Məhkəmə qərarları › İş №2-2(3-6)-630/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(3-6)-630/2026

30.06.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

AzərbaycanRespublikasıadından Qətnamə Bakışəhəri İş№2-2(3-6)-630/2026 30.06.2026 BAKIAPELLYASIYAMƏHKƏMƏSI iddiaçı İddiaçı (“xxxx”) BOKT Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdehlər cavabdeh1 İman oğluna və cavabdeh2 qarşı iddia tələblərinə dair iş üzrə (Açar sözlər: kredit müqaviləsi üzrə faizlər, pul öhdəliyinin gecikdirilməsinə görə zərərin əvəzinin ödənilməsi) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Cəfərov SəmədFəxrəddinoğlundanvəX1ibarəttərkibdə, MusayevaAytacElşənqızınınkatibliyi, iddiaçıİddiaçıBOKT(“xxxx”)MMC-ninnümayəndəsivəkil1iştirakıilə İddiaçı BOKT (“xxxx”) MMC-nin cavabdeh1 İman oğluna və cavabdeh2 qarşı “kredit borcunun tutulması və ipoteka predmetinə tutma yönəldilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin ## ### 2024-cü il tarixli qətnaməsindən cavabdeh1 İman oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsininbinasında,açıqməhkəməiclasındabaxaraq,aşağıdakıqətnaməniqəbuletdi: İşin halları

1. İddiaçı BOKT MMC (Borc verən) ilə cavabdeh1 İman oğlu (Borcalan) arasında ## ####### 2017-ci il tarixdə *** saylı kredit müqaviləsi bağlanmış, müqaviləyə əsasən BOKT, cavabdeh1 dövriyyə vəsaitinin alınması məqsədilə (biznes (ticarət və xidmət) təyinatlı) 72 ay müddətinə, illik 14% olmaqla 100000 ABŞ dolları kredit verməyi, cavabdeh1 isə krediti və faizləriniBOKT-ageriqaytarmağıöhdələrinəgötürmüşlər.

2. ## ####### 2017-ci il tarixli *** saylı kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı olaraq BOKT, cavabdeh1 və cavabdeh2 (Zamin) arasında ## ####### 2017-ci il tarixdə zaminlik müqaviləsi bağlanmış, müqaviləyə əsasən zamin, kredit müqaviləsi üzrə borclunun öhdəliklərin yerinə yetirilməsinə görə kreditor qarşısında borclu ilə birlikdə cavabdehlikdaşımağıöhdəsinəgötürmüşdür.

3. İddiaçı BOKT MMC ilə cavabdeh1 İman oğlu arasında ## ####### 2017-ci il tarixdə ipoteka müqaviləsi bağlanmış, ##.##.2017-ci il tarixli *** saylı kredit müqaviləsinin təminatı olaraq cavabdeh1 İman oğluna məxsus Bakı şəhəri, Xətai rayonu, Sabit Orucov küçəsi, 1184cüməhəllə,ev23ünvanındayerləşən**saylımənzilipotekayaqoyulmuşdur.

4. İddiaçı BOKT MMC ilə cavabdeh1 İman oğlu arasında ## ###### 2018-ci il tarixdə ***/* saylı kredit müqaviləsi bağlanmış, müqaviləyə görə BOKT tərəfindən cavabdeh1 İman oğluna həyət evinin tikintisi üçün ## ###### 2021-ci il tarixinədək qaytarması şərtilə illik 24% faizolmaqla,36aymüddətinə26000(iyirmialtımin)manatməbləğindəkreditayrılmışdır.

5. İddiaçı BOKT MMC ilə cavabdeh1 İman oğlu arsında ## ###### 2018-ci il tarixdə ***/* saylı sonrakı ipoteka müqaviləsi bağlanmış, ## ###### 2018-ci il tarixli kredit müqaviləsinin təminatı olaraq cavabdeh1 İman oğluna məxsus Bakı şəhəri, Xətai rayonu, Sabit Orucov küçəsi, 1184-cüməhəllə,ev23ünvanındayerləşən**saylımənzilipotekayaqoyulmuşdur.

6. İddiaçı BOKT MMC tərəfindən təqdim edilmiş arayışda göstərilmişdir ki, cavabdeh1 İman oğlunun ##.##.2020-ci il tarixinə ***/* saylı kredit müqaviləsi üzrə 23 397,70 manat əsas, 3820,69manatfaiz,861,98manatdəbbəpuluborcu,cəmi28080,37manatborcuvardır.

7. İddiaçı BOKT MMC tərəfindən təqdim edilmiş arayışda göstərilmişdir ki, cavabdeh1 İman oğlunun ##.##.2020-ci il tarixinə ***/* saylı kredit müqaviləsi üzrə 23397,70 manat əsas, 5306,71manatfaiz,2038,43manatdəbbəpuluborcu,cəmi30742,84manatborcuvardır.

8. İddiaçı BOKT MMC tərəfindən təqdim edilmiş arayışda göstərilmişdir ki, cavabdeh1 İman oğlunun ##.##.2020-ci il tarixinə *** saylı kredit müqaviləsi üzrə 89911,75 ABŞ dolları əsas,15980,27ABŞdollarıfaizborcu,cəmi105892,02ABŞdollarıborcuvardır.

9. İddiaçıBOKTMMCtərəfindəncavabdeh1İmanoğluna“xxxx”göndərilmişdir.

10. cavabdeh1 İman oğluna məxsus Bakı şəhəri, Xətai rayonu, Sabit Orucov küçəsi, 1184-cü məhəllə, ev 23 ünvanında yerləşən ** saylı mənzilə dair tutmanın yönəldilməsi haqqındabildirişDaşınmazƏmlakınDövlətReyestriXidmətindəqeydəalınmışdır.

11. BOKT tərəfindən cavabdeh1 İman oğluna ##.##.2020-ci il tarixdə bildiriş göndərilmiş, ## ####### 2017-ci il tarixli *** saylı kredit müqaviləsi üzrə 89911,75 ABŞ dolları əsas, 14825,47 ABŞ dolları faiz borcu olmaqla ümumilikdə 104737,22 ABŞ dolları borcunun, ## ###### 2018-ci il tarixli ***/* saylı kredit müqaviləsi üzrə 23397,70 manat əsas, 4951,86 manat faiz borcu olmaqla ümumilikdə 30037,13 manat borcunun olduğu bildirişmiş, tutmanın ipoteka predmetinəyönəldilməsibarədəməlumatverilmişdir.

12. İddiaçı BOKT MMC ##.##.2020-ci il tarixdə ## ####### 2017-ci il tarixli 507-saylı və ## ###### 2018-ci il tarixli ***/* saylı kredit müqaviləsi üzrə tutmanın ipoteka predmetinə yönəldilməsi barədə bildirişin qeydə alınması üçün AR ƏMDK Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin * saylı Bakı Ərazi İdarəsinə bildiriş göndərmiş, həmin bildiriş adı çəkilən İdarətərəfindənqeydəalınmışdır.

13. cavabdeh1 İman oğlu fərdi sahibkar olmaqla vergi uçotuna alınmış vergi ödəyicisidir.

İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Bakı şəhəri Xətai rayon Məhkəməsindəki icraat

14. İddiaçı BOKT MMC (iddiaçı) cavabdeh1 İman oğluna (cavabdeh) qarşı iddia ərizəsi (birinci iddia ərizəsi) ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə (məhkəmə) müraciət edərək, cavabdehlə arasında bağlanmış 2018-ci il ## ###### tarixli ***/* nömrəli kredit müqaviləsinin ləğv edilməsi, həmin müqavilə üzrə 2020-ci il # #### tarixinə hesablanmış kreditin əsas məbləğindən qalan 23 397,70 manat əsas, əsas məbləğə hesablanmış 5306,71 manat faiz, 2038,43 manat vaxtı keçmiş kreditə görə ikiqat hesablanmış cərimə borcu olmaqla cəmi 30 742,84 manat borcun, həmçinin iddia ərizəsi üçün dövlət büdcəsinə köçürülmüş 30 manat dövlət rüsumunun cavabdehdən xeyrinə tutulması, kredit müqaviləsinin təminatı məqsədilə ipotekaya qoyulmuş cavabdehin mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 143,92 kv.m olan ** nömrəli mənzilə tutma yönəldilməsi, ipoteka ilə yüklü edilmiş mənzilin ilkin satış qiymətinin 200 000 manat məbləğində müəyyən edilməsi, mənzilin açıq hərracda satılması, cavabdehin və həmin mənzildə qeydiyyatda olan, yaşayan şəxslərin evdən çıxarılması, cavabdehin iddiaçıya olan borcunun hərracdan əldə olunan vəsaitdən ödənilməsi və vəsaitin qalanhissəsinincavabdehəqaytarılmasıbarədəqətnaməqəbulolunmasınıxahişetmişdir.

15. Həmin iddia ərizəsi məhkəmənin ##.##.2020-ci il tarixli qərardadı ilə icraata qəbul edilmişvəmüvafiqmülkiicraatbaşlanmışdır.

16. İddiaçı cavabdehə və cavabdeh2 (ikinci cavabdeh) qarşı digər iddia ərizəsi (ikinci iddia ərizəsi) ilə məhkəməyə müraciət edərək, cavabdehlə arasında bağlanmış 2017-ci il ## ####### tarixli *** nömrəli kredit müqaviləsinin ləğv edilməsi, həmin müqavilə üzrə 2020-ci il # #### tarixinə hesablanmış kreditin əsas məbləğindən qalan 89 911,75 ABŞ dolları əsas, 15 980,27 ABŞ dolları əsas məbləğə hesablanmış faiz borcu olmaqla cəmi 105 892,02 ABŞ dolları borcun, həmçinin iddia ərizəsi üçün dövlət büdcəsinə köçürülmüş 30 manat dövlət rüsumunun cavadehlərdən xeyrinə tutulması, kredit müqaviləsinin təminatı məqsədilə ipotekaya qoyulmuş cavabdehin mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Sabit Orucov küçəsi, 1184-cü məhəllə, ev 23 ünvanında yerləşən, ümumi sahəsi 143,92 kv.m olan ** nömrəli mənzilə tutma yönəldilməsi, ipoteka ilə yüklü edilmiş mənzilin ilkin satış qiymətinin 200 000 manat məbləğində müəyyən edilməsi, mənzilin açıq hərracda satılması, cavabdehin və həmin mənzildə qeydiyyatda olan, yaşayan şəxslərin mənzildən çıxarılması, borcun hərracdan əldə olunan vəsaitdən ödənilməsi və vəsaitin qalan hissəsinin cavabdehə qaytarılması barədə qətnamə qəbuledilməsinixahişetmişdir.

17. İkinci iddia ərizəsi məhkəmənin ##.##.2020-ci il tarixli qərardadı ilə icraata qəbul edilmişvəmüvafiqmülkiicraatbaşlanmışdır.

18. İddia onunla əsaslandırılmışdır ki, cavabdeh kredit müqavilələri üzrə üzərinə götürdüyüöhdəlikləriicraetməmişvəbununladamüqaviləşərtlərinipozmuşdur.

19. Məhkəmənin ## #### 2021-ci il tarixli qərardadı ilə qeyd olunan mülki işlərin bir icraatda birləşdirilməsi qərara alınmış, ## ###### 2022-ci il tarixli qətnamə ilə isə, iddia tələblərinin qismən təmin edilməsi, cavabdeh1 İman oğlu və İddiaçı BOKT MMC arasında bağlanılmış ## ###### 2018-ci il tarixli 023/2-saylı kredit müqaviləsinin ləğv olunması, cavabdeh1 İman oğlundan ## ###### 2018-ci il tarixli ***/* saylı kredit müqaviləsi üzrə əsas borca görə 23397,70 (iyirmi üç min üç yüz doxsan yeddi manat 70 qəpik) manat, faiz borcuna görə 5306,71 (beş min üç yüz altı manat 71 qəpik) manat, cərimə borcuna görə 2038,43 (iki min otuz səkkiz manat 43 qəpik) manat olmaqla cəmi 30742,84 (otuz min yeddi yüz qırx iki manat 84 qəpik) manatın və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manatın alınaraq İddiaçı BOKT MMC-yə ödənilməsi, cavabdeh1 İman oğlu və İddiaçı BOKT MMC arasında bağlanılmış ## ####### 2017-ci il tarixli *** saylı kredit müqaviləsinin ləğv edilməsi, cavabdeh1 İman oğlundan və cavabdeh2 müştərək qaydada ödəniş gününə qüvvədə olan məzənnə ilə ## ####### 2017-ci il tarixli *** saylı kredit müqaviləsi üzrə əsas borca görə 89 911,75 (səkksən doqquz min doqquz yüz on bir ABŞ dolları 75 sent) ABŞ dolları, faiz borcuna görə 15980,27 (on beş min doqquz yüz səkksən ABŞ dolları 27 sent) ABŞ dolları olmaqla cəmi 105892,02 (yüz beş min səkkiz yüz doxsan iki aBş dolları 02 sent) ABŞ dolları məbləğində borcun və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manatın alınaraq İddiaçı BOKT MMC-yə ödənilməsi, tələbin cavabdeh1 İman oğluna məxsus olan Bakı şəhəri, Xətai rayonu, Sabit Orucov küçəsi, 1184-cü məhəllə, ev 23 ünvanında yerləşən ** saylı mənzilə yönəldilməsi, Bakı şəhəri, Xətai rayonu, Sabit Orucov küçəsi, 1184-cü məhəllə, ev 23 ünvanında yerləşən ** saylı mənzilin ilkin satış qiymətinin 195 500 (bir yüz doxsan beş min, beş yüz) manat məbləğində müəyyən edilməklə açıq hərracdan satılması, mənzillərin satılmasından əldə edilən vəsaitdən ## ###### 2018-ci il tarixli ***/* saylı kredit müqaviləsi üzrə əsas borca görə cəmi 30742,84 (otuz min yeddi yüz qırx iki manat 84 qəpik) manatın, ## ####### 2017-ci il tarixli *** saylı kredit müqaviləsi üzrə ödəniş gününə güvvədə olan məzənnə ilə əsas borca görə 89911,75 (səkksən doqquz min doqquz yüz on bir ABŞ dolları 75 sent) ABŞ dolları, faiz borcuna görə 15980,27 (on beş min doqquz yüz səkksən ABŞ dolları 27 sent) ABŞ dolları, cəmi 105892,02 (yüz beş min səkkiz yüz doxsan iki ABŞ dolları 02 sent) ABŞ dolları məbləğində Azərbaycan Respublikası manatının və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 60 (altmış) manatın İddiaçı BOKT MMCyə ödənilməsi, satışdan əldə olunmuş pul vəsaiti artıq olduqda qalan pul vəsaitinin cavabdeh1 İman oğluna qaytarılması, iddia tələbinin qalan hissədə təmin edilməməsi, məhkəmə xərclərinin dəyəri olaraq 200 (yüz) manatın cavabdeh1 İman oğlundan və cavabdeh2 müştərək qaydada alınaraqdövlətbüdcəsinəödənilməsiqətolunmuşdur.

20. Həmin qətnamədən cavabdeh cavabdeh1 nümayəndəsi apellyasiya şikayəti verərək onun ləğv olunmasını və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini, işə cavabdehin iştirakı olmadan baxıldığı, borcun məbləğinin və ipoteka predmetinin dəyərinin düzgün müəyyənləşdirilmədiyi, araşdırma aparılmadan qanunsuz qərar çıxarıldığıarqumentləriiləəsaslandırmışdır.

b) Bakı Apellyasiya Məhkəməsindəki birinci icraat

21. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2023-cü il ## #### tarixli qərardadı ilə apellyasiya şikayəti qismən təmin olunmuş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## ###### 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi və işin aidiyyati üzrə baxılmasıüçünBakıKommersiyaMəhkəməsinəgöndərilməsiqəraraalınmışdır.

c) Bakı Kommersiya Məhkəməsindəki icraat

22. İşə Bakı Kommersiya Məhkəməsində (məhkəmə və ya birinci instansiya məhkəməsi) baxılarkən (2023-cü il ## ####### tarixində) iddiaçının nümayəndəsi iddia tələbinin artırılması barədə ərizə verərək, iddiaçı və cavabdeh arasında bağlanmış 2017-ci il ## ####### tarixli *** nömrəli kredit müqaviləsinin ləğv edilməsi, kredit üzrə gecikmiş borc məbləği 89 911,75 ABŞ dolları, kredit üzrə gecikdirilmiş faiz borc məbləği 46 294,56 ABŞ dolları olmaqla, cəmi 136 206,31 ABŞ dolları məbləğdə kredit borcunun və iddiaçı tərəfindən 2017-ci il ## ####### tarixli *** nömrəli kredit müqaviləsi üzrə borc tələbi üçün məhkəməyə ödənilmiş cəmi 283 manat məbləğində dövlət rüsumunun cavabdeh və ikinci cavabdehdən müştərək qaydada tutularaq birdəfəlik şəkildə iddiaçıya ödənilməsi, iddiaçı və cavabdeh arasında bağlanmış 2018-ci il ## ###### tarixli ***/* nömrəli kredit müqaviləsi üzrə kredit üzrə gecikmiş borc məbləği 23 397,87 manat, kredit üzrə gecikmiş faiz borc məbləği 31 498,71 manat olmaqla, cəmi 54 896,58 manat məbləğdə kredit borcunun və iddiaçı tərəfindən 2018-ci il ## ###### tarixli ***/* nömrəli kredit müqaviləsi üzrə borc tələbi üçün məhkəməyə ödənilmiş cəmi 202 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq birdəfəlik şəkildə iddiaçıya ödənilməsi, iddia tələbi üzrə tutmanın kredit öhdəliklərinin təminatı üsulu kimi iddiaçının xeyrinə yüklülüyü Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınan, xüsusi mülkiyyət hüququ ilə cavabdehə məxsus olan ünvan 1 ünvanında yerləşən 143,92 kv.m ümumi sahədən ibarət ** nömrəli mənzilə yönəldilməsi, ipoteka predmeti olan həmin mənzilin ilkin satış qiyməti 200 000 manat məbləğində müəyyən edilməklə açıq hərracda satılması və iddia tələbi üzrə ümumi borcun həmin satışdan əldə edilən pul vəsaiti hesabına iddiaçıya ödənilməsi, ipoteka predmeti olan həmin daşınmaz əmlakın satışından əldə edilən pul vəsaiti iddia tələbi üzrə ümumi borcun ödənilməsi üçün kifayət etmədiyi halda, qalıq borc məbləğinin ümumi icra qaydasında cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, iddia tələbi üzrə tutma Bakı şəhəri, Xətai rayonu, Sabit Orucov küçəsi, 1184-cü məhəllə, ev 23 ünvanında yerləşən 143,92 kv.m ümumi sahədən ibarət ** nömrəli mənzilə yönəldildikdə və o satıldıqda həmin mənzildə yaşayan şəxslərin oradan məcburi qaydada çıxarılması və ipoteka predmeti olan həmin daşınmaz əmlakın boşaldılması barədəqətnaməqəbulolunmasınıxahişetmişdir.

23. Birinci instansiya məhkəməsinin 2024-cü il ## ### tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, 2017-ci il ## ####### tarixli *** nömrəli kredit müqaviləsi üzrə cavabdehlərdən müştərək qaydada 89 911,75 ABŞ dolları əsas borcun, 46 294,56 ABŞ dolları faiz borcunun tutularaq iddiaçıya ödənilməsi; cavabdehlərdən müştərək qaydada dövlət rüsumunun əvəzi olaraq cəmi 521,55 manatdan 283 manatın tutularaq iddiaçıya, 238,55 manatın isə dövlət büdcəsinə ödənilməsi; 2018-ci il ## ###### tarixli ***/* nömrəli kredit müqaviləsi üzrə cavabdehdən 23 397,87 manat əsas borc, 14 479,85 manat faiz borcu və dövlət rüsumunun əvəzi olaraq 202 manatın tutularaq iddiaçıya ödənilməsi; tələb üzrə tutmanın cavabdehə məxsus Bakı şəhəri, Xətai rayonu, Sabit Orucov küçəsi, 1184-cü məhəllə, ev 23 ünvanında yerləşən 143.92 kv.m ümumi sahədən ibarət ** nömrəli mənzilə yönəldilməsi, həmin əmlakın açıq hərracda satılması, əmlakın ilkin satış qiymətinin 271 000 manat məbləğində müəyyən edilməsi, əmlakın satışından əldə olunmuş vəsait hesabına iddiaçının borc tələbinin ödənilməsi, satışdan əldə edilən məbləğ tutulan məbləğdən artıq olduqda isə artıq qalmış məbləğin cavabdehə qaytarılması, satışlardan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qalan məbləğin müvafiq olaraq cavabdehlərdən tutulması, ipoteka predmeti olan, Bakı şəhəri, Xətai rayonu, Sabit Orucov küçəsi, 1184-cü məhəllə, ev 23 ünvanında yerləşən 143,92 kv.m ümumi sahədən ibarət ** nömrəli mənzil satıldıqdan sonra 1 ay ərzində təhvil verilmədiyi halda məcburi qaydada boşaldılması, qalan hissədə iddia tələbinin rədd edilməsi, kəm ödənilən 53 manat məbləğində dövlət rüsumunun iddiaçıdan tutularaq dövlət büdcəsinə ödənilməsi, əmlakın qiymətləndirilməsi üçün xərclənmiş 300 manat məbləğində pul vəsaitinin cavabdehlərdən müştərək qaydada tutularaq “xxxx” MMC-nin hesabına keçirilməsi, məhkəməmühasibatlıq ekspertizalarının keçirilməsinə xərclənmiş 150 manat məbləğində pul vəsaitinin cavabdehlərdən müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi MəhkəməEkspertizasıMərkəzininhesabınakeçirilməsiqətedilmişdir.

24. Birinci instansiya məhkəməsi əsas və faiz borcunun məbləğinin müəyyən edilməsi məqsədilə məhkəmə-mühasibatlıq ekspertizası təyin etmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi MEM-in 2024-cü il # #### tarixli */**** nömrəli rəyinə əsasən 2017-ci il ## ####### tarixli *** nömrəli kredit müqaviləsi üzrə cavabdehin 2023-cü il ## ######## tarixinə əsas borcu 89 911,75 ABŞ dolları, faiz borcu 56 469,57 ABŞ dolları, 2023-cü il ## ####### tarixinə əsas borcu 89 911,75 ABŞ dolları, faiz borcu 57 483,58 ABŞ dolları, 2018-ci il ## ###### tarixli ***/* nömrəli kredit müqaviləsi üzrə 2021-ci il ## ###### tarixinə əsas borcu 23404,92 manat, faiz borcu 14 479,85 manat, 2023-cü il ## ######## tarixinə əsas borcu 23404,92 manat, faiz borcu 14 479,85manat,illik5%dərəcəsiiləfaizborcu2064,18manatmüəyyənedilmişdir.

25. Beləliklə, müəyyən olunmuşdur ki, iddiaçının müqavilələr üzrə tələb etdiyi əsas borc məbləğləri üzrə sadəcə 2017-ci il ## ####### tarixli *** nömrəli kredit müqaviləsi üzrə iddia tələbi ekspert rəyində müəyyən edilən əsas borcla eynilik təşkil etdiyindən, yəni 89 911,75 ABŞ dolları həddində, faiz borcu isə ekspert rəyində iddia tələbindən daha yüksək göstərildiyindən və iddia həmin hissədə artırılmadığı üçün iddia tələbində qeyd olunan 46 294,56 ABŞ dolları həddində, o cümlədən 2018-cil il 21 dekabr tarixli ***/* nömrəli kredit müqaviləsi üzrə əsas borc ekspert rəyində daha yuxarı həddə müəyyən edildiyindən, iddia tələbində tələb olunan 23 397,87 manat həddində, faiz borcu isə ekspert rəyində iddia tələbindən daha aşağı müəyyən edildiyi üçün, ekspert rəyində göstərilən 14 479,85 manat həddində müəyyən edilməklə cavabdehlərdən birgə tutulmasıqanunamüvafiqvəədalətlidir.

26. Məhkəmə həmçinin 2017-ci il ## ####### tarixli *** nömrəli kredit müqaviləsinin ləğv edilməsi tələbinə dair hissədə hesab etmişdir ki, iddia təmin edilməməlidir. Belə ki, müqavilənin 2.1-ci bəndinə əsasən kredit müddəti 72 ay, yəni 2023-cü il ## ####### tarixinə kimi müəyyən edilmişdirvəişəbaxıldığımüddətdəartıqmüqaviləmüddətibitmişdir.

27. Həmçinin məhkəmə qeyd etmişdir ki, birləşmiş işlər üzrə cavabdehlər kredit müqaviləsinə əsasən üzərlərinə götürdüyü öhdəliyin icrasını 90 təqvim günündən daha çox müddətə gecikdirmişlər. Nəticədə "İpoteka haqqında” Qanunun 34.1.1-ci bəndinə əsasən ipotekasaxlayanınipotekapredmetinətutmanınyönəldilməsihüququyaranmışdır.

28. Belə olan halda məhkəmə hesab etmişdir ki, ipotekaya tutma yönəldilməsi tələbinə dair hissədə iddia təmin edilməli, tələb üzrə tutma cavabdehə məxsus Bakı şəhəri, Xətai rayonu, Sabit Orucov küçəsi, 1184-cü məhəllə, ev 23, ** nömrəli mənzilə yönəldilməli, həmin əmlak açıq hərracda satılmalı, əmlakın satışından əldə olunmuş vəsait hesabına iddiaçının borc tələbi ödənilməli, satışdan əldə edilən məbləğ tutulan məbləğdən artıq olduqda isə artıq qalmış məbləğ cavabdehə qaytarılmalıdır. Satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyihaldaqalanməbləğlərmüvafiqolaraqcavabdehvəikincicavabdehdəntutulmalıdır.

29. İşə kommersiya məhkəməsində baxılarkən (əmlakın əvvəlki məhkəmə qiymətləndirməsindən bir neçə il keçdiyi üçün) məhkəmə tərəfindən ipoteka predmetlərinin real bazar qiymətinin və likvid dəyərinin müəyyən edilməsi ilə bağlı qiymətləndirici şirkətin yeni rəyi alınmışdır.

30. “xxxx” MMC-nin 2024-cü il ## ##### tarixli LP-***/**** nömrəli mütəxəssis rəyinə əsasən cavabdehin mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən mənzilin real bazar qiyməti 287000manat,likviddəyəri271000manatdəyərindəolmasımüəyyənedilmişdir.

31. Belə olan halda məhkəmə "xxxx” MMC-nin rəylərində müəyyən edilmiş müvafiq olaraq olan ünvan 3 mənzilin likvid qiyməti 271 000 manat ipoteka predmetinin ilkin satış qiyməti kimi müəyyən edilməsini məqsədə müvafiq hesab etmiş və göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlmişdir ki, Bakı şəhəri, Xətai rayonu, Sabit Orucov küçəsi, 1184-cü məhəllə, ev 23, **nömrəlimənzilinilkinsatışqiyməti271000manatməbləğindəmüəyyənedilməlidir.

32. İddianın "tələbi üzrə tutmanın ünvan 2 ünvanında yerləşən 143.92 kv.m ümumi sahədən ibarət ** nömrəli mənzilə yönəldildikdə və o satıldıqda həmin mənzildə yaşayan şəxslərin oradan məcburi qaydada çıxarılması və ipoteka predmeti olan həmin daşınmaz əmlakın boşaldılması” hissəsi ilə bağlı məhkəmə qeyd etmişdir ki, mübahisənin predmeti olan ipoteka müqavilələri qanunda (2018-ci il ## ######) dəyişiklik edilmədən öncə 2017-ci il ## ####### və 2018-ci il ## ###### tarixlərində bağlandığından hazırkı qanunvericliyin müddəası həmin müqaviləyə tətbiq edilə bilməz. Həmin müddəalar tətbiq edildiyi halda bu tələblərlə bağlı ayrıca iddianın irəli sürülməsi və məhkəmə tərəfindən baxılması üçün əsaslar mövcud olmadığından, iş üzrə icraata xitam verilməli idi. Buna görə də hazırkı mübahisə üzrə qanunun həmintarixdənəvvəlkiredaksiyadaolanmüddəalarıtətbiqolunmalıdır.

33. Hazırkı halda məhkəmə hesab etmişdir ki, ipotekaya qoyulmuş Bakı şəhəri, Xətai rayonu, Sabit Orucov küçəsi, 1184-cü məhəllə, ev 23, ** nömrəli mənzilin boşaldılması hissəsindəiddiaəsaslıolmaqlatəminedilməlidir.

34. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269, 270.1, 385.1, 386, 442, 443.1, 448.1, 470.1, 472.1, 472.2, 739, 741, 743-cü maddələri; “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.6, 1.0.9, 3.1, 10.4, 11.1, 11.2, 34.1.1, 34.1.3, 39.3, 41.1, 47.5, 59.3.1, 59.3.2, 59.4-cü maddələri; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.1, 14.2, 77.1, 88, 107, 119.1, 218.3-cü maddələrinəistinadetməkləəsaslandırmışdır.

35. Cavabdeh (cavabdeh1 İman oğlu) apellyasiya şikayəti verərək qətnamənin qismən faiz borcunun tutulması və ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində ləğv edilərək, iş üzrə təkrar ekspertiza təyin edilməklə həmin hissələrdə düzgün və ədalətli qətnamə çıxarılmasınıxahişetmişdir.

d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

36. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il ## ###### tarixli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi kredit müqavilələri üzrə faiz borcunun tutulması və ipoteka predmetinin dəyəri hissələrində dəyişdirilmiş, cavabdehlərdən müştərək qaydada 2017-ci il ## ####### tarixli *** nömrəli kredit müqaviləsi üzrə 8671,49 ABŞ dolları faiz borcunun, cavabdehdən 2018-ci il ## ###### tarixli ***/* nömrəli kredit müqaviləsi üzrə 3058,24 manat faiz borcunun tutularaq iddiaçıya ödənilməsi; cavabdehin mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən mənzilin ilkin satış qiymətinin 372 000 manat müəyyən edilməsi; qətnamənin qalan hissədədəyişdirilmədənsaxlanılmasıqətolunmuşdur.

37. Kollegiya hesab etmişdir ki, mülki qanunvericiliyin normaları və müqavilə şərtləri baxımından tərəflər arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və birinci instansiya məhkəməsi haqlı olaraq həmin münasibətlər çərçivəsində apellyatorun hərəkətləriniöhdəliyinlazımıncaicraedilməməsikimiqiymətləndirmişdir.

38. Cavabdeh öhdəliyini lazımınca icra etmədiyini mübahisələndirməsə də, cavabdehdən tutulanfaizborcununməbləğiilərazılaşmamışdır.

39. Cavabdehin apellyasiya şikayətinin dəlilləri nəzərə alınaraq Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyası tərəfindən kompleks məhkəmə-əmtəəşünaslıq və məhkəmə-mühasibatlıqekspertizalarıtəyinedilmişdir.

40. Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 2025-ci il ## #### tarixli */** nömrəli ekspert rəyinə əsasən 2017-ci il ## ####### tarixli *** nömrəli kredit müqaviləsi üzrə 2019-cu il # ###### tarixinə əsas borc 89 911,75 dollar, faiz borcu 8671,49 dollar, 2019-cu il ## ###### tarixinə əsas borc 89 911,75 dollar, faiz borcu 8951,21 dollar; 2018-ci il ## ###### tarixli ***/* nömrəli kredit müqaviləsi üzrə 2019-cu il # ###### tarixinə əsas borc 23 404,92 manat, faiz borcu 3058,24 manat, 2019-cu il ## ###### tarixinə əsas borc 23 404,92 manat, faiz borcu 3183,07manatmüəyyənedilmişdir.

41. “xxxx” MMC-nin 2025-ci il ## ####### tarixli MEB-***-**** nömrəli mütəxəssis rəyinə əsasən, cavabdehin mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən mənzilin real bazar qiyməti 413000manat,likviddəyəri372000manatmüəyyənedilmişdir.

42. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərini, kredit müqaviləsinə aid ödəniş cədvəlini, iddiaçı tərəfindən təqdim olunmuş hesabdan çıxarışı, kredit borcunun hesablanması barədə arayışı, 2025-ci il ## #### tarixli */** nömrəli ekspert rəyini araşdıraraq kollegiya hesab etmişdir ki, əsas borca aid hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticəqanunivəəsaslıdır.

43. Məhkəmə kollegiyası hesab etmişdir ki, faiz borcuna aid hissədə məhkəmənin gəldiyi nəticə işin hallarına uyğun deyil. Belə ki, iş materiallarından müəyyən edilmişdir ki, 2019-cu il # ###### tarixində iddiaçı tərərfindən cavabdehə göndərilmiş bildirişdə 2017-ci il ## ####### tarixli *** nömrəli və 2018-ci il ## ###### tarixli ***/* nömrəli kredit müqavilələri üzrə cəmi əsas borcunödənilməsitələbiirəlisürülmüşdür.

44. Məhkəmə kollegiyası tərəflər arasında bağlanmış 2017-ci il ## ####### tarixli *** nömrəli və 2018-ci il ## ###### tarixli ***/* nömrəli kredit müqavilələrinin şərtlərində müqavilədən birtərəfli imtinaya yol verildiyini, cavabdehin müqaviləni əhəmiyyətli dərəcədə pozduğunu, MM-in 421.2 və 421.3-cü maddələrinin tələblərini və Konstitusiya Məhkəməsi Plenumunun 2023-cü il ## #### tarixi Qərarında əks olunmuş hüquqi mövqeyi nəzərə alaraq hesab etmişdir ki, tərəflər arasında bağlanmış kredit müqavilələri 2019-cu il # ###### tarixindən ləğvolunmuşhesabedilir.

45. Bu baxımdan kollegiya hesab etmişdir ki, iddiaçı yalnız həmin tarixə qədər hesablanmışfaizborcununtutulmasınıtələbetməkdəhaqlıdır.

46. Beləliklə, faiz borcun məbləği sonuncu ekspert rəyinə uyğun olaraq 2017-ci il ## ####### tarixli *** nömrəli kredit müqaviləsi üzrə 8671,49 ABŞ dolları, 2018-ci il ## ###### tarixli ***/*nömrəlikreditmüqaviləsiüzrəisə3058,24manatmüəyyənedilməlidir.

47. Həmçinin ötən dövr ərzində daşınmaz əmlak qiymətlərinin artma tendensiyası göstərdiyinin hər kəs tərəfindən bilinən reallıq olduğunu nəzərə alan kollegiyanın qənaətinə görə, sonuncu rəy işdəki digər sübutlarla birgə dəyərləndirilərək əmlakların ilkin satış qiyməti 372000manatməbləğindəmüəyyənləşdirilməlidir.

48. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni MM-in 5.3, 14.2.1, 317, 319.1, 319.6, 385.1, 386.1, 390.5, 404, 425.1, 442, 448.1, 460.1, 739.1, 741-ci maddələri; "İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33, 34.1.1, 39.3, 48.1-ci maddələri və MPMin 14.2, 77.1, 88, 103.1,217.3, 385.1,385.2-cimaddələrinəistinadetməkləəsaslandırmışdır.

49. İddiaçı kassasiya şikayəti verərək, həmin qətnamənin faiz borcuna aid hissədə ləğv edilməsihaqqındayeniqərarqəbulolunmasınıxahişetmişdir.

50. Cavabdeh də kassasiya şikayəti verərək qətnamənin - cavabdehə məxsus və ipoteka predmeti olan mənzilin ilkin satış qiymətinin müəyyənləşdirilməsi hissəsində ləğv, həmin hissədə sözügedən əmlakın yenidən qiymətləndirilərək ilkin satış qiymətinin artırılmasına və faiz borcununləğvedilməsinədairyeniqərarqəbulolunmasınıxahişetmişdir.

e) Kassasiya instansiyası məhkəməsindəki icraat

51. Azərbaycan Respublikası Ali Məhkəməsinin ## ##### 2026-cı il tarixli qərarı ilə cavabdeh1 İman oğlu tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməməsi, İddiaçı BOKT (“xxxx”) MMC tərəfindən verilmiş kassasiya şikayətinin qismən təmin təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2025-ci il ## ###### tarixli qətnaməsinin qismən, yəni faiz borcunun tutulması hissəsində ləğv olunması və işin həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması, qətnamənin mübahisələndirilənqalanhissədədəyişdirilmədənsaxlanılmasıqəraraalınmışdır.

52. Kassasiya instansiyası məhkəməsi öz mövqeyini aşağıda göstərildiyi kimi əsaslandırmışdır:

 Məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətinin dəlillərini apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin həmin hissədə ləğvi üçün əsas hesab etmir və bildirir ki, apellyasiya instansiyası məhkəməsinin müəyyən etdiyi hallar üzrə hüquqi dəyərləndirməsi şikayətin dəlillərində göstərilən hüquqi məsələlərə tam cavab verir. Kollegiya həmin hüquqi dəyərləndirmə ilə razılaşır və təkrarlanmasına zərurət görmür.  Eyni zamanda, hər iki kassasiya şikayətində işin hallarının və sübutların düzgün qiymətləndirilməməsi ilə əsasaslandırılmış dəlillər də əsassızdır.

 Bununla yanaşı kollegiya hesab edir ki, faiz borcuna aid hissədə iddiaçının kassasiya şikayətinin dəlilləri qismən əsaslı hesab edilməlidir.

 Belə ki, iddiaçının cavabdehlərə ünvanladığı 2019-cu il # ###### tarixli məktubda iddiaçı, tərəflər arasında bağlanmış kredit müqavilələri üzrə əsas və faiz borcunun ödənilməsi öhdəliyinin yerinə yetirilməsini xahiş etmişdir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin sözügedən bildirişin verildiyi 2019-cu il # ###### tarixinə kredit müqavilələrinə birtərəfli qaydada xitam verilməsi və həmin tarixədək faiz məbləğinin tutulması barədə nəticəsi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2023-cü il ## #### tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyə uyğun olmuşdur.

 Belə ki, MM-nin 421.2-ci maddəsində sadalanan iki əsasdan biri olduğu halda (digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə (və ya müqavilədə) nəzərdə tutulan digər hallarda) müqaviləni ləğv etmənin məhkəmədən kənar qaydada baş verməsinin mümkünlüyü, MM-in 421.3-cü maddəsinə əsasən tərəfin müqaviləni birtərəfli qaydada aradan qaldırmaq hüququna malik olması, müqavilənin ləğv edilməsinin bir tərəfin iradə ifadəsinin digər tərəfə bildirilməsi ilə həyata keçirilməsi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair ## #### 2023-cü il tarixli Qərarında göstərilmişdir.

 2019-cu il # ###### tarixindən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizənin 2023-cü il ## ####### tarixinədək sözügedən kredit müqavilələri üzrə faizin tutulması tələbinə gəldikdə, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin həmin müddət üçün iddiaçının faiz tələbinin təmin olunmamasına dair nəticəsi ilə aşağıdakılara əsasən razılaşmır.

 Qeyd olunmalıdır ki, faiz bir qayda olaraq kreditorun pul vəsaitindən istifadə edilməsinin qarşılığı kimi hesablanan məbləğdir. Kredit borcuna hesablanması mümkün olan faizlər mahiyyət etibarilə bir-birindən fərqlənir. Tərəflər arasında bağlanmış kredit müqaviləsi qüvvədə olduğu dövrdə həmin əqdlə razılaşdırılmış müqavilə faizi (əsas kapitaldan istifadə faizi) və müqavilə ləğv edildikdən sonra tələb edilən gecikdirmə faizi (MM-in 445.7-ci maddəsində nəzərdə tutulmuş illik 5 faiz) fərqləndirilir.

 Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2023-cü il ## #### tarixli Qərarında kredit müqaviləsi üzrə borcun müqavilədə nəzərdə tutulan qaydada ödənişinin gecikdirilməsi nəticəsində borc verənin müqavilə müddətinin bitməsini gözləmədən bütün məbləğin ödənilməsini tələb etdiyi (müqavilədən imtina etdiyi) halda, eləcə də kreditorun tələbinin ipoteka predmetinə yönəldildiyi təqdirdə müqavilə tərəflərinin hüquqi vəziyyəti ilə bağlı qeyd etmişdir ki, "müqavilənin qüvvədə olma müddətinin bitməsi anından sonrakı dövr üçün müqavilə münasibətlərinə xitam verilsə də, bu ana qədər yaranmış olan hüquq və öhdəliklər və bunların pozulmasının hüquqi nəticələri birbaşa müqavilə münasibətlərinin hüquqi rejimindən irəli gəlir. ...Konstitusiya Məhkəməsi Plenumunun 2014-cü il ## ###### tarixli Qərarında da formalaşdırdığı hüquqi mövqeyə görə, müqavilənin qüvvədə olma müddətinin bitməsi müqavilə tərəflərinin qarşılıqlı hüquqi bağlılığının bitməsi anlamına gəlmir. Kredit müqaviləsi üzrə öhdəliyin pozulması səbəbindən kreditorun Mülki Məcəllənin 447.1ci maddəsinə əsasən müqavilədən imtina etdiyi təqdirdə, həmin anadək gecikdirilmiş annuitet ödənişlərinə yaranmış tələb müqavilənin ləğvindən sonra da qüvvədə qalır. Bu öhdəlik müqavilənin ləğv edilməsindən əvvəl yarandığı üçün kreditor onun ödənilməsini tələb etməkdə haqlıdır. Həmçinin, bir tərəfin müqavilə öhdəliyini əhəmiyyətli dərəcədə pozmaqla qarşı tərəfə zərər vurması halında qarşı tərəfin (kontragentin) müqaviləni ləğv etməsi, onun məruz qaldığı zərərin ödənilməsini tələb etmək hüququndan məhrum olunması, hüquqa zidd hərəkət edən şəxsin isə mülki məsuliyyətdən azad edilməsi kimi qiymətləndirilə bilməz. Bu halda kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş əlavə müddət bitənədək (ləğv anınadək) pul vəsaitindən istifadə haqqını (faizləri), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. ... öhdəliyin pozulması səbəbindən kreditor tərəfindən müddət bitənədək müqavilədən imtina olunması və bununla da müqaviləyə xitam verilməsi, o cümlədən tələbin ipoteka predmetinə yönəldilməsi halında, kreditor Mülki Məcəllənin 445.7-ci maddəsi ilə müəyyən edilmiş qanuni faizin - gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğin ödənilməsi barədə tələb irəli sürə bilər”.

 Baxılan iş üzrə iddia ərizəsinin və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizənin məzmunundan göründüyü kimi, iddiaçı, tərəflər arasında bağlanmış kredit müqaviləsi üçün əsas borcu və həmin borca hesablanmış faiz borcunu tələb edir.

 Apellyasiya instansiyası məhkəməsi faiz tələbinə qiymət verərkən nəzərə almamışdır ki, iddiaçı, iddia tələbinin həcminin artırıldığı 2023-cü il ## ####### tarixinədək də faizin tutulmasını xahiş etmişdir. Lakin məhkəmə tərəfindən həmin dövr üzrə faizin tutulması tələbinə, tətbiq edilməli olan maddi hüquq normasının tələbləri baxımından qiymət verilməmişdir. Halbuki, MM-in 445.7-ci maddəsində (zamana görə qüvvədə olan redaksiyası) göstərilmişdir ki, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur.

 Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, işin yeni apellyasiya baxışı zamanı iddiaçının kredit müqavilələri üzrə faiz tələbinə yuxarıda qeyd olunanlar və MM-nin 445.7-ci maddəsinin tələbləri baxımından yenidən hüquqi qiymət verilməlidir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsi kredit müqavilələri üzrə faiz borcunun tutulması hissəsində maddi hüquq normalarının pozulmasına görə ləğv edilməli, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanmalıdır.

Təkrar apelyasiya baxışı, izahat

53. İşə baxılmasının vaxtı (yeri) barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh1 İman oğlu və digər cavabdeh məhkəməyə gəlməmiş, məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi kassasiya instansiyası məhkəməsinin qərarında şərh olunanlara istinadla şikayətinəsassızolduğunubildirmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

54. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanlahəyatakeçirməyəborcludurlar.

55. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyinməzmunuiləmüəyyənləşdirilmişdigərşərtləripozmaqlaicraedilməsi)başadüşülür.

56. Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısındaməsuliyyətdaşıyır.

57. Maddə 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyinonunicrasıüçünmüəyyənləşdirilmişmüddətdəicraedilməməsi.

58. Maddə 445.7. Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğəillikbeşfaizinödənilməsinitələbedəbilər.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

59. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardanistifadəetməlidir.

60. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübutetməlidir.

61. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəməüçünqabaqcadanmüəyyənedilmişqüvvəsiyoxdur.

62. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinəuyğunəsaslandırılmalıdır.

63. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarınauyğungəlməməsi.

64. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının həddi

65. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

66. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

67. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı apellyasiya baxışının həddini birinci instansiya məhkəməsinin qətnaməsinin qismən – 2017-ci il ## ####### tarixli *** nömrəli kredit müqaviləsi üzrə cavabdehlərdən (cavabdeh1 İman oğlundan və cavabdeh2) müştərək qaydada 46 294,56 ABŞ dolları faiz borcunun, 2018-ci il ## ###### tarixli ***/* nömrəli kredit müqaviləsi üzrə cavabdehdən (cavabdeh1 İman oğlundan) 14 479,85 manat faiz borcunun tutularaq iddiaçıya ödənilməsi - hissəsində əsaslılığının və qanuniliyinin yoxlanılması təşkil edir. Belə ki, apellyasiya instansiyası məhkəməsinin əvvəlki qətnaməsi yalnız sözügedən hissədə ləğv olunmaqla iş yeni apellyasiya baxışına qaytarılmış, iddianın təmin olunmayan digər hissəsi ümumiyyətlə iddiaçı tərəfindən mübahisələndirilməmiş, qətnamənin digər hissələri isə kassasiya instansiyasıməhkəməsitərəfindənqüvvədəsaxlanılmışdır.

68. Kollegiya həmçinin qeyd edir ki, hazırkı halda işə yeni apellyasiya qaydasında baxılır və bu zaman apellyasiya instansiyası məhkəməsinin iş üzrə əvvəlki qətnaməsini ləğv etmiş kassasiya məhkəməsinin mövqeyi nəzərə alınmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 420ci maddəsinə görə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlərhəminişəyenidənbaxanməhkəməüçünməcburidir.

İşə təkrar apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi

69. Kassasiya instansiyası məhkəməsinin qərarında şərh olunanları da nəzərə almaqla məhkəmə kollegiyası hеsаb еdir ki, birinci instansiya məhkəməsi “2017-ci il ## ####### tarixli *** nömrəli kredit müqaviləsi üzrə 46 294,56 ABŞ dolları faiz borcunun, 2018-ci il ## ###### tarixli ***/* nömrəli kredit müqaviləsi üzrə 14 479,85 manat faiz borcunun tutulması” nəticəsinə gələrkən hüququ düzgün tətbiq etməmiş, müəyyən olunmuş faktlardan tərəflərin qarşılıqlı münasibətləriüzrəsəhvnəticəyəgəlmişdir.

70. Belə ki, cavabdehlərə kredit müqavilələrinin ləğv ediləcəyi barədə 2019-cu il # ###### tarixində xəbərdarlıq məktubu göndərildiyindən, Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” ##.##.2023-cü il tarixli qərarındakı hüquqi mövqelərə görə, həmin tarixdən sonra müqavilədə nəzərdə tutulmuş faiz dərəcəsi ilə faiz borcu hesablana bilməz; buna görə də, cavabdehlərdən müqavilələr əsasında tutulmalı olan faiz borcunun məbləği ilə bağlı məhz ##.##.2019-cuiltarixinəaparılmışhesablamaəsasgötürülməlidir.

71. Həmin qərarında Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, “kredit müqaviləsi üzrə öhdəliyin pozulması səbəbindən kreditorun Mülki Məcəllənin 447.1-ci maddəsinə əsasən müqavilədən imtina etdiyi təqdirdə, həmin anadək gecikdirilmiş annuitet ödənişlərinə yaranmış tələb müqavilənin ləğvindən sonra da qüvvədə qalır. Bu öhdəlik müqavilənin ləğv edilməsindən əvvəl yarandığı üçün kreditor onun ödənilməsini tələb etməkdə haqlıdır. Həmçinin, bir tərəfin müqavilə öhdəliyini əhəmiyyətli dərəcədə pozmaqla qarşı tərəfə zərər vurması halında qarşı tərəfin (kontragentin) müqaviləni ləğv etməsi onun məruz qaldığı zərərin ödənilməsini tələb etmək hüququndan məhrum olunması, hüquqa zidd hərəkət edən şəxsin isə mülki məsuliyyətdən azad edilməsi kimi qiymətləndirilə bilməz. Bu halda kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş əlavə müddət bitənədək (ləğv anınadək) pul vəsaitindən istifadə haqqını (faizləri), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasındazərərin(realzərərvəəldənçıxmışfaydanın)ödənilməsinitələbedəbilər”.

72. Əvvəlki apellyasiya baxışı zamanı alınmış ekspert rəyi ilə müəyyən olunmuşdur ki, 2017-ci il ## ####### tarixli *** nömrəli kredit müqaviləsi üzrə 2019-cu il # ###### tarixinə əsas borc 89 911,75 dollar, faiz borcu 8671,49 dollar; 2018-ci il ## ###### tarixli ***/* nömrəli kredit müqaviləsi üzrə 2019-cu il # ###### tarixinə əsas borc 23 404,92 manat, faiz borcu 3058,24 manattəşkiletmişdir.

73. Tərəflər arasında bağlanmış 2017-ci il ## ####### tarixli *** nömrəli və 2018-ci il ## ###### tarixli ***/* nömrəli kredit müqavilələrinin şərtlərində müqavilədən birtərəfli imtinaya yol verildiyini, cavabdehin müqaviləni əhəmiyyətli dərəcədə pozduğunu, MM-in 421.2 və 421.3-cü maddələrinin tələblərini və Konstitusiya Məhkəməsi Plenumunun 2023-cü il ## #### tarixi Qərarında əks olunmuş hüquqi mövqeyi nəzərə alan kollegiya hesab edir ki, kredit müqavilələri 2019-cu il # ###### tarixindən ləğv olunmuşdur və bu səbəblə iddiaçının, müqavilələrdə nəzərdə tutulmuş faiz dərəcəsi üzrə irəli sürdüyü tələb, yalnız həmin tarixə qədər hesablanmış həddə(həcmdə)əsaslıhesabolunabilər.

74. Bununla yanaşı qeyd olunmalıdır ki, kassasiya instansiysaı məhkəməsinin də vurğuladığı kimi iddiaçı, iddia tələbinin həcminin artırıldığı 2023-cü il ## ####### tarixinədək də faizin tutulmasını xahiş etmiş, lakin məhkəmə tərəfindən həmin dövr üzrə faizin tutulması tələbinəMM-in 445.7-cimaddəsinintələbləribaxımındanqiymətverilməmişdir.

75. Həmin maddənin dispozitiv şərtlərinə görə kreditor ilk olaraq sübut etməlidir ki, borclu pul məbləğinin ödənilməsini gecikdirib. Bu hal müəyyən olunduqdan sonra isə kreditorun illik 5 faizdən artıq məbləği tələb etməyə hüququnun olub-olmadığı müəyyən edilir. Kreditor gecikdirməni sübut etdikdən sonra hər bir halda illik 5 faiz ödənilməsini tələb etmək hüququna malikdir.

76. Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2014-cü il tarixli Qərarındakı hüquqi mövqeyə görə, banklar əsasən bağladıqları kredit müqavilələri ilə faizlər əldə etmək üçün fəaliyyət göstərirlər və nəticə etibarilə verilən əsas borcla yanaşı, kredit müqaviləsində nəzərdə tutulan faizlərin əldə edilməməsi bankları ödənilməyən bu məbləği dəyərləndirmək imkanlarından məhrum edir. Buna görə də, kredit borcunu vaxtında ödəməməklə borclu kreditora faktiki olaraq əldən çıxmış fayda şəklində zərər vurmuş olur. Bununla yanaşı, icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı MM-in 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Göstərilən maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Lakin bu müddəa kreditorun hər hansı digər əsaslar üzrə borcludan daha böyük məbləğ tələb etmək hüququnu istisna etmir. Belə nəticə MM-in 445.7, 443.1 və 443.2-ci maddələrinin əlaqəli şəkildə təhlilindən irəli gəlir. Beləliklə, kreditorun kredit müqaviləsi üzrə öhdəliklərin icrasının gecikdirilməsi nəticəsində müqavilə əsasında ödənilməli olan vəsaitin (əsas borcun tam və ya müvafiq hissəsinin, hesablanmış faizlərin) yenidən istifadə oluna bilməməsi ilə bağlı dəymiş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ MM-in 21.2, 443.1 və 443.2-ci maddələrinin tələblərindən irəli gəlir.

77. Bu kontekstdə kollegiyanın qənaətinə görə, 2017-ci il ## ####### tarixli *** nömrəli kredit müqaviləsi üzrə ##.##.2019-cu il tarixindən ##.##.2023-cü il tarixinə qədər keçən dövr üçün illik 5% hesabı ilə 17257 ABŞ dolları (89911,75 x 5% x 3 il 10 ay 2 gün = 17257 dollar); 2018-ci il ## ###### tarixli ***/* nömrəli kredit müqaviləsi üzrə ##.##.2019-cu il tarixindən ##.##.2023-cü il tarixinə qədər keçən dövr üçün illik 5% hesabı ilə 4491,5 manat (23397,87 x 5% x 3 il 10 ay 2 gün = 4491,5 manat) faiz hesablana və cavabdehlərdən müvafiq qaydada tutulabilər.

78. Şərh olunanları ümumiləşdirərək kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi “2017-ci il ## ####### tarixli *** nömrəli kredit müqaviləsi üzrə cavabdehlərdən müştərək qaydada 46 294,56 ABŞ dolları faiz borcunun tutularaq iddiaçıya ödənilməsi” və “2018-ci il ## ###### tarixli ***/* nömrəli kredit müqaviləsi üzrə cavabdehdən 14 479,85 manat faiz borcunun tutulması” hissələrində dəyişdirilməli, 2017-ci il ## ####### tarixli *** nömrəli kredit müqaviləsi üzrə tutulmalı faiz borcunun məbləği cəmi 25929,17 ABŞ dolları (8671,49 ABŞ dolları müqavilə faizi + 17257,68 ABŞ dolları müqavilə tarixindən sonrakı 3 il 10 ay 2 gün üçün hesablanan illik 5%) məbləğində, 2018-ci il ## ###### tarixli ***/* nömrəli kredit müqaviləsi üzrə tutulmalı faiz borcunun məbləği isə cəmi 7452,24 manat (3058,24 manat müqavilə faizi + 4394 manat müqavilə tarixindən sonrakı 3 il 10 ay 2 gün üçün hesablanan illik 5%)məbləğindəmüəyyənləşdirilməlidir.

79. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və405-cimaddələrinirəhbərtutaraqməhkəməkollegiyası

QƏT ETDİ:

Apellyasiyaşikayətiqisməntəminedilsin. Bakı Kommersiya Məhkəməsinin e-*-*(***)-***/**** saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi ## ### 2024-cü il tarixli qətnaməsi hazırkı apellyasiya baxışının predmeti olan hissədə, yəni “2017-ci il ## ####### tarixli *** nömrəli kredit müqaviləsi üzrə cavabdehlərdən müştərək qaydada 46 294,56 ABŞ dolları faiz borcunun tutularaq iddiaçıya ödənilməsi” və “2018-ci il ## ###### tarixli ***/* nömrəli kredit müqaviləsi üzrə cavabdehdən 14 479,85 manat faizborcununtutulması”hissələrindədəyişdirilsin. cavabdeh1 İman oğlundan və cavabdeh2 2017-ci il ## ####### tarixli *** nömrəli kredit müqaviləsi üzrə müştərək qaydada cəmi 25929,17 ABŞ dolları (8671,49 ABŞ dolları müqavilə faizi + 17257,68 ABŞ dolları müqavilə tarixindən sonrakı 3 il 10 ay 2 gün üçün hesablanan illik 5%) məbləğində, cavabdeh1 İman oğlundan 2018-ci il ## ###### tarixli ***/* nömrəli kredit müqaviləsi üzrə cəmi 7452,24 manat (3058,24 manat müqavilə faizi + 4394 manat müqavilə tarixindən sonrakı 3 il 10 ay 2 gün üçün hesablanan illik 5%) məbləğində faiz borcu tutularaq İddiaçıBOKTMMC-nəödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən hakim Elnur Həsənov

Hakimlər Tural Qocayev

Səməd Cəfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar