Məhkəmə qərarları › İş №2-2(3-6)-866/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(3-6)-866/2026

05.08.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azәrbaycan Respublikası adından Qərardad Bakı şәhәri İş № 2-2(3-6)-866/2026 05.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim mәruzәsi ilә, hakimlәr X2 vә X3 ibarәt tәrkibdә, Iddiaçı İddiaçı cavabdehlәr cavabdeh1 vә cavabdeh2 qarşı (Bakı şәhәri Nәrimanov rayon Polis Idarәsi vә mübahisә predmeti barәsindә müstәqil tәlәb irәli sürmәyәn üçüncü şәxs2 mübahisә predmeti barәsindә müstәqil tәlәb irәli sürmәyәn üçüncü şәxs qismindә cәlb edilmәklә) “maddi ziyanın әvәzinin ödәnilmәsi” tәlәbinә dair kommersiya mübahisәsi üzrә “apellyasiya şikayәtinin verilmәsi üçün buraxılmış prosessual müddәtin bәrpası” barәdә әrizәnin tәmin edilmәmәsinә dair Bakı Kommersiya Mәhkәmәsinin ## #### 2026-cı il tarixli, *-*(*-**)-****/**** saylı qәrardadından cavabdeh cavabdeh2 tәrәfindәn verilmiş şikayәtә Bakı Apellyasiya Mәhkәmәsinin binasında, yazılı icraat qaydasında baxıb, m ü ə y y ə n e t d i: Işin halları

1. Iddiaçı İddiaçı cavabdehlәr cavabdeh1 vә cavabdeh2 qarşı iddia әrizәsi ilә mәhkәmәyә müraciәt edәrәk, cavabdehlәrdәn müştәrәk qaydada vurulmuş maddi ziyanın әvәzi kimi 40 000 manat, göstәrilmiş hüquqi yardıma görә ödәnilmiş 500 manat vә dövlәt rüsumuna görә ödәnilmiş 211,50 manat olmaqla, cәmi 40 711,50 manat mәblәğindә pulun tutularaq ona ödәnilmәsinә dair qәtnamә qәbul edilmәsini xahiş etmişdir.

2. Bakı Kommersiya Mәhkәmәsinin ##.##.2026-cı il tarixli, *-*(*-**)-****/**** saylı qәtnamәsi ilә iddia qismәn tәmin edilmiş, cavabdehlәrdәn müştәrәk qaydada vurulmuş maddi ziyanın әvәzi kimi 28 972 manat, göstәrilmiş hüquqi yardıma görә ödәnilmiş 500 manat vә dövlәt rüsumuna görә ödәnilmiş 176,91 manat olmaqla, cәmi 29 648,91 manat mәblәğindә pulun tutularaq iddiaçıya ödәnilmәsi qәt edilmiş, iddia qalan hissәdә tәmin edilmәmişdir.

3. Iş materiallarından görünür ki, qәtnamә ##.##.2026-cı il tarixdә cavabdeh cavabdeh2 nümayәndәsi (vәkili) vәkil3 mәxsus, “Elektron mәhkәmә” informasiya sistemindә yaradılmış elektron kabinetә yerlәşdirilmiş vә bu barәdә mәlumat nümayәndәnin (vәkilin) tәsdiq edilmiş elektron poçt ünvanına göndәrilmişdir.

4. Qәtnamәdәn apellyasiya şikayәti verilmәmiş, qanuni qüvvәsini alaraq ##.##.2026-cı il tarixdә cavabdeh cavabdeh2 münasibәtdә icra edilmәsi üçün Bakı şәhәri Xәtai rayon Icra şöbәsinә göndәrilmişdir.

5. Bakı şәhәri Xәtai rayon Icra şöbәsi tәrәfindәn qәbul edilmiş ##.##.2026-cı il tarixli icraata başlamaq haqqında qәrara әsasәn, Bakı Kommersiya Mәhkәmәsinin hәmin tarixli icra sәnәdi üzrә icraata başlanılmışdır.

6. Cavabdeh cavabdeh2 ##.##.2026-cı il tarixdә әrizә ilә mәhkәmәyә müraciәt edәrәk, qәtnamәnin ona rәsmi qaydada tәqdim edilmәsini vә elektron kabinetә daxil ola bilmәdiyi üçün apellyasiya şikayәti verilmәsi müddәtinin qәtnamәnin rәsmi qaydada tәqdim edildiyi vaxtdan etibarәn hesablanmasını xahiş etmişdir.

7. Hәmin tarixdә cavabdeh cavabdeh2 elektron kabinet vasitәsilә mәhkәmәnin ##.##.2026-cı il tarixli qәtnamәsindәn apellyasiya şikayәti, hәmçinin apellyasiya şikayәtinin verilmәsi üçün buraxılmış müddәtin bәrpa edilmәsinә dair әrizә verәrәk, apellyasiya şikayәtinin verilmәsi üçün ötürülmüş müddәtin bәrpa edilmәsini vә ya apellyasiya şikayәtinin vaxtında verilmiş hesab edilmәsini xahiş etmişdir.

8. Ərizә onunla әsaslandırılmışdır ki, ##.##.2026-cı il tarixdә cavabdehin vә onun nümayәndәsi (vәkili) vәkil3 elektron kabinetinә qәtnamәnin çıxarılması barәdә bildiriş daxil olmuş, lakin bir neçә gün sonra "Elektron mәhkәmә" informasiya sistemindә yoxlama aparıldıqda qәtnamәnin yerlәşdirilmәdiyi müәyyәn edilmişdir. Iş üzrә әvvәlki prosessual sәnәdlәrin elektron sistemә yerlәşdirilmәsi barәdә bildirişlәr göndәrildiyindәn, cavabdeh tәrәfdә qәtnamә sistemә yüklәndiyi halda bununla bağlı da bildiriş göndәrilәcәyi barәdә әsaslı gözlәnti yaranmışdır. Lakin qәtnamәnin elektron sistemә yerlәşdirilmәsi barәdә nә elektron kabinetә, nә mobil telefon nömrәsinә, nә dә elektron poçt ünvanına hәr hansı bildiriş daxil olmamışdır. Cavabdeh yalnız ##.##.2026-cı il tarixdә saat 18:06-da Xәtai rayon Icra şöbәsindәn daxil olmuş bildirişdәn sonra qәtnamәnin qәbul edildiyini öyrәnmişdir. Bunun ardınca ##.##.2026-cı il tarixdә qәtnamәnin surәtini almaq üçün mәhkәmәyә müraciәt etsә dә, qәtnamә ona tәqdim edilmәmişdir. Hazırkı vaxtadәk dә qәtnamәnin elektron sistemә yerlәşdirilmәsi barәdә cavabdehә vә onun nümayәndәsinә heç bir bildiriş göndәrilmәmişdir. Bu sәbәbdәn onlar qәtnamәnin elektron kabinetә hansı tarixdә yerlәşdirildiyindәn xәbәrsiz olmuşlar. Ərizәyә qeyd olunan halları tәsdiq edәn, o cümlәdәn bildirişlәrin daxil olmamasını vә cavabdehin qәtnamәdәn yalnız icra şöbәsinin bildirişindәn sonra xәbәr tutduğunu tәsdiqlәyәn sәnәdlәr әlavә edilmişdir.

9. Bakı Kommersiya Mәhkәmәsinin ##.##.2026-cı il tarixli, *-*(*-**)-****/**** saylı qәrardadı ilә cavabdeh cavabdeh2 tәrәfindәn verilmiş “apellyasiya şikayәtinin verilmәsi üçün buraxılmış prosessual müddәtin bәrpası”na dair әrizә tәmin edilmәmiş, apellyasiya şikayәti cavabdehә geri qaytarılmışdır.

10. Mәhkәmә mövqeyini onunla әsaslandırmışdır ki, ##.##.2026-cı il tarixli qәtnamә ##.##.2026-cı il tarixdә cavabdehin nümayәndәsinә (vәkilinә) mәxsus elektron kabinetә yerlәşdirilmiş, apellyasiya şikayәti isә ##.##.2026-cı il tarixdә cavabdeh tәrәfindәn elektron kabinet vasitәsilә verilmişdir. Buna görә dә mәhkәmә apellyasiya şikayәtinin qanunvericiliklә müәyyәn edilmiş prosessual müddәt ötürülmәklә verildiyi qәnaәtinә gәlmişdir. Hәmçinin, cavabdeh öz vәsatәtindә hәm özünün, hәm dә nümayәndәsinin (vәkilinin) qәtnamәnin nәticә hissәsindәn mәlumatlı olduğunu göstәrmiş, hazırkı mәhkәmә iclasında isә hәmin nümayәndә ilә birlikdә iştirak edәrәk buraxılmış prosessual müddәtin bәrpasını xahiş etmişdir. Bu hal mәhkәmәnin qәnaәtinә görә, cavabdehlә nümayәndәsi arasında hüquqi yardım müqavilәsinin qüvvәdә olduğunu tәsdiq edir. Prosessual müddәtin bәrpası yalnız şәxsin iradәsindәn asılı olmayan, aradan qaldırılması mümkün olmayan vә prosessual hәrәkәtin vaxtında yerinә yetirilmәsinә obyektiv maneә yaradan sәbәblәr olduqda mümkündür. Mәhkәmә araşdırması zamanı belә hallar müәyyәn edilmәdiyindәn, әrizәdә göstәrilәn xüsusatlar buraxılmış prosessual müddәtin bәrpası üçün üzrlü sәbәb kimi qәbul edilmәmişdir.

Şikayət və onun dəlilləri

11. Cavabdeh cavabdeh2 hәmin qәrardaddan şikayәt verәrәk, qәrardadın lәğv edilmәsi, apellyasiya şikayәtinin verilmәsi üçün ötürülmüş müddәtin bәrpa edilmәsi vә ya apellyasiya şikayәtinin vaxtında verilmiş hesab edilmәsi barәdә yeni qәrardad qәbul edilmәsini xahiş etmişdir.

12. Şikayәt onunla әsaslandırılmışdır ki, ##.##.2026-cı il tarixli qәtnamәnin elektron sistemә yerlәşdirilmәsi barәdә cavabdehә vә onun nümayәndәsinә elektron kabinet, SMS vә ya elektron poçt vasitәsilә heç bir bildiriş göndәrilmәmişdir. Halbuki, iş üzrә әvvәlki prosessual sәnәdlәrin elektron sistemә yerlәşdirilmәsi barәdә bildirişlәr tәqdim edilmişdir. Bu sәbәbdәn qәtnamәnin elektron sistemә nә vaxt yerlәşdirildiyi mәlum olmamış, onun ##.##.2026-cı il tarixdә elektron kabinetә yüklәndiyini tәsdiq edәn hәr hansı sübut tәqdim edilmәmişdir. Mәhkәmә ##.##.2026-cı il tarixli qәrardadında qәtnamәnin elektron sistemә yerlәşdirildiyi tarixi, apellyasiya şikayәtinin neçә gün gecikmә ilә verildiyini vә bildirişin göndәrilmәmәsinin sәbәblәrini müәyyәn etmәmiş, bu hallara hüquqi qiymәt vermәmişdir. Mәhkәmәyә cavabdehlәrin qәtnamәdәn apellyasiya şikayәti vermәk niyyәtindә olduqları әvvәlcәdәn mәlum olmuş, eyni mәzmunlu digәr iş üzrә apellyasiya şikayәti dә verilmişdir. Buna baxmayaraq, hazırkı iş üzrә qәtnamәnin elektron kabinetә yerlәşdirilmәsi barәdә bildiriş göndәrilmәmiş, halbuki eyni hakim tәrәfindәn baxılmış vә vәkil vәkil3 iştirak etdiyi digәr işdә belә bildiriş tәqdim edilmişdir.

13. Bakı Kommersiya Mәhkәmәsinin ##.##.2026-cı il tarixli, *-*(*-**)-****/**** saylı qәrardadı ilә şikayәt tәmin edilmәmiş vә işlә birlikdә baxılması üçün Bakı Apellyasiya Mәhkәmәsinә göndәrilmişdir. Tətbiq edilən hüquq

14. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

Maddə 88. Sübutların qiymətləndirilməsi Mәhkәmә sübutlara obyektiv, qәrәzsiz, hәrtәrәfli vә tam baxdıqdan sonra hәmin sübutlara tәtbiq edilmәli hüquq normalarına müvafiq olaraq qiymәt verir. Heç bir sübutun mәhkәmә üçün qabaqcadan müәyyәn edilmiş qüvvәsi yoxdur.

