Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2-2(3-6)-550/2026 22.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs9, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs8, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs11, Bakı şəhəri Yasamal rayon Icra şöbəsi, “xxxx” MMC, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs6, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs5, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs4, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “qiymətləndirmə rəylərinin ləğv edilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə (Açar sözlər: qiymətləndirmə rəyi, sübutların qiymətləndirilməsi, sübutetmə yükü) Hakim sədrliyi ilə, hakimlər X1 və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi katibliyi, cavabdehin nümayəndəsi (vəkili) vəkil2 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin ##.##.2024-cü il tarixli, *-*(***)-***/**** nömrəli qətnaməsindən iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxıb, müəyyən etdi: Işin halları:
1. “Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnamələri”nə əsasən, “Volvo FMX yük” markalı **-JD-*** dövlət qeydiyyat nişanlı, “Volvo FMX yük” markalı **-JD-*** dövlət qeydiyyat nişanlı, “Volvo FMX yük” markalı **-JD-*** dövlət qeydiyyat nişanlı, “Wielton qoşqu” markalı **-ZH-*** dövlət qeydiyyat nişanlı, “Wielton NW 3 yarımqoşqu” markalı **-ZH-*** dövlət qeydiyyat nişanlı, “Wielton NW 3 yarımqoşqu” markalı **-ZH-*** dövlət qeydiyyat nişanlı və “TSR TT 13 22 yarımqoşqu” markalı **-ZX-*** dövlət qeydiyyat nişanlı, “TSR TT 13 023 yarımqoşqu” markalı **-ZX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələri 2012-2014-cü illər ərzində İddiaçı MMC-nin mülkiyyətində olmuşdur.
2. Bakı Apellyasiya Məhkəməsinin ##.##.2021-ci il tarixli, *-*(***)-***/**** saylı icra vərəqəsinə əsasən, borclu İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətindən 1 153 390,04 manat məbləğində pul tutularaq tələbkar “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. 3.
4. Cavabdeh MMC-nin ##.##.2022-ci il tarixli, **** nömrəli qiymətləndirmə rəylərinə əsasən, nəqliyyat vasitələrinin bazar dəyərləri aşağıdakı kimi müəyyən edilmişdir: **-ZH-*** – 7 500 manat; **-ZH-*** – 8 000 manat; **-ZH-*** – 6 500 manat; **-JD- *** – 4 500 manat; **-ZX-*** – 8 000 manat; **-ZX-*** – 8 000 manat; **-JD-*** – 9 500 manat; **-JD-*** – 12 000 manat.
5. “xxxx” MMC-nin ##.##.2023-cü il tarixli, 18/23–**/** nömrəli hərrac yekunları barədə protokollarına əsasən, Bakı Apellyasiya Məhkəməsinin ##.##.2021-ci il tarixli icra vərəqəsi və Bakı şəhəri Yasamal rayon Icra şöbəsinin ##.##.2022-ci il tarixli sifarişi əsasında keçirilmiş ilkin açıq hərraclarda İddiaçı MMC-yə məxsus nəqliyyat vasitələri aşağıdakı qiymətlərlə qeyd edilən üçüncü şəxslər tərəfindən əldə edilmişdir: - **-ZH-*** – 8 080 manat, **-ZH-*** – 6 565 manat, **-ZH-*** – 7 575 manat mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs11; **-ZX- *** və **-ZX-*** – hər biri 8 080 manat -mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs8; **-JD-*** – 9 595 manat, **-JD-*** – 12 120 manat, **- JD-*** – 4 545 manat - mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs9.
6. “xxxx” Konsaltinq MMC-nin mütəxəssis rəylərinə əsasən, İddiaçı MMC-yə məxsus nəqliyyat vasitələrinin 2023-cü il üzrə orta bazar və likvid dəyərləri aşağıdakı kimi müəyyən edilmişdir: - **-ZX-*** – 85 000/75 000 manat; **-ZH-*** – 18 000/15 000 manat; **-ZH-*** – 18 000/15 000 manat; **-JD-*** – 30 000/25 000 manat; **-JD-*** – 25 000/20 000 manat; **-ZH-*** – 18 000/15 000 manat; **-JD-*** – 30 000/25 000 manat; **-ZX- *** – 85 000/75 000 manat. Rəylərdən görünür ki, qiymətləndirmə nəqliyyat vasitələrinə faktiki baxış keçirilmədən, eyni model və buraxılış ilinə malik nəqliyyat vasitələrinin müqayisəli üsulu əsasında aparılmışdır.
7. Baş Dövlət Yol Polis Idarəsinin məhkəməyə ünvanladığı ##.##.2024-cü il tarixli məktuba əsasən, **-ZH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs6, **-ZH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs5, **-ZH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs4, **-ZX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3, **-ZX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2, **-JD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi isə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 mülkiyyətindədir.
8. ##.##.2024-cü il tarixli ekspert rəyinə əsasən, beş nəqliyyat vasitəsinin 2022-ci ilin sentyabr ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri hesablama yolu ilə təxmini 180 000 manat müəyyən edilmiş, digər üç nəqliyyat vasitəsinin satışı və qiyməti barədə respublikada yerləşən avtobazarlarda, internet saytlarında məlumat olmadığından qiymətləndirmə aparmaq mümkün olmamışdır.
9. Məhkəmə Ekspertizası Mərkəzinin ##.##.2025-ci il tarixli məktubuna əsasən, nəqliyyat vasitələrinin 2022-ci ilin sentyabr ayına aid satış qiymətlərinə dair məlumatların əldə edilməsinin mümkün olmaması səbəbindən ekspertiza aparılması mümkün olmamışdır. Həmçinin, Mərkəzi Ekspertiza Bürosunun ##.##.2025-ci il və ##.##.2025-ci il tarixli məktublarında nəqliyyat vasitələrinin və təqdim edilmiş materialların qiymətləndirmə aparılması üçün kifayət etmədiyi, eləcə də təqdim olunmuş fotoşəkillərin məhz həmin nəqliyyat vasitələrinə aid olmasının müəyyən edilməsinin mümkün olmadığı göstərilərək, nəqliyyat vasitələrinin qiymətləndirilməsinin aparılmasından imtina edilmişdir.
Iş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsindəki icraat:
10. Iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən tərtib edilmiş ##.##.2022-ci il tarixli, **** nömrəli qiymətləndirmə rəylərinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. Iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıya məxsus 8 ədəd nəqliyyat vasitəsi onun məlumatı olmadan real bazar dəyərindən dəfələrlə aşağı qiymətləndirilərək hərraca çıxarılmış və satılmışdır. ##.##.2023-cü il tarixli hərrac protokolları və qiymətləndirmə nəticələri onun hüquqlarını pozmuş, nəqliyyat vasitələrinin ümumilikdə 64 000 manat məbləğində qiymətləndirilməsi bazar qiymətlərinə uyğun olmamışdır. Qiymətləndirmə zamanı faktiki baxış, bazar araşdırması, analoji obyektlərin müqayisəsi və digər zəruri prosedurlar aparılmamış, qiymətləndirici tərəfindən real bazar dəyəri deyil, aşağı qiymətlər müəyyən edilmiş, bu isə borcluya külli miqdarda ziyan vurmuşdur. Bu səbəbdən nəqliyyat vasitələri başqa qiymətləndirici tərəfindən yenidən qiymətləndirilməlidir. Nəqliyyat vasitlərinin bu qiymətlərlə hərraca göndərilməsi özü-özlüyündə etibarsızdır.
12. mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs9, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs8, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs11, Bakı şəhəri Yasamal rayon Icra şöbəsi, “xxxx” MMC, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs6, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs5, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs4, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişlər.
13. Bakı Kommersiya Məhkəməsinin ##.##.2024-cü il tarixli, *-*(***)-***/**** nömrəli qətnaməsi ilə iddia təmin edilməmişdir.
14. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı tərəfindən təqdim edilmiş “xxxx” Konsaltinq MMC-nin mütəxəssis rəyləri mötəbər sübut kimi qəbul edilə bilməz. Belə ki, rəylər nəqliyyat vasitələrinə baxış keçirilmədən, yalnız eyni model və buraxılış ilinə malik nəqliyyat vasitələrinin müqayisəsi əsasında hazırlanmış, qiymətləndirmə zamanı istifadə olunmuş məlumatların mənbəyi və dəyərin müəyyən edilmə üsulu göstərilməmişdir. Bu səbəbdən həmin rəylərin obyektivliyi və düzgünlüyü şübhə doğurmuşdur. Məhkəmə mübahisələndirilən qiymətləndirmə rəylərinin isə peşəkar qiymətləndirmə şirkəti tərəfindən hazırlandığını, rəylərdə ziddiyyət olmadığını və qiymətləndirmə prosesinin qanunvericiliyin tələblərinə uyğun aparıldığını qeyd edərək, onların ləğvi üçün əsas müəyyən etməmişdir. Nəticədə məhkəmə iddia tələbinin əsassız olduğu qənaətinə gələrək təmin edilməməsinə qərar vermişdir.
b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat:
15. Iddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin ##.##.2024-cü il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qiymətləndirmə hesabatının hazırlanmasının hüquqi əsaslarını araşdırmaqla kifayətlənmiş, lakin iddiaçının həmin qiymətləndirmənin real bazar dəyərinə uyğun olmaması barədə dəlillərinə qiymət verməmişdir. Iddiaçı qiymətləndiricinin cəlb edilməsini deyil, qiymətləndirmənin aparılması zamanı qanunvericiliyin tələblərinin pozulmasını mübahisələndirmişdir. Cavabdeh MMC tərəfindən aparılmış qiymətləndirmə zamanı əmlak sahibi ilə müsahibə, analoji obyektlərin seçilməsi və müqayisəsi, bazar araşdırması və digər zəruri prosedurlar həyata keçirilməmiş, bəzi internet resurslarına istinad edilməklə nəqliyyat vasitələrinin real bazar dəyəri deyil, aşağı qiymətlər müəyyən edilmişdir. Məhkəmə isə bu halları araşdırmadan həmin qiymətləndirməni əsas götürmüşdür. Iddiaçı tərəfindən təqdim edilmiş “xxxx” Konsaltinq MMC-nin rəylərinə əsasən nəqliyyat vasitələrinin ümumi bazar dəyəri 309 000 manat, likvid dəyəri 265 000 manat olduğu halda, cavabdeh tərəfindən aparılmış qiymətləndirmədə ümumi dəyər 64 000 manat müəyyən edilmişdir. Bu qədər ciddi qiymət fərqinə baxmayaraq, məhkəmə rəylər arasındakı ziddiyyətləri aradan qaldırmaq üçün ekspertiza təyin etməmiş, iddiaçının müvafiq vəsatətini təmin etməmişdir. Məhkəmə MPM-in sübutların araşdırılması və ekspertiza təyin edilməsi ilə bağlı tələblərini düzgün tətbiq etməmiş, iş üzrə mühüm halları tam araşdırmadan nəticəyə gəlmişdir. Nəqliyyat vasitələrinin real bazar dəyəri müəyyən edilmədən aşağı qiymətlərlə hərraca çıxarılması və satılması nəticəsində iddiaçının hüquqları pozulmuşdur.
17. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının ##.##.2025-ci il tarixli, *-*(***)-**/**** saylı qətnaməsi ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Bakı Kommersiya Məhkəməsinin ##.##.2024-cü il tarixli qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbi təmin edilmişdir.
18. Məhkəmə kollegiyası gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, qiymətləndirmə rəyinin mötəbərliyi məhkəmə qaydasında mübahisələndirilə bilər və hazırkı halda həmin rəyin etibarlılığına şübhə yaradan hallar mövcuddur. Belə ki, rəydə yalnız ümumi metodoloji məlumatlar və qiymətləndirilən nəqliyyat vasitələri göstərilmiş, lakin onların dəyərinin müəyyən edilməsi ətraflı əsaslandırılmamış, qiymətləndirməyə təsir edən məhdudiyyətlər və maneələr araşdırılmamışdır. Həmçinin, ##.##.2024-cü il tarixli ekspert rəyində beş nəqliyyat vasitəsinin 2022-ci ilin sentyabr ayına olan təxmini ümumi dəyəri 180 000 manat müəyyən edilmiş və bu qiymətlə mübahisələndirilən qiymətləndirmə rəyi arasında ciddi fərq olmuşdur. Ekspert rəyinin natamam olmasına baxmayaraq, məhkəmə tərəfindən təyin edilmiş ekspertizanın nəticələri qiymətləndirmə rəyinin mötəbərliyini şübhə altına alan hal kimi qəbul edilmişdir. Nəticədə kollegiya mübahisələndirilən qiymətləndirmə rəylərinin ləğv edilməli olduğu qənaətinə gəlmişdir.
c) Kassasiya instansiyası məhkəməsindəki icraat:
19. Qətnamədən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs8, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs11 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs9 (birgə) və cavabdeh Cavabdeh MMC kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin ##.##.2025-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişlər.
