Məhkəmə qərarları › İş №2-2(3-6)-99/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(3-6)-99/2026

21.01.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(3-6)-99/2026 21.01.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 məruzəsi ilə, hakimlər ibarət tərkibdə, İddiaçı Şəki Kommunal X2 Cavabdehnə qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair ilk, iddiaçı Cavabdeh Şəki Kommunal X1rşı “pulun tutulması” tələbinə dair qarşılıqlı iddiaları ilə bağlı kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin 17 noyabr 2025-ci il tarixli, e-2-2(113)-7178/2025 saylı qətnaməsindən iddiaçı Şəki Kommunal X4 tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünü yoxlayaraq, müəyyən etdi:

1. İddiaçı Şəki Kommunal X4 Cavabdeh MMC-yə qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qalıq malların verilməməsi ilə bağlı vurulmuş maddi zərərin əvəzi kimi 13942,67 manat və dövlət rüsumu olaraq ödənilmiş 131,83 manat məbləğində pul vəsaitinin Cavabdeh MMC-dən tutularaq iddiaçı Şəki Kommunal X4nə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçı Cavabdeh Şəki Kommunal X1rşı “pulun tutulması” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Şəki Kommunal X4ndən borca görə 5948 manat, hüquqi yardıma görə ödənilmiş 300 manat və dövlət rüsumu olaraq ödənilmiş 83 manat olmaqla, ümumilikdə 6331 manat məbləğində pul vəsaitinin cavabdeh Şəki Kommunal X4ndən iddiaçı Cavabdeh MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. Bakı Kommersiya Məhkəməsinin 17 noyabr 2025-ci il tarixli, e-2-2(113)-7178/2025 saylı qətnaməsi ilə iddiaçı Şəki Kommunal X2 Cavabdeh MMC-yə qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddiası təmin edilməmiş, ödənilmiş 132 manat dövlət rüsumu iddiaçının özünə aid edilmiş, iddiaçı Cavabdeh MMC-nin cavabdeh Şəki Kommunal X1rşı “pulun tutulması” tələbinə dair qarşılıqlı iddiası qismən təmin edilmiş, cavabdeh Şəki Kommunal X4ndən borca görə 5398,70 manat, hüquqi yardıma görə ödənilmiş 300 manat və dövlət rüsumu olaraq ödənilmiş 73,99 manat olmaqla, ümumilikdə 5772,69 manat məbləğində pulun tutularaq iddiaçı Cavabdeh MMC-yə ödənilməsi qət edilmiş, qarşılıqlı iddia ərizəsi qalan hissədə təmin edilməmiş, ödənilmiş 13,99 manat dövlət rüsumu qarşılıqlı iddiaçı Cavabdeh MMC-nin özünə aid edilmişdir.

4. İddiaçı Şəki Kommunal X4 qeyd edilən qətnamədən apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin 17 noyabr 2025-ci il tarixli, e-2-2(113)-7178/2025 saylı qətnaməsinin ləğv edilməsi, ilk iddianın tam təmin, qarşılıqlı iddianın isə rədd edilməsi, həmçinin məhkəmə xərclərinin cavabdehin üzərinə qoyulması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

5. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

Maddə 10-1. Mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının elektron qaydada aparılması 10-1.1. Elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. 10-1.2. Məhkəmə və proses iştirakçıları tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi Məhkəmə-Hüquq Şurasının Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir. 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. ... Maddə 362. Apellyasiya şikayətinin verilməsi Apellyasiya şikayəti və ona əlavə olunan yazılı sənədlər işdə iştirak edən şəxslərin sayına görə işə birinci instansiyada baxmış məhkəməyə təqdim edilir.

Maddə 363. Apellyasiya şikayətinin qaytarılması 363.1. Apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən aşağıdakı hallarda qaytarılır: ... 363.1.5. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddələrində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında apellyasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilmədikdə. ... Maddə 364. Apellyasiya şikayətini aldıqdan sonra birinci instansiya məhkəməsinin hərəkətləri 364.1. Birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. ... Maddə 366. Apellyasiya mümkünlüyünün yoxlanılması 366.1. Apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. 366.2. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. ... 366.4. Apellyasiyanın qeyri-mümkün hesab edilməsi barədə qərardaddan kassasiya instansiyasına şikayət verilə bilər.

6. “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydaları

3. Sənədlərin elektron təqdim edilməsi 3.2. İnformasiya Sisteminin istifadəçiləri tərəfindən sənədlər “Elektron kabinet” vasitəsilə PDF, ADOC və EDOC formatında “Proses iştirakçısının Elektron kabineti”ndən istifadə qaydalarında nəzərdə tutulmuş prosedurlar üzrə gücləndirilmiş elektron imzadan və sertifikatlaşdırılmış elektron imza vasitələrindən istifadə etməklə göndərilir. ... 3.4. Sənəd göndərilməzdən əvvəl İnformasiya Sisteminin istifadəçisi onun düzgün tərtib edildiyini (elektron imzanın, əsas və əlavə rekvizitlərin olmasını) və ünvanlanmasını yoxlayır. ...

7. İddiaçı Şəki Kommunal X4 tərəfindən verilən apellyasiya şikayətinin mümkünlüyü məsələsinə baxılarkən məhkəmə kollegiyası tərəfindən müəyyən edilmişdir ki, apellyasiya şikayəti qanunvericiliyin tələblərinə riayət edilmədən verilmişdir.

8. Belə ki, qanunvericiliyin istinad edilən normalarının tələblərinə əsasən apellyasiya şikayəti “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə işə baxmış birinci instansiya məhkəməsinə təqdim edilir.

9. İddiaçı tərəfindən verilən apellyasiya şikayəti isə birbaşa Bakı Apellyasiya Məhkəməsinə ünvanlanmışdır. Elektron kabinet vasitəsilə birbaşa apellyasiya instansiyası məhkəməsinə apellyasiya şikayətinin verilməsi funksionallığı nəzərdə tutulmadığından iddiaçı icraat növü qismində “2-3. Apellyasiya Məhkəməsinin birinci instansiya qismində baxdığı işlər üzrə icraat” seçərək inzibati mübahisələrə dair iddia ərizəsi daxilində apellyasiya şikayəti göndərmişdir.

10. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2026-cı il tarixli müşayiət məktubu ilə iddiaçı tərəfindən verilən apellyasiya şikayəti “Elektron sənəd dövriyyəsi” vasitəsilə Bakı Kommersiya Məhkəməsinə göndərilmişdir.

11. Faktiki olaraq apellyasiya şikayəti Bakı Kommersiya Məhkəməsinə işdə iştirak edən şəxsin elektron kabineti vasitəsilə daxil olmasa da, birinci instansiya məhkəməsi apellyasiya şikayətini geri qaytarmamış, işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir.

12. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətinin elektron kabinet vasitəsilə verilməsinə dair mülki prosessual qanunvericilikdə müəyyən edilən qayda apellyasiya şikayətinin elektron kabinetdən istifadə etməklə istənilən şəkildə “Elektron məhkəmə” informasiya sisteminə daxil edilməsini nəzərdə tutmur.

13. Apellyasiya şikayətinin elektron kabinet vasitəsilə verilməsi dedikdə işdə iştirak edən şəxsin “Elektron məhkəmə” informasiya sistemində müvafiq məhkəmə işinin daxilində həmin şikayəti verməsi, şikayətin məhkəmə aktına bağlanması nəzərdə tutulur. Buna görə də “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarında müraciət edən şəxsin üzərinə sənədin düzgün tərtib edilməsi ilə yanaşı onun düzgün ünvanlanması tələbi qoyulmuşdur. Əks təqdirdə, bu apellyasiya şikayətində olduğu kimi, onun kağız daşıyıcıda daxil olan apellyasiya şikayətindən heç bir fərqi olmur.

14. Belə ki, bu apellyasiya şikayəti aid olduğu məhkəmə işinin daxilində elektron sənəd formasında mövcud olmadığından onun elektron imza sertifikatının görülməsi və sənədin həqiqətən qanunvericilikdə nəzərdə tutulmuş qaydada imzalanıbimzalanmadığının müəyyən edilməsi mümkün olmamışdır.

15. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, Bakı Kommersiya Məhkəməsinin 17 noyabr 2025-ci il tarixli, e-2-2(113)-7178/2025 nömrəli qətnaməsindən verilmiş apellyasiya şikayətinə, şikayət “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə verilmədiyindən apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilməlidir.

16. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 363.1.5, 366, 400 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı Kommersiya Məhkəməsinin 17 noyabr 2025-ci il tarixli, e-2-2(113)-7178/2025 nömrəli qətnaməsindən iddiaçı Şəki Kommunal X4 tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilsin. Apellyasiya şikayətinin geri qaytarılması üçün kommersiya işi birinci instansiya məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on gün) müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar