Azərbaycan Respublikası adından Qətnamə Gəncə şəhəri İş № 2-2(3-7)-106/2026 14.07.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı; Iddiaçı Cavabdeh cavabdeh İddiaçı qarşı iş üzrə Açar sözlər: öhdəliyin lazımi qaydada icra edilməməsi; sübutetmə yükü Hakimlər Həsənov Islam Telman oğlu (sədrlik edən və məruzəçi), Isgəndərova Aygül Vulqar qızı və Məcidov Rüfət Azadəli oğlundan ibarət tərkibdə, Kərimova Cəmilə Əbülfət qızının katibliyi, Birinci iş üzrə iddiaçı, digər iş üzrə cavabdeh İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkil) vəkil4, birinci iş üzrə cavabdeh, digər iş üzrə iddiaçı Cavabdeh və onun etibarnamə üzrə nümayəndəsi (vəkil) vəkil1 iştirakı ilə, Birinci iş üzrə iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı pul tələbinə, digər iş üzrə iddiaçı Cavabdeh cavabdeh İddiaçı qarşı pul tələbinə dair iş üzrə Gəncə Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli *-*(***)-****/**** nömrəli qətnaməsindən birinci iş üzrə cavabdeh, digər iş üzrə iddiaçı Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə ## #### 2026-cı il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. Işin halları
1. Kreditor “xxxx” QSC ilə borc alan İddiaçı arasında bağlanmış ##.##.2023- cü il tarixli ***R********** saylı kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşmanın şərtlərindən görünür ki, bank məbləği 15000 manat olan krediti illik faiz dərəcəsi 20 faiz olmaqla 18 ay müddətinə borc alana verir.
2. ##.##.2023-cü il tarixli qəbzdən görünür ki, 15000 manat məbləğində pul 75 manat komissiya tutulmaqla İddiaçı bank hesabına köçürülmüşdür.
3. Gəncə şəhər 1-ci X7 Bölməsinin təhqiqatçısı X1 tərəfindən qəbul edilmiş ## ### 2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, İddiaçı əməlində Azərbaycan Respublikası CM-nin 134-cü maddəsinin əlamətləri yaranmadığından həmin fakt üzrə cinayət işinin başlanamsı rədd edilmiş, vətəndaş Cavabdeh mülki iddia qaydasında məhkəmə orqanlarına müraciət etmək hüququnun olması izah olunmuş, tərəflər arasında olan mübahisə mülki xarakterli olmaqla araşdırmanın predmeti məhkəmə orqanlarının səlahiyyətinə aid olduğundən vətəndaş İddiaçı mülki iddia qaydasında məhkəmə orqanlarına müraciət etmək hüququnun olması izah edilmişdir. Aparılan araşdırma zamanı Cavabdeh izahatında bildirmişdir ki, rəsmi olaraq “Evrika Roof” mağazasının müdiridir. İddiaçı onun əmisi oğludur. Onunla əvvəllər aralarında heç bir narazılıq və ədavət olmamışdır. Təxminən 10 il əvvəl əmisi oğlu İddiaçı ilə birlikdə müdiri olduğu şirkətə şərik qoşmuş və birlikdə işləməyə başlamışdılar. Təxminən 3 il əvvəl onların arasında narazılıq yaranmışdır. Belə ki, İddiaçı indiyədək aldıqları malların haqq-hesabını etmək üçün yanına çağırmışdır. Rəşid isə hər dəfəsində ona müxtəlif bəhanələr edərək gəlməmişdir. Təxminən 1 il əvvəl İddiaçı onların mağazada hesabatçı vəzifəsində çalışan Səidə adlı xanım ilə ünsiyyət qurmağa başlamışdır. Həmin ərəfələrdə İddiaçı ilə münasibəti yaxşı idi. Daha sonra isə İddiaçı Səidənin yaşadığı Samux rayonu Sərkar kəndinə gedirdi. Sonra isə həmin kənddə yaşayan yerlilər ona bu barədə məlumat vermişdilər. Ona məlumat verən zaman yanında oğlu X2 olmuşdur. Bundan sonra oğlu Tural kəndlilərin adı ilə məktub yazaraq Rəşidə vermişdir. Daha sonra isə Rəşid həmin məktubu Gəncə şəhər BPI-nin 1-ci PŞ-nə mürcalət etmişdir. Həmin müraciətlə bağlı 1-ci PŞ-də araşdırma aparılmışdır. Daha sonra isə həmin məktubu prokurorluğa verəcəyini və onu həbs etdirəcəyini deyərək ona qarşı hədə qorxu gəlməsini və ona olan ümumilikdə 24500 manat borcunu geri qaytarmamasını bildirmişdir. Aparılan araşdırma zamanı İddiaçı izahatında bildirmişdir ki, rəsmi olaraq dəmir sexinin müdiridir. Cavabdeh onun əmisi oğludur. Onunla əvvəllər aralarında heç bir narazılıq və ədavət olmamışdır. Bildirir ki, təxminən 10 il əvvəl əmisi oğlu Cavabdeh ilə birlikdə müdiri olduğu sexdə şərik qoşmuş və birlikdə işləməyə başlamışlar. Sonra isə 2024-cü ilin sentyabr ayında müdiri olduğu sexdə işlər zəifləmiş və bu səbəbdən Cavabdeh ilə şərikli işləməyi dayandırmışdır. Həmin vaxt onlar malların haqq-hesabını etmişlər. Bu zaman onun Cavabdeh 15803 manat borcunun olduğunu bilmişdir. Bildirmək istəyir ki, Cavabdeh bacısı oğlu X4 14153 manat vermişdir. Həmin məbləğin isə 2470 manatını Ədalətin özü verib. Onun isə halhazırda Cavabdeh 4120 manat borcu vardır. Əvvəllər isə Ədalət onun adına 15000 manat bankdan pul almışdır və həmin pulun isə təxminən 3 ay aylıq olaraq 974 manat pul ödəmişdir. Bundan başqa da Ədalətin banka 4000 manat borcu vardır. Daha sonra isə Cavabdeh, oğlu Tural Heydərli və Şəhriyyar Ismayılzadə kənd camaatının adından ona məktub yollamışdırlar. Həmin məktubla bağlı araşdırma Gəncə şəhər BPI-nin 1-ci PŞ-də araşdırma aparılmışdır. Cavabdeh ona ümumilikdə 4000 manat borcu vardır. Aparılan araşdırma zamanı Cavabdeh yenidən verdiyi izahatında göstərmişdir ki, rəsmi olaraq Avtozavod Qəsəbəsi, S.Rəhimov küçəsində yerləşən “Evrika Roof” mağazasının müdiri işləyir. ##.##.2025-ci il tarixdə Gəncə şəhər Prokurorluğundan Gəncə şəhər 1-ci PŞ-yə daxil olmuş materialla tanış olmuşdur. Bildirmək istəyir ki, İddiaçı onun əmisi oğludur. İddiaçıla təxminən 10 ildən artıq müddət idi ki, hal-hazırda onun müdiri olduğu mağazaya şərik olmuşdur. Şərik olduqları dövrdə Rəşid mağazasında olan bütün materialları onun mağazasından götürüb satıb və onun mayasınıı verəndən sonra qalan qazanc 3 yerə bölünərək iki payı Rəşidə, bir payı isə ona çatmışdır. Son 3 ildə hər ilin beş ayının qazancına şərik olmuşdur, yerdə qalanı isə Rəşid götürüb. Bu bölgü onların öz aralarında razılıq əsasında olmuşdur. Bildirir ki, hər ilin axırında onlar hesablarını edib firmaya qalan borclarını ödəyirdilər. 2023-cü ilin dekabr ayında Rəşid «xxxx» QSC-dən 15000 manat kredit götürərək ona vermişdir və o da həmin 15000 manat pulu firmaya qalıq borclarını bağlamaq üçün vermişdir. Kredit məsəsləsi ilə bağlı razılaşmaları belə olmuşdur ki, əgər illik hesabatı edən zaman Rəşidin ona hər hansı bir borcu olmayacaqsa, Rəşidin götürüb ona verdiyi krediti o ödəyəcəkdir. Bundan sonra o, 2024-cü ilin oktyabr ayınadək hər ay 974 manat olmaqla Rəşidin götürüb ona verdiyi krediti ödəmişdir. 2024-cü ilin sonlarında Rəşidlə son 3 ilin hesabını edərkən Rəşidin 24400 manat ona borcu olduğunu görmüşdür. Bundan sonra o, Rəşidə artıq onun götürüb krediti ödəməyəcəyini bildirmiş və Rəşiddən də ona olan borcunu geri ödəməsini tələb etmişdir. Bundan sonra Rəşid ona heç bir borcunun olmamasını, Rəşidin ona materialı baha qiymətə verməyini bildirmişdir. Qeyd etmək istəyir ki, Rəşidin onun mağazasında əvvəllər işləyən Səidə adlı qadınla münasibəti olmuşdur. Bu münasibətdən onun xəbəri olmuş və Rəşidə öz iradını bildirmişdir Bundan sonra oğlu X3 və onun dostu X8 yaşadığı Samux rayon Sərkar kəndinin camaatı adından özləri məktub yazaraq taksi sürücüsü vasitəsi ilə həmin məktubu Rəşidə çatdırmışlar. Övladı və dostunun bu əməlindən onun xəbəri olmamışdır. Bundan sonra Rəşidin ona borcu olduğu üçün Rəşidin götürüb ona verdiyi krediti ödəmədiyi üçün Rəşid ona həmin məktubdan Prokurorluq orqanlarına şikayət edəcəyini deyərək onu hədələmişdir ki, o, kreditini ödəsin. Bu barədə onda Rəşidin səs yazması var və həmin səsə yazmanı materiala əlavə edilməsi üçün təqdim etmişdir. Lakin həmin hadisənin üzərindən 6 ay keçməsinə baxmayaraq o, həmin krediti ödəməmiş və həmin bu 6 ay ərzində hər ayı 974 manat olmaqla Rəşid özü krediti ödəmişdir. Aparılan araşdırma zamanı İddiaçı yenidən verdiyi izahatında göstərmişdir ki, rəsmi olaraq Avtozavod Qəsəbəsi, S.Rəhimov küçəsində yerləşən dəmirçi sexinin müdiri işləyir. ##.##.2025-ci il tarixdə Gəncə şəhər Prokurorluğundan Gəncə şəhər 1-ci PŞ-yə daxil olmuş materialla tanış olmuşdur. Bildirmək istəyir ki, Cavabdeh onun əmisioğludur. Cavabdehla təxminən 10 ildən artıq müddət idi ki, hal-hazırda müdiri olduğu mağazaya şərik olmuşdur. Cavabdehla Avtozavod Qəsəbəsi, S.Rəhimov küçəsində yerləşən “Evrika Roof” adlı dam örtükləri mağazasının müdiridir və onlar ona aid olan mağazaya şərik olan zaman da Ədələt Heydərov “Evrika Roof” adlı dam örtükləri mağazasının müdiri olmuşdur. Şərik olduqları dövrdə o, Ədələtin mağazasından dam örtüyü materialları götürərək öz mağazasında satışa qoyurdu, həmçinin həmin materiallardan müəyyən tikinti materialları da hazırlayıb satırdı. Onların bu iş barədə danışıqları əvvəlcədən belə olmuşdur ki, Ədalət ona həmin dam örtüyü materiallarını maya dəyərinə verəcək və satış olan zaman o, həmin materiallardan əldə etdiyi gəliri onunla tam yarı böləcəkdir. Bundan sonra onlar 2024-cü ilin sentyabr ayında təxminən 4 ilin hesabını edən zaman onun Ədalətə 15803 manat borcu olmasını görmüşdür. Bundan sonra həmin kəsr qalan hesabı araşdıran zaman onun X5 material almağı qarşılığında ödədiyi 14153 manatın onların hesabında yazılmadığını görmüşdür. X5 üçün dam örtüyü materialları gətirərək Ədalətə və ona verir, materialların satışından olan qazancı da Ədələtlə tam yarı şəkildə bölürdü. X5 bacısıoğludur. Bundan sonra o başa düşmüşdür ki, Səfailin ona verdiyi materialın pulunu Ədalətin ona materialları maya dəyərinə yox, materialın hər kvadrat metrində və ədədində 0.50 qəpik baha verdiyini anlamışdır. Bundan sonra o, Səfaili öz işlədiyi yerə çağırmış və onunla məsələni aydınlaşdırmışdır, Səfail də dayısı Ədalətlə görüşərək Ədalətin material qarşılığında ona 14153 manat pul ödəməyini və Ədalətin ona heç bir borcunun qalmamasını söyləmişdir. Bundan sonra onun Ədalətə 4120 manat borcu qalmışdır. Qeyd edir ki, 2023-cü ilin dekabrında o, öz adına “xxxx” QSC-dən 15000 manat kredit götürərək həmin pulu bütünlükdə Ədəlatə vermişdir. Ədalət həmin vaxt özünə obyekt tikdirirdi və firmaya borcu yaranmışdı. Ədalət həmin pulu ondan alaraq firmaya olan borcunu ödəmiş və razılaşmaları belə oldu ki, Ədalət hər ay 974 manat olmaqla 18 ay onun Ədalətə verdiyi kreditini ödəyəcək. Ədalət 2024-cü ilin oktyabr ayı daxil olmaqla hər ay 974 manat kredit ödəmişdir. Bundan sonra onların arasında pul mübahisəsi yaranan zaman Ədalət həmin krediti ödəməyi dayandırmışdır. Bu zaman o, Ədalətə bildirmişdir ki, ona olan 4120 manat borcu xaricində qalan pulu banka ödəsin, ona olan borcuna görə isə o, qalıq pulu onun əvəzindən banka ödəyəcəkdir. Ədalət bununla da razılaşmamış və son 6 aydır ki, hər ay banka 974 manat Ədalətin əvəzindən ödəyir. Bu mübahisələr olan zaman 2024-cü ilin oktaybr ayında o, mağazada olan zaman tanımadığı taksi sürücüsündən ona məktub göndərilmişdir və həmin məktubda, o, təhqir edilmişdir və onun Ədalətin mağazasında əvvəllər işləyən Samux rayonu, Sərkar kəndində yaşayan Səidə adlı qadınla münasibətinin olmasını və bundan kənd camaatının xəbərinin olmasını, məktubun kənd sakinləri adından yazılması bildirilmişdir. Bundan sonra o, həmin məktubla bağlı polisə müraciət etmiş və araşdırma zamanı həmin məktubun Ədalətin oğlu Heydərli Tural və onun dostu Ismayılzadə Şəhriyar tərəfindən yazılmasını, yalandan kənd sakinlərinin adından istifadə etmələri aydınlaşdırıldı. Həmin məktubu onlar şər-bötan ataraq onu ailə içərisində hörmətdən salmaq üçün yazdıqlarını müəyyənləşdirdilər. Aparılan araşdırma zamanı izahatı alınmış X5 bildirmişdir ki, İddiaçı qohumudur. Onunla əvvəllər aralarında heç bir narazılıq və ədavət olmamışdır. Təxminən 2 il əvvəl evlərin dam örtüyünün satışı ilə məşğul olmuşdur. Həmin vaxt qohumu Rəşid Hüseynov onun işlədiyi obyektə gələrək ondan təxminən 14000 manat dəyərində dam örtüyü götürmüşdür. Daha sonra isə həmin pulu aylıq olaraq ödəməyə başlamışdır. Təxminən 1 il ərzində isə həmin pulu tam olaraq ödəmişdir. İddiaçı ona borcu qalmamışdır.
a) Iş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
4. Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh Cavabdeh 4120 manat ona olan borcun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. Iddia tələbi onunla əsaslandırılmışdır ki, qohumu Cavabdeh ilə əvvəllər şərik olmuşlar. 2023-cü ilin dekabr ayında ona yaxınlaşaraq bildirmişdir ki, külli miqdarda kredit götürərək və firmadan götürdüyü malları sataraq bütün qazanca özünə ev və obyekt tikdirdiyi üçün mal götürdüyü firmaya külli miqdarda borcu olduğunu və onun öz adına kredit verilmədiyini bildirərək onun adına kredit götürüb Cavabdeh ödəməsi şərti ilə ona verməyini xahiş etmişdir. 2023-cü ilin dekabr ayında Cavabdeh öz qohumu Zülfü adlı şəxsin (soyad və ata adını xatırlamır) zaminliyi ilə “xxxx” QSC-dən aylıq ödənişi 974 manat olmaqla 18 ay müddətində 15000 manat kredit götürərək Cavabdeh vermişdir. 2024-cü ilin oktyabr ayında Cavabdeh, sonuncunun oğlu X2 və onun dostu Ismayılzadə Şəhriyar qabaqcadan əlbir olaraq ona şantaj xarakterli məktub yazaraq onu təhqir edərək böhtan atmışlar. Bütün bunlara baxmayaraq el qınağından çəkinərək “öz əmisi oğlunu və qohumlarını tutdurdu” ifadəsi onun haqqımda səslənməsin deyə şikayətçi olmamışdır. Həmin məsələdən sonra Cavabdeh və onun ailəsi ilə aralarında münasibətlər kəskin şəkildə pisləşmiş, elədiyi hərəkətə görə Ədalət və ailəsi qohumların, dostlarının qınaq obyetinə çevrilmiş, hətta bir neçə qohum onun üzünə qarşı yaxşı sözlər deməyərək öz xeyir-şər məclislərindən uzaqlaşdırmışdır. Bundan sonra Cavabdeh ondan çoxlu şikayətlər edərək beynində qurduğu hansısa senarini sübut etmək niyyəti ilə ona zərbələr vurmağa çalışmışdır. Lakin heç bir nəticə əldə edə bilməmişdir. Bütün olanlardan sonra 2024-cü ilin oktyabr ayından başlayaraq Cavabdeh onun adına olan kredit borcunu ödəməmişdir. Bundan sonra həmin krediti o, özü ödəmiş və bu günə qədər həmin borcu qaytarmamışdır. Dəfələrlə Ədalətdən pulunun qaytarılmasını tələb etsə də, lakin müsbət nəticə olmamıdşır.
6. Kəlbəcər Rayon Məhkəməsinin ## ######## 2025-ci il tarixli *(***)-***/**** nömrəli qərardadı ilə işin məhkəmə aidiyyəti üzrə baxılması üçün Gəncə Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
7. Daha sonra iddiaçı İddiaçı iddianın həcmini artıraraq, cavabdeh Cavabdeh 4646 manat ona olan borcun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
8. Bundan əlavə, iddiaçı Cavabdeh cavabdeh İddiaçı qarşı iddia ərizəsi ilə Gəncə Kommersiya Məhkəməsinə müraciət edərək, cavabdeh İddiaçı 15803 manat, həmçinin dövlət rüsumu kimi ödədiyi 138 manat pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
9. Iddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, cavabdehlə 10 ilə yaxın müddətdir şərikli mağaza işlədir. 2024-cü ilin son aylarında cavabdehlə haqq-hesab etmişlər və cavabdehin ona 15803 manat borcunun olması müəyyən edilmişdir. Polisdə onların şikayəti araşdırılarkən cavabdeh həqiqətən ona 15803 manat borcunun olmasını bildirmişdir. Eyni zamanda onların arasında olan whatsapp yazışmalarında da borcun olması bildirilmişdir. Onun cavabdehlə olan razılığına görə cavabdeh onun mağazasından malı götürüb, maya dəyərini tam ödədikdən sonra qazancı aralarında böləcəkdilər və 15803 manat borc da bu münasibətlərdən yaranmışdır.
10. Gəncə Kommersiya Məhkəməsinin ## ###### 2025-ci il tarixli e-*-*(***)-****/**** nömrəli qərardadı ilə iddiaçı Cavabdeh cavabdeh İddiaçı qarşı “pul” tələbinə dair e-*-*(***)- ****/**** nömrəli işin iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “pul” tələbinə dair e-*-*(***)- ****/**** saylı işlə birləşdirilməsi və birlikdə baxılması üçün göndərilməsi qərara alınmışdır.
11. Gəncə Kommersiya Məhkəməsinin ## ###### 2025-ci il tarixli e-*-*(***)-****/**** nömrəli qərardadı ilə iddiaçı Cavabdeh cavabdeh İddiaçı qarşı “pul” tələbinə dair e-*-*(***)- ****/**** nömrəli kommersiya işinin iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “pul” tələbinə dair e-*-*(***)-****/**** saylı kommersiya işinə birləşdirilməsi, birləşmiş işlərə e-2-2(115)-2289/2025 nömrəsinin verilməsi qərara alınmışdır.
12. Məhkəmə iclasında birinci iş üzrə iddiaçı, digər iş üzrə cavabdeh İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkil) vəkil4 izahatında bildirmişdir ki, tərəflər arasında biznes münasibəti olub. Sonradan münasibətləri pozulub. Cavabdeh özünə ayrı şirkət quraraq sahibkarlıqla məşğul olub. Həmin vaxt razılaşaraq, ortaq kredit götürüblər. Cavabdeh sonradan krediti ödəməyib və 4120 manat borcu qalıb. Iddiaçı isə məcbur qalaraq cavabdehin əvəzinə kredit ödəmişdir. Polisdə də araşdırma olub. Sonradan iddia tələbi artırılıb. Onlarda kreditin ödənilməsi barədə qəbzlər də var. Cavabdeh öz izahatında etiraf edir ki, kreditin 6 ayını iddiaçı ödəyib və krediti iddiaçı götürüb cavabdehə verib. Cavabdeh tərəfin təqdim etdiyi hesablaşma yazılarından sonra polisdə izahat veriblər. Öz ifadələrində nə qədər borc olduğunu etiraf edirlər. Qeydlərdəki imzaların iddiaçıya aid olması da məlum deyildir.
13. Məhkəmə iclasında birinci iş üzrə cavabdeh, digər iş üzrə iddiaçı Cavabdeh izahatında bildirmişdir ki, borcu qəbul etmir. O, Rəşidi şərik kimi mağazasına gətirmişdir. 2 pay Rəşidin, 1 pay da onun idi. Əmisi xəstə olanda qazancın 1/3 hissəsini o götürürdü. Rəşidi 3 il ərzində hesablaşma üçün çağırsa da, o, bəhanələr gətirərək hesablaşmamışdır. Iddiaçı Səfaildən mal alıb-satıb deyə onun pulunu ondan çıxır. Iddiaçının götürdüyü kreditin ona aidiyyatı yoxdur. Iddiaçı öz borcunu ödəmək üçün götürüb verib. Qeydlərin əslləri Rəşidin özündədir. Dəftərdəki qeydlərlə Rəşidin borcu sübuta yetirilir.
14. Məhkəmə iclasında birinci iş üzrə cavabdeh, digər iş üzrə iddiaçı Cavabdeh etibarnamə üzrə nümayəndəsi (vəkil) vəkil3 izahatında bildirmişdir ki, iddiaçı cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərarda da cavabdehə borcu olduğunu özü etiraf edir. Abdullayev Səfail adlı şəxsə verilən pul onlara çatmayıb. Iddiaçı izahatında da 4123 manat pul borcu olduğunu etiraf edib. Iddianın hüquqi əsası kimi borc müqaviləsinə istinad edilib. Ancaq aralarındakı münasibət şəriklik münasibətidir. Hesablaşmadan ortaya çıxır ki, 24000 manat iddiaçının cavabdehə borcu yaranıb. Iddiaçı özü də etiraf edir ki, 2024-cü ildə 4000 manat borcu qalıb.
15. Gəncə Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli *-*(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim Əbülfəz Məmmədli) iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “pul” tələbinə dair iddiasının qismən təmin edilməsi; Cavabdeh Cavabdeh 3675,15 (üç min altı yüz yetmiş beş manat on beş qəpik) manat məbləğində pul tutularaq iddiaçı İddiaçı ödənilməsi; Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “pul” tələbinə dair iddiasının qalan hissədə rədd edilməsi; Iddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyi üçün ödənilməli olan dövlət rüsumunun əvəzi olaraq 56,80 (əlli altı manat səksən qəpik) manat məbləğində pulun cavabdeh Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməsi; Iddiaçı Cavabdeh cavabdeh İddiaçı qarşı “pul” tələbinə dair iddiasının təmin edilməməsi; Iddia rədd edildiyi üçün Cavabdeh tərəfindən dövlət rüsumunun əvəzi olaraq ödənilmiş 138 (bir yüz otuz səkkiz) manat məbləğində pulun onun özünə aid edilməsi qət edilmişdir.
16. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 386.1, 442, 445.2.1, 447.1, 447.2, 448.1, 739.1, 739.2, 741 və 743-cü maddələrinə, Mülki Prosessual Məcəllənin 14.1, 14.2, 76.1, 76.2, 77.1, 80, 81, 88, 106.1, 119.1, 119.2, 217.1, 217.3, 217.4 və 218.3-cü maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri
17. Birinci iş üzrə cavabdeh, digər iş üzrə iddiaçı Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və onun iddiasının təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
18. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Iş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, cinayət işi başlanmasının rədd edilməsi barədə Gəncə şəhər 1ci Polis Şöbəsinin ## ###### 2025-ci il tarixli qərarından görünür ki, İddiaçı polis şöbəsində aparılan araşdırma ilə bağlı öz izahatında Cavabdeh 15803 manat borcu olduğunu bildirərək həmin borc məbləğini Cavabdeh bacısı oğlu X4 verdiyini bildirmişdir. Halbuki sonuncu öz ifadəsində əvvəllər dam örtüyü satışı ilə məşğul olduğunu və İddiaçı ondan 14000 manat dəyərində mal aldığını və hissə-hissə öz borcunu ödədiyini bildirmişdir. Qeyd edilən xüsusatın araşdırılması ilə bağlı Cavabdeh Gəncə Kommersiya Məhkəməsində bacısı oğlu X4 şahid qismində dəvət edilib dindirilməsini xahiş etmiş, lakin məhkəmə onun bu xahişini nəzərə almamışdır. Bu hal iş üçün mühüm əhəmiyyət kəsb etdiyindən məhkəmə həmin şahidin dindirilməsini təmin etməklə həqiqətin üzə çıxarılmasını təmin etmək əvəzinə iddiaçının izahatında göstərdiklərini əsas götürərək Cavabdeh 15803 manat pul tələbinə münasibətdə iddianı sübut yetərsizliyinə görə rədd etmişdir. Qətnamədən göründüyü kimi məhkəmə iddiaçı İddiaçı iddiasını qismən təmin etmiş, lakin cavabdehə münasibətdə fərqli qərar verilmişdir. Məhkəmə qeyd edilən faktları dəqiq araşdırmamış, polisin araşdırması zamanı izahatı alınmış X4 izahatına istinad olunmamış və Cavabdeh şifahi vəsatətinə baxmayaraq S.Abdullayev məhkəmə iclasında şahid qismində dəvət edilərək dindirilməmişdir. Məhkəmənin gəldiyi nəticə işin faktiki hallarına və qanunvericiliyin tələblərinə ziddir. Məhkəmə hər iki tərəfin sübutların çəkişmə prinsipinə uyğun tədqiq etməli, tərəflərin bütün zəruri sübutlarını təqdim etməsi üçün şərait yatarmalı idi. Lakin məhkəmə iddiaçı İddiaçı təqdim etdiyi sübutlara istinad edərək iddianı qismən təmin etmişdir.
c) Apellyasiya şikayətinə qarşı etirazın dəlillər
19. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
d) Məhkəmə icraatı iştirakçılarının izahatları
20. Əvvəlki məhkəmə iclasında birinci iş üzrə cavabdeh, digər iş üzrə iddiaçı Cavabdeh apellyasiya şikayətini müdafiə edərək izahatında bildirmişdir ki, “Evrika Roof” mağazasının müdiridir. İddiaçı da əmisi oğludur və o, təxminən 10 ildən artıq müddət ərzində həmin mağazaya şərik olmuşdur. Bütün malları o götürmüş, satılan malları isə aralarında şərik kimi bölmüşlər. Bütün qaimələrin bir nüsxəsi onda, bir nüxsəsi Rəşiddə olmuşdur. 2023-cü ilin dekabr ayında Rəşid “xxxx” QSC-dən 15000 manat kredit götürərək ona vermişdir. Aralarındakı razılaşma belə olmuşdur ki, illik hesabat zamanı əgər Rəşidin ona borcu olmasa, bu halda götürülən kredit borcu onun tərəfindən ödəniləcək. Əks halda, yəni Rəşidin ona borcu olsa, bu zaman kredit elə sonuncunun özü tərəfindən banka ödəniləcək. 2023-cü ilin dekabr ayında götürülmüş kreditin aylıq ödənişi 2024-cü ilin dekabr ayna qədər onun tərəfindən ödənilmişdir. Lakin il sonunda hesabat aparan zaman məlum olmuşdur ki, Rəşidin ona borcu olduğuna görə kredit ödənişini dayandırmışdır və Rəşidin ona olan borcunu ödəməsini tələb etmişdir. Buna baxmayaraq, Rəşid ona borcu olmadığını və guya materialların onun tərəfindən Rəşidə baha qiymətə satıldığını bildirmişdir. Sədrlik edənin suallarına cavab olaraq Cavabdeh bildirmişdir ki, İddiaçı borc məbləğini Səfail Abdullayevə ödədiyini bildirir. Həmin şəxs isə öz bacısı oğludur. Sonuncu, dam örtüklərinin topdan satışı ilə məşğul olur. İddiaçı ona 2470 manat verəndən sonra, 15803 manat borcu qalmışdır.
21. Əvvəlki məhkəmə iclasında birinci iş üzrə cavabdeh, digər iş üzrə iddiaçı Cavabdeh etibarnamə üzrə nümayəndəsi (vəkil) vəkil1 apellyasiya şikayətini müdafiə edərək izahatında bildirmişdir ki, tərəflər arasında qohumluq münasibəti vardır, onlar əmioğludurlar. Tərəflər arasında şərikli biznes münasibəti olmuşdur. Təxminən 10 il ərzində bizneslə bağlı haqqhesab işləri aparılmamışdır. 2024-cü ildə malları haqq-hesab edən zaman İddiaçı şəriki Cavabdeh 15803 manat borcu olduğu müəyyən edilmişdir. Borc müəyyən ediləndən əvvəl, yəni 2023-cü ildə İddiaçı “xxxx” QSC-dən öz adına 15000 manat kredit götürərək Cavabdeh vermişdir. Kreditin müddəti 18 ay, aylıq ödənişi 974 manat olmuşdur. Ilk vaxtlarda krediti Cavabdeh ödəyib, lakin Rəşidin ona borcu olduğunu öyrəndiyi vaxt krediti ödəməyi dayandırmışdır. Polis şöbəsində aparılan araşdırma zamanı İddiaçı şəriki Cavabdeh 15803 manat borcu olduğunu etiraf etmişdir.
22. Əvvəlki məhkəmə iclasında birinci iş üzrə iddiaçı, digər iş üzrə cavabdeh İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkil) vəkil4 apellyasiya şikayətini qəbul etməyərək izahatında bildirmişdir ki, 2024-cü ilin sentyabr ayında təxminən 4 ilin hesabı araşdırılan zaman İddiaçı Cavabdeh 15803 manat borcu olduğu müəyyən edilmişdir. Lakin sonradan məlum olmuşdur ki, İddiaçı Səfail Abdullayevdən material almağı qarşılığında ödədiyi 14153 manat onların hesabında nəzərə alınmamışdır. Səfail Abdullayev satış üçün dam örtüyü materialları gətirərək Ədalətə və Rəşidə satmaq üçün vermişdir. Satılan malların qazancı Ədalətlə Rəşidin arasında şərik kimi bölünmüşdür. Daha sonra Rəşid Ədalətin ona materialları maya dəyərinə yox, materialın hər kvadratmetri 50 qəpik baha satdığını öyrənmişdir. Bundan sonra Səfaili yanına çağırmış və müəyyən olunmuşdur ki, onun Ədalətə 4120 manat borcu qalmışdır. Bundan başqa, İddiaçı “xxxx” QSC-dən öz adına 15000 manat kredit götürərək həmin pulu cavabdehə vermişdir. Ədalət həmin pulu alaraq firmaya olan borcu ödəmişdir. Aralarında olan razılaşmaya görə Ədalət 18 ay banka 974 manat borc ödəməli idi, lakin o, bu razılaşmaya axıra qədər əməl etməmiş, tərəflər arasında yaranan mübahisədən sonra borcu ödəməyi dayandırmışdır. Beləliklə, yerdə qalan borcu İddiaçı ödəmişdir.
23. Hazırkı məhkəmə iclasında birinci iş üzrə cavabdeh, digər iş üzrə iddiaçı Cavabdeh apellyasiya şikayətini müdafiə edərək izahatında bildirmişdir ki, 2023-cü ildə bankdan kredit götürülən zaman cavabdehlə şəriklik münasibətində olmuşlar. Belə ki, firmalara olan borcu ödəmək üçün Rəşid 2023-cü ilin sonlarında “xxxx” QSC-dən 15000 manat kredit götürərək ona vermişdir. Həmin pulla firmalara olan borcu ödəmişdir ki, ilin əvvəlində yenidən mal götürə bilsinlər. Kreditin ilk 10 aylıq ödənişi onun tərəfindən hər ay 974 manat olmaqla ödənilmişdir. Lakin illik hesabat zamanı müəyyən etmişlər ki, Rəşidin ona 24400 manat borcu var. Buna görə də aylıq kredit ödənişini dayandırmışdır. Cavabdeh sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.
24. Hazırkı məhkəmə iclasında birinci iş üzrə cavabdeh, digər iş üzrə iddiaçı Cavabdeh etibarnamə üzrə nümayəndəsi (vəkil) vəkil1 apellyasiya şikayətini müdafiə edərək izahatında bildirmişdir ki, firmalara borcu olduğu üçün İddiaçı bankdan 15000 manat kredit götürərək pulu Cavabdeh vermişdir. Cavabdeh hər ay 974 manat olmaqla ilk 10 ayın kreditini ödəmişdir. Lakin ilin sonunda aparılan hesabat zamanı İddiaçı ona borcu olduğunu müəyyən etdikdən sonra aylıq kredit ödənişlərini dayandırmışdır. Polis şöbəsində aparılan araşdırma zamanı İddiaçı özünün Cavabdeh 15803 manat borcu olduğunu etiraf etmişdir. Sədrlik edənin sualına cavab olaraq nümayəndə bildirmişdir ki, Rəşidin Ədalətə borcu içərisində Rəşidin Səfailə borclu olduğu 4120 manat da hesablansa da, lakin sonradan Rəşid 4120 manatı Ədalətə ödəmişdir. Nümayəndə sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.
25. Hazırkı məhkəmə iclasında birinci iş üzrə iddiaçı, digər iş üzrə cavabdeh İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkil) vəkil4 apellyasiya şikayətini qəbul etməyərək izahatında bildirmişdir ki, İddiaçı “xxxx” QSC-dən öz adına 15000 manat kredit götürərək həmin pulu cavabdeh Cavabdeh vermiş, sonuncu da həmin vəsait hesabına firmaya olan borcunu ödəmişdir. Razılaşmaya görə Ədalət hər ay 974 manat olmaqla 18 ay banka olan borcunu ödəməli idi. Lakin o bu razılaşmaya sona qədər əməl etməmiş, sadəcə ilk 10 ayın borcunu ödəmişdir. Sədrlik edənin sualına cavab olaraq nümayəndə bildirmişdir ki, İddiaçı Ədalətin əvəzinə banka 7795 manat ödəmişdir. Nümayəndə sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.
26. Hazırkı məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində bildirmişdir ki, hər iki tərəfi yaxından tanıyır və onlarla arasında hər hansı ədavəti yoxdur. Tərəflərin hər ikisi özlərində olmayan malları gəlib ondan almışlar. Sonuncu dəfə ona hansı miqdarda pul ödənildiyini xatırlamır, çünki 4 il əvvəl həmin işlə məşğul olmuşdur. Ancaq tərəflərin hər ikisi ödənişləri ona vaxtlı-vaxtında etmişlər. Verilmiş suallara cavab olaraq şahid bildirmişdir ki, tərəflərin ona borcu qalmayıb. Rəşid ondan 14000 manat dəyərində dam örtüyü alıb və borcu qalmayıb. Tərəflər arasındakı ortaqlıq onların öz aralarındadır, o, bu ortaqlıq münasibətinin subyekti olmamışdır. Tərəflərin işlətmiş olduqları mağazadan ona ödənilməli borc qalmayıb. Rəşid və Ədalətin ayrı-ayrılıqla mağazaları olmuş, ehtiyac olduqda gəlib onun mağazasından mal aparmışlar. Malı kim aparıbsa, dəyərini də həmin şəxs ödəyib.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
27. Maddə 385. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
28. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
29. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
30. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
31. Maddə 743.1. Kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər.
32. Maddə 743.2. Bu Məcəllənin bu paraqrafının müddəalarından ayrı qayda irəli gəlmirsə, kredit müqaviləsinə bu Məcəllənin borc müqaviləsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
33. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
34. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
35. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
36. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
37. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
38. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
39. Maddə 385.1.2. Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması qətnamənin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
Apellyasiya baxışının hədləri
40. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
41. Maddə 372.7 Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
42. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
43. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini və proses iştirakçılarının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb işin hallarına tətbiq edilməli qanunvericiliyə əsasən hüquqi qiymət verərək aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi tamamilə ləğv edilərək yeni qətnamə qəbul edilməli, birinci iş üzrə iddiaçı İddiaçı iddiası təmin edilməməli, digər iş üzrə iddiaçı Cavabdeh iddiası qismən təmin edilməli, 3887,85 (üç min səkkiz yüz səksən yeddi manat səksən beş qəpik) manat və iddia ərizəsi verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi 58,88 (əlli səkkiz manat səksən səkkiz qəpik), ümumilikdə 3946,73 (üç min doqquz yüz qırx altı manat yetmiş üç qəpik) manat cavabdeh İddiaçı alınaraq iddiaçı Cavabdeh ödənilməli, iddiaçı Cavabdeh iddiası qalan hissədə təmin edilməməlidir.
44. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun ##.##.2005-ci il tarixli qərarında məhkəmələrin diqqəti Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinə əsasən qətnamənin qanuni və əsaslı tərtib olunmasının zəruriliyinə cəlb edilmiş, məhkəmə qətnaməsinin maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edildiyi vurğulanmışdır.
45. Bu kontekstdə kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmamış, məhkəmənin gəldiyi nəticə işin halları və onlara tətbiq edilməli olan hüquq normaları ilə əlaqəli şəkildə izah olunmamış, eləcə də məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar da aydınlaşdırılmamışdır.
46. Konstitusiya Məhkəməsi Plenumunun “Mülki Prosessual Məcəllənin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, bu və ya digər prosessual pozuntunun birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə əsas olub-olmamasını işin konkret hallarından asılı olaraq apellyasiya instansiya məhkəməsi həll edir. Beləliklə, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarına riayət olunub-olunmamasını apellyasiya şikayətinin obyektindən və predmetindən asılı olmayaraq yoxlayır”.
47. Məhkəmə kollegiyası iş materiallarını bu kontekstdə araşdıraraq hesab edir ki, yuxarıda şərh olunanlar birinci instansiya məhkəməsinin qətnaməsinin maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılması kimi qiymətləndirilməli və apellyasiya şikayətinin dəlillərindən asılı olmadan qətnamə ləğv edilərək işə, işdə olan sübutlar əsasında mahiyyəti üzrə baxılmalıdır. Belə ki, MPM-nin 372.1-ci maddəsinin tələbinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
48. Mülki hüquqda hamılıqla qəbul edilmiş prinsiplərdən biri olan “iura novit curia” – “məhkəmə hüququ bilir” prinsipinə əsasən hüququn tətbiqinə hakim bilavasitə cavabdehlik daşıyır və tərəflərin faktlar barəsində hüquqi mövqeləri hakim üçün heç bir halda məcburi deyil.
49. Bu prinsipə görə, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir.
50. Əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. Ikinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
51. Kollegiya nəzərə alır ki, birinci iş üzrə iddiaçı İddiaçı bankdan götürdüyü kredit vəsaitini cavabdehlə aralarındakı razışlaşmaya əsasən ona verdiyini, sonuncunun həmin borcu ödəmək barədə öhdəlik götürməsinə baxmayaraq, öhdəliyini tam icra etmədiyini iddia edərək 4646 manat vəsaitin cavabdehdən tutularaq ona ödənilməsini tələb etmişdir. Digər iş üzrə iddiaçı Cavabdeh da cavabdeh İddiaçı ona borclu olduğu 15803 manatı ödəmədiyini əsas gətirərək həmin vəsaitin cavabdehdən tutulmasını tələb etmişdir.
52. Kollegiyanın qənaətinə görə, iddia tələblərinin qanuni əsası kimi mülki qanunvericiliyin borc, öhdəlik və onun icrası ilə bağlı müddəaları nəzərdən keçirilməlidir.
53. Işin mübahisəsiz halına görə, tərəflər arasında şərikli sahibkarlıq münasibəti yaranmışdır. Tərəflərin razılaşmasına görə Cavabdeh özünə məxsus mağazadan dam örtüyü materiallarını maya dəyərinə şəriki İddiaçı verir, sonuncu isə həmin materialların satışından əldə edilmiş vəsait hesabına malın dəyərini şəriki Cavabdeh ödəyir, satışdan əldə edilən gəliri isə aralarında razılaşdırılmış qaydada bölürlər.
54. Işin mübahisəsiz halı həmçinin ondan ibarətdir ki, İddiaçı ##.##.2023-cü il tarixli kredit müqaviləsi əsasında “xxxx” QSC-dən 18 ay müddətinə, illik 20 faiz dərəcəsi ilə 15000 manat kredit götürərək həmin vəsaiti şəriki Cavabdeh vermişdir ki, sonuncu özünün firmalara olan borcunu ödəsin.
55. Işin bu halları tərəflər arasındakı hazırkı mübahisə ilə bağlı polis şöbəsində aparılan araşdırma zamanı onların verdikləri izahatla öz təsdiqini tapır.
56. Belə ki, iddiaçı Cavabdeh hazırkı mübahisə ilə bağlı məhkəməyə müraciət etməzdən əvvəl Gəncə şəhər 1-ci Polis Şöbəsinə müraciət etmiş, müraciət üzrə araşdırma aparılmış və məsələnin mülki xarakterli olduğu müəyyən edildiyindən polis şöbəsi araşdırmanı yekunlaşdıraraq məsələnin həlli ilə bağlı məhkəməyə müraciət edilməsini tövsiyə etmişdir.
57. Bununla belə, həmin müraciət üzrə aparılan araşdırma zamanı İddiaçı izahatında bildirmişdir ki, 2024-cü ilin sentyabr ayında təxminən 4 ilin hesabını edən zaman onun şəriki Cavabdeh 15803 manat borcu olması müəyyən edilmişdir.
58. İddiaçı 15803 manat borc məbləği ilə bağlı arqumenti ondan ibarət olmuşdur ki, alınan material qarşılığında X5 ödədiyi 14153 manat haqq-hesab zamanı nəzərə alınmamış, buna görə də onun şəriki Cavabdeh borcu 15803 manat hesablanmışdır.
59. Kollegiya göstərir ki, iddiaçı İddiaçı Səfail Abdullayevdən satın alınmış 14000 manat dəyərində dam örtüyü materiallarına görə şəriki Cavabdeh həmin malın dəyərini ödəmək öhdəliyi yarandığını və şəriki Cavabdeh bu öhdəliyinin icrası məqsədilə özü tərəfindən Səfail Abdullayevə 14000 manat vəsait verildiyini, beləliklə də dolayı yolla özünün şəriki Cavabdeh qarşısındakı 15803 manat borc öhdəliyini icra etdiyini iddia etsə də, lakin həmin dam örtüyü materiallarına görə Cavabdeh Səfail Abdullayev qarşısında borc öhdəliyi yarandığını və bu öhdəliyin də məhz özü, yəni İddiaçı tərəfindən icra edildiyini sübuta yetirə bilməmiş, Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərinə düşən sübutetmə öhdəliyinin öhdəsindən gələ bilməmişdir.
60. Bu halın daha da ətraflı araşdırılması məqsədilə Səfail Abdullayev şahid qismində məhkəməyə dəvət edilərək dindirilmiş və o, ifadəsində bildirmişdir ki, tərəflərin hər ikisi özlərində olmayan malları gəlib ondan almışlar. Sonuncu dəfə ona hansı miqdarda pul ödənildiyini xatırlamır, çünki 4 il əvvəl həmin işlə məşğul olmuşdur. Ancaq tərəflərin hər ikisi ödənişləri ona vaxtlı-vaxtında etmişlər. Verilmiş suallara cavab olaraq şahid bildirmişdir ki, tərəflərin ona borcu qalmayıb. Rəşid ondan 14000 manat dəyərində dam örtüyü alıb və borcu qalmayıb. Tərəflərin arasındakı ortaqlıq onların öz aralarındadır, o, bu ortaqlıq münasibətinin subyekti olmamışdır. Tərəflərin işlətmiş olduqları mağazadan ona ödənilməli borc qalmayıb.
61. Şahid ifadəsinin obyektivliyi barədə məhkəmə kollegiyasının qənaəti bundan ibarətdir ki, şahid işin həqiqi halları barədə məlumatlı olan şəxsdir. Çünki, məhz həmin şahid tərəfindən şərikli biznes münasibətində olan tərəflərə dam örtüyü materialları satılmışdır. Bu da onu deməyə əsas verir ki, şahid Səfail Abdullayev dam örtüyü materiallarına görə kimin borcu yarandığı və bu borcun kim tərəfindən ödənilməsi barədə məlumatlara malik şəxsdir. Hansı ki, bu məlumatlar da işin həlli baxımından əhəmiyyət kəsb edir. Digər tərəfdən, şahidin hər iki tərəflə qohumluq münasibəti olsa da (İddiaçı şahidin anasının əmisi oğlu, Cavabdeh isə dayısıdır), lakin onun bu münasibətlərdən istifadə edərək işin tərəflərin birinin lehinə və ya əleyhinə həllində səy göstərməsi, habelə onlardan birinə qarşı qərəzliliyi olması kimi bir hal məhkəmə tərəfindən müəyyən edilməmişdir. Ümumiyyətlə, iş üzrə tərəflərin də bu barədə hər hansı arqumenti olmamışdır. Bir sözlə, şahid ifadəsindəki məlumatların həqiqiliyini şübhə altına alacaq hər hansı hal mövcud olmadığından kollegiya həmin ifadəni mötəbər sübut olaraq qiymətləndirmişdir.
62. Məhkəmə kollegiyası qeyd edir ki, işin mövcud vəziyyətində iddiaçı İddiaçı dam örtüyü materiallarının satışı ilə məşğul olan Səfail Abdullayevə 14000 manat ödəməsi ilə dolayı yolla özünün şəriki Cavabdeh qarşısında olan 15803 manat borc öhdəliyini qismən icra etmiş olması kimi bir qənaətə gəlmək mümkün deyildir. Ona görə ki, iddiaçı İddiaçı 14000 manat dəyərində satın alınmış dam örtüyü materiallarına görə Cavabdeh Səfail Abdullayev qarşısında borc öhdəliyi yarandığını və bu öhdəliyin də məhz özü tərəfindən icra edildiyini sübuta yetirə bilməmişdir. Əksinə, mötəbərliyi şübhə doğurmayan şahid ifadəsinə görə, 14000 manat dəyərində dam örtüyü materialı məhz İddiaçı tərəfindən satın alınmış, bu alqı-satqı münasibətinə görə satılmış malların dəyərini ödəmək öhdəliyi elə məhz sonuncunun üzərində olmuşdur.
63. Yəni, 14000 manat dəyərində olan həmin dam örtüyü materialları Səfail Abdullayev tərəfindən Cavabdeh satılmamışdır ki, sonuncunun bu malların dəyərini Səfail Abdullayevə ödəmək kimi bir öhdəliyi yaransın, şərik İddiaçı da bu öhdəliyə görə Səfail Abdullayevə 14000 manat vəsait ödəməklə dolayı yolla özünün Cavabdeh qarşısındakı 15803 manat borc öhdəliyini icra etmiş olsun.
64. Qeyd edilənlərin yekunu olaraq kollegiya «alınan material qarşılığında X5 ödədiyi 14153 manat haqq-hesab zamanı nəzərə alınmamış, buna görə də onun şəriki Cavabdeh borcu 15803 manat hesablanmışdır» barədə İddiaçı arqumentinin əsassız olduğu qənaətinə gəlmişdir.
65. Artıq, mübahisənin obyektiv həlli üçün növbəti araşdırılmalı məsələ - borc pul vəsaitinə görə İddiaçı tərəfindən Cavabdeh hər hansı vəsait qaytarılıb-qaytarılmamasıdır.
66. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, İddiaçı Cavabdeh 15803 manat borcu olması işdəki sübutların məcmusu ilə öz təsdiqini tapır; həmin puldan hər hansı məbləğin geri qaytarılmasını sübut etmək yükü isə borclunun, yəni İddiaçı üzərinə düşür və qanunvericiliyin tələblərinə görə bu hal yalnız müəyyən sübutetmə vasitələri ilə (konkret halda pulun qaytarılmasına dair müvafiq qəbzlər, müqavilə və s.) sübut olunmalıdır.
67. Bu aspektdə araşdırma aparıldıqda müəyyən edilir ki, İddiaçı ##.##.2023-cü il tarixli kredit müqaviləsi əsasında “xxxx” QSC-dən 18 ay müddətinə, illik 20 faiz dərəcəsi ilə götürdüyü 15000 manat kredit vəsaitini şəriki Cavabdeh vermişdir ki, sonuncu özünün firmalara olan borcunu ödəsin. Cavabdeh da 2023-cü ilin dekabr ayından 2024-cü ilin oktyabr ayınadək ümumilikdə 10 ay müddətinə hər ay 974 manat, ümumilikdə İddiaçı 9740 manat kreditini ödəmişdir. 18 ay müddətinə qaytarmaq şərtilə götürülmüş kreditin qalan 8 ayı isə İddiaçı özü tərəfindən ödənilmişdir. Belə ki, sonuncu 7795,15 (974 manat x 7 ay + sonuncu ay üzrə 977,15 manat) manat kredit ödənişi etmişdir.
68. Işin bu halı mübahisəsiz olaraq həm Cavabdeh, həm də İddiaçı tərəfindən qəbul edilir.
69. Bununla belə, cavabdeh tərəfin apellyasiya məhkəməsinin iclasında verdiyi izahatla müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh olan borcu içərisində X12 borclu olduğu 4120 manat hesablansa da, lakin sonradan Rəşid 4120 manatı Ədalətə ödəmişdir (bax § 24).
70. Belə olan təqdirdə, cavabdeh İddiaçı Cavabdeh əvəzinə “xxxx” QSC-yə etdiyi 7795,15 manat məbləğdə kredit ödənişi onun Cavabdeh olan 15803 manat borcundan silinməli, eyni zamanda Cavabdeh ödədiyi 4120 manat da nəzərə alınmaqla onun yekunda qalıq borcu (15803 – 7795,15-4120 = 3887,85) 3887,85 manat müəyyən edilməlidir.
71. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, artıq İddiaçı iddia tələbinə hüquqi qiymət verilməsinə zərurət qalmamışdır. Kollegiya bu qənaətini prosessual qənaət prinsipi ilə əsaslandırır və qeyd edir ki, Cavabdeh iddiası müstəvisində İddiaçı iddiasının əsaslılığı öz təsdiqini tapmış, Cavabdeh İddiaçı ödəməli olduğu borc məbləği nəzərə alınmış və yekunda həmin məbləğ İddiaçı Cavabdeh borclu olduğu məbləğdən silinmişdir.
72. Bundan əlavə, Cavabdeh iddiası üzrə 138 manat dövlət rüsumu ödənilmişdir. Kollegiyanın qənaətinə görə, həmin iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq iddia ərizəsi verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi 58,88 manat cavabdeh İddiaçı Cavabdeh xeyrinə tutulmalı, qalan dövlət rüsumu məbləği isə Cavabdeh aid edilməlidir.
73. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 372.1, 384, 385, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi : Birinci iş üzrə cavabdeh, digər iş üzrə iddiaçı Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Gəncə Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli *-*(***)-****/**** nömrəli qətnaməsi tamamilə ləğv edilsin və yeni qətnamə qəbul edilsin. Birinci iş üzrə iddiaçı İddiaçı iddiası təmin edilməsin. Digər iş üzrə iddiaçı Cavabdeh iddiası qismən təmin edilsin. 3887,85 (üç min səkkiz yüz səksən yeddi manat səksən beş qəpik) manat və iddia ərizəsi verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi 58,88 (əlli səkkiz manat səksən səkkiz qəpik), ümumilikdə 3946,73 (üç min doqquz yüz qırx altı manat yetmiş üç qəpik) manat cavabdeh İddiaçı alınaraq iddiaçı Cavabdeh ödənilsin. Iddiaçı Cavabdeh iddiası qalan hissədə təmin edilməsin. Apellyasiya şikayəti qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən onun tərəfindən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində qanuni qüvvəyə minir.