20. Üçüncü şəxslər kassasiya şikayətini onunla əsaslandırmışdır ki, hərrac nəticəsində nəqliyyat vasitələrini əldə etmiş şəxslər vicdanlı alıcı olmuş, müvafiq ödənişlər edərək qanuni qaydada mülkiyyət əldə etmişlər. Qiymətləndirmə prosesində yol verilmiş hər hansı nöqsanın hərracın etibarsız hesab edilməsi üçün əsas kimi qəbul edilməsi yolverilməzdir. Şikayətdə qeyd olunur ki, qiymətləndirmənin düzgün aparılmaması iddiaçı ilə Cavabdeh MMC arasındakı hüquq münasibətlərinə aid məsələdir və belə halda tələb yalnız qiymətləndiriciyə qarşı zərərin ödənilməsi ilə bağlı yönəldilə bilər. Qiymətləndiricinin hərəkətlərinə görə hərrac qaliblərinin hüquqi vəziyyətinin pisləşməsi qanunaziddir. Həmçinin ##.##.2024-cü il tarixli ekspert rəyi natamamdır, çünki hərracda satılmış nəqliyyat vasitələrinin faktiki vəziyyəti, istifadəyə yararsız olması və ehtiyat hissələri məqsədilə alınması nəzərə alınmamışdır. Nəqliyyat vasitələrinin aşağı qiymətləndirilməsinin səbəbi onların texniki vəziyyəti və çatışmayan hissələri olmuşdur. Üçüncü şəxslər hesab etmişlər ki, iddiaçının hüquqları icra məmurunun hərəkətləri ilə pozulduğu halda, həmin hərəkətlərdən qanunvericiliklə müəyyən edilmiş qaydada şikayət verilməmişdir. Bu səbəbdən apellyasiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir.
21. Cavabdeh kassasiya şikayətini onunla əsaslandırmışdır ki, nəqliyyat vasitələri qanuni keçirilmiş hərrac nəticəsində üçüncü şəxslərə satılmış və həmin şəxslər vicdanlı alıcı hesab olunurlar. Hərrac icra orqanı tərəfindən həyata keçirildiyindən alqı-satqı münasibətləri qanuni qüvvədədir və hər hansı qanunsuzluq, sövdələşmə və ya gizli məlumatdan istifadə halı mövcud olmamışdır. ##.##.2024-cü il tarixli ekspert rəyi mötəbər hesab edilə bilməz. Belə ki, ekspert rəyində beş nəqliyyat vasitəsinin dəyəri yalnız “nəzəri hesablama yolu ilə” müəyyən edilmiş, 3 nəqliyyat vasitəsi üzrə isə bazar məlumatı olmadığından qiymətləndirmə aparılmamışdır. Ekspert real obyektlərə baxış keçirməmiş, qiymətləndirmə təmirdən əvvəlki vəziyyət deyil, sonrakı vəziyyət və əlavə edilmiş detallar nəzərə alınmaqla aparılmışdır. Həmçinin ekspert Cavabdeh MMC-nin **** nömrəli qiymətləndirmə hesabatında göstərilən foto və texniki məlumatları əsas götürməmiş, məhkəmənin qarşısına qoyduğu suallara tam cavab verməmişdir. Bu səbəbdən ekspert rəyinin nəticələri qeyri-dəqiq olmaqla qiymətləndirmə rəylərinin mötəbərliyini şübhə altına alan əsas kimi qəbul edilə bilməz.
22. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının ##.##.2026-cı il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ilə kassasiya şikayətləri qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının ##.##.2025-ci il tarixli qətnaməsi ləğv edilərək işin yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılması qərara alınmışdır.
23. Ali Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, apellyasiya məhkəməsi ##.##.2024-cü il tarixli ekspert rəyinin natamam və qeyri-müəyyən olmasına baxmayaraq, həmin rəyə istinad edərək qiymətləndirmə rəylərinin mötəbərliyini şübhə altına almış və onları ləğv etmişdir. Halbuki, həmin ekspert rəyində beş nəqliyyat vasitəsi üzrə müəyyən edilmiş dəyər, qiymətləndirmə yalnız iş materialları və fotoşəkillər əsasında, nəqliyyat vasitələrinə baxış keçirilmədən aparıldığından reallığı əks etdirməmişdir. Bundan əlavə, mübahisəli nəqliyyat vasitələri 2023-cü ildə hərrac yolu ilə üçüncü şəxslərə satılmış, uzun müddət keçməsi və sonradan təmir edilmə ehtimalı səbəbindən onların hazırkı vəziyyət üzrə yenidən qiymətləndirilməsi mümkün olmamışdır. Həmçinin, qanunvericiliyə əsasən hərracda özgəninkiləşdirilmiş əşyalarla bağlı vicdanlı əldə etməyə dair məhdudiyyətlər tətbiq edilmir. Bu səbəbdən, yenidən qiymətləndirmə aparılması mümkün hesab edilsə belə, həmin qiymətləndirmə nəticələrinə əsasən əvvəlki qiymətləndirmə rəylərinin ləğvi məqsədəuyğun deyildir. Apellyasiya məhkəməsi qanunvericilik normalarını düzgün tətbiq etməmiş və nəticədə əsassız qətnamə qəbul etmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətlərini qismən təmin etmiş, apellyasiya məhkəməsinin qətnaməsini ləğv edərək işi yenidən baxılması üçün həmin məhkəməyə göndərmişdir. Işə yenidən baxılarkən hazırkı hüquqi mövqeyi nəzərə alınmaqla qanuni, əsaslı və iş üzrə müəyyən edilmiş hallara uyğun yeni qətnamə qəbul edilməlidir.
Təkrar apellyasiya baxışı:
24. Məhkəmə iclasında cavabdehin nümayəndəsi (vəkili) vəkil2 apellyasiya şikayətini qəbul etməyərək, şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
25. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, iddiaçının nümayəndəsi və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər.
26. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin, işdə iştirak edən şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər.
27. Məhkəmə kollegiyası şikayətə iddiaçının nümayəndəsinin və üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq:
28. “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının ##.##.1998-ci il tarixli Qanunu (mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan redaksiya):
Maddə 3. Qiymətləndirmə fəaliyyətinin obyektləri Qiymətləndirilməsi mülki qanunvericiliklə nəzərdə tutulan və ya sifarişçi tərəfindən zəruri hesab edilən hər cür əmlak qiymətləndirmə fəaliyyətinin obyektidir. Maddə 5. Məcburi qiymətləndirmə halları Aşağıdakı hallarda əmlakın məcburi qaydada qiymətləndirilməsi aparılır: ... məhkəmə hökmünün və ya qərarının təmin edilməsi məqsədi ilə əmlakın qiymətləndirilməsinə zərurət olduqda; (bu halda qiymətləndirmə əmlakın mülkiyyətçisi olan şəxslərin sifarişi ilə qiymətləndirici tərəfindən və ya qanunvericiliyə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən aparılır); ... Maddə 8. Qiymətləndiricinin hesabatında obyektin qiymətləndirilməsi haqqında məlumatın barəsində mübahisələr Qiymətləndirici hesabatında qiymətləndirilən obyektin bazar və digər dəyərinin həqiqiliyi ilə əlaqədar mübahisələrə məhkəmə tərəfindən baxılır. Bu halda mübahisəni baxılmaq üçün qəbul etmiş məhkəmənin mövcud prosessual qanunvericiliyin və bu Qanunun müddəalarını nəzərə alaraq qiymətləndirilən obyektin yenidən ekspert qiymətləndirilməsini təyin etmək hüququ vardır.
29. “Icra haqqında” Azərbaycan Respublikasının Qanunu:
Maddə 51. Borclunun əmlakının qiymətləndirilməsi 51.1. Borclunun əmlakının “Ipoteka haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən tərəflərin razılığı ilə qiymətləndirildiyi, yaxud əmlakın qiymətinin məhkəmə qərarı ilə müəyyən edildiyi, habelə tənzimlənən qiymətlərin tətbiq olunduğu hallar istisna olmaqla, borclunun əmlakının qiymətləndirilməsi “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq qiymətləndirici tərəfindən həyata keçirilir. Icra məmuru qiymətləndirmə sahəsində ixtisaslaşmış və 5 ildən az olmayaraq fəaliyyət göstərən, ağır və ya xüsusilə ağır cinayətlərə, habelə korrupsiya cinayətləri və qulluq mənafeyi əleyhinə olan cinayətlərə və ya iqtisadi sahədə olan cinayətlərə görə məhkum edilməyən qiymətləndiricini dəvət etməlidir.
30. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14. Iş üzrə məhkəmə baxışının prinsipləri 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. ... 119.5. Apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür.
Maddə 420. Kassasiya məhkəməsinin göstərişlərinin məcburiliyi Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.
Apellyasiya baxışının hədləri:
31. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
32. Iş Ali Məhkəmənin ##.##.2026-cı il tarixli qərarı ilə yeni apellyasiya baxışına qaytarıldığından, həmin qərarda şərh edilən göstərişlər MPM-in 420-ci maddəsinə əsasən hazırkı işə təkrar baxan məhkəmə üçün məcburidir.
33. Birinci instansiya məhkəməsinin qətnaməsindən yalnız iddiaçı şikayət vermiş, qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Odur ki, hazırkı apellyasiya baxışında birinci instansiya məhkəməsinin qətnaməsi iddiaçının apellyasiya şikayətinin dəlilləri üzrə tam yoxlanılır.
Işə təkrar apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi:
34. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin (vəkilinin) izahatını dinləyib, apellyasiya baxışının hədləri ilə bağlı yuxarıdakı mövqeyinə uyğun olaraq apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin ##.##.2024-cü il tarixli, *-*(***)-***/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
35. Işin mübahisəsiz hallarından göründüyü kimi, iddiaçıya məxsus nəqliyyat vasitələri Bakı Apellyasiya Məhkəməsinin ##.##.2021-ci il tarixli icra vərəqəsinin icrası ilə əlaqədar Yasamal rayon Icra şöbəsinin sifarişi əsasında cavabdeh tərəfindən qiymətləndirilmiş, bu barədə ##.##.2022-ci il tarixli qiymətləndirmə rəyləri tərtib edilmişdir. Həmin rəylər əsasında nəqliyyat vasitələri ##.##.2023-cü il tarixdə keçirilmiş açıq hərraclarda satılmış və hazırda üçüncü şəxslərin mülkiyyətinə keçmişdir.
36. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materiallarında olan sübutlarla qarşılıqlı əlaqədə araşdıraraq hesab edir ki, həmin dəlillər iş materialları ilə təsdiq olunmur.
37. MPM-in 14.2 və 77.1-ci maddələrinə əsasən məhkəmə işə tərəflərin təqdim etdikləri sübutlar əsasında baxır və hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
38. Hazırkı mübahisənin predmetini ##.##.2022-ci il tarixli qiymətləndirmə rəylərinin ləğvi təşkil etdiyindən, həmin rəylərin qanunvericiliyin tələblərinin pozulması ilə tərtib edildiyini, rəylərdə göstərilən qiymətlərin nəqliyyat vasitələrinin həmin tarixə olan real bazar dəyərini əks etdirmədiyini və buna görə də onların ləğvi üçün hüquqi əsasların mövcud olduğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Təkcə qiymətləndirmənin nəticəsi ilə razılaşmamaq həmin rəylərin ləğv olunması üçün kifayət etmir.
39. Bu məqsədlə iddiaçı tərəfindən "xxxx" Konsaltinq MMC-nin hazırladığı mütəxəssis rəyləri təqdim edilmişdir. Kollegiya həmin rəyləri MPM-in 88-ci maddəsinin tələblərinə uyğun olaraq ayrı-ayrılıqda və iş üzrə digər sübutlarla qarşılıqlı əlaqədə qiymətləndirərək belə nəticəyə gəlir ki, həmin sənədlər cavabdehin qiymətləndirmə rəylərinin düzgünlüyünü təkzib edən mötəbər sübut hesab edilə bilməz.
40. Əvvəla, təqdim edilmiş mütəxəssis rəylərində onların tərtib edilmə tarixi göstərilmədiyindən həmin rəylərin hansı tarixə olan araşdırmanı əks etdirdiyini müəyyən etmək mümkün deyildir. Bu səbəbdən onların məhz mübahisələndirilən ##.##.2022-ci il tarixli qiymətləndirmə rəylərində müəyyən edilmiş bazar dəyərini təkzib edib-etmədiyinin obyektiv yoxlanılması mümkün deyildir.
41. Bundan başqa, rəylərdən görünür ki, qiymətləndirmə nəqliyyat vasitələrinə faktiki baxış keçirilmədən, yalnız eyni model və buraxılış ilinə malik digər nəqliyyat vasitələri barədə müqayisəli məlumatlar əsasında nəzəri qaydada aparılmışdır. Halbuki, nəqliyyat vasitəsinin bazar dəyərinin müəyyən edilməsində onun texniki vəziyyəti, komplektliyi, istismar intensivliyi, nasazlıqları, təmir tarixi və bazar dəyərinə təsir göstərən digər fərdi xüsusiyyətləri nəzərə alınmalıdır.
42. Faktiki baxış keçirilmədən yalnız ümumi müqayisələrə əsaslanan qiymətləndirmə həmin konkret nəqliyyat vasitələrinin bazar dəyərinin etibarlı müəyyən edilməsinə kifayət etmir. Eyni zamanda, təqdim olunmuş rəylərdə istifadə olunmuş ilkin məlumat mənbələri, seçilmiş analoji nəqliyyat vasitələrinin hansı meyarlar əsasında müəyyən edilməsi, tətbiq edilmiş müqayisə əmsalları və yekun bazar qiymətinin hansı hesablamalar nəticəsində formalaşdırılması ətraflı açıqlanmamışdır. Buna görə də həmin rəylər iddiaçının istinad etdiyi halları təsdiq edən kifayət qədər inandırıcı sübut hesab oluna bilməz.
43. Cavabdeh tərəfindən tərtib edilmiş ##.##.2022-ci il tarixli qiymətləndirmə rəylərində nəqliyyat vasitələrinin buraxılış ili, istifadə müddəti və texniki vəziyyəti barədə məlumatlar, habelə satışların müqayisəsi metodundan istifadə edildiyi göstərilmişdir. Həmin rəylərdəki yekun qiymətlərin düzgünlüyünün hazırda yenidən obyektiv yoxlanılması mümkün olmasa da, iddiaçı həmin rəylərdəki məlumatların həqiqətə uyğun olmadığını, göstərilən metodun faktiki tətbiq edilmədiyini və ya müəyyən edilmiş qiymətlərin həmin tarixdəki bazar dəyərindən aşağı olduğunu təsdiq edən kifayət qədər mötəbər sübut təqdim etməmişdir.
44. Kollegiya həmçinin nəzərə alır ki, mübahisələndirilən qiymətləndirmə 2022-ci ilin sentyabr ayında aparılmış, nəqliyyat vasitələri isə ##.##.2023-cü il tarixdə keçirilmiş açıq hərraclar nəticəsində üçüncü şəxslərin mülkiyyətinə keçmişdir. Birinci instansiya məhkəməsində keçirilmiş məhkəmə iclası zamanı üçüncü şəxslər izahatlarında bildirmişlər ki, nəqliyyat vasitələrini əldə etdikləri zaman onların bir sıra hissələri yararsız vəziyyətdə olmuş, bəzi komplektləşdirici hissələri mövcud olmamış, sonradan isə həmin nəqliyyat vasitələrində təmir-bərpa işləri aparılmışdır.
45. Bununla yanaşı, qiymətləndirmənin aparıldığı tarixdən üç ildən artıq müddətin keçməsi, nəqliyyat vasitələrinin bu müddət ərzində müxtəlif şəxslərin sahibliyində və istifadəsində olması, onların təmir edilməsi, ayrı-ayrı hissələrinin dəyişdirilməsi və istismar nəticəsində amortizasiyaya məruz qalmasını qaçılmaz etdiyindən 2022-ci ilin sentyabr ayında mövcud olmuş faktiki texniki vəziyyətin hazırkı dövrdə obyektiv qaydada müəyyən edilməsinə imkan vermir.
46. Bu baxımdan, mövcud iş materialları əsasında hazırda aparılacaq qiymətləndirmə ##.##.2022-ci il tarixindəki faktiki vəziyyəti etibarlı şəkildə bərpa etməyə və mübahisəli qiymətləndirmə rəylərinin nəticələrini mötəbər qaydada təkzib etməyə imkan verməyəcəkdir.
47. Kollegiya onu da qeyd edir ki, iş üzrə əvvəlki apellyasiya baxışı zamanı məhz iddiaçının irəli sürdüyü dəlillərin yoxlanılması məqsədilə 2022-ci ilin sentyabr ayına olan bazar dəyərinin müəyyən edilməsi üçün məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmişdir. Ekspert yalnız beş nəqliyyat vasitəsi üzrə iş materiallarında mövcud məlumatlar əsasında nəzəri qiymətləndirmə apara bilmiş, digər üç nəqliyyat vasitəsi üzrə isə həmin dövrə aid kifayət qədər məlumat olmadığından qiymətləndirmənin aparılmasının mümkün olmadığını göstərmişdir.
48. Sonradan ekspert rəyində mövcud olan qeyri-müəyyənliklərin aradan qaldırılması və qiymətləndirmənin mümkünlüyünün yoxlanılması məqsədilə əlavə ekspertizalar təyin edilmiş, o cümlədən iş müstəqil qiymətləndiriciyə göndərilmişdir. Lakin təqdim olunmuş fotoşəkillərin konkret olaraq mübahisəli nəqliyyat vasitələrinə aid olub-olmadığını müəyyən etməyin mümkün olmaması, habelə qiymətləndirmə üçün zəruri ilkin məlumatların kifayət etməməsi səbəbindən qiymətləndirmənin aparılması mümkün olmamışdır.
49. Göstərilən hallar onu təsdiq edir ki, nəqliyyat vasitələrinin 2022-ci ilin sentyabr ayında mövcud olmuş texniki vəziyyətinin və həmin tarixə olan real bazar dəyərinin sonradan obyektiv müəyyən edilməsi mümkün olmamışdır. Belə ki, aparılmış ekspertiza araşdırmaları da həmin dövr üzrə qiymətləndirmənin yalnız mövcud məlumatlar çərçivəsində nəzəri qaydada aparıla bildiyini, tam və etibarlı nəticəyə gəlmək üçün isə zəruri məlumatların kifayət etmədiyini göstərmişdir.
50. Sonradan nəqliyyat vasitələrinin 2022-ci ilin sentyabr ayında mövcud olmuş vəziyyətinin və həmin tarixə olan bazar dəyərinin obyektiv müəyyən edilməsinin mümkün olmaması mübahisələndirilən rəylərin düzgünlüyünü təsdiq edən hal sayıla bilməz. Bununla yanaşı, həmin hal özü-özlüyündə rəylərin yanlış və ya qanunsuz olduğunu da göstərmir və iddiaçını üzərinə düşən sübutetmə vəzifəsindən azad etmir.
51. Nəticə etibarilə, nə iddiaçının təqdim etdiyi mütəxəssis rəyləri, nə ##.##.2024-cü il tarixli natamam ekspert rəyi, nə də sonrakı ekspertiza cəhdləri cavabdehin ##.##.2022-ci il tarixli rəylərində müəyyən edilmiş qiymətlərin həmin tarixdəki real bazar dəyərindən aşağı olduğunu kifayət qədər etibarlı şəkildə müəyyən etməyə imkan verir.
52. Belə olan halda, kollegiya hesab edir ki, iddiaçı üzərinə düşən sübutetmə vəzifəsini yerinə yetirməmiş, mübahisələndirilən qiymətləndirmə rəylərində göstərilən qiymətlərin nəqliyyat vasitələrinin 2022-ci ilin sentyabr ayına olan real bazar dəyərinə uyğun olmadığını və həmin rəylərin ləğvini şərtləndirən halları sübuta yetirə bilməmişdir. Bu səbəbdən, mübahisələndirilən qiymətləndirmə rəylərinin ləğvi üçün hüquqi əsasların mövcudluğu iş materialları ilə təsdiq olunmur.
53. Beləliklə, məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi iş üzrə əhəmiyyət kəsb edən halları düzgün müəyyən etmiş, təqdim edilmiş sübutlara MPM-in 88-ci maddəsinin tələblərinə uyğun hüquqi qiymət vermiş və iddianın təmin edilməsi üçün hüquqi əsasların mövcud olmadığını əsaslı olaraq müəyyən etmişdir. Apellyasiya şikayətinin dəlilləri və apellyasiya baxışı zamanı araşdırılmış sübutlar qətnamənin ləğvi və ya dəyişdirilməsi üçün əsas vermədiyindən, şikayət təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
54. Apellyasiya şikayəti təmin edilmədiyindən onun verilməsi üçün ödənilmiş dövlət rüsumu MPM-in 119.1 və 119.5-ci maddələrinə əsasən apellyatorun özünə aid edilməlidir.
55. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət e t d i : Bakı Kommersiya Məhkəməsinin ##.##.2024-cü il tarixli, *-*(***)-***/**** nömrəli qətnaməsindən iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin ##.##.2024-cü il tarixli, *-*(***)-***/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.