Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2-2(3-6)-84/2026 13.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər cavabdeh2, cavabdeh3 və cavabdeh1 qarşı “borc, tələbin ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılması” tələbinə dair kommersiya mübahisəsi üzrə Açar sözlər: kredit müqaviləsi, kredit müqaviləsinin mühüm şərtləri, kredit borcunun tutulması, kredit müqaviləsi üzrə faizlər, kredit borcun gecikdirilməsinə görə dəbbə pulu (cərimə), öhdəliyin pozulması (və ya lazımınca icra edilməməsi) Hakimlər Cəfərov Səməd Fəxrəddin oğlunun sədrliyi və məruzəsi ilə, X1 və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi Bayramlı Dəniz Natiq qızının katibliyi, Iddiaçı “xxxx” ASC-nin nümayəndəsi nümayəndə1, Cavabdeh cavabdeh2 iştirakları ilə, Iddiaçı “xxxx” ASC-nin cavabdehlər cavabdeh3, cavabdeh2, cavabdeh1 qarşı “borc, tələbin ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılması” tələbinə dair Bakı Kommersiya Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-**/**** saylı qətnaməsindən iddiaçı “xxxx” ASC tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Işin halları:
1. “xxxx” ASC ilə cavabdeh2 arasında bağlanmış ##.##.2022-ci il tarixli ****-ƏKM nömrəli əsas kredit müqaviləsindən görünür ki, borc verən borc alana 60 (altmış) ay müddətində (##.##.2017-ci il tarixədək) 350000 (üç yüz əlli min) manat ekvivalenti məbləğində bərpa olunan kredit limiti açmağı, borc alan isə ona bi kredi limiti çərçivəsində təqdim olunmuş Krediti müvafiq Əlavə kredit müqaviləsində nəzərdə tutulmuş şərtlərlə və qaydada qaytarmağı və kreditə hesablanmış faizləri borc verənə ödəməyi, habelə kreditdən təyantı üzrə istifadə etməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin: - 2.3-cü bəndinə əsasən hər bir kreditin müddəti, məbləği, valyutası, qaytarma şərtləri, ona hesablanan faizlərin miqdarı və ödənilməsi şərtləri, məqsədi (təyinatı) və digər xüsusi şərtləri müvafiq Əlavə kredit müqaviləsi ilə tənzimlənir; - 5.4.11-ci bəndinə əsasən əlavə kredit müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, bu müqavilə rəsmiləşdirildikdən sonra 15 bank günü ərzində cavabdeh1 məxsus 0091100029405101-****** reyestr nömrəli ünvan 1 ünvanda yerləşən əmlakın borc verənin xeyrinə ipoteka hüququ ilə yüklü edilməsini, bununla əlaqədar borc verənlə cavabdeh2 arasında ipoteka müqaviləsinin bağlanmasını təmin etmək; borc alan qeyd olunan öhdəliyini icra etmədikdə, borc verən birtərfli qaydada əlavə kredit müqavilələrində müəyyən olunmuş illik faiz dərəcəsini 3 %-dək artırmaq hüququna malikdir; - 7.1-ci bəndinə əsasən bu müqavilə, o cümlədən bu müqavilə çərçivəsində bağlanan əlavə kredit müqavilələri üzrə borc alanın borc verən qarşısında öhdəliklərinin təminatı qismində: ****-IZG/* saylı ipoteka müqaviləsi üzrə ipoteka olan əmlak; ##.##.2022-ci il tarixli ****-IZG/* saylı zaminlik müqaviləsi çıxış edir.
2. “xxxx” ASC ilə cavabdeh2 arasında bağlanmış ##.##.2022-ci il tarixli ****-KQ nömrəli əlavə kredit müqaviləsindən görünür ki, borc verən borc alana 36 ay müddətində (##.##.2025-ci il tarixədək) 121.000 manat məbləğində, kreditdən istifadəyə görə illik 15 % ödəmək şərtilə kredit verməyi, borc alan isə müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada krediti qaytarmağı və ona hesablanmış faizləri borc verənə ödəməyi, habelə kreditdən 1.2-ci bənddə göstərilmiş təyinatı üzrə istifadə etməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 1.8-ci bəndinə əsasən tərəflərin hüquqları, vəzifələri və məsuliyyəti, borc alanın öhdəliklərinin icra edilməməsinə görə tətbiq edilən cərimə sanksiyalarının miqdarı, kreditin borc verən tərəfindən vaxtından əvvəl tələb edilməsi hüququ, tətbiq edilən hüquq və mübahisələrin həlli qaydası da daxil olmaqla, lakin bunlarla məhdudlaşmayaraq bu müqavilə ilə tənzimlənməyən digər məsələlər üzrə tərəflərin münasibətlərinə əsas kredit müqaviləsinin müvafiq müddəaları tətbiq edilir.
3. “xxxx” ASC ilə cavabdeh2 arasında bağlanmış ##.##.2022-ci il tarixli ****-KQ nömrəli əlavə kredit müqaviləsindən görünür ki, borc verən borc alana 6 (altı) ay müddətində (##.##.2023-cü il tarixədək) 14000 manat məbləğində, kreditdən istifadəyə görə illik 15 % ödəmək şərtilə kredit verməyi, borc alan isə müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada krediti qaytarmağı və ona hesablanmış faizləri borc verənə ödəməyi, habelə kreditdən 1.2-ci bənddə göstərilmiş təyinatı üzrə istifadə etməyi öhdəsinə götürmüşdür. - 1.7-ci bəndinə əsasən tərəflərin hüquqları, vəzifələri və məsuliyyəti, borc alanın öhdəliklərinin icra edilməməsinə görə tətbiq edilən cərimə sanksiyalarının miqdarı, kreditin borc verən tərəfindən vaxtından əvvəl tələb edilməsi hüququ, tətbiq edilən hüquq və mübahisələrin həlli qaydası da daxil olmaqla, lakin bunlarla məhdudlaşmayaraq bu müqavilə ilə tənzimlənməyən digər məsələlər üzrə tərəflərin münasibətlərinə əsas kredit müqaviləsinin müvafiq müddəaları tətbiq edilir.
4. “xxxx” ASC ilə cavabdeh3 arasında bağlanmış ##.##.2022-ci il tarixli ****-IZG/* nömrəli zaminlik müqaviləsinə əsasən zamin 1.2-ci bənddə qeyd olunmuş əsas kredit müqaviləsi, o cümlədən həmin müqavilə çərçivəsində bağlanan və müqavilənin 1.4-cü bəndinə göstərilmiş müqavilələr üzrə borc alanın bank qarşısında götürdüyü öhdəliklərin lazımınca icra edilməsi üçün borc alanla birgə qaydada məsuliyyət daşımağı öhdəsinə götürür. Müqavilənin 2.3.1-ci bəndinə əsasən zamin borc alanın əsas və ya əlavə kredit müqavilələri üzrə bank qarşısında öhdəliklərini tam şəkildə yerinə yetirməsinə görə borc alanla birlikdə məsuliyyət daşımaq öhdəliyi daşıyır.
5. “xxxx” ASC (Ipoteka saxlayan) ilə cavabdeh1 (Ipoteka qoyan) arasında bağlanmış ##.##.2022-ci il tarixli ****-IZG/* nömrəli ipoteka müqaviləsinin 1.1-ci bəndinə əsasən müqavilənin predmetini müqavilənin 1.2-ci bəndində göstərilən əsas kredit müqaviləsinə, o cümlədən həmin müqavilə çərçivəsində bağlanan və bu müqavilənin 2.2-ci bəndində göstərilmiş müqavilələrə əsasən, borc alanın Ipoteka saxlayan qarşısında götürdüyü öhdəliklərin icrasını təmin etmək məqsədilə Ipoteka qoyana mülkiyyət hüququ ilə məxsus olan müqavilənin 1.3-cü bəndində göstərilən əmlakın Ipoteka saxlayanın xeyrinə ipoteka ilə yüklü edilməsi təşkil edir. Ipoteka predmeti Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi Idarəsi tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ##.##.2013-cü il tarixli, RX seriyalı, ******* №-li çıxarışa əsasən Ipoteka qoyanın mülkiyyətində olan aşağıdakı əmlakdır: Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsində ** nömrəli binanın 1-ci mərtəbəsində yerləşən 59,0 kv.m ümumi, 45,9 kv.m yaşayış, 13,1 kv.m yardımçı sahədən ibarət 3 otaqlı, ** nömrəli mənzil. - müqavilənin 1.7-ci bəndinə əsasən FM Consultin MMC qiymətləndirmə şirkətinin ******* saylı rəyinə əsasən ipoteka predmetinin bazar qiyməti 105000 (bir yüz beş min) manat, likvid dəyəri isə 95000 (doxsan beş min) manat məbləğində müəyyən edilir.
6. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ##.##.2022-ci il tarixli çıxarışdan görünür ki, ünvan 1 xüsusi mülkiyyətdə olan yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi ünvanında yerləşən 59 kv.metr olan mənzil “xxxx” ASC-nin xeyrinə yüklü edilmişdir.
7. ##.##.2022-ci il tarixli, 4194-KQ №-li əlavə kredit müqaviləsinə * nömrəli Əlavə üzrə tərtib edilmiş kredit və ona hesablanmış faizlərin ödəniş cədvəlindən görünür ki, ümumi məbləği 121000 manat olan illik faiz dərəcəsi 15 % olmaqla 36 ay müddətinə verilmiş kreditə görə cavabdeh2 ##.##.2023-cü il tarixdən ##.##.2025-ci il tarixinə qədər hər ayın 16-sı olmaqla 4390,35 manat, sonuncu ay 4390,28 manat ödəməlidir.
8. ##.##.2022-ci il tarixli ****-KQ nömrəli əlavə kredit müqaviləsinə * nömrəli Əlavə üzrə tərtib edilmiş kredit və ona hesablanmış faizlərin ödəniş cədvəlindən görünür ki, ümumi məbləği 14000 manat olan illik faiz dərəcəsi 15 % olmaqla 6 ay müddətinə verilmiş kreditə görə cavabdeh2 ##.##.2023-cü il tarixdən ##.##.2023-cü il tarixinə qədər hər ayın 1-i olmaqla 2436,47 manat, sonuncu ay 2436,49 manat ödəməlidir.
9. “xxxx” ASC tərəfindən ünvanlanmış ##.##.2023-cü il tarixli bildirişlərdə ##.##.2022-ci il tarixli ****-ƏKM saylı əsas kredit müqaviləsinə əlavə olaraq ##.##.2022-ci il tarixli ****-KQ saylı əlavə kredit müqaviləsinə əsasən 8.219,09 manat əsas borc, 58,22 manat faiz borcu, cəmi 8.277,31 manat, ##.##.2022-ci il tarixli ****-ƏKM saylı əsas kredit müqaviləsinə əlavə olaraq ##.##.2022-ci il tarixli ****-KQ saylı kredit müqaviləsinə əsasən 121.000 manat əsas borc, 10.248,93 manat faiz borcu, 2.637,80 manat cərimə borcu olmaqla, cəmi 133.886,73 manat olmaqla, ümumilikdə 142.164,04 manat məbləğin tam şəkildə 3 gün ərzində ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirmişdir.
Birinci instansiya məhkəməsindəki icraat:
10. Iddiaçı “xxxx” ASC (bundan sonra-“iddiaçı”) cavabdehlər cavabdeh2, cavabdeh3 və cavabdeh1 (bundan sonra birlikdə-“cavabdehlər”, ayrı-ayrılıqda müvafiq olaraq- “borclu”, “zamin”, “ipoteka qoyan”) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, borclu və zamindən iddiaçının xeyrinə ##.##.2022-ci il tarixli ****-ƏKM saylı əsas kredit müqaviləsinə əlavə olaraq ##.##.2022-ci il tarixli ****-KQ saylı əlavə kredit müqaviləsinə əsasən Banka ödənilməmiş borcu – 8219.09 manat əsas borc, 58.22 manat faiz borcu, 0 manat cərimə borcu olmaqla, cəmi 8277.31 manat, ##.##.2022-ci il tarixli ****-ƏKM saylı əsas kredit müqaviləsinə əlavə olaraq ##.##.2022-ci il tarixli ****-KQ saylı kredit müqaviləsinə əsasən Banka ödənilməmiş borcu – 121 000 manat əsas borc, 10 248.93 manat faiz borcu, 2637.80 manat cərimə borcu olmaqla, cəmi 133 886.73 manat olmaqla, ümumilikdə 142164.04 manat məbləğinin, ipoteka qoyulmuş əmlaka tutmanın yönəldilməsinə dair bildirişlərin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi * saylı Bakı ərazi idarəsində qeydiyyata alınmasına dair ödənilmiş 52.48 manat dövlət rüsumunun, ilkin mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş 410 manat məbləğində mediasiya xərcinin, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30.85 manat dövlət rüsumunun tutulması, tələbin ipoteka qoyan ilə Bank arasında bağlanan ##.##.2022-ci il tarixli ****-IZG/* saylı ipoteka müqaviləsinə əsasən ipoteka qoyana məxsus Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsində ** nömrəli binanın 1-ci mərtəbəsində yerləşən 59 kv.m. ümumi, 45.9 kv.m. yaşayış, 13.1 kv.m. yardımçı sahədən ibarət 3 otaqlı ** nömrəli mənzilə yönəldilməsi, həmin əmlakın ilkin satış qiyməti müəyyən edilməklə, açıq hərracdan satılması və onun satışından əldə olunmuş vəsaitin borclunun ##.##.2022-ci il tarixli ****-ƏKM saylı əsas kredit müqaviləsinə əlavə olaraq ##.##.2022-ci il tarixli ****-KQ saylı əlavə kredit müqaviləsi və ##.##.2022-ci il tarixli ****-ƏKM saylı əsas kredit müqaviləsinə əlavə olaraq ##.##.2022-ci il tarixli ****-KQ saylı əlavə kredit müqaviləsi üzrə ümumilikdə 142164.04 manat borcunun, ipoteka qoyulmuş əmlaklara tutmanın yönəldilməsinə dair bildirişlərin qeydiyyata alınmasına dair ödənilmiş 52.48 manat dövlət rüsumunun, ilkin mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş 410 manat məbləğində mediasiya xərcinin, məhkəməyə iddia verilməsi üçün ödənilmiş 30.85 manat dövlət rüsumunun ödənilməsinə yönəldilməsi, ipoteka predmeti olan – Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsində ** nömrəli binanın 1-ci mərtəbəsində yerləşən 59 kv.m. ümumi, 45.9 kv.m. yaşayış, 13.1 kv.m. yardımçı sahədən ibarət 3 otaqlı ** nömrəli mənzilə tutma yönəldikdən sonra cavabdehlər tərəfindən boşaldılmış vəziyyətdə iddiaçıya təhvil verilməsi, satışdan əldə olunacaq vəsait borc tələblərini ödəməyə kifayət etmədikdə, qalan məbləğin borclu və zamindən ümumi qaydada tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
11. Iddia tələbi işin yuxarıda göstərilən faktiki hallarına uyğun əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, cavabdehlər kredit müqavilələri üzrə vəsaitindən istifadə etmiş, lakin kredit borcu və hesablanmış faizləri müqavilə ilə müəyyən edilmiş qaydada ödəməkdən boyun qaçırır. Maliyyə arayışına əsasən, borclunun ##.##.2022-ci il tarixli ****- ƏKM saylı əsas kredit müqaviləsinə əlavə olaraq ##.##.2022-ci il tarixli ****-KQ saylı əlavə kredit müqaviləsinə əsasən Banka ödənilməmiş borcu – 8219.09 manat əsas borc, 58.22 manat faiz borcu, 0 manat cərimə borcu olmaqla, cəmi 8277.31 manat borcu qalmışdır. Maliyyə arayışına əsasən, borclunun ##.##.2022-ci il tarixli ****-ƏKM saylı əsas kredit müqaviləsinə əlavə olaraq ##.##.2022-ci il tarixli ****-KQ saylı kredit müqaviləsinə əsasən Banka ödənilməmiş borcu – 121000 manat əsas borc, 10248.93 manat faiz borcu, 2637.80 manat cərimə borcu olmaqla, cəmi 133886.73 manat borcu qalmışdır. Ümumilikdə, borclunun hər iki kredit müqaviləsi Banka 142164.04 manat borcu qalmışdır. Cavabdehlərə ##.##.2022-ci il tarixli ****-ƏKM saylı əsas kredit müqaviləsinə əlavə olaraq ##.##.2022-ci il tarixli ****-KQ saylı əlavə kredit müqaviləsinə və ##.##.2022-ci il tarixli ****-ƏKM saylı əsas kredit müqaviləsinə əlavə olaraq ##.##.2022-ci il tarixli ****-KQ saylı əlavə kredit müqaviləsi üzrə borcun qaytarılması haqqında iddiaçı tərəfindən ##.##.2023-cü il tarixli bildiriş göndərilərək, xəbərdarlıq edilsə də, vəsait Banka geri qaytarılmamışdır. Bundan əlavə, ****- ƏKM nömrəli ##.##.2022-ci il tarixli kredit müqaviləsinə dair təminat qismində olan əmlaka – əsasən ipoteka qoyan məxsus Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsində ** nömrəli binanın 1-ci mərtəbəsində yerləşən 59 kv.m. ümumi, 45.9 kv.m. yaşayış, 13.1 kv.m. yardımçı sahədən ibarət 3 otaqlı ** nömrəli mənzilə ipoteka predmeti üzrə tutmanın yönəldilməsi barədə bildiriş tərəflərindən göndərilmiş, həmin bildiriş üzrə əmlaka dair Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi * saylı Bakı ərazi idarəsində qeydiyyata alınmasına dair 52.48 manat dövlət rüsumu ödənilmiş və bildiriş qeydə alınaraq cavab məktubu verilmişdir. Bundan başqa, cavabdehə kredit vəsaiti sahibkarlıq məqsədi üçün verildiyinə görə ilkin mediasiya sessiyasında iştirak edilmiş, razılıq əldə edilmədiyi üçün məhkəməyə müraciət edilmişdir. Ilkin mediasiya sessiyası üçün 410 manat dövlət rüsumu ödənilmiş, ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayış verilmişdir. Hazırki mübahisə üzrə iddia qiyməti 142164.04 manat olduğundan, ilkin mediasiya sessiyası üçün 410 manat dövlət rüsumu ödəniş edildiyini nəzərə alaraq, məhkəməyə iddia verilməsi üçün ödənilmiş dövlət rüsumu 30.85 manat təşkil edir.
12. Daha sonra iddiaçı məhkəməyə iddia tələbinin həcminin artırılması barədə ərizə ilə müraciət edərək, borclu və zamindən iddiaçının xeyrinə ##.##.2022-ci il tarixli 4012- ƏKM saylı əsas kredit müqaviləsinə əlavə olaraq ##.##.2022-ci il tarixli ****-KQ saylı Əlavə kredit müqaviləsinə əsasən Banka ödənilməmiş borcu - 8219.09 manat əsas borc, 437.21 manat faiz borcu olmaqla, cəmi 8656.30 manat, 2022-ci il # ###### tarixli ****-ƏKM saylı əsas kredit müqaviləsinə əlavə olaraq 2022-ci il ## ###### tarixli ****-KQ saylı kredit müqaviləsinə əsasən Banka ödənilməmiş borcu 121000 manat əsas borc, 26987.23 manat faiz borcu, 7695.25 manat cərimə borcu olmaqla, cəmi 155682.48 manat olmaqla, ümumilikdə 164338.78 manat ipoteka qoyulmuş əmlaka tutmanın yönəldilməsinə dair bildirişlərin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi * saylı Bakı ərazi idarəsində qeydiyyata alınmasına dair ödənilmiş 52.48 manat dövlət rüsumunun, ilkin mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş 410 AZN məbləğində mediasiya xərcinin, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 44.34 manat dövlət rüsumunun tutulması, tələbin ipoteka qoyan ilə Bank arasında bağlanan ##.##.2022-ci il tarixli ****-IZG/* saylı ipoteka müqaviləsinə əsasən ipoteka qoyana məxsus Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsində ** nömrəli binanın 1-ci mərtəbəsində yerləşən 59 kv.m. ümumi, 45.9 kv.m. yaşayış, 13.1 kv.m. yardımçı sahədən ibarət 3 otaqlı ** nömrəli mənzilə yönəldilməsi, həmin əmlakın ilkin satış qiyməti müəyyən edilməklə, açıq hərracdan satılması və onun satışından əldə olunmuş vəsaitin borclunun ##.##.2022-ci il tarixli ****-ƏKM saylı əsas kredit müqaviləsinə əlavə olaraq ##.##.2022-ci il tarixli ****-KQ saylı əlavə kredit müqaviləsi və ##.##.2022-ci il tarixli ****-ƏKM saylı əsas kredit müqaviləsinə əlavə olaraq ##.##.2022-ci il tarixli ****-KQ saylı əlavə kredit müqaviləsi üzrə ümumilikdə 164 338.78 manat borcunun, ipoteka qoyulmuş əmlaklara tutmanın yönəldilməsinə dair bildirişlərin qeydiyyata alınmasına dair ödənilmiş 52.48 manat dövlət rüsumunun, ilkin mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş 410 manat məbləğində mediasiya xərcinin, məhkəməyə iddia verilməsi üçün ödənilmiş 44.34 manat dövlət rüsumunun ödənilməsinə yönəldilməsi, satışdan əldə olunacaq vəsait borc tələblərini ödəməyə kifayət etmədikdə, qalan məbləğin borclu və zamindən ümumi qaydada tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
13. Məhkəmə mühasibatlıq ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ##.##.2024-cü il tarixli */**** nömrəli ekspert rəyində göstərilmişdir ki, tərəflər arasında bağlanmış ##.##.2022-ci il tarixli ****-KQ saylı Əlavə Kredit müqaviləsi üzrə banka ödənilməli olan kredit borcu sualda göstərilən ##.##.2024-cü il tarixinə əsas borc 7431,48 manat, faiz borcu 0 manat və ekspert rəyi verilən tarixə ##.##.2024-cü il tarixinə əsas borc 7431,48 manat müəyyən olunur.
14. Məhkəmə mühasibatlıq ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ##.##.2024-cü il tarixli */**** nömrəli ekspert rəyində göstərilmişdir ki, tərəflər arasında bağlanmış ##.##.2022-ci il tarixli ****-ƏKM saylı əsas kredit müqaviləsinə əlavə olaraq bağlanmış ##.##.2022-ci il tarixli ****-KQ saylı kredit müqaviləsinə əsasən banka ödənilməli olan kredit borcu maliyyə arayışında göstərilən tarixə - ##.##.2024-cü il tarixinə əsas borc 120546,25 manat, faiz borcu 17908,34 manat və ekspert rəyi verilən tarixə - ##.##.2024-cü il tarixinə əsas borc 120546,25 manat, faiz borcu 25141,11 manat olması müəyyən olunur.
15. Məhkəmə mühasibatlıq ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ##.##.2025-ci il tarixli */**** nömrəli ekspert rəyində göstərilmişdir ki, tərəflər arasında bağlanmış ##.##.2022-ci il tarixli ****-KQ saylı əlavə kredit müqaviləsinə əsasən banka ödənilməli olan kredit borcu maliyyə arayışında göstərilən tarixə - ##.##.2024-cü il tarixinə əsas borc 121000 manat, faiz borcu 26770,83 manat olması müəyyən olunur.
16. Ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən olunması məqsədilə iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası keçirilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ##.##.2024-cü il tarixli */****-**/**** nömrəli ekspert rəyi ilə Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektində yerləşən ** saylı evin, ** saylı mənzilinin hazırki orta bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 126000 manat məbləğində, likvid dəyəri isə təqribən 113000 manat məbləğində müəyyən edimişdir.
17. Bakı Kommersiya Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*-*(***)-**/**** saylı qərardadı ilə iş üzrə icraata - “ipoteka predmeti olan Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsində ** nömrəli binanın 1-ci mərtəbəsində yerləşən 59 kv.m. ümumi, 45.9 kv.m. yaşayış, 13.1 kv.m. yardımçı sahədən ibarət 3 otaqlı ** nömrəli mənzilə tutma yönəldikdən sonra cavabdehlər tərəfindən boşaldılmış vəziyyətdə iddiaçıya təhvil verilməsi” - hissəsində xitam verilməsi qərara alınmışdır.
18. Bakı Kommersiya Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*-*(***)-**/**** saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, borclu və zamindən iddiaçının xeyrinə ##.##.2022-ci il tarixli ****-KQ saylı əlavə kredit müqaviləsinə əsasən 7431,48 əsas borc, ##.##.2022-ci il tarixli ****-KQ saylı kredit müqaviləsinə əsasən 121000 manat əsas borc, 10248,93 manat faiz borcu, 2637,80 manat cərimə borcu olmaqla, cəmi 133886,73 manat borcun tutulması, cavabdehlərdən iddiaçının xeyrinə ipoteka qoyulmuş əmlaka tutmanın yönəldilməsinə dair bildirişin qeydiyyata alınması üçün ödənilmiş 52,48 manat dövlət rüsumunun, ilkin mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş mediasiya xərcinin 200 manatının, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30,85 manat dövlət rüsumunun əvəzinin tutulması, tələbin ipoteka müqaviləsinə əsasən ipoteka qoyana məxsus Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsində ** nömrəli binanın 1-ci mərtəbəsində yerləşən 59 kv.m. ümumi, 45.9 kv.m. yaşayış, 13.1 kv.m. yardımçı sahədən ibarət 3 otaqlı ** nömrəli mənzilə yönəldilməsi, həmin əmlakın ilkin satış qiymətinin 113000 manat müəyyən edilməklə açıq hərracdan satılması və onun satışından əldə olunmuş vəsaitin cavabdehlərin borcunun ödənilməsinə yönəldilməsi, hərrac satışdan əldə olunacaq vəsait borc tələblərini ödəməyə kifayət etmədikdə, qalan məbləğin borclu və zamindən ümumi qaydada tutularaq iddiaçıya ödənilməsi, məhkəmə tikinti-texniki və məhkəmə mühasibatlıq ekspertizalarının keçirilməsinə xərclənmiş 350 manat məbləğində pul vəsaitinin 250 manat məbləğində hissəsinin borclu və zamindən, 100 manat məbləğində hissəsinin isə iddiaçıdan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (Büdcə təsnifatının kodu 142595, Büdcə səviyyəsinin kodu 3, X3, 210005, VÖEN 1401555071, Müxbir Hesab AZ41NABZ01360100000000003944, SWIFT BIK CTREAZ22, VÖEN 1700326621, hesab: AZ34CTRE00000000000002088501) hesabına keçirilməsi qət edilmişdir (hakim K.Hüseynov).
19. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, kreditor, yəni iddiaçı kredit müqavilələri üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirsə də, borcalan və zamin kredit və zaminlik müqavilələri üzrə öhdəlikləri tam icra etməmiş, bununla da müqavilələrin şərtlərini və mülki qanunvericiliyin normalarını pozmuşlar. Cavabdeh də kredit müqavilələri üzrə üzrlü səbəblərdən ödənişləri gecikdirdiyini, vaxtında öhdəliyini icra etmədiyini qəbul etmişdir. Nəticədə iddiaçının borclu və zaminə qarşı kredit və zaminlik müqavilələri əsasında borcu tələb etmək hüququ yaranmışdır və onun tələbi haqlıdır.
20. Məhkəmə iddiaçının iddia ərizəsini verdikdən sonra iddia tələbinin həcminin faiz borcları hissəsində artırılmasına münasibətdə qeyd etmişdir ki, iddiaçı cavabdehlərə ##.##.2023-cü il tarixində bildiriş göndərərək ##.##.2022-ci il tarixli 4194-KQ №-li əlavə kredit müqaviləsi üzrə əsas, faiz və cərimə borcların tam ödənilməsini, yəni müqavilə müddətinin bitməsini gözləmədən bütün məbləğin ödənilməsini tələb etmiş, bununla da müqavilədən birtərəfli qaydada imtina edərək öz iradə ifadəsini göstərmişdir.
21. Məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” ##.##.2023-cü il tarixli Qərarında formalaşmış hüquqi mövqeyə uyğun hesab etmişdir ki, müqavilə ləğv edildikdən sonra faiz hesablana bilməz, iddiaçı yalnız müqavilədən imtina etdiyi müddətədək, yəni ##.##.2023-cü il tarixədək hesablanmış faiz borcunun ödənilməsini tələb etməkdə haqlıdır. Odur ki, ##.##.2022-ci il tarixli ****-KQ nömrəli əlavə kredit müqaviləsi üzrə faiz borcu iddiaçının həmin müqavilədən birtərəfli qaydada imtina etdiyi ##.##.2023-cü il tarixinə hesablanmış 10248,93 manat məbləğində, əsas borc isə 121000 manat məbləğində müəyyən olunmalıdır.
22. Birinci instansiya məhkəməsi həmçinin iddiaçının ##.##.2022-ci il tarixli 4012- KQ nömrəli əlavə kredit müqaviləsi üzrə tələb etdiyi əsas və faiz borcuna münasibətdə qeyd etmişdir ki, kredit müqaviləsinin müddəti ##.##.2023-cü il tarixdə başa çatmışdır. Odur ki, faiz borcu müqavilə müddətinin sonuna qədər hesablanmalıdır.
23. Eyni zamanda keçirilmiş məhkəmə ekspertizası ilə rəyin verildiyi tarixə əsas borcun 7431,48 manat olduğu, faiz borcunun isə olmadığı müəyyən edilmişdir.
24. Məhkəmə ekspert rəyini mötəbər sübut kimi qiymətləndirərək belə qənaətə gəlmişdir ki, həmin müqavilə üzrə ekspert rəyinə uyğun olaraq cəmi 7431,48 manat əsas borc tutulmalıdır.
25. Cərimə borcuna münasibətdə məhkəmə qeyd etmişdir ki, cavabdehlərin ##.##.2022-ci il tarixli, ****-KQ nömrəli əlavə kredit müqaviləsi üzrə ödənişlərini gecikdirməsi işin halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış həmin müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehlərdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır.
26. Tələb olunan cərimə məbləğinin əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq məhkəmə hesab etmişdir ki, cavabdehlərdən ##.##.2022-ci il tarixli, ****-KQ nömrəli əlavə kredit müqaviləsi üzrə tutulması iddia ilə tələb olunan dəbbə pulu tənasübsüz surətdə yüksək olmadığından həmin müqavilə üzrə 2637,8 manat məbləğində cərimə məbləği tutulmalıdır.
27. Məhkəmə ipoteka müqaviləsi bağlandığı vaxtdan keçən müddət ərzində daşınmaz əmlak bazarında qiymətlərin qalxmasını nəzərə alaraq hesab etmişdir ki, ilkin satış qiyməti müəyyən olunarkən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ##.##.2024-cü il tarixli */****-**/**** nömrəli ekspert rəyi əsas götürülərək, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektində yerləşən ** saylı evin, ** saylı mənzilinin ilkin satış qiyməti 113000 manat məbləğində müəyyən olunmalı, həmin əmlak açıq hərracda satılmalı, əmlakın satışından əldə olunmuş vəsait hesabına cavabdehlərin borcu ödənilməli, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğ borclu və zamindən müştərək qaydada tutulmalıdır.
28. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1, 269.4, 317.1, 319.1, 399.3, 399.4, 421.2, 421.3, 442, 447.1, 448.1, 462.1, 463, 465.2, 467, 739-cu, “Ipoteka haqqında” Qanunun 1.0.6, 1.0.9, 3.1, 10.4, 11.1, 11.2, 34.1, 39.3, 41.1, 47.5ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” ##.##.2014-cü il tarixli və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” ##.##.2023-cü il tarixli Qərarlarına istinadla əsaslandırmışdır.
29. Iddiaçı həmin qətnamədən apellyasiya şikayəti vermiş, qətnamənin əsas, faiz və cərimə borcu hissəsində ləğv edilməsi, iddia tələbinin əsas, faiz və cərimə borcu hissəsində tam təmin edilməsi, apellyasiya şikayəti üçün ödənilmiş 227.17 manat dövlət rüsumunun və 0.80 manat xidmət haqqının banka qaytarılması, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinin dəlilləri
30. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə əsas, faiz və cərimə hissəsində ləğv edilməlidir. Məhkəmə mühasibatlıq ekspertizası nəticəsi düzgün aparılmamışdır. Kredit müqaviləsinin 4.4-cü bəndinə əsasən əlavə kredit müqaviləsində ayrı qayda nəzərədə tutulmayıbsa, borc alanın xeyrinə həyata keçirilən ödəniş borc alanın borc verən qarşısında cari tarixə müvafiq əlavə kredit müqaviləsi üzrə mövcud bütün borc öhdəliklərinin icrası üçün kifayət etmədikdə müvafiq pul vəsaitləri borc alanın borc verən qarşısında həmin əlavə kredit müqaviləsi üzrə mövcud bütün borc öhdəliklərinin ödənilməsinə aşağıdakı ardıcıllıqla yönəldilir. 1-ci növbədə məhkəmə və ya məhkəmədənkənar qaydada tələbin irəli sürülməsi və bu müqavilə və/və ya müvafiq Əlavə kredit müqaviləsi üzrə borc alanın öhdəliklərinin icrasına nail olmaq üçün borc verənin xərcləri, 2-ci növbədə cərimə, penya, 3-cü növbədə hesablanmış faizlər, 4-cü növbədə əsas borc, bu bəndədə qeyd olunan ardıcıllıq borc verən tərəfindən birtərəfli qaydada dəyişdirilə bilər. Ekspert müqavilənin bu bəndini nəzərə almadan rəy tərtib etmişdir. Belə ki, cərimə borcunu faiz və əsas borcundan silinmə kimi qəbul etmiş və əsas və faiz borcunu azaltmışdır.
31. Iddiaçı şikayətində pozulmuş maddi və prosessual hüquq normaları kimi Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsini, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 432.4, 445.1, 445.2, 445.3, 445.8-ci maddələrini, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1, 88, 77.1-ci maddələrini göstərmişdir.
Apellyasiya şikayətinə qarşı etiraz:
32. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Bakı Apellyasiya Məhkəməsində birinci icraat
33. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının ##.##.2025-ci il tarixli *- *(***)-***/**** nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən-məruzəçi hakim L.Əliyeva, hakimlər Z.Şirinov və T.Mahmudova).
34. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq edilmiş, düzgün olmayan məhkəmə qətnaməsinin çıxarılmasına səbəb olan prosessual hüquq pozuntulara yol verilməmiş, qətnamədə göstərilən nəticələr işin hallarına uyğundur.
35. Məhkəmə ##.##.2022-ci il tarixli müqavilə üzrə əsas və faiz borclarına münasibətdə qeyd etmişdir ki, həmin müqavilə üzrə kreditin verilməsi müddəti (##.##.2025-ci il) bitmişdən əvvəl iddiaçı cavabdehlərə ##.##.2023-cü il tarixli bildiriş göndərərək həmin müqavilə üzrə kredit məbləğinin və faizlərin tam şəkildə ödənilməsini tələb etmiş, bununla da müqavilənin vaxtından əvvəl ləğv edilməsinə dair iradəsini cavabdehlərə çatdırmış, yəni sözügedən müqavilə ən geci həmin tarixdən etibarən vaxtından əvvəl ləğv edilmişdir. Kollegiya xatırladır ki, iddiaçı yalnız müqavilənin xitam tarixinədək olan müddət üçün müqavilə şərtlərinə əsaasən hesablanmış faizlərin cavabdehlərdən tutulmasını tələb etmək hüququna malikdir.
36. Bununla bağlı məhkəmə qeyd etmişdir ki, iş materiallarından göründüyü kimi, sözügedən kredit müqavilələri üzrə tutmanın ipoteka predmetinə yönəldilməsi barədə bildiriş ##.##.2023-cü il tarixdə dövlət qeydiyyatına alınmış, lakin həmin bildirişin cavabdehlərə göndərildiyi tarixi təsdiq edən sənəd iş materiallarına əlavə edilməmişdir. “Ipotekaya tutma yönəldilməsi barədə” bildirişin qeydiyyata alınması tarixinə əsasən həmin bildirişin “borcun vaxtından əvvəl tam məbləğdə ödənilməsi barədə” ##.##.2023-cü il tarixli bildirişdən əvvəl göndərilməsini, yəni mübahisəli kredit müqaviləsinin ##.##.2023-cü il tarixdən əvvəl ləğv edilməsini ehtimal etmək mümkündür.
37. Lakin məhkəmə, birinci instansiya məhkəməsi tərəfindən kredit müqaviləsinin ləğv edilməsi tarixi kimi ##.##.2023-cü il tarixini götürülməklə kredit müqaviləsi üzrə borcun həmin tarixədək hesablandığını və cavabdehlərin isə qətnamənin həmin hissəsindən apellyasiya şikayəti verməməklə məhkəmənin gəldiyi nəticə ilə razılaşdığını nəzərə alaraq hesab etmişdir ki, hazırkı halın araşdırılması apellyasiya baxışının predmetinə daxil deyildir.
38. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi ##.##.2022ci il tarixli müqavilə üzrə cavabdehlərdən tutulacaq əsas və faiz borcu məbləğlərini müəyyən edərkən ekspert rəylərini əsas götürməmiş, əksinə həmin borc məbləğlərini iddiaçı tərəfindən cavabdehə göndərilmiş ##.##.2023-cü il tarixli bildiriş məktubunda və iddiaçının ilkin olaraq məhkəməyə müraciət etdiyi iddia ərizəsində tələb edilmiş məbləğdə-121.000 manat əsas borc, 10.248,93 manat faiz borcu məbləğində müəyyənləşdirmişdir. Odur ki, həmin müqavilə üzrə cavabdehlərdən tutulması qət edilmiş əsas və faiz borcu məbləğləri bank tərəfindən müqavilə üzrə pretenziyanın tarixinə hesablanmış və tələb edilmiş borc məbləğləri olduğundan, yəni həmin məbləğlər ekspert rəyləri əsasında hesablanmadığından həmin hissədə ekspert rəyinin əsassız olması barədə iddiaçının dəlillərinin araşdırılması zəruri deyildir.
39. Iddiaçının, məhkəmə tərəfindən iddianın dəqiqləşdirilməsi barədə ərizənin nəzərə alınmaması barədə dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd etmişdir ki, iddianın həcminin artırılması müqaviləyə xitam verildiyi tarixdən sonrakı dövr üçün əlavə faizlərin hesablanması ilə bağlı olmuşdur. Iddiaçı yalnız müqavilə xitam verilənədək olan müddət üçün hesablanmış faizləri tələb etmək hüququna malik olduğundan iddia tələbinin artırılmış hissəsinin əsassız olması açıq-aşkardır.
40. Məhkəmə ##.##.2022-ci il tarixli əlavə kredit müqavilələri üzrə cavabdehlərdən tutulmalı olan əsas və faiz borcunun məbləği ilə bağlı isə bildirmişdir ki, ekspert rəyi ilə cavabdehin iddiaçıya ##.##.2024-cü il tarixinə əsas borc 7431,48 manat məbləğində olması, faiz borcunun isə olmaması müəyyən edilmişdir. Hazırkı halda məhkəmənin ekspert rəyi ilə razılaşmaması üçün əsaslar əsaslar olmadığından birinci instansiya məhkəməsi həmin rəyi mötəbər sübut qismində nəzərə almaqla haqlı olmuşdur. Iddiaçı isə apellyasiya şikayətində ekspert rəyinin mötəbərliyini mübahisələndirsə də, həmin rəyi şübhə altına alacaq konkret hallara istinad etməmişdir.
41. Kollegiya həmçinin qeyd etmişdir ki, mübahisəli müqavilə üzrə kreditin verilmə müddəti ##.##.2023-cü il tarixdə bitdiyi halda ekspert rəyində məhkəmənin qoyduğu suala uyğun olaraq ##.##.2024-cü il tarixinə əsas borcun 7431,48 manat olması müəyyən edilmişdir. Həmin borc məbləği ##.##.2024-cü il tarixinədək olan müddət üçün hesablanmış faizlər nəzərə alınmaqla və ödənişlərin bir qismi həmin faizlərə silinməklə hesablanmışdır. Lakin kollegiya vurğulayır ki, qətnamənin əsaslılığı cavabdehlər tərəfindən mübahisələndirmədiyindən sözügedən məsələyə də münasibət bildirilmir.
42. Tələbin dəbbə pulunun tutulması hissəsinə münasibətdə məhkəmə kollegiyasının qənaəti ondan ibarət olmuşdur ki, birinci instansiya məhkəməsi tutulacaq dəbbə pulunun məbləğini müəyyən edərkən tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini, eləcə də dəbbə pulunun müqavilə üzrə öhdəliklərə aid olduğundan onun da məhz müqaviləyə xitam verildiyi tarixədək olan müddət üçün hesablanmalı olmasını nəzərə almışdır. Odur ki, həmin hissədə də iddiaçının dəlilləri əsassızdır.
43. Apellyasiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386, 442, 443.1, 448.1, 462.1, 467, 470.1, 472.1, 472.2, 739 və 741-ci maddələrinə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 119.1, 119.5, 206cı maddələrinə istinadla əsaslandırmışdır.
44. Iddiaçı həmin qətnamədən kassasiya şikayəti vermiş, qətnamənin əsas, faiz və cərimə borcu hissəsində ləğv edilməsi, iddia tələbinin əsas, faiz və cərimə borcu hissəsində tam təmin edilməsi, kassasiya şikayəti üçün ödənilmiş 227.17 manat dövlət rüsumunun və 0.40 manat xidmət haqqının banka qaytarılması, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
Kassasiya instansiyası məhkəməsində birinci icraat
45. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının ##.##.2025-ci il tarixli, *-*(***)-***/**** saylı qərarı ilə kassasiya şikayəti qismən təmin olunmuş, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının ##.##.2025-ci il tarixli, *-*(***)-***/**** saylı qətnaməsi qismən-faiz borcunun tutulması hissəsində ləğv edilmiş, iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmiş, qətnamənin mübahisələndirilən qalan hissəsi dəyişdirilmədən saxlanılmışdır. (məruzəçi hakim K.Abiyeva, hakimlər B.Qəribov və E.Şamayev)
46. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini kredit müqavilələri üzrə əsas və cərimə borcunun tutulması hissəsində apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsinin ləğvi üçün əsas hesab etməmiş və hesab etmişdir ki, şikayətin dəlillərində göstərilən hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün qiymət verilmişdir.
47. Tərəflər arasında bağlanmış faiz borcunun tutulması tələbinə münasibətdə məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçının cavabdehlərə ünvanladığı ## ###### 2023-cü il tarixli məktubda iddiaçı, tərəflər arasında bağlanmış kredit müqavilələri üzrə əsas və faiz borcunun ödənilməsi öhdəliyinin yerinə yetirilməsini xahiş etmişdir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin sözügedən bildirişin verildiyi 2023-cü il ## ###### tarixinə kredit müqaviləsinə birtərəfli qaydada xitam verilməsi və həmin tarixədək faiz məbləğinin tutulması barədə nəticəsi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2023-cü il ## #### tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyə uyğun olmuşdur.
48. ## ###### 2023-cü il tarixindən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizənin 2024-cü il ## ###### tarixindək sözügedən kredit müqavilələri üzrə faizin tutulması tələbinə gəldikdə, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin həmin müddət üçün iddiaçının faiz tələbinin təmin olunmamasına dair nəticəsi ilə razılaşmamışdır. Belə ki, apellyasiya instansiyası məhkəməsi faiz tələbinə qiymət verərkən nəzərə almamışdır ki, baxılan iş üzrə iddiaçı, iddia tələbinin həcminin artırıldığı 2024-cü il # ###### tarixinədək də faizin tutulmasını xahiş etmişdir. Lakin məhkəmə tərəfindən həmin dövr üzrə faizin tutulması tələbinə, tətbiq edilməli olan maddi hüquq normasının tələbləri baxımından qiymət verilməmişdir. Halbuki, MM-in 445.7-ci maddəsində (zamana görə qüvvədə olan redaksiyası) göstərilmişdir ki, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur.
49. Kassasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442, 445.1, 445.2, 445.5, 445.7, 448.1, 462.1, 465.2, 739.1 və 739.2-ci maddələrinə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1 və 88-ci maddələrinə istinadla əsaslandırmışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları:
50. Məhkəmə iclasında iddiaçı “xxxx” ASC-nin nümayəndəsi nümayəndə1 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.
51. Məhkəmə iclasında cavabdeh cavabdeh2 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.
52. Digər cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir.
53. Məhkəmə kollegiyası MPM-in 376.2-ci maddəsinə əsasən apellyasiya şikayətinə digər cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq:
54. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. - 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. - 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. - 445.7-ci maddəsinə əsasən bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. - 448.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. - 465.2-ci amddəsinə görə əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. - 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. - 472.2-ci maddəsinə görə əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. - Mübahisəli hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olmuş 739 və 741-ci maddələrinə görə borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.
55. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: -14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
Apellyasiya baxışının hədləri
56. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
57. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
58. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının ##.##.2025-ci il tarixli, *-*(***)-***/**** saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının ##.##.2025-ci il tarixli, *-*(***)-***/**** saylı qətnaməsi qismən-faiz borcunun tutulması hissəsində ləğv edildiyindən və mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanıldığından, hazırkı apellyasiya baxışının predmetini faiz borcunun tutulması təşkil edir. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti əsasında birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı həmin hissədə yoxlanılmalıdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
59. Məhkəmə kollegiyası iş materiallarını, tərəflərin izahatlarını, məhkəmə ekspertizalarının rəylərini və Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının ##.##.2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarında ifadə olunmuş hüquqi mövqeyi qarşılıqlı əlaqədə qiymətləndirərək hesab edir ki, apellyasiya şikayəti Mülki Məcəllənin 445.7-ci maddəsində nəzərdə tutulmuş qanuni faiz tələbinin rədd edildiyi hissədə təmin edilməlidir.
60. Kassasiya instansiyası məhkəməsi müqaviləyə ##.##.2023-cü il tarixdə xitam verilməsi və həmin tarixədək müqavilə ilə nəzərdə tutulmuş faizlərin tutulması barədə aşağı instansiya məhkəmələrinin gəldiyi nəticəni düzgün hesab etmişdir. Bununla yanaşı, Ali Məhkəmə müəyyən etmişdir ki, iddiaçının müqaviləyə xitam verildikdən sonrakı dövr üçün irəli sürdüyü faiz tələbinə Mülki Məcəllənin 445.7-ci maddəsi baxımından hüquqi qiymət verilməmişdir.
61. Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsinin qərarında ifadə olunmuş göstərişlər işə yenidən baxan məhkəmə üçün məcburidir. Buna görə hazırkı apellyasiya baxışının predmetini kredit müqaviləsinin müddəti başa çatdıqdan və ya müqaviləyə xitam verildikdən sonrakı gecikmə dövrü üçün Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən qanuni faiz tutulmasının mümkünlüyü və həmin faizin məbləği təşkil edir.
62. Birinci instansiya məhkəməsi müqaviləyə xitam verildikdən sonra müqavilə faizinin hesablanmasının mümkün olmadığı nəticəsinə gəlmiş və iddiaçının artırılmış faiz tələbini rədd etmişdir. Lakin məhkəmə müqavilə faizi ilə pul öhdəliyinin icrasının gecikdirilməsinə görə qanunla müəyyən edilmiş faizin fərqli hüquqi mahiyyət daşımasını nəzərə almamışdır.
63. Müqavilə faizi borcalanın kredit vəsaitindən müqavilənin qüvvədə olduğu müddətdə istifadə etməsinin qarşılığıdır. Mülki Məcəllənin 445.7-ci maddəsində nəzərdə tutulan illik 5 faiz isə pul öhdəliyinin vaxtında icra edilməməsinin qanunla müəyyən edilmiş nəticəsi olmaqla, müqavilə faizindən fərqli məsuliyyət tədbiridir.
64. Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən, bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər.
65. Iş üzrə müəyyən olunmuşdur ki, borcalan kredit müqavilələri üzrə əsas borcu müəyyən edilmiş müddətlərdə qaytarmamış və pul öhdəliyinin icrasını gecikdirmişdir. Cavabdehlər gecikmənin onların məsuliyyətini istisna edən haldan irəli gəldiyini təsdiq edən sübut təqdim etməmişlər. ****-KQ nömrəli əlavə kredit müqaviləsi üzrə
66. ##.##.2022-ci il tarixli ****-KQ nömrəli əlavə kredit müqaviləsi üzrə kreditin qaytarılmasının son müddəti ##.##.2023-cü il tarix müəyyən edilmişdir. Kredit həmin tarixədək tam qaytarılmadığından, ##.##.2023-cü il tarixdən etibarən borcalan pul öhdəliyinin icrasını gecikdirmişdir.
67. Birinci instansiya məhkəməsinin qətnaməsi ilə ****-KQ nömrəli əlavə kredit müqaviləsi üzrə ödənilməmiş əsas borcun 7.431,48 manat olduğu müəyyən edilmişdir. Qətnamənin əsas borca aid bu hissəsi qüvvədə saxlanıldığından, Mülki Məcəllənin 445.7-ci maddəsi üzrə qanuni faizin hesablanması zamanı 7.431,48 manat əsas borc baza kimi götürülməlidir.
68. 7.431,48 manat əsas borca ##.##.2023-cü il tarixdən iddia tələbinin həcminin artırıldığı ##.##.2024-cü il tarixədək olan 525 günlük gecikmə dövrü üçün illik 5 faiz tətbiq edildikdə qanuni faiz aşağıdakı kimi müəyyən olunur:
69. 7.431,48 manat × 5 faiz × 525 gün / 365 gün = 534,46 manat.
70. Beləliklə, ****-KQ nömrəli əlavə kredit müqaviləsi üzrə Mülki Məcəllənin 445.7ci maddəsinə əsasən hesablanması mümkün olan qanuni faiz 534,46 manat təşkil edir.
71. Bununla belə, iddiaçı həmin müqavilə üzrə 437,21 manat faiz borcunun tutulmasını tələb etmişdir. Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinə əsasən məhkəmə tərəflərin verdikləri tələblər üzrə qətnamə çıxardığından və iddia tələbindən kənara çıxmaq üçün qanuni əsas olmadığından, hesablanması mümkün olan 534,46 manat deyil, iddiaçının tələb etdiyi 437,21 manat tutulmalıdır.
72. Iddiaçının tələb etdiyi 437,21 manat hesablanması mümkün olan qanuni faiz məbləğindən az olduğundan, ****-KQ nömrəli əlavə kredit müqaviləsi üzrə Mülki Məcəllənin 445.7-ci maddəsinə əsaslanan faiz tələbi iddia tələbi həcmində tam təmin edilməlidir. ****-KQ nömrəli əlavə kredit müqaviləsi üzrə
73. ****-KQ nömrəli əlavə kredit müqaviləsi üzrə iddiaçı ##.##.2023-cü il tarixli bildirişlə əsas və faiz borcunun vaxtından əvvəl tam ödənilməsini tələb etmiş və bununla müqaviləyə xitam verilməsi barədə iradəsini borcalana çatdırmışdır.
74. Müqaviləyə xitam verildiyi ##.##.2023-cü il tarixədək hesablanmış 10.248,93 manat müqavilə faizinin tutulması barədə birinci instansiya məhkəməsinin nəticəsi kassasiya instansiyası məhkəməsi tərəfindən düzgün hesab edilmişdir. Buna görə hazırkı apellyasiya baxışında mübahisə həmin müqavilə faizinin deyil, müqaviləyə xitam verildikdən sonrakı dövr üçün Mülki Məcəllənin 445.7-ci maddəsinə əsaslanan qanuni faizin tutulması ilə bağlıdır.
75. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ##.##.2026-cı il tarixli, **/**** nömrəli ekspert rəyinə əsasən, ****-KQ nömrəli əlavə kredit müqaviləsi üzrə ödənilməmiş 121.000 manat əsas borca ##.##.2023-cü il tarixdən ##.##.2024-cü il tarixədək Mülki Məcəllənin 445.7-ci maddəsində nəzərdə tutulmuş illik 5 faiz tətbiq edilməklə 5.360,97 manat qanuni faiz hesablanmışdır.
76. Ekspert rəyinin bu hissəsi işdə olan kredit müqaviləsi, borcun qaytarılması barədə bildiriş, hesabdan çıxarışlar və əsas borcun ödənilmədiyini təsdiq edən digər sübutlarla uzlaşır. Ekspert rəyinin bu hissəsini şübhə altına alan mötəbər sübut təqdim edilməmişdir.
77. Buna görə ****-KQ nömrəli əlavə kredit müqaviləsi üzrə ##.##.2023-cü il tarixdən ##.##.2024-cü il tarixədək hesablanmış 5.360,97 manat qanuni faizin tutulması barədə iddia tələbi əsaslıdır və təmin edilməlidir. Yekun hüquqi qiymətləndirmə
78. Beləliklə, birinci instansiya məhkəməsi kredit müqaviləsinin müddəti başa çatdıqdan və ya müqaviləyə xitam verildikdən sonrakı dövr üçün müqavilə faizinin hesablanmasının mümkün olmadığını düzgün müəyyən etsə də, həmin dövr üzrə Mülki Məcəllənin 445.7-ci maddəsində nəzərdə tutulmuş qanuni faizin hesablanması və tutulması məsələsinə düzgün hüquqi qiymət verməmişdir.
79. Birinci instansiya məhkəməsi tətbiq edilməli olan Mülki Məcəllənin 445.7-ci maddəsini tətbiq etməyərək ****-KQ nömrəli əlavə kredit müqaviləsi üzrə 437,21 manat, ****- KQ nömrəli əlavə kredit müqaviləsi üzrə isə 5.360,97 manat qanuni faizin tutulması barədə iddianı rədd etmişdir.
80. Maddi hüquq normasının tətbiq edilməməsi iş üzrə düzgün olmayan nəticənin qəbul edilməsinə səbəb olduğundan, birinci instansiya məhkəməsinin qətnaməsi Mülki Məcəllənin 445.7-ci maddəsində nəzərdə tutulmuş qanuni faizin tutulması tələbinin rədd edildiyi hissədə ləğv edilməli və həmin hissədə iddia təmin olunmalıdır.
81. Mülki Məcəllənin 472.1 və 472.2-ci maddələrinə, habelə zaminlik müqaviləsinin şərtlərinə əsasən zamin borcalanın əsas borc, faizlər və öhdəliyin lazımınca icra edilməməsindən irəli gələn digər ödənişlər üzrə kreditor qarşısında borclu ilə eyni həcmdə və müştərək qaydada məsuliyyət daşıyır.
82. Buna görə ****-KQ nömrəli əlavə kredit müqaviləsi üzrə 437,21 manat və ****- KQ nömrəli əlavə kredit müqaviləsi üzrə 5.360,97 manat olmaqla, ümumilikdə 5.798,18 manat qanuni faiz borclu cavabdeh2 və zamin cavabdeh3 müştərək qaydada tutulmalıdır.
83. cavabdeh1 kredit və zaminlik müqavilələrinin tərəfi olmadığından qanuni faiz borcunun ondan şəxsi qaydada tutulması üçün hüquqi əsas yoxdur. Onun məsuliyyəti ipoteka müqaviləsinin şərtləri daxilində ipoteka predmeti ilə məhdudlaşır.
84. Tutulmalı 5.798,18 manat qanuni faiz ipoteka ilə təmin olunmuş əsas öhdəliyin pozulmasından irəli gəldiyindən, həmin məbləğ də ipoteka ilə təmin edilən tələbin tərkibinə daxil edilməli və ipoteka predmetinin satışından əldə olunan vəsait onun ödənilməsinə yönəldilməlidir.
85. Hazırkı kommersiya mübahisəsi əmlak xarakterli mübahisə olduğuna və iddianın mübahisələndirilən hissəsinin qiyməti on min manatdan az olduğuna görə bu qətnamədən kassasiya şikayəti verilməsinə yol verilmir.
86. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2, 385, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDI: Iddiaçı “xxxx” ASC tərəfindən verilmiş apellyasiya şikayəti mübahisələndirilən hissədə (Mülki Məcəllənin 445.7-ci maddəsində nəzərdə tutulmuş qanuni faizin tutulması tələbinin rədd edildiyi hissədə) təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-**/**** saylı qətnaməsi mübahisələndirilən hissədə ləğv olunsun. Həmin hissədə yeni qətnamə qəbul edilərək iddia təmin edilsin. Cavabdehlər cavabdeh2 və cavabdeh3 iddiaçı “xxxx” ASC-nin xeyrinə ##.##.2022-ci il tarixli ****-KQ saylı əlavə kredit müqaviləsinə əsasən Mülki Məcəllənin 445.7-ci maddəsinə uyğun olaraq əsas borca illik 5% ilə hesablanmış 437,21 manat (dörd yüz otuz yeddi manat, iyirmi bir qəpik) faiz məbləği, ##.##.2022-ci il tarixli ****-KQ saylı kredit müqaviləsinə əsasən Mülki Məcəllənin 445.7-ci maddəsinə uyğun olaraq əsas borca illik 5% ilə hesablanmış 5360,97 manat (beş min üç yüz altmış manat, doxsan yeddi qəpik) faiz məbləği tutulsun. Hesablanmış cəmi 5.798,18 manat (beş min yeddi yüz doxsan səkkiz manat, on səkkiz qəpik) faiz ipoteka ilə təmin olunan tələbin tərkibinə daxil edilsin və ipoteka predmetinin satışından əldə olunan vəsait həmin məbləğin də ödənilməsinə yönəldilsin. Apellyasiya şikayətinin verilməsinə görə 227,17 manat (iki yüz iyirmi yeddi manat, on yeddi qəpik) məbləğində dövlət rüsumunun 180 (yüz səksən) manat hissəsi cavabdehlər cavabdeh2, cavabdeh3 və cavabdeh1 müştərək qaydada tutularaq iddiaçı “xxxx” ASC-yə ödənilsin. Təkrar məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə xərclənmiş 150 (yüz əlli) manat məbləğində pul vəsaitinin 100 (yüz) manat məbləğində hissəsi cavabdehlər cavabdehlər cavabdeh2, cavabdeh3 və cavabdeh1, 50 (əlli) manat məbləğində hissəsi isə iddiaçı “xxxx” ASC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (Büdcə təsnifatının kodu 142595, Büdcə səviyyəsinin kodu 3, X3, 210005, VÖEN: 1401555071, Müxbir hesab: AZ41NABZ01360100000000003944, SWIFT BIK: CTREAZ22, VÖEN: 1700326621, hesab: AZ34CTRE00000000000002088501) hesabına keçirilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.