Məhkəmə qərarları › İş №2-2(3-6)-94/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(3-6)-94/2026

19.02.2026 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(3-6)-94/2026 19.02.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Şirinovun sədrliyi və məruzəsi ilə, X5 və X1 ibarət tərkibdə, İsmayılova Elnarə Məyiş qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs X3 olmaqla) “pulun tutulması” tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-6489/2025 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxdı. İşi̇ n Hallari

1. Bakı şəhəri Nizami RPİ-nin cinayət işinin başlanmasının rədd olunması haqqında xx.xx.2024-cü il tarixli qərarına əsasən İddiaçı müraciəti əsasında Cavabdeh və qeyrilərinin əməlində cinayət tərkibi olmadığı üçün barələrində cinayət işinin başlanması rədd olunmuşdur.

2. Bakı şəhəri Nizami RPİ-nin cinayət işinin başlanmasının rədd olunması haqqında xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Cavabdeh verdiyi izahatında bildirmişdir ki: “o, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Oktay Şabanov küçəsi, ev 37A-da qeydiyyatda olmaqla həmin ünvanda ailəsilə birlikdə yaşayır. 2017-cİ il tarixdən o, ünvan 1 ünvanda yerləşən “Qismət” şadlıq saraytnı icarəyə götürüb işlədirmiş, 2019-cu İl tarixdə Cəlil Rüstəmovu dostu Niyaməddinə görə tanımışdır. Niyaməddin ona demişdir kı, Cəlil Rüstəmov ət, toyuq və balıq məhsullarım topdaıı satışı ilə məşğuldur və lazım olsa Cəlil Rüstəmovdan ala bilərsən. Həmin vaxtdan X8 münasibəti yaranmış və o. Cəlil rtlsləmovdan nisyə olaraq toyuq və balıq məhsulları alıb toy ziyafətində sonra pulunu verirmiş. Elədə olurmuş ki, ət, toyuq və balıq məhsulları ahb bir hissəsini pulunu verirmiş və qalan hissəsi isə borc qalırmış. X8 yaxın münasibəti yarandığı üçün ona demişdir ki, köməlik el, başqa restoran və şadlıq saraylanna ət, toyuq və balıq məhsulları versin. Bundan sonra o, Cəlil Rüstəmovla “Gülüstan*1, “Dəniz”, “Yağmur” və “Yanar dağ” şadlıq sarymın müdriyyəti ilə tanış etmiş və Cəlil Rüstəmov həmin şadlıq saraylarma ət. toyuq \ə balıq məhsullarım nisyə verməyə başlamışdır 2020-ei ilin mart ayından CÜVİD-19 yeni yayılmış virusla əlaqədar toy və şənlik mərasimlə dayanmışdır. 02 iyul 2021-ci il tarixdə toy və şənlik ziyafəyİnə 150 nəfər olmaqla icazə verilmiş və o, da Cəlil Rüstəmovdan ət, toyuq və balıq məhsulları alıb işə başlamışdır. 19 iyun 2022-ci il tarixə kimi o, Cəlil Rüstəmovdan qeyd olunan məhsulları ahb “Qismət" şadlıq sarayında istifadə etmişdir. Həmin vaxta kimi onun Cəlil Rüstəmova 30000 manat borcu yaranmışdır. Cəlil Rüstəmov ona demişdir ki, sənin tanış eldiyin şadlıq sarayının rəhbərləri ona 40850 manat borckm qalmışdır. Cəlil Rüstəmovun borcu çoxdur, sən qəbz yaz ver ki, onun Cəlil Rüstəmova 70850 manat borcu var, o. da həmin qəbzi borclu olduğu şoxsə göstərsin. O da razılıq vermiş və 19 iyun 2022- ci il tarixdə həmin qəbzi yazıb Cəlil Rüstəmova vermişdir. Bundan sonra o və şadlıq sarayının müdriyyəti Cəlil Rüstəmova hissə-hissə pul ödəmişdir, 2022-ci ilin sentyabr ayından X6 Respublikasına getmişdir. O, 2023-cü ilin sentyabr ayma kimi Cəlil Rüstəmovun kart hesabına və ya yaşadığı evinə pul göndərmişdir. O, Cəlil Rüstəmova 16000- 17000 manat borcum qalmış və o, həmin borcu danmır, 4-5 aya hissə-hissə qaytaracaq”.

3. xx.xx.2022-ci il tarixli yazılı iltizamdan görünür ki, cavabdeh qəbz yazaraq bildirmişdir ki “Mən Cavabdeh Cəlil Rüstəmov və İddiaçı 70850 AZN borcum var. Pandemiya ilə əlaqədar bu pulu ödəyə bilmədim. İndi hal hazırda işlər başlayıb, söz verirəm hissə-hissə ödəyəcəm. Halhazırda Qismət şadlıq sarayını işlədirəm”.

4. xx.xx.2024-cü il tarixli ödəniş qəbzindən görünür ki, cavabdeh tərəfindən iddiaçıya 500 manat vəsait ödənilmişdir.

Birinci instansiya məhkəməsindəki icraat

5. İddiaçı (bundan sonra – iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 70350 (yetmiş min üç yüz əlli) manat pulun və eləcə də ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı dostu X3 ilə birlikdə toyuq,ət, balıq məhsullarının topdan satışı ilə məşğul olmuş, işlədiyi zaman Cəlilin tanışının vasitəsilə ilə Cavabdeh tanımış və cavabdehin xahişləri və vədləri ilə ona nisyə məhsullar verməyə başlamışdır. Cavabdeh həmin vaxtlar toy işləri ilə məşğul olurdu, yəni şadlıq sarayları işlədirdi və qeyd edilən ət, toyuq və balıq məhsullarını bu məqsədlə nisyə əldə edirdi. Belə ki, 2019-cu ildən cavabdehlə münasibətlər formalaşmış və ona verilmiş məhsulların ümumi dəyərindən hazırki günə 70350 manat məbləğində borcu vardır. Cavabdehə yüksək məbləğdə məhsulların verilməsinə səbəb onun vədləri və ilk əvvəl vədlərinə əməl etməsi olmuşdur. Daha sonra isə o müxtəlif bəhanələr gətirərək pulları ödəməkdən yayınmış, gah pandemiya olmasını, gah da ona məhsulları verdiyi yerlərdən ödənişlərin edilməməsi bəhanə gətirərək hər gün bu gün sabah deyərək vaxt istəmiş və lakin hazırki günə nisyə aldığı məhsulların pullarını ödəməmişdir. Onu da qeyd etmək lazımdir ki, cavabdeh öz şəxsən azad iradəsi ilə xx.xx.2022-ci il tarixində yazılı şəkildə qəbz şəklində yazaraq bildirmişdir ki “Mən Cavabdeh Cəlil Rüstəmov və İddiaçı 70850 AZN borcum var. Pandemiya ilə əlaqədar bu pulu ödəyə bilmədim. İndi hal hazırda işlər başlayıb, söz verirəm hissəhissə ödəyəcəm. Hal-hazırda Qismət şadlıq sarayını işlədirəm”. Qeyd edilən formada qəbzi yazsa da ödənişləri ödəməkdən yayındığından son dəfə onunla əlaqə yaradaraq pulları verməsini əks halda şikayət edəcəyini deyən zaman o borc öhdəliyinin icrası kimi xx.xx.2024-cü il tarixində iddiaçının kart hesabına 500 manat göndərmişdir. Lakin bu xırda ödənişdən sonra yenə də aldatdığını gördüyümdən hüquqlarımızın müdafiəsi üçün aidiyyəti qaydada Bakı şəhəri Nizami Rayon Polis İdarəsinə müraciət etmiş və lakin mübahisənin mülki xarakterli olması əsas gətirilərək İdarənin 15 iyul 2024-cü il tarixli qərarı ilə cinayət işinin başlanılması rədd edilmişdir. Onu da qeyd edim ki, cavabdeh istintaqda izahat verən zaman ödənişlərin edilməsi və borcla bağlı yanlış və təhrif edilmiş formada fikirlər irəli sürmüşdür ki, guya ödənişləri şəriki Cəlil Rüstəmova müxtəlif vasitələrlə (evinə göndərmə, kartla ödəniş) ödəmiş və guya onnun 16000-17000 manat borcu vardır və guya o borcu danmır və 4-5 aya hissə-hissə ödəyəcəkdir. Bildirirəm ki, qeyd etdiyi fikirlər tamamilə yanlışdır, çünki Cəlil Rüstəmov uzun illərdir ki, Türkiyədədir və ona heç bir pul ödənilməyib. Belə ki, biz Cəlillə hər zaman əlaqədəyik, danışırıq və o da deyir ki, iddiaqaldır pulunuzu tam şəkildə geri tələb et, bildirir ki, cavabdeh ona hər hansı ödəniş etməyib. Bunu təsdiq edəcək vhatsapp qeydləri də var və sübut qismində məhkəməyə təqdim ediləcək. Bir sözlə, cavabdeh tamamilə yalan danışır, əgər ki onun dediyi kimi 2023-cü ilin sentyabr ayına kimi hansısa ödəniş edilmiş olsaydı o zaman o ən azı bir ödəniş qəbzini sübut kimi təqdim edərdi. Mən cavabdehin yalan danışdığını bildiyindən sözügedən qərardan sonra da israrla pulları ödəməsini tələb etdim və o isə yenə də vaxt istədi, dedi ki xahiş edirəm heç yerə şikayət etmə, özüm borcların içindəyəm, ən qısa zamanda sənə ödənişləri tam ödəyəcəyəm. Mən də demək olar ki hər gün onunla əlaqə saxladım, lakin hazırki günə kimi dəyişən nəsə yoxdur və cavabdeh üzərinə düşən öhdəliyi icra etməkdən yayınmağa davam edir. Bildirirəm ki, cavabdeh hazırki son günə kimi hər dəfə müxtəlif bəhanələr gətirərək, min bir xahişlər edərək vaxtlar istəyir və bununla da bizə çatası pullardan məhrum edir,əlavə ziyanlara düşməyimizə səbəb olur. Bu günə kimi cavabdeh dəfələrlə xahişlər edərək vaxt istəsə də sonuncu dəfə etdiyi öhdəliyin icrasından artıq il yarım müddət keçəcək ki, öhdəliyi icra edilmir. Sözügedən mübahisə üzrə danışıqları əks etdirən vhatsapp yazışmaları, imzası ilə təsdiq edilmiş öhdəliyin etirafı barədə yazı cavabdehin təqsirli olduğunu, bizi aldatdığını, öz imzası ilə təsdiq etdiyi razılaşmadakı üzərinə götürdüyü öhdəliyi icra etmədiyini, pulları qaytarmadığını birbaşa sübut edir. Bir daha qeyd edirəm cavabdehin öz imzası ilə təsdiq etdiyi sənəd və öz üzərinə götürdüyü öhdəlik üzrə mənə-bizə qalan 70850 manat pul ödənilməli idi, lakin həmin puldan bu günə kimi ümumilikdə 500 manat pul verdiyindən mənə bu günki günə ödəməli olduğu pulun məbləği 70350 manatdır. Bildirirəm ki, qeyd edilən pul barədə öhdəliyi cavabdeh öz azad iradəsi ilə üzərinə götürdüyündən bu pulun cavabdehdən alınaraq mənə verilməsi barədə tələbim işin hallarına, qanunvericiliyin tələblərinə tam adekvatdır. Bir daha bildirim ki, israrlarıma görə cavabdeh hər zaman yalan vədlər verərək, narahat olma pullarınızı tamamilə, hətta artıqlaması ilə qaytarılacaq deyərək bu gün sabah sözləri ilə vaxt itkisinə səbəb olduğundan, borclu olduğu puldan sonuncu dəfə xx.xx.2024-cü il tarixində yalnız 500 manat ödədiyindən mən artıq əlavə vaxt itkisinə yol vermədən aidiyəti qaydada məhkəməyə müraciət edirəm. Onu da bildirim ki, məhkəmədən kənar mübahisəni həl letmək üçün pretenziya ilə müraciət etsəm də tələb təmin edilməmişdir. Möhtərəm məhkəmə, qeyd olunanlardan göründüyü kimi cavabdeh üzərinə düşən öhdəliyi vaxtında icra etməmiş, pulları qaytarmamışdır. Belə ki, cavabdehin etdiyi qanunsuzluğa, pulları ödəmədiyinə görə mən ağır maddi vəziyyətə düşdüyümdən, gəlirlərimdən məhrum olduğumdan cavabdeh qarşımda öhdəlik daşıdığından iddianın predmeti olan pulun cavabdehdən alınaraq mənə verilməsi barədə qətnamənin qəbul edilməsi qanunvericiliyin tələbidir. Onu da qeyd edim ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 493-cü maddəsində qeyd edilir ki: Əgər bir neçə şəxs onlardan hər birinin tam icranı tələb edə biləcəyi şəkildə icranı tələb etməyə səlahiyyətlidirlərsə, borcluya isə yalnız birdəfəlik icra həvalə edilirsə, onlar birgə kreditorlardır. Birgə səlahiyyətlər müqaviləyə, qanuna və ya öhdəlik predmetinin bölünməzliyinə əsasən əmələ gəlir. Məcəllənin 494-cü maddəsində qeyd edilir ki, Əgər kreditorlardan biri bu Məcəllənin 493.1- ci maddəsində nəzərdə tutulan tələblə borcluya qarşı etiraz irəli sürməmişsə, borclu öhdəliyi öz arzusu ilə istənilən kreditora icra edə bilər. Məcəllənin 495-ci maddəsində qedy edilir ki, Öhdəliyin birgə kreditorlardan birinə tamamilə icra edilməsi borclunu digər kreditorlar qarşısında öhdəliklərdən azad edir. Möhtərəm məhkəmə, əks edilmiş qanunvericiliyin tələblərini işin hallarına tətbiq edərək bildirirəm ki, cavabdeh mən və digər kreditor Cəlil Rüstəmov qarşısında öhdəlik daşımışdır və digər kreditor da icra edilməli öhdəlikdən imtina etməmişdir. Bir sözlə cavabdeh borclu öhdəliyini ikimizdən birimizə də ödəyə biləcəyindən, hazırda şəxsən mən iddianı kreditorlar adından özüm verərək cavabdehdən pulların ödənilməsini tələb etməkdə tam haqlıyam.

7. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-6489/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə hazırkı kommersiya mübahisəsi üzrə X3 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində məhkəmə icraatına cəlb olunmuşdur.

8. Cavabdeh tərəf xx.xx.2025-ci il tarixdə Elektron Məhkəmə İnformasiya sistemi vasitəsi ilə ərizə təqdim edərək, iddia müddəti tətbiq edilməklə iddia ərizəsinin rədd olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

9. Ərizə onunla əsaslandırılmışdır ki, hazırkı iddia tələbinə hesab edir ki, iddia müddəti tətbiq edilməlidir. Belə ki təqdim olunan qəbzin tarixinə diqqət yetirsək görərik ki, onun tarixi xx.xx.2022-ci ildir. Lakin iddiaci iddia tələbini 2025-ci il avqust ayinda vermişdir. Qarşı tərəfin iddiasinin əsasını şifahi alqı-satqı müqaviləsi oldugunu nəzərə alsaq müqavilə münasibətlərinə dair 3 illik iddia müddətinin tətbiqi zərurəti yaranır. Odur ki, hazırki iddia tələbinə iddia müddəti tətbiq edilməsini və iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş edir.

10. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, 2019-cu ildən 2022-ci ilədək cavabdehə müxtəlif tarixlərdə ümumi dəyəri 98310 manat təşkil edən ət, balıq, toyuq məhsulları satmış, həmin malların satıcısı həm o, həm də Cəlil adlı şəxs olmuşdur. Cavabdeh sifarişləri əvvəlcə Cəlilə, daha sonra ona vermiş, sifarişlər telefon vasitəsilə olmuş, malların təhvili hər hansı sənədlə rəsmiləşməmişdir. Cavabdeh satılmış malların müqabilində ona xx.xx.2021-ci il tarixdə 500 manat, xx.xx.2021-ci il tarixdə 500 manat, xx.xx.2021-ci il tarixdə 500 manat, xx.xx.2021-ci il tarixdə 1000 manat, xx.xx.2021-ci il tarixdə 500 manat, xx.xx.2022-ci il tarixdə 500 manat, xx.xx.2022-ci il tarixdə 500 manat, xx.xx.2022-ci il tarixdə 500 manat, xx.xx.2022-ci il tarixdə 500 manat, xx.xx.2022-ci il tarixdə 500 manat və xx.xx.2022-ci il tarixdə 500 manat nağd formada vəsait ödəmiş, 3060 manat pulu hazırda Türkiyə Respublikasında yaşayan Cəlilin Bakıdakı ailə üzvlərinə ödəmişdir. 13400 manat vəsaiti isə o, cavabdehə borclu olan şəxslərdən cavabdehin göstərişi ilə almış, həmin vəsaitləri cavabdehin borcundan çıxmışdır. Cavabdehin satın aldığı malları onlar cavabdehə üçüncü şəxslə birlikdə satmış, cavabdeh malların bir qismini başqa şəxslərə satmışdır. Tərəflər arasında xx.xx.2022-ci il tarixdə hər üçünün iştirakı ilə üzləşmə aparılmış, həmin üzləşmə zamanı tərəflər arasında fikir ayrılığı yaranmış, cavabdeh qalıq borcunun iddiaçı və üçüncü şəxsin tələb etdiyi kimi 75850 manat deyil, 70850 manat olmasını bildirmiş, iddiaçı uzun müddətdir ki, borc ödənilmədiyi üçün güzəştə gedərək həmin mübahisəli 5000 manat borcu qalıq borcdan çıxmış, nəticədə cavabdeh 70850 manat borcu olması barədə qəbzə imza etmişdir. Həmin borcdan cavabdeh yalnız bir dəfə - xx.xx.2024-cü il tarixdə onun oğlunun bank kartına 500 manat olmaqla ödəniş etmişdir.

11. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili K.Məmmədov iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, hazırkı alqısatqı müqaviləsi üzrə iddiaçı və üçüncü şəxs birgə kreditorlardır. Cavabdehin üçüncü şəxsə 14000-15000 manat civarında ödəniş etməsi barədə verdiyi məlumat əsassızdır.

12. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə iddia ərizəsinə etiraz edərək, iddia müddəti tətbiq edilməklə iddia tələbinin rədd olunması barədə qətnamə qəbul olunmasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, materiallarda olan qəbz cavabdeh tərəfindən imzalan anda onun Cəlil Rüstəmova 30000 manat borcu olmuş, həmin borcdan təxminən 14000- 15000 manat ödəniş etmiş, qalıq borcu 16000 – 17000 manat arası qalmışdır. Həmin borc iddiaçıya deyil, Cəlil Rüstəmova ödənilməli olan borcdur. Belə ki, ət, toyuq və balıq məhsulları cavabdehə iddiaçı tərəfindən deyil, Cəlil Rüstəmov tərəfindən satılmışdır. İddiaçının hazırkı iddianı qaldırmaqla bağlı subyektiv hüququ yoxdur.

13. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-6489/2025 nömrəli qətnaməsi ilə iddia təmin edilməsi,Cavabdeh 70350 manat məbləğində pul, 302 manat dövlət rüsumu, ümumilikdə 70652 (yetmiş min altı yüz əlli iki) manat məbləğində pul tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.

14. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, tərəflər arasında şifahi alqı-satqı müqaviləsi bağlanmış, həmin müqavilə üzrə cavabdehin satıcılara (iddiaçı və üçüncü şəxs) ümumilikdə 70850 manat borcu yaranmış, cavabdeh iddiaçı və üçüncü şəxsə ünvanlanmış xx.xx.2022-ci il tarixli ərizəsində həmin borcu hissə-hissə olmaqla ödəməyi öhdəsinə götürmüşdür. Cavabdehin yaranmış həmin borcu hissə-hissə olmaqla ödəməsinə iddiaçı və üçüncü şəxs etiraz etməmişdir. İddiaçı göstərilən borcun tam şəkildə ödənilməsinə nail olmaq məqsədilə xx.xx.2024-cü il tarixdə Bakı şəhəri Nizami Rayon Polis İdarəsinə şikayət ərizəsi vermiş, cavabdeh tərəfindən iddiaçıya xx.xx.2024-cü il tarixdə 500 manat vəsait ödənilmişdir. Bu səbəbdən məhkəmə qeyd edir ki, hazırkı tələb üzrə iddia müddətinin axımı xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. Belə ki, cavabdeh göstərilən borcun ondan tam şəkildə daha əvvəlki tarixlərdə ödənilməsinin tələb edilməsi barədə hər hansı sübutu məhkəməyə təqdim etməmiş, polis idarəsində verdiyi izahatında da belə bir halın olduğunu bildirməmiş, qalıq borcu 4-5 aya ödəyəcəyini göstərmişdir. İddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə xx.xx.2025-ci il tarixdə müraciət etməklə qanunvericilikdə belə iddiaların verilməsi üçün nəzərdə tutulmuş 3 illik iddia müddətini ötürməmişdir.

15. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(113)-6489/2025 saylı Qətnaməsini ləğv etməyinizi və iddia tələbini rədd etməyini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ

a) Apellyasiya şikayətlərinin dəlilləri

16. Cavabdeh apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, iddiaçı izahatda qeyd etmişdir ki, cavabdeh sifarişləri əvvəlcə Cəlilə, daha sonra ona vermiş, sifarişlər telefon vasitəsilə olmuş, malların təhvili hər hansı sənədlə rəsmiləşməmişdir. Sifarişlərin Cəlilə verildiyi iddiaçının verdiyi izahatla öz təsdiqini tapır. Ancaq daha sonra iddiaçının özünə sifariş edildiyini iddiaçı bildirsə də bunu təsdiq edən hər hansı sübut təqdim edə bilməmişdir. Çünki real olaraq da cavabdeh bu münasibətdə Cəlil Rüstəmovu tanımışdır. Bundan əlavə, iddiaçı məhkəmə iclasındakı izahatında İddiaçı hər hansı borcunun olmadığı, dediyi kimi iddiaçını ilk dəfə materiallarda olan yazılı iltizam yazıldığı gün tanımış olduğu halda, hansı səbəbdən həmin məzmunda ərizə yazmış olduğunu ağlabatan şəkildə izah edə bilməmişdir. Bununla bağlı izahatımızda da qeyd etmişdik ki, ərizənin yazılması səbəbi odur ki, Cəlil Rüstəmov və həmin gün tanımış olduğu iddiaçı ona digər şəxslərə kifayət qədər borcu olmalarını bildirmiş, həmin borcu da qəbul etməyi və hazırkı ərizəni yazmağı xahiş etmiş, ərizəni borclu olduqları şəxslərə göstərəcəklərini bildirmiş, o da inanaraq qol çəkmişdir. İddia müddətinə gəldikdə də bu hissədə də məhkəmənin mövqeyi yalnışdır. Belə ki, iddiaçının bildirdiyinə görə uzun müddət cavabdeh borcu ödəmədiyinə görə xx.xx.2022-ci il tarixli qəbz imzalanmışdır. Qəbzdə qeyd olunur ki, borc hissə hissə ödəniləcəkdir. Həmin qəbzdə konkret hansı vaxt pulun tam bağlanacağı göstərilmir, yalnız hissə-hissə ödəniş nəzərdə tutulur. Belə olan halda xx.xx.2022-ci il tarixdə də ödəniş olmursa (maksimum 1 ay müddəti deyirəm, çünki işgüzar adətdən bu məsələyə yanaşsaq şadlıq sarayı işlədən şəxsin gündəlik qazancı olur və bu qazancdan iddiaçının borcu gündəlik tələbetməsi realdır) artıq həmin tarixdən iddiaçı öz hüquqlarının pozulduğunu bilir və 3 illik iddia müddəti də ən geci həmin tarixdən hesablanmalıdır. Belə olan halda da iddiaçı xx.xx.2025-ci il tarixində məhkəməyə müraciət etdiyindən 3 illik müddəti ötmüş olur. İddiaçın izahatı ilə məhkəmənin gəldiyi nəticə arasında ziddiyyət var. Belə ki, iddiaçı izahatda qeyd edir ki, İddiaçı 3-cü şəxs Cəlil Rüstəmovla birgə fəaliyyətindən irəli gələrək birgə kreditor kimi iddia tələbi irəli sürdüyünü qeyd etsə də məhkəmə işin bu halını da aydınlaşdırmadan səhv nəticəyə gəlmişdir. Əvvəla qarşı tərəfdən 3-cü şəxlə birgə fəaliyyətə dair hər hansı sənəd müqavilə tələb etsəm də bu barədə heç bir sübut təqdim edə bilməmişdir.

b) Apellyasiya şikayətinə qarşi etirazin dəlilləri

Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraati iştirakçilarinin izahatlari

17. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinı etiraz edərək, şikayətin təmin edilməməsini xahiş etdi.

18. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini xahiş etdi.

19. Üçüncü şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, onlar məhkəməyə gəlməmiş, gəlməməklərinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

20. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.

21. Maddə 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarındandır.

22. Maddə 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir.

23. Maddə 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir.

24. Maddə 373.3. Vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir.

25. Maddə 375.1. Hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir.

26. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.

27. Maddə 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir.

28. Maddə 377.2. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır.

29. Maddə 377.3. İcra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır.

30. Maddə 385. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

31. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

32. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.

33. Maddə 404. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.

34. Maddə 425. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

35. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir.

36. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.

37. Maddə 567. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

38. Maddə 568.1. Satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur.

39. Maddə 568.2. Əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, satıcı əşyanı alıcıya verməklə bir vaxtda onun ləvazimatını, habelə əşyaya aid olan, qanunvericilikdə və ya müqavilədə nəzərdə tutulan sənədləri də (texniki pasportu, keyfiyyət sertifikatını, istismar təlimatını və i.a.) verməyə borcludur.

40. Maddə 569.1. Satıcının əşyanı alıcıya vermək vəzifəsinin icrası müddəti alğı-satqı müqaviləsi ilə, müqavilə həmin müddəti müəyyənləşdirməyə imkan vermədikdə isə bu Məcəllənin 427-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir.

41. Maddə 575.1. Əgər satıcı satılmış əşyanı alıcıya verməkdən imtina edirsə, alıcı alğısatqı müqaviləsinin icrasından imtina edə bilər.

42. Maddə 599.1. Alqı-satqı müqaviləsində alıcının əşyanı satıcıdan almazdan əvvəl tam və ya qismən ödəmək (qabaqcadan ödəniş) vəzifəsinin nəzərdə tutulduğu hallarda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçir.

43. Maddə 493.1. Əgər bir neçə şəxs onlardan hər birinin tam icranı tələb edə biləcəyi şəkildə icranı tələb etməyə səlahiyyətlidirlərsə, borcluya isə yalnız birdəfəlik icra həvalə edilirsə, onlar birgə kreditorlardır.

44. Maddə 493.2. Birgə səlahiyyətlər müqaviləyə, qanuna və ya öhdəlik predmetinin bölünməzliyinə əsasən əmələ gəlir.

45. Maddə 494. Əgər kreditorlardan biri bu Məcəllənin 493.1-ci maddəsində nəzərdə tutulan tələblə borcluya qarşı etiraz irəli sürməmişsə, borclu öhdəliyi öz arzusu ilə istənilən kreditora icra edə bilər.

46. Maddə 495. Öhdəliyin birgə kreditorlardan birinə tamamilə icra edilməsi borclunu digər kreditorlar qarşısında öhdəliklərdən azad edir.

47. Maddə 496. Əgər birgə kreditorlardan biri borclu barəsində tələbdən imtina edirsə, borclu həmin kreditora çatası hissəni ödəməkdən azad edilir.

48. Maddə 497. Borclu kreditorlardan biri barəsində digər kreditorla bağlı faktlardan istifadə edə bilməz.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

49. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

50. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

51. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

52. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

53. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi.

54. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

55. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

56. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin tam yoxlanılması təşkil edir.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

57. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə, habelə hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, məhkəmə, müəyyən etdiyi faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir.

58. Məhkəmə düzgün olaraq vurğulamışdır ki, iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin alqı-satqı il bağlı müddəaları təşkil edir və iddiaçı cavabdehə təhvil verdiyi malların dəyərinin ödənilməsini istəyir.

59. Həmin müddəalar satıcıya, əşyanı təhvil almış alıcı onun dəyərini alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmədikdə, dəyərin ödənilməsini və ya malın qaytarılmasını tələb etmək hüququ verir.

60. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilərinə münasibətdə qeyd etmək istəyir ki, iddianın birgə kreditorlardan yalnız biri tərəfindən qaldırılması qanunvericiliyə tam uyğundur. Birgə kreditorluq münasibətində hər bir kreditor borcun tam məbləğinin tələb olunması hüququna malikdir. Borclu öhdəliyi kreditorlardan hər hansı birinə icra etməklə öhdəliyini icra etmiş hesab olunur. Buna görə də digər kreditorun ayrıca iddiaçı kimi iştirakı zəruri deyildir və bu hal iddianın əsassız hesab edilməsi üçün əsas ola bilməz. Kreditorlar arasındakı daxili hesablaşma münasibətləri borclunun məsuliyyətinə təsir göstərmir.

61. Birgə fəaliyyətin yalnız yazılı müqavilə ilə sübut olunması zəruri deyildir. Faktiki davranış, birgə təqdim edilmiş mallar və yaranmış ümumi borc münasibəti birgə kreditorluğu təsdiq edə bilər.

62. Appelyator apellyasiya şikayətinin dəlillərində iddia müddətini ötürüldüyünü qeyd etmişdir, bununla bağlı kollegiya qeyd edir ki, xx.xx.2022-ci il tarixli qəbzdə borcun hissə-hissə ödəniləcəyi qeyd olunmuş, lakin konkret son tarix müəyyən edilməmişdir. Müddət müəyyən edilmədikdə, öhdəlik ağlabatan müddətdə icra olunmalıdır. Borcun yazılı qaydada etiraf edilməsi iddia müddətinin axımını kəsən hüquqi faktdır. Hissə-hissə ödəniş razılaşdırıldığı üçün hüquq münasibəti davam edən xarakter daşımışdır. Bu səbəbdən, iddia müddətinin xx.xx.2022-ci ildən hesablanması barədə arqument hüquqi əsasdan məhrumdur.

63. Belə ki, iddiaçı göstərilən borcun tam şəkildə ödənilməsinə nail olmaq məqsədilə xx.xx.2024-cü il tarixdə Bakı şəhəri Nizami Rayon Polis İdarəsinə rəsmi qaydada şikayət ərizəsi ilə müraciət etmişdir. Bu hal bir daha təsdiq edir ki, borc münasibəti real olmuş, öhdəlik icra edilmədiyi üçün iddiaçı hüquqlarının müdafiəsi məqsədilə səlahiyyətli orqana müraciət etmək məcburiyyətində qalmışdır. Əgər borc mövcud olmasaydı və ya əvvəlcədən tam ödənilmiş olsaydı, belə müraciətə ehtiyac yaranmazdı.

64. Kollegiya qeyd edir ki, İddiaçı şikaəyəti əsasında Cavabdeh polis idarəsində verdiyi izahatında şikayətçini tanımadığını bildirməmiş, bu halı mübahisləndirməmiş, qalıq borcu 4-5 aya ödəyəcəyini göstərmişdir.

65. Eyni zamanda kollegiya vurğulayır ki, Cavabdeh Cəlil Rüstəmov və İddiaçı 70850 AZN borcu olmasına dair ilitzamı i hər hansı təzyiq, aldatma və sairə təsiri altında yazmadığını, ərizəni şəxsən özü yazdığını birirnci instansiya məhkəməsində verdiyi izhatında təsdiq etmiş, apellyaisya şikayətinin dəlillərində də belə bir halın olduğunu bildirməmişdir.

66. Bundan əlavə, cavabdeh tərəfindən iddiaçıya (iddiaçının oğlunun bank kartına) xx.xx.2024-cü il tarixdə 500 manat məbləğində vəsait ödənilməsi də borcun mövcudluğunu və cavabdeh tərəfindən etiraf edildiyini təsdiq edən mühüm haldır. Qismən ödəniş faktı hüquqi baxımdan borcun tanınması kimi qiymətləndirilir.

67. Qeyd edilənlərdən aydın olur ki, apellyasiya şikayətlərində göstərilən dəlillər iş materiallarında olan sübutlar və onlara əsasən müəyyən edilmiş işin halları ilə ziddiyyət təşkil edir.

68. Beləliklə, apellyatorun apellyasiya şikayətində irəli sürdükləri yalnız formal mülahizələrdir, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

69. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən tərəfin apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu özlərinə aid edilməlidir.

70. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-6489/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar