələbi qalan hissədə təmin edilməsin. Iddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumunun 148,73 manat (yüz qırx səkkiz manat, yetmiş üç qəpik) hissəsi cavabdehlər cavabdeh2 və cavabdeh1 müştərək qaydada tutularaq iddiaçı İddiaçı ödənilsin, dövlət rüsumunun qalan 14,71 manat (on dörd manat, yetmiş bir qəpik) hissəsi iddiaçının özünə aid edilsin. Qətnamə cavabdeh cavabdeh2 tərəfindən mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün cavabdeh cavabdeh2 tərəfindən ödənilmiş dövlət rüsumunun 8,18 manat (səkkiz manat, on səkkiz qəpik) hissəsi iddiaçı İddiaçı tutularaq cavabdeh cavabdeh2 ödənilsin, qalan 73,54 manat (yetmiş üç manat, əlli dörd qəpik) hissəsi cavabdehin özünə aid edilsin. Qətnamədən onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.