Maddə 128. Prosessual müddətlərin müəyyən edilməsi və hesablanması 128.1. Prosessual hәrәkәtlәr bu Mәcәllә ilә vә qanunlarla müәyyәn edilmiş müddәtlәrdә hәyata keçirilir. Prosessual müddәtlәr qanunla müәyyәn edilmәdiyi hallarda, onlar mәhkәmә tәrәfindәn tәyin edilir. ... Maddə 130. Prosessual müddətlərin buraxılmasının nəticələri 130.1. Qanunla müәyyәn edilmiş vә ya mәhkәmә tәrәfindәn tәyin edilmiş müddәt keçdikdә, prosessual hәrәkәtlәri etmәk hüququ keçmiş olur. ... Maddə 133. Prosessual müddətlərin bərpası 133.1. Mәhkәmә qanunla müәyyәn edilmiş müddәtin buraxılmasının sәbәbini üzürlü hesab edәrsә, işdә iştirak edәn şәxsin әrizәsinә әsasәn buraxılmış müddәti bәrpa edir. ... Maddə 135. Məhkəmə sənədlərinin çatdırılması və rəsmi qaydada verilməsi ... 135.5. Bu Mәcәllәnin 135.2-ci, 135.3-cü, 135.6-cı vә 135.8-ci maddәlәrindә nәzәrdә tutulmuş hallarda mәhkәmә sәnәdi rәsmi qaydada verilmiş hesab edilir. ... 135.8. Kommersiya mübahisәlәri üzrә işdә iştirak edәn şәxslәrin mәhkәmә sәnәdlәri onların “Elektron mәhkәmә” informasiya sistemindә yaradılmış “elektron kabinet”lәrindә yerlәşdirilir vә onlara bu barәdә mәlumat hәmin sistem vasitәsilә elektron qaydada (elektron poçt, SMS vә s. vasitәsilә) çatdırılır.

Maddə 360. Apellyasiya şikayətinin verilmə müddəti Apellyasiya şikayәti mәhkәmә qәtnamәsi rәsmi qaydada verildiyi gündәn 1 ay müddәtindә verilә bilәr.

Maddə 398. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyəti 398.0. Apellyasiya instansiyası mәhkәmәsinin şikayәtә baxıb qәrardad qәbul etdikdә aşağıdakıları etmәk hüququ vardır: ... 398.0.2. qәrardadı tam vә ya qismәn lәğv edib, yaxud dәyişib işi birinci instansiya mәhkәmәsinә göndәrmәk; ... Maddə 399. Apellyasiya instansiyası məhkəməsinin göstərişlərinin məcburiliyi Birinci instansiya mәhkәmәsinin qәrardadını lәğv edib işi yenidәn baxılmağa göndәrdikdә apellyasiya instansiyası mәhkәmәsinin qәrardadında müәyyәn olunmuş göstәrişlәr işә baxan birinci instansiya mәhkәmәsi üçün mәcburidir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

15.Mәhkәmә kollegiyası hesab edir ki, şikayәt qismәn tәmin edilmәli vә Bakı Kommersiya Mәhkәmәsinin ##.##.2026-cı il tarixli, *-*(*-**)-****/**** saylı qәrardadı lәğv edilmәli, iş apellyasiya şikayәtinin vaxtında verilib-verilmәmәsi vә müddәtin buraxıldığı müәyyәn edildiyi halda buraxılmış prosessual müddәtin bәrpası mәsәlәsinә yenidәn baxılması üçün birinci instansiya mәhkәmәsinә qaytarılmalıdır.

16. MPM-in 135.8-ci maddәsinә әsasәn, mәhkәmә sәnәdlәri işdә iştirak edәn şәxslәrin "Elektron mәhkәmә" informasiya sistemindә yaradılmış elektron kabinetlәrindә yerlәşdirilir vә onlara bu barәdә hәmin sistem vasitәsilә elektron qaydada (elektron poçt, SMS vә s. vasitәsilә) mәlumat çatdırılır. Hәmin Mәcәllәnin 360-cı maddәsinә әsasәn isә, apellyasiya şikayәti mәhkәmә qәtnamәsi rәsmi qaydada verildiyi gündәn bir ay müddәtindә verilә bilәr. Buna görә dә qәtnamәnin qanunvericiliyin tәlәblәrinә uyğun olaraq rәsmi qaydada verilmәsi ilә bağlı mübahisә doğuran halların tam vә hәrtәrәfli araşdırılması prosessual müddәtin hesablanması vә buraxılmış müddәtin bәrpasına dair әrizәyә hüquqi qiymәt verilmәsi baxımından mühüm әhәmiyyәt kәsb edir.

17. Göründüyü kimi, mәhkәmә sәnәdinin MPM-in 135.8-ci maddәsinә әsasәn rәsmi qaydada verilmiş hesab edilmәsi üçün iki halın birlikdә mövcudluğu tәlәb olunur: mәhkәmә sәnәdinin elektron kabinetә yerlәşdirilmәsi vә bu barәdә mәlumatın SMS, elektron poçt vә digәr üsulla elektron qaydada tәrәfә çatdırılması.

18. Iş materiallarından görünür ki, birinci instansiya mәhkәmәsinin ##.##.2026-cı il tarixli qәtnamәsi ##.##.2026-cı il tarixdә cavabdeh cavabdeh2 nümayәndәsinә (vәkilinә) mәxsus elektron kabinetә yerlәşdirilmişdir. Bununla yanaşı, cavabdeh hәm prosessual müddәtin bәrpasına dair әrizәsindә, hәm dә hazırkı şikayәtindә qәtnamәnin elektron kabinetә yerlәşdirilmәsi vә bununla bağlı qanunvericilikdә nәzәrdә tutulmuş elektron bildirişlәrin göndәrilmәsi ilә әlaqәdar halları mübahisәlәndirmiş, qәtnamәnin elektron kabinetә hansı tarixdә yerlәşdirildiyinin, habelә yerlәşdirilmәsi barәdә özünә vә nümayәndәsinә mәlumat göndәrildiyinin iş materialları ilә tәsdiq olunmadığını bildirmişdir. 19.Cavabdeh hәmin dәlillәrini tәsdiq etmәk mәqsәdilә elektron kabinetinin görüntülәrini әlavә etmişdir. Tәqdim olunmuş görüntülәrdәn müәyyәn edilir ki, eyni iş üzrә әvvәlki mәhkәmә sәnәdlәrinin, habelә eyni nümayәndәnin iştirak etdiyi digәr mәhkәmә işlәri üzrә mәhkәmә aktlarının elektron kabinetә yerlәşdirilmәsi barәdә tәrәfә elektron bildirişlәr göndәrilmişdir. Hәmin görüntülәr hazırkı qәtnamәnin elektron kabinetә yerlәşdirilmәsi barәdә bildirişin göndәrilmәdiyini birbaşa tәsdiq etmәsә dә, cavabdehin bu barәdә dәlillәrinin elektron sistemdәki texniki mәlumatlar әsasında yoxlanılmasını tәlәb edәn ilkin mәlumat xarakteri daşıyır.

20. Hәmçinin, iş materiallarından görünür ki, ##.##.2026-cı il tarixdә icraata başlanılması barәdә cavabdehә SMS bildirişi göndәrildikdәn sonra o, növbәti gün – ##.##.2026-cı il tarixdә apellyasiya şikayәti vә apellyasiya şikayәtinin verilmәsi üçün buraxılmış prosessual müddәtin bәrpasına dair әrizә ilә mәhkәmәyә müraciәt etmişdir. 21.Lakin birinci instansiya mәhkәmәsi cavabdehin istinad etdiyi bu halları vә onların tәsdiqi üçün tәqdim olunmuş sübutları MPM-in 88-ci maddәsinin tәlәblәrinә uyğun olaraq tam, hәrtәrәfli vә obyektiv araşdırmamış, hәmin sübutların mötәbәrliyi, elektron informasiya sistemindә әks olunan mәlumatlarla uyğunluğu vә cavabdehin dәlillәrini tәsdiq edibetmәmәsi barәdә hüquqi qiymәtlәndirmә aparmamışdır. Birinci instansiya mәhkәmәsi qәtnamәnin elektron kabinetә yerlәşdirilmәsini, cavabdehin vә nümayәndәsinin qәtnamәnin nәticә hissәsindәn mәlumatlı olmasını vә nümayәndәlik münasibәtlәrinin davam etmәsini әsas götürmüş, lakin MPM-in 135.8-ci maddәsindә nәzәrdә tutulan mәlumatlandırmanın hәyata keçirilib-keçirilmәdiyini araşdırmamışdır. 22.Cavabdehin irәli sürdüyü hallar vә tәqdim etdiyi sübutlar ilk növbәdә apellyasiya şikayәti verilmәsi müddәtinin başlayıb-başlamadığının müәyyәn edilmәsi baxımından әhәmiyyәtlidir. Qәtnamәnin MPM-in 135.8-ci maddәsinә uyğun rәsmi qaydada verildiyi tәsdiq edilmәdikdә, apellyasiya şikayәti verilmәsi müddәtinin başladığı vә buraxıldığı nәticәsinә gәlmәk mümkün deyildir. Yalnız qәtnamәnin rәsmi qaydada verildiyi vә müddәtin başladığı müәyyәn edildikdәn sonra hәmin müddәtin buraxılması sәbәblәrinin üzrlülüyü qiymәtlәndirilә bilәr. Buna görә dә hәmin xüsusatlar araşdırılmadan әrizә üzrә nәticәyә gәlinmәsi işin hallarının tam müәyyәn edilmәsinә imkan vermәmişdir. 23.Mәhkәmә kollegiyası nәzәrә alır ki, göstәrilәn halların müәyyәn edilmәsi elektron informasiya sistemindә mövcud texniki mәlumatların yoxlanılmasını, zәrurәt olduqda әlavә sübutların әldә edilmәsini vә onların birbaşa tәdqiqini tәlәb edir. Hazırkı mәrhәlәdә hәmin texniki mәlumatlar әldә olunaraq tәdqiq edilmәdiyindәn, apellyasiya instansiyası mәhkәmәsinin mәsәlәni özü hәll etmәsi üçün yetәrli faktiki әsas mövcud deyildir. Bu sәbәbdәn apellyasiya instansiyası mәhkәmәsi әrizәnin tam araşdırılması üçün qәrardadı lәğv edәrәk işi geri qaytarmağı mәqsәdәuyğun hesab edir. 24.Kollegiya qeyd edir ki, birinci instansiya mәhkәmәsi әrizәyә yenidәn baxarkәn cavabdehin istinad etdiyi halları vә tәqdim etdiyi sübutları MPM-in 88-ci maddәsinin tәlәblәrinә uyğun olaraq tam, hәrtәrәfli vә obyektiv araşdırmalı, zәrurәt olduqda cavabdehin vә onun nümayәndәsinin "Elektron mәhkәmә" informasiya sistemindәki elektron kabinetlәrinә tәrәflәrin iştirakı ilә baxış keçirmәli, sistemdә qәtnamәnin yerlәşdirilmәsi vә bununla bağlı bildirişlәrin göndәrilmәsinә dair texniki mәlumatları yoxlamalı, habelә zәrurәt yarandığı halda "Elektron mәhkәmә" informasiya sisteminin operatorundan müvafiq mәlumatları tәlәb etmәklә bütün faktiki halları müәyyәn etdikdәn sonra apellyasiya şikayәtinin vaxtında verilib-verilmәmәsinә vә prosessual müddәtin bәrpasına dair әrizәyә hüquqi qiymәt vermәlidir.

25. Odur ki, qeyd edilәnlәri nәzәrә alaraq kollegiya hesab edir ki, birinci instansiya mәhkәmәsinin qәrardadı işin mühüm әhәmiyyәt kәsb edәn hallarının tam araşdırılmaması vә tәqdim olunmuş sübutlara lazımi hüquqi qiymәt verilmәmәsi sәbәbindәn qanuni vә әsaslı hesab edilә bilmәz. Buna görә dә qәrardad lәğv edilmәli, cavabdehin apellyasiya şikayәtini vaxtında verib-vermәmәsinin müәyyәn edilmәsi vә şikayәtin verilmәsi üçün buraxılmış prosessual müddәtin bәrpasına dair әrizәsinә yenidәn baxılması üçün iş birinci instansiya mәhkәmәsinә qaytarılmalıdır.

26. Hazırkı qәrardad MPM-in 402.2-ci maddәsindә kassasiya şikayәti verilә bilәn qәrardadlar sırasında nәzәrdә tutulmadığından, hәmin Mәcәllәnin 400-cü maddәsinә әsasәn çıxarıldığı andan qanuni qüvvәyә minir vә ondan kassasiya şikayәti verilә bilmәz. 27.Göstәrilәnlәrә әsasәn vә Azәrbaycan Respublikası Mülki Prosessual Mәcәllәsinin 398.0.2, 400, 402-ci maddәlәrini rәhbәr tutaraq, mәhkәmә kollegiyası q ə r a r a a l d ı: Cavabdeh cavabdeh2 tәrәfindәn verilmiş şikayәt qismәn tәmin edilsin. Bakı Kommersiya Mәhkәmәsinin ## #### 2026-cı il tarixli, *-*(*-**)-****/**** saylı qәrardadı lәğv edilsin. Cavabdeh cavabdeh2 tәrәfindәn verilmiş, apellyasiya şikayәtinin vaxtında verilmiş hesab edilmәsi vә ya buraxılmış prosessual müddәtin bәrpa edilmәsinә dair әrizәyә yenidәn baxılması üçün iş birinci instansiya mәhkәmәsinә qaytarılsın. Qәrardad qәbul edildiyi andan qanuni qüvvәyә minir vә ondan kassasiya şikayәti verilә bilmәz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar