Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2-2(3-6)-603/2026 01.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər X3 məruzəsi ilə, X6 və X5 ibarət tərkibdə, * saylı Bakı Inzibatl-lqtlsadi Məhkəməsinin *-*(**)-***/**** saylı 13 iyun 2018-ci il tarixli qətnaməsindən cavabdeh “xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayətini nəzərdən keçirib, müəyyən e t d i: “xxxx" QSC Bank olmayan Kredit Təşkilatı cavabdeh “xxxx" MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətindən 500.000 manat məbləğində əsas borc, 255.000 manat faiz borcu, cəmi 755.000 manat məbləğində kredit borcunun və məhkəməyə iddia verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit təşkilatının xeyrinə tutulması, borc tələbinin cavabdehə məxsus daşınar və daşınmaz əmlaklara yönəldilməsi, “xxxx" MMC-nin həmin əmlaklar üzərində mülkiyyət hüququna xitam verilməsi və İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının həmin əmlaklar üzərində mülkiyyət hüququnun tanınması, müvafiq olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin və digər səlahiyyətli orqanların üzərinə İddiaçı QSC Bank olmayan Kredit Təşkilatının qeyd edilən əmlakların yeni mülkiyyətçisi kimi qeydiyyata alınması vəzifəsinin həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. * saylı Bakı Inzibati-lqtisadi Məhkəməsinin *-*(**)-***/**** saylı 13 iyun 2018-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Cavabdeh MMC-dən 500.000 manat əsas borc, 255.000 manat (iki yuz əlli beş min) faiz borcu olmaqla cəmi 755.000 (yeddi yüz əlli beş min manat) manat kredit borcu və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat məbləğində pulun tutularaq İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatına ödənilməsi, qalan hissədə iddia tələbinin təmin edilməməsi qət edilmişdir. * saylı Bakı Inzibati-lqtisadi Məhkəməsinin *-*(**)-***/**** saylı qərardadı ilə iddiaçının nümayəndəsinin ərizəsi təmin edilmiş, * saylı Bakı Inzibati-lqtisadi Məhkəməsinin *-*(**)- ***/**** saylı iş üzrə ## #### 2018-ci il tarixli qətnamədə buraxılmış yanlışlıqların düzəldilməsi, * saylı Bakı Inzibati-lqtisadi Məhkəməsinin *-*(**)-***/**** saylı iş üzrə ## #### 2018-ci il tarixli qətnaməsinin təsviri və əsaslandırma hissələrindəki “500.000 manat”, “255.000 manat" və “755.000 manat" sözləri müvafiq olaraq "500.000 ABŞ dolları", “255.000 ABŞ dolları” və “755.000 ABŞ dolları” sözləri ilə, əsaslandırma və nəticə hissələrindəki “500.000 manat məbləğində əsas borc, 255.000 manat məbləğində faiz borcu olmaqla ümumilikdə 755.000 manat” sözləri “500.000 ABŞ dolları məbləğində əsas borc, 255.000 ABŞ dolları məbləğində faiz borcu olmaqla ümumilikdə 755.000 ABŞ dolları ödəniş gününə Azərbaycan Mərkəzi Bankının müəyyən etdiyi məzənnəyə uyğun olaraq manatla" sözləri ilə əvəz edilməsi qərara alınmışdır. Cavabdeh “xxxx" MMC həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilməli və iş materialları birinci instansiya məhkəməsinə göndərilməlidir. Faktlar: * saylı Bakı Inzibati–Iqtisadi Məhkəməsinin *-*(**)-***/**** saylı, ## #### 2018-ci il tarixli qətnaməsi ## #### 2018-ci il tarixdə İddiaçı QSC Bank olmayan Kredit Təşkilatına və Cavabdeh MMC-yə göndərilmişdir. Iş materiallarında olan xəbərnamələrdən görünür ki, həmin qətnamə ##.##.2018-ci il tarixdə İddiaçı QSC Bank olmayan Kredit Təşkilatına çatdırılmış, Cavabdeh MMC-yə isə poçt xidməti tərəfindən “imtina edilib” səbəbi ilə geri qaytarılmışdır. Daha sonra İddiaçı QSC Bank olmayan Kredit Təşkilatının müraciəti əsasında * saylı Bakı Inzibati–Iqtisadi Məhkəməsinin *-*(**)-***/**** saylı ## #### 2018-ci il tarixli qətnaməsi ##.##.2021-ci il tarixdə icra olunması üçün Bakı şəhəri Xətai rayon Icra Şöbəsinə icraya yönəldilmişdir. Bakı şəhəri Xətai rayon Icra Şöbəsinin icra məmuru Vüsal Umarovun ##.##.2021-ci il tarixli qərarı ilə icraata başlanılmış, cavabdeh Cavabdeh MMC-yə icra sənədinin 10 gün müddətində könüllü icra edilməsi üçün müddət verilmişdir. Cavabdeh MMC-nin qanuni təmsilçisi ##.##.2026-cı il tarixli ərizə ilə məhkəməyə müraciət edərək qətnamənin təqdim edilməsini xahiş etmiş, ##.##.2026-cı il tarixdə qətnamə X1 təqdim edilmişdir. Mülki Prosessual Məcəllənin: 360-cı maddəsinə görə apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. 363.1.3-cü maddəsinə görə apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. 364.2-ci maddəsinə görə apellyasiya şikayəti işdə iştirak etməyən şəxslər tərəfindən verildikdə məhkəmə qəbul edilən qətnamənin onların hüquq və vəzifələrinə toxunmasını, daha sonra isə bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır və bunun nəticəsinə dair qərardad qəbul edir. Bu qərardaddan şikayət verilə bilər. 366.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Avropa Məhkəməsi bir sıra qərarlarında yuxarı instansiya məhkəmələrində aparılan icraatın mümkünlüyü və hədlərinin qanuni məhdudiyyətlərə məruz qala bilməsini də yolverilən hesab etmişdir. X2rşı iş üzrə Qərarında Avropa Məhkəməsi göstərmişdir ki, məhkəməyə əlçatanlıq hüququ mütləq deyil və dolayı şəkildə yol verilən məhdudiyyətlərə məruz qala bilər. Bu xüsusilə də şikayətin mümkünlük şərtlərinə aiddir, çünki bu məsələ təbiət etibarı ilə, həmin sahədə müəyyən mülahizə sərbəstliyinə malik olan dövlət tərəfindən tənzimlənmə tələb edir (Luordo Italiyaya qarşı iş üzrə 2003-cü il ## ####### tarixli qərar). Hüquqi dəyərləndirmə: -Hazırki halda iş materiallarına əsasən mübahisələndirilən qətnamənin 2018-ci ildə qanunvericiliyin tələblərinə uyğun şəkildə cavabdehə göndərildiyi, lakin onun qəbulundan imtina edildiyi müəyyən edilir. Bununla yanaşı, iş üzrə icra sənədi icra orqanına göndərildikdən sonra, yəni ##.##.2021-ci il tarixdə icra icraatına başlanılmış və cavabdeh Cavabdeh MMC-yə qətnamənin icrası üçün könüllü icra müddəti verilmişdir. Birinci instansiya məhkəməsi göstərilən halları nəzərə almamış, icra işinin tələb etməklə qətnamə üzrə icra vərəqəsinin verilməsindən və icra icraatının başlanmasından keçən 5 ilə yaxın müddət ərzində cavabdeh Cavabdeh MMC-nin icra icraatı çərçivəsində qətnamənin mövcudluğu barədə məlumatlandırılıb-məlumatlandırılmamasını araşdırmamış və araşdırılmış hallara uyğun olaraq apellyasiya şikayətinin verilməsi müddətinin ötürülübötürülməməsinə hüquqi qiymət verməmişdir. Kollegiya onu da vurğulamağı zəruri hesab edir ki, prosessual müddətlərə riayət olunması mülki məhkəmə icraatının fundamental prinsiplərinin təmin edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Belə ki, uzun müddət əvvəl yekunlaşmış və tərəflər üçün hüquqi nəticələr doğurmuş məhkəmə aktlarının sonradan apellyasiya qaydasında mübahisələndirilməsi yalnız obyektiv və əsaslandırılmış səbəblərə söykənməlidir. Əks yanaşma hüquqi müəyyənlik prinsipinin pozulmasına, habelə məhkəmə qərarının qanuni qüvvəsinə və sabitliyinə inamın sarsılmasına səbəb ola bilər. Şərh olunan prosessual hüquq normalarını rəhbər tutaraq məhkəmə kollegiyası hesab edir ki, hazırkı işə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilməli və iş materialları yuxarıda göstərilməklə apellyasiya şikayətinin qaytarılması üçün əsasların olubolmamasının yoxlanılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 360 və 366-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara a l d ı: * saylı Bakı Inzibati-lqtlsadi Məhkəməsinin *-*(**)-***/**** saylı 13 iyun 2018-ci il tarixli qətnaməsindən cavabdeh “xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilsin. Iş materialları birinci instansiya məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən on gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Hakimlər: Leyla Əliyeva Ziya Şirinov Təranə Mahmudova
Məhkəmə qərarları › İş №2-2(3-6)-603/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(3-6)-603/2026
01.06.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver