Məhkəmə qərarları › İş №2-2(3-6)-83/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(3-6)-83/2026

25.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(3-6)-83/2026 25.02.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ iddiaçı “X7” Bankının cavabdehlər Cavabdeh1nə və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs İsayev (İsaev) Nəriman (Nariman) Tanrıverdi oğlu) qarşı iddia tələbinə dair kommersiya mübahisəsi üzrə (Açar sözlər: kredit müqaviləsi üzrə borcun tutulması, iddia müddəti) Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Mahmudova Təranə Nəriman qızının sədrliyi və məruzəsi ilə, hakimlər Həsənov Elnur Məmmədsaat oğlu və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Məhərrəmova Günel Elman qızının katibliyi, müstəqil tələb irəli sürməyən üçüncü şəxs İsayev (İsaev) Nəriman (Nariman) Tanrıverdi oğlunun nümayəndəsi (vəkili) Vəkil2 iştirakı ilə, “X7” Bankının Cavabdeh1nə və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs İsayev (İsaev) Nəriman (Nariman) Tanrıverdi oğlu) “kredit müqaviləsi üzrə pulun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli qətnaməsindən müstəqil tələb irəli sürməyən üçüncü şəxs İsayev (İsaev) Nəriman (Nariman) Tanrıverdi oğlunun nümayəndəsi (vəkili) tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxdı. İşin halları

1. “X7” Bankı ilə "xxxx" MMC arasında 21 noyabr 2009-cu il tarixdə 880/M/AZE/11 nömrəli güzəştli kredit müqaviləsi bağlanmış, müqaviləyə, onun tərkib hissəsi olan əlavələrə, qoşmalara, aktlara, eləcə də “X7” Bankı, "xxxx" MMC və Cavabdeh1 MMC arasında bağlanmış layihə üzrə tikinti quraşdırma işlərinin yekunlaşdırılmasının maliyyələşdirilməsi barədə üçtərəfli “Nəsimi Bakı” layihəsi üzrə tikintiquraşdırma işlərinin maliyyələşdirilməsi barədə” xx.xx.2017-ci il, xx.xx.2018-ci il, xx.xx.2018-ci il tarixli müqavilələrə, Bakı şəhər İcra Hakimiyyəti başçısının 255 saylı 16 may 2008-ci il tarixli sərəncamına əsasən, Bakı şəhəri, Nəsimi rayonu, Asəf Məhərrəmov- 4, məhəllə 3014 ünvanında yerləşən iki girişli 2-ci, 3-cü və 4-cü ofis təyinatlı olmaqla 24 mərtəbəli “Nəsimi Bakı” yaşayış binasının inşasının maliyyələşməsi ilə bağlı qarşılıqlı haqq-hesab, eləcə də “X7” Bankı, “115 Yol İnşaatı və Tikinti "xxxx"i” QSC, "xxxx" MMC arasında 02 fevral 2016-cı ildə Tehranda imzalanmış barışıq sazişi üzrə Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinin depozit hesabına “X10”ın Bakı filialındakı hesabından iddiaçının tapşırığı ilə 17-B135 nömrəli xx.xx.2017 tarixli ödəniş tapşırığı üzrə 1 061 065,83 manat və 17-B-138 nömrəli xx.xx.2017-ci il tarixli ödəniş tapşırığı üzrə 24 120,77 manat köçürülmüşdür.

2. “X7” Bankı, Cavabdeh1 MMC və "xxxx" arasında bağlanmış 05 sentyabr 2017-ci il tarixli “Nəsimi Bakı” layihəsi üzrə tikinti-quraşdırma işlərinin maliyyələşdirilməsi haqqında üçtərəfli müqaviləyə və Bakı şəhər İcra Hakimiyyəti başçısının 255 saylı xx.xx.2008-ci il tarixli sərəncamına əsasən Bakı şəhəri, Nəsimi rayonu, Asəf Məhərrəmov- 4, məhəllə 3014 ünvanında yerləşən iki girişli 2-ci, 3-cü və 4-cü ofis təyinatlı olmaqla 24 mərtəbəli tikintisi yarımçıq qalmış “Nəsimi Bakı” yaşayış binasının cari fiziki problemlərinin "xxxx" tərəfindən aradan qaldırılması, eləcə də layihə üzrə tikinti-quraşdırma işlərinin "xxxx" tərəfindən yerinə yetirilməsi üçün podratçı və sub-podratçılarla bağlanmış müqavilələr üzrə hesablaşmalar və onlara ödənilən haqq-hesablar hazırkı müqavilə üzrə "xxxx" MMC-nin təsisçisi olan və hazırkı müqavilə üzrə Cavabdeh1 MMC tərəfindən ödəniləcək və bu ödəmələr təsisçi tərəfindən maliyyə qoyuluşları hesab ediləcək və gələcəkdə geri qaytarılması şərti ilə ödəniləcək. Bank hazırkı müqavilənin şərtlərinin "xxxx" tərəfindən yerinə yetirildiyi halda ehtiyac duyulan vəsaitin ayrılması və layihə üzrə görülən işlərin dəyərinin ödənilməsi üçün Cavabdeh1nin ixtiyarına verəcək. Müqavilənin dəyəri işin həcmi barədə hazırlanmış smetaya uyğun olaraq 353 336,19 manatdır. Yuxarıda qeyd olunan iş həcmi smeta formasındadır, işlərin gedişində və real görülmüş işlərin miqdarının hesablanaraq müəyyən edilməsi zamanı, işlərin həcmi və ondan irəli gələrək müqavilənin dəyəri əvvəl müəyyən olunandan 25% arta və ya azaldıla bilər. Müqavilənin etibar müddəti 4 tam aydır və xx.xx.2017-ci il tarixdən başlanılır. Bu müddət “X7” Bankı və "xxxx"in razılığı ilə uzadıla bilər.

3. “X7” Bankı, Cavabdeh1 MMC və "xxxx" MMC arasında bağlanmış 06 yanvar 2018-ci il tarixli “Nəsimi Bakı” layihəsi üzrə tikinti-quraşdırma işlərinin maliyyələşdirilməsi haqqında üçtərəfli müqaviləyə əsasən, qeydiyyat nömrəsi ******* və qeydiyyat tarixi 18 yanvar 2018 olan Dövlət Reyestrindən çıxarışa əsasən ünvan 2 ünvan) və əvvəlki çıxarışlara əsasən Bakı şəhəri, Nəsimi rayonu, Asəf Məhərrəmov-4, məhəllə 3014 ünvanında yerləşən iki girişli 2-ci, 3-cü və 4-cü ofis təyinatlı olmaqla 24 mərtəbəli tikintisi yarımçıq qalmış “Nəsimi Bakı” yaşayış binasının cari fiziki problemlərinin "xxxx" tərəfindən aradan qaldırılmasının ikinci mərhələsinin icrası hazırkı müqavilənin predmetini təşkil edir. Müqavilənin dəyəri, o cümlədən podratçılara, tikinti materiallarının satıcılarına və layihənin icrası ilə bağlı ödənilməsi nəzərdə tutulan ödənişlərlə bağlı pul vəsaiti hazırkı müqavilə üzrə "xxxx" MMC-nin təsisçisi Cavabdeh1 MMC-nin hesabına köçürülür. Layihə ilə bağlı Cavabdeh1 tərəfindən “"xxxx"”ə ödənilən və Bankın istəyinə əsasən "xxxx" tərəfindən podratçılara birbaşa ödənilən vəsait və ödəmələr "xxxx" MMC-nin kreditor borcu sayılır və onun “X6” Bankının qarşısında kredit öhdəliyi kimi tanınır və "xxxx"in kredit müqaviləsinə əsasən Banka olan əvvəlki kredit borcalarına əlavə olunur. Müqavilənin dəyəri 1 986 097,29 manat təşkil edir. Protokolda qeyd olunan iş həcmi smeta formasındadır, işlərin gedişində və real görülmüş işlərin miqdarının hesablanaraq müəyyən edilməsi zamanı, işlərin həcmi və ondan irəli gələrək müqavilənin dəyəri əvvəl müəyyən olunandan 10% həcmində arta və ya azaldıla bilər. Müqavilənin müddəti miladi təqvimi ilə beş tam aydır və xx.xx.2018-ci il tarixndən başlanır. Bu müddət “X7” Bankı və "xxxx"in razılığı ilə uzadıla bilər.

4. “X7” Bankı, Cavabdeh1 MMC və "xxxx" MMC arasında bağlanmış 06 iyun 2018-ci il tarixli “Nəsimi Bakı” layihəsi üzrə tikinti-quraşdırma işlərinin maliyyələşdirilməsi haqqında üçtərəfli müqaviləyə əsasən, qeydiyyat nömrəsi ******* və qeydiyyat tarixi xx.xx.2018 olan Dövlət Reyestrindən çıxarışa əsasən ünvan 2 ünvan) və əvvəlki çıxarışlara əsasən Bakı şəhəri, Nəsimi rayonu, Asəf Məhərrəmov-4, məhəllə 3014 ünvanında yerləşən iki girişli 2-ci, 3-cü və 4-cü ofis təyinatlı olmaqla 24 mərtəbəli tikintisi yarımçıq qalmış “Nəsimi Bakı” yaşayış binasının cari fiziki problemlərinin "xxxx" tərəfindən aradan qaldırılmasının üçüncü mərhələsinin icrası hazırkı müqavilənin predmetini təşkil edir. Müqavilənin dəyəri, o cümlədən podratçılara, tikinti materiallarının satıcılarına və layihənin icrası ilə bağlı ödənilməsi nəzərdə tutulan ödənişlərlə bağlı pul vəsaiti hazırkı müqavilə üzrə "xxxx" adlanan "xxxx" MMC-nin təsisçisi Cavabdeh1 MMC-nin hesabına köçürülür. Layihə ilə bağlı Cavabdeh1 tərəfindən "xxxx"ə ödənilən və “X7” Bankın istəyinə əsasən "xxxx" tərəfindən podratçılara birbaşa ödənilən vəsait və ödəmələr "xxxx" MMCnin kreditor borcu sayılır və onun “X6” Bankının qarşısında kredit öhdəliyi kimi tanınır və "xxxx"in kredit müqaviləsinə əsasən “X7” Bankına olan əvvəlki kredit borcalarına əlavə olunur. Müqavilənin dəyəri 8 030 637,62 manat təşkil edir. Protokolda qeyd olunan iş həcmi smeta formasındadır, işlərin gedişində və real görülmüş işlərin miqdarının hesablanaraq müəyyən edilməsi zamanı, işlərin həcmi və ondan irəli gələrək müqavilənin dəyəri əvvəl müəyyən olunandan 10% həcmində arta və ya azaldıla bilər. Müqavilənin müddəti miladi təqvimi ilə səkkiz tam aydır və xx.xx.2018-ci il tarixdən başlanır. Bu müddət “X7” Bankı və "xxxx"in razılığı ilə uzadıla bilər.

5. Kredit müqaviləsi üzrə ipotekaya qoyanın öhdəliklərinin təminatı üçün xx.xx.2010-cu il tarixdə tərəflər arasındakı ipoteka müqaviləsi Bakı şəhəri 14 saylı notariat kontorunda 3M-65 reyestr nömrəsi ilə təsdiqlənmiş, ipoteka müqaviləsinə əsasən, təminatlı öhdəliklərin yerinə yetirilməsini təmin etmək üçün "xxxx" MMC-nə məxsus ünvan 3 ünvanında yerləşən 0,07752 ha torpaq sahəsi, həmin ünvanda yerləşən ümumi sahəsi 266,3 m2 olan 1 mərtəbəli qeyri-yaşayış binası və onun altındakı 0,144 ha torpaq sahəsi və ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 264,8 m2 olan 1 mərtəbəli qeyri-yaşayış binası və onun altındakı 0,2143 ha torpaq sahəsi ipotekaya qoyulmuşdur.

6. xx.xx.2018-ci il tarixli çıxarışa əsasən, yuxarıdakı sənədlərdə qeyd olunan torpaq sahələri (0,4358 ha) üzərində inşa edilən və ümumi sahəsi 58116,3 m2 olan çoxmərtəbəli yaşayış binası da “X7” Bankının xeyrinə yüklü edilmişdir.

7. “X7” Bankının "xxxx" MMC-nin təsisçisi Qanuni nümayəndə2 ilə bağladığı xx.xx.2010-cu il tarixdə Dövlət Vergi Xidmətində qeydiyyata alınmış ipoteka müqaviləsinə əsasən, adı çəkilən şəxs mülkiyyətində olan "xxxx" MMC-nin nizamnamə kapitalındakı payların 100%-ni kredit müqaviləsi üzrə "xxxx" MMC-nin öhdəliklərinin təminatı kimi “X7” Bankının ipotekasına qoymuş, Azərbaycan Respublikası Vergilər Nazirliyinin 2 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2010-cu il tarixli məktubuna əsasən payların üzərindəki yüklülük qeydiyyata alınmışdır.

8. 04 iyul 2019-cu il tarixdə 3M-339 reyestr nömrəsi ilə “Sumqayıt ASAN” notariat kontorunda qeydiyyatda alınmış alqı-satqı müqaviləsinə əsasən, "xxxx" MMC-nin nizamnamə kapitalındakı payların 100%-i Cavabdeh1 MMC-nin mülkiyyətinə keçmişdir.

9. X2 "xxxx" MMC-yə və Qanuni nümayəndə2 qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlərdən onun xeyrinə 7 547 750 manat əsas, 9 057 300 manat dəbbə pulu olmaqla, cəmi 16 605 050 manat pulun tutulması, borcun əvəzinin Qanuni nümayəndə2 mülkiyyətindəki əmlaka yönəldilməsi, eyni zamanda tutmanın Bakı şəhəri, Nəsimi rayonu, Asif Məhərrəmov küçəsi 4, 3014-cü məhəllədə "xxxx" MMC-nin inşa etdiyi 73 768,32 kv.m. ümumi sahəsi olan 25 mərtəbəli binaya və Qanuni nümayəndə2 "xxxx" MMC-dəki 100% payına yönəldilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

10. "xxxx" MMC və Qanuni nümayəndə2 də Nəriman İsayevə qarşı qarşılıqlı iddia ərizəsi təqdim edərək, Nəriman İsayev ilə "xxxx" MMC arasında 2009-cu il iyulun 02də bağlanmış borc müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər.

11. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-208/2014 nömrəli iş üzrə xx.xx.2014-cü il tarixli qətnaməsi ilə ilkin iddia tələbi qismən təmin edilərək, "xxxx" MMCdən və Qanuni nümayəndə2 müştərək qaydada X1 xeyrinə əsas borc üzrə 7 547 750 manat və dəbbə pulu üzrə 1 000 000 manat olmaqla cəmi 8 547 750 manatın tutulması qət edilmiş, qarşılıqlı iddia təmin edilməmişdir.

12. “İddiaçı” "El.SƏ.Nİ” Məhdud Məsuliyyətli Cəmiyyətinə və "Cami” MMC-yə qarşı iddia ərizəsi və daha sonra iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, “İddiaçı”nın "xxxx" MMC-dən kredit müqaviləsinə əsasən əsas borc üzrə 48 734 005,73 avro, faizlər üzrə 31 769 268,39 avro, cərimə üzrə 207 986,05 avro olmaqla ümumilikdə 80 711 260,19 avro məbləğində vəsaitin, eləcə də xx.xx.2019-cu il tarixdən etibarən həmin vəsaitin ödəniləcəyi tarixədək gecikdirilmiş hər bir günə görə 14890,95 avro məbləğində dəbbə pulunun tutularaq iddiaçıya ödənilməsi, borcun tutulmasının "El.Sə.Ni” MMC-nin xüsusi mülkiyyətində olan ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 0,4358 ha olan torpaq sahəsi və onun üzərində inşa edilmiş ümumi sahəsi 58116,3 kv.m olan (Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2017-cu il tarixdə RX seriyalı l2l7073 nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla mülkiyyət hüququ qeydiyyata alınmışdır) 24 mərtəbəli 2 girişli yaşayış binasına yönəldilməsi, həmin daşınmaz əmlakların hərracda satılması və satışdan əldə olunan vəsaitin hesabına "xxxx" MMC-nin iddiaçıya olan borcunun ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, həmin iş üzrə X3 müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi işə cəlb edilmişdir.

13. Bakı Kommersiya Məhkəməsinin Məhkəmənin 2021-ci il 13 oktyabr tarixli qətnaməsi ilə iddia rədd edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 20 oktyabr tarixli qətnaməsi ilə iddiaçı və "xxxx" MMC tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 13 oktyabr tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmış, apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumları apellyatorlara aid edilmişdir. Həmin qətnamədən iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2023-cü il tarixli qərarı ilə təmin edilməmişdir.

14. X2 "xxxx" MMC-yə, Qanuni nümayəndə2 və "X7” Bankına qarşı iddia ərizəsi, sonradan isə iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər - Cavabdeh1 MMC və Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi idarəsi) “X8 Bankı” ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2017-ci il tarixli 3M- 1382 nömrəli ipoteka müqaviləsinin etibarsız hesab edilməsi və RX seriyalı, ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, Sumqayıt Şəhər Məhkəməsinin 5 sentyabr 2023-cü il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, “X8 Bankı” ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2017-ci il tarixli ipoteka müqaviləsinin etibarsız hesab edilməsi, həmin müqavilə əsasında verilmiş RX seriyalı ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi qət edilmişdir.

15. Həmin qətnamədən “X7” Bankı və "xxxx" MMC, müstəqil tələb irəli sürməyən üçüncü şəxs Cavabdeh1 MMC tərəfindən ayrı-ayrılıqda apellyasiya şikayətləri Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 15 aprel 2024-cü il tarixli qətnaməsi ilə təmin edilməmiş, “X7” Bankı tərəfindən verilmiş kassasiya şikayəti də Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2024-cü il tarixli qərarı ilə təmin olunmayaraq Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 15 aprel 2024-cü il tarixli qətnaməsi dəyişiklik edilmədən saxlanılmışdır.

Birinci instansiya məhkəməsində icraat

16. “X7” Bankı (iddiaçı) Cavabdeh1nə (Cavabdeh1 MMC) və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ("xxxx" MMC) qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, cavabdehlərdən müştərək qaydada xx.xx.2009-cu il tarixli 880/M/AZE/11 nömrəli güzəştli kredit müqaviləsi və həmin müqavilənin tərkib hissəsi olan “Nəsimi Bakı” layihəsi üzrə tikinti quraşdırma işlərinin maliyyələşdirilməsi barədə” xx.xx.2017-ci il, xx.xx.2018-ci il, xx.xx.2018-ci il tarixli müqavilələr üzrə 2016-2024-ci illər dövrü üçün 3 183 467,06 avro əsas borc, 2 208 080,63 avro faiz borcu olmaqla ümumilikdə 5 391 547,69 avro və 25000 ABŞ dolları əsas borc, 19815,07 ABŞ dolları faiz borcu olmaqla ümumilikdə 44815,07 ABŞ dolları məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi, borcun "xxxx" MMC-nin xüsusi mülkiyyətində olan ünvan 5 ünvanında 0,4358 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 58116,3 m2 olan çoxmərtəbəli yaşayış binasına və Cavabdeh1 MMC-nin mülkiyyətində olan "xxxx" MMC-nin nizamnamə kapitalındakı payların 100%-nə yönəldilməsi, həmin daşınmaz əmlaklar və nizamnamə kapitalındakı payların hərracdan satılması, satışdan əldə olunan vəsait hesabına borcun ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

17. İddia tələbi onunla əsaslandırılmışdır ki, ümumilikdə “Nəsimi Bakı” layihəsi üzrə tikinti-quraşdırma işlərinin maliyyələşdirilməsi barədə” xx.xx.2017-ci il, xx.xx.2018-ci il, xx.xx.2018-ci il tarixli müqavilələr üzrə 2016-2024-ci il dövrü üçün 3 183 467,06 avro əsas borc, həmin məbləğə hesablanmış faizlər 2 208 080,63 avro, cəmi 5 391 547,69 avro və 25000 ABŞ dolları əsas borc və həmin məbləğə hesablanmış faizlər 19 815,07 ABŞ dolları, cəmi 44815,07 ABŞ dolları məbləğində borc müştərək qaydada cavabdehlərdən tutularaq iddiaçıya qaytarılmalıdır. Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi internet saytında xx.xx.2024-cü il tarixə təqdim edilən manat məzənnələrində 1 avro = 1,8434 AZN, 1 ABŞ dolları = 1,7000 AZN müəyyən edilmişdir. Beləliklə, 5 391 547,69 avro = 9 938 779,01 AZN, 44815,07 ABŞ dolları = 76185,62 AZN olmaqla iddianın qiyməti cəmi məbləğ 10 014 964,6 AZN təşkil edir. Lakin cavabdehlər həmin öhdəliklərini icra etməmişlər. Bundan əlavə, ödənilməli olan dövlət rüsumunun məbləği 5797,48 manat müəyyən edilir. Bunu nəzərə alaraq, iddiaçının nümayəndəsi və vəkili tərəfindən xx.xx.2024-cü il tarixində hazırkı iddia ərizəsi üçün 5800 manat məbləğində dövlət rüsumu ödənilmişdir.

18. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə X2 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb olunmuşdur.

19. İddiaçının nümayəndəsi (vəkili) Nümayəndə məhkəmə iclaslarında iştirak edərək iddianın məzmununa uyğun izahat vermiş və bildirmişdir ki, iddianın faktiki əsası qismində 05 sentyabr 2017-ci il, 06 yanvar 2018-ci il və 06 iyun 2018-ci il tarixli kredit müqavilələri çıxış edir. Yekun məhkəmə aktı qəbul edilmiş digər iş üzrə iddiaçı hazırkı müqavilələr üzrə pulun tutulmasını tələb etməmişdir. İpoteka predmetinə tutma yönəldilməsi barədə tələbin faktiki əsasını isə 2010-cu il və 2017-ci il tarixli müqavilələr təşkil edir.

20. Cavabdeh1 MMC-nin nümayəndəsi (qanuni təmsilçisi), "xxxx" MMC-nin nümayəndəsi Qanuni nümayəndə1 məhkəmə iclaslarında iştirak edərək göstərmişdir ki, kredit müqavilələr üzrə pul vəsaitləri Cavabdeh1 MMC-yə köçürülmüş, Cavabdeh1 MMC isə təmir-tikinti işlərinin aparılması, podratçılara ödənişlər edilməsi üçün pul məbləğini "xxxx" MMC-yə köçürmüşdür. Cavabdeh1 MMC bir növ nəzarətçi funksiyasında çıxış etmişdir, lakin 2018-ci ildə "xxxx" MMC-nin bank hesablarına həbs qoyulması, müxtəlif maneələrin yaranması borcun ödənilməsinə imkan verməmişdir. Belə ki, 2023-cü ilin sonuna kimi binalar inşa edilərək satılmalı, əldə edilən məbləğ ilə kredit müqavilələri üzrə borc bağlanılmalı idi. Bundan başqa, iddiaçının verdiyi vəsaitdən qalan 535 125 avro iddiaçıya qaytarılmışdır.

21. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Nəriman İsayevin nümayəndəsi (vəkili) Vəkil3 iddia müddətinin tətbiqi barədə ərizə ünvanlayaraq aşağıdakıları göstərmişdir: “Hazırkı iddia tələbi üzrə hüquqi əsaslandırma məhz məhkəmə qətnamələri ilə etibarsız hesab edilmiş əqdlərlə (xx.xx.2009-cu il tarixli güzəştli kredit müqaviləsi və xx.xx.2017-ci il tarixli ipoteka müqaviləsi) əlaqələndirilmişdir. İddia tələbinin əsaslandırıldığı digər üç müqavilə - xx.xx.2017-ci il tarixli, xx.xx.2018-ci il tarixli və xx.xx.2018-ci il tarixli müqavilələr də xx.xx.2009-cu il tarixli 880/M/AZE/11 saylı güzəştli kredit müqaviləsinin tərkib hissəsi kimi imzalandığından həmin müqavilələr də formal, əhəmiyyətsiz əqdlərdir. Bununla belə, həmin müqavilələr müddətli olaraq bağlanılmış, müqavilələrin hər birinin qüvvədə olma tarixləri aydın qeyd edilmişdir. Belə ki, xx.xx.2018-ci il tarixli 5.4-cü bəndinə görə, müqavilənin müddəti 05 ay olaraq müəyyən edilmiş və xx.xx.2018-ci il tarixdən hesablanmış, xx.xx.2018-ci il tarixli müqavilənin 5.4-cü bəndinə görə isə müqavilənin müddəti 08 ay olaraq müəyyən edilmiş və xx.xx.2018-ci il tarixdən hesablanmışdır. Beləliklə, xx.xx.2018-ci il tarixli müqavilə 05 ay müddətinə bağlanılmış, həmin müqavilənin müvafiq bəndi (müqavilənin 5.4-cü bəndinə görə müddət qarşılıqlı razılıq əsasında uzadıla bilər) ilə xx.xx.2018-ci il tarixli müqavilə imzalanmaqla daha 08 ay müddətinə uzadılmış, xx.xx.2019-cu il tarixdə müqavilənin qüvvədə olma müddəti bitmişdir. Müqavilə tələbləri üzrə iddialar üç il ərzində irəli sürülə bilər. Hazırkı iş üzrə iddia tələbi xx.xx.2019-cu ildən sonrakı üç il ərzində irəli sürülməli olsa da, məhkəməyə müraciət xx.xx.2024-cü il tarixdə edilmişdir ki, bununla da 3 illik müddət ötürülmüşdür. Yuxarıda qeyd olunanlara əsasən, iddiaçının cavabdehlərə qarşı “kredit müqaviləsi üzrə pulun tutulması və tutulmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair” iddiasının əsassız olması ilə yanaşı, iddia müddətinin keçməsi ilə əlaqədar təmin edilməməsi barədə qətnamə çıxarılmalıdır”.

22. İsayev (İsaev) Nəriman (Nariman) Tanrıverdi oğlunun məhkəmə iclasında iştirak edən nümayəndəsi (vəkili) Vəkil3 etirazın məzmununa uyğun izahat verərək bildirmişdir ki, 2017-ci il tarixli ipoteka müqaviləsi ilə yüklü edilən ipoteka predmeti ilə bağlı olan hissədə qətnamə üçüncü şəxsin hüquq və mənafelərinə toxuna bilər. İkinci ipoteka müqaviləsi etibarsız hesab olunmuş, birinci ipoteka müqaviləsinin isə müddəti keçmişdir. Həmçinin istinad olunan müqavilələrə imza çəkən iddiaçının nümayəndəsi eyni zamanda Cavabdeh1 MMC-nin direktoru olmuşdur. Həmçinin ipoteka predmeti ipoteka ilə yüklü edilən zaman təsisçilərin qərarı olmalıdır.

23. İddiaçının nümayəndəsi (vəkili) Nümayəndə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə iddia müddətinin tətbiqi barədə üçüncü şəxsin ərizəsinə etiraz ünvanlayaraq qeyd etmişdir ki, müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2 mübahisənin tərəfi deyil. Mübahisənin tərəfləri iddiaçı və cavabdehlərdir, cavabdehlər isə nəinki iddia müddətinin tədbiqi haqqında ərizə vermişlər, əksinə iddianı etiraf etmiş və iddiaçıya borclu olduqlarını məhkəmə iclaslarında təsdiqləmişlər. Mülki prosessual qanunvericiliyə əsasən cavabdehin iddiadan imtina etmək və iddianı etiraf etmək hüququ vardır, üçüncü şəxsin isə belə bir hüququ yoxdur. Cavabdehlər iddia müddətinin tətbiq edilməsini məhkəmədən tələb etməmişlərsə, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsin iddia müddətinin tətbiq edilməsi barədə ərizə ilə müraciət etmək səlahiyyəti yoxdur. Bu səbəbdən üçüncü şəxs tərəfindən verilmiş iddia müddətinin tətbiq edilməsi barədə ərizə təmin olunmamalıdır.

24. Birinci instansiya məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli rəyində “Nəsimi Bakı” layihəsi üzrə tikinti-quraşdırma işlərinin maliyyələşdirilməsi haqqında 05 sentyabr 2017-ci il tarixli, “Nəsimi Bakı” layihəsi üzrə tikinti-quraşdırma işlərinin maliyyələşdirilməsi haqqında 06 yanvar 2018-ci il tarixli, “Nəsimi Bakı” layihəsi üzrə tikinti-quraşdırma işlərinin maliyyələşdirilməsi haqqında 06 iyun 2018-ci il tarixli üçtərəfli müqavilələr üzrə müqavilə şərtləri nəzərə alınmaqla əsas və faiz borcunun müəyyən edilməsi ilə bağlı məsələ öz həllini tapmadığından birinci instansiya məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə əlavə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir.

25. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli əlavə məhkəmə-mühasibatlıq ekspertizası üzrə ekspert rəyində göstərilmişdir ki, “...tərəflər arasında imzalanmış “Nəsimi Bakı” layihəsi üzrə tikinti-quraşdırma işlərinin maliyyələşdirilməsi haqqında 05 sentyabr 2017-ci il tarixli, 06 yanvar 2018-ci il tarixli və 06 iyun 2018-ci il tarixli üçtərəfli müqavilələrin qeyd olunan şərtləri əsas götürülməklə cavabdehlər Cavabdeh1 MMC və "xxxx" MMC-nin iddiaçı “X9”na iddia ərizəsində borcun hesablandığı tarixə olan əsas və faiz borcu aşağıdakı kimi müəyyən olunur; o cümlədən xx.xx.2024-cü il tarixə avro üzrə 3 189 418,56 avro əsas, 1 377 591,26 manat faiz, ABŞ dolları üzrə xx.xx.2024-cü il tarixə 25 000 ABŞ dollar əsas, 17 722,22 ABŞ dolları faiz borcu”.

26. Rəyin təsviri-əsaslandırıcı hissəsində göstərilmişdir ki, “Nəsimi Bakı” layihəsi üzrə tikinti-quraşdırma işlərinin maliyyələşdirilməsi haqqında 05 sentyabr 2017-ci il tarixli, 06 yanvar 2018-ci il tarixli və 06 iyun 2018-ci il tarixli üçtərəfli müqavilələr xx.xx.2009-cu il tarixli 880M/AZE/11 saylı kredit müqaviləsinin tərkib hissəsidir, bu səbəbdən də faiz məbləğləri adıçəkilən kredit müqaviləsinin xx.xx.2009-cu il tarixli, 880M/AZE/11 saylı kredit müqaviləsinə əsasən hesablanmalıdır. Belə ki, xx.xx.2009-cu il tarixli, 880M/AZE/11 saylı kredit müqaviləsinin 6-1-ci maddəsinə əsasən, Kredit vəsaiti xərcləri ödəniş tarixində bu Müqavilə üzrə müəyyən edilmiş bütün məbləğlər üçün toplanır və toplanma həmin məbləğ bütövlükdə ödənilib qurtarana qədər davam edir. Sifarişçi kredit vəsaiti üzrə borcları EDBİyə hər bir xidmət xərci günündə və bu maddənin müddəalarına uyğun şəkildə CİRR məzənnəsi üstəgəl 4% (dörd faiz) olaraq ödənilməlidir. xx.xx.2009-cu il tarixli, 880M/AZE/11 saylı kredit müqaviləsinin 6-8-ci maddəsinə, əsasən əgər hazırkı müqavilə üzrə məbləğin tam ödənişi müəyyən edilmiş tarixdə aparılmazsa, bu zaman gecikdirilmiş müddət üçün əlavə ödəniş illik CİRR məzənnəsi üstə gəl 7% (yeddi faiz) olmalıdır. CİRR (Ticarət kreditinin istinad dərəcəsi) İran İslam Respublikasının Mərkəzi Bankı tərəfindən müəyyən edilir və 7% təşkil edir. Belə olduğu halda kreditin faiz dərəcəsi 11% və cərimə faizi 14% təşkil etməlidir.

27. Birinci instansiya məhkəməsinin 06 may 2025-ci il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin olunması, cavabdehdən 2 648 342,06 avro və 25 000 ABŞ dolları əsas borcun (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş avronun və ABŞ dollarının manata nisbətən məzənnəsi nəzərə alınmaqla Azərbaycan manatı ekvivalenti ilə) tutularaq iddiaçıya ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, 2852 manat məbləğində pulun ödənilmiş dövlət rüsumunun əvəzi olaraq iddiaçıya, 550 manat məbləğində pulun ekspertiza xərci olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir.

28. Məhkəmə gəldiyi nəticəni aşağıda göstərildiyi kimi əsaslandırmışdır:

28.1. Borc müqaviləsi konsensual müqavilədir, həmin müqavilə tərtib olunub imzalandıqdan sonra bağlanmış hesab olunur və tərəflərin həmin müqavilədən irəli gələn öhdəlikləri, yəni borc verənin pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu borc alana keçirməyi öhdəliyi, borc alanın isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəliyi əmələ gəlir. Hazırkı mübahisə üzrə borc verən qismində iddiaçı pula mülkiyyət hüququnu borc alan qismində cavabdehə keçirmək öhdəliyini icra etsə də, cavabdeh müqavilə üzrə öhdəliyini icra etməyərək aldıqlarını iddiaçıya qaytarmaq öhdəliyini icra etməmişdir. 28.2. Bakı Kommersiya Məhkəməsinin 13 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia rədd edilmişdir. Həmin qətnamədə müəyyən olunmuşdur ki, İddiaçı, "xxxx" MMC və Cavabdeh1 MMC-nin arasında bağlanmış üçtərəfli müqavilələr mübahisəli kredit müqaviləsinə (xx.xx.2009-cu il tarixli 880M/AZE/11 saylı kredit müqaviləsinə) əlavə olaraq imzalanmamış, eləcə də həmin razılaşmaların bağlanması ilə əlaqədar kredit müqaviləsinə müvafiq dəyişikliklər edilməmişdir. Bu baxımdan məhkəmə hesab etmişdir ki, həmin müqavilələr çərçivəsində ödənilməsi iddia edilən vəsaitlərin cavabdehin ipoteka ilə təmin edilmiş mübahisəli kredit müqaviləsi üzrə borclarına aid edilməsi üçün hər hansı bir əsasın mövcudluğu məhkəmə tərəfindən müəyyən edilmir. 28.3. Hazırkı iş üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi preyudisialdır. Belə ki, həmin iş üzrə işdə iştirak edən şəxslər hazırkı iş üzrə iddiaçı, cavabdeh və üçüncü şəxs kimi çıxış edir (preyudisiallığın subyektiv həddi), “Nəsimi-Bakı” layihəsinin reallaşdırılması ilə əlaqədar Cavabdeh1 MMC-yə köçürülən məbləğlərin hansı kredit müqaviləsi üzrə ödənişlərə hesablanması hər iki iş üzrə sübutetmə predmetinə daxildir (preyudisiallığın obyektiv həddi). 28.4. Ekspert rəyində göstərilənlərin və iddiaçının bildirdiklərinin əksinə, “Nəsimi Bakı” layihəsi üzrə tikinti-quraşdırma işlərinin maliyyələşdirilməsi haqqında xx.xx.2017-ci il tarixli, “Nəsimi Bakı” layihəsi üzrə tikinti-quraşdırma işlərinin maliyyələşdirilməsi haqqında xx.xx.2018-ci il tarixli, “Nəsimi Bakı” layihəsi üzrə tikinti-quraşdırma işlərinin maliyyələşdirilməsi haqqında xx.xx.2018-ci il tarixli üçtərəfli müqavilələrin xx.xx.2009-cu il tarixli, 880M/AZE/11 saylı kredit müqaviləsinin əlavəsi olmadığı qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə müəyyən edilmişdir. Belə olan halda, ekspertin xx.xx.2009-cu il tarixli, 880M/AZE/11 saylı kredit müqaviləsinə istinad etməklə, onun faiz üzrə şərtlərinə əsaslanmaqla xx.xx.2017-ci il, xx.xx.2018-ci il və xx.xx.2018-ci il tarixli müqavilələr üçün faiz borcu hesablaması əsassız olmuşdur. 28.5. Eyni zamanda iddiaçı iddiasının faiz borcunun hesablanması hissəsi ilə bağlı faktiki əsas kimi xx.xx.2009-cu il tarixli, 880M/AZE/11 saylı kredit müqaviləsinə istinad etdiyindən və həmin müqavilənin işə aidiyyəti olmadığı müəyyən edildiyindən məhkəmə tərəfindən faiz borcu hissəsində iddianın təmin edilməsi mümkün deyildir. Bu səbəbdən də həmin hissədə 9/10123 nömrəli, xx.xx.2025-ci il tarixli ekspert rəyi mötəbər qəbul edilə bilməz. 28.6. Belə olan halda, mülki məhkəmə icraatında “ne ultra petita” prinsipindən irəli gələrək məhkəmənin müstəsna hallar istisna olmaqla iddia tələbindən kənara çıxılmasının mümkün olmadığı nəzərə alınmaqla “X7” Bankı, Cavabdeh1 MMC və "xxxx" MMC arasında “Nəsimi Bakı” layihəsi üzrə tikinti quraşdırma işlərinin maliyyələşdirilməsi barədə” xx.xx.2017-ci il, xx.xx.2018-ci il, xx.xx.2018-ci il tarixli müqavilələr üzrə əsas borc 3 189 418,56 avro və 25 000 ABŞ dolları müəyyən edilməlidir. Lakin ekspert rəyindən görünür ki, kredit müqavilələri üzrə 535 125 avro ödəniş aparılmış, ekspert tərəfindən həmin ödəniş faiz borcuna silinmişdir. Halbuki iş materialları ilə iddiaçı, Cavabdeh1 MMC və "xxxx" MMC arasında “Nəsimi Bakı” layihəsi üzrə tikinti quraşdırma işlərinin maliyyələşdirilməsi barədə” xx.xx.2017-ci il, xx.xx.2018-ci il, xx.xx.2018-ci il tarixli müqavilələr üzrə faiz borcunun şərtləşdirilmədiyi müəyyən edildiyindən həmin məbləğ əsas borc məbləği üzrə silinməlidir. Beləliklə, məhkəmə müəyyən edir ki, xx.xx.2017-ci il, xx.xx.2018-ci il, xx.xx.2018-ci il tarixli müqavilələr üzrə əsas borc 2 648 342,06 (3 189 418,56 – 535 125) avro və 25000 ABŞ dolları təşkil edir. 28.7. İddiaya cavab verməli olan şəxslərə münasibətdə isə hər üç müqavilədə müqavilənin qiymətini – kredit məbləğini qaytarmaq öhdəliyini iddiaçı və "xxxx" MMC götürmüşdür. Müqavilələrin bu və ya digər bəndində isə Cavabdeh1 MMC-nin birgə borclu olması ilə bağlı hər hansı müddəa təsbit edilməmişdir. 28.8. Üçüncü şəxsin iddia müddətinin tətbiqi barədə ərizəsinə münasibətdə isə müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər iddianın əsasını və predmetini dəyişdirmək, iddia tələblərinin miqdarını artırmaq və ya azaltmaq, iddiadan imtina etmək, iddianı etiraf etmək, qarşılıqlı iddia vermək, məhkəmə qətnaməsinin məcburi icrasını tələb etmək hüquqları istisna olmaqla, tərəfin prosessual hüquqlarından istifadə edir və onun prosessual vəzifələrini daşıyırlar. Mülki qanunvericilikdə əks olunan iddia müddətləri institutu kreditor (iddiaçı) tərəfindən müvafiq tələb irəli sürüldüyü halda borclunun (cavabdehin) ərizəsi əsasında tətbiq olunan və bu hüququn səlahiyyətli orqan vasitəsi ilə məcburi qaydada həyata keçirilməsi imkanının xitamına səbəb olan müddətdir. Bu səbəbdən hazırkı halda üçüncü şəxsin iddia müddətinə istinad etməklə iddianın rədd edilməsini tələb etməsi əsassız olmuşdur. 28.9. Tələbin ipoteka predmetinə yönəldilməsi tələbinə dair isə qeyd olunmalıdır ki, iddiaçının hazırda istinad etdiyi 2017-ci il 28 dekabr tarixli 3M-1382 reyestr nömrəli ipoteka müqaviləsi Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-8/2023 nömrəli iş üzrə qanuni qüvvəyə minmiş 5 sentyabr 2023-cü il tarixli qətnaməsi ilə etibarsız hesab edilmişdir. Bu mənada iddiaçının hazırda həmin müqaviləyə istinadı əsassız olmuşdur. Digər tərəfdən, xx.xx.2010-cu il tarixli “ipoteka” (girov) müqaviləsi və xx.xx.2010-cu il tarixli ipoteka müqaviləsi 2009-cu il 21 noyabr tarixli 880/M/AZE/11 saylı güzəştli kredit müqaviləsi və ondan irəli gələn öhdəliklərin icrasının təmin edilməsi üsulu kimi bağlanmışdır. Hazırkı iş üzrə isə “Nəsimi Bakı” layihəsi üzrə tikinti quraşdırma işlərinin maliyyələşdirilməsi barədə” xx.xx.2017-ci il, xx.xx.2018-ci il, xx.xx.2018-ci il tarixli müqavilələrin 2009-cu il 21 noyabr tarixli 880/M/AZE/11 saylı güzəştli kredit müqaviləsinə aidiyyəti olmadığı preyudisial olaraq müəyyən olunmuşdur. Göstərilənlərə əsasən, borcun cavabdeh "xxxx" MMC-nin xüsusi mülkiyyətində olan ünvan 5 ünvanında 0,4358 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 58116,3 kv.m olan çoxmərtəbəli yaşayış binasına və Cavabdeh1 MMC-nin mülkiyyətində olan "xxxx" MMC-nin nizamnamə kapitalındakı payların 100%-nə yönəldilməsi, həmin daşınmaz əmlaklar və nizamnamə kapitalındakı payların hərracdan satılması, satışdan əldə olunan vəsait hesabına borcun ödənilməsini hissəsində iddia rədd edilməlidir.

29. Birinci instansiya məhkəməsi qətnaməsini əsaslandırarkən Mülki Məcəllənin 269.1, 269.4, 270.1, 309.1, 372, 373.2, 375.2, 739 və 741, Mülki Prosessual Məcəllənin 57.2 və 82.3-cü maddələrinə, Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair 31 may 2018-ci il tarixli, Q.Məmmədova və digərlərinin şikayəti üzrə 15 iyul 2015-ci il tarixli, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 23 fevral 2016-cı il tarixli, G.Əhmədovanın şikayəti üzrə 24 iyul 2019-cu il tarixli Qərarlarına istinad etmişdir.

Apellyasiya instansiyasi məhkəməsindəki birinci icraat

30. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Nəriman İsayevin nümayəndəsi (vəkili) qətnamədən apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini, iddia tələbi üzrə həm iddiaçının, həm cavabdehlərin faktiki olaraq eyni şəxslər olmalarının, iddianın məhkəmə qətnamələri ilə etibarsız hesab edilmiş əqdlərlə (xx.xx.2009-cu il tarixli güzəştli kredit müqaviləsi və xx.xx.2017-ci il tarixli ipoteka müqaviləsi) əlaqəli olmasının, xx.xx.2017-ci il tarixli, xx.xx.2018-ci il tarixli və xx.xx.2018-ci il tarixli müqavilələrin xx.xx.2009-cu il tarixli 880/M/AZE/11 saylı güzəştli kredit müqaviləsinin tərkib hissəsi kimi imzalanmaqla formal, əhəmiyyətsiz əqdlər olmalarının nəzərə alınmadığı, mübahisə predmeti barədə müstəqil iddia irəli sürməyən üçüncü şəxslərin tərəfin hüquqvəzifələrindən eyni dərəcədə istifadə etməsinin qanunla təsbit edilməsinə əhəmiyyət verilmədiyi, üçüncü şəxsin iddia müddətinin tətbiq olunması barədə ərizəsinin əsassız olaraq təmin olunmadığı arqumentləri ilə əsaslandırmışdır.

31. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 15 oktyabr tarixli 2-2(103)-806/2025 nömrəli qərardadı ilə üçüncü şəxsin apellyasiya şikayəti qeyri-mümkün hesab edilmiş, mülki iş apellyasiya baxışından çıxarılaraq şikayətin geri qaytarılması üçün birinci instansiya məhkəməsinə göndərilmişdir.

32. Məhkəmə kollegiyası qeyd etmişdir ki, üçüncü şəxs qətnamənin maraqlarına toxunduğunu belə əsaslandırır ki, gələcəkdə qətnamənin icrası zamanı ona məxsus əmlaklara icra məmurunun təqdimatı əsasında tələb yönəldilə bilər və bu səbəblə də qətnamə ləğv olunmalıdır. Halbuki Bakı Kommersiya Məhkəməsinin 2025-ci il 6 may tarixli qətnaməsi ilə hər hansı əmlaka tutma yönəldilməmiş, əksinə müvafiq tələb təmin olunmamışdır və əgər qətnamənin icrası zamanı əmlak üzərinə həbs qoyulması ehtimalı varsa, bu halda üçüncü şəxsin qətnamədən deyil, müvafiq həbs qərarından (qərardadından), yaxud icra məmurunun hərəkətlərindən şikayət etmək hüququ yaranacaqdır.

33. Beləliklə, adı çəkilən qətnamə üçüncü şəxsin maraqlarına toxunmur; apellyasiya şikayəti isə, qəbul edilmiş qərar (qətnamə) ziyanına olan şəxslərin ondan yuxarı instansiya məhkəməsinə ünvanladıqları müraciətdir və şəxsin öz xeyrinə olan məhkəmə aktından şikayət verməsi Mülki Prosessual qanunvericiliyin mənasına uyğun deyildir.

34. Məhkəmə kollegiyası mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2- ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 4.1, 50.1, 57.1, 57.2, 357.1 və 366.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

Kassasiya instansiyasi məhkəməsindəki icraat

35. Üçüncü şəxs həmin qərardaddan kasasiya şikayəti verərək onun ləğv olunması barədə qərar çıxarılmasını xahiş etmişdir.

36. MPM-in 9.3 və 57.1-ci maddələri üzrə - N.İsayev müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edildiyi üçün, o, cavabdehin hüquqlarından istifadə etməyə səlahiyyətli olmuşdur. Məhkəmə kollegiyasının “tutmanın ipoteka predmetinə yönəldilməsi” hissəsində iddianın rədd edilməsi ilə onun hüquqlarına toxunulmadığı barədə mülahizəsi qanunsuzdur. Çünki bu hal məhkəmənin öz təşəbbüsü ilə cəlb etdiyi üçüncü şəxsin şikayətini mümkünsüz edərək qanunsuz qətnamənin qüvvəyə minməsinə və təxminən 6.000.000 manat məbləğində pulun ölkə xaricinə çıxarılmasına şərait yaradır. İş materiallarında olan məhkəmə qərarları ilə kredit münasibətlərinin formal olduğu müəyyən olunmuşdur. Həmçinin iddiaçı və cavabdehlərin faktiki olaraq eyni şəxslər tərəfindən təmsil edilməsi də iddia tələbinin formal, eləcə də əlaqədar müqavilələrin uydurma əqd olduğunu təsdiqləyir. Əgər üçüncü şəxsin hüquqları bu qətnamədən zərər görməyəcəkdisə, onun işə cəlb olunmasına heç bir zərurət yox idi.

37. Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2025-ci il il tarixli Qərarına əsasən müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 15 oktyabr tarixli 2-2(103)-806/2025 nömrəli qərardadının ləğv edilməsi və iş materialları həmin məhkəməyə qaytarılması qərara alınmışdır.

38. Məhkəmə qeyd etmişdir ki, MPM-in 357.1-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan tərəflər, eləcə də üçüncü şəxslər apellyasiya şikayəti vermək hüququna malikdirlər. MPM-də işdə iştirak edən şəxslərin birinci instansiya məhkəməsinin qətnamələrindən verdikləri apellyasiya şikayətləri ilə bağlı hər hansı məhdudiyyət, yəni kassasiya şikayətindən fərqli olaraq istər tələblərin təmin edilib-edilməməsi, istərsə də iddianın qiyməti ilə bağlı məhdudiyyət müəyyən edilməmişdir. Eyni zamanda, MPM-də mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər barəsində bu hüquqla bağlı hər hansı əlavə şərt müəyyən edilməmişdir. Əksinə MPM-in 57.1 və 57.2-ci maddələrinin sistemli təhlilindən görünür ki, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs məhz qətnamənin onun hüquq və vəzifələrinə təsir edə bilməsi ehtimalı nəzərə alınaraq prosesə cəlb olunur və bu status ona tərəflərin bir çox prosessual hüquqlarından, o cümlədən şikayət vermək hüququndan istifadə etmək imkanı yaradır.

Apellyasiya instansiyasi məhkəməsindəki ikinci icraat

Məhkəmə icraatı iştirakçılarının izahatları

39. Müstəqil tələblər irəli sürməyən üçüncü şəxsin məhkəmə iclasında iştirak edən nümayəndəsi (vəkili) apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etmişdir.

40. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmişdirlər.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

41. Maddə 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir.

42. Maddə 372.2. hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.

43. Maddə 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir.

44. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.

45. Maddə 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir.

46. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

47. Maddə 398.1. Müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir.

48. Maddə 399.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.

49. Maddə 425.1. Hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

50. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

51. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. (müqavilə bağlanarkən qüvvədə olan redaksiyası)

Apellyasiya baxışının hədləri

52. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

53. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

54. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının həddini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının qismən yoxlanılması təşkil edir. Belə ki, apellyator apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və iddianın tam rədd edilməsini tələb etsə də, şikayətin məzmunundan müəyyən edilir ki, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qətnaməni yalnız iddia tələbinin təmin olunan hissəsində mübahisələndirmişdir.

55. Kollegiya həmçinin qeyd edir ki, hazırkı halda işə yeni apellyasiya qaydasında baxılır və bu zaman apellyasiya instansiyası məhkəməsinin iş üzrə əvvəlki qətnaməsini ləğv etmiş kassasiya məhkəməsinin mövqeyi nəzərə alınmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə görə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi

56. İstənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır.

57. Beləliklə, mülki mühakimə icraatında hüququn tətbiqi üçün ilkin başlanğıc nöqtə tələbin qanuni əsasının tapılmasından ibarətdir – iddia tələbinin düzgün qanuni əsasını tapmaq üçün isə 4 sual cavablandırılmalıdır: kim kimdən nəyi və nəyə əsasən tələb edir?.

58. Bu zaman həm də nəzərə alınmalıdır ki, mülki mühakimə icraatında hakimin işinə yarayan, yəni yekun qərarın çıxarılmasını asanlaşdıran bir qayda var – iddiaçının dediklərinə əsasən iddia təmin olunan deyilsə, qarşı tərəfin etirazları ilə bağlı araşdırma aparmadan mübahisəni bitirmək olar.

59. İşin faktiki halları ilə müəyyən edilir ki, tərəflər arasında xx.xx.2017-ci il tarixli, xx.xx.2018-ci il tarixli və xx.xx.2018-ci il tarixli tikinti-quraşdırma işlərinin maliyyələşdirilməsi haqqında üçtərəfli müqavilə bağlanmış, müqavilələrin 3.1.3-cü bəndinə əsasən, bu müqavilənin dəyəri “Şirkət”in Bank qarşısındakı əvvəlki müqavilələrdən irəli gələn borc öhdəliklərinə əlavə olunur. “Şirkət” hazırkı müqavilə üzrə aldığı vəsaiti Banka olan əvvəlki borcları geri qaytaracağı, ona hesablanmış faizləri və aidiyyətli xərcləri ödəyəcəyi barədə öhdəlik götürmüşdür.

60. Kollegiya hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları və müqavilə şərtləri baxımından tərəflər arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və birinci instansiya məhkəməsi haqlı olaraq həmin münasibətlər çərçivəsində borcalanın hərəkətlərini öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirmişdir.

61. Digər tərəfdən iş materialları ilə müəyyən edilir ki, Bakı Kommersiya Məhkəməsinin 2024-cü il 5 noyabr tarixli qərardadı ilə X2 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmiş və işə birinci instansiya məhkəməsində baxılarkən üçüncü şəxsin nümayəndəsi və vəkili Vəkil3 “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə iddia müddətinin tətbiqi barədə ərizə təqdim etmişdir.

62. Kollegiya kassasiya instansiyasının göstərişlərini nəzərə alaraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli qətnaməsi ləğv edilməli və iddia tələbi rədd edilməlidir.

63. Belə ki, hazırkı iddia tələbi üzrə istinad edilən 05 sentyabr 2017-ci il tarixli müqavilənin 5.8-ci bəndinə əsasən müqavilənin müddəti 04 ay, 06 yanvar 2018-ci il tarixli müqavilənin 5.4-cü bəndinə əsasən müqavilənin müddəti 05 ay, 06 iyun 2018-ci il tarixli müqavilənin 5.4-cü bəndi ilə isə müqavilənin müddəti 08 ay müəyyən edilmiş, müddətin müqavilə bağlandığı tarixdən hesablandığı, müqavilənin iddiaçı ilə cavabdeh "xxxx" MMCnin razılığı ilə uzadılması şərtləşdirilmişdir.

64. Eyni zamanda tərəflər 05 sentyabr 2017-ci il tarixli, 06 yanvar 2018-ci il tarixli, 06 iyun 2018-ci il tarixli müqavilələrə əsasən layihə ilə bağlı Cavabdeh1 tərəfindən “Şirkət”ə ödənilən və Bankın istəyinə əsasən “Şirkət” tərəfindən podratçılara birbaşa ödənilən vəsait və ödəmələr "xxxx" MMC-nin (Şirkət) kreditor borcu sayılır və onun “X6” Bankının qarşısında kredit öhdəliyi kimi tanınır və “Şirkət”in kredit müqaviləsinə əsasən Banka olan əvvəlki kredit borcalarına əlavə olunur.

65. Kollegiya işin yuxarıda qeyd edilən hallarıını nəzərə alaraq qeyd edir ki, hazırkı halda sonuncu müqavilə üzrə kredit müqaviləsindən yaranan öhdəlik münasibətləri 08 ay uzadılaraq xx.xx.2019-cu il tarixdə başa çatmış, həmin andan etibarən borcun qaytarılmaması açıq şəkildə məlum olmuş və iddiaçı hüquqlarının pozulduğunu bilmişdir. Belə olan halda isə iddia müddətinin axımı da Mülki Məcəllənin 377.3-cü maddəsinə əsasən həmin tarixdən başlamış, iddiaçı isə hazırki tələblə məhkəməyə müraciət edərkən 3 illik iddia müddətini ötürmüşdür.

66. Belə ki, tərəflər arasında öhdəlik münasibətlərinin xx.xx.2019-cu il tarixindən sonra uzadılması işin halları ilə müəyyən edilmir.

67. Qeyd olunmalıdır ki, iddia müddətləri mübahisələrin həlli baxımından mülki qanunvericiliyin mühüm əhəmiyyət daşıyan institutlarından biridir. Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında bu institutun əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir. İddia müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, tərəflərlərin üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır.

68. Avropa İnsan Hüquqları Məhkəməsi “Miraqall Eskolano və digərləri İspaniyaya qarşı” işi üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar.

69. Avropa Məhkəməsi “Stanyo Belçikaya qarşı” iş üzrə 07 iyul 2009-cu il tarixli qərarında da göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir.

70. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi müvafiq nəticəyə tərəflərin qarşılıqlı münasibətlərinin mahiyyətini səhv qiymətləndirməsi səbəbindən gəlməklə işin faktiki hallarına və sübutlara düzgün hüquqi qiymət verməmiş, gəldiyi nəticə işin hallarına uyğun olmamışdır; buna görə də qətnamə (mübahisələndirilən hissədə) ləğv olunaraq iddia tələbinin tam rədd edilməsi barədə yeni qətnamə çıxarılmalıdır.

71. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə xərclərinə dair məsələyə də qiymət verməyin zəruriliyini vurğulayaraq kollegiya qeyd edir ki, apellyasiya şikayəti vermək üçün apellyatorun ödədiyi dövlət rüsumunun əvəzi qismində 2.900 manat pul vəsaiti iddiaçı “X7” Bankından mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs İsayev (İsaev) Nəriman (Nariman) Tanrıverdi oğlunun xeyrinə tutulmalıdır. Nəzərə alınmalıdır ki, məhkəmə xərclərinin bölüşdürülməsi məsələsi prosessual qanunvericiliklə tənzimləndiyindən, bununla bağlı qərar qəbul edərkən məhkəmə, müvafiq tələbin olub-olmamasına bağlı deyildir.

72. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ:

Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs İsayev (İsaev) Nəriman (Nariman) Tanrıverdi oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-166/2025 nömrəli kommersiya mübahisəsi üzrə xx.xx.2025-ci il tarixli qətnaməsi hazırki apellyasiya baxışının predmeti olan hissədə, yəni “iddia tələbinin qismən təmin edilməsi, “X7” Bankı, Cavabdeh1 MMC və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında “Nəsimi Bakı” layihəsi üzrə tikinti quraşdırma işlərinin maliyyələşdirilməsi barədə” xx.xx.2017-ci il, xx.xx.2018-ci il, xx.xx.2018-ci il tarixli müqavilələr üzrə 2648342,06 avro və 25000 ABŞ dolları əsas borc (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının və avronun manata nisbətən məzənnəsi nəzərə alınmaqla Azərbaycan manatı ekvivalenti ilə) cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq iddiaçı “X7” Bankına ödənilməsi, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 2852 manat məbləğində pul cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq iddiaçı “X7” Bankına ödənilməsi” hissəsində ləğv edilsin. Həmin hissədə yeni qətnamə qəbul edilsin. İddiaçı “X7” Bankının cavabdehlər Cavabdeh1 və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iddia tələbi həmin hissədə təmin edilməsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi qismində 2.900 (iki min doqquz yüz) manat pul vəsaiti iddiaçı “X7” Bankından mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs İsayev (İsaev) Nəriman (Nariman) Tanrıverdi oğlunun xeyrinə tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar